Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1510/2025 22.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X7 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Qubadlı rayonu, Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Sumqayıt şəhərində yerləşən “Qubadlı” filialında baş mütəxəssis vəzifəsində işləmiş, Qubadlı rayonu, Hacılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusilə külli miqdarda keçirərək qaçaqmalçılıq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Azərbaycan Respublikası vətəndaşı X9, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə xüsusilə külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girərək, bu məqsədlə 23 mart 2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib, ümumi cinayətkar plana əsasən cinayətkar qrupun üzvü İnqlab Babayev, Tural Səməd-zadə və qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvləri 585 əyarlı qızıldan hazırlanmış 6157,85 qram, 750 əyarlı qızıldan hazırlanmış 4010,04 qram, üzərilərində olan 210,04 qram çəkidə zikron qaş olmaqla, xüsusilə külli miqdarda, 671628,69 (671 min 628 manat 69 qəpik) manat dəyərində ümumilikdə 10377,93 qram çəkidə zərgərlik məmulatlarını 25 mart 2023-cü il tarixli AHK**********232 nömrəli hesab faktura əsasında İstanbul şəhərində əldə edərək 25 mart 2023-cü il tarixində tənzimləmə hesabatı, qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə X34na göndərilməsini və həmin tarixdə 23341454EX00002396 sorğu nömrəli ixrac gömrük bəyannaməsi ilə Türkiyə Respublikasının səlahiyyətli gömrük orqanlarına bəyan edilərək X22 saxlanca verilməsini təmin etdikdən sonra, həmin məmulatları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X13 "xxxx" xidmətlər qrupu MMC-nin “CİP” xidmətinin nəqliyyat vasitəsində yerləşdirmək və daha sonra cinayətkar qrupun digər üzvləri tərəfindən bu məmulatların oradan götürülərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əldə edilmiş cinayətkar razılığa uyğun olaraq öz növbəsində 25 mart 2023-cü il tarixdə əvvəlcə onlayn qaydada "xxxx" xidmətlər qrupu MMC-nin “CİP” xidmətini sifariş edib, daha sonra həmin tarixdə X34na gələrək İstanbul-Bakı aviareysi ilə uçuş üçün qeydiyyatdan keçib, pasportunu və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən həmin zərgərlik məmulatlarını təhvil alıb, müşayiət altında hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü qismində keçirərək 26 mart 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək, saat 02 radələrində təyyarədən endikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X5baqcadan adına sifariş verilmiş “CİP” xidmətinin nəqliyyat vasitəsinə minərək xüsusilə külli miqdarda, 671628,69 (671 min 628 manat 69 qəpik) manat dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış ümumilikdə 10377,93 qram çəkidə zərgərlik məmulatlarını həmin nəqliyyat vasitəsinə yerləşdirib, gəliş zalına çatdıqda isə zərgərlik məmulatlarını nəqliyyat vasitəsində qoyaraq özü nəqliyyat vasitəsindən enib gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk etdikdən sonra, həmin zərgərlik məmulatları daha sonra cinayətkar qrupun şəxsiyyəti istintaqa araşdırılan üzvü tərəfindən qeyd edilən nəqliyyat vasitəsindən götürülərək gömrük nəzarəti mövcud olmayan zonadan istifadə edilməklə hava limanından çıxarılmasına nail olub, X9, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusi ilə külü miqdarda, yəni 671628,69 (671 min 628 manat 69 qəpik) manat dəyərində olan zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə keçirmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 2023-cü il tarixində tətil vaxtı olarkən istirahət üçün İstanbul şəhərinə getmiş və həmin vaxt orada tanışı İnqlabla görüşmüşdür. İnqlab türk dostunun tanışı olan bir nəfər şəxsin bağlamasını onun adına bəyan etmək istədiklərini, həmin bağlamanı aparmasını və onu qarşılayıb bağlamanı götürəcəklərini bildirmişdir. Yükün içində nə olacağından onun heç bir məlumatı olmamış və yük Türkiyə ərazisində bəyan ediləcəyindən öz razılığını vermişdir. İnqlab ondan pasportunun şəkilini istədiyindən həmin fotonu göndərmişdir. Sonradan cinayət işinin materiallarında on kiloqram çəkidə onun adından bəyan edilmiş çanta olduğunu görmüşdür. O, X22 pasportu ilə yaxınlaşıb yükünün olduğunu bildirmiş, bağlaması qara rəngli çanta olmuş, ona invoys təqdim edilmiş, o, təhvil alması barədə imza etmiş və həmin vaxt əşyanın qızıl olduğunu görmüşdür. Bundan sonra o, sərhəd keçid məntəqəsinə buraxılmış və əlaqə saxlayaraq bağlamanı ondan nə vaxt götürəcəklərini soruşmuşdur. Bu zaman ona “duty free” zonasında olmasını və əlaqə saxlayıb orada götürəcəklərini bildirmişlər. Təyyarənin uçuş vaxtına az qalmış təkrar əlaqə saxlayaraq ona yaxınlaşan olmadığını demiş və necə etməsini soruşmuşdur. Sonda həmin şəxsin yubanması məlum olmuşdur. Bu zaman o, bağlamanı aparıb anbara qoymağı təklif etmişdir. Bir müddət sonra onunla əlaqə saxlayaraq hava limanında olan “İGA Lounge” Xidmətinə yaxınlaşıb orada bağlamanı saxlanc yerinə qoymasını və parol təyin edərək sonra həmin parolu onlara deməsini bildirmişlər. O, həmin yerə yaxınlaşaraq çantanı oraya yerləşdirmiş və bundan sonra İnqlaba məlumat verərək təyyarəyə əyləşib Bakıya geri qayıtmışdır. Bakıya geri qayıdanda “CİP” Xidmətindən istifadə etmiş, onu orada hansı agent və sürücünün qarşıladığı yadında qalmamışdır. Avtomobildən düşəndən sonra onu Tuncay adlı şəxs, hava təhlükəsizliyinin əməkdaşı və qaçaqmalçılıq şöbəsinin işçisi qarşılamışdır. Zala keçid edəndə qaçaqmalçılıq şöbəsinin əməkdaşı avtomobilə yaxınlaşaraq onu buraxmamalarını bildirmişdir. Həmin vaxt o, öz pasportunu DSX əməkdaşına təqdim etmişdir. Bundan sonra öz çantası ilə “X-Ray” aparatına yaxınlaşmış, onu və çantasını həm aparat, həm də əlləri ilə yoxlamışlar. Daha sonra ondan bəyan ediləcək əşyasının olub-olmadığını soruşmuşlar və o da heç bir əşyası olmadığını bildirmişdir. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, İnqlabı 2017-ci ildən tanımış və tanışlıqları məclisdə yaranmışdır. İnqlabın Türkiyədə nə işlə məşğul olduğunu bilməmiş, Azərbaycanda telefon mağazası olmuşdur. O, Türkiyəyə üç günlük istirahət üçün getmişdir. Türkiyədə olduğu müddətdə İnqlabla görüş keçirmiş və görüşdə İnqlabla birgə türk vətəndaşı da olmuşdur. Həmin şəxs ona hava limanında gömrüyün anbarından yükü götürməsini bildirmiş, lakin həmin yükün Bakıya gətirilməsi ilə bağlı heç bir danışıqları olmamışdır. Ona yükü götürməsini və “duty free” zonasında başqa tranzit keçəcək şəxsə verməsini bildirmişlər. Əşyanın nə olmasını bilməmiş, ümumən bu barədə şübhələnməmiş, çünki ona hava limanı gömrüyündə bəyan edilmiş mal olduğu bildirilmişdir. Görəcəyi işin müqabilində İnqlabın ona hansısa pul verəcəyi barədə danışmamışlar, çünki İnqlabı uzun müddətdir tanımışdır. O, “CİP” xidmətindən mütəmadi istifadə etmişdir. Onun bütün əşyaları gömrükdə yoxlanışdan keçirilmişdir. Hava limanına daxil olduqdan sonra 15-20 dəqiqə ərzində yoxlaması olmuş və ondan sonra buraxılmışdır. Müstəntiq təcridxanaya gələrkən heç bir videomüşahidə görüntüləri olmadığını bildirmişdir. 2023-cü ilin aprel ayında istintaqa çağırıldıqdan sonra onun dəfələrlə ölkə ərazisinə giriş-çıxışı olmuşdur. Azərbaycana gələndən sonra İnqlabla bir dəfə əlaqə saxlayaraq qızılın götürülüb-götürülmədiyini maraqlanmışdır. Həmin vaxt İnqlab ona narahat olmamasını, qızılın götürüldüyünü bildirmişdir. Rasimi istintaq dövründə üzləşdirməsi olarkən tanımış, digər şəxsləri ümumiyətlə tanımamışdır. 2023-cü ildə hansı ardıcıllıqla neçə dəfə Türkiyədə olması yadında qalmamış və il ərzində 2-3 dəfə Türkiyəyə getmişdir. Tranzit ərazidə onunla əlaqə saxlayıb yükü götürəcək şəxsin kim olacağını bilməmişdir. Həmin şəxs tranzit olaraq gəldiyi üçün İstnabulda götürmə şansı olmamış və adına bəyan edə bilməmişlər. Ona görə də həmin şəxsə çatdırması üçün onun adına bəyan etmişlər. Rüsum əvvəldən tam olaraq ödənilmiş və əlavə sənəd təqdim etmədən pasportunu təqdm edib çantasını götürmüşdür. Əşyanı yerləşdirdiyi saxlanc yerinin kodu yadında qalmamış, həmin əşyanı artıq oradan götürmüşlər və kodu İnqlaba demişdir. Həmin saxlanc yeri tranzit zonada yerləşmişdir. Bəyannamənin surətini götürübgötürmədiyi yadında qalmamış, əşya ilə bağlı heç bir sənəd götürməmiş və əşyanın ona verildiyi yerdə də heç bir sənəd təqdim etməmişdir. Bəlkə çantanı yerləşdirdiyi yeşiyə qəbz qoymuş, amma xatırlamamışdır. İlk dəfə belə bir hadisə baş vermişdir. İstintaq vaxtı onu rəis müavinlərinin otaqlarına aparmışlar, onlarla əməkdaşlıq etməyini, bütün işi görən adamın kim olduğunu bildiklərini və həmin adamı gətirmək üçün onlara sübutlar lazım olduğunu demişlər. İstintaq idarəsinin rəis müavini İlkin Bağırovun qohumu onun yaxın dostu olmuş, sonuncu dəfə istintaqa həmin şəxslə birgə getmiş, otaqda üçü söhbət etmişlər, daha sonra o, otaqdan çıxarılmış və bir müddət sonra dostu gələrək ona nə deyirlərsə razılaşmasını bildirmişdir. O, birinci dəfə Gömrük İstintaq İdarəsində dindirilmiş, istintaq dövründə ifadəsini verəndən sonra ona dəyişiliklər etmişdir. Müstəntiq ona hədələr gələrək özünün, həyat yoldaşının iş yerinə və uşaqlarının oxuduğu məktəbə onun barəsində bildirişlər göndərəcəyini demişdir. İstintaqın sonunda onu istintaqdan kənar tutacaqlarını, İnqlabın barəsində danışmasını, onun kimi bir neçə nəfərin həmin qaydada ifadə verdiklərini və onlara heç bir şey olmadığını bildirmişlər. Buna görə də sonda istintaq ifadəsində dəyişilik etmişdir. 5.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 24 oktyabr 2025-ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin mart ayının ortalarında, “Novruz” bayramı günlərində tanışı İnqlab Babayev mobil telefonun “whatsapp” proqramı vasitəsilə istifadəsində olan ********** saylı nömrədən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və ölkə ərazisinə qeyri qanuni yollarla qızıl gətirmək ilə bağlı iş olduğunu, belə ki, onun İstanbul şəhərində hava limanında zərgərlik məmulatını təhvil alıb ölkə ərazisinə gətirəcəyini, daha sonra isə həmin məmulatı “CİP” xidmətinin nəqliyyat vasitəsinə yerləşdirəcəyini, bunun üçün isə qabaqcadan adına “CİP” xidmətinin sifariş ediləcəyini, həmçinin gediş-dönüş biletləri, orada qalmaqla bağlı xərclərlə və “CİP” xidməti ilə bağlı ödənişi İnqlabın özü tərəfindən ödəniləcəyini və qarşılanacağını, görəcəyi işin müqabilində isə ona 500 ABŞ dolları pul verəcəyini bildirmişdir. O da İnqlabın təklifi ilə razılaşmışdır. Bundan sonra pasportunun fotoşəklini İnqlaba göndərmişdir. İnqlab tərəfindən ona 23 mart 2023-cü il tarixdə İstanbul şəhərinə gediş, 26 mart 2023-cü il tarixə oradan Bakı şəhərinə geri dönüş biletləri alınmış, orada qalmağı üçün “Taksim" meydanı yaxınlığında hotel sifariş edilmişdir. 23 mart 2023-cü il tarixdə İnqlabla aralarında olan razılaşmaya əsasən o, Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmişdir. Qabaqcadan adına sifariş verilmiş hotelə gedib orada yerləşmişdir. Daha sonra çıxıb biraz gəzmişdir. Növbəti gün, 24 mart 2023-cü il tarixdə “Taksim” meydanı yaxınlığında kafedə İnqlabla görüşmüşdür. Görüş zamanı söhbətdə İnqlab ona demişdir ki, İstanbul-Bakı aviareysi ilə geri qayıdarkən X22 passportu ilə karqo şöbəsinə yaxınlaşsın, orada passportunu təqdim edib oradakı qızılları təhvil alıb müşayiət altında gömrük zonasından keçirsin, daha sonra isə əl yükü qismində ölkə ərazisinə gətirib yuxarıda da qeyd etdiyi “CİP” xidmətinin nəqliyyat vasitəsinə yerləşdirsin. Növbəti gün, yəni 25 mart 2023-cü il tarixdə “whatsapp” proqram üzərindən onlayn qaydada “CİP” xidmətini sifariş etmiş və ölkə ərazisinə çatma tarixinin 26 mart 2023-cü il saat 02 radələri olduğunu, həmçinin aviareysini qeyd etmişdir. Qeyd olunan xidmətə dair 304 manat ödənişi özünə məxsus bank kartından ödəmişdir. İnqlab isə həmin vəsaiti ona daha sonra verəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında hava limanına çatdıqdan sonra İnqlabla danışıqlarına uyğun olaraq, karqo şöbəsinə yaxınlaşıb pasportunu təqdim etmişdir. Daha sonra onu içəri otağa dəvət etmişlər. Orada 1 ədəd təkərli çanta gətirib ona vermişlər. Həmçinin müəyyən sənədlərə imza etdirib bir nüsxəsini ona vermişlər. Daha sonra oranın əməkdaşlarının nəzarəti ilə yoxlama nəzarət zonasından keçib steril zonaya gəlmişdir. İnqlaba zəng edib qeyd olunan qaydada məmulatı təhvil aldığını bildirmişdir. Bir müddət sonra İnqlab ona zəng edib həmin zərgərlik məmulatlarının Bakı şəhərinə göndərilməyəcəyini, orada yoxlama olduğunu bildirmişdir. O, həmin məmulatları geri qaytarmağını bildirdikdə İnqlab bunun mümkün olmayacağını, gömrükdə qəbul edilməyəcəyini bildirmişdir. Bir müddət sonra İnqlab ona yenidən zəng etmiş və həmin məmulatları “lunch” bölməsinə aparıb orada saxlama məntəqəsində olan seyflərdən birinə qoymağını və seyfə kod tətbiq etməyini, daha sonra seyfin nömrəsi və kodunu İnqlaba deməyini bildirmişdir. Buna uyğun olaraq, o, “İqua lunch” deyilən bölməyə gedib saxlama məntəqəsinə daxil olmuş, seyflərdən birinə həmin məmulatları elə çanta qarışıq yerləşdirmiş, qapısını bağlayıb seyfə kod tətbiq etmişdir. Daha sonra İnqlaba da zəng edib seyfin nömrəsi və kodunu demişdir. Həmin gün gecə saatlarında İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlmişdir. Bakı şəhərinə çatdıqdan sonra qabaqcadan adına sifariş verilmiş “CİP” xidmətinin nəqliyyat vasitəsinə minmişdir. Nəqliyyat vasitəsi “CİP” zalının qarşısına çatdıqdan sonra nəqliyyat vasitəsindən enmişdir. Həmin vaxt orada əməkdaşlar dayanmışlar. Onlardan biri formada olan gömrük əməkdaşı, biri mülki geyimdə, digər 2 nəfər isə hava limanının təhlükəsizlik xidmətinin formasında olmuşdur. Nəqliyyat vasitəsindən enib gömrük əməkdaşının müşayiəti ilə zala daxil olmuşdur. Zalda olarkən də sorğu-sual olunmuş, lakin üzərində qanunsuz nə isə olmadığı müəyyən edildiyindən oranı tərk etməyinə şərait yaradılmışdır. Həmin tarixdən 1-2 gün sonra İnqlabla danışarkən ona həmin məmulatları oradan götüzdürdüyünü bildirmiş, lakin kimin vasitəsilə və hansı qaydada etdiyini deməmişdir. İnqlab Babayev Bakı şəhərində hava limanında yoxlama olduğunu bildirərək həmin məmulatları ora aparmamağını bildirsə də bu barədə məlumatın kim tərəfindən verilməsi və yoxlamanın mahiyyəti barədə ona hər hansı məlumat verməmişdir. Qeyd etdiyi əməkdaşlar o, enərkən kənardan nəqliyyat vasitəsinin içərisinə baxmışlar, lakin enib arxasına baxmadan zala daxil olduğundan nəqliyyat vasitəsində yoxlama aparılıb-aparılmadığına diqqət yetirməmişdir. Şahid qismində dindirilərkən, eləcə də şübhəli səxs qismində verdiyi ifadələrində İnqlab Babayev tərəfindən oraya məhz zərgərlik məmulatı gətirmək üçün dəvət olunmağını qorxduğundan bildirməmişdir. Bununla bağlı İnqlab Babayevin ona hər hansı təsiri olmamışdır. Sadəcə daha əvvəl də göstərdiyi kimi bu ilin sentyabr ayının ortalarında İstanbul şəhərində İnqlabla görüşmüşdür. Görüş zamanı İnqlaba onun istintaqa çağırıldığını, yaxın vaxtda bu məsələyə görə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmiş və bu məsələni qaydasına qoymasını tələb etmişdir. O isə bununla bağlı çalışdığını, rüsum məbləğini ödəmək üçün pulunun olmadığını, həmçinin yuxarılarla danışıqlar apardığını bildirmişdir. İnqlab Babayevin nə üçün rüsum məbləğinin ödənilməsinə çalışdığını bilmir. Ölkəyə qızıl məmulatları gətirməmiş yaxud nəqliyyat vasitəsinə qoymamışdır (İİ cild, səh. 72-75, V cild, səh. 66-69). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini xatırlamır. O, təqsirləndirilən şəxsi tanımamış və barəsində məlumatı olmamışdır. Şahid4 iş yoldaşı kimi tanımış, telefon gətirməklə bağlı münasibətləri olmuş və bundan başqa heç bir şəxsi münasibətləri olmamışdır. 7.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, İnqlab adlı şəxsi Dubaya gedərkən təsadüfən tanımış və İnqlab hansısa xahişlə bağlı ona müraciət etməmişdir. Rasimdən kiminlə bağlı xahişlər etdiyi yadında qalmamış, artıq üzərindən uzun müddət keçmişdir. Rasimə gördüyü işin müqabilində 100-200 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxsin barəsində onun tərəfindən Rasimə heç bir göstəriş olmamışdır. Onun təqsirləndirilən şəxslə hansısa üzləşdirməsi olmamışdır. Birinci dəfə ifadə verdiyi zaman nəyə görə Məhəmmədin adını çəkmədiyini bilməmişdir. Məhəmmədlə bağlı ona qızıla görə müraciət olmamış, ola bilsin telefonla bağlı müraciət olmuşdur. Onun telefonların sifarişinin kimin tərəfindən verilməsi ilə bağlı hansısa qeydiyyatı olmamışdır. Telefonu bağlamasız cibindən çıxardığı üçün kimsə onu yoxlamamış və bu kimi işləri görəndə adətən Rasimlə işləmişdir. Telefonları maşından özünün gedib götürdüyünü və ya Rasimin gətirib ona verdiyini xatırlamır. Hava limanı ərazisində kameralar çox olmuş, həmin ərazidə kamera olub-olmadığını bilməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda olan qızılların onunla heç bir əlaqəsi olmamış, həmin qızıllar tranzitdə saxlanılmış qızıllar olmuşdur. Məhəmmədin onunla heç bir əlaqəsi olmamış və Məhəmmədi tanımamışdır. O, heç kimə telefon bağlaması götürəcəyini deməmiş və heç kimdən bağlama götürməmişdir. İbtidai istintaq dövründə ona qarşı hansısa təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, "xxxx" QSC-nin Heydər Əliyev X14 yerləşən İstehsalat və hava limanının kordinasiya idarəsinin perronda təhlükəsizliyə nəzarət üzrə mühəndisi kimi işləmişdir, hazırda işləmir və barəsində aparılan cinayət işi üzrə həbsdədir. 2023-cü ilin yanvar ayının əvvəlində çoxdankı tanışı Babayev İnqlabla Bakı şəhəri 3-cü mkr. ərazisində yerləşən kafelərin birində oturub söhbət edərkən ona bildirmişdir ki, İstanbuldan ölkə ərazisinə qaçaq yolla mobil telefonlar gətirtmək istəyir və müəyyən maddi maraq müqabilində bu məsələdə köməlik etməsini xahiş etmişdir. İnqlabla qeyd olunan əşyaları hansı qaydada gətirməklə bağlı bir neçə variant üzərində danışmışlar. Onlardan biri kimi təklif etmişdir ki, gətirilən mallar sərnişin tərəfindən “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyulsun, bu məqsədlə ilk olaraq sərnişin “CİP” xidmətindən istifadə etmək üçün öncədən sifariş versin, daha sonra həmin xidmətin nəqliyyat vasitəsi şəxsi qarşılayarkən gətirdiyi malları nəqliyyat vasitəsinə qoyub maşından ensin, daha sonra o, sürücüyə də bu barədə tapşırsın və heç kimə deməsin, bundan sonra isə nəqliyyat vasitəsinə qoyulmuş malı oradan götürüb gömrük nəzarətindən hansısa yolla keçirsin, sonradan isə görüşərək ona təhvil versin. İnqlab özü də bilirmiş ki, o, aeroportda perron ərazidə işləyir və orada hərəkət edən nəqliyyat vasitələrinə nəzarət edir. Bu fikir hər ikisi üçün də ağlabatan hesab olunmuşdur. Beləcə onlar İnqlabla bu barədə razılaşma əldə etmişlər. İnqlab ona gətirilən hər mal partiyasına görə pul verəcəyini və bu pulun da miqdarının gətirilən malın həcmindən asılı olaraq dəyişəcəyini bildirmişdir. İnqlabla bu barədə razılıq əldə etdikdən bir neçə gün sonra ona zəng edərək bildirmişdir ki, adını hazırda xatırlamadığı bir nəfər sərnişinlə mobil telefonlar göndərəcək və həmin sərnişin qabaqcadan “CİP” xidmətindən sifariş vermişdir. Eləcə də İnqlab ona hər telefona görə 100 azn pul verəcəyini bildirmişdir. O, sərnişin barədə məlumatları İnqlabdan aldıqdan sonra bu barədə “CİP” xidmətində sürücü vəzifəsində çalışan və neçə illərdir tanıdığı Şahid4lə danışmış və ona izah etmişdir ki, gedib sərnişini qarşılasın, sərnişin nəqliyyat vasitəsindən enərkən oraya telefon qoyub gedəcək, həmin telefonları sonradan özü götürəcək və buna görə də ona hörmət ediləcək, o həmin puldan Rasimə də verəcəkdir. Rasim də etiraz etməmişdir. Şahid4 hava limanının daxilində fəaliyyət göstərən “CİP” xidmətinin sürücüsüdür. Bu xidmətdən istifadə edən sərnişinləri xidmətin istifadəsində olan “Mercedes Viano”, “Mercedes Sprinter” və “Volksvagen Multivan” markalı nəqliyyat vasitələrilə təyyarədən hava limanına yaxud əks istiqamətdə daşınmanı həyata keçirən sürücülərdən biridir. Rasim həmin vaxt onunla eyni növbədə çalışmışdır. Rasimə bu barədə məlumat verdikdən sonra həmin gecə Rasim sözügedən sərnişini təyyarədən qarşılayıb hava limanında endirmiş, daha sonra nəqliyyat vasitəsini dayanacaqda saxlamışdır. Həmin gecə o, nəqliyyat vasitəsinə yaxınlaşaraq arxa oturacağın üzərinə qoyulmuş 4 ədəd qutuda olan mobil telefonları götürmüşdür. Daha sonra həmin mobil telefonları hər gün 1 ədəd olmaqla 4 gün ərzində hissə-hissə hava limanında işçilər üçün ayrılmış xidməti keçiddən cibində gizlətməklə çıxartmışdır. Daha sonra İnqlabla Bakı şəhəri 28 may tərəfdə görüşərək həmin telefonları ona vermiş, bunun müqabilində İnqlab ona 400 manat pul vermişdir. O isə həmin pulu alaraq sonradan 200 manatını Rasimə vermişdir. Növbəti dəfə həmin hadisənin üzərindən təxminən 15-20 gün sonra yəni 2023cü ilin fevral ayının əvvəllərində İnqlab ona zəng edərək adını hazırda xatırlamadığı sərnişinlə 8 ədəd mobil telefon göndərdiyini, daha əvvəl olduğu kimi hər telefona görə 100 manat olmaqla ümumilikdə 800 manat pul verəcəyini bildirmişdir. O da razılıq vermişdir. Bundan sonra sərnişin barədə məlumatları ondan alıb Rasimə verərək gedib həmin şəxsi qarşılamasını, həmin sərnişinin də mobil telefon gətirdiyini və əldə olunmuş vəsaiti aralarında böləcəyini bildirmişdir. Rasim də razılıq vermişdir. Daha sonra qeyd olunan sərnişini qarşılamaq üçün getmişdir. Yenə eyni qaydada Rasim sərnişini endirib dayanacağa gəldikdən sonra o, nəqliyyat vasitəsinə yaxınlaşıb 8 ədəd qutuda olan mobil telefonları oradan götürmüşdür. Bu səfər mobil telefonların sayı çox olduğundan onları hissə-hissə də olsa xidməti keçiddən çıxara bilməyəcəyini düşünmüşdür. Bu səbəbdən də bu barədə hava limanında elektrik kimi çalışan tanışı Vaqifə bildirmiş və telefonları zonadan çıxartması müqabilində ona hörmət edəcəyini bildirmişdir. Vaqif də etiraz etməyib və elə həmin gecə perron ərazidə VİP keçidinin qarşısında olan zirzəminin girişində Vaqiflə görüşüb 8 ədəd mobil telefonu ondan götürmüşdür. Bəşirov Vaqif "xxxx" QSC-də elektrik kimi çalışmış və hava limanında fəaliyyət göstərmişdir. Eləcə də Vaqif hava limanının bir çox yerinə giriş etmək hüququna malik olmuş, Vaqif həmin telefonları təhvil aldıqdan sonra növbəti gün səhər Binə qəsəbəsində görüşmüşlər və 8 ədəd mobil telefonu təhvil almışdır. Bunun qarşılığında ona 200 manat pul vermiş, daha sonra elə həmin gün İnqlabla “Ayna Sultanova” heykəlinin yaxınlığında görüşmüşlər və 8 ədəd mobil telefonu ona təhvil vermiş, o da 800 manat pul vermişdir. Növbəti gün Rasimlə görüşüb 200 manat da ona vermişdir. 2023-cü ilin mart ayının əvvəllərində İnqlab istifadəsində olan mobil telefonla “whatsapp” vasitəsilə ona zəng edərək həm mobil telefon həm də qızıl gətirtmək istədiyini bildirmişdir. O isə gətirə biləcəyini və mobil telefonları çıxardığı qaydada həmin qızılları da çıxaracağını bildirmişdir. Bundan sonra İnqlab bir neçə şəxs vasitəsilə yuxarıda göstərdiyi qaydada bağlamaları ölkə ərazisinə göndərərək Rasimin idarə etdiyi “CİP” nəqliyyat vasitəsinə qoydurmuş, daha sonra isə o, oradan götürüb xidməti keçiddən çıxarıb İnqlabın dediyi adama aparıb təhvil vermişdir. Şahid1 iş üzrə araşdırılan qaçaqmalçılıq cinayətinin baş vermə mexanizmini İnqlab Babayevin kuryerliyə cəlb etdiyi Kamran Aslanovu misal göstərərək öz ifadəsində bildirmişdir ki, bağlama gətirən şəxslərdən biri də Kamran Aslanov olmuşdur. Belə ki, əvvəlki ifadəsində də göstərdiyi kimi 09 mart 2023-cü ili tarixdə axşam saatlarında İnqlab “whatsapp” vasitəsilə ona zəng etmiş və bildirmişdir ki, gecə yəni, martın 9-dan 10-a keçən gecə Kamran Aslanov adlı sərnişin gələcək və onda 5 bağlama olacaq, bağlamaların içərisində mobil telefonla birgə qızıllar olacaq, sərnişin həmin qızılları “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyub gedəcəkdir. Lakin İnqlab qızılların miqdarını deməmişdir. İnqlab həmin mobil telefon və qızıllara görə ona 1500 manat pul veriləcəyini bildirmiş və həmçinin sərnişinin məlumatlarını ona göndərmişdir. O da bu barədə ilk olaraq Rasimə məlumat vermiş və gedib qarşılayacağını bildirmişdir. Rasimə 500 manat pul verəcəyini bildirmiş, sonuncu da razılığını bildirmişdir. Beləcə, həmin gecə İnqlabın dediyi Kamran Aslanov adlı sərnişin gəlmiş və Rasim gedib onu qarşılamışdır. Sərnişini endirdikdən sonra Rasim nəqliyyat vasitəsini perronda dayanacağa gətirib saxlamış, bundan sonra o, nəqliyyat vasitəsinə yaxınlaşıb orada oturacağın üzərindən 5 bağlamanı götürmüş və 2 sellofan bağlamaya qoymuşdur. Bundan sonra elə perron ərazidə Vaqifi siqaret çəkmək üçün perron ərazisinə çağırmışdır. Vaqif gəldikdən sonra ona 2 sellofan paketdə olan 5 bağlamanı vermiş və mobil telefonlar olduğunu demişdir. Lakin Vaqifə bağlamaların içərisində qızıllar da olduğunu deməmişdir. Çünki düşünmüşdür ki, birdən deyər, heç özü də miqdarını bilməmiş, həmçinin Vaqif də narahat olmasın deyə ona bildirməmişdir. Növbəti gün səhər Vaqiflə yenə Binə qəsəbəsində görüşmüşlər və ondan bağlamaları təhvil almış və bu zaman Vaqifə 500 manat pul vermişdir. Elə həmin gün İnqlabla “whatsapp” vasitəsilə əlaqə saxlamış, qızılları təhvil aldığını demiş və hara verməli olduğunu soruşmuşdur. İnqlab həmin vaxt Bakı şəhərində olmadığını, bu səbəbdən də bir tanışını göndərəcəyini və qızılları ona verməsini, pulunu da həmin şəxsin verəcəyini bildirmişdir. Elə həmin gün İnqlabın dediyi şəxs hazırda xatırlamadığı mobil nömrədən “whatsapp” vasitəsilə zəng etmiş və onunla “Ayna Sultanova" deyilən ərazinin yaxınlığında görüşmüşlər. Həmin şəxs ağ rəngdə “Chevrolet cruze” markalı nəqliyyat vasitəsini idarə etmişdir. O, həmin şəxsə 2 ədəd sellofan torbaya qoyduğu 5 bağlamanı təhvil vermiş, şəxs isə ona 1500 manat pul vermişdir. Bundan sonra onunla sağollaşıb getmiş, növbəti gün Rasimlə görüşüb ona 500 manat pul vermişdir. Növbəti dəfə 2023-cü ilin aprel ayının əvvəllərində İnqlab “whatsapp” vasitəsilə onunla əlaqə saxlamış və yenə Kamran Aslanov adlı sərnişinlə 6 bağlamada içərisində qızıl göndərtmək istədiyini, sərnişinin həmin qızılları həmişəki kimi “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyub gedəcəyini, həmin qızılları götürüb ona təhvil verdikdən sonra 3000 manat pul verəcəyini bildirmişdir. O da etiraz etməmiş və sərnişin gəldiyi gün ona məlumat verməsini bildirmişdir. Bu danışıqlarının üzərindən bir neçə gün keçdikdən sonra yəni 14 aprel 2023-cü il tarixdə İnqlab ona zəng edərək Kamranın 14 apreldən 15 aprelə keçən gecə İstanbul-Bakı aviareysi ilə gələcəyini, “CİP" xidmətini artıq sifariş verdiyini bildirmiş və sərnişinin məlumatlarını ona göndərmişdir. O, Kamran Aslanovu görməmiş, lakin bilirmiş ki, həm mart ayında, həm də bu səfər İnqlabın qızıllarını gətirən həmin şəxsdir. O, həmin gecə növbədə olmamış, lakin Rasim növbədə olmuş, ona görə də Rasimə zəng edib bildirmişdir ki, yenə Kamran adlı sərnişin gələcək, bu səfər də qızıl gətiribdir, gedib onu qarşılasın və sərnişin yenə qızılları nəqliyyat vasitəsinə qoyacaq, özü isə gəlib həmin qızılı oradan götürəcəkdir. Rasim də etiraz etməmişdir. Gecə saat 3-ə işləmiş Rasim ona zəng edərək həmin Kamran adlı sərnişini qarşılamağa gedərkən çoxlu sayda kontrabanda işçisini ərazidə gördüyünü, buna görə də ehtiyat etdiyini bildirmişdir. O bu barədə İnqlaba da zəng etmiş və məsələnin bu yerdə olduğunu, sürücünün ehtiyat etdiyini bildirmişdir. İnqlab isə məsələdən məlumatlı olduğunu, bu barədə Kamranın da ona dediyini bildirmişdir. Öz növbəsində o, İnqlaba demişdir ki, bu vəziyyətdə qızılları “CİP” xidmətinin maşınına qoydurmaq mümkün deyil əks halda kontrabanda işçiləri aşkar edəcəklər. İnqlab da onunla razılaşmış və başqa birşey fikirləşəcəyini demişdir. Bu danışıqlarının üzərindən təxminən biraz keçdikdən sonra Rasim ona zəng edib bildirmişdir ki, “CİP” xidmətinin digər sürücüsü Natiq adı ilə çağırdıqları Nəsrullanı gömrük əməkdaşları izahat almaq üçün aparıblar. Həmin vaxt ona aydın olmuşdur ki, Rasim həmin gecə Kamranı qarşılamaq üçün gedərkən vəziyyətin qarışıq olduğunu görmüş bu səbəbdən də Kamranı gözləmədən başqa bir sərnişini qarşılamışdır, bu zaman isə orada olan və bu situasiyadan xəbəri olmayan Nəsrulla Kamranı qarşılamaq üçün orada qalmış, lakin Kamran “CİP” xidmətindən istifadə etmədiyindən Nəsrulla da onu götürməmişdir. O, Rasimlə telefon danışığı zamanı birdən onu da çağırsalar heç nəyi etiraf etməməyini və boynuna almamağını tapşırmışdır. Lakin sonradan bilmişdir ki, bu işə görə Rasimi də çağırmışlar və etiraf edici izahat vermişdir. Sonuncu fakt üzrə saxlanılmış zərgərlik məmulatlarını gömrük zonasından qaçaq yolla çıxardıqdan sonra çox güman növbəti gün İnqlabla danışıb ya özünə ya da onun dediyi hansısa adama verəcəkdir. İnqlabın tanışı kimi bildirdiyi “Chevrolet cruze” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin adını bilməmiş, özünü də tanımamışdır. Ağ rəngli, “Chevrolet cruze” markalı nəqliyyat vasitəsini idarə etmişdir. Hava limanında elektrik kimi çalışan və bu işdə ona əlbir olaraq fəaliyyət göstərən Vaqiflə bir dəfə telefon, bir dəfə də qızıl söhbəti olmuş, bu səfər isə planları baş tutmadığından söhbətləri alınmamış, bu barədə Vaqifə deməmişdir. Daha əvəllər Vaqiflə bu barədə cinayət əlaqələri olmamışdır. Kamran Aslanovu şəxsən tanımamış, Kamran da onu tanımamışdır. Yalnız İnqlab vasitəsilə onun adını eşitmiş və onun qızıl gətirəni kimi bilmişdir. Vaqif Bəşirovun hazırki yəni, 15 aprel 2023-cü il tarixdə törədilmiş cinayət əməlində iştirakı olmamışdır. Sadəcə əgər o, həmin məmulatları əldə edə bilsəymiş, onda Vaqifə deyəcəkmiş. Bundan başqa o, Vaqifə daha əvvəlki bağlamalarda qızıl olduğunu deməmişdir, mobil telefon olduğunu demişdir. Eləcə də, əgər bu səfər də bağlamaları götürsə imiş, Vaqifə bu barədə məlumat verib, bağlamalarda mobil telefonlar olduğunu deyəcəkmiş. Vaqifin qızıl söhbətindən ümumiyyətlə xəbəri yoxdur. X3 həmin bağlamaları hava limanı ərazisindən hansı qaydada kimin vasitəsilə çıxarmasından məlumatı olmamışdır. 2023-cü ilin əvvələrindən etibarən İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlmiş Azərbaycan Respublikası vətəndaşları X16, X25, X21, Rəsul-zadə Kamran Kərim oğlu, X6, X10, Təqsirləndirilən şəxs Rəşad oğlu, X4 və X11 tanımamışdır. Lakin qeyd etdiyi kimi, İnqlab tərəfindən bir neçə dəfə ölkə ərazisinə ayrı-ayrı adamlar vasitəsilə telefon və bağlamalar göndərilmiş, həmin gətirilənlər də “CİP” nəqliyyat vasitəsinə qoyulmuş, o isə oradan götürüb İnqlabın dediyi adama təhvil vermişdir. Bir-iki dəfə isə İnqlabın özü ilə görüşmüşdür. İnqlabın dediyi və “CİP” nəqliyyat vasitəsinə əşyalar qoymuş şəxsləri tanıya bilməmiş, çünki onları Rasim qarşılamış, özü onları görməmişdir. İnqlab tərəfindən müxtəlif şəxslər göndərilmişdir, lakin həmin şəxsləri o görməmiş, həmin şəxsləri sürücülər, yəni Şahid4 və ya Ceyhun Nağıyev qarşıladığından digər şəxslərin adlarını xatırlamır (İ cild, səh. 125-130, İİ cild, səh. 01-06, 206-209). 9.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisənin üzərindən iki ildən çox keçdiyi üçün tam olaraq xatırlamır, lakin onların əsas işləri sərnişinlərin qarşılanması olmuşdur. Gömrük əməkdaşı olan Tuncay ondan hansısa müştəridən şübhələnsə bu barədə məlumat verməsini xahiş etmişdir. Bəzən sərnişinlərin əyləşdiyi yerdən səslər gəlmiş, o, özü arxaya dönə bilmədiyindən nə etdiklərini dəqiq görməmiş və səsin nədən ibarət olmasını dəqiq bilməmişdir. 10.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin hansı avtomobillə hərəkət etdiyini dəqiq xatırlamır. Onlar qabaqda əyləşdiklərindən kabinədə baş verənləri görə bilməmişlər. Kabinədə kamera yerləşmiş, lakin həmin kameranın çəkiliş aparıb-aparmadığını bilməmişdir. Salonda işıqlar yanılı olmuş, lakin bəzən sərnişinlər içəridə işıqların sönülü olmasını xahiş etmişlər, lakin kiminsə ondan belə bir şey xahiş etməsini xatırlamamışdır. Onlar növbəli işləmişlər, amma bir sürücü ilə daimi işləmişlər. Onun növbəsində sürücü Rasim olmuşdur. Hansı sərnişinin şübhəli olması ilə bağlı Tuncaya məlumat verdiyini xatırlamır, Tuncaya maşının arxa kabinəsində olan səslərlə bağlı məlumat vermişdir. Tuncaya bir və ya iki dəfə şübhələri barədə məlumat vermişdir. Ola bilər ki, gömrük orqanı əməkdaşının sərnişinlərin şübhəli halları ilə bağlı məlumat verməyini istəməsi barədə rəhbərinə bildirmişdir. O, sərnişinin şübhəli nəsə etdiyini görməmiş, ancaq maşına oturanda səslər eşitmiş və həmin hallar barədə də məlumat vermişdir. Avtomobildə arxa hissədən gələn səs çantada nəyinsə axtarılması səsi olmuşdur. Çantada nəyinsə axtarılması ola bilər ki, şübhəli hal olmasın, amma hər bir halda səs gəldiyi üçün məlumat vermişdir. Arxaya dönüb baxa bilmə imkanı olmuş, lakin heç bir vaxt sərnişin tərəfə dönüb baxmamışdır. Məhəmməd avtomobildə tək əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra sürücü ilə hansısa bir şey barəsində danışıb danışmadıqlarını xatırlamır. Müştəriləri maşından düşəndən sonra onunla bir hərəkət etmişlər və o, Məhəmməd düşəndən sonra avtomobilin içinə baxmamışdır. Dəqiq deyə bilmir, səhv etmirsə Tuncay avtomobilin içinə baxmışdır. İşə gəlib-gedərkən onları yoxlamışlar və iş vaxtı onların çantaları xüsusi yerdə saxlanılmışdır. Bütün əməkdaşlar, həmçinin sürücülər işə gəlib-gedərkən yoxlanışdan keçmişlər. Əgər onun üzərində qeyriqanuni əşya olsa idi işdən çıxış edəndə bu barədə məlumatları olardı. İstintaq dövründə şəxsin fotosu ona tanınmaya təqdim edilməmişdir. Onlar müştəriləri ilə uzun müddətli təmasda olmamışlar, onları qəbul edib yola salmışlar. Avtomobilin işığının söndürüldüyü vaxtlar olmuş, lakin Məhəmmədin avtomobildə olarkən işığının sönüb-sönmədiyini bilməmişdir. Adətən gömrük orqanının əməkdaşları onları qarşılamamışlar, hansısa şübhəli şəxs olanda girişdə onları qarşılamışlar. Tuncay Rasimdən şübhələnməsi barədə ona əvvəldən hansısa məlumat verməmişdir. Tuncay Rasimin növbəsində daha diqqətli olmağı barədə ona heç bir söz deməmişdir. O, Rasim adlı əməkdaşlarından şübhələnməmişdir. İki il əvvəl ola bilər ki, Kamran adını xatırlayaraq ifadəsində bildirmiş, lakin hazırda xatırlamır. İbtidai istintaq dövründə ifadə verərkən müstəntiq onun dediklərini yazmış və daha sonra onları oxuyub təsdiq etmişdir. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2000-ci ildən X18 Aeroportunda yerləşən "xxxx" MMC-də böyük agent kimi çalışır. Əsas vəzifəsi xidmətdə fəaliyyət göstərən agentlərin bölüşdürülməsi, sərnişinlərin daşınmalarının təşkilini həyata keçirmək olmuşdur. Bundan başqa, özü də “CİP” xidmətindən istifadə edən sərnişinlərin təyyarədən hava limanına yaxud əks istiqamətdə müşayiət olunması, onların sənədlərinin qeydiyyatının həyata keçirilməsini də icra etmişdir. Növbəli iş rejimində çalışmış, 1 gün gündüz, 1 gün gecə, 2 gün isə evdə olmuşdur. 2023-cü ilin mart ayından etibarən “CİP” zalında xidmət aparan X28 Əhmədov uzun müddətli iş təcrübəsi olan əməkdaş kimi ona demişdir ki, “CİP” xidmətindən istifadə edərək ölkə ərazisinə gələn bəzi sərnişinlərdən şübhələnir və bu səbəbdən də həmin sərnişinləri qarşılaması üçün onu göndərəcəkdir, eləcə də, həmin sərnişinlərin hərəkətlərində hər hansı şübhəli hərəkət sezdiyi təqdirdə Tuncaya məlumat verməyini bildirmişdir. 2023-cü ilin mart ayının əvvəllərində gecə saatlarında İstanbul-Bakı aviareysi ilə gələn sərnişini qarşılaması üçün Tuncay onun getməyini bildirmişdir. Hazırda həmin sərnişinin siması və adı onun yadında deyil, qeyd olunan sərnişini qarşılamaq üçün o, “CİP” xidmətinin sürücüsü Rasimlə birgə perron ərazisində açıq dayanacaq deyilən yerə getmişdir. Həmin sərnişini əl yükü ilə birgə qarşılamış və “CİP” xidmətinin nəqliyyat vasitəsinə əyləşmiş, o və sürücü Rasim isə öndə əyləşmişlər. Bundan sonra həmin ərazidən “CİP” zalına doğru hərəkət etməyə başlamışlar. Avtomobil hərəkətə gəldikdən sonra o, arxa hissədə yəni sərnişin oturan yerdə səs eşitməyə başlamışdır. Sərnişin sanki çamadanı açıb içərisindən nə isə axtarmışdır. Lakin, arxanı görə bilmədiyindən dəqiqləşdirə bilməmişdir. Həmçinin sürücü Rasim də onunla söhbət etməyə başlamış və çox fikir verə bilməmişdir. Nəqliyyat vasitəsini “CİP” zalının qarşısında saxladıqdan sonra nəqliyyat vasitəsindən enmiş və sərnişinlə birgə “CİP” zalına daxil olmuşlar. Zalda X28 tərəfindən həmin sərnişin ətraflı yoxlanıldıqdan sonra buraxılmışdır. O isə müşahidə etdiyi şeyləri Tuncaya bildirmişdir. Beləcə 2 ya 3 dəfə Tuncay şübhələndiyi sərnişinləri qarşılamağı üçün onu göndərmişdir. Həmin sərnişinlərdən biri də videogörüntülərdə olan Kamran adlı sərnişin olmuşdur. Həmin tarixdə Tuncay onu Kamranı qarşılamağı üçün göndərmişdir. İstanbul-Bakı aviareysi ilə gələn Kamran adlı sərnişini qarşılamaq üçün “CİP” xidmətinin sürücüsü Rasimlə birgə getmişdirlər. O və Rasim perron ərazisində Kamranı qarşılayıb nəqliyyat vasitəsinə əyləşdirmişlər. Kamranın əlində bir ədəd çamadan-əl yükü olmuş, Kamran arxa hissədə, o və sürücü Rasim isə öndə əyləşmişlər. Nəqliyyat vasitəsi hərəkətə gəldikdən sonra o, bir anlıq geriyə dönəndə Kamranın avtomobildə yanına qoyduğu çamadanı əlinə götürdüyünü müşahidə etmişdir. Yolda olarkən o, arxadan səs eşitmişdir. Sanki Kamran çamadanı açıb nə isə axtarırmış, yaxud nə isə harasa qoyurmuş, lakin, arxaya dönüb baxa bilmədiyinə görə, nə baş verdiyini dəqiq bilməmişdir. Təxminən 3-4 dəqiqə ərzində perron ərazisindən “CİP” zalının qarşısına gəlmişlər. Zalın qarşısında o və sürücü Rasim enmiş, daha sonra Kamran da arxadan enmiş və Kamranla o, zala daxil olmuşlar. Ondan sonra Kamranın sənədlərini o, gömrük və sərhəd xidmətinin əməkdaşlarına təqdim etmişdir. Həmin gecə X28 Kamrana məxsus çamadanı da yoxlamış lakin, o bildiyi hər hansı bir şey aşkar olunmamışdır. O, müşahidə etdiklərini Tuncaya demişdir. Növbəti dəfə təxminən 2023-cü ilin mart ayının ortalarında Tuncay yenə şübhələndiyi sərnişini qarşılamaq üçün onu göndərmişdir. Bu dəfə əvvəlkilərdən fərqli olaraq sərnişini qarşılayıb “CİP” zalının qarşısına gələndə Tuncay özü də çıxıb onları qarşılamış, eləcə də şübhələndiyi sərnişinlər barədə kontrabanda şöbəsinin əməkdaşlarına məlumat vermiş və onlar da gəlmişlər. Bir dəfə Tuncay həmin sərnişinlərdən hansındasa əlində qızıl tutmuş və onu qızılla birgə kontrabanda şöbəsinin əməkdaşlarına təhvil vermişdir. Sonradan o, Tuncaydan soruşduqda sonuncu həmin qızılın az miqdarda olduğunu bildirmişdir. X28 Əhmədov şübhələndiyi sərnişinləri qarşılaması üçün onun getməyini xahiş etmiş və o da getmişdir. Həmin sərnişinləri qarşılamaq üçün gedəndə onunla birgə həmişə eyni sürücü Rasim getmişdir. Sərnişinlərin qarşılanması məqsədilə o, hər dəfə “ratsiya” vasitəsilə sürücülərin otağına məlumat vermiş, belə ki, sərnişinin konkret adını çəkməsə də reysin nömrəsi və İstanbul-Bakı reysini bildirmiş və bir nəfərlik avtomobil lazım olduğunu bildirmiş, hər dəfəsində də bu tip sərnişinlərin qarşılanması məqsədilə Rasim gəlmiş, videogörüntülərdə olan X19 qarşıladıqdan sonra sonuncunun nəqliyyat vasitəsinə qoyduğu çamadanı əlinə aldığını görmüş, sonradan isə sərnişinin arxada sanki çamadandan nə isə axtardığını yaxud çıxarıb qoyduğunu eşitmiş, lakin qorxduğundan sərnişinin nə etdiyini dəqiq bilmək üçün geri dönüb baxmamışdır. Çünki gömrük əməkdaşı ilə söhbət edərkən bilmişdir ki, bu tip sərnişinlər qanunsuz işlə məşğul olmuş, həmçinin gömrük əməkdaşı ilə söhbət zamanı ona həmin şəxslərin hansı əşyalar gətirməsi ilə bağlı konkret bir söz deyilməmiş, bu narkotik də ola bilərmiş, həm Kamran Aslanov həm digər sərnişinlərdə bu tip səslər eşitməyi ilə bağlı X28 Əhmədova məlumat verərkən sonuncu tərəfindən həmin sərnişinlərin endikləri nəqliyyat vasitələrinə baxış keçirilməmişdir. Kamran Aslanovu qarşılamaq üçün gedərkən onunla birgə sürücü Rasim də getmiş və sərnişini götürüb geri zala qayıdarkən Rasim danışmağa başlamışdır. Həmin gün Rasimin ona verdiyi suallar işlə bağlı olmuşdur. X19 qeyd olunan tarixdə qarşılamaq üçün hansı nəqliyyat vasitəsi ilə getdiklərini dəqiq xatırlamır, lakin adətən ya “Multivan Voiksfagen” ya da “Mercedes Viano” markalı nəqliyyat vasitəsi ilə getmişlər. Bu söhbətlər başladıqdan sonra o, sərnişinləri qarşılamaq üçün gedəndə həm “Multivan Voiksfagen” markalı həm də “Mercedes Viano” markalı nəqliyyat vasitələrində boş olduğundan arxada sərnişinlər oturan hissədə əyləşmiş və özü də müşahidə etməyə çalışmışdır ki, gətirilən əşyalar hara qoyula bilərmiş, o vaxt görmüşdür ki, nəqliyyat vasitələrinin oturacaqlarının yanında boşluqlar var və həmin yerlərə əşyalar qoyulması mümkündür. Kamran Aslanovdan başqa, qarşıladığı sərnişinlərin simaları yadında deyil. X28 Əhmədovun dediyinə əsasən həmin sərnişinlər ölkədən gedərkən “ekonom klass” bileti ilə ümumi zaldan getmiş, qayıdarkən isə “CİP” zalından qayıdırmışlar, bundan başqa, həmin sərnişinlərin geyimi, bundan başqa bir neçə nəfərin hətta eyni çamadanla gəlməsi, həmçinin “CİP” zalında əyləşmədən yaxud 5 dəqiqə oturmaqla zalı tərk etmələri, onları hər hansı şəxsin qarşılamaması və s. kimi hallara görə şübhələnmiş, həmin tip sərnişinlər həmişə İstanbul-Bakı aviareysi ilə gecə saatlarında gəlmişlər. Onlardan hansısa biri, 3-cü bir ölkədən tranzit qaydada İstanbula, oradan isə Bakıya gəlmişdir (İ cild, səh. 140-144). 12.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə olduğu dövrdə Heydər Əliyev X14 "xxxx" müştəriləri ilə bağlı “CİP” xidmətində təhkim edilmiş gömrük əməkdaşı kimi işləmişdir. Hadisə mart ayında baş vermiş və həmin vaxt Təqsirləndirilən şəxs sərnişin kimi Bakı-İstanbul reysi ilə “CİP” zalından gəlmişdir. Həmin dövrdə mütəmadi olaraq Bakı-İstanbul resyində şübhəli şəxslər gəlmiş və o, bu şübhələr barəsində rəhbərliyinə məlumat vermişdir. Həmin sərnişinlərdən biri də Təqsirləndirilən şəxs olmuş, Məhəmməd sərnişin olaraq yanında olan boş çantası ilə baqajını gözləmiş və həmin vaxt baqajı da boş gəlmişdir. Bundan sonra ya əl baqajını çantasına, ya da baqajını əl çantasının içinə yerləşdirmişdir. Rentgen aparatından keçərkən heç bir bəyan edilməli olan əşya aşkar edilməmişdir. Bundan sonra digər müştərilər kimi Məhəmmədin də “CİP” xidmətindən istifadə edərək həmin xidmətin avtomobilinə nə isə yerləşdirməsi barədə onda şübhə yaranmışdır. Bundan sonra dərhal qaçaqmalçılıq idarəsi rəhbərliyinə bu barədə məlumat vermişdir. 13.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, skanlaşdırma şöbəsində baş inspektor vəzifəsində işləmişdir. Skanlaşdırma şöbəsinin fəaliyyət istiqaməti sərnişinlərin paltarlarını, əl çantası və baqajlarını rentgen aparatlarından keçirərək onları yoxlamaq olmuşdur. Skan qurğuları hava limanının sərnişin və yük terminallarında yerləşdirilmişdir. "xxxx" dəhlizlərində də skan qurğuları mövcud olmuşdur. İşlədiyi dövrdə şübhəli hallarla bağlı reydin aparılması onun fəaliyyət istiqamətinə aid olmuşdur. Onların şöbə əməkdaşlarının şübhəli halı izləmə səlahiyyətləri olmuş və gömrük əməkdaşı kimi öz postunda şübhəli halı izləmək onun səlahiyyətinə daxil olmuşdur. Gömrük əməkdaşı kimi onun işi sərnişinləri qarşılayıb yola salmaq və həmin vaxt onların üzərində olanları aydınlaşdırmaqdan ibarət olmuş, həmin işi bütün sərnişinlərə münasibətdə həyat keçirmişdir. Postda növbədə olduğu müddət ərzində gömrük işçisi kimi orada tək fəaliyyət göstərmişdir. Rasim adlı şəxsi tanımış, həmin şəxs "xxxx" Aviasiya şirkətinin sürücüsü olmuşdur. Rasimin qardaşı orada çanta daşıma xidmətində işləmişdir. Şahid2 adlı əməkdaşı da tanımışdır. Gömrük əməkdaşları kimi onlar təkcə Məhəmməd barəsində deyil, digər şübhəli olan müştərilər barəsində də məlumat almaq üçün adıçəkilən şəxslərlə əmkədaşlıq etmişlər. Adətən xidmətlə bağlı özü sifariş vermiş şəxslər, uçuşa qısa müddət qalmış həmin xidmətdən istifadə etmiş şəxslər, avtomobildə olarkən maşının salon işıqlarının söndürülməsi kimi hallar onlarda şübhə oyadan hallar olmuşdur. Belə hallar olanda onlar həmin şəxsləri yoxlamışlar. Sərnişinlərin hansı reyslə gəlməsi barədə məlumatları “C1” proqramı vasitəsilə əldə etmişlər. Həmin proqram "xxxx" xidməti şirkətinin proqramı olmuş, lakin onlara da girişə icazə verilmişdir. Bununla “CİP” xidmətindən istifadə edən sərnişinin hansı reyslə gəlməsi, şəxsiyyəti və yükü barədə məlumatları əldə etmişlər. “C1” proqram təminatı dövlətlə heç bir rəsmi bağlılığı olmayan proqram olmuş və ona görə də orada əks olunmuş məlumatların götürülməsini həmin şirkətlərlə rəsmi əməkdaşlıq şəraitində təmin etmişlər. Həmin proqramda olan məlumatlar gömrük sisteminə daxil olan məlumatlar olmamışdır. Təqsirləndirilən şəxs barəsində Səbinə xanım tərəfindən ona hansısa şübhəli məlumat verilməmiş, sərnişinin əl çantası və baqajının boş olmasından şübhələnmişdir. Hadisə 2023-cü ilin mart ayında baş vermiş, sərnişinin sifarişi özünün verməsi, baqaj və əl çatnasının boş olması, gedərkən ümumi zaldan getməsi, qarşılayan heç kimin olmaması kimi məqamlar onda şübhə yaradan əlamətlər olmuşdur. Sərnişin zaldan keçdiyi vaxt üst geyimi kostyum olmuşdur. Məhəmmədin əlində olan çantanın qabariti yadında qalmamışdır. O, Təqsirləndirilən şəxs barəsində məlumatları Hava Nəqliyyatında qaçaqmalçılıq idarəsinə ötürdükdən sonra onlar həmin məumatları baş idarəyə yönəltmişlər. Gömrük əməkdaşı kimi ilkin şübhəsini bildirmiş və istintaqın sonrakı gedişindən isə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında bildirdiyi şübhəli halları eyni ilə idarələrinə də bildirmişdir. Onda olan şübhələr barəsində şöbə rəislərinə məruzə etmişdir. Onun verdiyi məlumat Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. O, avtomobildə hansısa yoxlama həyata keçirməmiş və yoxlama həyata keçirməməyi rəhbərliyin bununla bağlı hansısa göstərişinin olmaması ilə bağlı olmuşdur. Şübhələndiyi halları yoxlamaq onun gündəlik işlərinə aid olmuş, lakin avtombil yoxlamaq onun gündəlik gördüyü işlərə aid olmamışdır. Həmin işlə bağlı mütləq rəhbərliyinin icazəsini almalı olmuşdur. Avtomobilə baxış keçirməklə bağlı icazəni şifahi və ya yazılı qaydada almış, Təqsirləndirilən şəxsla bağlı avtomobilə baxış keçirilməsi üçün icazəni almama səbəbini bilməmiş, ola bilər ki, ona avtomobili yoxlamaq üçün icazə verilməsin, qaçaqmalçılıq idarəsinin özü yoxlamanı həyata keçirsin. Baş inspektor kimi ona aid olan səlahiyyətlərdən kənara çıxa bilmədiyinə görə şübhələr barəsində məruzə etdikdən sonra əlavə tədbirlər görməmişdir. Həmçinin onun Təqsirləndirilən şəxs başqa yoxlamalı olduğu digər sərnişinlər də olmuşdur. Təqsirləndirilən şəxsla bağlı onda yaranmış şübhələrdən başqa həmin üsullarla digər şəxslər barəsində də belə hallar olmuş, həmin şəxslərin hərəkətlərində avtomobildə olduğu müddətdə şübhəli hallar barəsində ona məlumat verməsini Səbinə xanıma tapşırmışdır. Məhəmmədin barəsində onda yaranmş ilkin şübhələr gəlməzdən əvvəl özünün “CİP” xidməti ilə bağlı sifariş verməsi olmuş, həmin xidmətdən istifadə edən şəxslər sifarişləri adətən özləri etməmişlər. Hadisə olarkən “CİP” Xidmətindən nə qədər sərnişinin isifadə etməsi onun yadında qalmamışdır. “CİP” dəhlizinin qapısını ancaq aviasiya təhlükəzliyinin əməkdaşı açmışdır. “CİP” xidmətindən istifadə edilməsi üçün əvvəldən “call center”-ə zəng olunmuş, xidmət barədə məlumat verilmiş, əlavə olaraq neçə nəfərin olacağı və uçuş barədə məlumatlar təqdim edilmişdir. “CİP” xidmətinin gömrüklə heç bir əlaqəsi olmamış, onlar isə həmin dəhlizlərdə gömrük nəzarətini həyata keçirmişlər. “CİP” xidmətinin həyata keçirilməsi sərnişinin olduğu təyyarə eniş edən kimi bu barədə məlumatın verilməsi ilə artıq başlanılmışdır. Sərnişin təyyarədən endikdən sonra “CİP” xidmətinə aid avtomobilə əyləşərək onların ərazisinə gəlmişdir. Orada gömrük və sərhəd xidməti fəaliyyəti keçirilən postlar yerləşmişdir. Xidmətin göstərildiyi avtomobillər özəl şirkətə aid avtomobillər olmuş və həmin avtomobillərə zərurət olmasa mütəmadi hasısa baxış keçirilməmişdir. Sərnişin baqajlarının birka nömrələrini orada olan fəhlələrə vermiş, fəhlələr digər sərnişinlərdən fərqli olaraq ümumi baqaj lentə vurulmamış tez bir müddətdə baqajları tapıb təvil vermişlər. Həmin baqajlar gətirilənə kimi sərnişinlər zalda gözləmişlər. Sərnişinin neçə əl yükü olması barədə “CİP” xidməti agentləri heç bir qeydiyyat aparmamışlar. O, Səbinə xanımın indiyə kimi sərnişinin avtomobilə əyləşdiyi vaxtla endiyi vaxtda çantalar arasında fərq olması barədə onlara dediklərini xatırlamır. Onların şöbələri tərəfindən “CİP” xidmətini təşkil edən şirkətə sürücülərinin salonda işıqları və kameraları söndürmə hallarına dair məlumat vermələri barədə məlumatı olmamışdır. Onda olan məlumata görə qaçaqmalçılıq yolu ilə gətirilmiş mallar avtomobilə boşaldılmış, avtomobil bir müddət dayanacaqda saxlanılmış və bundan sonra gizli yolla hava limanından çıxarılmışdır. Məhəmmədin epizodu ilə bağlı qaçaqmalçılığın necə baş verdiyini bilməmiş, Məhəmmədi yoxlanışdan keçirdikdən sonra məlumat vermiş və bundan sonra istintaqın hansı istiqamətdə getməsini bilməmişdir. O, artıq növbəyə başladığı andan Məhəmmədin şübhəli şəxs olmasını müəyyən etmişdir. Səbinə xanım ona Məhəmməd adlı şəxsin üç kiloqram baqajının olması barədə məlumat vermiş və o, heç kimin üç kiloqram yükü baqaja vermədiyini bilmişdir. Məhəmmədin məlumatlarına baxarkən qeyri adi nə isə etməsinin şahidi olmamışdır. Məhəmməd gəlib yoxlanışdan keçəndən sonra onun barəsində şübhədə qalmış və əminliklə Məhəmmədin qaçaqmalçılıq edən sərnişinlər kateqoriyasında olması barədə rəhbərliyinə bildirmişdir. Heç bir rentgen aparatı narkotik vasitənin keçirilməsi ilə bağlı yaradılmamış, daha çox qızıl və dəmir keçirilməsinin qarşısının alınması ilə bağlı yaradılmışdır. Təqsirləndirilən şəxs aparatdan qızıl keçirəcəyi halda yüz faiz onun məlumatı olacaqdı. Məhəmməd yoxlanışdan keçəndən sonra heç bir yad əşya olmasa belə onunla bağlı şübhəsi aradan qalxmamışdır. “CİP” xidməti özəl şirkət olduğundan onun şübhəsi aradan qalxmadığı halda avtomobilə baxış keçirilməmişdir. Hava limanının təhlükəsizliyinin təmin edilməsi gömrük orqanına deyil, başqa qurumlara aid məsələ olmuş, ona görə də hansısa qaçaqmalçılıqda başqa hallarla bağlı avtomobilə baxış keçirilməsi onun səlahiyyətində olmamışdır. Rəhbərlik icazə verəcəyi halda onun avtomobilə baxmaq hüququ olmuş, lakin rəhbərlik ona belə bir tapşırıq verməmişdir. Təqsirləndirilən şəxsi qarşıladığı vaxt onun avtomobilinin içini görmək imkanı olmamış, belə ki, normalda sərnişinlər gələrkən salonun işığı yanılı və kameralar qoşulu vəziyyətdə olmuş, digər hallarlda isə sürücülərlə əlbir olub işığı söndürmüşlər. Növbətçilik cədvəlləri, bir gün gündüz 11 saat, növbəti gün 13 saat gecə, daha sonra iki gün istirahət günləri olmuşdur. Növbədə olanlar barəsində hər bir əməkdaş şöbə rəisinə məlumat vermiş və daha sonra şöbə rəisi digər əməkdaşları məlumatlandırmışdır. Rasim kimi sürücülər dedikdə ona görə onun adını çəkmişdir ki, həmin şəxs həm onun növbəsində olmuş, həm də hərəkətləri özünü şübhəli aparması ilə bağlı olmuşdur. Rasimlə bağlı hansısa halın olmasını dəqiq bilməmişdir və hesab edir ki, Rasim etdiklərini boynuna almışdır. Onun şübhələndiyi şəxslərin doxsan faizi Rasimin sürücülüyündə gəlmişlər. O, Rasim haqqında rəhbərliyə məlumat göndərmişdir. Rasim və orada xidmət edən digər şəxslər iş yerlərini tərk edərkən onların üzərini yoxlamışlar. Hansı şəxslərdən şübhələnirsə həmin şəxslərin siyahısını, reysini və ad soyadlarını qeyd etmiş, bu haqda istintaqa bildirmişdir. İbtidai istintaq zamanı çağırılarkən ona fotoşəkillər təqdim edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə “CİP” dəhlizində görmüşdür. Məhmməd Qəhrəmanov istintaq zamanı ona tanınmaya təqdim edilməmişdir. Onun əyləşdiyi xidməti zalın kamerası olmuş və kamera görüntülərinin istintaq orqanına təqdim edilibedilməməsindən məlumatı olmamışdır. Sərnişinin təyyarədən enərək avtomobilə getdiyi yerin də kamera görüntüləri mövcud olmuşdur. O, şəxsin təyyarədən düşəndən avtomobilə əyləşənə kimi əlində olan yüklərin dəyişməsi ilə bağlı kamera görüntülərindən hansısa bir hal müəyyən etməmişdir. Məhmməd Qəhrəmanovdan başqa digər şəxslərlə bağlı istintaq aparılarkən kamera görüntülərinin götürülməsindən məlumatı olmamışdır. O, kamera görüntülərinin saxlanılma müddətini dəqiq xatırlamır. Kamran adlı sərnişin eyni qaydada gəlib keçid etmiş, onda da eyni şübhə olmuş, lakin heç bir şey aşkar edilməmişdir. O, aprel ayında məzuniyyətə çıxandan sonra həmin Kamran səhv etmiş, Kamrana Tuncayın orada olmaması barədə məlumat verərək gəlib keçməsini demişlər. O, əməkdaşlara həmin şəxs gələndə ona məlumat vermələrini demiş, məlumat verəndə yoxlayaraq həmin şəxs olduğunu bilmiş və ondan iyirmi iki kiloqram qızıl aşkar edilmişdir. Belə hallarla bağlı məlumat ötürənlərin sürücülər olduğunu hesab etmiş, çünki sərnişin sürücü ilə təmasda olmuşdur. Sürücülərlə onların növbəlik rejimləri eyni olmuş, əgər onlar bir dəfə eyni növbəyə düşsələr davamlı olaraq eyni növbədə olmuşlar. Ondan başqa gömrük əməkdaşlarının növbəsində ona görə arxayın olmuşlar ki, onlar daha əvvəl həmin şəxsi şübhəli şəxs kimi siyahıya almamış və məlumatları olmamışdır. Kamran adlı şəxsin saxlanılması zamanı kimsə məlumat ötürmüş, bunu biləndən dərhal sonra Kamran tranzit zonaya qaçmış və həmin şəxs tranzit zonada saxlanılmışdır. Həmin vaxt qızıllar tranzit zonada Kamranın əlində aşkar edilmişdir. İbtidai istintaq dövründə Gömrük Komitəsinin istintaqında olmuş və müstəntiqə hazırki məzmunda ifadə vermişdir. 14.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində çalışır. 2015-ci ildən müxtəlif vaxt aralıqları ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “CİP” postu- kommersiya zalında, "xxxx" rəsmi dövlət zalında, “Biznes aviasiya” zalında xidmət aparmışdır. Hazırda xidməti zərurətlə əlaqədar olaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “CİP” postu-kommersiya zalında xidmət aparır. Əsas vəzifəsi “CİP” xidmətindən istifadə etməklə gələn yaxud gedən sərnişinlərə “CİP” zalında gömrük nəzarətini həyata keçirməkdir. 09 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixə keçən gecə saat 02 radələrində “CİP" zalında növbədə olarkən J2 078 saylı İstanbul-Bakı aviareysi ilə gələn və “CİP” xidmətindən istifadə edən sərnişin-Azərbaycan Respublikası vətəndaşı X17 zala daxil olmuşdur. Bu səfərki sərnişinin də xarici görünüşü, geyimi, hərəkətləri və davranışları onda şübhə doğurduğundan sərnişinin passportunu alıb şəxsiyyətini müəyyən etmiş, eləcə də, “CİP” xidmətinin C1 sistemindən sərnişin barədə məlumatlara baxmış və həmin sərnişinin də yuxarıda qeyd etdiyi sərnişinlər kimi “CİP” kommersiya xidmətindən ilk dəfədir istifadə etdiyini, Bakı- İstanbul reysi ilə gedərkən ümumi zaldan getdiyini, bundan başqa, sərnişinin “CİP” xidmətindən gəlməmişdən bir neçə saat qabaq özünün həmin xidməti sifariş verdiyini müəyyən etmişdir. Sərnişinə məxsus bir ədəd əl yükü kimi gətirdiyi çanta zalda quraşdırılmış stasionar rentgen qurğusundan keçirilərkən əl yükü qismində gətirdiyi çantanın demək olar ki, boş olduğunu müşahidə etmişdir. Bu da yenə onda olan şübhələri kifayət qədər artırmış və sərnişinə məxsus əl yükünü açaraq baxış keçirmişdir. Baxış zamanı sərnişinin çantasında bir neçə ədəd işlənmiş alt paltarı, mobil telefon üçün adapter və bir qutu dərman olduğunu müşahidə etmişdir. Sonuncunu səfərinin məqsədi və digər xüsusatlarla bağlı sorğu-sual etmiş, lakin verdiyi cavablar onu qane etməmişdir. Bununla belə sərnişinə məxsus çantada hər hansı qanunsuz yaxud gömrük orqanına bəyan olunası əşyalar olmadığından sonuncunun zalı tərk etməsinə şərait yaratmışdır. Bu səfər də həmin sərnişini qarşılayan “CİP” xidmətinin sürücüsü Şahid4 və “CİP” xidmətinin agenti Şəbinə Abbasova olmuşdur. X24 zalı tərk etdikdən bir müddət sonra “CİP” xidmətinin agenti Şahid2 ona yaxınlaşaraq məlumat vermək istədiyini demişdir. Söhbət zamanı ona sonuncu X24 və ondan daha əvvəl gələn C1 sistemindən yoxlatdırdığı iki nəfər sərnişinin qarşılanması üçün sürücü Rasimin məhz ondan xahiş etdiyini, Rasimin həmin sərnişinlərin daimi sərnişinlər olmasını ona bildirdiyini, bundan başqa həmin sərnişinləri təyyarədən qarşılayıb zala gətirərkən hər üçünün də nəqliyyat vasitəsində yolda arxada çamadanı açdıqlarını hiss etdiyini, arxaya dönüb baxa bilmədiyini, bununla belə sərnişinlərin çantalarından hansısa əşyaları çıxardıqlarını hiss etdiyini və həmin əşyaları da nəqliyyat vasitəsinə qoya biləcəklərini ehtimal etdiyini bildirmişdir. Bundan başqa, Səbinə sürücü Rasimin həmin sərnişinləri qarşılayıb zala gətirərkən nəqliyyat vasitəsinin arxa salonunu görməmək üçün ön hissədə olan güzgünü yuxan qaldırdığını müşahidə etdiyini demişdir. Bundan sonra o da “CİP” xidmətindən istifadə etməklə gələn yuxarıda qeyd etdiyi sərnişinlərin qaçaqmalçılıq yolu ilə əşyalar gətirməsi və həmin əşyaları da gömrük nəzarəti zonasına gələnə qədər sürücü Rasimin idarə etdiyi nəqliyyat vasitəsinə qoymalarına dair əminlik yaranmışdır. Daha əvvəlki sərnişinlərlə bağlı şübhələri barədə Baş İdarə rəhbərliyinə məlumat vermişdir. Sonuncu X24 barədə də rəhbərliyə məlumat vermişdir. 05 aprel 2023-cü il tarixdən məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu müddətdə məlumat almışdır ki, yuxarıda adını qeyd etdiyi Kamran Aslanov 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə yenə eyni qaydada “CİP” xidmətindən sifariş verməklə ölkə ərazisinə gələrkən ondan gömrük orqanına bəyan olunmamış xüsusilə külli miqdarda zərgərlik məmulatları aşkar edilərək götürülmüşdür. Bütün bunlardan sonra isə o, şübhələrinin əsaslı olduğunu yəqin etmişdir. Şahid4 və “CİP” xidmətində portye olaraq çalışan digər qardaşı Rafiq Əlibalayev daha əvvəllər qızıl işi ilə məşğul olmuşlar. Bundan başqa, Rasim həmin sərnişinləri qarşılayarkən idarə etdiyi nəqliyyat vasitəsinin ön hissədə olan güzgüsünü yuxarı qaldırmış, sərnişin oturan arxa salonun işığını söndürmüş, ən əsası isə nəqliyyat vasitəsində olan və salonu çəkən kameranı söndürmüşdür. Digər sürücülər isə ondan fərqli olaraq salonun işığını yanılı qoyurmuşlar. Rasim sərnişini zalın qarşısında endirdikdən dərhal sonra qapını örtmüş və salonun içərisinin görünməməsinə çalışmış, Rasim və Rafiq qardaşları çalışdıqları "xxxx" MMC-nin rəhbəri Sabir Şükürovun atası İlham Şükürovla bibioğlu və dayıoğlu olmuş, yəni xidmət rəisi Sabir Şükürovla və onun atası İlham Şükürovla yaxın qohum olmuşdur. Daha əvvəl həmin xidmətin rəisi İlham Şükürov olmuş, daha sonra isə onu oğlu Sabir Şükürov əvəzləmişdir, hansı ki, hazırda da həmin xidmətin rəhbəridir. Kamrandan aşkar olunmuş qızılların qaçaq yolla keçirilməsində Şahid1 da iştirakının olduğunu eştmişdir. Rasimlə İlqarın münasibətləri barədə heç nə bilməmişdir. Şübhə oyadan nüans o olmuşdur ki, sərnişinlərin demək olar ki, hamısı “CİP” kommersiya xidmətindən ilk dəfə istifadə etmiş, halbuki adətən bu xidmətlə gedib gələn sərnişinlər mütəmadi şəkildə istifadə etmişlər. Bundan başqa, həmin sərnişinlər ölkədən gedərkən ümumi zaldan və “ekonom klass” da getmiş, qayıdanda isə “CİP” zalı ilə qayıtmışlar. Əslində isə gələrkən “CİP” xidmətindən həqiqətən istifadə edən sərnişinlər elə gedərkən də o xidmətdən istifadə etmiş, həmin xidmətdən gedərkən istifadə etmək daha uyğun olmuşdur ona görə ki, bu zaman passportun və baqajın qeydiyyatı, növbə gözləmədən bütün gömrük və sərhəd prosedurlarının tamamlanması xidmət tərəfindən həyata keçirilmiş, sərnişin üçün isə rahat olurmuş, lakin gələrkən bu xidmətdən istifadə edən sərnişin sadəcə zaldan keçmişdir. Şübhələndiyi sərnişinlərin də demək olar hamısının baqajı olmamış və “ekonom sinif’ də gəlib “CİP” zalından keçmələri şübhə oyatmış, bundan başqa qeyd olunan sərnişinlər Bakı-İstanbul aviareysi ilə getdikdən sonra çox qısa müddətdə və adi sərnişinə xas olmayan əl yükü ilə qayıtmışlar. Əl yüklərində əşya olmamış, bu isə çantaların içərisinə qoyulmuş əşyaların qabaqcadan harasa boşaldıldığını ehtimal etməyə əsas vermişdir. Həmin sərnişinlər “CİP” xidmətindən ölkəyə gəlməmişdən bir neçə saat qabaq həmin xidməti özləri sifariş vermişlər. “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyulduğunu ehtimal etdiyi zərgərlik məmulatlarının zibil daşıyan nəqliyyat vasitəsində keçirilməsinin mümkün olduğunu düşünmüşdür (İ cild, səh. 145-153). 15.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Məhəmmədlə tanışlığı olmamış və Məhəmmədi 1-2 dəfə sürücü kimi gətirmişdir. Sonuncu dəfə iş yoldaşı İlqar ona Məhəmmədi zala gətirməsini demiş və o, buna etiraz etməmişdir. Bundan sonra isə İlqar ona Məhəmmədin maşına telefon qoyacağını bildirmişdir. Daha sonra o, maşını sürüb otaqlarının qarşısında saxlamış və İlqar gələrək maşından bağlamanı götürüb getmişdir. O, İlqara həmin şəxsin bütün sərnişinlərdən daha yaxşı geyindiyini demişdir. 16.Şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, İlqar adlı şəxs onlarla inspektor vəzifəsində işləmiş və iki dəfə belə halla bağlı ondan xahiş etmişdir. Gördüyü işin qarşılığında İlqar ona iki yüz manat pul vermişdir. Təqsirləndirilən şəxsi iki dəfə qarşılamış, əlində bir çanta və bağlama olmuşdur. Müştəri maşına telefon qoyacağından İlqar onun gətirməsini tapşırmışdır. O, təklifi qəbul etmiş və İlqarın özü üçün bir iki ədəd telefon gətirdiyini düşünmüşdür. Ona cəmi iki dəfə, dörd yüz manat pul verilmiş və dörd yüz manatı hansısa xüsusi səbəblə bağlı almamışdır. İlqar gələn sərnişinin maşına telefon qoyacağını deyərək ondan agentin yanında dayanmasını xahiş etmiş və pulu da telefonu maşına qoymasına razılıq verdiyi üçün almışdır. Telefonu maşından İlqar özü götürmüşdür. Məhəmmədi iki dəfə qarşılamış, birinci və ikinci qarşılamanın arasında nə qədər müddət keçdiyi dəqiq yadında qalmamışdır. Məhəmməd telefonu oturacağın üstünə qoymuşdur. Məhəmmədi birinci dəfə görəndə üç telefon böyüklüyündə yükü olmuş, ikinci dəfə isə hansısa yükü olmamışdır. Yaddan çıxarılmış əşyalar olduqda bu barədə agentə məlumat vermişlər və onlar da gəlib götürmüşlər. Onun növbəsində yalnız Məhəmməd və Elman olarkən qaçaqmalçılıq olmuşdur. Səhv etmirsə ilk dəfə Məhəmmədi noyabr ayında görmüşdür. Ola bilər ki, Məhəmmədi ondan başqa sürücülər qarşılamış, lakin o, iki dəfə qarşılamışdır. Sistemdə hansı sürücünün hansı müştərini qarşılaması göstərilmişdir. İşdən çıxarkən onların üzərlərini yoxlamışlar. Gömrükdə müstəntiq ona komputerdə fotoşəkillər təqdim etmiş və o da Məhəmmədi tanımışdır. Ona bir neçə şəkillər təqdim edilmiş və onların ikisini tanımışdır. O, hərəkətlərinin qanunsuz olduğunu dərk etmişdir. Birinci dəfə ifadə verdiyi zaman nəyə görə Məhəmmədin adını çəkmədiyini bilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslə üzləşdirməsi olmuş və hazırda verdiyi qaydada ifadə vermişdir. İfadə verməsi ilə bağlı ona təzyiq edən olmamışdır. 17.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 1997-ci İldən “X18 Aeroportu"nun dayanacağına gözətçi düzəlmişdir. Ondan sonra “X18 Aeroportu”nda sürücü işləməyə başlamışdır. 10 il olar ki, “X18 Aeroportu”da "xxxx" MMC-də xüsusi maşın sürücüsü işləmişdir. Gündəlik işi sərnişinləri mikro avtobuslarla “X18 Aeroportu”nun Bakı “CİP” zalından təyyarəyə və təyyarədən Bakı “CİP” zalına daşımaqdan ibarət olmuşdur. İşi növbəli olmuş, bir gün gündüz, növbəti gün gecə işləmiş, növbəti iki gün istirahət günü olmuşdur. Onlar növbəyə dörd sürücü çıxmışlar. O, olduğu növbədə İmran, Vahid, Nəsrulla işləmişdir. "xxxx" MMC-nin balansında dörd “Mercedes sprinter" markalı, üç “Mercedes viano” markalı, iki “Volksfagen multivan" markalı, bir “Mercedes S500” markalı, bir “Bentley” markalı, iki “Fiat doblo" markalı nəqliyyat vasitələri olmuşdur. Səhərlər növbəyə gələndə sürücülərlə avtomobil və avtobusların texniki vəziyyətini yoxlamışlar. Perron ərazidə “CİP” xidmətinin nəqliyyat vasitələrinin dayanacağı ilə üzbəüz otaqları olmuşdur. Orada oturub gözləmişlər. “X18 Aeroportu”nun “CİP" zalından təyyarəyə və təyyarədən “CİP” zalına sərnişin daşımaq lazım olanda agent xanım əməkdaşlar lazım olacaq nəqliyyat vasitəsinin sayı barədə ratsiya ilə bildirmişlər. Onlar da növbə ilə sərnişinləri daşımışlar. "xxxx" QSC-də inspektor vəzifəsində işləyən İlqar adlı şəxslə iki ilə yaxın bir müddətdir ki, münasibəti yaranmışdır. Əvvəllər İlqarla elə də yaxın münasibəti olmamışdır. Çünki İlqar və o, ayrı-ayrı günlərdə növbədə olmuşlar. Lakin təqribən 6-7 ay bundan öncə İlqarın növbəsi dəyişmiş və onunla eyni növbədə işə çıxmağa başlamışdır. Aralarında sıx ünsiyyət yaranmış və yoldaşlıq etməyə başlamışlar. 2023-cü ilin yanvar ayında İlqarla birgə növbədən sonra onun idarə etdiyi nəqliyyat vasitəsində evə gedərkən İlqar ona demişdir ki, bu yaxınlarda Dubay-Bakı aviareysi ilə gələn “CİP” sərnişini özü ilə bir neçə ədəd mobil telefon gətirəcək və həmin telefonları “CİP” xidmətinin avtomobilinə qoyacaq, onları götürüb İlqara verməyini xahiş etmişdir, o da razılıq vermiş, lakin həmin mobil telefonları onun götürə bilməyəcəyini, həmin sərnişinin mobil telefonları nəqliyyat vasitəsinə qoyduqdan sonra İlqarın özünün gəlib götürməsini İlqara bildirmişdir. Həmin söhbətlərinin üzərindən bir neçə gün keçdikdən sonra İlqar günorta saatlarında ona zəng edib həmin sərnişinin saat 16 radələrində Dubay-Bakı aviareysi ilə enəcəyini və həmin sərnişini onun qarşılamağını bildirmişdir. Həmin sərnişinin hazırda adını xatırlamamış, lakin bilmişdir ki, həmin vaxt İlqar ona sərnişinin adını dedikdən sonra xanım agentlərlə “CİP” sərnişinlərini qarşılamaq üçün gedəndə, xanım agentlərin əllərində tutduqları lövhələrə baxmış, İlqarın ona dediyi sərnişinin adını gördüyü lövhənin yanında dayanmış, saat 16 radələrində həmin təyyarə endikdən sonra qeyd olunan sərnişin adı yazılmış lövhəni saxlayan xanım agentə yaxınlaşdığından onu müşayiət edib liftə minmiş və bortdan “CİP” maşınını saxladığı yerə gəlmişlər. Həmin sərnişin “Multivan” markalı nəqiyyat vasitəsinə əyləşmiş, xanım agent isə öndə onun yanında oturmuşdur. O da sükan arxasına keçmiş və nəqliyyat vasitəsini “CİP” zalına doğru idarə etməyə başlamışdır. Yenicə çıxarkən güzgüdən həmin sərnişinin 4 ya da 5 ədəd qutuda mobil telefonları oturduğu sərnişin oturacağının üzərinə qoyduğunu görmüşdür. Yanında əyləşmiş xanım agent arxada əyləşmiş şəxsin hərəkətlərini müşahidə edə bilməmiş, o isə maşında olan orta güzgüdən bunları görmüşdür. Həmin şəxsin kim olduğunu, adını və digər məlumatlarını xatırlamamışdır. Onun zahiri siması və görünüşü də yadında qalmamışdır. Mobil telefonların modelləri da yadında qalmamış, lakin o dəqiq yadındadır ki, qutularından “İphone” markalı mobil telefonlara oxşamışdır. Sərnişini “CİP” zalının qarşısına gətirdikdən sonra maşının qapısını açmış və həmin sərnişin nəqliyyat vasitəsindən enmiş, eləcə də xanım agent də enmiş və onlar zala getmişlər. Bundan sonra o, nəqliyyat vasitəsinə əyləşib “CİP” zalından biraz aralıda olan dayanacaqda saxlamışdır. Həmin vaxt mobil telefonlar avtomobildə qalmışdır. Oturduqları otağa gedəndə İlqarın da həmin otaqda olduğunu görmüşdür. İlqar özü də kənardan müşahidə etmişdir. Bundan sonra İlqar otaqdan çıxmış və nəqliyyat vasitəsinə doğru getmişdir. Təqribən bir saatdan sonra, avtomobilə qayıdan zaman orada görmüşdür ki, artıq mobil telefonlar oturacaqların üzərində deyil. Telefonların orada olmamasından bu qənaətə gəlmişdir ki, İlqar birbaşa və ya bilavasitə həmin telefonları gəlib götürmüşdür. Çünki, İlqarın maşından həmin telefonları necə götürdüyünü görməmişdir. Növbəti gün İlqarla birgə gecə növbəsinə gələndə ona 200 manat pul vermiş, lakin o, götürməmiş və yoldaşlıq xətrinə bunu etdiyini demişdir. Həmin hadisənin üzərindən təxminən 10 gün keçdikdən sonra növbədə biryerdə olanda İlqar ona İstanbul-Bakı aviareysi ilə sərnişin gələcəyəni, “CİP”dən istifadə edəcəyini və yenə mobil telefonları nəqliyyat vasitəsinə qoyacağını və özünün sonradan gəlib oradan götürəcəyini, bunun müqabilində isə ona 200 manat pul verəcəyini bildirmişdir. Birinci dəfə İlqar ondan bu barədə xahişi edəndə düşünmüşdür ki, mobil telefonları özü üçün yaxud yaxınları üçün gətizdirmişdir, lakin bu səfər o, anlamışdır ki, İlqar bu sayədə pul bu qazanır. Ona görə də ona pul verməsi müqabilində bu işi görməyə razılaşmışdır. Elə gecə növbəsində olduqları gün İlqarın dediyi İstanbul-Bakı aviareysi ilə gələn sərnişin gəlmişdir. Yenə yuxarıda dediyi qaydada sərnişini təyyarədən qarşılayıb “CİP” zalına gətirmiş, bu arada sərnişin gətirdiyi mobil telefonları oturacağın üzərinə qoymuş, “CİP” zalının qarşısına çatdıqdan sonra nəqliyyat vasitəsinin qapısını açmış və daha sonra maşından enib həmin sərnişinin maşından düşməsini gözləmiş, o və xanım agent düşüb getdikdən sonra maşını dayanacağa sürmüş və maşından düşüb oturduqları otağa getmişdir. Həmin şəxsin də kim olduğunu, adını və digər məlumatlarını xatırlamamışdır. Onun zahiri siması və görünüşü də yadında qalmamışdır. Bu səfərki mobil telefonlar da “İphone” markalı mobil telefonlar olmuş, lakin qutusuz və açıq vəziyyətdə olmuş, modellərini isə xatırlamamışdır. Yuxarıda dediyi qaydada yenə İlqar onların oturduqları otaqdan müşahidə etmiş, o, otağa daxil olanda İlqar otaqdan çıxıb getmiş və sonradan maşına gəldikdə həmin telefonların orada olmadığını və artıq götürüldüyünü görmüşdür. Daha sonra onun avtomobilində İlqarla gecə növbəsindən qayıdarkən elə avtomobildə ona 200 manat pul vermişdir. Növbəti dəfə həmin tarixdən 10 gün sonra yenə bu qaydada mobil telefonlar gətirilmiş və eyni qaydada İlqar tərəfindən götürülərək ona 200 manat pul verilmişdir. Ümumilikdə 2023-cü ilin yanvar-fevral aylarında İlqarın xahişi ilə 1 dəfə Dubay-Bakı, 2 dəfə İstanbul-Bakı aviareysi ilə gələn sərnişinlər olmaqla, cəmi 3 dəfə “CİP” sərnişinləri tərəfindən mobil telefonlar gətirilərək onun idarə etdiyi xidməti maşına qoyulmuş və elə həmin gün də növbədə olan İlqar tərəfindən götürülmüşdür. Lakin, onun necə götürüldüyünü dediyi kimi görməmişdir. Növbəti dəfə 2023-cü ilin mart ayının 8-də İlqar onunla mobil telefonda əlaqə saxlayıb mart ayının 9-da gecə növbəsində olarkən İstanbul-Bakı aviareysi ilə gələn “CİP” sərnişinində yenə mobil telefon olacağını, bu səfər iki bağlamada olacağını, onları maşına qoyacağını və əvvəlkilərdə olduğu kimi, müştərini düşürdükdən sonra yenə həmin bağlamaları saxlamasını, gəlib maşından götürəcəklərini bildirmişdir. Lakin İlqar həmin bağlamaların onun özü yaxud başqa kim tərəfindən maşından götürüləcəyini deməmişdir. Bundan əlavə, İlqar həmin bağlamaların hər birinə görə ona 200 manat olmaqla, 2 bağlamaya görə 400 manat pul ödəyəcəyini bildirmişdir. O da İlqarın təklifini qəbul etmişdir. Bundan başqa İlqar ona demişdir ki, gələn sərnişinin adı Kamran olacaq. 09 mart 2023-cü il tarixdə gecə növbəsinə gəldikdən sonra “CİP” xidmətinin sistemində Kamran adlı sərnişinin nə vaxt gələcəyinə baxmışdır. Növbəyə gəldikdən sonra adətən “CİP” sərnişinlərinin hansı aralıqlara gələcəklərinə baxmışlar, əsas məqsəd də bütün sərnişinləri vaxtında qarşılamaq olmuşdur. Həmin gün də sistemə baxdıqda Kamran adlı sərnişinin İstanbul-Bakı aviareysi ilə 09 mart 2023-cü il tarixdən 10 mart 2023- cü il tarixə keçən gecə saat 02 radələrində çatacağını müəyyənləşdirmişdir. Elə həmin gecə qeyd olunan saatda o, reyslə gələn sərnişinləri qarşılamaq üçün xanım agentlərlə birlikdə bortun qarşısına getmişlər. Kamran adlı sərnişinin adının yazıldığı lövhə agent Şahid2 əlində olmuşdur. Bir neçə dəqiqə sonra hündür boylu, uzun sifətli, əlində bir ədəd çamadan olan şəxs onlara yaxınlaşmış və adının Kamran olduğunu bildirmişdir. Bundan sonra onlar Kamranı qarşılayıb nəqliyyat vasitəsinə gətirmişlər. Həmin vaxt o, 008 nömrəli “Mercedes Viano” markalı nəqliyyat vasitəsini sürmüşdür. Kamran arxada əyləşmiş, agent isə həmişəki kimi öndə yanında, o isə sükanda əyləşmiş və oradan “CİP” zalına doğru hərəkət etmişlər. Yolda orta güzgüdən müşahidə etmişdir ki, Kamran adlı sərnişin bir neçə bağlamanı çıxarıb oturacağın üzərinə qoymuşdur. “CİP” zalının qarşısına çatdıqdan sonra o, maşının qapısı avtomatik olduğundan düymə ilə qapısını açmış, daha sonra özü də enərək gəlib qapının yanında durmuşdur. Daha sonra öndən agent xanım və sərnişin Kamran da enərək zala getmişlər. Oturacağın üzərində iki ədəd böyük bağlama olduğunu görmüşdür. Lakin həmin bağlamaların içərilərində mobil telefon olduğunu yaxud başqa nə isə olduğunu müşahidə edə bilməmişdir. Çünki, daha əvvəl maşına qoyulan bağlamalardan onların mobil telefon olduqları görünmüş, bu səfərki isə üstü bağlı və həcmcə böyük olmuşdur. Bundan sonra o, sükana əyləşib maşını dayanacağa sürmüş, daha sonra elə oradaca İlqara zəng edib müştərini endirdiyini və bağlamaların maşına qoyulduğunu demişdir. O, maşını dayancaqda saxlayıb həmişəki kimi qapısını açıq qoyub oturduqları otağa getmişdir. Bu hadisədən iki gün sonra İlqarla aeroportda görüşmüş və ona öncədən söz verdiyi 400 manat pulu vermişdir. Azərbaycan Respublikası vətəndaşları Kamran Aslanov və xx.xx.2024-cü il tarixli fotoşəkillər əsasında tanınma haqqında protokolda göstərdiyi şəxslərin, yəni Təqsirləndirilən şəxs, Elman Atakişiyev, Kamran Rəsulzadə və Sərxan Əliyevi 2023-cü ilin mart ayında İlqarın tapşırığı ilə qarşılamış və həmin şəxslərin hər biri də idarə etdiyi “CİP” xidmətinin nəqliyyat vasitəsinə bağlamalar qoyub enmişlər. Daha sonra həmin bağlamaları Şahid1 nəqliyyat vasitəsindən götürmüşdür (İ cild, səh. 110- 116,158-161, İİ cild, səh. 07-09, 12-15). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 4/1857 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, şərti olaraq “2” rəqəmi ilə işarə edilmiş xx.xx.2023-cü il tarixli 23341454EX00002396 sorğu nömrəli gömrük bəyannaməsinin kserosurətinin arxa tərəfində əks olunmuş “eşyaları tam eksiksiz aldım. Mahammad Ga hramanov” yazıları və həmin yazılarının aşağı hissəsindəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (İ cild, səh. 210-220). 19.«Sənədlərə baxış keçirilməsi haqqında» 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixində İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gətirilmiş zərgərlik məmulatları ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğuya xx.xx.2024-cü il tarixdə daxil olmuş Türkiyə Respublikası Ticarət Nazirliyi İstanbul Havalimanı X29 İdarəsi İstanbul Havalimanı X2 və Kəşfiyyat Müdürlüyünün E-66047212-180.99- **********3 nömrəli cavab məktubu və ona əlavə edilmiş Təqsirləndirilən şəxs ilə bağlı sənədlərə-gömrük bəyannaməsi, hesab faktura sənədləri, tənzimləmə hesabatları (ayar raporu), qiymətli malların çatdırılması haqqında şəhadətnamələrə baxış keçirilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs adına 25 mart 2023-cü il tarixdə tərtib edilmiş AHK**********232 nömrəli hesab faktura sənədi əsasında xidmət haqqı ilə birgə dəyəri 215709,49 ABŞ dolları (211091,10+4618,39) təşkil edən 6157,85 qram çəkidə 14 əyar (585), xidmət haqqı ilə birgə dəyəri 41453,99 ABŞ dolları (40758,30+695,69) təşkil edən 927,59 qram çəkidə 18 əyar (750), xidmət haqqı ilə birgə dəyəri 133285,69 ABŞ dolları (131048,85+2236,84) təşkil edən 2982,45 qram çəkidə 18 əyar (750), xidmət haqqı ilə birgə dəyəri 4469 ABŞ dolları (4394+75) təşkil edən 100 qram çəkidə 18 əyar (750) olmaqla, 179208,68 ABŞ dolları təşkil edən 4010,04 qram çəkidə 18 əyarlı (750) qızıldan hazırlanmış zərgərlik məmulatları və üzərilərində olan 157,53 ABŞ dolları dəyərində 210,04 qram çəkidə zikron qaş olmaqla, ümumilikdə 395075,70 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 10377,93 qram çəkidə zərgərlik məmulatları Türkiyə Respublikası, Çorum şəhəri, Gülalibey məhəlləsi, Eğridere küçəsi, №17 ünvanında yerləşən "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən “AY GOLD JEWELLERY LLC” adlı şirkətə satılmışdır. Zərgərlik məmulatlarını təhvil almalı olan şəxs qismində Passport nömrəsi C04070615 olan Təqsirləndirilən şəxs, malların çatdırılma yeri Azərbaycan Respublikası göstərilmişdir. Sözügedən hesab faktura sənədində malların türk mənşəli olması, yeni olması qeyd olunmuşdur. Tənzimləmə hesabatında (ayar raporu) sözügedən 395075,70 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 10377,93 qram çəkidə zərgərlik məmulatlarının Azərbaycan ərazisinə ixracı məqsədilə X34 X29 İdarəsinə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə analiz edilərək qablaşdırıldığı qeyd olunmuşdur. Qiymətli malların çatdırılması haqqında şəhadətnamədə (kiymetli eşya teslim etme belgesi) sözügedən zərgərlik məmulatlarının dəyər təhlilinin və kimyəvi analizlərinin aparıldığı, 585 və 750 əyarlı qızıl, qiymətli əşya olmasının təsdiq olunduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 23341454EX00002396 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə olunmuş sənəddən görünür ki, sözügedən zərgərlik məmulatları, yəni 6157,85 qram çəkidə 585 əyar, 4010,04 qram çəkidə 750 əyar və üzərilərində 210,04 qram çəkidə zikron qaş olmaqla olmaqla, ümumilikdə 10377,93 qram çəkidə 395075,70 ABŞ dolları dəyərində qızıldan hazırlanmış zərgərlik məmulatları 25 mart 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, müvafiq aviabileti olan, Təqsirləndirilən şəxs tərəfindən X34 X29 idarəsində ixracatçı "xxxx" Şirkəti idxalatçı “AY GOLD JEWELLERY LLC” adlı şirkət qeyd olunmaqla gömrük orqanına bəyan olunaraq Azərbaycan ərazisinə çatdırılması üçün təhvil götürülmüşdür. Beləliklə, sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən özü ilə birgə gətirilmiş və qabaqcadan adına sifariş edilmiş “CİP” xidmətindən istifadə etməklə həmin xidmətin nəqliyyat vasitəsinə qoyulmuş, daha sonra qrupun digər üzvləri tərəfindən oradan götürülərək Azərbaycan Respublikasının gömrük sərhədindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilmiş məmulatlar 6157,85 qram çəkidə 585 əyar, 4010,04 qram çəkidə 750 əyar və üzərilərində 210,04 qram çəkidə zikron qaş olmaqla olmaqla, ümumilikdə 10377,93 qram çəkidə 395075,70 ABŞ dolları dəyərində qızıldan hazırlanmış zərgərlik məmulatları olmuşdur (İİ cild, səh. 48- 49). 20.«Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnə bülleteninə baxış keçirilməsi haqqında» 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə 25 mart 2023-cü il tarixdə tərtib edilmiş AHK**********232 nömrəli hesab faktura sənədi və həmin sənəd əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 23341454EX00002396 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından ölkə ərazisinə gətirilərək qaçaqmalçılıq yolu ilə keçirildiyi müəyyən olunmuş 395075,70 ABŞ dolları dəyərində qızıldan hazırlanmış zərgərlik məmulatlarının gömrük sərhədindən keçirildikləri tarixlərdə Azərbaycan manatı ilə dəyərlərini müəyyən etmək məqsədilə 1 ABŞ dollarının xx.xx.2023-cü il tarixinə olan məzənnəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan http//www.cbar.com internet səhifəsində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dollarının 1,70 AZN olması nəzərə alınmaqla, 25 mart 2023-cü il tarixdə tərtib edilmiş AHK**********232 nömrəli hesab faktura sənədi və həmin sənəd əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 23341454EX00002396 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan zərgərlik məmulatlarının dəyəri- 395075,70 ABŞ dollarının (395075,70x1.70) 671628,69 (671 min 628 manat 69 qəpik) manat olması müəyyən olunur (İİ cild, səh. 62). 21.«Fotoşəkillər əsasında şəxsin tanınması haqqında» 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 təqdim edilmiş fotocədvəldəki şəkillərdə olan şəxsləri nəzərdən keçirib, Şahid1 tapşırığı ilə 2023-cü ilin mart ayında 1-ci sırada olan Elman Atakişiyev, 2-ci sırada olan Kamran Aslanov, 4-cü sırada olan Sərxan Əliyev, 5-ci sırada olan Kamran Rəsulzadə, 9-cu sırada olan Təqsirləndirilən şəxs qarşıladığını və həmin sərnişinlərin də idarə etdiyi nəqliyyat vasitəsinə bağlamalar qoyduqlarını, digər sərnişinlərin üzünü isə dəqiq xatırlamadığını bildirmişdir (İİ cild, səh. 10-11). 22.«Cinayət törətməkdə şübhəli edilən şəxsi tutma haqqında» 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 38-39). 23.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 4(004)- 972/2024 nömrəli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2024-cü il tarixdən hesablamaqla 12 yanvar 2025-ci il tarixədək “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 102-108). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 112). 25.İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü müsbət cəhətdən tanıtdırmış, yüksək keyfiyyətli davranışı, səmimi və mehriban xüsusiyyətləri ilə seçilmiş, hörmət qazanmışdır. Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində könüllü iştirak etmişdir. Təqsirləndirilən şəxs işgüzar, məsuliyyətli, əxlaqi keyfiyyətlərə malik olan vətəndaşdır. O, məskunlaşdığı ərazidə yaşayan məcburi köçkünlər arasında intizamlı və əməksevər kimi tanıtmışdır. Yaşadığı ərazidə qayda qanunların pozulması hallarına yol verməmişdir (V cild, səh. 76). 26.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarının 9-cu bəndində göstərilir ki, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır». 33.Həmin Plenum qərarının 19-cu bəndində qeyd edilmişdir ki, «...Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir». 34.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusilə külli miqdarda keçirilərək qaçaqmalçılıq edilməsinə yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 35.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusilə külli miqdarda keçirərək qaçaqmalçılıq etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 36.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 39.Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 43.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 45.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 46.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 47.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 48.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində iki azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halların məcmusunu, habelə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir, cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də humanizm prinsipləri faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 49.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 50.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 52.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 53.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. 54.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 55.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 56.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 57.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 60.İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 61.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 62.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev