Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1515/2024 30.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X10” birliyinin nümayəndəsi Nümayəndə, müdafiəçi: “Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massiv 2-ci dalanda yaşamış, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 04 may 2021-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnfrakstrukturun inkişafı İdarəsinin rəisi Şahid1 özünü uzun müddət tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığını xarici ölkələrdən alaraq gətizdirməklə quraşdırılması sahəsində çalışan, geniş təcrübəyə, işgüzar əlaqələrə malik tərəfdaş və etibarlı iş adamı kimi təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inşası davam edən yeni inzibati binasına fasad şüşələrinə xidmət avadanlığı gətizdirib həmin binaya quraşdıracağına dair yalan vəd verib aldatmaqla Şahid1 inam və etibarını qazanmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək, Dövlət Gömrük Komitəsinin kommersiya xarakterli müqavilələri icra edən qurumu olan "Azərterminalkompleks" birliyi ilə 30 iyun 2021-ci il tarixdə “Lo23” nömrəli müqavilə bağlayaraq həmin tarixdən 30 noyabr 2021-ci il tarixədək 01 ədəd “Secalt” markalı BMU-Fasad xidmət avadanlığını həmin binada quraşdıracağı ilə bağlı görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərilərlə aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib etdiyi müqavilə üzrə 01 iyul 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 AZ22AİİB******************** hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Nəsimi filialında olan AZ24AİİB400300C**********111 nömrəli hesabına əlavə dəyər vergisi daxil olmaqla 142.605,36 manat pul, 19 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 35.065,47 manat pul, 27 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 41.900,15 manat pul, 03 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 34.853,07 manat pul, 16 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 11.297,91 manat pul vəsaitinin köçürülməsini təmin edib, vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyib, pul vəsaitini təyinatı üzrə xərcləməməklə, öz şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4nə ümumilikdə 265.721,96 (iki yüz altmış beş min yeddi yüz iyirmi bir manat, doxsan altı qəpik) manat məbləğin külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 04 may 2021-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnfrakstrukturun inkişafı İdarəsinin rəisi Şahid1 özünü uzun müddət tikinti sahəsində turniketlərin xarici ölkələrdən alaraq gətizdirməklə quraşdırılması sahəsində çalışan, geniş təcrübəyə, işgüzar əlaqələrə malik tərəfdaş və etibarlı iş adamı kimi təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inşası davam edən yeni inzibati binasının əsas girişində 10 ədəd “Dormakaba Argus 40” markalı turniketlərin gətizdirib orada quraşdıracağına dair yalan vəd verib aldatmaqla Şahid1 inam və etibarını qazanmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək, Dövlət Gömrük Komitəsinin kommersiya xarakterli müqavilələri icra edən qurumu olan "Azərterminalkompleks" birliyi ilə 24 noyabr 2021-ci il tarixdə “Lo44” nömrəli müqavilə bağlayaraq 30 iyun 2022-ci il tarixədək 10 ədəd “Dormakaba Argus 40” markalı turniketləri həmin binanın əsas girişində quraşdıracağı ilə bağlı görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərilərlə aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib etdiyi müqavilə üzrə 26 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 AZ22AİİB******************** hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Nəsimi filialında olan AZ24AİİB400300C**********111 nömrəli hesabına əlavə dəyər vergisi daxil olmaqla 146.534,76 manat pul vəsaitinin köçürülməsini təmin edib ələ keçirməklə, verdiyi vədlərə əməl etməyib, pul vəsaitini təyinatı üzrə xərcləməməklə, öz şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4nə 146.534,76 (yüz qırx altı min beş yüz otuz dörd manat yetmiş altı qəpik) manat məbləğin külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 04 may 2021-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi uzun müddətdir ki, tikinti sahəsində liftlərin xarici ölkələrdən alaraq gətizdirməklə quraşdırılması sahəsində çalışan, geniş təcrübəyə, işgüzar əlaqələrə malik tərəfdaş və etibarlı iş adamı kimi təqdim edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 Qusar rayonu Çiləgir kəndinin inzibati ərazisində yerləşən “Xutorok” istirahət və əyləncə mərkəzində inşa etdiyi “XUTOROK” otelində Almaniya Federativ Respublikasında istehsal ediləcək 1 ədəd 1000 kiloqram, 1 ədəd 630 kiloqram və 1 ədəd 450 kiloqram yük daşımaq qabiliyyətinə malik olmaqla, cəmi 3 ədəd “WİTTUR” markalı liftlərin bütün xərcləri daxil olmaqla ölkəyə gətirərək həmin binada quraşdıracağına dair yalan vəd verib aldatmaqla inam və etibarını qazanmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək, Zərərçəkmiş şəxs2la 29 mart 2022-ci il tarixdə “L007” nömrəli müqavilə bağlayaraq 05 ay ərzində həmin liftləri quraşdıracağı ilə bağlı görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərilərlə aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib etdiyi müqavilə üzrə vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 6 ünvanında yerləşən “Daimond” restoranında 29 mart 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dollarını, 2022-ci ilin aprel ayının sonlarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dollarını, 2023-cü ilin avqust ayının əvvəllərində həmin ünvanda 15.000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, pul vəsaitini təyinatı üzrə xərcləməməklə, öz şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumlikdə 151.000 (yüz əlli bir min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 04 may 2021-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi uzun müddətdir ki, tikinti sahəsində liftlərin xarici ölkələrdən alaraq gətizdirməklə quraşdırılması sahəsində çalışan, geniş təcrübəyə, işgüzar əlaqələrə malik tərəfdaş və etibarlı iş adamı kimi təqdim edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 ünvan 7 ünvanında inşa etdiyi binada Almaniya Federativ Respublikasında istehsal edilən 1 ədəd 630 kiloqram yük daşımaq qabiliyyətinə malik olan, dəmir konstruksiyası paslanmaz poladdan, “SJEC4# X8 Golden Color” rəngli, eksteryeri panoramik şüşələnmə olan "WİTTUR" markalı, "OSAKA" modelli liftin bütün xərcləri daxil olmaqla ölkəyə gətirərək həmin binada quraşdıracağına dair yalan vəd verib aldatmaqla inam və etibarını qazanmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək, Zərərçəkmiş şəxs1lə 03 oktyabr 2022-ci il tarixdə “L024” nömrəli müqavilə bağlayaraq 05 ay ərzində həmin lifti quraşdıracağı ilə bağlı görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərilərlə aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib etdiyi müqavilə üzrə vahid niyyətlə əhatə olunmuş qəsdlə 03 oktyabr 2022-ci il tarixdə ünvan 8 ünvanındakı ofisdə həmin dövrün məzənnəsi ilə 66.548 manat təşkil edən 40.000 avronu, 2022-ci ilin oktyabr ayının 12-də həmin ünvanda həmin dövrün məzənnəsi ilə 33.026 manat təşkil edən 20.000 avronu, 2022-ci ilin oktyabr ayının 24-də həmin ünvanda həmin dövrün məzənnəsi ilə 33.482 manat təşkil edən 20.000 avronu, 2022-ci ilin dekabr ayının 28-də həmin ünvanda həmin dövrün məzənnəsi ilə 18.060 manat təşkil edən 10.000 avronu və 2023-cü ilin fevral ayının 28-də həmin ünvanda həmin dövrün məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, pul vəsaitini təyinatı üzrə xərcləməməklə öz şəxsi ehtiyaclarına sərf edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumlikdə 157.916 (yüz əlli yeddi min doqquz yüz on altı) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə ona heç bir aidiyyəti olmamaqla ümumiyyətlə mövcud olmayan, dövlət qeydiyyatından keçməmiş guya “X19 Companies” MMC-nin direktoru kimi uzun müddətdir ki, tikinti sahəsində liftlərin xarici ölkələrdən alaraq gətizdirməklə quraşdırılması sahəsində çalışan, geniş təcrübəyə, işgüzar əlaqələrə malik tərəfdaş və etibarlı iş adamı kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında inşa etdiyi ticarət obyektinə Çin Xalq Respublikasında istehsal edilən “Delfar” markalı 1 ədəd, 1 kabinəli, şüşə konstruksiyalı, 6 şəxs tutumlu, 630 kiloqram yük daşımaq qabiliyyətinə malik olan lifti 05 ay ərzində bütün xərclər daxil olmaqla ölkəyə gətirərək həmin obyektə quraşdıracağına dair yalan vəd verib aldatmaqla onun inam və etibarını qazanmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə 24 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında 12.000 manat pulu, 2023-cü ilin iyun ayının sonunda həmin ünvanda 2.000 manat pulu, 28 iyul 2023-cü il tarixdə onun cinayətkar niyyətindən məlumatı olmayan Zərərçəkmiş şəxs3 tanışı Şahid5 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 11 ünvanında yerləşən Xətai filialına aid olan **********207402 nömrəli plastik kart hesabına 13.600 manat pulun köçürülməsini təmin etdikdən sonra, həmin pul vəsaitini həmin tarixdə ünvan 13 ünvanında yerləşən ofisdə özünə məxsus, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 14 ünvanında yerləşən Nəsimi filialına aid olan **********531843 nömrəli plastik kart hesabına 13.600 manat pulun köçürülməsini təmin etməklə ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, pul vəsaitini təyinatı üzrə xərcləməməklə öz şəxsi ehtiycalarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumlikdə 27.600 (iyirmi yeddi min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən etibarən lift, avtomatik qapılar, turneketlər və s. avadanlıqların ölkə xaricindən alınıb gətirilməsini və quraşdırılması işi ilə özünün təsis etdiyi "xxxx" MMC şirkəti vasitəsilə məşğul olmuşdur. "xxxx" MMC şirkətini 2020-ci ilin əvvəlində təsis etmiş, əvvəlcə bu şirkətin direktoru əslən Kürdəmirdən olan bacısının əri Şahid4 olmuş, 2021-ci ilin sonlarından etibarən həmin şikrətin direktoru özü olmuşdur. Əvvəllər şüşə təmizləyici qurğunun quraşdırılmasını satmaqla təşkil etmiş, anoloji işlər yəni, həmin qurğunun quraşdırılması ilə bağlı Bakı şəhərində “Hilton” otel, “Şəfa” stadionu ilə üzbəüz yerləşən Paşa Holdinqə məxsus yeni tikili binada, Azərbaycan Beynəlxalq Bankının mərkəzi ofisi İSR plazanın yanında yerləşən binanın tikintisində işlər görmüşdür. Rəhbərlik etidiyi şirkətlər vasitəsilə 2019-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan 9 mərtəbəli köhnə tikili binalarda liftlərin quraşdırılması işi ilə məşğul olmuş, həmin ərəfədə bu bizneslə bağlı işi uğursuz olmuş, buna görə də müxtəlif şəxslərə və vergi ilə bağlı borcları yaranmışdır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına qədər olan müddətdə 190.000 manat vergi borcuna görə şirkətin hesabında olan pul vəsaitinə həbs qoyulmuş, hesabda olan pulun yalnız əmək haqqı ilə bağlı hissəsini nağdlaşdıra bilmiş, işçilərin əmək haqqlarını vermişdir. Qeyd etdiyi məbləğ vergi borcuna görə mərhələli şəkildə çıxılmışdır. Hazırda vergi orqanlarına borcu yoxdur. 2021-ci ilin fevral-mart aylarında Bakı şəhəri Yasamal rayonu Haqverdiyev 32 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasında ilk dəfə Abuzər adlı idarə rəisi ilə görüşmüş, həmin ərəfədə rəhbərlik etdiyi şirkətin DGK-nin hospitalı üçün yanğın qapıları və liftlərin hazır layihəsi ilə iş təklif etsə də bu işlə bağlı aralarında razılıq əldə edilməmişdir. Bundan bir-iki ay sonra yenidən Abuzər müəllimin yanında olub Dövlət Gömrük Komitəsinə məxsus İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının şüşələrinin avtomatik silinməsi üçün əvvəldən qeyd etdiyi işlərlə bağlı quraşdırdığı “Secalt” markalı “BMU-Fasad” adlı xüsusi texniki avadanlığın quraşdırılması ilə işi onun şirkəti tərəfindən həyata keçirilməsini təklif etmiş, bununla bağlı aralarında razılıq əldə edilmişdir. Həmin vaxt kataloq təqdim edib əvəllər fəaliyyət göstərdiyi sahələr barədə Abuzər müəllimi məlumatlandırmış, təklifi ilə bağlı rəhbərliyə məlumat verdikdən sonra bu işin görülməsinə ona razılıq verilmişdir. Beləliklə gömrük orqanlarının kommersiya xarakterli müqavilələri bağlayan qurum olan Zərərçəkmiş şəxs4 ilə onun rəhbərlik etdiyi "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli L023 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ümumi dəyəri 120.000 avro puldan avans olaraq rəsmi qaydada ödəniş tapşırıqları əsasında onun təqdim etdiyi müqavilədə nəzərdə tutulan bank hesabına hissə-hissə olmaq şərtiylə əlavə dəyir vergisi nəzərə alınmaqla 265.721,86 manat pul ödənilmişdir. Həmin pul məbləğinin 18 faiz hissəsi əlavə dəyər vergisi kimi dövlət tərəfindən tutulur və ona məxsus olmur. Özü rəsmi qaydada qarşı tərəfə bildirmişdir ki, yubadılma müddəti 03 ay ola bilər. 28 fevral 2022-ci il tarixədək həmin avadanlıqların quraşdırılmış formada tam təhvil verilməsi nəzərdə tutulsa da həmin avadanlığın ilkin müqavilədə ümumi kütləsi 7.400 kiloqram kimi nəzərdə tutulmuşdursa da sonradan sifarişçinin tələbi əsasında 9.000 kiloqrama qalxdığından avadanlığın istehsalı ilə bağlı 8 aya qədər yubanma baş vermiş, lakin həmin 8 ay müddət yubanmasını qarşı tərəfə rəsmi şəkildə bildirməmişdir. Şifahi olaraq bu barədə DGK yeni inşa edilən inzibati binasının memarı və lahiyə rəhbəri olan Nəriman İmaməliyevə məlumat vermişdir. “Secalt” markalı “BMU-Fasad” adlı xüsusi texniki avadanlığın istehsalını Luksenburqda yerləşən “Secalt” şirkəti həyata keçirməli idi. Belə ki, həmin şirkətlə onun şirkəti arasında tərəfdaşlıq müqaviləsi var, “Secalt”şirkəti ilə gördüyü əvvəlki işlərə görə onun şirkətinin orada 33.000 avro məbləğində bonusu olmuş, “BMU-Fasad” adlı xüsusi texniki avadanlığın istehsalı həmin bonus vəsaiti hesabına icra olunmalı idi. Zərərçəkmiş şəxs4 onun rəhbərlik etdiyi "xxxx" MMC-nin hesabına köçürdüyü 265.721,86 manatdan 190.000 manat pulu vergi borclarına görə hesabından vergi çıxılmışdır. Bu səbəbdən “BMU-Fasad” adlı xüsusi texniki avadanlığın istehsalı və Azərbaycana gətirilməklə sifarişçiyə quraşdırılması alınmamışdır. Həmin ərəfədə DGK-nin idarə rəhbəri Abuzər müəllimə təklif etmişdir ki, yeni inzibati binada giriş hissədə 10 ədəd “Dormakaba” markalı “ARGUS 40” modelli turniket avadanlıqlarının quraşdırılmasını həyata keçirə bilər. Turniketlərinin kataloqu və qiymətləri barədə məlumatları Abuzər müəllimə bildirdikdən sonra aralarında müqavilə bağlanılmış, müqaviləyə əsasən 30 iyun 2022-ci il tarixədək həmin avadanlıqları da quraşdırmalı və tam işlək vəziyyətdə təhvil verilməli idi. Müqavilədə nəzərdə tutulmuş turniket sayı 5 set olmaqla ümumilikdə 10 ədəd olmuşdur. Bu müqaviləyə əsasən Zərərçəkmiş şəxs4 onun şirkətinin hesabına 146.534,76 manat pul köçürmüşdür. Öhdəliyi yerinə yetirmək üçün 8.000 avro ödəniş etməklə xaricdən bir ədəd nümunə turniketi gətizdirib obyektə sınaq quraşdırmasını aparsalar da ölçüləri uyğun olmadığı üçün həmin turniketi istehsalçıya geri qaytarmışdır. Bidirir ki, turniketlərə görə istehsalçı olan “Dormakaba”pul köçürməmiş, həmin istehsalçı ilə 10 ədəd turniketin istehsalına dair müqavilə bağlamamışdır. Belə ki, bu məsələlər onlayn qaydasında internet üzərində həll olunmalı idi. Zərərçəkmiş şəxs4 turniketlərə görə "xxxx" MMC-nin hesabına köçürdüyü 146.534,76 manat pulu da vergi borclarına tutulmuşdur. Bu işdə onunla əlbir olan şəxs yoxdur. Şahid4 bu işlə hər hansı bir bağlılığı yoxdur. Şirkəti əvvəllər formal olaraq bacısının əri Şahid4 adına yaradılsada onun bu işdə iştirakı formal xarakterlidir. Onunla heç bir əlbirliyi yoxdur. Bağlanmış müqavilələri həmin zamanlar Nərimanov rayonu Əhməd Rəşcəbli küçəsində Çinar park kompleksi binasının 3-cü mərtəbəsində icarəyə götürdüyü ofisdə hazırlamışdır. Elektron qaydada Azərterminalkompleksə göndərmiş, düzəlişlər etmişlər. Sonradan isə o, ofisdə imza edərək DGK təqdim etmiş və orada imza etmişlər. Zərərçəkmiş şəxs2 Hafis adlı tanışı vasitəsi ilə tanımışdır. Belə ki, Hafis ona bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Qusar rayonunda «Xutorok» adlı istirahət mərkəzindəki otelə bir ədəd 1000 kq-lıq, bir ədəd 630 kq-lıq və bir ədəd 450 kq-lıq lift quraşdırmaq lazımdır. Həmin liftləri Almaniyanın “WİTTUR” şirkətinə sifariş verməli idi. Zərərçəkmiş şəxs2la müvafiq müqavilə bağlamış, sonuncu ona bu işin görülməsi üçün 151.000 manat pul ödəməli idi. Zərərçəkmiş şəxs2 ona hissə-hissə Bakı şəhərində «Daimond» restoranında 2022-ci ilin mart-avqust aylarında 30.000 ABŞ dolları, 50.000 ABŞ dolları və 15.000 manat pul ödəmişdir. Şəmin puldan lift şaxtalarının hazırlanması üçün və işçilər tutmaq üçün təxminən 13.000 manat vəsait xərcləmişdir. “WİTTUR” şirkəti ilə 3 ədəd lift üçün xüsusi müqavilə bağlamamışdır. Bu liftlərin istehsalı üçün o şirkətə vəsait köçürməmişdir. Belə ki, həmin şirkət onun əvvəlki sifarişləri üçün lift istehsal edib göndərməli idi. Həmin sifariş onun dövlət orqanları ilə bağladığı müqavilələr əsasında həyata keçirilməli idi. O, belə nəzərdə tutmuşdur ki, Zərərçəkmiş şəxs2 verəcəyi liftləri “WİTTUR” şirkətinə dövlət sifarişi əsasında istehsal edəcəyi liftlərin hesabına həll edəcəkdir. Lakin həmin şirkət liftlərin istehsalında ləngimə etdiyi üçün Zərərçəkmiş şəxs2 sifarişini yerinə yetirə bilməmişdir. Bununla bağlı o,liftlər üçün relslərin quraşdırılması üçün Türkiyədə olan bu işin istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərə sifariş vermiş və hətta Türkiyədə olan Hafisə həmin şəxslərin mobil telefonlarını da vermişdir. Zərərçəkmiş şəxs2 ona verdiyi qalan vəsaitləri öz məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 17 ünvanında yerləşən villasında Almaniyanın "WİTTUR" şirkətinin istehsalı olan 1 ədəd 630 kiloqramlıq, dəmir konsruksiyası paslanmaz poladdan olan 1 ədəd liftin alınaraq gətirilməsi və qurlaşdırılması üçün 03 oktyabr 2022-ci ildə özünə məxsus olan ünvan 18 ünvanındakı ofisində müqavilə bağlamış, 5 ay ərzində həmin lifti gətizdirərək qurlaşdıqmağı öhdəsinə götürmüş, həmin işin görülməsi üçün sonuncunun ona 150.000 avro ödəməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 onun şərtləri ilə razılaşmış və hissə-hissə nağd şəkildə ona xx.xx.2022-ci il tarixdə 40.000 avro, bundan sonra 12 oktyabr 2022-ci ildə 20.000 avro, 24 oktyabr 2022-ci ildə yenə də həmin yerdə 20.000 avro, 29 dekabr 2022-ci ildə yenə də eyni yerdə 10.000 avro olmaqla cəmi 90.000 avro və 28 fevral 2023-cü ildə yenə də onun ofisində 4000 ABŞ dolları ödəmişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi puldan 40.000 avronu təsis etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kapital Bankdakı rəsmi hesabından "WİTTUR" şirkətinə rəsmi olaraq avans ödəmişdir. Bu hesabları Hacı müəllimə də təqdim etmişdir. Həmçinin zavod rəhbərliyi ilə Zərərçəkmiş şəxs1 özü də danışmış və işlərin başlandığını bilmişdir. Ödəniş etməsi barədə sənədlərini vəkili vasitəsi ilə təqdim edəcəkdir. Sonradan Zərərçəkmiş şəxs1 liftlə bağlı şərtləri çoxalmış və bu vəziyyət təbii ki, liftin qiymətini, eləcə də onun hazırlanma vaxtını uzatmışdır. Zərərçəkmiş şəxs1 özü zavodla onun Türkiyədəki ofisi ilə əlaqə saxlamış və bir növ zavodla onun arasında olan inamı sarsıtmışdır. Zavod artıq əlavə olaraq ondan 50.000 avronun ödənilməsini tələb etməyə başlamışdır. Onda isə həmin məbləğ olmadığından bunu ödəyə bilməmiş və Zərərçəkmiş şəxs1 sifarişi yerini yetirilə bilməmişdir. Zərərçəkmiş şəxs1 aldığı 90.000 avro və 4000 ABŞ dollarının 40.000 avrosunu qeyd etdiyi kimi "WİTTUR" şirkətinə ödəmiş, yerdə qalan pulun 50.000 avrosunun 20.000 avrosunu liftin şüşələnmə işlərinin ilkin sifarişləri üçün Türkiyədə daimi olaraq işlədiyi müxtəlif zavod və fərdi şəxslərə ödəmişdir. Təxminən 21.000 avrosunu həmin liftin metal konstruksiya işləri üçün Türkiyədə olan fərqli yerlərə və şəxslərə ödəmişdir. Bunları nağd olaraq ödədiyi üçün istintaqa rəsmi məlumatları təqdim edə bilməmişdir. Qalan təxminən 9000 avronu isə şirkətinin inzibati və şəxsi xərclərinə xərcləmişdir. 4000 ABŞ dolalrını isə o, şəxsən almamışdır. Bunu Zərərçəkmiş şəxs1 özü liftin metal konstruksiyasındakı fərqli istəyinə görə layihə xərcinə əlavə kimi Türkiyənin İstanbul şəhərində İsmayıl adlı işçisinin vasitəsi ilə Şehmuz adlı şəxsə ödəmişdir. Bu sadəcə olaraq liftin ümumi xərclərinə daxil olan hissə olduğuna görə o, bu barədə qəbz yazaraq ona təqdim etmişdir. Liftin gətirilməməsinin və gecikdirilməsinin səbəbi bunlar olmuşdur. Zərərçəkmiş şəxs3ı Samir adlı ümumi tanışı vasitəsi ilə tanımışdır. Həqiqətən də Bəxtiyardan Xırdalan şəhərində inşa etdiyi binaya Çin Xalq Respublikasının istehsalı olan "Fuji avropa" modelli 1 kabinalı, 6 şəxs olmaqla 630 kiloqram yük daşımaq qabiliyyətinə malik olacaq şüşə konstruksiyalı lift qurlaşdırılması üçün hissə-hissə olmaqla şifahi razılaşmaya əsasən 27.600 manat pul almışdır. Həmin pulun bir qismini liftin istehsal olunması üçün xərcləmiş, həmin liftin istehsal xərci Çində zavod qiyməti 9000 ABŞ dollarıdır. Gətirilmə, daşıma, siğorta xərcləri daxil olmaqla təxminən 6000 ABŞ dolları da bu xərcləri tutur. Digər pullar isə onun qazancı və şirkətinin xərclərinə xərcləyəcəkdi. Həmin puldan təxminən 2000 manat xərcləyərək tikinti sahəsində hazırlıq işləri gördürmüş,lakin Çindəki zavoda ödənişi təsdiq edən hər hansı sənəd onda yoxdur. Özündən asılı olmayan səbəblərə görə, yəni həbsə alındığı üçün öhdəliyi yerinə yetirə bilməmişdir. Bəxtiyarla razılığa gəlmiş, sonuncu ondan şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Qusar rayonu Çiləgir kəndinin inzibati ərazisində yerləşən “Xutorok” istirahət və əyləncə mərkəzini işlədir. 2021ci ildə həmin istirahər mərkəzinin daxilində həm də otel tikmişdir. 2022-ci ilin əvvəllərdə otelin daxilinə qurlaşdırmaq üçün 3 ədəd lift lazım olmuş, bunun üçün bir neçə yerlərlə maraqlanmışdır. Tanışı Hafis ona bildirmişdir ki, Bakı şəhərində EXPO mərkəzində keçirilən texniki festivalda Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu özünü Azərbaycanda lift quraşdıran tanınmış şirkətin rəhbəri kimi təqdim etmişdir. Bundan sonra o da Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşərək oteli üçün lift sifariş vermişdir. Tural bildirmişdir ki, lifti dünyanın bu sahədə olan tanınmış Avstriyanın Amsterdam şəhərində yerləşən “WİTTUR” şirkətinə sifariş verəcəkdir. Bu işin görülməsi üçün Tural ondan 100.000 ABŞ dolları tələb etmişdir. O da həmin pulu hissə-hissə ona ayrı yerlərdə təqdim etmiş, hər dəfə pul ödənildikdən sonra Təqsirləndirilən şəxs "xxxx" MMC adından ona pulun qəbuluna dair qəbzləri təqdim edirdi. Ödənişlər etmədən əvvəl Tural onun otelinə gəlmiş, lift şaxtalarının yerlərində ölçülər aparmışdır. Bundan sonra isə Tural öz ofisində aralarında bağlayacağı müqaviləni hazırlamış və 29 mart 2022-ci il tarixdə saat 15 radələrində Turalla ünvan 19 ünvanında yerləşən “Daimond” restoranında otaqların birində görüşmüşlər. Müqavilə şərtlərinə görə Tural qeyd etdiyi firmaya məxsus olan 3 ədəd Avstriyanın Amsterdam şəhərində yerləşən “WİTTUR” şirkətinin liftlərini 2022-ci ilin avqust ayının sonuna kimi Qusar rayonunda yerləşən ona məxsus olan oteldə qurlaşdıracağına dair öhdəlik götürmüşdür. Turalın öncədən guya ofisində hazırlayaraq ora gətirdiyi müqaviləni imza etmiş, Tural müqaviləni möhürlü imzalı vəziyyətdə gətirmişdir. Müqavilənin bir surətini ona vermişdir. Həmin vaxt orada Turala müqavilə şərtlərinə görə 30.000 ABŞ dolları pul vermiş, bundan sonra Tural növbəti dəfə Qusar rayonuna gəlib getdikdən sonra təxminən 2022-ci ilin aprel ayının sonlarında Turalla yenə də ünvan 19 ünvanında yerləşən “Daimond” restoranında onunla görüşərək 50.000 ABŞ dolları pul vermişdir. Bununla da Turala 80.000 ABŞ dolları pul vermişdir. Müqavilə şərtlərinə görə 20.000 ABŞ dolları isə işin sonunda ona verilməli idi. Bundan sonra 2022-ci ilin təxminən sentyabr ayında Tural bildirmişdir ki, ondan asılı olmayan səbəblərə görə liftlər bir zaman ləngiyir. Həmin ilin sonuna kimi Tural ona müxtəlif bəhanlər gətirmiş, 2023-cü ilin əvvəllərində bildirmişdir ki, liftlər maksimum 2023-cü ilin aprel-may aylarında burada olacaq və onları qurlaşdıracaqdır. Nəhayət 2023-cü ilin iyul ayında Tural ona zəng vuraraq liftlərin gəldiyini bildirmiş, özü ilə bir neçə işçi gətirib, liftlərin yerində ayaqaltılar quraşdırmışdır. 2-3 gündən sonra isə liftlərin reyslərini qurlaşdıracağını demişdir. O da ona inanmışdır ki, liftlər Azərbaycana gətirilmişdir. Bunun üçün Tural yenidən ondan pul tələb etmişdir ki, işçilərə verməlidir və daşınma xərclərini ödəməlidir. 2023-cü ilin avqust ayının ilk günlərində Turalla yenidən ünvan 19 ünvanında yerləşən “Daimond” restoranında görüşmüş və ona 15.000 manat pul vermişdir. 15.000 manat pulu Turala verdikdən bir neçə gün sonra Tural yoxa çıxmış, ona zəng etsə də sonuncu zənglərinə cavab verməmişdir. Hətta Tural ona yalandan demişdir ki, guya liftlər Türkiyədədir, istehsalçı zavodun filialındadır. O da Turala bildirmişdir ki, dostu Hafis hal-hazırda Türkiyədədir, aparsınlar Hafisə həmin liftləri göstərsinlər. Lakin Tural bu işdən də boyun qaçırmışdır. Turalı axtardıqda müəyyən etmişdir ki, sonuncu başqa dələduzluq cinayətlərinə görə həbsə alınmışdır. Bundan sonra o da Turaldan hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 hüquq şöbəsində inspektor işləyir. Dövlət Gömrük Komitəsində tikintilərinin layihələrinin hazırlanması, layihələrlə bağlı ümumi işlərin görülməsi, əsaslı tikinti işlərinin aparılması, bu işlərə nəzarəti həyata keçirilməsi işləri ilə məşğul olan İnfrakstrukturun inkişafı idarəsinin rəisi Şahid1 əvvəllər tanımadığı hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs ilə 2021-ci ilin fevral-mart aylarında ünvan 20 ünvanında yerləşən dövlət gömrük komitəsinin inzibati binasında müqavilə bağlamış, müqaviləyə əsasən Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-nin Zərərçəkmiş şəxs4 inşa etdiyi binaya şüşələrinin avtomatik silinməsi üçün "Secalt" markalı "BMU-Fasad" adlı xüsusi texniki avadanlığın quraşdırılmasını, digər müqaviləyə əsasən isə turniketlərin quraşdırılmasını üzərinə götürmüş, müqavilə öhdəliklərini yerinə yetirməklə Zərərçəkmiş şəxs4 "xxxx" MMC-nin bankdakı hesabına əlavə dəyər vergisi daxil olmaqla 142.605,36 manat pul, 19 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 35.065,47 manat pul, 27 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 41.900,15 manat pul, 03 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 34.853,07 manat pul, 16 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 11.297,91 manat pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Bununla da xx.xx.2021-ci il tarixli L023 saylı müqavilə üzrə Turalın hesabına Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 tərəfindən ümumilikdə 265.721,96 manat məbləğin külli miqdarda pul köçürülmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin sentyabr ayında bu qurğunu qurlaşdırmalı idi. Həmin vaxt bitdikdən sonra özü rəsmi qaydada bildirmişdi ki, qurğunun istehsalında nəsə yubanma var. Yubadılma müddəti 03 ay müddətdə davam edəcəkdir. 28 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs qeyd edilən avadanlığı qurlaşdırmalı idi. Həmçinin tikinti aparılan binanın 10 ədəd "Dormakaba" markalı "ARGUS 40" modelli turniket avavdanlıqlarının quraşdırılması işini də icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs şirkəti 30 iyun 2022-ci il tarixədək həmin avadanlıqları quraşdırmalı idi, lakin bu işi də görməmişdir. Həmin turniketlərin quraşdırılması üçün "Azərterminalkompleks" birliyi ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli L044 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MMC-nin təqdim etdiyi müqavilədə nəzərdə tutulan bank hesabına ödəniş tapşırıqlarına əsasən 26 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Nəsimi filialında olan hesabına əlavə dəyər vergisi daxil olmaqla 146.534,76 manat pul vəsaiti köçürülmüşdür. Lakin həmin məsələ ilə bağlı da Tural onları aldatmış, yenə də verdiyi sözü yerinə yetirməmiş və hər iki müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4nə ümumilikdə hər iki müqavilə üzrə 412.256,72 manat maddi ziyan vurulmuş, həmin zərərin Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4nə ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olmuşdur. Ona memarlar təklif etmişlər ki,lift avadanlıqlarını xaricdən Azərbaycana gətizdirən "xxxx" MMC şirkəti ilə əməkdaşlıq etsin. O da "xxxx" MMC şirkətinin rəhbəri Tural ilə görüşmüş,sonuncu ona bildirmişdir ki, lift avadanlığını Almaniyadan gətizdirəcək, özünün isə"xxxx" MMC şirkətinin Bakı nümayəndəsi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ilk olaraq 40 min avro ödəmişdir. Ödənişi öz şirkətinin ofisində etmiş, Tural ona qəbz vermişdir. Yəni ödənişi köçürmə yolu ilə deyil, nağd şəkildə etmişdir. "xxxx" MMC şirkətin real olduğunu yoxlamaq məqsədi ilə bu şirkətin Almaniyada olan nümayəndəsi türk millətindən olan Əhməd Canpolad ilə əlaqə saxlamış, Əhməd Canpolad təsdiq etmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs şirkətdən lift avadanlığını sifariş vermiş və 40.000 Avro şirkətə ödəniş etmişdir. Bundan sonra Turala hissə-hissə cəmi 90 min avro və 4 min dollar pul vermişdir ki, sifariş yerinə yetirilsin. Tural onu əmin etmişdir ki, 5 ay ərzində bütün işlər görüləcək, avadanlıqlar Almaniyadan gətiriləcəkdir. İşlərin ləng getdiyini və avadanlığın bir qismini Türkiyədə istehsal edilərək gətizdirəcəyini Turaldan eşitdikdə təkrarən "xxxx" MMC şirkətin nümayəndəsi Əhməd Canpolada zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Bundan sonra "xxxx" MMC şirkətin özü ilə əlaqə saxladıqda şirkət ona rəsmi olaraq bildirdi ki, Təqsirləndirilən şəxs heç bir lift avadanlığı sifariş etməmiş, hər hansı bir məbləğdə pul onlara ödənilməmişdir. Hətta həmin şirkətdən tövsiyyə etmişlər ki, getsin problemini Azərbaycanda həll etsin. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Eyni zamanda "xxxx" MMC şirkətini də məhkəməyə vermək fikrindədir. Onun şikayətindən sonra Əhməd Canpoladı şirkətdən işdən qovmuşlar. Halhazırda başqa bir şirkətlə lift məsələsini həll edir, Tural ona vurduğu ziyandan heç nə ödəməmişdir, həmin ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxsin ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. son 5-6 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında yerləşən telefon satışı mağazasında mobil telefonlar və onların aksesuarlarının satışını həyata keçirir. Fiziki şəxs qismində fəaliyyət göstərir. 2021-ci ildən başlayaraq Xırdalan şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən özünə məxsus olan tikinti obyektini inşa etməyə başlamış, inşa işlərini 2022-ci ilin sonlarına yaxın yekunlaşdırmış, həmin zaman 2 mərtəbədən ibarət olan tikintidə lift qurlaşdırılması nəzərdə tutulduğundan bir neçə lift qurlaşdıran şirkətlərlə maraqlanmışdır. Samir adlı tanışı vasitəsilə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tural özünü “X19 Companies” şirkətinin rəhbəri kimi təqdim etmiş, Azərbaycan Respublikasının ərazisində lift qurlaşdırılması sahəsində işgüzar iş adamı olduğunu, xeyli sayda şirkət və fərdi tikililərdə, həmçinin dövlət proqramlarında iştirak etdiyini, etibarlı partnyor olduğunu bildirmiş və ona öz gördüyü işləri nümayiş etdirməklə inandırmışdır. Turala tikintisini apardığı obyekti göstərmiş, Tural liftin yerinə baxmış, ölçmüş və bir neçə gündən sonra ona bildirmişdir ki, Çin Xalq Respublikasından “Fuli Avropa” tipli liftin ölkəyə gətirib qurlaşdırmasını təşkil edəcəkdir, bu iş üçün sığorta və digər xərcləri daxil olmaqla Tural ondan ümumilikdə 20.000 ABŞ dollar tələb etmişdir. Həmin qiymət onu qane etmiş, lakin Turala bildirmişdir ki, pulu hissə-hissə ödəyəcəkdir. Çin Xalq Respublikasının istehsalı olan “Fuji avropa” modelli 1 kabinəli, 6 şəxs olmaqla 630 kiloqram yük daşımaq qabiliyyətinə malik olacaq lift şüşə konstruksiyadan ibarət olmuşdur. 24 iyun 2023-cü il tarixdə saat 13 radələrində Turalla onun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlılq prospekti 18 ünvanında yerləşən mağazasına gəlmiş və orada quraşdırmalı olduğu liftlə bağlı olan sənədləri təqdim etmiş, Turala orada 12.000 manat pul vermişdir. Bundan sonra Tural bildirmişdir ki, 2 ay ərzində inşa etdiyi binada qeyd etdiyi lifti qurlaşdıracaq. Qalan pulu isə lift quraşdırıldıqdan sonra ödəyəcəyini bildirmişdir. Bundan qisa bir müddət sonra Tural zəng edərək guya hansısa sənədləri düzəldəcəyi adı ilə ümumi puldan ona 2000 manat verməyini xahiş etmiş, onsuzda 2 aya Turala pul verəcəyini düşünmüş və 2023-cü ilin iyun ayının son günlərində Turalla işlədiyi mağazada görüşərək Turala 2000 manat pul vermişdir. Tural işlərin getdiyini, liftin artıq hazırlandığını demişdir. 27 iyul 2023-cü ildə Tural yenə də ona zəng vuraraq onun üçün sifariş etdiyi liftin artıq Gürcüstan Respublikasının Poti şəhərindəki limanında olduğunu, təcili 13.600 manat pul verməyini bildirmişdir. Buna etiraz edərək bildirmişdir ki, “bəs biz danışmışdıq ki, lifti qurlaşdırdıqdan sonra pulun qalan hissəsini ödəyəcəyəm”. Tural isə işin belə alındığını, pulu ödəməsə liftin gəlməyəcəyini bildirmişdir. Telefonda anlaşa bilməmişlər. Bundan bir gün sonra 28 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində Tural öz işlətdiyi ********** nömrəli telefon nömrəsindən tanışı Samirin yanından onu vhatsap vasitəsi ilə görüntülü yığmış, Samir də onu əmin etmişdir ki, qalan pulu Turala versin ki, lifti gətirsin. Tural bir neçə günə onun liftini qurlaşdıracaq. Samirin sözünə görə Turala verməsi üçün Samirin əvvəli 523915 sonu isə 7402 olan plastik bank kartına özünə məxsus olan plastik kartlarından 5000 manat, 5000 manat və 3600 manat olmaqla 3 dəfəyə ümumi 13600 manat pul köçürmüş, bununla da Turala ümumi olaraq 27.600 manat pul vermişdir. Samirin bank kartına pul göndərdiyi zaman işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlılq prospekti 18 ünvanında yerləşən mağazada olmuşdur. Samir həmin vaxt isə öz işlədiyi ofisdə olmuşdur. Pulu Samirin kartına köçürməklə pulunu nisbətən sığortalamışdır. Samirin Turalla bu işdə hər hansı bir əlbirliyinin olduğunu güman etmir. Tural Samiri də aldatmışdır. Sonradan bilmişdir ki, Turalın dediklərinin hamısı yalan imiş, nə onun lifti gəlməyib, ümumiyyətlə o belə bir lift sifariş verməmişdir. Sonradan Təqsirləndirilən şəxs tutulduğunu eşitmiş və özü də ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs adından təxminən 6-7.000 manat ödənilmiş, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs1 hüquqşünasıdır. Zərərçəkmiş şəxs1 2021-ci ildən başlayaraq ünvan 17 ünvanında 5 mərtəbəli fərdi yaşayış binasının inşaat işlərinə başlamış, tikintini 2022-ci ilin təxminən ortalarında başa çatdırmışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə tanış olduğunu, onunla liftin quraşdırılması üçün müqavilə bağlamaq istədiyini, həmin müqavilənin bağlanmasında onun da iştirak etməsini istəmişdir. O da belə bir müqavilənin bağlanmasında iştirak etmişdir. Birlikdə inşa edilmiş binada lift üçün saxlanılmış yerə baxmışlar. Tural Zərərçəkmiş şəxs1 istəklərini dinləmiş, Təqsirləndirilən şəxs dünyaca məhşur şirkətlərdən biri olan, Azərbaycan Respublikasında guya onun rəsmi təmsilçisi olduğunu bildirdiyi lift istehsalında öz sözünü demiş əsas ofisi Avropanın Lüksemburq şəhərində yerləşən, lakin Almaniyada istehsal edilən “WİTTUR” şirkətinin liftlərindən 1 ədəd 630 kiloqramlıq, dəmir konsruksiyası paslanmaz poladdan olan, rəngli SJEC4# X8 Golden Color, eksteryer ponoramik şüşələnməsi daxil olmaqla “WİTTUR” markalı “OSAKA” modelli liftin hazırlanma, sığortalanma, daşınma, gətirilmə, qurlaşdırılma və təhvil-təslim işləri hamısı daxil olmaqla 150.000 avroya başa gələcəyini demiş, Zərərçəkmiş şəxs1 də Turalla razılaşmışdır. 03 oktyabr 2022-ci ildə o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla görüşərək Turalın təqdim etdiyi müqaviləni imzalamışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 Turala həmin yerdə 40.000 avro pul vermişdir. Müqavilə şərtlərinə görə Təqsirləndirilən şəxs ən geci 5 ay ərzində lifti və Almaniyada istehsal olunacaq metal konstruksiyaları gətirib villada quraşdırmaqla təhvil verməli idi. Bundan sonra 12 oktyabr 2022-ci ildə eyni tərkibdə və eyni yerdə yenidən Təqsirləndirilən şəxsla görüşmüşlər. Bu dəfə Zərərçəkmiş şəxs1 onun yanında Turala 20.000 avro pul vermişdir. Tural artıq sifarişi verdiyini, liftin və digər avadanlıqların hazırlandığını demişdir. Bundan sonra yenə də eyni yerdə və eyni tərkibdə Turalla 24 oktyabr 2022-ci ildə görüşmüşlər. Bu dəfə Zərərçəkmiş şəxs1 Turala 20.000 avro, 29 dekabr 2022-ci ildə yenə də eyni yerdə ona 10.000 avro pul vermişdir. Bununla da Zərərçəkmiş şəxs1 Turala cəmi 90.000 avro pul vermişdir. Bundan sonra 28 fevral 2023cü ildə Turalla yenidən yenə də eyni tərkib və eyni yerdə görüşmüşlər. Tural artıq işlərin yekunşaldığını və liftin qısa müddətdə Azərbaycana gələcəyini deyərək yenidən Zərərçəkmiş şəxs1 pul istəmiş, bu dəfə Zərərçəkmiş şəxs1 ona 4000 ABŞ dolları pul vermişdir. Bu pulların hamısını ona verəndə qəbz alınmış, hər birinin araxasında Tural öz xətti ilə pulun alınmasına dair qeydlər etmişdir. Bundan bir müddət keçdikdən sonra Tural Zərərçəkmiş şəxs1 guya istehsalçının elektron qaydada yazdığı bir neçə məktubu təqdim edərək guya ondan asılı olmayan səbəblərdən liftin metal konstruksiyaları gecikməsini bildirmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs lift və metal konstruksiyalarının sifariş verilməsini təsdiq edən sənədləri Turaldan tələb etsə də sonuncu ona heç bir şey təqdim edə bilməmişdir. Müqavilə şərtlərində nəzərdə tutulmuş müddətdən 1 ildən çox bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evində heç bir iş görməmiş, hər hansı bir avadanlıq alıb gətirməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs başqa şəxsləri də aldatdığına görə həbsə alınmış, bundan sonra Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, onun dostudur. Zərərçəkmiş şəxs1 2021-ci ildən başlayaraq ünvan 17 ünvanında yerləşən villanın tikintisinin ilkin mərhələsini 2022-ci ilin təxminən ortalarında başa çatdırmışdır. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 binada lift qurlaşdırılması üçün etibarlı iş adımı axtarmış və o Zərərçəkmiş şəxs1 villasına lift quraşdırılması üçün Təqsirləndirilən şəxs təklif etmişdir. Belə ki, o, bilirdi ki, şəhərdə olan digər obyektlərə liftləri Təqsirləndirilən şəxs şirkəti quraşdırmışdır. Sonradan Zərərçəkmiş şəxs1 xahişi ilə Turalla onun arasında bağlanacaq müqavilə və digər texniki məsələlərin həll edilməsində ona kömək etməyi və bəzi məsləhətlər verməyi üçün Zərərçəkmiş şəxs1 köməklik göstərmişdir. Zərərçəkmiş şəxs1, o və Zərərçəkmiş şəxs1 hüquqşünası Şahid2 ilə birlikdə Turalla görüşmüşlər. Birlikdə inşa edilən villada lift üçün saxlanılmış yerə baxmışlar. Təqsirləndirilən şəxs dünyaca məhşur şirkətlərdən biri olan Almaniya şirkətinə lift avadanlığını sifariş verəcəyini bildirmişdir. Tural liftin hazırlanma, sığortalanma, daşınma, gətirilmə, qurlaşdırılma və təhvil-təslim işləri hamısı daxil olmaqla 150.000 avroya başa gələcəyini demiş, Zərərçəkmiş şəxs1 də Turalla razılaşmışdır. Zərərçəkmiş şəxs1 onun iştirakı ilə ünvan 18 ünvanındakı ofisində Təqsirləndirilən şəxs 40.000 avro pul vermişdir. Müqavilə şərtlərinə görə Təqsirləndirilən şəxs ən geci 5 ay ərzində lifti və Almaniyada istehsal olunacaq metal konstruksiyaları gətirib villada quraşdırmaqla təhvil verməli idi. Bundan sonra eyni yerdə yenidən Təqsirləndirilən şəxs 20.000 avro pul vermişdir. Tural artıq sifarişi verdiyini, liftin və digər avadanlıqların hazırlandığını demişdir. Bundan sonra yenə də eyni yerdə və eyni tərkibdə Turalla 24 oktyabr 2022-ci ildə görüşərək Zərərçəkmiş şəxs1 Turala 20.000 avro, 29 dekabr 2022-ci ildə yenə də eyni yerdə ona 10.000 avro pul vermişdir. Bununla da Zərərçəkmiş şəxs1 Turala cəmi 90.000 avro pul vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 4.000 ABŞ dollarının verilməsində iştirak etməmiş, lakin Zərərçəkmiş şəxs1 bunu eşitmişdir. Pulların hamısını Turala verəndə ondan qəbz alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, o, Gömrük Komitəsində "Azərterminalkompleks" birliyinin rəhbəridir. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral-mart aylarında ünvan 20 ünvanında yerləşən dövlət gömrük komitəsinin inzibati binasında olan onun xidməti otağına gələrək, "xxxx" MMC-nin sahibi olduğunu bildirmiş, fasad binasının şüşələrinin silinməsi üçün lazım olan avadanlığın əldə edilməsi üçün onun təklif etdiyi qiymətlər digər şirkətlər tərəfindən təklif edilən qiymətdən nisbətən daha ucuz və yaxşı şərtlər daxilində olmuşdur. Bundan bir iki ay sonra Tural yenidən onun yanına gəlib Dövlət Gömrük Komitəsinə məxsus İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inşa edilmiş inzibati binanın şüşələrinin avtomatik silinməsi üçün "Secalt" markalı "BMU-Fasad" adlı xüsusi texniki avadanlığın quraşdırılması ilə işi onun şirkəti tərəfindən həyata keçirilməsini təklif etmiş, Tural təklif verərkən özü ona katoloq təqdim etmiş, həmin katoloqda Bakı şəhərində olan çox sayda köhnə binalara liftlərin quraşdırılması işləri əksini tapmışdır. Turalın bu təklifindən sonra onun şirkəti ilə maraqlanmış, həmin şirkətin 12 ildir ki, fəaliyyət göstərdiyini müəyyən etmişdir. Buna görə də onda Turala inam yaranmış, gömrük orqanlarının kommersiya xarakterli müqavilələri bağlayan qurum olan "Azərterminalkompleks" birliyi ilə Turalın rəhbərlik etdiyi "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli L023 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən alacaqları qurğunun ümumi dəyəri 120.000 avro olduğundan həmin puldan avans olaraq rəsmi qaydada ödəniş tapşırıqlarına əsasən 01 iyun 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına əlavə dəyər vergisi daxil olmaqla 142.605,36 manat pul, 19 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 35.065,47 manat pul, 27 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 41.900,15 manat pul, 03 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 34.853,07 manat pul, 16 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 11.297,91 manat pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Bununla da xx.xx.2021-ci il tarixli L023 saylı müqavilə üzrə Turalın hesabına Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 tərəfindən ümumilikdə 265.721,96 manat məbləğində pul köçürülmüşdür. Bununla bağlı bütün rəsmi sənədləri istintaqa təqdim etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq Tural 2021-ci ilin sentyabr ayında bu qurğunu qurlaşdırmalı idi. Həmin vaxt bitdikdən sonra özü rəsmi qaydada bildirmişdi ki, qurğunun istehsalında nəsə yubanma var. Yubadılma müddəti 03 ay müddətdə davam edəcəkdir. Ona 3 ay əlavə vaxt vermişlər. Tural özünü elə aparmışdır ki, guya bu işlə real olaraq məşğuldur. Həmin ərəfədə o, tikinti aparılan inzibati binasında 10 ədəd "Dormakaba" markalı "ARGUS 40" modelli turniket avavdanlıqlarının quraşdırılması üçün Təqsirləndirilən şəxs şirkəti ilə əlavə müqavilə bağlamışdır. Beləliklə, "Azərterminalkompleks" birliyi ilə Turalın rəhbərlik etdiyi "xxxx" MMC arasında xx.xx.2021ci il tarixli L044 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Turalın təqdim etdiyi müqavilədə nəzərdə tutulan bank hesabına ödəniş tapşırıqlarına əsasən 26 noyabr 2021ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx"da olan hesabına əlavə dəyər vergisi daxil olmaqla 146.534,76 manat pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Lakin həmin məsələ ilə bağlı da Tural onları aldatmış, yenə də verdiyi sözü yerinə yetirməmişdir. Dəfələrlə ondan həmin pul vəsaitinin istehsalçının hesabına köçürülməsi ilə bağlı rəsmi sənədləri tələb etsə də Tural belə sənədləri təqdim edə bilməmişdir. Turalın bildirdiyi xarici istehsalçılara müraciət etsə də məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şirkəti adından həmin istehsalçıların hesabına heç bir vəsait daxil olmamışdır. Həmçinin Tural onun rəhbərlik etdiyi şirkətlə istehsalatı həyata keçirən zavod arasında heç bir müqavilə olmadığını bildirmiş, yalnız birinci müqavilə ilə bağlı ingilis dilində tərtib edilmiş formal məktubu onların mail adresinə göndəriməsini təmin etmişdir ki, həmin məktubun məzmunundan da görünür ki, guya birinci müqvilədə nəzərdə tutulmuş avadanlıqların istehsalı 70 faiz tamamlanmışdır. Buna baxmayaraq Tural müxtəlif bəhanələr gətirib ona verilmiş pulların istehsalı həyata keçirən zavoda pulların köçürülməsini təsdiq edən rəsmi sənədləri təqdim edə bilməmiş, məlum olmuşdur ki, Tural onları aldatmış, etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Buna görə də DGK-si rəsmi olaraq hüquq-mühafizə orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün,zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komtisənin 3-33/2-003294/2023 №-li xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 arasında 30 iyun 2021-ci il tarixdə bağlanmış “Lo23” nömrəli müqavilənin şərtlərinə uyğun olaraq 30 noyabr 2021-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binası üçün 01 ədəd “Secalt” markalı BMU-Fasad xidmət avadanlığını, həmçinin 24 noyabr 2021-ci il tarixdə bağlanmış “Lo44” nömrəli müqavilənin şərtlərinə uyğun olaraq 30 iyun 2022-ci il tarixədək 10 ədəd “Dormakaba Argus 40” markalı turniket avadanlıqlarını gətizdirib həmin inzibati binaya quraşdıracağı ilə bağlı vədlər verərək hər iki müqavilə üzrə şirkətinin bank hesabına ümumilikdə 389.904 (üç yüz səksən doqquz min doqquz yüz dörd) manat məbləğində pul vəsaitini qəbul edib verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə əhatə olunmuş qəsdlə həmin məbləğdə pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs4nə külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komtisənin “Azterminalkompleks” Birliyinin 2300-030/0xx-xx/000098 №-li xx.xx.2023-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direkotoru Təqsirləndirilən şəxs ünvanlanmış məktubdan müəyyən olunur ki, “Sifarişçi” tərəfindən 265721.86 Azərbaycan manatı (ƏDV daxil) ödəniş edilməsinə baxmayaraq “İcraçı” tərəfindən avadanlıq hazırki tarixədək təhvil verilməmiş və bağlanmış müqavilənin müvafiq bəndlərinin pozulmasına yol verilmişdir. Qeyd olunanları nəzərə alaraq 5 iş günü ərzində avadanlığı təhvil verməyiniz və ya təhvil verilmədiyi təqdirdə ödənilmiş vəsaitin geri qaytarılmasını təmin etməyiniz xahiş olunur. Əks təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət ediləcəkdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 3-13-47-2- 24490/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 21161/23 saylı axtarış işi açılmış, o xx.xx.2023-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilərək, Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarxli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Rahib oğlu aldatma və etibardan suiistifadə etmə yolu ilə liftin quraşdırılması adı altında xx.xx.2022-ci ildə 40.000 avro, xx.xx.2022-ci ildə 20.000 avro, xx.xx.2022-ci ildə 20.000 avro, xx.xx.2022-ci ildə 10.000 avro, cəmi 90.000 avro, xx.xx.2023-cü ildə eyni məqsədlərlə 4000 ABŞ dolları məbləğində vəsaitləri ondan alaraq ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs1 ətraflı izah edərək bildirdi ki, Təqsirləndirilən şəxsla tanış olduqdan sonra onunla özünə məxsus olan rilən ünvan 25 ünvanında lift quraşdırmaq üçün ona məxsus olan ünvan 26 ünvanında yerləşən ofisdə şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2022-də 40.000 Avro, xx.xx.2022-də həmin yerdə 20.000 Avro, xx.xx.2022-də 20.000 Avro, xx.xx.2022-də həmin yerdə 10.000 Avro və xx.xx.2023-də yenə də həmin yerdə ona 4000 ABŞ dolları pul vermiş, lakin Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək lift quraşdırmayaraq dələduzluq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 2022-ci ilin mart ayından başlayaraq 80.000 ABŞ dollarını və 15.000 manatını ələ keçirdiyi üçün onuda zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 27.600 AZN pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “götürülmə haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi özünə və Samir adlı tanışına məxsus olan plastik kart hesablarının fotoşəkilləri, özünə məxsus olan lift quraşdırılmalı olan obyektin foto görüntüləri və sənədlərinin surətləri, həmçinin plastik kart hesablarından çıxarışların iş üzrə əhəmiyyətini nəzərə alaraq Zərərçəkmiş şəxs3 götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış "xxxx"-nın MMC-nin Hüquq Departamentindən daxil olmuş 6-2-41/2-31321/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-712/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs adına bankın müştəri xidməti departamentidə olan AZ23İBAZ******************** saylı və AZ64İBAZ******************** saylı, bankın Xaçmaz filialında olan AZ08İBAZ******************** saylı bank hesablarında çıxarışlar, həmçinin Təqsirləndirilən şəxs adına olan AZ23İBAZ******************** saylı bank hesabına bağlı 5522-0993-4453-1843 saylı plastik kart vasitəsi ilə nağlaşdırma əməliyyatlarının görüntülərini kağız və disklə təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, baxış keçirilən tikili Qusar rayonu Çiləgir kəndinin inzibati ərazisində Qusar Şahdağ yolunun sol tərəfində yerləşən “Xutorok” əyləncə və istirahət mərkəzinin daxilində inşa edilmiş, 07 mərtəbədən ibarət “Xutorok” otelidir. Otelin inşası davam etməkdədir. Baxış zamanı müəyyən olundu ki, inşa edilmiş otelin daxilində 03 ədəd lift quraşdırılması üçün yer inşa edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, saxlanılmış lift yerlərinin 01 ədədi yük, digər 02 ədədi isə sərnişin liftləri üçün nəzərdə tutulmuşdur. O bildirdi ki, lift şaxtalarına quraşdırılmış ayaqaltılar (lesalor) Təqsirləndirilən şəxs tərəfindən quraşdırılsada onlar göründüyü kimi işləməmiş və yararsız vəziyyətdədirlər. Belə ki, müəyyən olundu ki, həqiqətəndə hər 03 lift şaxtalarına divardan divara dəmir borular və üzərilərinə taxta ayaqaltılar quraşdırılmışdır. Onların Təqsirləndirilən şəxs tərəfindən quraşdırıldığı müəyyən olundu. X15 bildirdi ki, Tural işlənmiş və yararsız bu ayaqaltılarını bura quraşdırmaqla onlara ən çoxu 2.000 manat xərc çəkib və bunları quraşdırmaqla həm müəyyən qədər vaxt uzatmış və yenidən onun inamını qazanmaqla ondan əlavə olaraq 18.000 manat pul almışdır. Onun bu ayaqaltıları quraşdırmaqda məqsədi məhz sonuncu dəfə ona verilən 18.000 manat pulu ələ keçirmək olmuşdur. Çünki hazırda digər bir şirkətə lift quraşdırlması üçün müaraciət etmiş, həmin şəxslər bu ayaqaltıların işə yaramadığını və yararsız olduğunu bildirmişlər. Yaxın zamanlarda onların hamısı söküləcəkdir, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olundu. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, 01 iyul 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 AZ22AİİB******************** hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Nəsimi filialında olan AZ24AİİB400300C**********111 nömrəli hesabına əlavə dəyər vergisi daxil olmaqla 142.605,36 manat pul, 19 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 35.065,47 manat pul, 27 oktyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 41.900,15 manat pul, 03 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 34.853,07 manat pul, 26 noyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 AZ22AİİB******************** hesab nömrəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Nəsimi filialında olan AZ24AİİB400300C**********111 nömrəli hesabına əlavə dəyər vergisi daxil olmaqla 146.534,76 manat pul, 16 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs4 eyni hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 11.297,91 manat pulun köçürülməsi barədə ödəniş tapşırıqları, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi 2022-ci ilin oktyabr ayının 03-də 40.000 avro, 2022-ci ilin oktyabr ayının 12-də 20.000 avro, 2022-ci ilin oktyabr ayının 24-də 20.000 avro, 2022-ci ilin dekabr ayının 28də 10.000 avro və 2023-cü ilin fevral ayının 28-də 4.000 ABŞ dollarını aldığını təsdiq edən qəbzlər, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi sonuncunun xx.xx.2023-cü il tarixli 80.000 ABŞ dolları və 10.000 ABŞ dolları pulunu aldığını təsdiq edən qəbzlər cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin 3-13-16/2-101564/2023 №-li xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqiliyyat vasitəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3-21-3-02/2-10182/2023 №-li xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın olub-olmaması barədə” arayışdan müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs adında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 01 ədəd CD diskdən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2012-ci il tarixdə qeydiyyatda alınmış, X4 Nömrəsi (VÖEN):160169181, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir, hüquqi ünvanı AZ1147, ünvan 29ının miqdarı 22.000.00 manatdır, təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X6 – 50% və Təqsirləndirilən şəxs – 50%, qanuni təmsilçi (əvvəlki) Şahid4dur, hazırki təmsilçi Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində üç azyaşlı uşağı var. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "Wittur Group" Şirkətlər Qrupu ilə onun təsis edərək direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında distribütor olması barədə müqavilə bağlanması, onun “Wittur Group” Şirkətlər qrupuna nisyə lift istehsal edilməsi üçün sifariş vermək imkanı olduğunu bildirməsi kimi ifadələri öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilməsi zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər, ifadələrin hadisə yerində əyani olaraq yoxlanılması protokolları və ona əlavə edilmiş fotocədvəllər, iş üzrə maddi sübut hesab edilmiş ödəniş tapşırıqları və qəbzlər və sair mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirməsi özünün ibtidai istintaq zamanı verdiyi, zərərçəkmiş şəxslərin, şahid ifadələri, hadisə yerinə baxış protokolları, müqavilələr və ödəniş qəbzləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. ,Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 maddi ziyan kimi 151000 (yüz əlli bir min) manat, mənəvi ziyan kimi 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumu kimi 444 (dörd yüz qırx dörd) manat ümumilikdə isə 154 444 (yüz əlli dörd min dörd yüz qırx dörd) manatın, Zərərçəkmiş şəxs1 maddi ziyan kimi 90 000 (doxsan min) avro və 4000 (dörd) min ABŞ dolları məbləğində vəsaitin yəni milli valyuta ilə ümumilikdə 157 916 (yüz əlli yeddi min doqquz yüz on altı) manatın və ödənilmiş dövlət rüsumu olan 447,92 (dörd yüz qırx yeddi manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Məhkəmə nəzərə alır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 03 ” noyabr 2008-ci il tarixli 7 saylı Qərarından müəyyən olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutulmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o zərərçəkmiş şəxs qismində tanınır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası həm mülki iddia, həm mənəvi ziyan, həm də dövlət rüsumunun ödənilməsi hissəsində, Zərərçəkmiş şəxs1 isə həm maddi ziyan, həm də ki dövlət rüsumu hissəsində ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə ümumilikdə 154 444 (yüz əlli dörd min dörd yüz qırx dörd) manat, Zərərçəkmiş şəxs1 xeyrinə isə ümumilikdə 158 363,92 (yüz əlli səkkiz min üç yüz altmış üç manat doxsan iki qəpik) manat tutulsun. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi– Nümayəndə və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova
Məhkəmə qərarları › İş №1(101)-1515/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1515/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver