Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1519/2023 26.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 9,366 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 02 fevral 2023-cü il tarixdə saat 23:40-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilib, orada üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan tünd göy rəngli parça gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,240 qram və 3,126 qram olmaqla, ümumi təmiz çəkisi 9,366 qram olan maddələr, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əməliyyatçılar onu yaşadığı məhəllədə saxlayıb bölməyə aparmış, orada ona təzyiq göstərmişlər. Belə ki, polis əməkdaşları ona narkotik vasitəni öz üzərinə götürmədiyi halda onun şərəf və ləyaqətini alçaldacaqlarını, ona qarşı nalayiq hərəkətlər edəcəklərini, ailə üzvlərini cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. O, bu təzyiqlərə məruz qaldığına görə narkotik vasitənin ona aid olduğunu qəbul etmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş, hətta qeyd olunan maddələri həyatı boyunca görməmişdir. Həmin qeyd edilən maddə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, fəhlə işləyir. O, səhər saat 9-a qalmış mağazaya kommunal borclarını ödəməyə gedən zaman polis əməkdaşları tərəfindən məhəllələrində tutulmuş, tutulan zaman cibində siqaret qutusu, 193 manat pul, telefon və evin açarı olmuş, üzərində heç bir narkotik vasitə olmamış, onun üzərinə bölmədə adını bilmədiyi polis əməkdaşı narkotik vasitə qoymuş və zibil atan zaman narkotik vasitəni tapdığını deməsini tapşırmışdır. Ona polis bölməsində narkotik vasitənin ona məxsus olduğunu boynuna almalı olduğunu demişlər. Narkotik vasitəni onun cibinə qoyan polis əməkdaşının adını bilmir. Polis əməkdaşları ona psixoloji təzyiq göstərərək, həmin iki ədəd bükümü cibinə qoymasını tələb etmişlər. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitələrdən ümumiyyətlə heç bir anlayışı yoxdur. Ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin polis bölməsində polis əməkdaşları ona narkotik vasitəni öz üzərinə götürməsə, daha ağır maddə ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişlər, o da bu səbəbdən həmin əməldə təqsirsiz olmasına baxmayaraq, polis əməkdaşlarının dediyini etmiş və boynuna götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Suraxanı rayon 31-ci PŞnın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixində Sanil adlı şəxsin Vüqar Bədəlov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Şübhəli şəxsin saxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün gecə saat 12 radələrində Təqsirləndirilən şəxs Vüqar Bədəlov küçəsində saxlanılmış, o, saxladıqdan sonra onlar özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması ilə bağlı bölməyə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üstündə baxış və videoçəkiliş aparılmışdır. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü sürətdə 2 ədəd büküm təqdim edilmiş və o, həmin bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Bu narkotik vasitələri isə evinin yaxınlığında yerləşən zibil qutusunun yaxınlığından tapdığını, əl və bədənindəki oynaq ağrıları səbəbi ilə özünə götürərək, istifadə etdiyini bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, Sanil adlı şəxsin narkotik vasitələri öz üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, onun narkotik vasitələrin satışı ilə əlaqədar əməliyyat məlumatı daxil olmamışdır. Polis bölməsində daha əvvəldən Təqsirləndirilən şəxs barəsində heç bir əməliyyat həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə əməliyyatı o və Şahid2 həyata keçirmişdir. Polis Bölməsinə əməliyyat məlumatı 02 fevral 2023-cü il tarixdə axşam saatlarında daxil olmuşdur. Onlar təqsirləndirilən şəxsi Vüqar Bədəlov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək olmuşdur. Sanil adlı şəxs narkotik vasitələri əl və ayağındakı oynaq ağrılarına görə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündəki narkotik vasitələri sərbəst və könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən 2 ədəd büküm, mobil telefon və pul aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça gödəkcənin sağ yan cibindən içərilərində qəhvəyi rəngli, toz halında maddə olan iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirildikdə əynində olan həmin gödəkcənin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonunu, 7 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, saxlanmamışdan bir neçə saat əvvəl yaşadığı evin yaxınlığındakı zibilliyə zibil atarkən yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. (i/v: 33-34). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən, polis əməkdaşları və müdafiəçisinin iştirakları ilə şəxsi axtarış keçirilməsi, ondan üzərində əvvəl baxış-axtarış keçirilibkeçirilməməsi, PB-nə gətirilərkən və PB-də olarkən ona qarşı hər hansı bir fiziki-psixi təsir edilib-edilməməsi, bədənində hər hansı bir xəsarətin olub-olmaması barədə soruşulduqda Təqsirləndirilən şəxs əvvəl üzərinə baxış və ya axtarış keçirilmədiyi, PB-nə gətirlərkən və ya PB-də olarkən ona hər hansı bir fiziki-psixi təzyiq edilmədiyi, bədənində hər hansı bir xəsarət olmadığını bildirməsi, bundan sonra ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olduğunu bildirməsi və əynində olan göy rəngli parça gödəkcənin sağ yan cibindən 02 ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etməsi, üzərində şəxsi axtarış davam etdirildikdə əynindəki həmin gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli mobil telefonun, 7 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq əskinasların, (cəmi 193 manat) üzərində ***-***-**-** mobil nömrə olan bir ədəd “Samsung” markalı mobil telefonun aşkar edilməsi, təqdim etdiyi 02 ədəd bükümlərin içərisində narkotik vasitə “kokos” (heroin) olduğunu, saxlanılmamışdan bir müddət əvvəl yaşadığı evin yaxınlığında olan zibilliyə zibil atmaq istəyərkən yerdən iki ədəd “çığara” (büküm) görərək, narkotik vasitə olan biləcəyini düşünərək, götürüb evinə apardığını, evdə açıb baxdıqda hər iki “çığarada” (bükümdə) narkotik vasitə heroin olduğunu gördüyünü, bir müddət əvvəl burxulma nəticəsində sol ayağının topuğunda, eləcə də hər iki əlinin biləyində çat və sınıq olduğu üçün iqlim dəyişəndə ağrıları olduğundan ağrılarını kəsmək üçün həmin narkotikdən istifadə etmək istədiyini, tapdığı bükümlərdə olan kütlənin narkotik maddə “kokos” (heroin) olduğunu bildiyini, narkotik vasitəni İİR-da olarkən gördüyünü, tapdığı iki bükümdə narkotik vasitəni cibinə qoyub, yaşadığı evdən çıxıb, gəzərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm təhqiqatçı və müdafiəçi tərəfindən açıldıqda içərisində tozşəkilli, qəhvəyi rəngli kütlə olduğunun aşkar edilməsi, həmin bükümlər bir ədəd kağız zərfdə qablaşdırılaraq, zərfin üzəri imzalarla təsdiq olunduqdan və möhürləndikdən sonra götürülməsi, müdafiəçisinin təkrar olaraq Təqsirləndirilən şəxs PB-nə gətirilərkən və PB-də olarkən ona qarşı hər hansı psixi-fiziki təsirin olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs nə PB-nə gətirilərkən, nə də PBdə olarkən ona hər hansı pisixi-fiziki təsir edilmədiyini bildirməsi müəyyən olunmuşdur. (i/v: 67) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 fevral 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 04 fevral 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023-cü il tarixli 6/673 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,240 qram, 3,126 qram ümumi təmiz çəkisi 9,366 qram olan maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir.(i/v: 41-45) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 2683 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: 147-148) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 1168 saylı 24 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi və ya psixi fəalliyyəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji effekt vəziyyətində olmamışdır. (i/v 149-152) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 25 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 9,366 qram təşkil edən narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 9,266 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i/v: 154-163) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün ona məxsus olmadığını, bükümün içərisindəki maddənin nə olduğunu bilmədiyini qeyd etmişdir. Bununla belə o, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir narkotik vasitə olan heroindən istifadə edir. 02 fevral 2023-cü il tarixdə yaşadığı evin yaxınlığındakı zibilliyə zibil atdığı zaman yerdən iki ədəd büküm tapmış və içini açıb baxdıqda heroin olmasını görmüşdür. Tapdığı həmin iki bükümü götürüb, sonra istifadə etməsi üçün cibinə qoymuşdur. 02 fevral 2023-cü il tarixdə gecə saat 23:40 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, ondan da özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan, üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirərək, onlara birlikdə yaxınlıqdakı 31-ci PB-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 31-ci PB-də şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra onu PB-nə gətirən polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş əşya-maddə varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan tünd göy rəngli parça gödəkçənin sağ yan cibindən 02 ədəd bükümü, həmin gödəkcənin sol yan cibindən bir ədəd üzərində 055-573-52- 59 nömrəsi olan “Samsung A2” markalı mobil telefonu və həmin gödəkcənin sol bayır döş cibindən isə 7 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pulları çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin iki ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra ondan həmin bükümlərin içərisindəki kütlənin nə olması, nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsi soruşulduqda, o, həmin iki ədəd bükümdə olan maddənin narkotik vasitə-heroin olduğunu, yaşadığı evin yaxınlığındakı zibilliyə zibil atarkən yerdən taparaq sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş iki ədəd büküm və bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Daha sonra isə bu barədə protokol tərtib edilmişdir. Üzərindən aşkar edilmiş pullar özünə qaytarılmışdır. Saxlanıldığı zaman və Suraxanı RPİ-nin 31-ci PB-də olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. (i/v: 64-66) Göründüyü kimi təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilmiş, törətdiyi əməl barəsində ətraflı məlumat vermiş, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmiş, həmçinin cinyət işi məhkəmənin icraatına daxil olanadək ona qarşı hər hansı bir qanunsuz davranışa yol verilməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi- ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilən zaman mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid1 və Şahid2 da hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin iki bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v:129) Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində bir azyaşlı övladının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, həmçinin elektron məhkəmə informasiya sisteminə sorğu verildikdə onun qohumluq əlaqələrində himayəsində övladının olması ilə bağlı məlumat aşkar edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,266 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 55 (əlli beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,266 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1519/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1519/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver