Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1519/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan torbanın içində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1015 qram və 1025 qram, ümumi təmiz çəkisi 2040 qram narkotik vasitə heroin əldə etmiş, özündə saxlamaqla daşımış, 06 aprel 2021-ci ildə saat 18:45-də ünvan 3 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman sağ əlində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan torbanın içində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1015 qram və 1025 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2040 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında bacısının ailəsi ilə birlikdə yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. O, 2019-cu ildən narkotik vasitə heroini falqada çəkmə yolu ilə qəbul edir. Heroini Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən alıb qəbul etmişdir. 2021-ci ilin mart ayının ortalarında “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə tanış olmuş, Babək ona əlaqə saxlamaq üçün İran İslam Respublikasına aid nömrə vermiş, bundan sonra o, Babəklə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamış və Babəkdən 1 qram narkotik vasitə heroin istəmişdir. 06 aprel 2021-ci ildə Babək ona “whatsapp” proqramı vasitəsi ilə zəng vurub Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Bolmart” marketin arxasının şəklini göndərmiş və bir qram heroini marketin arxasında göy rəngli sellofan torbaya qoyduğunu, gedib götürməyi demişdir. Həmin günü saat 18 radələrində o, taksi ilə Bakı şəhəri, Sabunçu qəsəbəsinə gəlmiş və Babəkin şəkildə göndərdiyi marketin arxasına keçib göy rəngli sellofan torbanı görüb yaxınlaşmış, həmin sellofan torbanı götürüb içinə baxmış və sellofan torbanın içində iki böyük, hərəsinin çəkisinin 1 kiloqrama yaxın olan bükümlərin olduğunu görmüşdür. O, Babəkə istifadə etmək üçün 1 qram sifariş verdiyindən, yəqin Babəkin heroini səhv göndərdiyini düşünmüş, bu zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları kimi təqdim etmiş və ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına anket məlumatlarını demiş, polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu 12-ci Polis şöbəsinə dəvət etniş, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci Polis şöbəsinə getmişdir. Polis bölməsində o, həmin bükümlərin ona aid olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 aprel 2021ci ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin günü o və Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 aprel 2021-ci ildə saat 18:45-də keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlara birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gəlmişdir. Xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri “Mərkəz" Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra 06 aprel 2021ci ildə saat 20:00-də vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbanı stolun üzərinə qoyaraq təqdim etmişdir. Sellofan torbanın içinə baxdıqda oradan iki ədəd böyük bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və kimdən aldığını soruşduqda, Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin heroin olduğunu, İran İslan Respublikası vətəndaşı Babək adlı şəxsdən satmaq və istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və bir ədəd “Samsung" markalı mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 07.04.2021-ci il tarixli, 008- 2585-1221 nömrəli məktubundan görünür ki, 06 aprel 2021-ci tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5nda yaşayan Təqsirləndirilən şəxs İsgəndar oğlunun üzərindən 2 kq 40 qram çəkidə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli raportun məzmunundan görünür ki, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 05.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5nda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06.04.2021-ci il tarixli, 107 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 05.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5nda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sabunçu rayon ərazisində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 06.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmiş, torbanın içindən 2 (iki) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxsin əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1(bir) ədəd "Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2 (iki) kq 53 (əlli üç) qram olduğu müəyyən edilmiş, həmin kütlələr, həmçinin 1(bir) ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı "Babək" adlı şəxsin vasitəsi satmaq üçün Sabunçu rayonu ərazisindən əldə etdiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq olunmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 07.04.2021-ci il tarixli, 6/1363 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində "şübhəli şəxs X2 üzərindən aşkar olunmuş.." yazısı olan bağlamadakı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram və 1025 qram, ümumi təmiz çəkisi 2040 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.06.2021-ci il tarixli, 1356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuş və “emosional davamsız şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli, 2315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyaci yoxdur. Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143- 144). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD diskə baxış keçirilməsi barədə 07.04.2021-ci il tarixli protokoldan görünür ki, DVD disk "HP 2011x" markalı kompyuterin disk oxunan yerinə daxil edilmiş, açılanda bir ədəd “Təqsirləndirilən şəxs şəxsi axtarış adlı 397920 KB” ölçülü faylın olması müəyyən edilmişdir. Diskdəki video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, həmin görüntü açıldıqda otaqda mülki geyimdə olan şəxs 06 aprel 2021-ci il saat 20:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xidməti otağında olduğunu bildirib özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenanti X4 təqdim edir. Bundan sonra otaqdakı mülki geyimdə olan şəxs özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, digər şəxslər özlərini Təqsirləndirilən şəxs və Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun vəkili X3 təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini bildirir və Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanı və içində olan iki ədəd böyük bükümləri təqdim edərək xidməti otaqda olan stol üzərinə qoyur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulur. Təqsirləndirilən şəxs bildirir ki, bükümlərdəki narkotik vasitə heroindir, satmaq üçün İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində əldə etmişdir. Təhqiqatçı tərəfindən bükümlər açılır, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinǝ bənzər maddə aşkar olunur və təhqiqatçı tərəfindən həmin bükümlər yapışqanlı lentlǝ bükülür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu, siqaret qutusunun içərisində siqaret dənələri və bir ədəd alışqan, şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və 4 manat pul aşkar olunur. Bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür, bir ədəd siqaret qutusu, bir ədəd alışqan və 4 manat pul Təqsirləndirilən şəxs qaytarılır. Həmin iki ədəd böyük bükümlər qablaşdırılır, möhürlənir, üzərində qeydlər edilir, iştirak edənlər şəxs tərəfindən imzalanır və elektron tərəzidə çəkilən zaman müəyyən olunur ki, cəmi çəkisi 2 kq 53 qramdır. Sonra bükümlər qablaşdırılır, möhürlənir, üzərində qeydlər edilir, iştirak edən şəxslər tərəfindən imzalanır (cild 1, iş vərəqi 58). İşdə olan maddi sübut kimi tanıma haqqında 09.04.2021-ci və 26.07.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1015 qram və 1025 qram, ümumi təmiz çəkisi 2040 qram narkotik vasitə heroin və bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2039,8 qram heroin və mobil telefon Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 85-86, 155-156). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 06.04.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 05.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli mobil telefondan aparılmış danışıqlarına dair "xxxx" MMC-dən alınmış diskə baxış keçirilərkən həmin nömrəyə +**********00 nömrədən “mene 2qr cola ver senol ikimizin cani bidene bomba ...”, +**********00 nömrədən "elcin ay elcin nolar qurban olaram sene mene hec olmasa 1 yada 2 kaki verde ureynen olaq", +**********88 nömrədən “Elcin men 5 qr. Kolaya 150 azn pul almiwam, ordan 10 manat xerclemiwem. Duwunurdum 125 azn verib camaatın 5 kolasini vererem 15 aznde verib ozume pati go" və sair bu kimi məzmunlu narkotik vasitələri alqı-satqısına dair mesajlar daxil olmuşdur (cild 1, iş vərəqi 120-123). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 27.07.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitə hesab edilən heroinin əldə edilmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 163). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmaması, Babəkdən ondan aşkar edilmiş miqdarda deyil, istifadə etmək məqsədilə bir qram narkotik vasitə heroin istəməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən həmin narkotik vasitənin ona aid olması, satış məqsədilə əldə etməsi barədə dediklərini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26.12.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 8 (səkkiz) ay 2 (iki) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. 30.08.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 100-101, 106-114). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkməkdən azad edildiyi gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 81-83). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutlduğu 06 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2039,8 qram heroin məhv edilməli, bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 174 (yüz yetmiş dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2039,8 qram heroin məhv edilsin, - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 174 (yüz yetmiş dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1519/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1519/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver