Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1519/2025 24.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “AAA” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin İT departamentinin geniş zolaqlı xidmətlər şöbəsində aparıcı mütəxəssis işləmiş, hazırda işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusilə külli miqdarda təkrarən keçirərək qaçaqmalçılıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, 2023-cü ilin fevral ayında Azərbaycan Respublikası vətəndaşı X4, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə xüsusilə külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girərək, bu məqsədlə 16 fevral 2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib, ümumi cinayətkar plana əsasən cinayətkar qrupun üzvü İnqilab Babayev, Tural Səməd-zadə və qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvləri 585 əyarlı qızıldan hazırlanmış 8934,65 qram, 750 əyarlı qızıldan hazırlanmış 7621,33 qram, üzərilərində olan 50 qram çəkidə zikron qaş olmaqla, xüsusilə külli miqdarda, 1007171,63 (1 milyon 7 min 171 manat 63 qəpik) manat dəyərində ümumilikdə 16605,98 qram zərgərlik məmulatlarını 18 fevral 2023-cü il tarixli LVF**********006 nömrəli hesab faktura əsasında İstanbul şəhərində əldə edərək 18 fevral 2023-cü il tarixində tənzimləmə hesabatı, qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə X18na göndərilməsini və həmin tarixdə 23341454EX00001281 sorğu nömrəli ixrac gömrük bəyannaməsi ilə Türkiyə Respublikasının səlahiyyətli gömrük orqanlarına bəyan edilərək X18nda saxlanca verilməsini təmin etdikdən sonra həmin məmulatları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X6 "xxxx" xidmətlər qrupu MMC-nin “CİP” xidmətinin nəqliyyat vasitəsində yerləşdirmək və daha sonra cinayətkar qrupun digər üzvləri tərəfindən bu məmulatların oradan götürülərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əldə edilmiş cinayətkar razılığa uyğun olaraq öz növbəsində 18 fevral 2023-cü il tarixdə əvvəlcə onlayn qaydada "xxxx" xidmətlər qrupu MMC-nin “CİP” xidmətini sifariş edib, daha sonra həmin tarixdə X18na gələrək İstanbul-Bakı aviareysi ilə uçuş üçün qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsini və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən həmin zərgərlik məmulatlarını təhvil alıb, müşayiət altında hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü qismində keçirərək qeyd edilən tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək, saat 22 radələrində təyyarədən endikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X3baqcadan adına sifariş verilmiş “CİP” xidmətinin nəqliyyat vasitəsinə minərək xüsusilə külli miqdarda, 1007171,63 (1 milyon 7 min 171 manat 63 qəpik) manat dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış ümumilikdə 16605,98 qram zərgərlik məmulatlarını həmin nəqliyyat vasitəsinə yerləşdirib, gəliş zalına çatdıqda isə zərgərlik məmulatlarını nəqliyyat vasitəsində qoyaraq özü nəqliyyat vasitəsindən enib gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk etdikdən sonra, həmin zərgərlik məmulatları daha sonra cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan üzvü tərəfindən qeyd edilən nəqliyyat vasitəsindən götürülərək gömrük nəzarəti mövcud olmayan zonadan istifadə edilməklə hava limanından çıxarılmasına nail olub, X4, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusi ilə külli miqdarda, yəni 1007171,63 (1 milyon 7 min 171 manat 63 qəpik) manat dəyərində olan zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin mart ayında Azərbaycan Respublikası vətəndaşı X4, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə xüsusilə külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədilə cinayət əlaqəsinə girərək, bu məqsədlə, 27 mart 2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib, ümumi cinayətkar plana əsasən cinayətkar qrupun üzvü İnqlab Babayev, Tural Səməd-zadə və qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvləri 9703,19 qram çəkidə 585 əyar, 1871,10 qram çəkidə 750 əyar və üzərilərində 50 qram çəkidə zikron qaş olmaqla olmaqla, xüsusilə külli miqdarda, 694718,09 (694 min 718 manat 9 qəpik) manat dəyərində ümumilikdə 11624,29 qram zərgərlik məmulatlarını 29 mart 2023-cü il tarixli GİB**********006 nömrəli hesab faktura əsasında İstanbul şəhərində əldə edərək 29 mart 2023-cü il tarixində tənzimləmə hesabatı, qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə X18na göndərilməsini və həmin tarixdə 23341454EX00002481 sorğu nömrəli ixrac gömrük bəyannaməsi ilə Türkiyə Respublikasının səlahiyyətli gömrük orqanlarına bəyan edilərək X18nda saxlanca verilməsini təmin etdikdən sonra, həmin məmulatları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X6 "xxxx" xidmətlər qrupu MMCnin “CİP” xidmətinin nəqliyyat vasitəsində yerləşdirmək və daha sonra cinayətkar qrupun digər üzvləri tərəfindən bu məmulatların oradan götürülərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əldə edilmiş cinayətkar razılığa uyğun olaraq öz növbəsində 29 mart 2023-cü il tarixdə əvvəlcə onlayn qaydada "xxxx" xidmətlər qrupu MMC-nin “CİP” xidmətini sifariş edib, daha sonra həmin tarixdə X18na gələrək İstanbul-Bakı aviareysi ilə uçuş üçün qeydiyyatdan keçib, pasportunu və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən həmin zərgərlik məmulatlarını təhvil alıb, müşayiət altında hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü qismində keçirərək 30 mart 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək, saat 02 radələrində təyyarədən endikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X3baqcadan adına sifariş verilmiş “CİP” xidmətinin nəqliyyat vasitəsinə minərək xüsusilə külli miqdarda, 694718,09 (694 min 718 manat 9 qəpik) manat dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış ümumilikdə 11624,29 qram zərgərlik məmulatlarını həmin nəqliyyat vasitəsinə yerləşdirib, gəliş zalına çatdıqda isə zərgərlik məmulatlarını nəqliyyat vasitəsində qoyaraq özü nəqliyyat vasitəsindən enib gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk etdikdən sonra, həmin zərgərlik məmulatları daha sonra cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan üzvü tərəfindən qeyd edilən nəqliyyat vasitəsindən götürülərək gömrük nəzarəti mövcud olmayan zonadan istifadə edilməklə hava limanından çıxarılmasına nail olub, X4, Səməd-zadə Tural Akif oğlu və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir plan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xüsusi ilə külli miqdarda, yəni 694718,09 (694 min 718 manat 9 qəpik) manat dəyərində olan zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə təkrarən keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ildə ağıllı evlərin quraşdırılması məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib-gələn ərəfələrdə milliyətcə türk olan Gökhan adlı şəxslə tanış olmuş, 2023-cü ilin fevral ayının əvvəllərində Gökhan onunla xatırlamadığı xarici nömrə ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq, Türkiyə Respublikasının İstanbul şəhərinə gəlməyini oradan adına qızıl məmulatları bəyan olunacağını, lakin həmin məmulatları onun Azərbaycan Respublikası ərazisinə gətirməyəcəyini bildirmiş, eyni zamanda bunun müqabilində ona hörmət də edəcəyini demiş, o da bu fikirlə razılaşmışdır. Daha sonra Gökhan onun həmyerlisi olan bir şəxslə calaşdıracağını deyərək onun nömrəsini həmin şəxsə verəcəyini bildirmişdir. Bundan sonra danışıq zamanı adının İnqlab olduğunu bildiyi bir nəfər şəxs xatırlamadığı xarici nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə ona zəng edib Gökhanın tanışı olduğunu, qeyd olunan məsələ ilə əlaqədar əlaqə saxlayacağını deyərək, İnqlab onun şəxsiyyət vəsiqəsinin fotoşəklini istəmiş, o da şəxsiyyət vəsiqəsini “Whatsapp” mobil tətbiqi vasitəsilə İnqlabın mobil telefon nömrəsinə göndərmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində o, Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə gedərək, orada qabaqcadan adına rezerv etdiyi hoteldə qalmış, 1-2 gün sonra İnqlab “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq geri qayıdarkən İstanbul Yeni hava limanında karqo şöbəsinə yaxınlaşmasını, sənədini təqdim edərək oradan qızıl məmulatlarını götürməsini deyərək, həmin məmulatları hava limanında yoxlamadan keçirdikdən sonra bir nəfər şəxsin gəlib ondan təhvil alacağını bildirmişdir. O da İnqlabın dediklərinə uyğun olaraq, 2023-cü ilin fevral ayında səhər saatlarında İstanbul-Bakı avaireysi ilə Bakı şəhərinə gəlmək üçün X18na getmiş, İnqlabla danışığa əsasən karqo şöbəsinə yaxınlaşaraq, orada pasportunu təqdim edib, bundan sonra oranın əməkdaşları 1 ədəd qara rəngli içərisində qızıllar olan çamadanı gətirib ona təhvil vermişlər. Oranın əməkdaşlarının müşayiəti ilə gömrük zonasına gedib, orada həmin qızıllar onun adından bəyan edilərək ona müəyyən sənədlər verilmişdir. Yoxlama məntəqəsini keçdikdən sonra İnqilabla əlaqə saxlamış, İnqilab bir nəfər şəxsin ona yaxınlaşıb həmin məmulatları təhvil alacağını demişdir. O, İstanbul-Bakı aviareysi ilə gəlmək üçün təyyarəyə minik yerinə gedərək orada gözləməyə başlamış, bu ərəfədə bir nəfər şəxs onunla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq İnqilabın dediyi şəxs olduğunu bildirib, onun olduğu yerə gəlib onunla görüşərək həmin çantanı təhvil alıb getmişdir. Daha sonra o, təyyarəyə minib ölkə ərazisinə gəlmişdir. Həmçinin, həmin gün səhər saatlarında hoteldə olarkən onlayn qaydada adına Bakı aeroportunda “CİP” xidməti sifariş vermiş, məqsədi isə Bakıya çatarkən çox gözləməmək üçün “CİP” zalından keçmək olmuşdur. Həmin xidmətə görə də 304 manat onlayn qaydada pul ödəmiş, İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəldikdən sonra “CİP” xidmətinin əməkdaşları onu qarşılayaraq, “CİP” zalına aparmışlar, orada da gömrük nəzarətindən keçib hava limanı ərazisini tərk etmişdir. Gökhan ona bu işin müqabilində 500 ABŞ dolları pul vermişdir. Növbəti dəfə isə 2023-cü ilin mart ayının sonralarında İnqlab ona yeniden İstanbul şəhərinə gəlməyini, adına yenidən qızıl məmulatlarının bəyan olunacağını, daha əvvəl olduğu kimi karqo şöbəsindən təhvil alıb bəyan etdikdən sonra ayrı bir adama verəcəyini, bu səfər də həmin məmulatları onun ölkə ərazisinə gətirməyəcəyini bildirmiş, o da razılaşaraq 2023-cü ilin mart ayının sonlarında Bakı-İstanbul avaireysi ilə İstanbul şəhərinə getmişdir. Orada qabaqcadan adına rezerv etdiyi hoteldə qalmışdır. İstanbulda olarkən Gökhan onunla görüşüb bu fəaliyyət müqabilində ona 500 ABŞ dolları pul vermiş, 1 yaxud 2 gün sonra İnqlab “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq geri qayıdarkən İstanbul Yeni hava limanında karqo şöbəsinə yaxınlaşmasını, sənədini təqdim edib oradan qızıl məmulatlarını götürəcəyini, həmin məmulatları hava limanında yoxlamadan keçirdikdən sonra isə bir nəfər şəxsin gəlib ondan təhvil alacağını bildirmişdir. Buna uyğun olaraq, 2023-cü ilin mart ayının sonunda günorta saatlarında İstanbul-Bakı avaireysi ilə Bakı şəhərinə gəlmək üçün X18na gəlmişdir. Daha öncə isə hoteldə olarkən onlayn qaydada adına Bakı aeroportunda “CİP" xidməti sifariş vermiş, məqsədi isə Bakıya çatarkən çox gözləməmək üçün “CİP” zalından keçmək olmuşdur. Həmin xidmətə görə də 304 manat onlayn qaydada pul Ödəmişdir. İstanbulda yeni hava limanına çatdıqdan sonra İnqilabla danışığına əsasən karqo şöbəsinə yaxınlaşıb orada passportunu təqdim etmiş, daha sonra yenə də oranın əməkdaşları 1 ədəd qara rəngli içərisində qızıllar olan çamadanı gətirib ona təhvil verərək, oranın əməkdaşlarının müşayiəti ilə gömrük zonasına getmiş, orada həmin qızıllar onun adından bəyan edilərək ona müəyyən sənədlər verilmişdir. Yoxlama məntəqəsini keçdikdən sonra İnqilabla əlaqə saxlamış, sonuncu bir nəfər şəxsin ona yaxınlaşıb həmin məmulatları təhvil alacağını bildirmişdir. O, təyyarəyə minik yerinə gedərək orada gözləməyə başlamış, bu ərəfədə bir nəfər şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq İnqlabın dediyi şəxs olduğunu bildirib onun olduğu yerə gələrək həmin çantanı ondan təhvil alıb getmişdir Daha sonra o, təyyarəyə minib ölkə ərazisinə gəlmişdir. Bakıya çatdıqdan sonra trapdan enərkən onu bir xanım və bir də kişi qarşılamış, özlərini “CİP” xidmətinin əməkdaşları kimi təqdim edib, onu “CİP” xidmətinin hazırda modelini xatırlamadığı nəqliyyat vasitəsinə mindirmişlər. O, arxada əyləşmiş, əlində isə 1 ədəd “Duty Free” mağazasından aldığı siqaretlər və spirtli içkilər olan sellofan paket olmuşdur. “CİP” zalına çatdıqdan sonra o, nəqliyyat vasitəsindən enərək zala daxil olmuş, gömrük əməkdaşı tərəfindən ona məxsus yükə baxış keçirilmiş, həmçinin sorğu sual olunaraq üzərində gömrüyə bəyan etməli olan əşyalar olub-olmadığını soruşmuşlar, o da olmamasını bildirmişdir. Həmçinin onu hava limanının digər zalında olan “Body scan”a da göndərmişlər, lakin hər hansı bir qanunsuz mal olmamasını müəyyən etmişlər. Bundan sonra o, hava limanını tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydər Əliyev X7 sürücü işləyən Şahid4 ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq göstərir ki, Şahid1 “CİP” xidmətində çalışan başqa sürücülərlə də çalışmışdır. Onlar Ceyhun və Məmmədağadır. Hər iki şəxs onun kimi İlqarın tapşırığı ilə sərnişinləri qarşılamış və qarşıladıqları sərnişinlər onların idarə etdikləri nəqliyyat vasitələrinə bağlamalar yerləşdirmişlər. Bunu həm İlqar, həm də onlardan Ceyhun özləri də etiraf etmişdilər. Bir dəfə sərnişin gələrkən İlqar onu qarşılaması üçün Ceyhunu göndərmiş, Ceyhun isə həmin sərnişinin arxasınca getməmiş, qeyd olunan sərnişin başqasının idarə etdiyi “CİP” maşınına minmiş, həmin maşın da avtobus olmuş və sərnişin bağlamaları avtobusa qoyub enmişdir. Daha sonra isə İlqar hansısa qaydada oradan bağlamaları götürmüşdür. İlqar bu barədə də danışıb Ceyhunun onu pis vəziyyətdə qoyduğunu demişdir. Şahid5 sərnişini endirdikdən sonra nəqliyyat vasitəsini perron ərazisində elə İlqarın oturduğu otağın qarşısına sürmüş və İlqar bağlamaları oradan götürmüşdür. Diqqət çəkməsin deyə, ondan kimsə soruşanda o, guya maşını moykaya apardığını demiş, çünki moyka da həmin istiqamətdə olmuşdur. Ceyhun, “Nissan Maxima” markalı, qeydiyyat nömrəsini sonu 095 ilə bitən nəqliyyat vasitəsini idarə edir. Bundan başqa, bir neçə dəfə də müşahidə etmişdir ki, Ceyhunun idarə etdiyi nəqliyyat vasitəsində yuxarıda qeyd etdiyi qara sellofan paketlərin qapacıqlarından vardır. Bu isə o demək idi ki, İlqar bağlamaları götürəndə sellofan paketlərin qapaqcıqlarını orada qoparmış və yerə atmış, o da Ceyhuna “elə iş görün zir zibilləriniz ortada qalmasın” demişdir. Həmçinin Məmmədağa ilə də İlqar bu işləri görmüşlər. O, istintaqa da çağırılıb dindirilmişdir. Həm Ceyhun, həm Məmmədağa onun İlqarla işlədiyini bilmişlər, o da onları bilmişdir. Daha əvvəl fotoşəkillər əsasında ona göstərilən və “CİP”dən istifadə edib nəqliyyat vasitəsinə bağlamalar qoyan şəxslərdən hansını tanımırdısa onları əsasən ya Ceyhun yaxud da Məmmədağa qarşılamışdır. Lakin əsas qarşılayan şəxs Ceyhun olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləmiş və hazırda təqaüddə olan Şahid3 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. O, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “CİP” postukommersiya zalında, "xxxx" rəsmi dövlət zalında, “Biznes aviasiya” zalında xidmət aparmışdır. Əsas vəzifəsi “CİP” xidmətindən istifadə etməklə gələn yaxud gedən sərnişinlərə “CİP” zalında gömrük nəzarətini həyata keçirmək olmuşdur. Mart ayında Təqsirləndirilən şəxs kimi bir neçə sərnişində həmin zala uyğun olmayan qeyri adekvat hərəkətlər görmüşdür. Onda yaranan şübhələrlə bağlı Baş İdarə rəhbərliyinə məlumat vermişdir. "xxxx" postunun spesifik xüsusiyyətlərindən biri, o zalın sərnişinlərinin tam başqa kontingentin nümayəndələri olduğundan Təqsirləndirilən şəxsla bağlı onda şübhələr yaranmışdır. Ayazı “CİP” xidmətindən istifadə edərkən görmüşdür. Təqsirləndirilən şəxs yoxlayan zaman heç bir qanunsuz maddə aşkar etməmişdir. Şübhə oyadan nüans o imiş ki, sərnişinlərin demək olar ki, hamısı “CİP” kommersiya xidmətindən ilk dəfədir istifadə edirmiş, halbuki adətən bu xidmətlə gedib gələn sərnişinlər mütəmadi şəkildə istifadə etmişlər. Bundan başqa, həmin sərnişinlər ölkədən gedərkən ümumi zaldan və “ekonom klass” da gedir, qayıdanda isə “CİP” zalı ilə qayıtmışlar. Əslində isə gələrkən “CİP” xidmətindən həqiqətən istifadə edən sərnişinlər elə gedərkən də o xidmətdən istifadə edirmiş, həmin xidmətdən gedərkən istifadə etmək daha uyğun olur ona görə ki, bu zaman passportun və baqajın qeydiyyatı, növbə gözləmədən bütün gömrük və sərhəd prosedurlarının tamamlanması xidmət tərəfindən həyata keçirilirmiş, sərnişin üçün isə rahat olurmuş, lakin gələrkən bu xidmətdən istifadə edən sərnişin sadəcə zaldan keçir. Şübhələndiyi sərnişinlərin də demək olar hamısının baqajı olmurmuş və “ekonom sinif də gəlib “CİP” zalından keçmələri şübhə oyadırmış, bundan başqa, qeyd olunan sərnişinlər Bakı-İstanbul aviareysi ilə getdikdən sonra çox qısa müddətdə və adi sərnişinə xas olmayan əl yükü ilə qayıdırmışlar. Əl yüklərində əşya olmurmuş, bu isə, çantaların içərisinə qoyulmuş əşyaların qabaqcadan harasa boşaldıldığını ehtimal etməyə əsas verirmiş. Həmin sərnişinlər “CİP” xidmətindən ölkəyə gəlməmişdən bir neçə saat qabaq həmin xidməti özləri sifariş verirmişlər. “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyulduğunu ehtimal etdiyi zərgərlik məmulatlarının zibil daşıyan nəqliyyat vasitəsində keçirilməsinin mümkün olduğunu düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydər Əliyev X7 yerləşən "xxxx" MMCdə böyük agent vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, ona qarşı hansı təsir və ya təzyiq olmamışdır. 2023-cü ilin mart ayından etibarən "CİP” zalında xidmət aparan gömrük əməkdaşı Şahid3 uzun müddətli iş təcrübəsi olan əməkdaş kimi ona demişdir ki, "CİP” xidmətindən istifadə edərək ölkə ərazisinə gələn bəzi sərnişinlərdən şübhələnir və bu səbəbdən də həmin sərnişinləri qarşılaması üçün onu göndərəcəkdir. 2023-cü ilin mart ayının əvvəllərində gecə saatlarında İstanbul- Bakı aviareysi ilə gələn sərnişini qarşılaması üçün Tuncay onun getməyini bildirmişdir. Hazırda həmin sərnişinin siması və adı onun yadında deyil, qeyd olunan sərnişini qarşılamaq üçün o, “CİP” xidmətinin sürücüsü Rasimlə birgə perron ərazisində açıq dayanacaq deyilən yerə getmişdirlər. Həmin sərnişini əl yükü ilə birgə qarşılamış və "CİP” xidmətinin nəqliyyat vasitəsinə əyləşmiş, o və sürücü Rasim isə öndə əyləşmişlər. Bundan sonra həmin ərazidən “CİP” zalına doğru hərəkət etməyə başlamışlar. Avtomobil hərəkətə gəldikdən sonra o arxa hissədə yəni sərnişin oturan yerdə səs eşitməyə başlamışdır. Sərnişin sanki, çamadanı açıb içərisindən nəsə axtarmışdır. Lakin, arxanı görə bilmədiyindən dəqiqləşdirə bilməmişdir. Həmçinin sürücü Rasim də onunla söhbət etməyə başlamış və çox fikir verə bilməmişdir. Nəqliyyat vasitəsini “CİP” zalının qarşısında saxladıqdan sonra nəqliyyat vasitəsindən enmiş və sərnişinlə birgə "CİP” zalına daxil olmuşdurlar. Zalda gömrük əməkdaşı Tuncay tərəfindən həmin sərnişin ətraflı yoxlanıldıqdan sonra buraxılmışdır. O isə, müşahidə etdiyi şeyləri Tuncaya bildirmişdir. Beləcə, 2 ya 3 dəfə Tuncay şübhələndiyi sərnişinləri qarşılamağı üçün onu göndərmişdir. Həmin sərnişinlərdən biri də videogörüntülərdə olan Kamran adlı sərnişin olmuşdur. Həmin tarixdə Tuncay onu Kamranı qarşılamağı üçün göndərmişdir. İstanbul-Bakı aviareysi ilə gələn Kamran adlı sərnişini qarşılamaq üçün "CİP” xidmətinin sürücüsü Rasimlə birgə getmişdirlər. O və Rasim perron ərazisində Kamranı qarşılayıb nəqliyyat vasitəsinə əyləşdirmişdir. Kamranın əlində bir ədəd çamadan-əl yükü olmuş, Kamran arxa hissədə, o və sürücü Rasim isə öndə əyləşmişdirlər. Nəqliyyat vasitəsi hərəkətə gəldikdən sonra o, bir anlıq geriyə dönəndə Kamranın avtomobildə yanına qoyduğu çamadanı əlinə götürdüyünü müşahidə etmişdir. Yolda olarkən o, arxadan səs eşitmişdir. Sanki, Kamran çamadanı açıb nəsə axtarırmış yaxud nəyisə harasa qoyurmuş, lakin, arxaya dönüb baxa bilmədiyinə görə, nə baş verdiyini dəqiq bilməmişdir. Təxminən 3-4 dəqiqə ərzində perron ərazisindən “CİP” zalının qarşısına gəlmişdirlər. Zalın qarşısında o və sürücü Rasim enmiş, daha sonra Kamran da arxadan enmiş və Kamranla o zala daxil olmuşdurlar. Ondan sonra Kamranın sənədlərini o, gömrük və sərhəd xidmətinin əməkdaşlarına təqdim etmişdir. Həmin gecə gömrük əməkdaşı Tuncay Kamrana məxsus çamadanı da yoxlamış lakin, o bildiyi hər hansı bir şey aşkar olunmamışdır, O müşahidə etdiklərini Tuncaya demişdir. Növbəti dəfə təxminən 2023-cü ilin mart ayının ortalarında Tuncay yenə şübhələndiyi sərnişini qarşılamaq üçün onu göndərmişdir. Bu dəfə, əvvəlkilərdən fərqli olaraq sərnişini qarşılayıb “CİP” zalının qarşısına gələndə Tuncay özü də çıxıb onları qarşılamış, eləcə də, şübhələndiyi sərnişinlər barədə kontrabanda şöbəsinin əməkdaşlarına məlumat vermiş və onlar da gəlmişlər. Bir dəfə Tuncay həmin sərnişinlərdən hansındasa əlində qızıl tutmuş və onu qızılla birgə kontrabanda şöbəsinin əməkdaşlarına təhvil vermişdir. Sonradan o, Tuncaydan soruşduqda sonuncu həmin qızılın az miqdarda olduğunu bildirmişdir. X17 Əhmədov şübhələndiyi sərnişinləri qarşılaması üçün onun getməyini xahiş etmiş və o da getmişdir. Həmin sərnişinləri qarşılamaq üçün gedəndə onunla birgə həmişə eyni sürücü Rasim getmişdir. Sərnişinlərin qarşılanması məqsədilə o hər dəfə “ratsiya” vasitəsilə sürücülərin otağına məlumat vermiş, belə ki, sərnişinin konkret adını çəkməsə də reysin nömrəsi və İstanbul-Bakı reysini bildirmiş və 1 nəfərlik avtomobil lazım olduğunu bildirmiş, hər dəfəsində də bu tip sərnişinlərin qarşılanması məqsədilə Rasim gəlmiş, videogörüntülərdə olan X10 qarşıladıqdan sonra sonuncunun nəqliyyat vasitəsinə qoyduğu çamadanı əlinə aldığını görmüş, sonradan isə sərnişinin arxada sanki çamadandan nəsə axtardığını yaxud çıxarıb qoyduğunu eşitmiş, lakin qorxduğundan sərnişinin nə etdiyini dəqiq bilmək üçün geri dönüb baxmamışdır. Çünki, gömrük əməkdaşı ilə söhbət edərkən bilmişdir ki, bu tip sərnişinlər qanunsuz işlə məşğul olmuş, həmçinin, gömrük əməkdaşı ilə söhbət zamanı ona həmin şəxslərin hansı əşyalar gətirməsi ilə bağlı konkret bir söz deyilməmiş, bu narkotik də ola bilərmiş, həm Kamran Aslanov həm digər sərnişinlərdə bu tip səslər eşitməyi bağlı gömrük əməkdaşı Şahid3 məlumat verərkən sonuncu tərəfindən həmin sərnişinlərin endikləri nəqliyyat vasitələrinə baxış keçirilməmişdir. Kamran Aslanovu qarşılamaq üçün gedərkən onunla birgə sürücü Rasim də getmiş və sərnişini götürüb geri zala qayıdarkən Rasim danışmağa başlamışdır. Həmin gün Rasimin ona verdiyi suallar işlə bağlı olmuşdur. X10 qeyd olunan tarixdə qarşılamaq üçün hansı nəqliyyat vasitəsi ilə getdiklərini dəqiq xatırlamır, lakin adətən ya “Multivan Volksfagen” ya da “Mercedes Viano" markalı nəqliyyat vasitəsi ilə getmişlər. Bu söhbətlər başladıqdan sonra o sərnişinləri qarşılamaq üçün gedəndə həm “Multivan Volksfagen” markalı həm də “Mercedes Viano” markalı nəqliyyat vasitələrində boş olduğundan arxada sərnişinlər oturan hissədə əyləşmiş və özü də müşahidə etməyə çalışmışdır ki, gətirilən əşyalar hara qoyula bilərmiş, o vaxt görmüşdür ki, nəqliyyat vasitələrinin oturacaqlarının yanında boşluqlar var və həmin yerlərə əşyalar qoyulması mümkündür. Kamran Aslanovdan başqa, qarşıladığı sərnişinlərin simaları yadında deyil. Gömrük əməkdaşı Şahid3 dediyinə əsasən həmin sərnişinlər ölkədən gedərkən “ekonom klass” bileti ilə ümumi zaldan getmiş, qayıdarkən isə “CİP” zalından qayıdırmışlar, bundan başqa, həmin sərnişinlərin geyimi, bundan başqa, bir neçə nəfərin hətta eyni çamadanla gəlməsi, həmçinin “CİP” zalında əyləşmədən yaxud 5 dəqiqə oturmaqla zalı tərk etmələri, onları hər hansı şəxsin qarşılamaması və s. kimi hallara görə şübhələnmiş, həmin tip sərnişinlər həmişə İstanbul-Bakı aviareysi ilə gecə saatlarında gəlmişlər. Onlardan hansısa biri, 3-cü bir ölkədən tranzit qaydada İstanbula, oradan isə Bakıya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydər Əliyev X7 sürücü işləyən Şahid5 ifadəsində göstərmişdir ki, iş fəaliyyəti sürücülükdən ibarət olmuşdur. Avtomobillərdə kameralar olmuş, lakin onlar qabaq hissəni və sərnişinlər olan yeri çəkmişdir. O, Təqsirləndirilən şəxs bir dəfə xidmət göstərmişdir. İbtidai istintaq dövründə müstəntiq ondan Təqsirləndirilən şəxs düşürdükdən sonra avtomobildə qara sellofanın qalıbqalmadığını soruşmuş, o, isə heç bir şey görmədiyini bildirmişdir. Ayaz avtomobilə əyləşərkən əlində 2-3 sellofan olduğunu görmüşdür. Lakin onların heç biri qara rəngdə olmamışdır. Sərnişinlərlə ünsiyyətdə olmaq və onların əyləşdikləri yerə baxmaq onlara qadağan olunmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, ona qarşı hansı təsir və ya təzyiq olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən X9 Aerportunda işləyir. İlk əvvəllər fəhlə kimi çalışmış, daha sonra, 2016-cı ildən isə sürücü kimi işə götürülmüşdür. Hazırda da X9 Aeroportunda yerləşən "xxxx" MMC-də xüsusi avtomobil sürücüsü olaraq çalışır. Gündəlik işi sərnişinləri "VİP Xidmətlər qrupu” MMCnin balansında olan nəqliyyat vasitələri ilə X9 Aeroportunun Bakı "CİP” zalından təyyarəyə və təyyarədən Bakı "CİP” zalına daşımaqdan ibarətdir. İşi növbəlidir, bir gün gündüz, növbəti gün gecə işləyir, növbəti iki gün istirahət günüdür. Perron ərazisində “CİP” xidmətinin nəqliyyat vasitələrinin dayanacağı ilə üzbəüz otaqları var. Orada oturub gözləyirlər. X9 Aeroportunun “CİP” zalından təyyarəyə və təyyarədən “CİP” zalına sərnişin daşımaq lazım olanda agent xanım əməkdaşlar lazım olacaq nəqliyyat vasitəsinin sayı barədə ratsiya ilə bildirir. Onlar da növbə ilə sərnişinləri daşıyırlar. 2022-ci ilin yay aylarında həmin vaxt "xxxx" QSC-də inspektor vəzifəsində işləyən Şahid1 onunla söhbət zamanı xaricdən Azərbaycana gələn sərnişin tərəfindən mobil telefonlar gətirələcəyini və “CİP” xidmətindən İstifadə etməklə nəqliyyat vasitəsinə qoyulacağını, onun da sərnişini qarşılayıb zalda düşürdükdən sonra nəqliyyat vasitəsinə qoyulan həmin mobil telefonları götürüb hava limanı ərazisindən gizli yollarla çıxarıb-çıxara bilməyəcəyini soruşmuşdur. O, İlqara həmin telefonları onun çıxara bilməcəyini, lakin istədiyi təqdirdə, həmin sərnişinlərin nəqliyyat vasitəsinə qoyduqları mobil telefonları ona çatdıra biləcəyini bildirmişdir. İlqarın əsas işi perron ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etməkdən ibarət olmuş və növbədə olma tarixləri üst-üstə düşmüşdür. Razılıq əldə ediləndə İlqar bu işin müqabilində ona 200 manat pul verəcəyini bildirmişdir. Bu söhbətdən 4-5 gün sonra İlqar onunla əlaqə saxlayaraq bir nəfər şəxsin Dubay-Bakı aviareysi ilə gələcəyini və həmin şəxsi onun qarşılamasını bildirmişdir. Həmin şəxsin adını hazırda xatırlamır, lakin, arıq və hündür boy biri olmuş, üzünü görsə, dərhal tanıyar. İlqar ona sərnişinin adını dedikdən sonra xanım agentlərlə "CİP” sərnişinlərini qarşılamaq üçün gedəndə, xanım agentlərin əllərində tutduqları lövhələrə baxmış, İlqarın ona dediyi sərnişinin adını gördüyü lövhənin yanında dayanmış, təyyarə endikdən sonra qeyd olunan sərnişin adı yazılmış lövhəni saxlayan xanım agentə yaxınlaşdığından onu müşayiət edib liftə minmiş və bortdan “CİP” maşınını saxladığı yerə gəlmişlər. Həmin sərnişin onun idarə etdiyi qara rəngli “Volksvagen Multivan” markalı nəqiyyat vasitəsinə əyləşmiş, xanım agent isə öndə onun yanında oturmuşdur. O da sükan arxasına keçmiş və nəqliyyat vasitəsini “CİP” zalına doğru idarə etməyə başlamışdır. İlqar nəqliyyat vasitəsini bacara bildiyi qədər asta idarə etməsini, həmçinin nəqliyyat vasitəsində olan təhlükəsizlik kamerasını söndürməsini demişdir. Bu səbəbdən də, o, nəqliyyat vasitəsini işə saldıqdan sonra kameranı söndürmüş, həmçinin asta idarə etməyə başlamışdır. Yenicə hərəkətə başlamışdılar ki, güzgüdən həmin sərnişinin bir neçə qutuda mobil telefonları oturduğu sərnişin oturacağının altında seyf kimi olan yerlərə qoyduğunu görmüşdür. Yanında əyləşmiş xanım agent arxada əyləşmiş şəxsin hərəkətlərini müşahidə edə bilməmiş, o isə maşında olan orta güzgüdən bunları görmüşdür. Mobil telefonların modelləri da yadında qalmamış, lakin qutularından “İphone” markalı mobil telefonlara oxşaması dəqiq yadındadır. Sərnişini “CİP” zalının qarşısına gətirdikdən sonra maşının qapısını açmış və həmin sərnişin nəqliyyat vasitəsindən enmiş, eləcə də xanım agent də enmiş və onlar zala getmişdirlər. Bundan sonra o, nəqliyyat vasitəsinə əyləşib “CİP” zalından İlqarın işdə olduğu vaxtlarda oturduğu otağın qarşısına sürmüşdür. Həmin vaxt mobil telefonlar avtomobildə qalmışdı. Bundan sonra İlqar oturduğu otaqdan çıxmış və nəqliyyat vasitəsinə minib həmin mobil telefonları oradan götürmüşdür. Bundan sonra o, nəqliyyat vasitəsinə əyləşib oranı tərk etmişdir. Qeyd edir ki, bu proses təxminən saat 16-17 radələrində baş vermişdir. Axşam işdən çıxdıqdan sonra İlqar ona 200 manat pul vermişdir. Növbəti dəfə, 1 həftə sonra yenə həmin şəxs tərəfindən Dubay reysi ilə mobil telefonlar gətirilmiş və yuxanda göstərdiyi qaydada qarşılamışdır. Ümumlikdə həmin şəxs tərəfindən 3 dəfə bu qaydada mobil telefonlar gətirilmişdir. 2023-cü ilin əvvəllərində İlqar müxtəlif sərnişinlər tərəfindən bağlamalar gətirləcəyini bildirmişdir. Lakin bağlamaların içərilərində qanunsuz əşya olmadıqlarını demişdir. İlk dəfə 2023-cü ilin fevral ayının ortalarında axşam saatlarında İlqarın tapşırığı ilə İstanbul aviareysi ilə gələn bir nəfər şəxsi yuxarıda göstərdiyi qaydada qarşılamışdır. Həmin şəxs arıq, orta boyda, saçlı biri olmuşdur. Onu daha sonra mart ayında yenə qarşılamışdır. Həmin şəxs hər iki səfərində də ona 20 manat “çayevoy” vermişdir. Onu da “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsi ilə qarşılamışdır. Həmin şəxsin adı yadında deyil, lakin üzünü görsə, tanıyar. Qeyd olunan şəxs həmin tarixdə nəqliyyat vasitəsində oturduğu oturacağın altındakı seyfə 2 ədəd sellofan bağlamalar qoymuş, daha sonra “CİP” zalının qarşısına çatdıqda nəqliyyat vasitəsindən enərək zala doğru getmişdir. Xanım agent də onunla birlikdə enib zala daxil olmuşdur. O isə nəqliyyat vasitəsini perron ərazisində sürücülərin, yəni onun da oturduğu otağın qarşısındakı dayanacağa sürmüşdür. İlqara da bu barədə məlumat vermişdir. İlqar həmin yerə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə gəlmiş, oradan enib onların oturduğu otağa daxil olmuş, daha sonra otaqdan çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmış, nəqliyyat vasitəsinə daxil olaraq həmin bağlamaları oradan götürüb qara sellofan paketlərə qoymuşdur. Daha sonra isə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsinə oturub oranı tərk etmişdir. Həmin gün növbədən çıxdıqdan sonra İlqar ona yenə 200 azn pul vermişdir. Növbəti dəfə 2023-cü ilin fevral ayının axırlarında gecə növbəsində olarkən yenə İlqarın tapşırığı ilə İstanbul reysi ilə gələn bir nəfər şəxsi yuxarıda göstərdiyi qaydada qarşılamışdır. Həmin şəxs arıq, orta boyda, saqqallı biri olmuşdur. Həmin şəxs digərindən fərqli olaraq ona “çayevoy” verməmişdir. Hətta o bununla bağlı İlqara narazılığını da bildirmiş və həmin şəxsin “çayevoy” vermədiyini demişdir. Onu da “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsi ilə qarşılamışdır. Həmin şəxsin adı yadında deyil, lakin üzünü görsə, tanıyar. Qeyd olunan şəxs də həmin tarixdə nəqliyyat vasitəsində oturduğu oturacağın altındakı seyfə 2 ədəd sellofan bağlamalar qoymuş, daha sonra “CİP” zalının qarşısına çatdıqda nəqliyyat vasitəsindən enərək zala doğru getmişdir. Xanım agent də onunla birlikdə enib zala daxil olmuşdur. O İsə nəqliyyat vasitəsini perron ərazidə sürücülərin, yəni onun da oturduğu otağın qarşısındakı dayanacağa sürmüşdür. İlqara da bu barədə məlumat vermişdir. İlqar həmin yerə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə gəlmiş, oradan enib onların oturduğu otağa daxil olmuş, daha sonra otaqdan çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmış, nəqliyyat vasitəsinə daxil olaraq həmin bağlamaları oradan götürüb qara sellofan paketlərə qoymuşdur. Daha sonra isə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsinə oturub oranı tərk etmişdir. Həmin gün səhər saatlarında növbədən çıxdıqdan sonra İlqar ona yenə 200 azn pul vermişdir. Növbəti dəfə 2023-cü ilin mart ayının əvvəllərində gecə növbəsində yenə İlqarın tapşırığı ilə İstanbul reysi ilə gələn bir nəfəri qarşılamışdır. Həmin şəxs arıq, orta boyda, sarıbəniz biri olmuşdur. Həmin şəxs də ona 20 manat “çayevoy” vermişdir. Onu da “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsi ilə qarşılamışdır. Həmin şəxsin də adı yadında deyil, lakin üzünü görsə, tanıyar. Qeyd olunan şəxs də həmin tarixdə nəqliyyat vasitəsində oturduğu oturacağın altındakı seyfə 2 ədəd sellofan bağlamalar qoymuş, daha sonra “CİP” zalının qarşısına çatdıqda nəqliyyat vasitəsindən enərək zala doğru getmişdir. Xanım agent də onunla birlikdə enib zala daxil olmuşdur. O isə nəqliyyat vasitəsini perron ərazidə sürücülərin, yəni onun da oturduğu otağın qarşısındakı dayanacağa sürmüşdür. İlqara da bu barədə məlumat vermişdir. İlqar həmin yerə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə gəlmiş, oradan enib onların oturduğu otağa daxil olmuş, daha sonra otaqdan çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmış, nəqliyyat vasitəsinə daxil olaraq həmin bağlamaları oradan götürüb qara sellofan paketlərə qoymuşdur. Daha sonra isə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsinə oturub oranı tərk etmişdir. Həmin gün səhər saatlarında növbədən çıxdıqdan sonra İlqar ona yenə 200 azn pul vermişdir. Növbəti dəfə 2023-cü ilin mart ayının sonlarında gecə növbəsində yenə İlqarın tapşırığı ilə İstanbul reysi ilə gələn bir nəfəri qarşılamışdır. Həmin şəxs yuxarıda göstərdiyi kimi, fevral ayının ortalarında qarşıladığı şəxs olmuşdur. Həmin şəxs yenə ona 20 manat “çayevoy” vermiş və eyni qaydada, idarə etdiyi “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsində oturduğu oturacağın altındakı seyfə 2 ədəd sellofan bağlamalar qoymuş, daha sonra “CİP” zalının qarşısına çatdıqda nəqliyyat vasitəsindən enərək zala doğru getmişdir. Xanım agent də onunla birlikdə enib zala daxil olmuşdur. O isə nəqliyyat vasitəsini perron ərazisində sürücülərin, yəni onun da oturduğu otağın qarşısındakı dayanacağa sürmüşdür. İlqara da bu barədə məlumat vermişdir. İlqar yenə həmin yerə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə gəlmiş, oradan enib onların oturduğu otağa daxil olmuş, daha sonra otaqdan çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmış, nəqliyyat vasitəsinə daxil olaraq həmin bağlamaları oradan götürüb qara sellofan paketlərə qoymuşdur. Daha sonra isə sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsinə oturub oranı tərk etmişdir. Həmin gün səhər saatlarında növbədən çıxdıqdan sonra İlqar ona yenə 200 azn pul vermişdir. Sonuncu dəfə 2023-cü ilin aprel ayının 10-11 tarixlərində İlqar ona bildirmişdir ki, Azər adlı şəxs gələcək və onu qarşılamasını Rasimə tapşırmışdır. O isə həmin Azər adlı şəxsi adi qaydada bir neçə dəfə qarşıladığından və ona yaxşı “çayevoy” verdiyindən İlqardan xahiş etmişdir ki, həmin şəxsi qarşılaması üçün onu göndərsin. İlqar da onunla razılaşmış və əlavə olaraq bildirmişdir ki, bu şəxs də bağlamalar gətirəcək. Beləliklə, sonuncu dəfə yuxarıda qeyd etdiyi tarixdə gecə növbəsində olarkən həmin Azər adlı şəxsi idarə etdiyi “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsi ilə yuxarıda qeyd etdiyi qaydada qarşılamışdır. Azər hündür boy, saqqallı biri olmuşdur. Həmin şəxs ona 50 manat “çayevoy” vermişdir. Digərlərindən fərqli olaraq Azər nəqliyyat vasitəsinə 4 ədəd böyük bağlama qoymuşdur. Lakin o, həmin bağlamaları arxa oturacaqda oturduğu sərnişin oturacağının altında olan çıxıntılardan birbaşa nəqliyyat vasitəsinin baqajına atmışdır. “CİP” zalının qarşısına çatdıqdan sonra ön oturacaqda yanında əyləşmiş xanım agent və arxa oturacaqda əyləşmiş Azər nəqliyyat vasitəsindən enib zala daxil olmuşdurlar. O, nəqliyyat vasitəsini birbaşa perron ərazisində İlqarın oturduğu otağın qarşısına sürmüşdür. İlqar otaqdan çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmış, baqaj hissəsini açmış, oradan 4 ədəd bağlamaları götürmüş, qara sellofan paketlərə qoymuşdur. Daha sonra o, nəqliyyat vasitəsinin baqajını bağlayıb oradan uzaqlaşmışdır və nəqliyyat vasitəsini dayanacağa gətirmişdir. Növbənin sonunda səhər saatlarında növbədən çıxdıqdan sonra elə həmin vaxt İlqar dayanacaqda ona 200 manat pul vermişdir. Növbəti dəfə bir neçə gün sonra, yəni 15 aprel 2023-cü il tarixdə səhər növbəsinə gələndə işdə eşitmişdir ki, İlqarı və sürücü Rasimi nəqliyyat vasitəsində qızıl keçirdiklərinə görə saxlamışdırlar. Həmin vaxt ona Rasimin də onun kimi İlqarla "işləməsi", aydın olmuşdur. İfadəsində qeyd etdiyi şəxsləri üzdən görsə dərhal tanıyar. O qeyd edir ki, İlqar sürücüsü Elxanın idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə gələrək götürdüyü həmin bağlamaları “Biznes aviasiya” xidməti çıxışı istiqamətində aparmış, lakin hansı qaydada hava limanından çıxardığından məlumatsızdır. Şahid1 bağlamaları göndərən şəxslərlə bağlı ona məlumat verməmişdir. Sadəcə olaraq, danışanda bilirmiş ki, “çayevoy” verilməsini və hansı məbləğdə çayevoy verilməsini İlqar bağlamaları göndərən şəxslərlə razılaşdırırmış və onlar məbləğini deyirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 X7 mühəndis vəzifəsində işləmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 Saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 ifadəsində göstərmişdir ki, o, btidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, ona qarşı hansı təsir və ya təzyiq olmamışdır. X13 X7 mühəndis vəzifəsində işləmişdir. İnqilab adlı şəxsi 15 ildir ki, tanıyır. İnqilab tərəfindən bir neçə dəfə ölkə ərazisinə ayrı-ayrı adamlar vasitəsilə bağlamalar göndərilmiş, həmin gətirilənlər də “CİP” xidmətinin nəqliyyat vasitəsinə qoyulmuş, o, isə oradan götürüb İnqilabın dediyi adamlara təhvil vermişdir. Bir-iki dəfə isə İnqilabın özü ilə görüşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, i/v 25). “Sənədlərə baxış keçirilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına 29 mart 2023-cü il tarixdə tərtib edilmiş GİB**********006 nömrəli hesab faktura sənədi əsasında xidmət haqqı ilə birgə dəyəri 327773,76 ABŞ dolları (324862,80+2910,96) təşkil edən 9703,19 qram çəkidə 14 əyar (585), xidmət haqqı ilə birgə dəyəri 80868,94 ABŞ dolları (80307,61+561,33) təşkil edən 1871,10 qram çəkidə 18 əyar (750) qızıldan hazırlanmış zərgərlik məmulatları və üzərilərində olan 15 ABŞ dolları dəyərində 50 qram çəkidə zikron qaş olmaqla, ümumilikdə 408657,70 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 11624,29 qram çəkidə zərgərlik məmulatları Türkiyə Respublikası, İstanbul şəhəri, Binbirdirek məhəlləsi, Peykhane küçəsi, X19 Binası, №6, qapı 205 ünvanında yerləşən "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən “BARRİECHELLO WATCHES JEWELLERY LLC” adlı şirkətə satılmışdır. Zərgərlik məmulatlarını təhvil almalı olan şəxs qismində Passport nömrəsi C03087521 olan Avaz Məmmədli, malların çatdırılma yeri Azərbaycan Respublikası göstərilmişdir. Sözügedən hesab faktura sənədində malların türk mənşəli olması, yeni olması qeyd olunmuşdur. Tənzimləmə hesabatında (ayar raporu) sözügedən 408657,70 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 11624,29 qram çəkidə zərgərlik məmulatlarının Azərbaycan ərazisinə ixracı məqsədilə X18 X14 İdarəsinə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə analiz edilərək qablaşdırıldığı qeyd olunmuşdur. Qiymətli malların çatdırılması haqqında şəhadətnamədə sözügedən zərgərlik məmulatlarının dəyər təhlilinin və kimyəvi analizlərinin aparıldığı, 585 və 750 əyarlı qızıl, qiymətli əşya olmasının təsdiq olunduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 23341454EX00002481 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə olunmuş sənəddən görünür ki, sözügedən zərgərlik məmulatları, yəni 9703,19 qram çəkidə 585 əyar, 1871,10 qram çəkidə 750 əyar və üzərilərində 50 qram çəkidə zikron qaş olmaqla olmaqla, ümumilikdə 11624,29 qram çəkidə 408657,70 ABŞ dolları dəyərində qızıldan hazırlanmış zərgərlik məmulatları 29 mart 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, müvafiq aviabileti olan, Təqsirləndirilən şəxs tərəfindən X18 X14 idarəsində ixracatçı "xxxx" Şirkəti idxalatçı “BARRİECHELLO WATCHES JEWELLERY LLC” adlı şirkət qeyd olunmaqla gömrük orqanına bəyan olunaraq Azərbaycan ərazisinə çatdırılması üçün təhvil götürülmüşdür. Növbəti olaraq, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixində İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gətirilmiş zərgərlik məmulatları ilə əlaqədar sənədlərə baxış keçirilir. Baxış zamanı məktuba əlavə olunmuş sənədlərdən görünür ki, 18 fevral 2023-cü il tarixdə tərtib edilmiş LVF**********006 nömrəli hesab faktura sənədi əsasında 8934,65 qram çəkidə 14 əyar (585), 4664,31 qram və 2957,02 qram çəkilərdə 18 əyar (750) qızıldan hazırlanmış zərgərlik məmulatları və üzərilərində olan 50 qram çəkidə zikron qaş olmaqla, ümumilikdə 592453,90 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 16605,98 qram çəkidə zərgərlik məmulatları Türkiyə Respublikası, İstanbul şəhəri, Yenibosna Merkez məhəlləsi, Ladin küçəsi, K.Kent kompleksi, Atölye bulvarı 4 / 6 / 6 34000, Bahçelievler ünvanında yerləşən "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən “BAZDAR GOLD LLC” adlı şirkətə satılmışdır. Zərgərlik məmulatlarının çatdırılma veri Azərbaycan Respublikası göstərilmişdir. Sözügedən hesab faktura sənədində malların türk mənşəli olması, yeni olması qeyd olunmuşdur. Tənzimləmə hesabatında (ayar raporu) sözügedən 592453,90 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 16605,98 qram çəkidə zərgərlik məmulatlarının Azərbaycan ərazisinə ixracı məqsədilə X18 X14 İdarəsinə göndərilməsi üçün xx.xx.2023cü il tarixdə analiz edilərək qablaşdırıldığı qeyd olunmuşdur. Qiymətli malların çatdırılması haqqında şəhadətnamədə sözügedən zərgərlik məmulatlarının dəyər təhlilinin və kimyəvi analizlərinin aparıldığı, 585 və 750 əyarlı qızıl, qiymətli əşya olmasının təsdiq olunduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 23341454EX00001281 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə olunmuş sənəddən görünür ki, sözügedən zərgərlik məmulatları, yəni 8934,65 qram çəkidə 14 əyar (585), 4664,31 qram və 2957,02 qram çəkilərdə 18 əyar (750) qızıldan hazırlanmış zərgərlik məmulatları və üzərilərində olan 50 qram çəkidə zikron qaş olmaqla, ümumilikdə 592453,90 ABŞ dolları dəyərində 585/750 əyarlı qızıldan hazırlanmış 16605,98 qram çəkidə zərgərlik məmulatları 18 fevral 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, müvafiq aviabileti olan, Təqsirləndirilən şəxs tərəfindən X18 X14 idarəsində ixracatçı "xxxx" Şirkəti idxalatçı “BAZDAR GOLD LLC” adlı şirkət qeyd olunmaqla gömrük orqanına bəyan olunaraq Azərbaycan ərazisinə çatdırılması üçün təhvil götürülmüşdür (cild 02, i/v 36-38). “Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnə bülleteninə baxış keçirilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dollarının 1,70 AZN olması nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş LVF**********006 nömrəli hesab faktura sənədi və həmin sənəd əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 23341454EX00001281 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan zərgərlik məmulatlarının dəyəri- 592453,90 ABŞ dollarının (592453,90x1.70) 1007171,63 (1 milyon 7 min 171 manat 63 qəpik) manat, xx.xx.2023-cü il tarixə 1 ABŞ dollarının 1,70 AZN olması nəzərə alınmaqla, 29 mart 2023cü il tarixdə tərtib edilmiş GİB**********006 nömrəli hesab faktura sənədi və həmin sənəd əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 23341454EX00002481 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan zərgərlik məmulatlarının dəyəri- 408657,70 ABŞ dollarının (408657,70 x1.70) 694718,09 (694 min 718 manat 9 qəpik) manat olması müəyyən olunur (cild 02, i/v 69). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-913/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay 05 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i/v 104-114). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, i/v 157). “Fotoşəkillər əsasında şəxsin tanınması haqqında” 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 Şahid1 tapşırığı ilə 2023-cü ilin mart ayının əvvəllərində idarə etdiyi “Volksvagen Multivan” markalı nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs bağlamalar yerləşdirməsini bildirirək, sonuncunu fotoşəkildən tanımışdır (cild 02, i/v 209- 211). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 4/1857 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş şərti olaraq “1” rəqəmi ilə işarə edilmiş xx.xx.2023-cü il tarixli 23341454EX00001281 sorğu nömrəli gömrük bəyannaməsinin kserosurətinin arxa tərəfində əks olunmuş “X8 tam əksısız aldım” yazıları və “Ayaz Mammadli” yazıları qarşısındakı imza və xx.xx.2023-cü il tarixli 23341454EX00002481 gömrük bəyannaməsinin kserosurətinin arxa tərəfində əks olunmuş “Mammadli Ayaz eşyalarımı tam əksısız aldım” yazıları və “Mammadli Ayaz” yazılarının aşağı hissəsindəki imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 02, i/v 261-271). “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, SMS mətnlərinə baxış zamanı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində ********** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında Ayaz tərəfindən zərgərlik məmulatlarının satışı ilə bağlı danışıqlar aparıldığı görünür. xx.xx.2023-cü il tarixində aparılmış SMS mətnlərindən: ********** saylı mobil telefon nömrəsinin istifadəçisi: Avaz maash gəlməyib hele 400 atacaqdim yalançı çıxmayaq deyə evden 300 götürdüm atdım sene maash da keçsin axsama falan kecer 100 atacam inshaAllah. Təqsirləndirilən şəxs: He qeldi twk o birsibi achana deyim vereceyuk? xx.xx.2023-cü il tarixində aparılmış SMS mətnlərindən: ********** saylı mobil telefon nömrəsinin istifadəçisi: Ayaz salam necəsən? Tiffany götürmüşdük onun bir hissəsini verdim. 100 mntda atacam bir hissəsini iyulun 5 i demisdik.cartier qol baq i bu götürdüyümü ise en pis halda bu avın 17 də.cunki elmir arendani avın axırına inshaAllah.uzukle qolbaqi iyulun 20 si elmirnen bibisi alır, uzurlu sav gec yazdım İsdə idim dedim dəqiqləşdirim. Bundan başqa, məlumatlara baxış zamanı Tural Səməd-zadənin istifadəsində olduğu müəyyən olunmuş ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə zəng olunduğu və aralarında 73 saniyə danışıq aparıldığı görünür. İstintaq sənədlərindən də Təqsirləndirilən şəxs həmin danışıqdan 1 həftə sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 07:24-də X9 Aeroportunda gömrük sərhəd nəzarət-buraxılış məntəqələrindən keçməklə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getdiyi, xx.xx.2023-cü il tarixdə 02:02də isə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə geri qayıtdığı müəyyən olunur. Təqsirləndirilən şəxs ilə iş üzrə digər təqsirləndirilən şəxslərdən biri olan Rəsul-zadə X11 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda danışıqlar aparıldığı görünür (cild 03, i/v 183-185). “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü İl tarixdə saat 22:16-da, xx.xx.2023-cü il tarixdə saat 02:02-də İstanbul şəhərindən Bakı şəhərinə giriş etmişdir (cild 04, i/v 91-92). Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansında olan 46 saylı MKİS-nin xx.xx.2025-cü il tarixli Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 04, i/v 248). xx.xx.2017-ci il tarixli 6998 nömrəli və xx.xx.2019-cu il tarixli 4517 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2017-cü il təvəllüdlü Fuad Aslanlı və xx.xx.2019-cu il təvəllüdlü Suad Məmmədli adlı azyaşlı uşaqları vardır (cild 04, i/v 249-250). 31 iyul 2025-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il və 30 mart 2023-cü il tarixlərdə Heydər Əliyev X7 “CİP” xidmətindən istifadə etdiyi vaxt, həmçinin gömrük sərhəd nəzarət-buraxılış məntəqələrindən keçərkən qeydə alınmış videogörüntüləri texniki səbəblərdən məhkəməyə təqdim edilməmişdir (cild 05, i/v 40). Məhkəmə, təqsirləndirilən şəxsin ifadsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 31,5 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut mövcud deyil. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 31,5 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1519/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1519/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver