Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1518/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-535/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2004 qram (2 kq 4 qram) çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə, saat 11:30-da Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tətəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4is şöbəsinə aparılmış və orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 13:30-dan 14:20-dək üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki polietilen torbanın içərisindən 03 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 930 qram, 950 qram və 124 qram olmaqla ümumi təmiz çəkisi 2004 qram (2 kq 4 qram) təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, saat 11:30-da ünvan 5 ünvanında dəhlizin önündən içərisində narkotik vasitə heroin olan göy rəngli polietilen torbanı götürüb oradan uzaqlaşmaq istəyəndə 03 nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görüb. Onların polis əməkdaşları olduqlarını hiss edib və qaçmağa başlayıb. Qaçan zaman divara dəyərək yerə yıxılıb və həmin 03 nəfər şəxs çataraq onu saxlayıb. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu deyib. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyiblər və onu barəsində olan təxirə saınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış ediblər. Polis əməkdaşlarından yayınmağın mümkün olmayacağını başa düşüb və səmimi olaraq əlindəki göy rəngli polietilen torbanın içərisində narkotik vasitə heroin olduğunu deyib. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə dəvət ediblər. O, etirazının olmadığını bildirib. Onu xidməti avtomobilə əyləşdiriblər və polis əməkdaşlarının müşayiəti ilə 20-ci Polis şöbəsinin inzibati binasına gətirilib. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib. Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulub. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib. Vəkili X4 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilib. Sonra vəkili X2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunub. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilib. O, əlində saxladığı göy rəngli polietilen torbanı masanın üzərinə qoyub. Sonra əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd "xxxx" ASC-yə aid “Bolkart”ı çıxardaraq masanın üzərinə qoyub. Daha sonra həmin şalvarın arxa sağ cibindən 01 ədəd “Argo” markalı siqareti, 01 ədəd alışqanı və 01 ədəd 10 manatlıq pul əskinasını çıxardaraq masanın üzərinə qoyub. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Verilən suallara cavab olaraq o, həmin kütlələrin narkotik vasitə heroin olduğunu, “İnstagram" sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən götürdüyünü, şəxsi istifadəsi üçün əldə etdiyini və qarşılığında pul ödəmədiyini bildirib. Sonra çəkiliş dayandırılıb. Üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən videoçəkiliş aparılıb, protokol imzalarla təsdiq edilib və videoçəkiliş dayandırılıb. Ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini “İnstagram’’ sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsində danışdığı İran İslam Respublikası vətəndaşının göstərişi ilə 02 noyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında binanın giriş hissəsində göy rəngli polietilen torbaya qoyulmuş formada götürüb. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini “İnstagram” sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsində danışdığı İran İslam Respublikası vətəndaşının göstərişi ilə götürüb deyilən ünvana çatdırmalı idi və qarşılığında həmin narkotik vasitə heroinin 300 qramı ona çatmalı idi. “İnstagram” sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsində danışdığı İran İslam Respublikası vətəndaşının adını bilmir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsində danışdığı İran İslam Respublikası vətəndaşının istifadə etdiyi mobil telefon nömrəsi telefonunda var. “İnstagram” sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsində danışdığı İran İslam Respublikası vətəndaşının göstərişi ilə əvvəllər bir neçə dəfə narkotik vasitə heroini götürərək deyilən ünvana çatdırıb. Narkotik vasitə istifadəçisidir və İran İslam Respublikası vətəndaşının göstərişi ilə bir neçə dəfə narkotik vasitə heroini qoyulduğu ünvandan götürərək tələb olunan ünvanlara çatdırıb, qarşılığında narkotik vasitə heroin əldə edib. 02 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə gətirilən zaman və 20-ci Polis Şöbəsinin inzibati binasında olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib və psixi təzyiq göstərilməyib. Sağ çiyin və sağ diz nahiyələrində olan xəsarətləri 02 noyabr 2023-cü il tarixdə polis əməkdaşlarından qaçmağa cəhd göstərdiyi zaman yıxılaraq alıb. 02 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə gətirilən zaman və 20-ci Polis Şöbəsinin inzibati binasında olduğu zaman vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməyib. Özünə məxsus “Xiaomi” markalı, M1804C3DG model, **********40225 və **********40233 imei kodlu mobil telefonun zəng bölməsində öz nömrəsinə 02 noyabr 2023-cü il tarixdə +98 991 *** **** saylı mobil nömrədən 06 dəfə, 03 noyabr 2023-cü il tarixdə +98 993 *** **** saylı mobil nömrədən 03 dəfə zəng edən şəxsləri tanımır. Telefonunun ***-***-**-** nömrəsində olan “Whatsapp" sosial şəbəkəsində “İr” adı ilə qeyd edilmiş +98 910 *** **** saylı mobil nömrə “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının istifadəsində olan mobil telefon nömrəsidir. Yazışmada 04 ədəd fotoşəkil, məkan xəritəsi narkotik vasitə heroini götürəcəyi yerə aid olub və həmin şəxs tərəfindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərilib. “Baxb diyirem indi”, “40 deyqe uzaqi qardaş”, “Yaxşı qardaş bax əgər həqiqətən duz adamsan sa çox gözəl işdiyeciy görəsən özün işden əlavə qardaş dost olaciq”, “Gelsin tez ora konum şəkil atıram”, “Baş üsə qardaş”, Hə Sən ona dinen uje atsinda mən pramoy ora gedim”, “Yaxşı qardaş mənde yoldayam prosta yolda biraz tıxac var ona göre”, “Yox VALLAH Yoldayam prosta şekil çekə bilmirəm telefonda problem var zaretka az olanda şekil cekmey olmur, “Ama ANAMN cani qardaşımın canı yoldayam”, “Get bora”, “Baş üste qardaşım”, “14 deqe qardaş”, “ama bəlkə də tez catdm”, “Baş üstə qardaşım”, “Bir də söz diyirem ne gedər pul eliyir ?”, “necədən verirsən?”, “Baş üstə” məzmununda yazılmış smslər ona və “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşına aiddir. Telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində ona +98 994 150 67019 saylı mobil nömrədən “S” hərfi olan smsi kimin göndərdiyini bilmir. Telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində ona +98 933 *** **** saylı mobil nömrədən 17 dəfə zəng edən şəxsin kim olduğunu bilmir. Telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində “lankaran” adı ilə qeyd edilmiş +98 939 *** **** saylı mobil nömrədən ’’Salam dada”, “Axşamin xeie”, “Brat gutordun turpax?” məzmununda smsləri yazan şəxsin kim olduğunu bilmir. Telefonun 051 - ***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində +98 993 *** **** saylı mobil nömrədən 01 dəfə zəng və 01 dəfə video zəng edən şəxsin kim olduğunu bilmir. Telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində “Xan” adlı +98 930 *** **** saylı mobil nömrədən “Salam”, “Manam” məzmununda smsləri yazan şəxsin kim olduğunu bilmir. Telefonun şəkillər bölməsində “Whatsapp images_51” papkasında 05 ədəd fotoşəkil “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının istifadə etdiyi +98 910 *** **** saylı mobil nömrənin “Whatsapp”ından onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin “Whatsapp”ına 02 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanının giriş hissəsindən götürdüyü narkotik vasitə heroinin əvvəlcədən qoyulduğu yerin şəkilləridir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə qərəzsiz mənbədən məlumat daxil olub. Həmin tarixdə yəni, 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Şahid1 tərəfindən qərar qəbul edilib. Onun, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılıb. 02 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanının qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmağa başlayıblar. Həmin şəxs onları görüb qaçmağa başlayıb. Qaçarkən yerə yıxılıb və onu saxlayıblar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər. Özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu deyib. Sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyiblər və onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış ediblər. Sonuncu əlindəki göy rəngli polietilen torbanın içərisində narkotik vasitə heroin olduğunu etiraf edib. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə dəvət ediblər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirib. Daha sonra onu xidməti avtomobilə əyləşdirib Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasına aparıblar. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib. Təqsirləndirilən şəxs vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulub. Sonuncu dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib. Sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilib. Şəxsi axtarış zamanı əlində saxladığı göy rəngli polietilen torbanı masanın üzərinə qoyub. Sonra əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd "xxxx" ASC-yə aid “Bolkart”ı çıxardaraq masanın üzərinə qoyub. Daha sonra həmin şalvarın arxa cibindən 01 ədəd “Argo” markalı siqareti, 01 ədəd alışqanı və 01 ədəd 10 manatlıq pul əskinasını çıxardaraq masanın üzərinə qoyub. Sonra üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Sonra Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri göstərməsi xahiş edilib. Masanın üzərinə qoyduğu göy rəngli polietilen torbanın içərisində 03 ədəd qara rəngli sellofan bükümün olması müşahidə edilib. Həmin bükümlər bir-bir açılıb və içərisində qəhvəyi rəngli kütlələrin olması müşahidə edilib. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün aldığını, qarşılığında pul ödəmədiyini bildirib. Təqsirləndirilən şəxs əlavə olaraq narkotik vasitəni əldə etdiyi şəxsdən 02 qram narkotik vasitə istədiyini, həmin şəxsin ona “konum” və “səs” atdığını, qeyd edilən yerdən götürəcəyi narkotik vasitənin həcmindən xəbərsiz olduğunu qeyd edib. Sonra çəkiliş dayandırılıb. Üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən videoçəkiliş aparılıb, protokol imzalarla təsdiq edilib və videoçəkiliş dayandırılıb. Ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdirki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əvvəlcədən məlumatları olub. Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə aparılan zaman və 20-ci Polis Şöbəsinin inzibati binasında olan zaman ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib, və psixi təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə aparılan zaman və 20-ci Polis Şöbəsinin inzibati binasında olan zaman vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə onun üzərinə hər hansı bir müdaxilə edilməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 məhkəmə iclasında elan olıunmuş ifadələrindən görünür ki, sonuncular Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə keçirilmiş baxış zamanı müəyyən olunub ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əlində saxladığı göy rəngli polietilen torbanı masanın üzərinə qoyub. Sonra əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd "xxxx" ASC-yə aid “Bolkart”ı çıxardaraq masanın üzərinə qoyub. Daha sonra həmin şalvarın arxa cibindən 01 ədəd “Argo” markalı siqareti, 01 ədəd alışqanı və 01 ədəd 10 manatlıq pul əskinasını çıxardaraq masanın üzərinə qoyub. Sonra üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Sonra Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri göstərməsi xahiş edilib. Masanın üzərinə qoyduğu göy rəngli polietilen torbanın içərisində 03 ədəd qara rəngli sellofan bükümün olması müşahidə edilib. Həmin bükümlər bir-bir açılıb və içərisində qəhvəyi rəngli kütlələrin olması müşahidə edilib. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün aldığını, qarşılığında pul ödəmədiyini bildirib. Təqsirləndirilən şəxs əlavə olaraq narkotik vasitəni əldə etdiyi şəxsdən 02 qram narkotik vasitə istədiyini, həmin şəxsin ona “konum” və “səs” atdığını, qeyd edilən yerdən götürəcəyi narkotik vasitənin həcmindən xəbərsiz olduğunu qeyd edib. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 03 noyabr 2023-cü il tarixli, 3-16- 16/2-6/5869 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün N188” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 930 qram, 950 qram və 124 qram, ümumi təmiz çəkisi 2004 qram (2 kq 4 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxs tərəfindən təqdim edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 01 fevral 2024-cü il tarixli, 664 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxs tərəfindən təqdim edilmiş 01 fevral 2024-cü il tarixli, 254 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı naməlum şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, əməliyyat tapşırığında göstərilən digər xüsusat üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı, M1804C3DG model, **********40225 və **********40233 imei kodlu mobil telefonun zəng bölməsində 02 noyabr 2023-cü il tarixdə +98 991 *** **** saylı mobil nömrədən 06 dəfə, 03 noyabr 2023-cü il tarixdə +98 993 *** **** saylı mobil nömrədən 03 dəfə zəng edilmişdir. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində “İr” adı ilə qeyd, edilmiş +98 910 *** **** saylı mobil nömrə ilə yazışmada 04 ədəd fotoşəkil, “Travmatologiya və Ortopediya İnstitutu“ yazısı olan məkanın xəritəsi, “Baxb diyirem indi”, “40 deyqe uzaqi qardaş", “Yaxşı qardaş bax əgər həqiqətən duz adamsan sa çox gözəl işdiyeciy görəsən özün işden əlavə qardaş dost olaciq”, “Gelsin tez ora konum şəkil atıram”, “Baş üsə qardaş", Hə Sən ona dinen uje atsinda mən pramoy ora gedim”, “Yaxşı qardaş mənde yoldayam prosta yolda biraz tıxac var ona göre”, “Yox VALLAH Yoldayam prosta şekil çekə bilmirəm telefonda problem var zaretka az olanda şekil cekmey olmur, “Ama ANAMN cani qardaşımın canı yoldayam”, “Get bora”, “Baş üste qardaşım”, “14 deqe qardaş”, “ama bəlkə də tez catdm”, “Baş üstə qardaşım”, “Bir də söz diyirem ne gedər pul eliyir ?”, “necədən verirsən?”, “Baş üstə” məzmununda smsləryazılmışdır. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində +98 994 150 67019 saylı mobil nömrə ilə yazışmada “S" hərfindən ibarət sms yazılmışdır. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp" sosial şəbəkəsində +98 933 *** **** saylı mobil nömrədən 17 dəfə buraxılmış zəng qeydə alınmışdır. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində “lankaran” adı ilə qeyd edilmiş +98 939 *** **** saylı mobil nömrə ilə yazışmada”Salam dada”, “Axşamin xeie”, “Brat gutordun turpax?” məzmununda smslər yazılmışdır. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində +98 993 *** **** saylı mobil nömrədən 01 dəfə buraxılmış zəngin və 01 dəfə buraxılmış video zəng qeydə alınmışdır. Qeyd edilən mobil telefonun ***-***-**-** nömrəsində olan “Whatsapp” sosial şəbəkəsində “Xan” adlı +98 930 *** **** saylı mobil nömrə ilə yazışmada “Salam”, “Manam” məzmununda smslər yazılmışdır. Qeyd edilən Mobil telefonun şəkillər bölməsində “Whatsapp images_51” papkasına baxdıqda 05 ədəd fotoşəkil vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 535/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 2003,5 qram narkotik vasitə heroin məhv edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Xiaomi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2003,5 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Xiaomi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1518/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1518/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver