Məhkəmə qərarları › İş №1(101)-1515/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1515/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1515/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 56, mənzil 17-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımış, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, metadon tərkibli dərman preparatı və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,035 qram narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Azadlıq prospekti 186 ünvanında ƏÇPA-nm PB-nin polis nəfərləri tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün xx.xx.2023-cii il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan «Qara» adlı şəxsin onun mobil telefonuna göndərdiyi kart hesab nömrəsinə 250 manat məbləğində pulu “MilliÖn” terminalı vasitəsi ilə köçürüb, xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən həmin pulun müqabilində ona çatdırılması üçün yerləşdirilmiş 07 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,278 qram, 0,329 qram, 0,676 qram, 0,346 qram, 0,292 qram, 0,263 qram və 3,905 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,089 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,006 qram və 0,176 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,182 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «F/M40» sözləri yazılan tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd metadon həbi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Murad” adlı restoranın yanında gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi 3/2 ünvanının yaxınlığına daşımış, qeyd olunan tarixdə saat 14:50-də həmin ünvanın yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin Baş İdarənin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,278 qram, 0,329 qram, 0,676 qram, 0,346 qram, 0,292 qram, 0,263 qram və 3,905 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 6,089 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrılıqda çəkiləri 0,006 qram və 0,176 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,182 qram psixotrop maddə metamfetamin və narkotik vasitə olan üzərində «F/M40» sözləri yazılan tərkibində təsiredici maddəsinin miqdarı 0,04 ciram olan 01 ədəd metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Binəqədi RPİ-nin 5-ci PB-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ona qarşı ittiham elan edilmişdir. Həmin məsələ ilə əlaqədar o, polis əməkdaşlarını gördükdən sonra qorxaraq qaçmağa çalışmışdır. Bu zaman o, yerə yıxılaraq xəsarət almışdır. Sonra o, polis əməkdaşları tərəfindən Polis bölməsinə aparılmışdır. Bədənində olan xəsarətlərə görə oradan onu xəstəxanaya aparmışlar. Daha sonra o, xəstəxanadan evə buraxılaraq ev şəraitində müalicə olunmağa başlamışdır. Hadisədən təxminən 3-4 ay sonra o, yas mərasimində iştirak etmişdir. Həmin vaxt o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin həmin an onun üzərində narkotik vasitələr olmamışdır. İkinci dəfə polis əməkdaşları ona yaxınlaşaraq Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Polis bölməsinə getmişdir. Polis bölməsində videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilən zaman o, törətmiş əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrin bir neçə növündən istifadə edir. Demək olar ki, o, gündəlik olaraq həmin maddələri qəbul edir. Təxminən 5-6 ay əvvəl o, İran İslam Respublikasının vətəndaşı olan “Qara” adlı şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin şəxs ona İran İslam Respublikasına məxsus mobil nömrə ilə yazmış, adının Qara olduğunu, narkotik vasitə və psixotrop maddə satdığını bildirmişdir. O, Qara adlı şəxsin üzünü görməsə də, dəfələrlə sonuncudan narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, həmin şəxs “Whatsapp” mobil tətbiqində ona müxtəlif ünvanlar göndərmiş, o da Qara adlı şəxsin göndərdiyi ünvanlara gedərək gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürmüş, bunun müqabilində o, istifadəsində olan bankomat kartına “MilliÖn” terminalından müxtəlif məbləğlərdə pul göndərmişdir. Əvvəlcə o, narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə etsə də, sonradan həmin vasitələri sataraq gəlir əldə etmək qərarına gəlmişdir. O, həmin yol ilə yaxşı gəlir əldə edə biləcəyini düşünmüşdür. Həmçinin istədiyi qədər narkotik vasitə və psixotrop maddənin rahat şəkildə əldə edə biləcəyi və Qara kimi bir tanışının olması onu bu işə daha da sövq etmişdir. Bu yolla o, təxminən 6-7 dəfə Qaradan müxtəlif vaxtlarda narkotik vasitə və psixotrop maddələri alaraq tanımadığı şəxslərə satıb gəlir əldə etmişdir. Sonuncu dəfə də o, tutulmamışdan bir gün öncə, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Qara ilə yazışaraq narkotik vasitə və psixotrop maddələr almaq istədiyini bildirmişdir. Bir müddət sonra Qara ona 250 manat dəyərində narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamin hazırladığını, pulu göndərdikdən sonra ona ünvanı dəqiqliklə deyəcəyini bildirmişdir. O, 250 manat pulu Qara adlı şəxsə həmişə olduğu kimi “MilliÖn” terminalı vasitəsi ilə göndərmiş və bundan sonra Qara satdığı vasitələri Xocasən qəsəbəsində yerləşən “Murad” adlı restoranın yanına qoyduğunu demişdir. O, xx.xx.2023-cü il tarixdə Qaranın ona bildirdiyi ünvana getmiş və təxminən saat 03:00-04:00 radələrində narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamini oradan götürmüşdür. O, narkotik vasitə və psixotrop maddələri büküm halında 2 (iki) ədəd sarı qutuya qoyulmuş vəziyyətdə götürmüş, lakin həmin bükümlərin kimin tərəfindən və nə zaman ora qoyulduğunu bilməmişdir. O, qeyd olunan narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamini qısa müddət ərzində satacağını, bu yolla gəlir əldə edəcəyini, bundan sonra yenidən Qara adlı şəxsə ödəniş edib satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə alacağını düşünmüşdür. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə yas mərasimində iştirak etmək məqsədi ilə getmiş və saat 14:00 radələrində ünvan 4 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ondan anket məlumatlarını soruşmuşlar. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üstündə narkotik maddələr olaraq bildiyi “kola” və “patı”, eləcə də “metadon” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitələr olduğunu bildirib həmin vasitələri ardıcıllıqla təqdim etməyə başlamışdır. Belə ki, o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd sarı rəngli plastik qutunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra o, əynində olan həmin cins şalvarın sağ yan cibindən isə 1 ədəd qara rəngli mobil telefonu və 1 ədəd açıq qəhvəyi rəngli pul kisəsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra onun üstündən əlavə əşya və predmetlər aşkar olunmamışdır. Sonra onun təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk öncə onun təqdim etdiyi mobil telefona baxış keçirilmiş, mobil telefon qara rəngli, “Samsung” markalı olmuş, həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Daha sonra onun təqdim etdiyi 1 ədəd açıq qəhvəyi rəngli pul kisəsinə baxış keçirilmişdir. Pul kisəsinin içərisində onun özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində “Leobank" yazısı, 4098 5844 6817 1036 nömrələri olan plastik bank kartı və 10 manat pul əsginası olması müəyyən edilmişdir. O, plastik bank kartının ailə üzvlərinə məxsus olmasını, 10 manat pulu isə hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra onun təqdim etdiyi 2 ədəd sarı rəngli plastik qutulara baxış keçirilməyə başlanmış, 1-ci plastik qutunun içərisindən 1 ədəd şəffaf sellofan orta ölçülü büküm aşkar edilmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda, içərisində qəhvəyi rəngli narkotik maddələr olması aşkar edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutu polis tərəfindən açılmışdır. Burada 6 ədəd şəffaf sellofan kiçik ölçülü büküm, 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd gümüşü rəngli kağız büküm, 1 ədəd dərman həbi olması müəyyən edilmişdir. İlk öncə 6 ədəd şəffaf sellofan kiçik ölçülü büküm ardıcıllıqla açılmışdır. Həmin bükümlərin içərisində qəhvəyi rəngli narkotik maddələr olması aşkar edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bu bükümün içərisində isə ağ rəngli, kristallik formada “patı” adı ilə tanıdığı metamfetamin olması müəyyən edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümə polis tərəfindən baxış keçirilmişdir. Bu bükümün də içərisində ağ rəngli, kristallik formada “patı” adı ilə tanıdığı metamfetamin olması müəyyən edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 1 ədəd dərman həbinə baxış keçirilmişdir. Həbin üzərində “M-40” yazısı olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı o, üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Xocasən qəsəbəsində olarkan əldə etdiyini, bu maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Qara” adlı şəxsdən əldə etdiyini, bunun müqabilində “Qara” adlı şəxsə onlayn üsulla 250 manat pul göndərməyini, həmin şəxslə “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ödədikdən sonra həmin şəxsin Xocasən qəsəbəsində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik vasitə və psixotrop maddələr olmasını və adlarını “kakos”, “patı” olaraq bildiyini, həmin maddələri həm şəxsi istifadəsi, həm də başqa şəxslərə satmaq niyyəti ilə üstündə saxladığını, "Qara" adlı şəxsi isə 4-5 ay müddətdir ki, tanıdığını, sonuncudan bu qaydada təxminən 6-7 dəfə narkotik maddələr alaraq tanımadığı şəxslərə satdığını bildirmişdir. Daha sonra 1-ci plastik qutunun içərisindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan orta ölçülü büküm, 2-ci sarı rəngli plastik qutunun içərisindən aşkar olunmuş 6 ədəd şəffaf sellofan kiçik ölçülü büküm, 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd gümüşü rəngli kağız büküm, 1 ədəd dərman həbi, 2 ədəd sarı rəngli plastik qutu polis tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş və içərisində 10 manat pul olan pul kisəsi onun özünə qaytarılmışdır. Üstündən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 1 ədəd plastik bank kartı polis tərəfindən götürülmüşdür. Sonra onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:20-00:25 radələrində qohumu Şahid8 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bakı X2” qarşısında olmuşdur. Bir qədər sonra o, bir nəfərlə görüşməli olduğunu qohumu Şahid8 bildirib sonuncudan onunla birlikdə getməsini xahiş etmişdir. Sonra o, “Bakı X2” qarşısından taksi sifarişi vermiş və bir neçə dəqiqədən sonra sifarişi əsasında "Bakı Beynəlxalq Avtovağzal Kompleksinə” “Kia Rio” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. O, həmin taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinə gəlmişdir. O, Azadlıq prospektində olarkən sürücüdən avtomobili bir qədər irəlidə sağ tərəfdə saxlamasını xahiş etmiş, sürücü də avtomobili köməkçi yoldan sağ istiqamətdə içəriyə doğru idarə etmişdir. Daha sonra o, sürücüdən avtomobilin hərəkətini dayandırmağı xahiş etmiş və sürücü avtomobilin hərəkətini dayandırdıqdan sonra o, düşüb getmiş və bildirmişdir ki, «siz maşında gözləyin, gəlirəm». Təxminən 2-3 dəqiqədən sonra o, yenidən avtomobilə yaxınlaşıb arxa oturacağa keçərək əyləşmiş, geri qayıdarkən sürücü avtomobilin hərəkətini yola doğru düzəltmiş və sürücü avtomobili yerindən hərəkətə gətirən anda polis avtomobili onun olduğu taksi avtomobilinin qarşısına keçmişdir. Bu zaman polis əməkdaşları avtomobildən düşüb onlara tərəf yaxınlaşmışlar. Həmin an o, avtomobili tərk edib qaçmağa başlamışdır. Polis əməkdaşları isə onun arxasınca gəlməyə başlamışlar. O, qaçarkən müvazinətini itirib çökək olan hissəyə sağ tərəfi üstə yıxılaraq xəsarət almışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmışlar və onu orada yerdən qaldıraraq polis maşınına gətirmişlər. O, polis maşınında olan qohumuna və taksi sürücüsünə qaçarkən müvazinətini itirib çökək olan hissədə yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, tanışı Anarı və taksi sürücüsünü taksi avtomobili ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-yə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində onun üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında axtarış keçirilmiş və həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü, sol yan cibindən 1 ədəd göy rəngli “Donor” markalı və 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, arxa sağ cibindən isə 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq kağız pul əsginaslarından ibarət cəmi 47 manat məbləğində pulu çıxararaq masanın üzərinə qoymuşdur. Ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o da üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. O, həmin əraziyə «Qara» kimi bildiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün 30 manata narkotik vasitə hesab olunan “heroin” almağa getmişdir. Belə ki, o, iki ildir ki, narkotik maddə hesab edilən heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl adını «Qara» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının onun istifadəsində mobil telefonun «Whatsapp» mesaj mübadilə sisteminə göndərmiş olduğu dəqiq koordinat və fotoşəkil əsasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində 186 ünvanında yolun kənarındakı ağaclardan birinin dibindən şəxsi istifadəsi üçün 30 manat məbləğində pul müqabilində əldə etmiş və gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. O və Şahid8 polis əməkdaşları tərəfindən saxlanılarkən ona və Anara qarşı hər hansı bir formada fiziki zor tətbiq olunmamışdır. O, polis əməkdaşından qaçarkən heç bir kənar təsir olmadan özü müvazinətini itirib çökək hissəyə yıxılaraq xəsarət almışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Mbelə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 05 fevral 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə BMCMİ-nin rəhbərliyinə müvafiq raportla məruzə edilmişdir. Sonra BMCMİ-də əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna üç nəfər daxil edilmiş və həmin şəxslər ondan, Şahid1 və Şahid3 ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Bundan sonra ona və əməliyyat qrupunun digər üzvlərinə Turalın həmin vaxt olduğu yer barədə məlumat daxil olmuşdur. 05 fevral 2023-cü il tarixdə, saat 14:00-15:00 radələrində o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Biləcəri qəsəbəsinə getmişlər. Onlar ünvan 6 ünvanında Turalı görərək yaxınlaşmışlar və hər üçü də Turala yaxınlaşan zaman xidməti vəsiqələri ni təqdim etmişlər. Onlar bundan sonra Turala polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan əlavə, əməliyyat qrupu olaraq onlar Turala üzərində narkotik vasitənin olması barədə şübhələrinin olduğunu və buna görə də Turala onlarla birlikdə BMCMİ-yə getməli olduğunu demişlər. Tural da onlarla razılaşmış və sonra onlar Tural ilə birlikdə BMCMİ-yə yollanmışlar. BMCMİ-də Turalın üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilmişdir. Həmin şəxsi axtarışda vəkil də iştirak etmişdir. Turalın üzərinə keçirilən şəxsi axtarış zamanı Tural özü könüllü olaraq üzərində olan bütün predmetləri qarşısındakı masanın üzərinə qoymuşdur. Turalın qarşısındakı masanın üzərinə qoymuş olduğu predmetlərin arasında 02 ədəd sarı rəngli büküm də olmuşdur. Həmin 02 ədəd sarı rəngli bükümün içərisində narkotik vasitə olan heroin, narkotik vasitə olan metamfetamin və psixotrop maddə olan metadon həbləri olmuşdur. Tural üzərindən çıxmış olan narkotik vasitələrin mənbəyi barədə verilən suala cavab olaraq bildirmişdir ki, üzərindən çıxmış narkotik vasitələri bir neçə gün öncə İran İslam Respublikasının vətəndaşı olan Qara adlı şəxsdən “Whatsapp” tətbiqi vasitəsilə satış və şəxsi istifadə məqsədilə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, xx.xx.1991-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq ondan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. xx.xx.2023-ci il tarixdə günorta saatlarında o, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi 3/2 ünvanına gedərək orada əməliyyat mövqeyi seçmişlər. Onlar həmin ünvanda olduqları zaman, yəni xx.xx.2023-cü il tarixdə, saat 14:50-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və həmin şəxsi DİN-in BMCMİ-yə dəvət etmişlər. Sonuncu da etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd sarı rəngli plastik qutunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan həmin cins şalvarın sağ yan cibindən isə 01 ədəd qara rəngli mobil telefon və 01 ədəd açıq qəhvəyi rəngli pul kisəsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və pıvdmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmış, ilk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telelona baxış keçirilmişdir. Mobil telefon qara rəngli, ‘‘Samsung’' markalı telefon olmuşdur. Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd açıq qəhvəyi rəngli pul kisəsinə baxış keçirilmişdir. Pul kisəsinin içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində “Leobank” yazısı, 4098 5844 6817 1036 nömrələri olan plastik bank kartı və 10 manat pul əsginası olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs plastik bank kartının ailə üzvlərinə məxsus olmasını, 10 manat pulun isə hər hansı bir qanunazidd yol ilə əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sarı rəngli plastik qutulara baxış keçirilməyə başlanmışdır. 1-ci plastik qutunun içərisindən 01 ədəd şəffaf sellofan orta ölçülü büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda, içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutu açılmış, burada 06 ədəd şəffaf sellofan kiçik ölçülü bükümlər, 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd dərman həbi olması müəyyən edilmişdir. İlk öncə 06 ədəd şəffaf sellofan kiçik ölçülü bükümlər ardıcıllıqla açılmışdır. Həmin bükümlərin içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bu bükümün içərisində isə ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün də içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Daha sonra 2-ci sarı rəngli plastik qutudan aşkar olunmuş 01 ədəd dərman həbinə baxış keçirilmişdir. Həbin üzərində "M-40” yazısı olması müəyyən edilmişdir. Sarı rəngli plastik qabların içərisində əlavə narkotik vasitə və ya psixotrop maddə metamfetaminə oxşar izlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Xocasən qəsəbəsində olarkan əldə etdiyini, bu maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Qara” adlı şəxsdən əldə etdiyini, bunun müqabilində "Qara” adlı şəxsə onlayn üsulla 250 manat pul göndərməsini, həmin şəxslə “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Xocasən qəsəbəsində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik maddələr olmasını və adlarını “kakos”, “patı” olaraq bildiyini, həmin maddələri həm şəxsi istifadəsi, həm də başqa şəxslərə satmaq niyyəti ilə üstündə saxlamasını, "Qara” adlı şəxsi isə 4-5 ay müddətdir ki, tanıdığını, sonuncudan bu qaydada təxminən 6-7 dəfə narkotik maddələr alaraq tanımadığı şəxslərə satmasını bildirmişdir. Daha sonra 1-ci plastik qutunun içərisindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan orta ölçülü büküm, 2-ci sarı rəngli plastik qutunun içərisindən aşkar olunmuş 06 ədəd şəffaf sellofan kiçik ölçülü bükümlər, 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd dərman həbi, 02 ədəd sarı rəngli plastik qutular cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş, içərisində 10 manat pul olan pul kisəsi iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 01:15 radələrində “Azadlıq” metrostansiyası istiqamətində xidməti post-patrul avtomobili ilə xidmət aparan zaman xidməti post-patrul avtomobili bir mülki avtomobilin qarşısında saxlamışdır. Həmin mülki avtomobildə 3 (üç) nəfər əyləşmişdir. Həmin 3 (üç) nəfərdən biri sükan arxasında əyləşərək avtomobili idarə edən sürücü olmuş, biri sürücünün yanında əyləşən Təqsirləndirilən şəxs olmuş, digəri isə arxada əyləşmişdir. Onların xidməti post-patrul avtomobili həmin mülki avtomobilin qarşısına keçən zaman Tural sürücüyə əl işarəsi edərək sürücüdən hərəkəti davam etdirməsini tələb etmişdir. Bu zaman sürücü Turala qarşısında PPX avtomobilinin olduğunu əsas gətirərək Turalın tələbini yerinə yetirə bilməcəyini bildirmişdir. Sürücüdən rədd cavabı alan Tural tələsik bir şəkildə avtomobildən enərək qaçmağa başlamışdır. Tural qaçmağa başlayanda onlar da Turalın arxasınca qaçmağa başlamışlar. Tural qaçan zaman müvazinətini itirərək yerə yıxılmışdır. Turalın qaçdığı ərazi park ərazisi olmuş və Tural qaçan zaman qarşısına hündür bir səki çıxmışdır. Tural da həmin səkinin yol olduğunu zənn edərək qaçmağa davam etmişdir. Elə bu zaman Tural boşluğa gedərək yıxılmışdır. Tural yıxılanda sonuncu ilə onların arasında 10-15 metr məsafə olmuşdur. Sonra Tural üzərində narkotik vasitə olduğu üçün onlardan qaçdığını bildirmişdir. Tural yıxıldıqdan sonra onlar Turalı yerdən qaldırıb PPX avtomobilinə aparmışlar və sonra Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləyir. xx.xx.2022-ci il tarixdə, saat 01:00-02:00 radələrində ona Təqsirləndirilən şəxs tərəfindən Biləcərindən Binəqədiyə getməklə bağlı taksi sifarişi gəlmişdir. Tural onun avtomobilində olan zaman özünü şübhəli aparmamışdır. Tural onun avtomobilində olan zaman heç nə danışmamışdır. O və Tural artıq Binəqədidə olanda polis əməkdaşlarının idarə etdikləri avtomobil onun idarə etdiyi avtomobilin önünə keçərək hərəkətdə olan avtomobilini saxlamışdır. Bundan sonra Tural avtomobildən enərək polis əməkdaşlarından qaçmağa başlamışdır. O, həmin an şok vəziyyətində olduğu üçün Turalın polis əməkdaşlarından niyə qaçdığını dərk etməmişdir. Lakin Tural polis əməkdaşlarından qaça bilməmişdir. Çünki Tural polis əməkdaşları tərəfindən həmin andaca saxlanılmışdır. Polis əməkdaşları Turalı saxlayan zaman onu da saxlamışlar. Bundan sonra polis əməkdaşları onu və Turalı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Orada araşdırma aparıldıqdan sonra polis əməkdaşları onu buraxmışlar. O, Binəqədi rayon Polis İdarəsinin 5-ci X7 üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qohumudur. xx.xx.2022-ci il tarixdə, saat 00:20-00:25 radələrində o, qohumu Təqsirləndirilən şəxs ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, X1rşısında olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs bir nəfər şəxslə görüşməli olduğunu bildirmiş və ondan birlikdə getməyi xahiş etmişdir. O da Turalla razılaşmış və sonra Tural Bakı şəhəri, Binəqədi rayonu, X1rşısından taksi sifariş verdirmişdir. Bir neçə dəqiqədən sonra onların dayandığı yerə “Kia Rio” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. O, avtomobildə qabaq sağ oturacaqda, Tural isə arxa oturacaqda əyləşmişdir. Onlar həmin taksi avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisinə gəlmişlər və Azadlıq prospekti ilə köməkçi yolla hərəkət edən zaman Tural avtomobili bir qədər irəlidə saxlamağı xahiş etmişdir. Sürücü də avtomobili köməkçi yoldan içəriyə doğru hərəkət etdirmişdir. Həmin vaxt Tural avtomobili sağ tərəfdə saxlamağı xahiş etmiş, sürücü də avtomobili sağ tərəfə doğru hərəkət etdirib saxlamışdır. Sonra Tural maşından düşüb kiminləsə görüşməyə getmişdir. O, sürücüyə demişdir ki, avtomobilin yola doğru istiqamətini çevirsin. Sürücü də avtomobili irəli-geri hərəkət etdirib yola doğru düzəlmişdir. Təxminən 2-3 dəqiqədən sonra Tural yenidən avtomobilə yaxınlaşmış və avtomobilin arxa qapısını açıb əyləşmişdir. Bu vaxt sürücü avtomobili hərəkətə başlamaq istəmişdir ki, polis avtomobili hərəkətdə olduqları avtomobilin qarşısına keçmişdir. Həmin vaxt polis əməkdaşları avtomobildən düşüb onların olduğu avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Tural avtomobildən düşərək qaçmağa başlamışdır. O, avtomobildə oturduğu üçün polis əməkdaşları onu saxlamışlar. Sürücü də sükan arxasında əyləşmişdir. Polis əməkdaşlarından biri Turalın arxasınca getmiş və təxminən 5- 6 dəqiqədən sonra Turalı saxlayıb geri gətirmişdir. Sonra məlum olmuşdur ki, Tural qaçarkən ayağı çökəyə düşərək xəsarət almışdır. Bundan sonra polis əməkdaşları sürücünü, onu və Turalı 5-ci PB-ııə gətirmişlər. Tural avtomobildən düşüb qaçdıqdan təxminən 5-6 dəqiqədən sonra polis əməkdaşı tərəfindən saxlanılıb gətirildikdə o, Turalın ayağından xəsarət aldığını görmüşdür. Tural qaçarkən ehtiyatsızlıq etdiyini və ayağı çökəyə düşərək xəsarət aldığını bildirmişdir. Nə Turala qarşı, nə də ki, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakı hərəkətlər edilməmişdir. O, Turalın həmin əraziyə əvvəlcədən gəlməsinin səbəbini bilməmiş, yalnız Tural tutulduqdan sonra sonuncunun üzərində narkotik vasitə olması barədə məlumat almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 188) görünür ki, həmin gün saat 01:30 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçarkən yerə yıxılaraq xəsarət almışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 189) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 198) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2022-ci il il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 199-201) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5350 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 230-231) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 249174” dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs .yazı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,035 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in İ siyasıhına daxildir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 1-2) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 15-16) görünür ki, həmin gün Məlikov X4 rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Tural adlı şəxsin külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki cins şalvarın sol yan cibindən 07 ədəd bükümdə narkotik vasitə heroinə oxşar, 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar və üzərində «F/M40» sözləri yazılan 01 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/714 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 45-47) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №6” dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr..yazı və imzalar olan paketdəki; 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,278 qram, 0,329 qram, 0,676 qram, 0,346 qram, 0,292 qram, 0,263 qram və 3,905 qram, ümumi təmiz çəkisi 6,089 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,006 qram və 0,176 qram, ümumi təmiz çəkisi 0,162 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. 2 ədəd sarı rəngli plastik qabların içərisində heroinin və metamfe tam inin izləri vardır. İz şəçklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan melamletaminlər və heroinlərlə eyni kiyavi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına, heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyasıhına daxildir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 172/2023 saylı qərarından (cild 1, iş vərəqə 95-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 224/2023 saylı qərarından (cild 1, iş vərəqə 154-155) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 100-101) görünür ki, ekspertiza tədqiqatından sonra 5,809 qram olan narkotik vasitə heroin, 1/2 narkotik vasitə metadon həbi və 0,129 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-365/2023 saylı qərarından (cild 1, iş vərəqə 117-119) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsin 1296 nömrəli rəyindən (cild 1, iş vərəqə 158-159) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli rabitə kanalından alınmış məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 170-171) görünür ki, mobil nömrənin SMS bölümünə baxış keçirdikdə həmin bölümdə çoxlu sayda SMS yazışması olduğu müəyyən edildi. Belə ki, mobil telefonun ***-***-**-** saylı GSM mobil nömrəsindən ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «hə Ayka danışa bilmirəm, telnən, gəlirəm, nese sözün de, mən gəlirəm keçəcəm bileceridən», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda bank kartının şiftərisinin göndərildiyi, ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «Qadeş 5 dəq sebirli ol yığıram», yenidən ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «mal alıb gətirirəm sənə, sən də belə», ***-***- **-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «ay yetim mənə rovna 15 manat vur, daş lazımdı həll elədə», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «sənə bayaq dediyim koladan verəcəyəm», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «Cəbi qardaşımsan evə çatana yaxın denən mənə tez gəlim də lomkadan ölürəm, sən bakıvm canı ölürəm», «Cəbi qaqaş gedib-gəlmisənsə ikisindəndə götyürmüsənsə puluynan 2-3 dənə», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «roma cavab ver de vacibdi nə qədər teman var əlində nağdı verirəm pulunu», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «səid de sənə nə qədər lazımdı var əlində de mən gələnəcən diyim det Anardan götiir», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «motosiklet sürən uşaq gətirir malı», «səid sən öl bayaq da az olub», «indi təmiz varım az verəcəm», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda « Qaqa 40 dəq səbirli ol götürüm gəlib götürərsən sən anavın canı zaryatkam yoxdu», «Qalib çıxıram, gəlirəm, evə çatım gələrsənə, «gəl götür 1 qram verəcəm», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «Ay yektim sön öl pulum yoxdu 20 25 manata görə sənə deyirəm sənə denən yoxdu alınmır 2 saata vuracam başqa yerdən tapardım da ay brat», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «Qaqaş cavab ver dərman lazımdı», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda « Qedeş atanda mənə xəbər eləyərsən kartı atdım omı», ***-***-**-** saylı GSM mobil nömrəyə göndərilmiş mesajda «bank kartı 10 manat gələ gələ at, mütləq at», «Azad vacibdi pul vurmalıyam, yoxsa patı verməyəcəm» kimi SMS-lər öz əksini tapmışdır. SMS-lərə baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil nömrələri nəzərdən keçirdikdə ***-***-**-** saylı GSM mobil nömrənin Ayka adlı tanış qızma məxsus olsa da, həmin qızın atasını tanıdığını və həmin nömrə ilə qeyd olunan şəxslə əlaqə saxladığını, ***-***-**-** saylı GSM mobil nömrənin abonentini hazırda xatırlamadığını, ***-***-**-** saylı GSM mobil nömrənin sahibi ıııəhlə uşağı Buğday adlı şəxsə məxsus olduğunu və həmin şəxs marketdə satıcı işlədiyindən ona müntəzəm satması üçün ərzaq mah verdiyini, ***-***-**-** saylı GSM mobil nömrənin abonentini tanımadığını, ***-***-**-** saylı GSM mobil nömrənin sahibi Ramin Namazov adlı Roma kimi müraciət etdikləri şəxs olduğu və həmin şəxsin də avtovağzalda satıcı işlədiyini, həmin şəxsə də satmaq üçün ərzaq mah gətirdiyini, ***-***-**-** saylı GSM mobil nömrənin sahibi Səid adlı məhlə uşağı olduğunu, ***-***-**-** saylı GSM mobil nömrənin sahibi Qalib adlı tanışma məxsus olduğunu, ***-***-**-** saylı GSM mobil nömrənin də sahibi Buğday adlı məhlə uşağı olduğunu, ***-***-**-** saylı GSM mobil nömrənin sahibinin də tanışı Aykanın atasına məxsus olduğunu bildirdi. Yuxarıda adlarını çəkdiyi Roma ləqəbli Ramin Namazovun, Qalib adlı, Buğday adlı məhəllə uşaqlarının və həmçinin tanışı Aykanın atasının narkotik istifadəçiləri olduğunu, adları qeyd olunan şəxslərin hazırda həbsdə olduqlarını bildirdi. xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və hə min Məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin 1460 nömrəli rəyindən (cild 1, iş vərəqə 38-39) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 59-79) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid8 və Şahid7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 89-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 57-58) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Azadlıq prospekti 186 ünvanında ƏÇPA-nın PB-nin polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:50-də Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi 3/2 ünvanının yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin Baş İdarənin inzibati binasına aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynindəki cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,278 qram, 0,329 qram, 0,676 qram, 0,346 qram, 0,292 qram, 0,263 qram və 3,905 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 6,089 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrılıqda çəkiləri 0,006 qram və 0,176 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,182 qram psixotrop maddə metamfetamin və narkotik vasitə olan üzərində «F/M40» sözləri yazılan tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Bununla da onun əməllərində Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən onun mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmununu əsas götürmüşdür. Belə ki, həmin sms-lərdən açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs isə bəzən ondan istənilən narkotik vasitə və psixotrop maddələrin hazırda onda olmadığını, bəzən narkotik vasitə və psixotrop maddələrin çəkisi və qiymətini göstərməklə satmasına razı olmasını bildirmişdir. Həmçinin müxtəlif şəxslər ondan aldıqları narkotik vasitə və psixotrop maddələrin çəkiləri və keyfiyyəti barədə öz narazılıqlarını bildirmişlər. Bu dəlillər isə bilavasitə onu göstərir ki, Təqsirləndirilən şəxs müxtəlif mənbələrdən öz istifadəsi üçün dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələr alsa da, əksər hallarda qanunsuz şəkildə əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin təkrar qanunsuz satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində yaşlı və xəstə valideynlərinin olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə, məhkəmədə isə qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayətlər daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 fevral 2023-cü il tarixdən hesablanmalı, eləcə də onun 20 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsin 1296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,809 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,053 qram təşkil edən psixotrop maddə metamfetamin, metadon həbin 1/2 hissəsi, qalıq çəkisi 3,935 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd plastik bank kartı məhv edilməli, 2 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və onun üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,809 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,053 qram təşkil edən psixotrop maddə metamfetamin, metadon həbin 1/2 hissəsi, qalıq çəkisi 3,935 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd plastik bank kartı məhv edilsin, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar