Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1518/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X2, Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 27- də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyiynn Penitesiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1985-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatla olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni məhəllə, nömrəsiz fərdi tikilidə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyiynn Penitesiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1. 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 13 aprel 2021-ci il tarixdə saat 01:30 radələrində “Dominos Pizza” restoranlar şəbəkəsindən 17 manat 40 qəpik dəyərində pizza sifariş edib ünvan 1 ünvanın qarşısına çatdırılmasını və 100 manat məbləğində nağd pulun xırdalanması üçün də kuryer vasitəsi ilə xırda məbləğlərdə pul əskinaslarının gətirilməsini xahiş edib, həmin gecə saat 01:40 radələrində qeyd edilən ünvana kuryer Zərərçəkmiş şəxs sifariş olunan pizzanı gətirdikdə əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı istifadə edib həmin bıçağı Zərərçəkmiş şəxs qarın nahiyyəsinə dirəyib qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəkləri hədəsi ilə bağlı basqın edərək ondan üzərində olan pulun onlara verilməsini tələb etməklə qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynində olan şalvara bağlanmış çantadan ona məxsus içərisində 500 (beş yüz) manat nağd pul, hər birinin dəyəri 15 manat olan 2 ədəd “Kapital Bank”, 1 ədəd “Express Bank”, 1 ədəd “Ziraat Bank”, 1 ədəd “VTB Bank”a məxsus kartları, 2 manat dəyərində metro kartı olan 100 manat dəyərində pul qabını ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 677 (altı yüz yetmiş yeddi) manat miqdarında maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 başqa mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi- 0,519 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış və 25 noyabr 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3anda yerləşən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli cins şalvarının cibindən bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi, 0,519 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 13 aprel 2021-ci il tarixdə saat 01:30 radələrində bu məqsədlə də Təqsirləndirilən şəxs1 "Dominos Pizza” restoranlar şəbəkəsindən 17 manat 40 qəpik dəyərində pizza sifariş edib ünvan 1 ünvanın qarşısına çatdırılmasını və 100 manat məbləğində nağd pulun xırdalanması üçün də kuryer vasitəsi ilə kiçik məbləğlərdə pul əskinaslarının gətirilməsini xahiş etmiş, həmin gecə saat 01:40 radələrində qeyd edilən ünvana kuryer Zərərçəkmiş şəxs Ehlibar oğlu sifariş olunan pizzanı gətirdikdə əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs qarın nahiyyəsinə dirəyib qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəkləri hədəsi ilə bağlı basqın edərək üzərində olan pulun onlara verilməsini tələb etmiş, Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs əynində olan şalvara bağlanmış çantadan ona məxsus içərisində 500 (beş yüz) manat nağd pul, hər birinin dəyəri 15 manat olan 2 ədəd "'Kapital Bank", 1 ədəd "Express Bank", 1 ədəd “Ziraat Bank”, 1 ədəd “VTB Bank”a məxsus kartları, 2 manat dəyərində metro kartı olan 100 manat dəyərində pul qabını ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 677 (altı yüz yetmiş yeddi) manat miqdarında maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda nəzərədə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci il ərzində “Dominos Pizza” restoranlar şəbəkəsində sürücü işləmişdir. Sürücünün üzərində həmişə hesabla bağlı xırda pulların olması barədə məlumatı var idi. O, Təqsirləndirilən şəxs2la hadisədən az qabaq Balaxanı qəsəbəsində tanış olmuşdur və onunla birlikdə narkotikdən istifadə etmişlər. 13 aprel 2021 -ci il tarixdə gündəlik xərcləri üçün pula ehtiyacları yaranmışdı. O, Elşada “Dominos Pizza”nın sürücüsünü kənar bir yerə çağırmaqla Elşadın üzərində olan bıçaqla ona hədəqorxu gəlib onun üzərində olan pulu ələ keçirməyi təklif etmişdir. O, ələ keçirəcəkləri məbləğin ən azı 60-70 manat olmasını bilmişdr. Bu məqsədlə özü də əvvəllər Nizami rayonu ərazisində ən sakit yerin “Madonna" şadlıq sarayının yaxınlığı olmasını nəzərə alıb pizzanı ora sifariş verməyi planlaşdırmışdır. Buna görə də orada o, Elşada məxsus ***-***- **-** saylı mobil nömrədən “Dominos Pizza” restoranının *6600 saylı nömrəsinə zəng edib 17 manat 40 qəpik dəyərində pizza sifarş edib xırda pullları olmadığı üçün yüz manata xırda gətirilməsini xahiş etmişdir. Bundan az sonra həmin ünvana sürücü çatdıqda o, məktəblər yerləşən Ə.Vəliyev küçəsi istiqamətindən “Madonna” şadlıq sarayının qarşısına tərəf döndü. Onlar da orada yerləşən “Anbarım” adlı obyektin qarşısında dayanmışlar. O, “Dominos Pizza” restoranlar şəbəkəsinə məxsus 055- ***-**-** saylı mobil nömrədən Elşada məxsus, həmin vaxt onda sifarişlə bağlı olan ***-***-**-** saylı mobil nömrəyə zəng gələrək olduqları yeri dəqiqləşdirilmiş, onlar dedikləri yerə yaxınlaşdıqda saat 01:30 radələrində sürücü telefonla onunla danışdığını görmüşdür. Onu gördükdən sonra telefonu söndürmüş və ona tərəf motosikli idarə etmişdir. Sürücü sifarişi gətirdiyini qeyd etmişdir. Həmin vaxt Elşad da orada idi. Sifariş edən şəxs Elşad olduğundan sürücü söhbəti onunla davam etdirdi. O da sifariş edərkən 100 manat pula xırda gətirilməsini xahiş etdiyindən həmin şəxsdən, yüz manata xırda gətirmisən, deyib sual etdikdə həmin şəxs, gətirmişəm, dedi. Elşad həmin zaman yüz manatı niyə xırdalayırıq, gedim maşından xırda gətirim, deyib, guya onların maşın saxladıqları tərəfə, yəni pizzanı gətirən şəxsin gəldiyi istiqamətə, təxminən 50 metr aralıya getdi ki, kiminsə gəlib-gəlmədiyini dəqiqləşdirsin. Həmin vaxt pizzanıgətirən şəxs siqareti çəkməyə başlamış və ona da siqaretdən təklif etmişdir. O da siqaretdən birini götürüb çəkməyə başlamışdır. Siqaret çəkərkən o, həmin şəxsdən yüz manata xırdanı verməyini bildirdikdə həmin şəxs ona reaksiya verməmiş və siqaret çəkməyə davam etmişdir. Təxminən bir dəqiqə sonra Elşad geri qayıtmış və yüz manatdan çıx, demişdir. Sürücü ona tərəf baxıb yüz manatı çıxarmaqlarını görmək istədikdə onun əlində pul olmadığını görmüşdür. Bu vaxt Elşad sağ tərəfdən həmin şəxsə yaxınlaşmış əlində olan açılıb-bağlanan bıçağı sürücünün qarın nahiyyəsinin sağ tərəfinə doğru tutmuş və həmin şəxsə nəyin var, doğ, demişdir. O, isə həmin şəxsi qorxutmaq üçün, nəyi gözləyirsən, sox, demişdir. Həmin şəxs Elşada bıçağı aşağı salmasını və normal söhbət etmələrini xahiş etmişdir. Elşad dedi ki, demirəm, nəyin var doğ. Həmin şəxs də üzərində olan şalvarına bağlanan çantanın içərisində olan pul qabını, özünə məxsus “İphone 11” markalı və “Samsung” markalı mobil telefonu çıxararaq Elşada verdi. Pul qabını və telefonları götürdükdən sonra Elşad həmin şəxsdən bir qədər aralandıqda həmin şəxs qaçıb bir qədər aralıda dayandı. Onlar isə motosiklin yanında dayanıb siqaret çəkirmişlər. Sürücü isə aralıdan telefonlarda ailə şəkillərinin olduğunu bildirib heç olmasa telefonları qaytarmaqlarını xahiş etdi. Onlar da ona telefonları yerə qoyduqlarını deyib oradan aralanıb yolun kənarında dayanmış taksi ilə Balaxanı qəsəbəsinə getmişlər. Yolda Elşad pul qabının içinə baxıb orada olan puldan 235 (iki yüz otuz beş) manat ona vermişdir. Pul qabı və onda olan pulların digər hissəsi Elşadda qalmışdır. Pul qabının içində başqa nə olması barədə onun məlumatı olmamışdır. Başqa əlavəsi yoxdur. Törətdiyi əməldən peşimandır. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2008-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum edilmişdir. 2018-ci il ərzində “Dominos Pizza” restoranlar şəbəkəsində sürücü işləmiş məhkəmədə ona təqsirləndirilən şəxs qismndə təqdim olunmuş X7 ilə hadisədən az əvvəl Balaxanı qəsəbəsində tanış olmuşdur. Onlar tanışlıqları müddətində birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 13 aprel 2021-ci il tarixdə pula ehtiyac yarandı. Əli “Dominos Pizza”nın sürücüsünü kənar bir yerə çağırıb onun üzərində olan bıçaqla hədəqorxu gəlib həmin şəxsin üzərində olan pul vəsaitini ələ keçirməyi təklif etdi. Əli ələ keçirəcəkləri məbləğin ən azı 60-70 manat olacağını da dedi. Əli də əvvəllər Nizami rayonu ərazisində işləmişdi. Həmin ərazini də yaxşı tanıyırdı. Buna görə də o, sifarişi “Madonna” şadlıq sarayının yaxınlığına verib, hadisəni də orada törətməyi təklif etdi və həmin yerdə də dayanıb ona məxsus ***-***-**-** saylı mobil “Dominos Pizza” restoranının *6600 saylı nömrəsinə nömrədən zəng vuraraq 17 manat 40 qəpik dəyərində pizza sifariş edib 100 manata xırda da gətirməsini xahiş etdi. Bundan bir qədər sonra həmin ünvana sürücü çatdıqda onlar da məktəblər yerləşən Ə.Vəliyev küçəsi istiqamətindən “Madonna” şadlıq sarayının qarşısına tərəf dönmüş və onlar orada yerləşən “Anbarım” adlı obyektin qarşısında dayanmışlar. Sürücü də onları görüb onlara yaxınlaşmışdır. Sürücüdən yüz manata xırda gətirib-gətirmədiyini soruşduqda, həmin şəxs də gətirdiyiyni dedi. O da kiminsə gəlib-gəlmədiyini dəqiqləşdirmək üçün Əliyə yüz manatı niyə xırdalayırıq, gedim maşından xırda gətirim, deyib guya onların maşın saxladıqları tərəfə, yəni pizzanı gətirən şəxsin gəldiyi istiqamətə, təxminən əlli metr gedib heç kimin olmadığını öyrənib təxminən bir dəqiqə sonra geri qayıdıb Əliyə yüz manatdan çıx demişdir. Sürücü də Əlinin yüz manatı çıxarmağını gözləyib Əlinin əlində pul olmadığını gördü. O da sağ tərəfdən sürücüyə yaxınlaşıb əlindəki bıçağı onun qarınına diriyib ona nəyin var, doğ demişdir. Əli də həmin şəxsi qorxutmaq üçün, nəyi gözləyirsən, sox, dedi. Həmin şəxs də ona bıçağı aşağı salmağı və normal söhbət etməyi xahiş etdi. O da təkrarən demirəm, nəyin var doğ demişdir. O da belinə bağlanan çantanın içərisində olan pul qabını, özünə məxsus “İphone 11” markalı və “Samsung” markalı mobil telefonu çıxarıb verdi. O, pul qabını və telefonları götürdükdən sonra həmin şəxsdən bir qədər aralanmışdır. Həmin şəxs də onlardan aralanıb kənara qaçmışdır. Onla isə motosiklin ətrafında dayanıb siqaret çəkmişlər. Sürücü isə bir qədər aralıda dayanaraq telefonlarda ailə şəkillərinin olduğunu bildirib heç olmasa telefonları qaytarmağı xahiş etmişdir. Əli də telefonları yerə qoyaq demişdir. O da telefonları yerə qoymuşdur. Onlar oradan uzaqlaşıb taksiyə minib Balaxanı qəsəbəsinə getmişlər. Yolda o, pul qabının içinə baxmış və orada olan puldan 235 (iki yüz otuz beş) manat pulu Əliyə vermişdir. Pul qabı və onda olan pulların digər hissəsi, yəni 235 manat pul onda qalmışdır. Taksidən düşdükdə də yol haqqı kimi 10 manat pulu o, taksi sürücüsünə vermişdir. Pul qabının içində puldan başqa bank kartları, metro kartı, şəxsiyyət və sürücülük vəsiqələri, etibarnamə və mənzil açarı var idi. O, pul qabım içindəkilərləri sonradan hara qoyduğuun xatırlamır. Ələ keçirdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. 25 noyabr 2020-ci İl tarixdə təxminən saat 04:00 radələrində o, ünvan 5 ünvanının yaxınlığından keçib gedərəkən polis əməkdaşları tərfinədən tutulub Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirmişdir. Orada video çəkiliş aparmaqla onun üzərinə şəxsi axtarış keçiriləcyiyni bildirmişlər. O da əynindəki şalvarın cibindən sellofan və siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim edib özünün qəbul etməsi üçün 24 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Nərimanov rayonu “Gənclik” metrostansiyasının yaxınlığında tanımadığı, özünü Ramin kimi təqdim edən şəxsdən 22 manata aldığını bildirmişdir. Onun təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürləndi, bu barədə protokol tərtib olundu, iştirakçılar tərəfindəndə imzalandı. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, 2016-cı il tarixdə 12 nömrəli Bakı Peşə Liseyin bitirmişdir. Müxtəlif restoranlarda aşbaz işləmişdir. 18 fevral 2021-ci il tarixdən “Dominos Pizza” restoranlar şəbəkəsinin Qarayev filialında sürücü kimi işləmişdir. O, restorana məxsus motosikl ilə ünvanlara sifarişləri çatdıraraq aylıq 600 manat məvacib alır. Hadisədn qabaq saat 21:00-dən 05:00 dək sifarişlərin çatdırılması ilə məşğuil olmuşdur. 13 aprel 2021-ci il tarixdə restoranın sifariş qəbul olunan telefonuna zəng gələrək “Madonna” şadlıq sarayının yaxınlığına 17 manat 40 qəpik dəyərində sifariş edilmişdi. Həmin sifariş restoran tərəfindən qəbul olunub hazırlandıqdan sonra o, sifariş edilən yeməyi götürərək qeyd etdiyi ünvana motosikl ilə getmişdir. Həmin ünvana çatdıqda məktəblər yerləşən Ə.Vəliyev küçəsi istiqamətindən “Madonna” şadlıq sarayının qarşısına tərəf dönmüş və orada yerləşən “Anbarım” adlı obyektin qarşısında iki nəfər şəxsin olduğunu görmüşdür. O, yolda olarkən həmin şəxslərdən birinə, sonradan hadisə yerində gördüyü kiçik boylu, üzü saqqallı şəxsə zəng vurub olduqları yeri dəqiqləşdirmişdir. O, ora yaxınlaşdıqda saat 01:30 dəqiqə olardı. Ora çatanda onunla telefonla danışan şəxsin həmin kiçik boylu şəxs olduğunu görmüşdür. Həmin şəxsi gördükdən sonra telefonu söndürmüş və həmin şəxsə tərəfə gedib sifarişi gətirdiyini demişdir. Onun yanında bir qədər hündür boylu, arıq bədən quruluşlu, üzü bir qədər saqqallı şəxs də var idi. Sifarişi edən şəxs kiçik boylu olan şəxs olduğundan o, söhbəti həmin şəxslə davam etdirmiş və həmin şəxs sifariş edərkən yüz manat pula xırda gətirilməsini xahiş etdiyindən ondan yüz manata xırda gətirmisən deyə sual etdi. O da gətirmişəm demişdir. Onun yanındakı digər şəxs yüz manatı niyə xırdalayırıq, gedim maşından xırda gətirim deyib getdi. O da siqaret çəkib birini də yanında duran şəxsə vermişdr. Siqaret çəkərkən həmin şəxs ondan yüz manata xırdanı ver demişdir. O, həmin şəxsə reaksiya verməmiş və siqaret çəkməyə davam etmişdir. Təxminən bir dəqiqə sonra onlardan aralanan şəxs geri qayıtdı və yüz manatdan çıx dedi. O da siqaret çəkən şəxsə tərəf baxıb yüz manatı çıxarmağını gözlədikdə onun əlində pul olmadığını görmüşdür. Pulu verməli şəxs guya Əli idi. O, Əliyə baxmaqda davam edərəkən digər yanında olan hündür boylu şəxs sağ tərəfdən ona yaxınlaşıb onun qarınına bıçaq dirəyib nəyin var, doğ dedi. Həmin şəxs məhkəmədə təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 idi, nəyi gözləyirsən, sox dedi. O da Elşada bıçağı aşağı salmasını və normal söhbət etməyi xahiş etmişdir. Elşad isə demirəm, nəyin var doğ dedi. O da qorxub belinə bağlanan çantanın içərisində olan pul qabını, özünə məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2000 manat dəyərində “İphone 11” markalı və restorana məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində “Samsung” markalı mobil telefonu ona vermişdir. Pul qabının dəyəri yüz manat idi. Pul qabının içində də hər birinin dəyəri 15 manat olan 2 ədəd “Kapital”, 1 ədəd “Express”, 1 ədəd “Ziraat”, 1 ədəd “VTB” banka məxsus kartlar, 2 manat dəyərində metro kartı, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, yaşadığı ünvanın açarı, motosiklə məxsus etibarnamə və müxtəlif əskinaslarla olan ümumilikdə 500 manat nağd pul vəsaiti olmuşdur. Həmin nömrələrin hesabında pul olmamışdır. Həmin şəxslər ondan pul qabını və telefonları götürdükdən sonra Əlinin və Elşada sox, nə dayanmısan, demirəm sox deməsindən qorxub, onların istədikləri özünə məxsus əşyaları həmin şəxslərə verməyinə baxmayaraq ona bıçaqla xəsarət yetirəcəklərini görüb sol tərəfində olan kiçik boylu şəxsi itələyərək gəldiyi istiqamətə qaçmışdır. O, bir qədər oradan aralandıqdan sonra dayanıb həmin yerə baxdıqda həmin iki nəfər şəxs motosiklin ətrafında dayanıb, siqaret çəkdiyini görmüşdür. Həmin yerdən onlara yüksək səslə heç olmasa mənə məxsus telefonu qaytarın demişdir. Həmin şəxslər isə adi yerişlə “Madonna” şadlıq sarayı istiqamətində gedərək, hadisə yerindən təxminən 50 metr aralıda telefonları yolun kənarına qoyub elə həmin yerişlə də hadisə yerindən uzaqlaşdılar. O da telefonlar olan yerə gedib yolun kənarından telefonları götürüb özünə məxsus nömrədən “DİN-nin 102 xidməti”nə baş verənlər barədə saat 01:40 radələrində məlumat vermişdir. Sonradan həmin yerə polis əməkdaşları yaxınlaşdılar. Ona dəymiş zərərin dörd yüz manatı ödənilib, zərərin qalan hissəsi ödənilməmişdir. Həmin məbləğin onlardan tutulub ona ödənlməsini xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, o, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 25 noyabr 2020-ci il tarixdə təxminən saat 04 : 00 radələrində post yoldaşı Şahid2 ilə xidmət aparan zaman ünvan 7 ünvanının yaxınlığında olarkən məhkəmədə ona Təqsirləndirilən şəxs2 onları görüb onun özünü şübhəli apardığına görə ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin onun sənədi üzərində olmadığına görə onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada video çəkilişlə Elşadın üzərinə şəxsi axtarış keçirilməsi qərara alındı. Axtarış keçirilməmişdən qabaq ona üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa, təqdim etmək təklifi olundu. Təqsirləndirilən şəxs2 da əynindəki cins şalvarın cibindən sellofan və siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib gümüşü rəngli kağızı bükülmüş maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni 24 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu “Gənclik” metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı Ramin kimi tanıdığı şəxsdən özü istifadə etmək üçün 22 manata alaraq üzərində saxladığını dedi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə qablaşdırılıb götürüldü və bu barədə protokol tərtib olundu, iştirakçılar tərəfindən də imzalandı. Axtarışın aparılmasını və narkotikin götürülməsinə dair qeyd və etiraz daxil edilmədi. Şahid Muxtarov X6 RPİ-nin PPXB-nin polis nəfəri vəzifsində xidmət etdiyini göstərib şahd Şahid1 ifadəsində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinn materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 ilə və Təqsirləndirilən şəxs2 ilə keçirilən üzləşdimələr zamanı o, ifadələrində göstərdiyi halları, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs2 ilə keçirilən üzləşdirmələr zamanı ifadələrində göstərdyi halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılımış ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlayarkən törətdikləri əməli 13 aprel 2021-ci il tarixdə saat 01:30 radələrində törətdiklərini təsdiq edib, həmin əməli törətdikləri yer kimi Nizami rayonu, K.Balakişiyev küçəsi 2 saylı ünvanın qarşısını göstərmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus pul qabının Nizami rayonu, K.Balakişiyev küçəsi 2 saylı ünvanın qarşısında iki nəfər şəxs tərəfindən hədə-qorxu ilə bağlı olan basqınla ələ keçirildiyi aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmn tarixdə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı istifadə etdiyi bıçağı istintaq orqanına təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 13 aprel 2021-ci il tarixdə zərərçəkmiş şəxsə qarşı tətbiq etməklə hədələdikləri və sonradan Təqsirləndirilən şəxs2 istintaqa könüllü təqdim etdiyi bir ədəd bıçaq tanınma üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs digər tanınmaya verilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs2 təqdim etdiyi bıçağı tanıyaraq həmin bıçağın ona hücum edilən zaman istifadə olunan bıçaq kimi tanımışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi bıçaq Təqsirləndirilən şəxs1 tanınmaya təqdim olunmuş və o, həmin bıçağı təqdim edilmiş bıçaqların arasından Zərərçəkmiş şəxs hücum etdikləri zaman istifadə olunan bıçaq kimi tanımışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarxdə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 ona edilmiş təklifə əsasən əynindəki şalvarın cibindən bir ədəd gümüşü kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edib, maddənin narkotik vasitə heroin olmasını, və özünün istifadəsi üçün Ramin adlı şəxsdən aldığını bildirmişdir. Baxış bir ədəd (digital video diskə) DVD köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 05 dekabr 2020-ci il tarixdə “DVD” diskə baxış keçirilməsi haqqında 05 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 25 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona edilmiş təklifə əsasən qara rəngli cins şalvarının sağ cibindən saxladığı bir bükümü təqdim edib bükümün içərisində özünün istifadəsi üçün əldə etdiyi heroinin olduğunu bildirmişdir. Məhkəmədə elan edilb araşdırılmış məhkəmə-tibbi ekspertizasının 17 aprel 2021-ci il tarixli, 285 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə elan edilb araşdırılmış məhkəmə-kriminalistik ekspertizasının 26 may 2021-ci il tarixli, 3/784 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə elan edilb araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/2589 saylı 26 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitəyə oxşar maddə” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,519 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilb araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 may 2021-ci il tarixli, 1084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilb araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 may 2021-ci il tarixli, 1085 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarından görünür ki, bu iş üzrə Təqsirləndirilən şəxs2 təqdim etdi bir ədəd bıçaq və ondan götürlmüş bir ədəd zərfdə qablaşdırılmış təmiz çəkisi 0,519 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,469 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD disk maddi sübut tanınb cinayət işinn materiallarına əlavə edilmişdir. Məhkəmə, yuxarıda araşdırlan sübütülar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ttiham olunduqları cinayət əməllərinin onlar tərəfindən anlaqlı vəziyyətdə törədiklərinin sübuta yetirildiyi qənəaətinə gəlir. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərarın 23-cü bəndinə əsasən əməli həmin maddə ilə tövsif etmək üçün cinayətin törədilmə yerinin və vaxtının, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərin edilməsi və sair nəzərə alınmaqla həll edilməli olması tövsiyyə olunmuşdur. Məhkəmə, işin faktiki hallarının məcmusuna qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiya şərtlərinə, Təqsirləndirilən şəxs2 əməllərinin isə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci və 234.1-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlməsini nəzərə alıb onların əməllərinin həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri qəsdən törətmələri qənaətinə gəlib onların təqsirli bilinib bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs 677 (altı yüz yetmiş yeddi) manat zərər vurulması və həmin zərərəin zərərçəkmiş şəxsə ödənilməsi müəyyən olundu. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmədə materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 114,00 (yüz on dörd) manat və məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 64 (altmış dörd) manat xərclənməsi, məhkəmədə Azərbaycan Vəkillər Kollegiyasının üzvləri Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 20(iyirmi) saat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 20(iyirmi) saat hüquqi yardım edilməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə görə 114,00 (yüz on dörd) manat, məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 64 (altmış dörd) manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini, Təqsirləndirilən şəxs2 hüquqi yardım edilməsi ilə bağlı 120 (yüz iyirmi) manat vəsait Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs1 hüquqi yardım edilməsi ilə bağlı 120 (yüz iyirmi) manat vəsaiti müdafiəçi X4 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilməsini, həmin vəsaitləri dövlət büdəcsi hesabına təmin edib ödənilmiş məbələqlərin məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə görə məhkəmə xərcini təşkil edən 114,00 (yüz on dörd) manat məhkum Təqsirləndirilən şəxs2, məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 64 (altmış dörd) manat və müdafiəçilərə ödənilmiş 240(iki yüz qırx) manat bərabər hissələrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə ödənilməsin əsəaslı sayır. Çünkü onları bu ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bıçağın istehlak dəyərini itirdiyi üçün və ondan götürlmüş bir ədəd zərfdə qablaşdırılmış təmiz çəkisi 0,519 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,469 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinnin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, bir ədəd DVD disk cinayət işinn materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqundan Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbələrinə əsəasən ona təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 bu iş üzrə 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulması, 19 aprel 2021-ci il tarixdə onun təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 bu iş üzrə 21 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 23 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ifadələr verib cinayətin açılmasında iştrak etməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənlməsi müəyyən olundu. Təqsirləndirilən şəxs2 cəzasını ağırlarşdıran hal kimi onun əməlində cinayətlərin təhlükəli residvi olması müəyyən olundu. O, Ağır Cinayətələr Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olmuş cinayət qanuni ilə ağır cinayətlər kateqoriyasına aid edilmiş Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cnayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azıdlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, həmin məhkumluğu ödənilməmiş hazırkı cnayət əməllərini törətəmişdir. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsi ilə cinayətlərin resdivinin təhlükəli olması müəyyən olunmuşdr. Qüvvədə olan cinayət qanunu ilə cəza təyini zamanı təhlükli resdivə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın maksium həddinin üçdə ikisindən az olmamasını və residəvə görə təyin edilmiş cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməli olmasını müəyyən etmişdir. Məhkəmə həmin halları nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 17 aprel 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır Məhkəmədə elan edilb araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 2209 saylı 08 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilb araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 2212 saylı 08 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin edilməsini və onların ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsəslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, himaysində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi müəyyən olundu. Onun cəzasını ağırlaşdıran hal isə müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaları fərdiləşdirərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində eyni fəallıqla iştirak etmələri qənaətinə gəlir, lakin Təqsirləndirilən şəxs2 əməlində cinayətələrn təhlükəli residivinin olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzanın müddətini təyin edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halların olmasını və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmamasını, Təqsirləndirilən şəxs2 isə cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətələrin təhlükəli residivinin olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə 9 (doqquz ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2(iki) il 6 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsəasən təyin edilmiş cəzaları qismən toplamaqla ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, təsərrüfat-məişət təyinatlı turist bıçağı istehlak dəyərini itirmiş əşya kimi, bir ədəd zərfdə qablaşdırılmış təmiz çəkisi 0,519 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,469 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, maddi sübut kimi tanınmış bir ədəd kompakt disk DVD disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 114,00 (yüz on dörd) manat və məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə görə 64 (altmış dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə görə 114,00 (yüz on dörd) manat məhkum Təqsirləndirilən şəxs2, məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə görə məhkəmə xərci 64 (altmış dörd) manat isə bərabər hissələrə məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs2 hüquqi yardım edilməsi ilə bağlı 120 (yüz iyirmi) manat vəsait Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs1 hüquqi yardım edilməsi ilə bağlı 120 (yüz iyirmi) manat vəsait müdafiəçi X4 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləqlər təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1518/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1518/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver