Məhkəmə qərarları › İş №1(101)-1516/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1516/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1516/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə 14 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 27 saylı yaşayış binasının qarşısında yerləşən piyadalar üçün nəzərdə tutulmuş pilləkənlərdə Zərərçəkmiş şəxs2, içərisində 160 manat pul, şəxsiyyət vəsiqəsi, bacısı Şahid məxsus şəxsiyyət vəsiqəsi, “Bravo” supermarketə və “Zəfəran” aptekə məxsus içərisində pul olmayan kartları olan 5 manat qiymətində pul kisəsini əlindən dartıb almaq istəyən zaman Zərərçəkmiş şəxs2 pul kisəsini özündə saxlamağa çalışsa da əlləri ilə pul kisəsini dartıb alaraq, Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə basqın edib zərərərçəkmiş şəxsə sol diz oynağında qamış sümüyünün bayır kondilusunun qapalı yerinidəyişən sınığı xəsarəti yetirərək sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirib əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs2 165 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. İttiham aktından həmçinin görünür ki, o, təkrarən özgə əmlakını talama məqsədi ilə 16 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Tusi küçəsi 28 saylı yaşayış binasının arxa hissəsində yerləşən piyadalar üçün nəzərdə tutulmuş səkinin üstündə Zərərçəkmiş şəxs1, içərisində 100 manat pul və içərisində pul olmayan metro kartı olan 5 manat qiymətində pul kisəsini əlindən dartıb alaraq açıq yolla talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 105 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, iş üzrə ona ittiham kimi verilmiş cinayəti törətməmişdir. O, iş tapmaq məqsədilə 16 aprel 2022-ci il tarixdə Astara rayonundan Bakıya işləməyə gəlmiş, elə həmin gün polis əməkdaşları qapısını döyərək onu bölməyə aparmışlar. Hadisə barəsində heç bir məlumatı yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 14 aprel 2022-ci il tarixdə Astarada evində olmuş, 16 aprel tarixində səhər saat 7-də tək yol taksisi ilə Bakıya gəlmişdir. Taksi sürücüsünü tanımır və maşının nömrəsini bilmir. Bakıya gələn günü üzərində telefon olmamışdır. Özünün ümumiyyətlə mobil telefonu olmamışdır. Bakıya gələnə qədər lazım olanda qardaşının telefonundan istifadə etmişdir. Polis əməkdaşlarına cinayəti törətmədiyini bildirmiş, polis əməkdaşları isə zərərçəkmiş şəxsdən şikayət etməməsi üçün üzr istəməsini ona demişlər. Zərərçəkmiş şəxs bölməyə gələndə o, polislərin dediyi kimi zərərçəkmişdən üzr istəmişdir. İbtidai istintaq zamanı vediyi ifadəni təsdiq etmir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 181.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. xx.xx.2001-ci ildə Astara rayonu, Şahagacı kəndində anadan olmuş və anadan olduğu vaxtdan valideynləri ilə həmin kəndə yaşamışdır. 2019-cu il tarixdə Səbail rayon ərazisində soyğunçuluq cinayəti törətdiyi üçün məhkəmənin hökmü ilə 01 il 06 ay şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur. 2019-cu ilin iyul ayının 21-də hərbi xidmətə gedib 2021- ci ilin iyul ayında hərbi xidmətdən təxris olunmuşdur. 2-ci Qarabağ müharibəsində iştirak etmiş, hərbi xidmətdən sonra yaşadığı kəndə getmişdir. Kənddə iş olmadığından Bakı şəhərinə gəlib fəhləliklə məşğul olmuşdur. Bakı şəhərində 1-2 ay işlədikdən sonra yenidən kəndə qayıtmış, təxminən 5 gün olar ki, rayondan Bakı şəhərinə işləmək üçün gəlmişdir. Lakin iş tapa bilməmişdir. ünvan 2 ünvanda gündəlik 2 manatlıq evlərdə qalır. 14 aprel 2022-ci il tarixdə təxminən saat 19 radələridə iş axtarmaq üçün Xətai rayonu ərazisinə gəlib Əhmədli qəsəbəsində nə qədər axtarsa da iş tapa bilməmiş, həmin vaxt üstündə pulu olmamış, qərara gəlmişdir ki, küçədə qadın olarsa yaxınlaşıb əlində olan pul kisəsini dartıb alıb içərisində olan pulu götürər. Bu məqsədlə küçədə güdüb, pul kisəsini alıb içərisində pulu götürüb qaçmaq üçün belə bir qadın axtarmışdır. Həmin günü saat 23:30 radələrində bir nəfər qadının Gəncə prospektində olan “Araz” supermarketə girib sonra marketdən çıxıb yolu digər tərəfə keçən və əlində pul kisəsi olan qadın görmüş, münasib yer olarsa qadına yaxınlaşıb əlindən pul kisəsini alıb qaçmaq məqsədilə həmin qadının arxası ilə getmişdir. Həmin qadın piyada yolu keçib Gəncə prospekti 27 saylı yaşayış binasının qarşısında olan pilləkənlərlə üzü yuxarı qalxan zaman arxadan qadına yaxınlaşıb əlində olan pul kisəsini dartıb alıb qaçmaq istəyən zaman qadın pul kisəsini vermək istəmədiyi üçün zorla onun əlindən pul kisəsini dartıb alaraq oradan qaçıb getmişdir. Həmin vaxt orada heç kim olmamış, hava qaranlıq olmuşdur. Hadisə yerindən təxminən 200-300 metr aralıda çantanın içərisinə baxıb çantanın içərisində 160 manat pul, şəxsiyyət vəsiqələri və kartlar olduğunu görmüşdür. 160 manat pulu götürüb pul kisəsini orada küçədə atmış, sonra avtobusa minib “Neftçilər” metrosuna gəlib orada pulu özü üçün xərclədikdən sonra Xətai rayonu ərazisində yerləşən 191 saylı orta məktəbin yanına gəlmiş, qalan pulu isə orada xərcləmişdir. Gecəni orada küçədə qalmış, səhəri günü yenə də Xətai rayon ərazisində iş axtarsa da tapa bilməmiş və gecəni küçədə qalmışdır. Bundan başqa, 16 aprel 2022-ci il tarixdə təxminən saat 11 radələrində iş axtarmaq üçün Xətai rayonu Əhmədli qəsəbəsi ərazisinə gəlib N.Tusi küçəsi ilə piyada üzü 62 saylı avtobus dayanacağı istiqamətində gedən zaman diqqətini küçədə səki ilə piyada tək gedən qadın çəkmiş, həmin qadının əlində pul kisəsi olduğunu görmüşdür. Həmin vaxtı cibində pulu olmadığından, pul kisəsini qadının əlindən almağı fikirləşmişdir. Dərhal qərara gəlmişdir ki, həmin qadına yaxınlaşıb əlində olan pul kisəsini götürüb oradan uzaqlaşsın. Belə də etmiş, həmin qadına arxadan yaxınlaşıb qadının sol qolunda olan pul kisəsini dartıb alaraq oradan uzaqlaşıb getmişdir. Hadisə yerindən təxminən 200-300 metr aralıda pul kisənin içərisinə baxıb, kisənin içərisində 100 manat pul və avtobus kartının olduğunu görmüşdür. 100 manat pulu və avtobus kartını götürüb pul kisəsini orada olan zibil qabının içərisinə atmış, sonra avtobusa minib “Neftçilər” metrosuna gəlmişdir. Metro ilə “Nizami” metrosuna gedib oradan da “Kubinka” deyilən yerə gedib orada küçədə tanımadığı şəxsə 20 manat pul verib narkotik maddə olan heroin alıb qəbul etmişdir. Sonra Xətai rayonu ərazisində yerləşən 191 saylı orta məktəbin yanına gəlib qalan pulu xərcləmişdir. Gecəni orada küçədə qalmış, səhər saat 08 radələrində Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları həmin yerdə onu tutub 35-ci Polis bölməsinə aparmışlar və o, törətdiyi əməli səmimi olaraq etiraf etmişdir (cild 1, iş vərəqi 143-144). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında bacısı X2 ilə birlikdə yaşayır. 14 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində o, tək özü yaşadığı evdən çıxıb Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz market”də pul ödənişi etdikdən sonra tək özü piyada küçəni keçmiş və evə gəldiyi zaman pilləkənlərlə qalxan vaxtı küçədə əvvəllər tanımadığı, təxminən 20-25 yaşında olan bir nəfər cavan oğlan arxadan ona yaxınlaşaraq onun sol qolunda olan qara rəngli pul kisəsini əlindən dartaraq ələ keçirmək istəmişdir. O, arxaya tərəf dönüb həmin şəxsə baxanda sonuncu onun əlində olan pul kisəsini zorla dartıb əlindən alıb ələ keçirən zaman o, müvazinətini itirib dizi üstə yerə yıxılmış və ayaqlarından xəsarət almışdır. Həmin şəxs pul kisəsini götürüb pilləklənlərlə aşağı düşüb gözdən itmişdir. Ona məxsus pul kisəsinin içərisində 160 manat pul, ona məxsus şəxsiyyət vəsiqəsi, bacısı Şahid məxsus şəxsiyyət vəsiqəsi, “Bravo” supermarketǝ, “Zəfəran” aptekə məxsus içərisində pul olmayan kartlar olmuşdur. Həmin şəxsin əynində qara rəngli idman paltarı, ayağında ağ idman ayaqqabısı olmuş, başını kapşonka ilə bağlamışdır. O, bir qədər sonra mobil telefonla hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona qarşı soyğunçuluq etmiş şəxsi Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tutub polis bölməsinə gətirmişlər. Həmin şəxs ona məxsus pul kisəsinin içərisində olan 160 manat pulu götürdükdən sonra pul qabını içərisində olan sənədlər və kartlarla bir yedə harasa atmışdır. Hadisə vaxtı ayaqlarından xəsarət aldığı üçün Xətai rayon ərazisində yerləşən poliklinikaya müraciət etmiş və həkimlər sol ayağına gips qoymuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, təqsirləndirilən şəxs onun sadəcə pul kisəsini dartmış, o, müqavimət göstərmiş, ona görə dizi üstə yıxılmışdır. O, təqsirləndirilən şəxsin onun pul kisəsini dartarkən gözlərinə baxmış, gözləri onun yadında qalmış, tanınmaya təqdim olunan zaman həmin şəxsi gözlərindən tanımışdır. Təqsirləndirilən şəxslə aralarında heç bir dialoq olmamış, onun səsini eşitməmişdir. Ona dəyən ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 16 aprel 2022-ci il tarixdə saat 10:30 radələrində tək özü yaşadığı evdən çıxıb üzü Xətai rayonu, N.Tusi küçəsi 28 saylı ünvana tərəf, yəni 62 saylı marşurut avtobusunun dayanacağına tərəf piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən zaman küçədə əvvəllər tanımadığı, təxminən 20-25 yaşında olan bir nəfər cavan oğlan arxadan ona yaxınlaşaraq onun sol qolunda olan 5 manat qiymətində olan qara rəngli pul kisəsini əlindən dartaraq götürüb üzü “Fəridə” şadlıq sarayı istiqamətində qaçıb gözdən itmişdir. Ona məxsus pul kisəsinin içərisində 100 manat pul və içərisində pul olmayan metro kartı olmuşdur. Həmin şəxsin əynində qara rəngli idman paltarı, ayağında ağ idman ayaqqabısı olmuş, başını kapşonka ilə bağlamışdır. O, dərhal mobil telefonla hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, ona qarşı soyğunçuluq etmiş şəxsi Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tutub polis bölməsinə gətirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, o, təqsirləndirilən şəxsin sifətini görməmişdir, həmin şəxsi yalnız ibtidai istintaq vaxtı görmüşdür. Təqsirləndirilən şəxs onu pul qabını əlindən alan kimi qaçmışdır. O, təqsirləndirilən şəxslə barışmış, ona qarşı tələbi yoxdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışması, ona dəymiş ziyanın tam olaraq ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında bu iş üzrə zərərçəkmiş şəxs olan bacısı Almaz və qardaşı İbrahimin ailəsi ilə bir yerdə yaşayır və Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “50 qəpik” restoranında qabyuyan işləyir. İşə hər gün səhər saat 09 radələrində gedib axşam saat 20 radələrində gəlir. 14 aprel 2022-ci il tarixdə gecə vaxtlarında bacısı Almaz gəlib ona demişdir ki, marketdən evə gələn zaman pilləkənlərdə bir nəfər şəxs Almaza yaxınlaşıb əlindən pul kisəsini dartıb almaq istəyən zaman Almaz pul kisəsini vermək istəməmiş, lakin həmin şəxs güc tətbiq edib Almazın əlindən pul kisəsini dartıb alan vaxtı bacısı yerə yıxılaraq ayağından xəsarət almış, bacısına və ona məxsus şəxsiyyət vəsiqələrini, içərisində bacısına məxsus 160 manat pul olan pul kisəsini alıb hadisə yerindən qaçıb getmişdir. Bacısı Almaz da DİN-ni 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bacısı Almazın sol ayağında xəsarəti görmüş, Almazın ayağı gecə şişmiş və yeriyə bilməmişdir. Səhər açılan kimi o, işə getmiş, günorta bacısı yaxınlıqda yerləşən klinikaya müraciət etmiş və bacısının ayağına gips qoyulmuşdur. Hadisədən bir neçə gün sonra bacısı Almaz özünə qarşı cinayət etmiş şəxsin Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu və bacısının həmin şəxsi 35-ci PB-də görən kimi tanıdığını demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 579 saylı raportdan görünür ki, 14 aprel 2022-ci il tarixdə saat 23:43-də DİN 102 xidmətindən məlumat daxil olmuşdur ki, Xətai rayonu, Gəncə prospekti 27, mənzil 87-də yaşayan Zərərçəkmiş şəxs2, Gəncə prospekti 27-nin yaxınlığında yol keçərkən yaxınlaşan naməlum şəxsin, əlində içərisində 160 manat pul, şəxsiyyət vəsiqələri olan pul kisəsini dartaraq qaçması barədə məlumat vermişdir. Hadisə zamanı yıxılması və xəsarət almasını qeyd etmişdir. Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsindən zəng vurub səhv məlumat verdiyini, yıxıldığı üçün ona elə gəldiyini bildirib şikayətini geri götürmüşdür (cild 1, iş vərəqi 45). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində piyada gedən zaman əvvəllər tanımadığı bir nəfər cavan oğlanın ona yaxınlaşaraq arxadan əlində saxladığı, içərisində 160 manat pul, şəxsiyyət vəsiqəsi, bacısına məxsus şəxsiyyət vəsiqəsi, içərisində pul olmayan “Bravo” supermarketə aid kart olan qara rəngli pul kisəsini dartıb ələ keçirərək hadisə yerindən qaçıb getmişdir. Hazırda ona məlum olmuşdur ki, ona qarşı cinayət əməli törətmiş şəxsi Xətai RPİ-nin əməkdaşları həbs etmişlər və onun barəsində İstintaq şöbəsində cinayət işi var. Odur ki, həmin iş üzrə onun zərərçəkmiş şəxs qismində tanımasını xahiş etmişdir (cild 1, iş vərəqi 50). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvandır. Hadisə baş verən yerdə piyadalar üçün nəzərdə tutulmuş pilləkənlər vardır. Həmin pilləkənlər digər yaşayış binalarına getmək üçün nəzərdə tutulmuşdur. Hadisə yerində iş üzrə əhəmiyət kəsb edən heç nə aşkar edilməmişdir (cild 1, iş vərəqi 58-64). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, ***-**** saylı raportdan görünür ki, 14 aprel 2022-ci il tarixdə saat 23:43-də Xətai rayonu, Gəncə prospekti 27, mənzil 87-də yaşayan Zərərçəkmiş şəxs2 həmin ünvanın qarşısında ona yaxınlaşan naməlum şəxsin onun əlində olan, içərisində 160 manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsini əlindən dartıb alaraq qaçması barədə məlumat vermişdir. Daha sonra təkrar olaraq DİN-in 102 xidmətinə zəng edərək belə bir hadisənin baş vermədiyini, yıxıldığı üçün ona elə gəldiyini bildirmişdir. Tapşırığın icrası ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 qarşı qeyd edilən soyğunçuluq hadisəsi həqiqətən baş vermişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, həmin hadisəni törədən şəxs xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O, xx.xx.2022-ci il tarixdə digər şəxsə qarşı analoji cinayət hadisəsini törətdiyi üçün saxlanılaraq Xətai RPİ-nin İŞ-nǝ təmin olunmuşdur (cild 1, iş vərəqi 47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılmsı haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə yerində hadisə barəsində əyani olaraq göstərmişdir ki, 14 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanda yerləşən pilləkənlərlə yaşadığı evə qalxarkən arxadan bir nəfər şəxs ona yaxınlaşıb əlində olan pul qabını əlindən almaq istəyən zaman həmin şəxs ona güc tətbiq edib əlində olan pul qabını alan zaman o, müvazinətini itirmiş və yerə yıxılmış, nəticədə ayaqlarından xəsarət almışdır. Hadisə nətiəsində ona 160 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 65-68). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş şəxs təxminən 20-25 yaşında olan bir nəfər cavan oğlanın arxadan ona yaxınlaşaraq onun sol qolunda olan 5 manat qiymətində, içərisində 160 manat pul, ona məxsus şəxsiyyət vəsiqəsini, bacısı Şahid məxsus şəxsiyyət vəsiqəsini, “Bravo” supermarketǝ, “Zəfəran” aptekə məxsus içərisində pul olmayan kartlar olan qara rəngli pul kisəsini əlindən dartaraq ələ keçirmək istəməsini, onun arxaya tərəf dönüb həmin şəxsə baxan zaman həmin şəxsin əli ilə onun əlində olan pul kisəsini zorla dartıb əlindən alıb ələ keçirən zaman o, müvazinətini itirib dizi üstə yerə yıxılmasını, ayaqlarından xəsarət almasını və həmin şəxsin pul kisəsini götürüb pilləklənlərlə aşağı düşüb gözdən itməsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, ifadəsini bir daha təsdiq etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək qeyd edilən cinayətin məhz onun tərəfindən törədildiyini etiraf etmişdir (cild 1, iş vərəqi 56-57). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2022-ci il tarixli, 1**-HK- *** saylı raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Əliyar qızına məxsus içərisində 100 manat pul və “Baku Bus” kartı olan pul kisəsi soyğunçuluq yolu ilə əlindən götürülüb qaçırılmışdır (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 7 ünvandır. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 16 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində küçə ilə piyada gedən zaman Təqsirləndirilən şəxs ona yaxılaşıb əlində olan pul qabını talayaraq hadisə yerindən qaçıb getmişdir. Müəyyən olunmuşdur ki, soyğunçuluq hadisəsi baş verən yerdə avtomobil yolu var və həmin yolun kənarında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki vardır. Yolun sağ və sol tərəfində ağaclar vardır. Əksi ilə marşurut avtomobilinin dayanacağına yol gedir. Həmin yerdən aşağı isə “Fəridə” şadlıq sarayı istiqamətində yol vardır. Həmçinin hadisə baş verən yerdən sol tərəfdə yaşayış binaları vardır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar olunmamış və götürülməmişdir (cild 1, iş vərəqi 13-15). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 16 aprel 2022-ci il tarixdə saat 10:49 radələrində ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Əliyar qızı ona məxsus içərisində 100 manat pul və “Baku bus” kartı olan pul kisəsini soyğunçuluq yolu ilə əlindən götürüb qaçması barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, hadisəni törətməkdə şübhəli bilinən xx.xx.2001-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİnin 35-ci PB-nə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı göstərmişdir ki, o, 16 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində yaşadığı evdən Xətai rayonu, N.Tusu küçəsi ilə piyada hərəkət edən avtomobil dayanacağı istiqamətində gedən bir nəfər şəxs arxadan yaxınlaşıb onun əlində olan pul qabını əlindən dartaraq götürmüş və üzü “Fəridə” şadlıq sarayı istiqamətində getmişdir. Dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisədən sonra Xətai RPİ-nin 35-ci Polis bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsində ona 100 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 təxminən 20-25 yaşında olan bir nəfər cavan oğlanın arxadan ona yaxınlaşaraq onun sol qolunda olan 5 manat qiymətində olan qara rəngli pul kisəsini əlindən dartaraq götürüb üzü “Fəridə” şadlıq sarayı istiqamətində qaçıb gözdən itməsini, ona məxsus pul kisəsinin içərisində 100 manat pul və içərisində pul olmayan metro kartı olmasını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, əvvəl verdiyi ifadəsini bir daha təsdiq etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək qeyd edilən cinayətin məhz onun tərəfindən törədildiyini etiraf etmişdir (cild 1, iş vərəqi 40-41). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ifadənin yerində yoxlanılması zamanı göstərmişdir ki, o, 16 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində Xətai rayonu, N.Tusi küçəsi 28 saylı ünvanda yerləşən küçə ilə piyada gedərkən küçədə bir nəfər qadın piyadanın getdiyini görüb ona yaxınlaşaraq qadının əlində olan pul qabını dartaraq oradan uzaqlaşaraq, pul qabında olan 100 manat pulu götürmüş və həmin pulu xərcləmişdir (cild 1, iş vərəqi 69-74). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 6315 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 160). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3833 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 161-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki,1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət-sol diz oynağında qamış sümüyünün bayır kondilusunun qapalı yerinidəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14.04.202-ci il tarixdə və şəraitdə yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 111-112). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahid və zərərçəkənlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, özü şəxsən və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsindən görünür ki, hadisə zamanı o, pilləkənlərlə qalxarkən bir nəfər cavan oğlan arxadan ona yaxınlaşaraq onun sol qolunda keçirdiyi pul kisəsini dartaraq ələ keçirmək istəmiş, o, pul kisəsini əlindən buraxmamaqla həmin şəxsə müqavimət göstərəkən müvazinətini itirib dizi üstə yerə yıxılmış və ayağından xəsarət almışdır. Bundan sonra həmin şəxs pul kisəsini götürüb pilləklənlərlə aşağı düşüb gözdən itmişdir. Zərərçəkmiş şəxsin ifadəsindən aydın olur ki, o, müvazinətını basqın nəticəsində deyil, məhz pul kisəsi üstündə dartışma zamanı yaranmış ətalətin təsiri nəticəsində itirmiş və yıxılaraq az ağır xəsarət almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsinin dispozisiyasının mənasına görə, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqınla əhatə olunur. Başqa sözlə basqın təqsirkarın zərəçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluğun tərkib hissəsini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Şərh olunanlardan görünür ki, basqın zamanı təqsirkarın zərəçəkmiş şəxsə qarşı yönəltdiyi həm basqın, həm də ki, basqınla bərabər zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər qəsdən törədilən hərəkətlər olmalıdır. Eyni zamanda həmin hərəkətlərin nəticəsində zərəçəkmiş şəxsə az ağır və ya yüngül zərər vurulması təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Yəni, təqsirkar təhlükəli nəticənin baş verəcəyini, zərəçəkmişin sağlamlığına zərər vurulacağını qabaqcadan görməli və bunları arzu etməli və ya bunları arzu etməməli, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Plenumun şərh edilən qərarından da görünür ki, quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına yüngül və ya az ağır zərər qəsdən yetirilməlidir. Cinayət işindən isə görünür ki, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 məxsus pul kisəsini əldə etmək üçün onun qarşısını kəsməmiş, zərərçəkmiş şəxsin onu müşahidə edə biləcəyi yerdən yaxınlaşmamış, ona arxa tərəfdən yaxınlaşmış və onun niyyəti özgə əmlakını açıq talamaq olmuş və bu hərəkətini dərk etmiş və arzu etmişdir. Təqsirləndirilən şəxs pul kisəsini əldə etmək üçün şəxsə quldurluq cinayətinin obyektiv cəhətini təşkil edən həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətini, yəni sağlamğa az ağır zərər vurmanı, pul kisəsini əldə etməmişdən əvvəl və ya əldə etmə prosesində yaxud şəxsə xəsarət əldə etdikdən sonra etməmişdir. O, pul kisəsini qəsdən açıq talamaq hərəkətini dərk və arzu etdiyi halda, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, ehtiyatsızlıqdan zərərçəkən şəxsin sağlamlığına az ağır zərər dəymişdir. Göründüyü kimi, burada quldurluq cinayətinin mütləq elementi olan sağlamlığa qəsdən zərər vurma hadisəsi mövcud deyildir. Buradan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir hərəkəti ilə iki əməl törətmiş, yəni soyğunçuluq və ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma əməli qüvvədə olan Cinayət Məcəlləsində cinayət kimi nəzərdə tutulmamışdır. Belə ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 131.1-ci maddəsi 20 oktyabr 2017-ci il tarixli, 816- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1968) ilə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs quldurluq cinayətini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş quldurluqla bağlı ittihamın əsasını soyğunçuluq cinayəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına dəymiş, məhkəmə-tibbi eksperizasının verdiyi rəydə göstərilmiş az ağır xəsarət təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı ifadələr verərək, Zərərçəkmiş şəxs2 əlindən pul kisəsini dartıb ələ keçirərək hadisə yerindən qaçıb getməsini, onun hadisə vaxtı xəsarət alıb-almamasını bilməməsini bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 ibitidai istintaq zamanı verdiyi ifadələrində və təqsirləndirilən şəxslə üzləşdirmə zamanı təqsirləndirilən şəxsin pul kisəsini zorla dartıb əlindən alıb ələ keçirən zaman müvazinətini itirərək yerə yıxılaraq xəsarət almasını bildirimişdir. İbtidai istintaq zamanı verilən ifadələrə baxmayaraq, ibtidai istintaq orqanı həmin dəlilləri nəzərə almamış, onları digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübut əldə etmədən cinayət əməlini əsassız olaraq 181.1-ci maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs qulduruq cinayətini təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, həmin cinayətə görə təqsirli bilinərək məhkum edilməsi, təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsini müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının quldurluq əməli ilə bağlı gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın ittihamı onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törədilmiş soyğunçuluq cinayəti epizodu ilə bağlı ittihamla razılaşır və hesab edir ki, həmin ittiham əsaslı və qanunidir. Təqsirləndirilən şəxsin ona ittiham kimi verilmiş cinayətləri törətməməsini, Bakıya Astara rayonundan 16 aprel 2022-ci il tarixdə gəlməsini, həmin tarixdə polis əməkdaşlarının qapısını döyərək onun bölməyə aparmasını bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə onun bu dəlillərini yoxlamaq məqsədilə verdiyi suallara təqsirləndirilən şəxs Bakıya rayondan gələrkən tanımadığı taksi sürücüsü ilə və tək gəldiyini, özünün heç vaxt mobil telefon gəzdirmədiyini, Bakıya gələnə qədər lazım olanda qardaşının telefonundan istifadə etməsi kimi yoxlanılması mümkün olmayan cavablar vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmədə cinayət işində şübhələr və bu şübhələrin gələcəkdə onun xeyrinə istifadə edilə biləcəyi təəssüratı yaratmaqla, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qiymətləndirir və qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməli, habelə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş soyğunçuluq cinayəti epizodu da nəzərə alınmaqla Təqsirləndirilən şəxs əməli yekun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs oğu cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə, bir zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikasının medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əsasən Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab olunmaqla 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş və 04 avqust 2021ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 99-100, 105-110, 154-159). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, yəni onun zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, zərəçəkmiş şəxslərlə barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının müdalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq onları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 180.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 95-98, 154- 159). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 17 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən həll edilməli olan maddi sübutlar yoxdur. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar