Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-151/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1976-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin xx.xx.2013-cü il tarixli, 11/31-4 saylı əmri ilə Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X9”nın və «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X6» dəyişikliklər edilməsi haqqında 14 iyul 2004-cü il tarixli 96 nömrəli qərarı ilə və 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı xidmət və əməliyyat bölməsindən 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla özünə etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamaq məqsədilə 01 iyun 2015-cı il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş 7 nəfər şəxsin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, cinayətkar niyyətinə uyğun 01 iyun 2015-cı il tarixdən 28 dekabr 2022-ci il tarixədək olan müddətdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında həmin şəxslərin adlarına əmək haqqı köçürülməsi üçün əsas olmuş əmək haqqının hesablanması üçün tabel cədvəllərinə məktəbin inzibati binasında şəxsən tamah niyyətilə həmin şəxslərin guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmələri ilə əlaqədar əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları daxil etməklə həmin şəxslərə əməkhaqqı məbləğinin köçürülməsinə nail olmaqla həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş, 7 halda əmək haqqı kartlarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, həmin məktəbə 2015-ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək olan müddət ərzində əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici, 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək katib-makinaçı vəzifəsinə rəsmiləşdirilmiş Şahid4 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid4 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid4 2015-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******2914 nömrəli nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 17.703,95 manat (on yeddi min yeddi yüz üç min manat doğsan beş qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 26 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında X7raşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 17.703,95 manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmr üzrə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid5 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid5 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******5838 nömrəli nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 18.088,88 manat (on səkkiz min səksən səkkiz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 03 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Araz Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 18.088,88 manat məbləğində, eyni niyyətlə, 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid7 Ağalı oğlu faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid7 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid7 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******3324 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 14.365,11 manat (on dörd min üç yüz altmış beş manat on bir qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 14.365,11 manat məbləğində, eyni niyyətlə, 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid6 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid6 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid6 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******6640 nömrəli nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 14.229,61 manat (on dörd min iki yüz iyirmi doqquz manat altmış bir qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 24 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 14.229,61 manat məbləğində, eyni niyyətlə, 2019-cu ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid1 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid1 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid1 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******1722 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 11.538,47 manat (on bir min beş yüz otuz səkkiz manat qırx yeddi qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 11.538,47 manat məbləğində, eyni niyyətlə, 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmr üzrə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid3 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid3 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid3 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******4561 nömrəli nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 4.881,02 manat (dörd min səkkiz yüz səksən bir manat iki qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 4.881,02 manat məbləğində, eyni niyyətlə, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmr üzrə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid2 faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid2 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid2 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******9170 nömrəli nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 3.529,01 manat (üç min beş yüz iyirmi doqquz manat bir qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 24 dekabr 2022-ci il tarixdə ünvan 5 ünvanında X7raşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 3.529,01 manat məbləğində olmaqla qeyd edilən qaydada 7 nəfər şəxsin əmək haqqı kartı üzrə cəmi 84.336,05 manat (səksən dörd min üç yüz otuz altı manat beş qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə verilmiş ittihamla əlaqədar nəzərə alır ki, dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi CM-nin 308.2-ci maddəsini əhatə etdiyini bildirərək CM-nin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittihamdan imtina etmiş, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə tövsif etməyi və bu maddələrlə Təqsirləndirilən şəxs cəza təyin edildikdə CM-nin 313-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin maddə ilə təqsirli bilinməli, lakin ona həmin maddə ilə (CMnin 313-cü maddəsi) cəza təyin edilməməli, CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinməklə CM-nin 46.2-ci maddəsilə əlavə cəza təyin edilməklə Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını təklif etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Təqsirləndirilən şəxs qarşı dövlət ittihamçısı tərəfindən məhz CM-nin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittiamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) həm tam, həm də qismən imtina etmək hüququ vardır. Belə olan halda məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işinə ona qarşı Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə sürülmüş ittiham hədlərində baxılmaqla hüquqi qiymət verilməli və yekun qərar çıxarılmalıdır. İşin faktiki halları: 15 dekabr 2022-ci il tarixdə saat 17:05-də Bakı şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun müdir əvəzi Aydın Rəhimov, baş məsləhətçi Bakir Məmmədov, böyük məsləhətçi Nazim Bağırov, məsləhətçi Elman İbrahimov, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində 2 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbdə, məktəbin direktoru Təqsirləndirilən şəxs iştirakı ilə tədris prosesi yoxlanılmış, araşdırma zamanı həmin vaxt dərs saatlarının tədris olunmadığı, sinif otaqlarının boş olduğu, təhsil verən və təhsil alanların orada olmadığı müəyyən edilmişdir. Həmin tarixdə, yəni 15 dekabr 2022-ci il tarixdə saat 17.05-də məktəbdə Təqsirləndirilən şəxs, Rasim Turabov, Elvar Mərəyev, Nazim Qubadov, Ağaxan Qasımov, Təhməz Muradov, Şəhriyar Vahabzadə iş vaxtı iş yerində olmuşlar, digərləri məktəbdə olmamışlar. Məktəbdə 3 sinif otağı mövcud idi, 2 sinfin qapısı açıq idi, onlardan birində 6 təhsil alan üçün yer, digərində isə 8 təhsil alan üçün yer var idi. Həmçinin kiçik xidmətedici işçilər işdə olmamışdır. Yoxlama ilə əlaqədar həmin tarixdə akt tərtib edilmiş, həmin akt yoxlayıcılarla yanaşı Təqsirləndirilən şəxs da imzası ilə təsdiq etmişdir (c.1, i.v 50). Bu və digər oxşar təyinatlı məktəblərdə aparılmış yoxlamanın nəticələri ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Baş Prokurorluğuna 01 mart 2023-cü il tarixdə məktubla müraciət edərək araşdırma zamanı toplanmış materialları hüquqi qiymət verilməsi üçün təqdim etmişdir. Qeyd olunan məktubdan müəyyən olunur ki, 15 dekabr 2022-ci il tarixdə 20 nömrəli xüsusi axşam orta məktəbində araşdırma aparılarkən dərslərin tədris olunmadığı, təhsil alanların dərslərdə iştirak etmədiyi, habelə kiçik xidmətedici işçilər Şahid7 Ağalı oğlu, Şahid1, Şahid3, Şahid6 Atamoğlan oğlu, Şahid5, Şahid2, Şahid4 müxtəlif vaxtlarda işə gəlmədikləri halda, Təqsirləndirilən şəxs tərəfindən rəsmi sənəd olan iş vaxtının uçotu tabellərinə daxil edilmiş məlumatlara əsasən, onlara ümumilikdə 90292,64 manat əməkhaqqı hesablanmış, bununlada müəssisənin normal işinə mənfi təsir göstərilmiş və maddi ziyan vurulmuşdur (c.1, i.v 46-49). Faktiki olaraq 15 dekabr 2022-ci il tarixdə saat 17:05-də keçirilmiş yoxlama aktına əsasən kiçik xidmətedici işçilərin işlədiyi bütün müddət ərzində işləməmələri qənaətinə gəlinmiş və onlara işlədikləri bütün illər ərzində verilmiş maaş maddi ziyan kimi hesablanmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları: Daxili nəzarət sektorunun baş məsləhətçisi Bakir Məmmədov, həmin sektorun böyük məsləhətçisi Nazim Bağırov, həmin sektorun aparıcı məsləhətçisi Elman İbrahimovun tərtib etdikləri 27 yanvar 2023-cü il tarixli arayışından müəyyən olunur ki, 20 nömrəli xüsusi axşam orta məktəbində 15 dekabr 2022-ci il tarxdə araşdırma aparılarkən kiçik xidmətedici işçilərin iş yerlərində olmadıqları müəyyən edilmiş, bu şəxslərin müxtəlif vaxtlarda işə gəlmədikləri halda, Təqsirləndirilən şəxs tərəfindən rəsmi sənəd olan iş vaxtının uçotu tabellərinə daxil edilmiş məlumatlara əsasən onların hər birinə əməkhaqqı hesablanması qənaətinə gəlinmiş, bu işçilərə aşağıda göstərilən məbləğdə əməkhaqqı hesablanmışdır: Şahid7 Ağalı oğlu 2017-ci ilin mart ayından araşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 15861,80 (on beş min səkiz yüz altmış bir manat səksən qəpik) manat əməhaqqı hesablanmışdır; Şahid1 2019-cu ilin yanvar ayından araşdırma aarılan tarixədək işə gəlmədiyi hald, ona 12850,53 (on iki min səkkiz yüz əlli manat əlli üç qəpik) manat əməhaqqı hesablanmışdır; Şahid3 2019-cu ilin noyabr ayından araşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 5526,98 (beş min beş yüz iyirmi altı manat doxsan səkkiz qəpik) manat əməhaqqı hesablanmışdır; Şahid6 Atamoğlan oğlu 2017-ci ilin noyabr ayından araşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 15765,51 (on beş min yeddi yüz altmış beş manat əlli bir qəpik) manat əməhaqqı hesablanmışdır; X11 2016-ci ilin yanvar ayından araşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 17090,85 (on yeddi min doxsan manat səksən beş qəpik) manat əməhaqqı hesablanmışdır; Şahid2 2020-ci ilin oktyabr ayından araşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 3806,74 (üç min səkkiz yüz altı manat yetmiş dörd qəpik) manat əməhaqqı hesablanmışdır; Şahid4 2015-ci ilin iyun ayından raşdırma aparılan tarixədək işə gəlmədiyi halda, ona 19390,23 (on doqquz min üç yüz doxsan manat iyirmi üç qəpik) manat əməhaqqı hesablanmışdır (c.1, i.v 51-53). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-29- 59|2-2916|2023 nömrəli məktuba əlavə olunmuş əmrdən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli, 11/31-4 saylı əmrlə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-330K/2023 saylı əmrlə həmin vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X9”nın və «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X6» dəyişikliklər edilməsi haqqında 14 iyul 2004-cü il tarixli 96 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən, məktəb direktoru məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanması, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1№-li məktubdan və ona əlavə olunmuş əmrlərdən edilmiş çıxarışlardan müəyyən olunur ki, Şahid7 Ağalı oğlu xx.xx.2017-ci il tarixli 18 nömrəli əmrlə 1 (bir) ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 18 nömrəli əmrlə işdən azad olunmuş, Şahid1 xx.xx.2019-cu il tarixli 1 nömrəli əmrlə 1,25 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixli 27 nömrəli əmrlə 1,0 ştat vahidinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 11 nömrəli əmrlə işdən azad olunmuş, Şahid3 xx.xx.2019-cu il tarixli 28 nömrəli əmrlə 0,5 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 7 nömrəli əmrlə işdən azad olunmuş, Şahid6 Atamoğlan oğlu xx.xx.2017-ci il tarixli 24 nömrəli əmrlə 1,25 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 6 nömrəli əmrlə işdən azad olunmuş, Şahid5 xx.xx.2016-cı il tarixli 5 nömrəli əmrlə 1 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 1 nömrəli əmrlə işdən azad olunmuş, X27 xx.xx.2020-ci il tarixli 27 nömrəli əmrlə 0,5 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 16 nömrəli əmrlə işdən azad olunmuş, Şahid4 xx.xx.2015-ci il tarixli 17 nömrəli əmrlə 1 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2017-ci il tarixli 81 nömrəli əmrlə katib-makinaçı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 4 nömrəli əmrlə işdən azad olunmuşdur. Adları qeyd olunmuş şəxslərin 1 ştat vahidi ilə işləyən işçilərin iş vaxtı AR Əmək Məcəlləsinə görə 8 saat müəyyən edilmişdir, ona görə də həmin işçilər səhər saat 9-00 dan 18-00 dək (13-00 dan 14-00 dek nahar fasiləsi) işdə olmalı, 0,5 ştat vahidi ilə işləyən işçilərin iş vaxtı isə gündə 4 saat olmaqla yarım gün və ya iki gündən bir 8 saat işdə olmaları nəzərdə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 15 dekabr 2022-ci il tarixli aktdan müəyyən olunur ki, həmin tarixdə saat 17.05-də Bakı şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun müdir əvəzi Aydın Rəhimov, baş məsləhətçi Bakir Məmmədov, böyük məsləhətçi Nazim Bağırov, məsləhətçi Elman İbrahimov, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində 2 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbdə, məktəbin direktoru Təqsirləndirilən şəxs iştirakı ilə tədris prosesi yoxlanılmış, araşdırma zamanı həmin vaxt dərs saatlarının tədris olunmadığı, sinif otaqlarının boş olduğu, təhsil verən və təhsil alanların orada olmadığı müəyyən edilmişdir. Həmin tarixdə, yəni 15 dekabr 2022-ci il tarixdə saat 17.05-də məktəbdə Təqsirləndirilən şəxs, Rasim Turabov, Elvar Mərəyev, Nazim Qubadov, Ağaxan Qasımov, Təhməz Muradov, Şəhriyar Vahabzadə iş vaxtı iş yerində olmuşlar, digərləri məktəbdə olmamışlar. Məktəbdə 3 sinif otağı mövcud idi, 2 sinfin qapısı açıq idi, onlardan birində 6 təhsil alan üçün yer, digərində isə 8 təhsil alan üçün yer var idi. Həmçinin kiçik xidmətedici işçilər işdə olmamışdır. "xxxx" ASC-dən təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbdə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbinə kiçik xidmətedici vəzifəsinə təyin edilmiş Şahid7 Ağalı oğlunun 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******3324 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 14365,11 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid1 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******5233 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 11.538,47 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid3 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******4561 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 4.881,02 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******5838 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 18.088,88 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 03 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Araz Market»-ə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid2 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******9170 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 3529,01 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 24 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında X7rraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid6 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******6640 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 14229,61 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 24 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şuvalan qəsəbəsi H.Əliyev küçəsində yerləşən «Xəzər Market»-ə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmiş, Şahid4 2015-ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 510307******2914 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 17703,95 manat məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 26 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında X7raşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmişdir. Bundan başqa, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş tabel cədvəlləri üzrə məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş Şahid7 Ağalı oğlunun adına olan kart hesabına 2017ci ilin mart ayından 2023-cü ilədək olan müddətdə əməkhaqqı olaraq 14.365,11 manat, 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək Şahid1 kart hesabına 11.538,47 manat, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək Şahid5 kart hesabına 18.088,88 manat, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək Şahid2 kart hesabına 3.529,01 manat, 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək Şahid3 kart hesabına 4.881,02 manat, 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək Şahid6 Atamoğlan oğlunun kart hesabına 14.229,61 manat, 2015-ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək Şahid4 kart hesabına 17.703,95 manat olmaqla ümumilikdə 84.336,05 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin bankomat görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən məktəbə kiçik xidmətedici işçi kimi işə rəsmiləşdirdiyi Şahid4, Şahid1, Şahid5, Şahid2, Şahid3 və Şahid7 Ağalı oğlunun adlarına olan bank kartlarına köçürülmüş əmək haqqı məbləğləri sonuncular tərəfindən məxaric edilməklə nağdlaşdırma əməliyyətları aparılması müəyyən edilmişdir (c.2, i.v 3-4, 33-36). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əmək haqqı cədvəllərinə və 01 ədəd CD diskdə məktəb direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəllərinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş tabel cədvəlləri üzrə məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş Şahid7 Ağalı oğlunun adına olan kart hesabına 2017-ci ilin mart ayından 2023-cü ilədək olan müddətdə əməkhaqqı olaraq 14.365,11 manat, 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək Şahid1 kart hesabına 11.538,47 manat, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək Şahid5 kart hesabına 18.088,88 manat, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək Şahid2 kart hesabına 3.529,01 manat, 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək Şahid3 kart hesabına 4.881,02 manat, 2017-ci ilin noyabr ayından 2023cü ilin yanvar ayınadək Şahid6 Atamoğlan oğlunun kart hesabına 14.229,61 manat, 2015ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək Şahid4 kart hesabına 17.703,95 manat olmaqla ümumilikdə əmək haqqı olaraq 90.292,64 manat ayrılsa da, tutulmuş məbləğlərdən sonra 84.336,05 manat məbləğində pul vəsaiti göstərilən kart hesablarına köçürülmüşdür (c.1, i.v.139-172). Bundan başqa, Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru tərəfindən tərtib edilmiş “Texniki işçilərin tabelləri”-nə seçmə üsulla 2015-ci ilin iyun ayından 2023-cü ilədək tərtib edilmiş tabellərə baxış zamanı görünür ki, “Texniki işçilərin tabeli” cədvəl şəklində olmuş, qrafalarda kiçik texniki işçi vəzifəsi üzrə 1,0 stavka Şahid4, Şahid1, Şahid5, Şahid6 Atamoğlan oğlunun və Şahid7 Ağalı oğlunun, 0,5 stavka Şahid2 və Şahid3 ay ərzində şənbə, bazar, əmək məzuniyyəti günləri istisna olmaqla gündəlik işə çıxmaları barədə qeydlər aparılmaqla məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən imza etməklə möhürlə təstiq olunmuşdur (c.2, i.v 37-38). Qeyd olunan kiçik texniki işçilərin işlədikləri müddət ərzində işə gəlib-gəlməmələrini müəyyən etmək üçün bu texniki işçilərin mobil telefonlarla apardıqları telefon danışıqları zamanı iş yerləri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı CÇMnin ərazisini əhatə edə anten dairələrin müəyyən edilməsi üçün mobil operatorlara ibtidai araşdırma orqanı tərəfindən sorğular verilmişdir. Yəni ibtidai araşdırma orqanının bu məqsədlə mötəbər və həqiqi məlumatların əldə edilməsi üçün başqa üsulu mövcud olmamışdır. Belə ki, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2015-ci ilin iyun ayından 2023-cü ilədək olan müddətlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin abunəçi anket məlumatlarına, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) ilə bağlı 03 ədəd CD disklərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 №-li xüsusi əyani-qiyabi tam orta məktəbdə 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid7 Ağalı oğlunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 367 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2017-ci il ərzində mart-aprel ayları 16 gün, may 2, iyun 1, avqust 3, oktyabr 3, noyabr 4, dekabr 5 gün ümumilikdə 2017-ci il ərzində 34 gün, 2018-ci il ərzində yanvar ayı 6-i, fevral 11, mart 15, aprel 7, may 10, iyun 10, iyul 18, avqust 19, sentyabr 3, noyabr 4, dekabr 6 gün olmaqla 2018-ci il ərzində 109 gün, 2019-cu il ərzində yanvar ayı 1, fevral 3, aprel 5, may 3, iyun 2, iyul 8, avqust 9, oktyabr 2, noyabr 3, dekabr 4 gün olmaqla 2019-cu il ərzində 40 gün, 2020-ci il ərzində yanvar ayı 7, fevral 1, mart 3, may 1, iyun 2, avqust 2, sentyabr 11, oktyabr 15, noyabr 14, dekabr 19 gün olmaqla 2020-ci il ərzində 75 gün, 2021-ci il ərzində yanvar ayı 10, fevral 5, mart 6, aprel 15, may 10, iyun 12, iyul 8, avqust 13, sentyabr 26, oktyabr 21, noyabr 17, dekabr 15 gün olmaqla 2021-ci il ərzində 158 gün, 2022-ci il ərzində yanvar ayı 16, fevral 15, mart 8, aprel 6, may 8, iyun 10, iyul 16, avqust 6, sentyabr 4, oktyabr 9, noyabr 6, dekabr 5 gün olmaqla 2022-ci il ərzində 109 gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. -Şahid1 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 238 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2019-cu il ərzində yanvar 6, mart 5, aprel 3, may 5, iyul 7, avqust 4, sentyabr 2, oktyabr 5, noyabr 6, dekabr 6 gün olmaqla cəmi 49 gün, 2020-ci il ərzində yanvar 9, fevral 8, mart 5, aprel 2, may 5, iyun 6, avqust 5, sentyabr 4, oktyabr 4, noyabr 5, dekabr 3 gün olmaqla cəmi 56 gün, 2021-ci il ərzində yanvar ayı 2, fevral 6, mart 11, aprel 5, may 9, iyun 6, iyul 6, sentyabr 8, oktyabr 6, noyabr 2, dekabr 6 gün olmaqla cəmi 68 gün, 2022-ci il ərzində yanvar ayı 8, fevral 7, mart 6, aprel 4, may 5, iyun 10, avqust 8, sentyabr 5, oktyabr 6, noyabr 2, dekabr 4 gün olmaqla cəmi 65 gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. -Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 1042 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2016-cı il ərzində yanvar 4, fevral 6, mart 3, aprel 5, may 5, iyun 15, avqust 16, sentyabr 15, oktyabr 7, noyabr 10, dekabr 7 gün olmaqla cəmi 93 gün, 2017-ci il ərzində yanvar 5, fevral 9, mart 4, aprel 19, may 24, iyun 26, avqust 20, sentyabr 21, oktyabr 19, noyabr 24, dekabr 24 gün olmaqla cəmi 195 gün, 2018-ci il ərzində yanvar 19, fevral 24, mart 24, aprel 24, may 24, iyun 24, avqust 18, sentyabr 7, oktyabr 11, noyabr 9, dekabr 22 gün olmaqla cəmi 206 gün, 2019-cu il ərzində yanvar 20, fevral 18, mart 18, aprel 18, may 14, iyun 16, avqust 12, sentyabr 7, oktyabr 12, noyabr 12, dekabr 16 gün olmaqla cəmi 163 gün, 2020ci il ərzində yanvar 21, fevral 17, mart 18, aprel 22, may 16, iyun 18, avqust 11, sentyabr 11, oktyabr 8, noyabr 8, dekabr 12 gün olmaqla cəmi 162 gün, 2021-ci il ərzində yanvar ayı 11, fevral 8, mart 18, aprel 22, may 8, iyun 10, avqust 5, sentyabr 9, oktyabr 8, noyabr 8, dekabr 6 gün olmaqla cəmi 113 gün, 2022-ci il ərzində yanvar ayı 6, fevral 6, mart 8, aprel 8, may 9, iyun 8, avqust 10, sentyabr 13, oktyabr 14, noyabr 14, dekabr 14 gün olmaqla cəmi 110 gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. -Şahid2 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 113 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2020-ci il ərzində oktyabr 3, noyabr 6, dekabr 3 gün olmaqla cəmi 12 gün, 2021-ci il ərzində yanvar ayı 1, fevral 3, mart 3, aprel 3, may 6, iyun 6, avqust 5, sentyabr 8, oktyabr 5, noyabr 5, dekabr 2 gün olmaqla cəmi 48 gün, 2022-ci il ərzində yanvar ayı 5, fevral 4, mart 4, aprel 4, may 5, iyun 4, avqust 4, sentyabr 11, oktyabr 5, noyabr 4, dekabr 3 gün olmaqla cəmi 53 gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. -Şahid3 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 250 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2019-cu il ərzində noyabr 5, dekabr 7 gün olmaqla cəmi 12 gün, 2020-ci il ərzində yanvar 14, fevral 8, mart 8, aprel 6, may 6, iyun 6, avqust 10, sentyabr 5, oktyabr 12, noyabr 5, dekabr 4 gün olmaqla cəmi 84 gün, 2021-ci il ərzində yanvar ayı 3, fevral 12, mart 11, aprel 9, may 9, iyun 9, avqust 5, sentyabr 8, oktyabr 5, noyabr 13, dekabr 11 gün olmaqla cəmi 95 gün, 2022-ci il ərzində yanvar ayı 6, fevral 1, mart 10, aprel 6, may 6, iyun 7, avqust 3, sentyabr 2, oktyabr 4, noyabr 6, dekabr 8 gün olmaqla cəmi 59 gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. -Şahid4 2015-ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 264 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2020-ci il ərzində mart 6, iyun 10, avqust 15, sentyabr 10, oktyabr 7, noyabr 13, dekabr 6 gün olmaqla cəmi 67 gün, 2021-ci il ərzində yanvar ayı 13, fevral 16, mart 19, aprel 16, may 9, iyun 10, avqust 13, sentyabr 8, oktyabr 12, noyabr 12, dekabr 18 gün olmaqla cəmi 137 gün, 2022-ci il ərzində yanvar ayı 5, fevral 7, mart 5, aprel 2, may 7, iyun 6, avqust 10, sentyabr 3, noyabr 8, dekabr 7 gün olmaqla cəmi 60 gün Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. 2015-2019cu illər ərzində qeyd olunan mobil nömrə istifadə olunmadığı üçün mobil operator üzrə anten məlumatları aşkar olunmamışdır. -Şahid6 Atamoğlan oğlunun 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə sonuncunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ümumilikdə 234 gün aşağıdakı anten dairəsinin əhatəsinə düşmüşdür, yəni, mobil operator üzrə anten məlumatlarından görünmüşdür ki, 2017-ci il ərzində noyabr 5, dekabr 7 gün olmaqla cəmi 12 gün, 2018-ci il ərzində mart 1, aprel 1, may 3, iyun 3, avqust 3, sentyabr 2, oktyabr 5, noyabr 3, dekabr 5 gün olmaqla cəmi 26 gün, 2019-cu il ərzində yanvar 6, fevral 6, mart 6, aprel 7, may 7, iyun 7, avqust 7, oktyabr 7, noyabr 3, dekabr 4 gün olmaqla cəmi 60 gün, 2020-ci il ərzində yanvar 5, fevral 4, mart 1, may 1, iyun 3, avqust 4, sentyabr 4, oktyabr 7, noyabr 4, dekabr 5 gün olmaqla cəmi 38 gün, 2021-ci il ərzində yanvar ayı 11, fevral 9, mart 6, aprel 7, may 7, iyun 7, avqust 6, sentyabr 4, oktyabr 6, noyabr 4, dekabr 7 gün olmaqla cəmi 74 gün, 2022-ci il ərzində yanvar ayı 4, fevral 4, mart 4, aprel 4, may 5, iyun 4, avqust 3, sentyabr 2, oktyabr 3, noyabr 2, dekabr 1 gün olmaqla cəmi 36 gün Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində iş yerində olmuşdur. Əldə edilən telefon məlumatlarına və işin digər materiallarına əsasən “2015-2023cü illəri əhatə edən dövr ərzində Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrinin xüsusi əyani-qiyabi tam orta məktəblərində aparılmış araşdırmanın nəticəsinə dair» xx.xx.2023cü il tarixli rəydən müəyyən olunur ki, rəyi ibtidai araşdırma orqanının qərarı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X20 vermişdir. Rəydən müəyyən olunur ki, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəb üzrə 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid7 Ağalı oğlunun işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 8757,88 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 2138,39 manat əmək haqqı köçürülmüş; 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək həmin məktəbdə kiçik xidmətedici işləmiş Şahid1 işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 8641,91 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 2151 manat əmək haqqı köçürülmüş; 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək həmin məktəbdə kiçik xidmətedici işləmiş Şahid5 işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 6552,16 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 2416,65 manat əmək haqqı köçürülmüş; 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək həmin məktəbdə kiçik xidmətedici işləmiş Şahid2 işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 2786,48 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 368,55 manat əmək haqqı köçürülmüş; 2019-cu ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək həmin məktəbdə kiçik xidmətedici işləmiş Şahid3 işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 3306,85 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 1106,31 manat əmək haqqı köçürülmüş; 2017-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək həmin məktəbdə kiçik xidmətedici işləmiş Şahid6 Atamoğlan oğlunun işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 10949,24 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 2150,73 manat əmək haqqı köçürülmüş; 2015-ci ilin iyun ayından 2017-ci ilin mart ayınadək həmin məktəbdə kiçik xidmətedici, 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək katib-makinaçı işləmiş Şahid4 işə çıxdığı günlər nəzərə alınmaqla ona əsassız olaraq 14579,81 manat pul vəsaiti köçürülmüş, onun xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək işə çıxmadığı müddətdə 2212,85 manat əmək haqqı köçürülmüşdür. Beləliklə, mütəxəssisin gəldiyi qənaətə əsasən 2015-ci ilin iyun ayından araşdırma aparılan tarixədək Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində kiçik xidmətedici vəzifəsində çalışmış 7 nəfər şəxsə 84386,05 manat əmək haqqı köçürülmüş, qeyd edilən dövr üzrə işçilərin müxtəlif vaxtlarda işə gəlmədikləri nəzərə alınarsa, onların kartlarına əsassız olaraq 55574,33 manat pul vəsaitləri köçürülmüşdür. Bundan əlavə, xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək qeyd olunan əməkdaşlara 12544,48 manat əmək haqqı köçürülmüşdür. Məhkəmə mobil operatorun, yəni anten dairələri ilə məktəbin kiçik texniki işçilərin işə davamiyyətinin müəyyən edilməsini düzgün saymır. Belə ki, bu məlumatlar işçinin iş yerində olan bütün müddəti və məhz iş yerində olmasını müəyyən etmir. Anten dairəsi CÇM-nin birbaşa ünvanını dəqiq müəyyən etmir, ətraf əraziləri, yəni paralel və kəsişən küçələri, bu küçələrdə yerləşən və CÇM-dən aralıda ola bilən ünvanları da əhatə edir. Bununla belə texniki işçilərin, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Şahid5 çıxmaq şərtilə, yaşadıqları Bakı şəhəri, Şüvəlan qəsəbəsindən Binə qəsəbəsinin ərazisində anten dairələrinə uyğun olmaqla iş yerlərində olmaları inkar olunmur, lakin iş yerində olmalarının bütün iş vaxtını göstərmədiyi üçün bu məlumatları mötəbər məlumatlar və ya sübut növü kimi qəbul etmək olmaz. Müdafiə tərəfinin vəsatətləri təmin edilməklə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı CÇM-nə sorğular verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Vüsal Aslanovun məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-16-17/19/2-1779/2024 saylı arayışından müəyyən olunur ki, müəssisədə fəaliyyət göstərən Bakı şəhəri 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olduğu üçün əməkdaşlarının davamiyyətinə müəssisə müdiriyyəti tərəfindən nəzarət olunmur. Cəzaçəkmə müəssisələrinə buraxılış rejimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxil olma Qaydası»-nın tələblərinə uyğun həyata keçirilir və müəssisəyə əməkdaşların giriş-çıxışı Qaydaların 2.1.5 bəndində göstərilmiş qaydada (cəzaçəkmə müəssisələrinin şöbə rəisləri və digər əməkdaşları, habelə mülki işçiləri aidiyyatı cəzaçəkmə müəssisələrinin rəisləri tərəfindən verilmiş müvafiq buraxılış vərəqəsi ilə birgə xidməti vəsiqəsini təqdim etməklə müəssisəyə daxil ola bilər) təşkil edilir və sorğuda adları qeyd olunmuş işçilərdən M.Şəfəqətov, Şahid6 və E.Muradova 2020-2022ci illər üçün, Şahid2 və Şahid3 2021-2022-ci illər üçün buraxılış vərəqələri verilmişdir. «Covid-19» pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək müddət ərzində müəssisəyə daxil olmalara məhdudiyyət qoyulmuşdur. Müdafiə tərəfinin vəsatəti təmin edilməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovaya sorğu verilmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-29-59/2-3801/2024 saylı sorğuya yazılı arayışından 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin kiçik texniki işçilərin davamiyyət tabelindən müəyyən olunur: 2016-cı ildə Şahid4 və Şahid5 21 gün məzuniyyətdə olmuş; 2017-ci ildə Şahid4 və Şahid5 11 gün məzuniyyətdə olmuş; 2018-cı ildə Şahid4 21 gün, Şahid5 11 gün məzuniyyətdə oqlmuş; Şahid7 Ağalı oğlu 21 gün, Şahid6 Atamoğlan oğlu 21 gün məzuniyyətdə olmuş; 2019-cu ildə Şahid4 21 gün, Şahid5 11 gün məzuniyyətdə olmuş; Şahid7 Ağalı oğlu 21 gün, Şahid6 Atamoğlan oğlu 21 gün məzuniyyətdə olmuş, 2020-ci ildə Şahid4 23 gün, Şahid5 11 gün məzuniyyətdə olmuş; Şahid7 Ağalı oğlu 21 gün, Şahid6 Atamoğlan oğlu 21 gün, Şahid1 25 gün, Şahid3 21 gün məzuniyyətdə olmuş; 2021-ci ildə Şahid4 23 gün, Şahid5 11 gün məzuniyyətdə olmuş; Şahid7 Ağalı oğlu 21 gün, Şahid6 Atamoğlan oğlu 21 gün, Şahid1 25 gün, Şahid3 21 gün məzuniyyətdə olmuş; 2022-ci ildə Şahid4 23 gün, Şahid5 23 gün məzuniyyətdə olmuş; Şahid7 Ağalı oğlu 23 gün, Şahid6 Atamoğlan oğlu 21 gün, Şahid1 25 gün, Şahid3 21 gün, Şahid2 21 gün məzuniyyətdə olmuşlar. Müdafiə tərəfinin vəsatəti təmin edilməklə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli 9/1901 saylı məhkəmə-mühasibatlıq ekspertizasının təsviri əsaslandırıcı hissəsindən və yekun rəyindən müəyyən olunur ki, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş Şahid7 Ağalı oğlunun əmək haqqı kartına 2017-ci ilin mart ayından 2023-cü ilədək olan müddətdə 14365, 11 manat, Şahid1 əmək haqqı kartına 2019-cu ilin yanvar ayından 2023cü ilin yanvar ayınadək olan müddətdə 11538,47 manat, Şahid5 əmək haqqı kartına 2016cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə 18088,88 manat, Şahid2 əmək haqqı kartına 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə 3529,01 manat, Şahid3 əmək haqqı kartına 2019-cu ilin noyabr ayından 2023cü ilin yanvar ayınadək olan müddətdə 4881,02 manat, Şahid6 Atamoğlan oğlunun əmək haqqı kartına 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə 14229,61 manat, Şahid4 əmək haqqı kartına 2015-ci ilin yanvar ayından 2017-ci ilin mart ayınadək olan müddətdə 17703,95 manat köçürülməklə, ümumilikdə 7 nəfərin əmək haqqı kartlarına göstərilən müddətlər ərzində 84336,05 manat köçürülmüş və bu məbləğ ibtidai araşdırma orqanı tərəfindən talanmış məbləğ kimi qəbul edilərək Təqsirləndirilən şəxs qeyd olunan pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə yolu ilə talama ittihamı verilmişdir. Təqdim olunmuş cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Koqqupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X20 tərəfindən 2015-2023-cü illəri əhatə edən dövr ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrinin xüsusi əyani-qiyabi tam orta məktəblərində aparılmış nəticəsinə dair xx.xx.2023-cü il tarixli rəyə əsasən 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində kiçik xidmətedici vəzifəsində çalışmış adları qeyd olunan 7 nəfər şəxsin istifadəsində olan mobil telefon nömrələri ilə telefon danışıqlarının anten dairəsinin əhatəsinə düşmədiyi günlər həmin şəxslərin işdə olmadığı gün kimi nəzərə alınmaqla 55574,33 manat onlara əsassız əmək haqqının hesablanması kimi qiymətləndirilmiş, lakincinayət işində olanxx.xx.2023-cü il tarixli ittiham aktında adları qeyd olunan 7 nəfər şəxsə ümumilikdə ödənilmiş 84336,05 manat pul vəsaitinin israfetmə yolu ilə talandığı göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası mühasibat (ilkin uçot) sənədləri əsasında aparılan təhqiqat olmaqla təqdim olunmuş materiallardan göründüyü kimi, mütəxəssis tərəfindən aparılmış yoxlama nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli rəydə qeyd olunan epizodlar üzrə anten məlumatları əsas götürülməklə əsassız hesablanmış əmək haqları müəyyən edilmiş, bundan başqa cinayət işi materiallarının 3-cü cildinin 78-ci səhifəsində öz əksini tapmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanovun məktubunda qeyd olunmuşdur ki, «Covid-19»pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 01 (bir) il, 03 (üç) ay 23 (iyirmi üç) gün müddət ərzində sorğuda adları qeyd olunan şəxslərin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə giriş-çıxışına məhdudiyyətlər qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən 2 saylı CÇM-nin rəisi Vüsal Aslanovun məhkəməyə ünvanladığı məktubunda qoyulmuş məhdudiyyətlərlə əlaqədar konkret tarixlər göstərildiyindən, dolayısı isə həmin sual mühasib ekspert üçün xüsusi bilik tələb etmədiyindən cavablandırılmadı. Bundan başqa ekspert qarşısında qoyulmuş digər suallara münasibətdə isə bildirilir ki, təhqiqata işçilərin davamiyyətini özündə əks etdirən tabel cədvəlləri təqdim olunmuşdur. Tabel cədvəllərinə əsasən, həmin cədvəllərdə adları qeyd olunan 7 nəfər şəxsin aldıqları əmək haqlarının müqabilində hər ay işə gəldikləri öz təsdiqini tapmış və 5 saylı əməliyyat mərkəzinin rəhbəri, mühasibi tərəfindən imzaları ilə təsdiqlənmişdir. Adları qeyd olunan:
1. Şahid7 Ağalı oğluna işlədiyi müddətdə əmək haqqı kartına 14365,11 manat ;
2. Şahid1 işlədiyi müddətdə əmək haqqı kartına 11538,47 manat ;
3. Şahid5 işlədiyi müddətdə əmək haqqı kartına 18088,88 manat ;
4. X21 işlədiyi müddətdə əmək haqqı kartına 3529,01 manat ;
5. Şahid3 işlədiyi müddətdə əmək haqqı kartına 4881,02 manat ;
6. Şahid6 Atamoğlan oğluna işlədiyi müddətdə əmək haqqı kartına 14229,61 manat ;
7. Şahid4 işlədiyi müddətdə əmək haqqı kartına 17703,95 manat əmək haqqı köçürülmüş, lakin həmin köçürülmüş əmək haqlarının əsassız köçürülüb-köçürülməməsi məsələsinə tabel cədvəllərində olan məlumatların düzgünlüyü məhkəmə tərəfindən təsdiqləndikdən sonra qiymət verilə bilər.
Müdafiə tərəfinin dəlilləri:
Məhkəmə-mühasibatlıq ekspertiza rəyində işçilərin davamiyyətini özündə əks etdirən tabel cədvəllərində, həmin cədvəllərdə adları qeyd olunan 7 nəfər şəxsin aldıqları əmək haqqının müqabilində hər ay işə gəldiklərini təsdiqini tapmasına dair ekspertin gəldiyi nəticə cinayət işinin materialları ilə təkzib olunur və bu rəy məhkəmə üçün məcburi deyildir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli bilir, lakin CM-nin 179.3.2-ci maddəsi ilə olan hissədə israf edilmiş məbləğlə razı deyil, CM-nin 308.2 və 313-cü maddələri ilə özünü təqsirli bilmir, kiçik xidmətedici işçilərin maaşları aşağı olduğundan və ailələrin həmin maaşla dolandırmaqda çətinlik çəkdikləri üçün bir neçə dəfə işə gecikən və ya işə çıxmayan işçilər olmuşdur. Onlar barəsində hər hansı bir ciddi tədbir görməmiş, anlayırdı ki, aldıqları əmək haqqı məbləği çox aşağıdır, həmin məbləğlə yol xərci, kommunal xərclərin ödənilməsində çətinlik çəkirlər. Əlavə olaraq qeyd edir ki, möhkəm rejimli CÇM-si olduğundan orada işləmək arzusunda olan şəxslər çox az olur, o da bu kimi halları nəzərə alaraq digər işlərdə işləməklə ailələrini dolandırmaları məqsədi ilə onlara müəyyən güzəştlər edirdi ki, işləri ilə əlaqədar olaraq ondan icazələr aldıqları zaman onlara icazə verirdi ki, digər işlərdə işləyib ailələrini dolandırsınlar. O kiçik texniki (xidmətedici) işçilərin maaşlarına toxunmamış, bu işçilərdən 3-ü onun iki nəfər müəllimlərinin övladları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ev 1585-də yaşayan Şahid1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 2019-cu ilin yanvar ayından 2023-cü ilin mart ayınadək ştat vahidi ilə həmyerlisi olan 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmiş, lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə hər gün günorta saat 15-də çıxıb taksiçilik edir və etməyə məcbur idi. Təqsirləndirilən şəxs buna normal yanaşdığı üçün kənarda gedib işləməyinə normal şərait yaratmış, əmək haqqını bank kartı vasitəsilə almış, direktora və ya digər vəzifəli şəxsə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraqgəlməmiş, əmək haqqı aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 7, ev 27 A-da yaşayan X14 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək 0,5 ştat vahidi ilə həmyerlisi, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmişdir. Lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə işdə bir-iki saat oturaraq qardaşının qəsəbədə olan meyvə dükanına işləməyə getməyə məcbur idi. Təqsirləndirilən şəxs isə ona kənarda gedib işləməyə şərait yaratmışdır. Əmək haqqını özündə olan bank kartı vasitəsilə almış, Təqsirləndirilən şəxsla hər hansı bir məbləğ bölüşdürməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ev 1585-də yaşayan Şahid3 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 2019-cu ilin noyabr ayından 2023-cü ilin mart ayınadək 0,5 ştat vahidi ilə həmyerlisi, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmişdir. Lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə olaraq evlərdə usta kimi də işləyirdi. Əmək haqqını özündə olan bank kartı vasitəsilə özü almış, həmin məbləğdən direktora və ya digər vəzifəli şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şahid4 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbə 2015-ci ilin iyun ayından 2017-cü ilin mart ayınadək 1,0 ştat vahidi ilə kiçik xidmətedici, 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək katib-makinaçı vəzifəsinə rəsmiləşdirməklə işləmiş, lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə olaraq arendaya götürdüyü taksi maşını ilə fəaliyyət göstərmiş, buna məktəbin direktoru Təqsirləndirilən şəxs şərait yaratmışdır. Əmək haqqını bank kartı vasitəsilə özü almış, həmin məbləğdən direktora və ya digər vəzifəli şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şahid6 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 2019-cu ilin yanvar ayından 2023-cü ilin mart ayınadək 1,0 ştat vahidi ilə həmyerlisi, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmiş, lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə olaraq faktiki fəaliyyətlə məşğul olmuşdur. Buna məktəbin direktoru Təqsirləndirilən şəxs şərait yaratmışdır. Əmək haqqını bank kartı vasitəsilə özü almış, həmin məbləğdən direktora hər hansı bir məbləğdə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozda yaşayan Şahid5 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək 1,0 ştat vahidi ilə həmyerlisi, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmişdir. Lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən əlavə olaraq yaşadığı Binə qəsəbəsindəki marketlərdən birində işləmişdir. Buna məktəbin direktoru Təqsirləndirilən şəxs şərait yaratmışdır. Əmək haqqını bank kartı vasitəsilə özü almış, həmin məbləğdən direktora hər hansı bir məbləğdə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi nömrəsiz fərdi evdə yaşayan Şahid7 Ağalı oğlunun ibtidai araşdırma orqanına verdiyi izahat və ifadəsindən müəyyən olunur ki, o, o, 01.03. 2017-ci il tarixdən xx.xx.2023cü il tarixədək 1,0 ştat vahidi ilə həmyerlisi, 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs əmri ilə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilməklə həmin məktəbdə işləmişdir. Lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən həftədə 1-2 dəfə gəlib əlavə olaraq direktordan icazə alıb şəxsi işlərlə məşğul olmağa gedirdi. Buna məktəbin direktoru Təqsirləndirilən şəxs şərait yaratmışdır. Əmək haqqını bank kartı vasitəsilə özü almış, kart həmişə özündə olmuş, əmək haqqını həmişə özü almış, həmin məbləğdən direktora və ya digər vəzifəli şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Mobil operatorun anten məlumatları ilə əlaqədar bildirir ki, dəqiq neçə gün ərzində işə çıxdığını xatırlamır, işə mütəmadi olaraq gəlməmiş, əmək haqqı məbləği aşağı olduğu üçün digər işlərlə məşğul olmaq məcburiyyətində idi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və ifadəsində Lerik rayonundan olan həmyerliləri işə götürdüyünü, onların ştat vahidlərinə uyğun həftənin beş gün hər gün işdə olmalarını, onların məktəbdə əsasən elektrik, təmir və təmizlik işləri görmələrini, onların müəssisənin bayır tərəfində müəssisənin gözləmə otağında olduqlarını, hər hansı bir iş tələb olunduğu zaman içəri buraxıldıqlarını, ittihamda göstərilmiş 84336,05 manat vəsaitin israf etmə yolu ilə talamanı qəbul etmədiyini, pandemiya dövrünün nəzərə alınmadığını, bu dövr ərzində kiçik xidmətedicilərə ödənilmiş əmək haqqının, işçilərin yay tətillərində məzuniyyətdə olmaları ilə əlaqədar aldıqları məzuniyyət pulların da ittihamda göstərilmiş məbləğdən çıxılmadığını göstərmişdir. Bu məsələ nəzərə alındıqda ittihamda göstərilən 84336, 05 manat rəqəmi 55000 manata düşməli, həmin məbləğdən pandemiya dövrü nəzərə alınmaqla 26.000 manat çıxdıqda cəmi 17000 manat manat məbləği alındığını göstərmişdir. O, uzun illər müəllim işləmiş, CÇM-də işləyə-işləyə direktor təyin olunmuş, CÇM-nin rəhbərliyi ondan hər zaman razı olmuş, şəhər təhsil idarəsidə barəsində müsbət rəydə olmuş, məktəbdə kompyuter olmadığı üçün məcbur qalırdı iş yazışmalarını evində gedib yazsın, ailə şəraiti ağırdır, oğlu “Hepatit C” xəstəliyinə yoluxmuş və o uzun müddət oğlunun xəstəliyi ilə əlaqədar çalışır, onun müalicə üçün banklara külli miqdarda borcları vardır, 2023-cü ildə işdən çıxarıldıqdan sonra həmin krediti ödəyədə bilmir, ağır maddi vəziyyətdədir. Həmçinin məhkəmədə şahid qismində ifadə vermiş Şahid1, X27, Şahid3,Şahid4, Şahid5, Şahid6 və Şahid7 Ağalı oğlu göstərmişlər ki, 2 saylı CÇM-si möhkəm rejimli olduğundan onlar əsasən müəssisənin bayır tərəfində gözləmə otağında olmaqla məktəbdə hər hansı bir iş tələb olunduğu zaman CÇM-dən içəri buraxılırdılar. Kiçik xidmətedici vəzifəsində olduqları zaman əsas vəzifələri məktəbdə təmizlik işləri görməkdən, məktəbə aid avadanlığı gətirib yerinə yığmaqdan ibarət olmuş, lazım olduğu, yəni direktorun onları işə çağırdığı günləriş yerinə gələrək direktorun tapşırıqlarını yerinə yetirmişlər. Maaşları kartlarına daxil olmuş aldıqları maaşları özlərinə xərcləmiş, direktora və yaxud başqa bir şəxsə aldıqları maaşdan heç nə verməmişlər. Kiçik xidmətedici işçilərin işdə davamiyyətləri barədə verdiyi ifadələri məhkəmə baxışı zamanı digər şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı CÇM-də rəis müavini vəzifəsində işləyir. Müəssisənin ərazisində 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbi yerləşir, məktəbin direktoru Təqsirləndirilən şəxs idi. Həmin məktəbdə məhkumlar təhsil alır. Məktəbin işçilərindən X15, Şahid6 Ağamğlan oğlu və Şahid5 2019-2022-ci illər üçün, Şahid4 və Şahid1 Ağasəfa oğluna 2020-2022-ci illər üçün, X27 və Şahid3 2021-2022-ci illər üçün buraxılış vərəqələri CÇM-si tərəfindən verilmiş, həmin şəxsləri üzdən tanıyır, orta məktəb Təhsil Nazirliyinin tabeliyində olduğu üçün əməkdaşların işə davamiyyətinə müəssisə müdiriyyəti tərəfindən nəzarət olunmur. Onu da qeyd etmək istəyir ki, sadaladığı şəxslərə buraxılış vərəqələri verilmişsə, deməli həmin şəxslər CÇM-nə daxil olmuşlar. Fəaliyyətə başladığı 2021-ci ildən məktəbin texniki işçilərin məktəb ləvazimatlarının, parta və stulların daşımalarını görmüşdür. Bununla belə həmin işçilərin işə çıxmaları tarixlərini dəqiq deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Təhsil İdarəsi Daxili Nəzarət sektorunun müdiri vəzifəsində işləmiş X16 ifadəsində göstərmişdir ki, 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin fəaliyyətinin yoxlanılmasında iştirak etmiş, həmin vaxt texniki işçilərin işə qəbul olma əmrləri, ştat cədvəli, əmək haqqı tabelləri və digər sənədlər götürülmüş, texniki işçilər məktəbə dəvət olunaraq izahatları alınmışdır. Bu zaman müəyyən edilmişdir ki, sonunculara CÇM-si tərəfindən buraxılış vərəqəsi verilməsinə baxmayaraq onlar məktəbə yalnız direktor çağırdığı vaxtlar ara-sıra gəlib müəyyən işlər görmüş, iş günləri ərzində isə onlar başqa fəaliyyətlə məşğul olmuşlar. Yoxlamanın nəticəsinə dair tərtib olunmuş yekun akt olan sənəd hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Dövlətə vurulmuş zərərin məbləği onun tərəfindən hesablanmamış, onun bundan xəbəri yoxdur. Şahid qismində məhkəmədə dindirilmiş 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin tarix müəllimi X31 texniki işçilərin hamısını tanıdığını, onlardan Azər və Şahid3lar Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Belə ki, o, Təqsirləndirilən şəxs direktor olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı CÇM-nin nəzdində yerləşən olmuşdur. Məktəbin texniki işçiləri olan Şahid1 Şahid1 və Şahid3 müəllim yoldaşı olan Ağacəfər Muradovun övladlarıdır. İbtidai araşdırma orqanının guya bu işçilərin səlahiyyət müddətlərində ümumiyyətlə işə çıxmamaqla qanunsuz əmək haqqı almaları nəticəsi ilə razı deyildir. Belə ki, o, bu şəxslərin işə çıxıb vəzifələrini və direktorun göstərişlərinin yerinə yetirmələrinin şəxsən şahidi olmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin riyaziyyat-informatika müəllimi X2 texniki işçiləri tanıdığını, onları məktəbdə görmüş, təmizlik işləri görmə və yaxud müəyyən avadanlıqları daşımalarını görmüş, texniki işçilər işlərini qurtardıqdan sonra müəyyən hallarda direktordan icazə alıb CÇM-nin ərazisini tərk edə bilərdilər. O, həftənin 2 iş günü məktəbdə dərs demiş, həmin günlərdə texniki işçilərdən hansını gördüyünü xatırlamır. Şahid qismində məhkəmədə dindirilmiş 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin fizika müəllimi X17 texniki işçiləri tanıdığını, məktəbdə ayrı-ayrı vaxtlarda gördüyünü, digər vaxtlarda isə başqalarını gördüyünü bildirmişdir. Məktəbin tədbirləri zamanı bu işçilərin hamısını eyni vaxtda məktəbdə görmüşdür. Beləliklə, təqsirləndirilən şəxsin, kiçik xidmətedicilərin, müəllimlərin CÇM-nin rəis müavininin, Təhsil İdarəsinin yoxlamasında iştirak etmiş vəzifəli şəxsin ifadələri ilə, həmçinin mütəxəssis rəyi ilə 7 nəfər kiçik xidmətedicilərin müəyyən müddətlərdə işdə olmaları inkar olunmur, lakin bu şəxslər əmək müqavilələrində göstərilən tam iş vaxtının müddətində işdə olmadıqları üçün onlara verilmiş ittihamları məhkəmə əsaslı və qanuni hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi «Bakı şəhəri üzrə 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbdə işləyən texniki işçilərin 2015- 2022-ci tədris ili üçün tabel kitabında» olan məlumatlar saxtadır, 7 nəfər kiçik xidmətedicilərin işlədikləri müddət ərzində hər iş günü ştat vahidlərinə uyğun olaraq işə çıxmalarına dair məlumatları həqiqətə uyğun deyil, məqsəd bu işçilərin işə çıxmaları görüntüsünü yaratmaq olmuş, bu imzaları tabelə qol çəkdirən Təqsirləndirilən şəxs maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlardaxil etməklə vəzifə saxtakarlığı etməsini sübuta yetirir. Məhz bu tabelə əsasən 7 nəfər kiçik xidmətedici işçilərə 2015-2022-ci illər ərzində əmək günlərə dair davamiyyət tabeli Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət Əməliyyat mərkəzi tərəfindən tərtib olunmuş və hər ay bu işçilərin əmək haqqı kartlarına əmək haqqı məbləğləri köçürülmüşdür.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Yəni onun əməlləri Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə əhatə olunmaqla ona bu maddələrlə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2013-cü il tarixli, 11/31-4 saylı əmri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləməklə «Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi» nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı xidmət və əməliyyat bölməsindən 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla özünə etibar edilmiş xeyli miqdarda əmlakı qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamaq məqsədilə 2015-ci ilin ayından 2017-ci ilin mart ayınadək olan müddət ərzində əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici, 2017-ci ilin mart ayından yanvar ayınadək katib-makinaçı vəzifəsinə rəsmiləşdirilmiş Şahid4i şlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 60 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid4 2015-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 17703,95 manat köçürtməklə və Şahid4 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmri ilə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid5 işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 1042 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid5 2016-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 18088,88 manat köçürtməklə və Şahid5 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmri ilə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid7 Ağalı oğlu işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 367 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid7 2017ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 14365,11 manat köçürtməklə və Şahid7 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmri ilə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid6 işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 234 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid6 2017-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 14229,61 manat köçürtməklə və Şahid6 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2019-cu ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində əmri ilə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid1 işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 238gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid1 2019-cu ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 11538,47 manat köçürtməklə və Şahid1 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2019-cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmri ilə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid3 işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 250 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Şahid3 2019cu ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 4881,02 manat köçürtməklə və Şahid3 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə, eyni niyyətlə, 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində əmri ilə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş X27 işlədiyi müddət ərzində telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) əsasında faktiki olaraq 113 gün işə çıxmasına baxmayaraq bütün işlədiyi müddətdə sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərində xidməti otağında bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalamaqla icraya yönəltməsindən sonra Oqtay Cəfərovun 2020-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan plastik əmək haqqı kartına cəmi 3529,01 manat köçürtməklə və Şahid2 həmin vəsaiti kartdan çıxarıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, qeyd edilən qaydada 7 nəfər şəxsin əmək haqqı kartı üzrə cəmi 84.336,05 (səksən dörd min üç yüz otuz altı manat beş qəpik) manat məbləğində pul vəsaitini maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əmək haqqı cədvəlləri və 01 ədəd CD diskdə direktor tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün ibtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 8235 №-li məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-29- 59|2-2916|2023 nömrəli məktuba əlavə olunmuş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Həmin xasiyyətnamədə həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə verilən tapşırıqları yerinə yetirmişdir. Təqsirləndirilən şəxs ailə tərkibi barədə Bakı şəhər Xəzər RİHB Qala qəsəbəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki, sonuncu arvadı X8, yetkinlik yaşına çatmış övladları İlkin və Könül ilə birlikdə Qala qəsəbəsində yaşayırlar. Yaşadığı Qala qəsəbəsi üzrə verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qala qəsəbəsi, Hövsan südçülük sovxozunda qeydiyyatsız yaşayır, barəsində heç bir şikayət daxil olmamış, qəsəbənin ictimai işlərində fəal iştirak edir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi “X39” Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, X25 “Hepatit C” virusu xəstəliyinə yoluxmuş, müalicə alır. 232026133 №-li cinayət işi üzrə qiymətləndirilməsi zəruri olan daşınan və daşınmaz əmlakların orta bazar dəyərinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəyəri 50000 manat olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin (X12 məxsus) yerləşdiyi 0,17 ha torpaq sahəsi və dəyəri 46500 manat olan Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsi vardır. X12 məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli Rəydən müəyyən olunur ki, Lerik şəhəri, M.F.Axundov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evin 2023-cü ilin ikinci yarımilliyinə ümumi orta bazar dəyəri 50000 (əlli min) manat təşkil edir. Həmin yaşayış evin tikili hissəsi tam payı olaraq X12, tikilinin yerləşdiyi 17 sot torpaq sahəsi isə 07 (yeddi) nəfərin birgə paylı mülkiyyətindədir və hər birinin payı 2.4 sot təşkil edir (c.2, i.v 72-74). Təqsirləndirilən şəxs və yaxın qohumlarına məxsus Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsinə dair 25 sentyabr 2023-ci il tarixli Rəydən müəyyən olunur ki, həmin torpaq sahəsinin 2023-cü ilin ikinci yarımilliyinə ümumi orta bazar dəyəri 46500 (qırx altı min beş yüz) manat təşkil edir. Həmin torpağın mülkiyyət sahibləri Təqsirləndirilən şəxs, X18, X19, Təhməzov Balanisə Muxtar qızıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-xx-xx/7099/2023 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına nəqiliyyat vasitəsi qeydiyyata alınmayıb. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin edilməli, CM-nin 308.2-ci maddəsilə cinayət təqibinə xitam verilməli, CM-nin 313-cü maddəsi ilə isə talama cinayəti törətdiyi son epizod üzrə, yəni xx.xx.2023-cü il tarixdən iki il keçdiyi üçün Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə törətdiyi əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu səbəbə görə dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə elan edilmiş ittihama görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun CMnin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsi, lakin ona cəza təyin edilməməsini haqlı olaraq məhkəməyə təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talaması, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə qismən etiraf edici ifadələr verməsini, əməlindən peşmançılıq hissi keçirməsini, oğlu İlkin Təhməzovun ağır xəstəlikdən əziyyə çəkməsini, həmin xəstəliyin hal-hazırda davam etdirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 50 yaşında və ali təhsilli pedaqoq olmaqla uzun müddət təhsil sahəsində müəllim və direktor işləmiş, işlədiyi təhsil idarəsi və yaşayış yeri üzrə müsbət xaraketerizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni 20 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və səmimi peşmançılığını nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda "xxxx" ASC-dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbиnə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2015-ci ilin iyun ayından 2023-cü ilədək olan müddətlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin abunəçi anket məlumatlarına, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) ilə bağlı 03 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə mülki iddia verilməmiş, lakin Təqsirləndirilən şəxs Lerik şəhəri, X41 küçəsi 19 ünvanında yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2006cı il tarixli, JN-896A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışla, Lerik şəhəri ərazisində yerləşən 0,31 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2005-ci il tarixli, JN-229 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışla Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan (paylar müəyyən edilmədiyindən) həmin əmlakların üzərinə bütövlükdə məhdudiyyət qoyulmuşdur (c.2, i.v 65,66,69-70,73-74,93-95). Belə olan halda vurulmuş ziyanın kompensasiyası Təqsirləndirilən şəxs əmlaklarının (pay üzrə) müsadirə edilməsi yolu ilə mümkündür. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əmlakının üzərinə həbs qoyulmamışdır. Məhkəmə nəzərə alır ki, Cinayət Məcəlləsinin 99-1.1.3-cü maddəsində isə cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Cinayət işi materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə rəylərdən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dəyəri 50.000 manat, Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsinin dəyəri isə 46.500 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 24 fevral 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinn 248.1.1-ci maddəsinə əsasən mülki iddanı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi və Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilməli və xüsusi müsadirənin təmin edilməsi məqsədilə hər iki əmlak üzərinə həbs qoyulmalıdır. İş üzrə ekspertiza xərcləri olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 735 AZN (yeddi yüz otuz beş) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Vurulmuş ziyanın dəyəri məbləğində Təqsirləndirilən şəxs məxsus hissədə ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi və Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilsin və Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. Xüsusi müsadirənin təmini tədbiri kimi ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi və Lerik şəhərində yerləşən 0,31 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. "xxxx" ASC-dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbиnə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2015-ci ilin iyun ayından 2023-cü ilədək olan müddətlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin abunəçi anket məlumatlarına, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) ilə bağlı 03 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi 735 AZN (yeddi yüz otuz beş) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova