Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1517/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Şirvan şəhərində doğulmuş, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olmaq və bu maddələrin satışından gəlir əldə etmək məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” siyahısına daxil olan 2 ədəd qutuda ümumilikdə 200 ədəd tabletdən ibarət olan, güclü təsir edən maddə oksandrolonun təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA” adlı, 2 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə oksandrolonun təsiredici təmiz çəkisi 1,8 qram təşkil edən “Anavar...Oxandrolone...10 mg...90 tablets AndroChem” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda, yəni 3,8 qram çəkidə oksandrolon güclü təsiredici maddəsi, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan güclü təsir edən maddə trenbolon acetatenin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı dərman vasitəsi, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan güclü təsir edən maddə trenbolon enantatın təsiredici təmiz çəkisi 6,0 qram təşkil edən “Pharma Tren E200..Trenbolone Enanthate injection 200 mg/ml...10 ml” adlı dərman vasitəsi, 01 ədəd şüşə flakondan ibarət olan güclü təsir edən maddə trenbolon enantatın təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10 mL.Elixier” adlı dərman vasitəsi, ümumilikdə 6,8 qram çəkidə trenbolon güclü təsiredici maddəsi, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostanolon propionatın təsiredici təmiz çəkisi 0,3 qram təşkil edən “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı dərman vasitəsi, 2 ədəd qutuda ümumilikdə 2 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostanolon propionatın təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “PRO..MAST 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...PRO-TECH” adlı dərman vasitəsi, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostonolon propionatın təsiredici təmiz çəkisi 4,0 qram təşkil edən “Masteron 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...AndroChem” adlı dərman vasitəsi, ümumilikdə 6,3 qram çəkidə drostanolon güclü təsiredici maddəsi, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan güclü təsir edən maddə nandrolon fenilpropionatın təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10 ml...PRO-Tech” adlı dərman vasitəsi, 4 ədəd qutuda ümumilikdə 20 ədəd flakondan ibarət olan güclü təsir edən maddə nandrolon dekanoatın təsiredici təmiz çəkisi 10 qram təşkil edən “Deca...250...Nandrolone...Decanoate...250mg/ml...Enova Pharma” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda, yəni 11 qram çəkidə nandrolon güclü təsiredici maddəsi, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10 ml PRO-TECH” adlı dərman vasitəsi, 6 ədəd qutuda ümumilikdə 6 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 18,0 qram təşkil edən “Equipoise 300...Boldenone...Undecylenate 300mg/1ml...10ml...AndroChem” adlı dərman vasitəsi, 1 ədəd qutuda 5 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 2,5 qram təşkil edən “BOLDE...250...Boldenone...Undecylenate...250mg/ml...2ml...Enova Pharma” adlı dərman vasitəsi, 1 ədəd şüşə flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 1,4 qram təşkil edən “Equilibrio...Boldenone Undecylenate 1ml/200 mg...10ml...Elixier” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda, yəni 23,9 qram çəkidə boldenon güclü təsiredici maddəsi, 3 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə stanozololun təsiredici təmiz çəkisi külli miqdarda, yəni 3,6 qram təşkil edən “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı dərman vasitəsi, 1 ədəd flakonda 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə dehidroxlormetil testosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol...4-Chlorodehydromethyltestosterone 10mg...100 tablets AndroChem” adlı dərman vasitəsi, 4 ədəd blisterdə ümumilikdə 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə dehidroxlormetil testosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol.Chlorodehydromethyltestosteron 10mg...100 tablets VOLUME PHARMA” adlı dərman vasitəsi, 1 ədəd plastik flakondan ibarət olan güclü təsir edən maddə dehidroxlormetiltestosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol...4- Chlorodehydromethyltestosterone 10mg...100 tablets AndroChem...” adlı dərman vasitəsi, ümumilikdə 3,0 qram çəkidə dehidroxlormetil testosteron güclü təsiredici maddəsi, 3 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə metandienonun təsiredici təmiz çəkisi külli miqdarda, yəni 3,6 qram təşkil edən “Methandienone..Methandienone 20 mg...60 tablets SUN PHARMA” adlı dərman vasitəsi, 4 ədəd blisterdə (1bl-də 25) ümumilikdə 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə fluoksimesteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Halotestin...Fluoxymesteron 10 mg...VOLUME PHARMA” adlı dərman vasitələrini istintaqa məlum olmayan mənbədən naməlum tarix və şəraitdə əldə edərək üzərində daşımaqla yaşadığı ünvan 2 ünvanında yerləşən evə gətirib üzərində və həmin mənzildə saxlamış, həmin dərman vasitələrindən 1 ədəd şüşə flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 1,4 qram təşkil edən “EQUİLlBRO...Boldenone Undecylenate 1ml/200mg...10ml...Elixier” və 1 ədəd şüşə flakondan barət olan güclü təsir edən maddə trenbolon enantatın təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10ml...Elixier” adlı dərman vasitələrini 2023-cü ilin oktyabr ayının əvvəlləri istintaqa məlum olmayan tarix və saatda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində X6 qanunsuz olaraq satmış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 20 noyabr 2023-cü il tarixdə saat 15:46da ünvan 3 ünvanında yerləşən “RB fitness” adlı idman zalına zalın müdiri Şahid2 razılığı, sonuncunun, Simran Mursaqulovun və onun iştirakı ilə baxış və götürmə aparılan zaman Simran Mursaqulovun idman çantasından 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 1,4 qram təşkil edən “EQUİLİBRO...Boldenone Undecylenate 1 ml/200mg...10ml...Elixier” adlı və 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan güclü təsir edən maddə trenbolon enantatın təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən “LARGOTREN...Trenbolone Enanthate 200 mg/ml...10ml...Elixier” adlı dərman vasitələri, Təqsirləndirilən şəxs gödəkçəsindən 1 ədəd plastik flakondan ibarət olan güclü təsir edən maddə dehidroxlormetil testosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol...4.Chlorodehydromethyltestosterone 10 mg... 100 tablets AndroChem...” adlı dərman vasitəsi aşkar edillib götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 20 noyabr 2023-cü il tarixdə saat 16:34-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə onun razılığı və iştirakı ilə keçirilmiş baxış və götürmə zamanı qeyd edilən yaşayış evindən 2 ədəd qutuda ümumilikdə 200 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə oksandrolonun təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA” adlı dərman vasitəsi, 2 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə oksandrolonun təsiredici təmiz çəkisi 1,8 qram təşkil edən “Anavar...Oxandrolone...10mg...90 tablets AndroChem” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda 3,8 qram çəkidə oksandrolon güclü təsiredici maddəsi, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan güclü təsir edən maddə trenbolon acetatenin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı dərman vasitəsi, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan güclü təsir edən maddə trenbolon enantatın təsiredici təmiz çəkisi 6,0 qram təşkil edən “Pharma Tren E200...Trenbolone Enanthate injection 200 mg/ml” adlı dərman vasitəsi, ümumilikdə 6,4 qram çəkidə trenbolon güclü təsiredici maddəsi, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostanolon propionatın təsiredici təmiz çəkisi 0,3 qram təşkil edən “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı dərman vasitəsi, 2 ədəd qutuda ümumilikdə 2 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostanolon propionatın təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “PRO...MAST 100...Drostanolone Propionate 100mg/ml...10 ml...PRO-TECH” adlı dərman vasitəsi, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan güclü təsir edən maddə drostonolon propionatın təsiredici təmiz çəkisi 4,0 qram təşkil edən “Masteron 100....Drostanolone Propionate 100mg/ml...10 ml...AndroChem” adlı dərman vasitəsi, ümumilikdə 6,3 qram çəkidə drostanolon güclü təsiredici maddəsi, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan güclü təsir edən maddə nandrolon fenilpropionatın təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10ml...PRO-Tech” adlı dərman vasitəsi, 4 ədəd qutuda ümumilikdə 20 ədəd flakondan ibarət olan güclü təsir edən maddə nandrolon dekanoatın təsiredici təmiz çəkisi 10 qram təşkil edən “Deca...250...Nandrolone...Decanoate...250 mg/ml...Enova Pharma” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda, yəni 11 qram çəkidə nandrolon güclü təsiredici maddəsi, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 2,0 qram təşkil edən “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10 ml PRO-TECH” adlı dərman vasitəsi, 6 ədəd qutuda ümumilikdə 6 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 18,0 qram təşkil edən “Equipoise 300...Boldenone...Undecylenate 300mg/1ml...10ml...AndroChem” adlı dərman vasitəsi, 1 ədəd qutuda 5 ədəd flakondan ibarət olan güclü təsir edən maddə boldenon undesilenatın təsiredici təmiz çəkisi 2,5 qram təşkil edən “BOLDE...250...Boldenone...Undecylenate...250mg/ml...2ml...Enova Pharma” adlı dərman vasitəsi, ümumilikdə külli miqdarda 22,5 qram çəkidə boldenon güclü təsiredici maddəsi, 3 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə stanozololun təsiredici təmiz çəkisi külli miqdarda, yəni 3,6 qram təşkil edən “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı dərman vasitəsi, 1 ədəd flakonda 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə dehidroxlormetil testosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol...4- Chlorodehydromethyltestosterone 10 mg...100 tablets AndroChem” adlı dərman vasitəsi, 4 ədəd blisterdə ümumilikdə 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə dehidroxlormetil testosteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Turinabol...Chlorodehydromethyltestosteron 10 mg...100 tablets VOLUME PHARMA” adlı dərman vasitəsi, ümumilikdə 2,0 qram çəkidə dehidroxlormetil testosteron güclü təsiredici maddəsi, 3 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə metandienonun təsiredici təmiz çəkisi külli miqdarda, yəni 3,6 qram təşkil edən “Methandienone...Methandienone 20 mg...60 tablets SUN PHARMA” adlı dərman vasitəsi, 4 ədəd blisterdə (1 bl-də 25) ümumilikdə 100 ədəd tabletdən ibarət olan güclü təsir edən maddə fluoksimesteronun təsiredici təmiz çəkisi 1,0 qram təşkil edən “Halotestin...Fluoxymesteron 10 mg...VOLUME PHARMA” adlı dərman vasitələri aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 240.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, məqsədi idmançılar yetişdirmək olmaqla, ona elan edilmiş ittihamda nəzərdə tutulan güclü təsir edən dərmanlar idmançıların məşq zamanı istifadə etmələri üçün olmuşdur. Sənədlərdə də göründüyü kimi o, illərlə idmanla məşğul olaraq öz kariyerasını qurmuş, pauerliftinq, yəni ağırlıq qaldırma üzrə məşqçi kimi işləmişdir. O, həm məşq keçdiyi professional idmançılara həm də həvəskar, yarışa çıxmayan, lakin idmanla məşğul olan şəxslərə “Boldenon”, “Turinabol”, “Testesteron” tərkibli dərman vasitələrini satmışdır. O, həmin dərman vasitələri barəsində internetdə maraqlanmış, 2021-ci ildə tanıdığı Türkiyə Respublikasının vətəndaşı olan idmançıda həmin dərman vasitələrindən görmüş və həmin idmançının dərman vasitələri istehsal edən firmanın məhsullarını tərifləməsi nəticəsində həmin dərman vasitələrini sonuncudan əldə etmişdir. Axtarış zamanı aşkarlanmış dərman vasitələri apteklərdə də satılmış, lakin aptekdə satılan dozada, yəni həcmdə olmamışdır. O, həmin dərman vasitələrinin satışına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu bilməmiş, cərimə cəzasının veriləcəyini düşünmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən “RB” fitness idman zalında məşq edərkən polis əməkdaşlarının yaxınlaşaraq dərman vasitələri barədə ondan soruşduğunu, həmin vaxt üzərində olan “Turinobol” adlı dərman vasitəsini polis əməkdaşlarına təqdim etdiyini və digər dərman vasitələrinin isə yaşadığı evdə olduğunu bildirdiyini, dərman vasitələrini yaşadığı evdə yataq otağında saxladığını, həmin dərmanları 2021-ci ildə məşq zamanı tanıdığı Türkiyə Respublikasının vətəndaşı olan idmançıdan Bakı şəhəri, Nəsimi rayonu ərazisində görüşərək 700 ABŞ dolları qarşılığında aldığını, ittihamda göstərilən dərman vasitələrinin ona məxsus olduğunu, 2021-ci ildən etibarən həmin dərmanlardan istifadə etdiyini, həmin dərmanların yazıda çox göründüyünü, lakin həcminin az olduğunu, heç bir zərərli vərdişinin olmadığını, siqaret çəkmədiyini, spirtli içki qəbul etmədiyini, qeyd olunan dərmanların insan səhhəti üçün zərərli olmadığını, Azərbaycanda həmin maddələrin satışına cinayət məsulliyyəti nəzərdə tutulsa da, heç bir Avropa ölkəsində həmin dərmanlarla bağlı qadağa mövcud olmadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs məşq etdiyi idman zalından tanımış, sonuncu ilə birgə məşqçi kimi fəaliyyət göstərmişdir. Çempionatlara hazırlaşarkən sözügedən dərman vasitələri aptekdə baha satıldığına görə Təqsirləndirilən şəxs 180 manat müqabilində “Caspian Plaza”-nın yaxınlığında kreatin və somatropin tərkibli dərman vasitələrini almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 kreatin və somatropin tərkibli dərman vasitələrinin apteklərdə qanuni şəkildə daha baha, yəni təxminən 400 manata olduğunu, həmin dərman vasitələrinin qanuni şəkildə qida əlavəsi kimi satıldığını, bu tip dərman vasitələrinin yarışa hazırlaşmaq məqsədilə istifadə edildiyini, somatropinin dərman vasitəsinin tərkibinin olduğunu, Təqsirləndirilən şəxs ilk dəfə aldığını, əvvəllər istifadə etmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki o, Təqsirləndirilən şəxs məşq etdiyi idman zalından tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, testosteron və boldenon növündə güclü təsir edici maddələrdən istifadə etmiş, müvafiq dərman vasitələri aptekdə baha satıldığından və maddi imkanı zəif olduğundan Təqsirləndirilən şəxs daha ucuz qiymətə gətirməsini istəmişdir. O, Təqsirləndirilən şəxs yarışa hazırlaşdığını bildiyinə görə sonuncudan daima məsləhət almışdır. İdman zalında o və Təqsirləndirilən şəxs məşq edərkən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları gəlib axtarış aparmış, həmin vaxt onun üzərindən dərman vasitələri aşkarlanmışdır. Polis əməkdaşları həmin dərman vasitələrini haradan əldə etdiyini soruşduqda, o, müvafiq predmetləri Təqsirləndirilən şəxs aldığını söyləmişdir. O, Təqsirləndirilən şəxs həmin dərman vasitələrini bazardakı satış qiymətindən ucuz qiymətə, təxminən 50-70 manata almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 əvvəllər həmin dərman vasitələrini reseptsiz satsalar da, hazırda reseptlə satıldığını, Təqsirləndirilən şəxs həmin dərman vasitələrini gətirərkən reseptlə satışın olmadığını, aptekdə baha olduğuna görə Təqsirləndirilən şəxs həmin dərman vasitələrini ucuz qiymətə aldığını, Turinabol tərkibli dərman vasitəsinin aptekdəki qiymətini bilmədiyini, lakin Təqsirləndirilən şəxs həmin dərman vasitəsini 10 manata, testosteronu isə 39 manata əldə etdiyini, sonuncudan həmçinin probolon tərkibli dərman vasitəsini də aldığını, boldenon adlı güclü təsir edicisi olan dərman vasitəsinin aptekdə satıldığını bilmədiyini, Təqsirləndirilən şəxs əldə etdiyi dərman vasitələrinin qanuni olduğunu düşündüyündən aldığını və o, yarışlara hazırlaşdığı həmin dərman vasitələrindən istifadə etdiyini, dərman vasitələrinin qanunsuz satılmasından məlumatının olmadığını, Təqsirləndirilən şəxs əldə etdiyi dərman vasitələrini özünün istifadə etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən ünvan 4 ünvanında yerləşən “RB Fitness” adlı idman zalının müdiri kimi işləmişdir. O, yaş həddinə görə testosteron hormonunun artımı üçün “Genesis” adlı firmanın dərman vasitəsini və “Somatropin” hormonlarını əldə edib iniyeksiya yolu ilə bədəninə vurmuş, nəticədə daha artıq məşq edə bilmişdir. O, həmin dərman vasitələrinin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs 2 aya yaxın müddətdən bəri həmin idman zalına gəlmiş, sonuncunun somatropin və testosteron tərkibli güclü təsir edən dərman vasitələrini satdığını eşitmiş, lakin Təqsirləndirilən şəxs həmin idman zalında içərisində güclü təsir edən maddələr olan dərman vasitələrinin satışını həyata keçirib-keçirməməsindən məlumatı olmamışdır. 20 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən idman zalına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs 1 qutu “Turinobol” adlı dərman vasitəsini polis əməkdaşlarına təqdim etdikdən sonra o, həmçinin iş otağında olan Genesis (drostanolone propionate 1 qutu dolu, 1 ampula yarım vəziyyətdə) Genesis testosterone enanthate 1 ədəd yarım ampula, Genesis trenbolone acetate 1 ədəd yarım vəziyyətdə ampula 2 ədəd iynəni təqdim edib həmin dərman vasitələrini şəxsi istifadəsi üçün əldə etdiyini, bir qismini artıq istifadə etsə də, heç vaxt dərman vasitələrinin satışı ilə məşğul olmadığını, dərman vasitələrini Rusiya Federasiyasının Moska şəhərində yaşayan Elvin adlı tanışının ona göndərdiyini bildirmişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs idman üçün dərman vasitələrinin satışını həyata keçirən şəxs kimi tanımış, Təqsirləndirilən şəxs satdığı dərman vasitələrinin qanunla qadağan edildiyindən və xüsusi lisenziya olmadan satışına icazə verilmədiyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin dərman vasitələrini bazar qiymətindən çox aşağı qiymətə satdığı üçün idmanla məşğul olan şəxslər sonuncudan həmin dərman vasitələrini almağa meyl göstərmiş, o da idmanla məşğul olduğu üçün həmin dərman vasitələrini alıb şəxsi istifadəsi üçün istifadə etmişdir. O, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sentyabr ayında testosteron Enantat və Boldenon tərkibli dərman vasitələrini hər birinin qiyməti 75 manat olmaqla, şəxsi istifadəsi üçün almış, sonuncu ona həmin dərman vasitələrinin keyfiyyətli və idmanda yüksək nəticə əldə etmək üçün lazım olduğunu söylədiyindən, o da həvəslənib Köhnə Günəşli ərazisində görüşüb əldə etmişdir. O, həmin dərman vasitələrini istifadə etdiyindən istintaq orqanına təqdim edə bilmir, həmin dərman vasitələrini başqa şəxsə satmamış, Təqsirləndirilən şəxs həmin dərman vasitələrini başqa kiməsə satmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin dərman vasitələrininin satışı ilə məşğul olmasına dair şəxsi sosial şəbəkəsində məlumatlar yerləşdirmişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs satdığı dərman vasitələrinin qanunla qadağan edildiyindən və xüsusi lisenziya olmadan satışına icazə verilmədiyindən məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin dərman vasitələrini bazar qiymətindən aşağı qiymətə satdığı üçün idmanla məşğul olan şəxslər sonuncudan həmin dərman vasitələrini almağa meyl göstərmişlər. O idmanla məşğul olduğu üçün həmin dərman vasitələrini alıb şəxsi istifadəsi üçün əldə etmiş, təxminən 2023-cü ilin avqust-sentyabr aylarında Kreatin və Multivitamin tərkibli dərman vasitələrini 55 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ona həmin dərman vasitələrinin keyfiyyətli və idmanda yüksək nəticə əldə etmək üçün lazım olduğunu söylədiyindən, o da həvəslənib 2023-cü ilin avqust-sentyabr ayında kuryer vasitəsilə əldə etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə -Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “RB fitness” adlı idman zalında güclü təsir edici effektə malik dərman vasitələrinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)-1817/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında və işlədiyi ünvan 6 “RB Fitness” İdman mərkəzində “binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi” və “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinə daxil olma, baxış keçirmə”, “insanların güdülməsi” əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Şahid2 həmin idman zalında güclü təsir edən, narkotik və ya psixotrop tərkibli dərman preparatlarının satışının edilib-edilməməsi və ya həmin növ dərmanların olub-olmaması barədə sual verildikdə Şahid2 həmin zalda dərman satışının olmadığını bildirmiş, baxış zamanı idman zalında iki nəfər şəxsin olması müəyyən edilmişdir. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X8 olduqlarını və idman zalında məşq etdiklərini bildirmişlər. Simran Mursaqulov güclü təsir edən tərkibli və ya digər qadağan olunmuş maddələr tərkibli dərman preparatlarının satışı ilə məşğul olmadığını, idman etdiyi üçün əzələ kütləsini böyütmək, testosteron dərəcəsini yüksəltmək üçün güclü təsir edən tərkibli dərmanları Təqsirləndirilən şəxs pul ilə aldığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və ya həmin idman zalında haradasa güclü təsir edən tərkibli dərman preparatlarının olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs ona məxsus gödəkçənin cibindən 1 ədəd Andro firmasına aid Turinabol adlı dərman preparatını təqdim edərək güclü təsir edən tərkibli olduğunu, tərkibində 100 ədəd həb olduğunu bildirmişdir. Bundan sonra Şahid1 onun istifadə etdiyi dərman preparatlarının harada olması sual edildikdə sonuncu geyinmə otağına dəvət edib orada stulun üzərində çantasının yan hissəsindəki sellofan torbada olan Elixier adlı Boldenon tərkibli 1 ədəd boş və 1 ədəd yarım dolu vəziyyətdə ampula, Elixier Tenbolone adlı 1 ədəd yarım dolu vəziyyətdə ampula, Elixier Testosteron adlı 1 qutu dolu vəziyyətdə, 1 qutu boş vəziyyətdə ampula, Elixier Testosteron adlı 1 qutu dolu vəziyyətdə, 1 qutu boş vəziyyətdə dərman qutuları, iki ədəd istifadə edilmiş iynəni təqdim etmiş, həmin dərman vasitələri götürülmüşdür. Bundan sonra, Şahid2 üzərində və ya həmin idman zalında haradasa güclü təsir edən tərkibli dərman preparatlarının olub-olmadığı soruşulduqda, sonuncu iş otağında şəxsi istifadəsi üçün güclü təsir edən somatropin testosteron tərkibli dərmanlar vardır. Orada iş masasının sağ yan hissəsindəki siyirmədən “Oxygen labs” (trenbolone) adlı 01 ədəd yarım dolu vəziyyətdə, Genesis testosteron enanthate 1 ədəd yarım ampula, Genesis (trenbolone acetate) 1 ədəd yarım vəziyyətdə ampula və 2 ədəd iynəni təqdim edib həmin dərmanları şəxsi istifadəsi üçün iş otağında saxladığını, həmin dərman vasitələrini Rusiya Federasiyasında yaşayan tanışı Rəşad adlı şəxsdən göndərməsini xahiş etdiyini, arada həmin şəxsin logistika şirkəti vasitəsi ilə həmin dərman vasitələrini ona istifadəsi üçün göndərdiyini bildirmiş, qeyd edilən dərman preparatları sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 9-11) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid2 həmin idman zalının bar hissəsində soyuducuda olan 1 ədəd “Neofin” adlı qutunu təqdim etmiş, həmin qutuya baxış keçirilən zaman içərisində bir ədəd yarım dolu vəziyyətdə olan ampula aşkar edilmiş, Şahid2 həmin ampulanın kimə aid olmasını bilmədiyini qeyd etmişdir. Həmin qutu rəsmiləşdirilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 12-14) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı ünvan 7 ünvanında yerləşən yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin giriş hissəsində mətbəxin soyuducusundan sellofan torbada dərman preparatlarını çıxarıb evin qonaq otağı hissəsində divanın üzərinə düzərək həmin dərmanların “Somatropin” tərkibli olmasını, daha sonra yataq otağında kiçik ölçülü dolabın yanında olan iki ədəd sellofan torbada dərman preparatlarını gətirib həmin qonaq otağında divanın üzərinə düzərək soyuducudan az öncə götürülmüş olduğu dərmanlarla birlikdə bir-bir təqdim etməklə həmin dərmanların 10 qutu Enova Pharma, 20 qutu AC, 4 qutu 4 list Volume, 5 qutu Protech, 9 qutu MHPharma, 6 qutu Androchem, 3 qutu Sunpharma, 10 qutuda və 10 ədəd qutusuz qələm formasında Cinnatropin, 16 qutu genotropin, 1 qutu Oxydine, 11 ampula Biotech, 3 qutu Pharma tren e 200 adlı dərmanların somstroin testosteron tərkibli güclü təsir edən dərmanlar olmasını bildirmiş və sellofan torbalara qoyaraq ümumilikdə 2 sellofan torbada həmin dərmanları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin dərmanları xarici ölkədən, Türkiyədən ölkəyə gətirdiyi, həmin dərmanları satış məqsədi ilə yaşadığı evdə saxladığını bildirmiş, həmin dərman preparatları sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 16-18) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6101 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Turinabol 4-Chlorodehydromethyltestosterone 10 mg...100 tablets AndroChem...” göstəricili qutudakı eyni göstəricili flakonda olan 100 ədəd tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,0 qram olan güclü təsir edən maddə - Turinabol müəyyən edilmişdir. (Cədvəl 1, sıra nömrəsi 38). Şahid1 təqdim etdiyi 1 saylı cədvəldə sıra nömrələri 32 və 33 olan preparatların, yəni “Equilibrio...Boldenone Undecylenate 1ml/200 mg...10ml...Elixier” adlı və “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10ml...Elixier” adlı dərman vasitələrinin tərkibində güclü təsir edən maddələr - Boldenon Undesilenat, Trenbolon müəyyən edilmişdir. Sıra nömrələri 31, 35 olan 02 preparat flakonu boş vəziyyətdə, sıra nömrəsi 34 olan preparatın tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Şahid1 təqdim etdiyi 02 ədəd şprisdə və 02 ədəd boş flakonda maddə hissəcikləri iz şəklində olduğundan növünün müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Şahid2 təqdim etdiyi 1 saylı cədvəldə sıra nömrələri 25, 28, 29 olan preparatların tərkibində güclü təsir edən maddələr - drostanalon, Trenbolon müəyyən edilmiş, sıra nömrələri 26, 27 olan preparatların tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Şahid2 təqdim etdiyi 02 ədəd şpris iynəsində maddə hissəcikləri iz şəklində olduğundan növünün müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən təqdim etdiyi 1 saylı cədvəldə sıra nömrələri 1-8, 12-19, 21-22 olan preparatların, yəni “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA”, “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA”, “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA”, “Pharma Tren E200..Trenbolone Enanthate injection 200 mg/ml...10 ml”, “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10 ml...PRO- Tech”, “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10 ml PRO-TECH”, “PRO..MAST 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...PRO-TECH” adlı dərman vasitələrinin tərkibində güclü təsir edən maddələr (təsirecidi maddələr və onların miqdarı cədvəldə göstərilmişdir) müəyyən edilmiş, sıra nömrələri 7, 9. 10, 11, 20, 23, 24 olan preparatların tərkibində nəzarət olan maddələr müəyyən edilməmişdir. Qeyd edilən eyni şirkətə məxsus, eyni növdən (addan) olan preparatlar kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Təqdim edilən üzərində “Neofin..3.4 mg/ml... Human growth hormon...2x5 vials..” göstəricili qutuda 01 ədəd flakondakı həcmi 2,5 ml mayenin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Mərkəzin laboratoriyasına rəyin tədqiqat hissəsində markaları qeyd edilən analitik cihazlarlarda bu preparata məxsus spektr məlumatları olmadığından həmin preparatın adını (tərkibini) müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən təqdim etdiyi 2 saylı cədvəldə sıra nömrələri 39-42 olan preparatların tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Təqdim edilən preparatların tərkiblərində müəyyən edilən Oksandrolon, Trenbolon acetate, Drostonolon Propionat, Trenbolon Enantat, Nandrolon Fenilpropionat, Boldenon Undesilenat, Stanozolol, Dehidroxlormetilotestosteron, Metandienon, Fluoksimesteron, Nandrolon Dekanoat 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxildir. Preparatların tərkibində müəyyən edilən Testeron Enantat, Testosteron Propionat, Klenbuterol, X9, Testosteron İsokaproat, Testosteron Decanoat qeyd edilən siyahıya və digər nəzarətdə olan maddələrin siyahısına daxil deyildir. (Cild 1, iş vərəqə 33-38) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. (Cild 1, iş vərəqə 66-70) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 171-172) xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə bir çox şəxslərlə həm SMS, həm də danışıq zəngləri ilə əlaqə saxladığı görünür. Diskin SMS-lər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixinə qədər olan müddətdə bir çox şəxslərlə SMS vasitəsilə yazışdığı, habelə danışıq zəngləri bölməsinə daxil olduqda müxtəlif şəxslərlə telefon danışığı etdiyi müşahidə edilir. Qeyd edilən mesajlardan bəziləri aşağıdakı kimidir: xx.xx.2023-cü il tarixdə saat 13:06-da ***-***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “A semral tel cvb verdə gözdiirem abi vallah düz elemirsen adami pramoy həvəsdən salırsan sən məni bu tərəfdən tanirsan?”, xx.xx.2023-cü il tarixdə saat 22:35-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Qardaş üzürlü gör sen cani gəzdirdim səni imkan olsa bir kəlmə söz sorusum sennen birde bizim uşağa da lazımdı” məzmununda mesaj mətni göndərilmişdir. (Cild 2, iş vərəqə 85) xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə bir çox şəxslərlə danışıq zəngləri ilə əlaqə saxladığı görünür. Danışıq tarixçəsi Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən nömrə vasitəsilə müxtəlif mobil nömrələr arasında 01 yanvar 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək olan zəngləri əhatə edir. (Cild 2, iş vərəqə 86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdur. (Cild 1, iş vərəqə 80) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 3 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (Cild 2, iş vərəqə 99) xx.xx.2024-cü il tarixli “”Kapitalbank” ASC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə açılmış AZ80AİİB410100C**********106 saylı hesabda 28 iyul 2021ci ildən tarixdən 11 may 2022-ci il tarixədək həyata keçirilmiş cəmi dövriyyələrin məbləği 20884,17 manat təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə açılmış AZ86İİB410100E**********99 saylı hesabda 09 mart 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həyata keçirilmiş cəmi dövriyyələrin məbləği 47434,94 manat təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə açılmış AZ19AİİB410100F**********255 saylı hesabda 27 iyul 2023- cü İİ tarixdən 22 noyabr 2023cü il tarixədək həyata keçirilmiş cəmi dövriyyələrin məbləği 35607,86 manat (təşkil edir. Bundan başqa diskə daxil olan Kapital Bank tərəfindən “Excel” proqramında tərtib olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs adına emissiya edilən kart hesablarına həm ödəmə terminallarından və müxtəlif pul köçürmə proqramlarından, həm də bank hesablarından mədaxil edilmiş, həmin pul vəsaitləri fərqli yerlərdə nağdlaşdırılmışdır. Kapital Bank ASC-dən daxil olmuş digər diskə daxil edilmiş görüntülərə baxış keçirilməsi zamanı görünür ki, yuxarıda qeyd edilən bank hesablarına daxil olmuş pul vəsaitlərini Təqsirləndirilən şəxs şəxsən özü hissə-hissə olmaqla müxtəlif yerlərdə quraşdırılmış ATMlərdən istifadə etməklə nağdlaşdırır. (Cild 2, iş vərəqə 108) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 7912 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əmənov X7 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqə 109-147) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollara əlavə edilmiş 3 ədəd, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş 2 ədəd, ümumilikdə 7 ədəd disk, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” və 1 ədəd “Xiaomi” markalı olmaqla 2 ədəd mobil telefon, ekspert tədqiqatından sonra qalıq sayda 195 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA” adlı, 3 ədəd flakondan ibarət olan “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Pharma Tren E200..Trenbolone Enanthat injection 200 mg/ml” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10 mL.PRO-Tech” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10 ml PRO- TECH” adlı, 1 ədəd flakondan ibarət olan “PRO..MAST 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...PRO-TECH” adlı, 5 ədəd flakondan ibarət olan “Equipoise 300...Boldenone...Undecylenate 300 mg/1ml...10 ml...AndroChem” adlı, 3 ədəd flakondan ibarət olan “Masteron 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10 mg...90 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı, 90 ədəd tabletdən ibarət olan “Turinabol...4- Chlorodehydromethyltestosterone 10 mg...100 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Methandienone..Methandienone 20 mg...60 tablets SUN PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Halotestin...Fluoxymesteron 10 mg... VOLUME PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Turinabol...Chlorodehydromethyltestosteron 10 mg...100 tablets VOLUME PHARMA” adlı, 4 ədəd flakondan ibarət olan “BOLDE...250....Boldenone...Undecylenate...250 mg/ml.,.2ml...Enova Pharma” adlı, 19 ədəd flakondan ibarət olan “Deca...25O....Nandrolone...Decanoate...250 mg/ml...Enova Pharma” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakonda “Equilibrio...Boldenone Undecylenate 1ml/200 mg...10 ml...Elixier” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakonda “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10 ml...Elixier” adlı, 90 tabletdən ibarət olan “Turinabol...4-Chlorodehydromethyltestosterone 10 mg... 100 tablets AndroChem...” adlı dərman vasitələri maddi sübut hesab edilmiş, mobil telefonlar və dərman vasitələri Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, disklər isə cinayət işi materiallarına əlavə edilmişdir. Ekspert tədqiqatından sonra qalıq sayda 0,5 ədəd flakondan ibarət olan “Pro...TEST..250...Testosterone Enanthate 100 mg/ml...PRO-TECH” adlı, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan “PROPİONATE 100...Testosterone...Propionate 100mg/1ml...10ml...VOLMUE P” adlı, 6 ədəd flakondan ibarət olan “Propioject 100...Testosterone...Propionate 100mg/1ml...10ml...AndroChem” adlı, 2 ədəd flakondan ibarət olan “Testojet 250...Testosterone...Enanthate 250mg/1ml...10ml...AndroChem” adlı, 64 ədəd tabletdən ibarət olan “Clenbuterol.HCl 50 mg...100 tablets VOLUME PHARMA” adlı, 9 ədəd flakondan ibarət olan “TEST..100 Testosterone Propionate...100 mg/ml. ,2ml...Enova Pharma” adlı, 9 ədəd flakondan ibarət olan “TEST...MİX..Testosterone Propionate/X4/Testosterone İsocaproate/Testosterone Decanoate 300 mg/ml...2ml..Enova Pharma” adlı, 1 ədəd şüşə flakondan ibarət olan “Drostanolone Propionate 10 ml/100mg...Genesis” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan ‘Testosterone Propionate 10ml/1000mg...Genesis” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Testosterone Enanthate 10 ml/2500mg...Genesis” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone Acetate 10ml/1000mg..Genesis” adlı, 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone A...125 mg/ml...11 ml...OXYGEN LABS” adlı, 1 ədəd boş şüşə flakondan ibarət olan “EQUlLlBRO...Boldenone Undecylenate 1 ml/200mg...10 ml...Elixier” adlı, 1 ədəd istifadə olunmamış şüşə flakondan ibarət olan “DELATESTRYL Testosterone Enanthate 1ml/250 mg...10 mL.Elixier” adlı, 1 ədəd boş şüşə flakondan ibarət olan “DELATESTRYL...Testosterone Enanthate 1 ml/250mg...10 mL.Elixier” adlı, 1 ədəd qutuda 1 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “NEOFİN...3,4 mg/1ml...Human growth hormone...2x5 ml vials” adlı, 18 ədəd şprisdən ibarət olan "CinnaTropin...Somatropin...10mg/1,5ml...CinnaGen” adlı, 9 ədəd flakondan ibarət olan “Oxydine...Lyophilized peptide...OX” adlı, 31 ədəd flakondan ibarət olan “Genotropin Somatropin..12mg...Pfizer” adlı, 10 ədəd şüşə flakondan ibarət olan “Follistatin-344... 1 mg...Follistatin BİOTECH PEPTİDES” adlı dərman vasitələri, 4 ədəd istifadə olunmamış və 2 ədəd istifadə olunmuş boş 2 ml-lik şprislər, 2 ədəd şpris iynəsi cinayət işi üzrə maddi sübut hesab edilmədən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN KMBİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokollar, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş sənəd surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilməsi haqqında, "xxxx" Bank ASC-dən daxil olmuş disklərə baxış keçirilməsi haqqında protokollar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2023-cü İİ tarixli qərarı və digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 118-138) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə yeni cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqə 142-145) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərabaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 162-166) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə, yəni həm özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sərbəst şəkildə etiraf etməklə yanaşı, həmçinin şahidlər Şahid3 və Şahid1 dindirilmişlər. İttiham tərəfinin digər şahidləri, yəni Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, onların iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasları bir neçə dəfə, xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixə və xx.xx.2023-cü il tarixlərə təxirə salınmış, habelə şahidlərin məcburi qaydada gətirilmələri barədə qərar qəbul edilib icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şahidlərin sərhədkeçmə məlumatlarını nəzərdən keçirdikdə, həmin şəxslərin ölkə xaricində olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə yazılı ərizə ilə məhkəməyə müraciət edib şahidlər Şahid2, Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə razı olduğunu, həmin şəxslərin məhkəmə iclasında iştiraklarına zərurət olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasında dindirilmələrindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Məhkəmə qeyd edir ki, şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər üzlü səbəbdən, yəni ölkə xaricində olmalarından məhkəmə iclasında iştirak edə bilməmişlər. Bundan başqa Şahid2 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər Şahid2, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib şahidlər Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasına gəlmələrinə zərurət olmadığını və həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə Şahid2, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə ittiham irəli sürülmüşdür. 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, həmin qanuna əlavə edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”-nda (1 nömrəli əlavə) göstərilən miqdarlar əsas təsiredici maddələrin təmiz çəkisidir. Həmin siyahıda göstərilən bütün maddələrin duzları (belə duzların mövcudluğu mümkün olduğu halda), izomerləri (belə izomerlərin mövcudluğu mümkün olduğu halda), mürəkkəb və sadə efirləri güclü təsir edən maddələrə aiddir. Həmin siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq güclü təsir edən maddələrə aiddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarının 3-cü bəndindən görünür ki, şəxsin Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə çnarkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Sözügedən qərarın 24-cü bəndinə əsasən, Cinayət Məcəlləsin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CMin 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Həmin plenum qərarının 4-6, 8 və 9-cu bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilməlidir. Narkotik vasitələri və psixotrop maddələri satma miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid1 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən, Şahid2, Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən, xx.xx.2023-cü il tarixdə keçirilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollardan, eləcə də məhkəmə baxışı zamanı həmin istintaq hərəkətləri həyata keçirilərək aparılmış videoçəkilişlərə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 ədəd şüşə flakondan ibarət olan “EQUİLlBRO...Boldenone Undecylenate 1 ml/200mg...10ml...Elixier” və 01 ədəd şüşə flakondan ibarət olan “LARGOTREN...Trenbolone Enanthate 200 mg/ml...10ml...Elixier” adlı dərman vasitələrini 2023-cü ilin oktyabr ayının əvvəllərində dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində X1, Təqsirləndirilən şəxs gödəkçəsindən 1 ədəd plastik flakondan ibarət olan “Turinabol...4.Chlorodehydromethyltestosterone 10mg... 100 tablets AndroChem...” adlı, sonuncunun yaşadığı evdən 2 ədəd qutuda ümumilikdə 200 tabletdən ibarət olan “Anavar...Oxandrolone...10mg...100...tablets MHPHARMA” adlı, 2 ədəd flakonda ümumilikdə 180 tabletdən ibarət olan “Anavar...Oxandrolone...10 mg...90 tablets AndroChem” adlı, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan “Pharma Tren E200...Trenbolone Enanthate injection 200 mg/ml” adlı, 3 ədəd qutuda ümumilikdə 3 ədəd flakondan ibarət olan “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı, 2 ədəd qutuda ümumilikdə 2 ədəd flakondan ibarət olan “PRO..MAST 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...PRO-TECH” adlı, 4 ədəd qutuda ümumilikdə 4 ədəd flakondan ibarət olan “Masteron 100...Drostanolone Propionate 100 mg/ml...10 ml...AndroChem” adlı, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10 ml...PRO-Tech” adlı, 4 qutuda ümumilikdə 20 flakondan ibarət olan “Deca...250...Nandrolone...Decanoate...250mg/ml...Enova Pharma” adlı, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10 ml PRO-TECH” adlı, 6 ədəd qutuda ümumilikdə 6 ədəd flakondan ibarət olan “Equipoise 300...Boldenone...Undecylenate 300mg/1ml...10ml...AndroChem” adlı, 1 ədəd qutuda 5 ədəd flakondan ibarət olan “BOLDE...250...Boldenone...Undecylenate...250 mg/ml...2ml...Enova Pharma” adlı, 3 ədəd flakonda ümumilikdə 180 tabletdən ibarət olan “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı, 1 ədəd flakonda 100 ədəd tabletdən ibarət olan “Turinabol...4-Chlorodehydromethyltestosterone 10mg...100 tablets AndroChem” adlı, 4 ədəd blisterdə ümumilikdə 100 ədəd tabletdən ibarət olan “Turinabol...Chlorodehydromethyltestosteron 10mg...100 tablets VOLUME PHARMA” adlı, 3 ədəd flakonda ümumilikdə 180 ədəd tabletdən ibarət olan “Methandienone...Methandienone 20mg...60 tablets SUN PHARMA” adlı, 4 ədəd blisterdə (birində 25 ədəd) ümumilikdə 100 ədəd tabletdən ibarət olan “Halotestin...Fluoxymesteron 10 mg...VOLUME PHARMA” adlı dərman vasitələri aşkar edilmişdir. Həmin dərman vasitələrinin tərkibində güclü təsir edən və ya zəhərli maddə oloubolmamasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, müvafiq ekspertiza keçirilmişdir. Məhkəmə Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6101 nömrəli ekspert rəyinə əsasən, həmin dərman vasitələrinin içərisində ümumilikdə 3,8 qram təşkil edən oksandrolon, ümumilikdə 6,8 qram təşkil edən trenbolon, ümumilikdə 6,3 qram təşkil edən drostanolon, ümumilikdə 11 qram çəkidə nandrolon, ümumilikdə 23,9 qram çəkidə boldenon, 3,6 qram təşkil edən stanozolol, ümumilikdə 3,0 qram təşkil edən dehidroxlormetil testosteron, 3,6 qram təşkil edən metandienon və 1,0 qram təşkil edən fluoksimesteron adlı güclü təsiredici maddələri aşkarlanmışdır. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” müvafiq qanuna əsasən, həmin qanuna əlavə edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”-nda (1 nömrəli əlavə) 63-cü bənddə oksandrolonun çəkisi 2,5 qram, 76-cı bənddə trenbolonun çəkisi 10 qram, 19-cu bənddə drostanolonun çəkisi 10 qram, 57ci bənddə nandrolonun çəkisi 2,5 qram, 12-ci bənddə boldenonun çəkisi 10 qram, 74-cü bənddə stanozolun çəkisi 2,5 qram, 17-ci bənddə dehidroxlormetiltestosteronun çəkisi 2,5 qram, 45-ci bənddə metandienonun çəkisi 2,5 qram və 27-ci bənddə fluoksimesteronun çəkisi 2,5 qram təşkil etdikdə külli miqdar yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkarlanmış oksandrolon, nandrolon, boldenon, stanozol, dehidroxlormetil testosteron və metandienon tərkibli güclü təsir edən maddələr külli miqdarda olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində boldenon və digər adda güclü təsir edən maddələri idmançılara satdığını söyləmiş, habelə Şahid1 şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs müxtəlif növdə güclü təsir edən maddələri aldığını bildirmişdir. Habelə, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cinayət işinin materiallarının 1-ci cildinin 173-280-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş müvafiq yazışmaların fotoşəkillərinə əsasən; Təqsirləndirilən şəxsla mobil telefonuna “Kİ Mahmud” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə apardığı yazışmalar: - Kİ Mahmud: “Salam, brat necesen, qardasim mencin neyin var, nassa lazimdi berk massa” (12 avqust 2023-cü il tarixdə saat 21:01-də mətn göndərmişdir); - Kİ Mahmud: “Qardaşım mənə bir dənə dərman vermişdine, 60 manata 100 dənə tabletka, banan iyi verirdie interesni, massa verən bir şeydi brat, ondan varındı senin, çox düşmüşəm e brat, konkret məşq zad eləmirəm ki, Allaha and olsun” (12 avqust 2023-cü il tarixdə saat 21:03-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaşım salam. Sənə qəşəng 130 manata iki dənə dərman verə bilərəm, biri iynədi, biri də dərman, çox super bir məhsuldu” (13 avqust 2023cü il tarixdə saat 00:20-də səs yazısı göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Kİ X17” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə 08 iyul 2023-cü il tarixdə saat 18:56-da “Turinabol 65 azn, danabol 50, vinstrol 80 azn, stanazol tablet 55 azn, oksandrolone 90 azn, Deka 80 azn, baldenon 80 azn, tren acetate 90 azn, masteron 75 azn, propionate 60 azn, enantat 65 azn, sustanon 65 azn, trenbalon enantat 95 azn” məzmununda mətn göndərmişdir. Təqsirləndirilən şəxsla +994 *** ** ** 83 saylı mobil nömrə ilə apardığı yazışmalar: - “+994 *** ** ** 83”: “Qadan alaram, Brat sustanol var? Birde Oksandrolon” (27 oktyabr 2023-cü il tarixdə saat 10:53-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Beli var, 80 AZN sustanon premium klasa firması, Oksandorolon da var 90 manat Mh firması premium klass məhsuldu” (27 oktyabr 2023-cü il tarixdə saat 10:55-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL X19” kimi qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə apardığı yazışmalar: - KL X19: “Salam Necesen, Baldenon...tes enantat...turnabol...tribulus...., Qiymet?” (07 oktyabr 2023-cü il tarixdə saat 18:28-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs:1 “Salam yaxşı olasan. Baldenon 65, Enantate 60, Turinabol 65” (07 oktyabr 2023-cü il tarixdə saat 18:35-də mətn göndərmişdir); - KL X19: “Turnabol list lazimdi amma, Birde tribulus var sende?” (07 oktyabr 2023-cü il tarixdə saat 18:37-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Çox güclü tribulusum var, həddən artıq güclü, kapsuladı, qiyməti 52 manatdı, rg firmasının tribulusu var onun qiyməti olacaq 40 manat” (07 oktyabr 2023-cü il tarixdə saat 18:37-də səs yazısı göndərmişdir); - KL X19: “Başa düşdüm qardaş sən indi bunları nə vaxt hazır edə bilərsən. Bunları nə vaxt götürüm səndən, baldenon, enantat, turinabol, birdə tribulus 40 manatlıq olan vare onu götürəcəm, nə vaxta hazır olar, nə vaxt götürə bilərik” (07 oktyabr 2023-cü il tarixdə saat 18:40-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Qardaşım elə bugün də götürə bilərsən, sən şeydə işdiyirdində nayd ofisdə düzdü səhv eləmirəmsə, heşnə mən indi gedirəm evə, 28 dəyəm, qayıdacam sora şəhərə mən gəlib nayd ofisə verə bilərəm” (07 oktyabr 2023-cü il tarixdə saat 18:48-də səs yazısı göndərmişdir); - KL X19: “Yox bratka ordan cixmisam, Deyecem ortaq bir yerde gorsek” (07 oktyabr 2023-cü il tarixdə saat 18:49-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Qardaşım mən indi eve gedirem, eve gedib götürürəm, qayıdıram şəhərə, 28, sahil, baksavet, tarqovi, ətraflar hara sənə uyğundu?” (07 oktyabr 2023-cü il tarixdə saat 18:49-da səs yazısı göndərmişdir); - KL X19: “Yaxsı ele 28 terefde gorserik, 1 saata falan” (07 oktyabr 2023-cü il tarixdə saat 18:51-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “1 saata söz verə bilmərəm, 2 saata görüşərik qardaşım” (07 oktyabr 2023-cü il tarixdə saat 18:53-də səs yazısı göndərmişdir); - KL X19: “Olar narahat olma” (07 oktyabr 2023-cü il tarixdə saat 18:54-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388-9794-6640” (07 oktyabr 2023-cü il tarixdə saat 20:17-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Kİ X14” kimi qeyd etdiyi +994- 50-646-21-66 saylı mobil nömrə ilə apardığı yazışmalar: - Təqsirləndirilən şəxs: “Delisen, Paylaşma bele şey, Yığışdır bunu fedik” (15 noyabr 2023-cü il tarixdə saat 22:38-də mətn göndərmişdir); - Kİ X14: “Sildim Coach yaxşı” (15 noyabr 2023-cü il tarixdə saat 23:08-də mətn göndərmişdir); - Kİ X14: “Müəllim bunu elə uşaqlara atmışdım ki, onlar elə hamısı idmana gedən uşaqlardı, problem deyil narahat olmayın” (15 noyabr 2023-cü il tarixdə saat 23:09-da səs yazısı göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Kİ Toğrul” kimi qeyd etdiyi +994-50-247-40- 43 saylı mobil nömrə ilə apardığı yazışmalar: - Təqsirləndirilən şəxs: “Enanteat 45, Sustanon 55 exi” (09 yanvar 2023-cü il tarixdə saat 19.44-də mətn göndərmişdir); - Kİ Toğrul: “Əxi necəsən nə var nə yox, əxi baldenon da varındı, mənə baldenon da lazımdı” (10 yanvar 2023-cü il tarixdə saat 12:11-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Var qardaşım, Baldenon 60 azn” (10 yanvar 2023-cü il tarixdə saat 12.15-də mətn göndərmişdir); - Kİ Toğrul: “Qaqa mənə baldenonla enantat lazımdı bugünə amma ha” (10 yanvar 2023-cü il tarixdə saat 12:25-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Probkadi abi Gellem” (10 yanvar 2023-cü il tarixdə saat 19:01-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL Score Naxçivan” kimi qeyd etdiyi +994- 50-998-50-11 saylı mobil nömrə ilə apardığı yazışmalar: - “KL Score Naxçivan” “Salam qardaş Necesen Axşamın xeyr, Danabol var sabah ucun” (19 noyabr 2023-cü il tarixdə saat 00:25-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaş beli var” (19 noyabr 2023-cü il tarixdə saat 00:26-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaş, Danabolu göndərim?” (19 noyabr 2023-cü il tarixdə saat 12:35-də mətn göndərmişdir); - KL Score Naxçivan: “Salam qardaş, Kartinida at” (19 noyabr 2023-cü il tarixdə saat 12:35-də mətn göndərmişdir); - KL Score Naxçivan: “Yəqin ki yenə eyni qiymətdi hə qardaş?” (19 noyabr 2023-cü il tarixdə saat 12:39-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: SEMRAL AMANOV 4169-7388- 9794-6640” (19 noyabr 2023cü il tarixdə saat 12:42-də plastik bank kartının fotoşəklini göndərmişdir); - Təqsirləndirilən şəxs: “Bəli qardaşım bəli 60 manatdı” (19 noyabr 2023-cü il tarixdə saat 12:42-də səs yazısı göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Kamran Kİ” kimi qeyd etdiyi +994-55-555- 85-99 saylı mobil nömrə ilə apardığı yazışmalar: - Kamran Ki: “ureim Sabahın xeir olsu, necesen..?, evdesen..?” (18 noyabr 2023-cü il tarixdə saat 07:42-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardasim, He evdeyem” (18 noyabr 2023-cü il tarixdə saat 10:52-də mətn göndərmişdir); - Kamran Kİ: “Səhər-səhər yığanda brat düz evinizin qabağından keçirdim, götürmədin səndə, bu tərəflərdə Günəşli tərəflərdə, o keçən dəfə götürdüyümdən verərsəndə, salamtı o idi, qiyməti də münasib idi narmalni də hiss elədim” (18 noyabr 2023-cü il tarixdə saat 11:59-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388- 9794-6640” (18 noyabr 2023-cü il tarixdə saat 22:05-də plastik bank kartının fotoşəklini göndərmişdir); - Təqsirləndirilən şəxs: “Kapital 75” (18 noyabr 2023-cü il tarixdə saat 22.06-da mətn göndərmişdir); Təqsirləndirilən şəxsla +994-77-620-85-94 saylı mobil nömrə ilə apardığı yazışmalar: - “+994-77-620-85-94”: “Salam, siz derman vermeli idiz, onu seherde harda gorusub sizden goture bilerem” (18 noyabr 2023-cü il tarixdə saat 18.01-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaş Mən sizə konum atacam, zaldayam, saat 8-de” (18 noyabr 2023-cü il tarixdə saat 18:08-də mətn göndərmişdir); - “+994-77-620-85-94”: “Qardasim gelib catdi coxsaqol” (18 noyabr 2023-cü il tarixdə saat 23:25-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL Danabol” kimi qeyd etdiyi +994-50-497- 81-01 saylı mobil nömrə ilə apardığı yazışmalar: - KL Danabol: “Salam qardaş, Volume firmasının turnabol ve danabol u lazimdi” (05 noyabr 2023-cü il tarixdə saat 12:28-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaş, Var, Danabol 60, Turinabol 65” (05 noyabr 2023-cü il tarixdə saat 12:33-də mətn göndərmişdir); - KL Danabol: “Birde bu Dekadan gotursem endirim edersen?” (05 noyabr 2023-cü il tarixdə saat 12:34-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “DEKA 90 azn di premium klassdi, Qardasim original mallardi ən minimum qiyməti demişəm” (05 noyabr 2023-cü il tarixdə saat 12:34-də mətn göndərmişdir); - KL Danabol: “Hamisi bir yerde ne qeder eleyir?, 280?” (05 noyabr 2023-cü il tarixdə saat 12:37-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “65+65+60+90=280, Evdeyem, Gəlib götürürsən?” (05 noyabr 2023-cü il tarixdə saat 12:39-da mətn göndərmişdir); - KL Danabol: “Hansı terefdedi ev?” (05 noyabr 2023-cü il tarixdə saat 12:39-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Konum” (05 noyabr 2023-cü il tarixdə saat 12:40-da mətn göndərmişdir); - KL Danabol: “Həmişə taksinən götürmüşəm, indi ev yaxındısa gələrəm, amma uzaqdısa işdən çıxa bilməyəcəm” (05 noyabr 2023-cü il tarixdə saat 12:40-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388- 9794-6640, Sen konum at” (05 noyabr 2023-cü il tarixdə saat 12:41-də plastik bank kartı göndərmişdir); - KL Danabol: “Ödəniş etdiyi barədə qəbzin şəkili’’ (05 noyabr 2023-cü il tarixdə saat 12:45-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL Ağdaş” kimi qeyd etdiyi +994-55-884-37- 89 saylı mobil nömrə ilə apardığı yazışmalar: - KL Ağdaş: “Qaqa salam, insAllah bu gun yollada mali, Agsu” (02 sentyabr 2023-cü il tarixdə saat 11:23-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qardaşım, salam hə narahat olma, saat yarıma evdən çıxıb gedib göndərəcəm” (02 sentyabr 2023-cü il tarixdə saat 11:27-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Qardaşım bu dəqiqə şamaxinkadayam, cibimə baxıram turinabol götürmüşəm, qardaş canı ikimizin canı, təmiz dilxor oldum, sabah səhər göndərim də mən onu” (02 sentyabr 2023-cü il tarixdə saat 16:25-də səs yazısı göndərmişdir); - KL Ağdaş: “Hecne qaqa insAllah” (02 sentyabr 2023-cü il tarixdə saat 16:28-də mətn göndərmişdir); - KL Ağdaş: “Sen volume metan Deca Bunanda 2 denesin yollayarsan” (30 sentyabr 2023-cü il tarixdə saat 14:50-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “DEKA pharmacom var, Çox superdi 75 azn verərəm, Volume danabol var 55 azn” (30 sentyabr 2023-cü il tarixdə saat 14:51-də mətn göndərmişdir); - KL Ağdaş: “Tren acetat qaqa, Yaxsısı? Qiymeti” (01 oktyabr 2023-cü il tarixdə saat 11:06-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “85” (01 oktyabr 2023-cü il tarixdə saat 11:09-da mətn göndərmişdir); - KL Ağdaş: “Hansı karta?” (01 oktyabr 2023-cü il tarixdə saat 14:23-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388-9794-6640” (01 oktyabr 2023cü il tarixdə saat 14:32-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “İmamverdi Kİ” kimi qeyd etdiyi +994-50-820- 20-80 saylı mobil nömrə ilə apardığı yazışmalar: - İmamverdi Kİ: “semral, sabaha mene sedereye danabol getire bilersen??, 1 packa” (20 oktyabr 2023-cü il tarixdə saat 14:37-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “brat Bayıla gətirə bilərəm, Sədərək biraz uzaqdı, bugün Bayıla gətirə bilərəm” (20 oktyabr 2023-cü il tarixdə saat 14:57-də səs yazısı göndərmişdir); - İmamverdi Kİ: “hə bildim, bugün yox semral bu gün yox, sabahları deyərəm Bayıla gətirərəsən, əmim səndən götürərər” (20 oktyabr 2023-cü il tarixdə saat 14:58-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs “Okey” (20 oktyabr 2023-cü il tarixdə saat 15:15-də səs yazısı göndərmişdir); - İmamverdi Kİ: “semral saban xeyir, kartini at mene, sene karta pul atacam, bayilda emimle gorusub emime verersen danabolu” (21 oktyabr 2023-cü il tarixdə saat 08:30-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388- 9794-6640” (20 oktyabr 2023-cü il tarixdə saat 09:33-də plastik bank kartının fotoşəklini göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam abi ustumdedi ne vaxt lazımdı” (20 oktyabr 2023-cü il tarixdə saat 09:33-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “X22 Aslanov” kimi qeyd etdiyi +994-55-299- 73-55 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - X22 Aslanov: “Salam brom necesen? Nomreni dostuma verdim senden volume turinabol goturmek isteyir, tanış adamdı deyə verdim” (15 noyabr 2023-cü il tarixdə saat 17:27-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs “Salam yaxşı olasan Rəşad, Tanış insandısa ver problem deyil” (15 noyabr 2023-cü il tarixdə saat 17:36-da mətn göndərmişdir); Təqsirləndirilən şəxsla +944-55-353-79-49 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388-9794-6640” (16 noyabr 2023cü il tarixdə saat 13:24-də plastik bank kartının fotoşəklini göndərmişdir); - Təqsirləndirilən şəxs: “65+65=130” (16 noyabr 2023-cü il tarixdə saat 13:24-də mətn göndərmişdir); - “+944-55-353-79-49”: “Qardaş 60 danışdıq axı?” (16 noyabr 2023-cü il tarixdə saat 13:25-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Qardaş 60-dan mən dərman vermirəme, 65-dəndi” (16 noyabr 2023-cü il tarixdə saat 13:38-də səs yazısı göndərmişdir); - “+944-55-353-79-49”: “Onda qardaşım dostumun maşını var, elə sənə yaxın qalır, bəlkə onu göndərim gəlsin elə səndən götürsün, Əhmədlidə olur o, yəni birdə taksiyə pul verməyəkdə, ordan-burdan 5 manat 10 manat yığıb şey eləmişiye biraz kasadçılıqdı” (16 noyabr 2023-cü il tarixdə saat 13.59-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Tanıdığm adam deyil qardaş, Taksi ilə gonderim, Məhsulunu götür” (16 noyabr 2023-cü il tarixdə saat 14:00-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Sen pulu vurmamısan, Onu vur zəhmət olmasa” (16 noyabr 2023-cü il tarixdə saat 14:07-də mətn göndərmişdir); - “+944-55-353-79-49”: “Ödəniş etdiyi barədə qəbz şəkili” (16 noyabr 2023-cü il saat 14:10-da mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Kİ Vegas” kimi qeyd etdiyi +994-55-699-63- 03 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Təqsirləndirilən şəxs: “Turinabol 65 azn, Danabol 50, Vinstrol 80 azn, Stanazalol tablet 55 azn, Oksandrolone 90 azn, DEKA 80 azn, Baldenon 80 azn, Tren acetate 90 azn, Masteron 75 azn, Propionate 60 azn, Enantat 65 azn, Sustanon 65 azn, Trenbolon enantat 95 azn” (08 iyun 2023-cü il tarixdə saat 20:24-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam brat necəsən? Lazım olsa xəbər elə” (08 iyun 2023-cü il tarixdə saat 20:25-də mətn göndərmişdir); - Kİ Vegas: “Salam Abi tamam, Allah bazar versin))” (08 iyun 2023-cü il tarixdə saat 20:25-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Pərviz Сада” kimi qeyd etdiyi +994-55-868- 81-81 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Pərviz Сада: “Salam qaqamm, mene biden baldenon lazimdi” (08 mart 2023-cü il tarixdə saat 17:05-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam olsun, Var 60 azn, Var 85 azn ampula” (08 mart 2023cü il tarixdə saat 17:19-da mətn göndərmişdir); - Pərviz Сада: “Sekiller atda baxim qaqa, Firmalarına” (08 mart 2023-cü il tarixdə saat 17:50-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Şekil saxlamirame qaqa, Keifel firmasıdı, Ampula 85 azn” (08 mart 2023-cü il tarixdə saat 18:04-də mətn göndərmişdir); - Pərviz Сада: “Yaxsi qardaşım, Trabol vartabletka” (08 mart 2023-cü il tarixdə saat 18:56-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Var qiy 60 azn, sun firması, Birde zhpc var 85 azn tam original” (08 mart 2023-cü il tarixdə saat 19:01-də mətn göndərmişdir); - Pərviz Сада: “Yaxsı qardaş elaqe saxlyacam senen” (08 mart 2023-cü il tarixdə saat 19:38-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL İlkin Qara” kimi qeyd etdiyi +994-55-407- 85-14” saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - KL İlkin Qara: “Salam Aleykum qardaşım, Necesen canın başın, Brat səndə volumenin turinabolu qalıbsa bu gün üçün alınsa zal tərəfdən kecende verə bilərsən pulunu kartına atım” (18 sentyabr 2023-cü il tarixdə saat 11:03-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam abi he var, Qoyaram” (18 sentyabr 2023-cü il tarixdə saat 12:44-də mətn göndərmişdir); - KL İlkin Qara: “Oldu qardaşım çox sağol” (18 sentyabr 2023-cü il tarixdə saat 13:37də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “4098-5844-9494-1386” (18 sentyabr 2023-cü il tarixdə saat 17:41-də plastik bank kartının nömrəsini atmışdır); - KL ilkin Qara: “Qardaşım axşamın xeyir, necəsən?” (17 oktyabr 2023-cü il tarixdə saat 00:38-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Sağol abi yaxşı olasan, axşamın xeyir sən necəsən?” (17 oktyabr 2023-cü il tarixdə saat 00:43-də səs yazısı göndərmişdir); - KL İlkin Qara: “Çox sağol qadan alım yaxşı olasan. Səndə 200 yedinisa samatrapin var hal-hazırda?” (17 oktyabr 2023-cü il tarixdə saat 00:47-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam qaqa bəli var 250 azn” (17 oktyabr 2023-cü il tarixdə saat 10:22-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Hacı Kamran” kimi qeyd etdiyi +994-55-297- 57-57” saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Hacı Kamran: “Qardaşım salam, Boldenon lazımdı yaxşı mal olsun nəyin var, Bidənədə bundan” (01 sentyabr 2023-cü il tarixdə saat 00:03-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam hacı salam, boldenon da var turinabol da var, baldenonun qiyməti 65, turinabolun qiyməti 65, nə vaxta lazımdı?” (01 sentyabr 2023-cü il tarixdə saat 12:30-da mətn göndərmişdir); - Hacı Kamran: “o da olar vuracam bu gün karta” (01 sentyabr 2023-cü il tarixdə saat 18:48-də mətn göndərmişdir) - Təqsirləndirilən şəxs: “4098-5844-9140-0824 Leo 130 azn” (01 sentyabr 2023-cü il tarixdə saat 18:57-də plastik bank kartının fotoşəklini göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL Limak Trener” kimi qeyd etdiyi +994-70- 555-78-05 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - KL Limak Trener: “Testeron danabol deca var brat serfeli giymet desen alaram” (27 iyun 2023-cü il tarixdə saat 17:42-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “DEKA 65, Danabol 47, testeron 60, Volume bu qiymətə inan heç kimə vermirem. Super işdiyen firmadı” (27 iyun 2023-cü il tarixdə saat 17:45-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Perviz Kliyent” kimi qeyd etdiyi +994-55- 767-00-35 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Təqsirləndirilən şəxs: “Abi İsdesen getirim emanetleri” (06 oktyabr 2023-cü il tarixdə saat 15:53-də mətn göndərmişdir); - Perviz Kliyent: “Gətir qardaş” (06 oktyabr 2023-cü il tarixdə saat 15:53-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “SEMRAL AMANOV 4169-7388- 9794-6640” (06 oktyabr 2023-cü il tarixdə saat 16:54-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “Ramid Trener” kimi qeyd etdiyi +994-50-542- 22-84 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Ramid Trener: “X11 var?” (08 oktyabr 2023-cü il tarixdə saat 13:11-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam brat beli var 80 man, Tam original mh firması” (08 oktyabr 2023-cü il tarixdə saat 13:34-də mətn göndərmişdir); - Ramid Trener: “Qardaşım shekili var atda onun” (08 oktyabr 2023-cü il tarixdə saat 16:26-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Dərmanın şəkili” (08 oktyabr 2023-cü il tarixdə saat 16.27-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “X20” kimi qeyd etdiyi +994-55-699-29-99 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - X20: “Bro salam, duse bilersen, abi Test Propionat, Turinabol, Garmon heresinnen 1 dene, neciye vereceksen mene?” (14 oktyabr 2023-cü il tarixdə saat 11:28-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Test propionate 50, Turinabol 65, Garmon 170 Azn” (14 oktyabr 2023-cü il tarixdə saat 23:35-də mətn göndərmişdir); - X20: “abi salam axshamin xeyir olsun, Test Enanthate, Turinabol, Baldenone heresinnen 1 dene” (19 oktyabr 2023-cü il tarixdə saat 21:04-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Beli var test enantate 75 premium klass enantate, Boldenon 65, Turinabol 65” (19 oktyabr 2023-cü il tarixdə saat 21:12-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “KL Orxan Kefli” kimi qeyd etdiyi +994-77- 700-09-09 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - KL Orxan Kefli: “Qaqa salam netersen?, enantat, trunbol neyin var guclu bir sey” (31 avqust 2023-cü il tarixdə saat 18:45-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Dərman şəkilləri” (31 avqust 2023-cü il tarixdə saat 18:55-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Turinabol qardaşım Volume firması 65 manatdı, güclüdü tam orginaldı, enantatda proteş firması var onun da qiyməti olacaq 75 manat” (31 avqust 2023cü il tarixdə saat 18:56-da səs yazısı göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna “X16” kimi qeyd etdiyi +994-51-967-03-23 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Təqsirləndirilən şəxs: “Turinabol 65 azn. Danabol 50, Vinstrol 80 azn, Stanazol tablet 55 azn, Oksandrolone 90 azn. DEKA 80 azn, Baldenon 80 azn, Tren acetate 90 azn, Masteron 75 azn, Propionate 60 azn, Enantat 65 azn, Sustanon 65 azn, Trenbalon enantat 95 azn” (25 may 2023-cü il tarixdə saat 17:40-da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Salam abi necesen? Mənəm Sema, Lazım olsa xəbər ele, Çox super firmadı, Tam original” (25 may 2023-cü il tarixdə saat 17:41-də mətn göndərmişdir); - X16: “Salam abi Yaxsi çox saqol, Tamam abi tesekkur” (25 may 2023-cü il tarixdə saat 17:41-də mətn göndərmişdir). Bundan başqa, həmin mobil tətbiqdə Təqsirləndirilən şəxs qanunsuz dərman vasitələrinin satışını həyata keçirməsi ilə bağlı xeyli sayda oxşar məzmunlu mesajlaşmalar aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefona baxış keçirilməsi zamanı görünür ki, telefonun ana ekranında Təqsirləndirilən şəxs təsviri mövcuddur. Telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirdikdə Təqsirləndirilən şəxs çoxlu sayda şəxslərə qanunla qadağan olunmuş və insan sağlamlığına güclü təsir göstərən tərkibə malik olduğu ehtimal edilən dərman vasitələrindən əldə etməyi təklif etdiyi, satışı qadağan olunmuş həmin dərman vasitələrinin qiymətləri önündə göstərilməklə siyahısını göndərdiyi, qeyd edilən dərman vasitələrindən almaq istəyən şəxslərə konum atıb görəşərək satdığı, əldə etdiyi pul vəsaitini özünə məxsus bank kartı hesablarına yönləndirdiyi görünür. Təqsirləndirilən şəxsla mobil telefonun “Whatsapp” adlı tətbiqində “Ferid” kimi qeyd etdiyi +994-51-969-66- 99 saylı mobil nömrə ilə apardığı yazışmalar: - Təqsirləndirilən şəxs: “Biotech, Hexa 15, Frag 100, Çjc-ghrp6 mix 65, İgf 80, Follis 45, Mgf 45, Fox 40, Ghrp2 80, Somatrope 500, Pharmacom, Sustanon 150, Propionate 200, Testo enant 25, Boldenome 20, Tren enanthate 30, Tren acetate 40” (23 iyul 2023-cü il tarixdə saat 23:29-da mətn göndərmişdir) Təqsirləndirilən şəxsla mobil telefonuna adını qeyd etmədiyi +994-55-511-79-70 saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - “+994-55-511-79-70”: “Qardaş bağışla narahat eləyirəm bu vaxtı səni, bu 2 paşka qarmonu götürmək istəyirəm mən, bu malın keyfiyyəti nətərdi qardaş, işləyən maldı, nətərdi qardaş?” (24 may 2023-cü il tarixdə saat 00:43-də səs yazısı göndərmişdir) - Təqsirləndirilən şəxs: “Salam qardaş axşamın xeyir, məhsullar üçü də keyfiyyətlidi, üçü də originaldı, yoxlanılıb hamsıda” (24 may 2023-cü il tarixdə saat 00:44-də səs yazısı göndərmişdir); - “+994-55-511-79-70”: “Tamam oldu qardaş” (24 may 2023-cü il tarixdə saat 00:46da mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Qardaş problem deyil taksi ilə göndərərəm mən onu, özüm çox görüşmürəm heç kimnən” (24 may 2023-cü il tarixdə saat 00:47-də səs yazısı göndərmişdir); - “+994-55-511-79-70”: “Oldu qardaş, Tamam, Sabah siz zg edecem” (24 may 2023cü il tarixdə saat 00:48-də səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “Oldu” (24 may 2023-cü il tarixdə saat 00:48-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “4169-7388-1255-3687” Kapital (24 may 2023-cü il tarixdə saat 12:38-də plastik bank kartının fotoşəklini göndərmişdir); - “+994-55-511-79-70”: “Konum” (24 may 2023-cü il tarixdə saat 12:33-də olduğu yer göndərilmişdir); - “+994-55-511-79-70”: “Gonderdim qardaş” (24 may 2023-cü il tarixdə saat 13:37-də ödəniş qəbzinin fotoşəklini göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonun “Whatsapp” adlı tətbiqində “Polad Nova” kimi qeyd etdiyi +994-55- ***-**-** saylı mobil nömrə ilə apardığı bəzi yazışmalar: - Polad Nova: “efedrin var?” (31 mart 2023-cü il tarixdə saat 21:13-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Var” (31 mart 2023-cü il tarixdə saat 21:34-də mətn göndərmişdir); - Polad Nova: “qiymetini denende” (31 mart 2023-cü il tarixdə saat 21:34-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “100” (31 mart 2023-cü il tarixdə saat 21:35-də mətn göndərmişdir); - Polad Nova: “zordu amma bahadı” (31 mart 2023-cü il tarixdə saat 21:35-də mətn göndərmişdir); - Təqsirləndirilən şəxs: “Nova nı airaportda tutanda maksimum dala qaytara bilirsən, bunu isə tutanda qardaşım birbaşa Kürdaxanıya gedirsən” (31 mart 2023-cü il tarixdə saat 21:36-da səs yazısı göndərmişdir); - Təqsirləndirilən şəxs: “he bildim” (31 mart 2023-cü il tarixdə saat 21:43-də mətn göndərmişdir); Təqsirləndirilən şəxsla mobil telefonuna adını qeyd etmədiyi +994-50-310-13-22 saylı mobil nömrə ilə apardığı yazışmalar: - Təqsirləndirilən şəxs: “Metan 45, Turinabol 60, Oksandralon 65, Tren acetate 60, Baldenon 60+60, Oksimetalone 60” (17 aprel 2023-cü il tarixdə saat 20:51-də mətn göndərmişdir); Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “elvin.asadoff’ kimi qeyd edilən istifadəçi ilə apardığı bəzi yazışmalar: - elvin.asadoff: “Salam kera, Necesen, Kera mene 1 propionat, 1 masteron, 1 turinabol, Bu gün getir nece olur saat olsun axsam da olsa getir brat”; - Təqsirləndirilən şəxs: “Məzmunu açılmayan 24 saniyəlik səs yazısı”; Telefonun təsvirlər bölməsinə baxışı davam etdirdikdə görünür ki, telefonun yaddaşında xeyli sayda müxtəlif adda və tərkibdə güclü təsir edən tərkibə malik olduğu ehtimal edən dərman vasitələrinin şəkilləri mövcuddur. Telefonun “Facebook” tətbiqinin “Messenger” bölməsində Təqsirləndirilən şəxs “Rustam” adlı istifadəçi ilə apardığı yazışmalar: - Rustam: “Semral necesen gagas”; - Təqsirləndirilən şəxs: “Salam Sukur yaxsi olasiz siz necesiz?”; - Rustam: “Yaxsiyam sagol, garmon var yaxshisinan?”; - Təqsirləndirilən şəxs: “Beli var” dərman vasitəsinin şəkili; - Təqsirləndirilən şəxs: “Phizer firması 36 yedinitca 190 azn”; - Təqsirləndirilən şəxs: “İkinci qarmon isə cinnotropindi. 1 rucka 30 yedinitca qiymeti 70 azn, 4 rucka bes eder size”; - Təqsirləndirilən şəxs: “Lazim olsa zeng eliyersiz. ***-***-**-**”; - Rustam: “Ne ya ponalda vuracam normalni, Prosto istirem yaxshisinan olsun, 2 qutu onda mene sabaha hazırlada”; - Təqsirləndirilən şəxs: “Xorosho ti znayesh moi qarmoni rabociye. Zavtra kuda prinesti?”; Rustam: “Zavtra shehere getirde, Pozvonis komne”; Telefonun “Facebook” tətbiqinin “Messenger” bölməsində Təqsirləndirilən şəxs “Ferid” adlı istifadəçi ilə apardığı yazışmalar: - Təqsirləndirilən şəxs: “********** nomremdi”; - Ferid: “Yaxsı qardaş ne lazim olsa yazacam”; - Ferid: “Salam aleykum qardaş necesen?, turnabol stanazol tablet varindi?”; - Təqsirləndirilən şəxs: “Aleykuma salam qardaş beli var, Turinabol Vector firması 75 azn, 100 tab 10 mg, Stanazol Vector firması 67 manat 100 tab 10 mg, Stanazol balkan firması 70 azn 100 tab 10 mg” məzmununda yazışmalar mövcud olmuşdur. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə, yəni istehlakçılarla güclü təsir edən maddələrin satışı ilə bağlı fərqli vaxtlarda əvvəlcədən razılıq əldə etmiş, bunu təsdiq edən çoxsaylı yazışmalar mövcuddur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs fərqli növlərdə güclü təsir edən maddələr istənilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin qiymətləri barədə qarşı tərəfi məlumatlandırmış və satmışdır. Mesaj mətnlərindən də aşkar edilir ki, satılan dərman vasitələri müxtəlif növlərdədir, güclü təsir edən maddələrin növləri bir-birindən fərqlənir. Bütün bunlar təqsirləndirilən şəxsin üzərindən və evindən aşkarlanmış güclü təsir edən maddələri satmaq niyyətində olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokollarla götürülmüş maddi sübutlara cinayət prosesinin iştirakçıları ilə birgə baxış keçirilən zaman güclü təsir edən maddələr olan dərman vasitələrinin qablaşdırmasında həmin maddələrin adının qeyd edildiyini müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirlə1ndirilən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını, səmimi peşmanlığını, səhhətini və ailə şəraitini cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1619/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 49; 51-61; 96-102) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli, 7912 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra 195 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA” adlı, 3 ədəd flakondan ibarət olan “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Pharma Tren E200...Trenbolone Enanthate injection 200 mg/ml” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10mL.PRO-Tech” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10ml PRO- TECH” adlı, 1 ədəd flakondan ibarət olan “PRO..MAST100...Drostanolone Propionate 100mg/ml...10ml...PRO-TECH” adlı, 5 ədəd flakondan ibarət olan “Equipoise 300...Boldenone...Undecylenate 300mg/1ml...10 ml...AndroChem” adlı, 3 ədəd flakondan ibarət olan “Masteron 100...Drostanolone Propionate 100mg/ml...10 ml...AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10mg...90 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı, 90 ədəd tabletdən ibarət olan “Turinabol...4- Chlorodehydromethyltestosterone 10mg...100 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Methandienone..Methandienone 20mg...60 tablets SUN PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Halotestin...Fluoxymesteron 10mg...VOLUME PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Turinabol...Chlorodehydromethyltestosteron 10 mg...100 tablets VOLUME PHARMA” adlı, 4 ədəd flakondan ibarət olan “BOLDE...250...Boldenone...Undecylenate...250mg/ml.,.2ml...Enova Pharma” adlı, 19 ədəd flakondan ibarət olan “Deca...25O...Nandrolone...Decanoate...250mg/ml...Enova Pharma” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakonda “Equilibrio...Boldenone Undecylenate 1ml/200 mg...10 ml...Elixier” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakonda “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10 ml...Elixier” adlı, 90 ədəd tabletdən ibarət olan “Turinabol...4-Chlorodehydromethyltestosterone 10 mg...100 tablets AndroChem...” adlı dərman vasitələri, habelə maddi sübut kimi tanınmadan həmin Baş İdarədə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,5 ədəd flakondan ibarət olan “Pro...TEST..250...Testosterone Enanthate 100 mg/ml...PRO-TECH” adlı, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan “PROPİONATE 100...Testosterone...Propionate 100mg/1ml...10ml...VOLMUE P” adlı, 6 ədəd flakondan ibarət olan “Propioject 100...Testosterone...Propionate 100mg/1ml...10ml...AndroChem” adlı, 2 ədəd flakondan ibarət olan “Testojet 250...Testosterone...Enanthate 250mg/1ml...10ml...AndroChem” adlı, 64 ədəd tabletdən ibarət olan “ClenbuteroL.HCl 50 mg...100 tablets VOLUME PHARMA” adlı, 9 ədəd flakondan ibarət olan “TEST..100 Testosterone Propionate...100 mg/ml..2ml...Enova Pharma” adlı, 9 ədəd flakondan ibarət olan “TEST...MİX..X2 X5 X3 300 mg/ml...2ml..Enova Pharma” adlı, 01 ədəd şüşə flakondan ibarət olan “Drostanolone Propionate 10 ml/100mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan ‘Testosterone Propionate 10ml/1000mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan Testosterone Enanthate 10 ml/2500mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone Acetate 10ml/1000mg..Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone A...125 mg/ml...11 ml...OXYGEN LABS” adlı, 01 ədəd boş şüşə flakondan ibarət olan “EQUlLlBRO...Boldenone Undecylenate 1 ml/200mg...10ml...Elixier” adlı, 01 ədəd istifadə olunmamış şüşə flakondan ibarət olan “DELATESTRYL Testosterone Enanthate 1ml/250 mg...10mL.Elixier” adlı, 01 ədəd boş şüşə flakondan ibarət olan “DELATESTRYL...Testosterone Enanthate 1 ml/250mg...10 mL.Elixier” adlı, 01 ədəd qutuda 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “NEOFİN...3,4 mg/1ml...Human growth hormone...2x5ml vials” adlı, 18 ədəd şprisdən ibarət olan “CinnaTropin...Somatropin...10mg/1,5ml...CinnaGen” adlı, 9 ədəd flakondan ibarət olan “Oxydine...Lyophilized peptide...OX” adlı, 31 ədəd flakondan ibarət olan “Genotropin Somatropin...12mg...Pfizer” adlı, 10 ədəd şüşə flakondan ibarət olan “Follistatin-344...1 mg...Follistatin BİOTECH PEPTİDES” adlı dərman vasitələri, 04 ədəd istifadə olunmamış və 02 ədəd istifadə olunmuş boş 2 ml-lik şprislər, 02 ədəd şpris iynəsi məhv edilməli, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollara əlavə edilmiş 03 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd, "xxxx" ASC-dən daxil olmuş 02 ədəd, ümumilikdə 07 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd “Xiaomi” markalı olmaqla, 02 ədəd mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 24 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmaqla, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra 195 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10 mg...100...tablets MHPHARMA” adlı, 3 ədəd flakondan ibarət olan “Tren acetate...Trenbolone acetate...injection 10 mg/ml MPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Masteron...Drostanolone Propionate...injection 10mg/ml MHPHARMA” adlı, 2 ədəd flakondan ibarət olan “Pharma Tren E200...Trenbolone Enanthate injection 200 mg/ml” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO NPP 100...Nandrolone...Phenylpropionate 100mg/ml...10mL.PRO-Tech” adlı, 0,5 ədəd flakondan ibarət olan “PRO BOLD 250...Boldenone...Undecylenat 200mg/ml...10ml PRO-TECH” adlı, 1 ədəd flakondan ibarət olan “PRO..MAST100...Drostanolone Propionate 100mg/ml...10ml...PRO-TECH” adlı, 5 ədəd flakondan ibarət olan “Equipoise 300...Boldenone...Undecylenate 300mg/1ml...10 ml...AndroChem” adlı, 3 ədəd flakondan ibarət olan “Masteron 100...Drostanolone Propionate 100mg/ml...10 ml...AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Anavar...Oxandrolone...10mg...90 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Stanobol...Stanozolol...20 mg...60 tablets AndroChem” adlı, 90 ədəd tabletdən ibarət olan “Turinabol...4- Chlorodehydromethyltestosterone 10mg...100 tablets AndroChem” adlı, 170 ədəd tabletdən ibarət olan “Methandienone..Methandienone 20mg...60 tablets SUN PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Halotestin...Fluoxymesteron 10mg...VOLUME PHARMA” adlı, 89 ədəd tabletdən ibarət olan “Turinabol...Chlorodehydromethyltestosteron 10 mg...100 tablets VOLUME PHARMA” adlı, 4 ədəd flakondan ibarət olan “BOLDE...250...Boldenone...Undecylenate...250mg/ml.,.2ml...Enova Pharma” adlı, 19 ədəd flakondan ibarət olan “Deca...25O...Nandrolone...Decanoate...250mg/ml...Enova Pharma” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakonda “Equilibrio...Boldenone Undecylenate 1ml/200 mg...10 ml...Elixier” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakonda “LARGOTREN...Trenbolone Enanthate 200mg/ml...10 ml...Elixier” adlı, 90 ədəd tabletdən ibarət olan “Turinabol...4-Chlorodehydromethyltestosterone 10 mg...100 tablets AndroChem...” adlı dərman vasitələri, habelə maddi sübut kimi tanınmadan həmin Baş İdarədə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,5 ədəd flakondan ibarət olan “Pro...TEST..250...Testosterone Enanthate 100 mg/ml...PRO-TECH” adlı, 1 ədəd qutuda 1 ədəd flakondan ibarət olan “PROPİONATE 100...Testosterone...Propionate 100mg/1ml...10ml...VOLMUE P” adlı, 6 ədəd flakondan ibarət olan “Propioject 100...Testosterone...Propionate 100mg/1ml...10ml...AndroChem” adlı, 2 ədəd flakondan ibarət olan “Testojet 250...Testosterone...Enanthate 250mg/1ml...10ml...AndroChem” adlı, 64 ədəd tabletdən ibarət olan “ClenbuteroL.HCl 50 mg...100 tablets VOLUME PHARMA” adlı, 9 ədəd flakondan ibarət olan “TEST..100 Testosterone Propionate...100 mg/ml..2ml...Enova Pharma” adlı, 9 ədəd flakondan ibarət olan “TEST...MİX..X2 X5 X3 300 mg/ml...2ml..Enova Pharma” adlı, 01 ədəd şüşə flakondan ibarət olan “Drostanolone Propionate 10 ml/100mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan ‘Testosterone Propionate 10ml/1000mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan Testosterone Enanthate 10 ml/2500mg...Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone Acetate 10ml/1000mg..Genesis” adlı, 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “Trenbolone A...125 mg/ml...11 ml...OXYGEN LABS” adlı, 01 ədəd boş şüşə flakondan ibarət olan “EQUlLlBRO...Boldenone Undecylenate 1 ml/200mg...10ml...Elixier” adlı, 01 ədəd istifadə olunmamış şüşə flakondan ibarət olan “DELATESTRYL Testosterone Enanthate 1ml/250 mg...10mL.Elixier” adlı, 01 ədəd boş şüşə flakondan ibarət olan “DELATESTRYL...Testosterone Enanthate 1 ml/250mg...10 mL.Elixier” adlı, 01 ədəd qutuda 01 ədəd istifadə olunmuş şüşə flakondan ibarət olan “NEOFİN...3,4 mg/1ml...Human growth hormone...2x5ml vials” adlı, 18 ədəd şprisdən ibarət olan “CinnaTropin...Somatropin...10mg/1,5ml...CinnaGen” adlı, 9 ədəd flakondan ibarət olan “Oxydine...Lyophilized peptide...OX” adlı, 31 ədəd flakondan ibarət olan “Genotropin Somatropin...12mg...Pfizer” adlı, 10 ədəd şüşə flakondan ibarət olan “Follistatin-344...1 mg...Follistatin BİOTECH PEPTİDES” adlı dərman vasitələri, 04 ədəd istifadə olunmamış və 02 ədəd istifadə olunmuş boş 2 ml-lik şprislər, 02 ədəd şpris iynəsi məhv edilsin. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollara əlavə edilmiş 03 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd, "xxxx" ASC-dən daxil olmuş 02 ədəd, ümumilikdə 07 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd “Xiaomi” markalı olmaqla, 02 ədəd mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1517/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1517/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver