Məhkəmə qərarları › İş №1(101)-1514/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1514/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1514/2025 19.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, həbs olunana qədər fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, 17 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-57/2025 saylı, 18 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Fazil” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət sifarişi ilə gələcəkdə ayrı-ayrı şəxslərə çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşdirdiyi külli miqdarda - 5 kq 455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı ünvan 2in həyətyanı sahəsində yerləşən saxlanc yerində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 yanvar 2025-ci il tarixdə saat 02:23-də yuxanda qeyd edilən ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılmaqla həmin gün saat 02:28-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı evə keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində yerləşən saxlanc yerindən qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd kisənin içərisində 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 940 qram, 1005 qram, 1015 qram, 1025 qram, 1015 qram və 455 qram olmaqla ümumilikdə külli miqdarda 5 kq 455 qram çəkidə eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 yanvar 2025-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 8-ci Zirə küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı evdə külli miqdarda narkotik vasitə gizlətməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİnin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 16 yanvar 2025-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - əməliyyat müvəkkili X5, əməliyyat müvəkkili X7 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 yanvar 2025-ci il tarixdə saat 02:23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 8-ci Zirə küçəsində yerləşən nömrəsiz fərdi evinin yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Həmin gün saat 02;28 dəqiqədən etibarən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ciblərindən 1 (bir) ədəd "Samsung” markalı mobil telefonu və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı ondan heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 8-ci Zirə küçəsində nömrəsiz fərdi evdə narkotik vasitə saxladığını və həmin narkotik vasitələri təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə heç bır etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki saxlanc yerindən 1 (bir) ədəd kisədən 6(altı) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumillikdə çəkisi 5(beş) kq 760 (yeddi yüz atlmış) qram, metamfetaminə bənzər kütlənin çəkisi 345 (üç yüz qırx beş) qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş maddə və kütlələr qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş maddə və kütlələri sosial şəbəkədən tanıdığı iran İslam Respublikası vətəndaşı vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitələri ünvanlara çatdırdığına görə sonuncunun ona 200(iki yüz) manat pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, eləcə də Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədiyini, təqsirləndirilən şəxsə yaxınlaşan zaman özlərini təqdim etdiklərini və Təqsirləndirilən şəxs onları evə dəvət etdiyini, Təqsirləndirilən şəxs evdə tək olduğunu, narkotik vasitələri özünün təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X12 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 (on) il müddətdir ki, tanıyır. Həmin ərazidə əvvəllər heyvandarlıqla məşğul olmuşdur. Sonradan onun təqsirləndirilən şəxslə dostluq münasibəti yaranmışdır. Hadisə baş verən gün Ramin ilə evdə olmuş və yeyib-içmişlər. Bir qədər sonra Ramin sobanı yandıraraq, onun yanında əyləşmiş, o, isə çarpayıda uzanmışdır. Bir müddət sonra küçədən səs gəlmiş və Ramin səsin haradan gəldiyini aydınlaşdırmaq məqsədilə həyətə çıxmışdır. Həmin an işıqlar da artıq sönmüşdür. Raminin qışqırıq səslərini eşitmişdir. Onu iki polis əməkdaşı itələmişdir, sadəcə qaranlıq olduğu üçün üzlərini xatırlamır. Onlardan Ramini niyə saxladıqlarını, kim olduqlarını soruşmuş lakin heç bir sözünə əhəmiyyət verməyərək narkotik vasitələrin harada olduğunu Ramindən soruşmuşlar. Ramin onda hər hansısa bir narkotik vasitənin olmadığını desə də polis əməkdaşları Raminə narkotik vasitələrin ona məxsus olmasını, İran İslam Respublikası vətəndaşından almasını bildirirdilər. Əks halda onun vəziyyətinin daha da çətinləşəcəyini vurğuladılar. Polis əməkdaşları küçə tərəfə çıxıb yenidən içəriyə əllərində bir neçə bükümlə daxil oldular və yenidən bu narkotik vasitələri İran İslam Respublikası vətəndaşından telefon vasitəsi ilə aldığını, Raminə məxsus olmasını dedilər. Ramin bir müddət baxdıqdan sonra qorxaraq, narkotik vasitələrin ona aid olduğunu, eyni qaydada İran İslam Respublikası vətəndaşından telefon vasitəsi ilə aldığını bildirdi. Hadisənin üzərindən 4 (dörd) ay keçmişdi və o, əkinlə məşğul olan vaxt iki-üç nəfər şəxs ona yaxınlaşaraq Ramin barəsində söhbət etmək istədiklərini bildirdilər. Onu maşına mindirərək, idarəyə apardılar. Əməkdaşlar ona hadisə günü orada olmadığına, hadisəni görməməyinə, bu cür ifadə verməyə məcbur edərək hədələdilər. Onu Bakı İstintaq Təcridxanasına apardılar, təqsirləndirilən şəxs, nümayəndəsi də orada olan zaman ona deyilən kimi də ifadə vermişdir. Hal-hazırda məhkəmə zalında verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, polis əməkdaşlarının narkotik vasitələri küçədən gedib gətirdiklərini, hadisə vaxtı Təqsirləndirilən şəxs onun ilə birlikdə olduğunu, Raminin polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olduğunu, Raminlə aralarında heç vaxt böyük mübahisələr olmadığını, bir neçə dəfə yüngül söz-söhbətlərinin olduğunu, aralarındakı mübahisənin Təqsirləndirilən şəxs tutulmasından 3-4 (üç-dörd) il əvvəl olduğunu, mübahisənin əkin-biçin məsələlərinə görə olduğunu, saxlanılan zaman polis əməkdaşlarının özlərini təqdim etmədiklərini, təqsirləndirilən şəxsin küçədən əli qolu sıxılı vəziyyətdə evə gətirildiyini, Raminin narkotik vasitədən istifadəsini görmədiyini, evdə hər hansı bir narkotik vasitə saxlamasının və istifadə etməsinin şahidi olmadığını, polis əməkdaşlarının ona bu məsələyə qarışmamasını dediklərini, ibtidai istintaq zamanı ona 1 (bir) ildən 5 (beş) ilədək cinayət məsuliyyətinə cəlb edəcəklərini söylədikləri üçün ona məlum olan həqiqətləri danışmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 17 yanvar 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair» protokoldan müəyyən edilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Nağıyev Ayxan tərəfindən Təqsirləndirilən şəxs üzərinə və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 8-ci Zirə küçəsində yerləşən evinə baxış keçirilməsinə dair hərəkətlər 17 yanvar 2025-ci il tarixdə 02:28 dəqiqədən etibarən başlanılmışdır. Baxış zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X15 və X10 iştirak etmiş və əməliyyat müvəkkili İlkin Babayev tərəfindən videoçəkiliş həyata keçirilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-**, ***-***-**-** nömrələri olan “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Evə daxil olmazdan əvvəl Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı evin həyətindəki saxlanc yerindən 1 (bir) ədəd kisədən 6(altı) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilirək qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədən tanıdığı İran islam Respublikası vətəndaşı vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitələri ünvanlara çatdıracağına görə sonuncunun ona 200 (iki yüz) manat məbləğində pul göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 17 yanvar 2025-ci il tarixli «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan müəyyən edilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş əşyalara və 01 ədəd CD diskə baxış Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilmişdir. Baxış və götürmə zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X12, X15, Təqsirləndirilən şəxs iştirak etmiş və əməliyyat müvəkkili İlkin Babayev tərəfindən videoçəkiliş həyata keçirilmişdir. Baxış aparılarkən təqdim olunan 01 ədəd mobil telefona, 01 ədəd şəxsiyyət vəsiqəsinə, 01 ədəd kisəyə və 01 ədəd CD diskə baxış keçirilmişdir, 01 ədəd "Samsung" markalı mobil telefon və 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 01 ədəd kisəyə baxış zamanı həmin kisənin içərisindən 06(altı) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 01 (bır) ədəd bağlamada metamfetaminə bənzər kütlənin olması müşahidə edilmişdir. Daha sonra aşkar edilmiş həmin maddə və kütlələr yenidən 01 ədəd kisəyə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri sosial şəbəkədən tanıdığı, İran İslam Respublikası vətəndaşı olan "Fazil” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə və psixotrop maddələri ünvanlara çatdıracağına görə sonuncunun ona 200 (iki yüz) manat pul göndərdiyini bildirmişdir. Daha sonra təqdim edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olan saxlanc yerindən 01 ədəd kisədə olan maddə və kütlələri təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 17 yanvar 2025-ci il tarixli, 7/96 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs götürülmüş kütlə” yazısı və imzalar olan kisədə, 01 (bir) ədəd bağlamada təmiz çəkisi 350 qram ağ rəngli parlaq kristalşəkilli maddə kütləsinin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na, 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na və “Zəhərli maddələrin siyahısı”na daxil olan maddələr yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 17 yanvar 2025-ci il tarixli, 7/96 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 06 (altı) ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 940,0 qram, 1005,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 455,0 qram, ümumi çəkisi 5455,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş 01 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən 11 fevral 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədilə qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı “Fazil" adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsində “Fazil" adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiyinə, sonuncunun narkotik vasitəni satış məqsədilə əldə etməsi ilə bağlı məlumatlar əldə edilmişdir. Lakin “Fazil” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılaının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Mobil telefonun daxilində olan məlumatlara keçirilən baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan 18 mart 2025-ci il tarixli, “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif nörmələrə telefon danışıqları və sms yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan 14 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı iş üzrə şahidlər Şahid1 və X15 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 və Ayxan Nağıyev istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında 462-C-25 N°-li material toplanmışdır. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün 22 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 536 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsələhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş “sübutların əlavə edilməsinə dair” vəsatət və ona əlavə edilmiş bir ədəd “flash card” məhkəmə iclasında tədqiq edilmiş və video görüntüdə “Toyota Camry” markalı avtomobildən, boş bir ərazidə iki nəfər şəxsin maşından enərək hərəkət etmələri müəyyən edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29 177.2.1, 85.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2025-ci il tarixdə, təxmini saat 02:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 8-ci Zirə küçəsində nömrəsiz fərdi evdə Etibar adlı bağa baxmaqda ona kömək edən tanışı ilə yeyibiçdiklərini, Şahid2 onun bağında yaşadığını, bir müddət keçdikdən sonra evin yaxınlığından səs gəldiyini və həyətə tərəf getdikdə polis əməkdaşlarının onu tutaraq əl qolunu bağladığını və vurmağa başladıqlarını, ona narkotik vasitənin yerini deməsini bildirdilər. O, üzərində və evdə heç bir narkotik vasitənin olmadığını bildirdi. Daha sonra polis əməkdaşlarının Şahid2 başqa otağa apardıqlarını və orada ona qarşı da fiziki güc tətbiq edildiyini bildirdi. Bundan sonra bir nəfər polis əməkdaşının “tapdım” deyərək qışqırdığını eşitdi. Həyətə çıxıb baxdıqda həmin polis əməkdaşının tut ağacının altına 4-5 ədəd qara bağlamalar qoyduğunu gördü. Etibarın döydüldüyün görüb polis əməkdaşları ilə razılaşdığını və Etibarı vurmamaqlarını istəmişdir. Polis əməkdaşları onun bağlamaların yanında şəkilini çəkmişlər və dedikləri ilə razı olmağını, narkotik vasitəni “Fazil” adlı İİR vətəndaşından aldığını deməyini istəmişlər. Aşkar olunan narkotik vasitələrin ona aid olmadığını bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, 18-20 yaşlarından narkotik vasitədən istifadə etdiyini, Etibarın narkotik vasitədən istifadə etmədiyini, saxlanılan zaman 15-16 nəfər polis əməkdaşının olduğunu, narkotik vasitələrdən sadəcə marixuananı tanıdığını, yazı yaza bilmədiyini, imzanın özünə aid olması ehtimalının olduğunu, polis əməkdaşlarının onu vurduqları üçün səslərin gəldiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gecə səs-küy eşitmiş, çox sayda kişi səsləri gəlmişdir. Heç kəsi görməsə də, orada bir neçə nəfərin deyil, çox sayda kişinin olduğunu, qışqırıq səsləri gəldiyini, on nəfərdən çox şəxsin olduğunu bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, hadisə baş verən günü qışqırıq səsləri gəldiyini, təqsirləndirilən şəxs ilə 20 il müddətdir ki, qonşu olduqlarını, aralarında 50 metr məsafə olduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Qərarında qeyd edilir ki, iştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı: Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı: Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı: Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Avropa Məhkəməsinin president hüququ: B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmənin hüquqi dəyərləndirməsi: Bununla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “Fazil” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarından da müəyyən olunduğu kimi cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində məhz birgə icraçı kimi iştirak etməsi zəruri olduğu halda, cinayət işinin materiallarında olan heç bir mötəbər sübutla ittihamda adı qeyd edilmiş “Fazil” adlı İİR vətəndaşının Təqsirləndirilən şəxs ilə cinayətin törədilməsində birgə icraçı qismində iştirakı təsdiq edilmədiyindən, sonuncunun törətməkdə ittiham olunduğu hazırki cinayət əməlində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətinin mövcudluğu da sübut olunmur. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hərhansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Fazil adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gələrək əldə edib saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış və satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməməsi məsuliyyətdən yayınmaq ücün özünü müdafiə xarakterli sayılmalıdır, həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin 06 ədəd bağlamada olmasını sonuncunun onu satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa Məhkəmə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyəti nəzərə alaraq hesab edir ki, sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz, vermiş olduğu ifadə Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq üçün verilmiş ifadə kimi nəzərə alınmalıdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, X9 təxminən 10 ildir ki, tanıyır. O, həmin vaxt Türkan qəsəbəsində heyvandarlıqla məşğul olurmuş. Təqsirləndirilən şəxs isə həmin vaxt əkinlə məşğul olurmuş. Onunla bu zaman tanış olmuşdur. Raminin atası cəzaçəkmə müəssisəsində olduğu üçün onunla mütəmadi olaraq maraqlanırmış. Onun evi olmadığı üçün təxminən 8 ildir ki, Raminlə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən bağ evində yaşayırmışlar. O, həmin bağ evində bağbanlıq edib orada yaşamış, Ramin isə ona aylıq olaraq məvacib verməsə də, gündəlik olaraq yeyib-içməyini alırmış. Həmin evdə Ramin və o birlikdə yaşayırmışlar. Hadisə ilə bağlı bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixdə axşam saatlarında Raminlə həmin bağ evində yeyib-içirmişlər. Təxminən saat 22-23 radələrində Ramin ona işi olduğu üçün məhləyə çıxacağını bildirmişdir. O, Ramindən nə işinin olmasını və hara getdiyini soruşsa da, Ramin ona bununla bağlı heç nə deməmişdir. Ona bildirmişdir ki, mən gec gələcəm, sən yat, məni gözləmə. Bundan sonra Ramin evdən çıxıb getmişdir. O isə qabları yığışdırıb yatmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Raminin bağ evinin həyətində onun qalması üçün 1 otaqlı yarımtikili var. O, həmin tikilidə yaşayırmış. Bundan başqa həmin bağ evinin içərisində həyətin sonunda başqa iki otaqlı tikili də var. Həmin tikilidə Ramin özü tək yaşayırmış. Ramin saxlanılan gün onunla yeyib-içdikləri gün o, alkoqolun təsiri altında olmuşdur. Ramin getdikdən sonra ortalığı yığışdırsa da, onun üçün ayrılmış 1 otaqlı yarımtikilyə getməmişdir. Həmin gün gecə Raminin yaşadığı tikilidə qalmışdır. Ertəsi gün səhər saatlarında yuxudan oyanıb evdə Ramini axtarmışdır. Nə qədər axtarıb Ramini səsləsə də, evdə yox idi. Bundan sonra evdən bayıra çıxıb evin qarşısına baxmışdır. Raminin idarə etdiyi "VAZ-2106” markalı avtomobil evin qarşısında olmuşdur. Bundan sonra yenə evə qayıdıb Ramini axtarmış, lakin onu tapa bilməmişdir. Sonradan Raminin anasından eşitmişdir ki, dünən gecə axşam saatlarında polis əməkdaşları Ramini saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün Raminlə birlikdə evdə olmuşdur. Onunla yeyib-içdikdən sonra Ramin evdən çıxıb getmiş və o da bundan sonra gedib yatmışdır. Raminin anası arabir baş çəkmək üçün bağ evinə gəlsə də, həmin gün onlardan başqa evdə kiminsə olubolmadığını bilmir. Həmin gün yatdığı üçün evə polis əməkdaşlarının gəlib Ramini aparmasından, eləcə də evdən narkotik vasitə aşkar edilməsindən məlumatı olmamışdır. Onun baş verən hadisə barədə heç bir məlumatı yoxdur. Bundan başqa cinayət işinin istintaqı zamanı təkrar olaraq dindirilmiş iş üzrə Şahid2 ifadəsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən ona qanunsuz olaraq təsir göstərildiyini, sonunucu tərəfindən istintaq orqanına yalan ifadə verməsinin tələb edildiyini, lakin bu təsirlərə baxmayaraq istintaq zamanı doğru şəkildə ifadə verdiyini və yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunduğunu bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyətlər olması, buna səbəb kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sonuncunun evindən zor tətbiq edilərək aparılması, 2 gün müddətində qanunsuz saxlanılması, təzyiq altında istintaqda ifadə verməsi, təqdim etdiyi video görüntülərdə bunun əks olunması ilə əlaqədar vermiş olduğu vəsatət barədə məhkəmə hesab edir ki, video görüntüdə Şahid2 olması, olduğu təqdirdə hansı tarixdə, kim tərəfindən, haradan və haraya aparılması, görüntüdə əks olunan “Toyota Camry” markalı avtomobilin kimə məxsus olması, bundan əlavə görüntünün əldə olunma mənbəyi müəyyən edilmir. Bundan başqa məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, işgəncə verilməsi, bunun nəticəsi olaraq ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında 462-C-25 N°-li material toplanmışdır. Materiala əlavə edilmiş “MTE” və “PA Birliyi” PHŞ-in Nərimanov rayon şöbəsinin 106-M nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş sənəddə xx.xx.2025-ci il tarixə uyğun xəsarət barədə heç bir qeydiyyat aparılmamışdır. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün 22 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra 17 yanvar 2025-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, sonuncu saxlanılan zaman həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu müddətdə ona qarşı heç bir zorakılıq hərəkətinin göstərilmədiyini bildirmişdir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5 kg, 454,7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5 kg 454,7 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ümumilikdə 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar