Məhkəmə qərarları › İş №1(101)-1519/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1519/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1519/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X10 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 29 avqust 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımış və tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,456 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısı”na daxil edilən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 149 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,456 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat təxminən 18 radələrində ünvan 3, “66 saylı uşaq bağçası”nın qarşısında yerləşən çardaq ərazidə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qisas məqsədilə qəsdən öldürmək niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, dəstəyi qırmızı-göy-ağ rəngli plastik materialdan, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə tanışı - xx xxx 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zərbələr endirmək istərkən bıçaq kəskin deformasiya olunub, yəni tiyəsi əsasından düz bucaq altında qatlanaraq yerə düşdükdən sonra, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, dəstəyi üzəri bozumtul rəngli yapışqanlı izolentlə sarınmış qəhvəyi rəngli taxta lövhədən, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı digər mətbəx bıçağı ilə yenidən Zərərçəkmiş şəxs zərbələr endirərək sonuncuya sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik boynun sol yan səthinin orta üçdə birinin (01 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (01 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (02 ədəd), qarının ön divarının (01 ədəd) səthi kəsilmiş yarası (05 ədəd); həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 01 ( bir) ədəd deşilmişkəsilmiş yarası xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli, elan olunmuş digər ittihamla - həmin Məcəllənin 234.1-ci maddəsi ilə isə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamışdır. 2023-cü ilin yaz aylarında Ukrayna Respublikasından Azərbaycana qayıtmış və ünvan 1 ünvanında qeydiyyatda olduğu evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləlik edərək günəmuzd çörək pulu qazanmışdır. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlayaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aparmışlar. Orada Anar adlı polis əməkdaşı ona ondan şikayətlərin olmasını, ona görə də narkotik vasitə ilə tutulmalı olmasını demişdir. Əvvəl razışmaq istəməsə də, sonradan razılaşmağa məcbur olmuş, Anarın ona verdiyi narkotik vasitəni götürmüş, çəkiliş zamanı təqdim etmişdir. Sonuncu dəfə narkotik vasitə olan metadondan Ukraynada olarkən istifadə etmişdir. Zərərçəkmiş şəxs ilə Binə qəsəbəsində hadisədən təxminən 10-15 gün əvvəl tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ona yaxınlaşaraq imkanı varsa, yemək almasını xahiş etmişdir. Həmin vaxt o, Vidadiyə bir az pendir, bir az kolbasa, 250 qram araq alıb vermişdir. Vidadi o aldığı ərzaqları “66 saylı uşaq bağçası”nın qarşısında yerləşən skamyaların üzərinə qoyaraq yeməyə başlamışdır. Lakin həmin vaxt o, Vidadi ilə çörək yeməmişdir. Bundan sonra onların tanışlığı başlamışdır. Təsadüfən Vidadi ilə Binə qəsəbəsində, yaşadığı ərazidə görüşəndə bir yerdə spirtli içki qəbul etmişlər. Vidadinin ailəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Lakin Vidadinin Azərbaycanın cənub bölgəsindən olduğunu sonuncu özü ona demişdir. Vidadi ilə əvvəllər aralarında heç vaxt mübahisə, münaqişə, düşmənçilik və ya ədavət olmamışdır. 13 noyabr 2023-cü il tarixdə, saat təxminən 19 radələrində Binə qəsəbəsində gəzişmiş, “66 saylı uşaq bağçası”nın qarşısına çatdıqda orada yerləşən skamyada Vidadinin oturduğunu görmüşdür. Vidadiyə yaxınlaşıb salamlaşmış, Vidadinin spirtli içki qəbul etdiyini və sərxoş vəziyyətdə olduğunu görmüşdür. O özü də sərxoş vəziyyətdə olmuşdur. Vidadi ilə oturub biraz söhbətləşmiş, söhbət əsnasında Vidadi onunla nalayiq formada danışmağa başlamışdır. Vidadi birinci onu söyərək “sən mənim şeyimi yeyərsən” demişdir. Bu vaxt o, Vidadiyə niyə bu formada danışdığını və gicləməməsini demiş, lakin Vidadi daha sonra onun anasını söyərək “sənin ananı beləbelə eliyərəm” demişdir. Bu vaxt o, Vidadiyə “eybi yox mənim anam, sənin anan, anam həccə gedib, buna görə səni bağışlayıram” demişdir. Bu sözdən sonra Vidadi daha da qızışaraq “əə pox yemə vapşe sənin bacını da belə-belə eliyərəm” demişdir. Bu sözdən sonra artıq o, özündən çıxaraq Vidadi ilə əlbəyaxa olmuşdur. Çünki onun dörd bacısı olmuş və hamısı ailə qurmuşlar. Əlbəyaxa olan zaman Vidadiyə gücünün çatmayacağını görüb skamyanın üzərində olan bıçağı götürüb Vidadiyə vurmağa başlamışdır. Həmin vaxt Vidadi onun əlindən bıçağı almışdır. Vidadinin bıçağı aldığını görüb şalvarının sol tərəf belində olan bıçağı çıxarıb Vidadiyə vurmuşdur. Zərbələrinin Vidadinin hansı nahiyələrinə dəydiyi yadında qalmamışdır. Sonuncu zərbədən sonra Vidadi yerə yıxılmışdır. Vidadinin ona müqavimət göstərmədiyini gördükdə sonuncunun başının üzərində dayanıb kəlmeyişəhadətini oxumuş və Vidadiyə “məni də bədbəxt etdin, özünü də” deyərək oturub təcili tibbi yardımın və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Kimlərin təcili tibbi yardıma və polis əməkdaşlarına məlumat verdiyini bilməmişdir. Vidadi ilə əlbəyaxa olan vaxt ətrafda heç kəs olmamış, lakin hadisədən sonra insanların onlar tərəfə yığışdığını görmüşdür. Heç bir şey etməyib gözləmişdir. Təcili tibbi yardım gələnə qədər əli ilə Vidadinin xəsarət aldığı yerdən tutub qan itirməməsi üçün köməklik göstərməyə çalışmış, lakin bunun faydası olmamışdır. Daha sonra polis əməkdaşları gəldikdə törətdiyi əməli etiraf edib təslim olmuşdur. Polis əməkdaşları onu şöbəyə aparmışlar. Polis şöbəsində olan vaxt sağ əlinin baş barmağının üst hissəsində kəsik izinin olduğunu görmüşdür. Həmin xəsarəti Vidadi ilə əlbəyaxa olan zaman aldığını, hadisənin istiliyindən həmin vaxt heç bir şey hiss etmədiyini bildirmişdir. Vidadi ilə əlbəyaxa olan zaman Vidadi ona müqavimət göstərmiş və üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Aldığı xəsarətlərlə bağlı şikayəti olmamışdır. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Onun üzərində iki ədəd deyil, bir ədəd bıçaq olmuşdur. Üzərində olan bıçağın dəstəyi qəhvəyi rəngdə olmuş, üzərini boz rəngli bandla (zalentlə) bağlamışdır. Digər bıçaq, dəstəyi ağ, qırmızı və göy rəngdə olan bıçaq isə Zərərçəkmiş şəxs əyləşdiyi skamyanın üzərində olmuşdur. Zərərçəkmiş şəxs neçə zərbə vurduğunu tam xatırlaya bilməmişdir. Lakin xatırladığı qədərilə 3-4 zərbə vurmuşdur. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır, hazırda törətdiyi əməldən peşmandır. Xəstə olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamışdır, Zərərçəkmiş şəxs isə atası olmuşdur. Atası ilə anası təxminən 1987-1988-ci illərdə ailə həyatı qurmuş və həmin nikahdan o və bacısı dünyaya gəlmişdir. Atası Zərərçəkmiş şəxs özü orta təhsilli insan olmuş, fərdi əməklə məşğul olmuşdur. Atası ilə anası təxminən 2011- 2012-ci illərdə rəsmi olaraq boşanmışlar. Boşanmaya səbəb ailə-məişət söhbətləri olmuşdur. Atası ilə anası boşandıqdan sonra atası təxminən 5-6 il onlarla bir evdə yaşamış, sonradan atası spirtli içkiyə qurşanmışdır. O, atasını həmin vəziyyətdən çıxarıb müalicə etdirmişdir. Müalicədən sonra Binə qəsəbəsində kirayə ev tutub atasının orada yaşamasına şərait yaratmışdır. Əmiləri və bibilərinin Binə qəsəbəsində yaşadığından düşünmüşdür ki, atası öz qardaşlarının və bacılarının yanında özündə məsuliyyət hiss edər və spirtli içki aludəçiliyi etməz. Sonradan atası başqa evə köçmüş, fərdi əməklə məşğul olub özünü dolandırmışdır. Atası daha sonra Binə qəsəbəsindən torpaq sahəsi alaraq özünə ev tikib orada yaşamağa başlamışdır. Son bir ildə atası yenidən spirtli içki içməyə başlamışdır. Bu hərəkətlərdən sonra atası ilə aralarında münasibətlər soyuqlaşmağa başlamış, artıq hiss etmişdir ki, atası onu özündən kənarlaşdırmaq istəyir. Atasının belə hərəkətlərindən sonra atasından soyumağa başlamışdır. Demək olar ki, 2-3 aydan bir atası ilə görüşmüşdür. 13 noyabr 2023-cü il tarixdə, axşam saat 18-19 radələrində Binə qəsəbəsində yaşayan qohumları ona zəng edərək atasının yaşadığı evin yaxınlığında yerləşən ərazidə bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü demişlər. O, hadisədən xəbər tutduqdan sonra Xəzər rayon ekspertiza şöbəsinə getmişdir. Atasının meyiti daxili müayinə olunduqdan sonra dəfn üçün onlara təhvil verilmişdir. Sonrakı günlərdə o, atasının Binə qəsəbəsində tüfeyli həyat tərzi keçirən tanımadığı şəxslə, yəni Təqsirləndirilən şəxsla tanışlıq qurduğunu, həmin şəxslə aralarında yaranan mübahisə zamanı Bəhrişin atasına bıçaqla xəsarət yetirib öldürdüyünü öyrənmişdir. Lakin mübahisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı olmamışdır. Atası içki içsə də, tüfeyilli həyat sürməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Onun ən ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Səyyad oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımış, onlarla heç bir qohumluğu və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 isə tanımır. O, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, sürücü işləyir. Bəhrişlə Vidadini ilk dəfə bir yerdə görmüşdür. Adətən həmin şəxslər onun yaşadığı yerin yaxınlığında küçədə dayanırmışlar. Bir neçə dəfə Vidadiyə bir-iki manat yardım etmişdir. 13 noyabr 2023-cü il tarixdə axşam saatlarında o, Binədə yerləşən “Ağsaray” adlanan yerə getmək üçün evdən çıxmışdır. Yaşadığı evdən təxminən 100-150 metr aralıda yerləşən “66 saylı uşaq bağçası”nın qarşısında Bəhrişi görmüşdür. Həmin vaxt əraziyə ətrafda olan insanlar da toplaşmış, Bəhriş bağçanın qarşısında yerləşən çardağın önündə dayanmış, Vidadi isə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bəhriş Vidadinin başının üzərində dayanıb öz-özünə “gördün neylədin, söyüş lazım idi?, özünü də bədbəxt etdin, məni də...” dediyini eşitmişdir. O, həmin yerdə olan zaman polis əməkdaşları və təcili tibbi yardım həkimləri gəlmişlər. Polis əməkdaşları Bəhrişi tutaraq polis şöbəsinə aparmışlar. Təcili tibbi yardım həkimləri Vidadini müayinə edib öldüyünü bildirmişlər. Həmin vaxt məlumat almışdır ki, Vidadini Bəhriş bıçaqla vuraraq xəsarət yetirib öldürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə təxminən bir ildir ki, tanımışdır, onlarla heç bir qohumluğu və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 isə tanımır. O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məmmədhüseyn küçəsində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, günəmuzd fəhləlik edərək çörək pulu qazanır. Vidadi də onun kimi ustalıq etmiş, yaxşı sənətkar olmuşdur. Lakin son zamanlar spirtli içkiyə aludə olmuşdur. Buna görə də çox vaxt işə getməmişdir. 13 noyabr 2023-cü il tarixdə o, Binə qəsəbəsində mərkəz küçələri gəzib “bizon” içkisinin dəmir qablarını yığan zaman “66 saylı uşaq bağçası”nın qarşısında yerləşən çardağın yanında bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşdıqda uzanıqlı vəziyyətdə olan şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O, həmin yerdə olan zaman polis əməkdaşları da hadisə yerində olmuşlar. Polis əməkdaşları adının sonradan Bəhriş olduğunu öyrəndiyi şəxsi tutaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt məlumat almışdır ki, Vidadini Bəhriş bıçaqla vuraraq xəsarət yetirib ölmüşdür. O, Bəhrişi üzdən tanısa da, adını bilməmişdir. Bəhrişlə heç bir münasibəti olmamışdır Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun ortancıl qardaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Sakit Əliyev isə qardaşı oğludur. O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır, tikintidə usta işləmişdir, hazırda təqaüdçüdür. Vidadi özü tikintidə ustalıq etmiş, evli olmuş və iki övladı olmuşdur. Vidadi ailəsindən təxminən 7-8 il əvvəl boşanmış, Binə qəsəbəsində torpaq alıb yarı-təmirli ev tikmişdir. Qardaşı təxminən 1-2 il idi ki, alqokolizmdən əziyyət çəkmişdir. Bununla bağlı o və ailə üzvləri qardaşını müalicəyə aparmışlar. Müalicədən sonra qardaşının səhhəti düzəlmiş, lakin sonradan qardaşı yenə də zərərli vərdişinə geri qayıtmışdır. Bundan sonra qardaşının bu davranışının qarşısını ala bilməmişlər. 13 noyabr 2023-cü il tarixdə axşam saatlarında o, işdən evə gəlib istirahət etmişdir. Bu vaxt digər qardaşı ona zəng edərək qardaşları Vidadinin Binə qəsəbəsində Bəhrişlə aralarında yaranan mübahisə zamanı Bəhrişin Vidadiyə bıçaqla xəsarət yetirib öldürdüyünü demişdir. Bu barədə qardaşına məlumatı Binə qəsəbəsində, yəni hadisənin törədildiyi yerdə olan onları tanıyan insanlar vermişlər. O dərhal evdən çıxıb hadisənin törədildiyi yerə getmişdir. O, hadisə yerinə getdikdə ətrafda təcili tibbi yardım həkimlərini və oraya toplaşan insanları görmüşdür. Həkimlər qardaşını müayinə edib öldüyünü bildirmişlər. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisə yerinə və qardaşının meyitinə baxış keçirdikdən sonra meyiti müayinə üçün ekspertizaya göndərmişlər. Polis əməkdaşları qardaşını öldürən Bəhriş adlı şəxsin təslim olduğunu və polis şöbəsinə aparıldığını demişlər. Təqsirləndirilən şəxsla və sonuncunun qohum-əqrəbası ilə onların heç bir münasibəti olmamış, həmin şəxsləri tanımamış, əvvəllər aralarında hər hansı tanışlıq, düşmənçilik, ədavət və ya digər münasibət olmamışdır. Qardaşının hansı səbəbdən Bəhriş tərəfindən xəsarət yetirilərək öldürülməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs və onun hüquqi varisi X8 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və ya ədavəti olmamışdır. O, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" MMC-də bağban işləyir. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Bəhriş özü heç bir yerdə işləməmiş, tüfeyli həyat tərzi sürmüşdür. Qardaşı əvvəllər dəfələrlə məhkum olmuşdur. Qardaşı ilə demək olar ki, bütün ailə üzvləri əlaqəni kəsmişlər. Buna səbəb qardaşı Bəhrişə verdikləri öyüd-nəsihəti qəbul etməməyi və onların ailəsinə yaraşmayan davranışlarından əl çəkməməyi olmuşdur. Qardaşının zərərli vərdişləri olmuş, dəfələrlə müalicəyə aparmışlar. Müalicələrdən sonra qardaşı bir müddət yaxşı olsa da, müəyyən vaxtdan sonra yenə öz zərərli vərdişlərinə qayıtmışdır. Qardaşı bütün gün Binə qəsəbəsində küçələrdə boş-boş veyillənmiş, əlinə pul düşən kimi spirtli içki qəbul etmiş, çox vaxt küçələrdə gecələmişdir. 13 noyabr 2023-cü il tarixdə o, işdən evə gəlmiş, axşam saatlarında hüquq mühafizə orqanı əməkdaşları böyük qardaşının mobil telefonuna zəng edərək qardaşları Bəhrişin Binə qəsəbəsində tanımadıqları bir nəfər tanışı ilə mübahisə etdiyi və mübahisə zamanı həmin şəxsə bıçaqla xəsarət yetirib öldürdüyü, Bəhrişin şübhəli şəxs qismində tutulduğu barədə məlumat vermişlər. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olmasını öyrənmişlər. Zərərçəkmiş şəxslə və sonuncunun qohum-əqrəbası ilə onların heç bir münasibətləri olmamış, həmin şəxsləri tanımamış, aralarında əvvəllər hər hansı tanışlıq, düşmənçilik, ədavət və ya digər münasibət olmamışdır. Qardaşının hansı səbəbdən belə bir cinayət əməli törətməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində xidmət edən Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X8 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 03 noyabr 2023-cü il tarixdə təxminən saat 15:15 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 ilə birlikdə inzibati ərazidə, yəni Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbin yaxınlığında xidmətdə olduğu zaman bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs qeyri-adi hərəkətləri diqqətlərini cəlb etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, söhbət zamanı zahirən narkotik vasitə istifadəçisinə oxşadığı üçün şübhələnmiş və araşdırılması üçün həmin şəxsi şöbəyə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə 3-cü Polis Şöbəsinə getmişdir. 3-cü Polis Şöbəsində həmin şəxsin xx.xx.1971-ci il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bununla bağlı tərəflərindən tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuş, Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və baş təhqiqatçısı Anar Hacıyev tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, əməliyyat müvəkkili Şahid5 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə "kakos" kimi tanıdığı narkotik vasitə heroindir və həmin heroini Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman sonuncuya qarşı tərəflərindən hər hansı fiziki, psixoloji təzyiqlər göstərilməmişdir. Onların şöbəsində Anar adlı əməliyyatçı yoxdur. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri yalan olmaqla özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı X11 tərəfindən tərtib olunmuş, Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5, Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-nin sahə rəisi Şahid6, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 tərəfindən imzalanmış 03 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 03 noyabr 2023-cü il tarixdə saat 15:15-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 saylı tam orta məktəbin yanında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-ə gətirilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibində olan şəffaf selofana bükülmüş 01 bükümün heroin olduğunu bildirərək araşdırmaya təqdim etmiş, həmin 01 bükümü 03 noyabr 2023-cü il tarixində Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Bakı kart” aşkar edilmiş, sübut əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşa geri qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı “SAMSUNG” markalı videokameradan istifadə olunmaqla çəkiliş aparılmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə saat 16:50-də başlamış, 17:10-da qurtarmışdır (cild 1, i/v 213-214) - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş görüntüləri özündə əks etdirən CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı 03 noyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5898 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksləri, “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,456 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,456 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,406 qram qalıq qalmışdır (cild 1, i/v 223). - 09 noyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanıma və saxlama haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,456 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,406 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 258). - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3/2-15462/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Buna baxmayaraq əməliyyataxtarış tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa, əlavə məlumat veriləcəkdir (cild 1, i/v 265). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 X16 X5 07 noyabr 2023-cü il tarixli, 7311 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixotrop maddələrin birgə qəbulu ilə yanaşı alkoqoldan sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya və alkoqolizm xəstəliyi) aşkar olunur. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 266-267). - “Şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 194, 203). - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi, qətimkan tədbirinin seçilməsi və X6 azad etmə haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan və həmin tarixli “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlanıldığı X6 azad edilməsi qərara alınmışdır (cild 1, i/v 249-251). - Bakı şəhəri, Xəzər rayon prokurorluğunun böyük müstəntiqi X4 tərəfindən tərtib olunmuş, Xəzər rayon prokurorunun müavini Zaur Ağakişiyev, Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokurorkriminalisti Elnur Əbilov, Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi Rahid Nağıyev, Xəzər RPİ-nin X1 inspektor kriminalisti X14, hal şahidləri X12, X15 tərəfindən imzalanmış 13 noyabr 2023-cü il tarixli “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 13 noyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Xəzər rayon Polis İdarəsinin növbətçi hissəsindən rayon prokurorluğuna 29 avqust 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanının həyətində yerləşən çardaqda şəxsi münasibətlərin pozulması zəminində tanışı - xx xxx 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncuya bıçaqla zərbə vurması və Zərərçəkmiş şəxs aldığı xəsarətdən hadisə yerində ölməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanının həyət tərəfdən qarşısında yerləşən söhbətgahdır. Söhbətgahın yerləşdiyi küçə asfalt örtüklüdür. Söhbətgahın ərazisi ağ lay daşlarla sütunlar şəklində tikilmiş hasarla çevrələnmişdir, sütunların arası isə dəmir arakəsmələr şəklində bağlanmışdır. Söhbətgah ərazisi hər tərəfdən yaşayış binaları və ictimai iaşə obyektləri ilə əhatə olunmuşdur. Söhbətgah ərazisinə giriş bir-birindən aralı şəkildə yerləşən 3 giriş hissədən ibarətdir. Hər üç giriş qapısı 1 laylı olmaqla, dəmir konstruksiyalıdır. ünvan 3 ünvanının qarşısından baxıldığında yalnız ən sağ tərəfdə olan giriş qapısının açıq olduğu müşahidə olunur. Digər 2 giriş qapısı isə örtülü olmaqla, eyni zamanda kilidli şəkildədir. Söhbətgah ərazisində bir-birindən təxminən 7-8 metr aralıda yerləşən 2 söhbətgah, eyni zamanda uşaq əyləncəsi üçün quraşdırılmış qurğular müşahidə olunur. Söhbətgah ərazisinin döşəməsi metlax örtüklüdür. Söhbətgah ərazisi ümumi olaraq səliqəli vəziyyətdədir. Söhbətgah ərazisinə açıq olan giriş hissədən daxil olduqda sol tərəfdə söhbətgah ərazisinin divarına bitişik tikilmiş elektrik transformatorunun qorunduğu bağlı tikili müşahidə olunur. Məlum hadisənin baş verdiyi söhbətgah düzbucaqlı formada olmaqla, döşəməsi metlax örtüklüdür. Söhbətgahın tavan hissəsi boş saxlanılmaqla çöl tərəfdən kirəmitlərlə bağlanılmışdır. Söhbətgaha giriş qapısı olmayan hissədəndir. Söhbətgahın hər tərəfi üzərində naxışlar olan dəmir məhəccərlə əhatə olunmuş, məhəccərlə tavan arasındakı sahə isə boşdur. Bütün məhəccər boyu dəmir konstruksiya üzərində quraşdırılmış taxta skamya müşahidə olunur. Söhbətgahın çölündə girişdən sol tərəfdə, döşəmə səth üzərində Zərərçəkmiş şəxs kürəyi üstə uzanıqlı şəkildə meyiti aşkar olunmuşdur. Hadisə yerinə baxış zamanı meyitin yanında iki ədəd bıçaq aşkar edilmişdir. Həmin əşyalar maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerindən maddi sübut əhəmiyyətinə malik əlavə heç bir predmet, əşya aşkar edilməmiş və götürülməmişdir. Zərərçəkmiş şəxs meyiti xarici və daxili müayinə olunmasından ötrü MTE və PA X20 Şəxsin Xəzər rayon şöbəsinə göndərilmişdir. Bıçaq №1. Bıçaq dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 33 sm-dir. Bıçaq tiyə və dəstək hissələrdən ibarət olmaqla ayrılmışdır (ayrıayrıdır). Bıçağın dəstəyi qara rəngli plastik materialdan olub, boz rəngli izolyasiya lenti ilə sarınmışdır, boz rəngli metal fiksəedicilərlə korpusa bərkidilmişdir. Bıçağın dəstəyinin uzunluğu 14,0 sm, eni orta hissədə 2,0 sm, qalınlığı 1,5 sm-dir. Bıçağın tiyəsi bozumtul rəngli sərt metaldan olub, kəsər və küt kənardan ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 19,0 sm, eni orta hissədə 2,0 sm, qalınlığı 0,1 sm-dir. Kəsər və küt kənarlar qövsşəkilli birləşir, şiş ucluq əmələ gətirir. Bıçağın tiyəsinin hər iki üzündə qəhvəyimtil-qonur rəngli, qanabənzər maddə ilə çətin seçilən çirklənmə sahələri vardır. Bıçaq №2. Bıçaq dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 27 sm-dir. Bıçağın dəstəyi ağ-qırmızı-göy rəngli plasmas materialdan olub, hər iki tərəfdən 3 ədəd, boz rəngli metal fiksəedicilərlə korpusa bərkidilmişdir. Bıçağın dəstəyinin uzunluğu 12,0 sm, eni orta hissədə 1,8 sm, qalınlığı 1,2 sm-dir. Bıçağın tiyəsi bozumtul rəngli sərt metaldan olub, kəsər və küt kənardan ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 15,0 sm, eni orta hissədə 2,3 sm, qalınlığı 0,1 sm-dir. Kəsər və küt kənarlar qövsşəkilli birləşir, şiş ucluq əmələ gətirir. Bıçağın tiyəsi, dəstəklə müqayisədə düz bucaq formasında bitişikdir. Yəni bozumtul rəngli metal tiyə dəstəyə keçid hissədən düz bucaq formasında əyilmiş şəkildə mövcuddur. Bıçağın dəstək və tiyəsi üzərində gözlə görülə bilən çirklənmə qeyd olunmur. Meyitə baxış: Zərərçəkmiş şəxs. Meyitin əynində göy rəngli idman gödəkçəsi, qəhvəyi rəngli sviter; qara rəngli qısaqol mayka, boz rəngli adi mayka, göy rəngli cins materialdan şalvar, şalvarın belində qara rəngli kəmər, boz rəngli tursik, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab vardır. Paltarlar geyinilmiş, yara proyeksiyaları üzrə qanla çirklənmişlər. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boynun uzunluğu 180 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində solğun-göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, 1 dəqiqə əvvəlki rənginə bərpa olunurlar. Başın tükləri ağ-qara rəngli qarışıq olub, 2-3 sm-ə qədər uzunluqdadırlar, əllə yoxladıqda kəllə sümükləri tamdır. Gözləri qapalıdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar qansızmasızdır. Hər iki qulaq, burun və ağız keçəcəkləri ifrazatsızdır. Burun sümük və qığırdaqları əllədikdə tamdır. Ağzı yarıaçıqdır, dili ağız boşluğundadır. Dişləri üst və alt çənədə tək-tək olub, kəskin karieslidirlər. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarnı qabırğalar qövsü səviyyəsindən az aşağıdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. Xarici müayinə zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Boyunun sol yan səthinin orta üçdə birində 0,7x0,2 sm ölçüdə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birində - orta körpücük xətt üzrə 0,5x0,2 sm ölçüdə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birində - sol qabırğa qövsü proyeksiyası üzrə 0,3x0,2 sm və ondan 3 sm aşağı 1,2x0,2 sm ölçülərdə 2 ədəd, qarının ön divarında göbəkdən 3 sm sola 0,2x0,2 sm ölçüdə 1 ədəd kənarları nisbi hamar və qansızmalı, bucaqlarından biri iti, digəri formasız səthi yaralar vardır. Döş qəfəsinin sol yan səthinin orta üçdə birində - arxa qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədə çəp istiqamətli 2,5x0,5 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti arxadan önə, soldan sağa, aşağıdan az yuxarıyadır, yara kanalının uzunluğu təxminən 10- 12 sm-dir. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilməmişdir. Meyitin əynində olan göy rəngli idman gödəkçəsinin sol yan tikişindən 9 sm sağa və arxaya, ətəyindən 34 sm yuxarı, sol qoltuq tikişindən 15 sm aşağı, çəp istiqamətli 3,0x0,3 sm ölçüdə 1 ədəd kənarları hamar, bucaqları iti zədə vardır. Gödəkçənin ön səthində solda, zəncirbənddən 5 sm sola, boyun tikişindən 32 sm aşağı, bir-birindən 5 sm aralı 1,0x0,3 sm, 0,8x0,2 sm, 0,5x0,2 sm ölçülərdə 3 ədəd kənarları hamar, bucaqları iti zədələr vardır. Qəhvəyi rəngli sviterin arxa səthində solda, sol yan tikişdən 8 sm arxaya, sol qoltuq tikişindən 14 sm aşağı və arxaya 2,5x0,3 sm kənarları hamar, bucaqları iti zədə vardır. Qara rəngli qısaqol maykanın sol yan tikişindən 7 sm arxaya, sol qoltuq tikişindən 12 sm aşağı və arxaya 2,2x0,3 sm ölçüdə 1 ədəd kənarları hamar, bucaqları iti zədələr vardır. Maykanın ön səthində solda sol yan tikişdən 15 sm sağa və önə bir-birinə yaxın 0,5x0,2 sm, 0,3x0,2 sm, 0,2x0,2 sm ölçülərdə 3 ədəd kənarları hamar, bucaqları iti zədələr vardır. Boz rəngli qolsuz maykanın arxa səthində, sol qoltuq tikişindən 12 sm aşağı və arxaya 2,3x0,3 sm ölçüdə kənarları hamar, bucaqları iti zədə vardır. Maykanın ön səthində solda bir-birinə yaxın sol qoltuq tikişindən 20 sm aşağı və önə 0,5x0,2 sm, 0,3x0,2 sm, 0,2x0,2 sm ölçülərdə 3 ədəd kənarları hamar, bucaqları iti zədələr vardır. Göy rəngli cins materialdan şalvar, boz rəngli tursik zədəsizdirlər, qanla çirklənmişlər. Geyim əşyaları və Zərərçəkmiş şəxs şalvarında aşkar edilmiş bir ədəd mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Meyit ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə daxili müayinə edilməsindən ötrü “MTE və PA Birliyi” publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin ekspertlərinə təqdim edilmişdir. Hadisə yerindən yuxarıda sadalananlardan savayı maddi sübut əhəmiyyətinə malik əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinə və meyitə süni işıqlanma şəraitində, fotoçəkiliş tətbiq edilməklə baxış keçirilmiş, fotoşəkillər protokola əlavə edilmişdir. Baxış saat 19:20-də başlamış, 21:45-də başa çatmışdır (cild 1, i/v 3-21). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1/6311 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluğu dərəcəsində olmuşdur (cild 1, i/v 27). - Xəzər rayon prokurorluğunun böyük müstəntiqi X4 tərəfindən tərtib olunmuş, hal şahidləri X12, X15, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Namiq Mustafayev tərəfindən imzalanmış 14 noyabr 2023-cü il tarixli “Təqdim etmə, götürmə və paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş köynəyi, şalvarı və ayaqqabısı sonuncunun özü tərəfindən təqdim olunmuş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində qəhvəyi rəngli uzunqol köynək, qara rəngli qısaqol gödəkçə, göy rəngli cins şalvar və ağ-göy rəngli idman ayaqqabısı olmuşdur, paltarlar geyinilmişdir, üzərlərində hər-hansı zədə müşahidə olunmur, təqdim edilmiş paltarlar üzərində gözlə görülə bilən hər hansı çirklənmə aşkar edilməmişdir. Baxış təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı paltarların foto şəkilləri çəkilmiş, protokola əlavə edilmişdir (cild 1, i/v 60). - 16 noyabr 2023-cü il tarixli “Mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş, hadisə yerinə və meyitə baxış zamanı götürülmüş, Realfone” markalı, qara rəngli mobil telefona rayon prokurorluğunun inzibati binasında, xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Telefon Çin istehsalıdır, “1112” modeldir, menyusu müxtəlif proqramlardan ibarətdir, telefonun kontaktlar, zəng, mesaj və digər dəstəkləyiciləri vardır. Telefonun kontaktlar bölməsində mərhumun yaxın qohumlarının telefon nömrələri mövcuddur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun fotoşəkilləri çəkilmiş, protokola əlavə edilmişdir. Baxış saat 14:00-da başlamış, saat 14:15də qurtarmışdır (cild 1, i/v 115). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X7” publik hüquqi şəxsin 17 noyabr 2023-cü il tarixli, 1379 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ və sağ gözaltı nahiyyəsinin qançırı, küt əşya (əşyalar); sağ əlin səthi kəsilmiş yaraları isə kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, i/v 139-140). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 174 nömrəli ekspert rəyindən görünür ki, mərhum 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; boyunun sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (2 ədəd), qarının ön divarının (1 ədəd) səthi kəsilmiş yaraları (5 ədəd) vardır. Qeyd olunan deşilmiş-kəsilmiş və səthi kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən, sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir, həyatidir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti arxadan önə, soldan sağa, aşağıdan az yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Boyunun sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (2 ədəd), qarının ön divarının (1 ədəd) səthi kəsilmiş yaraları (5 ədəd) canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmişkəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla (№1 bıçaqla), eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində ayaqüstü, yarıoturaq, oturaq, yarıuzanıqlı və s.) ola bilərdi. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,56% etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı №4092/K, xx.xx.2023) (cild 2, i/v 8-13). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 604/MTKŞ-2023 nömrəli maddi sübutların ekpertizasına dair ekspert rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin, jaketin, qısaqol koftanın və qolsuz maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd, həmin paltarların hər birinin ön səthinin sol yarısında dörd ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin ön səthinin sol yan nahiyəsində, üst qatın zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib- keçməyən kəsilmiş zədə var. Bu zədə kəsici kənara malik hər hansı bir iti alətin (əşyanın) təsirindən törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin ön səthinin sol yarısında iki ədəd cırılmış zədə var. Bu zədələr paltarın həmin nahiyyəsinin dartılması (o cümlədən ilişib dartılması) nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədəninin paltarlarla örtülü nahiyyəsində olan xəsarətlər yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. İdman gödəkçəsinin üzərində olan bir ədəd kəsilmiş və iki ədəd cırılmış zədəyə uyğun həm digər paltarlar üzərində, həm də mərhum Zərərçəkmiş şəxs bədən səthində uyğun xəsarətlərin olmaması həmin zədələrin əmələgəlmə mexanizmi və dəlib-keçməyən xarakterli olması ilə izah olunur. Təqdim olunmuş hər iki bıçağın tiyəsi sındığından və deformasiyaya uğradığından, mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (idman gödəkçəsi, jaket, qısaqol köynək və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədələrin iki ədəd bıçağın tiyəsinin təsirindən törənib-törənməməsini müəyyən etmək üçün eksperimental zədələrin yetirilməsi və müqayisəli müayinənin aparılması mümkün olmadı. Bu səbəbdən, təqdim edilmiş hər iki bıçağın eyni qrup daxilində (iti ucları, küpü və kəsici kənarları olmaqla, yastı tiyə tiplidirlər) olan iti alətlərə aid olmasını, tiyəsinin forma, ölçü və konstruktiv xüsusiyyətlərinə görə birbiri ilə oxşarlıq təşkil etməsini nəzərə alaraq, mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş iki ədəd bıçağın hər birinin tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Odur ki, təqdim edilmiş paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrin bu bıçaqlardan hansı birinin tiyəsi ilə yetirilməsinin istintaq yolu ilə dəqiqləşdirilməsi məqsədəuyğundur. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın, belindəki kəmərin, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələrin əlbəyaxa mübarizəyə xarakterik olub-olmamasının qiymətləndirilməsi istintaq orqanlarının səlahiyyətinə aiddir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkçənin, jaketin, cins şalvarın və bir cüt idman ayaqqabısının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər (cild 2, i/v 21-27). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 814/ 2023- MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Təqsirləndirilən şəxs təqdim edilmiş şəxsiyyəti təsdiq edən axtarış vərəqəsində onun qan qruppu barəsində «l plyus» olması barəsində qeyd-məlumat vardır. Mövcud təsnifata əsasən bu qeydə görə onun qan qrupunun ABO və rezus sisteminə görə O/İ/Rh+ olmasını söyləmək olar. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, pulover, qısaqol köynək, mayka, Təqsirləndirilən şəxs məxsus gödəkçə tipli jilet, cins şalvar, bir cüt idman ayaqqabısı və dəstəyindən ayrılmış bıçaq tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//l İ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin hadisənin məzmunu nəzərə alınmaqla və hadisə zamanı Təqsirləndirilən şəxs bədənində qanaxma ilə müşayiət olunan xəsarətlərin olduğu halında ləkələrin bir neçə şəxsin qarışmış qanlarının olması güman olunarsa, bu ləkələr A/ll/, A/H//İİ/ və O/l/ qruplu şəxslərin qarışmış qanları hesabına əmələ gələ bilər. Son halda ləkələrdə O/l/ qruplu Təqsirləndirilən şəxs da qan qarışığının ola bilməsi mümkünlüyü də inkar oluna bilməz. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir ədəd mətbəx bıçağı, bıçaq dəstəyi üzərində qan, cins şalvar, kəmər, trusik, bir cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 2, i/v 31-35). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır (cild 2, i/v 38-41). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 6533 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Keşlə qəsəbəsi, Yeni sahə yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixindən “Alkoqol istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır (cild 1, i/v 160). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xx/xx-14260 nömrəli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, i/v 162). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xx/xx-14261 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2010-xx.xx.2010, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə “Alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu iilə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, i/v 161). - “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, 01 ədəd boz rəngli trusik, 01 cüt qara rəngli ayaqqabı və 01 cüt qara rəngli corab, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 02 (iki) ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd qara rəngli, qısaqol gödəkçə, 01 ədəd qəhvəyi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli, "Jeans" materialdan şalvar və 01 cüt ağ-göy rəngli idman ayaqqabısı maddi sübut qismində tanınmaqla, prokurorluğun maddi sübutlar otağında saxlanmasının nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,406 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılmasının nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli "Realfone" markalı mobil telefonun sübut əhəmiyyətinə malik olmadığından zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmışdır (cild 2, i/v 43-67). - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X13 mərhum atası Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd “Realfone” markalı qara rəngli mobil telefonu təhvil almışdır (cild 2, i/v 84). - 13 noyabr 2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 28, 38, 102-106). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 151-153). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20-04/546 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcili qaydada ağır vəziyyətdə Bakı İstintaq Təcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdür. O kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “İİV infeksiya İİİ klinik mərhələ. Oral kandidoz. Xroniki C virus hepatit sarılıqsız forma. İkincili anemiya” diaqnozu müəyyən edilmiş və müvafiq müalicəyə başlanılmışdır. Hazırda müalicə fonunda səhhətində müsbət dinamika izlənmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməllərində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr- ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa, o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. İnsanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs məişət təyinatlı mətbəx bıçaqları ilə zərbələr endirərək sonuncuya sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik boynun sol yan səthinin orta üçdə birinin (01 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (01 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (02 ədəd), qarının ön divarının (01 ədəd) səthi kəsilmiş yarası (05 ədəd); həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 01 ( bir) ədəd deşilmiş- kəsilmiş yarası xəsarətləri yetirməsi, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olması müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertiza rəylərindən göründüyü kimi Zərərçəkmiş şəxs ölümü ilə sonuncuya Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarətlər arasında birbaşa səbəbli əlaqə olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsuilə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,456 qram olan narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşıması özü tərəfindən inkar edilsə də, dindirilmiş şahid ifadələri, baxış protokolu, ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərində narkotik vasitənin olmaması barədə məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən aldığını, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra polis əməkdaşı olduqlarını dediklərini, polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getdiyini, polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə axtarış keçirildiyini, üzərində saxladığı içərisində "kakos" kimi tanıdığı narkotik maddə olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərii törətməsi, yəni zərərçəkmiş şəxsi qəsdən öldürməsi, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşıması özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs “İİV infeksiya İİİ klinik mərhələ. Oral kandidoz. Xroniki C virus hepatit sarılıqsız forma. İkincili anemiya” diaqnozu ilə xəstəliklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 1 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, 01 ədəd boz rəngli trusik, 01 cüt qara rəngli ayaqqabı və 01 cüt qara rəngli corab, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 02 (iki) ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd qara rəngli, qısaqol gödəkçə, 01 ədəd qəhvəyi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli, "Jeans" materialdan şalvar və 01 cüt ağ-göy rəngli idman ayaqqabısı, Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,406 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 1 (bir) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 12 (on iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, 01 ədəd boz rəngli trusik, 01 cüt qara rəngli ayaqqabı və 01 cüt qara rəngli corab, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 02 (iki) ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd qara rəngli, qısaqol gödəkçə, 01 ədəd qəhvəyi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli, "Jeans" materialdan şalvar və 01 cüt ağ-göy rəngli idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,406 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar