Məhkəmə qərarları › İş №1(101)-1515/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1515/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1515/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrid xanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum elmişdir. Belə ki, o, anası Şahid1 9 aprel 2022-ci İl tarixdə Suraxanı RPİ-nin 31-ci PB-yə sonuncunu öldürməklə hədələməsi, yaşadıqları evin kondisionerinin və digər məişət əşyalarını satması barədə etdiyi müraciəti əsasında 31-ci PB-də aparılan araşdırma üzrə anası tərəfindən verilmiş şikayət ərizəsinin geri götürülməsinə nail olmaq üçün 11 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanının mətbəx otağında onunla birlikdə yaşayan nənəsi Zərərçəkmiş şəxs anasına təzyiq göstərməklə şikayətin geri götürməsi barədə etdiyi tələbə əməl etmədiyinə, əksinə sonuncunun ona cəzalanmalı olması barədə dediyi sözlərdən hiddətlənərək Zərərçəkmiş şəxs qisas almaq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidməti Departamentinin 28 sentyabr 2007-ci il tarixli 323 M saylı əmri ilə Zərərçəkmiş şəxs istifadəsinə verilmiş yaşadıqları evdə özünün tək yaşaması üçün nənəsi Zərərçəkmiş şəxs və anası Şahid1 evdən çıxmaqla evin onun istifadəsinə verilməsi barədə əvvəllər dəfələrlə, eləcə də hadisə günü yenidən etdiyi tələbinə əməl etməməsinə görə tamah niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evin mətbəx otağındakı dolabdan götürərək gödəkcəsinin cibində saxladığı məişət təyinatlı mətbəx bıçağı ilə nənəsi Zərərçəkmiş şəxs boyun nahiyyəsinə bir ədəd zərbə vurmuş, Zərərçəkmiş şəxs aldığı xəsarətdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək sonuncunun özünü müdafiə etmək üçün əlləri ilə müqavimət göstərən zaman əllə sonuncunun sifət və baş nahiyələrinə zərbələr vuraraq müqavimətini qırdıqdan sonra boyun nahiyəsinə bıçaq zərbələri vurmağa davam etmiş, bir neçə bıçaq zərbəsi vurduqdan sonra istifadə etdiyi bıçağın əyilmiş, öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq göstərərək mətbəxin divarında asılmış digər məişət təyinatlı mətbəx bıçağını götürüb zərbələr vurmağa davam edərək həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sol bazu oynağının kəsilmiş və hər iki əlin deşilmiş-kəsilmiş dəri yaralan, başın və üzün hematomaları, ümumilikdə boyun nahiyəsinə doqquz ədəd, dörd ədədi yuxu arteriyasının və traxeyanın zədələnməsi ilə müşaiyət olunmuş, beş ədəd boyunun deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirməsi nəticəsində almış olduğu xəsarətlərdən baş vermiş kəskin qanitirmə ilə nəticələnib sonuncunun ölümünə səbəb olan xüsusi ağrılar verməklə çoxsaylı xəsarətlər yetirib onu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs tamah niyyəti ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, nənəsi Natalya və anası İrina ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu., Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında yaşayır. Onun 3 yaşı olan zaman atası Musa ilə anası İrina boşanmış, həmin vaxtdan o və anası atasından ayrı yaşamış, onun və anasının atası ilə heç bir əlaqəsi olmamışdır. O, əvvəllər fərdi qaydada tikintilərdə fəhlə, müxtəlif kafe və restoranlarda aşpaz işləsə də, son vaxtlar heç bir yerdə işləməmişdir. Onun anası İrinanın Yuliya adlı Xalqlar Dostluğu metrosunun yaxınlığında yaşayan bacısı vardır. Onun anası Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən gözəllik salonunda saç ustası işləmişdir. Onun babası Viktordan nənəsi Natalyaya iki ədəd ev qalmış, evlərdən biri hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında yerləşən evdir. Digər ev isə kirayəyə verilmişdir, O, təxminən 19 yaşından ailə həyatı qurub nənəsi və anası ilə birlikdə yaşamaq istəmiş, onun bu fikri ilə nənəsi və anası razı olmamış, bundan sonra onun nənəsi və anası ilə münasibətləri pisləşmiş, münasibətlərinin pisləşməsinə görə nənəsi və anası onu evdə yaşamağa qoymamışdırlar. O, buna görə təxminən 2019-cu İlin sonlarında Türkiyə Respublikasına getmiş, təxminən 8 ay orada yaşayıb işlədikdən sonra Bakı şəhərinə yaşadığı evə qayıtmış, həmin evdə yaşamağa başlamışdır. O, yenə nənəsi və anasının onun evdə yaşamasını istəmədiyini hiss etmişdir. O, sərbəst adam olmuş, istədiyini etmiş, anası və nənəsinin sözlərinə qulaq asmamış, buna görədə anası və nənəsi onunla birlikdə yaşamaq istəməmişdir. Bu səbəbdən də evdə onun daima nənəsi və anası ilə mübahisələri olmuş, hətta dəfələrlə onun xalası da onu sakitləşdirmək üçün onların yaşadığı evə gəlmişdir. O, Türkiyədən gəldikdən bir müddət sonra anası və nənəsi ilə yaşaya bilməyəcəyini görmüş, ona görə Moskva şəhərinə getmiş, orada bir neçə ay qaldıqdan sonra yenidən Bakı şəhərinə öz yaşadığı evə gəlmişdir. O, ailə qurmaq, ailəsi ilə birlikdə hadisə baş verən ünvanda yaşamaq istəmiş, nənəsi və anasının isə Bakıxanov qəsəbəsindəki evə köçüb yaşamasını istəmişdir. Lakin nənəsi və anası buna heç vaxt razı olmamış, buna görə də daima mübahisələri olmuşdur. O, təxminən 06 aprel 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün yaşadığı evdə olan markasını xatırlamadığı kondisoneri internet vasitəsi ilə satışa qoymuş və kondisoneri 250 manata tanımadığı şəxsə satmış, bunu nənəsi və anası bildikdən sonra onunla evdə mübahisə etmiş və onun barəsində polisə şikayət edib onu evdə yaşamağa qoymamışdırlar. O isə binanın qarşısında istifadələrində olan çəpərlənmiş həyətdə olan hamamda yerə döşək salıb orada gecələməyə başlamışdır. O, hadisə baş verən günə kimi hər gün anası və nənəsinə dəfələrlə: "şikayətinizi götürün və evdən çıxın, mən özüm burada ailə həyatı qurub yaşayacağam", - sözlərini demişdir. Buna baxmayaraq onun nənəsi və anası evdən çıxmamış və onun barəsində olunan şikayəti geri götürməmişdirlər. 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində o, həyətdə olan zaman anasının evdən çıxıb işə getdiyini görmüş, bundan sonra evə çay içmək üçün getmiş, nənəsi qapını açmış, o, çay içmək istədiyini demişdir. Nənəsi onu evə buraxmaq istəməmiş, ona görə onu dəhlizdə gözlədib, özü ona çay süzüb gətirib vermiş və o, çayı götürüb həyətə düşüb, hamamda içmişdir. İki dəfə eyni qaydada o, nənəsindən gedib çay istəmiş, nənəsi də ona çay süzüb vermişdir. O, çayı içdikdən sonra küçədə gəzə-gəzə "necə edim ki, nənəmi şikayətin geri götürməsinə və evdən çıxmasına razı salım" deyə fikirləşmiş, sonuncu dəfə ciddi danışmaq üçün evə getmiş, nənəsi qapını açmaq istəməmiş, lakin o, həm bəhanə etmək üçün, həm də həqiqətən corablarını dəyişmək üçün corabını dəyişmək istədiyini nənəsinə demişdir. Nənəsi qapını açmış və o, corablarını dəyişdikdən sonra nənəsinə: "mən sonuncu dəfə sənlə ciddi danışmaq istəyirəm, əvvəlcə siz gedin şikayətiniz geri götürün, mənim adımda pis bir şeyin olmasını İstəmirəm. 15 sutka da olsa belə mən içəri girmək istəmirəm", - sözlərini demiş, nənəsi isə ona: "sən öz hərəkətlərinə görə cavabdeh olmalısan", - sözlərini demişdir. O, bundan sonra da təxminən 10 dəqiqə müddətində nənəsini razı salmaq üçün eyni məzmunda söhbətlər etsə də, nənəsi onunla razlaşmamış, heç onu ciddiyə almamışdır. O isə nənəsinə: "mən oyun oynamıram, ciddi söhbət edirəm, əgər şikayəti geri götürməsəniz və evdən çıxmasanız, pis olacaqdır", - sözlərini demişdir. Həmin vaxt hər ikisi mətbəxdə oturmuşlar. Nənəsi mətbəxin girişində soldakı stulda oturmuş, o, isə mətbəxin sonunda pəncərənin yanında oturmuşdur. O, stulu nənəsi əyləşən tərəfə çəkib, nənəsinə yaxınlaşıb: "mən ciddiyəm, siz mənim dediklərimi edin ki, problem olmasın", - sözlərini demiş, nənəsi isə sanki ona lağ edirmiş kimi, onu ciddiyə alımayıb gülümsəyərək: "sən heç nə edə bilmərsən, səni polisə verəcəm, polis səni tutacaq", - sözlərini demişdir. O, ciddi olduğunu nənəsinin nəzərinə çatdırmaq üçün mətbəxdəki qara rəngli dəstəyi olan bıçağı götürmüş və kəsici hissəsini itiləyərək əlində tutub elə söhbət etməyə başlamışdır ki, nənəsi onu ciddiyə alsın. Lakin nənəsi əlində bıçaq olduğunu bilə-bilə onu yenə ciddiyə almayıb gülümsəmiş, o, bıçağı əynində olan qara gödəkcənin cibinə qoyub mətbəxdə olan stulda oturmuşdur. Həmin vaxt nənəsi də mətbəxdə onunla üzbəüz oturmuşdur. Həmin zaman onun nənəsi ilə mübahisəsi davam etmiş və yenidən ona etdiklərinə görə cəza çəkməli olduğunu bildirən zaman o, stuldan durub nənəsinə tərəf getmiş, nənəsi də stuldan ayağa durmuşdur. O, əlindəki bıçaqla nənəsinin boğaz nahiyəsinə bir ədəd zərbə vurmuş, nənəsinin boğazından qan gəlmişdir. Nənəsi Natalya ona: "daha bəsdi, vurma", - sözlərini demiş və yerə çöküb oturmuşdur. Bundan sonra nənəsi heç bir söz deməmiş, lakin o, nənəsinin boğazından qan gəldiyini görüb, geriyə yol olmadığından, öldürmək məqsədi ilə bıçaqla nənəsinin boğazına sayını dəqiq xatırlamadığı bir neçə zərbə vurmuşdur. Bıçaq əyildiyi üçün o, nənəsinin ölmədiyini görüb ağ dəstəyi olan digər bıçağı mətbəxdən götürüb nənəsinə zərbə vurmuşdur. Lakin o, həmin bıçaqla neçə zərbə vurduğunu dəqiq xatırlamamış, həmin bıçaqla az sayda zərbə vurmuşdur. O, nənəsinə zərbə vuran zaman nənəsi xırıltı səsi çıxarmış və o, artıq nənəsinin öldüyünü düşünüb zərbə endirməyi dayandırmışdır. O, nənəsinin ölməsini gözləmiş və nənəsinin öldüyünü gördükdən sonra sonuncunun gözlərinin qapağını əli ilə bağlamışdır. O, hadisənin onun tərəfindən törədildiyini heç kimin bilməməsi üçün evi təmizləmiş və daha sonra həyətə düşmüşdür. Həyətdə kiçik anbar kimi otaqdan iki ədəd mələfə götürüb evə qalxmış, evdə nənəsinin boğazındakı qan daha çox axmaması üçün silmişdir. O, meyiti evdən çıxardıb kənara atıb gizlətmək istəmişdir. O, əyilən bıçağı yumamış evin mətbəxində zibil yığılan vedrənin içərisinə atmış, digər bıçağı isə yuyub mətbəxə qoymuşdur. O, meyiti əvvəlcə bir mələfəyə, sonra isə ikinci mələfəyə bükərək aşağı düşürtmüş və həyətdəki onların istifadəsində olan iki təkərli əl arabasına qoymuşdur. Onun meyiti aşağı düşürməsini və arabaya qoymasını heç kim görməmişdir. O, meyiti əl arabasına qoyub evdən təxminən 2 km aralıda olan, yaşayış evləri bitdikdən sonra çöllük ərazi olan zeytunluq deyilən yerdə əl arabasından düşürtmüş, meyitin üzərini heç kimin görməməsi üçün daşla örtmüşdür. O, nənəsinin meyitini gizlətdikdən sonra həyətə gəlmiş və həyətdə nənəsinin xalası nəvəsi İlqarın olduğunu görmüşdür. Onu görən kimi İlqar ona doğru qaçmış, o da sonuncunun ona tərəf gəldiyini görüb qaçaraq uzaqlaşmışdır. İlqar ona çatmış və onun sifət nahiyəsindən zərbələr vuraraq nənəsinin yerini soruşmuşdur. O, isə özünü bilməzliyə vurmuş və: "Nəyi deyirsiz? Başa düşmürəm sizi.", - sözlərini demişdir. O, İlqara hadisə barədə heç bir söz deməmiş, sonra onlarla birlikdə həyətə gəlmiş, həyətdə anası və xalası nənəsinin yerini ondan soruşmuş, o yenə də heç bir söz deməmişdir. Sonra onlar evə qalxmış, evdə xalası onun nənəsini vurduğu bıçağı göstərib ona: "bu nədi, arvad haradadı?", - sözlərini demiş, o isə yenə də etiraf etməyib xalasına '‘məndən niyə soruşursunuz, gedin axtarın, verin polisə" sözlərini demişdir. Anası İrina polisə məlumat verib nənəsinin itkin düşdüyünü demiş, daha sonra polislər gəlmişdir. O, əvvəlcə polislərə də heç bir söz deməmiş, 12 aprel 2022-ci il tarixdə saat 11 radələrində polislər ondan soruşduqda o, artıq bu sirri saxlamaq istəmədiyi üçün nənəsini öldürdüyünü demişdir. Daha sonra polislər və prokurorluq əməkdaşları ilə birlikdə hadisə yerinə onun da iştirakı ilə baxış keçirilmiş, O, nənəsini öldürdüyü və gizlətdiyi yeri göstərmişdir. Həmçinin bildirmişdir ki, hadisə 11 aprel 2022-ci il tarixdə saat 15 radələrində baş vermiş, hadisə baş verən zaman evdə yalnız o və nənəsi Natalya olmuşdur. Anası saç ustası işlədiyi üçün həmin vaxt evdə olmamışdır. 11 aprel 2022-ci il tarixdə o, nənəsi Natalyanı öldürdükdən sonra zibillik əraziyə tullayıb evə qayıdarkən qohumu İlqar onun yaşadığı evə gəlmiş, sonuncu qışqıraraq onu çağırmışdır. O, həmin vaxt İlqarın polis olduğunu zənn edib narahat olduğu üçün qaçmağa başlamış, sonuncu onun arxasınca gəlib ona çatıb saxlamışdır. Bundan sonra İlqar nənəsi Natalyanın harada olduğunu ondan soruşmuş, o da sonuncuya Natalyanın harada olduğunu bilmədiyini desə də İlqar ona inanmadığı üçün onu yumruq və təpik zərbələri ilə döyüb d oğrun u danışmağa məcbur etmişdir. Lakin o, heç nə deməmiş, daha sonra onu evə aparmış və sonra polisə zəng etmişlər. Onun bədəni üzərində olan xəsarətlə bağlı İlqardan heç bir şikayət və tələbi olmamışdır. O, nənəsi Natalyanı bıçaq zərbələri ilə vuran zaman məqsədi sonuncunu öldürmək olmuş, çoxsaylı bıçaq zərbələri yetirməklə nənəsinin iztirab çəkməsini yox. ölümünü tezləşdirmək istəmişdir. O, nənəsini öldürdükdən sonra, bədəni üzərində heç bir hərəkət etməmiş, yalnız meyiti zibillik əraziyə tulladıqdan sonra gizlətmək üçün üzərinə daş yığmışdır. Onun hadisəni törətdiyi bıçaqlardan birinin dəstəyi qara, digərinin isə dəstəyi ağ rəngdə olmuşdur. O, nənəsini ilk öncə qara bıçaqla vurduğu üçün dəstəyi qara olan bıçağın tiyəsi əyilmiş vəziyyətdə olmuşdur. Hadisəni törədən zaman onun üzərində qara rəngli köynək və qara rəngli şalvar olmuşdur. 09 aprel 2022-ci il tarixdə anası, nənəsi və xalası ilə evin əşyalarının dağınıq olması, evdə kondisonerin və qab-qaçağın onun tərəfindən satılmasına görə mübahisələrinin olduğunu bildirmişdir. 09 aprel 2022-ci il tarixdən bir neçə gün əvvəl anası və nənəsi onun xalası gilə qalmağa getmişlər. O da həmin ərəfədə pula ehtiyacı olduğu üçün evin kondisonerini "lalafo” internet saytında tanımadığı şəxsə 250 manata satmış, həmçinin evdə olan dural, alüminium və dəmir materialdan olan tavaları isə əlvan metal satışını həyata keçirən Şükür adı şəxsə dəqiq xatırlamadığı məbləğə satıb pulunu xərcləmişdir. O, 11 aprel 2022-ci il tarixdə saat 11 radələrində evə gəlmiş, həmin vaxt anası və nənəsi də evdə olmuşdur. O, evdə çay içmiş və ona məxsus olan "redmi note 11" markalı mobil telefonun enerji naqilini nənəsindən istəmişdir. Həmin vaxt nənəsi naqili tapa bilməsə də, sonradan anası naqili tapıb ona vermişdir. onun həmin vaxt naqili istəməkdə məqsədi pulu olmadığı üçün telefonu satmaq olmuşdur. O, həyətdə olarkən telefonu da "lalafo" internet saytında satışa qoymuşdur. Nənəsini öldürüb meyitini gizlətdikdən sonra telefonu Nərimanov rayonu ərazisində 50 manata satmışdır. O, telefonu satdığı şəxsi tanımamış, həmin şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşmuş, o da telefonun özünə məxsus olduğunu demişdir. O, yaşadığı evi satmaq istəməmiş, sadəcə həmin evdə tək yaşamaq istəmişdir. Hadisəni törətdikdən sonra nənəsini öldürməsi barədə heç kimə məlumat verməmiş, nənəsini öldürməsinə heç kəs şahid olmamış, heç kim köməklik göstərməmişdir. Əvvəllər anası və nənəsini öldürməklə hədələməsi barədə suala o, anası və nənəsindən evdən çıxmalarını tələb etdiyini, sonuncuların evdən çıxmadıqları üçün onları qorxutmaq üçün dəfələrlə öldürəcəyini dediyini, lakin bunu sadəcə qorxutmaq üçün dediyini bildirmişdir. O, nənəsi Natalyanı bıçaq zərbələri ilə vuran zaman məqsədi nənəsini öldürmək olmuşdur. Natalyaya çoxsaylı bıçaq zərbələri yetirməklə sonuncunun iztirab çəkməsini yox, ölümünü tezləşdirmək istəmişdir. Nənəsinə birinci bıçaq zərbəsini vurduqdan sonra nənəsi ona vurmamasını bildirmiş, lakin o, artıq gec olduğunu düşünüb nənəsinin sözlərinə məhəl qoymadan bıçaq zərbələri vurmaqda davam etmişdir. Natalyanı bıçaq zərbələri ilə vurub öldürdükdən sonra sonuncunun meyiti üzərində heç bir hərəkət etməmiş, yalnız zibillik əraziyə tulladıqdan sonra gizlətmək üçün üzərinə daş yığmışdır. Hadisə zamanı yaşadığı evdə o və nənəsindən başqa heç kim olmamışdır. Təxmini 2019-cu ildə qız sevmiş və həmin qızla evlənmək istəsə də, ailəsi evlənməsinə qarşı çıxdığı üçün qollarnı kəsməklə özünə xəsarət yetirmişdir. O, həmin vaxt sakitləşmək üçün özünə xəsarət yetirmişdir. Onlar həmin vaxt təcili yardım və ya polisə məlumat verməmiş, hər hansı araşdırma aparılmamışdır. Onun şərəf və ləyaqətini mütəmadi olaraq alçaldan olmamış, hər hansı şəxs ona hədəqorxu gəlməmiş, etiraz əlaməti olaraq özünə xəsarət yetirmişdir. Əvvəllər və eləcə də 04 aprel 2022-ci il tarixdə anası Şahid1 ilə arasında olan mübahisələrlə bağlı sonuncunu öldürəcəyini deyib, öldürməklə hədələsə də, həmin vaxt anasının üzərinə bıçaq çıxarıbçıxarmamasım dəqiq xatırlamamışdır. Psixoloji problemləri ilə əlaqədar bir dəfə hərbi çağırışdan azad edilmişdir. O, yenidən aprel ayında tibbi müayinədən keçməli olmuş, aprel ayının əvvəllərində Suraxanı rayonu hərbi komissarlığına getsə də, adam çox olduğundan ona bir-iki gün sonra gəlməsini bildirmişlər. Daha sonra onun hərbi komissarlığa yenidən getmək fikri olsa da, nənəsini öldürdüyü hadisə baş verdiyi üçün gedə bilməmişdir. Təxmini olaraq 3-4 il əvvəl kakos adlı narkotik vasitə istifadə etsə də həmin narkotik vasitəni kimdən əldə etdiyini hazırda xatırlamır. Hadisədən əvvəl evdə olan kondisioneri, dəmir və alüminium materialları özünün qeydiyyatda olmaqla yaşadığı evdən götürüb satmışdır. Həmin əşyaların ümumilikdə dəyəri 300 manatdan artıq olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, onun atası Viktorun iki evi olmuşdur, evlərindən biri 5-ci mikrorayonda digəri isə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi., ünvan 2-də yerləşmişdir. 5ci mikrorayonda olan ev satılmış, Bakıxanov qəsəbəsində olan ev isə bacısı İrinanın adına rəsmiləşdirilmişdir, hazırda həmin mənzil kirayədədir. Digər evdə isə bacısı İrina, anası Natalya və bacısının oğlu Murad yaşayırmış, bacısı əvvəllər X13 ilə evlənmişdir, nikahlarından Murad doğulmuşdur. Muradın 3 yaşı olanda bacısı İrina əri Musadan boşanmışdır, boşandıqdan sonra bacısının Musa ilə heç bir əlaqəsi qalmamış və Muradı bacısı ilə anası birlikdə böyütmüşdür. Murad təxminən 2019-cu ildə qız sevdiyini, həmin qızla ailə həyatı quraraq evdə yaşamaq istədiyini bildirmişdir. Lakin qızın valideynləri evliliyə razılıq verməmişdir. Onlar həmin vaxt Muradın evlənmək istəməsinə narazı olmasalar da, Muradın işləməli və ailəsini dolandırmalı olduğunu demişlər. Qızın valideyinləri qızı Murada vermədikləri üçün Murad psixoloji travma keçirərək özünə xəsarət də yetirmişdir. Murad 2 saylı psixiatrik xəstəxanada iki gün müalicə almışdır. Murad hərbi xidmətdə də olmamış, sonuncuya möhlət hüququ verilmişdir. Murad 2020-ci ilin fevral ayında Türkiyə Respublikasına işləməyə getsə də, həmin ilin mart ayında koronavirus pandemiyası İlə əlaqədar karantin rejimi başlamış və iş olmadığı üçün təxminən 6-7 ay sonra Bakı şəhərinə qayıtmışdır. Murad Bakı şəhərində bir müddət yaşadıqdan sonra 03 mart 2021-ci il tarixdə Moskva şəhərinə getmiş və orada bir müddət yaşayıb işlədikdən sonra 2021-ci ilin təxminən noyabr-dekabr aylarında yenidən Bakı şəhərinə qayıtmışdır. Murad Bakı şəhərinə qayıtdıqda psixoloji durumu yerində olmamış, o Muradın çox əsəbiləşdiyini, aqressiv hərəkətlər etdiyini görmüşdür. Son zamanlar Murad evi təmir edib ailə həyatı qurmaq istədiyi üçün İrina və Nalalyadan evi boşaltmalarını tələb etmişdir. Murad anası və nənəsinə sonuncuları öldürəcəyini, daha sonra isə evi yandırıb özünü öldürəcəyini demişdir. O, Muraddan evlənmək üçün sevdiyi qızın olub-olmamasını soruşduqda Murad: "nə fərqi var bir nəfər tapıb gətirəcəm“, - deyə cavab vermişdir. Onun anası Natalya və bacısı İrina Muradın dediklərinə etiraz etdikləri üçün münasibətləri pisləşmişdir. Murad son zamanlar evdə əlində bıçaqla öz anası və nənəsini öldürəcəyi ilə hədələyirmiş. Münasibətlər kəskinləşdiyindən Natalya 2022-ci ilin fevral ayında onun yaşadığı evə gələrək, təxmini olaraq iki ay onun evində yaşamışdır. İrina isə arada onun, bəzi hallarda rəfiqələrinin, bəzi hallarda isə öz evində yaşamışdır. Muraddan qorxduqları üçün İrina və Natalya evdə daimi yaşamaq istəməmişlər. İrina 06 aprel 2022-ci il tarixdə onun evində, sonra bir gün rəfıqəsigildə qalmışdır. Bir müddət sonra o düşünmüşdür ki, nə vaxta kimi anası və bacısı bir gün orda bir gün burda yaşayacaqlar. O, bacısını söhbət edib məsələni həll etmələri üçün çağırmışdır. Bacısı onlara 08 aprel 2022-ci il tarixdə gəldikdən sonra O, İrina və Natalya ilə birlikdə sonuncuların evinə gedib, qapını döymüşlər. Murad qapını açan kimi öz anası və nənəsini nəzərdə tutub: "pal-paltarınızı yığın çıxın evdən“, - demişdir. Onlar içəri daxil olduqda qonaq otağında olan kondisonerin olmamasını, əşyaların isə rəflərdən yerə töküldüyünü görmüşlər. Onlar Muraddan evin hansı səbəbə bu gündə olduğunu soruşduqda Murad evi təmir etmək istədiyi üçün evin əşyalarını boşaldıb satacağını bildirmişdir. O, Muraddan təzə əşyaları haradan alacağını soruşduqda evlənəcəyi qızın cehiz gətirəcəyini anlamında: "gətirəcəklər", - demişdir. O, Murada iradını bildirdikdə Murad onu da öldürəcəyi ilə hədələdiyi üçün o, Muradın yanında polisə zəng etmiş, Murad onun polisə müraciət etdiyini gördükdə, telefonu söndürərək evdən qaçıb getmişdir. Daha sonra polislər evə gəlmiş, bacısı evdə ərizə yazmış, sonra isə bacısı polis bölməsində izahat vermişdir. O, 9-10 aprel tarixlərində bacısıgildə qalmış, bacısıgildə qaldığı müddətdə Murad evə gəlməmiş, həyətdə olan hamam tipli tikilidə qalmışdır. 10 aprel 2022 ci il tarixdə gecə saat 23 radələrində o, öz yaşadığı evə qayıtmışdır, yaşadığı evə qayıtmazdan əvvəl o, anası ilə evdə olan zibilləri birlikdə zibilliyə aparıb atmışlar. Zibili aparıb atdıqdan sonra geri qayıdan zaman Muradı həyətdə görmüşlər. Həmin vaxt anası evə getmiş, o isə Muradla söhbətləşmişdir. O, Murada psixoloq-həkimə getməyi məsləhət görərək, həkimə birlikdə getməyi təklif etmişdir. 11 aprel 2022-ci il tarixdə Murad Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə getməli imiş. Muradın möhlət hüququ bitdiyi üçün komissarlıq onu dəvət etmişdir. O Muradla əvvəlcə hərbi komissarlığa getməsi, sonra isə həkimə getmək barədə razılaşmışlar. Həmin vaxt həyətdə söhbət edən zaman hava soyuq olduğu üçün Natalya ona evdən gödəkcə gətirmişdir. Murad Natalyadan ərizəni geri götürmək fikrinin olub-olmamasını soruşmuşdur. Natalya isə Murada cavab verməyib ona tərəf baxmış, o isə Murada artıq ərizənin verildiyini bildirmiş və polisdən qaçmağın mənası olmadığını demişdir. O Murada: "get dərdin nədirsə polisə de. belə yaşamaq olmaz", sözlərini demişdir. O daha sonra taksi sifariş verib öz yaşadığı evə getmişdir. O, 11 aprel 2022-ci İl tarixdə saat təxminən 12 radələrində bacısının istifadəsindəki telelona görüntülü zəng edib anası Natalya ilə görüntülü danışmışdır. Natalya onunla danışan zaman Muradın 3 dəfə həyətdən evə gəldiyini, ikisində çay istədiyini, bir dəfə isə telefonun enerji naqilini götürmək üçün gəldiyini demişdir, Natalya həmçinin ona: "sən axşam Muradla nə qədər söhbət etdin, amma xeyiri yoxdur. Murad dəyişilməyibdir", - demişdir. O, 11 aprel 2022-ci il tarixdə saat 15 radələrindən başlayaraq anasının mobil telefonuna və ev telefonuna dayanmadan zəng etsə də, telefona cavab verən olmamışdır. O, Murada da zəng etmiş, lakin Murad da cavab verməmişdir. Bundan sonra qonşu Nataşaya zəng edərək onların evinə gedib anasının evdə olub-olmamasına baxmasını istəmişdir. Bir qədər sonra O, yenidən Nataşaya zəng etdikdə Nataşa ona: "Murad evdən nəisə çıxartmaq istədi, məni görüb içəri qaytarıb qoydu və qapını bağlamağa başladı” demişdir. X5 yerini soruşsa da, X7 evdə olmadığını demişdir. Nataşa həmçinin ona Muradla söhbət edən zaman evdən Natalyanın və evin telefonun zəng səslərini eşitdiyini demişdir. O, anası Natalyadan xəbər olmadığından, telefona cavab vermədiyindən narahat olduğu üçün polisə itkin düşməsi ilə bağlı məlumat vermişdir. O daha sonra bacısı İrinaya və əri İftixara zəng edib anasından xəbər olmadığı üçün narahat olduğunu, özünün də taksi ilə anasıgilə getdiyini demişdir. Bacısı İrina evə ondan tez çatmış və qonşu Nataşa ilə evə getmişlər. O, evə çatan zaman evdə bacısı İrina, qonşu Nataşa və qohumları İlqar evdə olmuşlar. Bundan sonra evdə olan hamı Natalyanı axtarmağa başlamışdır. O, evdə soyuducunun qapısının üzərində qan ləkəsi olmasını görmüş, bacısı isə zibil yeşiyində qara rəngli dəstəyi olan əyilmiş vəziyyətdə qanabənzər ləkələri olan bıçağı görmüşdür. Onlar yenidən polisə zəng etmişlər. Polis əməkdaşları evə gəlib evdən qan ləkələri və bıçağı götürmüşlər. O, saat 20 radələrində Muradın gizlənə-gizlənə evə gəlmək istədiyini pəncərədən görmüşdür. Murad pəncərəyə çatana yaxın başını qaldırmış və pəncərədə adam olduğunu görüb gəldiyi istiqamətdə geriyə qaçmışdır. O, əri İftixara Muradın gəldiyini demişdir. Lakin əri aşağı düşənə qədər Murad qaçıb getmişdir. Əri İftixar və İlqar həyətdə olan zaman qəli İdən İlqarın qaçdığını, ərinin isə arxasınca qaçdığını görmüşdür. Bir müddət sonra X10 qolundan tutub evə gətirmişlər. O, Muradı görən zaman Muradın sifət nahiyəsində xəsarət izi görmüşdür. O, Muradı görən kimi anasının yerini soruşmuş. Murad isə qışqıraraq: "bilmirəm bilmirəm, mən gələndə o yox idi", - deyə cavab vermişdir. Sonra Murad polis əməkdaşlarına da əvvəlcə anasının yerini bilmədiyini desə də, ertəsi günü, yəni 12 aprel 2022-ci il tarixdə günorta saatlarında polis və prokurorluq əməkdaşları Muradla birlikdə evə gələn zaman anasının meyidinin tapıldığını və Murad tərəfindən öldürüldüyünü öyrənmişdir. Zərərçəkmiş şəxs 68 yaşı olsa da, sonuncunun heç bir fiziki və psixi qüsurlarının olmadığını, özü özünü idarə elmək qabiliyyətində olduğunu, gündəlik həyatında və hərəkətlərində heç bir qüsur olmadığını bildirmişdir. Natalyanın hadisə vaxtı Təqsirləndirilən şəxs müqavimət göstərmək imkanı olduğunu lakin Murad kişi olduğu üçün anası Natalyadan fiziki olaraq güclü olduğunu düşündüyünü bildirmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər sevdiyi qız üçün qollarını kəsməklə özünə xəsarət yetirmişdir. Onlar həmin vaxt Murada tibbi yardım göstərmişlər, təcili yardım və ya polisə məlumat verməmişlər. Bu səbəbdən hər hansı araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs şərəf və ləyaqətini mütəmadi olaraq alçaldan olmamış, hər hansı şəxs sonuncuya hədə-qorxu gəlməmişdir. Murad sadəcə sevdiyi qız üçün aralarında mübahisə olan zaman etiraz əlaməti olaraq özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə anası və nənəsindən evi boşaltmalarını və evlənib həmin evdə yaşamaq istədiyini bildirmişdir. Həmin ev əvvəllər mərhum atası Viktora məxsus olmuşdur. Atası dünyasını dəyişdikdən sonra ev anasına keçmişdir. Çıxarışla ev Natalyaya məxsus olmuşdur. Həmin ev ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında yerləşir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında anası Natalya və oğlu Muradla birlikdə yaşamışdır. O Bakı şəhəri Montin qəsəbəsi ərazisində yerləşən gözəllik salonunda saç ustası işləyir. O, 2003-cü ildən əri X13 ilə boşanmışdır. Onlara atasından iki ədəd ev miras qalmış, biri yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında, digəri isə 5-ci mikrorayon ərazisində yerləşmişdir. Onlar 5-ci mikrorayon ərazisindəki evi satıb Bakıxanov qəsəbəsində yeni ev almışlar, yeni aldıqları ev hazırda kirayədədir. Murad onun yeganə övladıdır. Murad təxminən 18-19 yaşlarında olan zaman sevdiyi qız olduğunu, evlənmək isdədiyini demişdir. Onlar Muradın yaşının az olduğu və işi olmadığı üçün sonuncunun evlənməsinə qarşı çıxmışlar. Həmin vaxtdan onların münasibətləri korlanmışdır. Murad tez-tez əsəbiləşən uşaq olmuş, əsəb sistemi pozulmuş vəziyyətdə olmuşdur. Bir müddət sonra Murad həmin qızla ayrılmış və təxmini olaraq 2020-ci ildə Türkiyəyə getmiş, orada bir neçə ay qaldıqdan sonra geri qayıtmış və 2021-ci ilin mart ayında Rusiya Federasiyasına gedərək orada tikintidə fəhlə kimi işləməyə başlamış, təxminən 9 ay da orada qaldıqdan sonra, 2021-ci ilin dekabr ayında pul qazana bilmədiyi üçün Azərbaycana geri qayıtmışdır. Qayıtdıqdan sonra Murad çox dəyişilmiş, özünü normal aparmayıb, evdə dava-dalaş salaraq nənəsi Natalyanı və onu incitdiyi üçün, onun hansısa narkotik vasitə qəbul etdiyini düşünmüşdür. Muradın əsas mübahisəsi evlə bağlı olmuş, Murad evlənib tək yaşamaq istədiyini, buna görə də onların evdən çıxmasını tələb edirmiş. Murad dəfələrlə onu hədələyib, təhqir etsə də, Muraddan şikayət etməmişdir. Anası Natalya 2022-cİ ilin fevral ayında Muradın hərəkətlərinə dözməyib bacısı Yuliyanın evinə getmiş və təxmini olaraq 2 ay müddətinə Yuliyagildə qalmışdır. O Muradla tək qaldığı müddət ərzində sonuncu yenə öz əməllərindən əl çəkməmişdir. Hadisədən təxmini olaraq 1 həftə əvvəl Murad onunla mübahisə edib onu evdən qovmuşdur. O, bir neçə gün bacısının daha sonra rəfiqəsinin evində qalmış və 9 aprel 2022-ci il tarixdə O, Yuliya və anası Natalya ilə birlikdə evə qayıtmışdır. Evə qayıdan zaman Murad qapını açmışdır. Onlar evə daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu evdəki kondisionerin və qab-qacağın satıldığını görüb Muradla mübahisə etmişlər. Murad həmin vaxt yenə də onları evdən qovmaq istəsə də, onlar 102 qaynar xəttinə zəng edib Muraddan şikayət etmişlər. Murad bundan sonra qorxub qaçmağa çalışmış, onlar Muradın qaçmasına mane olmaq istəsələr də, sonuncu pəncərədən tullanıb getmiş və həmin gün evə gəlməmişdir. 10 aprel 2022-ci il tarixdə axşam saatlarında o, bacısı Yuliyanın həyətdə Muradla danışdığını görmüş, daha sonra anası Natalya da həyətə düşmüşdür, anası və bacısı Muradı müalicə olunmağa razı salmağa çalışmış. Murad isə nə üçün polisə şikayət etdiklərini, əgər həbs olunsa buna dözməyəcəyini, şikayəti geri götürmələrini istəmişdir. O, 11 aprel 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində yuxudan oyanmış, həmin vaxt evdə o və anası Natalya olmuşdur. O Muradın evə gəlib anası Natalyadan telefon üçün enerji naqili istədiyini eşitmiş, anası isə Murada naqilin yerini bilmədiyini demişdir. Daha sonra Murad anasından çay istəmiş, anası Natalya da Murada çay vermişdir. Murad çay içən zaman anası Natalya onu danlayıb, niyə belə elədiyini, niyə kondisioneri satdığını soruşmuş. Murad isə gülüb evin öz evi olduğunu onların evdən çıxacağını demişdir. Çay içdikdən sonra Murad yenidən həyətə düşmüş və yarım saat ara ilə bir neçə dəfə evə gəlib çay içib getmişdir. Sonuncu dəfə saat 12:25 radələrində Murad evdən çıxmış, 5 dəqiqə sonra isə o işə getmişdir. O, işə getməzdən öncə anasına Murad gəlsə, qapını açmamasını bildirmiş, anası isə Muradın pəncərədən də evə girə biləcəyini demiş, o isə Muradın evə girəcəyi təqdirdə dərhal evdən qaçmasını və polisə ya da ona zəng vurmasını bildirmişdir. O, saat 15:00 radələrində işdə olarkən, ev telefonuna zəng vursa da, telefona cavab verən olmadığı üçün narahat olub qonşuluqda yaşayan Nataşa kimi çağırdığı Natalyadan anasının evdə tək olmasından narahat olduğu üçün o, gələnədək anasının yanında qalmasını xahiş etmişdir. Saat 16:00 radələrində Nataşa ona zəng vuraraq onların evinə getdiyini, evin girişində Muradı gördüyünü, Muradın çöldən evin qapısını bağladığının şahidi olduğunu bildirmişdir. X5 yerini soruşduqda Muradın "getdi" deyə cavab verdiyini bildirmişdir. Nataşa Muradın həyətə düşdükdə əlində içərisində nə olduğunu bilmədiyi çexol kimi bir şey olduğunu, həmin çexolu harasa daşıdığını demişdir. O, həmin vaxt Muradın evə gəldiyini, anasının da qorxduğu üçün evdən qaçdığını. Muradın isə yenə evdən nələrisə götürüb satmağa apardığını, fikirləşmişdir. O, daha sonra taksi ilə evə gəlmiş və evin qapısının açarı qapının üzərində olduğunu görmüşdür. O, evə girib, anasını səsləyərək, bütün evi axtarsa da, tapa bilmədiyi üçün qorxmağa başlamışdır. O, daha sonra bacısı Yuliyaya məlumat vermiş və bütün qonşulara, qohumlara və tanışlara zəng vurub anasını soruşsa da, heç kəs anasının gördüyünü deməmişdir. O evdəki əşyaların yerinin dəyişildiyini görüb evdə fərqlilik hiss etmişdir. O, ağladığı üçün göz yaşını sildiyi salfetkanı mətbəx mebelinin içərisindəki zibil qabına alarkən zibil qabının içərisində üzərində qanabənzər ləkələr olan və əyilmiş vəziyyətdə olan qara rəngli dəstəyi olan bıçaq görüb qışqırmışdır. O, Muradın anasını yaraladığını düşünüb 102 xidmətinə zəng vurub məlumat vermiş, bir qədər sonra Yuliya və əri İftixar da onlara gəlmişdir. Daha sonra polis əməkdaşları gəlmiş, onlar polis əməkdaşlarına hadisə barədə məlumat vermiş polislər də bıçağı götürüb aparmışlar. Daha sonra polis əməkdaşları onun anasını axtarmağa başlamışlar. Növbəti gün səhər saatlarında O, anasının ölü vəziyyətdə tapıldığını öyrənmişdir. 04 aprel 2022-ci il tarixdə evdə olan zaman Təqsirləndirilən şəxs yenədə ev mübahisəsi üstündə onu hədələməyə başlamış və axşam saat 20-21 radələrində evdə olan mətbəx bıçağını götürüb bel nahiyəsinə sıxıb, onu öldürməklə hədələyərək evdən gedib, geri qayıtmamasını bildirmişdir. O, həmin gün qorxduğu üçün evdən getmiş və beş gün müddətinə evə qayıtmamışdır. O, 09 aprel 2022-ci il tarixdə anası və bacısı Yuliya ilə birlikdə həmin evə geri qayıtdıqda evin dağınıq olmasını, cüzi dəyəri olan evin kondisionerinin və evdə olan alüminium və dəmir qazan və tavalarını Muradın satmasını görüb polisə zəng edərək qeyd edilən xiisusatlarla bağlı müraciət etmişdir. Onun oğlu Təqsirləndirilən şəxs onu ölümlə hədələməsi və evin cüzi dəyərə malik kondisionerinin, tava və qazanlarının satılması ilə bağlı şikayət və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, onun adı Natalya olsa da, İrina və Yuliya ona çox vaxt "Nataşa" deyə çağırırmış. O mərhum Zərərçəkmiş şəxs yaşadığı mənzilin qonşuluğundaki ünvanda yaşayır. Onun oğlu Təqsirləndirilən şəxsla eyni sinifdə oxuduğundan həm də qonşu olduqları üçün həmin ailə ilə yaxın münasibətləri olmuş, O, Muradın anası İrina İlə rəfiqə olmuş. Zərərçəkmiş şəxs da qonşu kimi tanımışdır. Murad anası İrina və nənəsi Natalya ilə birlikdə yaşamışdır. Muradın anasının deməsinə görə Murad son vaxtlar çox aqressiv olmuş anasını və nənəsini evdən qovub, mübahisə yaradırmış. Murad nənəsi Natalyanı evdən qovduğu üçün sonuncu bir müddət qızı Yuliyanın evində qalmışdır. Zərərçəkmiş şəxs həmin evə hadisənin baş verməsindən bir neçə gün öncə qayıtmışdır. 11 aprel 2022-ci il tarixdə saat təxmi olaraq 15:00 radələrində Muradın anası İrina onunla əlaqə saxlayıb narahat olduğunu, Muradın bir müddət əvvəl evlərindən kondisioneri və digər əşyaları aparıb satdığını, hazırda anası Natalyanın evdə tək olduğunu bildirib anasına baş çəkməsini xahiş etmişdir. O paltarını geyinib Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Onların evləri arasında təxminən 10 dəqiqəlik məsafə vardır. O Zərərçəkmiş şəxs yaşadığı binaya, yaşadığı mərtəbəyə qalxarkən pilləkəndə Muradın öz evlərinin qapısını bağladığını görmüş, O, Muradı görəndə qapı bir qədər aralı olduğundan sonuncunun əli ilə qırmızı rəngli parçanın ucundan tutduğunun şahidi olmuşdur. Murad onu görən kimi parçanı əlindən buraxıb qapını örtmüşdür. O, Muradddan nənəsinin harada olduğunu soruşduqda Murad ona "gedib" deyə cavab vermiş, o nə vaxt getdiyini soruşduqda, "bir az olar" deyə bildirmişdir. Murad bu sözləri deyib onun üzünə baxmadan yanından pilləkəndən düşüb getmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs telefonuna zəng etsə də, telefonu götürən olmamış, daha sonra Yuliyaya zəng vurub, Muradı gördüyünü, Muradın ona Zərərçəkmiş şəxs getdiyini demişdir. Yuliya ona anasının ola bilsin ki, qonşuya getdiyini demişdir. O, aşağı mərtəbədəki qonşudan Zərərçəkmiş şəxs soruşduqda qonşu ona Zərərçəkmiş şəxs orada olmadığını bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs telefonuna zəng vurmuş, telefona cavab verən olmamış, O, zəngdə ola-ola Zərərçəkmiş şəxs yaşadığı mərtəbəyə qalxıb, qapıya qulağını dayayıb qulaq asdıqda içəridən telefon səsi gəldiyini eşitmişdir. Bundan sonra o, İrinaya zəng vurub bu barədə deyib tez evə gəlmələrini bildirmişdir. O bundan sonra telefonunun enerjisi azaldığından evə qayıtmışdır. Sonra İrina gəlmiş, o da İrinagilin evinə getmişdir. Onlar qapını açmaq istəyəndə qapının açıq olduğunu görüb, evə girmişlər Zərərçəkmiş şəxs axtarmağa başlamışlar. Zərərçəkmiş şəxs telefonu evdə olsa da, özü evdə olmamışdır. Daha sonra İrina zibil qutusunun içərisində qara rəngli, tiyəsi əyilmiş üzərində qanabənzər ləkələr olan bıçaq tapmışdır. Daha sonra polislərə bu barədə məlumat verilmiş, o isə evinə qayıtmışdır. Növbəti gün Yuliya ona zəng vurub Muradın Zərərçəkmiş şəxs öldürdüyünü bildirmişdir. Həmçinin bildirmişdir ki, ona təqdim olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində zibillik ərazidə aşkar edilmiş mələfəyə bükülmüş vəziyyətdə olan meyitin fotoşəkililindəki mələfə ilə 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əlində gördüyü parçanın rəngləri tamamilə eynidir. Bundan başqa bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evdən çıxarkən görən zaman əlində bıçaq və ya digər kəsici-deşici alət olmasını görməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Natalya onun anasının xalasıdır. Natalyanın iki övladı olmuş, birinin adı İrina. digərinin isə Yuliyadır. İrinanın Murad adlı bir oğlu vardır. İrina Murad və Natalya ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşamışlar. O, Natalyagildə çox olmuş, mütəmadi olaraq anasını Natalya ilə görüşmək üçün sonuncunun yaşadığı evə aparmışdır. Muradın yaşadığı evdə öz anası və nənəsi ilə daimi olaraq ailədaxili münaqişlərinin olmasını eşitsə də, münaqişənin səbəbini bilməmişdir. 11 aprel 2022-ci il tarixdə saat 16- 17 radələrində İrina onun yaşadığı evə zəng edərək Natalyanın onların evində olubolmamasını soruşmuşdur. O, Natalyanın onlarda olmadığını demişdir. Natalyanın onların yaşadığı evə nadir hallarda gəlib-getdiyi, gəldikdə isə əvvəlcədən xəbər verdiyini bildiyi üçtin narahat olub nə baş verdiyini soruşmuş. İrina isə həyəcanlı halda: "heç nə, heç nə, anan gələndə mənə zəng etsin“, - demişdir. həmin vaxt onun anası evdə olmamış, İrina ilə telefonla danışdıqdan 10 dəqiqə sonra anası mağazadan evə gəlmiş və özü İrina ilə telefonla danışmışdır. O daha sonra anası ilə birlikdə İrina gilə getmişlər. Maşında olarkən anası ona Natalyanın evdə olmadığını, İrinanın isə evdə soyuducunun üzərində qan ləkələrinin, zibil qabında isə əyilmiş formada qanlı bıçaq gördüyünü demişdir. O, anası ilə birlikdə İrinagilə gəlmiş və orada soyuducunun üzərində qan ləkələrini, eləcə də əyilmiş formada olan qara rəngli dəstəyi olan üzəri qan ləkələri olan bıçağı görmüşdür. Bir müddət sonra Yuliya da evə gəmişdir. Onlar Muradı axtarsalar da, sonuncunun telefonuna zəng çatmamışdır. Natalyanın telefonu, pulqabı və paltarları evdə imiş. Onlar ilk olaraq Natalyanın Muraddan qorxduğu üçün evdən qaçdığını düşünmüşlər. Bu səbəbdən o, Yeni Suraxanı qəsəbəsinin küçələrini gəzib həm Natalya həmdə Muradı axtarsa da, heç birini tapa bilmədiyi üçün yenidən İrinagilin evinə qayıtmışdır. Evdə olan zaman təxminən saat 19-20 radələrində Yuliya pəncərədən Muradın binaya yaxınlaşdığını görmüşdür. Murad Yuliya tərəfindən görüldüyünü hiss edib evə gəlməyib, əks istiqamətə doğru qaçmışdır. Yuliyanın əri İftixar Muradın arxasıyca həyətə düşsə də, Murad qaçıb getmişdir. O, 5-10 dəqiqə sonra həyətə düşmüş və ara küçələrə boylandıqda Muradın təxmini olaraq 50 metr aralıda çiyin və ayaq hissəsini görüb Murada doğru qaçmışdır. Murad da onun qaçdığını görüb qaçaraq uzaqlaşmağa çalışmışdır. O, Murada çatıb ayaq hissəsindən təpiklə vurub yerə yıxmış və Natalyanın yerini soruşmuşdur. Murad Natalyanın yerini bilmədiyini dediyi üçün o, Muradın sifət nahiyəsindən bir iki şillə və yumruqla zərbə vurmuşdur. Daha sonra İftixar və qonşu Əli gəlmiş, Muradı birlikdə evə aparmışlar. Onlar yolda da Muraddan Natalyanın yerini soruşsalar da, Murad Natalyanın yerini bilmədiyini demişdir. Mətbəxdəki qan ləkələri və əyilmiş qanlı bıçaqdan da heç bir xəbərinin olmadığını bildirmişdir. Muraddan nə qədər soruşsalar da, sonuncu Natalyanın yerini bilmədiyini deməkdə israr etmişdir. Natalyanın itkin düşməsi İlə bağlı polisə müraciət olunmuşdur və bununla bağlı polislər də səhərədək Natalyanı axtarmağa başlamışlar. Daha sonra Murad özü polislərə hadisəni danışmışdır. 12 aprel 2022-ci il tarixdə saat 14-15 radələriııdə Murad Natalyanı ev də öldürüb, sonra araba ilə çöllük əraziyə meyitini atdığını öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 2002-ci il tarixdə mərhum Zərərçəkmiş şəxsmn qızı X8 ilə evlənmişdir. Zərərçəkmiş şəxs onun qayınanası olmuşdur. Qayınanasına əri Viktordan iki ev qalmışdır. Evlərdən biri onun baldızı İrinanın digəri isə qayınanasının öz adına olmuşdur. İrina öz ərindən boşanmış, Təqsirləndirilən şəxs İrinanın yeganə övladıdır. Muradı uşaqlığından tanımışdır. Qaynanası Natalya, baldızı İrina və İrinanın oğlu Murad Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında qayınatasından miras qalan mənzildə birgə yaşamışdırlar. Övladları və arvadı Yuliya arabir həmin evinə gedib-gəlirmişlər. Təxminən bir neçə il öncə Yuliya ona Muradın evlənmək istədiyini bildirmiş, lakin Muradın yaşı az olduğundan və maddi gəliri olmadığından ailəsi razı olmamışdır. Bundan sonra Muradın ailəsi ilə münasibəti korlanmışdır. Murad keçən il Rusiya Federasiyasına getmiş, lakin bir müddət orada qaldıqdan sonra maddi vəziyyəti pis olduğu üçün yenidən Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra arvadı Yuliya ona Muradın çox dəyişildiyini, evdə dava-dalaş saldığını bildirmişdir. O, təxminən hadisədən 2-3 ay öncə Muradı bu səbəbdən danlamış, bir az da pul vermiş və nə problemi olsa, ona deməsini, problemlərinə köməklik edəcəyini bildirmişdir. Murad dələlərlə anasını və nənəsini evdən çıxmaları üçün hədələmişdir. Sonuncu dəfə təxminən hadisədən 2 ay öncə Murad evdə dava saldıqdan sonra qayınanası Natalya bezib onların evinə gələrək 2 ay onlarla birgə yaşamışdır. 9 aprel 2022-ci il tarixdə qayınanası və arvadı Yuliya birlikdə qaynanasının evinə getmiş və evin pis vəziyyətdə yəni dağınıq olduğunu, hətta Muradın evdəki kondisioneri də satdığını görmüşlər. Bundan sonra Yuliya ”102” xidmətinə zəng vurub Muraddan şikayət etmişdir. Həmin vaxt o da evə getmiş və daha sonra polis əməkdaşları gəlib baldızı İrinadan izahat alıb tədbir görəcəklərini bildirmişdirlər. Polisə şikayət edildikdən sonra Murad evdən qaçıb gizlənirmiş. 11 aprel 2022-ci il tarixində günorta saatlarında arvadı Yuliya ona zəng vurub Natalyaya zəng vurduğunu, lakin sonuncunun telefona cavab vermədiyini bildirmişdir. Bir qədər sonra onlar həmin evə getmişlər. Həmin vaxt İrina da evdə olmuşdur. İrina onlara anasının bütün əşyalarının evdə olduğunu, lakin özünün harda olduğunu bilmədiyini, mətbəxdə zibil vedrəsinin içində tiyəsi əyilmiş vəziyyətdə, üzərində qanabənzər ləkələr olan qara rəng dəstəyi olan bıçaq olduğunu bildirmişdir. O, özü də bıçağı görmüşdür. Onlar polisə qayınanasının itkin düşməsi barədə məlumat vermişlər. Daha sonra özləri tanışlara zəng vurub qayınansı Natalyanı soraqlasalar da, heç bir nəticə əldə etməmişlər. O, qohumu İlqarla birlikdə Muradı axtarmağa başlamışlar Muradı axtaran zaman İlqar Muradı görüb arxasınca qaçmış, bir xeyli qaçdıqdan sonra Muradı saxlamışlar. Həmin vaxt X9 yerini deməsini tələb etsə də, Murad müxtəlif cavablar verərək sualdan yayınaraq cavab verməmişdir. İlqar Natalyanın yerini öyrənmək üçün Murada bir-iki şillə və yumruq zərbəsi vurmuşdur. Onlar daha sonra Muradı hadisənin baş verdiyi öz yaşadığı evə gətirmişlər. Murad əl-üzünü hamam otağında yumuşdur həmin vaxt Muradın burnu da bir az qanamışdır. Evdə olan zaman hamı Muraddan Natalyanın harada olduğunu soruşsa da, Murad Natalyanın yerini bilmədiyini demişdir. Qonşu Nataşa onlara günorta Muradın əlində döşəyə bənzər yükü tutmasını gördüyünü bildirdiyinə görə o, Muraddan günorta döşəyi hara apardığını soruşmuş, Murad isə boş ev tapdığını, mələfəni və yastığı orada qalmaq üçün apardığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və Muradla birgə Natalyanın yerini axtaramağa başlamışlar. Daha sonra o, öz evinə getmiş, növbəti gün səhər tezdən o, arvadı Yuliya ilə qayınanası Natalyanın evinə getsə də, qapı bağlı olmuş, baldızı İrinaya zəng vurduqda isə İrina onlara 31-ci polis bölməsində olduğunu, qadın meyitinin tapıldığını demişdir. O, Yuliyanı orada qoyub getmiş, bir müddət sonra Yuliya ona zəng vurub ölənin Nataiya olduğunu, Muradın Natalyanı öldürdüyünü bildirmişdir. Həmçinin bildirmişdir ki. Muradı 11 aprel 2022-ci il tarixdə İlqarla birlikdə Natalyanın yerini soruşduqda onların suallarından yayındığı üçün İlqar Muradın baş nahiyəsinə 1-2 şillə və yumruq vurmuşdur. Başqa hər hansı şəxsin Muradı vurmasınındöyməsinin şahidi olmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 12 aprel 2022-ci il tarixli 54 saylı ekspert rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı yuxu arteriyasının və traxevanın zədələnməsi ilə müşaiyət olunmuş cəmi 9 (doqquz) ədəd olmaqla boyunun deşilmiş-kəsilmiş yaraları (onlardan 4 ədədi yuxu art. və traxeyanı zədəl əyib), sol bazu oynağının kəsilmiş və hər iki əlin deşilmiş-kəsilmiş dəri yaraları başın və üzün hematomaları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici əşya (alət), kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən törənməklə, ola bilsin ekspertizaya təqdim edilmiş hər iki bıçağın təsirindən törənmişlər, hematomalar isə bərk ki'ıt əşya (əşyalar) təsirindən törənmişlər, törən m ə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən 11 aprel 2022-ci il tarixinə uyğun gəlir və dərəcələrinə görə yuxu arteriyasının və traxeyanm zədələnməsi ilə müşayiət olunan 4 ədəd deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, digər deşilmiş-kəsilmiş yaralar və hematomalar isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxsnm ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən 18-24 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın ön tərəfində olmağa uyğundur. Zərərçəkmiş şəxsnm meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (1-ci cild iş vərəqi 196-201). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 14 aprel 2022-ci il tarixli 389 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədən səthində sağ gözaltı nahiyənin və göz qapaqlarının lıeınatoması xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 11 aprel 2022-ci i! tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulşmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (1-ci cild iş vərəqi 193-195). İşdə olan məhkəmə-tibbi bioloji ekspertiza üzrə 17 may 2022-ci il tarixli 232/2022- MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B- alfa/İİİ/ olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Aieksandrovnaya məxsus mayka, xal at, 02 ədəd döşək üzü. 02 ədəd çay dəsmalı, önlük, papaqlı sviter. 1 tay çəkələk, gödəkcə, 1 cüt corab, əski parçası, qara dəstəkli bıçaq. 02 ədəd paketdə qablaşdırılmış torpaq nümunələri üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd plastmas çubuq ucundakı pambıq, 02 ədəd pambıq topası, 02 ədəd bint kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri və həmçinin əksər ləkələrdə a İfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alta/11//İ1İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs Aieksandrovnaya məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qanın olması da ABO sistemi üzrə inkar olunmur/əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa. Təqdim edilən 1 cüt corab, siqaret kötüyü üzərində qana şübhəli hər hansı bir ləkə və ağ dəstəkli bıçaq üzərində isə qan aşkar olunmadı (1-ci cild iş vərəqi 202-209). İşdə olan məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertiza üzrə 01 iyun 2022-ci il tarixli 194/2022-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalatın ön hissəsinin sol çiyin nahiyəsində üç ədəd, xalatın sol qolunun ön-yuxarı nahiyəsində bir ədəd, xalatın yaxalığının sol nahiyəsində iki ədəd, maykanın sol çiyin nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu. iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş hadisənin baş verdiyi mənzilin mətbəxindən götürülmüş önlüyün cibinin üzərində bir ədəd deşilmiş- kəsilmiş zədə aşkar edildi. Bıı zədə iti ucu. iti ülgücü və küpü olan yastı tivə tipli deşici- kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir tay çəkələk, hadiəııin baş verdiyi mənzilin mətbəxindəki paltaryuyan maşının içərisindən götürülmüş iki cüt corab və bir ədəd gödəkçə: hadisənin baş verdiyi mənzildən götürülmüş bir ədəd köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Aleksandrov nanın mey idini nbüküldüyü hər iki döşək üzünün məhkəmə-tibb i bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Döşək üzlərinin demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyrimüəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar.

2. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş əski parçası, sağ tay çəkələk, iki ədəd dəsmal, bir ədəd önlük, bıçaq, gödəkçə, bir cüt corab, kapşonlu köynək məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Hər iki dəsmalın kənarlarına yaxın nahiyələrdə, önlüyün ön səthində bir cüt corabın üzərində, sağ tay çəkələyin üst hissəsində fasilələrlə yerləşən qan ləkələrinin bir hissəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli kontakt nəticəsində, bir hissəsi isə qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər. b) Gödəkçənin və kapşonlu köynəyin üzərində, bıçağın tiyəsinin hər iki səthində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları qeyri-düz. konturları aydın, nisbətən hemogen, zəif İntensivlikdə qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Oski parçasının demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyatiıq faktoru üzrə səthə hopmuşlar.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Xalatın və maykanın demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyrimüəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə, (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunmuş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmir. (1-ci cild iş vərəqi 210-216). İşdə olan kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə 14 may 2022-ci il tarixli 1201 saylı ekspert rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu qeyd edilmişdir. dissosiativ konversiona pozuntu psixogen etilogiyaya malik olmaqla, yaranma vaxtına görə travma törətmiş hadisələrlə, həll olunmayan və dözülməz problemlərlə və ya pozulmuş qarşılıqlı münasibətlərlə sıx əlaqəlidir. Simptomlar adətən pasientin psixi xəstəliyin əlamətləri haqqında fikirlərinə uyğun olurlar. Təqsirləndirilən şəxs qeyd edilən dissosiativ konversion pozuntu o dərəcədə ifadə olunmamışdır ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə elmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləro Azərbaycan Respublikası CM-niıı 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən dissosiativ konversion pozuntu o dərəcədə ifadə olunmayıb ki. onu öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etsin. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs inadkarlıq, nümayişkəranəlik. başqalarının hiss və yaşantılarına qarşı biganəlik, özünə qarşı hörmət tələb etmək, hirsli lik. hövsələsizlik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (2-ci cild iş vərəqi 3-8). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 16 iyun 2022-ci il tarixli 3255 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrdən periodik istifadə etmə halları olsa da, hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizin xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 1-2). İşdə olan 12 aprel 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs meyidinin aşkar edildiyi yer Bakı şəhəri, Suraxanı rayonu., Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən zibillik ərazidir. Hadisə yeri isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. ünvan 6 ünvanında yerləşən evdir (2-ci cild iş vərəqi 5-21). İşdə olan 18 iyul 2022-ci il tarixli diskə (videogörüntüyə) baxış protokolundan görünür ki, baxış zamanı 1 ədəd qara gödəkcə (kapşonlu köynək) və qara şalvarda olan şəxsin əl arabası ilə qırmızı rəngli mələfəyə bükülmüş yiikü daşıyaraq aparması görünür. Əl arabasında olan yükün büküldüyü mələfənin 12 aprel 2022-ci il tarixdə hadisənin baş verdiyi Bakı şəhəri Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi. 14 iyul küçəsində zibillik ərazidə aşkar edilmiş Zərərçəkmiş şəxs meyidinin büküldüyü mələfə ilə eynilik təşkil etməsi müşahidə edilir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, video görüntüdə müşahidə edilən qara gödəkcə qara şalvarda əl arabasında yük daşıyan şəxs onun özüdür. O, əl arabası ilə mərhum nənəsi Zərərçəkmiş şəxs öldürdükdən sonra qırmızı rəngli mələfəyə bükərək əl arabası ilə meyidin aşkar edildiyi Bakı şəhəri Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində zibillik əraziyə daşımışdır (2-ci cild iş vərəqi 24). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 191). İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 37). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 12 aprel 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 125-128). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayət əməlini qoca şəxsə qarşı törətməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs X1 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması, həmin Məcəllənin 61.1.7-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1.17-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 12 aprel 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan 1 ədəd çəkələk, qanabənzər ləkələr torpaq nümunəsi, meyitin büküldüyü 2 ədəd mələfə, hadisənin baş verdiyi ünvandan götürülmüş 3 ədəd qanabənzər ləkələr 2 ədəd dəsmal, 1 ədəd önlük, ağ rəngli dəstəyi olan bıçaq, qara rəngli gödəkcə, qan ləkələrinin silindiyi 1 ədəd əski, 2 cüt corab, bir ədəd gödəkcə, meyitə baxış zamanı meyitin üzərində olan 1 ədəd ağ rəngli mayka və 1 ədəd üzərində qanabənzər ləkələr olan xalat, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 5 ədəd qanabənzər ləkələr, 1 ədəd siqaret kötüyü və 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli dəstəyi olan bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan 1 ədəd çəkələk, qanabənzər ləkələr torpaq nümunəsi, meyitin büküldüyü 2 ədəd mələfə, hadisənin baş verdiyi ünvandan götürülmüş 03 ədəd qanabənzər ləkələr 2 ədəd dəsmal, 1 ədəd önlük, ağ rəngli dəstəyi olan bıçaq, qara rəngli gödəkcə, qan ləkələrinin silindiyi 1 ədəd əski, 2 cüt corab, 1 ədəd gödəkcə, meyitə baxış zamanı meyitin üzərində olan 1 ədəd ağ rəngli mayka və 1 ədəd üzərində qanabənzər ləkələr olan xalat, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 05 ədəd qanabənzər ləkələr, 01 ədəd siqaret kötüyü və 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli dəstəyi olan bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar