Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1509/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X1 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun, psixoloq X4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olan və hazırda yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli və M.Əliyev küçələrinin kəsişməsində yerləşən «Qış Parkı»nda olarkən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 parkdakı oturacaqda əyləşib söhbət etmələrindən istifadə edərək sonuncunun oturacağın üzərinə qoyduğu «Honor X8A» markalı, CTR-LX-1 modelli mobil telefon aparatını ələ keçirmək məqsədilə oraya yaxınlaşıb oturacağın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 250 manat dəyərində «Honor X8A» markalı, CTR-LX-1 modelli mobil telefon aparatını götürüb qaçarkən Zərərçəkmiş şəxs2 onun arxası ilə gəldiyini görüb parkın içərisində yerləşən «Senior Manisimo» restoranının arxa hissəsində dayanaraq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunmayan təsərrüfat-məişət təyinatlı silah qismində istifadə etdiyi mətbəx bıçağını nümayiş etdirib yaxınlaşacağı təqdirdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib hadisə yerindən uzaqlaşaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ümumilikdə 254 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, 2023-cü ilin noyabr ayının əvvəllərində “Qış parkı” tərəfdən “28 May” metrostansiyası tərəfə gedən zaman iki nəfər şəxsin skamyada oturduqlarını, yanlarında da telefon olduğunu görüb onların telefonunu götürüb qaçmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 piyada keçidinə qədər onun arxasınca qaçmış, lakin çata bilməmişdir. O, həmin telefonu satmışdır. Etdiyi əməldən peşmandır. Əldə etdiyi mobil telefonun zərərçəkmiş qıza, yoxsa zərərçəkmiş oğlana məxsus olması yadında deyil, lakin mobil telefon qızın arxa tərəfində idi. Zərərçəkmiş şəxs2 piyada keçidindən sonra arxasınca gəlmədi, onun gəlməməsinin səbəbini bilmir. Hadisə zamanı özünün əlində bıçaq olmamışdır. İbtidai istintaq zamanı könüllü formada hər hansı bıçaq təqdim etməmişdir. Zərərçəkmiş şəxs2 dedikləri doğru deyil, ümumiyyətlə onda bıçaq olmamışdır. Məhkəmədə döyüldüyünü deməmişdir. Əvvəllər soyğunçuluq etməyə görə məhkum olunmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Qış parkı» deyilən parkdan keçməklə «28 May» metrostansiyasının yanında yerləşən dəmir yolu vağzalına tərəf gedərkən bir nəfər oğlanla bir nəfər qızın skamyada əyləşib üzbəüz söhbət etdiklərini, qızın əyləşdiyi vəziyyətdə mobil telefonunun onun arxa tərəfində skamyanın üstündə nəzarətsiz qaldığını görmüşdür. Onda həmin mobil telefonu oğurlamaq niyyəti yarandığından həmin skamyadan təxminən 100-150 metr irəliyə gedib sonra geri qayıtmış, qızın əyləşdiyi skamyanın yanına çatanda yaxınlaşıb skamyanın üstündə olan mobil telefonu götürərək qaçmağa başlamışdır. Bu zaman qızın yanında əyləşmiş oğlan onun skamyanın üstündən qıza məxsus mobil telefonunu götürüdüyümü görərək cəld yerindən qalxıb onun arxası ilə qaçaraq onu təqib etməyə başlamış, ondan dayanmağı, mobil telefonu qaytarmağı tələb etmişdir. O, geri baxıb oğlanın çatdığını görəndə həmin vaxt əynindəki şalvann bel kəmərinə keçirdiy mətbəx bıçağını çıxarıb əlində tutaraq geri dönmüşdür. Həmin anda oğlan ona çatmağa 6-7 metr qalmış bıçağı görərək dayanmışdır. O, əlindəki bıçağı oğlana göstərmişdir ki, qorxaraq ona yaxın gəlməsin və mobil telefonu tələb etməsin. Həmin oğlan yerində dayandıqdan və o, oğlanın artıq qorxduğunu hiss etdikdən sonra yoluna davam edərək «28 May» metrostansiyası istiqamətində gəlməyə başlamışdır. Həmin oğlan da onun arxası ilə, lakin bu dəfə yavaş sürətlə addımlarla gəlmişdir. O, yeraltı piyada keçidinə çatıb pilləkənlərlə aşağı düşmüş, bundan sonra həmin oğlan onun arxası ilə gəlməmişdir. O, piyada keçidindən çıxaraq «28 May» metrostansiyasının yanına gəlmiş, mobil telefona baxıb markasının «Honor» olmasını bilmişdir. Orada bir qədər gəzmiş, sonra mobil telefon təmiri dükanlarından birinə yaxınlaşıb «Honor» markalı mobil telefonu «format» etdirmişdir ki, yaddaşında bir şey qalmasın və sata bilsin. Lakin hansı telefon mağazasına həmin telefonu göstərsə də, telefonu almaq üçün ondan şəxsiyyət vəsiqəsi istəmişlər. Lakin o, şəxsiyyət vəsiqəsini itirdiyinə görə taladığı «Honor» markalı mobil mobil telefonu sata bilməmişdir. Onunla bir cəzaçəkmə müəssisəsində cəza çəkmiş məhbus yoldaşı Şahid1 «8-ci kilometr» bazarında arabasürən işlədiyini bildiyinə görə təxminən saat 17-18 radələrində Şahid1lə «8-ci kilometr» bazarında görüşmüş və «Honor» markalı mobil telefonu ona göstərərək özünə məxsus olduğunu, satmaq istədiyini demişdir. Onlar razılaşmışlar ki, «20 Yanvar» metrstansiyasının yanına gedib orada mobil telefonu telefon dükanlarından birinə satsınlar. Bazarda bir qədər gəzəndən sonra təxminən saat 18:30 radələrində Niyazin tanışı Pünhanla rastlaşmışlar. Hal-əhval tutanda Pünhan demişdir ki, Masazır qəsəbəsinə uşağını görməyə gedir. Niyazla onun pulu olmadığına görə Pünhandan xahiş etmişlər ki, onların da yol pulunu versin və birlikdə taksi ilə «20 Yanvar» metrstansiyasının yanına getsinlər. Pünhan da razılıq vermiş, sonra onlar taksiyə əyləşib «20 Yanvar» metrstansiyasının yanına gəlmişlər. Taksidən düşəndən sonra metrostansiyanın çıxışında olan telefon satılan mağazaları gəzməyə başlamışlar. Mağazaların birində o, «Honor» markalı mobil telefonunu satıcı şəxslə 95 manata razılaşmış və həmin şəxs ondan şəxsiyyət vəsiqəsi istəmişdir. O, da Niyaza demişdir ki, şəxsiyyət vəsiqəsini itirmişdir, sənin şəxsiyyət vəsiqən üstündədirsə, onu ver, telefonu satım. Niyaz da cibindən öz şəxsiyyət vəsiqəsini çıxarıb ona vermişdir. O, Niyazin şəxsiyyət vəsiqəsini Həmin şəxs Niyazin vəsiqəsinin surətini çıxardığı kağızda nə isə yazmış və demişdir ki, vəsiqənin sahibi imza etsin. O, Niyaza demiş, Niyaz da gəlib həmin sənədə qol çəkmişdir. O, mağazadakı oğlandan 95 manat pulu almış və mağazadan çıxandan sonra qapıda dayanmış Pünhana 2 manat yol pulunu qaytarıb vermişdir. Pünhan sağollaşıb oradan taksilərin dayandığı dayanacağa tərəf getmişdir. O, Niyazdan qaçmaq üçün ona demişdir ki, burada gözlə mağazadana siqaret alıb gəlirəm. Niyaz dayanıb onu gözləmiş, o, isə mağazaya girib o biri qapıdan çıxaraq oradan getmiş, Niyazin şəxsiyyət vəsiqəsi də onda qalmışdır. Buna görə də 03 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən Niyazin şəxsiyyət vəsiqəsi onun üzərindən aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 02 noyabr 2023-cü il tarixində saat təxminən 13:00 radələrində ona məxsus olan “Honor X8A” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hadisə günü qrup yoldaşı Zərərçəkmiş şəxs2 ilə “Qış Parkı” tərəfdə skamyada oturmuşlar. Mobil telefon onun yanında olarkən Təqsirləndirilən şəxs mobil telefonu götürüb qaçmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arxası ilə getmiş, lakin mobil telefonu götürə bilməmişdir. Bundan sonra onlar mobil telefonun oğurlanması ilə bağlı polisə müraciət etmişlər. Qrup yoldaşı ilə skamyada oturan zaman Təqsirləndirilən şəxs onların yanından bir neçə dəfə keçmiş, lakin o, Təqsirləndirilən şəxs niyyətinin belə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsin əlində bıçaq olduğunu görməmişdir. Onun mobil telefonu oğurlandıqdan sonra qrup yoldaşı Təqsirləndirilən şəxs arxası ilə getsə də, o, telefonu götürə bilməmişdir. Səbəbini soruşduqda isə qrup yoldaşı ona Təqsirləndirilən şəxs bıçaq olduğunu demişdir. Onun mobil telefonu geri qaytarılıb. Təqsirləndirilən şəxsdən heç bir tələb və ya şikayəti yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 11:30-da təhsil aldığı Azərbaycan Neft və Sənaye Universitetinin dərslər qurtardıqdan sonra tələbə yoldaşı Zərərçəkmiş şəxs2la birlikdə universitetdən çıxıb yaxınlıqda yerləşən surətçıxarma yerində dərs tapşırıqlarının surətini çıxarmış və daha sonra «Qış parkı»na gələrək orada olan skamyaların birində əyləşib Elnarla söhbət etməyə başlamışdır. O, surətini çıxardığı vərəqləri külək aparmasın deyə özünə məxsus olan «Honor X8A» markalı mobil telefonunu skamyanın oturacağında olan vəqərlərin üstünə qoymuşdur. Təxminən saat 12:40 radələrində başı Elnarla söhbətə qarışmış və onlar üzbəüz söhbət etdiyinə görə vərəqlər və onların üstünə qoyduğu mobil telefonu isə onun arxa tərəfində qalmışdı. Bu zaman sifət nahiyəsi tüklü, təxminən 30-35 yaşlarında bir nəfər oğlan onların əyləşdiyi skamyanın qarşısından keçərkən qəfildən onlara tərəf yaxınlaşıb skamyanın oturacağının üstündə olan onun «Honor X8A» markalı mobil telefonunu götürərək qaçmağa başlamışdır. Tələbə yoldaşı Elnarın əyləşdiyi vəziyyətdə üzü həmin istiqamətə olduğuna görə o, həmin oğlanın mobil telefonu götürdüyünü görmüş və cəld yerindən qalxaraq telefonu götürüb qaçan şəxsin arxası ilə qaçmağa başlamışdır, Onların hər ikisi iti sürətlə parkın içərisi ilə «28 May» metrostansiyası istiqamətində qaçırmışlar. O, isə skamyadan durub adi yerişlərlə onlara tərəf gəlməyə başlamışdır. Onlar bir qədər qaçaraq parkın içərisidə olan «Monisimo» kafesinin yaxınlığında üzbəüz dayanmışlar. O, görmüşdür ki, Elnar telefonu götürüb qaçan şəxsə yaxınlaşmayaraq yerində dayanıb qalmışdır. Bu vaxt telefonu götürən oğlan yenidən «28 May» metrostansiyası istiqamətində qaçmağa başlayaraq yeraltı piyada keçidinə çatıb keçidə düşmüşdür. Elnar isə bu dəfə nisbətən yavaş sürətlə onun arxası ilə piyada keçidinə qədər gəlmiş və sonra geri qayıdıb ona bildirmişdir ki, telefonu götürən şəxsdən telefonu almaq istəyərkən o, bıçaq çıxararaq yaxına gələrsə onu vurub xəsarət yetirəcəyi ilə hədələmiş, bu səbəbdən Elnar yaxınlaşaraq mobil telefonu həmin şəxsdən ala bilməmişdir. Elnar bunları danışandan sonra özünün mobil telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, bir qədər sonra 21-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək onlarla şifahi söhbət edib hadisə yerinə baxış keçirmişlər və daha onu məni polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 02 noyabr 2023-cü il tarixdə “Qış parkı” tərəfdə skamyada əyləşərək Nurayla yemək yeyərkən Təqsirləndirilən şəxs onların qarşısından bir neçə dəfə keçmişdir. Daha sonra Təqsirləndirilən şəxs Nuraya məxsus mobil telefonu götürüb qaçmışdır. O, isə onun arxası ilə qaçarkən belində ev bıçağı olduğunu görmüşdür. Daha sonra Qadiri saxlayaraq mobil telefonu götürmək istəyərkən Qadir belindəki bıçağı çıxarmış, o da buna görə geri çəkilmiş və polisə zəng edərək məlumat vermişdir. Hadisə baş verən məkanda kamera görüntüləri olmuşdur. Mobil telefonu oğurlayan zaman təqsirləndirilən şəxsin əlində deyil, belində bıçaq olmuşdur. O, Təqsirləndirilən şəxs arxası ilə qaçdıqdan sonra Qadir belində olan bıçağı çıxarmışdır. Hadisə 02 noyabr 2023-cü il tarixdə saat təxminən 12:00-13:00 radələrində baş vermişdir. İfadələri ilə təqsirləndirilən şəxs böhtan atmır.Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində dərsdən çıxandan sonra tələbə yoldaşı Zərərçəkmiş şəxs1 İlə birlikdə Nəsimi rayonu, Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yerləşən, «Qış prakı» kimi tanıdığı parka gəlmiş və skamyaların birində əyləşərək onunla söhbət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 özünə məxsus olan «Honor X8A» markalı mobil telefonu özündən sağ tərəfdə skamyadakı vərəqin üstünə qoymuşdur ki, külək vərəqi aparmasın. Təxminən saat 12:40 radələrində təxminən 25-30 yaşlarında, hündürboylu, əynində qara rəngli paltarlar olan bir nəfər oğlan onların əyləşdiyi skamyanın qarşısından keçərkən qəfildən dönüb Zərərçəkmiş şəxs1 skamyada qoyduğu «Honor X8A» markalı mobil telefonu götürərək qaçmağa başlamışdır. O, həmin hadisəni görən kimi ayağa duraraq telefonu götürmüş şəxsin arxası ilə qaçmış və ona qışqırıb uca səslə demişdir ki, «dayan, telefonu hara aparırsan». Həmin şəxs isə ona əhəmiyyət qoymamış, şəxsin qaçdığı vəziyyətdə şalvarının belində dəstəyi ağ və göy rəngli olan bıçaq olması da görünmüşdür. Həmin şəxs qəfildən «Monisimo» restoranının yanında dayanmış, ona tərəf çevrilmiş, bu zaman onun əlində bıçaq olmasını görmüşdür. Həmin şəxs əlində olan bıçağı sağ və sol tərəfə hərəkət etdirərək onu hədələmiş və demişdir ki, «yaxına gəlmə vuraram». O, həmin şəxsin əlində bıçaq olmasını görərək yerində dayanıb heç bir hərəkət etməmiş, həyəcanlandığına görə telefonu da tələb etmək yadından çıxmışdır. Həmin şəxs onun qorxduğunu görərək oradan uzaqlaşmış, o, isə bir qədər gözləyib sonra onun arxası ilə addımlarla yerimişdir. Həmin şəxs parkın içərisində olan yeraltı piyada keçidinə düşmüşdür. Piyada keçidi qapalı yer olduğuna və adətdən orada az adam olduğuna görə o, yeraltı keçidə onun arxası ilə düşməkdən qorxmuşdur ki, onu bıçaqla vurar. Sonra isə Nurayın yanına qayıdıb oradan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə parka gəlmiş polis əməkdaşları ilə və Nurayla birlikdə 21-ci polis bölməsinə getmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 19-20 radələri arasında sonradan tanıdığı Şahid1 və onun yanında olan tanımadığı digər 2 nəfər şəxs onun işlədiyi, metronun «20 Yanvar» stansiyasının yanında yerləşən mobil telefonlarını satışı və təmiri mağazasına gəlmişlər. Onlardan biri mağazanın qapısı tərəfdə dayanmış, Niyaz və yanında olan bir gözü kor olan şəxs isə ona «Honor X8A» markalı, işlənmiş, arxa kameralarından birinin şüşəsi qırılmış vəziyyətdə olan mobil telefonu göstərib satmaq istədiklərini demişlər. O, mobil telefonu alıb yoxlamış və görmüşdür ki, korpusunun aşağı tərəfində zədə yeri vardır. Buna görə də həmin şəxslərə bildirmişdir ki, mobil telefonun təmir xərcləri vardır, hazırki vəziyyətdə həmin telefonu 95 manata ala bilər. Niyazın yanındakı bir gözü kor olan ğlan bildirmişdir ki, kiməsə 100 manat borc pul qaytarmalıdır, buna görə heç olmasa həmin telefonu 100 manata götürsün. O, təklif edilən «HonorX8A» markalı mobil telefonun təmir xərclərini hesablayıb bir daha onlara bildirmişdir ki, bu telefonu 100 manata almaq ona sərf etmir. Bundan sonra həmin şəxslər 95 manatla razılaşmışlar və o, həmin şəxslərdən sənəd tələb etmişdir. Bir gözü kor olan oğlan Niyazdan şəxsiyyət vəsiqəsini alıb ona təqdim etmişdir. O, Niyazin şəxsiyyət vəsiqəsinin surətini surətçıxarma aparatında çap etmiş, satılan mobil telefonun markasını, İMEİ nömrəsini, aldığı tarixi Niyazin şəxsiyyət vəsiqəsinin surətinə öz xətti ilə yazmış və Niyaza imza etdirmişdir. O, həmin şəxslərdən satdıqları «Honor X8A» markalı mobil telefonun cinayət yolu ilə əldə edilib-edilməməsini, oğurluq olub-olmadığını soruşmuş, onlar bildirmişlər ki, satılan mobil telefon oğurluq deyildir. Bundan sonra o, həmin mobil telefonu qəbul edib onlara 95 manat pul vermişdir. Niyaz və yanında olan tanımadığı 2 nəfər şəxs çıxıb getmişlər. O, aldığı «Honor X8A» markalı mobil telefonu satmaq üçün mağazanın vitrininə qoymuş, lakin maddi imkanı olmadığına görə təmir etdirərək arxa tərəfində olan kameralarından birinin sınmış şüşəsini dəyişdirə bilməmişdir. 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında tanımadığım bir kişiyə həmin «Honor X8A» markalı mobil telefonu 130 manata satmışdır. Telefonu satarkən həmin şəxsə telefona dair zəmanət kağızı da yazıb vermişdir. 06 noyabr 2023-cü il tarixdə isə ona polis əməkdaşları zəng edərək Niyaz adlı şəxsin satdığı «Honor X8A» markalı mobil telefonun cinayət yolu ilə əldə edildiyini bildirmişlər. Ona həmin vaxt məlum olmuşdur ki, Niyaz və onun yanında olan bir gözü kor oğlan onu aldadaraq cinayət yolu ilə əldə edilmiş mobil telefonu özlərinin telefonu kimi təqdim edərək satmışlar. Niyazin mobil telefonu satarkən imzaladığı sənədi ifadəsinə əlavə edir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs , zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə ilə əlaqədar tanıyır, onlarla heç bir ədavəti və yaxınlığı yoxdur. O, zərərçəkmiş şəxslərin telefonunu qaytarmışdır. Təqsirləndirilən şəxs oğurladığı telefonu Şahid1 şəxsiyyət vəsiqəsindən istifadə edərək satdığına görə Şahid1 özünü yandıraraq öldürmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki,Bakı şəhəri, Nizami rayonu, «8-ci kilometr» bazarında yerləşən avtodayanacaqda nəzarətçi işləyir. Şahid1 10 il olar ki, tanıyır, Şahid1 bazarda araba sürərək çörək pulu qazanır. Təqsirləndirilən şəxs isə 02 noyabr 2023-cü il tarixdən tanımışdır. Belə ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində o, «8-ci klometr» bazarında olan zaman Şahid1 sonradan tanıdığı Təqsirləndirilən şəxslə birlikdə onun yanıma gəlmişdir. Həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs kefli olduğunu görmüşdür. O, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan övladı ilə görüşmək üçün yola düşməyə hazırlaşmış və bunun üçün taksi ilə «8-ci kilometr» bazarından «20 Yanvar» metrostansiyasının yanına gəlməli idi. Niyaz onun Masazır qəsəbəsinə getdiyini biləndə pullan olmadığını bildirərək xahiş etmişdir ki, onların da taksi ilə «20 Yanvar» metrostansiyasının yanına getməsinə görə taksinin pulunu versin. O, Niyazin sözünü yerə salmamış, bundan sonra o, Niyaz və Qadirlə birlikdə tanımadığı taksiyə minib «8-ci kilometr bazarından «20 Yanvar» metrostansiyasının yanına gəlmişdir. Ora çatanda taksiyə 3 manat yol pulu vermişdir. Taksidən düşəndən sonra Qadir Niyazdan şəxsiyyət vəsiqəsini almış və onlar metrostansiyanın çıxışında olan telefon satılan mağazaları gəzməyə başlamışlar. Mağazaların birində Qadirin cibindən mobil telefon çıxararaq satıcı şəxsə göstərdiyini və onunla söhbət etdiyini görmüşdür. O, mağazanın qapısının yanında dayanmış, Niyazla Qadir isə mağazanın içərisində olmuşlar. Bir qədər sonra Qadir Niyazin şəxsiyyət vəsiqəsinin surətini çıxartdırıb mağazada işləyən oğlana vermiş və Niyazin vəsiqəsini cibinə qoymuşdur. Onlar mağazadan çıxandan sonra Qadir demişdir ki, pulu olmadığına görə mobil telefonunu satmışdır. Bundan sonra Qadir ona 2 manat pul verərək demişdir ki, taksi ilə gəlmək pulumuzu sənə qaytarıram. O, Niyaz və Qadirlə sağollaşaraq Masazır qəsəbəsinə gedən taksilərin dayanacağına gəlmiş və taksi ilə Masazır qəsəbəsinə getmişdir. 06 noyabr 2023-cü il tarixdə polis əməkdaşları «8-ci kilometr» bazarında ona yaxınlaşıb Qadir adlı şəxsin ona 02 noyabr 2023-cü il tarixdə mobil telefon satıb-satmaması ilə bağlı soruşanda o, baş vermiş hadisəni danışmış və polis əməkdaşları ilə birlikdə «20 Yanvar» metrostansiyasının yanına gələrək Qadirlə Niyazin mobil telefonu satdığı mağazanı polis əməkdaşlarına göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verərək, onun ifadələrində göstərdiyi halları bir daha təsdiqləmişdir. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: İş üzrə tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs könüllü olaraq dəstəyi qırmızı, göy və ağ rəngli plastik materialdan olan bir ədəd mətbəx bıçağını və Şahid1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim etdiyindən həmin bıçaq və şəxsiyyət vəsiqəsi götürülmüşdür. İş üzrə 04 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 12:40 radələrində Nəsimi rayonu, Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yerləşən «Qış parkı»-da Zərərçəkmiş şəxs1 məxsus «Honor X8A» markalı mobil telefonu skamyanın üstündən götürdüyü yeri və qaçdığı istiqaməti, onu təqib edərək mobil telefonu qaytarmasını tələb edən Zərərçəkmiş şəxs2 üzərinə bıçaq çıxararaq hədələdiyi yeri, hadisə yerindn uzaqlaşdlğə istiqaməti əyani olaraq hadisə yerində göstərmişdir. İş üzrə 20 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün Şahid3 istintaqa bir ədəd «Honor X8A» markalı mobil telefonu təqdim edərək 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona satılmış mobil telefon olduğunu, 04 noyabr 2023-cü il tarixdə telefonu tanımadığı şəxsə satdığını, 20 dekabr 2023-cü il tarixdə isə həmin şəxsin «Honor X8A» markalı mobil telefonu geri qaytarmaqla əlavə pul ödəyərək ondan başqa model telefon aldığını, buna görə də «Honor X8A» markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini bildirmişdir. Baxış keçirilərkən Şahid3 təqdim etdiyi «Honor X8A» markalı mobil telefonun ekranının qara rəngə, korpusunun isə göy rəngə olması, arxa tərəfində olan kameralardan birinin şüşəsinin sınmış, korpusunun aşağı sol tin tərəfində zərbədən yaranmış kiçik deformasiya İzinin olması müəyyən edilmişdir. Şahid3 təqdim etdiyi «Honor X8A» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə tərəfimdən götürülmüşdür. İş üzrə 25 dekabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid3 tərəfindən istintaqa təqdim edilmiş «Honor X8A» markalı mobil telefon tanınmaya təqdim edilmiş digər telefonların arasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən tanınmışdır. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 3/1870 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspetizasının 09 fevral 2024-cü il tarixli, 9/190 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və qərarda göstərilən malların istifadə olunması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: təqdim edilmiş 01 ədəd Çin istehsalı, «HonorX8A» markalı, CTR-LX-1 model, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla -250,00 manat. nəzəri qaydada: -01 ədəd ***-***-**-** GSM nömrə (dublikat)-4,00 manat. İş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 3365 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri yüngül ifadə olunduğundan onun törətdiyi əməllər dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan yüngül əqli geriliklə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələblərinə əsasən hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bu səbəbdən də onun əməllərində Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxsi bıçaqla hədələyərək 250 manat dəyərində mobil telefonunu ələ keçirməməsi barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadələri iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri ilə əlaqəli şəkildə araşdırılarkən Təqsirləndirilən şəxs həmin ifadələri şübhələrlə müşahidə olunmuş və həmin şübhələri məhkəmədə onun xeyrinə aradan qaldırmaq mümkün olmamışdır. Məhkəmə onun həmin ifadələrində göstərdiyi bu xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Əsgər oğluna ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Honor X8A» markalı mobil telefonun və “AA 4317831” nömrəli şəxsiyyət vəsiqəsinin saxlanılması üçün sahibinə verilməsinin nəzərə alınmasını, Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bıçağın istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərin ondan tələb və şikayətinin olmaması, ibtidai istintaq zamanı tam, məhkəmədə qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsindən 114 (yüz on dörd) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Əsgər oğluna ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bıçaq istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin. 01 ədəd «Honor X8A» markalı mobil telefon və “AA 4317831” nömrəli şəxsiyyət vəsiqəsinin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1509/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1509/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver