Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-151/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İstehsalat Komersiya Şirkətinin nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-151/2022 nömrəli cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-1-ci madələri ilə təqsirləndirilirlər. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2020-ci il tarixdə saat 22-24 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfinə keçib öz cinayətkar məqsədlərinə nail olmaq üçün əvvəlcədən düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan 6 mm, 10 mm, 12 mm, 16 mm və 19 mm-lik mis boruların bir hissəsini gizli olaraq talamış, bundan sonra vahid niyyətlə 05.02.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub 2803,2 (iki min səkkiz yüz üç manat iyirmi qəpik) manat dəyərində olan 192 kq. mis boruları, 10.02.2020ci il tarixdə saat 23 radələrində isə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub 5.402 (beş min dörd yüz iki) manat dəyərində 370 kq mis boruları, yəni xeyli miqdarda mis boruları, bundan sonra Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub həmin cinayət əməlini birlikdə vahid niyyətlə davam etdirərək 12 fevral 2020-ci il tarixdə saat 24 radələrində qalan mis boruları, yəni 2 dəfədə 56794.73 manat dəyərində 3890,05 kq mis boruları həmin yerdən eyni üsulla gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə ümumilikdə 4452,05 kiloqram, 65.000 (altmış beş min) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2020-ci il tarixdə saat 22-24 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfinə keçib öz cinayətkar məqsədlərinə nail olmaq üçün əvvəlcədən düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan 6 mm, 10 mm, 12 mm, 16 mm və 19 mm-lik mis boruların bir hissəsini gizli olaraq talamış, bundan sonra vahid niyyətlə 05.02.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub 2803,2 (iki min səkkiz yüz üç manat iyirmi qəpik) manat dəyərində olan 192 kq. mis boruları, 10.02.2020-ci il tarixdə saat 23 radələrində isə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub 5.402 (beş min dörd yüz iki) manat dəyərində 370 kq mis boruları, yəni xeyli miqdarda mis boruları, bundan sonra Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub həmin cinayət əməlini birlikdə vahid niyyətlə davam etdirərək 12 fevral 2020-ci il tarixdə saat 24 radələrində qalan mis boruları, yəni 2 dəfədə 56794.73 manat dəyərində 3890,05 kq mis boruları həmin yerdən eyni üsulla gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə ümumilikdə 4452,05 kiloqram, 65.000 (altmış beş min) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 fevral 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxsnə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfindən keçib cinayətdə istifadə etmək üçün bir-birinə bağlayaraq düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan, ümumilikdə 370 kiloqram 6 mm, 10 mm, 12 mm, 16 mm, 19 mm-lik mis boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə ümumilikdə 5.402 (beş min dörd yüz iki) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 2020-ci il yanvar ayının 20-də saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu 54 ünvanda yerləşən metal qəbulu sexində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini billə-bilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi 2803,2 (iki min səkkiz yüz üç manat iyirmi qəpik) manat dəyərində olan 192 kq. mis boruları əldə etmişdir. Bundan sonra o, özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 fevral 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxsnə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivi 44 A ünvanda yerləşən, başqa saxlanc yeri hesab edilən 1-ci anbarın arxa tərəfindən keçib cinayətdə istifadə etmək üçün bir-birinə bağlayaraq düzəltdikləri taxta nərdivanla anbarın damına çıxıb dəmir şiferi yerindən açıb çıxartmaqla həmin yerdən nərdivanı aşağı sallayıb anbara düşərək orada karton qutularda saxlanılan «A.İ.K» markalı yerli istehsal olan soyuducuların avadanlığı hesab edilən və 1 kiloqramı 14 manat, 60 qəpik olan, ümumilikdə 300 kiloqram 6 mm, 10 mm, 12 mm, 16 mm, 19 mm-lik mis boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ŞİKŞ-nə ümumilikdə xeyli miqdarda-4380 (dörd min üç yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, 2020-ci il fevral ayının 10da saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu 54 ünvanda yerləşən metal qəbulu sexində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini billə-bilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi xeyli miqdarda, yəni 5402 (beş min dörd yüz iki) manat dəyərində olan 370 kq. mis boruları əldə etmişdir. Qeyd edilən cinayət işi üzrə 21 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 vəsatət verərək, vəsatətində qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən və Təqsirləndirilən şəxs4 verilmiş oğurluq epizoduna görə oğurluğun 05 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri qeyd olunduğu halda, Seyran Quliyevə verilmiş ittihamda oğurluğun Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda isə oğurluğun Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri göstərilmiş, bundan başqa, Təqsirləndirilən şəxs3 verilmiş oğurluq epizoduna görə 10 fevral 2020-ci il tarixdə oğurluğun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri qeyd olunduğu halda, həmin epizod üzrə Təqsirləndirilən şəxs4 ittiham elan olunmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmış ittihamda isə Təqsirləndirilən şəxs4 iştirakı qeyd edilməmiş, həmçinin, Seyran Quliyevə verilmiş ittihamda oğurluğun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda isə oğurluğun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri qeyd olunmuşdur. Beləliklə, qeyd olunanları nəzərə alaraq, Seyran Quliyevə verilmiş ittihamda oğurluğun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda isə oğurluğun Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiklərini göstərilməsi ilə bağlı epizodlar üzrə daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və adları qeyd edilmiş təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3 və 194.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinlədikdən sonra, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən və dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, AR CPM-in 318.2-ci maddəsinə əsasən, dövlət ittihamçısı X1 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3 və 194.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə”, Təqsirləndirilən şəxs4 isə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı X2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə”, Təqsirləndirilən şəxs4 isə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-151/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-151/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver