Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1515/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X9 və Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, X5, Zərərçəkmiş şəxs qızının nümayəndəsi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Kürkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 09 radələrində və 11 fevral 2025-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66 saylı evin 76 nömrəli mənzilində dayə xidməti göstərmiş olduğu xx xxx 1940-cı il təvəllüdlü Zərərçəkmiş şəxs fiziki qüsurlarına görə dörd ayaqlı çəliyin və onun köməyi ilə mənzilin mətbəxində, yataq otağında və digər yaşayış sahələrində gəzməsinə baxmayaraq ani anda müvazinətini saxlaya bilmədən döşəməyə mütəmadi olaraq yıxılmasına və barəsində bir müddət öncə ailə üzvülərinə guya onu döyməklə fiziki zorakılıq etməsi ilə bağlı yalan böhtan xarakterli məlumatlar verməsinə görə həmin tarixlərdə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs həmin ünvanda əlləri ilə onun baş nahiyyəsinə bir neçə dəfə təkrarən qəsdən vurub insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan baş beyinin sol yarımkürəsinin travmatik subdural hematoması, baş beyinin orta xəttdən sağa doğru dislokasiyasının küt təsir mexanizmi ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakıya işləməyə gəlməzdən əvvəl Sabirabad rayonunda yaşamışdır. İş axtardığı üçün işədüzəltmə şirkətlərindən birinə müraciət etmiş və şirkətdə işləyən vasitəçilərdən biri ona xəstə baxıcısı işi olduğunu bildirmiş, o, həmin iş təklifini qəbul edərək Bakı şəhərinə gələrək Şahid2 və Şahid1la görüşüb tanış olmuşdur. Onlar yaşlı anaları üçün baxıcı lazım olduğunu bildirmişlər. Aylıq 800 manat əmək haqqı müqabilində Zərərçəkmiş şəxs qulluq etməyə razılaşaraq ona baxmağa başlamışdır. 14 ay müddətində ona baxıcılıq etmiş, ailəsi də onun xidmətindən məmnun qalmış, aralarında heç bir problem yaranmamışdır. Onunla ana-bala kimi olmuş, övladları da ondan razı qalmışdır. Bəzən Elmira xanımın yaddaşı itdiyi üçün divanda əyləş dediyi halda yerdə əyləşmişdir. Evdə kamera o gəlməzdən əvvəl olmuş və evdə kamera olduğunu bilmişdir. Zərərçəkmiş şəxs zərər vurmaq, xəsarət yetirmək niyyəti olmamış, belə ki, bu hadisə bir anlıq psixoloji hal nəticəsində baş vermışdir. Çox vaxt gecələri yatmadığı üçün o da oyaq qalmalı olmuş, yuxusuzluqdan əsəbi olduğu üçün həmin hadisə vaxtı da əsəbi olmuş, lakin onu vurmamışdır. Dəfələrlə Zərərçəkmiş şəxs çarpayısından yıxıldığı üçün başı yanında olan şkafa dəymiş, ondan qabaq da belində sınma olmuşdur. Elmiranı əli ilə bir dəfə vurmuş, dəqiq harasına vurduğunu isə xatırlamamışdır. Çünki həmin vaxt özündə olmamış, onda psixoloji problem yaranmışdır. Zərərçəkmiş şəxs özü hərəkət edə, gəzə bildiyi üçün bəzən heç 4 ayaqlı yerimə aparatından da istifadə etməmişdir. Baxıcı olaraq Zərərçəkmiş şəxs yeməyini bişirmış, dərmanlarını vermiş, ev işlərini görmüş və gəzməyə aparmışdır. Zərərçəkmiş şəxs son zamanlarda təzyiqi yüksək olduğu üçün, özünü yaxşı hiss etməmişdir. Hadisə baş verən ərəflərdə də onda yüksək təzyiq olmuşdur. Elmira xanımın 80dən çox yaşı olduğu üçün həkimlər alzeymer xəstəliyi ilə əlaqədar onda yaddaş itkisi olduğunu demişdir. Hadisə günü Elmira xanım divanda deyil yerdə əyləşdiyi üçün onu qızdırıcı radiatorun yanına gətirmişdir ki, radiatra söykənərək dura bilsin. Zərərçəkmiş şəxs radiatora tərəf itələməkdə məqsədi onu qaldırmaq olmuşdur. Onu qaldıra bilmək üçün hətta qonşunu da köməyə çağırmışdır. Ümumiyyətlə, bəzən ağır psixoloji, sakitləşdirici dərmanlar qəbul etdiyi üçün huşu yerində olmadığı üçün, ona baxmağa çətinlik çəkmişdir. Amma bununla belə işdən də imtina etməmişdir. Hadisə günü əsəbiləşdiyi üçün zərərçəkmişi istəmədən bir dəfə mətbəxdə vurmuşdur. Zərərçəkmiş şəxs vuranda əlində heç bir küt alət olmamışdır. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə yaxşı olmuşdur. Özü epilepsiya xəstəliyindən əziyyət çəkir. Bir dəfə bununla bağlı xəstəxanada stasionar şəraitdə müalicə olnunmuşdur. Şirvan rayonunda 3-4 il əvvəl “qanqrena” əməliyyatı keçirmiş, ödündə daş, ayağında da damar tutulması aşkar olumuşdur. Uşaq evində də işləmiş, orada ondan razı olmuşlar. 14 ay Zərərçəkmiş şəxs qulluq etmiş, hər ay vaxtında maaşını almışdır. Zərərçəkmiş şəxs baxa bilmədiyi üçün işdən çıxmaq istədiyini qızı Nüşabə Həsənovaya demiş, lakin, o, işdən çıxmasına icazə verməmiş, ondan başqasına güvənə bilmədiyini ondan başqa baxıcı istəmədiyini bildirmişdir. Psixologiyasının pozulmasına səbəb Zərərçəkmiş şəxs qulluq etməkdə çətinlik çəkməsi, onun yatmadığı gecələri onun da yata bilmədiyindən əsəblərinin pozulması olmuşdur. Zərərçəkmiş şəxs divandan tutub idman hərəkətləri də etmiş, bir dəfə də həyətdə olanda müvazinətini itirib yıxılmışdır. Hazırda törətdiyi əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs qıznın ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır, hər hansı xəstəxanda ruhi əsəb xəstəlikləri ilə əlaqədar olaraq qeydiyyatı yoxdur. Hadisə zamanı hər hansı bədən xəsarəti almamış və ona görə MTE-da keçməkdən imtina etmişdir, hazırda oğlu X6 ilə birlikdə yaşayır. 2019-cu il tarixdə əri öz əcəli ilə ölmüş, rayon xəstəxanasında mühasib, əri öldükdən sonra isə 4-5 il müddət olar ki, xəstə baxıcısı olaraq işləyir. Bakı şəhərində müxtəlif ünvalarda o cümlədən uşaq evlərində uşaqlara baxılıması ilə məşğul olmuşdur. 02 dekabr 2023-cü il tarixdə ev alqı-satqısı ilə məşğul olan şəxs vasitəsi ilə onu tənha qadının yayına gətirmişlər, həmin qadın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı evinin 76 №-li mənzilində yaşamış, onun adını Zərərçəkmiş şəxs olaraq bilmişdir. Qadın faktiki olaraq tək yaşamış, ona həkim tərəfindən «alzayev» diqnozu qoyulmuş, həmin xəstəlik el dilində beyin quruması kimi bilinmişdir. O evdə tək olmasına görə onu dayə olaraq tutmuşlar, onunla dayə xidməti ilə bağlı söhbəti Elmiranın qızı Nüşabə adlı qadını aparmışdır. Ona anasına baxmasını, yeməyini hazırlayıb, paltarlarını yuyması və.s ev təmizlik işləri ilə məşğul olması və bir sözlə 24 saat həkim nəzarəti altında olmasını bildirmişdir. O evə gələndə Zərərçəkmiş şəxs sərbəst olaraq gəzmiş, öz yeməyini yemiş və ehtiyaclarını özü ödəmişdir. Sonradan onun sərbəst olaraq hərəkət etməsində məhdudiyyətlər yaranmış, o Nüşabəyə Abbasovaya ona 4 ayaqlı əsa almasını bildirmişdir. Son zamanlar Zərərçəkmiş şəxs ona kaprizlər etmiş, ona böhtan atmışdır. Hətta Zərərçəkmiş şəxs onun üzərinə qaynar su, qəndqabı atmasını, onu mətbəxə buraxmamasını və bu barədə qızı Şahid2 və gəlinlərinə bildirmişdir. Onun üzərinə atmış olduğu mayə və sair əşyalardan hər hansı xəsarət almamışdır. Hətta onun oğulları da bu barədə bildirmiş, lakin, onlar ona anası ilə qalmasında təkidlər etmişlər onun tək yaşaya bilməyəcəyini bildirmişlər. Sonradan həkim bildirmişdir ki, bəs ona çox təkid etməsinlər, onu bir qədər sərbəst qoysunlar, mətbəxə buraxmasınlar ki, isti su yeməyi üzərinə tökməsin, özünü bıçaqla kəsməsin və.s hərəkətlər etməsin. Hətta 2 ay bundan öncə təxminən 2024-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs üzərində olan mobil telefonu kamera müşahidəsi olmayan otaqda üzərinə atmış, telefon onun başının sol yan nahiyyəsinə dəymiş, onun başında şiş yaranmış və burnundan qan açılmışdır. O, həmin nahiyyə ilə bağlı artıq şikayətlərdən sonra müayinədən keçmişdir. Bundan başqa onun üzərinə stəkan və digər məişət əşyaları da atmışdır. O, bu barədə Nüşabəyə məlumat vermiş, həmin əşyaları yerindən götürməmişdir. Telefon atma halı istisna olmaqla digər hər hansı halda atmış olduğu əşyalar ona dəyməmişdir. Hətta Zərərçəkmiş şəxs onu oxlov ilə vurmaq istəyən zaman Nüşabəyə Abbasovaya və Zərərçəkmiş şəxs ilə eyni bina və eyni girişdə yaşayan qardaşı Azərə zəng etmiş, Azər aşağı onların olduqları evə keçmiş və anasının əlində oxlov olmasını görmüş və anasından nə etməsini xəbər almış və ona dayə olaraq onunla belə rəftarına görə irad bildirmişdir. Onların ailə üzvlərindən hər kəs analarının psixoloji xəstə olmasını qəbul etmiş, o isə analarını yola verib işlərinə davam etmələrini demişlər. 10 və 11 fevral 2025-ci il tarixdə onun kamera görüntləri olan mətbəx və yataq otağında saat 09 və 10 radələrində baş verən hadisələr ilə bağlı göstərmişdir ki, hər səhər saat 08 və ya 09 radələrində Zərərçəkmiş şəxs yuxudan oyanmış, onun yataq otağına keçib onun pamers və çarpayısına baxmaq üçün keçmiş, onu sanitar qovşağa aparmış və onu orda yuyundurmuş, qurulayıb və ona yeni pampers bağlamışdır. Sonra o, onu yataq otağına gətirmişdir ki, bəs onun pampersini və paltarını geyindirsin, həmçinin, qansızmalar olan yerinə sarğılar qoysun. Belə ki, onlar çapayıya çatan zaman o, 4 ayaqlı əsas ilə onun dəstəyi ilə yataq otağında olan çarpayı və mətbəxdə olan divana çatanda qəsdən özünün yerə buraxmış və bildirmişdir ki, o, onu tək olaraq yerdən qaldırmaq iqdidarında olmamışdır. O, bunları qəsdən etmiş və demişdir ki, bəs ona balaları baxsın və kamerdan onu görüb özləri evə gəlib ona baxsınlar. O da Zərərçəkmiş şəxs tək olduğuna görə onu tək qaldıra bilmədiyini demiş, hətta həmin günlərdə o bir neçə dəfə onun başına və yerdə qoluna əli ilə vurmuşdur ki, bu hərəkətlərinə son qoysun. Həmçinin bildirmişdir ki, o onu tək daşıyıb yerdən qaldırmaq iqtidarında deyil, yəni, 1968-ci il təvəllüdlü qadındır, bunları tək etmək iqtidarında deyildir. Onun Zərərçəkmiş şəxs mətbəxdə və otaqda yerdə qollarından sürüyüb aparmaqda məqsədi o olmuşdur ki, həmin istilik piltələrinə yaxın aparmaqla ozü də dəstək versin ki, o, onu yerdən qaldıra bilsin. Onun Zərərçəkmiş şəxs yerdə sürüməkdə başqa məqsədi olmamış, onu yalnız tutmaq, qalxmasına dəstək məqsədi ilə həmin yerlərə doğru döşəmədə sürümüşdür. Hətta özüdə əvvələr çarpayıdan yerə düşən zaman həmin istilik piltələrindən tutmaqla qalxmışdır. Hər iki kamera görüntüləri altında olan zaman əsəbi halda Zərərçəkmiş şəxs əlləri ilə vurub niyə özünü yerə buraxmasına görə irad bildirmişdir. Əməlindən peşmandır. Onun aylıq əmək haqqı olan 800 manat pulu ona verilmişdir. Göstərilənlərdən başqa heç bir zaman Zərərçəkmiş şəxs vurub ona xəsarət yetirməmiş, əgər belə bir hal olmuş olsa həmin görüntülər də təqdim edilərmiş. Onu vuran zaman isə niyə övladlarına onu döyməsi barədə yalan məlumat verməməyə görə irad bildirmişdir. Həmin təqdim olunmuş görüntüdə olan şəxs özü olmuş orda hər hansı montaj əlamətləri olmamışdır. Məhkəmədə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinini təsdiq edərək ifadəsində göstərdi ki, 2010-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı evinin 76 №-li mənzildə yaşayır, əri öz əcəli ilə 2017-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan faktiki olaraq tək yaşayır. Ona “alzayev” diqnozu qoyulmuş, həmin xəstəlik el dilində beyin quruması kimi bilinmiş, həmin xəstəlik bəlkə də daha əvvəldən olmuş lakin son 2 il müddət olar ki, o həmin xəstəliyin siptomlarını hiss etmişdir. Onu ailə üzvləri həkimə aparmışlar və həmin xəstəliyi müəyyən olunmuşdur. Bundan sonra ailə üzvləri evdə tək olmasın deyə ona dayə tutmuşdur. Dayələr evdə ona baxır, xidmət göstərir, yeməyini hazırlayır, paltarlarını yuyur və.s ev təmizlik işləri ilə məşğul olmuşlar. O, dayə nəzarətində gəzmiş, öz yeməyini yeyir, ehtiyaclarını ödəyir və hətta yanında dayə olan zaman həyətə düşmüşdür. Oğlanları və qızları işdə olduqlarına görə bütün günü onun yanında ola bilməmişlər və işdən gələndən sonra ona nəzarət etmişlər. Onun oğlunun evi yaşadığı binanın eyni girişində ondan 3 mərtəbə yuxarıda 8-ci mərtəbədədir və demək olar ki, oğlu Azər hər səhər işə gedəndə və axşam evə gələndə ona dəyib keçmiş, ona nəzarət etmiş, günorta saatlarında isə onun arvadı Könül Əsədova ona nəzarət etmişdir. Bir sözlə o, tam olaraq ailə üzvlərinin nəzarətində olmuşdur. Onun yaşadığı ev yeni tikili olmaqla 16 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı 115 kv metrlik mənzil olmuş, həmin mənzilin açarları ailə üzvləri də, olmuş, evi sutka ərzində dayə nəzarətində və kamera nəzarəti altında olmuşdur. Evdə baş verən hər bir hadisə övladlarının istifadəsində olan mobil telefonlar vasitəsi ilə izlənmişdir. 2023-cü ilin dekabr ayından etibarən 24 saatlıq dayə lazım olduğu üçün xx.xx.2023-cü il tarixdə əvvəl tanımadığı Sabirabad rayonuna tək yaşamasını bildiyi 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ona baxması üçün evlərinə gətirilmişdir. Övladları aylıq əmək haqqı ilə bağlı razılaşmışlar və o, evin sanitar qovşaq istisna olmaqla mənzilin dəhlizində, mətbəxində yataq otağında və qonaq otağının kamera müşahidəsində olmasını bilmişlər. xx.xx.2023-cü il tarixdən dayə Təqsirləndirilən şəxs fəaliyyətə başlamış, o, onun xəstə olmasını və bundan irəli gələrək əsəbi olduğunu bilib övladıları ilə razılaşmaqla evinə gəlmişdir. 800 manat da aylıq əmək haqqı ona verilmişdir. Səsli kameralar təxminən 2023-cü ilin yay ayından quraşdırılmış və Təqsirləndirilən şəxs isə 2023-cü ilin dekabr ayında onların evinə gəlmiş, yəni, artıq o gələn zaman evdə kamera müşahidəsi olmuş, həmin kamera görüntüləri 1 həftə müddətində qalmışdır. Həmin qadın 2024-cü ilin oktyabr ayında ona fiziki zor tətbiq edib onun başına vurmuş, lakin, dəqiq olaraq o vaxtları xatırlamamışdır. Onu bilir ki, o, bu barədə övladlarına demişdir. Onlar isə dayənin belə bir hərəkət etməsinə inanmamışlar. Onun hər hansı nahiyyəsində xəsarət izləri olmamış, ona görə ona inanan olmamışdır. 10 fevral 2025-ci il tarixdə, saat 09 mənzilin yataq otağında olan zaman mənzildə heç kim olmamış, ona yataq otağında olan çarpayının yanında ayaq üstə üzü otağın pəncərəsinə doğru olmuş, Təqsirləndirilən şəxs əlində olan yaşlılar üçün olan bezi onun çanaq nahiyyəsinə geyindirmişdir. Dayə Təqsirləndirilən şəxs ona 4 ayaqlı əsada düz dayanmasını demiş, az yapış qal deyib onu bir qədər önə doğru əsanın üzərinə itələmiş, belə dur demiş və önə çarpayıya doğru uzanıqlı qalmışdır. 11 fevral 2025-ci il tarixdə saat 09 radələrində mənzildə olan Təqsirləndirilən şəxs ona 4 ayaqlı əsadan tutub divana doğru irəliləməsini demiş, Nuranə isə onun arxası ilə gəlmiş, yavayavaş, divana çatanda o, əl atıb divanın baş hissəsindən tutan zaman əli boşalmış və o, yerə yıxılan zaman Təqsirləndirilən şəxs əli ilə onun başından vurmuş, yerə yıxılmasını görüb təkrar olaraq əli ilə onun başından yerdə oturaqlı halda vurmasına davam etmişdir. Təkrar olaraq yerdə oturaqlı vəziyyətdə o əli ilə onun üzündən əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs “Az səni kim qıldıracaq” deyərək hər iki əli ilə kürək nahiyəsinin boşluq hissəsindən əli vurub onu pəncəyərə doğru itələmiş və o, çanağı üzərində sürüşmüşdür. Beləliklə, ona xəsarətləri Təqsirləndirilən şəxs qəsdən yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası xəstə olduğu üçün dayə axtarmışdır. Rəfiqəsı ona Təqsirləndirilən şəxsın xəstə baxıcısı olduğunu deyərək məsləhət görmüş, o da Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq danışmış 2023-cü ilin dekabr ayından Nuranə işə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 02 dekabr 2023-cü il tarixdən 09-10 fevral 2025ci ilə kimi anasına baxmış, Nuranəyə çox güvənmişdir. Anası ona hamamda Təqsirləndirilən şəxs onu döydüyünü, hamamda duşla başına vurduğunu demiş, o da Nurənədən bunu soruşanda o tək oğlunun canına and içib inkar etmişdir. Təqsirləndirilən şəxs Elmira xanımın anası yaşda olduğunu və ona heç vaxt əl vurmadığını deyirdi. Hamamda kamera olmadığından onları izləyə bilməmişdir. Sonra kamera olan otaqlardakı görüntülərindən Təqsirləndirilən şəxs anasını döydüyünü və işgəncə verdiyini görmüşdür. Hətta o, anasını təkrar-təkrar döymüşdür. Videogörüntünü görən kimi Təqsirləndirilən şəxs işdən çıxartmışdır. Təqsirləndirilən şəxs səhər saatlarında anasını döymüş, çünki işdə olduğu üçün kamera görüntülərini izləyə bilməmişdır. Anası ilə birgə yaşamır, qonşudular. Hər gün anasına baş çəkmışdır. Təqsirləndirilən şəxs ona zəng edərək anasının yıxıldığını demişdir. Nə baş verdiyini soruşanda Təqsirləndirilən şəxs anasının birdən yerə oturduğunu, qaldıra bilmədiyi üçün qonşuları çağırdığını demişdir. İşdən birbaşa anasıgilə gəlmiş, anasının səssiz və anlaqsız vəziyyətdə oturduğunu görmüşdür. Anasının beyninə qan sızdığını bilməmişdir. Evə gedərək kamera görütülərinə baxdıqda anasının yıxıldığını, Təqsirləndirilən şəxs qışqıraraq anasının qolundan bərk yapışıb radiatota tərəfə apararaq anasına radiatr turbasından tutub qalxmağı deməsini görmüşdür. Təqsirləndirilən şəxs anasının körpücük sümüyünü sındırmış, əlləri ilə başına vurub sonra qonşunu yerdən qaldırmaq üçün köməyə çağırmışdır. Anasının bədənində qan ləkəsi olmamış beyninə qan sızmışdı. Videogörüntülərdən görünür ki, anası çarpayıdan tutub ayaqüstündə dursa da Təqsirləndirilən şəxs pampersini dəyişməyi bacarmamış, anası da xəstəliyi ilə əlaqədar uzunmüdət ayaqüstdə dura bilmədiyindən əzələləri boşalmış və yerə oturmuşdur. Anası yıxılarkən başı heç yerə dəyməmiş, anasını bir neçə dəfə başından vurmışdur. Təqsirləndirilən şəxs başı bağlı, dindar olduğundan onun bu hərəkəti edəcəyini heç düşünməmişdilər. Hər ay vaxtında Təqsirləndirilən şəxs maaş ödəmiş, Nuranə isə 24 saat anasına baxmışdır. İş saatı ilə özləri belə razılaşmışlar.Çünki Təqsirləndirilən şəxs rayondan gedib gələ bilmədiyini, həmçinin öz evinin olmadığnı demişdi. Bazarlıq da Təqsirləndirilən şəxs həvalə edilmiş, onu evin bir qızı kimi görmüşlər. Təqsirləndirilən şəxs yemək bişirmiş, anasını çimizdirmişdi. Anasını çimizdirən zaman Nuranəyə kömək etmişdir. Anasının xəstəliyi ilə əlaqədar ən çox qorxduqları şey onun yıxılması idi. İşdən axşamüstü gəldiyi üçün həmişə Təqsirləndirilən şəxs anasını çimdirməyə kömək edə bilməmişdir. Anası çox gərgin olduğu üçün həkimi baxıcını görmək istəmişdir. Təqsirləndirilən şəxs çox güvənmişdir. Anası qaynar su istədikdə Təqsirləndirilən şəxs çaydanda olan qaynar suyu töküb çaydanı yenidən doldurmuş bu da onu əsəbləşdirmişdi. Təqsirləndirilən şəxs “dindar” olduğu üçün iş saatının 1 saatında namaz qılmış. həmin zamanisə anası nəzarətsiz qalmışdır. Təqsirləndirilən şəxs oruc tutmuş, axşam da orucunu döydüyü anasının pensiya pulu ilə alınmış ərzaqla açmışdır. Həkim 2024-cü ilin oktyabrnoyabr aylarında baxıcını görmək istədiyini demişdir. Hadisənin üstü 2025-ci ilin fevral ayında açılmışdır. Anasının Təqsirləndirilən şəxs əvvəl 2-3 baxıcı olmuş, ailə vəziyyətinə görə işdən ayrılmışdır. Təqsirləndirilən şəxs işdən çıxmaq istəməmiş, ona heç vaxt belə söz deməmişdir. Videoya baxanda Nuranənin anasına “niyə yıxıldın?” deyərək acıqlanaraq vurduğunu, daha sonra yerdə sürüyərək haradansa tutub ayağa qalxmasını görmüşdür. Elə başa düşür ki, Nuranə anasına qulluq etməkdə çətinlik çəkdiyi üçün son zamanlar acıqlı olmuşdur. Anası da Nuranəyə acıqlı olmuş, çünki Nuranə onun dediklərini etmirdi. Fevral ayında kameraya baxana kimi anasına inanmamış, sonradan kameraya baxdıqda anasının düz dediyini görmüşüdür. Daha əvvəl də kameraya baxmış, lakin Nuranə vaxtı elə tənzimləmişdir ki, baxdığı zamanlar ancaq Nuranənin anasına qulluq etdiyi vaxtlara təsadüf etmişdir. Sonradan aydın oldu ki, 2024-cü ilin oktyabr ayında Nuranə anasını hamamda vurub. Anası heç vaxt nəzarətsiz qalmamış, o, qardaşı, digər ailə üzvləri işlədiyinə görə baxıcı tutmağa məcbur olmuşdur. Fevral ayına kimi də Nuranə anamı vurmuş, işin üstü açılandan sonra əvvəlki kamera görüntülərinə baxanda görmüşdür. Gün ərzində olan videonun hamısına baxmamışdır. İstintaq orqanına ancaq Nuranənin anasını vurduğu videonu təqdim etmiş, qulluq etdiyi vaxtın videosunu verməmişdir. Kameraya qonşunun Nuranəyə anasını qaldırması üçün kömək etdiyi an da düşmüşdü. Anasından çox Nuranəyə inanmışdır. Bəzən anası danışarkən bir sözü o birini tutmadığı üçün anasının yalan danışdığını fikirləşmişdir. Daha əvvəl baxıcılardan anasını döyən olmayıb, anam ilk dəfə idi ki, hansısa baxıcının onu vurduğunu demişdi. Anam insult keçirəndən sonra səhhəti pisləşmiş, yaddaşı zəifləmişdi. Onun demensiyası var idi. Anasına inanmadığı üçün peşmandır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası xəstə olduğu üçün və ailədə hamı işlədiyi üçün ona baxılması üçün dayə axtarmışlar. Bacısı Şahid2 rəfiqəsi ona Təqsirləndirilən şəxs məsləhət görmüş, bacısı da əlaqə saxlayaraq onlar razılaşdıqdan sonra Nuranə Ağayevə 2023-cü ilin dekabr ayından işə başlamışdır. O vaxtdan etibarən anasının yaşadığı evdə ona baxıcılıq etməyə başlamış, Təqsirləndirilən şəxs təxminən 1 il 2 ay anasıns qulluq etmişdir. Anası ilə həm o, həm də bacısı maraqlansa da, Nuranə ilə bacısı danışmışdır. Təhlükəsizlik üçün anasının qaldığı evə kamera da quraşdırmışlar. Nuranəyə güvəndikləri, heç bir pis hərəkətini görmədikləri üçün kamera görüntülərinə hər gün baxmamışlar. Sonradan anası Nuranənin onu vurduğunu dedikdə kamera görüntülərinə baxmışlar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişlər. Anasının səhhəti hazırda ağırdır, Nuranənin onu vurmasından sonra sağlamlığı pisləşib. Nuranə bütün günü anasının yanında qalmış, qadın olduğu üçün çox ünsiyyətdə olmamış, onunla bacısı maraqlanmışdır. Nuranəyə qarşı olan şikayəti geri götürmür, belə ki bu, təkcə onun verəcəyim bir qərar deyil, ailənin verəcəyi qərardır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 15 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 aprel 2025-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspetizasının 25 fevral 2025-ci il tarixli 189 saylı rəyindən görünur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər baş beyinin sol yarım kürəsinin travmatik subdural hematoması, baş beyinin orta xəttdən sağa doğru dislokasiyası, “Subdural hematomanın kraniotomiya ilə boşaldılması, Duraplastika” cərrahiyyə əməliyyatından sonrakı vəziyyət, qeyd olunan baş beyinin sol yırımkürəsinin travmatik subdural hematoması, baş beyinin orta xəttdən sağa doğru dislokasiyası küt təsir mexanizminə malik olub, qərarda göstərilən 10-11 fevral 2025-ci il tarixlərdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, həmçinin baş nahiyəsinə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 26 may 2025-ci il tarixli 1650 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı xroniki psixi xəstəlik, psixi xəstəliyinin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibb xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspetizasının 17 fevral 2025-ci il tarixli 162 saylı rəyindən görünur ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «Videoyazılara baxış keçirilməsi haqqında» 25 fevarl 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş Məhəmməd Hadi küçəsi 66 saylı evin 76 №li mənzildə quraşdırılmış müşahidə kamerasında olan qeydə alınmış videoçəkiliş DVD disk iş üzrə şahid qismində dindirilmiş X7 tərəfindən istintaq orqanına təqdim edilmişdir. DVD diskdə əks edilmiş görüntülərə baxış keçirilməsinə dair protokoldan görünür ki, üzərində markalanma yazısı olmayan, 01 ədəd DVD-R tipli diskdir, üzərində Verbatim, 4.7 Gb, 16X, 120 yazları olan DVD diskin parametrləri əks olunmuşdur. Kompakt diskdə «DVD» formatlı 4 ədəd videofayl vardır, videofayılların davam etmə müddəti, 48 saniyyyə, 4.12, 1.47 və 1.09 dəqiqə olmuşu və həmin diskdəki «DVD» formatlı video faylda iki qadının olması və hadisələrin mənzilin yataq otağında, mətbəxdə mənzildə olan otaqların tavanına quraşdırılmış yaddaş funksiyalı səsli və video görüntülü kameralar ilə qeydə alınması əks olunmuşdur. Şahid2 təqdim etmiş olduğu DVD disk 4.12 dəqiqəlik olan faylında hadisələrin 10 fevral 2025-ci il tarixdə saat 09:11:39-dən mənzilin yataq otağının girişində qapının üzərində tavana quraşdırılmış və mənzilin pəncərəsinə doğru olan görüntü olmuşdur və 09:15:24-dən hər iki qadın Elmira Həsənov və Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının ayaq tərəfində üzü otağın pəncərəsinə doğru olması və Elmira Ağayevanın paltarsız halda həmin yerdə 4 ayaqlı əsadan tutması və Təqsirləndirilən şəxs isə arxa tərəfindən əlində olan yaşlılar üçün olan bezi onun çanaq nahiyyəsinə geydirmək istəməsi və Allahım getmə deyir yenə gedir eee. Zərərçəkmiş şəxs ağarıyıram ee... deməsi, Təqsirləndirilən şəxs az getmə hara gedirsən deməsi, aşarsan böyürü üstə səni kimi qaldıracaq, keçən dəfə qaldırmışam qarnım tökülüb, bezi geydirir, sonra onu böyrü üstə durma dik dur həmmişə demişəm sənə, az hara gedirsən sən, Zərərçəkmiş şəxs getmirəm, yıxılaram day mən ağrıyıram, əli ilə ağız tərəfindən arxadan tutub başını dikəldir və böyrü üstə durma bax belə dur deyir, yan tərəfdən bezin yapışqanın bağlamaq istəyir və lənətə gələnsən səni kor şeytan deyir və bezi bağlayır. Təkrar olaraq düz durmasını deyir, az yapış qal ondan taxtadan yapış deyir, Elmira bir qədər önə doğru əsanın üzərinə əyilir o isə bax belə dur deyir dayan, onun əsas duruş vəziyyətidini düzəldib təkrar əsadan bərk yapışmasını deyir, ayağı qabağa elə deyir və Elmira önə çarpayıya doğru saat 09:13:49-da yıxılır və bir qədər geri sürüşür, Zərərçəkmiş şəxs 4 ayaqlı əsasının ortasına doğru böyrü üstə yıxılmış halda uzanıqlı qalır və onu əli ilə düzəldib oturaq vəziyyətə gətirir ay deyirəm buraxıma buraxırsan deyib əsanı onun yanından götürüb otaqda olan şüşəli paltar dolabının qarşısına qoyur, Allah bunu kimdi indi qadıran deyib onu üz çarpayıya doğru çevirib dur yerindən yəni çapayıdan yapış deyir və az üzünü döndər yapış daynə, yapış burdan tut dur ayağa, özün dur özün dur, deyir sonra ayağında olan başmaqlarına çıxarmamasına görə irad bildirib əli ilə başmağını çıxırıb yerə vurur, arxa kürək nahiyəsindən tutub onu qadırmaq isəyir və az yapış daynə deyib otağı tərk etməklə görüntü dairəsindən çıxır və sonra gəlib a həmmişə edirdin yapışıb burdan dur ayağa, indi mən səni hara aparım deyib hər iki qolundan tutub arxası üstə çanağı üzərində dartıb otağın giriş qapısına doğru aparır. 09:15:52-də görüntü bitir. Şahid2 təqdim etmiş olduğu DVD diskin 1.09 dəqiqəlik olan faylında hadisələrin 11 fevral 2025-ci il tarixdə saat 09:14:21-dən mənzilin girişindən dəhlizə doğru tavana quraşdırılmış və 09:14:22-dən hər iki qadın mənzilin dəhlizindən giriş qapısından bir-birinin ardınca olmaqla Zərərçəkmiş şəxs 4 ayaqlı əsadan tutub divana doğru irəliləməsi və onun arxasında olan Təqsirləndirilən şəxs onun kürək nahiyyəsindən olan paltarından dayaq məqsədi ilə tutması və səsli olaraq göstərilən istiqamətdə hərəkətdə olması və qapının keçidinə çatan zaman “az dəyan” deyib onun əsasının istiqamətini əli ilə düzəldir və gözdəgözdə deyir oturarsan divanda tələsmə deyir kürək nahyəsindən paltarını dartıb üzərinə qışqırır, 0914:52 Nuranə sağ ayağının pəncəsinin iç tərəfi ilə Zərərçəkmiş şəxs arxadan ayağının pəncə hissəsinə sağ tərəfindən vurub gözlə-gözlə deyib otağa dönən istiqamətdə 09:15:13-də yenə həmin ayağının pəncə hissəsi ilə Elmira Ağayevanın ayağının daban hissəsindən 3 dəfə təkrar-tərar vurub gözləməsini deyir. “Yeri-yeri yavaş, yavaş arabanı düz tut daynə”, deyib qapı girişinə çatırlar və tutub belə arabanı düzəltmək istəyir deyib otağı keçir. 09:15:30-da görüntü bitir. Şahid2 təqdim etmiş olduğu DVD diskin 1.47 dəqiqəlik olan faylında hadisələrin 11 fevral 2025-ci il tarixdə saat 09:15:24-dən mənzilin mətbəxinin girişində qapının üzərində tavana quraşdırılmış və mənzilin pəncərəsinə doğru olan görüntü olmuşdur və 09:15:24-dən hər iki qadın mənzilin mətbəxinin giriş qapısından bir-birinin ardınca olmaqla Zərərçəkmiş şəxs 4 ayaqlı əsadan tutub divana doğru irəliləməsi və onun arxasında olan Təqsirləndirilən şəxs onun kürək nahiyyəsindən olan qara rəngli paltarından dayaq məqsədi ilə tutması və səsli olaraq göstərilən istiqamətdə hərəkətdə olması və “Nuranə sür arabayı yavaş-yavaş, divana divana yavaş yavaş yapış, deməsi, bu sözləri təkrar etməsi və Zərərçəkmiş şəxs əl atıb divanın baş hissəsindən tutan zaman 09:15:58-də sonuncunu əlinin boşalması anında Nuranə Ağyaevanı əli ilə onun başından vurması və onun yerə yıxılması, təkrar olaraq əli ilə onun başından yerdə oturaqlı halda vurması və “az yenə nə işə yerə oturursan dayənə, indi səni kim qaldıracaq” deyib təkrar olaraq eyni sözləri deyir və təkrar olaraq yerdə oturaqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs üzünə əli ilə vurur, az səni kim qıldıracıq daynə deməsi və hər iki əli ilə kürək nahiyəsinin boşluq hissəsindən əli vurub kim qaldıracıq səni daynə Allahım lənətə gələsən deyib ondan kənarlaşır, mətbəxdə mərkəzdə olan masanı bir qədər divana doğru itəliyib digər mebel dəstləri ilə ara məsafəsini hərəkət yolu üçün genişləndirir yerdə olan Elmira Həsənovun əlini yana doğru dartası və yerdə otaqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ qoluna əli ilə vurması, bunların onun böhtanları olması, üstümə böhtan atırdın sən, deyib yalnız kürəyi üzərindən arxaya doğru sağ əlindən tutub dartası zamanı Zərərçəkmiş şəxs “Ay Allah” deməsinən sonra digər yəni sol əlindən də tutub onun hər iki qolundan tutub arxası üstə çanağı üzərində dartıb mətbəxin pəncərəsinin altında olan su ilə olan isitmə piltələrinə doğru aparır, Allah səni ləhnətə elsin ay arvad, məni sən yaman günə qoydun deyib pəncərinin qarşısına aparması və oraya çatandan sonra hər iki əli ilə onun başından itələyib düz otaqlı vəziyyədə dayanmasını deyir və sənə dedim oturma yerə deyib ona irad bildirib Zərərçəkmiş şəxs hər iki ayağını istilik pitləsinə doğru çevirib arxasına keçir ki, az get dən qabağa deyib onu üz isitmə piltəsinə doğru çevirib kürəyindən tutub daha sonra buraxmaqla Ay Allah qurtarıb işim deyərək Nuranə Ağayevə mətbəxin qapısına doğru hərəkət edir. 09:18:08-də görüntü bitmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi iş üzrə X7 tərəfindən təqim olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66 saylı evin 76 №li mənzildə quraşdırılmış müşahidə kamerasında olan qeydə alınmış videoçəkiliş DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş **********064 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Bu səbəbdən, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən də həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə iclasında yuxusuzluqdan əsəbi olduğu üçün həmin hadisə vaxtı da əsəbi olması, lakin, Zərərçəkmiş şəxs vurmaması, Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyətinin olmaması məzmununda ifadələrinə iş üzrə mötəbər sübutlarla qarşılıqlı şəkildə hüquqi qiymət verərək, həmin ifadələri özünü müdafiə xarakteri daşıyan, həqiqəti əks etdirməyən ifadə kimi qəbul edir. Belə ki, onun məhkəmədə verdiyi ifadəsi iş üzrə aşağıdakı mötəbər sübutlarla tam təkzib olunur: Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilmişdir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işindən göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadə verən zaman fiziki və ya psixi zorakılığa məruz qalmasına dair hər hansı şübhəli məqam yoxdur. İş materiallarında olan DVD diskdə əks etdirilmiş görüntülərdə də Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzünə əli ilə vurması və hər iki əli ilə kürək nahiyəsinin boşluq hissəsindən əli vuraraq ondan kənarlaşması, yerdə olan Elmira Həsənovun əlini yana doğru dartması və yerdə oturaqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ qoluna əli ilə vurması, Zərərçəkmiş şəxs “Ay Allah” deməsinən sonra digər, yəni, sol əlindən də tutub onun hər iki qolundan tutub arxası üstə çanağı üzərində dartıb mətbəxin pəncərəsinin altında olan su ilə olan isitmə piltələrinə doğru aparması öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə-tibb ekspetizasının 25 fevral 2025-ci il tarixli 189 saylı rəyindən görünur ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasına əsasən, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin, baş nahiyəsinə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilməsi qeyd edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə şahidlərin və zərər çəkmiş şəxsin ifadələri ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti və təqsirliliyi tam sübuta yetirilmişdir, əməli ona ittiham elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutlan cinayətin əlamətlərinə tam uyğundur. Belə ki, köməksiz vəziyyət anlayışına izah verən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərkən sonuncunun uzun müddət xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmişin sağlamlıq vəziyyətinə görə köməksiz vəziyyətdə olduğunu bilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin işdə olan əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsi nümayəndəsi tərəfindən məhkəmə istintaqı mərhələsində məhkəməyə təqdim edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, həmçinin, təqsirləndirilən şəxsin yaşını və səhhətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. AR CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyası daxilində təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2025-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni, 15 aprel 2025-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 55 (əlli beş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1515/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1515/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver