Məhkəmə qərarları › İş №1(101)-1513/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1513/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1513/2025 04.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra) Azərbaycan Respublikasının CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:

1. Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,092 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığına daşımışdır. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 13:40-da saxlanılmış və sonuncunun üzərinə həmin gün 15:39-dan etibarən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 13,092 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-in baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2025-ci ildə saat 13:40-da Bakı şəhəri, Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin yaxınlığında olan Təqsirləndirilən şəxs yaxılaşaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək sonuncunu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gəlmiş, sonuncuya müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı maddənin olduğunu bildirib, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və 18 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonuncunun təqdim etdiyi 1 ədəd bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirmiş, sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilmiş 18 manat pul isə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni xx.xx.2025ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında almış, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, özünün arabir narkotik vasitə istifadə etmiş, üzərində olan maddəni heç kimə satmamışdır. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar “Binə” Ticarət Mərkəzinin yaxınlığına gəlib 5-10 dəqiqə gözlədikdən Təqsirləndirilən şəxs sonra yaxınlaşmış, sonuncunun telefonla danışıb-danışmamasına fikir verməmişlər. Sonuncunun üzərinə idarədə şəxsi axtarış keçirilmiş, qolundan saat çıxarılmamış və evinə baxış keçirilməmişdir.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-də əməliyyat müvəkkili X5 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş R.V.Bayramzadənin ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı maddənin olduğunu bildirərək, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və 18 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonuncunun təqdim etdiyi 1 ədəd bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid R.V.Bayramzadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun narkotik vasitə və psixotrop maddənin satış ilə məşğul olması barədə onda heç bir məlumat olmamış, Təqsirləndirilən şəxs üzərindən tərəzi kimi satışa dəlalət edən əşyalar aşkar edilməmişdir. Ümumiyyətlə onların idarədə əməliyyat məlumatı əməliyyat qruppasının rəhbərinə daxil olduğundan və o, sadəcə verilən tapşırıqları yerinə yetirdiyindən, daxil olan məlumat barədə detallı bilgiyə sahib olmur.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-də əməliyyat müvəkkili X4 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş İ.T.Dəmirovun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı maddənin olduğunu bildirərək, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və 18 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonuncunun təqdim etdiyi 1 ədəd bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid İ.T.Dəmirov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmiş və onlar tərəfindən də sonuncuya qarşı heç bir qeyri-qanuni hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən şifahi sorğu-sual zamanı onlara narkotik vasitəni şəxsi istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir.

5. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 19).

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 96-100).

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 20-22).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1602 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetaminə oxşar maddə; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; Müdafiəçi: “imza” P.Musayev; iştirakçılar: 1. “imza” Şahid; 2. “imza” İ.Dəmirov; 3. “imza” (ad, soyad oxunmur); Qablaşdırdı: “imza” N.Əzimov yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 13,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 13,092 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 13,042 qram (İ cild i/v 41-44) Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir (İ cild i\v 42).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X15 Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2510 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 138-139).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 1701/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, fenilalkilamin qrupuna aid olan metamfetamin və metamfetamin, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (İ cild i/v 140-143).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 224/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində olan çəhrayımtıl-qırmızı rəngli, kəskin sərhədləri olan, epidermisi qalınlaşmış və üzərləri ağımtıl-gümüşü rəngli pulcuqlarla örtülmüş çoxsaylı səpkilər qeyri-travmatik xarakterli olub, pullu dəmrov (psoriaz) xəstəliyinin simptomlarına aiddir (İ cild i/v 144-147).

12. Şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə və xx.xx.2025ci ildə tərtib olunmuş protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə, saat 15:55-dən 16:12-dək Azərbaycan Respublikası DİN-in BMCMİ-in Təhqiqat Şöbəsində qeydə alınmışdır. X1 özünü, müdafiəçini və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir, bundan sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” olduğunu bildirib, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu və 18 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Sonuncunun təqdim etdiyi 01 ədəd bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Redmi" markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs aşkar edilmiş 18 manat pul isə onun özünə geri qaytarılır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməyir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni xx.xx.2025-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün arabir narkotik vasitə istifadə etdiyini, üzərində olan maddədən heç kimə satmadığını, heç kimin bundan məlumatı olmadığını və hazırda heç bir şikayətinin olmadığını bildirir (İ cild i/v 27-29).

13. 05.05.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış 13,042 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild i/v 110-111).

14. 10.06.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materallarına əlavə edilmişdir (İ cild i/v 149-159).

15. Salyan rayon icra hakimiyyəti başçısının Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Çuxanlı kəndində anadan olmuş, Çuxanlı rayon Çuxanlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çuxanlı kəndində yaşayır. Ərazidə əsasən özünü intizamlı aparmış onun barəsində Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (İ cild i/v 124).

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 76-cı madəsinə əsasən 06 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2016-cı ildə şərti cəzasını tam çəkib qurtarmışdır (İ cild i/v 117-118).

17. Azərbaycan Respublikası DİN BMCMİ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vaxt məhdudiyyəti qoyulmadan müdafiəçisi X8 ilə birlikdə ********* saylı cinayət işinin materialları ilə tanış olmuşdur (İİ cild i/v 15).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

18. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Salyan rayonunda yaşamaqla heyvandarlıqla məşğul olmuşdur. O, ayda bir-iki dəfə Bakıya gələrək ailəvi yaxın olduqları məcburi köçkün ailəsinin onun heyvanları üçün yığdığı quru çörəkləri götürmüş, özü də həmin ailəyə müxtəlif heyvandarlıq məhsulları gətirmişdir. Sonuncu dəfə də Bakıya gələndə həmin ailədən olan tanışı onu Binə ticarət mərkəzinin qabağına qədər gətirmiş, daha sonra o əlində qardaşı uşaqları üçün aldığı əşyalar, kisədə quru çörək və əl çantası ilə Salyana qayıtmaq üçün taksi axtarmışdır. O, həmin yerdə dayanan taksilərdən birinə yaxınlaşanda taksi sürücüsü hələki aparmağa ondan başqa müştərisinin olmadığını demiş və bundan sonra o, əlindəki əşyalarını həmin taksiyə qoyaraq maşına əyləşmiş, maşın da digər müştəriləri gözləmə vəziyyətində eyni yerdə dayanmışdır. 10 dəqiqə keçəndən sonra o, siqaret çəkmək üçün maşından düşmüş və yeznəsinə zəng edib əşyalarını aparmağa kömək etməsi üçün sonuncunun öz maşını ilə onun qarşılamasını istəmişdir. Telefonla danışan zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşmış, o, əvvəlkilərdən kim olduqlarını soruşduqda ona “gedəndə görəcəksən” deyərək onu başqa bir maşına otuzdurmuşlar. Daha sonra polislər onun üstünü axtarmış, lakin 19 manat pul, bir qutu siqaret və telefondan başqa heç nə tapmamış və qolundakı saatı çıxarmışlar. Bir qədər maşınla getdikdən sonra onu BMCMİ-nə aparmış, orada ona “İçəri girəndə sənə bir şey verəcəyik, onu götürəcəksən. Götürməsən sənə başqa problemlər yaradacağıq” deyə bildirmişlər. İdarəyə gətirdikdən sonra oradakı şəxslərdən biri tapançanı çıxardıb onun ağzına salmış, digəri onu dubinka ilə qorxuzmuş, başqa biri də onun bədəninin aşağı nahiyəsinə vurmuş və nəticədə xəsarətlər əmələ gəlmişdir. Daha sonra ağ rəngli maddəni onun qabağına qoyaraq “Bunu götürməsən sənin dövlət işində işləyən qardaşını, ailəni pis günə qoyacağıq. Evinə gedib narkotik vasitə atacağıq” deyə bildirmişlər. Sonra onu vəkilin də olduğu otağa videoçəkilişə aparmışlar. Həmin otaqda ona verdikləri və içində maddə olan paket cırılmış, paketdəki maddə yerə tökülmüş, vəkil isə bütün bunları görməsinə baxmayaraq heç nə deməmişdir. Daha sonra yenə onu otaqdan çıxarmış, təzə paketdə maddə hazırladıqdan sonra onu o otağa qaytarmış və həmin maddəni üstünə götürməsi üçün ona işgəncə etmişlər. O da ailəsinə heç nə etməsinlər deyə ittihamda göstərilən maddənin ona aid olmasa da, qorxusundan onların dediklərini üstünə götürmüşdür.

19. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 7-8 ildir ki, narkotik vasitə marixuanadan, 3-4 il müddətdir ki “patı” kimi bildiyi psixotrop maddədən istifadə etmiş, sonuncu dəfə bir həftə öncə “nəşə” deyə bilinən narkotik vasitədən istifadə etmişdir. O, Salyan rayonunda yaşasa da, xəstəliyinə görə arabir Bakı şəhərinə həkimə gəlmiş, qaraciyər orqanında olan xəstəlik bədəninin bütün nahiyəsində “pullu dəmir” adı ilə bilinən yaralar əmələ gətirmişdir. xx.xx.2025-ci ildə səhər saatlarında Bakı şəhərində olarkən şəxsi istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində şəxsi məlumatlarını bilmədiyi orta boylu şəxsdən 40 manat qarşılığında 01 bükümdə “patı” kimi tanıdığı psixotrop maddə almış və üstündə saxlamışdır. Həmin gün Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin yaxınlığına gəlmiş, bu zaman əynindəki açıq qəhvəyi rəngli şalvarının sol yan cibində daha sonra istifadə etməsi üçün həmin psixotrop maddəni saxlamışdır. Eyni gün saat 13:40 radələrində “Binə” Ticarət Mərkəzinin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib DİN-in BMCMİin əməkdaşları olduqlarını bildirərək onun şəxsiyyətini müəyyənləşdirmiş və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarəyə dəvət etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq hazırda üzərində patı olduğunu etiraf etmişdir. İdarəyə gətirildikdən sonra o, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o da bu üzərində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirərək əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 18 manat pulu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd bükümə baxış zamanı içərisində ağ rəngli, kristal formalı patı kimi bildiyi psixotrop maddə metamfetamin aşkar edilmiş və təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi, özünə məxsus və içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, üstündən aşkar edilmiş 18 manat pul ona geri qaytarılmışdır. İdarədə o, həmçinin üzərindən aşkar edilmiş maddəni xx.xx.2025-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün arabir narkotik vasitə istifadə etdiyini, lakin üzərində olan maddədən heçkimə satmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ən son tutulandan bir ay qabaq marixuana istifadə etmiş, polislər onu xx.xx.2025-ci ildə, saat 11-12 radələrində Lökbatan dairəsində, Binə ticarət mərkəzinə yaxın yerdə saxlamış və həmin vaxt onun üstündə qanunsuz heç nə olmamışdır. Polislər maşının arxa oturacağında onunla birlikdə oturmuş, bir nəfər isə maşını sürmüşdür. Polislər maşında onun üstünə baxış keçirmiş və qolundan saatını, barmağından üzüyünü götürmüş, lakin onun taksidəki əşyalarına və ya evinə baxış keçirməmişlər. İdarəyə gətiriləndən sonra ona təzyiq edilmiş, lakin həmin təzyiqi onu saxlayanlar deyil, idarədəki digər şəxslər etmişdir. Şəxsi axtarışın videoçəkilişi aparılan zaman o, ona verilən paketi cırmış, təhqiqatçı iş vaxtının bitdiyini, onun isə belə etməklə sadəcə işlərini artırdığını bildirərək ona qışqırmışdır. Daha sonra paketi götürmədiyi üçün döyülmüş və 10-15 dəqiqə sonra isə ona yenə maddə olan paket verilmiş, o da məcbur qalıb paketi götürmüşdür. Bütün bu hadisələr vəkilin yanında olmuş, lakin sonuncu heç nə deməmişdir. Həmçinin iş materialları ilə tanış olmada və hüquqları ilə bağlı sənəd ona imzalatdırılanda, etap prosesi aparılanda vəkilin iştirakı təmin olunmamış, ona imzalatdırılan sənədlərin məzmunu ona oxunmamışdır. Belə ki, o, orta məktəbi kril əlifbası ilə, ali məktəbi isə rus dilində oxuduğu üçün sənədləri oxuya bilməmişdir. Polislər onun yanında “Bəhruz” adlı adamın adını çəkmiş, o isə elə bir adamla heç vaxt görüşməmişdir. Belə ki, Salyanda Mirqəfər adlı həkim ona əkmək üçün boş torpaq sahəsi vermiş, həmin torpaq sahəsinin yanında yonca əkilmiş sahədən arx çəkilməli olmuş, o da həmin torpaq sahəsini icarəyə götürən “Bəhruz” adlı şəxsə zəng etmiş və yalnızca bu barədə sonuncuyla danışmışdır. O, polis əməkdaşlarının ona xəsarət vurması haqqında heç bir yerə şikayət etməmiş, istintaq təcridxanasına da bu barədə nəsə yazdırmamışdır. Çünki polislər əgər xəsarətləri yazdırsa onu MSY-yə qaytarıb daha betər edəcəklərini bildirmişlər. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

20. Maddə 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 24.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 25.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

26. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

27. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

29. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

31. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 34.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 36.Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 37.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 38.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 39.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 41.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 42.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 43.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

44. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

45. Maddə 351.2 və 351.3.4. İttiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

46. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

47. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

48. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

49. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.

50. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

51. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİ siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:

52. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

53. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

54. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarı:

55. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı:

56. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı:

57. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

58. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

59. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir.

60. Həmçinin məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır.

61. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və bir ədəd bükümdə qablaşdırılmış halda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra CM-in “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir.

62. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz.

63. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.

64. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, onlar tərəfindən sonuncunun narkotik vasitələrinin satışı ilə məşğul olması faktı müəyyən olunmamış, həmçinin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır.

65. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə metamfetaminin qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir.

66. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

67. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir.

68. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir.

69. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

70. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsinə, iş materialları ilə tanış olmada və hüquqları ilə bağlı sənəd ona imzalatdırılanda, eləcə də, etap prosesi aparılanda müdafiəçinin iştirakı olmadan ona məcburi qaydada protokolların imzalatdırılmasına və orta məktəbdə kril əlifbası ilə, ali məktəbdə isə rus dilində təhsil aldığı üçün sənədləri oxuya bilməməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir.

71. Belə ki, şəxsi axtarış və götürmə aparılması (İ cild i/v 27-28), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 64-67, 82-85) protokollarından və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından (İ cild, i/v 96-100) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə, istərsə də məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakı hərəkətlərə məruz qalmadığını bildirmişdir.

72. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində “şüşə” olduğunu, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu və 18 manat pulu çıxardıb təqdim edərək həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün arabir narkotik vasitə istifadə etdiyini, üzərində olan maddədən heç kimə satmadığını, heç kimin bundan məlumatı olmadığını və hazırda heç bir şikayətinin olmadığını bildirir (İ cild i/v 27-29).

73. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X15 Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2510 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i/v 138-139).

74. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığını bildirsə də, bununla əlqədar hər hansı bir orqana şikayət və ya vəsatət verməmişdir.

75. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində iş materialları ilə tanış olmada və hüquqları ilə bağlı sənəd ona imzalatdırılanda, eləcə də, etap prosesi aparılanda müdafiəçinin iştirakı olmadan ona məcburi qaydada protokollar imzalatdırıldığını göstərsə də, Azərbaycan Respublikası DİN BMCMi-in xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vaxt məhdudiyyəti qoyulmadan müdafiəçisi P.R.Musayev ilə birlikdə ********* saylı cinayət işinin materialları ilə tanış olmuşdur (hökmün 17-ci bəndi).

76. Bundan Təqsirləndirilən şəxs ifadəsində orta məktəbdə kril əlifbası ilə, ali məktəbdə isə rus dilində təhsil aldığı üçün sənədləri oxuya bilmədiyini, həmin sənədləri məzmunu ona aydın olmadan imzaladığını bildirsə də, xx.xx.2025-ci ildə kril əlifbası ilə əlyazma şəklində verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında almış, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, arabir narkotik vasitə istifadə etmiş, üzərində olan maddəni heç kimə satmamışdır (İ cild i/v 36-38).

77. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. 78.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 20-ci bəndi).

79. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

80. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

81. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

82. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, şəxsin əvvəllər də məhkum olunmasına baxmayaraq yenidən eyni tərkibli cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.

83. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

84. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 25-ci bəndi).

85. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 19, 96-100).

86. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 5-ci bəndi).

87. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 138-139, hökmün 9-cu bəndi).

88. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanmalı və Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 13,042 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 35-ci bəndi).

89. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

90. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 43-cü bəndi).

91. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 27 və 41-ci bəndləri).

92. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir ədəd) DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 13,042 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 5 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar