Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-152/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Zərdab şəhəri H.Aslanov küçəsi, ev 23-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Sülh küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Asena MMC»-nin müdiri vəzifəsində işləyən tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun Azərbaycan Respublikası Vergilər Nazirliyinə yaranmış vergi borcunu İT (informasiya texnologiyaları) yolu ilə təsdiqləyəcəyinə dair yalan vəd verib inandıraraq, vahid niyyətlə 09 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən «Asena MMC» şirkətində 29.000 manat pulu, 16 oktyabr 2020-ci il tarixdə eyni ünvanda yerləşən şirkətin ofisində 14.000 manat pulu, 23 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən «Asena MMC» şirkətinin qarşısında Şahid1 vasitəsi ilə 4000 manat pulu, 30 oktyabr 2020-ci il tarixdə eyni ünvanda yerləşən ofisdə menecer Şahid5 vasitəsi ilə 21.000 manat pulu və 28 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X4 yanında yerləşən «Optimal Elektronics» mağazasının qarşısında 20.000 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə onun 88.000 (səksən səkkiz min) manat məbləğində külli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs “Asena MMC” şirkətinin rəhbəri kimi tanıyır. O, şirkətin onlayn qaydasında reklam işlərini görmüşdür. Bir dəfə şirkətə gedəndə o, Sevdanın bikef olduğunu görmüşdür. O, Sevdadan bunun səbəbini soruşduqda Sevda vergi borcunun yarandığını dedi. Əmtəəsiz əməliyyat olunduğu üçün vergi tərəfindən əməliyyatlara icazə verilmədiyini dedi. O da Sevdaya köməklik etmək üçün bununla maraqlanıb ona deyəcəyini bildirmişdir. Barəsində istintaq düzgün aparılmayıb. Sevda dedi ki, vergi əməkdaşlarına pul, yəni rüşvət verib onun əməlliyyatlarına icazə almaq lazımdır. O da Sevda ilə razılaşıb Əkbər adlı şəxslə bu məsələ ilə maraqlanmışdır. Əkbər də dedi ki, maraqlanıb deyərəm. O, Sevdadan iki dəfə, birinci dəfə 29000 (iyirmi doqquz min) manat, ikinci dəfə də 20000 (iyirmi min) manat, ümumilikdə 49000 (qırx doqquz min) manat pul alıb Əkbərə vermişdir. Əkbər də bir müddət sonra Sevdagilin əmtəəsiz qeyri–qanuni əməliyyat apardıqları üçün işin düzəlməyəcəyini deyib pulu qaytardı. O da həmin pulu Türkiyədən mal götürmək üçün xərcləmişdir. Hacı deyib ki, Sevdadan 21000 (iyirmi bir min) manat pul almışdır. Sevdadan o, əlavə olaraq 35000 (otuz beş min) manat almamışdır. Bu barədə ibtidai istintaq zamanı ifadələrində də göstərmişdir. «Elit»in yanında ona pul verilməyib. Hacı ona pul verməməsini də təsdiq etdi. Hadisədən qabaq onun Sevda ilə münasibətləri yaxşı olub. Hadisədən sonra pisləşmişdir. Sevda deyirdi ki, pulu qaytarmasa, pulun miqdarı artacaq və onu həbs etdirəcək. O, Sevdanın fziki şəxs kimi işlərini görüb, əmək haqqı isə ona kassa orderi ilə ödənilmişdir. Sevda dedi ki, əmtəəsiz fəaliyyət göstərib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Sevda pulu ona Əkbərə vermək üçün vermişdir. Onun pulu vergi orqanlarına köçürmək üçün səlahiyyətləri olmayıb. O, Hacıməmməddən 21000 (iyirmi bir min) manat pul almışdır. Məbləğlər düz göstərilmir. O, Sevdadan 88000 (səksən səkkiz min) manat pul almamışdır. Ona 64000 manat da verilməyib. O, ilkin izahatlarında da, sonrakı ifadələrində də onun Sevdadan 49000 manat aldığını göstərmişdir. Məhkəmədə elan olunmuş ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs “Asena MMC” şirkətinin rəhbəri kimi tanıyır. Onunla təxminən iki ildən bir qədər artıq əvvəl şirkətin reklam işlərini görmək üçün Sevda xanımla görüşüb şirkətin reklam işlərini görmüşdür. Əvvəllər Sevda xanımla münasibətləri yaxşı olub, aralarında ədavət olmayıb. Bir müddət Sevda xanımla birgə işlədikdən sonra bir-birlərinə qarşı hörmətləri yaranmışdır. Dəqiq tarixi xatırlamasa da, 2020-ci ilin təxminən oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən “Asena MMC” şirkətində Sevda xanımla söhbət zamanı ona şirkətin vergi ilə bağlı problemlərinin olduğunu bildirib ona köməklik edə biləcək tanışının olub-olmamasını soruşdu. O, Sevda xanıma ilk öncə belə bir tanışının olmadığını deyib, əgər onun rəhbərlik etdiyi şirkətin vergi problemini həll edə bilən şəxs tapsa, ona xəbər verəcəyini bildirmişdir. Həmin vaxt yanında tanışı Şahid6 da olmuş, sonuncu da Sevda xanıma bu işlə bağlı maraqlanacağını, əgər tanışı olarsa ona bu barədə xəbər verəcəyini bildirmişdir. Sonradan ona şəxsi işləri ilə bağlı pul lazım olduğundan düşünmüşdür ki, Sevda xanıma yalandan rəhbərlik etdiyi şirkətin vergi borclarını təsdiqləməsində köməklik göstərə biləcək tanışının olduğunu deyib ondan pul alıb şəxsi işlərinə xərcləsin. Bundan sonra, o, şəxsi işləri ilə əlaqədar vacib pul lazım olduğundan Sevda xanımın göstərişi ilə şirkət işçisi Müşkünaz xanım ona 29000 manat borc pul vermiş, sonradan isə Sevda xanımdan əlavə olaraq 34500 manat pul almış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, Sevda xanım ondan şirkətin vergi problemlərinin nə yerdə olduğunu soruşduqda isə onu hər dəfə aldadaraq işin tez bir zamanda tanışlarının vasitəsilə həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Sevda xanım artıq onu aldatdığını başa düşmüş və ondan şirkətin vergi problemləri ilə əlaqədar verdiyi cəmi 63500 manat pulunu geri istəmiş, Sevda xanımdan aldığı pulu bir ay müddətinə geri qaytaracağına vəd versə də, Bakı şəhəri ərazisində COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar iş fəaliyyəti dayandırıldığından həmin məbləğdə pulu Sevda xanıma geri qaytara bilməmişdir. Dəqiq tarix yadında olmasa da, 2020-ci ilin oktyabr ayında Sevda xanım onu “Asena MMC”-də yerləşən iş otağına dəvət etmiş və 29000 manat borcu nə vaxt qaytaracağını soruşmuş, o da həmin ərəfədə işlərinin yolunda getmədiyindən pulu qaytara bilmədiyini deyib borcu geri qaytarmasına vaxt istəmişdir. Daha sonra isə məlum olmuşdur ki, Sevda xanım onun barəsində ərizə ilə polisə müraciət etmişdir. Sevda xanımın şirkətin vergi borclarının təsdiqlənməsində köməklik göstərmək üçün ümumilikdə 63.550 (altmış üç min beş yüz əlli) manat pul almış, lakin Sevda xanımın işini həll etmək imkanı olmadığından, ümumiyyətlə belə bir niyyətinin olmadığından həmin pulu öz ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs 63.550 manat İT (informasiya texnologiyaları) vasitəsilə onun rəhbərlik etdiyi şirkətin vergi borclarının təsdiqlənməsində köməklik göstərmək üçün alıb ələ keçirmiş, həmin puldan cəmi 32.000 manatını geri qaytarmışdır. Müəyyən vaxt veriləcəyi təqdirdə Sevda xanıma dəymiş maddi ziyanın qalan hissəsini də ödəyə bilər. Zərərçəkmiş şəxs şəxsi informasiyalarını ələ keçirməmiş, onu informasiyanı yayaraq işgüzar fəaliyyətinə xələl gətirəcəyi ilə hədələməmişdir. Göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 41.000 manat ödəmişdir. Qalan pulu da qısa müddət ərzində ödəyəcəkdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla münasibəti normal olub, aralarında ədavətləri olmamışdır. Nicat onun işlədiyi ofisə gəlib İT (informasiya texnologiyaları) işləri ilə məşğul olmuş, həmçinin müvafiq kompyuter proqramları satmaqla da məşğul olmuşdur. Nicat hər dəfə gördüyü işə görə və ya satdığı proqramın pulunu alırdı. Nicat bir neçə il işlədiyi ofisə gəlib-getdiyindən onun etibarını qazanmışdır. 2020-ci ilin oktyabrdekabr aylarında işləri çox olduğundan və digər işlərə vaxt ayıra bilmədiyindən Nicata xırda ödənişləri ödəməsi üçün müxtəlif məbləğlərdə pul vermişdir. Nicat da müəyyən ödənişlər etdikdən sonra qəbzlərini vaxtlı-vaxtında ona vermişdir. Həmin ərəfədə rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə arasında təsdiqlənməmiş azalmaları olmuşdur. Nicatın da bu barədə məlumatı olmuşdur. Nicat ona bildirmişdir ki, Vergilər Nazirliyində Hacı Məmməd adında tanışı var və firmalara gedib yoxlama aparır, yoxlama apardıqdan sonra müxtəlif ofis və firmaları bağladır. Həmin ərəfədə ilin sonu olduğundan və ölkə ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən o, ofisin bağlanacağından qorxub Nicatla razılaşmış, bundan sonra vergi ödənişlərini etməsi üçün Nicata ilk dəfə 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən və rəhbərlik etdiyi “Asena MMC” şirkətində baş mühasib Müşkünaz xanım 29000 manat pul, 16 oktyabr 2020-ci il tarixdə özü ofis işçiləri Fatma və Müşkünaz xanımın iştirakı ilə “Asena MMC” şirkətində 14000 manat, 23 oktyabr 2020-ci il tarixdə “Asena MMC”-nin qarşısında həyat yoldaşı Nazim 4000 manat pulu Nicata vermiş və bunu ofis işçisi Şahid4 görmüş, 30 oktyabr 2020-ci il tarixdə ofis işçisi İradə xanım “Asena MMC”-də 21000 manat pulu ofis işçiləri Fatma və Müşkünaz xanımın iştirakı ilə Nicata vermişdir. O, sonuncu dəfə 28 noyabr 2020-ci il tarixdə Nərimanov rayonu, X4 yanında yerləşən “Optimal Elektronics” mağazasının qarşısında 20000 manat pulu həyat yoldaşı Şahid1 iştirakı ilə Nicata vermişdir. Nicat onlara tanışı Hacı Məmmədə pulları verib ödəniş ediləcəkdən sonra bununla bağlı qəbzləri gətirib verəcəyini vəd verdi, lakin sonradan ödəniş etməyib onun 88000 manat pulunu ələ keçirmişdir. O və həyat yoldaşı Nicatla əlaqə saxlayıb dəfələrlə ondan pulu tələb etsələr də sonuncu onları müxtəlif bəhanələrlə aldadaraq 88000 manat pulu geri qaytarmadı. O da məcbur olub Nicat barəsində polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan düşünərək kompyuter texnologiyaları mühəndisi olduğundan, rəhbərlik etdiyi şirkətin kompyuterlərinə proqramlar yazdığından bütün kompyuterlərin şifrələrini ona vermiş və sonuncu kompyuterlərə daxil ola bilmişdir. Nicat şirkətin kompyuterlərinə daxil ola bildiyindən informasiya bazasını ələ keçirmişdir. Nicat onun şəxsi məlumatlarını, iş məlumatlarını, şirkətin və şəxsi işləri ilə bağlı məlumatlarını özünə aid yaddaş ötürücüsünə ötürüb ələ keçirmişdir. Hazırda Nicat mobil telefonla əlaqə zamanı ona həmin informasiyanı yayacağını, işgüzar fəaliyyətinə xələl gətirəcəyini, bununla da onun biznes fəaliyyətini məhv edəcəyini demişdir. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla münasibəti normal olub, aralarında ədavətləri olmamışdır. Nicat həyat yoldaşı Sevdanın işlədiyi ofisə gəlib informasiya texnologiyaları işləri ilə məşğul olub kompyuter proqramları satmış və bunun müqabilində Nicat hər dəfə gördüyü işə görə və ya satdığı proqramın pulunu almışdır. Nicat bir neçə il Sevdanın rəhbərlik etdiyi şirkətə gəlib-getdikdən sonra onun etibarını qazanmış, 2020-ci ilin oktyabr-dekabr aylarında Sevdanın işləri çox olduğundan və digər işlərə vaxt ayıra bilmədiyindən Nicata xırda ödənişləri ödəməsi üçün müxtəlif məbləğlərdə pul vermiş və Nicat da müəyyən ödənişlər etdikdən sonra qəbzlərini vaxtı-vaxtında gətirib Sevdaya vermişdir. Həmin dövrdə Sevdanın rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə arasında təsdiqlənməmiş azalmaları olmuşdur. Nicat da bunu bilib Vergilər Nazirliyində Hacı Məmməd adında tanışı olduğunu, onun firmalara gedib yoxlama apardığını, yoxlama apardıqdan sonra müxtəlif ofis və firmaları bağladığını, özünün də həmin məsələni Hacı Məmməd vasitəsi ilə həll edə bildiyini demişdir. Sevda da ofisin bağlanacağından qorxub Nicatla razılaşıb vergi ödənişlərini etməsi üçün Nicata ilk öncə 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən “Asena MMC” şirkətində baş mühasib Müşkünaz xanım 29000 manat pul, 16 oktyabr 2020-ci il tarixdə Sevda özü ofis işçiləri Fatma və Müşkünaz xanımın iştirakı ilə “Asena MMC” şirkətində 14000 manat, 23 oktyabr 2020-ci il tarixdə “Asena MMC”-nin qarşısında özü 4000 manat pulu Nicata vermişdir. Bunu da ofisisn işçisi Şahid4 görmüşdür. 30 oktyabr 2020-ci il tarixdə ofis işçisi İradə xanım “Asena MMC”-də 21000 manat pulu ofis işçiləri Fatma və Müşkünaz xanımın iştirakı ilə Nicata vermişdir. Sonuncu dəfə 28 noyabr 2020-ci il tarixdə Nərimanov rayonu, X4 yanında yerləşən “Optimal Elektronics” mağazasının qarşısında Sevda 20000 manat pulu onun iştirakı ilə Nicata vermişdir. Nicat onlara tanışı Hacı Məmmədə pulları verib ödəniş ediləndən sonra bununla bağlı qəbzləri gətirib verəcəyini vəd versə də, sonradan o, ödəniş etməmiş və 88000 manat pulu ələ keçirmişdir. O və Sevda Nicatla əlaqə saxlayıb dəfələrlə pulu tələb etsələr də, sonuncu onları müxtəlif bəhanələrlə aldadaraq 88000 manat pulu geri qaytarmamış, Sevda da məcbur olub Nicat barəsində ərizə ilə polisə müraciət etmişdir. Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayından “Asena MMC” şirkətində baş mühasib işləyir. İşlədiyi şirkətin rəhbəri Zərərçəkmiş şəxsdır, onunla münasibəti nomaldır, aralarında ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi vaxtdan tanıyır, əvvəllər onunla münasibəti normal olub, aralarında ədavət olmayıb. Nicat şirkətə gəlib informasiya texnologiyaları işləri ilə, kompyuter proqramları satmaqla da məşğul olurdu. Nicat gördüyü işə görə və ya satdığı proqramın pulunu alırdı. Nicat bir neçə il şirkətə gəlib-getdiyindən Sevda xanımın etibarını qazanmışdır. 2020-ci ilin oktyabr-dekabr aylarında Sevdanın işləri çox olduğundan Nicata xırda ödənişləri ödəməsi üçün müxtəlif məbləğlərdə pul verirdi. Nicat da ödənişlər etdikdən sonra qəbzləri Sevdaya verirdi. Həmin ərəfədə şirkətin Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə arasında təsdiqlənməmiş azalmaları olmuşdur. Nicatın da bu barədə məlumatı olmuşdur. Nicat Sevdaya bildirmişdir ki, Vergilər Nazirliyində Hacı Məmməd adında tanışı var, o, firmalara gedib yoxlama aparır, yoxlama apardıqdan sonra müxtəlif ofis və firmaların fəaliyyəti yoxlama aparmasının nəticəsi olaraq qanunsuz işlərlə və ya vergi borcları ilə əlaqədar dayandırılır. Sevda da ofisin bağlanacağından ehtiyat edib Nicata inanaraq ofisin fəaliyyətinin davam etməsi üçün vergi ödənişlərini ona verməyə razılaşmış, bundan sonra vergi ödənişlərini etməsi üçün Nicata ilk dəfə 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən “Asena MMC” şirkətində o, 29000 manat pul vermişdir. 16 oktyabr 2020-ci il tarixdə Sevda şəxsən özü şirkət işçisi Fatmanın və onun iştirakı ilə “Asena MMC” şirkətində 14000 manat pul vermişdir. 23 oktyabr 2020-ci il tarixdə “Asena MMC”-nin qarşısında Sevdanın əri Nazim Nicata 4000 manat pul verib. Bunu da ofis işçisi Şahid4 görüb. 30 oktyabr 2020-ci il tarixdə ofis işçisi İradə “Asena MMC”-də 21000 manat pulu onun və digər ofis işçisi Fatmanın iştirakı ilə Nicata vermişdir. Sonuncu dəfə 28 noyabr 2020-ci il tarixdə Nərimanov rayonu, X4 yanında yerləşən “Optimal Elektronics” mağazasının qarşısında Sevda 20000 manat pulu əri Nazimin iştirakı ilə Nicata vermişdir. Nicat isə tanışı Hacı Məmmədə pulları verib ödəniş ediləcəkdən sonra bununla bağlı qəbzləri gətirib Sevdaya verəcəyini vəd versə də, sonradan o, ödəniş etməyib 88000 manat pulu ələ keçirmişdir. O, şirkətin digər işçiləri, Sevda və Nazim Nicatla əlaqə saxlayıb dəfələrlə ondan pulu tələb etsələr də, sonuncu onları müxtəlif bəhanələrlə aldadaraq 88000 manat pulunu geri qaytarmamışdır. Şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmədə Şahid2 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verdilər. Şahid6 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar-fevral ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 50-də yerləşən "xxxx" MMC turizm şirkətinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs də rəhbərlik etdiyi şirkətə gəlib ucuz qiymətə mobil nömrə bazası, yəni müxtəlif GSM operatorlara məxsus qızıl nömrələri nisbətən ucuz qiymətə satmaqla məşğul olurdu. Həmçinin, Nicat ona şirkət işləri ilə bağlı proqram sata biləcəyini və həmin proqramı kompüterlərə yaza biləcəyini təklif etmiş, o da sonuncuya bir qədər fikirləşib bir söz deyəcəyini demiş, lakin sonradan onunla razılaşmamış, bu səbəbdən ondan nömrə bazası və proqram almamışdır. Onların münasibətləri daim yaxşı olmuş, aralarında ədavət olmamışdır. Zərərçəkmiş şəxs bir dəfə görmüşdür. Belə ki, 2020-ci ilin fevral-avqust aylarında Nicat ondan şəxsi işləri ilə bağlı ümumulikdə 4000 manat pul alıb qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin sonradan Nicat ona həmin borcunu qaytarmamış və onunla görüşməkdən yayınaraq ondan qaçmağa başlamışdır. 2020-ci ilin oktyabr ayında, o, Nicata zəng edib ondan pulunu geri istədikdə ona pulunun olmadığını demiş və söhbət zamanı onlar görüşməyə razılaşmışlar. Bundan sonra idarə etdiyi avtomobillə Nicatın olduğu yerə gəlmiş və sonuncu idarə etdiyi avtomobilə əyləşdikdən sonra ona tanışının, yəni sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadının rəhbərlik etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən ”Asena MMC” şirkətinə getməyi təklif etdi. O da ona etiraz etməmiş və onlar birlikdə Zərərçəkmiş şəxs şirkətinə gedib orada onunla görüşmüşlər. Sevda xanımla Nicatın arasında olan söhbət zamanı Sevda xanım Nicata şirkət işlərinin pis getdiyini, vergi ilə əlaqədar çətinliklərinin olduğunu, Vergilər Nazirliyi tərəfindən bütün hesablarına sərəncam qoyulduğunu bildirib onlardan bu işdə köməklik edə biləcəkləri tanışlarının olub-olmamasını soruşmuş, o, Sevda xanım və Nicata əgər ona bu işdə köməklik edə biləcək tanışı olarsa, xəbər verəcəyini bildirmişdir. Lakin həmin günün səhərisi Nicata zəng edib Sevda xanımın şirkətinin vergi problemlərini həll etməsi üçün tanışının olmadığını bildirmiş, Sevda xanımla aralarında başqa hər hansı söhbət olmamış və onunla bir daha görüşüb onun rəhbərlik etdiyi şirkətin Vergilər Nazirliyi ilə aralarında olan problemlər barədə aralarında heç bir söhbət etməmişdir. Eləcə də bununla bağlı Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamışdır. Lakin sonradan Nicatla görüşüb söhbət edərkən ona məlum olmuşdur ki, Sevda xanımın rəhbərlik etdiyi şirkətin vergi problemlərini Nicatın tanışı, adını dəqiq bilmədiyi, Orxan və ya Cabbar adlı şəxs həll edəcəkdir, hətta onun yanında olarkən Nicat həmin tanışına zəng etmiş və aralarında olan söhbət zamanı Nicat ona “sən kimsən mənə demədən Sevda xanımdan pul istəyirsən” demiş, sonra Nicatla əlaqəsi olmamış, ondan 4000 manat pulunu istədikdə isə Nicat onunla görüşlərə gəlməmişdir. Bir müddət sonra Nicat ona Sevda xanımın əri Nazim müəllimin və həmçinin, Mais adlı vəkilin zəng edib Nicatın onları aldadaraq “Asena MMC” şirkətinin vergi problemlərini həll etməsi üçün Sevda xanımdan 64.500 manat pul alıb onları aldadaraq həmin məbləğdə pulu ələ keçirdiyini bildirmiş, o da sonunculara Nicatın ondan da 4000 manat pul alaraq qısa müddətdə qaytaracağına dair vədlər verdiyini, lakin pulumu indiyinədək geri qaytarmadığını bildirmişdir. Bundan başqa Nicat ona Türkiyə Respublikasında olarkən zəng etmiş, həmin vaxt sonuncu evdə olmuş və gördüyü qədər ona məlum olmuşdur ki, hansı məbləğdə dəqiq bilmədiyi dollar məzənnəsində olan pulları səpələyərək Bakı şəhərinə bir daha qayıtmayacağını demişdir. Sonradan isə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadaraq külli miqdarda pulunu ələ keçirməsi barədə ərizə ilə polisə müraciət etmişdir. Nicat ona Sevda xanımın rəhbərlik etdiyi şirkətin vergi ilə bağlı hər hansı bir problemini və ya digər işini həll etməyi üçün ümumiyyətlə pul verməmiş, ondan Seva xanımdan bununla əlaqədar və ya digər işlə bağlı pul almamışdır. 2020-ci ilin dekabr ayında Sevda xanım ona satdıq şirkət tapmağı demiş, o da sonuncuya “Kastur” və “Atlant” adlanan şirkətləri tapmışdır. Həmin şirkətlər tanışı Araza məxsus olmuş, həmin şirkətlərə görə Sevda xanım 3000 manat pul ödəmişdir. Şirkətlərin heç biri saxta olmamış, həmin şirkətlərin hər hansı vergi borcu da olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs aldadaraq 88.000 manat pulunu ələ keçirməsi barədə heç bir söz deməmiş, sonradan bu barədə bilmişdir. Bildiyinə görə həmin məbləğ 88.000 deyil, 63500 manatdır. O, Nicatın ona olan 4000 manat borcu barədə heç bir instansiyaya müraciət etməmiş, hazırda da sonuncudan heç bir şikayət və tələbi yoxdur. Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuş, söhbət əsnasında sonuncunun "xxxx" MMC şirkətinin rəhbəri olduğunu bilmişdir. 2020-ci ilin fevral ayında Sevda xanım ona bildirmişdir ki, geyim və parça almaq istəyən olacağı təqdirdə ona xəbər versin və bununla ona köməklik etmiş olar. O da Sevda xanıma köməklik etmək üçün adını xatırlamadığı tanışının hazırda xatırlamadığı mobil telefon nömrəsini ona vermiş və həmin şəxsə zəng edib onunla bu barədə maraqlanmasını demişdir. Sonradan onun Sevda xanımın həmin şəxslə danışıb-danışmamasmdan heç bir məlumatı yoxdur. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsnm rəhbərlik etdiyi "xxxx" MMC şirkəti ilə "xxxx" MMC şirkəti arasında olan 187.000 manat borc barədə hər hansı məlumatı yoxdur. Şahid9 ifadəsində göstərmişdir ki, müxtəlif şəxslərə və şirkətlərə vergi işləri ilə bağlı xidmət göstərir. Təxminən 7-8 ay bundan öncə "xxxx" MMC şirkəti tərəfindən müraciət olunaraq vergi ilə yaranmış problemlərində onlara köməklik göstərməsi xahiş edilmiş, o da razılaşmış və mühasib kimi həmin işi araşdırmağa başlamışdır. Bundan sonra "xxxx" MMC-dən "xxxx" MMC şirkətinə rəsmi borc bildirişi gəlmiş və məktubda 187.000 manat alacaqdan bəhs edilmişdir. O, da "xxxx" MMC şirkətinin rəhbərliyi ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş və "xxxx" MMC şirkəti ilə görüşmələrini təklif etmişdir. Belə də olmuş və tərəflər görüşərkən məlum olmuşdur ki, "xxxx" MMC şirkətinin "xxxx" MMC şirkətinə ödəyəcək 187.000 manat vəsait Vergilər Nazirliyi tərəfindən bloklanmışdır. O, bu işlə bağlı Vergilər Nazirliyinin Lokal gəlirlər İdarəsində görüşlər keçirmiş və ona bildirilmişdir ki, "xxxx" şirkəti “Yüksəliş” şirkətinə əmtəəsiz mal satıb. "xxxx" MMC şirkəti də pulu "xxxx" şirkətinə ödəniş edərkən Vergilər Nazirliyi tərəfindən həmin ödəniş bloklanmışdır. Sonradan bu barədə ona müraciət edən tərəflərə məlumat vermiş və sonradan bu işdən kənarlaşmışdır. Sonradan bu məsələ ilə bağlı hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, həmin şəxs barədə yalnız istintaq zamanı məlumat almışdır. Şahid7 məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs tanışı Şahid6 vasitəsilə tanımışdır. Belə ki, həmin vaxt Şahid6 Zərərçəkmiş şəxs şirkət satmaq istəmiş və həmin şirkətlər onun adma olduğundan notariusa gedib müvafiq sənədləri imzalamaqla şirkəti Zərərçəkmiş şəxs satmış, sonradan bir daha Zərərçəkmiş şəxs görməmişdir. Zərərçəkmiş şəxs satılan şirkətlərdə sonradan problem yarandığından ona şirkətləri satdığına dair müqavilələri ləğv etmişdir Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadələrini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələrini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Şahid4 ifadələrini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçilmiş üzləşdirmə zamanı Şahid2 ifadələrini tədiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Şahid3 ifadələrini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nin 19 fevral 2021-ci il tarixli, 378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesad edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi. Məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri ardıcıl olmayıb, ziddiyyətlidir. O, Zərərçəkmiş şəxs “Asena MMC” şirkətinin rəhbəri kimi tandığını, Zərərçəkmiş şəxs vergi borcunun yarandığını, vergi tərəfiəndən ona əməlliyatlara icazə verilmədiyini bilib ona kömək etmək üçün maraqlanıb ona deyəcəyini bildirib, Sevdanın da ona vergi əməkdaşlarına pul, yəni rüşvət verib onun əməlliyyatlarına icazə almaq lazım olmasını deməsini, özünün də Sevda ilə razılaşıb Əkbər adlı şəxslə bu məsələ ilə maraqlandığını, Sevdadan iki dəfə, birinci dəfə 29000 (iyirmi doqquz min) manat, ikinci dəfə də 20000 (iyirmi min) manat, ümumilikdə 49000 (qırx doqquz min) pul alıb Əkbərə verdiyini, Əkbərin də bir müddət sonra Sevdagilin əmtəəsiz qeyri–qanuni əməliyyat apardıqları üçün işin düzəlməyəcəyini deyib pulu qaytardığını, özünün də həmin pulu Türkiyədən mal götürmək üçün xərclədiyini, Sevdadan əlavə olaraq 35000 (otuz beş min) manat almadığını, onun Sevdadan 49000 manat aldığını göstərdiyi halda, digər ifadələrində isə Zərərçəkmiş şəxs yalandan rəhbərlik etdiyi şirkətin vergi borclarını təsdiqləməsində köməklik göstərə biləcək tanışının olduğunu deyib ondan pul alıb şəxsi işlərinə xərcləmək qərarına gəlib Sevdanın göstərişi ilə şirkət işçisi Müşkünazın ona 29000 manat borc pul verdiyiyni, sonradan isə Sevdadan əlavə 34.500 manat pul aldığını, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini, Sevdanın şirkətin vergi problemlərinin nə yerdə olmasını soruşduqda isə hər dəfə onu aldadaraq işin tez bir zamanda tanışlarının vasitəsilə həll olunacağını bildirdiyini, bir müddət sonra isə Sevdanın artıq onu aldatdığını başa düşüb və ondan şirkətin vergi problemləri ilə əlaqədar verdiyi cəmi 63500 manat pulunu geri istədiyini, Sevdadan aldığı pulu bir ay müddətinə geri qaytaracağına vəd versə də, Bakı şəhəri ərazisində COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar iş fəaliyyəti dayandırıldığından həmin məbləğdə pulu Sevdaya qaytara bilmədiyini, dəqiq tarix yadında olmasa da, 2020-ci ilin oktyabr ayında, Sevda xanımın onu “Asena MMC”-də yerləşən iş otağına dəvət etdiyini və 29000 manat borcu nə vaxt qaytaracağını soruşduğunu, o da həmin ərəfədə işlərinin getmədiyindən pulu qaytara bilmədiyini deyib borcu geri qaytarmasına vaxt istədiyini, daha sonra Sevdanın onun barəsində ərizə ilə polisə müraciət etdiyini bildiyini, Sevdaya köməklik göstərmək üçün ümumilikdə 63.550 (altmış üç min beş yüz əlli) manat pul aldığını, lakin Sevdanın işinin həll etmək imkanı olmadığından, ümumiyyətlə isə belə bir niyyətinin olmadığından aldığı həmin pulu öz ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs 63.550 manat pulunu ələ keçirdiyiyni, həmin puldan cəmi 32.000 manatını geri qaytardığını, müəyyən vaxt veriləcəyi təqdirdə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın qalan hissəsini də ödəyə biləcəyini, hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 41.000 manat ödədiyiyni, qalan pulu da qısa müddət ərzində ödəyəcəyini göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrinin iş üzrə araşıdırılmış ittihamedici sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib hesab edir ki, onun ifadələrinin ittihamı etiraf edən hissəsi həqiqəqətə uyğun, digər hissəsi isə özünün müdafiəsinə yönələn əsası olmayan ifadələr kimi qiymətləndirilməlidir. Çünki onun inkar edici ifadələri işin faktiki halları və ittihamı təsdiq edən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə təkzib olundu. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini qəsdən, anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanin ödənilməsi baxımından da əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs ittihamı inkar etsə də Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 22 dekabr 2021ci il tarixli notarius tərəfindən təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilinib bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını, səbəblərini nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə və arayışda müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəməyə Zərərçəkmiş şəxs adından təqdim olunmuş 22 dekabr 2021ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia və şikayəti yoxdur. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ona təyin ediləcək cəzanın növünü müəyyən edərkən nəzərə alınmalı hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, onun ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını, səbəblərini, təqsirləndirilən şəxsin törətdiyi əməlin nəticələrinə münasibətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alıb onun barəsində təyin edələcək azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, 06 fevral 2021-ci il tarixdə onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə, yəni 09 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlıgı qətimkan tədbiri ilə əvəz edilib müddəti 09 may 2021-ci il tarixə müəyyən edilərək məhkəmə iclas zalından həbsdən azad edilməsi, 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin polisin nəzarəti altına vermə seçilməsi müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 fevral 2021-ci il tarixdən həmin ilin may ayının 8-nə qədər olan dövr ərzində həbsdə olduğu 3 (üç) ay 4 (dörd) gün müddətinin ona cəza təyin edərkən nəzərə alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası təyin edib, təyin ediləcək cəzanı şərti tətbiq etmək qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 fevral 2021-ci il tarixdən həmin ilin may ayının 8-nə qədər olan dövr ərzində həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 4 (dörd) gün müddətinin ona təyin edilmiş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 5 (beş) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və təyin olunmuş cəza şərti hesab edilməklə onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək qeydiyyatda olduğu Zərdab rayon icra və probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-152/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-152/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver