Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-152/2020 22.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu, Nazirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Nazirli kəndində qeydiyyatda olmaqla orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsnа məxsus olub, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən nömrəsiz evdə kirayədə yaşayan qohumu Şahid1 Rəfael oğlu ilə birlikdə yaşadıqları müddətdə Şahid1 kirayədə qaldığı evin sahibinə qonaqlıq verməyinə dair əvvəllər verdiyi sözü tutaraq Zərərçəkmiş şəxs 05 iyun 2019-cu il tarixdə saat 20 radələrində yeyib-içmək məqsədilə yaşadıqları ünvana dəvət edib içki məclisi təşkil edib saat 22 radələrinədək birlikdə yeyib-içdikdən sonra sonuncunun təklifi ilə içki məclisini həmin ünvanda yerləşən, təklikdə yaşamış olduğu digər fərdi evdə davam etdirib 05 iyun 2019-cu il tarixdə saat 24 radələrində Şahid1 evə qayıtmasından sonra gecələmək üçün Zərərçəkmiş şəxsla qaldıqda 06 iyun 2019-cu il tarixdə saat 01 radələrində sonuncu ilə birlikdə həmin evin həyətində təklikdə söhbət zamanı Zərərçəkmiş şəxs Şahid1 arvadı Şahid2 mobil telefon nömrəsini istəməsini cüzi səbəb kimi bəhanə edərək öz üstünlüyünü nümayiş etdirmək məqsədilə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxsla mübahisə yaradıb, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək həmin niyyətini həyata keçirmək üçün ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğuna görə ona müqavimət göstərmək imkanına malik olmadığını dərk edib onun üçün aşkar surətdə köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxsа sonuncunun evindən götürmüş olduğu bıçaqla hücum edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəl bir dəfə qarın nahiyəsinə zərbə vurmuş, daha sonra müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və xüsusi ağrılar verməklə xüsusi amansızlıqla ardıcıl zərbələr vurmuş, sonuncu aldığı xəsarətlərdən həyətdəki daş döşəmənin və aradakı torpaq zolağının üzərinə yıxılsa da, öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk və arzu edərək yerdə hərəkətsiz qalan Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vuraraq döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən bir ədəd, döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluqlarına keçməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən üç ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən bir ədəd, alın nahiyəsinin bir ədəd, sol yanaq nahiyəsinin bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd, sol bazunun bir ədəd yüngül zərər vurmaya aid, ürəyin, ağciyərlərin, qaraciyərin, sol böyrəyin, mədəaltı vəzin, mədənin, bağırsaqların yaralanması, ikitərəfli pnevmohemotoraksla (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa-bayır səthinin döş boşluğuna keçən bir ədəd, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən dörd ədəd, qarının ön divarının qarın boşluğuna keçən altı ədəd, sol bel nahiyəsinin qarın və sol peritonarxası boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları, hər biri ayrıayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1996-cı ilin iyul ayının 9-da anadan olmuş, orta təhsillidir. Özü fərdi qaydada tikintində müxtəlif işləri görmüşdür. 24 may 2019-cu il tarixdə Bakı şəhərinə işləmək məqsədilə gəlmiş, Bakı şəhərində evi olmadığından bibisi oğlu Şahid1 Rəfayıl oğlunun kirayədə yaşadığı Zabrat qəsəbəsində yerləşən evdə qalmalı olmuşdur. Emin həmin evdə həyat yoldaşı Aytacla və azyaşlı oğlu Rəsul ilə birlikdə yaşamışdır. Həmin ev bir otaqdan və mətbəxdən ibarət olduğundan orada yaşadığı müddətdə mətbəxdə yatmışdır. Eminlə bir yerdə böyümüş və münasibətləri yaxşı olmuşdur. Özü Bakının Məhəmmədi kəndində yeni tikilən binaların suvaq işlərini görmüş, bəzən Eminin də tapdığı işlərdə ona kömək etmişdir. Qasımov x1 yaşadığı evin yiyəsidir. O, Rəşidi ümumilikdə 2-3 dəfə görmüşdür. Hadisə baş verən ana qədər Rəşidlə onun arasında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bildiyinə görə Rəşidin ailəsi Rusiya Federasiyasında yaşayır. 05 iyun 2019-cu il tarixdə saat 20 radələrində Eminlə işdən qayıdıb Eminin kirayədə qaldığı evə gələn zaman evin yanında yerləşən marketə daxil olaraq, evdə birlikdə yeyib-içmək məqsədilə Emin marketdən 700 qramlıq araq almışdır. Emin bu zaman neçə vaxtı ev yiyəsi Rəşidə qonaqlıq söz verdiyini demiş və Rəşidi də çağırmağı təklif etmişdir. O, Eminə etiraz etməmişdir. Emin Rəşidin yaşadığı evə gedərək Rəşidi qonaqlığa dəvət etmiş, bir qədər sonra Rəşid yaşadıqları evə gəlmiş və birlikdə yemək yeyərək həmin arağı içmişlər. Eminin arvadı Aytac yemək verməklə onlara qulluq etmişdir. Bir neçə saat keçdikdən sonra Rəşid özünün yaşadığı evə gedib yeyib-içməyi orada davam etdirməyi təklif etmişdir. O, Emin və Rəşidlə birlikdə Rəşidin yaşadığı bitişik həyətdə yerləşən evə gəlmiş, həmin evdə də hər üçü Rəşidin aldığı yarım litr arağı qəbul edərək yeyib-içməyə davam etmişlər. Emin artıq gec olduğunu və yoldaşının evdə tək olduğunu bildirərək yaşadığı evə getmək istədiyini demiş, bu zaman Rəşid ona Eminin yaşadığı evin dar olduğu demiş və ona özünün yaşadığı evdə qalmağı təklif etmişdir. O, Rəşidin təklifi ilə razılaşmışdır. Emin oturduğu yerdən duraraq sağollaşıb, yaşadığı evə getmişdir. Onlar Emini ötürmək üçün həyətə çıxmışlar. Emin getdikdən sonra Rəşid evin həyətinin darvazasını arxadan bağlamışdır. Rəşidlə həyətdə siqarət çəkərək söhbət etməyə başlamışlar. Saat təxminən 01 radələrində, söhbət zamanı Rəşid ona özünə Rusiyadan 11000 manat civarında rus rublu gəldiyini demiş, daha sonra Rəşid evə qadın dəvət etmək istədiyini bildirmiş və ondan Rəşidə bu işi təşkil etməkdə kömək etməyi xahiş etmişdir. O isə Rəşidə bunun üçün pulunun olmadığını demişdir. Rəşid isə pula görə narahat olmamağı, özündə pul olduğunu demişdir. Bundan sonra Rəşid əslində çoxdandır bir gəlindən xoşu gəldiyini və onu güddüyünü bildirmişdir. Daha sonra Rəşid həmin gəlinin Eminin arvadı Aytac olduğunu bildirmiş, Aytacdan xoşu gəldiyini demiş və ondan Aytacın mobil nömrəsini istəmişdir. Rəşidin bu sözləri ona pis təsir etmiş və o, Rəşidə danışığına fikir verməsini, Aytacın onun nəvəsi yaşında olduğunu, kişi olmaq gərəkliyini bildirmişdir. Rəşid isə ona “kişiliyimə şübhən var?” dedikdə, o, Rəşidə “kişiliyinə şübhəm var ki, nəvən yaşında gəlinin mobil nömrəsini məndən istəyirsən” sözlərini demişdir. Bu zaman Rəşid belindən mətbəx bıçağını çıxarıb onun üzərinə hücum etmiş, o, cəld şəkildə sol əli ilə Rəşidin sağ biləyindən tutub sağ əli ilə Rəşidin əlindəki bıçağı alaraq ilk olaraq Rəşidin qarın nahiyəsinə bıçaq zərbələri ilə xəsarətlər yetirmişdir. Həmin xəsarətlərin təsirindən Rəşid arxası üstə yerə yıxılmışdır. Bundan sonra Rəşidə neçə bıçaq vurmağından xəbəri olmamışdır. O bir də baxmışdır ki, Rəşidi artıq öldürmüşdür. O həmin evdən çıxıb, əlində həmin bıçaqla Eminin yaşadığı evə gəlmişdir. Qapını döymüş və qapını Eminin arvadı Aytac açmışdır. Aytac onun üst-başının və əlindənki bıçağın qanlı olduğunu görmüşdür. O, Aytaca Rəşidi öldürdüyünü demişdir. Bundan sonra Aytac möhkəm ağlayıb qışqırmağa başlamışdır. İçəri daxil olanda görmüşdür ki, Emin yatıb. O, Emini yuxudan oyatmışdır. Emin ondan nə hadisə baş verdiyini xəbər alanda Eminə Rəşidin ondan Aytacın mobil telefonunu istədiyinə görə onu bıçaqla xəsarət yetirərək öldürdüyünü bildirmişdir. Emingildən pal-paltarlarını, az əvvəl əlində olan və Emingilin evində bir qırağa qoyduğu bıçağı da götürüb evi tərk etmişdir. Qapıdan çıxanda Eminə gedib Rəşidə baxmağı demişdir. Yolda piyada gedərkən Rəşidi öldürdüyü bıçağı çörək sexinin yanındakı zibilxanaya atmışdır. Piyada Sabunçu qəsəbəsinə, oradan taksiyə əyləşərək “Koroğlu” metrostansiyasına gəlmişdir. Oradan metro ilə avtovağzala, daha sonra isə taksi ilə Bərdə rayonuna getmişdir. Amma yaşadığı evə yox, babasının yaşadığı evə getmişdir. 06 iyun 2019-cu il tarixdə saat 13 radələrində atası babasıgilə gəlib polis əməkdaşlarının gəlib onu axtardığını demişdir. Təqsirləndirilən şəxs məhkəmədə əlavə ifadə verərək bildirdi ki, hadisə günü Emin öz evinə çıxıb gedəndən sonra Zərərçəkmiş şəxs ona evə qadın çağırmağı təklif etmiş, daha sonra Rəşid ona özünün cinsi azlıqlardan olduğunu bildirmiş və ona əxlaqsız təklif etmişdir. Rəşidin təklifinə görə, ilk öncə o, Rəşidlə cinsi əlaqədə olmalı, bundan sonra Rəşiddə cinsi şəhvət oyanmalı, daha sonra o, Aytacla cinsi əlaqəyə girməli idi. Rəşid həm onu, həm də Aytacı yaxşı yaşadacağını bildirmişdir. Rəşid ona Aytacın qohumu olduğundan, ondan heç kimin şübhələnməyəcəyini demişdir. Bu zaman o, Rəşidin dediyi sözlərdən əsəbiləşərək Rəşidə “adam kişi olar, utanmırsan ağsaqqal adamsan belə sözlər deməyə” deyəndə Rəşid ona “mənim kişiliyimə şübhən var?” deyərək ona söyüş söyərək üzərinə bıçaq çıxarmışdır. Bundan sonra o, bıçağı Rəşidin əlindən almış və Rəşidə çoxsaylı xəsarətlər yetirmişdir. O, Rəşid yerə yıxılanda özünə gəlmiş və Rəşidin artıq demək olar həyatda olmadığını anlamışdır. Şahid1 Rəfael oğlu məhkəmədə ifadəsində göstərdi ki, o, 2017-ci ildə Bərdə rayonu, Nazirli kəndində Şahid2 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən Babaşlı Rəsul adında övladı doğulmuşdur. O, təxminən 2019-cu ilin aprel ayında işləmək üçün Bakı şəhərinə gələrək qohumu, anasının dayısıoğlu Elnurun yanında qalmağa başlamışdır. Daha sonra Elnurun yanında usta kimi müxtəlif yaşayış yerlərinin divarlarının suvaq işlərini görmüşdür. Bəzən özü usta kimi gündəlik tapdığı işləri də görərək oradan qazandığı pulla həyatını təmin etmişdir. Bu müddətdə qohumu Elnurun Binə qəsəbəsində yerləşən evində qalmışdır. Daha sonra arvadı Aytacı Bərdədən Bakı şəhərinə gətirmək və ayrıca ev kirayələmək qərarına gəlmişdir. Bunun üçün Bakı şəhərinin Zabrat qəsəbəsində kirayə ev axtarmağa başlamışdır. Çünki həmin ərazidə ev kirayəsi ucuz olmuşdur. Kirayə ev axtaran zaman Zərərçəkmiş şəxs adında bir şəxsin Zabrat qəsəbəsi, İstixana kombinatının önündə 120 manata kirayə ev verdiyini bilmiş və bundan sonra həmin yerə gedərək Zərərçəkmiş şəxslə görüşüb kirayə verdiyi evə baxmışdır. Həmin ev 1 otaqlı kiçik bir ev olmuş və Rəşidin evi də həmin evin yanında yerləşmişdir. Evə baxdıqdan sonra Rəşidlə evi kirayələmək barədə razılığa gəlmiş və bildirmişdir ki, o, orada ailəsi ilə qalacaqdır. Həmçinin, Rəşid onunla oturub yeyib-içmək istədiyini bildirdikdə o, Rəşidə qonaqlıq sözü də vermişdir. 18 aprel 2019-cu il tarixdə onun arvadı Aytac övladı Rəsul ilə Bərdə rayonundan gəlmiş və onlar həmin evdə yaşamağa başlamışlar. Təxminən 2019-cu ilin may ayının ortalarında Bərdə rayonuna qohumlarını ziyarətə getmişdir. Orada dayısıoğlu Təqsirləndirilən şəxs ona pula ehtiyacı olduğunu və işləmək üçün Bakıya gəlmək istədiyini bildirmişdir. O da Coşquna Bakıya gəlib onun Zabratda ailəsi ilə qaldığı həmin evdə daimi iş tapana və kirayə ev tutana qədər qala biləcəyini demişdir. Daha sonra o, Bakıya gəlmişdir. 24.05.2019-cu il tarixdə dayısıoğlu Coşqun Bakıya gələrək onun yaşadığı evdə yaşamağa başlamışdır. Coşqun onun yaşadığı evin mətbəxində qalmış və həmin müddətdə özünə yaşamaq üçün ayrı kirayə ev axtarmışdır. Coşqun həm qohumu Elnurun yanında, həm də onun yanında müxtəlif işlərdə suvaq işləri görərək qazandığı pulla həyatını təmin etmişdir. Arada Coşqunun iş yerində işlər dayandığına görə o, Coşquna Zabratda yerləşən yeni tikilən bağçada suvaq işləri görmək lazım olduğunu demiş və bir yerdə gedib həmin işi görməyi təklif etmişdir. Coşqun onunla razılaşmış və onlar səhər 09 radələrində işləmək üçün həmin yerə getmişlər. Hadisə baş verən gün onlar işlərini gördükdən sonra Coşqunla birlikdə axşamüstü saat 16-17 radələrində evə gələn zaman Coşqunla kirayə yaşadığı evin yaxınlığında yerləşən mağazaya daxil olub “Xan” markalı, qiyməti təxminən 7-8 manat olan 0,5 litrlik araq almış, mağazadan çıxdıqdan sonra Coşquna ev sahibi Rəşidə evi kirayə tutan zamandan qonaqlıq borcu olduğunu və həmin gün Rəşidə qonaqlıq vermək istədiyimi bildirmişdir. Coşqun buna heç bir etiraz etməmişdir. Daha sonra o, birbaşa Rəşidin yaşadığı evə gedib sonuncunu kirayədə yaşadığı həmin evə dəvət etmişdir. Rəşid qonaqlıq üçün gələcəyini dedikdən sonra o, yaşadığı evə qayıtmış, bu zaman Coşqun onu yaşadığı evin qapısının yaxınlığında gözləmişdir. Evə daxil olmuşlar və o, arvadı Aytaca Rəşidin qonaqlıq üçün gələcəyini demişdir. Coşqun 0,5 litrlik içkini gedib qaytarmış və 0,7 litrlik araq almışdır. Çünki üç nəfər üçün 0,5 litrlik araq az olmuşdur. Qısa bir müddət sonra Rəşid gəlmiş və onlar oturub arvadının bişirdiyi qızarmış toyuq və kartof yeyərək aldığı həmin arağı içməyə başlamışlar. Onlar ev dar və yay ayı olduğundan həyətdə oturmuşlar. Həmin vaxt hər şey yaxşı olmuş və hər üçü deyib-gülərək yeyib-içməyə davam etmişlər. Yeyib-içdikləri müddətdə də arvadı Aytac onlara qulluq etmişdir. Bir neçə saat keçdikdən sonra təxminən saat 22 radələrində Rəşid evin balaca olduğunu bildirmiş və özünün yaşadığı evə gedib yeyib-içməyi orada davam etdirməyi təklif etmişdir və Coşqunla o, təkliflə razılaşmışlar. Rəşidin yaşadığı evə gedən zaman Rəşid Coşquna 10 manat vermişdir ki, yaxınlıqdakı mağazadan araq alsın. O və Rəşid sonuncunun yaşadığı evə daxil olub mətbəxə keçmiş və o, gətirdiyi toyuq və kartof qızartması olan boşqabı mətbəxdə stolun üzərinə qoymuşdur. Rəşid də içki qədəhlərini, stəkanları və soyuducudan boşqabda olan toyuq soyutması yeməyini götürüb stolun üzərinə qoymuşdur. Onlar əyləşdikdən sonra Coşqun “Zolotoye koltso” markalı araq və “Coca-cola” markalı qazlı içki alaraq gəlmişdir. Coşqun içkiləri alıb gəldikdən sonra bir manatlıq qalıq pulu və qəpikləri mətbəx mebelinin üzərinə qoymuşdur. Bir müddət sonra, o, təxminən saat 24 radələrində arvadı Aytacın evdə tək olduğunu deyib evə getməli olduğunu bildirmişdir. Coşquna da evə gəlməsini demiş, lakin Rəşid Coşquna Rəşidin evində qala biləcəyini dedikdən sonra Coşqun Rəşidlə razılaşmış və bildirmişdir ki, Rəşidin evində qalacaqdır. Daha sonra o, qalxaraq sağollaşıb evə getmək istədiyini bildirdikdə Coşqun və Rəşid da ayağa durub onu yola salmaq və siqaret çəkmək üçün həyətə çıxmışlar. Əvvəl onunla Coşqun, arxasınca isə Rəşid evin həyətinə çıxmışdır. O, evdən çıxıb-getdikdən sonra darvazadan gələn səsdən bilmişdir ki, Rəşidin evinin həyətinin qapısı bağlandı. Yaşadığı evə daxil olan kimi uzanıb yatmışdır. 1-2 saatdan sonra Coşqun onu yuxudan oyatmışdır. Oyandıqda görmüşdür ki, Coşqun əlində qanlı bıçaqla onun qabağında dayanıbdır, mətbəxdə də arvadı Aytacın yüksək səslə ağlamağını eşitmişdir. Coşqunun əlindəki bıçağın üzərində qan, bıçağın ucu bir az əyili olmuşdur. O, Coşqundan nə baş verməsini soruşmuşdur. Coşqun isə ona demişdir ki, mətbəxdə oturub yeyib-içən zaman Rəşid Aytacdan xoşu gəldiyini və Aytacın nömrəsini istədiyini, Aytacı da, onu da yaşadacağını demiş və buna görə də o, Rəşidi öldürmüşdür. Bundan sonra o, Coşqundan nə edəcəyini soruşduqda, sonuncu ona bildirmişdir ki, hazırlaşıb getmək istəyir. Lakin, Coşqun ona hara gedəcəyini deməmiş, paltarlarını götürüb evdən çıxaraq bilmədiyi istiqamətdə getmişdir. Coşqun gedən zaman da bıçaq əlində olmuşdur. Bundan sonra o, küçəyə çıxıb Rəşidin yaşadığı evin həyətinin qapısını açmışdır ki, Coşqunun dediklərinin doğru olub-olmadığını öyrənsin. O oraya çatanda görmüşdür ki, qonşular artıq səsə oyanıb və təcili tibbi yardıma və polisə məlumat verirlər. O bərk qorxmuş, bundan sonra o, yaşadığı evə gedib arvadı Aytaca Coşqunun dediklərinin doğru olduğunu bildirmişdir. Arvadı Aytac yüksək səslə ağlamağa davam etmişdir. O, baş verənlərdən qorxduğu üçün və həmçinin, Rəşidin ailə üzvləri tərəfindən ona, arvadına və övladına qarşı təhlükə olar deyə ailəsini götürüb kirayədə yaşadığı həmin evdən getmək qərarına gəlmişdir. Ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb gedən zaman polislərin yaxınlaşdığını görmüş və o, polislərə bildiklərini yəni, Coşqunun ona Rəşidi bıçaqlayaraq öldürməsi ilə bağlı dediklərini danışmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Rəfael oğlu bildirdi ki, Aytaca qarşı Rəşidin hər hansı bir əxlaqsız hərəkətini, baxışını və sözünü hiss etməmiş, Aytac da ona heç nə deməmişdir. Coşqunun əlində olan bıçağı Rəşidin evində bıçaq dəstinin olduğu qutuda görmüşdür. Nə onun, nə də həyat yoldaşının mobil telefonu və nömrələri olmamışdır. Bununla yanaşı, Şahid1 Rəfael oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, saat təxminən 01 radələrində Coşqun onu yuxudan oyatdıqda Coşqun əlində qanlı bıçaq olduğunu, mətbəxdə də arvadı Aytacın yüksək səslə ağlamağını eşitmişdir. Coşqunun əlindəki bıçağın üzərində qan olmuş və bıçağın ucu bir az əyilmişdir. O, Coşqundan nə baş verməsini soruşmuşdur. Coşqun isə ona demişdir ki, mətbəxdə oturub yeyib-içən zaman Rəşid Aytacdan xoşu gəldiyini və Aytacın nömrəsini istədiyini bildirmişdir. Coşqun daha sonra demişdir ki, Rəşidin həmin sözlərindən sonra Rəşidə “çölə çıxaq Aytacın nömrəsini sənə verəcəm” demiş, daha sonra Rəşidin evinin həyətinə çıxdıqda yeyib-içdikləri mətbəxdən bıçağı götürüb Rəşidin evinin həyətində həmin bıçaqla xəsarətlər yetirərək öldürmüşdür. Məhkəmə baxışı zamanı Şahid1 Rəfael oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib və ifadəsindəki imzaların ona məxsus olub-olmadığı, istintaq ifadəsini təsdiq edibetmədiyi soruşularkən, o, imzaların ona məxsus olduğunu və ibtidai istintaqdakı verdiyi ifadəsini tam təsdiq etdiyini bildirdi. İşdə olan və məhkəmədə tədqiq edilmiş 06.08.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 Rəfael oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən sonuncu bir daha Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsini təsdiq edərək Coşqunun ona dediklərini istintaqa bildirdiyini demiş, Təqsirləndirilən şəxs isə ifadəsini təsdiq edərək Şahid1 dediklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs əlindən bıçağı alıb sonuncunu bıçaq xəsarətləri ilə öldürdüyünü bildirmişdir (cild 2, iş vərəqi 58-62). Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, 2017-ci ildə Bərdə rayonu, Nazirli kəndində Şahid1 Rəfayıl oğlu ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən Babaşlı Rəsul adında övladı doğulmuşdur. 2019-cu ilin aprel ayına qədər Bərdə rayonu, Nazirli kəndində yaşamışlar. Daha sonra Emin Bakı şəhərinə iş axtarmağa gəlmiş və aprel ayında Zabratda, İstixana Kombinatı deyilən yerdə kirayə ev tapdıqdan sonra, 18 aprel tarixində o və övladı Rəsul da həmin kirayə evə gələrək Bakıda yaşamağa başlamışlar. Əri Emin kirayə tutduğu evin mülkiyyətçisi barədə demişdir ki, qoca kişidir, adı da Rəşiddir. O, Rəşidi bir neçə dəfə evdən çıxıb mağazaya ərzaq almağa gedən vaxt görmüşdür. Belə ki, Rəşid bir dəfə ondan kirayə haqqını nə vaxt ödəyəcəklərini, bir dəfə də evləri dar olduğuna görə çarpayını çıxarıb çölə qoyanda çarpayını niyə çölə qoyduqlarını soruşanda ünsiyyətləri olmuşdur. Təqsirləndirilən şəxs əri Eminin dayısıoğludur. Coşqun 24 may 2019-cu ilin tarixdə onun Eminlə Zabratda yaşadığı həmin kirayə evə gəlmişdir. Emin əvvəlcədən ona demişdir ki, Coşqun Bərdədən Bakıya işləmək üçün gələcəkdir və ayrı kirayə ev tapana qədər onların yaşadıqları evdə qalacaqdır. Coşqun gəldikdən sonra onların kirayədə yaşadıqları evin mətbəxində yatmağa yer düzəltmiş və Coşqun orada qalmağa başlamışdır. Coşqun səhərlər işləməyə getmiş, axşamlar bəzən tək, bəzən də əri Eminlə evə gəlmişdir. Hadisə baş verən gün Emin və Coşqun bir yerdə işə getmiş və axşamüstü birlikdə evə gəlmişlər. Eminin əlində markasını xatırlamadığı araq olmuşdur. Emin evə daxil olduqdan sonra evin mülkiyyətçisi Rəşidə qonaqlıq sözü verdiyini və Rəşidi qonaqlıq üçün çağırdığını bildirmişdir. O, həyətdə, mətbəx qapısının yanındakı masada süfrə hazırlayıb bişirdiyi qızarmış toyuq və kartof yeməyini stola qoymuşdur. Bundan qısa bir müddət sonra Rəşid gəlmişdir. Rəşid, Emin və Coşqun stol arxasında əyləşərək yeyibiçməyə başlamışlar və həmin müddətdə deyib-gülmüşlər. O da həmin müddətdə süfrəyə qulluq etmişdir. Daha sonra təxminən saat 22-23 radələrində Rəşid oranın balaca, öz evinin geniş olduğunu bildirmiş, yeyib-içməyi Rəşid öz evində davam etdirməyi təklif etmişdir. Onlar süfrədə olan toyuq, kartof qızartmasından bir boşqabda götürmüşlər ki, içki içən zaman yesinlər. Rəşid, Emin və Coşqun yeyib-içməyi davam etdirmək üçün evdən çıxıb getmişlər. Həmin gün oğlu Rəsul xəstə olmuşdur. Buna görə də o, Eminə tapşırmışdır ki, evə tez gəlsin ki, uşağa dərman alsın. Təxminən saat 24 radələrində Emin evə gəldikdə Emindən Coşqunun harada olduğunu soruşmuşdur. Emin də bildirmişdir ki, Coşqun Rəşidin evində qalacaqdır. Bundan sonra Emin uşağa dərman vermək üçün ona kömək etmiş və hamama keçib əl-üzünü yuduqdan sonra uzanıb yatmışdır. O isə uşağın qızdırmasının düşməsini gözləmiş və yarım saatdan sonra o da gedib yatmışdır. O yatandan təxminən 2 saat sonra qapı döyülmüş və qapını açan zaman görmüşdür ki, Coşqun əlində bıçaqla dayanıbdır və bıçağın üzəri qandır. O, Coşqundan nə baş verdiyini soruşduqda, Coşqun “Rəşid məndən sənin nömrəni istədi deyə mən də onu öldürdüm” deyə cavab vermişdir. O, Coşquna “mənim heç telefonum var ki, telefon nömrəm də olsun?” deyə bildirmişdir. O, bundan çox qorxmuş və yüksək səslə ağlamağa başlamışdır. O, hətta huşunu itirib yerə yıxılmış və qısa müddət sonra ayılmışdır. Bundan sonra, Coşqun Eminin yatdığı otağa keçmiş və Emini oyatmışdır. Coşqun Eminə baş verənləri danışdığı müddətdə o, mətbəxdə ağlamışdır. Daha sonra Coşqun paltarlarını götürüb bilmədiyi istiqamətdə çıxıb getmişdir. Emin isə Coşqunun dediklərinin doğru olubolmadığını öyrənmək üçün Rəşidin yaşadığı evə getmişdir. Emin evdən çıxdıqdan bir müddət sonra gələrək Coşqunun Rəşidi öldürməsi ilə bağlı dediklərinin doğru olduğunu bildirmişdir. O, daha da qorxduğu və həyəcanlandığı üçün Emin onu sakitləşdirməyə çalışmışdır. Baş verənlər səbəbindən qorxduqları üçün və həmçinin, Rəşidin ailə üzvləri tərəfindən onlara təhlükə olar deyə Emin və o, azyaşlı övladını götürüb həmin kirayə yaşadıqları evdən getmək qərarına gəlmişlər. Onlar birlikdə kirayədə yaşadıqları evdən çıxıb gedən zaman polislər yaxınlaşmış və əri Emin polislərə Rəşidi Coşqunun öldürməsini demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, nə onun, nə də Eminin telefonu olmamış, Rəşid ona 2 dəfə söz demiş, ikisində də qızım deyə müraciət etmiş, Rəşiddən özünə qarşı hər hansı pis niyyət, pis baxış hiss etməmişdir. Rəşid ona qarşı hər hansı əxlaqsız təklif etməmiş və hər hansı bir söz deməmişdir. Eminin evə gələndən sonra yatmağı 10 dəqiqə çəkmiş, təxminən 2 saatdan sonra Coşqun gəlib Rəşidi öldürdüyünü demişdir, Coşqunun əlində bıçaq olmuş, bıçağın ucu əyilmişdir. Coşqunun üzərində və bıçağın üstündə qan olmuşdur. Şahid x9 məhkəmədə ifadəsisində göstərdi ki, 06.06.2019-ci il tarixdə öldürülən Zərərçəkmiş şəxs onun kiçik qardaşı olmuşdur. Onlar ailədə 5 qardaş, 4 bacıdırlar. Qardaşı Rəşid təxminən 25 ildən artıq müddətdə ailəsi ilə birlikdə Rusiya Federasiyasında, Komsomolsk-Amur şəhərində yaşamış və orada hərbi hissədə mayor rütbəsində hərbçi işləmişdir. Rəşid yay aylarında məzuniyyətini keçirmək üçün Bakıya gəlmişdir. Qardaşı Rəşid bu ilin təxminən mart ayında Bakıya gəlmişdir. Hadisə baş verməmişdən 1 gün əvvəl, yəni 05 iyun tarixində saat 11-də Rəşid onun işlətdiyi mağazaya gəlmişdir. Onun evi ilə Rəşidin evinin arasında 150-200 metr məsafə var. O, Rəşidin kirayəşinlərini tanımamışdır. Rəşid Emin adlı bir kirayəşinin pul verməməyindən danışanda o, Rəşidə məsləhət vermişdir ki, əgər kirayənişin pulu vermirsə o həmin ailəni evindən çıxarsın. Rəşid özü xaraktercə çox yolagedən adam olmuşdur. 05.06.2019-cu il tarixdən 06.06.2019-cu il tarixə keçən gecə o, saat təxminən 23 radələrində Zabratda yaşadığı evin birinci mərtəbəsində işlətdiyi kiçik mağazanı bağlayıb qonşu ilə nərd oynamaq üçün qonşunun evinə getmişdir. Orda olarkən bir müddət sonra arvadı Tahirə ona telefon zəngi edərək bildirmişdir ki, qardaşı Rəşidi öldürüblər, polislər gəlibdir və meyiti yaşadığı evin həyətindədir. Bu xəbəri eşitdikdən dərhal sonra o, qardaşının yaşadığı evə getmiş və orada polis nəfərlərini, təcili tibbi yardımı görmüşdür. Bu zaman polislər ona bildirmişlər ki, qardaşı Rəşid bıçaqlanaraq öldürülmüşdür. Şahid7 məhkəmədə ifadəsində göstərdi ki, 06.06.2019-ci il tarixdə öldürülən Zərərçəkmiş şəxs onun əri olmuşdur. Həmin evlilikdən 1991-ci il və 1993-cü il təvəllüdlü iki oğlu olmuşdur, hər iki övladı hal-hazırda Rusiya Federasiyasında yaşayır. Rəşid təxminən 25 ildən atrıq müddət ərzində x4 Nazirliyinin hərbi hissəsində kapitan rütbəsində, hərbi hissənin yeməkxanasında ərzaq təchizatçısı işləmişdir. Bir neçə il öncə pensiya yaşına çatdığına görə ordudan tərxis olunmuşdur. Ailəlikcə orada yaşamışlar. Lakin hər il yay aylarında Azərbaycana ziyarətə gəlmişlər. 2019-cu ilin təxminən mart ayında Bakıya gəlmişlər. Zərərçəkmiş şəxs da, övladları da Rusiya Federasiyasının vətəndaşları olmuşlar. Bu ilin iyun ayının 5-dən 6-na keçən gecə onun, əri Zərərçəkmiş şəxs öldürülməsindən xəbəri olmamışdır. Belə ki, o, Rəşidlə mart ayında Bakıya gəldikdən sonra övladlarının Rusiya Federasiyasında yaşaması ilə bağlı ailədaxili kiçik mübahisələri olmuşdur. Böyük övladı Azərbaycana gələndə burada əməliyyat olunmuşdur. Rəşid isə buna görə onunla mübahisə edərək demişdir ki, uşaqları Azərbaycana gəlməsəydi, əməliyyat da olunmayacaqdı. Belə ki, o, hər iki övladının Bakıda yaşamasını istəsə də, Rəşid onların Rusiyada yaşamalı olduğunu bildirmişdir. O da Rəşidin bu münasibətindən inciyib anasının Zabrat 1 qəsəbəsində yerləşən evində qalmışdır. Həmin vaxtdan Rəşidlə birlikdə yaşadıqları İstixana Kombinatı küçəsi ünvanındakı evə getməmişdir. O, mart ayından anasının yanında yaşadıqdan sonra Rəşidlə heç bir əlaqəsi olmamışdır. Yalnız bir dəfə mart ayının sonlarına yaxın Rəşid onun anasının evinə gəlib onu yaşadıqları evə dəvət etsə də, o getməkdən imtina etmişdir. Rəşidlə telefon vasitəsilə də əlaqəsi olmamışdır. Hadisə günü ona baldızı zəng edərək Rəşidin öldürülməsi barədə məlumat vermişdir. O, ilk əvvəl bu xəbərə inanmasa da, hadisə yerinə getdikdən sonra Rəşidin həqiqətən də öldürüldüyünü görmüşdür. O, həyətə çatanda Rəşidin meyiti həyətdə olmuşdur. O, Rəşidin qohumlarının dediyinə əsasən sonradan evdə olan pulun yerində olub-olmamasını bilmək üçün pulu həmişə qoyduqları şkafın arxasına baxmışdır. Evlərində o, küsüb gedəndə 5000 manatdan yuxarı pul olmuşdur. Həmin pul şkafın arxasında olmamışdır. O, belə düşünmüşdür ki, Rəşid özü həmin pulu kiməsə borc verib. O həmişə yol pulu üçün 10000 rubl pul saxlamışdır. Həmin 10000 rubl pul isə yerində olmuşdur. O, belə ehtimal edir ki, Rəşid pula görə öldürülüb. Rəşid elə dəqiq insan olmuşdur ki, kiməsə pul verəndə həmin adam desəydi ki, 10 gündən sonra pulu qaytaracam, amma qaytarmasaydı həmin adamdan heç vaxt əl çəkməzdi. Belə qənaətə gəlmişdir ki, Rəşid yəqin evlərində olan 5000 manat pulu kiməsə verib, həmin adamdan pulunu istədiyinə görə də öldürülüb. Ancaq bu onun ehtimalımdır, əlində konkret fakt və sübut yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid7 bildirdi ki, Rəşiddə hər hansı cinsi azlıqlara məxsus əlamətlər hiss etməmişdir, bununla bağlı Coşqunun Babaşovun dedikləri yalandır. Şahid4 məhkəmədə ifadəsisində göstərdi ki, Zərərçəkmiş şəxs onun kirayədə yaşadığı evin mülkiyyətçisi olmuşdur. Təxminən 3 ilə yaxın Zərərçəkmiş şəxs mülkiyyətçisi olduğu həmin evdə yaşamışdır. Zərərçəkmiş şəxslə münasibətləri həmişə yaxşı olmuşdur. Onun kirayədə yaşadığı ev Zərərçəkmiş şəxs yaşadığı evin yanında yerləşir. Ondan başqa Zərərçəkmiş şəxs digər 2 kirayənişini də olmuş, onların birinin adı Müsabir, digərinin adı isə Emin olmuşdur. Hər iki şəxs ailəsi ilə yaşamışdır. Müsabir orada uzun müddət yaşamış, Emin təxminən aprel ayından Rəşidin mülkiyyətçisi olduğu evdə kirayədə yaşamışdır. Həm Müsabirin, həm də Eminin Rəşidlə münasibətləri yaxşı olmuş və Rəşidin kirayəşinləri ilə nə vaxtsa problemi olduğunu görməmişdir. 05.06.2019-cu il tarixdə saat təxminən 20 radələrində işdən evə gələn zaman kirayədə yaşadığı evin həyətinə daxil olmuşdur. Onun yaşadığı evlə qonşusu Eminin yaşadığı evin həyətindən səslər gəlmişdir. O, orada Rəşidin səsini eşitmiş və səslərdən başa düşmüşdür ki, hasarın digər tərəfində yeyib-içməkdir. Oradan Rəşidlə birlikdə Eminin səsi gəlmişdir. O, yüksək səslə Rəşidə salam vermiş və Rəşid ona səslənərək bildirmişdir ki, yeyib-içməkdir. Hətta Rəşid onu da yeyib-içməyə dəvət etmiş, o isə hasarın bu tərəfindən dəvətə görə sağ ol demiş, amma işdən gəldiyini və dincəlmək istədiyini bildirmişdir. O, daha sonra yaşadığı evə daxil olub yemək yedikdən sonra yatmışdır. Saat təxminən 01 radələrində qonşusu Emingilin evindən gələn səsə oyanmışdır. Düşünmüşdür ki, ailədir, yəqin söz-söhbətləri var. Həm də Müsabir zəng etdərək Rəşidin əl qapısı açıq olduğunu demiş, gedib baxmağı təklif etmişdir. O, dərhal paltarlarını geyinib küçəyə çıxmışdır. Həmin saatda Rəşidin evinin həyətinin qapısı normalda bağlı olardı deyə onlar həmin qapıya yaxınlaşmışlar. O, qapını açan zaman qapının yaxınlığında görmüşdür ki, Rəşid qarnı üstə yerə uzanıbdır və hər tərəf qandır. Onun belində bıçaq izi xəsarətləri olmuşdur. O, dərhal ***-***-**-** nömrəli mobil telefonundan təcili tibbi yardıma zəng edib bu barədə məlumat vermiş və bundan sonra Rəşidin bacısıoğlu Mirəsgərə xəbər vermişdir. Mirəsgər gəldikdən sonra polisə zəng edərək dayısı Rəşidin öldürülməsi barədə xəbər vermiş və daha sonra Rəşidin evindən sarı rəngli zolaqlı mələfə gətirib sonuncunu həmin mələfənin üzərinə arxasıüstə çevirmişdir. Daha sonra digər qohumları və qonşular gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Abdıyev x3 Rəşad Həsən oğlu ilə oxşar məzmunlu ifadələır verərək onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Şahid3 məhkəmədə ifadəsisində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi nəvəsidir. Coşqun Bərdə rayonu, Nazirli kəndində yaşamışdır. Coşqun işləmək və öz həyatını təmin etmək üçün Bakıya gəlmək istəmiş və o, Bərdəyə ana tərəfindən olan qohumlarını ziyarətə gedəndə, Coşqun bu barədə ona demişdir. Coşqun təxminən 2019cu ilin may ayından digər qohumu Eminin evində qalmış və o da usta işlədiyi üçün tez-tez iş olduqda Coşquna xəbər vermişdir ki, gəlib onun yanında işləsin və qazandığı pulla həyatını təmin etsin. Coşqun əsasən rəngsaz və xırda suvaq işləri görmüşdür. Bu ilin iyun ayının 6-da isə o, Ağdaş rayonuna getmişdir. Orada olan zaman qohumlardan öyrənmişdir ki, Coşqun bıçaqla adam öldürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 06.06.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, İstixana Kombinatı küçəsi, nömrəsiz fərdi yaşayış evidir. Evin girişi 2 laylı, xonçalı dəmir darvaza və onun yanında kiçik ölçülü, üzərində gözlük olan 2 ədəd qıfılla təchiz olunmuş seyf tipli qapı vardır. Darvazadan həyətə daxil olduqda dekorativ metlax və aqlayla döşənilmiş sahə vardır, həmin sahələrin ortasında torpaq zolağı yerləşir. Torpaq zolağında və hasarboyu yerləşən torpaq zolağında müxtəlif çeşidli meyvə ağacları və güllər əkilmişdir. Sahə təxminən 2,5 sot təşkil edir. Ev 10m x 9m ölçüdədir. Evin ön hissəsində 6 pəncərə, dəmir barmaqlıqla təchiz edilmiş pəncərələr və dəmir seyf tipli qapısı vardır. Giriş qapısının qarşısında döşəmənin üzərində 3m x 2.5m ölçüdə üzəri naxışlı xalça sərilmişdir. Giriş qapısının qarşısında xalçanın uc tərəfindən 1m aralıda döşəmənin və gül dibçəklərinin yanında dəmir sütunun altında müxtəlif ölçülərdə sıçramış və səpələnmiş, axmış, sürtülmüş formada olan qanabənzər ləkələr aşkar edilmişdir. Həmin qanabənzər ləkələrdən pambığa hopdurmaq yolu ilə nümunələr qablaşdırılaraq götürülmüşdür. Həmin yerdən 1 metr aralıda aqlay döşəmənin üzərində 30sm x 20sm ölçüdə müxtəlif formalı qanabənzər ləkələr aşkar olunmuş, həmin ləkələr pambığa hopdurma yolu ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Dekorativ metlaxın və aqlay döşəmənin arasında olan torpaq zolağının üzərində əkilmiş qızıl güllər, dibçəklərdə əkilmiş güllər əzilmiş vəziyyətdədir. Bəzi dibçəklər aşmışlar. Həmin qanabənzər ləkələrdən evin çöl qapısına, Zərərçəkmiş şəxs meyitinə doğru dekorativ metlax üzərində nöqtəvari və axma formalı 4-5 metr boyunca qanabənzər ləkələr aşkar edildi. Qanabənzər ləkələr pambığa hopdurmaq yolu ilə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Evə daxil olduqda giriş qapısı ilə üzbəüz 3m x 8m ölçüdə qonaq otağı yerləşir. Qonaq otağına baxış keçirilərkən münaqişə, dava-dalaş izləri və qanabənzər ləkələr aşkar olunmadı. Qonaq otağının sağ tərəfində müxtəlif ölçülərdə 3 ədəd yataq otaqları yerləşir. Həmin otaqlara baxış keçirilərkən otaq səliqəlidir, dava-dalaş izləri və qanabənzər ləkələr müşahidə olunmadı. Qonaq otağının sol uzaq küncündə mətbəx otağı vardır. Mətbəx otağına daxil olduqda 3m x 3m ölçüdədir. Mətbəx otağının sağ və ön tərəfindən divar boyu mətbəx mebeli vurulmuşdur. Otağın ortasında düzbucaqlı formalı masa yerləşir. Masanın ətrafında 3 ədəd stul vardır. Masanın üzərinə baxış keçirildikdə 3 ədəd içərisində yemək qalıqları olan boşqab, 6 dilim zavod çörəyi, 3 ədəd spirtli içki qədəhi, boş 1 litrlik “Coca-Cola” butulkası, 4 ədəd stəkan, masanın ortasında dərin boşqabda qızardılmış kartof və toyuq vardır, digər boşqabda toyuq soyutması yeməyi vardır. Masanın sağ yaxın küncündə qənd qabı, boşqabda yemək qalıqları, 1 ədəd alışqan, içərisi boş olan “Winston” və “Winchester” markalı siqaret qutuları və kül qabında isə çoxsaylı siqaret kötükləri vardır. Mətbəx giriş qapısı ilə üzbəüz olan mətbəx mebelinin üzərində 2 ədəd çörək dilimi, qənddanın qapağı, çaydan və “Zolotoe Koltso” markalı arağın boş şüşəsi və 1 manat üzərində 60 qəpik olmaqla pul vardır. Mətbəxə baxış keçirilərkən dağıntı, dava-dalaş və münaqişə izləri müşahidə edilmədi. Baxış zamanı müəyyən edilmişdir ki, evin çöl giriş qapısı ilə üzbəüz dekorativ metlaxın üzərində yardımçı otağın sol tərəfindən 0,5m aralıda başı giriş qapısına doğru, ayaqları isə evə tərəf, sağ əli 45 dərəcə bucaq altında həyət tərəfə, sol əli isə bədənə paralel, arxası üstə uzanmış Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Meyitin ayaq və bədəninin ətrafında nöqtəvari, sıçramış, damcılamış qanabənzər ləkələr vardır. Həmin ləkələr pambığa hopdurma yolu ilə müvafiq qaydada götürüldü. Meyitin əynində göy rəngli qısaqol köynək vardır. Köynək qanabənzər ləkələrə bulaşmışdır. Köynəyin ön hissəsində ən böyüyü 2,7 sm-dən, ən kiçiyi 0,5 sm-dək uzunluqda olan 14 ədəd kənarları hamar zədələr vardır. Köynəyin arxa hissəsində ən böyüyü 2,2 sm-dən, ən kiçiyi 0,6 sm-dək uzunluqda olan 7 ədəd kənarları hamar zədələr vardır. Köynəyin arxa hissəsində 5,6 sm uzunluqda eyni xarakterli zədə var. Meyitin əynində tünd göy rəngli idman şalvarı var. Şalvar qana və torpağa bulaşmışdır. Şalvarın sağ arxa hissəsində bel tikişindən 20 sm aşağıda 4 sm uzunluqda kənarları nahamar didilmiş zədə var. Şalvarın sağ yan cibinin yuxarı yuxarı hissəsi cırılmışdır. Meyitin əynində həmçinin, göy, boz, ağ damalı trusik var. Meyitin dəri örtüyü qana bulaşmışdır. Əllə yoxladıqda meyit istidir, meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşib, solğun bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 10 saniyəyə bərpa olunur. Meyit qıcıması yalnız çeynəmə əzələsində zəif inkişaf etmişdir. Başı qara rəngdə tüklüdür. Alnının sol yarısında 2sm x 0,3sm ölçüdə bir ədəd, sağ yanaq nahiyəsində 2sm x 0,2 ölçüdə bir ədəd kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan qansızmalı yara vardır. Boynu düzgün inkişaf etmişdir. Əllədikdə boyun fəqərələri tamdır. Döş qəfəsi düzgün inkişaf etmişdir. Əllədikdə sümükləri tamdır. Döş qəfəsinin sağ yarısının ön səthində sağ döşyanı xətti üzrə 2-ci qabırğa arası sahədə 2,2sm x 0,3sm ölçüdə bir ədəd, kənarları hamar bucaqlarından biri küt, digəri iti olan qansızmalı yaralar vardır. Döş qəfəsinin sol yarısının ön səthində məmə xətti üzrə 4-cü qabırğa səviyyəsində 2,5sm x 0,4 sm ölçüdə bir ədəd, 5-ci qabırğa arası sahədə 1,8 sm x 0,4sm ölçüdə bir ədəd, 6-cı qabırğa arası sahədə 2,0sm x 0,4sm ölçüdə bir ədəd, 10-cu qabırğa arası sahədə 3sm x 0,5sm ölçüdə bir ədəd kənarları hamar bucaqlarından biri iti, digəri küt olan qansızmalı yaralar vardır. Döş qəfəsinin sol yarısının bayır-səthində orta qoltuqaltı xətt üzrə 8-ci qabırğa arası sahədə 2sm x 0,4sm ölçüdə bir ədəd eyni xarakterli yara vardır. Döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə 4-cü qabırğa arası sahədə 1,5 sm x 0,5 sm ölçüdə bir ədəd, kürək xətti üzrə 3-cü qabırğa arası səviyyəsində 2,5 sm x 0,4 sm ölçüdə bir ədəd eyni xarakterli yaralar vardır. Döş qəfəsinin sağ yarısının arxa bayır səthində arxa qoltuqaltı xətti üzrə 3-cü qabırğa səviyyəsində 2,2 sm x 0,5 sm ölçüdə bir ədəd eyni xarakterli yara vardır. Qarının sağ yarısının yuxarı şöbəsinin iç kvadratında 2sm x 0,4sm ölçüdə bir ədəd, sol yarısının yuxarı şöbəsinin iç kvadratında 2sm x 0.5 sm ölçüdə bir ədəd, bayır kvadratında 2.3 sm x 0.7 sm ölçüdə bir ədəd, qarının sol yarısının orta şöbəsinin iç kvadratında bir-bririndən 0.5 sm aralı yerləşmiş 2sm x 0.5sm və 2sm x 0.4sm ölçülərdə iki ədəd eyni xarakterli yaralar vardır. Qarının sol yarısının orta şöbəsinin bayır kvadratında 2sm x 0.4sm ölçüdə bir ədəd eyni xarakterli yara vardır. Sol bel nahiyəsində arxa qoltuqaltı xətt üzrə bir-birindən 4sm aralı yerləşmiş 2sm x 0.3 sm və 1sm x 0.2 sm ölçülərdə eyni xarakterli iki ədəd yara vardır. Qarnı düzgün inkişaf etmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, zədəsizdir. Arxa keçəcək dəliyi örtülüdür, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir. Əllədikdə sümükləri tamdır. Sağ diz oynağının ön səthində 1sm x 0.6sm ölçüdə qırmızımtıl rəngdə sıyrıqlar vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar olunmadı. Meyit müayinə edilməsindən ötrü təliqə ilə Məhkəmə-tibbi ekspertiza və x11təcrübi və x8 rayon şöbəsinə göndərildi. Baxış zamanı Zərərçəkmiş şəxs əynində olan paltarları - bir ədəd köynək, bir ədəd idman şalvarı və trusik və həmçinin, Zərərçəkmiş şəxs meyitindən və evin ayrı-ayrı yerlərindən götürülmüş və müvafiq qaydada qablaşdırılmış qanabənzər ləkələrdən nümunələr qablaşdırılmaqla protokola əlavə edildi (cild 1, iş vərəqi 3-18). İşdə olan və məhkəmədə tədqiq edilmiş “Götürmə aparılması haqqında” 06.06.2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman əynində olmuş geyim əşyalarından tünd göy rəngli qısaqol köynək və və göy rəngli cins şalvar götrülərək müvafiq qaydada qablaşdırılmışdır (cild 1, iş vərəqi 55-56). İşdə olan və məhkəmədə tədqiq edilmiş 23.06.2019-cu il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs öldürməsi halları və təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani surətdə göstərərək törətdiyi cinayət əməlini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 138-150). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 06.06.2019-cu il tarixli, 63 N-li rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitində ürəyin, ağciyərlərin, qaraciyərin, sol böyrəyin, mədəaltı vəzin, mədənin, bağırsaqların yaralanması və ikitərəfli pnevmohemotoraksla (sol və sağ döş boşluğuna hava və qan yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən 1 (bir) ədəd, döş boşluğuna keçməyən 1 (bir) ədəd; döş qəfəsinin sağ yarısının arxa-bayır səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 4 (dörd) ədəd; döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluqlarına keçməyən 1 (bir) ədəd; döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd; qarının ön divarının qarın boşluğuna keçən 6 (altı) ədəd; sol bel nahiyəsinin qarın və sol peritonarxası boşluğa keçən 1 (bir) ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən 1 (bir) ədəd; alın nahiyəsinin 1 (bir) ədəd, sol yanaq nahiyəsinin 1 (bir) ədəd, sağ yanaq nahiyəsinin 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd (cəmi 23 ədəd) deşilmiş-kəsilmiş yaraları və hər iki diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər; sıyrıqlar isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə: ürəyin, ağciyərlərin, qaraciyərin, sol böyrəyin, mədəaltı vəzin, mədənin, bağırsaqların yaralanması, ikitərəfli pnevmohemotoraksla (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa-bayır səthinin döş boşluğuna keçən bir ədəd, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən dörd ədəd, qarının ön divarının qarın boşluğuna keçən altı ədəd, sol bel nahiyəsinin qarın və sol peritonarxası boşluğa keçən bir ədəd (cəmi 13 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir; - döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən bir ədəd, döş qəfəsinin sol yarısının bayır səthinin döş və qarın boşluqlarına keçməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən 1 (bir) ədəd, alın nahiyəsinin 1 (bir) ədəd, sol yanaq nahiyəsinin 1 (bir) ədəd, sağ yanaq nahiyəsinin 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd (cəmi 10 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. - Hər iki diz oynağı nahiyəsinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar daxili üzvlərin zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvələ uyğun gəlir.
3. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində ola bilərdi.
4. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil.
5. Mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarları üzərində meyiti üzərində olan xəsarətlərə uyğun zədələr vardır.
6. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 3,3%o, sidikdə isə 2,56%o qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
7. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan bir ədəd tamponun məhkəmə-tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır (cild 2, iş vərəqi 11-21). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04.07.2019-cu il tarixli, 435/2019-MTŞB N-li rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta(İİ).
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən).
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, idman şalvarı və trusik, Təqsirləndirilən şəxs cins şalvarı, üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və beş ədəd pambıq topası üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, Zərərçəkmiş şəxs məxsus qısaqol kofta və trusik üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/(H)/(İİ) qruplu şəxsə, o cumlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər.
4. Təqdim olunmuş Təqsirləndirilən şəxs qısaqol koftası üzərində qan aşkar olunmadı (cild 2, iş vərəqi 23-28). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.07.2019-cu il tarixli, 1179 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 29-30). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 19.07.2019-cu il tarixli, 294-MTKŞ/2019 N-li rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus trusikin ön səthində solda 01 (bir) ədəd, idman şalvarın ön səthində solda 01 (bir) ədəd, qısaqol köynəyin ön səthinin sağ yuxarı nahiyəsində 01 (bir) ədəd və sol yuxarı nahiyəsində 01 (bir) ədəd, ön səthində ortada 13 (ön üç) ədəd, sol qolunun ön səthində 01 (bir) ədəd və arxa səthində solda 06 (altı ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthinin sol yuxarı nahiyəsində 01 (ədəd) cırılma xarakterli zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. İİ.1. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthində sağda 01 (bir) ədəd məhdud cırılma zədəsi aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, ola bilsin ki, şalvarın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir.
2. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə hər hansı bir zədə aşkar olunmadı (cild 2, iş vərəqi 45-48). Cinayət işi materallarına əlavə edilmiş xarakterizəedici sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən Bərdə rayonunun Nazirli kənd sakinidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 64-67). İşdə olan və məhkəmədə tədqiq edilmiş lifli materialların məhkəmə-tibbi ekspertizasının 06.08.2019-cu il tarixli, 18855 N-li rəyindən görünür ki: - Zərərçəkmiş şəxs idman şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. - Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 2, iş vərəqi 81-86). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.09.2019-cu il tarixli, 533 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi (cild 2, iş vərəqi 111-113). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07.06.2019cu il tarixli, 745 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 83-84). İşdə olan 19.06.2019-cu il tarixli qərardan görünür ki, x9 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 108-109). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 16.09.2019-cu il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları - bir ədəd köynək, bir ədəd idman şalvarı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları - bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd göy rəngli köynək üzərində cinayətin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilmişdir (cild 2, iş vərəqi 120-146). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Plenumun həmin Qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd edilən Qərarın 13-cü bəndində məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Təqsirləndirilən şəxs hadisə günü Şahid1 yola salandan təxminən yarım saat sonra zərərçəkmiş Zərərçəkmiş şəxsla həyətdə durub söhbət edən zaman aralarında yaranmış mübahisə əsnasında sonuncunun ona söyüş söyərək üzərinə bıçaq çıxarması, bundan sonra onun özünü müdafiə məqsədilə bıçağı Zərərçəkmiş şəxs əlindən alaraq Rəşidə çoxsaylı xəsarətlər yetirməsi və dərhal Şahid1 evinə gəlməsi barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadələr işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadələri qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, Şahid1 ibtidai istintaq vaxtı verdiyi və məhkəmə baxışında təsdiq etdiyi ifadələrinə görə hadisəni törədəndən dərhal sonra onun yaşadığı evə gəlmiş Təqsirləndirilən şəxs nə baş verməsini soruşduqda Coşqun ona Rəşidlə mətbəxdə oturub yeyib-içən zaman Rəşidin Aytacdan xoşu gəldiyini və Aytacın nömrəsini istədiyini bildirdiyini demiş, bundan sonra Coşqun Rəşidi çölə çağırmış, daha sonra Rəşidin evinin həyətinə çıxdıqda yeyib-içdikləri mətbəxdən götürdüyü bıçaqla həyətdə Rəşidi öldürdüyünü demişdir. Şahid1 həmin ifadəsini Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı bir daha təsdiq etmişdir. Bu hal onu göstərir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs hadisə günü Şahid1 ötürdükdən sonra yenidən mətbəxə qayıdıb yeyib-içməyi davam etdirmiş, daha sonra Təqsirləndirilən şəxs mətbəxdə istifadə olunan bıçağı götürərək Zərərçəkmiş şəxs çölə çağırmış və həmin bıçaqla sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin hadisənin Şahid1 gedəndən yarım saat sonra baş verdiyi barədə ifadəsi də şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təkzib olunur. Belə ki həmin şahidlərin ifadələrinə görə Şahid1 Zərərçəkmiş şəxs evindən qayıtdıqdan 1-2 saat sonra Təqsirləndirilən şəxs əlində bıçaqla Şahid1 evinə gələrək Rəşidi öldürdüyünü bildirmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 iyun 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı evin həyətində təklikdə söhbət zaman Zərərçəkmiş şəxs Şahid1 arvadı Şahid2 mobil telefon nömrəsini istəməsini cüzi səbəb kimi bəhanə edərək öz üstünlüyünü nümayiş etdirmək məqsədilə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxsla mübahisə yaradıb, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək həmin niyyətini həyata keçirmək üçün ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğuna görə ona müqavimət göstərmək imkanına malik olmadığını dərk edib onun üçün aşkar surətdə köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxsа sonuncunun evindən götürmüş olduğu bıçaqla hücum edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəl bir dəfə qarın nahiyəsinə zərbə vurması, daha sonra müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və xüsusi ağrılar verməklə xüsusi amansızlıqla ardıcıl zərbələr vurması, sonuncu aldığı xəsarətlərdən həyətdəki daş döşəmənin və aradakı torpaq zolağının üzərinə yıxılsa da, öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk və arzu edərək yerdə hərəkətsiz qalan Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vuraraq onun ölümü ilə səbəbli əlaqəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, həmin əməl qəsdən törədilmişdir, o, təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 5-6). Təqsirləndirilən şəxs cavan olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cavan olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs törətdiyi əməl başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06.06.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, 07.06.2019-cu ildə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 iyun 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 44-45,77- 80). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 06 iyun 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları - 01 (bir) ədəd köynək, 01 (bir) ədəd idman şalvarı istifadə təyinatını itirdiyindən məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları - 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd tünd göy rəngli köynək Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmənin ilk baxış iclasında zərərçəkmiş şəxsin hüquqi varisi x9 məhkəməyə mülki iddia ərizəsi və mülki iddia ərizəsinə qoşma sənədləri təqdim edərək x5 və Şahid7 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını, Təqsirləndirilən şəxs 16900 (on altı min doqquz yüz) manat pulun alınaraq x6, Təqsirləndirilən şəxs Rəfail oğlundan 06 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 31000 rubl (təxminən 800 manat) pulun alınıb Şahid7 verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək onun vəsatətini qismən təmin etmiş, ərizə icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh, x9 mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə, mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi x5 iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi iddia tələbini təsdiq edən kifayət qədər sübutlar təqdim etməmişlər. İddia ərizəsində Çopan Qasımov qəbir daşını düzəltdirmək üçün ona 7000 manat, dəfn xərclərinə görə isə 9900 manat ziyan dəydiyini qeyd etsə də, ərizəyə əlavə edilmiş, Qasımov İsfəndiyar adlı şəxsə verilmiş 10.06.2019-cu il tarixli qaimə-fakturada göstərilən “Qranit, Zaboru Ağlay” – ümumi məbləği 6500 AZN” yazılarının Çopan Qasımova hər hansı aidiyyətinin olub-olmaması, habelə həmin rəqəmlərin məhz qəbir daşları ilə əlaqəli olmasına dair sübut təqdim etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf dəfn xərclərinə görə ziyanla bağlı məhkəməyə heç bir sənəd və ya qəbz, yəni sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı x6 bu iş üzrə mülki iddiasının baxılmamış saxlanması ilə əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili x12 prosessual hərəkətlərdə 85 saat iştirak etməklə, cinayət işinə məhkəmədə baxılarkən dövlət hesabına məhkəmə tərəfindən dəvət edilmiş Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 35 saat prosessual hərəkətlərdə iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq və məhkəmə araşdırması zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon prokurorluğunda saxlanılan: - hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları - 01 (bir) ədəd köynək, 01 (bir) ədəd idman şalvarı istifadə təyinatını itirdiyindən məhv edilsin; - Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları - 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd tünd göy rəngli köynək Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı x5 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı x6 baxılmadan saxlanılmış mülki iddianı mülki mühakimə icraatı qaydasında sonradan vermək hüququnun olması izah edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə araşdırması zamanı müdafiə etməyə görə vəkil Müdafiəçi üçün dövlət hesabından 210 (iki yüz on) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə vəkil x12 üçün dövlət hesabından 510 (beş yüz on) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.