Məhkəmə qərarları › İş №1(101)-151/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-151/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-151/2020 05.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: X15; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X21 İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət X21 şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı2; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 02 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi; Zərərçəkmiş şəxs və onun nümayəndələri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Pro-Bono Vəkil Bürosunun vəkili X25, fərdi qaydada fəaliyyət göstərən vəkil “Mirzəyev və Partnyorları» vəkil Bürosunun vəkili X16 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası, məhkumluğu olmayan, “X49” MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Quba rayonu, Timiryazev qəsəbəsi ünvanında fəaliyyət göstərən “X49” MMC-nin təsisçisi olmaqla yanaşı 2013-cü ilin sentyabr ayından 2015-ci ilin iyun ayınadək həmin cəmiyyətin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək məqsədi ilə, sonuncunu özünün təsisçisi və direktoru olduğu həmin cəmiyyətə şərik edəcəyinə, bankdan adına müəyyən məbləğdə pul vəsaitlərini kredit kimi götürməklə həmin vəsait hesabına rəhbəri olduğu cəmiyyətdə müəyyən işlər görəcəyinə inandırıb aldadaraq cəmiyyəti satıb satışdan əldə olunacaq vəsaitlə bankdan götürüləcək kreditin əsas və faiz məbləğlərini ödəyəcəyinə, satışdan əldə olunan qalan puldan ona yüksək məbləğdə pul verəcəyini yalandan vəd verib, aralarında olan tanışlıq münasibətlərinə görə Zərərçəkmiş şəxs ona olan inam və etimadından istifadə edərək, sonuncunun əmlakını ünvan 3 ünvanında yerləşən “xxxxxx” ASC-nin “Elmlər” filialına girov qoymaqla adına xx xxxx 2014-cü il tarixli müqavilə əsasında illik 22 faiz dərəcəsi ilə, 24 ay müddətinə 450.000 (dörd yüz əlli min) manat məbləğində kredit vəsaitinin ayrılmasına nail olmaqla həmin məbləği qeyd olunan bankın qarşısında Zərərçəkmiş şəxs alaraq, bundan başqa təkrarən, eyni niyyətlə Zərərçəkmiş şəxs Quba rayonunda ferma alıb yüksək gəlir götürəcəklərini yalandan vəd edərək, sonuncunun etibarından istifadə etməklə həmin fermanın dəyərini ödəmək adı ilə 2015-ci ilin noyabr-dekabr aylarında hissə-hissə ondan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında 135.000 ABŞ dolları məbləğində pulu (həmin dövrün məzənnəsi ilə 210.519 manat) və ünvan 5 ünvanında yerləşən “Dostluq” kinoteatrının qarşısında 50.000 ABŞ dolları dəyərində (həmin dövrün məzənnəsi ilə 77.970 manat) qızıl-zinət əşyalarını almaqla, eləcə də, təkrarən, eyni məqsədlə Zərərçəkmiş şəxs Türkiyə Respublikasında şirkət açaraq qızıl məmulatlarının alış və satışını həyata keçirəcəyini, bundan böyük məbləğdə gəlir əldə edəcəyini, həmin gəlirlər hesabına sonuncunun adına “xxxxxx” ASC-nin “Elmlər” filialından götürülmüş kreditlər üzrə olan borcları ödəyəcəyini yalandan vəd edərək 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 5 ünvanında yerləşən Moskva MUM-da tanışları vasitəsi ilə ondan 44700 ABŞ dolları məbləğində pulu (həmin dövrün məzənnəsi ilə 85.667,55 manat) alaraq Zərərçəkmiş şəxs məxsus külli miqdar təşkil edən ümumilikdə 824.156,55 manat əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, ictimai xadim kimi daim ölkənin mədəniyyətinə, dövlət və dövlətçiliyə qarşı hər zaman diqqətli olmuş, əlindən gələn xidmətləri canla başla yerinə yetirmişdir. Ümummilli liderinə, prezidentə mahnılar bəstələmiş, Tiflis şəhərində işıq üzü görmüş «Nəğmələr» adlı kitabı ulu öndərin xatirəsinə ithaf etmişdir. İxtisasca hüquqşünasdır. Zərərçəkmiş şəxs qardaşı Anarın vasitəsilə tanımış, onunla Anar arasında biznes fəaliyyəti olmuşdur. Türkiyə Respublikasından bəzi məişət avadanlıqları gətirib öz ölkəsində satıb pul qazanmışdırlar. 2011-2012-ci illərdə Şədiyyə onlarla birlikddə işləmək istədiyini bildirmiş, onun bizə mənəvi köməyi olmuşdur. Türkiyədən gələn malların tez və problemsiz həllini tapması üçün çalışdığı Dövlət Gömrük komitəsindən bizə dəstək olmağa başlamış, Anarla qazandığı pulları üç yerə bölmək qərarına gələrək, həmin işdən külli miqdarda pullar qazanmışdırlar. Buna baxmayaraq həmin biznes tək ona məxsus olmuşdur. Pulun tamamı onun tərəfindən qoyulmuş və əldə edilmiş gəlir üç yerə bölünmüşdür. 2012-ci ildə Quba rayonunun Nügədi kəndində yerləşən daş çınqıl karxanası almış, bunu öyrənən Şədiyyə onunla çalışmaq istədiyini bildirmiş, o da Şədiyyə ilə işləməyə etiraz etməmişdir. Şədiyyə ilə birlikdə Quba rayonuna getmiş və həmin daş çınqıl karxanasına baxmışdırlar. Bakıya qayıtdıqda Zərərçəkmiş şəxs, ona şərik olmaq üçün 60000 ABŞ dolları bir, 17000 ABŞ dolları bir, 72000 AZN pul vermişdir. Onlar tam bir il həmin daş çınqıl karxanasını çalışmış, hər ay Şədiyyə xanıma 10000 manat pul vermişdir. Bir ildən sonra həmin karxananı satmış, Şədiyyədən aldığı ortalama 140000 manatın yerinə ona 200000 manat pul qaytarmışdır. 2014-cü ildə başqa bir daş karxanası almış, bundan xəbər tutan Şədiyyə yenidən onunla şərik çalışmaq fikrində oldduğunu bildirmişdir. O da etiraz etməyib, onunla razılaşmış və birlikdə Quba rayonuna gedib karxanaya baxmışdırlar. Onun həmin karxana barəsində iş planı böyük olmuş, daha çox pul qazanmaq istəmişdir. Ona görə də bu karxananın avadanlıqları, digərindən daha çox olmalı idi. Buna görə Şədiyyə ona 450000 manat ona pul vermiş, bu pulu bankdan götürüb həmin şəriklik vəsaitini ödəmiş, həmin pulun qarşılığında həmin şirkətin 15%-ni Şədiyyənin adına rəsmiləşdirmişdir. Həmin 450000 manat puldan 50000 manatını elə yerində banka ödəmiş, 200000 manatı Şədiyyənin iştirakı ilə şirkətə «1000-lik» transfarmatorun texniki şərtini almağa, digər 200000 manatı isə yenə Şədiyyə ilə birlikdə Türkiyədən karxanaya öz pulu ilə aldığı avadanlıqların rəsmiləşdirilməsinə sərf etmiş, gömrük rüsumunu ödəsə də, həmin pul da işlərin yerinə yetirilməsi üçün kifayət etməmişdir. Karxananın çalışmasına Zərifə Əliyeva göz klinikasının yanında yerləşən binada anasının adına olan mənzili 285000 manata satıb, o pulları da həmin karxananın quruculuq işlərinə xərcləmiş, eyni zamanda da Şədiyyə vasitəsilə banka olan borcları ödəmiş, həmin pulları özünün tapşırdığı Şahin adlı sürücüsü aparıb ödəmişdir. Buna baxmayaraq, yenə də karxananı çalışdıra bilməmiş, əlavə pul lazım olduğu üçün Şədiyyənin icazəsi ilə yeni bir şərik gətirmək qərarına gəlmişdir. Şədiyyə də razılıq verdiyinə görə şirkətin 50%-ni Famil adlı şəxsə satmış, ondan aldığı 260000 manatla karxananı işə salmışdır. Çalışmağa başladıqdan sonra Şədiyyə karxananı satmağını ona bildirmiş, ondan səbəbini soruşduqda, Dövlət Gömrük Komitəsinin sədri olan bacısının yoldaşı Aydın adlı şəxsin əsəbləşdiyini bildirmişdir. Bu zaman Şədiyyəyə karxananın satışı üçün gözləmək lazım olduğunu demişdir. İqtisadi böhranla bağlı karxananı istədiyi qiymətə sata bilməyəcəyini bildirib, şebelin bir tonunun 5 manatdan 1 manata düşdüyünü bildirmişdir. Buna baxmayaraq, Şədiyyə onu karxananı satmağa məcbur etmiş, ******* manata başa gələn karxananı ******* manata satmışdır. Şədiyyə xanıma olan borcunu tamamını notariusun qarşısında onun sürücüsü Şahin adlı şəxsə vermiş, 200000 manat borcu qalmış, qalan borcunu daha sonra ödəmişdir. Şədiyyə bu işdən heç bir xeyir götürməmiş, o da külli miqdarda zərərə düşmüşdür. Bundan sonra Quba rayonunda ona məxsus 12 hektar təsərrüfat üçün torpaq sahəsi olduğu üçün, həmin torpaq sahəsində «parnik» işləri görmək qərarına gəlmişdir. Bunun üçün böyük məbləğdə pul lazım olmuş, bu dəfə də krediti öz adına götürmək istəmişdir. Şədiyyə bu barədə eşidəndə təsərrüfatla maraqlanmağa başlamış, ona bankdan pul götürmək istədiyini bildirdikdə, Şədiyə «Paşa bank»da tanışı olduğunu ona demişdir. O da kredit götürməyə köməklik etməyi ondan xahiş etmişdir. 2016-cı ildə Şədiyyə ona zəng vurub «Paşa bank»ın müdiri Emin adlı şəxslə danışdığını, onu tapşırdığını bildirmiş, banka gedib orada danışıqlar aparmış, bankdan ona biznes planı hazırlamağı tapşırmışdırlar. Bundan sonra, Şədiyyə ilə bu barədə danışmış və biznes plan hazırlayan şəxs tapmış, Nail Haşımov adlı şəxslə onu görüşdürmüşdür. X42 gedib orada torpaq sahəsinə baxış keçirib, müəyyən ölçülər götürmüş, 50000 manata yaxın öz hesabına pul xərcləyib, «Minnur Aqro» şirkəti açmışdır. Hər şey hazır olduqdan sonra Şədiyə bank müdiri Eminlə danışıb biznes planın hazır olduğunu bildirmiş və sənədləri banka təqdim etmişdir. Bir müddətdən sonra bank işçiləri həmin torpağı əkməyi ilə bağlı nə dərəcədə peşəkar və həvəsli olmaların görmək istədiklərini bildirmişdirlər. Şədiyyə ilə həmin torpaqda əkin işləri aparmaq barədə məsləhətləşmiş, əkin-biçin işləri üçün dəstək olacağı təqdirdə onu da bu biznesə şərik etməyi təklif etmişdir. Əkin işləri üçün 100000 manat onun tərəfindən, 95000 manat Şədiyyə tərəfindən pul vəsaiti xərclənmişdir. Onlar 12 hektar olan torpaq sahəsində pomidor və badımcan əkmişdirlər. Artezian, suvarma işlərinə çox pul getmiş, eyni zamanda da gübrə, texnika, işçi heyəti, abadlaşdırmaya pul xərcləmişdirlər. Şədiyyə tez-tez Qubaya əri kimi təqdim etdiyi Rasim adlı şəxslə gəlib təsərrüfata baş çəkmişdir. Daha sonra pomidorlara dərman lazım olmuş, həmin vaxt artıq pul bitmişdir. Bu barədə Şədiyyəyə dedikdə, sonuncu qızılları oldduğunu, onu banka qoyub pul götürməyi təklif etmişdir. O, pul vəsaitini özü götürməsini təklif etdikdə, bankda onu tanıdıqları üçün utandığını və pulu onun götürməsini söyləmişdir. Bunun üçün ona banka girov qoymaq üçün 500 qr qızıl vermişdir. O, həmin qızılları banka qoyub 17000 manat pul götürmüş, həmin pulu pamidor əkini üçün gübrə və işçi heyətinə xərcləmişdirlər. O, bankdan alınmış 3 ay qızıllara faiz ödəmiş, Şədiyyə pul verməmişdir. Pamidor yetişəndə qiyməti 1 manat 50 qəpikdən 09 qəpiyə düşmüşdür. Onlar həmin əkindən heç bir qazanc əldə etməmiş, qızıllar da lombardda batmışdır. Bank iqtsadi böhrana görə bizə pul ayırmamış, həmin biznesini də belə iflas olmuşdur. O, Şədiyyəyə Türkiyədə restoran açmağa getdiyini və burada pul qazana bilmədiyini bildirmişdir. O, Şədiyyəyə restoran açıb, təsərrüfatda itirdiklərini burdan qazanıb ona ödəyəcəyini bildirmişdir. Eyni vaxtda ona məxsus qızılları da başqa bir lombardda batmış, 2016-cı ildə Türkiyəyə gedib orada oturma izni almış, şirkət açmışdır. «Minnur qida» restorant kirayə götürüb təmirə başlamış, evini satıb, pulunu təmirə xərcləmişdir. Həmin vaxt Şədiyyyə Türkiyəyə gəlib restorana şərik olmaq niyyətində olduğunu bildirmiş, o da Şədiyyənin təklifinə etiraz etməmişdir. Əslində Şədiyyə ona çox dəstək olmuşdur. O da Şədiyyənin hər zaman hörmətini saxlamağa çalışmış, qazandığı pulları onunla bölüşməyi düşünmüşdür. İstanbulda açacağı restorana ümidi çox böyük olmuş, hər şeyi satıb bu restoranın fəaliyyətə düşməsinə çalışmışdır. X27 gəlmiş, o da onları qarşılayıb otellərin birinə yerləşdirmişdir. Müayinə və müalicə üçün apardıqdan sonra onlarla bərabər Üsküdar Acıbadəm küçəsində təmiri gedən restorana aparmış, Şədiyyə İstanbula gəlməmişdən əvvvəl mənə 45000 ABŞ dolları göndərmişdir. O, restorana 700000 ABŞ dolları pul xərcləmiş, Şədiyyə restorana xeyir-dua verib xoşuna gəldiyini bildirmiş və restorandan çox pul qazanacaqlarını ümid etdiyini bildirmişdir. Onları Bakı şəhərinə yola salıb işləri ilə məşğul olmuş, 20 gün sonra işləri ilə bağlı o da Bakıya gəlmişdir. Şədiyyə ilə həmişəki kim danışmış, səhəri günü internetdə, sosial şəbəkələrdə onun haqqında yazılar çıxmış, həmin yazıda tanınmış bəstəkar, şair Təqsirləndirilən şəxs qadına qarşı 405000 manat dələduzluq cinayəti törətməsi barədə xəbərlər dərc olunmuşdur. Şədiyyə xanıma zəng vurub bunun nə demək olduğunu soruşmuşdur. İstintaq zamanı qərəzli yanaşıldığından tamamilə ittiham aktında onun əleyhinə yazılar yazılmış, səbəbini soruşduqda məhkəmədə hər şeyin aydın olacağı ona bildirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq ifadəsində göstərdi ki, 230000 ABŞ dollarına aldığı toorpağı 130000 manata satdığını, Şədiyyəyə 200000 manat pulu banka ödəməsi üçün vermiş, həmin vaxt həmin məbləğdə pulun yarısını banka ödəyib, qalan yarısını da öz ehtiyaclarına xərclədiyini bildirmişdir. O, biznes fəaliyyətində Şədiyyənin pulu ilə deyil, hər yerdə öz pulunu da qoymuşdur. Türkiyədə restoran açmış, məqsədi oranı işlədib, Şədiyyə xanıma pul ödəmək olmuşdur. Türkiyədə açılan restoran üçün Şədiyyə 44000 ABŞ dollar pul göndərmişdir. O, Türkiyədə restoran açmaq fikri olduğunu bildirəndə Şədiyyə özü restorana şərik olmaq istəmiş, ona görə ondan pul istəmiş, o da 44000 ABŞ dolları məbləğində pul göndərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki,təqsirləndirilən Təqsirləndirilən şəxs ali təhsilli hüquqşünasdır, 2014-cü il tarixdə Mehriban Əsgərova ilə ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı Minnur və Zeynalabidin doğulmuşdur. Zərərçəkmiş şəxs ilə heç bir ədavəti, qohumluğu və düşmənçiliyi olmamışdır. Şadiyyə xanımla qardaşı Anar vasitəsi ilə münasibət qurmuş və həmin vaxt o, Dövlət Gömrük Komitəsində yüksək vəzifə daşımışdır. Onunla ailəvi bir birilərinə get-gəlişi olmuş və həmin vaxtdan aralarında biznes münasibətləri qurulmuşdur. Onlar 2012-ci il tarixdə biznes fəaliyyətinə başlamış, həmin vaxtlar o, Quba rayonu Nügədi kəndində yerləşən çınqıl karxanasını 200000 ABŞ dollarına alıb, tək işlətmişdir. Həmin ərəfələrdə çınqıl karxanası ilə bağlı Şadiyyə xanımla söhbət etmiş və sonuncu onunla birgə işləmək istədiyini ona təklif etmişdir. Həmin vaxt karxanada avadanlıqlar olmamış və Şadiyyə xanım ona qeyri rəsmi formada karxanaya avadanlıqların alınması üçün bir neçə dəfə olmaqla ümumilikdə 140 min manat pul vermişdir. Həmin pullar və öz hesabına “karyerə” 700 min manat dəyərində müxtəlif avadanlıqlar satın alıb yerləşdirmişdir. Bir müddətdən sonra Şadiyyə xanım nəvəsinin ağır xəstə olduğunu bildirərək həmin karyeri satmağımı ondan tələb etmiş, o da 2013cu il də məcbur olub həmi karyeri hazırda adını xatırlamadığı şəxsə ******* manata satmış və həmin puldan Şadiyyə xanıma 200 min manat pul vermişdir. Bundan sonra münasibətləri normal davam etmiş, ona hətta hər hansı bir iş quracağı təqdirdə ona xəbər eləməsini də bildirmişdir. 2014-cü il tarixdə Quba rayonunda yerləşən, Qudyalçay üzərində olan çınqıl karyerini adını indi xatırlamadığı sahibkardan 500 min manata alaraq “xxxxxxxxxxxxxxxxx” adlı MMC yaradıb fəaliyyətə başlamış və bununla bağlı söhbət Şadiyyə xanıma da çatmış və o onu iş yerinə dəvət edərək ortaqlıq təklif etmişdir. O da onun təklifini qəbul edərək əlində olan pulun hamısını karyerin almağa sərf etdiyini və həmin karxananı tam gücü ilə işlətmək üçün pulunun olmadığını ona bildirmişdir. Şadiyyə xanım ona nə qədər pul lazım olsa təmin edəcəyini bildirmiş, bu vaxt o da ona karyerə yeni avadanlıqların alınması üçün 500 min manata ehtiyac olduğunu bildirmişdir. Şadiyyə xanıma həmin karyerin tam gücü ilə işlədiyi təqdirdə aylıq 30-50 min manat gəlir gətirəcəyini də bildirmişdir. Şədiyyə xanım nağd pulunun olmadığını və bankdan pul götürə biləcəyini ona bildirmiş, onunla ilkin razılığa gəldikdən sonra birlikdə həmin karxanaya gedərək baxmışlar. Quba rayonundan qayıdandan sonra birlikdə “xxxxxxxa” gedərək Şadiyyə xanımın adına 24 ay müddətinə və aylıq 23 min manat ödəməklə aylıq 22% şərti ilə 450 min manat dəyərində pul kredit götürmüşlər. Şədiyyə xanım həmin vaxt banka hansısa bağ sahəsini və evini girov qoymuş, o isə özü Şadiyyə xanımın bağladığı müqaviləyə zamin durmuşdur. Bundan sonra bank onlara 450 min manat dəyərində kredit ayırmış və həmin gün də pulu Şadiyyə xanım bankdan götürmüşdür. Karyeri tam gücü ilə işləməsi üçün 5-6 ay lazım olduğundan və bankın onları həmin müddət ərzində narahat etməməsi üçün bankdan götürdüyü puldan 50 min manat pulu bankın iki aylıq kreditini ödəmişdir. Qalan 400 min manatı pulu isə Şadiyyədən həmin gün götürmüş və həmin pulla karxananın təmir-tikinti və avadanlıq alma işlərinə xərcləmişdir. Həmçinin Şədiyyə xanıma rəsmi qaydada həmin MMC-dən 15 % də pay vermişdir. Sonrada bankın kreditlərini ödəməyə başlamış, təxminən 23 min manat olmaqla 8-10 ay banka kredit pul ödəmişdir. Həmin pulları öz adından və Şədiyyənin sürücüsü Şahin vasitəsi ilə banka ödəmiş, lakin ödəmə çeklərini itirmiş və bu səbəbdən də istintaqa təqdim edə bilməmişdir. Həmin kreditə görə özü banka təxminən 200 min manatdan artıq pul ödəmişdir. Dəfələrlə Şadiyyə xanımla birlikdə Quba rayonuna gedərək həmin karxanada gedən işlərə baxmışlar. Lakin bütün bunlara baxmayaraq karxananı işə sala bilməmiş, həmin ərəfələrdə manatın dəyərini itirmiş, məcbur qalıb Binəqədi rayonunda anasının adına olan evi 285 min manata sataraq həmin pulu da karxananın təmir-tikintisinə avadanlıqların və texnikanın alınmasına sərf etmişdir. Lakin bu pulda yetmədiyindən karxanada işlər bir müddət dayanmış və Şədiyyə xanım ona karxananın satılmasını və onun pulunun qaytarılmasını ondan tələb etmişdir. Bundan sonra karxananı satmaq üçün müştəri axtarmış və tanışı Familə karxananı yarısını satmışdır. Belə ki, Famili isə adını unutduğum “makler” vasitəsi ilə tanımış və onun “Elmlər” metrosunun yaxınlığında yerləşən evini təxminən 400 min manata almış və həmin evin 70 min manatını ilkin olaraq nağd şəkildə ödəmişdir. Qalan pulları da hissə-hissə ödəyəcəyi barədə onunla razılaşmışdır. Həmin ərəfələrdə söhbət əsnasında satılıq karyerinin olduğunu bildirmiş və bir neçə gündən sonra birlikdə görüşərək Quba rayonunda yerləşən karyerə gedib baxmışlar. Famil də həmin karyeri bəyənmış, ona həmin vaxt ortaqlıq təklif etmiş və rəsmi olaraq MMC-dən 50 % hissəsini onun adına keçirmişdir. O, isə satışa görə evin qalan pulunu və özünün istifadəsində olan “Mersedes” GL markalı avtomobilini onun adına keçirmişdir. Bu barədə Şədiyyə xanıma da bildirmiş və o da buna heç bir etiraz etməmişdir. Lakin satışdan Şədiyyə xanıma pul verməmişdir. Bundan sonra Şadiyyə xanımın təkidi ilə karxananın hamısını satmağa qərar vermişlər. Bu məsələ ilə bağlı Famillə görüşərək karxananı qalan 50%-ni satmaq istədiyini bildirmiş, Famil də qalan hissəni almaq istədiyini ona bildirmişdir. Qalan hissəni də 800 min manata satdığını ona təklif etmiş və Famil də həmin qiymətə onunla razılaşmışdır. Familə həmin sex borcları (dəzgah, avadanlıq və texnikaya görə) və karxananın özünün də qiyməti üstündə olmaqla təxminən 1700***-******* manata başa gəlmişdir. Həmin karxananı yerdə qalan 50 %-ni də Familə 800 min manat nağd pula satmışdır. Həmçinin Şadiyyəni 15 % payı da həmin hissənin içində olmuşdur. Şadiyyə xanımın adından alqısatqıda onun sürücüsü Şahin iştirak etmiş və həmin puldan banka olan krediti ödəməsi üçün Şadiyənin özünə təxminən 200-250 min manat pul vermişdir. O da razılaşaraq həmin pulu götürmüş və həmin pulun 100 min manatını Banka kreditə qalanını isə borclarına görə ödəmişdir. Sonradan Şadiyyə xanımın bankdan götürdüyü krediti ödəmədiyini eşidərək 2016-ci il tarixdə banka 30 min manat pul ödəmişdir. Hesablamalarına görə həmin kreditə görə banka heç bir borcu qalmamış, qalmışdırsa ödəməyə hazır olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdi ki, təxminən 2016-ci il tarixdə Şadiyyə xanımla görüşmüş və ona Quba ərazisində arvadının adına olan 8-10 hektar əkin sahəsində təsərrüfat quraraq pul qazanmalarını təklif etmişdirlər. Həmin torpağı özünün ehtiyat pulu və karxana satışından qalan pulun hesabına almışdır. Bununla bağlı Şadiyyə xanımdan pul istəmiş lakin ona pulunun olmadığını bildirmişdir. Buna rəğmən ona qazancdan pul verəcəyini də bildirmişdir. Həmin sahəyə pomidor əkmiş lakin heç bir qazanc əldə etməmişdir. Hətta həmin torpağa aid sənədləri Şadiyyə xanıma bankdan təsərrüfatı genişləndirmək üçün pul götürməsi üçün vermiş, lakin o, bankdan pul götürə bilməmişdir. Bundan sonra sənədləri ondan geri almış və həmin torpağı sataraq Türkiyə Respublikasında restoran açmaq qərarı vermişdir. Bu məqsədlə də 2016-ci il tarixdə Türkiyə Respublikasına gedərək bu işlərlə maraqlanmışdır. Həmin ölkədə “oturma izni” almış və açacağı restoran üçün də yer tapmışdır. Bir müddətdən sonra ölkəyə qayıtmışdır. İkinci dəfə isə 2017-ci ilin qış ayında Türkiyəyə Respublikasına getmiş və orada şirkət yaradaraq restoran taparaq təmir işlərinə başamışdır. Həmin ərəfədə Şadiyyə xanım əri ilə ora gəlmiş və o da onları qarşılayaraq otelə yerləşdirmiş və Şadiyyə xanım onun təmir apardığı restoranına gələrək baş çəkib xeyr-dua vermişdir. Bir müddət orada qalandan sonra yenidən Azərbaycana qayıtmış, həmin ərəfələrdə sosial şəbəkələrdən Şadiyyə xanıma qarşı dələduzluq etməsi barədə məqalələr oxumuş, bununla bağlı Şadiyyə ilə telefonla zəngləşərək ondan bunun nə məsələ olmasını soruşmuş, Şadiyyə isə ona bu məsələdən xəbəri olmadığını və hazırda ölkədə olmadığını qayıdandan sonra onunla söhbət edəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Nəsimi RPİ-nin 19-cu PB-nə çağırılmış və həmin PB-nə gedərək təhqiqatçı ilə söhbət etmiş və həmin vaxt təhqiqatçı ona Şadiyyə xanım PB-nə ərizə verərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Həmin vaxt Şadiyyə xanımın qohumu Abbası orada görmüş, o da ona Şadiyyə xanımın pulunu ödəməsini bildirmişdir. Sonra təkrar Şadiyyə xanıma zəng etmış, Şadiyyə xanım isə ona pulunu ödəməsini əks təqdirdə tutulacağını bildirmişdir. Həmçinin ona 400 min manat pulunu geri qaytarmağı və bundan sonra şikayətini geri götürəcəyini bildirmişdir. O da ona birlikdə iş gördüklərini lakin işlərinin alınmadığını və ona yalnız 150 min manat banka ödəniləsi borcunun olduğunu onu da ödəyəcəyini bildirmişdir. Bundan sonra polisdən qorxduğundan və Şadiyyə xanımın da sakitləşməsini gözlədiyindən ölkəni tərk etmək qərarı vermiş, istifadəsində olan “Grand Chroke” markalı ** DT *** dövlət nişanlı avtomobili ilə Qazax rayonunda yerləşən keçid məntəqəsinə getmiş, lakin oradan sərhədçilər ona sərhəd keçməyə qadağan qoyulduğunu bildirərək sərhəddən buraxmamışlar. Bundan sonra geri qayıtmış, bərk qorxduğundan hansı yolla olursa olsun ölkəni tərk etmək qərarına gəlmiş, avtomobilini adını xatırlamadığı şəxsə 20 min dollara sataraq pulu evə verib arvadına Türkiyə Respublikasına işlə bağlı gedib qayıdacağını demişdir. Sonrada oradan-burdan Balakən-Qax ərazisindən Gürcüstan Respublikasına nəzarətsiz keçid yerinin olduğunu öyrənmiş, 2017-ci ilin may ayının 12-17 tək Balakən-Qax rayonu istiqamətinə taksilərlə getmişdir. Həmin ərazinin yer adını və ünvanını tam olaraq xatırlamır. Həmin sərhəd əraziyə gedib ətrafı saatlarla müşahidə etmiş, həmin ərazidə gur suyu olmayan çayın axdığını, həm bu tərəf həm də əks tərəf ərazidə heç bir əksəri olmadığını və həmin ərazidən keçməyin təhlükəsiz olduğunu başa düşüb həmin gün də gecə saatlarında tək başına çaydan bir təhər keçərək Gürcüstan hissəsinə adlamışdır. Sonrada dayanmadan piyada yol yerimiş, bir müddət gedəndən sonra yola çıxmış və yoldan keçən təsadüfü taksiyə minərək Tiflisə getmişdir. Səhəri gün də Türkiyə Respublikasına keçmək üçün taksi ilə Batumi şəhərinə getmiş, gizli yolla da oradan Türkiyə Respublikasına keçərək oradan da birbaşa İstanbula şəhərinə getmişdir. İstanbulun Üsküdar-Acibadəm səmtində restoran icarəyə götürərək həmin restorana “Minur Qafqaz sofrası” adını verərək restoranda təmir işləri aparmağa başlamışdır. Həmin ərəfələrdə Şadiyyə xanımla əlaqə qurmuş, ona Türkiyədə olduğunu bildirərək restoran icarəyə götürdüyünü və banka olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Şadiyyə ona restoranın təmiri üçün və restoranda ortaq olmağı üçün pul göndərmək istədiyini bildirmiş, 2017-ci ilin fevral mart aylarında Şadiyyə xanım ona 44 min ABŞ dollar pul göndərmişdir. Həmin pulu da restoranın təmirinə xərcləmişdir. Bundan başqa Quba rayonunda olan torpağını 2017-ci ilin yay aylarında adını hazırda xatırlamadığı şəxsə 160 min manata adını bilmədiyi “makler” vasitəsi ilə satmış və həmin pulu qohumları tərəfindən hissə-hissə ona göndərmişlər. Həmin pulları da təmirə xərcləməsinə baxmayaraq restoran işə sala bilməmişdir. Həmin ərəfədə də təyyarə ilə ailəsi də İstanbula gəlmiş və orada da oğlu Zeynalabdın doğulmuşdur. 2018-ci ilin mart ayında Türk polisi onu saxlamış, ona saxlama səbəbi kimi Azərbaycan Respublikası polisinin müraciət etdiyini bildirmişlər. Türk polisi onu İstanbul Anadolu Ədliyyə məhkəməsinə aparmış və orada məhkəmənin qərarı ilə barəsində 40 gün həbs seçilərək Maltəpə cəza evində saxlanılmışdır. Sonrada onu oradan məhkəməyə aparmışlar. Orada onun ifadəsi alınmış və sonrada sərbəst buraxmışlar. Bir neçə gündən sonra Türkiyə DİN-nin əməkdaşları onun evinə gələrək onu yenidən saxlayaraq ona Azərbaycan Respublikasına etap olunacağını bildirmişlər. Lakin onların qərarını İstanbul Anadolu ağır cəza məhkəməsinin hakimi ləğv edərək məhkəmənin davam etdiyini bildirərək Azərbaycana qaytarılmayacağını demişdir. Həmçinin hakim ona bu müddət ərzində sərhədlərini necə keçməsini və burada dolandırıcılıq suçu işləyib-işləməyini araşdıracağını ona bildirmişdir. Onu məhkəmədən “Maltəpə” 03 nömrəli, “L” tipli cəza evinə aparmışlar və orada 390 gün qalıb cəza çəkmişdir. xx xxxxx 2019-cu il tarixdə “Maltəpə” cəza evindən çıxarılaraq İstanbul “Metres” cəza evinə etap edilmiş və orada ona Ədalət Nazirliyinin onu Azərbaycana verilməsi barədə qərar qəbul etməsini bildirmişlər. xx xxxxx 2019-cu il tarixdə onu Azərbaycan Respublikasından gələn polislərə təhvil vermişlər və həmin gün də onlar tərəfindən təyyarə vasitəsi ilə ölkəyə gətirmişlər. Azərbaycan Respublikasına qayıtdıqdan sonrada polis əməkdaşları onu 1 saylı BİT-na yerləşdirmişlər. Habelə ifadəsində Şadiyyə Salehli ilə iş birliyinin olduğunu, ona qarşı heç bir dələduzluq etmədiyini, ona məxsus qızıl-zinət əşyalarını ələ keçirmədiyini və biznes münasibətləri quraraq gəlir əldə etdiklərini, bəzi işlərdə də biznes fəaliyyətlərində uğursuzluğa düçar olduqlarını, nəticədə özü və Şadiyyə xanım da küllü miqdarda maddi ziyana uğradıqlarını bildirmişdir (Cild 3, i.v. 226-235). Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2012-2013-ci illərdə tanımışdır. Turalı qardaşı vasitəsi ilə tanımışdır. Turalı mədəni, ali savadlı, dünya görüşü olan, ağıllı, işgüzar insan kimi tanımışdır. Həmişə özünü mədəni göstərir, daimi olaraq gördüyü uğurlu işlər haqqında ona danışırmış. Tural onun oğlu yaşında olmaqla ona çox etibar etmiş, işgüzarlığı ilə onun gözündə çox hörmət və inam qazanmışdır. Tural daima onunla əlaqə saxlayır, bayramlarda təbrik edir və böyük kimi hörmət edirmiş. Daha əvvəllər biznes fəaliyyəti ilə məşğul olmamışdır. Qız nəvəsinin 5 yaşı var və o, xərçəng xəstəliyindən əziyyət çəkir, onun müalicəsi üçün daimi olaraq külli miqdarda pul lazımdır, bu səbəbdən o, əlavə gəlir yeri axtarmalı olmuşdur. Ona görə də Turalın iş təklifini qəbul etmişdir, bildirdiyi kimi ona çox güvənmiş və inanmışdır. Belə ki, təxminən 2012-2013-cü ildə Tural söhbət əsnasında bildirmişdir ki, Quba rayonunda çınqıl sexi alıb, orada çınqılın istehsalı ilə məşğul olmaq istəyir, lakin texniki avadanlıqları almağa imkanı yoxdur, ona bu işi görmək üçün pul versə onu da şərik edər, bütün avadanlıqları almağa 200.000 manat lazımdır, onun məqsədi həmin sexi işə salmaq, daha sonra oranı satmaqdır, əldə edilmiş qazancdan ona da pay verəcək. Bu sahədə təcrübəsi olmadığından Turalın dediklərinə və inandırıcı nitqinə, bu işin çox gəlirli olması barədə dediklərinə inanmış, onunla razılaşmışdır. Aydınlaşdırmışdır ki, Turalın təklifi ilə dərhal razılaşmamış, istədiyi pul külli miqdarda olduğundan yatırım etməkdən qorxmuşdur. Tural hətta bir dəfə onu Quba rayonuna aparmış, sexin yerini göstərmişdir. Həqiqətən orada bəzi tikililər və bəzi avadanlıqlar olmuşdur, Tural izah etmişdir ki, bu texnika azdır, saz deyil, başqa texnikalar almaq, istehsalı artırmaq lazımdır. Həmin illərdə qohumlardan, tanışlardan müəyyən miqdar borc almış və illərlə özündə toplanan pullarını toplayaraq 200.000 manat düzəldib Turala vermiş, aralarında bununla bağlı hər hansı rəsmi müqavilə bağlanmamışdır. Pulu verdikdən sonra Tural tez-tez ona gördüyü işlər barədə danışır, hər şeyin yaxşı olduğunu bildirirmiş. Təxminən 6-7 ay sonra Tural həmin çınqıl sexini satdığını ona bildirmiş və ondan aldığı 200.000 manatı geri vermişdir. Pulu geri verəndə bildirmişdir ki, o, sexin satışından gəlir əldə edə bilməyib, əslində oranı ucuz satıb, bir qədər gözləsəydi daha baha sata, çox gəlir əldə edə bilərdi. Qısa müddətdə və tələsik satmasının səbəbini isə belə izah etmişdir ki, guya ondan pulu alarkən onu qısa zamanda geri verəcəyini söz veribdir, müddət qurtardığından və guya onun yanında yalançı çıxmamaq, pulu geri vermək üçün sexi maya dəyərinə satıb. Tural ondan aldığı 200.000 manatı geri verdiyindən onun Turala inamı daha da artmış, belə izahından sonra onun necə dürüst insan olduğuna inanmışdır. Bu iş birliyi Turalla birinci işi olmuşdur, bundan sonra Tural tez-tez ona başqa işlər görmək barədə danışır, yaxşı qazanc əldə etməyin yollarını axtardığını demişdir. Hər dəfə də yaxşı iş olanda ona deyəcəyini bildirir, bəzən inandırıcı formada bir iş olduğunu, amma riskli olduğundan onu bu işlərə salmaq istəmədiyini bildirirmiş. O da inanırmış ki, Tural onu riskli işlərə salmaz, hər şeyi özü düşünür. 2014-cü ilin əvvəllərində Tural bildirmişdir ki, yenə də Quba rayonunda çınqıl sexi üçün yaxşı yer alıb, sex quruludur, hətta bəzi texnikalar da var, amma yenə də bəzi texniki avadanlıqlar da almaq lazımdır, ona bəzi sənədlər göstərmiş, həmin sənədlərə dəqiq baxmamışdır, amma xatırlayır ki, əsas sənədlər “X49” MMC-yə aid olmuş, Tural sexə aid torpağın həmin şirkətin balansında olduğunu demişdir. Tural təklif etmişdir ki, ona avadanlıqları almaq üçün pul versin, bu dəfə ona yaxşı gəlir verəcək. Bu qaydada aralarında bu məsələ ilə bağlı bir və ya iki ay müddətində söhbətlər olmuşdur. Təxminən həmin vaxtlarda Tural onu Quba rayonuna, həmin sexə aparmış, o, oraya sürücüsü Şahinlə birlikdə getmiş, orada ona görülməli işlər barədə danışmış, hər şeyin hazır olduğunu, bircə avadanlıqların qaldığını bildirmişdir. Ərazi ilə tanış olduqdan sonra Turaldan bütün sadalanan işlərə görə nə qədər pul lazım olduğunu soruşmuş, o, bildirmişdir ki, hər şeyi hesablayıb, 450.000 manat lazımdır, sonra izah etmişdir ki, oranı dərhal satmayacaq, hesablamalarına görə obyekt hər ay ən azı 30.000 manat gəlir verəcək, bir müddət oranı işlətdikdən sonra oranı daha baha qiymətə satacaqdır. O, Turala 450.000 manatının olmadığını bildirmiş, bundan sonra Tural təklif etmişdir ki, həmin pulu onlar hansısa formada bankdan alsalar özü bütün borcları geri qaytaracaqdır. Turaldan onunla gəliri necə böləcəyini soruşduqda o, bildirmişdir ki, əgər pul bankdan götürülsə o, bütün borcları, hətta faizləri ödədikdən sonra əldə edilmiş gəlirdən 15 %-ni ona verəcək, bundan sonra təklif etmişdir ki, onu rəsmi olaraq şirkətə şərik etsin. Turalın inandırıcı hərəkətlərindən sonra onunla razılaşmış, hətta həmin günü Tural onu Quba rayonunda notariusa aparmış, ona “X49” MMC-yə 15 %-lik şəriklik payı vermişdir. Tural onun nağd olaraq 450.000 manatının olmadığını bildirmiş və Tural ona bankdan kredit götürməsini təklif etmişdir. 2014-cü ilin iyun ayında o, bankda işləyən tanışlarından kredit götürməkdə ona kömək etmələrini xahiş etmiş və “xxxxxx” ASC-nin Yasamal rayonunda yerləşən filialı ilə ona həmin məbləğdə kredit verilməsi barədə razılaşmış və bundan sonra bütün lazım olan sənədləri hazırlamağa başlamışdır. Kredit verilməsi üçün o, Novxanı bağlar massivində yerləşən bağ evini, Yasamal rayonunda yerləşən evini girov qoymalı olmuş, bundan başqa ona kreditin ödənilməsi üçün kimsə zamin durmalı olmuşdur. O, heç kimdən ona 450.000 manata görə zamin durmasını xahiş edə bilməzmiş, heç kim bu qədər böyük məbləğə zamin də durmazmış, bunu Turala demiş, bankla razılaşmışdır ki, zamin olaraq Turalın özü olsun, amma onun özü heç bir şəxsi əmlakını girov qoymamış, ikinci zamin kimi isə “X49” MMC-ni yazmışlar. Qabaqcadan razılaşdıqları kimi xx xxxx 2014-cü il tarixdə o, sürücüsü Şahin və Tural birlikdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsində yerləşən “xxxxxx” ASC-nin filialına getmiş, topladığı sənədləri, şəxsiyyət vəsiqəsini, girov qoyacağı əmlakların çıxarışlarını təqdim etmiş, onunla bank arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə görə ona 450.000 manat 24 ay müddətinə illik 22 %-lə kredit verilmişdir. Həmçinin müqaviləyə görə 24 ay müddətində hər ay banka 23.345 manat ödəməli olmuşdur. Kreditin təminatı onun mülkiyyətində olan onunla bağlanan ipoteka müqaviləsi, Turalın özü ilə və “X49” MMC ilə bağlanan zaminlik müqaviləsi olmuşdur. Daha sonra onunla ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsində istifadədə olan 0.0764 ha torpaq sahəsində yerləşən 94 nömrəli, 5 mərtəbəli binada 59,75 kvm ümumi, 46.75 kvm yaşayış sahəsindən ibarət, 44 nömrəli mənzil və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətimdə olan 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 57.6 kvm yaşayış, 120.5 kvm köməkçi sahədən ibarət bağ girov predmeti kimi rəsmiləşdirilmişdir. Bütün rəsmiləşdirilmə işləri yekunlaşdıqdan sonra həmin günü bankdan 450.000 manatı kassadan almış, həmin vaxt Tural da yanında olmuş, Tural bankın içində həmin pulun üstündən 50.000 manatı götürərək onu kreditə görə iki aylıq ödəniş kimi bankın kassasına ödəmişdir. Bunun səbəbini Turaldan soruşanda bildirmişdir ki, sexdə aparılacaq işləri bitirmək üçün ona iki ay lazımdır, hər bir halda iki ay ödəniş edə bilməycək, ona görə pulu qabaqcadan verir ki, sonra problem yaranmasın, iki aydan sonra artıq sex gəlir verəcək, ondan artıq həmin gəlirlə aylıq kreditləri özü ödəyəcək. Bankdan çıxdıqdan sonra, bankın qarşısında onun avtomobilində onda olan 400.000 manatı Turala vermiş, həmin vaxt Şahin də avtomobildə olmuşdur. Həmin tarixdən sonra o, demək olar ki, hər gün Turalla danışmış, Tural ona bütün avadanlıqları aldığını, tikinti işləri apardığını deyərək, hətta bəzən ona apardığı tikinti işlərinin fotoşəkillərini göndərmişdir. Bu qaydada onların arasında davamlı olaraq söhbət olmuş, hətta bir neçə dəfə o, Qubaya gedərək tikinti işləri və aparılmış işlərlə tanış olmuş, həqiqətən də orada Turalın danışdığı kimi işlərin getdiyini görmüşdür. Bankdan 450.000 manat götürdükdən və onu Turala verdikdən sonra arxayın olmuşdur ki, Tural aybaay ödənişləri edəcək. Lakin iki ay sonra bankdan ona zəng vuraraq aylıq ödənişin vaxtının çatdığını bildirmişlər. Sex işləməyə başladığından o, ödənişlərin gecikməyəcəyinə arxayın olmuşdur. O, bu barədə Turala demiş, Turalda ona bildirmişdir ki, hələ işlər yaxşı getmir, sex yeni işə başladığından işləri “qaldırmaq” üçün ona vaxt lazımdır, o, dosttanışdan pul taparaq aylığı ödəsin, onsuz da daha sonra bütün borcları özü ödəyəcək. O, Turalın bütün sözlərinə inandığından belə də edir, başa düşməyə çalışırmış ki, Tural öz işini bilir, ona kömək etmək lazımdır, Turalın ona qarşı dələduzluq etdiyindən heç bir halda şübhələnməmişdir. O, bir şərik kimi tanışlarından borc alaraq aylıq ödənişi etmiş, bu barədə Turala demiş, çünki razılığa görə bütün borcları sonradan Tural ödəməliymiş. Həmin vaxtlarda Tural həmişə ona deyirmiş ki, onun Quba rayonunda 12 hektarlıq torpaq sahəsi var, hətta Tural həmin torpaq sahəsinin sənədlərini ona göstərmişdir. Həmin torpaq sahəsinin çıxarışı onun arvadı Mehribanın adına rəsmiləşdirilmişdir. Həmçinin Tural ona bildirmişdir ki, həmin torpaq sahəsinin yanında böyük bir ferma var, oranı almaq istəyir, ferma quruludur, bütün şəraiti var, həmin fermanın öz torpaq sahəsi ilə birləşdirsə yüksək gəlir əldə edəcək, bu işi dəqiqliyi ilə hesablayıbdır, əldən veriləsi şans deyil, bu işdə onu da şərik edəcək. Bütün bu danışıqlar sexlə bağlı işlərlə eyni vaxtda olmuş, hələ onda Turalın sexlə bağlı elə bir ciddi şikayəti olmamış, hər şeyin qaydasında olduğunu demiş, bu işi isə yeni bir gəlirli iş kimi ona da təklif etmişdir. Bir müddət sonra Tural ona bildirmişdir ki, o, fermanı alır, pul lazımdır, sexi isə satır, ona pul versin. O, Turala pulun olmadığını, banka ödənilən aylıq ödənişlərə görə onun əlavə borclarının yarandığını bildirmişdir. Tural isə ona bildirmişdir ki, sex istədiyi kimi işləmir, yaxşı qazanc vermir, oranı işlədib qazanc əldə etdikdən bir müddət sonra satmaq istəyirmiş, amma işlər hesabladığı kimi olmadığından oranı satır, obyektin 2 milyon qiyməti var, satılan kimi borcları bağlayacaq. O, Turalın oranı satacağına inanmış, amma yenə də ona fermanı almaq üçün pulunun olmadığını bildirmişdir. Həmin ərəfələrlə Tural ona bildirmişdir ki, fermanı təxminən 200.000 manata almaq barədə razılaşıb, həmçinin sexi 1.800.000 manata bir nəfər şəxsə satır, sexi əslində ucuz satır, amma ordan götürdüyü pulla fermanı böyüdəcək, fermanı əldən vermək olmaz, oradan daha çox gəlir əldə edəcək. Daha sonraki söhbətlərində Tural bildirmişdir ki, sexi almaq istəyən şəxsin hazırda əlində 1.800.000 manat yoxdur, pulu birdən verə bilmir, hazırda onun əlində 200.000 manat var, odur ki, həmin pulu ona verəcək, bunun müqabilində o, təminat kimi adına olan 15 %-lik “X49” MMC-nin payını yeni alıcının adına rəsmiləşdirəcək. O da onun təklifi ilə razılaşmışdir. Tural isə ona bildirmişdir ki, ilin sonuna qədər sexin alıcısı qalan 1.600.000 manatı da verəcək, həmin pulla bütün borcları qaytaracaq, eyni zamanda o, ferma işində də Turalla şərik olacaqdır. O da Turalın dedikləri ilə razılaşmışdır. Turalın tapşırdığı kimi o, sürücüsü Şahinin adına 15 %-lik payı üçün baş etibarnamə vermiş, Şahin Bakı şəhərində notarial qaydada onun payını sexin yeni alıcısının adına rəsmiləşdirmişdir. Buna görə Tural ona 200.000 manat vermiş, o da həmin 200.000 manatın 100.000 manatını banka olan borcundan ödəmiş, digər 100.000 manatın bir qismi ilə borclarından geri vermiş, bir qismi isə özündə qalmışdır. Bu hadisədən bir neçə gün sonra Tural ona zəng vuraraq bildirmişdir ki, fermanı almaq üçün ona pul göndərsin, artıq bütün işlər hazırdır. O, Turala bir az gözləməyini desə də o, bildirmişdir ki, narahat olmasın, onsuz da sexi alan şəxs bir neçə aya pulları verəcək, artıq heç bir problem olmayacaq, ona pul versin. Artıq qış aylarıymış, Tural sexdə işlərin yaxşı getmədiyini, bu işdən çıxmaq lazım olduğunu, ferma işinin gəlirli olduğunu, Rusiyaya qida məhsulları satacağını deyir, bankın ödənişləri qısa zamanda bağlayacağını, yeni alıcı pulu verənə qədər lazım olsa fermanı banka qoyaraq kredit alacağını, bu barədə hətta “Paşabank”la danışdığını, onun adına olan borcu bağlayacağını, özünün “Range Rover” markalı avtomobilini satacağını deyirmiş. Həmin vaxtlar onun Turalla iş görməkdən başqa yolu qalmamış, çünki o, hər bir halda adına bankdan götürülmüş borcların ödənilməsi üçün ona işlərini qaydasına qoymaqda kömək etməli olduğunu başa düşmüşdür. Artıq 2016-cı ilin yanvarfevral ayında, o, bəzi qızıl-zinət əşyalarını satmış, rəfiqəsindən borc almış və əlində qalan pullardan 95.000 ABŞ dolları düzəldərək onu sürücüsü Şahinin yanında Bakı şəhəri, Yasamal rayonunda, H.Cavid adına parkın qarşısında avtomobildə Turala vermiş, 2-3 gün sonra isə yenidən 40.000 ABŞ dolları eyni yerdə Şahinin yanında vermişdir. Hər iki dəfə də o, pulu avtomobildə verdiyindən sürücüsü Şahin bunun şahidi olurmuşdur. Təxminən 10 gün sonra Tural ona fermanı almaq üçün daha 20.000 ABŞ dolları lazım olduğunu bildirmiş, o da ondan daha əvvəl verilmiş pulların hara getdiyini, avtomobilini sataraq pulu tamamlayacağını dediyini xatırlatmışdır. Tural isə bildirmişdir ki, o kredit götürmək üçün biznes layihə çəkdiribdir, həmin layihəyə görə fermaya hansı işlərin görüləcəyini göstərilib, orada tamilə yenidənqurma işləri aparacaq, buna görə 40.000 manat pul xərcləyibdir, həmin layihə əsasında bankdan pul almaq barədə razılaşıbdır, pullar bu kimi işlərə xərclənib, 20.000 ABŞ dollarını düzəltmək lazımdır. O, Turala pulunun olmadığını, qızıllarının çox hissəsini satdığını, əlində olan qızılları isə sata bilməcəyini demiş, 45-50.000 ABŞ dollar dəyərində qızıllarının olduğunu, onları satmamaq şərti ilə banka girov qoya biləcəyini bildirmişdir. Tural ona bildirmişdir ki, onun tanıdığı lombard var, qızılları satmaq lazım deyil, onun qızıllarını ora qoyacaq, sonra da pulu ödəyəndə qızılları geri alacaq. O, razılaşmış, Tural söz vermişdir ki, 1 aya qızılları geri qaytaracaq, fermadan bir ay sonra gəlir götürəcək. Odur ki, qızılları anasıgilin yaşadığı evinin yaxınlığında, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dostluq” kinotaeatrının yanında avtomobildə ona vermişdir. Bütün bu bütün müddətlərlə bankın bütün aylıq ödənişlərini özü etmiş, buna görə də məcbur qalıb rəfiqəsi Şahid4 200.000 manata qədər hissə-hissə borc almışdır. Lakin buna baxmayaraq həmin vaxtlar Turalın onu aldatdığını hələ başa düşməmiş və sadəcə işlərinin qaydasında getmədiyini fikirləşmişdir. Bütün bu müddətdə Tural kreditə görə cəmi bir dəfə 30.000 manat ödəmiş, bundan başqa o, ödəniş etməmiş və ya ödəniş edilməsi üçün kiminləsə pul göndərməmişdir. Turala qızıllarını verdikdən bir neçə ay sonra, təxminən 2016-cı ilin yay aylarında ondan fermanın gəlirləri və işlər barədə ondan soruşmuş, Turalın bu barədə cavabı çox qısa olmuş, o, bildirmişdir ki, fermanı almayıbdır. Turalın cavabından çox təəccüblənmiş, bunun səbəbi barədə dəfələrlə soruşmuş, amma o heç bir cavab verməmiş, onun pullar barədə verdiyi suala isə həmin pullarla fermada təsərrüfat qurduğunu, əkin işləri apardığını, guya əldə ediləcək məhsulu Rusiya Federasiyasına satdığını demiş, hətta məhsulların satışında onun da köməyinə ehtiyac olacağını bildirmişdir. Bir müddət sonra, təxminən 2016-cı ilin iyul-avqust aylarında Turaldan əkin sahələrini soruşmağa başlamış Tural isə bildirmişdir ki, məhsulu toplayıb, amma ziyan edibdir, məhsulu maya dəyərindən aşağı satıbdır. Bundan sonra Turaldan sexi almış şəxs barədə və onun verməli olduğu 1.600.000 manat barədə soruşmuş, o da sexi alan şəxs müflis olubduğunu, pulu verə bilmədiyini, sexdə işlər çox pis getdiyini karxananı alan Familin böyük ziyana düşdüyünü bildirmişdir. Həmçinin ifadəsində həmin aylar müddətində dəfələrlə Turaldan Familin verməli olduğu pul barədə soruşmuş, Tural isə hər dəfə cavabında Familin qısa zamanda pulu verəcəyini, onun da işlərinin qaydasında getmədiyini, alacaqlarını ala bilmədiyini, amma qısa zamanda hər şeyi qaydasına qoyacağını deyirmiş. Familin 200.000 manat verdiyini, hər bir halda, gec və ya tez bütün pulları ödəməli olduğunu düşünürmüş. Əkin sahəsindən Tural 2016-cı ilin yay aylarında mövsüm zamanı gəlir əldə edə bilmədiyini dedikdən sonra görüşlərin birində ona çıxarış vermiş, həmin sənəd onun Quba rayonunda olan 10 hektar torpağının çıxarışı olmuşdur, bunu öz təşəbbüsü ilə etmişdir. Tural ona bildirmişdir ki, sənəd onda qalsın. Tural onun pullara görə narahat olduğunu görürmüş və inadla sənədlərin onda qalmasını istəmişdir. 2016-cı ilin dekabr, 2017-ci ilin yay aylarında Tural ona demişdir ki, yeni iş tapıb, Türkiyədə qızıl ticarəti ilə məşğul olacaq, bu işdə yaxşı gəlir var, Azərbaycanda iş görməyə imkan vermirlər, ona görə gedib işlərini orda quracaq. Hətta ona tapşırmışdır ki, özünə bankda hesabı açsın, guya ona ödənişləri etmək üçün həmin hesaba Türkiyədən pul göndərəcək. Eyni vaxtlarda Tural ona demişdir ki, onun evini bu günlərdə bankdan çıxardacaq, alacaqları var, heç narahat olmasın. Qısa bir müddət sonra hətta o, banka 30.000 manat kreditə görə ödəniş etmişdir. Həmçinin ona bildirmişdir ki, öz evini banka qoyacaq, 70.000 manat kredit alacaq, o, pulları geri verməmiş, onun qızıllarını girovdan çıxarmamış Türkiyəyə getməyəcəkdir. Təxminən bir ay sonra Turalla əlaqə saxlayaraq ondan ödənişlər və qızıllar barədə soruşmuş, Tural isə cavabında bildirmişdir ki, Türkiyəyə gedir, onun pullarını da özü ilə ora aparır və onu bir az da gözləsin pul orada ona lazımdır. Başqa yolu olmadığından çox uzun mübahisədən sonra onunla razılaşmış, amma razılaşmağının əsas səbəbi Turalın orada qazanc edərək onun pullarını geri qaytarma ümüdü olmuşdur. Türkiyədə olduğu müddətdə o, Turalla “whatsapp” proqramı vasitəsi ilə danışmış, Tural ona X13 şəhərindən olan ruslarla yaxşı işlər qurduğunu və böyük məbləğdə işlər gördüyünü demişdir. O da Turalın qazanc əldə etdiyinə inanaraq sevinmişdir. Təxminən 2017-ci ilin fevral-mart ayında Tural ona 45.000 ABŞ doları lazım olduğunu, həmçinin orada şirkət qurduğunu, artıq işlər yaxşı getdiyini, bütün borcları qaytaracağını bildirmişdir. Tanışından 44.000 dollar almış, özündə olan 700 ABŞ dollarını üstünə qoymuş, Turalla danışmış və ona həmin pulu Moskva Univermağında Rövşən adlı tanışına verməsini tapşırmışdır. Növbəti gün Turalın ona verdiyi nömrə ilə əlaqə saxlamış, həmin şəxsə Turalın onunla əlaqə saxlamağını dediyini bildirmişdir, o isə ona Babək adlı şəxsin nömrəsini verərək onunla əlaqə saxlamasını bildirmişdir. Nömrəni sürücüsü Şahinə vermiş, o, Babəklə danışdıqdan sonra 44.700 dolları Şahinlə Babəkə göndərmiş, Şahin həmin pulu X18 verdiyini bildirmişdir. Tural pulu aldığını ona telefonda təsdiqləmişdir. Həmin günlərdə Tural ona bildirmişdir ki, artıq daha əvvəl dediyi kimi şirkətin adına Türkiyədə kredit götürür, artıq bütün sənədləşmələr hazırdır, şirkətə girov olaraq Azərbaycanda olan əmlaklarını göstəribdir, ona verdiyi Quba rayonunda yerləşən torpaq sahəsinin sənədi lazımdır. Ondan Azərbaycanda olan əmlakın Türkiyədə fəaliyyət göstərən banklara nə aidiyyəti olduğunu soruşduqda, təkidlə bildirmişdir ki, vəkilləri bu məsələni həll edibdir, bu Türkiyədə mümkündür. Hər dəfə olduğu kimi ona yenə də inanmış, onun danışığından elə başa düşmüşdür ki, sənəd ona təcili lazımdır. O da tanışları vasitəsi ilə bir nəfər İstanbul şəhərinə gedən tanımadığı şəxs vasitəsi ilə çıxarışı Turala göndərmişdir. Tural sənədi aldıqdan sonra onunla əlaqə saxlamış, bildirmişdir ki, bir neçə günə artıq borcları bağlayacaq, artıq hər şey düzəlir. Hər dəfə olduğu kimi, Tural yenə də günləri uzatmağa başlamış, hər gün bir bəhanə taparaq bir az da gözləməyini deyirmiş. Turala Quba rayonunda olan torpağa dair sənədin çıxarışını göndərdikdən qısa müddət sonra ona təsadüfən çınqıl sexini almış Famil adlı şəxs zəng vurmuş, iradını bildirmişdir ki, bu nə oyundur onun başına açırıq, pul verərək sex alıbdır, onun kredit borcuna görə indi onun sexində olan avadanlıqlara həbs qoyulubdur. Onun sözlərindən başa düşmüşdür ki, o, sexin pulunu tam ödəyibdir. Famil danışmışdır ki, o, sexi 1.800.000 manata alıbdır, pulu tam ödəyibdir, hətta pulun əvəzində Turala ev veribdir, yəni “barter” ediblər. O, dərhal Turalla əlaqə saxlamış, ondan bu hərəkətini soruşmuş, Tural Familin yalan dediyini bildirmiş, onu təhqir etmiş və kobud danışmağa başlamış, ona kobud formada narahat olmamağını, borcları ödəyəcəyini demiş, bunu minnətli bir şəkildə bildirmişdir. Artıq Turalın onu aldatdığını başa düşməyə başlamış, şübhələr yaranmışdır. Bir neçə gün sonra Famil onunla yenidən əlaqə saxlamış və bildirmişdir ki, Tural Quba rayonunda olan və sənədini ondan geri aldığı torpaq sahəsini 160.000 manata sataraq pulu birbaşa Türkiyəyə göndəribdir. Bunu bildikdən sonra artıq o, əmin olmuşdur ki, Tural onu aldadıbdır, ona zəng vurmuş, onu aldatdığını, dələduzluq etdiyini demiş, o, torpağı satdığını etiraf etmiş, heç bir əsaslandırıcı cavab verməmiş və həmin gündən onunla kobud danışmağa başlamışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşdükdən sonra bu barədə qohumu Abbasa danışmış, onun məsləhəti ilə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinə gedərək ərizə vermişdir. Bir neçə gün sonra xx xxx 2017-ci il tarixdə Tural ona zəng vuraraq ərizəsini geri götürməyini, pullarını ödəyəcəyini bildirmiş, ona pulları ödədikdən sonra ərizəni götürə biləcəyini bildirmişdir. Daha sonrakı danışıqlarında Tural ona pulları borca və ya faizə verdiyini, ya da onunla ortaqlı iş gördüyünü, şərik olduğunu, bu işin mülki iş olduğunu danışmağa başlamışdır. O, başa düşürmüş ki, onu aldadaraq vaxt udmaq istəyir. Hətta onun göndərdiyi səs yazılardan birində Tural ondan aldığı pulları guya ona borca verdiyini deyəcəyini bildirir, həmin səs yazısında Tural açıq şəkildə etiraf edir ki, ona qarşı dələduzluq edibdir, bunu etiraf etməmək üçün aldığı pulları borca aldığını deyəcəyini bildirir. Turalın lombarda qoyması üçün vermiş olduğu qızılları batırması barədə dediklərinin də yalan olduğunu və həmin qızılları Tural özü bir neçə gün sonra lombarddan götürərək satdığını da yaxınlarda qohumu Abbasın köməkliyi ilə öyrənmişdir. Mülki iddiasının təmin edilməsini və vurulmuş ziyanın ödənilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 2013-cü ildən Şədiyyənin yanında onun fərdi sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs 2013-cü illərdən tanıyır, o, tez-tez Şədiyyənin yanına gəlir, avtomobildə olanda onların söhbətlərinin şahidi olmuşdur. Tural Şədiyyəyə çox hörmətlə yanaşır, daima ona yaxşı iş görmək lazım olduğunu, böyük pullar qazanmaq üçün imkanlar axtardığını deyirmiş. Tural özünü mədəni, ali savadlı, dünya görüşü olan, ağıllı, işgüzar insan kimi aparır, həmişə özünü mədəni göstərir, daimi olaraq gördüyü uğurlu işlər haqqında Şadiyyə xanıma danışırmış. Tural daima Şədiyyəylə telefon əlaqəsi saxlayır, bayramlarda təbrik edir və böyük kimi hörmət edərək onun etimadını qazanırdi. Tural həmişə Şədiyyəyə başqa işlər görmək barədə danışır, yaxşı qazanc əldə etməyin yollarını axtardığını deyirmiş. Avtomobildə, bəzən oturduqları restoranda dəfələrlə onun yanında Tural Şədiyyəyə yeni iş olanda ona deyəcəyini bildirirmiş, bəzən inandırıcı formada bir iş olduğunu, amma riskli olduğundan onu bu işlərə salmaq istəmədiyini bildirirmiş. Tural elə danışırmış ki, guya o, Şədiyyəni riskli işlərə salmaz, hər şeyi özü düşünür. 2014-cü ilin əvvəllərində Tural onun yanında dəfələrlə Şədiyyəyə deyibdir ki, Quba rayonunda çınqıl sexi üçün yaxşı yer alıb, sex quruludur, hətta bəzi texnikalar da var, amma yenə də bəzi texniki avadanlıqlar da almaq lazımdır, ona bəzi sənədlər göstərmiş, oranın adının “X49” olduğunu danışırdı. Tural sexə aid torpağın həmin şirkətin adına olduğunu da deyirmiş. Tural təklif etmişdir ki, Şədiyyə ona avadanlıqları almaq üçün pul versin, bu dəfə ona yaxşı gəlir verəcəkdir. Bu qaydada aralarında bir və ya iki ay müddətində söhbətlər davam etmişdir. Hətta həmin vaxtlarda X46 rayonuna, həmin sexə aparmış, onlar oraya Şədiyyənin avtomobili ilə getmiş, avtomobili o, idarə etmiş, yol boyu Tural sex və əldə edəcəyi qazanc barədə danışmışdır. Quba rayonunda sexdə olanda da Tural görülməli işlər barədə danışmış, hər şeyin hazır olduğunu, bircə avadanlıqların qaldığını bildirmişdir. Ərazi ilə tanış olduqdan sonra Şədiyyə Turaldan bütün sadalanan işlərə görə nə qədər pul lazım olduğunu soruşmuş, o, bildirmişdir ki, hər şeyi hesablayıb, 450.000 manat lazımdır. Sonra izah etmişdir ki, oranı dərhal satmayacaq, hesablamalarına görə obyekt hər ay ən azı 30.000 manat gəlir verəcək, bir müddət oranı işlətdikdən sonra oranı daha baha qiymətə satacaqdır. Şədiyyə Turala dərhal 450.000 manatının olmadığını bildirmiş, o, elə oradaca təklif etmişdir ki, həmin pulu hansısa formada bankdan alsalar o, özü bütün borcları geri qaytaracaq. Şədiyyə Turaldan gəliri necə böləcəyini soruşduqda o, bildirmişdir ki, əgər pul bankdan götürülsə o, bütün borcları, hətta faizləri ödədikdən sonra əldə edilmiş gəlirdən 15 %-ni ona verəcək, bundan sonra onun yanında təklif etmişdir ki, Şədiyyəni rəsmi olaraq şirkətə şərik etsin. Turalın inandırıcı hərəkətlərindən sonra Şədiyyə onunla razılaşmış, hətta həmin günü Tural onu və Şədiyyəni Quba rayonunda notariusa aparmış, Tural Şədiyyəni “X49” MMC-yə 15 %-lik şəriklik payı vermiş, o, bütün bu proseslərdə və danışıqlarda Şədiyyənin yanında olmuşdur. 2014-cü ilin iyun ayında o, Şədiyyəni və Turalla birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkının yaxınlığında yerləşən “xxxxxx” ASC-nin Yasamal rayonunda yerləşən filiala getmiş, yolda Tural və Şədiyyənin arasında olan söhbətlərdən başa düşmüşdür ki, Şədiyyə bankdan 450.000 manat kredit alacaq, onun əlində Novxanı bağları massivində yerləşən, yaşadığı bağ evinin və Bakı şəhərində yerləşən hansısa evin çıxarışı olmuşdur. Şadiyyə bildirmişdir ki, həmin evləri girov qoyacaq. Banka çatdıqdan sonra onlar Şədiyyəylə birlikdə oraya daxil olmuşlar, bir neçə saat müddətində bütün sənədləşmə işləri qurtarmış, Şədiyyə onun və Turalın yanında bir neçə sənədi imzalamış, bundan sonra onlar kassaya yaxınlaşmışlar. Hətta xatırlayır ki, onun yanında Şədiyyədən zaminlər barədə soruşmuşlar, onda Tural zaminlərdən birinin özünün, ikinci zaminin isə “X49” MMC-nin olacağını bildirmişdir. Avtomobildə danışıldığı kimi Şədiyyəylə bank arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə görə ona kassadan 450.000 manat verilmişdir. Bütün rəsmiləşdirilmə işləri yekunlaşdıqdan sonra həmin günü Şədiyyə bankdan 450.000 manatı kassadan almış, həmin vaxt Tural da yanlarında olmuşdur, Tural bankın içində həmin pulun üstündən 50.000 manatı götürərək onu kreditə görə iki aylıq ödəniş kimi bankın kassasına ödəmişdir. Bankdan çıxdıqdan sonra, bankın qarşısında avtomobildə onların yanında Şədiyyə özündə olan 400.000 manatı Turala vermiş, həmin vaxt avtomobildə üçündən başqa heç kim olmamışdır. Sonrakı günlərdə Şədiyyə demək olar ki, tez-tez Turalla mobil telefon vasitəsi ilə danışır, Turala deyirmiş ki, bütün avadanlıqları alır, tikinti işləri aparır. Hətta Şədiyyə bir neçə dəfə onunla Quba rayonuna gedərək tikinti işləri və aparılmış işlərlə tanış olub, həqiqətən də orada Turalın danışdığı kimi işlər gedirdi. Şədiyyə bankdan 450.000 manat götürdükdən və onu Turala verdikdən sonra arxayın olmuşdur ki, Tural aybaay ödənişləri edəcək. Daha sonra Şədiyyənin sözlərindən bilmişdir ki, bankdan ona zəng vuraraq aylıq ödənişin vaxtının çatdığını bildirirlər. O, bu barədə Turala deyəndə o, bildirmişdir ki, hələ işlər yaxşı getmir, sex yeni işə başladığından işləri “qaldırmaq” üçün ona vaxt lazımdır. Tural Şədiyyədən dost-tanışdan pul taparaq aylığı ödəməsini istəyir, daha sonra bütün borcları özünün ödəyəcəyini deyirmiş. Şədiyyə onun bütün sözlərinə inandığından belə də edirmiş, hətta demək olar ki bütün bank ödənişlərini onun vasitəsiylə ödəməsi üçün göndərirmiş. Tural Şədiyyəyə qarşı o qədər mehriban və diqqətli olmuşdur ki, Turalın ona qarşı dələduzluq etdiyindən heç bir halda şübhələnməsi mümkün deyilmiş. Həmin vaxtlarda Tural Şədiyyəyə deyirmiş ki, onun Quba rayonunda 10-12 hektarlıq torpaq sahəsi var, həmin torpaq sahəsinin yanında böyük bir ferma var, oranı almaq istəyir, ferma quruludur, bütün şəraiti var, həmin fermanın öz torpaq sahəsi ilə birləşdirsə yüksək gəlir əldə edəcək, bu işi dəqiqliyi ilə hesablayıbdır, əldən veriləsi şans deyil, bu işə Şədiyyə xanımı da də şərik edəcəkdir. Bütün bu danışıqlar sexlə bağlı işlərlə eyni vaxtda olurmuş, hələ onda Turalın sexlə bağlı elə bir ciddi şikayəti olmamışdır, hər şeyin qaydasında olduğunu deyir, bu işi isə yeni bir gəlirli iş kimi Şədiyyə xanıma da təklif edirmiş. Bir müddət sonra Şədiyyə xanım ona söhbət əsnasında demişdir ki, Tural Quba rayonundakı fermanı alır, pul lazımdır, sexi isə satır, buna görə də ondan əlavə pul istəyir, amma onun pulu yoxdur, nə edəcəyini bilmir, onun əlavə borcları yaranıbdır. Həmin vaxt Tural danışırmış ki, sex istədiyi kimi işləmir, yaxşı qazanc vermir, oranı işlədib qazanc əldə etdikdən bir müddət sonra satmaq istəyir, amma işlər hesabladığı kimi olmadığından oranı satır, obyektin 2 million qiyməti var, satılan kimi borcları bağlayacaq. Həmin ərəfələrdə Şədiyyə bildirmişdir ki, Tural fermanı təxminən 200.000 manata almaq barədə razılaşıb, həmçinin sexi 1.800.000 manat bir nəfər şəxsə satır, sexi əslində ucuz satır, amma ordan götürdüyü pulla fermanı böyüdəcək, fermanı əldən vermək olmaz, oradan daha çox gəlir əldə edəcək. Həmin günlərdə Şədiyyə ona demişdir ki, Tural bildiribdir ki, sexi almaq istəyən şəxsin hazırda əlində 1.800.000 manat yoxdur, pulu birdən verə bilmir, hazırda onun əlində 200.000 manat var, odur ki, həmin pulu Şədiyyə xanıma verəcək, bunun müqabilində təminat kimi onun adına olan 15 %-lik “X49” MMC-nin payını yeni alıcının adına rəsmiləşdirəcəkdir. Şədiyyə onun dedikləri ilə razılaşmış, Tural isə dəfələrlə onun yanında Şədiyyəyə söz verirmiş ki, ilin sonuna qədər sexin alıcısı qalan 1.600.000 manatı da verəcək, həmin pulla bütün borcları qaytaracaq, eyni zamanda Şədiyyə ferma işində də onunla şərik olacaqdır. Onu da ifadədə qeyd etmişdir ki, Şədiyyə onun adına Yasamal rayonunda yerləşən “Asan” xidmətdə 2 il müddətinə etibarnamə vermiş, o, Şədiyyənin göstərişi ilə onun adından bütün işləri görür və lazımı sənədləri imzalayır. Turalın istəyi ilə Şədiyyə ona göstəriş vermişdir ki, onun adına olan 15 %-lik payını Turalın istədiyi şəxsin adına keçirsin. Turalın dediyi, Azadlıq prospektində yerləşən nömrəsini bilmədiyi notariusa gedərək Şədiyyə xanımın adına olan 15 faizlik payı bir nəfər tanımadığı şəxsin adına keçməsinə Şədiyyə xanımın adından razılıq vermişdir. Elə orada Tural ona 200.000 manat verərək onu Şədiyyə xanıma verməyini tapşırmışdır. Həmin 200.000 manatı bir saatdan sonra Şədiyyə xanıma çatdırmışdır. Şədiyyə xanım pulu alan kimi onun üstündən 100.000 manat ona vermiş və onu banka ödəməyini tapşırmışdır. O da “xxxxxx” ASC-nin Yasamal filialına getmiş və 100.000 manatı kassaya ödəmiş, qəbzi isə Şədiyyəyə xanıma vermişdir. Digər 100.000 manat Şədiyyə xanımda qalmışdır. Amma onun sözlərindən bilir ki, Şədiyyə xanım daha əvvəl banka ödədiyi aylıqlara görə tanışlarına borclu olmuş, o, həmin 100.000 manatla borcları qaytarmağı planlaşdırırmış. Bu hadisədən bir neçə gün sonra Şədiyyə xanım bildirmişdir ki, Tural zəng vurub fermanı almaq üçün ona pul göndərməsini, artıq bütün işlərin hazır olduğunu demişdir. Hətta Şədiyyə xanım onunla danışdıqdan sonra gileylənərək borcları vermək istədiyini, lakin Turalın verdiyi pulu yenidən ondan istədiyini demişdir. Şədiyyə xanım telefon danışıqları zamanı Turala bir az gözləməsini desə də o, bildirmiş ki, narahat olmasın, onsuz da sexi alan şəxs bir neçə aya pulları verəcək, artıq heç bir problem olmayacaq. Şədiyyə xamın heç vaxt Tural haqqında tərəddüd etməmişdir. Artıq qış ayları vaxtı, Tural sexdə işlərin yaxşı getmədiyini, bu işdən çıxmaq lazım olduğunu, ferma işinin gəlirli olduğunu, Rusiyaya qida məhsulları satacağını deyir, bankın ödənişləri qısa zamanda bağlayacağını, yeni alıcı pulu verənə qədər lazım olsa fermanı banka qoyaraq kredit alacağını, bu barədə hətta “Paşabank”la danışdığını, onun adına olan borcu balayacağını, özünün avtomobili satacağını danışırmış. Artıq 2016-cı ilin yanvar-fevral ayı, Şədiyyə xanım bir neçə tanışına zəng vuraraq onların vasitəsi ilə bəzi qızıl-zinət əşyalarını satmış, rəfiqəsindən borc almış və əlində qalan pullardan 95.000 ABŞ dolları düzəldərək onun yanında avtomobildə Bakı şəhəri, Yasamal rayonunda, H.Cavid adına parkın qarşısında Turala vermiş, Tural onun yanında pulları saymış, məbləği təsdiqləmiş, Şədiyyəyə hər şeyin qaydasında olduğunu, narahat olmamasını, borcları özünün bağlayacağını deyib həmişə olduğu kimi onu inandıraraq getmişdir. Təxminən 2-3 gün sonra Şədiyyə eyni yerdə Turalla avtomobildə onun iştirakıyla görüşmüş və ona 40.000 ABŞ dolları vermişdir. Təxminən 10 gün sonra Şədiyyə giley edərək ona bildirmişdir ki, Tural ondan fermanı almaq üçün daha 20.000 ABŞ dolları istəyir, guya alqı-satqı üçün pul çatmır. Həmçinin bildirmişdir ki, o, Turaldan daha əvvəl verilmiş pulların hara getdiyini, avtomobilini sataraq pulu tamamlayacağını dediyini soruşub, Tural isə bildirib ki, o kredit götürmək üçün biznes layihə çəkdiribdir, həmin layihəyə görə fermaya hansı işlərin görüləcəyini göstərilib, orada tamamilə yenidənqurma işləri aparacaq, buna görə 40.000 manat pul xərcləyib, həmin layihə əsasında bankdan pul almaq barədə razılaşıbdır, pullar bu kimi işlərə xərclənib və 20.000 ABŞ dollarını düzəltmək lazımdır. Bir dəfə Şədiyyə xanım onun yanında telefonda Turala bildirmişdir ki, onun pulu yoxdur, qızıllarının çox hissəsini satıbdır, əlində olan qızılları isə sata bilməz, 45-50.000 ABŞ dollar dəyərində qızılları var, onları satmamaq şərti ilə banka girov qoya bilər. Daha sonra Şədiyyə xanımın sözlərindən bilmişdir ki, Tural ona onun tanıdığı lombard olduğunu deyərək təklif edibdir ki, qızılları satmasınlar, qızılları ora qoysunlar, sonra pulu ödəyəndə qızılları geri alarlar. Bir neçə gün sonra axşam saatlarında Şədiyyə xanımın anasıgilin yaşadığı evinin yaxınlığında, Bakı şəhəri, Nəsimi rayonu ərzində yerləşən “Dostluq” kinoteatrının yanında Şədiyyə xanım qızılları ona vermişdir. Onu da qeyd etmişdir ki, bütün müddətlərlə bankın bütün aylıq ödənişlərini Şədiyyə xanım öz hesabına etmiş və ödənişləri onunla göndərmiş, o isə ödəniş etdikdən sonra qəbzləri ona vermişdir. Tural heç vaxt öz hesabına ona banka krediti ödəməsi üçün pul verməmişdir. Hətta çox vaxt o, Şədiyyə xanımın tapşırığı ilə onun rəfiqəsi Şahid4 pul alaraq banka ödədiyindən başa düşürmüş ki, Şədiyyə xanımın artıq bankın aylıq ödənişləri etməyə imkanı yoxdur. Həmçinin Şədiyyə xanimin rəfiqəsinə 200.000 manata qədər borcu yarandığını özündən eşitmişdir. Turala qızıllarını verdikdən bir neçə ay sonra, təxminən 2016-cı ilin yay aylarında Şədiyyə xanım bir dəfə təəccüblü formada ona demişdir ki, Turaldan fermanın gəlirləri və işlər barədə soruşub və Tural ona qısa olaraq ferma məsələsinin alınmadığını demişdir. Hətta o, onun yanında yenidən Turala zəng vurmuş, ondan bunun səbəbi barədə dəfələrlə soruşmuş, amma Tural heç bir cavab verməmiş, pullar barədə verdiyi suala isə həmin pullarla fermada təsərrüfat qurduğunu, əkin işləri apardığını, guya əldə ediləcək məhsulu Rusiya Federasiyasına satdığını demiş, hətta məhsulların satışında onun da köməyimə ehtiyac olacağını bildirmişdir. Bir müddət sonra, təxminən 2016-cı ilin iyul-avqust aylarında Şədiyyə xanım tez-tez Turaldan əkin sahələrini soruşmağa başlamışdır. Tural isə Şadiyyə xanıma bildirmişdir ki, məhsulu toplayıb, amma ziyan edibdir, məhsulu maya dəyərindən aşağı satıb, bundan başqa sexi almış şəxs müflis olubdur, pulu verə bilmir, sexdə işlər çox pis gedir, devalvasiyadan sonra işlər heç cür getmir, yeni alıcı, Famil adlı şəxs böyük ziyanlar edib. Şədiyyə xanım həmin aylar dəfələrlə Turaldan Familin verməli olduğu pul barədə soruşurmuş, Tural isə hər dəfə cavabında Familin qısa zamanda pulu verəcəyini, onun da işlərinin qaydasında getmədiyini, alacaqlarını ala bilmədiyini, amma qısa zamanda hər şeyi qaydasına qoyacağını deyirmiş. Sonuncu qeyd etdiyi hadisədən sonra, yəni Tural 2016-cı ilin yay aylarında – mövsüm zamanı gəlir əldə edə bilmədiyi dedikdən sonra görüşlərin birində Tural Şədiyyə xanıma həmin torpağın çıxarışını etibarını qazanmaq üçün vermişdir. Həmin sənəd uzun müddət avtomobildə qalmışdır. Son zamanlar Şədiyyə xanım Turalın bankın aylıq ödənişləri edə bilməməsindən və borclara görə narahat olmuş, bunu Turala bildirirmiş, Tural isə onu sakitləşdirir və hər şeyi qaydasına qoyacağını demişdir. 2016-cı ilin dekabr, 2017-ci ilin yay aylarında Turalla Şədiyyə xanım arasında olan söhbətlərdən başa düşmüşdür ki, Tural yeni iş tapıb, Türkiyədə qızıl ticarəti ilə məşğul olacaq, bu işdə yaxşı gəlir var, Azərbaycanda iş qura bilmir, ona görə gedib işlərini orda quracaqdır. Hətta Tural ona deyirmiş ki, Şədiyyə xanımın evini bu günlərdə bankdan çıxardacaq, alacaqları var, heç narahat olmasın. Qısa bir müddət sonra hətta o, banka 30.000 manat kreditə görə ödəniş etmişdir. Təxminən bir ay sonra Şədiyyə xanım Turalla əlaqə saxlayaraq ondan ödənişlər və qızıllar barədə soruşmuş, Tural isə cavabında bildirmişdir ki, avtomobillə Türkiyəyə gedir, onun pullarını özü ilə Türkiyəyə aparır, orda ona pul lazımdı, onu bir az da gözləsin. Şədiyyə xanım onunla mübahisə etmiş, amma sonda Tural onu həmişə olduğu kimi özünə inandıraraq sakitləşdirmişdir. Şədiyyə xanım sonra ona danışmışdır ki, razılaşmağının əsas səbəbi odur ki, o, Turalın qazanc əldə etməsini, borcları qaytarmasını istəyir. Şədiyə xanım bəzən şükür edərək ona demişdir ki, Turalın işləri düzəlir, o bütün borcları qaytaracaq, Tural X13 şəhərindən olan ruslarla yaxşı işlər qurubdur, böyük məbləğdə işlər görürlər. Təxminən 2017-ci ilin fevral-mart ayında Şədiyyə xanım pul axtarmağa başlamış, davamlı olaraq telefonda tanışlarından pul istəyir, sonradan başa düşmüşdür ki, Tural ondan 45.000 ABŞ doları istəyib, guya o, şirkət qurub, artıq işlər yaxşı gedir, bütün borcları qaytaracaq, guya həmin şirkətə görə Türkiyədə hansısa bankdan kredit götürəcək, onun da sənədləşmələri hazırdır. Bir neçə gün sonra Şədiyyə xanım kimdənsə 44.000 dollar almış, Turalla danışdıqdan sonra ona 44.700 manat vermiş, sonra ona nömrə vermiş və həmin nömrənin istifadəçisi Babək adlı şəxslə danışmağını tapşırmışdır. Şədiyyə xanımın dediyi kimi Moskva Univermağının ikinci mərtəbəsində pulu Babək adlı şəxsə vermişdir. Daha sonra Şədiyyə xanım Turalla danışmış və sonuncu pulu aldığını təsdiqləmişdir. Həmin günlərdə Şədiyyə xanım danışmışdır ki, Tural Türkiyədə olan şirkətin adına kredit götürür, artıq bütün sənədləşmələr hazırdır, şirkətə girov olaraq Azərbaycanda olan əmlaklarını göstəribdir, ona Şədiyyə xanıma verdiyi Quba rayonunda yerləşən torpaq sahəsinin sənədi lazımdır. Həmin sənəd maşında qalmışdır, Şədiyyə xanım çıxarışı ondan istəmiş, o, çıxarışı ona vermiş, Şədiyyə xanım onun dediklərinə inanırmış və heç bir tərəddüd etmədən sənədi təcili olaraq ona göndərmişdir. Şadiyyə xanım tapşırmışdır ki, Heydər Əliyev adına hava limanında gedərək onun dediyi adamlar vasitəsi ilə bir nəfər İstanbul şəhərinə gedən tanımadığı şəxs vasitəsi ilə çıxarışı Turala göndərsin. O da onun dediyi kimi etmiş və həmin günü sənədi İstanbul şəhərinə göndərmişdir. Tural sənədi aldıqdan sonra bunu təsdiqləmiş, hətta sevinərək bir neçə günə borcları bağlayacağını demişdir. Lakin, sonrakı günlərdə Tural heç bir ödəniş etməmişdir. Turala Quba rayonunda olan torpağa dair sənədin çıxarışını göndərdikdən qısa müddət sonra Şədiyyə xanım əsəbi halda bildirmişdir ki, təsadüfən çınqıl sexini almış Famil adlı şəxs ona zəng vurub, iradını bildiribdir ki, bu nə oyundur onun başına açırlar, pul verərək sex alıbdır, Şədiyyə xanımın kredit borcuna görə indi onun sexində olan avadanlıqlara həbs qoyulubdur. Şədiyyə xanım ona bildirmişdir ki, o, Turalın bu hərəkətindən şübhələnibdir, deyəsən Tural sexin pulunu tam alıbdır, amma onu aldadıbdır. O, dəfələrlə bu barədə Turalla danışmış, amma Tural bu barədə ətraflı danışmaq istəməmişdir. Tural heç nəyi etiraf etməmiş, Şədiyyə xanımı Familin dediklərinin yalan olduğuna inandırmaq istəmişdir. Şədiyyə xanım bu məsələ ilə əlaqədar bir neçə dəfə Famillə danışmış, sonuncu isə bildirmişdir ki, onun Turala borcu qalmayıbdır. Bundan sonra Famil danışırmış ki, o, sexi 1.800.000 manata alıbdır, pulu tam ödəyibdir, hətta pulun əvəzində Turala ev veribdir. Həmin günlərdə Turalla Şədiyyə xanım arasında mübahisə olmuş, Tural heç vaxt olmadığı kimi ona kobud formada cavab verməyə başlamış, borcları ödəyəcəyini demişdir. Onlar artıq başa düşmüşlər ki, Tural bu vaxta kimi Şədiyyə xanımı aldadıbdır. Daha sonra onlara Familin sözlərindən məlum olmuşdur ki, Tural Quba rayonunda olan və sənədini geri aldığı torpaq sahəsini 160.000 manat sataraq pulu birbaşa Türkiyəyə göndəribdir. Bunu bildikdən sonra artıq onlar əmin olmuşlar ki, Tural Şədiyyə xanımı aldadıbdır. Şədiyyə xanım bu barədə Turaldan soruşanda sonuncu torpağı satdığını etiraf etmişdir. Şədiyyə xanım çıxılmaz vəziyyətdə qalmışdır, heç vaxt düşünməzdi ki, Tural ona qarşı belə hərəkət edər, odur ki, vəziyyətdən çıxmaq üçün qohumu Abbasla məsləhətləşmək qərarına gəlmiş, onlar görüşmüşlər, onun yanında Şədiyyə xanım başına gələn hadisələr barədə Abbasa danışmış, bundan sonra Şədiyyə xanım Abbasın məsləhəti ilə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinə ərizə vermişdir. Ondan sonra Şadiyyə xanımdan eşitmişdir ki Bakı şəhər prokurorluğunda Təqsirləndirilən şəxs barəsində dələduzluqla cinayət işi başlanılıb istintaq aparılır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. Təqsirləndirilən şəxs isə təxminən 4-5 il bundan qabaq Şadiyyə Salehli vasitəsi ilə tanımışdır. Hər iki şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs özünü ona iş adamı kimi təqdim etmişdir. Onunla hər hansı bir işbirliyi olmamışdır. Təxminən 2017-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs ona bildirmişdir ki, 2014-2016-cı illərdə Təqsirləndirilən şəxs onun külli miqdarda pulunu və qızılını ələ keçirib onu aldadıbdır. Belə ki, Şədiyyə ona demişdir ki, Tural ona Quba rayonunda yerləşən çınqıl karxanasında şərik olmağı təklif edərək ona məxsus evi və bağ evini “xxxxxx”a girov qoymaqla 450000 manat pul götürüb və guya həmin pulu karxanaya sərf edib. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şədiyyəni aldadıb və karxananı ona 800.000 manata satdığını bildirib ona cəmi 200000 manat versə də, əslində o, karxananı Familə 1.700.000 manata satıb. Familin özü bununla bağlı ona demişdir. Tural Şədiyyəni karxanaya şərik etmək adı ilə ondan pul alarkən “X49” MMC-nin rəhbəri olmuşdur. Tural Şədiyyənin etibarını qazanmaq üçün MMC-dən ona 15 % rəsmi qaydada şərik payı da vermişdir. Sonradan Tural həmin MMC-ni Familə satanda Şədiyyə xanımın da 15 %-ni ona satmışdır. Həmin vaxt Şədiyyənin sürücüsü Şahin də həmin prosesdə iştirak etmişdir. Həmin satışdan Şədiyyəyə 200 min manat pul vermişdir. Şədiyyə də həmin pulu borc aldığı hansısa rəfiqəsinə qaytarmışdır. Bununla yanaşı Şədiyyənin dediyinə görə Tural ondan Quba rayonunda ferma almaq adı ilə 2016-cı ilin yanvar ayında bir dəfə 90000 ABŞ dolları, bir dəfə isə 40000 ABŞ dolları məbləğində pul almışdır. Bundan başqa Şədiyyə həmin fermanı almaq üçün Turala 45-50 min manatlıq qızıl vermişdir ki, həmin qızılları lombarda girov qoyub pul götürsün. Tural Şədiyyəyə demişdir ki, fermanı almaq üçün 20000 ABŞ dollar pul çatmır, Şədiyyə də buna görə qızılları ona vermişdir. Həmçinin Şədiyyə ona demişdir ki, Tural ona bildirmişdir ki, o, fermanı alıb işlətdikdən sonra onun adına götürülmüş krediti tam şəkildə bağlayacaqdır. Lakin Tural həmin pulları aldadıb ələ keçirib və krediti də bağlamayıb, ümumiyyətlə Tural onun bildiyinə görə həmin kreditə görə çox az pul ödəyibdir. Tural Şədiyyəyə demişdir ki, qızılları girov qoyub pul götürüb, lakin sonradan pulu ödəyə bilmədiyi üçün qızıllar batmışdır. Lakin sonradan araşdırandan sonra məlum olmuşdur ki, Tural həmin qızılları girov qoyduğu yerdən götürdüyü pulu ödəməklə götürmüşdür. Belə ki, onun bildiyinə görə Tural həmin qızılları Moskva Univermağında işləyən Əli adlı zərgərə girov qoyub və ondan 20000 ABŞ dollar pul götürüb, bir müddət sonra isə həmin pulu ödəyib qızıllan götürmüşdür. Lakin Tural həmin qızıllan Şədiyyəyə qaytarmayıb, ona yalandan demişdir ki, həmin qızıllara görə götürdüyü pulu ödəyə bilmədiyi üçün qızıllar zərgərdə qalmışdır. (Əlinin telefon nömrəsi ***-***-**-**-dur, onun soyadım bilmir.) Ferma məsələsi ilə yanaşı X6 alveri ilə məşğul olmaq adı ilə də 45000 ABŞ dollar alıbdır. Belə ki, Şədiyyənin deməsinə görə Tural ona bildirmişdir ki, Türkiyədə şirkət açıb və qızıl alqı-satqısı ilə məşğul olub, gəlir əldə edəcək və ondan aldığı bütün pullan geri qaytaracaqdır. Şədiyyə də ona inanıb 45000 ABŞ dollarını Turalın dediyi Bakı şəhərindəki Moskva univermağında işləyən şəxsə sürücüsü Şahin vasitəsilə çatdırıbdır. Lakin Tural bu məsələdə də onu aldadıb, pulunu qaytarmamışdır. Qeyd etmişdir ki, Turalın Şədiyyəni aldatmasını biləndən sonra o, Turalın telefon nömrəsini alıb onunla danışmışdır. Turala Şədiyyənin pullarını qaytarmasını bildirəndə, demişdir ki, o, Türkiyədədir, onu da ora dəvət etmişdir ki, bu mövzuda söhbət etsin. O da Turala demişdir ki, ora gələ bilməz. O, söhbət zamanı Turaldan Şadiyyə xanımın pulunu qaytarmasını tələb edəndə o, demişdir ki, bir neçə günə Şədiyyənin pulunu qaytaracaq. Lakin Tural həmişəki kimi vəd vermiş, amma bu günə kimi Şadiyyənin pulunu qaytarmamışdır. Sonradan o, Şədiyyəyə mesaj yazmışdır ki, Abbasdan pul almamışdır, ona görə də Abbası bu işə qatmasın. Bundan sonra o, bir neçə dəfə Turalla əlaqə saxlamağa çalışsa da onun telefonlarına cavab vermirmiş və ya “bloka” qoyurmuş. Dəfələrlə Şədiyyəyə onun yanında Turalla danışanda ona atdığı pulları qaytarmasını xahiş etmişdir. O da həmişə deyirmiş ki, işləri “tutuzdursun”. Şadiyyənin bütün pullarını qəpiyinədək qaytaracaqdır. Bundan sonra o, Şadiyyəyə bildirmişdir ki, Tural ona heç bir pul qaytarmayacaq, pulu “atıbdır”. Bundan sonra Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis bölməsinə şikayət etmişlər. Araşdırma başlamışdır və onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bundan sonra Tural onu tutacaqlarını bildiyi üçün sərhədi qanunsuz olaraq keçib Türkiyəyə qaçmışdır. Bir daha bildirmişdir ki Şadiyyə hər kəsə tez inanan, səmimi və hər kəsi də özü kimi qəbul edən xanımdır. Tural da Şadiyyənin bu xasiyyətlərindən “səmərəli” istifadə etmişdir. Bildiyinə görə Tural bu müddət ərzində Şadiyyənin 800 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2014-cü ilin may-iyun aylarında tanımışdır. Belə ki, ünvan 8 mənzil 43 ünvanında yerləşən yeni tikilmiş binada olan 197 m2 sahəsi olan mənzilini ev alqı-satqısı ilə məşğul olan adını xatırlamadığı şəxs vasitəsilə satarkən Turalla tanış olmuşdur. Həmin mənzili Tural 470000 manata satmış, Tural ona mənzilin pulunun bir hissəsini əvvəlcədən verəcəyini, qalan məbləği isə 3 ay müddətində ödəyəcəyini bildirmiş, bundan sonra bu məzmunda notarial müqavilə bağlamışlar. Bundan sonra Tural ona 70000 manat pul vermiş və qalan 400000 manatı da 3 aya verəcəyini bildirmişdir. Evin çıxarışı olmadığından ona baş etibarnamə vermiş və Tural da evi arvadının adına rəsimləşdirmişdir. 3 ay müddət keçsə də, Tural ona mənzili almağa görə 400000 manatı verməmiş, 2014-cü ilin sentyabr ayında Turalla görüşərkən ona pulu verə bilmədiyini, amma Qubada karxanasının olduğunu və onu həmin karxanaya şərik edəbiləcəyini bildirmişdir. Tural “X49” MMC-nin təsisçisi olduğunu və karxananın həmin MMC-nin balansında olduğunu bildirmiş, həmin karxananın 1.7000.000 manat qiyməti olduğunu, həmin pulun yarısını, yəni 850.000 manatını ona verdiyi təqdirdə MMC-yə şərik edəbiləcəyini bildirmişdir. Karxananın aylıq gəlirinin yaxşı olmasını da ona bildirmişdir. O da Turalla razılaşmiş və ona həmin məbləğdə pulu verəcəyini bildirmiş və Turala “Mercedes GL” markalı 2014-cü il istehsallı maşınını 145000 manat əvəzində vermiş, bununla yanaşı onun mənzilə görə verməli olduğu 400.000 manatı Turalla əvəzləşdirmişdir. Qalan 345000 manat pulu isə Turala nağd şəkildə vermişdir. 2014-cu ilin oktyabr ayında Tural da “X49” MMC-nin təsis payının 50 faizini notarial qaydada onun adına keçirmişdir. Həmin vaxt onu MMC-nin direktoru təyin etmişdir. Turaldan başqa həmin MMC-də Şədiyyə adlıq qadının da payı olmuş və Tural deməsinə görə həmin qadının MMC-də payı formal olmuşdur. Belə ki, Tural Şədiyyədən pul aldığını və ona görə də onu 15 faiz payla təsisçiliyə saldığını bildirmişdir. X30 nə qədər pul almasından məlumatı olmamışdır. MMC-nin təsisçisi olandan sonra Quba rayonundakı karxanaya gedərək kirayə ev tutub həmin işin üstündə durmuşdur. MMC-nin 50 faiz təsis payı ona keçəndən sonra karxanaya təxminən 250.000 manata yaxın pul sərf etmiş, avadanlıqlar almış, zəruri olan işləri görmüşdür. MMC-yə şərik olanda həmin karxanada 4 ədəd avadanlıq olmuş və həmin avadanlıqların ümumi qiyməti təxminən 100.000 manat civarında olmuşdur. Şəriklikdən sonra Tural isə karxanaya heç bir məbləğdə pul qoymamışdır. Amma Tural hərdən bir karxanaya gələrək baş çəkmişdir. 2015-ci ilin mart ayının 3-də karxana işə başlamışdır. 2015-ci ilin yay aylarından sonra Tural demək olar ki, karxanaya gəlməmiş və işlərlə maraqlanmamışdır. Turalla Bakı şəhərində görüşərkən Tural ona karxananı satmaq istədiyini bildirərək ona karxananın qalan hissəsini də almasını təklif etmişdir. O da Turalın təklifi ilə razılaşmış və Tural da ona qalan hissələrə görə 850.000 manat verməli olduğunu bildirmişdir. Lakin nağd pulu olmadığından 340.000 manat dəyərində Bakı şəhəri, Azadlıq prospektində olan “Proqres” marketin arxa tərəfində yerləşən binadakı 160 m2 mənzili və 330.000 manat dəyərində Gənclik metrostansiyasının yaxınlığında olan “ABU Arena” binasında olan 4 otaqlı mənzili aralarında olan notarial alqı-satqı müaviləsi əsasında pul əvəzinə ona vermişdir. Karxanaya görə qalan 180.000 manatı isə nağd formada bir dəfəyə Turala vermişdir. Bundan sonra Turala heç bir borcu qalmamışdır. Turaldan aldığı karxana əmlakları və pulu ilə birlikdə 1.700.000 manata başa gəlmişdir. Bundan sonra Tural MMC-də olan 35 faizlik payını, eləcə də Şədiyyə xanımın 15 faizlik payını onun adına keçirmişdir. Bununla əlaqədar notariat kontorunda olarkən Şədiyyə xanımla əlaqə saxlamış və notariat kontoruna gəlməsini xahiş etmiş, həmin vaxt qadının payını satmaq istədiyini hiss etmiş və həmin qadının adına sürücüsü gəlmiş və onun əvəzinə sənədlərə imza atmışdır. 2015-ci ilin sentyabr ayından etibarən “X49” MMC tam şəkildə onun olmuş, həmin vaxtdan sonra Turalı görməmiş və sonradan Turala verdiyi mənzillərin hamısını sonuncunun satdığını eşitmişdir. 2016-cı ilin sonlarında Şədiyyə xanım ona zəng edərək Turalın onu aldadaraq külli miqdarda pulunu aldığını və Türkiyə Respublikasına qaçdığını demişdir. Həmçinin ona Turalın onun evini, bağını, bununla yanaşı karxanadakı avadanlıqları da banka qoyduğunu demişdir. Bundan təxminən 2 ay sonra icra məmuru ona zəng edərək karxananın yerini soruşaraq karxanadakı avadanlıqlara kreditə görə həbs qoyulduğunu bildirmişlər. Bundan sonra Turalla telefonla danışmış və Tural ona hər şeyi yoluna qoyacağına söz vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 20 ilə yaxındır ki tanıyır və münasibətləri normal olmaqla onunla həm iş yoldaşı, həm də rəfiqə olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 7-8 ilə yaxındır ki, tanıyır. Tural tez-tez Şadiyyə xanımın yanına gəlmiş və özünü onlara biznesmen kimi tanıtmışdır. Mahiyyəti üzrə göstərmişdir ki, Şadiyyənin özündən Tural onun etibarından sui-istifadə edərək külli miqdarda pul vəsaitini və qızıl-zinət əşyalarını ələ keçirməsini eşitmişdir. Belə ki, həmin ərəfələrdə Şədiyyə xanım əmlakını girov qoyaraq hansısa bankdan 450 min manat kredit götürərək həmin pulu Turala verdiyini və Turalın şimal rayonlarının hansısa birində çınqıl karyeri aldığını bildirmişdir. Lakin bir müddətdən sonra Şadiyyə xanım söhbət əsnasında Turalın bankın kreditlərini ödəmədiyini bildirmişdir. Tural Şadiyyəni karyerdən küllü miqdarda gəlir götürəcəklərinə inandırmış, o da onun yalan vədlərinə inanmış və nəvəsinin xəstəliyi ilə bağlı mütəmadi müalicə üçün daima pul lazım olduğundan ona aldanaraq bu işlərə girmişdir. Əslində Turalın məqsədi Şadiyyənin pullarını ələ keçirmək olmuşdur. Bir müddət sonra Turalın çınqıl-karxanasını satdığını eşitmişdir. Bir müddətdən sonra isə Şadiyyədən Turalın ondan hansısa rayonda ferma və torpaq sahəsi alması üçün 130 min ABŞ dollar pul almasını eşitmişdir. Hətta bir müddətdən sonra Şadiyyə ona Turalın yalan vədlərinə inanaraq qızıllarını da lombarda qoyub pul götürməsi üçün ona verdiyini də bildirmişdir. Daha sonralar isə Şadiyyə xanım ondan borc pul istəməyə başlamış, o da təxminən 2015-2016-ci illərdə Şadiyyə xanıma 70 min manat bir, 36 min manat bir, 16 min manat bir və hissə-hissə olmaqla ümumilikdə 200 min manata yaxın borc pul vermişdir. O da həmişə Şadiyyəyə Turalın düzgün insan olmadığını, ona etibar etməməsini və ondan ehtiyatlı olmasını demişdir. X43 yalan vədləri ilə ofsunladığından Şadiyyə heç vaxt ona “qulaq asmamışdır”. Sonda Tural iş adı ilə və iş qurmaq bəhanələri ilə Şadiyyənin əlində-ovcunda olan pulların hamısını demək olar ki, almışdı. Son vaxtlar isə Şadiyyədə ondan tez-tez borc pul istəməyə başlamış, Turala verəcəyi pulunun olmadığını deyərək Şadiyyəyə əlavə borc verməkdən imtina etmişdir. Bir müddət sonra Şadiyyə xanım ona olan borcundan nağd formasında 100 min manat pul qaytarmış, qalan borcunu da bir ilə güclə qaytarıb qurtarmışdır. Hətta sonralar X11 - zinət əşyalarının alqı-satqıqısı ilə məşğul olmağa başladığını və ona nağd şəklində pul da göndərdiyini demişdir. Bir müddətdən sonra Şadiyənin Turalın ona qarşı hərəkətləri ilə bağlı polisə şikayət etməsini və Turalın da Türkiyəyə qaçmasını da eşitmişdir. Həmçinin ifadəsində Turalın Şadiyyəyə məxsus nə qədər pulun və qızıl-zinət əşyasını ələ keçirməsindən tam məlumatının olmadığını da göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Türkiyə Respublikasının vətəndaşı, hazırda İstanbul şəhərində yaşayan Əhməd adlı dostu onunla əlaqə saxlayaraq bir nəfərə köməklik etməsini xahiş etmişdir. Belə ki, onun tanışı Tural adlı yoldaşının Azərbaycandan Türkiyəyə gətirməli olduğu pulunun olduğunu və həmin pulu onlardan götürməyi xahiş etmişdir. Həmçinin ifadəsində Əhməd adlı tanışının ona 50.000 ABŞ doları borcunun olduğunu, pulun Əhməddə hazır olduğunu, lakin Türkiyə Respublikasına gedə bilmədiyindən həmin pulu ondan götürə bilməmişdir. Əhməd ona həmin miqdarda pulu Tural adlı şəxsə verəcəyini və onun qohumlarının Bakı şəhərində verəcəyi pulu həmin pulun əvəzinə götürməsini bildirmişdir. O da onunla razılaşmış və onun mobil nömrəsini Tural adlı şəxsin qohumuna verməsini bildirmişdir. Həmin günü bir nəfər qadın ona zəng vuraraq özünü Turalın qohumu kimi təqdim etmiş və ona Tural ona pul çatdırmalı olduğunu dediyini bildirmişdir. Həmin vaxt işdə olmadığından işçisi Babək adlı şəxsin mobil nömrəsini ona verərək onunla əlaqə saxlayıb pulu ona verməsini bildirmişdir. Bundan sonra Babəklə əlaqə saxlamış həmin şəxslərdən pulu götürməsini tapşırmışdır. Bir müddət sonra Babək ona zəng vuraraq bir nəfər şəxsin gəldiyini və ona 44.700 ABŞ dollarını verdiyini bildirmişdir. O da bundan sonra Əhməd adlı dostu ilə əlaqə saxlayıb ona pulu götürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Yolçu qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə ailə həyatı qurmuşdur. Ər-arvad kimi yaşadıqları müddət ərzində 2015-ci il tarixində qızı Minnur və 2017-ci il tarixdə isə oğlu Zeynalabdin doğulmuşdur. Zərərçəkmiş şəxs Turalla evləndiyi vaxtda toyda görmüşdür, Tural həmişə telefonla Şadiyyə ilə mütəmadi danışırmış. Bildiyinə görə onlar arasında hansısa biznes münasibətləri olmuş, lakin Tural çoxda işləri barədə evdə danışmağından bu barədə tam məlumatı olmamışdır. İfadəsində Turalla evlənəndən sonra Tural Şadiyyə adlı qadınla Quba rayonunda olan çınqıl karxanası işlətdiklərini, bildiyinə görə həmin çınqıl karxanasını Tural öz vəsaiti hesabına aldığını və həmin karxananı adının “ X49 ” MMC olmasını bilmişdir. Şadiyyə xanım Turala ortaqlıq təklif etmiş, Tural şərikliyi qəbul etmiş, o da həmin karxananın işə düşməsi üçün bankdan pul götürüb Turala vermişdir. Amma həmin qadının bankdan nə qədər pul götürdüyünü bilməmiş, lakin Turalın Şadiyyə xanıma MMC-dən 15 % də rəsmi mülkiyyət payı verdiyini bilmişdir. Həmin karxananı Turalla Şadiyyənin pulları qurtardığından işə sala bilməmiş və həmin ərəfədə də ölkədə devalvasiya olduğundan əllərində olan pullar da dəyərini itirmişdir. X29 karxananı satmağa məcbur etdiyini ona demişdir. Sonrada həmin karxananı satmışlar. Lakin Tural və Şadiyyənin həmin karxananı kimə və neçəyə satmasından xəbəri olmamışdır. Həmçinin həmin ərəfələrdə Tural Quba rayonunda onun adına olan 10 hektar torpaq sahəsində əkin-biçin işləri apararaq qazanc əldə edəcəyini bildirmiş və sonradan Şadiyyədə adlı qadının da həmin işə qoşulduğunu ondan eşitmişdir. X36 necə hansı şərtlə ortaqlıq etməsindən xəbəri olmamışdır. Lakin məhsul yığımı zamanı qazanc əldə edə bilmədiklərindən bir müddətdən sonra Tural həmin torpaq sahəsini satmışdır. Sonralar Tural burada qazanc əldə etməyin çətin olduğunu bildirərək Türkiyə Respublikasına gedərək orada restoran icarəyə götürərək işlətmək istədiyini ona bildirmiş və həmin söhbətdən bir müddət sonra Tural həmin məqsədlə tək Türkiyə Respublikasına getmişdir. Bir müddətdən sonra orada yaşamaq izini aldığını ona bildirmişdir. Təxminən 2017-ci ilin yaz aylarında Şadiyyə Turaldan müxtəlif qurumlara şikayət edərək guya ona qarşı dələduzluq etməsini bildirmişdir. 2017-ci ilin may ayının əvvəllərində Tural Türkiyədə işlərini qurmaq üçün getmiş, lakin həmin gün geri qayıdıb maşınsız gedəcəyini bildirmiş və maşını da satmışdır. Təxminən həmin ilin may ayının ortalarına yaxın Tural tək evdən çıxaraq avtomobil yolu ilə Türkiyəyə gedəcəyini bildirmiş, sonrada özünə aid balaca çantasını, şəxsi sənədlərini və bir az da pul götürərək getmişdir. Bir müddətdən sonra Tural artıq Bakıya qayıtmaq istəmədiyini və burada işlərini səhmana salaraq restoran işləri ilə məşğul olacağını və ona da qızlarını götürüb bura gəlməsini bildirmişdir. Bundan sonra o da qızı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Orada onları Turalın özü qarşılamış və kirayə tutduğu evə aparmışdır. Tural İstanbul şəhərinin Üsküdar-Acibadəm səmtində restoran icarəyə götürərək adını “Minur Qafkaz sofrası” qoyub həmin restoranda təmir işlərinə başlamışdır. Həmin ərəfələrdə də oğlanları Zeynalabdin doğulmuşdur. Həmin vaxtlarda Şadiyyə xanım əri ilə İstanbula gələrək həmin restorana da baş çəkib getmişdir. 2018-ci ilin mart ayının ortalarında Turalı Türkiyə Respublikasının polisi saxlamış və onu “Maltəpə” cəza evində salmışlar. Təxminən bir aydan artıq müddət keçəndən sonra Turalı həmin cəzaçəkmə evindən buraxmışlar. xx xxx 2018-ci il tarixdə yenidən Türk polisi onların yaşadığı evə gələrək yenidən Turalı aparmışlar. Həmin tarixdən də Turalı İstanbul şəhərində yerləşən “Maltəpə” cəza evinə yerləşdirmişlər. Tural da həmin qərardan bir üst məhkəməyə müraciət etmiş və ondan sonrada Anayasa məhkəməsinə də müraciət etmişdir. Dəfələrlə həmin cəza evinə gedərək ona baş çəkmiş, sonuncu dəfə isə xx xxxxx 2019-cu il tarixdə “Maltəpə” cəza evinə Turalla görüşməyə getdiyi vaxt onun “Metres” cəza evinə aparıldığını və oradan da Bakıya göndərildiyini öyrənmişdir. Həmçinin ifadəsində Şadiyyənin əri Turala şər atdığını və Turalın ona qarşı heç bir dələduzluq etmədiyini bildirmişdir. Həmçinin əri Turalın sonuncu dəfə Türkiyə Respublikasına necə, kimlə və hansı yolla getməsindən bu günə kimi xəbərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid7 Yolçu qızı ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, o, məhkəmə iclasında dindirilmiş Şahid7 Yolçu qızı ilə eyni məzmunlu ifadə vermişdir (Cild 4, i.v. 35-41). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Atası X26 ilə birlikdə Moskva Univermağında qızıl alış-satışı ilə məşğul olmaqla lombard işlədir. Təxminən 2 il bundan əvvəl lombarda atasının yanında olarkən bir nəfər şəxs onlara yaxınlaşmış və atası həmin şəxsi onunla tanış edərək adının Tural olmasını deyib onunla yerli olduqlarını bildirmişdir. Atası Turalı ona etibarlı şəxs kimi təqdim etmişdir. Həmin Tural bir neçə dəfə onun yanına gələrək girov qarşılığında müəyyən faizə pullar götürmüşdür. Həmçinin ifadəsində göstərmişdir ki, adətən girov kimi qızıl qəbul etdikləri şəxsin iştirakı ilə onun şəxsiyyət vəsiqəsi əsasında müqavilə bağlanılır, həmin müqavilədə pul götürən şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin digər göstəriciləri, qızılların sayı, adı, əyarı, qramı, qaşların növü və çəkisi, bunun qarşılığında verilən pul, faiz dərəcəsi, hansı müddətə pulun götürülməsi və digər qaydalar göstərilir. Bundan sonra qızıllar qablaşdırılaraq seyfdə saxlanılır, ödənişlər tam ödənildikdən sonra qızıllar geri verilir və şəxsin özünün yanında həmin müqavilə çırılaraq atılır. Bundan başqa ayrıca dəftərdə qızılların verilməsi tarixi, məbləği, alınmış pullar, faizlər və s barədə qeydlər edilir. xx xxxxx 2016-cı il tarixdə Tural atasının yanına gələrək girov qızıl qoyaraq 17.000 manat pul götürmüşdür, hazırda həmin qızılları tam olaraq təsvir edə bilmir, amma onların əksəriyyəti 583 əyarlı, az bir qismi isə 750 əyarlı olmuşdur. Həmin girova görə Tural ayda 1190 manat ödəniş etmişdir. Təxminən 3 ay sonra Tural lombarda gəlmiş, 17.000 manatı ona tam ödəmiş və o da qızılları sayaraq ona təqdim etmişdir. Sonrada müqaviləni onun yanında cırmışdır. Tural qızılları təhvil alaraq onlara baxmış, sonra ona qızıllardan bəzilərini satmaq istədiyini, hətta o, həmin vaxt qızılların az qismini seçərək ayırmış, onları satmaq istəmədiyini bildirərək qalanlarını isə satacağını deyib ondan kömək istəmişdir. Onun xahişi əsasında qonşu mağazalarda işləyən hazırda xatırlamadığı qızıl alışı ilə məşğul olan bir neçə nəfəri lombarda dəvət etmiş, bir neçə alıcı hərəsi bir neçə qızıl alaraq getmişlər. Tural satdığı qızıllara görə təxminən 22.000 manat pul toplamışdır. Tural həmin vaxt Quba rayonunda torpaq sahəsinin olduğunu, həmin torpaqda əkin-biçin işləri ilə məşğul olduğunu və həmin işlərə görə onlardan pul götürdüyünü demişdir. xx xxxx 2016-cı il tarixdə Tural yenə onun yanına gəlmiş, aylıq 8 faiz olmaqla 1000 manat pul götürmüş, bunun qarşılığında hazırda xatırlamadığı həmin dəyərlərlə qızıl qoymuş və 2 ay sonra tam ödəniş edərək qızılları geri götürmüşdür.xx xxxx 2016-ci il tarixdə Tural ondan aylıq 7 faiz olmaqla 8.000 ABŞ dolları götürərək bunun qarşılığında qızıl girov qoymuş və 3 ay sonra tam ödəniş edərək qızılları geri götürmüşdür. xx xxxx 2016-ci il tarixdə də eyni şərtlərlə 2000 manat pul götürmüş və pulları tam ödədikdən sonra qızılları geri götürmüşdür. 2016-cı ilin avqust ayında Tural onun yanına gələrək təxminən mağazada satış qiyməti 50.000 manat dəyərində qızıl verib onları girov qoymaq istədiyini demişdir. Həmin qızıllar əvvəlkilərinə nisbətən daha dəyərli olmuş, lakin həmin qızılların forma və dəyərini hazırda xatırlamır. Tural ondan bu qızıllar qarşılığında 40.000 manat istəmiş, o da ona bunun mümkün olmadığını deyərək qızıllar qarşılığında ona yalnız 25.000 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra Tural qızıllarını da götürərək çıxıb getmişdir. Bir müddət sonra isə Turalı təsadüfən görmüş, Tural ona Türkiyə Respublikasına köçərək orada yaşadığını demişdir. 2017-ci ilin iyun ayında ona bir nəfər zəng vuraraq özünü Şədiyyə xanım kimi təqdim etmiş, ondan Tural haqda soruşmuş, sonuncuya Turalı tanıdığını bildirmişdir. Bundan sonra Şadiyyə xanım Turalın ona qarşı dələduzluq edərək qızıllarını mənimsədiyini, həmçinin Turalın ona qızılları onların lombardına girov qoyduğunu və ödəniş olmadığı üçün orada batdığını dediyini bildirmiş, o da Şadiyyəyə Turalın pulları tam ödəyərək girovda olan qızılları götürdüyünü və qızılları orada başqa şəxslərə satdığını demişdir. Həmçinin ifadəsində adətən qızılları qəbul edərkən qızılların kimə məxsus olmasını soruşduqlarını Turaldan da bu barədə soruşduğunu və onun girov qoyduğu qızılların özünə məxsus olduğunu dediyini bildirmişdir (Cild 2, i.v. 217-223). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşmə barədə xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı inandırıcı şəkildə iş birliyi adıyla ona qarşı dələduzluq edərək külli miqdar təşkil edən ümumilikdə 824.156,55 manat dəyərində nağd pulunu və qızıl-zinət hesab edilən əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdiyini bildirmişdir (Cild 3, i.v. i/v 272-277). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşmə barədə xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, şahid X17 ilə Təqsirləndirilən şəxs arasında aparılmış, X37 Bayraməliyevin üzünə qarşı inandırıcı şəkildə iş birliyi adıyla Şadiyyə Salehliyə qarşı dələduzluq edərək külli miqdar təşkil edən ümumilikdə 824.156,55 manat dəyərində nağd pulunu və qızıl-zinət hesab edilən əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdiyini və bank kreditlərinin ödənilməsi ilə bağlı ödənişlərin ödənilməsi üçün heç vaxt ona pul vermədiyini bildirmişdir (Cild 4, i.v. 11-16). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşmə barədə xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış, Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı inandırıcı şəkildə ifadəsində göstərdiklərini deyərək ona çinqıl karxanasına görə həm nağd şəkilində pul, bahalı avtomobil və üç ev verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs də üzləşdirmə zamanı Şahid3 çınqıl karxanasının dəyərini tam ödədiyini və buna görə ondan pul, maşın və avtomobil aldığını etiraf etmişdir (Cild 4, i.v. 17-20). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyindən götürülmüş sənədlərdən görünür ki, “X50” MMC xx.xx.2005-ci il tarixdə Xaçmaz şəhəri, A.ünvan 9 ünvanında X5 tərəfindən təsis edilərək xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası ƏN-nin Hüquqi şəxslərin Dövlət X38 Bölgə Şöbəsində qeydiyyata aldırılmışdır. Həmin MMC-ni xx.xx.2014-cü il tarixdə hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən alqı-satqı müqaviləsi əsasında alaraq 100% paya sahib olmuşdur. “X50” MMC-nin xx.xx.2014-cü il tarixli nizamnaməsindən və cəmiyyətin təsisçilərinin qərarından görünür ki, MMC-nin 85% Şahid3, 15% isə Zərərçəkmiş şəxs məxsusdur. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış müqaviləsindən görünür ki, MMC-nin sahibi iş üzrə Təqsirləndirilən şəxs cəmiyyətdə olan 100% payının 85%-ni Şahid3, 15% isə Zərərçəkmiş şəxs satmışdır. MMC-nin hüquqi ünvanı isə Quba rayonu Timiryazev müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs “X50” MMC-də olan 15% payını cəmiyyətdə 85% payı olan Şahid3 satmışdır. Həmin alqı-satqı müqaviləsində satıcı Şadiyyə Salehlinin əvəzindən etibarnamə ilə X17 iştirak etmişdir. “X50” MMC-nin xx.xx.2015-ci il tarixli nizamnaməsindən və cəmiyyətin təsisçilərinin qərarından görünür ki, MMC-nin 100% payı Şahid3 məxsusdur (Cild 2, i.v. 133-200). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx xxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs “xxxxxx” ASC-dən təmir-tikinti işləri məqsədi ilə 24 ay müddətinə illik 22% ödəməklə 450000 (dörd yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 100.CL.230614.00001/İ saylı xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs | qızma məxsus olan Bakı səhəri, Yasamal rayonu, A.M.Sərifzadə küçəsində istifadə olan 0.0764 ha torpaq sahəsində yerləşən 94 nömrəli, 5 mərtəbəli binada 59.75 kv.m ümumi 46.75 kv.m yaşayış sahəsindən ibarət 44 nömrəli mənzil (yaşayış evi) və 100.CL.23xx.xx.00001/İ saylı xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X20 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 0.13 ha torpaq sahəsində yeləsən, 1 mərtəbəli, 3 otaqlı, 57.6 kv.m yaşayış, 120.5 kv.m köməkçi sahəsindən ibarət bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və 100.CL.230614.00001/m saylı girov müqaviləsinə əsasən “xxxxxxxxxx”-MMC məxsus 1 ədəd “KONKASAR DİK MİLİ KİRİCİ”, 1 ədəd “G09 BESLEYİCİ”, 1 ədəd “K12 JAW CRUSHER", 1 ədəd “KONKASOR DARBELİ KİRİCİ” və 1 ədəd “K12 JAW CRUSHER” bankın xeyrinə girov qoyulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ilə bağlanmış 100.CL.23O614.OOOOl/k saylı xx.xx.2014-cü il tarixli və nizamnamə əsasında fəaliyyət göstərən təsisçi Təqsirləndirilən şəxs şəxsində “xxxxxxxxxx” MMC ilə bağlanmış 100.CL.230614.00001/İ saylı xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Zərərçəkmiş şəxs ilə kreditin qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs ilə birgə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdülər. Həmçinin xx.xx.2014-cü il tarixdə bank tərəfindən ayrılmış 450000 (dörd yüz əlli min) manat kredit məbləğindən bank tərəfindən komissiyalar üçün 4.500 və 1.982,59 manat tutulmuş və həmin tarixdə də 47.000,41 manat borclu tərəfindən ilkin ödəniş kimi banka ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs nağd formada “xxxxxx” ASC 396517.00 (üz yüz doxsan altı min beş yüz on yeddi) manat məbləğındə kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixində Zərərçəkmiş şəxs “xxxxxx” ASC-yə 31100 manat kredit ödənişi etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixində Zərərçəkmiş şəxs adından Şahid4 tərəfindən “xxxxxx” ASC-yə 23200 manat kredit ödənişi etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015,xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016-cı illər tarixində Zərərçəkmiş şəxs adından X17 tərəfindən müvafiq olaraq “xxxxxx” ASC-yə 23346, 23336, 15000, 19000, 638, 5000, 2000, 7000, 7000, 34500, 100000, 4000, 20000, 3700, 3885.96 və 2000 manat kredit ödənişi etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixində Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs tərəfindən “xxxxxx” ASC-yə 30000 manat kredit ödənişi etmişdir (Cild 2, i.v. 35-97). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının “https:// www.cbar.az” satına baxış zamanı müəyyən edildi ki, xx.xx.2015-ci il tarixdə ABŞ dollarının məzənnəsi Azərbaycan manatına münasibətdə 1.5594 və xx.xx.2017-ci il tarixdə isə ABŞ dollarının məzənnəsi Azərbaycan manatına münasibətdə 1.9165 səviyyəsində olmuşdur. Habelə, ölkədə manatın birinci devalvasiya xx.xx.2015-ci il tarixdə baş verərək həmin tarixdə ABŞ dollarının manata münasibətdə məzənnəsi 1.0500 manat olmuşdur. Habelə, ölkədə manatın ikinci devalvasiya xx.xx.2015-ci il tarixdə baş verərək həmin tarixdə ABŞ dollarının manata münasibətdə məzənnəsi 1.5500 manat olmuşdur (Cild 1, i.v. 210-212, Cild 4, i.v. 153-157). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında xx xxxxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs arasında sosial şəbəkə olan “whatsapp” proqramı ilə aparılmış danışıqlara baxışdan görünür ki, qeyd olunan sosial şəbəkə proqramı ilə aparılan danışıqlar həm hərfli-yazılı, həmdə səs-ismarıclı olmuşdur, ilk danışıq xx xxxxxx 2017-ci il, saat 11:17-də, son danışıq isə xx xxxx 2017-ci il, saat 17:36-da olmuşdur. Həmin tarixlər arasında olan danışıqların əksəriyyəti səsli-ismarıclaşma formasında olmuşdur, cəmi 94 səsli mesaj faylı vardır, digərləri hərfli-yazışmadır. Yazışmalara və səsli danışıqlara baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs səsli ismarıclar göndərərək sonuncunun onu aldatdığını, Famil adlı şəxsdən çınqıl sexinin pulunu tam aldığını, bunu ondan gizlətdiyini, ondan fermanı almaq və iş görmək üçün 90.000 ABŞ dolları, 30.000 ABŞ dolları və qızıllarını lombarda qoymaq üçün götürdüyünü, lakin qızıllarını gizlin satdığını, qaçdığını, onu yenidən aldadaraq Türkiyə Respublikasına 45.000 ABŞ dolları göndərtdiyini, onun evinin bankda girov qaldığını, Təqsirləndirilən şəxs bankın pullarını ödəmədiyini, onu aldatdığını bildirir. Həmçinin Zərərçəkmiş şəxs ilkin danışıq müddətində davamlı olaraq Təqsirləndirilən şəxs xahişlər edərək onun pullarını geri verməsini, onu pis vəziyyətdə qoyduğunu, onun hər dəfə bir-iki aya pulları verəcəyini deyərək vaxt uzatdığını, amma heç bir ödəniş etmədiyini, artıq 3 ilə yaxın müddət keçdiyini deyir. Danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs hər dəfə Zərərçəkmiş şəxs sakitləşdirmək istəyir, səbirli olmasını, yaxın zamanlarda ona pul gələcəyini, bütün verəcəklərini ödəyəcəyini bildirir. Lakin bir müddət sonra aparılan danışıqlardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun qabaqcadan planlaşdırılmış şəkildə qəsdən onu aldatdığını, vaxt qazandığını deyərək ona qarşı danışdığı yalanları sadalayaraq Təqsirləndirilən şəxs ifşa edir, bundan sonra onlar arasında gərginlik yaranır, Təqsirləndirilən şəxs söyüş söyərək özünün haqlı olduğunu deyir, Zərərçəkmiş şəxs onun haqqında sosial mediada yazacağını bildirir, bəzən şirin danışaraq Zərərçəkmiş şəxs onun haqqında polisə şikayət edib-etmədiyini dəqiqiqləşdirmək istəyir, ondan edilmiş şikayəti geri götürməsini, bu məsələni öz aralarında həll etmələrini, tutulduğu təqdirdə onun pul ala bilməyəcəyini deyir. Bundan başqa, Təqsirləndirilən şəxs davamlı olaraq Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərindən yayınaraq sonuncuda pulları faizlə götürdüyünü, borcunu ödəyəcəyini deyir, faizə verilmiş pullara görə onun yalnız mülki məsuliyyətə cəlb ediləcəyini bildirərək təkidlə polisdən şikayətin geri götürməsini, bu işin məhkəmə qaydasında həll olunmasını istəyir. Zərərçəkmiş şəxs sözlərindən başa düşülür ki, o, Təqsirləndirilən şəxslə ümumi iş birliyinə xəstə nəvəsinin müalicəsi üçün qazanc əldə etmək üçün giribdir. Təqsirləndirilən şəxs danışıqlarından görünür ki, o, Zərərçəkmiş şəxs Famil adlı şəxsin “batmış” adam olduğunu, ona inanmamağını deyir, tutulsa pulu ödəyən olmayacağını, gah pulu batırdığını, verə bilmədiyini, gah da pulu “yer var” ora xərclədiyini, görüşəndə ona bu barədə deyəcəyini bildirir, bəzən isə pulu bir –iki günə verəcəyini, bankdakı hesab nömrəsinə pulun köçəcəyindən, harasa ərizə verdiyindən danışır, bəzən aralarında müqavilə olduğunu, bu işlərin mülki iş olduğunu, 19-cu polis bölməsində ərizəni geri götürməsini, əlaqələrinin olduğunu, onu tutdura bilməyəcəyini danışır. Həmçinin danışıqların bəzilərində HƏmçininZərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qızıllarını geri istəyir, onu aldadaraq qızılları satdığını deyir, Təqsirləndirilən şəxs cavabında qızılları sonuncunun özünün ona könüllü verdiyini, qızılların “Moskva” ticarət mərkəzində Əli adlı, Nehrəm kəndindən olan şəxsdə girovda batdığını, özünün İstanbul şəhərində restoran açmağa hazırlaşdığını, açılışdan sonra qazanacağı pullarla borcunu hissə-hissə ödəyə biləcəyini, hazırda pulu olmadığını bildirir. Sonuncu danışıqları zamanı Təqsirləndirilən şəxs aqressiv formada Zərərçəkmiş şəxs sonuncunun başqa şəxslərlə aralarından olan münasibətləri ilə hədələyərək bu barədə bildiklərini hamıya danışacağını, onu biabır edəcəyini deyərək sonuncunu susdurmağa çalışır, Sədiyyə Salehli isə onun bütün hərəkətlərini üzünə qarşı ifşa edərək istədiyi hərəkəti edə biləcəyini bildirir. Zərərçəkmiş şəxs sonuncu danışıqlarda aqressiv və qətiyyətli danışdığından Təqsirləndirilən şəxs onunla xoş danışmağa və onu sakitləşdirməyə çalışır. Təqsirləndirilən şəxs sonuncu danışıqlarında hazırda pulu olmadığını, ona pul verə bilməyəcəyini bildirir (Cild 2, i.v. 213-216). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış keçirilməsi xx xxxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə aralarında olan telefon zənglərindən və mesaj mətinlərindən görünür ki, hər iki şəxs mütəmadi olaraq qarşılıqlı zəngləşmiş və mesajlaşmışlar. Mesaj mətinlərinin ümumi məzmunundan görünür ki, X44 Bayraməliyevin onu pis vəziyyətə qoyduğunu, pullarını qaytarmadığını və Şadiyyə Salehlinin ondan pullarını qaytarmasının xahiş edir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə ondan ünsiyyətdən qaçaraq yalan vədlər verərək söhbətdən yayınır (Cild 3, i.v. 20-25). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 2013 və 2014-cü il tarixli tibbi sənədlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs nəvəsi Abdullah Əlizadəyə neyroblastoma xəstəliyi diaqnozu qoyulmuşdur (Cild 4, i.v. 101-123). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4360 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər “xxxxxxx” ASC və Zərərçəkmiş şəxs qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair dair mülki işə dair iddia təmin edilmiş, “xxxxxxx” ASC ilə Zərərçəkmiş şəxs arasında bağlınılmış 23.062014-cü il tarixli 100.CL.230614.00001/i saylı və xx.xx.2014-ci il tarixli 100.CL.230614.00001/i saylı ipoteka müqavilələri etibarsız hesab edilmişdir (Cild 5, i.v. 162-165). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 idarəsindən verilən arayışdan (hökmdən) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) müddətinə islah işlərinə cəzasına məhkum edilmişdir, cəza icra edilmişdir (Cild 1, i.v. 118-119,126-130). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi 1 nömrəli Respublika psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli 3059 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdırlar (Cild 4, i.v. 22-23). Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun ifadəsində göstərdiyi dələduzluq yolu ilə pulları ələ keçirməməsi, yəni zərərçəkmiş şəxslə aralarında ticarət münasibətlərinin olması və müflis olmalaaı ilə bağlı göstərdiyi xüsusatlar təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin faktiki hissəsinin eynilik təşkil edən məzmunu ilə, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinin ziddiyyət təşkil etməyən hissəsi ilə, habelə şahid ifadələri ilə, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş başqa subutlarla tamamilə təkzib olunduğu nəzərə alınaraq, məhkəmə hesab edir ki, onun tərəfindən irəli sürülmüş həmin dəlillər yalnız onun özünü müdafiə etmə üsulu və məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirməyə cəhd etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmə cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Tural Bayrəməliyevin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, təqsirləndirilən şəxs Tural Bayrəməliyevin himayəsində xx xxxxxx 2015-ci il doğum tarixli X8 və xx xxxxxx 2017-ci il doğum tarixli X2 adlarında azyaşlı uşağı vardır (Cild 4, i.v. 48-50). Məhkəmə təqsirləndirilən şəxs Tural Bayrəməliyevin Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş ümumilikdə 824.156,55 manat məbləğində ziyanın 277.000,41 manatının ödənilməsi, himayəsində iki azyaşlı uşağının olmasını - onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Tural Bayrəməliyevin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və təqsirləndirilən şəxs Tural Bayrəməliyev tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Tural Bayrəməliyev xx xxxx 2018-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhərində tutulmuş, eyni zamanda xx xxxxx 2019-cu il il tarixli axtarışda olan şəxsin tutulması ilə bağlı protokol tərtib edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanması göstərilmişdir (Cild 3, i.v. 171-186). Eyni zamanda, İstanbul Anadolu 2-ci Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikasının sorğusuna əsasən 238/2018 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli İstanbul Respublika Baş Prokurorluğu Anadolu Nazirliyinin Əlaqə Bürosunun (Beynəlxalq Hüquq masası) məktubuna xx xxxx 2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Tural Bayrəməliyevin Azərbaycan Respublikasına verilməsi üçün xx xxx 2018-ci il tarixində məhkəmə tərəfindən həbs qərarı ilə ölkəsinə geri qaytarılmıası qərara alınmışdır. Təqsirləndirilən şəxs Tural Bayrəməliyevə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxx 2018-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət məsuliyyətinə cəlb edilmiş və «ağır» cinayətlər sırasına daxil olan cinayəti törətmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15 və 56.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Zərərçəkmiş şəxs və onun nümayəndəsi məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs 547.156,14 (beş yüz qırx yeddi min yüz əlli altı manat on dörd qəpik) maddi zərərin və 50.000 (əlli min) manat mənəvi zərərin tutulub zərərçəkmiş şəxsə ödənilməsini xahiş etmişdirlər. Mülki iddia ərizəsi icraata qəbul edilmişdir (Cild 5, i.v. 51-52, 65- 66). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə, Zərərçəkmiş şəxs və onun nümayəndəsinin verdiyi mülki iddianın mənəvi ziyanla bağlı hissəsini müzakirə edərək hesab edir ki, iddianın bu hissəsinin əsasları müəyyən edilmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün sübutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya”nın müddəaları və X40 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, tərqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə iclasında təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs 547.156,14 (beş yüz qırx yeddi min yüz əlli altı manat on dörd qəpik) manat maddi zərər tutulmalıdır. Mülki iddianın mənəvi zərərə aid olan hissəsi baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə maddi sübutun, məhkəmə xərcinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 547.156,14 (beş yüz qırx yeddi min yüz əlli altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddianın mənəvi zərərə aid olan hissəsi baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Cinayət işi üzrə maddi sübutun, məhkəmə xərcinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar