Məhkəmə qərarları › İş №1(101)-1512/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1512/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1512/2024 02.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Vətən müharibəsi iştirakçısı olmasını ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı, heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baloğlan” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 31156,748 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2300 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda 2710 qram çəkidə narkotik vasitə heroin əldə edərək, narkotik vasitə qurudulmuş marixuananın 156,748 qram çəkidə olan hissəsini üzərində, qalan 31000,0 qram hissəsini isə idarə etdiyi “Toyota Rav 4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib saxlayaraq Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX-nin tağımının stasionar postunun yaxınlığına, digər külli miqdarda 2300 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda 2710 qram çəkidə narkotik vasitə heroini isə yaşadığı ünvan 4 ünvanına daşımış, qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında DİNnin BNMİ-nin X10 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 23:45-də Ələt- Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunda idarə etdiyi “Toyota Rav 4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobildə olduğu zaman saxlanılaraq həmin postun inzibati binasına gətirilərək orada xx.xx.2023-cü il tarixdə, saat 01:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının iç hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd qara rəngli sellofan bükümdə 156,748 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 01:50-dən etibarən Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunun inzibati binasının həyətində Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə idarə etdiyi “Toyota Rav 4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerində olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 07 ədəd bağlamalarda ayrı-ayrılıqda 5420,0 qram, 3940,0 qram, 4930,0 qram, 4550,0 qram, 4460,0 qram, 4310,0 qram, 3390,0 qram olmaqla ümumilikdə külli miqdarda 31000,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, əmaliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 12:42-dən etibarən kirayədə yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman mənzildən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd bağlamalarda ayrı-ayrılıqda 995 qram, 995 qram və 720 qram olmaqla ümumi çəkisi külli miqdarda 2710 qram çəkidə narkotik vasitə heroin, 3 ədəd bağlamalarda ayrı-ayrılıqda 995 qram, 995 qram və 310 qram olmaqla ümumi çəkisi külli miqdarda 2300 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, marixuana istifadəçisidir və xx.xx.2023-cü il tarixdə Bakıdan Masallı rayonuna öz şəxsi istifadəsi üçün əvvəlcədən tanıdığı və Baloğlan adlı iranlı tərəfindən Masallı rayonu “58-ci km” nişanının altına qoyulmuş 100 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana götürmək üçün getmişdir. Masallı postuna yaxınlaşdıqda postun bağlandığını görmüş və dayanmışdır. Həmin zaman 7-8 nəfər gəlib, avtomobili əhatəyə almış, sonra avtomobilin qapısını açmağı tələb etmiş, o, əli ilə onlara 1 dəqiqə dayanın işarəsi edib, qapını açmış onlarda dərhal onun əlini qandallamışlar. Onu düşürdüb, maşının arxa oturacağına otuzdurmuşlar, hər tərəfində də 1 polis əməkdaşı əyləşmişdir. Tural adlı polis əməkdaşı maşınında 2 ədəd telefonu, evin açarını, bank kartlarını, 100 qram marixuananı və maşının sahibinə aid olan qadın pul qabısını götürmüşdür. Daha sonra onu öz maşınlarına əyləşdirib orada 30-40 dəqiqə saxladıqdan sonra polis əməkdaşı əlində 156 qram marixuana ilə gələrək həmin maddənin ona aid olmasını və şəxsi istifadəsi üçün iranlıdan almasına dair ifadə verməsini tələb etmişdir. O, bu zaman yalnız 100 qram marixuananın onun olduğunu bildirsə də, polis əməkdaşı həmin bükülünün də eyni çəkidə olduğunu və üzərinə qoymasını, çəkiliş zamanı isə ona məxsus olmasını və etiraf etməsini tapşırmışdır. O da təziq altında olduğu üçün ona deyilənləri kamera qarşısında etiraf etmişdir. Bundan sonra ona avtomobilində baxış keçirəcəklərini bildirdikdə o, avtomobilində qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı maddənin və ya predmetin olmamasını bildirmişdi. Polis əməkdaşları isə psixi təziq altında kamera qarşısında onun avtomobilində qurudulmuş marixuananın olmasını və etiraf etməsini ona tapşırmışlar. Bundan sonra avtomobilin yük hissəsindən altı və ya yeddi bağlama qurudulmuş marixuana aşkar olunmuş, ümumi çəkisi 31 kq təşkil etmiş və videoçəkiliş zamanı təziq altında olduğu üçün həmin bağlamaların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra 7 nəfər polis əməkdaşı onun avtomobilinin qeydiyyat nömrəsini dəyişərək onu həmin gecə Bakıya gətirmişlər. Ondan marixuananı hara qoyacağını soruşduqda o, təkrarən şəxsi istifadəsi üçün aldığını vurğulamışdır. Sonradan ona harda yaşadığını soruşduqda o da onlara 4-cü Mikrorayonda yaşadığını, əlində olan açarların isə birinin atasıgilin digərinin isə kirayə yaşadığı evin açarları olduğunu bildirmişdir. Sonradan həmin ünvana getmişlər, o da evlərinin yerini göstərmişdir. Daha sonra isə həmin gecə onlar Lənkəran şəhərinə qayıtmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23-24 radələrində Ələt-Astara avtomobil yolu ilə Bakı istiqamətinə idarə etdiyi “Toyota Rav-4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Masallı rayonu ərazisində yerləşən yol polisinin stasionar postunda mülki geyimdə olan şəxslər avtomaşını saxlatdırmış və özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları yol polisi postunun həyətinə gətirmişlər. Postun həyətində idarə etdiyi avtomaşının qapılarını və yük yerini açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra inzibati binanın otaqlarının birində vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik vasitə marixuana qəbul etmiş, marixuanadan başqa digər narkotik maddələrdən qəbul etmədiyini bildirmişdir. Sonra üzərində qanunsuz əşya və maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əlindəki dəri materialdan olan kiçik ölçülü çantanı və əynində olan idman şalvarının iç hissəsində gizlətdiyi 1 ədəd qara rəngli selofan bükülüdə olan marixuananı çıxarıb təqdim edərək təqdim etdiyi bükülünün içərisində narkotik vasitə marixuana var və həmin maddə özünə məxsusdur. Həbsdə olmuş dostunun vasitəsi ilə tanış olduğu və əvvəllər İranda olarkən görüşdüyü Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərilmişdir, bundan başqa idarə etdiyi avtomaşında olan torbadakı narkotik vasitəni Baloğlan göndərmişdir, özü tək gəlib Lənkəran ərazisində magistral avtomobil yolunun kənarından götürmüş, təqdim etdiyi bükümdəki marixuananı özü qəbul etmək üçün göndərilmiş, avtomaşında olan narkotik vasitəni isə Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqmış və bunun müqabilində 3500 manat pul kart hesabına köçürüləcək idi. Təqdim etdiyi selofan bükülünün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi aşkar olunaraq götürülmüşdür. Sonra təqdim etdiyi çantanın içərisinə baxıldıqda içərisində 1 ədəd avtomaşın açarı, 1 ədəd “Leobank” a aid plastik kart, “Samsung” va “lphone” markalı mobil telefonları, 1 ədəd alışqan, evlərinin 3 ədəd qapı açarı, cəmi 19 manat pul, 1 ədəd yol vərəqi və üzərində dua yazısı yazılmış vərəq parçası aşkar olunmuşdur. Avtomaşının açarı geri qaytarılmış, digər əşyalar isə götürülərək protokola əlavə olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi mobil telefonlardan «lphone» markalı mobil telefonun üzərində adına olan ***-***-**-** nar nömrə kartı var, digər mobil telefonda nömrə kartı yoxdur, hər iki mobil telefonda olan «Whatsapp»ı özü işlətmişdir. Təqdim etdiyi sellofan bükülü elektron tərəzidə çəkildikdə qurudulmuş marixuana kütləsi 190 qram çəkidə olmuş, həmin sellofan bükülü zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Sonra verilən sualları tam başa düşdüyünü bildirmişdir. Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, heç bir şikayəti və ya vəsatəti yoxdur, Baloğlan adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış, Baloğlan narkotik vasitəni Lənkəran ərazisinə atdırdığını demiş, bu barədə şəkil də göndərmiş, özü gəlib deyilən yerdən narkotik maddəni götürmüşdür. Bundan sonra vəkilin, polis əməkdaşları ilə birlikdə yol polis postunun həyətində saxladığı idarə etdiyi avtomaşının yanına gəlmiş və “Toyota Rav- 4” markalı, **-NA-*** nömrə nişanlı avtomaşına video çəkilişlə razılıq ərizəsinə əsasən baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik vasitə marixuana qəbul etmişdir. Saxlanılmağı, müdafiə hüququnun təmin edilməsi, şübhəli şəxs qismində tutulmağı, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunması, Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərildiyi və avtomaşında da narkotik maddə olduğunu qeyd etməyi barədə məlumat verilmişdir. Sonra isə idarə etdiyi “Toyota Rav-4” markalı avtomaşına baxış keçirilərkən avtomaşında qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra idarə etdiyi avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerindən 1 ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda 7 ədəd qara rəngli selofan bükülülərdə qurudulmuş marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkildikdə 4 ədəd bükülüdə olan kütlə 17 kiloqram 250 qram çəkidə və 3 ədəd bükülüdə olan kütlə isə 14 kiloqram 690 qram çəkidə olmuşdur. Sonra isə həmin selofan bükülülər aşkar olunmuş sintetik torbaya yerləşdirilmiş, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Baxış zamanı idarə etdiyi avtomaşından başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əldə etdiyi torbadakı narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacaqmış və bunun müqabilində 3,500 manat pul kart hesabına yüklənəcək idi. Saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Sonra verilən sualları tam başa düşdüyünü bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi və idarə etdiyi avtomaşına baxış keçirilməsi barədə ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, o, İİR-nın vətəndaşı “Baloğlan” adlı şəxsdən 31 kq-a yaxın marixuananı onun dediyi yerə qoyacağı müqabilində 3500 manata yaxın bank kartına pul vuracağını, üzərindən aşkar edilmiş 190 qrama yaxın narkotik vasitə qurudulmuş marixuananı isə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuananın olması barədə başqa şəxslərin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və orada almış psixoloji sarsıntılardan sonra narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. O, narkotik vasitənin digər növü olan heroindən və psixotrop maddə olan metamfetamindən heç vaxt istifadə etməmişdir. Belə ki, marixuananın Masallıdan gedib Baloğlan adlı iranlıdan almasının səbəbi isə qiymətinin daha ucuz başa gəlməsi ilə əlaqədar olmuşdur. Həmin iranlını 10 ildir ki, tanıyır və onun dostudur. Onun evinin açarlarını polis əməkdaşları götürmüş və evinə narkotik vasitələrini və psixotrop maddəni məhz onlar qoymuşlar. Həmçinin bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən yalnız psixi təsir göstərilmiş, lakin bu barədə o, heç bir orqana şikayət və vəsatət verməmişdir. Məhkəməyədək istintaq dövründə törətmədiyi cinayət əməlinin etiraf etməsinin səbəbi isə polis əməkdaşlarının onu hədələyərək tanış olduğu və idarə etdiyi avtomobilin sahibi olan xanımın da cinayət məhsuliyyətə cəlb edilməsi ilə əlaqədar olmuşdur. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ata və anasının yaşlı olmalarını və evi tək dolandıran şəxs, həmçinin “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medallarının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış, avtomobilə və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, “Samsung” markalı mobil telefonda olan səs yazışması, eləcə "xxxx", "xxxx" və "xxxx" MMC-dən əldə edilmiş anten dairəsinə dair məlumatlar və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ CBRŞ-nın rəhbərliyinə məruzə edilərək sonuncunun müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmış və BNMİ CBRŞ-nın əməkdaşları – baş əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid3, polis nəfəri Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Ələt- Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postuna yollanmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 23:45-də Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunda olduğları zaman “Toyota Rav-4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmiş, sonuncu özünü təqdim edərək sonra Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonuncu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün həmin stasionar postun inzibati binasına dəvət edilmişdir. Posta gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, sonuncu siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə vəkil X8 dəvət olunaraq ona təqdim оlunmuşdur. Təqsirləndirilən şəxs hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmişdir və sonuncunun müdafiəçisinə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi kоnfidеnsiаl ünsiyyət sахlаdıqdan sonra sonuncu şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Sonuncu buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əlindəki dəri materialdan olan kiçik ölçülü çantanı və əynində olan idman şalvarının iç hissəsində 1 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə marixuana var, özünə məxsusdur. Həbsdə olmuş dostunun vasitəsi ilə tanış olduğu və əvvəllər İranda görüşdüyü Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərilmiş, bundan başqa idarə etdiyi avtomaşında olan torbadakı narkotik vasitəni Baloğlan göndərmiş, özü tək gəlib Lənkəran ərazisində magistral avtomobil yolunun kənarından götürmüş, təqdim etdiyi bükümdəki marixuananı özü qəbul etmək üçün göndərilmiş, avtomaşında olan narkotik vasitəni isə Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacağını və bunun müqabilində 3,500 manat pul onun kart hesabına köçürüləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülünün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonuncunun təqdim etdiyi çantanın içərisinə baxış keçirilmiş və içərisində 1 ədəd avtomaşın açarı, 1 ədəd “Leobank”a aid plastik kart, 1 ədəd “Samsung” markalı, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd alışqan, ev qapısına aid 3 ədəd qapı açarı, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olmaqla cəmi 19 manat pul, 1 ədəd yol vərəqi və üzərində yazılar yazılmış vərəq parçası aşkar olunmuşdur. Aşkar olunmuş avtomaşın açarı avtomaşına baxış keçirilərkən istifadə ediləcəyinə görə Təqsirləndirilən şəxs qaytarılmış, digər əşyalar isə material üzrə əhəmiyyət kəsb etdiyinə görə çanta ilə birlikdə götürülərək protokola əlavə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Sonuncuya verilən suallara cavab olaraq təqdim etdiyi mobil telefonlardan “İphone” markalı mobil telefonun üzərində öz adına olan ***-***-**-** nar nömrə kartının olmasını, digər mobil telefonda nömrə kartının olmadığını, hər iki mobil telefonda olan “Whatsapp”ı özü işlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlə 190 qram çəkidə olmuşdur. Sonra həmin sellofan bükülü zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Sonuncuya verilən suallara cavab olaraq saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Müdafiəçi V.Həbibov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq heç bir şikayəti və ya vəsatəti olmadığını, Baloğlan adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, sonuncu ona narkotik vasitəni Lənkəran ərazisində atdırdığını, bu barədə ona şəkil göndərdiyini və özü gəlib deyilən yerdən narkotik maddəni götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması keçirilən zaman idarə etdiyi “Toyota Rav-4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Rav-4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobilinə saxlanıldığı postun inzibatı binasının həyətində baxış və götürmə keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o, idarə etdiyi avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerindən 1 ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda 07 ədəd qara rəngli sellofan bükülülərdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş və götürülmüşdür. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildikdə 4 ədəd bükülüdə olan kütlə 17 kiloqram 250 qram çəkidə və 3 ədəd bükülüdə olan kütlə isə 14 kiloqram 690 qram çəkidə olmaqla cəmi 31 kiloqram 940 qram çəkidə olmuşdur. Sonra həmin sellofan bükülülər aşkar olunmuş sintetik torbaya qoyulmuş, torbanın üstü DİN-in Zərflər üçün möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından baxış zamanı başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əldə etdiyi torbadakı narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacağını və bunun müqabilində 3,500 manat pul kart hesabına yüklənəcəyini bildirmişdir. Saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu və verilən sualları tam başa düşdüyünü bildirmişdir. Protokol iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında polis nəfəri Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsinə və axtarış aparılmasına başlanılmışdır. Baxışdan əvvəl Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra o, yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib yataq otağındakı şkafın orta aşağı çəkməsindən üzərində “Bravo” yazısı həkk olunmuş sintetik torbanı və evin qonaq otağında olan divanın sağ küncündə 2 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim olunmuş torbanın içərisindən 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə, 1 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddə və 2 ədəd elektron tərəzi, digər 2 ədəd bağlamalardan isə hər birinin içərisində 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Aşkar edilmiş maddələr oxşar çeşidliyinə görə elektron tərəzi vasitəsilə çəkilərək ümumilikdə 3 ədəd sellofan bağlamada heroinə oxşar maddə 2 kq 795 qr və ümumilikdə 3 ədəd sellofan bağlamada metamfetaminə oxşar maddə isə 2 kq 360 qr olaraq 2 ədəd elektron tərəzi ilə birlikdə 1 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddələrin müvafiq olaraq “kakos” və «şüşə» adlı narkotik maddə olduğunu bildirərək özünə məxsus olduğunu, İran vətəndaşı kimi tanıdığı “Baloğlan” adlı şəxsdən əldə edib sonuncunun deyəcəyi yerlərə qoyması məqsədi ilə evdə saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:45-də saxlamışlar, onlar həmin gecə Bakıya gəlməmişlər, Təqsirləndirilən şəxs Bakı şəhərində olan evinin açarı təhqiqatçıda olub. Həmçinin bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsinin polis nəfərləri Şahid3, Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs əlindəki dəri materialdan olan kiçik ölçülü çantanı və əynində olan idman şalvarının iç hissəsində 1 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə marixuana var, özünə məxsusdur. Həbsdə olmuş dostunun vasitəsi ilə tanış olduğu və əvvəllər İranda görüşdüyü Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərilmiş, bundan başqa idarə etdiyi avtomaşında olan torbadakı narkotik vasitəni Baloğlan göndərmiş, özü tək gəlib Lənkəran ərazisində magistral avtomobil yolunun kənarından götürmüş, təqdim etdiyi bükümdəki marixuananı özü qəbul etmək üçün göndərilmiş, avtomaşında olan narkotik vasitəni isə Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacağını və bunun müqabilində 3,500 manat pul onun kart hesabına köçürüləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülünün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonuncunun təqdim etdiyi çantanın içərisinə baxış keçirilmiş və içərisində 1 ədəd avtomaşın açarı, 1 ədəd “Leobank”a aid plastik kart, 1 ədəd “Samsung” markalı, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd alışqan, ev qapısına aid 3 ədəd qapı açarı, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olmaqla cəmi 19 manat pul, 1 ədəd yol vərəqi və üzərində yazılar yazılmış vərəq parçası aşkar olunmuşdur. Aşkar olunmuş avtomaşın açarı avtomaşına baxış keçirilərkən istifadə ediləcəyinə görə Təqsirləndirilən şəxs qaytarılmış, digər əşyalar isə material üzrə əhəmiyyət kəsb etdiyinə görə çanta ilə birlikdə götürülərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi mobil telefonlardan “İphone” markalı mobil telefonun üzərində öz adına olan ***-***-**-** nar nömrə kartının olmasını, digər mobil telefonda nömrə kartının olmadığını, hər iki mobil telefonda olan “Whatsapp”ı özü işlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlə 190 qram çəkidə olmuşdur. Sonra həmin sellofan bükülü zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Sonuncuya verilən suallara cavab olaraq saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Müdafiəçi V.Həbibov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq heç bir şikayəti və ya vəsatəti olmadığını, Baloğlan adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, sonuncu ona narkotik vasitəni Lənkəran ərazisində atdırdığını, bu barədə ona şəkil göndərdiyini və özü gəlib deyilən yerdən narkotik maddəni götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması keçirilən zaman idarə etdiyi “Toyota Rav-4” markalı, **-NA- *** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Rav-4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobilinə saxlanıldığı postun inzibatı binasının həyətində baxış və götürmə keçirilməsinə başlanılmış və avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerindən 1 ədəd sintetik torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda 7 ədəd qara rəngli sellofan bükülülərdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş və götürülmüşdür. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildikdə 4 ədəd bükülüdə olan kütlə 17 kiloqram 250 qram çəkidə və 3 ədəd bükülüdə olan kütlə isə 14 kiloqram 690 qram çəkidə olmaqla cəmi 31 kiloqram 940 qram çəkidə olmuşdur. Sonra həmin sellofan bükülülər aşkar olunmuş sintetik torbaya qoyulmuş, torbanın üstü DİN-in Zərflər üçün möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi torbadakı narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyacağını və bunun müqabilində 3,500 manat pul kart hesabına yüklənəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında polis nəfəri Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsinə və axtarış aparılmasına başlanılmış, Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra o, yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib yataq otağındakı şkafın orta aşağı çəkməsindən üzərində “Bravo” yazısı həkk olunmuş sintetik torbanı və evin qonaq otağında olan divanın sağ küncündə 2 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim olunmuş torbanın içərisindən 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə, 1 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddə və 2 ədəd elektron tərəzi, digər 2 ədəd bağlamalardan isə hər birinin içərisində 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Aşkar edilmiş maddələr oxşar çeşidliyinə görə elektron tərəzi vasitəsilə çəkilərək ümumilikdə 3 ədəd sellofan bağlamada heroinə oxşar maddə 2 kq 795 qr və ümumilikdə 3 ədəd sellofan bağlamada metamfetaminə oxşar maddə isə 2 kq 360 qr olaraq 2 ədəd elektron tərəzi ilə birlikdə 1 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddələrin müvafiq olaraq “kakos” və «şüşə» adlı narkotik maddə olduğunu bildirərək özünə məxsus olduğunu, İran vətəndaşı kimi tanıdığı “Baloğlan” adlı şəxsdən əldə edib sonuncunun deyəcəyi yerlərə qoyması məqsədi ilə evdə saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Baş Mütəşəkkillə təhvil vermişlər. Onlar həmin tarixdə Bakı şəhərinə gəlməmişlər, yalnız xx.xx.2023-cü il tarixdə evinə baxış keçirmişlər. Həmçinin bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq daşıması və satması ilə bağlı olmuşdur. Sonuncunun maşınından telefon, bank kartları, meşokda marixuana aşkar olunmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12-nin yarısı ya da 12-yə qalmış saxlanılmış, səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı ərazisinə gətirilərək təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara “Baloğlan” adlı iranlı şəxslə telefon vasitəsi ilə əlaqə saxladığını, onunla dost olduğunu, marixuananın Lənkərandan götürməsini, Bakıda deyəcəyi yerlərə qoymasını bildirmişdir. Həmçinin bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbənin əməliyyat müvəkkili Şahid4 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 176-177-ci vərəqələrində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)-199/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbənin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin BMCMİ-nin İİ-nin müstəntiqi M.K.Əliyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsi və axtarış aparılması dair qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-1670/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin istintaq idarəsinin müstəntiqi M.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 113-117-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 217-221-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 30 mart 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 52-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/902 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: - 156,748 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırTədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Rav-4 markalı **- NA-*** n/n a/m aşkar olunmuş 07 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...." sözlər və imzalar olan bir ədəd kisə bağlamadakı, 7 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: 5420,0qr; 3940,0qr; 4930,0qr; 4550,0qr; 4460,0qr; 4310,0qr; 3390,0 qram: ümumi təmiz çəkisi: 31000,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, morfoloji əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....." və "Vǝt. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Rav-4 markalı **-NA-*** n/n a/m aşkar olunmuş 07 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....." sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd kisə bağlamadakı ümumilikdə 8 ədəd olmaqla ümumi təmiz çəkisi: -31156,748 qram marixuanalar, morfoloji əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 31156,748 qram, cəmi tədqiqata sərf edildi 0,8 qram (hər obyektdən 0,1 qram). Qalıq – 31155,948 qramdır. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 154-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/5172 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 995 qr., 995 qr., 720 qr., ümumi təmiz çəkisi 2710 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasite heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 995 qr., 995 qr., 310 qr., ümumi təmiz çəkisi 2300 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Qeyd: heroinin ümumi təmiz çəkisi 2710 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 2709,9 qram. Metamfetaminin ümumi çəkisi 2300 qram, tədqiqata sərf edildi – 0,100, qalıq 2299,9 qram. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci 225-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X14 Yoxlama ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 226-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 1003 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 166-167-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 31155,948 qram qalmış narkotik vasitə marixuana, 2709,9 qram narkotik vasitə heroin, 2299,9 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 228-244-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, mobil telefondan müəyyən edilmiş sübut əhəmiyyətli məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı, avtomobilə baxışı və mənzilə baxışın keçirilməsini özündə əks etdirən 3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 222-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan şəxsi axtarışın keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 01:00-dan 01:15-dək AR DİN-nin BNMİnin X10 Şöbəsinin inzibati binasında qeydə alınmışdır. Həmin şöbənin təhqiqatçısı F.N.Həsənov özünü və digər iştirakçıları təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu əlindəki dəri materialdan olan kiçik ölçülü çantanı və əynində olan idman şalvarının iç hissəsində 1 ədəd qara rəngli selofan bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoyaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həbsdə olmuş dostunun vasitəsi ilə tanış olduğu və əvvəllər İranda görüşdüyü Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərilmiş, bundan başqa idarə etdiyi avtomaşında olan torbadakı narkotik vasitəni Baloğlan göndərmiş, özü tək gəlib Lənkəran ərazisində masgistral avtomobil yolunun kənarından götürmüş, təqdim etdiyi bükümdəki marixuananı özü qəbul etmək üçün göndərilmiş, avtomaşında olan narkotik vasitəni isə Bakı şəhərinı aparıb deyiləcək yerə qoyacaqdi və bunun müqabilində 3,500 manat pul onun kart hesabına köçürələcəkdi. Sonuncunun təqdim etdiyi selofan bükülünün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu və götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış keçirildi və içərisində 1 ədəd avtomaşın açarı, 1 ədəd «Leobank»a aid plastik kart, 1 ədəd «Samsung» markalı, 1 adad «İphone» markalı mobil telefon, 1 ədəd alışqan, ev qapısına aid 3 ədəd qapı açarı, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olmaqla cəmi 19 manat pul, 1 ədəd yol vərəqi və üzərində yazılar yazılmış vərəq parçası aşkar olundu. Aşkar olunmuş avtomaşın açarı maşına baxış keçirilərkən istifadə ediləcəyinə görə Təqsirləndirilən şəxs qaytarılır, digər əşyalar isə material üzrə əhəmiyyət kəsb etdiyinə görə çanta ilə birlikdə götürülərək protokola əlavə olunur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış kegirildi, axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmadı. Sonuncu təqdim etdiyi mobil telefonlardan “İphone” markalı mobil telefonun üzərində öz adına olan ***-***-**-** nar nömrə kartı var, digər mobil telefonda nömrə kart» yoxdur, hər iki mobil telefonda olan «Whatsapp» özü işlədir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükülü elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlə 190 qram çəkidə oldu. Sonra həmin selofan bükülü zarfa qoyuldu, zərfin üstü «DİN Zərflər üçün №7(1)» möhürü ilə möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq imzalandı. Sonuncu saxlandıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Ona verilən sualları tam başa düşdüyünü bildirdi. Müdafiəçi V.Həbibov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, heç bir şikayəti və ya vəsatəti yoxdur, Baloğlan adlı İran vətəndaşı ilə «Whatsapp» vasitəsi ilə əlaqə saxlamış, sonuncu ona narkotik vasitəni Lənkəran ərazisinə atdırdığını, bu barədə ona şəkil göndərdiyini və özü gəlib deyilən yerdən narkotik maddəni götürdüyünü bildirdi. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Rav-4” minik markalı, **-NA-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə heç bir etirazı yoxdur. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan avtomobilə baxış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Rav 4” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 7 ədəd qara rəngli sellofan bağlamalarda 4 ədəd bükümdə olan kütlə 17250,0 qram və 3 ədəd bükümdə isə 14690,0 qram olmaqla ümumilikdə külli miqdarda 31940,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs ifadəsində avtomaşında olan narkotik vasitənin Bakı şəhərinə apararaq Baloğlan adlı İran vətəndaşının deyiləcəyi yerə qoyacağı təqdirdə sonuncu tərəfindən 3,500 manat pul onun kart hesabına köçürələcəyini bildirmişdir. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 15:30-dan 15:45-dək ünvan 4 ünvanında qeydə alınmışdır. Baxış keçirilən zaman mənzilin yataq otağından üzərində “Bravo” yazısı olan sintetik torbanı və qonaq otağından iki ədəd salofan bağlamanı Təqsirləndirilən şəxs təqdim edir. Təqdim olunmuş torbanın içərisindən bir ədəd sellofan bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd sellofan bağlamada narkotik vasitə hesab edilən heroinə oxşar bənzər maddə, iki ədəd elektron tərəzi, digər iki bağlamadan isə hər birinin içərisində bir ədəd sellofan bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd sellofan bağlamada narkotik vasitə hesab edilən heroinə oxşar maddələr aşkar edilir. Aşkar olunmuş maddələr oxşar çeşidliyinə görə elektron tərəzi vasitəsilə çəkilərək ümumilikdə üç ədəd sellofan bağlamada heroinə bənzər maddə 2795,0 qram və ümumilikdə üç ədəd sellofan bağlamada metamfetaminə bənzər maddə 2360,0 qram müəyyən edilmişdir. Bundan sonra həmin bağlamalar və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan “Samsung” mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman həmin mobil telefonda İİR-na məxsus olan “,” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı GSM nömrəli kontaktı ilə, “Whatsapp” mobil tətbiqində xx.xx.2023-cü il tarixdə saat 11:59-da Təqsirləndirilən şəxs “,” adı ilə qeyd etdiyi şəxsin atdığı səsyazısında “salam bacıoğlu yorulmayasan çox asta-asta, yavaş-yavaş ged, Allah səni salamet elesin sənə yaxşı yol, bidə bax gör Samir(Sudef) dayın sənə qurban olsun gör imkan olsa Salyannan Ələtin arasında iki dənə gör onnan yerbəyer elyib mənə konumnan işarə ata bilərsən?, alınar alınmaz?, onuda dayıva deyersen yavaş-yavaş sür Salyannan Ələtin arasında iki dənə yerbəyer elyersen bir dənə ünvan qoyasan konumnan işarəsin atasan mənə gör əgər imkan varsa eləginən əla olar imkandakı yoxdusa heç ged evə” məzmunlu səs yazısı mesajları aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may və 05 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, məhkəmə tərəfindən müdafiəçinin vəsatəti təmin edilərək xx.xx.2023-cü il tarixdən, saat 22:00-dan xx.xx.2023-cü il tarixədək saat 10:00dək ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsi barədə məlumatlar (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin, həmin tarixli "xxxx" MMC-nin, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin və xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin 16 may və 05 iyun 2024-cü il tarixli qərarlarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2023-cü il tarixdə, saat 22:00-dan, saat 22:35-dək Salyan rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 23:02-dan, saat 23:57-dək Masallı rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan saat 00:31-dək Masallı rayonunda, xx.xx.2023-cü il tarixdən saat 09:32-dən saat 09:43-dək Lənkaran rayonunda olmuş, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsinin əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 14:01-dən saat 21:12-dək Lənkəran rayonunda olmuş, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsinin əməkdaşı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdən saat 09:01-dən saat 13:28-dək Abşeron rayonunda olmuşdur. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X6 və anası X5r. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə heç bir şikayət xarakterli məktub daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-77442 saylı vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-12603 saylı vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun 2021-ci tarixli 2715 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə olan qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdar, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı, heroini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış, avtomobilə və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, “Samsung” markalı mobil telefonda olan mətn və səs yazışmaları, "xxxx", "xxxx" və "xxxx" MMC-dən əldə edilmiş anten dairəsinə dair məlumatlar və iş materiallarında olan digər mötəbər sübutlarla onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki,məhkəmə iclasında Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanın, heroinin və psixotrop maddə olan metamfetaminin miqdarı, ona məxsus telefonda olan səs yazısının sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə, eləcə də həmin vasitələrin və maddənin məhz satış məqsədi ilə əldə edildiyi bir daha təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaması və bu əməlləri tamah məqsədi ilə etməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (1-ci cild, i/v 28-31), avtomobilə baxış keçirilməsi (1-ci cild, i/v 34-36), evə baxış keçirilməsi (1-ci cild, i/v 130-132), şübhəli şəxsin izahatı (1-ci cild, i/v 39-42), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə protokollarından (1-ci cild, i/v 85-88 və 103-106) və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, (1-ci cild i/v 113-117), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə narkotik vasitəni İran vətəndaşının dediyi yerdən götürüb Qaradağ rayonu postunu keçəndən sonra onun deyəcəyi yerə aparıb təhvil verəcəyini, əməlindən səmimi peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (şəxsi axtarış və götürmə aparılması) videogörüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlindəki dəri materialdan olan kiçik ölçülü çantanı və əynində olan idman şalvarının iç hissəsində 1 ədəd qara rəngli selofan bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoyur, bükülünün içərisində narkotik vasitə marixuana olduğunu və özünə məxsus olduğunu, həbsdə olmuş dostunun vasitəsi ilə tanış olduğu və əvvəllər İranda görüşdüyü Baloğlan adlı İran vətəndaşı tərəfindən göndərildiyini, bundan başqa idarə etdiyi avtomaşında olan torbadakı narkotik vasitəni Baloğlanın göndərdiyini, özü tək gedib Lənkəran ərazisində masgistral avtomobil yolunun kənarından götürdüyünü, təqdim etdiyi bükümdəki marixuananın özü qəbul etmək üçün göndərildiyini, avtomaşında olan narkotik vasitəni isə Bakı şəhərinı aparıb deyiləcək yerə qoyacağını və bunun müqabilində 3,500 manat pul onun kart hesabına köçürələcəyini bildirir. Sonuncunun təqdim etdiyi selofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülür. (1-ci cild, i/v 28-31). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (avtomobilə baxış keçirilməsi) videogörüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Rav ümumilikdə külli miqdarda 31940,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülür və sonuncu törətdiyi cinayət əməlini səmimi etiraf edir. (1-ci cild, i/v 34-36). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (evə baxış keçirilməsi) videogörüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına baxış keçirilir və mənzildə 03 ədəd bağlamalarda ayrı-ayrılıqda 995 qram, 995 qram və 720 qram olmaqla ümumi çəkisi külli miqdarda 2710 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bağlamalarda ayrı-ayrılıqda 995 qram, 995 qram və 310 qram olmaqla ümumi çəkisi külli miqdarda 2300 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (1-ci cild, i/v 130-132). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş digər DVD diskdə olan (Samsung markalı mobil telefona baxış keçirilməsi) videogörüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman həmin mobil telefonda İİR-na məxsus olan “,” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı GSM nömrəli kontaktı ilə, “Whatsapp” mobil tətbiqində xx.xx.2023-cü il tarixdə saat 11:59-da Təqsirləndirilən şəxs “,” adı ilə qeyd etdiyi şəxsin atdığı səsyazısında “salam bacıoğlu yorulmayasan çox asta-asta, yavaş-yavaş ged, Allah səni salamet elesin sənə yaxşı yol, bidə bax gör Samir(Sudef) dayın sənə qurban olsun gör imkan olsa Salyannan Ələtin arasında iki dənə gör onnan yerbəyer elyib mənə konumnan işarə ata bilərsən?, alınar alınmaz?, onuda dayıva deyersen yavaş-yavaş sür Salyannan Ələtin arasında iki dənə yerbəyer elyersen bir dənə ünvan qoyasan konumnan işarəsin atasan mənə gör əgər imkan varsa eləginən əla olar imkandakı yoxdusa heç ged evə” məzmunlu səs yazısı mesajları aşkar olunmuşdur (1-ci cild, i/v 193). Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında kirayədə yaşadığı ünvan 5 ünvanında narkotik vasitə və ya maddə saxlamadığını, tutulandan sonra polis əməkdaşlarının xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixdə gecə vaxtı yaşadığı evə gedib narkotik vasitə qoyduğunu bildirsə də, məhkəmə iclasında göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 22:00-dan, saat 22:35-dək Salyan rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 23:02-dan, saat 23:57-dək Masallı rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan saat 00:31-dək Masallı rayonunda, xx.xx.2023-cü il tarixdən saat 09:32-dən saat 09:43-dək Lənkaran rayonunda olmuş,həmçinin Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsinin əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 14:01-dən saat 21:12dək Lənkəran rayonunda olmuş, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsinin əməkdaşı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdən saat 09:01-dən saat 13:28-dək Abşeron rayonunda olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı psixi təsir edilməsini göstərsə də, bununla bağlı hər-hansı orqana şikayət və vəsatət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ata və anasının yaşlı, evi tək dolandıran şəxs, “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medallarının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni özünü qismən təqsirli bilməsini, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ata və anasının yaşlı, evi tək dolandıran şəxs, “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medallarının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, həmçinin ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 929 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışı, avtomobilə və evə baxışın gedişatını əks etdirən 03 ədəd DVD, həmçinin 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılmalı, iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 31155,948 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2709,9 qram narkotik vasitə olan heroin və 2299,9 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 201 (iki yüz bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD və 01ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 31155,948 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2709,9 qram narkotik vasitə olan heroin və 2299,9 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 201 (iki yüz bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar