Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1513/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X43 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X25, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi-mütəxəssis X12 iştirakı ilə, 04 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, həbs edilənədək Rusiya Federasiyası ərazisində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qeyriləri ilə sabit silahlı qrupda (bandada) və həmin qrupun törətdiyi basqında iştirak etmiş, zərərçəkən şəxsin həyatı və səhhəti üçün təhlükəli üsulla və sonuncuya fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum etmiş, zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin mülkiyyətində olan əmlakını tələb etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı X11 Bakı şəhər sakini Zərərçəkmiş şəxs basqın edib sonuncunu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədi ilə təşkil etdiyi sabit silahlı qrupa- bandaya X3, Şahid4, Şahid1 və qeyriləri ilə birlikdə üzv kimi daxil olmuş, Abuzər Abuzərovun sifarişi və apardığı vəzifə bölgüsünə uyğun olaraq Səyyad Allahverdiyev və Şahid2 tərəfindən Zərərçəkmiş şəxs məşğuliyyəti, yaşayış yeri və maddi vəziyyəti barədə zəruri məlumatların ona çatdırılmasından, Zərərçəkmiş şəxs göstərilib nişan verilməsindən sonra bandanın himayədarı Rasim Cəbrayılovun razılığı və məsləhətləri əsasında xx.xx.1996-cı ildə, saat 02:00 radələrində Bakı şəhəri, S.Vurğun küçəsindəki «Lord-Nitsan» barının qarşısında Zərərçəkmiş şəxs taksi kimi istifadə etməklə müştəri gözlədiyi “VAZ-2105” markalı, Az **-DS-*** dövlət nömrə nişanlı avtomaşınına Şahid4 ilə əyləşib Montin qəsəbəsinə sürməyi tələb etmiş, «Qaratəkrarmetal» zavodunun qarşısındakı körpünün yaxınlığında avtomaşını saxlatdırmış, Zərərçəkmiş şəxs üzərinə istintaqa məlum olmayan bihuşedici vasitədən silah qismində istifadə etməklə basqın edib əllərini və gözlərini bağlayıb sonuncunu avtomaşından düşürtmüş, orada gözləyən bandanın üzvü Şahid1 köməkliyi ilə “VAZ-21099” markalı avtomaşına iradəsinə zidd olaraq zorla əyləşdirmiş, ilk öncə Bakı şəhəri, Atatürk küçəsi 64 saylı evin həyətindəki qarajında, sonradan həmin gün Abşeron rayonu, Novxanı bağ massivində yerləşən 558 “b” saylı bağ evində Zərərçəkmiş şəxs 13 gün həyatı və səhhəti üçün təhlükəli üsulla əlləri və gözləri bağlı vəziyyətdə dəmir yaylı çarpayıya bağlayıb saxlayaraq fiziki iztirablar verməklə qanunsuz azadlıqdan məhrum edib saxlamış, bu müddətdə Zərərçəkmiş şəxs arvadı Qənimət Bayramova ilə telefon əlaqəsinə girib Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq edəcəyi, yəni Zərərçəkmiş şəxs öldürəcəkləri ilə hədələyərək özgənin, yəni Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1.290.000.000 manat hazırkı dövrün məzənnəsi ilə 258.000 manat pul vəsaitini (əmlakını) tələb etmiş, 16 avqust 1996-cı ildə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində azad etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd edilmiş heç bir xüsusatdan onun xəbəri yoxdur. O, Azərbaycan Respublikasının hüdudlarını 20-25 aprel 2001-ci il tarixdə tərk edərək Rusiya Federasiyasına getmiş, 01 oktyabr 2023-cü il tarixdə isə Azərbaycan Respublikasına geri dönmüşdür. 20-25 aprel 2001-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək onun Azərbaycan Respublikası ilə heç bir əlaqəsi olmamış, habelə o, bu müddət ərzində bir dəfə də olsun Azərbaycan Respublikasına gəlməmişdir. Təxminən 2022-ci ilin aprel ayında o, Azərbaycan Respublikasına geri dönmək qərarına gəlmiş və Azərbaycan Respublikasına geri dönməklə bağlı anası ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Bu zaman anası ona Azərbaycan Respublikasının ərazisində axtarışda olduğunu, tez-tez hüquq mühafizə orqanlarının əməkdaşlarının evə gələrək onunla maraqlandıqlarını bildirmişdir. Həmin vaxt o, anasından axtarışda olması səbəbini soruşsa da, anası ona bu barədə məlumatsız olduğunu demişdir. Bundan sonra o, könüllü şəkildə Azərbaycan Respublikasının Moskva şəhərində fəaliyyət göstərən səfirliyinə yollanaraq səfirlik əməkdaşlarına özünü təqdim edib həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində axtarışda olduğunu bildirmişdir. Bu zaman səfirlik əməkdaşları onun sözlərinə inanmayaraq ona kinayə ilə yanaşmışlar və ona Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Miqrasiya Məsələləri İdarəsinə, habelə həmin nazirliyin özünə getməyini məsləhət görmüşlər. O, bu vaxt səfirlik əməkdaşlarına Azərbaycan Respublikasının ərazisində axtarışda olduğunu dəfərlərlə desə də, səfirlik əməkdaşları yenə ona öz bildiklərini demişlər. O, səfirlik əməkdaşlarının vermiş olduqları məsləhətə uyğun olaraq, sözügedən dövlət orqanlarına yollanmış, lakin həmin dövlət orqanlarında heç bir əməkdaş ona kömək edə bilməmişdir. Nəticədə o, çarəsiz vəziyyətə düşmüş və nə edəcəyini bilməmişdir. Sonra o, ikinci dəfə Azərbaycan Respublikasının Moskva şəhərində fəaliyyət göstərən səfirliyinə getmişdir. Həmin vaxt səfirlik əməkdaşları onu tamamilə başqa cür qarşılamışlar. Səfirlik əməkdaşları onun barəsində artıq məlumatlı olduqlarını, keçən səfər onu səfirliyin inzibati binasından səhvən yola saldıqlarını və buna görə də ondan üzr istədiklərini bildirmişlər. Sonra səfirlik əməkdaşları onu səfirliyin daxilində X14 iştirakçısı olan dövlətlərin ərazilərində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis polkovniki Elşad Süleymanovun yanına aparmışlar. Elşad Süleymanov qısa müddət ərzində iş yerində olmadığı üçün səfirlik əməkdaşlarının ona nisbətdə səhv hərəkət etdiklərini bildirib uzunuzadı onunla söhbət etmişdir. X22 Moskva şəhərində yaşamağa yerinin olub-olmadığını, habelə Bakı şəhərinə qayıtmaq üçün təyyarə bileti almağa maddi imkanının olubolmadığını soruşmuşdur. O da, X30 şəhərində yaşamağa hələlik yerinin olduğunu, habelə Bakı şəhərinə qayıtmaq üçün təyyarə bileti almaq məqsədilə pul lazım olsa, tapa biləcəyini bildirmişdir. Bundan X38 ona Bakı şəhərinə uçmaq üçün təyyarə bileti almağa ehtiyac olmadığını bildirərək sözügedən biletin səfirlik tərəfindən alınacağını ona demişdir. Elşad Süleymanovun onunla söhbəti bitdikdən X22 mobil nömrəsini almış və sonra onu səfirlikdən yola salaraq Bakı şəhərinə uçması ilə bağlı sənədlər hazır olan kimi onunla əlaqə saxlayacağını demişdir. Sonra o, Elşad Süleymanovun tapşırığı əsasında Moskva şəhərində yerləşən yataqxanada bir gecə qalmışdır. Yəni o, nə hərəkət etmişsə, könüllü şəkildə etmişdir. Bundan X38 ona zəng edərək Bakı şəhərinə uçması ilə bağlı sənədlərin hazır olduğunu və artıq Bakı şəhərinə uça biləcəyini bildirmişdir. Sonra o, təyyarə ilə Bakı şəhərinə uçmuşdur. O, Bakı şəhərinə enən kimi X31 İdarəsinin əməkdaşları onu saxlayıb Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində də 2 (iki) sutka saxlanıldıqdan sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. O, heç bir cinayət törətməmiş, heç bir şəxslə cinayət əlaqəsinə girməmişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərək cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə elan edilmiş ittiham üzrə ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və təhlil nəticəsində əldə edilmiş nəticəni nəzərə alaraq, eləcə də həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1996-cı il avqust ayının 02-dən 03-nə keçən gecə Bakı şəhəri, Səməd Vurğun küçəsilə Süleyman Rəhimov küçəsinin (keçmiş Kamo küçəsinin) tinindəki barın yanında dayanmışdır. Bir qədər aralıda isə, o, öz şəxsi “Jiquli” markalı avtomobilini saxlamışdır. Həmin vaxt o, taksi fəaliyyəti ilə məşğul olmuşdir. Bu vaxt bir nəfər ona yaxınlaşaraq avtomobilində 3-4 nəfərin əyləşdiyini və həmin şəxslərin harasa getmək istədiklərini bildirmişdir. Bundan sonra o, avtomobilinə yaxınlaşmış və həqiqətən də avtomobilin içərisində 3-4 nəfərin əyləşdiyini görmüşdür. Həmin şəxslər ondan Bakı şəhərində “Çermet körpüsü” kimi adlanan yerə apara bilib-bilməyəcəyini soruşmuşlar. O da, həmin şəxslərə “Çermet körpüsü” kimi adlanan yerə apara biləcəyini demişdir. O, həmin şəxsləri öz avtomobili ilə “Çermet körpüsü” kimi adlanan yerə aparmış və “Çermet körpüsünün” altına çatdıqda, həmin şəxslər avtomobildən düşmüşlər. O isə, sükan arxasında gözləmişdir. Avtomobildən düşən şəxslərdən birinə telefon zəngi gəlmişdir. Bu zəngdən sonra həmin şəxslər onun üzərinə hücum çəkərək onun əllərini və gözlərini bağlamışlar, sonra isə onu başqa bir avtomobilə otuzdurmuşlar. Onun avtomobili elə avtomobil yolunun kənarında atılmış vəziyyətdə qalmışdır. Sonra həmin şəxslər onu əlləri və gözləri bağlı vəziyyətdə avtomobil qarajı olduğunu təxmin etdiyi yerə aparmışlar. Həmin şəxslər onu əlləri və gözləri bağlı vəziyyətdə orada bir qədər saxladıqdan sonra özlərinə məxsus olan başqa avtomobilin arxa hissəsindəki ayaqaltı hissəsinə onu uzandırmışlar. Həmin şəxslərdən biri ona “Sən bilirsən biz səni nəyə görə oğurlamışıq?” deyə soruşmuşdur. O isə, həmin şəxsə oğurlanmasının səbəbini bilmədiyini demişdir. Bu vaxt həmin şəxs ona “Biz səni Rusiya Federasiyasında yaşayan qardaşına görə oğurlamışıq” məzmunda cavab vermişdir. O da, həmin şəxsə “qardaşım var, var da! Bu məsələyə mənim nə aidiyyatım var axı?! Mənim Sizə nə pisliyim dəyib ki, məni tutub oğurlayırsınız?!” demişdir. Həmin şəxslər onun sözlərinə məhəl belə qoymadan onu təxminən 1 (bir) saatdan sonra əlləri və gözləri bağlı şəkildə ev olduğunu təxmin etdiyi bir yerə aparmışlar. Həmin şəxslər orada onun əllərini, ayaqlarını və gözlərini bağlamışlar, sonra həmin vəziyyətdə onu bir çarpayıya bağlamışlar. Sonra həmin şəxslərdən biri 13 gün ərzində müqavimət göstərmədən və səsini çıxarmadan, əlləri, ayaqları və gözləri bağlı şəkildə girovluğa tab gətirə biləcəyi təqdirdə, onun azadlığa buraxılacağını, müqavimət göstərəcəyi və səsini çıxacağı təqdirdə isə azadlığa buraxılmayacağını demişdir. 13 gün ərzində o, əlləri, gözləri və ayaqları çarpayıya bağlı vəziyyətdə girovluqda qalmışdır. 13 gün ərzində o, günləri saymışdır. Bu 13 gün ərzində ailə üzvləri onun dərdindən dəli olmuşlar. 13-cü günün sonunda həmin şəxslər onun yanına gələrək bıçaqla əllərindəki və ayaqlarındakı ipləri kəsmişlər. Bundan sonra həmin şəxslər onu özlərinin avtomobilinə mindirərək çöllük bir əraziyə aparmışlar və həmin əraziyə çatdıqdan sonra onu yerə tullayaraq 100-dək saymağını və bundan sonra gözlərini açmağını tapşırmışlar. O da, 100dək saymış və sonra bir avtomobilə minib evinə qayıtmışdır. Həmin vaxt o, Bakı Metropoliteninin “28 May” metrostansiyası yaxınlığında yaşamışdır. İllər keçdikdən sonra onun birinci həyat yoldaşı və Rusiya Federasiyasında yaşayan həmin qardaşı vəfat etmişdir. Onu oğurlayan şəxslərin arasında o, hazırda təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin olub-olmamasını bilmir. Çünki onun həmin vaxt gözləri bağlı olmuşdur. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 1995-ci ildə Ufa şəhərində yaşayan qardaşı Şahat dərbəndli Hətəmdən satmaq üçün pomidor almış, pomidorun pulunun yarısını ödəmiş, yarısını isə ləngitdiyi üçün Hətəm bütün faizləri də hesablayaraq Şahatdan 300.000 ABŞ dolları tələb etmişdir. Bu məsələ ilə əlaqədar Şahat dəfələrlə Dərbənddə milisə çağırılıb saxlanılmış, qardaşından və onun özündən izahatlar alınmış, sonra isə Şahat vəfat etmişdir. O isə, Bakı şəhərində idarə etdiyi “VAZ-2105” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomaşını ilə sərnişin daşıyaraq ailəsini dolandırmaqla məşğul olmuşdur. O, 1996-cı il avqust ayının 2-dən 3-nə keçən gecə Bakı şəhəri, S.Vurğun küçəsindəki «Lord Nitsan» barının qarşısında müştəri gözləyərkən maşına iki nəfər əyləşib əvvəl “Montin”, sonra bulvarda saxlatdırıb bir qədər aralıda 5-10 dəqiqə söhbət etdikdən sonra «Çermet» körpüsünə sürdürmüş və körpünün altında dayanmış “VAZ-21099” markalı göy rəngli avtomaşının arxasında saxlatdırmışlar. Həmin vaxt müştərilərdən biri əlindəki dəsmalla onun ağzını tutmağa çalışmış, sonra isə hər ikisi və qarşıdakı avtomaşından düşüb gəlmiş şəxs onun ağzını izolentlə, gözlərini yaylıqla və qollarını kəndirlə bağlayıb başına papaq keçirməklə sifətini də örtmüş və göy rəngli avtomaşına əyləşdirib sürmüşlər. 5 dəqiqə getdikdən sonra maşını bir qaraja salmışlar, onu maşından çıxarıb yerə uzatmışlar, öz aralarında bir qədər söhbət etdikdən sonra yenə maşına qoyub təxminən 30-40 dəqiqə aparmışlar, sonra düşürüb 3-4 pilləkən qaldırdıqdan sonra bir otağa salmışlar və orada ona qardaşı Şahata görə oğurladıqlarını bildirərək özünü sakit aparmağı tapşırmışlar, mobil telefonla evinə zəng vurub ailəsinə oğurlandığını və Dağıstana aparıldığını deməyə məcbur etmişlər. Həmin otaqda o, gözləri bağlı vəziyyətdə 13 gün saxlanılmışdır. Həmin müddətdə ona yeməyə qızardılmış kartof, kotlet, pomidor, xiyar, qatıq, sulu ət xörəyi, makaron verilmişdir. 1996-cı il avqust ayının 16-da gecə onu maşınla aparıb bir yerdə düşürmüşlər, yüzə qədər saydıqdan sonra gözlərini açmağı tapşıraraq sürüb getmişlər. O, gözlərini açarkən Kürdəxanı kəndində olduğunu görmüş və sonra evinə gəlmişdir. Növbəti gün evinə zəng gəlmiş, telefona cavab verib özünü təqdim edərkən, zəng edən şəxs ləzgi ləhcəsi ilə rus dilində «ola bilməz» deyib dəstəyi atmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1996-cı ildə qardaşı Zərərçəkmiş şəxs bir qrup şəxs tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs artıq girovluqda olan zaman, günlərin birində sübh vaxtı ona zəng edərək qırmızı rəngdə olan “VAZ-2105” markalı avtomobilinin Bakı şəhərində yerləşən “Çermet” körpüsünün altında olduğunu və özünün hazırda Rusiya Federasiyası, Dağıstan Respublikasında girovluqda olduğunu bildirərək ondan həmin avtomobili gedib oradan götürməyini və öz evinə aparmağını xahiş etmişdir. O da, qardaşı Tofiqin xahişini yerinə yetirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs axtarışına başlamışdır. Tofiqin zəngindən 10 gün sonra Zərərçəkmiş şəxs öz evinə geri dönmüşdür. Zərərçəkmiş şəxs öz evinə geri döndükdən sonra ona Dərbənd şəhərində girovluqda olmadığını, əksinə Bakı şəhərində girovluqda olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs oğurlanması ilə bağlı o, 1 (bir) dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dindirilmişdir. Hadisə barədə onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1996-cı ildə Şahid5 Dərbənd neft bazasının müdiri və Azərbaycan Respublikasının Dağıstan Respublikasındakı nümayəndəsi olmuşdur. Həmin illərdə onun Şahid5 və Abuzər Abuzərovla yaxın dostluq münasibətləri olmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs qardaşının Şahid5 alverlə əlaqədar külli miqdarda pul borcu yaranmışdır. Şahid5 Zərərçəkmiş şəxs oğurlatdıraraq Zərərçəkmiş şəxs qardaşının borcunun qaytarılmasına nail olmaq niyyətinə düşmüşdür. Zərərçəkmiş şəxs oğurlanması Abuzər Abuzərov tərəfindən qrup halında ona, Şahid1 və Əli Qarayevə tapşırılmışdır. Bu zaman o, Şahid1 və Əli Qarayevlə birlikdə qrup halında Zərərçəkmiş şəxs oğurlayaraq minik avtomobili ilə bir bağ evinə aparmş və həmin bağ evində 5 (beş) gün müddətində Zərərçəkmiş şəxs girov saxlamışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs özünün gündəlik gəlirini də soruşmuşdur. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, dostları Afər və Hüseynağa ilə birlikdə 1996-cı ilin əvvəllərində idmançı kimi tanıdığı Abuzər Abuzərovla tanış olmuş, Abuzərin yanında həmişə Səyyadı görmüşdür. 1996-cı il iyul ayının axırlarında “Dərnəgüldə” nahar edərkən Abuzər ilə Səyyad ona, Afərə və Hüseynağaya bir nəfəri oğurlayıb 10-15 gün saxlamaq təklifini etmiş, səbəbini isə həmin şəxsin Moskvada yaşayan qardaşından Allahverdiyə olan külli miqdarda borcu ala bilmədikləri ilə izah etmiş və bu işə görə 2 ədəd avtomaşın, yaxud 20.000 ABŞ dolları verməyə boyun olmuş, sifarişi kimdən aldıqlarını deməmişlər. Onlar Abuzərin təklifi ilə razılaşdıqdan sonra Səyyad onları aparıb S.Vurğun küçəsindəki ingilislərin barının qarşısında öz maşını ilə «xaltura» edən Tofiqi nişan vermişdir. Bundan sonra o, Afər və Hüseynağa ilə birlikdə “Dərnəgüldəki” dükanda oturub plan cızmış, həmin şəxsin maşınına müştəri kimi oturmağı, burnuna yuxu dərmanı vurub həmin şəxsi onun Novxanıdakı bağına aparmağı qərara almışlar. 1996-cı il avqust ayının 3-də saat 24:00 radələrində o, Hüseynağa ilə birlikdə gəlib barın qarşısında Tofıqin idarə etdiyi avtomaşına əyləşmiş və bulvara sürdürmüş, oradan öz mobil telefonu ilə Afərə zəng vurub “VAZ-21099” markalı avtomaşınla «Çermet» körpüsünün altına gəlməyi tapşırmışdır. Sonra o, yenə Tofiqin maşınına əyləşib körpünün altına sürdürmüş və körpünün altında dayanan öz avtomaşınının arxasında saxlatdırmış, əvvəlcədən razılaşdıqları kimi həmin vaxt arxada oturan Hüseynağa xloretil hopdurulmuş dəsmalı Tofiqin burnuna sıxmış, Tofiq bihuş olduqdan sonra Afərin də köməyi ilə Tofiqin ağzını yapışqanlı lentlə bağlayaraq öz avtomaşınlarına aparıb arxa oturacağa uzadıb Atatürk prospektindəki qarajına gətirmişlər. Tofiqin oğurlanması ərəfəsində onda və Hüseynağada «Makarov» markalı tapançalar olsa da, silahın tətbiqinə ehtiyac olmamışdır. Onlar qarajda özünə gələn Tofiqi maşından düşürüb yenə skoçlamışlar, təqribən 30-40 dəqiqədən sonra maşında Tofiqi onun Novxanıdakı bağ evinə gətirmişlər, burada ikimərtəbəli istirahət yerinin 1-ci mərtəbəsindəki otağa salmışlar, qardaşının borcuna görə oğurlandığını başa salmışlar və mobil telefonla zəng edib Tofiqi öz arvadı ilə danışdırmışlar. Növbəti gün o, Abuzərə zəng edib sifarişin icra olunduğunu bildirmişdir. Gözləri bağlı vəziyyətdə saxladıqları Tofiqin yanında Afər və Hüseynağa qalmış, o isə, ərzaq gətirməklə məşğul olmuşdur. X39 harada saxladıqlarını bildirməmişlər. 10 gün keçdikdən sonra Abuzər ona Səyyadı Dərbəndə, pul dalınca göndərdiyini bildirib Tofiqi daha 5 gün saxlamağı xahiş etmişdir. Bundan 5 gün sonra isə Abuzər işin hələ alınmadığını deyib Tofiqi ona verməyi xahiş etmişdir. O isə, Abuzəri eşitməmiş və Tofiqi gecə vaxtı cibinə 150 ABŞ dolları qoymaqla maşınla aparıb Pirşağı yolunda buraxmışdır. 1 (bir) həftədən sonra Dərnəgüldəki idman kompleksində o, Abuzər və Səyyadla görüşmüşdür. Abuzər ona, Afərə və Hüseynağaya özünün “VAZ-21099” markalı avtomaşınını və 3.000 ABŞ dolları verib işlərin alınmadığını demişdir. Bununla da söhbət bitmiş və onlar Abuzərə güzəştə getmişlər. Onlar Abuzərin avtomaşınını 5.000 dollara satıb verdiyi 3.000 dolları da əlavə etməklə Afərə təzə “VAZ-21099” markalı ağ rəngli avtomaşın almışlar. O, Abuzərin özündən Allahverdi və Vidadinin adlarını eşitmiş, lakin sonuncuları görməmişdir. Rasim Cəbrayılov onun, Afərin, Hüseynağanın və ümumiyyətlə ətrafında olanların hamısının ağsaqqalı olmuş, onları etdikləri işlərə cəlb edən, yol göstərən, rəhbərlik edən Rasim olmuşdur. O, Zərərçəkmiş şəxs oğurlanması barədə Abuzərdən sifarişi aldığı gün dərhal gedib məsələni qabaqcadan Rasimlə məsləhətləşmiş və razılaşdırmış, bunu Afər və Hüseynağa da bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırkı məhkəmə iclasına hansı səbəbdən çağırıldığını bilir və səbəbi də 1996-cı ildə baş vermiş hadisədir. Həmin hadisənin üzərindən 28 (iyirmi səkkiz) il keçmiş və bu səbəbdən də onun yadında heç nə qalmamışdır. İndiyədək hüquq-mühafizə orqanlarına və məhkəmələrə nə deyibsə, hamısı həqiqəti əks etdirir və ona görə də o, həmin ifadələri təsdiq edir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 1993cü ildən 1996-cı ilə kimi, yəni haqqında olan cinayət işi üzrə həbs olunana kimi Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisində yerləşən 1 saylı evtikmə kombinatının idman sarayında təlimatçı işləmişdir. Səhv etmirsə, 1996-cı ilin yay aylarında tanışı Qabil gecə saat 02:00 radələrində ona məxsus mobil telefona zəng edərək «Çermet» körpüsünün altına gəlməsini tapşırmışdır. Qabilə məxsus “VAZ 21099” markalı avtomaşın həmin vaxt onda olduğundan, o, Qabilin zəngindən sonra sonuncunun tapşırığı ilə «Çermet» körpüsünün altına gəlmiş, lakin ora gələrkən orada heç kim olmamışdır. Az keçmiş, səhv etmirsə, 07 və ya 05 markalı ağ rəngli «Jiquli» markalı maşın gəlib onun idarə etdiyi avtomaşının arxasında dayanmışdır. Həmin avtomaşından çıxan Hüseynağa və Qabil bir şəxsi düşürüb onun maşınına gətirmişlər və həmin şəxsi arxa oturacaqda oturtmuşlar. O, həmin şəxsi tanımamış, həmin şəxsin əlamətləri yadında qalmamış, həmin vaxt həmin şəxsin ağzı və gözlərinin bağlı olmasını görməmişdir. Tanımadığı şəxsin maşını elə körpünün altında qalmışdır. Sonra o, özü gəldiyi maşını idarə etmiş və birlikdə əvvəl Şahid4 Atatürk prospektində olan qarajına getmişlər, orada Hüseynağa və Qabil həmin şəxsi maşından düşürüb qaraja aparmışlar, özü isə maşında qalmış, az keçmiş Qabilgili geri qayıtmışlar və yenidən həmin şəxsi maşına otuzdurmuşlar, sonra Qabil ona maşını Novxanıdakı bağına sürməyi tapşırmışdır. O da, həmin naməlum şəxsi, Qabil və Hüseynağanı Novxanıdakı bağ evinə aparıb orada düşürmüş, sonra isə geri qayıtmışdır. O, Rasimi 1995-ci ildə işlədiyi 1 saylı evtikmə kombinatının idman sarayının meydançasında futbol oynamağa gələrkən görüb tanımış, Səyyad və Abuzəri isə tanımamış, həmin şəxslərlə onun yanında hər hansı bir söhbət və ya razılaşma olmamışdır. O, Zərərçəkmiş şəxs konkret olaraq hansı məqsədlə oğurlanmasını bilməmiş, amma Tofiq bağda saxlanıldığı dövrdə gecələr həmin bağ evinə gedib-gəlmiş, orada uşaqlarla, yəni Qabil və Hüseynağa ilə oturub yeyib-içmiş, həmin şəxsi də bir müddətdən sonra yenə Qabilin tapşırığı ilə özü və Hüseynağa ilə Qabilin maşınında aparıb buraxmış, maşını yenə də özü idarə etmiş, yəni həmin işdə yalnız sürücü olmuşdur. Zərərçəkmiş şəxs oğurlanması işində onun üçün maşın alınmış və həmin maşını da onlar ümumi işlərində istifadə etmişlər, həmin işdən ona pul verilməmiş, həmin işdə özündə silah olmamış, adları sadalanan şəxslərdə də odlu silah, döyüş sursatı görməmişdir. Şahid X2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Abuzərov Abuzərlə 1996-cı ilin yanvar ayında tanış olmuşdur. Həmin ilin iyul ayının axırlarında işlədikləri yanacaq-doldurma məntəqəsində Abuzər ona Dərbənddən Allahverdinin qohumlarının gəldiyini demişdir. Sonra onlar oradan durub Allahverdinin evinə getmişlər. Orada Oqtay, Arsen, digər adamlar olmuşlar. Onlar bu şəxslərlə görüşüb söhbət etmişlər, gecə saat 03:00-04:00 radələrində Dərbənddən qayıdan Allahverdi qonaqların evdə olduğunu görüb maşında gecələmiş, növbəti gün Abuzər ona Hətəmin və Arsenin alınası pulları olduğunu, Allahverdinin həmin pulu almaq üçün köməklik göstərməyi xahiş etdiyini demişdir. Sonra Oqtay, Hətəmin oğlu və bir nəfər gəlib Abuzərlə söhbət etmişlər. Axşamtərəfi Abuzər ona pulun alınması üçün Arsenlə və köhnə tanışları ilə 20.000 ABŞ dollarına razılığa gəldiyini demiş, 10-15 gündən sonra isə Abuzər onu Dərbəndə, Arsenin yanına, həmin işin baş tutduğunu deməyə və pulu alıb gətirməyə yollamışdır. O, Dərbəndə gedib Arsenlə görüşmüşdür. Arsenin verdiyi 2.400 ABŞ dollarını Bakıya gətirib Abuzərə vermiş, 2 gündən sonra Abuzər ona Arsenə pul borclu olanın taksi sürən Tofiq adlı qardaşını oğurladıqlarını söyləmiş və avqust ayının 25-də onu yenidən Dərbəndə Arsendən pulu alıb gətirməyə yollamışdır. O da, gedib Arsendən bu dəfə 4.200 ABŞ dolları alıb gətirmişdir. Bundan sonra Abuzər gedib Allahverdi ilə möhkəm mübahisəyə başlamış, birlikdə Arsenə zəng etmişlər. Abuzər pulun qalanını da Allahverdi ödəyəcəyini demiş, axşam Allahverdinin evinin qabağına gedib gözləmişlər. Allahverdi isə evdən Vidadinin vasitəsi ilə Abuzərə 16.000 ABŞ dolları göndərmişdir. Abuzər də, aparıb həmin adamlara pul əvəzinə öz maşınını verdiyini, Tofıqin oğurlanmasında Hökməli Rasimin adamı olan Ağdamlı Qabilin iştirak etdiyini demişdir. Hökməli Rasim adlı adamla Abuzər və Ruslan da tanış olmuşlar. 1996-cı ilin yayında Arsen, Oqtay və qeyriləri Dərbənddən gəlib Allahverdi və Abuzərlə söhbət etmişlər, söhbətdən və Oqtayın deməsindən Hətəmlə Arsenə bir nəfər qubalının Salavat şəhərində xeyli pul «atdığını», həmin adamın Bakıda yaşayan qardaşını oğurlayıb pullarını almaq üçün gəldiklərini anlamış, növbəti gün isə Abuzər bu işlə bağlı Arsenlə 50.000, adamı oğurlamalı olan Rasimin adamları ilə isə 20.000 ABŞ dollarına danışıb razılığa gəldiyini demişdir. Abuzər onu Dərbəndə ikinci dəfə Arsenin yanına göndərəndə Vidadi də, gəlib ora çıxmış və «səni pulla gözləyirlər» deyib ondan bir gün əvvəl Bakıya qayıtmışdır. Oğurlanmış Tofıqin evinə Dərbənddən Hətəmin oğulları zəng edib pullarını tələb etmişlər, sonralar bu işlə bağlı pul alınaraq Allahverdi ilə Abuzərin arasında bölünməsi barədə gedən söz-söhbətlə əlaqədar Abuzərin tapşırığı ilə Dərbəndə, Allahverdinin evinə getmiş, orada Allahverdinin dayısına Tofiqin oğurlanması ilə bağlı pul alınmadığını deyib Allahverdi ilə birlikdə Bakıya qayıtmışdır. Buna görə Allahverdinin ondan xoşu gəlmiş və qaz doldurma məntəqəsini işlətməyi ona tapşırmışdır. O, Arsen, Abid, Oqtay və Əmirbəylə ilk dəfə Allahverdinin evində, sonra Maranın mənzilində görüşmüş, Hətəmə pul borclu olan Şahatın qardaşı Tofıqi oğurlamaq və saxlamaq barədə işə Abuzər yalnız Allahverdinin xatirinə qol qoymuş, Tofiqi və yaşadığı ünvanı Hətəmin oğlu Əmirbəy “VAZ-2108” markalı sarı rəngli avtomaşında gəlmiş tanımadıqları oğlana Bakı dəmiryol vağzalının yaxınlığında göstərmişdir. Bir neçə gündən sonra Qabilgil Tofiqi oğurlamışlar. O, Abuzərin tapşırığı ilə 2 dəfə Dərbəndə gedərək Arsendən pul alıb gətirmiş, ikinci dəfə pul dalınca Dərbəndə gedəndə orada Vidadini də görmüş, Arsengil Oqni qəsəbəsindən Tofıqin evinə və Salavat şəhərinə zəng vurub pulu tələb etmişlər, daha sonra Allahverdinin göstərişi ilə Dərbəndə gedib Tofiqgildən guya pulun alındığı və Hətəmgilə verilmədiyi barədə nifaqa son qoymuş, Tofiq oğurlanıb 15 gün saxlanılaraq buraxılandan sonra Qabil gəlib Abuzərdən pulu tələb etmişdir. Abuzər isə Allahverdiyə ciddi şəkildə «nə Arseni, nə Hətəmi mən tanımıram, sənin qohumlarının sifarişidir, ona görə də pulun qalanını sən ödəməlisən» demişdir. Allahverdi isə həmin gün Vidadi vasitəsi ilə Abuzərə 16.000 ABŞ dolları göndərmiş, Vidadi gətirib pulu onun yanında Abuzərə vermiş, həmin pulların hansı səbəbdən Abuzərə verildiyini Vidadi lap yaxşı bilmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 1996 cı ildə Səyyad ona Dərbəndli Arsen adlı şəxsə pomidor pulu borcu olan şəxsi Abuzərgilin oğurlayacağını demiş, Səyyadın bunları danışdığını bilən Abuzər sonuncu ilə dalaşmışdır. Allahverdi Babayev bir dəfə yanacaq doldurma məntəqəsində Abuzərə «sənin bir işinlə Dağıstanda məşğul oluram, mebel işində məni zibilə saldı» demişdir. Abuzərin ikinci pasportu olmuş, həmin pasport Allahverdi Babayevin tapşırığı ilə onun Abuzərə verdiyi 3.000 dollara Qaradağ rayonundan alınmışdır. Abuzərin adı həmin pasportda «Aydın» kimi yazılmış və Qaradağ rayonunda hansısa yataqxanaya qeydiyyata alınmışdır. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulanda ikinci pasport Abuzərin üstündə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2002-ci il tarixli qərardan (cild 1, iş vərəqə 75-76) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2002-ci il tarixli təqsirləndirilən şəxs Şahid4 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 141-144) görünür ki, Şahid4 ifadəsini bir daha təsdiq edərək ifadəsi yerində yoxlanılan zaman Bakı şəhəri, S.Vurğun küçəsi 40 saylı evin qarşısına gəlib, burada 4 saylı xəstəxananın arxasında üzərində ’’Night klub” yazısı olan, taxta qapılı barı göstərib bildirmişdir ki, 1996-cı il avqust ayının 3-də, saat 24:00 radələrində Təqsirləndirilən şəxslə birlikdə bu barda oturub içki içmişlər, sonra isə həmin barın qarşısında Zərərçəkmiş şəxs idarə edib taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ” markalı avtomaşınına birlikdə müştəri kimi minib bulvara sürdürmüşlər, bulvarda gəzdikdə, öz mobil telefonu ilə Şahid1 zəng edib sonuncunun “VAZ-21099” markalı maşını ilə “Çermet” körpüsünün altına gəlib gözləməyi tapşırmış, sonra Zərərçəkmiş şəxs həmin “Çermet” körpüsünün altına sürdürmüşlər, onlar körpünün altına çatdıqda, Zərərçəkmiş şəxs idarə etdiyi maşını saxlatdırmış, həmin vaxt Şahid1 artıq maşını ilə körpünün altında olmuş, Hüseynağa arxadan Tofiqin burnuna xloretil tutub bihuş etmiş, sonra onlar Zərərçəkmiş şəxs ağzını skoç materialı ilə bağlayıb öz maşınlarının arxa oturacağına qoyub Atatürk prospekti, 67 saylı binanın qarşısına sürüb gəlmişlər, Zərərçəkmiş şəxs maşını körpünün altında qalmış, Bakı şəhəri, Atatürk prospekti, 67 saylı evin qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs əvvəlcə qaraja gətirmişlər, orada 30-40 dəqiqə, uzağı bir saat qaldıqdan sonra Zərərçəkmiş şəxs Novxanıda yerləşən bağ evinə aparmışlar, orada Zərərçəkmiş şəxs girov saxlamışlar. xx.xx.2002-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokollardan (cild 1, iş vərəqə 163-168) görünür ki, həmin gün Şahid4 ilə digər təqsirləndirilən şəxslər X3 və X11 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Qabil X1 və X15 ifşa edərək Abuzər Abuzərovun sifarişi ilə Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə 1996-cı il avqust ayının 2-dən 3-nə keçən gecə Zərərçəkmiş şəxs oğurladıqlarını bildirmişdir. xx.xx.2003-cü il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1-0481/2003 saylı hökmündən (cild 4, iş vərəqə 190-204) görünür ki, X23, X19, Şahid4, X3, X20, Şahid2, X6 və X35 Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 70 maddəsi, 120 maddəsinin 2 hissəsi, 144 maddəsinin 2 hissəsi, 145 maddəsinin 2 hissəsinin 1, 2, 6-cı bəndləri, 146 maddəsi və qüvvədə olan Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinməklə X13 qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası, X17 qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzası, Şahid4, X3 və X18 qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası, Şahid2 qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası, X4 qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası və X29 qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-835/2010 saylı hökmündən (cild 5, iş vərəqə 83-90) görünür ki, Şahid1 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 70, 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddələri ilə təqsirli bilinmiş və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona əmlakı müsadirə olunmamaqla 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən çəkdiyi 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 5, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1997ci il tarixli hökmünə əsasən hədə-qorxu ilə tələb etməyə görə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2020 saylı hökümdən (cild 5, iş vərəqə 145-166) görünür ki, X32 Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan Cinayət Məcəlləsinin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə təqsirli bilinmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsi və qüvvədə olan Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan Cinayət Məcəlləsinin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə müddətin keçməsi ilə bağlı ona cəza təyin edilməmiş, eləcə də X26 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* sayı qərarından (cild 5, iş vərəqə 200) görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən (cild 5, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıtmaq üçün şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 5, iş vərəqə 168) görünür ki, həmin gün xx.xx.2001-ci ildən axtarışda olan Təqsirləndirilən şəxs tutulmuşdur. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinin cavab məktubundan (cild 5, iş vərəqə 167) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1211/2023 saylı qərarından (cild 5, iş vərəqə 208-213) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli ərizədən (cild 6, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına müraciət edərək 1995-1996-cı illərdə X8 miqdarda əmlakını quldurluq, soyğunçuluq və hədə-qorxu ilə tələb etmə yolu ilə talanması, 1995-ci ilin əvvəllərində isə İran İslam Respublikası vətəndaşı X7 oğurlanması ilə əlaqədar 2 (iki) epizod üzrə özünü təqsirli bilərək həmin cinayətlər üzrə müddət keçdiyinə görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş, habelə Zərərçəkmiş şəxs xx.xx.1996-cı il tarixdə oğurlanması epizodu üzrə elan edilmiş ittihamla razı olmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 6, iş vərəqə 19-43) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddələrindən Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddələri və hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsinə tövsif edilməsi, X33 və İran İslam Respublikası vətəndaşı X10 ilə bağlı 2 (iki) epizod üzrə həmin cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən və Təqsirləndirilən şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək bu epizodlar üzrə özünü təqsirli bildiyindən qeyd edilən hissədə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 6, iş vərəqə 44- 46) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 47-48) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 7, iş vərəqə 55) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X24 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı X11 Bakı şəhər sakini Zərərçəkmiş şəxs basqın edib sonuncunu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədi ilə təşkil etdiyi sabit silahlı qrupa (bandaya) X3, Şahid4, Şahid1 və qeyriləri ilə birlikdə üzv kimi daxil olmuş, Abuzər Abuzərovun sifarişi və apardığı vəzifə bölgüsünə uyğun olaraq Səyyad Allahverdiyev və Şahid2 tərəfindən Zərərçəkmiş şəxs məşğuliyyəti, yaşayış yeri və maddi vəziyyəti barədə zəruri məlumatların çatdırılmasından, Zərərçəkmiş şəxs göstərilib nişan verilməsindən sonra bandanın himayədarı Rasim Cəbrayılovun razılığı və məsləhətləri əsasında xx.xx.1996-cı ildə, saat 02:00 radələrində Bakı şəhəri, S.Vurğun küçəsindəki «Lord-Nitsan» barının qarşısında Zərərçəkmiş şəxs taksi kimi istifadə etməklə müştəri gözlədiyi “VAZ-2105” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomaşınına Şahid4 ilə əyləşib Montin qəsəbəsinə sürməyi tələb etmiş, «Qaratəkrarmetal» zavodunun qarşısındakı körpünün yaxınlığında avtomaşını saxlatdırmış, Zərərçəkmiş şəxs üzərinə istintaqa məlum olmayan bihuşedici vasitədən silah qismində istifadə etməklə basqın edib əllərini və gözlərini bağlayıb Zərərçəkmiş şəxs avtomaşından düşürmüş, orada gözləyən bandanın üzvü Şahid1 köməkliyi ilə “VAZ-21099” markalı avtomaşına iradəsinə zidd olaraq zorla əyləşdirmiş, ilk öncə Bakı şəhəri, Atatürk küçəsi 64 saylı evin həyətindəki qarajında, sonradan həmin gün Abşeron rayonu, Novxanı bağ massivində yerləşən 558 "b” saylı bağ evində Zərərçəkmiş şəxs 13 gün həyatı və səhhəti üçün təhlükəli üsulla əlləri və gözləri bağlı vəziyyətdə dəmir yaylı çarpayıya bağlayıb saxlayaraq fiziki iztirablar verməklə qanunsuz azadlıqdan məhrum edib saxlamış, bu müddətdə Zərərçəkmiş şəxs arvadı Qəhimət Bayramova ilə telefon əlaqəsinə girib Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq edəcəyi, yəni Zərərçəkmiş şəxs öldürəcəkləri İle hədələyərək özgənin, yəni Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1.290.000.000 manat, hazırkı dövrün məzənnəsi ilə 258.000 manat pul vəsaitini (əmlakını) tələb etmiş, xx.xx.1996-cı ildə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində azad etmişlər. Bu hissədə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs ona qarşı xx.xx.1996-cı ildə, saat 02:00 radələrində bir neçə şəxs tərəfindən cinayət əməllərinin törədilməsini həm ibtidai istintaq, həm də məhkəmədə bildirsə də, ona hücum edən şəxslər onun gözlərini bağladıqlarından, habelə oğurlandığı və azadlıqdan qanunsuz məhrum edildiyi bütün dövr ərzində gözləri bağlı olduğundan ona qarşı cinayət törətmiş şəxslərin arasında Təqsirləndirilən şəxs olub-olmadığını bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmədə bilavasitə Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsə də, məhkəmədə tədqiq edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs oğurlanmasında, azadlıqdan qanunsuz məhrum edilməsində və hədə-qorxu ilə külli miqdarda əmlakın tələb edilməsində iştirak etmiş və onun iştirakı bihuşedici vasitədən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs basqın edib sonuncunun əllərini və gözlərini bağlamaqla köməksiz vəziyyətə salınmasında və bundan sonra Zərərçəkmiş şəxs iradəsi əleyhinə azadlıqdan qanunsuz məhrum edilməsində və hədə-qorxu ilə külli miqdarda əmlakın tələb edilməsində ifadə olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs qarşı cinayətin törədilməsi Bakı şəhərində başlasa və onun azadlıqdan qanunsuz məhrum edilməsi Abşeron rayonu ərazisində həyata keçirilsə də, ona qarşı törədilmiş cinayət əməlləri Kürdəxanı qəsəbəsi ərazisində başa çatdığından, yəni Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində azad olunduğundan məhkəmə belə hesab edir ki, Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət əməlləri Bakı şəhəri ərazisində başa çatmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyriləri ilə sabit silahlı qrupda (bandada) və həmin qrupun törətdiyi basqında iştirak etməsi, zərərçəkmiş şəxsin həyatı və səhhəti üçün təhlükəli üsulla və sonuncuya fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum etməsi, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə mülkiyyətində olan əmlakını tələb etməsi məhkəmədə təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və ona görə də onun törətdiyi əməlləri Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə tövsif edir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsinin 3-4-cü bəndlərində göstərilir ki, “qanuna görə 5 ildən çox olmayaraq azadlıqdan məhrum etmə təyin edilə bilən cinayət edildiyi gündən 5 (beş) il keçdikdə və 5 (beş) ildən çox olmayaraq azadlıqdan məhrum etməyə nisbətən daha ciddi cəza təyin edilə bilən cinayət edildiyi gündən 10 (on) il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qanunda göstərilən müddətlər keçənədək, şəxs qanuna görə 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə təyin edilə bilən yeni cinayət törədərsə, cəlb edilmə müddəti kəsilir. Bu halda müddətin hesablanması yeni cinayət edilən vaxtdan başlanır. Cinayət etmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, cəlb etmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna alan zamandan yenidən başlanır. Həm də əgər cinayət edildiyi vaxtdan 15 il keçərsə və müddət yeni cinayətin edilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-75.2-ci maddələrinə görə ağır cinayətin törədildiyi gündən 12 (on iki) il, xüsusilə ağır cinayətin törədildiyi gündən isə 20 (iyirmi) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə tövsif olunan əməlləri üzrə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsində nəzərdə tutulan 15 il cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə tövsif olunan cinayətləri üzrə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsində nəzərdə tutulan 15 il cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi ilə bağlı ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə barəsində baxılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu hissədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs digər 2 (iki) epizod üzrə əməlinə həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə qeyd edilən hissədə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Belə ki, iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Rasim Cəbrayılovun tapşırığı ilə bandanın üzvləri Şahid1 və qeyriləri ilə birlikdə ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini Tahir Cəfərovun xüsusi mülkiyyətində olan xeyli və külli miqdarda əmlakına sahib olmaq məqsədi ilə soyğunçuluq, səhhəti üçün təhlükəlli zorakılıqla basqın edib döyərək, özünə və ailə üzvlərinə qarşı zor göstərəcəyi hədəsi ilə xüsusi mülkiyyətində olan xeyli və külli miqdarda əmlakını tələb etmələri və müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələri gəzdirmə, saxlama və əldə etmə, həmçinin 1995-ci ilin əvvəllərimdə X5 oğurlanması faktları üzrə uzun müddət keçdiyindən və həmin faktlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ərizə ilə müraciət etdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü göstərilən 2 (iki) epizod üzrə təqsirli bildiyindən və göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin ona şamil edilməsi barədə ibtidai istintaq orqanına ərizə ilə müraciət etdiyindən bu epizodlar üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən xitam verilmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs nisbətdə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü təqsirli bilmədiyindən bu epizod üzrə cinayət təqibinə xitam verilməmiş və baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə də elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyindən və barəsində baxılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə müraciət etmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsi tətbiq edilməklə o, Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin təqsirli bilindiyi cinayətlər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona göstərilən maddələr ilə cəza təyin edilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsi və qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən törədilmiş cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 120ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1513/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1513/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver