Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1511/2021 23.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, müdafiəçilər – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 30 avqust 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuş, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqirləndirildiyi əməlləri törətdiyi vaxtda Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində, cinayət məsuliyyətinə cəlb edildiyi vaxtda isə “Resurs” X11 İctimai Birliyinin sədri və “Səs” İnformasiya Agentliyinin direktoru vəzifələrində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini vahid niyyətlə pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 6 yanvar 2011-ci il tarixli əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində işləyərkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2017ci il tarixli 430 nömrəli sərəncamı ilə başçının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini müvafiq razılaşdırma aparılmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri kimi həyata keçirən, həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqinin aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsinin təmin edilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rayon planlaşdırma sxemlərinin və layihələrinin, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarının, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələrinin) təsdiq edilməsi, şəhər inzibati ərazi vahidlərinin baş planlarının təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edilməsi, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi, tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X28, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və digər qurumlara müraciət edilməsi, həmin Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verilməsi və təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarına əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən, yəni, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ayrı-ayrı fiziki şəxslərə xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzillərin, yaşayış və qeyriyaşayış sahələrinin mülkiyyətçilərindən alınmasına dair sənədlər təqdim edilmədiyi halda, habelə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi təmin edilmədən, həmçinin torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadan, habelə, həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ünvan 2 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yaşayış evinin olması nəzərə alınmadan, yəni “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması həyata keçirilmədiyi halda, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalı olduğu halda bu normaya əməl olunmadan - belə ki, layihə sənədlərinə əsasən, tikintisi nəzərdə tutulan binanın xarici divarının hündürlüyü 46,5 metr təşkil etdiyi nəzərə alındıqda, yuxarıda göstərilən tələblərə əsasən həmin binanın divarından tikintiyə ayrılmış torpaq sahəsinin sərhədinə qədər məsafə (46,5x0,6) 27,9 metr olmadan, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üzrə tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd edilən ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə üzrə, yəni ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb, həmin sərəncam əsasında qeyd edilən pozuntularla ofis və yaşayış binalarının həmin ərazidə tikintisinə dair "xxxx" Mənzil Tikinti Kooperativinə icazə verməklə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə şəhərsalma sahəsində görülən ardıcıl tədbirlərin tərkib hissəsi kimi qəbul edilən hüquqi sənədlərə məhəl qoymayaraq dövlətin bu sahədə qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətindən sui-istifadə etmiş, qanunla müəyyən olunmuş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 1988-1993cü illərdə ictimai-siyasi proseslərlə əlaqəli tələbə hərəkatının liderlərindən biri olmuş və qatı Heydər Əliyevçiliyinə görə, eyni zamanda, o dövrdə Ulu Öndərə qarşı təzyiq məqsədilə Milli Məclisdə müzakirəyə çıxarılan yaş senzinin əleyhinə mitinqlərin təşkilatçılarından biri kimi müxtəlif vaxtlarda mütəmadi təzyiqlərə məruz qalmış, o cümlədən 1992-ci ilin dekabrında həbs edilmiş, siyasi məhbus həyatı yaşamış, ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olması tələbi ilə həbsdə aclıq aksiyası keçirmişdir. Beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə edən qurumlar o vaxtlar siyasi məhbus kimi hüquqlarını tanımışdır. 1993-cü ilin fevralında çoxsaylı təkid və tələblərdən sonra azadlığı bərqərar olunmuş, o illərdə Yeni Azərbaycan Partiyasının ilkin təşkilatlanmasında iştirak etmiş və 1999-cu ildə Yeni Azərbaycan Partiyasının 1-ci Qurultayından 7-ci X6 Təftiş Komissiyasının üzvü seçilmiş, 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləmiş, siyasi partiyaların X25 Azərbaycan Partiyasının təmsilçisi kimi sədrlik etmişdir. 2000ci il Azərbaycan Respublikasının Milli Məclisinə İİ çağırış seçkilərində 29 saylı Səbail Seçki dairəsinin sədri olmuş, ali rəhbərliyin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyətinə işə dəvət olunmuşdur. 2001-ci ildən 2018-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən 2010-2018-ci illərdə həmin qurumun Aparat rəhbəri vəzifəsini icra etmişdir. İşlədiyi müddətdə ölkə rəhbərliyi tərəfindən şəhərin abadlığı, quruculuğu ilə bağlı verdiyi bütün tapşırıqların icrasını sədaqətlə yerinə yetirmiş, xidmətlərimə görə ölkə rəhbəri tərəfindən 2015-ci il 22 iyun tarixli 1282 Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 2018-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Həmin vaxtdan «Səs» Media Qrupunun tərkibində fəaliyyət göstərən «Səs» X1 vəzifəsində çalışaraq, geniş oxucu auditoriyasına qərəzsiz, obyektiv informasiya verilməsini təşkil etməklə məşğul olmuşdur. Paralel olaraq, “Resurs” X11 İctimai Birliyini yaradıb dövlətçilik ideologiyasının təbliğinə, ölkə rəhbəri tərəfindən həyata keçirilən siyasətin geniş ictimaiyyətə çatdırılmasına öz töhfəsini vermişdir. “Resurs” Analitik Mərkəzi bu gün də fəaliyyətini davam etdirməkdədir. 2019-cu ilin aprel ayından isə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında ideoloji sahədə işləmişdir. İşlədiyi müxtəlif vəzifələrdə məqsədi vətəndaş məmnunluğunu təmin etmək və dövlətə sədaqətlə xidmət etmək olmuşdur. Ona qarşı Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü birmənalı olaraq təqsirli bilmir. Belə ki, o, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 6 yanvar 2011-ci il tarixli əmrinə əsasən Bakı şəhər İcra hakimiyyəti Başçısı aparatının rəhbəri vəzifəsində işləmiş, işlədiyi dövr ərzində özünü nümunəvi dövlət qulluqçusu kimi təsdiq etmiş, məhz buna görə də dövlət qulluğunda öz vəzifə ranqına görə yüksək dövlət təltifi olan medalla təltif olunmuşdur. Özünün təqsirsizliyini sadalayacağı aşağıdakı dəlillərlə əsaslandırır. Belə ki, əvvəla, hazırkı cinayət işinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 246-cı və 308.1-ci maddələri ilə 24 oktyabr 2018-ci il tarixdə başlanılması və cinayət işinin başlanılmasına əsas və səbəb ünvan 3 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yaşayış binalarının tikintisinə dair "xxxx" Mənzil Tikinti Kooperativinə icazə verilməsi barədə sənədlərin hüquqi qüvvəsinin şübhəli olmasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş materiallarda cinayətin əlamətlərinə işarət edən kifayət qədər dəlillərin toplanması müvafiq ittiham aktında göstərilsə də, ittihamdan görüldüyü kimi ona 246-cı maddə ilə heç bir ittiham haqlı olaraq verilməmişdir. Onun düşüncəsinə görə, bu məsələnin özü birmənalı sübut edir ki, onun sökülmə ilə bağlı hansısa əlaqəsi, o cümlədən cinayət əlaqəsi mövcud deyildir. Cinayət işi üzrə istintaqın davam etdirilməsi üç ildən çox davam etdirilsə də, barəsində verilən ittihamları haqlı çıxardacaq səviyyədə və əsaslı olan hansısa dəlillər də mövcud deyildir. İrəli sürülmüş ittihamlar absurd mahiyyətdə cəfəng və hüquq elmi üçün rasionalizmi inkar edəcək səviyyədə mənasız versiyalardan təşkil olunmuşdur. Cinayət işi üzrə icraatın dayandırılması və sonradan təzələnərək davam etdirilməsi də onu göstərir ki, cinayətin əlamətlərinə işarət edən kifayət qədər dəlillərin toplanması mümkün olmamışdır. 2 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 246 və 308.1-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə əməl həmin Məcəllənin 186.2.1, 186.2.2, 246, 308.2-ci, 314-2.3cü maddələrinə tövsif edilməklə davam etdirilmiş, 2 aprel 2021-ci il tarixdə barəsində əsassız və hüquqa zidd olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi haqqında qərar qəbul olunmaqla həmin tarixdə ona Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş, eyni tarixdə də barəsində həbs qətimkan tədbiri seçilmişdir. 9 iyul 2021ci il tarixdə isə ona Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə yeni məzmunda əsassız ittiham elan edilmişdir. Həmin ittihamın heç bir cümləsi ilə razılaşmır və ittiham elan olunduğu ilk vaxtdan da bu mövqeyni ifadə etmişdir. Məsələ bundan ibarətdir ki, 2017-ci ilin sentyabr ayında Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə aparat rəhbəri kimi ona həvalə edilmiş, bundan başqa Rauf Pənahovun rəhbərlik etdiyi Apellyasiya şurasının sədri, Dini məsələlər üzrə komissiyanın, Qışa hazırlıq üzrə komissiyanın sədri vəzifələrinin icrası da hər biri ayrı-ayrı sərəncamlarla ona həvalə olunmuşdur. 21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilməsindən sonra o, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.09.2017-ci il tarixli sərəncamı əsasında müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmiş və Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişdir. 2018-ci ilin iyun-iyul ayında Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin icrasının Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılması barədə razılığın olub-olmaması barədə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov qarşısında məsələ qaldırmış, sonuncu tərəfindən imzalanmış məktubda həmin məsələnin, yəni onun Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavininin vəzifələrini icra etməsinin Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbərliyi ilə “şifahi” razılaşdırılması öz əksini tapmışdır. Hacıbala Abutalıbov tərəfindən Prezident Administrasiyasının rəhbərinə ünvanlanmış 25 iyun 2018ci il tarixli məktubda Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq ona - Təqsirləndirilən şəxs həvalə olunarkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirilməklə üzrxahlıq bildirilmiş və müvafiq razılığın verilməsi xahiş olunmuşdur. Amma bundan sonra Administrasiya tərəfindən yenə də müvafiq yazılı razılıq verilməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericililyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır. Bu səlahiyyətlər məsələsi şəxsən onun özünə şübhəli qaldığı üçün o, Hacıbala Abutalıbova sorğu ilə müraciət etmiş və gələn cavab onu təbii ki qane etməmişdir. Sonradan cinayət işinin materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova 12 oktyabr 2018-ci il tarixli, 05/05-2409 saylı məktubla müraciət edilərək bildirilmişdir ki, “…Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imzalanmamışdır. Əksinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq sözügedən tikinti layihəsi və tikintiyə icazə barədə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi barədə 7-241/21g nömrəli 15.08.2018-ci il tarixli məktubu ilə hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır.” Cinayət işinin materiallarından ona həm də məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin rəisi Cəbrayıl Xanlarova 28 sentyabr 2018-ci il tarixli, 05/05-2198 saylı məktubla müraciət edilərək bildirilmişdir ki, “… Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın tiintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imzalanmamışdır. Əksinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq sözügedən tikinti layihəsi və tikintiyə icazə barədə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi barədə 7-241/21g nömrəli 15.08.2018-ci il tarixli müraciət BŞİH-nin 7-344/21g nömrəli 15.08.2018-ci il tarixli məktubu ilə hüquqi qüvvəsini itirimiş hesab edilmişdir. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır“. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Eldar Əzizov tərəfindən 01 oktyabr 2018-ci il tarixli 451 nömrəli sərancam imzalanmaqla onun tərəfindən imzalanmış olan "xxxx" Mənzil Tikinti Kooperativinə tikintiyə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 31 may 2018-ci il tarixli 346 saylı sərəncamı ləğv edilmişdir. Ləğv barədə həmin sərəncamda bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 sentyabr 2018-ci il tarixli, 05/05-2198 saylı məktubunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı ŞİH-nin 31.05.2018-ci il tarixli 346 nömrəli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilsin.” Qeyd edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə tikinti işlərinin aparılmasına dair 31 may 2018ci il tarixli 346 nömrəli sərəncamı həqiqətən şəxsən özü imzalamışdır. Həmin Mənzil Tikinti Kooperativinə yaşayış kompleksinin tikilməsi ilə bağlı ərazi 2012ci ildə ayrılmış, bundan sonrakı müddətdə tikinti ilə bağlı bütün zəruri sənədlər hazırlanaraq aidiyyətı üzrə təsdiqlənmişdir. Faktiki olaraq onun imzaladığı sərəncama qədər tikinti işlərinin aparılması ilə bağlı bütün hüquqi prosedurlar başa çatdırılmışdır. Həmin sənədlər Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmaqla imzalanması üçün ona təqdim edilmiş, növbəti hüquqi prosedur kimi həmin sərəncamı imzalamışdır. Sərəncamın verilməsi üçün əsas olan sənədlərə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq strukturları, eləcə də ekspertiza tərəfindən müsbət rəy verildiyinə görə faktiki olaraq həmin sərəncamı onun imzalamaması mümkün deyildi. Qeyd olunan sərəncamı imzalamaq üçün heç kimdən göstəriş almamış, kimsə ondan bunu xahiş etməmişdir, "xxxx" Mənzil Tikinti Kooperativinin də heç bir təmsilçisini, nümayəndəsini, hüquqi və ya faktiki sahibini tanımamış, heç kimi qəbul etməmiş, kooperativi təmsil edə biləcək kimsə ümumiyyətlə ona müraciət etməmişdir. Elə indi də "xxxx" Mənzil Tikinti Kooperativinə aid ola bilən heç bir şəxsi tanımır. Tikintiyə icazə verilməsi haqqında sərəncamı imzalayarkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülübsökülməməsi, sakinlərin köçürülməsinin təmin edilib-edilməməsi, həmçinin torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınıb-alınmamasından, həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ünvan 7 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yaşayış evinin olmasından tam məlumatsız olmuş, faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt ümumiyyətlə təxmin belə etməmiş, sənəd ona imzalanmaq üçün təqdim edilibsə, artıq tərəddüdsüz olaraq lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdir. Yalnız cinayət işinin materialları ilə tanışlıq əsasında ona məlum olmuşdur ki, D.Əliyeva küçəsi 141 ünvanında əslində heç söküntü də aparılmamış, sadəcə bir divarın uçması halı baş vermiş və sakinlər əksərən oradan köçürülmüşdür. Bu sakinlərlə "xxxx" Mənzil Tikinti Kooperativi razılaşmalar əldə edərək müqavilələr bağlayıb və köçürülməni kooperativ təmin edib. İcarə ilə bağlı həmin kooperativlə müqaviləni isə Bakı şəhər İcra Hakimiyyəti ondan əvvəl bağlayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə əməl edilməməsi, həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01.04.2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd edilən ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə üzrə tikintiyə icazə verilməsi msələləri ilə bağlı göstərə bilər ki, həmin layihəyə Memarlıq Baş İdarəsi tərəfindən baxılaraq müsbət rəy təqdim olunmuş, baş memar Şahid1 tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair 01 oktyabr 2012-ci il tarixli inşaat pasportu verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan 22 dekabr 2015-ci il tarixli, 126 saylı Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilmişdir. Həmin tikinti sahəsinin ayrılması, orada söküntü işlərinin aparılması, işçi layihənin, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsinin onun tərəfindən imzalanmış tikintiyə icazə verilməsi haqqında sərəncama qədər müvafiq sənədlərlə artıq xeyli əvvəldən öz təsdiqini tapdığına görə qeyd edilən sərəncamı imzalaması ilə tikintinin və ətraf ərazilərin hüquqi statusunda birmənalı olaraq heç bir dəiyişiklik baş vermədiyi qənaətində olduğuna görə özünü təqsirsiz hesab edir. Həqiqətən də həmin tikinti sahəsinin ayrılması, işçi layihənin, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsinin onun tərəfindən imzalanmış tikintiyə icazə verilməsi haqqında sərəncama qədər müvafiq sənədlərlə öz təsdiqini tapması məsələsi hazırkı mövcud cinayət işinin materiallarında olan bütün sənədlərlə tam öz əksini tapır. Orada söküntü işlərinin aparılması isə ona 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 oktyabr 2017-ci il tarixli aktı ilə tam məlum olmuşdur. Belə ki, sözügedən 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 oktyabr 2017-ci il tarixli aktı ilə müəyyən olunmuşdur ki, 01 avqust 2012-ci il tarixli 335 saylı Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin apardığı katlavan qazantısı zamanı D.Əliyeva küçəsi 141 saylı binanın fundamenti iri ölçüdə sökülmüş, yarıq əmələ gəlmiş, binanının uçma təhlükəsi yaranmış, tam qəzalı vəziyyətə düşmüşdür. Mənzil Kommunal İstismar Sahəsi tərəfindən bu ünvanda yaşayan sakinlərə ciddi xəbərdarlıq olunmuşdur ki, təcili olaraq mənzillərini tərk etsinlər. Əks təqdirdə bütün məsuliyyət mülkiyyətçinin üzərində qalacaqdır. “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun 14 oktyabr 2017-ci il tarixli aktına əsasən isə ünvan 8 ünvanda yerləşən bina qəzalı vəziyyətdədir və binanın istismarı tam dayandırılmalıdır. "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri kimi təqdim olunan, adını yalnız istintaq vaxtı eşitdiyi Şahid2, yaxud onun hər hansı təmsilçisi ilə hansısa əlaqəsinin olmasını, onu şəxsən tanımasını, imzaladığı sərəncamın qarşılığında hansısa maddi nemət əldə etdiyini hətta güman etmək üçün belə hər hansı əsas mövcud deyildir. Bir daha vurğulamaq istədiyi ciddi məqam isə ondan ibarətdir ki, onun imzaladığı məlum sərəncamadək "xxxx" Mənzil Tikinti Kooperativinin artıq tikinti nişanı var idi. 2017-ci ildən sonra qəbul edilmiş Tikinti Məcəlləsinə əsasən belə bir formal sərəncamın verilməsi müddəası müəyyənləşdirilmiş, ona görə də məhz həmin formal məsələlərə görə bu kooperativ digər qurumlar tərəfindən məlum sərəncamı almağa yönləndirilmişdir. Demək ki, "xxxx" Mənzil Tikinti Kooperativi qanuni əsaslarla verilmiş həmin tikinti nişanı ilə 2018-dən sonra da tikintiyə icazə sərəncamı almadan başlanmış tikintini davam etdirmək hüququna və imkanına malik idi, bunu edə bilərdi. Bu gün də hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 2015-ci il tarixli tikinti nişanı qüvvədədir. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə - bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi də yaxşı bilir ki, tikinti aparılan ərazidəki köhnə tikililər o vaxt bilavasitə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Bu tikililərlə bağlı, habelə tikintinin aparılmasına icazə verilməsi üçün 2012-2018-ci illər arasında dəfələrlə Fövqalədə Hallar Nazirliyindən müsbət rəylər alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin birinci müavini baş memar Şahid1 ibtidai istintaqa verdi ifadəsində göstərmişdir ki, 2007-ci ildən həmin Baş İdarənin rəis əvəzi olsa da, «faktiki olaraq rəis vəzifəsini Bakı şəhər İcra hakimiyyəti başçısının müavini işləmiş Rauf Pənahov icra etmiş, idarənin möhürü və ştampları da Rauf Pənahovda olmuş, 2017-ci ildə Rauf Pənahov vəfat edəndən sonra Baş İdarənin fəaliyyətinə Hacıbala Abutalıbov özü şəxsən rəhbərlik etmiş, sonradan o, Baş nazirin müavini təyin edildikdə onun səlahiyyətlərini, o cümlədən Baş İdarənin fəaliyyətinə nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmişdir. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildikdən sonra da Baş idarənin möhürünü və ştamplarını ona təqdim etməmiş, möhür və ştamp Təqsirləndirilən şəxs verilmişdir. Sənədlər ümumi şöbədən çıxanda BŞİH-də möhür və ştamplar vurulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən yeni yaşayış binalarının tikintisi ilə bağlı layihə 2012-ci ildən sonra bir neçə dəfə ləğv olunmuş və yenilənmişdir.” Şahid1 bu mövqeyini qəti şəkildə qəbul etmir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü heç vaxt onda olmayıb, həmin idarənin rəhbərində, yəni Şahid1 olub. 22 dekabr 2015-ci il tarixli tikinti nişanını Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Şahid1 imzalayıb və möhür vurub, bunu heç kim dana bilməz. Möhürün ona təhvil verilməsi barədə hər hansı bir sübut mövcud deyil və ola da bilməz. Onun rəhbərlik etdiyi müddətdə belə halın baş verə bilməsi ümumiyyətlə mümkün ola bilməzdi. Əgər Şahid1 "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən qeyd edilən ərazidə aparılması nəzərdə tutulan tikinti ilə bağlı hazırlanmış layihədə bir çox iradlar olduğunu qəbul edirsə və bildirirsə, o halda buna məsul şəxs kimi onları imzalayıb təsdiqləməməli idi. Bu məsuliyyət onun üzərindədir. "xxxx" Mənzil Tikinti Kooperativinin tikinti layihəsinin 2018-ci ildə razılaşdırılması və rəy verilməsindən ötrü Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyil, hansı səbəbdən ancaq Fövqəladə Hallar Nazirliyinin X2 İdarəsinə göndərilməsini izah edən baş memar 2012-ci ildən qeydə alınmış qüsurlar yeni layihədə də aradan qaldırılmadığı üçün faktiki olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin layihəsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəy verməyəcəyini, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsinin isə layihənin dayanıqlığı ilə bağlı müsbət rəy verə biləcəyini göstərməsi isə çox absurd fikirdir. Faktiki olaraq digər şəxslərin adı təsisçi və direktor kimi göstərilsə də, "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti ilə bağlı bütün məsələlərlə şəxsən özünun məşğul olduğunu, bütün qərarları özünün qəbul etdiyini bildirən Şahid2 da Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti işləri aparılması, yəni həmin ərazidə yaşayış evlərinin sökülərək yerində yeni hündürmərtəbəli binaların tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, müraciəti araşdırıldıqdan sonra həmin ərazidə tikinti işlərinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında icazə verildiyini təsdiqləmişdir. Onun da təsdiqinə görə qeyd edilən ərazidə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən heç bir söküntü işi aparılmamış, bütün söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmış, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 13 yanvar 2017-ci il tarixli 7-94/17 saylı məktubu olmuşdur. Bundan başqa həmin ərazidə söküntü işləri ilə bağlı məhkəmə çəkişməsi olmuş, Dilarə Əliyeva küçəsi 149 ünvanında mülkiyyət sahiblərinin iddiası əsasında çəkişmədə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tanınmışdır. Ərazidə yerli əhəmiyyətli memarlıq abidəsinin olmasına dair nə Bakı şəhər İcra Hakimiyyətinin sənədlərində, nə də hər hansı bir başqa layihədə heç bir məlumat göstərilməmiş, Dilarə Əliyeva küçəsi 141 ünvanı ilə bağlı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən söküntü işləri aparılmamış, həmin ev qəzalı vəziyyətdə olduğuna görə bir divarı dağılmışdır. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi də mövcuddur. X28, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən onun bildiyinə görə qeyd edilən binanın yerli əhəmiyyətli tarix və memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülməsi barədə Bakı şəhəri İcra Hakimiyyəti Başçısına heç bir məlumat verilməmiş, həmin binaların siyahısı göndərilməmiş, binaların kimin balansında olması ilə bağlı sorğular təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edildikdən sonra da Bakı şəhəri İcra Hakimiyyəti Başçısına məktub göndərilməmiş, Nəsimi rayonu ərazisində qorunan mədəniyyət abidələrinin siyahısı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının diqqətinə çatdırılmamış, həmçinin abidələrin təsdiqlənmiş siyahıdan çıxarılması qaydası izah edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndində Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin təmin edilməsi ilə bağlı şərt müəyyən edilmişdir. Həmin şərtə əsasən bu işləri görmək "xxxx" Mənzil Tikinti Kooperativinin vəzifəsidir. “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verilməsi və təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. Həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqinin aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsinin təmin edilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rayon planlaşdırma sxemlərinin və layihələrinin, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarının, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələrinin) təsdiq edilməsi, şəhər inzibati ərazi vahidlərinin baş planlarının təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edilməsi, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi, tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X28, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və digər qurumlara müraciət edilməsi təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Yuxarıda sadaladıqları onu göstərir ki, bu vəzifələr məhz Başçıya məxsusdur. Onu da təəccübləndirən hal odur ki, ittihamın məntiqi ilə onun bu sərəncamı imzalayarkən məhz bu və digər maddələrin tələbinə görə onun nə başçı, nə də müavin kimi vəzifəsi və bu vəzifələrdən yaranan səlahiyyətləri hüquqi olaraq olmamışdır. Bu halda ona vəzifə səlahiyyətləri var imiş kimi ittiham verilməsi tam əsassızdır. Yox əgər, onun vəzifəsi qanunsuz idisə o sərəncamı necə imzalaya bilərdi?! Buna hüququ var idimi, yoxsa yox?! Hüququ yoxdursa, onun sırf vəzifə səlahiyyətləri olduğu halda tətbiq edilməsi mümkün olan maddələrdəki əməllərə görə təqsirləndirilməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarına əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əlavə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Bu tələb həmçinin tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Belə çıxır ki, bu maddə nəzərə alındıqda onsuz da onun imzaladığı sərəncam artıq hüquqi qüvvəsini itirmiş hesab olunmalı idi. Onda belə vəziyyətdə o, məsuliyyətə cəlb edilə bilməzdi. Cinayət Məcəlləsi də şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsinin cinayət məsuliyyətinə cəlb etməni istisna etdiyini nəzərdə tutmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin təqdim etdiyi 3/1217 nömrəli 26 dekabr 2018-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, Dilarə Əliyeva küçəsi 141 ünvanında (inventar nömrəsi 3101, 1893cü ildə inşa edilmiş) yerləşən bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********00 nömrəli məktubuna və əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, yəni Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən çoxmənzilli binada X20, X21, X15, X3 və X4 mülkiyyət hüququ ilə məxsus mənzillər mövcuddur. Həmin mənzil sahələrinin mülkiyyət və ya sahiblik hüquqlarının "xxxx" Mənzil Tikinti Kooperativinə verilməsinə dair istintaq orqanına heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 19 mart 2020-ci il tarixli 09/07-1209 saylı məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd olunan ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə əsasında tikinti-quraşdırma işlərinə başlanmışdır. Qeyd etməyi vacib sayır ki, burada sıxlıq əmsalı 1.6 götürülüb. Halbuki, bu qaydalar 2017-də artıq qüvvədə deyildi. İndiki əmsal 3-dür və bu əmsal yandakı qonşu ilə razılaşdırılaraq dəyişdirilə bilər. İbtidai istintaq orqanı buna fikr verməmiş, əsaslandırmada isə olan əmsal 2.2 olaraq müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmamış, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililər sökülmüşdür. Azərbaycan Respublikası Şəhərsalma va Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanin xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Lakin sözügedən layihə üzrə bu normaya əməl olunmamışdır. Amma sadalanan tələblərlə bağlı qeyd edir ki, bu tələblərə riayət olunması vəzifəsi onun özündə yalnız o halda yarana bilərdi ki, bunu memarlar əks-arqument kimi ona yazılı təqdim etmiş olardılar. Amma heç bir belə yazılı əks-arqumentlər yoxdur və olmayıb. Beləliklə, hesab edir ki, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmiş olması haqda istintaqın qənaəti əsassızdır və heç bir ciddi reallığa söykənmir. Son damla qanına qədər dövlətçiliyə sadiq bir insan kimi məhkəmədən təqsirsiz olduğunun qəbul edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin birinci müavini, baş memar Şahid1 göstərdi ki, 1976-cı ildən təyinatla Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə memar kimi göndərilmiş, 2002-ci ilin aprel ayından həmin baş idarənin rəis müavini vəzifəsinə təyin edilmiş, 2007-ci ildən isə həmin Baş İdarənin rəis əvəzi təyin edilmişdir. Rəis əvəzi olsa da, faktiki olaraq rəis vəzifəsini Bakı şəhər İcra hakimiyyəti Başçısının müavini işləmiş Rauf Pənahov icra etmiş, idarənin möhürü və ştampları da Rauf Pənahovda olmuşdur. 2017-ci ildə Rauf Pənahov vəfat edəndən sonra Baş İdarənin fəaliyyətinə Hacıbala Abutalıbov özü şəxsən rəhbərlik etmiş, sonuncu Baş nazirin müavini təyin edildikdən sonra onun səlahiyyətlərini, o cümlədən Baş İdarənin fəaliyyətinə nəzarəti aparat rəhbəri Təqsirləndirilən şəxs həyata keçirmişdir. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildikdən sonra da Baş idarənin möhürünü və ştamplarını ona təqdim etməmiş, möhür və ştamp Təqsirləndirilən şəxs verilmişdir. Sənədlər ümumi şöbədən çıxanda Bakı şəhər İcra hakimiyyətində möhür və ştamplar vurulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən yeni yaşayış binalarının tikintisi ilə bağlı layihə 2012-ci ildən sonra bir neçə dəfə ləğv olunmuş və yenilənmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən qeyd edilən ərazidə aparılması nəzərdə tutulan tikinti ilə bağlı hazırladığı layihənin öyrənilməsindən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 dekabr 2012-ci il tarixli məktubunda bir çox iradlar göstərilsə də, sonradan həmin iradlar nəzərə alınmadan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti aparılmasına icazə verilməsini, eləcə də, həmin ərazidə ilkin layihədə binanın mərtəbəliliyinin - 10+2 çardaq mərtəbəsi - Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsindəki həmin məhəlləyə aid reqlament tələbindən 4 mərtəbə çox olduğu halda sonradan "xxxx" Mənzil Tikinti Kooperativinə 12-14 mərtəbəli binaların tikilməsi ilə bağlı icazə verilməsini və layihənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsini, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üzrə tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd edilən ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə üzrə, yəni ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla tikintiyə icazə verilməsini, bundan başqa Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalı olduğu halda bu normaya əməl olunmadan, belə ki, layihə sənədlərinə əsasən, tikintisi nəzərdə tutulan binanın xarici divarının hündürlüyü 46,5 metr təşkil etdiyi nəzərə alındıqda, yuxarıda göstərilən tələblərə əsasən həmin binanın divarından tikintiyə ayrılmış torpaq sahəsinin sərhədinə qədər məsafə - 46,5x0,6 - 27,9 metr olmadan tikinti aparılmasına icazə verilməsini ancaq onunla izah edə bilər ki, bütün bu normativ tələblərə əməl olunmadığı halda layihənin təsdiqlənib tikintiyə dair sərəncam layihəsinin hazırlanması Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə olan evlərin bir çox hissəsi hələ də sökülmədiyi halda qanunvericiliyin tələbinə əsasən ərazinin sökülməsi ilə bağlı layihə hazırlanmalı, ərazi tam söküləndən sonra digər işlər görülməlidir. Amma bu məsələlərə də əməl olunmamışdır. Artıq tikintinin aparılmış olduğu ərazidəki köhnə tikililələrin də kim tərəfindən söküldüyünü bilmir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə bəzi şəxslərin mülkiyyətində olan mənzillərin alınması ilə bağlı sənədlər təqdim edilsə də ərazidəki bütün evlərin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. Həmin ərazidə olan evlərin qəzalı vəziyyətdə olması səbəbindən Dilarə Əliyeva küçəsi 145 və 141 ünvanlarında yerləşən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə bağlı X28 və Bərpası Xidmətinə sorğu verilib-verilməməsini xatırlamır. "xxxx" Mənzil Tikinti Kooperativinin tikinti layihəsinin 2018-ci ildə razılaşdırılması və rəy verilməsindən ötrü Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyil, hansı səbəbdən ancaq Fövqəladə Hallar Nazirliyinin X2 İdarəsinə göndərilməsi səbəbləri ilə bağlı yalnız onu qeyd edə bilər ki, 2012-ci ildən qeydə alınmış qüsurlar yeni layihədə də aradan qaldırılmadığı üçün faktiki olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin layihəsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəy verməyəcəyi, Fövqəladə Hallar Nazirliyinin X2 İdarəsinin isə layihənin dayanıqlığı ilə bağlı müsbət rəy verə biləcəyinə əminlik olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 3101 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 141 ünvanında yerləşən, 1893-cü ildə inşa edilmiş iki mərtəbəli bina yerli əhəmiyyətli tarix və memarlıq abidəsidir. Dövlət tərəfindən qorunan abidələrin üzərinə daşınmaz tarix və mədəniyyət abidəsi olubolmamasına dair qeyd yazılmış lövhələrin vurulması ilə bağlı məsələ Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarına əsasən tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli fərmanı ilə həmin qaydalar təsdiq edilmiş və lövhələrin vurulması Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Həmin binaların qorunmasını balans saxlayıcısı və rayon icra hakimiyyətləri təmin etməlidirlər. Binalarda aparılan təmir, bərpa, yenidənqurma, sökülmə işləri X28, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə olmalı, bu qaydalara əməl edilmədikdə həmçinin şəxslərin əməllərində inzibati xəta əlamətləri olduqda xidmət tərəfindən protokol tərtib edilməklə inzibati qərar qəbul edilməsi, cinayət məsuliyyəti yaradan hallar olduqda isə aidiyyatı üzrə məlumat verilməsi təmin edilmişdir. Qeyd edilən binanın yerli əhəmiyyətli tarix və memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülməsi barədə 27.07.2015-ci il tarixdə 127-01/DR saylı məktubla Bakı şəhərində yerləşən bütün rayonların icra başçılarına məlumat verilmiş, həmin binaların siyahısı göndərilmiş, binaların kimin balansında olması ilə bağlı sorğular verilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı qəbul edildikdən sonra qeyd edilən bütün rayonların, o cümlədən də Nəsimi rayon icra hakimiyyətinin başçısına 30 mart 2016-cı il tarixdə göndərilmiş məktubda Nəsimi rayonu ərazisində qorunan mədəniyyət abidələrinin siyahısı bir daha rayon icra hakimiyyətinin başçısınin diqqətinə çatdırılmış, həmçinin abidələrin təsdiqlənmiş siyahıdan çıxarılması qaydası izah edilmişdir. 2018-ci ilin sentyabr ayının 14-də onun iştirakı ilə Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan - inventar N: 3101, 1893-cü ildə inşa edilmiş - yaşayış evinə texniki baxış keçirilən zaman abidənin bir tərəfi söküldüyü üçün daxili divarlarda çatlar əmələ gəldiyi, abidəyə konstruktiv müdaxilə olunduğu və binanın bir tərəfinin damının söküldüyü, yan pəncərələrinin çıxarıldığı və taxta lövhələrlə bağlanıldığı müəyyən edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Aktın bir surəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Həmin binanın sökülməsi ilə bağlı əsaslandırılmış bir səbəb olarsa, məsələn binanın qəzalı olub-olmaması, dayanıqlığı barədə Fövqəladə Hallar Nazirliyi mənfi rəy verərsə X28, inkişafı və bərpası üzrə Dövlət Xidməti Elmlər Akademiyasının rəyini aldıqdan sonra Nazirlər Kabinetinə təklif göndərir, Nazirlər Kabineti bununla bağlı qərar qəbul etdikdən sonra abidə sökülə bilər, regenerasiya edilə bilər, yaxud sürüşdürməklə başqa ünvana daşına bilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, "xxxx" Mənzil Tikinti Kooperativi onun tərəfindən təsis edilmiş, ilkin olaraq təsisçilərin siyahısına X16, X22, X26, X17 və X18 adı daxil edilsə də, sonradan 24 sentyabr 2017-ci il tarixdə təsisçilərin siyahısında dəyişiklik edib oğlanları İbrahimov Fərrux və İbrahimov Anar, gəlinləri İbrahimova Aysel və İbrahimova Adilə, həmçinin qardaşı Eldar Rzayev yeni təsisçilər kimi qeydiyyata alınmışdır. 27 noyabr 2017-ci il tarixdə yenidən təsisçilərin siyahısında dəyişiklik edilmiş, gəlini X13, bacısı uşaqları X17 və X14, qardaşı X26 təsisçi kimi qeydiyyata alınmışdır. X14 28 noyabr 2017-ci il tarixdə qanuni nümayəndə kimi qeydiyyata alınmışdır. Faktiki olaraq digər şəxslərin adı təsisçi və direktor kimi göstərilsə də, "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti ilə bağlı məsələlərlə şəxsən özü məşğul olmuş, bütün qərarları özü qəbul etmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif tikinti layihələrini müvəffəqiyyətlə icra edərək başa çatdırmış, üzərinə götürdüyü öhdəliklərin ləyaqətli icrasına, tərəfdaşlarla münasibətlərdə qanuni, vicdanlı və şəffaf fəaliyyətinə görə hörmət qazanmışdır. Uzun illər tikinti sahəsində fəaliyyət göstərən birisi kimi iş prosesində təmasda olduğu bütün icra qurumları, aidiyyəti nəzarətedici orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində işləmiş, etimad qazanmış, tikinti sahəsi ilə bağlı bütün sənədləşmə və icazə prosedurlarını dəqiq bilib tam əməl etdiyindən hər hansı problem yaşamamışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki layihəsi və fəaliyyəti ilə bağlı detalları dəqiqləşdirmədən öncə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparat rəhbəri, sonradan isə həm də başçının müavini vəzifəsi üzrə səlahiyyətləri icra etmiş Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış və bu şəxslə heç vaxt görüşməmişdir. Həm "xxxx" Mənzil Tikinti Kooperativinin layihəsi ilə bağlı görülən işlər üzrə, həm də bütövlükdə özünün biznes fəaliyyəti ilə bağlı özü və ya onunla birgə fəaliyyət göstərən şəxslər, işçiləri heç vaxt birbaşa və ya dolayısı ilə hər hansı məsələ ilə bağlı Təqsirləndirilən şəxs müraciət etməmiş, qəbulunda olmamışlar. Müvafiq icazə sənədləri, təklif olunan laiyihələrin müzakirəsi ilə əlaqədar zərurət yaranan hallarda şəxsən özü dəfələrlə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun qəbulunda olmuşdur. Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunduqdan sonra da ehtiyac yarandığı hallarda birbaşa onun qəbuluna getmiş, bütün münasibətlər işgüzar xarakter daşımış, yeni tikinti layihələri ilə Bakı şəhərinin abadlaşması işinə qoşulan və bu işdə töhvə vermək istəyən iş adamı kimi dövlət qurumlarından həmişə dəstək görmüşdür. Təqsirləndirilən şəxs barəsində "xxxx" Mənzil Tikinti Kooperativinin layihəsi ilə bu və ya digər şəkildə əlaqələndirilən cinayət işi araşdırılmasından da məlumatı olmamışdır. 2012-ci ildə növbəti tikinti layihəsi həyata keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun 17 iyul 2012-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 01 avqust 2012-ci il tarixli 335 №-li sərəncamı ilə faktiki rəhbəri olduğu "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında icazə verilmişdir. Həmin sərəncama əsasən ərazinin və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair layihə sənədlərinin Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi tapşırılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi dövlət qurumunun həmin sərəncamı ilə kooperativə tapşırılmış göstərişləri icra etmək üçün layihələndirmə və tikinti ilə əlaqədar ayrı-ayrı dövlət orqanlarına müraciət edərək müvafiq sənədləri toplamağa başlamışlar. Bu hal üçün qanunla müəyyən olunmuş bütün sənədlər - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin razılıq məktubu, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi, Fövqəladə Hallar Nazirliyi X31 Xidmətinin rəyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki şərti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin texniki şərti, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin texniki şərti, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubu alınmışdır. Həmin sənədlər əsasında "xxxx" Mənzil Tikinti Kooperativinə 01 oktyabr 2012-ci il tarixdə Bakı şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu verilmişdir. Bundan sonra 08 oktyabr 2012-ci il tarixli 0965 saylı torpaq icarə müqaviləsinə 10 aprel 2013-cü il tarixdə dəyişikliklər edilərək 13/26 №-li Ayrıc Aktı təqdim edilmişdir. 18 aprel 2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanladığı məktubda tikinti layihəsinin müvafiq orqanlardan müsbət rəy alındıqdan sonra Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməli olduğu bildirilmişdir. 02 iyul 2013-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu həmin ərazidə yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun layihələndirilməsi məqsədilə ilə aparılmış mühəndis-geoloji işlər barədə müsbət rəy vermişdir. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən kooperativə 03 iyul 2014-cü il tarixli ərazinin seysmoloji vəziyyəti ilə bağlı hesabat təqdim edilmiş və hesabata əsasən tikiləcək binanın birinci blokunun inşası məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 oktyabr 2014-cü tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəslərinin kəsişməsindəki 318, 326, 327, 328, 329, 330 və 331 saylı məhəllələrdə tikintisi nəzərdə tutulan yeni metro stansiyasının təqdim edilmiş sxemə əsasən giriş hissəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə ayrılmış ərazi ilə üst-üstə düşməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müraciəti və tikinti işlərinin aparılmadığı nəzərə alınaraq kooperativə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 01 avqust 2012-ci il tarixli 335 saylı sərəncamı ləğv edilmişdir. Amma bir ildən sonra, yəni 21 oktyabr 2015-ci il tarixdə yenidən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən 438 saylı sərəncam verilərək 01 avqust 2012ci il tarixli 335 saylı sərəncamının ləğv edilməsi haqqında 28 oktyabr 2014-cü il tarixli 512 saylı sərəncamı ləğv edilmişdir. Əslində isə qeyd etdiyi bu son iki sərəncam haqqında "xxxx" Mənzil Tikinti Kooperativinin heç bir məlumatı olmamış, icazə sərəncamının ləğvi, sonradan ləğv edilmə barədə sərəncamın özünün ləğvi ilə bağlı kooperativə hər hansı rəsmi məktub və ya bildiriş göndərilməmiş, ümumiyyətlə şifahi qaydada belə məlumatlandırılmamışlar. Onlar belə sənədləşmələrdən xəbərsiz olaraq qanuni fəaliyyətlərini davam etdirmişlər. Bütün bunlar barədə xeyli sonralar – məlum araşdırmalar zamanı xəbər tutmuşlar. Qeyd olunan ərazidə isə onların məlumatına görə hər hansı metro stansiyasının tikilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bundan sonra, yəni 22 dekabr 2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə tikinti işlərinin başlanması üçün əsas olan 126 №-li Xüsusi Nişan verilmişdir. Xüsusi Nişan Bakı Şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən imzalanmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü ilə təsdiqlənmişdir. Mövcud tikinti qaydalarına görə bu sənədlərin mövcudluğu ilə artıq tikintinin aparılmasına mane ola biləcək hər hansı hal qalmamışdır. Bir məsələni də dəqiqləşdirmək istəyir ki, 01 avqust 2012-ci il tarixli sərəncamın 1.1ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin müvafiq qaydada köçürülməsinin mövcud qanunvericilik əsasında "xxxx" Mənzil Tikinti Kooperativinin vəsaiti hesabına həyata keçirilməsi müəyyənləşdirilmişdir. Amma 2013-cü ildə həmin ərazidə söküntü və təmizlik işlərinə başlamaq istəyərkən Bakı şəhər İcra Hakimiyyətindən ona bildirilmişdir ki, həmin yerin qonşuluğunda və ətraf ərazilərdə «Qış parkı» adlanan parkın tikintisi ilə əlaqədar bütün söküntü işləri bilavasitə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaqdır. Yəni, belə izah olunmuşdur ki, həmin abadlaşdırılmış ərazi rəhbərliyin nəzarətindədir, onların özlərinin söküntü aparacaqları halda torpaq, sair söküntü materiallarını daşıyacaq ağır tonnajlı yük avtomobillərinin parkın ətrafındakı yeni salınmış yollarla ehtiyatsız hərəkəti zədələnmələrə gətirib çıxara bilər. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti bu məsuliyyəti öz üzərinə götürüb söküntü işlərini aparacaqdır. Ona görə də İcra Hakimiyyətinin müəyyənləşdirdiyi bu qaydaya əsasən qarşılıqlı razılaşma əsasında söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmağa başlanılmış, amma kooperativə aid ərazidəki söküntü işlərinin bütün məsrəfləri "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmişdir. Sonradan bu məsələ ilə bağlı anlaşılmazlıq yarandıqda, ünvan 11 ünvanda və ətraf ərazilərdə söküntü işlərinin kim tərəfindən aparılması barədə məlumat verilməsi üçün 06 yanvar 2017-ci il tarixli məktubla kooperativ rəsmi sorğu ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin sorğuya Başçı Hacıbala Abutalıbovun imzaladığı 13 yanvar 2017-ci il tarixli 7-94/17 saylı məktubla cavab verilərək qeyd olunan ünvanda və ətraf ərazilərdə söküntü və abadlıq işlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığı etiraf və təsdiq edilmiş, həmin məktuba şəxsən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun xətti və imzası ilə əlyazma şəklində Dilarə Əliyeva 141 ünvanı da əlavə edilmişdir. Sonradan ərazidəki sakinlərin məhkəmə mübahisələri zamanı qəbul edilmiş məhkəmə sənədlərində, o cümlədən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2014-cü il tarixli 2-2(102)-36/2014 saylı qərarında da Dilarə Əliyeva küçəsindəki söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığı əksini tapmış, həmin mülki işlərdə cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyəti tanınmış və iddiaçılara dəymiş maddi zərərin əvəzinin ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Kooperativ ərazidəki yerli memarlıq abidəsi kimi qeydə alınmış, əslində tam qəzalı vəziyyətdə olan köhnə bina ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət etmiş və Mədəniyyət və Turizm Nazirliyi yanında X28, İnkişafı və Bərpas ıüzrə Dövlət Xidmətinin rəisinin imzası ilə 13 yanvar 2017-ci il tarixli 02- 01/DR-K-1 saylı məktubla "xxxx" Mənzil Tikinti Kooperativinə adı çəkilən yerli əhəmiyyətli memarlıq abidəsinin sökülməsinə etiraz edilmədiyi bildirilmişdir. Bunun ardınca isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 10 fevral 2017-ci il tarixli 56 saylı sərəncamı imzalayaraq Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi nəzərdə tutulan ticarət mərkəzi, ofis və yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslandırmalarını təsdiq etmişdir. Bununla da bütün rəsmi prosedurlar bitmiş və həmin an üçün qanunvericilikdə mövcud olmuş bütün tələblərə əməl edilərək sənədləşmələr tam yekunlaşdırılmışdır. Ona görə də 145 saylı binanın yerində birinci blokun özülü qazılaraq beton işləri görülmüş, tikinti normalarına uyğun qaydada, Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin, habelə digər dövlət qurumlarının nəzarəti altında mərtəbələr qaldırılmağa başlanmışdır. Bu mərhələdən sonra ona Tikinti Məcəlləsində dəyişiklik olduğu bildirilmiş və ona görə də tikintiyə icazə üçün ayrıca sərəncam da alınmasının məsləhət olduğu bildirilmişdir. O da buna etiraz etməmişdir. Amma həm də bu məqsədlə ümumiyyətlə Bakı şəhər İcra Hakimiyyətinə getməmiş və ya kimisə göndərməmişdir. Bütün sənədlər toplusunu rəsmi qaydada Bakı şəhər İcra Hakimiyyətinə göndərmiş və yeni Məcəllənin tələbinə formal əməl edilməsi baxımından lazım olduğu deyilən 31 may 2018-ci il tarixli tikintiyə icazə sərəncamı verilmişdir. Bir daha qeyd edir ki, bundan xeyli əvvəl kooperativə həmin tikintini başlayıb aparmaq üçün bütün hüquqları verən Xüsusi Nişan da təqdim olunmuşdur və məhz həmin sonuncu yekun icra-icazə sənədi əsasında "xxxx" Mənzil Tikinti Kooperativi adı çəkilən ərazidə tikinti işlərini aparmışdır. Bir daha vurğulayır ki, 31 may 2018-ci il tarixli tikintiyə icazə sərəncamını imzaladığı deyilən Təqsirləndirilən şəxs o vaxtlar kim olmasını, hansı vəzifədə çalışmasını bilməmişdir. 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müavini tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 sentyabr 2018-ci il tarixli 05/05-2198 saylı məktubu nəzərə alınması əsası ilə "xxxx" Mənzil Tikinti Kooperativinin Nəsimi rayonunun M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 31 may 2018-ci il tarixli 346 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi barədə sərəncam vermişdir. Hesab edir ki, uzun illər ərzində qanuni sərəncam əsasında görülmüş çoxmilyonluq xərc hesabına köçürmə və tikinti işinin bu şəkildə dayandırılması və ləğvi düzgün sayıla bilməz. Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarının yerli əhəmiyyətli memarlıq abidəsinin olması ilə bağlı sözsöhbətlər başlanarkən onların tərəfindən bununla bağlı ayrı-ayrı dövlət orqanlarına müraciət olunmuş və müsbət rəylər, yəni yerli əhəmiyyətli memarlıq abidəsinin tam yararsız vəziyyətdə olmasını təsdiq edən rəsmi sənədlər alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin 30 oktyabr 2018-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 13 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası qəzalı vəziyyətdədir, həmin ərazidən sakinlər dərhal çıxarılmalı, yaşayış binasının istismarı dayandırılmalı, həmin binaya gələn bütün kommunikasiya xətləri kəsilməli, yaşayış binasına giriş qadağan edilməli, bina çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. 13 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini X9 Hallar nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müavini Eldar Əzizova rəsmi məktub ünvanlayaraq bildirmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi barədə obyektin layihələndirilməsinə və tikintisinə icazə sənədləri aidiyyətı dövlət orqanları ilə razılaşdırıldıqdan sonra dövlət ekspertizasından keçirilərək müsbət rəy alınmış, araşdırmalar zamanı söküntüsü nəzərdə tutulan binanın tarixi və mədəni abidələrin siyahısında olması və tikintiyə icazə verilmiş ərazidə park tikintisinin nəzərdə tutulması kimi iradlar öz təsdiqini tapmamış, ona görə də tikintiyə yaradılmış maneələrə son qoyularaq 10 gün müdətində Nazirlər Kabinetinə məlumat verilməsi tələb olunur. Bundan başqa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X28, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat layihə institunun direktoru 13 mart 2019-cu il tarixli 26 №-li məktubla X28, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin rəhbərinə müraciət edərək bildirmişdir ki, Dilarə Əliyeva küçəsi 141 ünvanının bir divarının uçmasına səbəb birinci mərtəbədə yaşayan mənzilin sahibi tərəfindən mənzilin içərisindən döşəməni fundament səviyyəsindən aşağı qazaraq özünə yeni otaq yaratmasıdır, bu fakt binanın dayanıqlılığına mənfi təsir göstərmişdir. Bundan başqa yaxınlıqda «Qış parkı» üçün yeraltı avtodayanacağın tikintisi zamanı ağır texnikaların hərəkətinin də həmin binaya mənfi təsiri qeyd edilmişdir və həmin binanın bərpa edilməsi məqsədəmüvafiq hesab olunmur. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun verdiyi 23 aprel 2019-cu il tarixli 57-92 №-li rəydə də Dilarə Əliyeva küçəsi 141 ünvanındakı yerli əhəmiyyətli memarlıq abidəsinin vəziyyətinin qənaətbəxş olmaması, bərpa edilməsinin məqsədəmüvafiq hesab olunmaması və abidənin yerli abidələr siyahısından çıxarılmasına etiraz olunmaması qeyd edilmişdir. Verilmiş bu rəsmi rəy Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən 26 aprel 2019-cu il tarixli 01-3/373 №-li məktubla Azərbaycan Respublikasının Baş Nazirinin müavininə göndərilərək abidənin yerli əhəmiyyətli abidələr siyahısından çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Bütün bu sənədlər toplusu əsasında Dilarə Əliyeva küçəsi 141 ünvanındakı köhnə tikilinin yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması barədə Nazirlər Kabinetinin qərarının layihəsi hazırlanmış, lakin məlum araşdırmalarla əlaqədar onun imzalanması saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru imperativ xarakterli 24 iyul 2019-cu il tarixli məktubla Fövqəladə Hallar nazirinə müraciət edərək Dilarə Əliyeva küçəsi 141 ünvanı qanunsuz söküldüyü üçün "xxxx" Mənzil Tikinti Kooperativi barəsində cinayət işi açıldığından ətraf ərazilərin nəzarətə götürülməsi tələb edilmişdir. Bir daha qeyd edir ki, sözügedən ərazidə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən hər hansı söküntü işləri aparılmamışdır. Həmin ərazidə söküntü işlərini birbaşa və bilavasitə ünvan 15 ünvanında bina ümumiyyətlə sökülməmişdir, hazırda da yerindədir, dövlət orqanlarının həmin binanın boşaldılması ilə bağlı rəsmi rəyi olsa da həmin binada hal-hazırda da sakinlər yaşayır. Bu köhnə və faktiki olaraq istismara tam yararsız olan binanın yan divarı orada yaşayan sakinin qanunsuz apardığı tikinti işi, zirzəmini qazıyıb iri yük maşınları ilə külli miqdarda torpağı çıxardaraq özülü boşaltması nəticəsində uçmuşdır. "xxxx" Mənzil Tikinti Kooperativinə bütün icazə sənədləri, rəylər qanuni şəkildə dövlət orqanları tərəfindən verilmişdir. İlk sərəncamın verildiyi 2012-ci ildən etibarən həmin ərazidə tikintiyə başlanması üçün "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən çox böyük həcmli işlər görülmüş, milyonlarla vəsait xərclənmişdir. O cümlədən məlum məhəllədə yaşayan sakinlərlə onların köçürülməsi üçün müvafiq alqı-satqı müqavilələri bağlanaraq külli miqdarda pullar ödənilmiş, sakinlərin bir qismi ilə onların köhnə evlərinin yerində tikiləcək yeni binalardan mənzillər verilməsinə dair müqavilələr imzalanmışdır. Xeyli sakin isə ərazidən köçürülərək kirayə mənzillərə yerləşdirilmişdir və hal-hazırda da həmin sakinlərə aylıq kirayə haqları onların tərəfindən ödənilməkdə davam etdirilir. Tikinti üçün lazım olan maliyyə dəstəyinin göstərilməsi üçün başqa sahibkarlarla da müqavilələr imzalamış, hətta həmin maya qoyan sahibkarlarla aralarında mülki məhkəmə qaydasında payların müəyyənləşdirilməsi ilə bağlı məhkəmələr qətnamələr də qəbul etmişdir. Hazırkı ifadəsində səsləndirdiyi məqamlarla bağlı bütün rəsmi sənədlər mövcuddur və onların surətlərini məhkəməyə təqdim edir. Bir daha qeyd etməyi vacib sayır ki, vaxtilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparat rəhbəri, sonradan isə həm də başçının müavini vəzifəsi üzrə səlahiyyətləri icra etmiş Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə tanımamış və görməmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti ilə bağlı heç bir təması olmamışdır. Təqsirləndirilən şəxs "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlı imzaladığı sərəncam isə məhz yuxarıda tam ardıcıllıqla sadaladığı bütün sənədləşmə prosesləri bitdikdən xeyli sonra - yeni Tikinti Məcəlləsinin tələblərindən çıxış edilərək zəruri olduğu bildirilmiş sənəd olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının üzərində gerb olan blankında tərtib edilmiş 346 nömrəli 31 may 2018-ci il tarixli sərəncamın məzmunundan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 24 may 2018-ci il tarixli 28/18 saylı müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məclləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 saylı sərəncamına istinad edilməklə Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativinə ofis və yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin Sərəncam Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmin sərəncam içərisində “Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı” və “Sənədləri rəsmiləşdirmə və protokollaşdırma sektoru” yazılmış dairəvi möhürlə təsdiq edilmişdir (cild 01, iş vərəqə 31). Bakı şəhər İcra Hakimiyyəti başçısının “Təqsirləndirilən şəxs haqqında” 20 sentyabr 2017-ci il tarixli 430 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Rauf Pənahovun vəfatı ilə əlaqədar Başçının müavini vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Aparatın rəhbəri Təqsirləndirilən şəxs həvalə edilmişdir (cild 01, iş vərəqə 42-44). Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.08.2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndində Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin təmin edilməsi ilə bağlı şərt müəyyən edilmişdir (cild 01, iş vərəqə 34). Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. Həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqinin aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsinin təmin edilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rayon planlaşdırma sxemlərinin və layihələrinin, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarının, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələrinin) təsdiq edilməsi, şəhər inzibati ərazi vahidlərinin baş planlarının təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edilməsi, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi, tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X28, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və digər qurumlara müraciət edilməsi təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Həmçinin qeyd edilən Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verilməsi və təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları mövcuddur (cild 01, iş vərəqə 245-267). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarından müəyyən olunur ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, yəni Dilarə Əliyeva küçəsi 141 ünvanında (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yerləşən bina yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur (cild 01, iş vərəqə 268-269). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarına əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əlavə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Bu tələb həmçinin tikinti obyektlərinin sökülməsinə də şamil edilir (cild 01, iş vərəqə 270-273). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01.04.2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaların 5.7-ci bəndinə əsasən istehsalat və qeyri-istehsalat təyinatlı obyektlər üzrə tikintinin təşkilinə dair həllər layihənin tikinti işlərinin təşkili bölməsində, tikinti obyektləri söküldükdə isə tikinti obyektinin sökülməsi layihəsində hazırlanır. Həmçinin həmin normaların 6.3-cü bəndi və növbəti yarımbəndlərinə əsasən tikinti obyektlərinin sökülməsi ilə əlaqədar işlər söküntü işlərinin təşkili layihəsinə uyğun olaraq yerinə yetirilməlidir. Söküntü işlərinin təşkili layihəsinə sökülməli olan tikinti obyektlərinin siyahısı, söküntü üsulu, eləcə də tikinti obyektindəki işçilərin, əhalinin, ətraf mühitin və mühəndis infrastrukturunun, o cümlədən mövcud yeraltı kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri texniki həllər daxildir. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri onların istismardan çıxarılması anından başlayaraq sökülməsi anına qədər təhlükəsiz vəziyyətə, yəni əhaliyə və ətraf mühitə təsadüfən ziyanın vurulması hallarını istisna edəcək vəziyyətə gətirilməlidir (tikinti meydançasının hasarlanması, təchizat müəssisələrinin qabaqcadan məlumatlandırılması, onlar tərəfindən göstərilən xidmətlərin fiziki dayandırılması, kommunikasiyaların ayrılması, mövcud maye qablarının boşaldılması, təhlükəli və zəhərli maddələrin kənarlaşdırılması, dayanıqsız konstruksiyaların gücləndirilməsi və ya sökülməsi və s.). Kənar şəxslərin bu binalara icazəsiz daxil olmalarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülməlidir (cild 01, iş vərəqə 270-273). “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (cild 01, iş vərəqə 284). “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində birinci və ikinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Fərmanın 2.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsinin ikinci hissəsində ikinci halda və üçüncü hissəsində üçüncü halda, nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bundan başqa Fərmanın 2.10-cu bəndinə əsasən Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” X23 qoruqlarının ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Həmçinin Fərmanın 2.1-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır (cild 01, iş vərəqə 285-290). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarının hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır (cild 01, iş vərəqə 291-293). Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin təqdim etdiyi 26 dekabr 2018-ci il tarixli 3/1217 nömrəli məktuba əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, Dilarə Əliyeva küçəsi 141 ünvanında (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yerləşən bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır (cild 01, iş vərəqə 82). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********00 nömrəli məktubuna və əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, yəni Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən çoxmənzilli binada X20, X21, X15, X3 və X4 mülkiyyət hüquqi ilə məxsus mənzillər mövcuddur. Həmin mənzil sahələrinin mülkiyyət və ya sahiblik hüquqlarının "xxxx" Mənzil Tikinti Kooperativinə verilməsinə dair ibtidai istintaq orqanına heç bir sənəd təqdim edilməmişdir (cild 01, iş vərəqə 122-153). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09/07-1209 saylı 19 mart 2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd olunan ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə əsasında tikinti-quraşdırma işlərinə başlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01.04.2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmamış, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililər sökülmüşdür. Azərbaycan Respublikası Şəhərsalma va Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Lakin sözügedən layihə üzrə bu normaya əməl olunmamışdır (cild 01, iş vərəqə 218-219). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istintaq zamanı tədqiq olunan bina üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat institutunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar və tərtib edilmiş müvafiq rəylər, hesabat və məktublar əsasında 20 may 2020-ci il tarixli 29453 nömrəli rəy tərtib edilmişdir. Rəyə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalı olduğu halda bu normaya əməl olunmamışdır. Belə ki, layihə sənədlərinə əsasən, tikintisi nəzərdə tutulan binanın xarici divarının hündürlüyü 46,5 metr təşkil etdiyi nəzərə alındıqda, yuxarıda göstərilən tələblərə əsasən həmin binanın divarından tikintiyə ayrılmış torpaq sahəsinin sərhədinə qədər məsafə (46,5x0,6) 27,9 metr olmalıdır. Bundan başqa Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələbləri pozularaq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üzrə tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd edilən ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə layihə hazırlanmışdır (cild 01, iş vərəqə 223-233). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 260). Yaşayış və iş yerləri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü uşağı vardır (cild 3, iş vərəqə 71). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-2.3-cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əvvəllər məhkum olunmamasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsini, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 02 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 1-4, 29-41). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 346 nömrəli 31 may 2018-ci il tarixli sərəncamı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlundan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45, 262). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci və 314-2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 346 nömrəli 31 may 2018-ci il tarixli sərəncamı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1511/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1511/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver