Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1518/2025 07.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 6,604 qram ağ rəngli, kirstallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 22 aprel 2025-ci il tarixdə, saat 20:35-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,604 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ilk öncə polis əməkdaşı tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin zaman üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra onu sərbəst buraxmışlar. Daha sonra polis əməkdaşı onun atasına zəng etmişdir. O evə gedən zaman bildirmişlər ki, atasına zəng edib onu polis şöbəsinə çağırmışlar. O, atasına zəng edib sonuncunun yanına gedəndə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində 5 qram narkotik vasitəni ona vermişlər. Orada vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarının öncədən ona verib cibinə qoymağını tələb etdikləri narkotik vasitə onun üzərindən aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş həmin narkotik vasitənin ona məxsus olduğunu göstərilən təzyiqlər nəticəsində məcbur qalıb etiraf etmişdir. Polis əməkdaşları onun bədəninə zərbələr vurmuşlar. Onu təxminən 5-6 dəfə yumruqla vurmuşlar. Buna görə də o, etirafedici ifadə vermişdir. İbtidai araşdırma zamanı məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən döyüldüyünü deməmişdir. O, bu barədə öz vəkilinə də bildirməmişdir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşı onu ilk olaraq bir həftə öncə saxlayaraq, elə saxladıqları yerdə üstünü yoxlamışlar. O, təxminən 1-2 il olar ki, “patı” kimi tanıdığı narkotik vasitə istifadə edirmiş. O, bir müddət sonra narkotik vasitə istifadə etməmiş, lakin sonradan yenidən narkotik istifadə etməyə başlamışdır. Birinci dəfə onu saxlayan polis əməkdaşı onu məhəllədən tanıyırmış. Həmin vaxt onun üzərindən heç bir narkotik vasitə aşkar olunmadığından onu sərbəst buraxmışlar. Onu bu hadisədən təxminən bir həftə əvvəl saxlamışlar. Sonra, yəni 22 aprel 2025-ci il tarixdə onu yenidən saxlamışlar. Belə ki, o, polis şöbəsinə çağırılmış, üzərində həmin vaxt heç bir narkotik vasitə olmamışdır. Bu zaman atası yanında olmuşdur. Polis şöbəsində Samir adlı polis əməkdaşı ona narkotik vasitə vermişdir. Polis əməkdaşı ilkin olaraq onu saxlayan zaman ətrafda başqa adamlar olmamışdır. O, fiziki təzyiqlər nəticəsində üzərindən 5 qram narkotik vasitənin çıxması ilə bağlı sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq göstərmişdir ki, anası ona atasına zəng etməyini bildirmiş, o da atasına zəng etdikdə atası demişdir ki, Xanlar küçəsinə getsin. O, həmin küçəyə getdikdə görmüşdür ki, Samir adlı polis əməkdaşı da oradadır. Onu polis şöbəsinə gətirəndə polis əməkdaşları ona yumruq vurmuşlar. O, narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində narkotik vasitə olmamışdır. İstifadə etdiyi narkotik vasitələri isə İran vətəndaşından almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçada göstərilmiş onda sol saidin ön səthində aşkar edilmiş köhnə çapıq toxumaları ilə bağlı ona sual verilərkən həmin köhnə çapıq toxumalarının hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 aprel 2025-ci il tarixli izahatında, 23 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 24 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, 3 ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. O, 3 ay bundan qabaq instagram sosial şəbəkəsində “Həmid” adlı İran vətəndaşı ilə tanış olmuşdur. “Həmid” adlı şəxs instagram sosial şəbəkəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə elan yerləşdirmişdir. O da psixotrop maddə istifadəçisi olduğu üçün “Həmid” adlı şəxsin profilinə direct üzərindən sms yazmış və ona psixotrop maddə almaq istədiyini demişdir. Tanışlıqdan sonra onlar bir-birilərinə mobil nömrələrini vermişlər. O, “Həmid” adlı şəxslə whatsapp ani yazışma vasitəsilə mütəmadi olaraq əlaqə saxlayaraq onun atdığı ***- ***-**-** saylı m10 hesablarına dediyi məbləğdə pulu atmaqla atdığı ünvanlardan öz istifadəsi üçün psixotrop maddə metamfetamin gedib götürürmüş. Lakin o, onunla heç vaxt görüşməmişdir. O, “Həmid” adlı şəxsdən təxminən 4 dəfə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. O, sonuncu dəfə yaşadığı mənzildə olan zaman xx.xx.2025-ci il tarixdə “Həmid” adlı şəxsə whatsapp ani yazışma vasitəsi ilə yazaraq 5 qram psixotrop maddə metamfetamin istəmiş və həmin şəxs ondan bunun üçün 200 manat pul istəmişdir. Həmidə m10 hesabını atmağını xahiş etmişdir. “Həmid” adlı şəxs ona ***-***-**-** saylı m10 hesab nömrəsi atmış və o, evin yaxınlığındakı marketdə olan milliön ödəmə terminalı ilə 50 manat pulu göndərmişdir. Bir saat sonra “Həmid” adlı şəxs ona yazaraq ünvan atmış və orada 5 qram “patı” atdığını demişdir. O da onunla razılaşmışdır. O, həmin gün saat 20:35 radələrində piyada “Həmid”in əvvəlcədən ona atdığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivinə çatmış və orada daşın altında olan “Həmid”in ona göndərdiyi 01 ədəd içərisində “patı” olan sellofanı götürüb əynində olan cins şalvarının sağ yan cibinə qoymuş və həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar onu sual-cavab edən zaman hərəkətlərinin şübhəli olduğunu hiss etmişlər və onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə dəvət etmişlər. Orada ona dövlət hesabına vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində xidməti otaqda olarkən ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki şalvarının cibindən bir ədəd bükümdə bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində “patı” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan idman gödəkçəsinin yan ciblərinə və iç qoltuq ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarını çıxarmaq tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, psixotrop maddə istifadə etdiyini, bu məqsədlə xx.xx.2025-ci il tarixdə, 20:35 radələrində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Həmid” adlı şəxsin ***-***-**-** saylı m10 hesabına 50 manat pul ödəməklə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində öz istifadəsi üçün aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümlərdə olan maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus içərisində qeyd etdiyi maddə olan bir ədəd büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. O, həmin psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə, saat 20:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Xanlar yaşayış massivində anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Həmid” adlı şəxsin ***-***-**-** saylı m10 hesabına əvvəlcədən 50 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. O, bu günə kimi heç kimə psixotrop maddə və narkotik vasitə satmamış, həmçinin üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini kiməsə satmaq niyyəti olmamış, həmin maddəni də özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərində "Samsung Galaxy A32” markalı mobil telefon olmuş və həmin mobil telefonun üzərində 055-454- 91- 52 saylı mobil nömrə olmuşdur. O, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir (iş vərəqə: cild İ, səh. 43, 49-51, 63-65). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, ona fiziki təzyiqlər olduğundan 5 qram narkotik vasitəni üzərinə götürməli olduğunu bildirmişdir. O, tutulmamışdan xeyli əvvəl bir nəfərə pul göndərmiş və bir qram yarım narkotik vasitə götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmiş onun pul göndərməsi və narkotik vasitə almağı doğrudur, lakin bu, həmin vaxt olmamışdır. Bu, çox əvvəl baş vermiş bir hadisədir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadəni fiziki təzyiqlər nəticəsində vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 22 aprel 2025-ci il tarixdə Şöbənin digər əməkdaşı Şahid2la birlikdə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində xidməti ərazidə olmuşlar. Onun 23 illik iş təcrübəsi olduğundan həmin vaxt Təqsirləndirilən şəxs hərəkətlərində şübhəli hallar onun diqqətini cəlb etmiş, Şahid2 həmin şəxsin hərəkətlərinin ona şübhəli gəldiyini bildirmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi 14-cü Polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs vəkillə təmin etmişlər. Təhqiqatçının otağında video çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən psixotrop vasitələrə bənzəyən maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuşdur. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs sorğu-sual zamanı narkotik vasitələri İran vətəndaşından aldığını və qarşılığında pul vəsaitini m10 vasitəsi ilə göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Xatırladığı qədərilə Təqsirləndirilən şəxs “patı” kimi tanıdığı metamfetamin istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs üzərində təxminən 5-6 qramlıq bir büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs o və Şahid2 birlikdə saxlamışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 2025-ci ilin xatırladığı qədər aprel ayının sonlarında o, Şöbənin digər əməkdaşı ilə birlikdə xidməti ərazidə olarkən Təqsirləndirilən şəxs davranışı onlara şübhəli gəldiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onu 14-cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Sonra təhqiqatçının otağında video çəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop vasiyətə bənzəyən maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində küçədə saxlamışlar və saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldığı yerin onun yaşayış ünvanına yaxın olub- olmamağı haqqında məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə 8 ildir ki, işlədiyi üçün həm Təqsirləndirilən şəxs, həm də atasını əvvəldən bir kənd sakini kimi tanıyırmış. Onun Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğu barədə əvvəldən məlumatı yox imiş. Təqsirləndirilən şəxs saxlanılma zamanı onunla birlikdə işləyən Şöbənin digər əməkdaşı ondan daha təcrübəli olduğuna görə bildirmişdir ki, həmin şəxs özünü şübhəli aparır və bundan sonra onlar həmin şəxsə yaxınlaşmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan psixotrop maddəni İran vətandaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında ondan başqa həmin Şöbənin əməkdaşı Şahid1 iştirak etmişdir. Əməliyyat zamanı sadəcə iki nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman yanında atası olmamış, Təqsirləndirilən şəxs tək olmuşdur. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi zəng edib heç kimi çağırmamış, təqsirləndirilən şəxsin atası ilə olmamışdır. Xidməti ərazidə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onu saxlamışlar. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. Hazırki cinayət işi ilə bağlı bildirir ki, o, evdə olarkən, xalası oğlu Yaşar ona zəng edərək Samir adlı polis əməkdaşının onu çağırdığını və onlara gəlməsini bildirmişdir. O da xalası oğlu Yaşar gilə getmişdir. Ora getdikdə Samir adlı polis əməkdaşı tək olmuş, başqa polis əməkdaşı olmamışdır. Samir ona oğlu Rəşadın lazım olduğunu və Rəşada zəng edib yanlarına çağırmasını bildirmişdir. O, Samirdən oğlunun nə ilə bağlı lazım olduğunu soruşduqda Samir cavab verməmişdir. O, oğlu Rəşada zəng edib çağırdıqdan on dəqiqə sonra Rəşad onların yanına, Xanlar küçəsinə gəlmişdir. Samir ona demişdir ki Rəşadı polis şöbəsinə aparır. O, nə ilə əlaqədər Rəşadı şöbəyə aparacağını soruşduqda Samir ona şöbəyə gəldikdə məlumat verəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _22 aprel 2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol” və 24 aprel 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol” dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan torbada bükülünü təqdim edərək həmin bükülünün içərsində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 20 aprel 2025-ci il tarixdə axşam saatlarında instaqram sosial şəbəkəsində tanış olduğu özünü Həmid kimi təqdim edən İran vətəndaşının göndərdiyi məkandan əvvəlcədən 50 manatı onlayn şəkildə həmin şəxsin M10 hesabına ödəməklə aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı bükülünü açdıqda həmin bükülüdə açıq rəngli, toz kristal şəkilli, spesifik iyə malik maddə aşkar edilmişdir (iş vərəqə: cild İ, səh. 29-30, 69). _Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 6/1510 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,604 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (iş vərəqə: cild İ, səh. 37-40). _26 may 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol” dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, sms mətnlərə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən olunmamışdır (iş vərəqə: cild İ, səh. 113). _03 iyun 2025-ci il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 22 aprel 2025-ci il tarixdə ***-***- **-** nömrəli “m10” hesabına 50 (əlli) manat pul köçürülmüşdür. Həmçinin ***-***-**-** nömrəli “m10” hesabının xx.xx.2025-ci il tarixdə xx.xx.2006-cı il təvəllüdlü X1 adına qeydiyyatdan keçirildiyi və həmin hesabın blokanıldığı müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 123). _03 iyun 2025-ci il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, “m10” tətbiqinə daxil olmaq üçün istifadə edilmiş qurğulara dair məlumatların müəyyən edilməsi texniki olaraq mümkün deyil (iş vərəqə: cild İ, səh. 115). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 12 iyun 2025-ci il tarixli, 3499 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 130-131). _19 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,554 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis idarəsində saxlanca təhvil verilmiş, həmçinin keçirilən şəxsi axtarış istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı bir ədəd disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Bundan başqa, həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin və X1 müəyyənləşdirilməsi ilə əlaqədar olaraq hazırki cinayət işindən material ayrılmışdır (iş vərəqə: cild 1, səh. 139-148). _22 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 16). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmədə Təqsirləndirilən şəxs izahatında onun üzərindən psixotrop maddənin aşkar edilməsini təsdiq etmiş və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.78-84). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 101). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə özünü şübhəli aparması ilə əlaqədar olaraq üzərində narkotik vasitə saxlamasına dair yaranmış şübhə ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə dəvət edilərək, orada müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində keçirilən şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə 6,604 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən tutulmamışdan bir həftə əvvəl polis əməkdaşı tərəfindən saxlanıldığını və üzərinə şəxsi axtarış keçirildiyini, həmin vaxt üzərindən heç bir narkotik və ya psixotrop maddə aşkar olunmadığını və sərbəst buraxıldığını, sonradan polis əməkdaşının onun atasına zəng edərək onu çağırdığını, o, gəldikdən sonra isə polis əməkdaşı onu polis şöbəsinə apardığını, polis əməkdaşları tərəfindən döyülərək fiziki təzyiqlərə məruz qaldığını və psixotrop maddənin ona məxsus olmasını etiraf etməsinə məcbur edildiyini, əslində isə onun üzərində heç bir psixotrop və ya narkotik maddə olmadığını, həmin cinayət əməlini törətməsini də polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində etiraf etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırmanın başlandığı ilkin mərhələdən sonunadək o, məhkəmədə ifadəsində göstərdikləri ilə bağlı hər hansı bir halı bildirməmiş, ilkin araşdırma zamanı onun üzərində video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, sonra verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6,604 qram psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni “Həmid” adlı şəxsin “m10” hesabına 50 manat pul ödəməklə öz şəxsi istifadəsi üçün aldığını göstərmiş, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və digər təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 43, 49-51, 63-65). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi inkaredici ifadələrinin iş üzrə effektiv araşdırmanın və gəlinmiş qənaət üzrə təqdim edilmiş sübutlar arasında qiymətləndirilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, göstərilən halların mövcud olub-olmamasının yoxlanılması, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadələrinin hər hansı zorakılıq hərəkətlərinin tətbiq edilməsi ilə verilməsinin hansı faktlarla təsdiq olunmasının araşdırılmasından ibarətdir. Cinayət törətməkdə şübhəli olan şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrinin sonradan məhkəmə istintaqı zamanı dəyişməsi və əvvəlki etirafedici ifadələrini zorakılıq nəticəsində verməsinə dair iddiaları (yalnız bu halın özü) özü-özlüyündə təqdim edilmiş sübutun həqiqiliyinə təsir göstərdiyi və ya sübut əldə edilərkən məhz zorakılıq nəticəsində əldə edilməsini təsdiq edən hal deyil, bu cür iddiaların təsdiq edilməsi üçün vacibdir ki, sübutun (iş üzrə konkret təqsirləndirilən şəxsin etirafedici ifadəsinin) zorakılıq və ya digər qeyri-qanuni yollarla əldə edilməsinə dair irəli sürülmüş istənilən iddia iş üzrə təqdim edilmiş sübutların məcmusu ilə təkzib edilməsin. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, cinayət törətməkdə şübhəli olan şəxsin polis tərəfindən saxlanılmasından, sonra müvafiq polis idarəsində tutulmasından, bundan sonra üzərində şəxsi axtarış keçirilməsindən, onun təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra ifadəsinin alınmasından, sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən onun ilkin izahatlarının alınmasından ibarət və ilkin ibtidai araşdırma başlandığı vaxtdan 48 saatı əhatə edən həmin istintaq və prosessual hərəkətlərin hər biri öz səlahiyyətləri daxilində cinayət prosesini həyata keçirən müxtəlif subyektlər tərəfindən icra olunur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması və şəxsi axtarış istintaq hərəkəti təhqiqatçı tərəfindən, həmin şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin alınması müstəntiq tərəfindən, sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən onun məhkəmədə verdiyi izahatı hakim tərəfindən alındığı nəzərə alınarsa, göstərilən hər bir mərhələdə şəxsin ilkin göstərdiyi dəlillər və bütün hallar məcmu şəkildə müqayisə edilərək qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin psixotrop maddənin onun üzərinə məcburən qoyulduğu, sonra isə etirafedici ifadələr verməyə məcbur edildiyinə dair və digər göstərdiyi hallar araşdırılarkən onun həmin psixotrop maddənin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi həm təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual və ilkin verdiyi izahat zamanı, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən onun saxlanılmasına iştirak edən polis əməkdaşları həmin istintaq hərəkəti zamanı iştirak etsələr də, sonradan müstəntiq və hakim tərəfindən icra edilmiş prosessual hərəkətlər zamanı onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının orada iştirak etmədikləri nəzərə alındıqda və onun bu zaman etirafedici ifadələr verməsini məcburi edən hər hansı halın mövcudluğu müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin hazırki məhkəmə istintaqı zamanı göstərdiyi inkaredici halların həqiqəti əks etdirmədiyi birmənalı şəkildə təsdiq olunur. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirilmiş, həmin videoçəkiliş məhkəmə istintaqı zamanı nümayiş olunarkən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir. Hətta qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir şikayətinin, etirazının və vəsatətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə: 153). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabça tədqiq edilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş sol saidin ön səthində aşkar edilmiş köhnə çapıq toxumaları ilə bağlı Təqsirləndirilən şəxs sual verilərkən həmin köhnə çapıq toxumalarının hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Sabunçu rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdiyi inkaredici hallarla bağlı xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri yuxarıda şərh edildiyi qaydada özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan verdiyi təsdiq olunduğundan, həmin etirafedici ifadələrin hər hansı qanunsuz təzyiqlərin nəticəsində verildiyi sübut olunmadığından, cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu disk, “videoçəkilişə baxış” protokolu, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla təqsirləndirilən şəxsin verdiyi inkaredici ifadələr sübut növü kimi qəbul edilmir və məhkəmə onun məhkəmədə verdiyi inkaredici ifadələrini həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə ifadə vermiş Şahid3 məhkəmə baхışında vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Şahid3 ifadəsindən göründüyü kimi, o, Təqsirləndirilən şəxs atası olmaqla sonuncu ilə yaxın qohumluq münasibətlərinə malikdir. Şahid3 məhkəmədə ifadəsində təqsirləndirilən şəxs olan oğlunun polis əməkdaşı tərəfindən zəng edilərək polis şöbəsinə çağırılmasına dair ifadəsində göstərdiyi hallar, yəni elan edilmiş ittihamı təkzib edən ifadələr verməsi onun təqsirləndirilən şəxsin atası olmaqla yaxın qohumluq münasibətlərinə malik olması və cinayət işinin nəticəsində maraqlı olması, buna görə də onun məhkəmədə bu cür ifadə verməsinin göstərilən halla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidin məhkəmədə ifadəsində göstərdiyi qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun ifadəsini sübut növü kimi qəbul etmir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanıcı onun şübhəli şəxs qismində tutulduğu 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 22 aprel 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 3499 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,554 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,554 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1518/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1518/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver