Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1516/2024 02.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Şahid14 Səyavuş qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçilər: Bakı şəhəri «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs Qanuni nümayəndə1 iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4, 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə təqsirləndirilir. Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ibtidai araşdırma orqanınından 19 iyun 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclas qərarı ilə 05 iyul 2023-cü ildə məhkəməyə verilmiş, işə baxılmış və 25 oktyabr 2023-cü il tarixdə CM-nin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə barəsində ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Qanuni nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü və həmin məhkəmənin hazırki iş üzrə 05 iyul 2023-cü il tarixli hazırlıq iclasınun qərarı ləğv edilmiş, hökmdən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Qanuni nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş və cinayət işi qərarın təsviri hissəsində qeyd edilən prossesual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından müəyyən olunur ki, birinci instansiya məkəməsi CPM-nin 391.8.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasını bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirmişdir. Belə ki, qərara əsasən ibtidai araşdırma zamanı CPM-nin 303.3.3-cü maddəsində qeyd edilən pozuntulardan biri də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır və bu pozuntuların cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaqla aradan qaldırılması mümkündür. Apellyasiya şikayətlərinə ilkin məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, cinayət işinin materiallarında olan ibtidai istintaq hərəkətlərinin protokollarının heç birini imzalamamış, həmçinin ibtidai istintaq zamanı ona dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etmişdir. Məhkəmə kollegiyası bu halı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs və onun müdafiəçilərinə buna dair sübut təqdim edilməsini təklif etmiş və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş X1 imtina olunmasına dair xx.xx.2023-cü il tarixli ərizənin surətini təqdim etmiş, həmçinin bildirmişdir ki, dövlət hesabına təyin edilmiş müdafiəçi onun hüquqlarının müdafiəsini keyfiyyətli həyata keçirmədiyindən, qeyd edilən ərizəni şəxsən Bakı İstintaq Təcridxanasının dəftərxanasına konvoy müşayəti ilə təqdim etmiş, ərizənin əsli qeydə alınaraq ondan götürülmüş, surəti isə ona təqdim olunmuş və o, həmin ərizənin surətini özündə saxlamışdır. Həmin halın dəqiqləşdirilməsi məqsədi ilə, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsinin surətini qoşma şəklində əlavə etməklə Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamışdır. Bakı İstintaq Təcridxanası məhkəməyə daxil olmuş xx.xx.2024-cü tarixli 3-16-17/38/2-214/2024 saylı cavab məktubunda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Prokurorluğuna ərizəsinin göndərilməsini təsdiq edən sənəd və reyestrdən görünür ki, Təqsirləndirilən şəxs ərizəsi müşayət məktubu ilə, 1196 göndəriş kodu ilə, Sabunçu Rayon Prokurorluğuna göndərilməsi üçün poçta təhvil verilmişdir. Həmin məktubun Sabunçu Rayon Prokurorluğuna daxil olub-olmamasının dəqiqləşdirilməsi üçün apellyasiya məhkəməsi tərəfindən sorğu verilmiş və məhkəməyə daxil olmuş cavab məktubunda Sabunçu Rayon Prokurorluğu qeyd etmişdir ki, yuxarıda qeyd edilən məzmunlu ərizə Sabunçu Rayon Prokurorluğuna daxil olmamışdır. Həmçinin iş materiallarını nəzərdən keçirdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 müvafiq məzmunlu məktubun Poçt qurumu tərəfindən Sabunçu Rayon Prokurorluğuna göndərilib-göndərilməməsi barədə xx.xx.2024-cü il tarixdə sorğu vermiş, AR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin "xxxx" MMC-nin 03 saylı poçt filialı tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, adı çəkilən SS834461842AZ saylı məktubun qəbulundan 06 ay müddət keçdiyindən, sorğunun cavablandırılması imkan xaricindədir. Apellyasiya Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, AR Cinayət Prosessual Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.4-cü bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, həmçinin hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 91.5.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququ vardır. Həmin Məcəllənin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Həmin Məcəllənin 92.13-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır. Həmin Məcəllənin 92.16.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilmiş hesab edilir. Həmin Məcəllənin 161.1.9cu maddəsinə əsasən istintaq təcridxanasının müdiriyyətinin həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək vəzifəsi vardır. Qeyd edilən normaların tələbindən və cinayət işinin materiallarından görünür ki, Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş vəkili X1 imtina etmiş və imtinaya dair xx.xx.2023-cü il tarixli ərizənin surətini Bakı istintaq Təcridxanasına təqdim etmiş, Bakı istintaq Təcridxanası da Təqsirləndirilən şəxs Sabunçu Rayon Prokurorluğuna ünvanlanmış ərizəsini 1196 göndəriş kodu ilə poçt qurumuna təhvil vermişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müdafiə hüququnun pozulması Cinayət Prosessual Məcəlləsinin 391.8-ci bəndinə əsasən kobud pozuntular siyahısında qeyd edilmişdir. Cinayət işinin materialları nəzərdən keçirildikdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçidən imtina ərizəsi aşkar edilmir. Lakin apellyasiya şikayətlərinə ilkin baxış iclasında həmin ərizənin Bakı istintaq Təcridxanası tərəfindən prokurorluq orqanına göndərilməsi müəyyən olunur. Məhkəmə kollegiyası bildirir ki, ibtidai istintaq zamanı həbsdə olan şəxsin müdafiəçidən imtina etməsi və buna dair rəsmi iradə ifadəsini bildirməsi və hər hansı səbəbdən (obyektiv və subyektiv səbəbəbdən) buna münasibət bildirilməməsi birbaşa müdafiə hüququnun, həmçinin CPM-nin 19-cu maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq prinsipin şərtlərinin pozulmasıdır ki, bu da CPM-nin 9.2-ci bəndinə əsasən cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CPM-nin 391.8.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasını bu Məcəllənin 303.3-cü maddəsinin tələblərini pozmaqla keçirmişdir. Belə ki, CPM-nin 303.3-cü maddəsində qeyd edilən pozuntularından biri də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məkəməsinin hökmü və hazırlaq iclasının qərarı ləğv edilələrək məhkəməyə qaytarılmış, cinayət işi 13 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər məhkəmsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında Bakı Apellyasiya məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarına münasibət bildirən dövlət ittihamçısı və təqsirləndirilən şəxsin hər iki müdafiəçisi verdikləri vəsatətdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təklif etmişlər. Zərərçəkmiş şəxs Qanuni nümayəndə1 isə buna etiraz etmişdir. Həmçinin, Müdafiəçi1 vəsatətində Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmişdir.Lakin, dövlət ittihamçısı və zərərçəkmiş şəxs Qanuni nümayəndə1 isə buna etiraz etmişlər. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını, müdafiəçilərin bu qərara uyğun olan vəsatəti, dövlət ittihamçısının qeyd olunan yuxarı instansiya məhkəməsinin qərarını müdafiə etdiyini nəzərə alaraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.1 və 303.3.1-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Müdafiəçi1 təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti Təqsirləndirilən şəxs həbsinə əsas olan halların aradan qaldırılmadığı səbəbindən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.3.1 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:
1. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Sabunçu rayon prokuroruna qaytarılsın.
2. Müdafiəçi1 vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması hissəsi təmin edilsin, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi hissəsi isə təmin edilməsin.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən 01 (bir) ay, 02 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixədək uzadılsın.
4. Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova