Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-151/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 3 azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 aprel 2022- ci il tarixdən 01 iyul 2022-ci il tarixə kimi olan müddət ərzində müştəri qismində gəldiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 105 ünvanında yerləşən «Laçın» Ticarət Mərkəzindəki qızıl-zinət əşyalarının satışı köşkündə bir qədər alış-veriş etdikdən sonra, satıcıların diqqətinin yayındığından istifadə edərək, həmin köşkdən qeyd olunan müddət ərzində 585 əyarlı, bir cüt qızıl sırğa, bir qızıl üzük və bir qızıl kulondan ibarət, hər bir dəstin çəkisi 10 qram və qiyməti 800 manat olan, cəmi 21.600 manat məbləğində 27 dəst «Roberto Koin» markalı dəstləri, 585 əyarlı, hər bir dəstin çəkisi 6,7 qram və qiyməti 536 manat olan, cəmi 26.364 manat məbləğində 49 dəst qızıl sırğaları, 585 əyarlı, hər bir dəstin çəkisi 4,9 qram və qiyməti 392 manat olan, cəmi 14.896 manat məbləğində 38 ədəd qadın qızıl üzükləri, 585 əyarlı, hər bir dəstin çəkisi 2,6 qram və qiyməti 208 manat olan, cəmi 12.480 manat məbləğində 60 dəst qızıl uşaq sırğaları, 585 əyarlı, hər birinin çəkisi 1,9 qram və qiyməti 152 manat olan, cəmi 10.640 manat məbləğində 70 ədəd «Tifani» markalı qızıl kulonları, 585 əyarlı, bir cüt qızıl sırğa və bir qızıl üzükdən ibarət, hər bir dəstin çəkisi 6,5 qram və qiyməti 520 manat olan, cəmi 9.880 manat məbləğində 19 dəst «Badam» markalı dəstləri və 585 əyarlı, çəkisi 1,75 qram və qiyməti 140 manat olan 01 ədəd qızıl qolbağı, sonuncu dəfə isə 04 iyul 2022-ci il tarixdə 585 əyarlı, bir cüt qızıl sırğa, bir qızıl üzük və bir qızıl kulondan ibarət, çəkisi 10 qram və qiyməti 800 manat olan «Roberto Koin» markalı qızıl dəsti vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 96.800 (doxsan altı min səkkiz yüz) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o özünü bu cinayət işi üzrə təqsirli bilmir. Çünki bu əməli etməmişdir. O həmişə qızıl dükanından alışveriş etmiş, pulunu da ödəmişdir. Həmişə onlardan nəğd qaydada alış-veriş etmiş, iki dəfə isə üzərində pul az olduğu üçün pulun müəyyən miqdarını karta göndərmişdir. Yəni zərərçəkmiş şəxslə alış-verişi olmuş və onlarla problem yaşamamışdır. Bu qədər hadisənin haradan yarandığını başa düşə bilməmişdir. Zərərçəkmiş şəxs məxsus qızıl köşkünü çoxdan tanıyırmış, oraya 1 il yarım imiş ki, gedirmiş. İlk dəfə qızıl köşkündə il yarım əvvəl olmuşdur. Tarixi isə dəqiq xatırlamır. İlk dəfə Faiq Quliyevə məxsus qızıl köşkünə getdikdə bir neçə qızıl aksesuar almışdır. Həmin köşkə təxminən 25-30 dəfə getmiş, hər dəfə getdikdə də nəsə almışdır. O özü də qızıl ticarəti ilə məşğul olmuşdur. Oradan qızıl alıb evə gələn müştərilərinə, salonlarda işləyən xanımlara, həkimlərə, müəyyən şəxslərə satmışdır. Nisə xanım qızıl köşkündə satıcıdır. Onunla həmin qızıl köşkündə tanış olmuşdur. İş materiallarında olan videogörüntülərlə tanış olmuşdur. Videogörüntüdə onun qızıl oğurladığı əks olunmamışdır. Onun guya qızıl oğurlayıb çantasına, saçının içinə atdığı deyilir, lakin görüntüdə bunlar olmamışdır. 1 kiloqram 200 qram qızıl oğurladığı iddia olunur. Onun həmin miqdarda qızılı oğurlamağı üçün gərək ki, hər dəfə 50 qram, bir ovuc qızıl oğurlasın. Oraya 25-30 dəfə getmişdir, o hər dəfə onlar görmədən 50 qram qızılı ovucuna götürüb oğurlaya bilməzmiş. Qızıl əşyaları bir çox dükandan almışdır, hər dəfə həmin qızıl köşkünə getməmişdir. Zərərçəkmiş şəxs məxsus qızıl mağazasına 5-6 ay ərzində müxtəlif vaxtlarda getmişdir. Eyni vaxtda başqa mağazalardan da alış-veriş etmişdir. Ticarət mərkəzində çoxlu qızıl mağazaları olmuşdur. Haralardan qızıl alıb hara satdığını bir-bir göstərə bilər. Elə vaxtlar olmuşdur ki, hər hansı model olmadıqda onu başqa yerdən alırmış. Qızılın qramını 76 manata alıb qramını 85-90 manata nisyə verirmiş. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. İbtidai istintaqda təzyiq altında olmuşdur. İbtidai istintaqda ifadə verərkən yanında vəkil olmamış, tək olmuşdur. İbtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda 15-20 dəfə oğurluq etdiyinin yazılması ilə əlaqədar onu deyə bilər ki, təzyiq altında olmuşdur. O ibtidai istintaqda hansı tarixlərdə oğurluq olduğunu etiraf etməmişdir. Tarixləri orada ona demişlər, o da yazmışdır. Nə tarix qoymuşlarsa, o da altından imzalamışdır. O tarix sözünü işlətməmişdir. Onu müstəntiq yox, təhqiqatçı dindirmişdir. O ifadə verdikdən sonra müstəntiqin yanına getmişdir. O, 29 may tarixdə oğurluq etdiyini deməmişdir. O dəst qızıl almış, həmin dəst çantasında olmuşdur. Dəst qara qaşlarla idi. Sadəcə olaraq, müştəri qara qaş istəməmiş ağ qaş istəmişdir. Satıcı xanım onun çantasından dəsti götürüb öz dəzgahlarına atıb onun oğurladığını demişlər. O həmin qızılı oğurlamamış, almışdır. Alınan dəst onun çantasından çıxmış, dəst özlərində qalmışdır. O həmin vaxt oğurluq hadisəsi törətsə, polisə bu barədə məlumat verərmişlər. 4 iyul tarixdə Ağanisə xanım onun çantasından dəsti tapmışdır. O müstəntiqə oğurluq hadisəsi barədə etiraf etməmişdir. Ona “Boynunuza alın, elə də, belə də tutulacaqsız ” demişlər. O da məcbur qalıb etiraf etmişdir. 24-cü Polis bölməsində təzyiq altında olmuşdur. Sonra onu Nizami rayon Baş Polis idarəsinə aparmışlar. Nizami rayon Polis İdarəsində yox, 24-cü Polis bölməsində onu tutacaqlarını, boynuna almalı olduğunu deməklə təzyiq göstərmişlər. O da 5.000-6.000 ödəyə biləcəyini demiş, o barədə etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Laçın ticarət mərkəzində qızıl ticarəti ilə məşğul olur, 2 nəfər işçisi olmuş və malı onlara təhvil verirmiş. Atası vəfat etdiyi üçün rayonda olmuş və ona məlumat verilmişdir ki, dükandan mal oğurlanıb. O da iş yerinə gedib nə məsələ olduğunu maraqlandıqda, işçilər 5 aydır tanıdıqları müştəri olan Gülnarə xanımın bir dəsti çantasına qoyan zaman gördüklərini, daha sonra isə işçilərin onu saxlaması əvəzinə o özü çantasından qızılı çıxarıb yerinə qoymuşdur. Kamera görüntüsündə də bu var imiş. O da gəlib görmüşdür ki, həmin təhvil verdiyi mal yerində yoxdur. Malı çəkib yoxlamış və aşkar etmişdir ki, onun təhvil verdiyi maldan 1 kiloqram 200 qrama yaxın mal əksikdir. Ona kamera görüntüsünə baxaraq Gülnarənin malı oğurladığını demişlər. Həmin şəxsin malı oğurlamasını özündə əks etdirən 31 görüntü olmuşdur. Görüntülər olsa belə, əgər işçilərin də təqsiri varsa, onların da məsuliyyətə cəlb olunmasını istəyir. Təqsirləndirilən şəxs 100.000 dəyərində malı yox, bir qismini götürdüyünü demiş, sonra isə ümumiyyətlə götürmədiyini demişdir. Amma əvvəl o, 50000-60000 dəyərində mal götürdüyünü, qalanını isə işçisi olan qızın götürdüyünü və özünə ev aldığını deyirmiş. Bu məsələlərə görə o işini də bağlamışdır. Borclarına görə çətinlik çəkirmiş. Təqsirləndirilən şəxsi əvvəllər tanımırmış, sadəcə olaraq həmin şəxs gələrək Kontakt home mağazasında işlədiyini, orada dükan açacaqlarını deyirmiş. 1-2 dəfə ona orada iştirak etmək üçün müdirlərlə görüşmək lazım olduğunu bildirmişlər. O isə görüş üçün vaxtının olmadığını, “bildirərək satdığım mal budur, gəl burdan al, pulunu ver, götür” demişdir. Gülnarə polis idarəsinə dəyən ziyanın əvəzi olaraq 3500 manat pul qoymuş, onu götürmüş, qalanını da ödəyəcəyini demişdir. Mağazanın sahəsi 10 kvadrat metr olmuşdur, içərisində kameralar quraşdırılmışdır. Görüntülərə baxdıqda Gülnarə xanımın oğurluğu bir neçə ay ərzində etdiyini müəyyən etmişdir, işçilərdən bu qədər vaxt ərzində bu qədər malın oğurlanmasından hansı səbəbdən xəbərləri olmadığını soruşduqda, onlar Gülnarəyə inandıqları üçün onun giriş-çıxışına fikir vermədiklərini bildirmişlər. Malları ancaq Azərbaycan Respublikasında rəsmi satanlardan qaimə ilə və ya digər formada almış, o malların ona məxsus olmasını təsdiq edən ən azı 3 aylıq kamera görüntüləri olmuşdur. İndiyə qədər mağazada audit yoxlaması aparılmamışdır. Kamera görüntülərində əks olunmayan amma oğurlanmış malları da olmuşdur, işçilərə malları təhvil vermiş sonradan malların əksik olduğunu görmüşdür. İşçilər Gülnarə xanımla Bahar adlı qadının da gəlib mallardan götürdüyünü demişlər, bütün məlumatları işçilərdən götürmüş və kameraya baxmışdır. İddiasını müdafiə edir və ona dəymiş 96.800 (doxsan altı min səkkiz yüz) manat ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gülnarə xanımla heç bir qohumluq münasibəti olmamış, onunla sadəcə müştəri kimi tanış olmuşdur. Təqsirləndirilən şəxs hər gün gəlib mal götürür, aralarında xoş münasibət olmuşdur. Hamıya necə Gülnarə xanıma da elə münasibət göstərirmişlər. Hardasa 4 ay müddətində tanışlıqları olmuş, təmirə qədər heç bir problem olmamışdır. Sonradan iş yoldaşı olan Abbas dayı Gülnarə xanımdan şübhələndiyini daha diqqətli olduğunu deyəndə, onun daimi müştərisi olduğunu demişdir. Səhərisi günü xanım mağazaya gəlmiş. Kameralar qoşulmuşdur. Qızıl dəstlərini çıxarıb təqsirləndiriln şəxsin qarşısına qoymuşdur. Qara qaşlı qızılı ovcuna almış, daha sonra geri qaytaracağını və ya satın alacağını düşünmüşdür, amma götürüb yavaşca çantasına atmışdır. O an nə edəcəyini bilməmiş, ilk dəfə imiş ki, belə halın şahidi olurmuş. Qızılı götürüb sumkaya atdıqdan sonra ondan 750 əyar təkqaş üzüyün olub-olmamasını soruşduqda, elə üzük olmadığını, amma yan dəzgahda olduğunu demişdir. Sumkanı otaqda qoyub çıxıb getmişdir. Abbas dayı onu çağıraraq Gülnarə xanımın qızıl oğurladığını gördüyünü demiş, əlini atıb qızılı sumkasından götürmüşdür. Biraz keçəndən sonra Gülnarə mağazaya qayıtmış, təkqaşlara baxıb seçmiş və demişdir ki, bəyənsələr pulu karta atacaq, bəyənməsələr qaytaracaq. Malı götürüb karta pulu atdıqdan sonra zəng edərək sumkasında müəyyən qədər mal olmadığını demişdir. Həmin vaxt gözü ilə qızılı oğurladığını görsə də ona heçnə deməmişdir, sadəcə olaraq həmin vaxt dayının vəziyəti pisləşmişdi deyə Gülnarənin sumkanı götürüb getməyinə müdaxilə etməmişdir. Səhərisi gün polis çağırmışlar, polis əməkdaşları demişdir ki, qızılı yerdən süpürəndə tapdıqlarını desinlər. Gülnarə xanıma zəng edib qızılların tapıldığını demişlər. O gəldikdə qızıllar orada olmuşdur. Polis əməkdaşları da başqa adamı götürüb getmişdir. Təmir zamanı mallar çəkilmirmiş. Sonradan yenə mallar çəkilmiş, dəqiqləşdirilmiş, həmin vaxtacan nə qədər malın giribçıxdığını bilmirmiş, mağazada müşahidə kameraları olmuş, müşahidə kameralarından 40dan çox görüntü alınmışdır. Özü də baxıb görmüçdür ki, görüntülərin 30-dan çoxunda ifadədə deyildiyi kimi qızılı götürdüyü görünür. Gülnarə qızılı oğurlayanda Abbas dayı dedi ki, Faiq müəllimi gözləyib, sonra şikayət verərlər. Baş verən hadisə ona çox pis təsir etdiyi üçün Gülnarəyə heçnə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Gülnarə xanımı mağazada müştəri kimi tanımışdı. Əvvəllər onunla heç bir tanışlığı olmamışdır. İstintaqdakı ifadəsini təsdiq edir, ona mənəvi ziyan dəymişdir. Təmir zamanı iş yoldaşı Ağanisə xanım zəng etmişdir ki, Gülnarəyə mal versin, amma o razılaşmamışdır, işıqlar yanmadığı üçün mal verə bilməz. Amma əl çəkmədikləri üçün o da məcbur qalıb mal təqdim etmək üçün seyfə baxmışdır. Ağanisə xanıma zəng edib, Gülnarə xanımın oğru olduğunu demişdir. İlk dəfə o zaman şübhələnmişdir. Ağanisə xanım da inanmamış, sonra kameraları açıb baxmışlar. 42 görüntüdə Gülnarənin aşkar olaraq oğurluq etdiyi görünürmüş. Hər dəfə 20-25 qram qızıl oğurlayırmış. Ağanisə xanım Gülnarənin oğurluq etdiyini ona demiş, Gülnarə də qızıl üzüyü çantasına qoyub getmişdir. Oğurluq günü təzyiqi qalxdığı üçün hadisənin qarşısını ala bilməmişdir. Sumkadan qızılları Ağanisə xanım götürmüşdür. Dəstə sırğalar, üzük və klon daxil imiş, təxmini dəyəri isə 800-900 manat olmuşdur. Gülnarədən ofis təmirdə olan vaxt qızıl götürdüyündən şübhələnmişdir. Müdriyyət həmin gün rayonda olduğu üçün zəng edib deyə bilməmişdir, oradakı maliyyə işlərinə o cavabdeh olmuşdur. Nə qədər mal olduğu kitablarda qeyd edilmişdir. Polisə halı pis olduğu üçün məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş Zərərçəkmiş şəxs ümumilikdə 96.800 (doxsan altı min səkkiz yüz) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı zərərçəkmiş şəxsin ifadəsindən əlavə, başqa heç nəyə əsaslanmayaraq Təqsirləndirilən şəxs ümumilikdə 96.800 (doxsan altı min səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs məhz ümumilikdə 96800 manat ziyan vurmaqla oğurluq etməsi qənaətinə gəlməyə əsas versin. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “ xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə həmin tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmiş, hadisə yerinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşən qızıl-zinət əşyalarının satıldığı köşk olması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “ xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “disklərdə olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokollarda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən «Laçın» Ticarət Mərkəzində quraşdırılmış müşahidə kameralarından götürülərək müxtəlif «DVD» disklərə köçürülmüş videogörüntülərdə Təqsirləndirilən şəxs bir neçə dəfə köşkə gələrək hissə-hissə qızıl-zinət əşyalarını gizli olaraq oğurlaması qeyd edilsə də, həmin görüntülərdə Təqsirləndirilən şəxs konkret olaraq nə oğurlaması müəyyən edilmir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində malları rəsmi satanlardan qaimə ilə və ya digər formada aldığını bildirsə də məhkəməyə həmin malların aldıqlarını təsdiq edən qaimələri təqdim etməmiş, sadəcə olaraq malların ona məxsus olmasını təsdiq etməklə, 3 aylıq kamera görüntüsü olduğu ilə kifayətlənmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs kamera görüntülərində əks olunmayan amma oğurlanmış malları olduğunu və oğurluq hadisəsinə qədər mağazada audit yoxlaması aparılmadığını da bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda oğurluq etməsinə əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı külli miqdarda oğurluq etməsi barədə irəli sürülmüş ittiham yalnız zərərçəkmiş şəxsin məlumatı əsasında qurulmuş və bun da ona dəlalət edir ki, ittiham və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndində izah edilmişdir ki, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə o zaman tövsif edilə bilər ki, qəsdin xeyli və ya külli miqdarda əmlakın talanmasına yönəlməsi halları təsdiq edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun deyil, onun əməlində külli miqdarda əmlakın talanmasına yönəlməsi halları təsdiq edilmir və buna görə də məhkəmə onun əməlini ibtidai istintaq tərəfindən külli miqdarda oğurluq etməsi ilə tövsif edilməsi ilə razılaşmır. Məhkəmə videogörüntülərdə konkret olaraq Təqsirləndirilən şəxs nə oğurlaması müəyyən edilməsi mümkün olmadığını və Təqsirləndirilən şəxs ibtidai istintaqda oğurladığı qızıl zinyət əşyalarının dəyərinin 6000 manat olmasını etiraf etdiyi məbləği nəzərə alıb, hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilir ki, 1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs oğurluq etməyərək, özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, onun oğurluq etməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, ifadəsini inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın seçilməsini mümkün sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52- 1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Gülnarə Eynullayevın şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub 02 (iki) gün saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə birgə nikahda olmaqla həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2005-cı il təvəllüdlü X6 adlı ikisi yetkinlik yaşına çatmayan olmaqla üç övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “götürmə və təqdimetmə haqqında” protokoldan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X9 dəymiş ziyandan 3500(üç min beş yüz) manat pul ödənilmişdir. Cinayət işində olan mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs-mülki iddiaçı X7 xeyrinə vurulmuş zərərin əvəzi olaraq 96.800 (doxsan altı min səkkiz yüz) manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 məxsus qızıl zinyət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması və həmin əşyaların dəyərini 6000 manat müəyyən edildiyindən (G. Eynullayevanın etirafı), mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 dəymiş ziyanın ödənilməmiş hissəsi 2500 (iki min beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs X7 xeyrinə ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində 2-si yetkinlik yaşına çatmayan olmaqla 3 uşağının olmasını, vurduğu ziyanın qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 08 ədəd cd disk və 01 ədəd yaddaş kartının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 08 ədəd cd disk və 01 ədəd yaddaş kartı cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X12 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 dəymiş ziyanın ödənilməmiş hissəsi 2500 (iki min beş yüz) manat tutularaq X7 xeyrinə ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov