Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1518/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1972-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi, ev 5-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 29 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışı barədə şəxsiyyəti naməlum «Babək» adlı İran İslam Respublikası (bundan sonra; İran və ya İİR) vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşdikdən sonra, narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş sonuncunun göstərişi əsasında satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 599,686 qram olmaqla külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroini narkotik vasitəsini və təmiz çəkisi 33,988 qram olmaqla külli miqdarda ağ kristallik formada, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evinə gətirərək saxlamış, cinayətkar plana uyğun olaraq külli miqdarda heroin narkotik vasitəsini bükümlərə ayıraraq 106,487 qram hissəsini 01 ədəd bükümdə qablaşdıraraq satış məqsədi ilə üzərində saxlamış, 29 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına aparılaraq, həmin gün saat 19:15-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qış gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 106,487 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür. Bundan sonar keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin gün - 29 mart 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evinin giriş qapısının sol hissəsində yerə quraşqdırılmış şkafdan bir ədəd şəffaf sellofan torbadan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 121,486 qram, 60,984 qram, 81,150 qram, 71,067 qram, 96,136 qram, 62,376 qram olmaqla ümumi təmiz çəkisi 493,199 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, bir ədəd bükümdə isə təmiz çəkisi 33,988 qram olan külli miqdarda ağ kristallik formada kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi, həmçinin narkotik vasitələrin satışını təmin etmək üçün istifadə edilən, üzərlərində narkotik vasitə heroinin izləri olan bir ədəd eletron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər nəşə çəkmiş, çəkdiyi nəşəni öz pulu ilə almışdır. O, bir vaxtlar taksi fəaliyyəti ilə məşğul olmuş, elə vaxtlar olmuşdur ki, müştərilərindən kimsə narkotik vasitəni maşında qoyub qaçmışdır. O, həmin narkotik vasitələri heç bir zaman satmamış, istifadə edənlərə vermişdir. Sonuncu dəfə isə bir nəfər şəxsin narkotik vasitəni bir yerə qoyduğunu görmüş, götürüb gizlincə evə gətirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər tərəfindən tutulduğu gün evdə oturduğu vaxt dörd nəfər tanımadığı şəxslər evin qapı pəncərəsini sındırıb içəri girmiş, sonra polis olduqlarını bildirmiş və onu döyməyə başlamışlar. O, heç bir cinayət etmədiyini desə də, onu döyməkdə davam etmiş, hətta yoldaşını da vurmuşlar. Onun yoldaşı inanclı biri olmuş, onun başından çarşabını cırmış və söyüb təhqir etmüşlər. Bundan sonra ondan narkortik vasitələri tələb etmişlər. O, narkotik vasitəni tapmasına baxmayaraq, onu o qədər döymüşlər ki, o, “nə desəniz razıyam” deyib narkotik vasitəni verəcəyinə razılaşmışdır. Bundan sonra, narkotik vasitənin yerini demiş, həmin narkotik vasitələri evdən götürsələr də, guya onu yolda tutmalarıvnı və narkotik vasitəni onun üstündən aşkar etmələrini yazmışlar. Bir hissəsini ayırıb videoçəkilişlə onun üstündən götürmüş, qalan hissəsini isə təkrarən evə aparıb özləri istəyən yerə qoydurmuş və videoçəkilişlə də oradan götürmüşlər. Əsil həqiqətdə isə ilk dəfə onun evinə basqın zamanı onun evdə gizlətdiyi narkotik vasitələri çıxarıb polislərə vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Babək adını elə belə demiş, ağzından çıxan ad bu olmuşdur. Evindən çıxan dəri üzlüklü kitabçada ona verilməli olan pulu sahiblərinə çatdırmaq üçün qeydiyyat aparmışdır. Polislər evə gələn zaman nə məhkəmə qərarı, nə başqa sənədlər, nə də protokol tərtib etməmişlər. Döyülmə barədə Bakı İstintaq Təcridxanasında nəsə deməmiş, xəsarətlərini gizlətmiş, orada maşını «damqrat»la (burada: qaldırıcı) qaldıran zaman maşınınonun üzərinə düşdüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə sayılan metamfetamindən çəkmək üsulu ilə istifadə etmişdir. 28 mart 2022-ci il tarixdə, axşam saatlarında o, istifadə etdiyi mobil telefon vasitəsi ilə anket məlumatını bilmədiyi İran vətəndaşı olduğunu bildiyi Babək adlı şəxslə «WhatsApp» yazışması aparmışdır. Babək adlı şəxs Suraxanı rayonu ərazisində əlverişli bir yerə narkotik vasitə hesab edilən heroin və psixitrop maddə hesab edilən metamfetamin qoyacağını, onun həmin yerə gedib qoyulmuş maddələri götürəcəyini və sonuncunun dediyi şəxsə çatdıracağını ona bildirmişdir. Sonra Babək adlı şəxs ona məxsus mobil telefonun «WhatsApp»ına həmin yerin konumunu atmış və o, konumla axtarıb həmin yeri tapmış, Babək adlı şəxsin qoyduğu maddələri götürüb yaşadığı evə gəlmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni yaşadığı evdə yataq otağında gizlətmişdir. Sonra «WhatsApp» vasitəsi ilə Babək adlı şəxslə danışmış, sonuncu ona sabah həmin narkotik vasitənin bir qədərini götürüb üzərində saxlamasını və deyəcəyi şəxsə çatdırmasını demişdir. Həmçinin Babək adlı şəxs ondan gördüyü işin qarşılığında həmin karta pul köçürmək üçün ondan bank kartının şəklini atmasını istəmiş və istifadə etmək üçün narkotik vasitə heroin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamsınla göstərmişdir ki, ertəsi gün, yəni 29 mart 2022-ci il tarixdə, saat 17 radələrində həmin narkotik vasitənin bir bükümünü üzərində götürərək yaşadığı evdən çıxıb bir qədər gedən zaman ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Orada xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əynində olan gödəkçənin sağ yan cibində saxladığı bir ədəd bükümdə olan bükülünü çıxardıb könüllü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə heroini bir gün qabaq axşam saatlarında Suraxanı rayonu ərazisində İran vətəndaşı kimi tanıdığı Babək adlı şəxsin deməsinə uyğun olaraq qoyulan yerdən götürüb üzərində saxlamış, yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd bükülüdə olan maddə müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Daha sonra isə o, polis əməkdaşları ilə birlikdə yaşadığı Yasamal rayonu, 2-ci Alatava 44 saylı evinə getmiş və yataq otağında gizlətdiyi narkotik vasitələri, psixotrop maddələri, bir ədəd elektron tərəzini və narkotik vasitələri satarkən qeydiyyatını apardığı qara rəngli kitabçanı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Sonra isə polis əməkdaşları həmin narkotik vasitəni, psixotrop maddəni, elektron tərəzini və kitabçanı ondan götürərək qablaşdırmış və bu barədə protokol tərtib etmiş, o, və iştirakçılar həmin protokolu imzalamışlar. Həmçinin üzərinə və yaşadığı evə baxış keçirilməsi barədə mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. O, narkotikə görə Babək adlı şəxsə pul verməmiş, gördüyü işin qarşılığında Babək adlı şəxs ona məxsus bank kartına pul köçürməli, həmçinin istifadə etmək məqsədi ilə ona narkotik vasitə heroin verməli imiş. Lakin polis əməkdaşları onu tutduğuna görə o, həmin narkotik vasitələri başqa bir şəxsə çatdıra bilməmişdir (iş vərəqə: cild İ, səh. 70-72). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti olmamışdır. 29 mart 2022ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat İdarə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 17:30 radələrində tərəflərindən ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 29 mart 2022-ci il tarixli qərara əsasən Yasamal RPİ-nin 29-cu PŞnin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan «Nokia» markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində 4098-5844-6033-4830 rəqəmləri əks olunmuş plastik bank kartı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 34 manat 35 qəpik pulunu, sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan Redmi markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun əynində olan qara rəngi gödəkcənin sol yan cibindən 1 bir ədəd yaşadığı evinin açarı aşkar edilsə də, başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul, yaşadığı evin açarı özünə qaytarılsa da, sonuncuya məxsus 1 ədəd “Redmi”, 1 ədəd «Nokia» markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra sonuncunun təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin qabşdırılma ilə birlikdə 107 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, təxminən 1 il öncə sosial şəbəkədə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə, 1 gün öncə Suraxanı rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evində də narkotik maddə saxladığını, bundan öncə də deyilən yerlərə narkotik maddələr atdığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs özünün razılığı əsasında sonuncunun yaşadığı ünvan 2 evdə baxış və götürmə aparılmışdır. Evə baxış keçirilməzdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq, giriş qapısından solda yerləşən yerdəki şkafdan 1 ədəd şəffaf sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmin təqdim edilmiş sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin qutunun içərisində 6 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd plastik qaşıq, 1 ədəd elektron tərəzi və 1 ədəd qara rəngli, içərisində narkotik maddələrin satışına dair qeydlər aparılan qeyd dəftəri olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1-ci sellofan bükümün çəkisinin 121 qram, 2-ci sellofan bükümün çəkisinin 97 qram, 3-cü sellofan bükümün çəkisinin 63 qram, 4-cü sellofan bükümün çəkisinin 82 qram, 5-ci sellofan bükümün çəkisinin 61 qram, 6-cı sellofan bağlamanın çəkisinin isə 72 qram, digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisinin 35 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri deyilən yerlərə qoyması, həm də öz istifadəsi üçün saxladığını, İran vətəndaşı Babək adlı şəxsin vasitəsilə Suraxanı rayonu ərazisindən əldə etdiyini, 1 ilə yaxındır narkotik tərkibli maddələrdən istifadə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu fəaliyyətindən həyat yoldaşı da daxil olmaqla heç kimin məlumatının olmamasını bildirmişdir. Bundan sonra onun razılığı əsasında evin digər otaqlarına baxış keçirilsə də, oradan iş üzrə əhməiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən və 1 yataq otağından ibarət olması müəyyən edilmişdir. Baxış zamanı qeydlərin aparıldığı qara rəngli qeyd dəftəri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 vermiş olduqları ifadələrində məhkəmə baxışı zamanı dindirilən Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə kəbinlə qeyri-rəsmi ailə quraraq müxtəlif ünvanlarda kirayədə yaşamışlar və onların normal münasibətləri olmuşdur. Həmin ərəfələrdə əri Təqsirləndirilən şəxs müxtəlif şirkətlərdə sürücü işləmişdir. 2018-ci ildə isə onlar ünvan 6 ünvana kirayədə yaşamaq üçün köçmüşlər. Həmin vaxt Heydər “Oven” şirniyyat şirkətində sürücü işləmiş və “Ford Tranzit” markalı avtomobil idarə etmişdir. 29 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində yaşadığı evdə olan zaman ona məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs polis əməkdaşları yaşadıqları evin qarşısında saxlayaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. O isə həmin vaxt evdə qalmışdır. Həmin gün axşam saat 22 radələrində yaşadığı evdə olan zaman evin qapısı döyülmüş və o, qapını açanda görmüşdür ki, bir neçə mülki geyimdə olan şəxslər, bir nəfər qadın xeylağı və əri Təqsirləndirilən şəxs qapının qarşısında dayanmışdır. Həmin şəxslər polis əməkdaşı olduqlarını və onların yanında olan qadının isə vəkil olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, sonuncularla birlikdə yataq otağında daxil olmuş və əri Təqsirləndirilən şəxs yataq otağından bir ədəd sellofan torbanı götürərək polis əməkdaşlarına təqdim edib, həmin sellofan torbanın içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin maddələri İran vətəndaşı olan Babək adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş sellofanın içərisinə baxış keçirilmiş və baxış zamanı həmin sellofan torbanın içərisindən çoxlu sayda bükümlər və 01 ədəd kitabça aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddələri qablaşdırmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda o və iştirakçılar imza etmişlər. Yaşadığı ünvana baxış keçirilərkən mobil telefon vasitəsi ilə çəkiliş edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan «Nokia» markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində 4098-5844-6033-4830 rəqəmləri əks olunmuş plastik bank kartı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 34 manat 35 qəpik pulunu, sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun əynində olan qara rəngi gödəkcənin sol yan cibindən 1 bir ədəd yaşadığı evinin açarı aşkar edilsə də, başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul, yaşadığı evin açarı özünə qaytarılsa da sonuncuya məxsus 1 ədəd “Redmi”, 1 ədəd «Nokia» markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və təxmini çəkisinin qabşdırılma ilə birlikdə 107 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddənin ona deyilən yerlərə qoyması məqsədilə üzərində saxladığını, təxminən 1 il öncə sosial şəbəkədə tanış olduğu, İran vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə, 1 gün öncə Suraxanı rayonu ərazisindən yolun kənarından götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evində də narkotik maddə saxladığını, bundan öncə də ona deyilən yerlərə narkotik maddələr atdığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesi video çəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntülər bir ədəd diskə yüklənmişdir (iş vərəqə: cild İ, 30-33). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «baxış keçirilməsi və götürmə aparılması haqqında» 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, evə baxış keçirilmədən öncə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq, giriş qapısından solda yerləşən yerə qoyulmuş şkafdan 1 ədəd şəffaf sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Təqdim edilmiş həmin sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin qutunun içərisində 6 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd plastik qaşıq, 1 elektron tərəzi və 1 ədəd qara rəngli, içərisində narkotik maddələrin satışına dair qeydlər aparılan qeyd dəftəri olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vastə heroinə bənzər kütlə olan 1-ci sellofan bükümün çəkisinin 121 qram, 2-ci sellofan bükümün çəkisinin 97 qram, 3-cü sellofan bükümün çəkisinin 63 qram, 4-cü sellofan bükümün çəkisinin 82 qram, 5-ci sellofan bükümün çəkisinin 61 qram, 6-cı sellofan bağlamanın çəkisinin isə 72 qram, digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisinin 35 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu həmin maddələri ona deyilən yerlərə qoyması həm də, öz istifadəsi üçün saxladığını, İran vətəndaşı olan Babək adlı şəxsin vasitəsilə Suraxanı rayonu ərazisindən əldə etdiyini, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrdən istifadə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu fəaliyyətindən həyat yoldaşı da daxil olmaqla heç kimin məlumatının olmamasını, bildirmişdir. Bundan sonra onun razılığı əsasında evin digər otaqlarına baxış keçirilsə də oradan iş üzrə əhməiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən və 1 yataq otağından ibarət olması müəyyən edilmişdir. Baxış zamanı qeydlərin aparıldığı qara rəngli qeyd dəftəri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, evə baxış keçirilməsi və götürmə aparılması prosesi video çəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntülər bir ədəd diskə yüklənmişdir (iş vərəqə: cild İ, səh. 35-38). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd DVD-R diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan qara rəngi gödəkcənin sol yan cibindən bir bükümdə narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü, yaşadığı ünvan 2 ünvanda baxış aparılarkən həmin evin yataq otağında giriş qapısından solda yerləşən yerdəki şkafdan 1 ədəd şəffaf sellofan torbada ayrı-ayrı bükümdə narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr, eləcə də 1 ədəd plastik qaşıq, 1 elektron tərəzi və 1 ədəd qara rəngli, içərisində narkotik maddələrin satışına dair qeydlər aparılan qeyd dəftərinin aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə və yaşayış ünvanında baxış aparılması barədə 29 mart 2022-ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan, «DVD diskə baxış keçirilməsi haqqında» 03 aprel 2022-ci il tarixli protokollardan görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı mənzilə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 02 ədəd DVD-R diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video diskə keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur (iş vərəqə: cild İ, səh. 111-112; 113). Məhkəmə baxışı zamanı tədqiq olunan, «qeyd kitabçasına baxış keçirilməsi haqqında» 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən qeyd kitabçası 13,5x19,5sm ölçüdə olmaqla kitabçanın üzəri qara dəri materialdandır. Kitabça üzərində olan aşırma vasitəsilə bağlanıb açılı. Kitabçanın 94 vərəqədən ibarət olması müəyyən edilir. Kitabçanın riyazi dama cızıqlı vərəqələrdən ibarət olması müəyyən edilir. 4 vərəqəsində göy rəngli qələm vasitəsilə xüsusi qeydlər aparıldığı, həmin qeydlərə əsasən qeydlərin 20 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək olan müddəti əhatə etməsi müəyyən edilir. İlk səhifədə «xx.xx.2022, K-31, K-35, K-55, K-75, K-50», kiril qrafikalı əlifba ilə «Təzə gələn mal, K.1.5, P 1kq, EM 40 50», «K-10, K-80, K-50, K-90, ev 4 1, P-50 Ev 4 – 5, P-20 Ev 40 – 5, P-50 Ev 40 2, P-100, P-10», həmin vərəqin arxa hissəsində «K-50, K-20, K-20, K-20, P-50 Ev 20 – 6, P-20, P-10, P-5», kiril qrafikalı əlifba ilə «Zəhmət haqqı K-200, P-100», xx.xx.2022 K140, K 50, K30, K-15, K-15, K-30, P50 Ev 40 5, P-20, P-15, P-15, P-10 Ev 40 – 1 əd» ikinci vərəqdə «K-25, K-10, P-5, P-50, 4 əd dərman, K-10, K-10, K-15, P-5, P-5, P-25, K-40, K-30, K-6, K-5, P-10, P-10, P-1, P-2», həmin vərəqin arxa hissəsində «xx.xx.2022, K-200, P-75, M40 15 əd, K-20, K-30, M40 1 əd, xx.xx.2022 P-30, P-30, P-20, P-10, P-15, K-6, K-7, K-10, P-1, P-3, P-5», üçüncü vərəqdə 25.03.22 K-40, K-25, K-25, K-10, K-15, K-7, K-5, P-10, P-10, P-5, P-10, P-15, P- 7, K-50, K-50, K-120-P-20, K-85 P-15, K-30, K-15, K 30, K-15», arxa hissəsində «xx.xx.2022 K-50, K-20, K-20, K-60, K-15, K-20, K-10, K-20, K-10, K-25, K-8, K-30, K-30, K-15, K-20, K-10, K-20, K-24, K-5, K-100», dördüncü vərəqədə kiril qrafikası ilə «xx.xx.2022, zəhmət haqqı 90q, K-400, K-100, K-50, K-50, K-50, K-70, K-150, K-30, xx.xx.2022 K-50, K-30, K-20, K-10, K-50, K-15, K-20, K-7, K-30, K-27, K-80, K-8» qeydləri və yazıları aşkar olunur. Yazılar və qeydlər diqqətlə oxunduqda «Təzə gələn mal», «Zəhmət haqqı», «K», «P», «M40» narkotik vasitələrinin satışının təşkil edilməsi və buna görə zəhmət haqqı olaraq narkotik vasitənin bir hissəsinin götürülməsi, «K» hərfinin narkotik vasitə olan heroinin el arasında «kola» adlandırılmasından ilk hərfi, «P» hərfinin isə psixotrop maddə metamfetaminin el arasında «patı» adlandırılmasından ilk hərfi, «M40» isə narkotik vasitə Metadonun markasını göstərməsinə dəlalət etdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kitabçanın ona aid olmasını, həmin kitabçada olan qeyd və yazıların onun tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı aparılmış qeydlər olmasını, «Ev» sözünün narkotik vasitənin saxladığı yerdən götürülməsini qeyd etməsini bildirmişdir (iş vərəqə: cild İ, səh. 121-122). Məhkəmə baxışı zamanı tədqiq olunan, «mobil telefona baxış keçirilməsi haqqında» 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir telefon danışığı və ya mesaj mətni müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 103). Məhkəmə baxışı zamanı tədqiq olunan, «telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında» 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 26 aprel 2022-ci il tarixdə AZF/LGL-5477/22 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışığı cədvəlini özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir telefon danışığı və ya mesaj mətni müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 133-134). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 30 mart 2022-ci il tarixli, 6/1698 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan; - üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 106,487 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş,...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada altı ədəd bükümdə ayrı-ayırılqda təmiz çəkisi 121,486 qram, 60,984 qram, 81,150 qram, 71,067 qram, 96,136 qram, 62,376 qram ümumi təmiz çəkisi 493,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 33,988 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Təqdim edilmiş yeddi ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və plastik qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər yeddi ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi-599,686 qram, tədqiqata sərf edildi-0,35 qram, qalıq - 599,336 qram. Metamfetaminin: təmiz çəkisi-33,988 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq— 33,938 qram (iş vərəqə: cild İ, səh. 47-52). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə kompüter texniki ekspertizasının 28 aprel 2022-ci il tarixli, 5/410 saylı görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “X2 7” markalı arxa markalanma göstəricisinə görə “M1901F7G” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X2 7” markalı “M1901F7G” modelli mobil smartfonun “ımeı” kodunu müəyyən etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X2 7” markalı “M1901F7G” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvirlə (parol- password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X2 7” markalı “M1901F7G” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, «SMS» mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatların olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatların pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (iş vərəqə: cild İ, səh. 188- 191). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 08 iyul 2022-ci il tarixli, 3733 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 192-193). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizanın 08 iyul 2022-ci il tarixli, 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 194-196). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 19 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 599,336 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 33,938 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qara rəngli dəri üzlüklü kitabça, 1 (bir) ədəd plastik qaşıq, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı, “Redmi Note 7” modelli və bir ədəd “Nokia” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin saxlama kamerasında saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 199-210). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 29 mart 2022-ci il tarixli qərarı Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 58). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 212-213). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 599,686 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 33,988 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 599,686 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 33,988 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin 106,487 qram, 121,486 qram, 60,984 qram, 81,150 qram, 71,067 qram, 96,136 qram, 62,376 qram olmaqla 7 ədəd ayrı-ayrı bükümlərdə olması, hər bir bükümün çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş cinayət predmetlərinin müxtəlif növlərdə olması, ondan bir ədəd elektron tərəzinin və içərisində narkotik maddələrin satışına dair qeydlər aparılan qeyd dəftərinin aşkar edilib götürülməsi və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini, həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona aid olmaması, polis tərəfindən təzyiqlər altında boynuna qoyulması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh 130-131). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü 1 (bir) nəfər azyaşlı uşağı vardır. Bu barədə məlumatlar «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli, 3733 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 31 mart 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 599,336 qram narkotik vasitə heroin, 33,938 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qara rəngli dəri üzlüklü kitabça və 1 (bir) ədəd plastik qaşıq məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı, “Redmi Note 7” modelli və bir ədəd “Nokia” markalı mobil telefon – cəmi 02 ədəd mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 599,336 qram narkotik vasitə heroin, 33,938 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qara rəngli dəri üzlüklü kitabça və 1 (bir) ədəd plastik qaşıq məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı, “Redmi Note 7” modelli və bir ədəd “Nokia” markalı mobil telefon – cəmi 02 ədəd mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1518/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1518/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver