Məhkəmə qərarları › İş №1(101)-152/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-152/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-152/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, X12, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərəçəkmiş şəxsin nümayəndəsi X7, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “MBM” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər dövlət orqanında məsul vəzifədə çalışmış bacısının keçmiş əri Zərərçəkmiş şəxs ilə müxtəlif səbəblərdən aralarında yaranmış mübahisələr zəminində bu münasibətlərin pozulmasından istifadə edərək tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə guya sonuncunun məsul vəzifədə işlədiyi dövr ərzində sahib olduğu külli miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı yalnız özünə məlum olan rüsvayedici məlumatlar topladığını iddia edib, 07 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində istifadəsində olan +**********10 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan +**********02 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib tələb etdiyi məbləğdə pul verməzsə qeyd edilən məlumatları müxtəlif xəbər portallarına və digər kütləvi informasiya vasitələrinə ötürmək və qısa müddət ərzində sosial şəbəkələrdə yaymaq hədəsi ilə Zərərçəkmiş şəxs ilk əvvəl külli miqdarda 100 000 (yüz min) manat nağd pul verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs həmin məbləği azaltmaq barədə xahişlərindən sonra guya “güzəştə” gedərək tələb etdiyi məbləği 70 000 (yetmiş min) manata endirib həmin vəsaitin 50 000 (əlli min) manatdan ibarət hissəsinin təcili olaraq ona çatdırılmasını, 20 000 (iyirmi min) manat pulun isə iki ay ərzində verilməli olduğunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs məruz qaldığı hüquqazidd hərəkətlərlə bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən 09 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı könüllü razılığı əsasında tədbirə cəlb olunmuş Zərərçəkmiş şəxs həmin gün saat 19:34-də Təqsirləndirilən şəxs əvvəlcədən görüş yeri olaraq təyin etdiyi ünvan 3 ünvanında yerləşən “Qəbələ-Xanlar” restoranında görüşərək əyləşdiyi kabinetdə özünə məxsus olan və əvvəlcədən seriya və nömrələri qeyd edilmiş 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 17 000 (on yeddi min) manat təşkil edən cəmi 10 000 (on min) ABŞ dolları nağd pul vəsaitini hədə-qorxu ilə tələb olunan külli miqdarda pulun bir hissəsi qismində Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi həmin pulları gödəkcəsinin sağ yan cibinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saat 20:33-də hadisə yerində saxlanılmaqla gödəkcəsinin cibindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edərək aldığı 10 000 (on min) ABŞ dolları nağd pul vəsaiti Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır. Bacısının keçmiş əridir. Aralarında əvvəllər normal münasibətlər olmuşdur. Sonradan bu münasibətlər pozulmuşdur. Buna də səbəb Rəfael olub. Onu işlədib, vədinin yerinə yetirməyib. Şahid6 keçmiş yeznəsi Zərərçəkmiş şəxs ailəvi yaxın adamı olmuşdur. Onda olan məlumata görə David Xəzər Rayon Polis İdarəsində işləmiş, sonuncu ilə yaxşı münasibətləri olmuşdur. Rafael ilə arasında məhkəmə çəkişmələri olan zaman David ona bir neçə dəfə zəng edərək görüşməyi təklif etmişdir. David, Rafael ilə onu barışdırmaq, aralarındakı məhkəmə məsələsini həll etmək istəmişdir. 2012-ci ilin oktyabr və noyabr ayları ərzində Davidin təklifi əsasında o, David ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Cofemania” adlı restoranda ikilikdə görüşərək söhbət etmişlər. Söhbət zamanı David, Rafael ilə onu barışdırmasını təklif etmiş, habelə Rafaelin ona kompensasiya kimi üç yüz min manat pul verəcəyini bildirmişdir. Həmin görüş zamanı o, Rafael tərəfindən ona böyük ziyan vurulduğunu, lakin kompensasiyanın ödənilmədiyini Davidə demişdir. Ona görə də o, Davidə birinci vitseprezidenti Mehriban xanım Əliyevanın Yasamal rayonu, Tbilisi prospektində yerləşən qəbul ofisinə gedib orada Rafaelin barəsində şikayət edəcək. David isə buna cavab olaraq ondan xahiş etmişdir ki, heç yana şikayət etməsin, özü onu Rafael ilə barışdıracaq, əllərini sıxdıracaq. Həmçinin Rafaeldən kompensasiya məbləğini alıb ona verilməsini təmin edəcək. Bunun əvəzində isə o, alacağı pulun yarı hissəsini Davidə versin. O da buna etiraz etməyərək Davidlə razılaşdı və təklifinə etiraz etmədi. David, bu barədə Rafael ilə danışıb nəticəsi barədə xəbər verəcəyini bildirdi. İkinci dəfə David ilə yenidən “Cofemania” restoranında görüşən zaman o, Davidə Rafael heç olmasa yüz min manat pul verə bilərsə versin demişdir. David də Rafael ilə danışıb ona xəbər verəcəyini dedi. Təxminən üç-dörd gün sonra David ona zəng edərək bir qədər danışdıqdan sonra mobil telefonu Rafaelə ötürdü. Rafael dedi ki, barəsində şikayət etməsin. Rafael ona cəmi yetmiş min manat pul vermək imkanında olduğunu ona dedi. O da etiraz etməmişdir. Təxminən üç-dörd gün sonra 2021-ci ilin sonlarında o, yenidən, yəni üçüncü dəfə David ilə eyni restoranda görüşmüşdür. David həmin görüş zamanı Rafaelin kompensasiya kimi yetmiş min manat pul verə biləcəyini, lakin Rafaelin hələlik yetmiş min deyil, əlli min manat pul vermək istədiyini, lakin o, Rafaeli məcbur etsə yetmiş manatı ondan ala biləcyini dedi. Buna görə də ən yaxşısı onun özü Rafael ilə danışsın və ondan yetmiş min manat istəsin. O da razılaşmışdır. Bundan sonra David öz mobil telefonu ilə Rafaelə zəng edib telefonu ona vermişdir. O, Davidin mobil telefonu vasitəsi ilə Rafael ilə danışmışdır. Rafael ona yetmiş manat pul verməli olduğunu, lakin pulu olmadığından əlli min manat pul verəcyini, qalan iyirmi manatı da hissə-hissə sonra verəcəyini bildirmişdir. O da Rəfaelə əlli min manatı David ilə ona göndər demişdir. Rafael isə pulu yalnız onun özünə verəcəyini dedi. Bununla söhbət bitdi. Bundan da bir neçə gün sonra David ona zəng edərək Rafael onun zəngini gözlədiyiyni, saat neçədə Rafael ilə görüşə biləcəyini soruşdu. O, axşam saat 18:00 radələrində vaxtının olmasını Davidə dedi. Bunun ardınca o, öz istifadəsində olan mobil telefon nömrəsi ilə Rafaelə zəng etmişdir, lakin Rafaelə zəng çatmadı. O dv bundan sonra Davidə zəng edərək Rafaelə zəng çatmadığını demişdir. David isə Rafaelin görüş barədə məlumatlı olduğunu, sonuncunun yatmasını ehtimal edib bir azdan telefona cavab verəcəyini dedi. O, Davidə də Rafael ilə nəzərdə tutulan görüşə dəvət etmişdir. David isə başqa işlərinin olduğunu, əgər vaxt edib çatdırarsa gələcəyini dedi. O, Daviddən Rafaelin onun üçün problem yaradıb onu tutdura bilib-bilməməsini soruşmuşdur. Buna səbəb Davidin özünün görüşə gəlməkdən yayınması idi. David isə dedi ki, problem yoxdur, əgər orada öz xeyiri varsa onu qurtarar. Həmin gün saat 18:10 radələrində Rafael ona zəng edib nahar etmədiyini deyib onu Nəsimi rayonu ərazisində yerləşən “Qəbələ-Xanlar” restoranına dəvət etdi. O da etiraz etməyib həmin görüşə getmişdir. Saat 19:00 radələrində o, Rafael ilə restoranda kabinet tipli otaqda görüşmüşdür. Yemək yeyən zaman Rafael bir neçə dəfə təkrar etdi ki, “axır ki görüşdük, bu nə vaxtdandır ki, bu olmalıydı, gec-tez bu işi görməliydik”. O da elə başa düşmüşdür ki, Rafael həmin sözləri deyəndə onların barışmaqlarını nəzərdə tutur. Rafael ona hökümətdə işlədiyini, nəyə görə prezidentə və birinci vitse-prezidentə, şikayət etdiyini, onun barəsində bloqerə , sosial şəbəkələrə onun barəsində məlumat ötürdüyünü soruşdu və cibindən on min dolları çıxararaq ona uzadıb götür, say dedi. O da həmin pulu götürüb, sayaraq oturduğu masanın üstündən asdığı gödəkcəsinin yan cibinə qoymuşdur. Rafael pulun çatışmayan hissəsini isə səhəri gün saat on ikiyə qədər olan müddət ərzində ona çatdıracağına söz vermişdir. Bir neçə dəqiqə sonra Rafael ofisiantı yanına çağıraraq kababın keyfiyyətindən şikayət edib aşbazla kababçını çağırmasını ofisiantı yanına çağırdı. Təxminən beş dəqiqədən sonra kabinetin qapısını təxminən altı-nəfər mülki geyimdə olan şəxslər açıb mobil telefon vasitəsi ilə çəkiliş apararaq içəri daxil oldular. Həmin şəxslər özlərini polis əməkdaşları olduqlarını deyib onu əhatəyə aldılar və ona əlavə heç nə demədən onun qoluna qandalı salaraq Rəfaəldən aldığı pulu verməsini tələb etmişlər. O da Rəfaəldən aldığı pulu cibindən çıxararaq polislərə vermişdir. Bundan sonra polis əməkdaşları onu kabinetdən çıxarıb avtomobilə otuzduraraq aparmışlar. Yola çıxan kimi polis əməkdaşlarından birinə zəng gəlmiş və bundan sonra polis əməkdaşları geri qayıdaraq onu yenidən restorandakı kabinetə gətirmişlər. Rafael özü də yenidən oraya qayıtmış və gülümsəyərək polis işçilərinə demişdir ki, onunla nə işləri varsa kabinetdə görsünlər. Kabinetə girdikdən sonra polis əməkdaşları onu döymüşlər. O, polislərə götürdüyü pulun ona çatası kompensasiya olduğunu, heç kimə hədə qorxu gəlmədiyiyni demişdir. Rafael isə kabinetdə kənarda oturub onun döyülməsinə baxmışdır. Polislər bir neçə dəfə onu video ilə çəkib tələb etmişlər ki, çəkiliş zamanı pulu Rafaeldən hədə-qorxu yolu ilə aldığını boynuna alsın. Əks halda onu zorlama və narkotikdən istifadə maddələri ilə həbs edəcəklər. Rafael də polislərin sözünə qüvvət olaraq ona demişdir ki, əgər boynuna almasan bil ki, çöldə sənin ailən və uşaqların var. Buna görə də ona qarşı zorakılıq o, pulu Rafaeldən hədə-qorxu ilə aldığını etiraf etmişdir. Bundan sonra onlar birlikdə restorandan çıxıb Bakı Şəhər Baş Polis İdarəsinə getmişlər. Rafaeldən pul tələb edilməsi ilə bağlı təşəbbüs Şahid6 tərəfindən gəlmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi səs yazılarındakı biri onun danışıq səsidir. O, David və Rafael ilə telefonda danışanda onun səsini yazıblar. David ilə Rafael birləşərək planlı şəkildə onu danışdıraraq səsini yazmış və bunu özləri üçün sübut hesab etmişlər. Danışıqlar zamanı Rafael şantaj deyəndə nəyi nəzərdə tutuğunu bilmir. Digər səs yazısı isə Rafael ilə restoranda görüşdüyü gün qeydə alınan səs yazısıdır. Danışıqlar zamanı o, səsinin yazılmasını bilməmişdir. Bütün bunlar onu həbs etdirmək üçün qurulmuş təxribat olmuşdur. Əvvəlcədən Rafaelin obyektə görə ona verəcəyi olmuşdur. O, Rafael ilə arasındakı mübahisəli obyekti sonuncu üçün ucuz qiymətə almışdır. Buna görə də hörmət olaraq Rafael ona pul verəcəyini demişdi. Həmin obyektin hissələrə bölünməsi nəzərdə tutulmuşdu. Rafael demişdi ki, obyekt hissələrə bölünəndə pulun əvəzində obyektdən ona 70 kvadrat metr sahə verər. Bunu təsdiq edən sübutu yoxdur. Bu barədə onunla Rafael ilə ikisinin arasında şifahi razılaşma olmuşdur. İndi obyekt məhkəmə qətnaməsi əsasında tam şəkildə Rafaelə verilmişdir. O da Rafaeldən xahiş etmişdir ki, onun payına düşən pulu versin. Bu barədə o, David ilə də söhbət etmişdir. David də onu Rafael ilə barışdırmaq istəyirdi. Ona görə razılaşdılar ki, ona yetmiş min manat kompensasiya verilsin. Bundan sonra Rafael ilə David ona pulu verməmək üçün, Rafaelin barəsində şikayət edilməməsi üçün, ona qarşı bir milyon yüz yetmiş min manat pul tələbi ilə bağlı apellyasiya şikayəti verilməməsi üçün səsini yazmağa başlamışlar ki, tutdursunlar. O, Vasif adlı jurnalisti on-on beş il ərzində tanıyır. Vasif əvvəllər “Evrika” litseyinin yaxınlığında yerləşən restoranda ofisiant işləyirdi. O, Əhmədli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus restoranda əlillərin dava-dalaşı barədə xəbərlərin yayılmasını görmüşdür. Ona görə də söz arası Vasif ilə söhbət edən zaman sonuncuya dava-dalaş olan obyektin Rafaelə məxsus olduğunu, Rafaelin X31ndə rəis müavini işlədiyiyni demişdir, lakin o, Vasifdən həmin məlumatın yayılmasını xahiş etməmişdir. İndi başa düşür ki, səhv etmişdir. Törətdiyi əməllərdən peşmandır. Rafaəldən bağışlanmağı xahiş edir. İfadəldələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, bacısı Quliyeva (Rəhmanova) Gülnarə Arif qızı uzun müddət ərzində Zərərçəkmiş şəxs ilə ailəli olmuşdur. O, özü isə “Time X” adlı şirkətin rəhbəri olan mərhum Tahir Yusifovun yanında sürücü kimi işləmişdir. 2009-cu ildə Tahir Yusifov özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanında yerləşən ümumi sahəsi 600 kvadrat metr olan obyekti satmaq istəmişdir. O, bu barədə qohumu, həmin vaxt bacısının yoldaşı olan Zərərçəkmiş şəxs xəbər etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs X31 İdarəsində yüksək vəzifədə çalışmış, şəhər ərazisində çoxlu sayda obyektləri olmuşdur. Rafael öz şərikləri ilə birlikdə həmin obyekti də almaq qərarına gəlmişdir. Həmin yeri təxminən iki milyon manat pula Rafael öz şərikləri ilə birlikdə almışdır. Qeyd edilən obyekti isə Rafael ona inandığı üçün rəsmi olaraq onun adına sənədləşdirmişdir. Obyekt bir neçə il ərzində, yəni daha dəqiq 2014-cü ilədək “Manqo” mağazasına icarəyə verilmişdir. Həmin ərəfədə otuz min manat təşkil edən icarə haqqını o özü alıb aybaay Rafaelə vermişdir. Rafael ona dəstək olmaq üçün hər ay aldığı icarə haqqından ona təmənnasız olaraq üç min manat pul vermişdir. Daha sonra 2014-cü ildən 2017-ci ilə qədər həmin obyekt ümumiyyətlə icarədə olmamışdır. 2017-ci ildə isə obyekt geyim mağazası kimi fəaliyyət göstərməyə başlamış, yəni artıq başqa icarədarlar orada yerləşmişdir. O, şəxsi xərcləri ilə əlaqədar olaraq bir neçə il ərzində obyektdən gələn gəliri Rafaelə verməmiş və özünə saxlamışdır. Bir müddət sonra isə Rafael ilə bacısı Gülnarənin arasında münasibətlər korlanmış və o, acığa düşərək ümumiyyətlə heç vaxt Rafaelə icarə haqqından pul verməyəcəyinə dair şəxsi qərara gəlmişdir. Düşünmüşdür ki, obyekt rəsmi olaraq sənəddə onun adımadır və Rafael, ona heç nə edə bilməz. Bu barədə o, Rafaelə də fikrini bildirmişdir. Ona görə də Rafael ilə aralarında münasibətlər tam korlanmış və Rafael şərikləri ilə birlikdə obyektə olan hüquqlarının tanınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişmələri uzun çəkmiş və yekunda məsələ Ali və Konstitusiya Məhkəməsinə qədər gedib çıxmışdır. Yekun məhkəmə qərarı isə Rafael ilə şəriklərinin xeyrinə olmuşdur. Bundan sonra isə Rafael ilə şərikləri onun barəsində yenidən məhkəmə şikayət etmişlər. Bu dəfə isə şikayətin məqsədi o olmuşdur ki, 2017-ci ildən başlayaraq onun verməyərək özünə saxladığı icarə haqları ondan tutularaq Rafael ilə şəriklərinə ödənilsin. Bununla bağlı Yasamal rayon Məhkəməsində keçirilmiş məhkəmə çəkişməsi də Rafael ilə şəriklərinin xeyirinə yekunlaşmış və ondan bir milyon yüz yetmiş min manat pulun tutularaq Rafael ilə şəriklərinə ödənilməsi barədə qərar qəbul edilmişdir. O, artıq çıxılmaz vəziyyətdə qalmış və görmüşdür ki, obyekt əlindən çıxmaqla yanaşı üstünə külli miqdarda borc yazılır. Ona görə də qərara gəlmişdir ki, Rafaeli qorxuzsun ki, sonuncu məhkəmədə olan şikayətlərini geri götüzdürsün. Ona görə də telefon danışıqlarında Rafaelə demişdir ki, şəxsi ailə həyatına aid ona məlum olan bütün məlumatları, o cümlədən dövlət qulluğunda çalışdığı dövrdə əldə etdiyi mülklər barədə sosial şəbəkə səhifələrində paylaşımlar edəcəkdir, canlı yayım açaraq bu barədə hamıya danışacaqdır ki, qoy hamı Rafaeli tanısın. Əlavə olaraq o, Rafaelə bildirmişdir ki, internet səhifələrində rüşvətxor məmurların mülklərini videoya çəkib barəsində reportaj hazırlayan Mehman Hüseynov adlı videoblogerlə danışaraq razılaşmış və Rafael haqqında olan şəxsi məlumatları məhz həmin Mehmana ötürəcəkdir ki, sosial şəbəkədə yayılsın. Əslində isə o, həmin “Mehman” adlı jurnalistlə ümumiyyətlə əlaqəyə daxil olmamış, hər hansı bir razılığa gəlməmişdir. Bu sözləri Rafaelə deməkdə məqsəd o olmuşdur ki, Rafael məhkəmədə ona qarşı olan pul tələbindən tamamilə əl çəksin. Bu sözlərdən sonra Rafaelin artıq bir qədər geri çəkilməsini hiss etmişdir. Rafael ondan xahiş etmişdir ki, bunları etməsin. O, eyni sözləri bir neçə müddət ərzində dəfələrlə təkrar edib dediklərinə əməl edilməyəcəyi halda sözünün üstündə duracağını, paylaşımlarından sonra millət içində Rafaeli nüfuzdan salacağını, ləkələyəcəyini, camaat içinə çıxa bilməyəcəyini demişdir. Bu hərəkətləri etməməyi üçün o, Rafaeldən əlavə yüz min manat pul verməsini tələb etmişdir. Rafael ona yalvar-yaxar etdikdən sonra həmin məbləği yetmiş min manata endirmişdir. Rafael ona bildirmişdir ki, əlli min manatı versin, qalan iyirmi min manatı isə iki ay ərzində verəcəkdir. O da buna etiraz etməmişdir. 08 dekabr 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxsla Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən “Qəbələ-Xanlar” restoranında görüşməyə qərar vermişlər. Həmin görüşə Rafael pulla gəlməli idi. Qeyd edilən gün saat 19 radələrində o, restorana gedib Rafaelin əyləşdiyi on yeddi nömrəli kabinetə daxil olub bir masa arxasında oturub çörək yemişdir. Bir qədər sonra Rafael cibindən rezinə keçirilmiş vəziyyətdə olan on min ABŞ dolları məbləğində pulu çıxarıb ona vermişdir. O da həmin pulu götürərək saymış və gödəkcəsinin cibinə qoymuşdur. Bir neçə dəqiqədən sonra isə restoranın kabinetinə mülki geyimdə olan dörd nəfər şəxs daxil olmuş və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olmalarını bildirmişlər. Polislər ona yaxınlaşaraq şəxsiyyətini soruşmuş və üzərində olan əşyaları təqdim etməyini xahiş etmişlər. O da üzərində olan on min ABŞ dollarını cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Baş verən hadisədən çox həyəcanlandığına görə o, özündən asılı olmayaraq vəziyyətdən çıxmaq, yəni məsuliyyətini yüngülləşdirmək üçün ilkin sorğu-sual zamanı bildirmişdir ki, həmin pul guya Rafaelə verdiyi borc puldur, bunun ardınca isə demişdir ki, Rafaelə kömək etdiyi üçün ona verilən puldur. Bu ifadələr əslində həqiqət olmamış və tərəfindən uydurulmuş bəhanələr olmuşdur. Təqdim etdiyi pul vəsaitlərini polis işçilərinin iştirakı ilə saydıqdan sonra videoçəkiliş aparılan zaman isə o, etiraf etmişdir ki, həqiqətən də həmin on min ABŞ dolları məbləğində pul vəsaitini Rafaeldən, sonuncuya hədə-qorxu gələrək almışdır. Polis işçilərinin təklifi əsasında cibindən çıxararaq masanın üzərinə qoyduğu digər şəxsi əşyaları və özünə məxsus pul vəsaitləri isə özünə qaytarılmışdır. Polis əməkdaşları ilə birlikdə restorandan çıxıb Bakı Şəhər Baş Polis İdarəsinə gəldikdən sonra isə o, könüllü olaraq araşdırmanın obyektiv aparılması məqsədi ilə özünə məxsus “İphone 7” markalı mobil telefonunu polis əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, o, onun keçmiş həyat yoldaşının qardaşıdır. Onunla ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət etmişdir, Şikayət Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu yolu ilə ondan tələb edilən məbləğ yüz min manat haqqında olmuşdur. O,Təqsirləndirilən şəxs bacısı Gülnarə ilə otuz doqquz il evliolmuşlar. Son ərəfələrdə ailə münasibətlərində problemlər yaşandı və 2019-cu ildə onlar məhkəmə yolu ilə boşanmışlar. Şərikləri ilə birgə aldıqları obyekt 2017-ci ildən Təqsirləndirilən şəxs tərəfindən sözün əsl mənasında ələ keçirilmişdir. O, obyektin aylıq icarə haqqını alıb özünə sərf etmişdir. O, başına gələn bu hal barədə öz şərikləri Şahid7 və Lazım Mehdiyevə danışmağa utanmışdır. Öz qohumunun ona kələk gəlməsini başqa yerdə deyə bilməmiş, onu dilə tutub düz yola gətirməyə çalışmışdır. Digər obyektləri də olduğu üçün şəriklərinin aylıq qazancını həmin obyektlərdən əldə etdiyi gəlirin hesabına ödəmişdir. Onlar son dövrə qədər də onun başıma gələn bu hadisədən ümumiyyətlə xəbərsiz olmuşlar. Elman onun evinin, ailəsinin içi, daimi şəxsi ailə həyatından, getdiyi-gəldiyi yerlərdən, sahib olduğu mülklərdən xəbərdar bir insan olmuşdur. . O, həmişə bacardığı qədər ona dəstək olmuş, özünə qardaş kimi yaxın bilmiş və ona görə də bütün xırda problemlərini, dərd-sərini və sirlərini də çox vaxt onunla bölüşmüşdür. Həyat yoldaşı ilə boşandıqdan sonra Elman ilə münasibətləri bir qədər də soyumuşdur Elman ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən obyektini qaytarmaqla bağlı söhbət etməyə gəlmir, onunla ünsiyyətdən yayınırdı. 2019-cu ilin sonlarında o, çarəsiz qalıb, artıq şəriklərinə aylıq qazanc verməyə maddi durumu imkan vermədiyinə görə onlara qaynı Elmanın başına açdığı oyunlardan danışıb və onlardan kömək istəmişdir. Ümumi razılıq belə oldu ki, onlar Elmanda olan onların əmlaka olan hüquqlarının tanınması üçün məhkəməyə versinlər və belə də oldu. Beləliklə, iş yerli məhkəmədən Konstitusiya Məhkəməsinə qədər gedib çıxdı və obyekt məhkəmə tərəfindən onların mülkiyyəti kimi tanındı. Bundan sonra isə obyekt sərəncamlarında olmadığı dövr ərzində Elman tərəfindən ələ keçirilmiş aylıq icarə haqlarının ondan tutulması ilə bağlı onu yenidən məhkəməyə vermişlər. 2021-ci ilin noyabr ayında Yasamal Rayon Məhkəməsi tərəfindən onların xeyirinə qətnamə qəbul edildi. Qətnaməyə görə Təqsirləndirilən şəxs bir milyon yüz yetmiş min manat pul tutularaq onlara ödənilməli idi. Həmin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs dəfələrlə onun mobil telefonuna zənglər etməyə, onu hədələməyə başlamışdır. Onun üçün nəticənin çox pis olacağını deyirdi. Onu özü, mülkləri, həmçinin ailənin içi, şəxsi problemləri və narahatçılıqları haqqında bütün məlumatlardan xəbərdar olduğunu bildirib əgər dediyi olmasa bütün bunları sosial şəbəkələrdə paylaşıb biyabır edəcəyini söyləmişdir. Onun bütün əsas mülklərim keçmiş arvadı X8 adına olmuş, yalnız Xətai rayonu ərazisində yerləşən üç otaqlı mənzili öz adıma olmuşdur. 07 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində Elman istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “WhatsApp” vasitəsi ilə zəng edib artıq qərara gəldiyini, yenidən mülkləri, ailəsi, şəxsi problemləri haqqında bütün məlumatlardan xəbərdar olduğunu nəzərinə çatdırıb bütün bunları sosial şəbəkələrdə paylaşıb onu rüsvay edəcəyini bildirdi. Təqsirləndirilən şəxs onun əvvəllər dövlət işində işləməyini əsas gətirib əldə etdiyi mülkləri guya hansısa çirkin yollarla ələ keçirdiyi barədə haqqında qarayaxma kampaniyası təşkil edəcəyini, bununla bağlı hətta bloger Mehman Hüseynov ilə danışıb razılıq aldığını, xəbər gözlədiyini, əgər dediyinə əməl etməsə, tezliklə ailə həyatı və mülkləri ilə bağlı məlumatları müxtəlif məşhur sosial şəbəkə səhifələrində paylaşacağını dedi. O, Elmandan dürüst olmağı xahiş edib nəyə görə ona qarşı bu cür etməsini, ondan nə istəməsini soruşmuşdur. Elman ondan yüz min manat pul verməyini tələb etdi. Onun Elmana hər-hansı bir borcu olmamışdır, onunla heç vaxt şərik olmamışdır. O Elmana nə əsəasla ondan pul istədiyiyni soruşmuşdur. Elman da ona onun başqa çıxış yolun yoxdur, əks halda öz bildiyini edəcəyini dedi. O da Elmandan çəkindiyi üçün onun dediklərini etsin və o, ondan əl çəksin. Lakin oturub götür-qoy etdikdən sonra 08 dekabr 2021-ci il tarixdə etmək istəmiş, lakin Elmanın ondan əl çəkməyəcyini fikirləşib, Elmanın ona qarşı etdiyi qanunsuz hərəkətlərlə bağlı polisə müraciət etmək qərəaprına gəlib həmin tarixdə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Elman isə sonuncu danışığında pul tələbini yetmiş min manata endirib, əlli min manatı təcili ona çatdırmağı, qalan iyirmi min manatı isə iki ay ərzində verməyi tələb etdi. O da məcburiyyət qarşısında, el içində rüsvay olmamaq üçün buna razılıq vermişdir. Elmanın hədə-qorxuları ondan sonra da davam edirdi. O, Təqsirləndirilən şəxslə danışıqlarını əsasən “WhatsApp” vasitəsi ilə aparmışdır. O, sonuncu dəfə Elman ilə 09 dekabr 2021-ci il tarixdə adi telefonla danışaraq onun görüş barədə razılaşıb bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Onlar restoranda görüşüb pulu Elmana verdikdən sonra polis əməkdaşları orada pulla birlikdçə Elmanı tutudlar. Elman pulu ondan hədə qorxu gələrək aldığını, aldığı pulun tələb etdiyi yetmiş manat pulun bir hissəsini təşkil edən on min dollarr olduğunu etiraf etdi. Ona rada heyç bir təzyiq olunmaı. Onu döyən olmayığb. Oradan Elmanı polis idarəsinə apadırlar. Orada sənədələşdirmə aparıldı. O, Elmandan şikayətsidir. Onun barəsində qanuni tədböirlər görülməsini məhkəmənin mülahşizəsinə buraxır. Bu hadisələr barədə onun yaxın ətrafının, habelə şərikləri Malik ilə Lazımın, bundan başqa Elman ilə ortaq dostu olan Şahid6 məlumatı olmuşdur. Şahid6 hətta bu məsələyə görə dəfələrlə cəhd etmişdir ki, Elman ilə onu görüşdürüb bir araya gətirsin, barışdırsın, lakin Elman razılaşmayıb görüşməkdən imtina edirdi. Elman ondan məhkəmə tərəfindən müəyyən edilmiş bir milyon yüz yetmiş min manat pul tələbindən imtina etməsini də ondan tələb etmişdir. Sadəcə məhkəmədə mülki iddia təmin edildikdən sonra Elman ona qarşı daha da aqressivləşmişdi. Ondan pul tələb etməyə başladı. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi ilə əlaqədar tanıyır, onunla ədavəti yoxdur. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş İdarənin Cinayət-Axtarış İdarəsinə Zərərçəkmiş şəxs tərəfindən 09 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs keçmiş qohumu Zərərçəkmiş şəxs şəxsi həyatı və mülkiyyəti barədə olan məlumatları müxtəlif xəbər portallarında və kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə ondan yüz min manat pul tələb etməsi barsində məlumat daxio olmuşdu. Rəhbərliyin müvafiq əmri əsasında əməliyyat qrupu yaradıldıldı. O da qrupa daxil edilmişdir. Zərərçəkmiş şəxs könüllü olaraq əməliyyat tədbirinin keçirilməsində şəxsən iştirak etmək istədiyini, Təqsirləndirilən şəxs qanunsuz pul tələbi ilə bağlı tədbirin keçirilməsi üçün zəruri pul vəsaiti ilə ilə təmin etməyi könüllü olaraq öz üzərinə götürmüşdü. Bununla bağlı Zərərçəkmiş şəxs təqdim etdiyi yüz ədəd 100 ABŞ dolları əsginaslarının müvafiq qaydada seriya və nömrələri əsasında qeydiyyatı aparıldı. Bundan sonra pulu Təqsirləndirilən şəxs vemək üçün Zərərçəkmiş şəxs özünə qaytarmışlar və onu tədbirə cəlb etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə sonuncu dəfə əlaqə saxladığı zaman Təqsirləndirilən şəxs tələb etdiyi pulun bir hissəsini, yəni əlli min manatını almaq üçün ona 09 dekabr 2021-ci il tarixdə axşam 19:30-da görüşməyi təklif etdiyiyni, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qədim Qəbələ” adlı restoranda görüşməyə razılaşdıqlarını dedi.. Həmin gün saat 19:05-də əməliyyat qrupunun üzvləri Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 6 ünvanında yerləşən “Qədim Qəbələ” restoranına çatdıqdan sonra Zərərçəkmiş şəxs onlar tərəfindən təlimatlandırıldıqdan sonra restoranın on yeddi saylı kabinetini seçərək orada əyləşdi. Onlar isə restoranın ətrafında müşahidə mövqeyini tutmuşlar. Bir qədər sonra restorana xarici görkəmi və əlamətlərinə görə Təqsirləndirilən şəxs uyğun olan bir şəxs gələrək Zərərçəkmiş şəxs əyləşdiyi kabinetə daxil oldu. Bunun ardınca isə təlimatlandırılmış Zərərçəkmiş şəxs əvvəlcədən razılaşdırılmış şərti işarə ilə məlumat verdikdən sonra saat 20:33-də əməliyyat qrupunun üzvləri ilə birlikdə on yeddi saylı kabinetə daxil olaraq “Samsung” markalı mobil telefonun vasitəsi ilə aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib onun Təqsirləndirilən şəxs olduğunu müəyyən edib ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əyləşdiyi oturacağdan asılmış gödəkcəsinin sağ yan cibindən rezinə keçirilmiş vəziyyətdə ABŞ dolları əsginaslarından ibarət pul bağlamasını çıxararaq masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin pul bağlamasında on min ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu, həmin pulların Zərərçəkmiş şəxs tərəfindən aldığını, Zərərçəkmiş şəxs ona pul borcunun olması səbəbindən hazırda həmin pul borcunu qaytardığını, ardınca fikrini dəyişərək Zərərçəkmiş şəxsla birgə işlədiyi dövrdə ona etdiyi köməkliyin qarşılığında həmin pulun özünə verildiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul bağlamasının rezinini açaraq orada olan vəsaiti saymağa başlamış və sayım nəticəsində bağlamada seriya və nömrələri əməliyyata başlamazdan öncə qeyd edilmiş seriya və nömrələrlə tamamilə eynilik təşkil edən yüz ədəd 100 ABŞ dolları pul əsginaslarından ibarət cəmi on min ABŞ dolları məbləğində pulun olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs növbəti dəfə sorğu edilərkən bu dəfə üzərindən aşkar olunmuş on min ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs aldığını, növbəti gün saat 10-dan saat 12-yə qədər qalan otuz üç min manat pulu da ondan almaqla cəmi əlli min manat pulu ondan tələb etdiyini, əks halda sonuncunun bütün obyektlərini sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə hədələdiyini, ilk əvvəl Zərərçəkmiş şəxs ümumilikdə yetmiş min manatı hədə-qorxu ilə tələb etdiyini etiraf etdi. Əməliyyat tədbirində istifadə olunmuş yüz ədəd 100 ABŞ dolları pul əsginaslarından ibarət on min ABŞ dolları məbləğində pul vəsaiti onlar tərəfindən sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Azərbaycan manatı ilə olan pul vəsaiti və digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməliyyat tədbirinin yeri restoranda, yəni ictimai yerdə olduğundan və sonradan kabinetin ətrafına çoxsaylı insanlar toplaşdığından əməliyyatların nəticəlrini hadisə yerində sənədləşdirmənin aparılması üçün şərait olmadığı nəzərə alınaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində olan özünə məxsus bir ədəd qara rəngli “İphone 7” markalı mobil telefonu əməliyyat qrupuna təqdim edib telefonda Elmanının ondan pul tələb etməsi arəsində danışıqlar oldğunu bildirdi. Buna görə də həmin telefon götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə protokol tərtib olundu. Onlar tərəfindən Təqsirləndirilən şəxsa qarşı təzyiq və təsir göstərilməmişdir. Onu döyülməsi haqqında ifadələri yalandır. Onu heç kim döyməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib onun göstərdiyi halları təsdiq etmişlər. Şahid10 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs 1992-ci ildən etibarən tanıyır, onunla ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun mərhum dostu X1 olmuşdur. Tahir isə iş adamı idi və şəxsi zavodları var idi. Onun özünün Elman ilə yaxın münasibətləri olmayıb. O, Elmanı həmişə Tahirin yanında görmüşdür. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında görmüşdür. Elman onun işlətdiyi şirkətdə işləyən işçisi Əhməd Məmmədovun yanına gəlmişdi. Əhməd isə şirkətin sürücüsüdür və 1990-cı ildən bəri onunla birlikdə işləyir. Onda olan məlumata görə Əhməd Elman ilə qonşuluqda yaşamışlar. 1992-ci ildə mərhum dostu Tahir, özünə sürücü lazım olmasını ona deyəndə, işçisi Əhməd, Tahir üçün sürücü kimi Elmanı təklif etmişdir. Elman da razılaşıb Əhmədin təklifi ilə onu Tahirin yanında sürücü düzəldi. Elman ilə yaxın münasibətdə olmadığı üçün onun ailə üzvləri və qohumlarının kimliyi barədə məlumatı olmayıb. Təxminən 2000ci ildən sonra dostu Tahir ona dedi ki, Elman, X31 İdarəsində rəhbər vəzifədə işləyən Rafael adlı bir şəxslə yeznə-qayındırlar. Elman ilə heç vaxt hansısa şəxsi mövzuda, onun qohumları və ailə üzvlərinə aid söhbətləri olmayıb. Bir neçə il bundan öncə işçisi Əhməddən eşitmişdir ki, , Elmanın yeznəsi Rafael ilə mülk üstündə mübahisələri vardır və aralarında məhkəmə çəkişmələri gedir. Təqsirləndirilən şəxs şəxsən özü Rafael ilə aralarında olan problemlər barədə ona heç vaxt heç nə danışmamışdır. Həmin məsələnin ona heç bir aidyyəti olmadığı üçün o da Elmana bu barədə heç vaxt sual verməyib. Elman heç vaxt Rafael haqqında ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs həbs olunmasını o, özünün polis idarəsinə dəvət ediləndən sonra xəbər tutub. Bir neçə il bundan əvvəl mərhum dostları Tahir və Şahin ilə bir yerdə oturub söhbətləşən zaman onlar ona danışmışdılar ki, Elman yeznəsi Rafaelin obyektini, həmin sahənin rəsmiyyətdə öz adına olmasından istifadə edərək əlindən almaq istəyir. O, sonradan Elmanı təsadüfən görəndə ona ayıbdır, belə hərəkət etmə demişdir. Elman da cavab olaraq ona düz irad etdiyiyni, lakin haqqı yeyildiyi üçün bunu etdiyini dedi. Baş vermiş hadisə ilə bağlı çox da məlumatı yoxdur. Elman onun telefonuna “Youtube” proqramı vasitəsi ilə video göndərmişdir. Elmanın hansı səbəbdən tutulduğu barədə məlumatı olmamışdır. Elman onun işçisi Əhmədin dostudur, ona görə də onun yanına söhbət eləməyə gəlmişdir. Sonuncu dəfə görüşərkən Elman ona demişdir ki, vaxtıkən iş görmüşdür, haqqını istəyir,lakin nə iş görüdüyünü demədi. O da ona cavab olaraq yaxışı iş görmədiyiyni, söhbəti uzatmaq lazım olmadğını demişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti yoxdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs X19 və Zərərçəkmiş şəxs hər ikisi ilə şəxsi səmimi münasibətləri vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vasitəsi ilə tanıyır. Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu ərazisində, Azərbaycan prospektində yerləşən iki mərtəbəli iri bir obyektinin olmasını, həmin obyekti tanımadığı şəxslərlə şərikinə alıb icarəyə vermişdi. Elmanın bacısı Zərərçəkmiş şəxs arvadı idi, yəni aralarında qohumluq münasibətləri də var idi. Zərərçəkmiş şəxs bu münasibətlər xatirinə obyektinin işlədilməsini, oraya nəzarət edilməsini, icarə haqqının yığılmasını Elmana tapşırmışdı. X34 böyük etibarı var idi. Bunun müqabilində Zərərçəkmiş şəxs zəhmət haqqı qismində Elmana hər ay məbləğini bilmədiyi pul verirdi. Elman da öz növbəsində obyektin iş vəziyyəti barədə Rafaelə mütəmadi məlumat verirdi. X24 bacısını boşadı. Elman ilə Rafaelin arasında münasibətlər soyumağa başladı. Görüşlər zamanı Rafael obyekti Elmanın adına sənədləşdirildiyindən, çıxarışı Elmanın adına olduğu üçün sonuncu özbaşına həmin obyektə yiyələndiyiyni, uzun müddət ərzində əldə olunan icarə haqqını Rafaelə vermədiyiyni deyirdi. Bunla əlaqədar Rəfaəl Elmanı məhkəməyə verdi. O, dost kimi dəfələrlə onların arasına girib onları görüşdürməyə, barışdırmağa çalışmışdır,lain Elman Rafael ilə görüşüb məsələni öz aralarında həll etməyə razılıq vermədi. O, obyektin həqiqətən də Rafaelə məxsus olmasını bildiyi üçün dəfələrlə Elman ilə mobil telefon vasitəsi ilə danışıb Rafaelin haqqına girməməsini xahiş edərək, onsuz da sonuncunun ona maddi cəhətdən həmişə köməklik göstərməsini, yaxşılıqlar etməsini demişdir. Elman isə yenə də öz dediyini deyirdi, Rafaelin əlində onun bilmədiyi çoxlu sayda obyektlərin olmasını, lazım gələrsə hamısını əlindən ala biləcəyini deyirdi. Məhkəmə proseslərində Rafael Elmana qalib gəlmiş, obyekt özünə qaytarıldı. Bundan sonra Elmanın uzun dövr ərzində obyektdən yığdığı və cibinə qoyduğu icarə haqqları ilə bağlı, yəni həmin müddət ərzində vurulmuş maddi ziyanla əlaqədar Rafael onu yenidən məhkəməyə verdi. Məhkəmə prosesləri də Rafaelin xeyirinə bitdi. Nəticə olaraq dəqiq bilmədiyi, bir milyon manatdan artıq məbləğdə pulun Elmandan tutularaq Rafaelə ödənilməsi qət edildi. Bütün bunlara baxmayaraq o, öz məqsədindən əl çəkməyərək Elman ilə Rafaeli barışdırmağa cəhd etmişdir, lakin onun səylərinə baxmayaraq məhkəmələri uduzduğunu görən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı açıq-aşkar təhdidlər etməyə başladı. Rafael və Elman ilə ayrı-ayrılıqda apardığı danışıqlar zamanı ona Elman Rafaeldən külli miqdarda əlavə pul verməsini tələb etməyə başladı. Rafael bu barədə ona deyəndə o, narahat olmamağı, həmin tələbin əsassız olduğunu, əlində məhkəmə qərarının olduğunu ona demişdir. Rafael isə məsələnin qərarda olmadığını, onun bilmədiyi şeylərin olduğunu, çıxılmaz vəziyyətdə qaldığını, nə edəcəyini bilmədiyini dedi. O, təkrarən Rafaeldən nə baş verdiyiyni soruşmuşdur. Rafael bildirdi ki, Elman onun ailə məsələlərini, həmçinin mülkiyyətində olan əmlakları barədə ona məlum olan məlumatları bütün sosial şəbəkə səhifələrində yayımlayacaqdır. Rafael əvvəllər dövlət işçisi olduğu üçün Elman guya həmin məlumatları yayaraq qeyd edilən əmlakların qanunsuz yolla əldə edildiyini mübahisələndirəcəkdir. Bundan sonra o, özü də “WhatsApp” proqramı vasitəsi ilə Elmana zəng edərək onunla təxminən iyirmi-iyirmi beş dəqiqə ərzində söhbət edərək onu dilə tutmağa çalışıb, Rafaelə qarşı belə hərəkətlər etməməyi xahiş etmişdir. Elman isə açıqcasına telefonda dedi ki, hələ bu harasıdır, gör o, necə Rafaeldən pul alır. Verməsə bilir nə edəcək. Onun bütün həyatı, malı, mülkü barədə onda məlumatlar var, özü də müxalifətçi blogerlər Tural və Mehmanla da danışıb, saytda da yazılıb. Ondan xəbər gözləyirlər ki, razılıq versin, yaysınlar. Əgər dediyi olmasa bildiyini edəcək. Bunun ardınca Elman dedi ki, Rafaelə de ki, yüz min manat pul versin, məhkəmədəki pul iddiasından da əlini çəksin. Bundan sonra fikrindən daşınaram. O da Elmanın tələblərini Rafaelə danışdı. Rafael özü də Elman ilə bu barədə danışdı. Elman ona da bu barədə fikrinin qəti olduğunu, tələbinin icra edilməyəcəyi halda Rafaeli millət içində rüsvay edəcəyini bildirdi. O, Rafaelə aid olduğunu iddia etdiyi bütün obyektlərin, torpaq sahələrinin, bağ evlərinin və mənzillərin siyahısını əldə etdiyini, həmçinin ailəsində baş vermiş problemlərdən xəbərdar olduğunu və qeyd olunan məlumatların hamısını bütün kütləvi oxunan internet saytlarında paylaşacağını deyib, Rafaelə tövsiyyə etdi ki, artıq Elmanın hərəkətlərində cinayət tərkibi olduğu üçün polisə şikayət etsin ki, bu məsələ birdəfəlik qanun çərçivəsində araşdırılsın və nöqtəsi qoyulsun. 2021-ci ilin dekabr ayının əvvəllərində Elman ona zəng edərək pulla bağlı Rafael ilə görüş təyin etdiyini, lakin Rafaeldən zəng gözləsə də sonuncunun ona zəng etməməsini bildirdi. O da Rafaelə zəng edərək Elmanın ondan xəbər gözlədiyini demişdir. Bundan sonra isə onlar öz aralarında mobil telefon vasitəsi ilə danışıb görüşmüşlər. Hətta Elman danışıq zamanı ondan xahiş etdi ki, görüşə o da gəlsin. Həmin gün onun şəxsi işləri olduğu üçün Elmana vaxtı olsa görüşə qoşulacağını demişdir. Qeyd edilən gün o, görüşə gedə bilməyərək evə qayıdıb çox yorğun olduğu üçün mobil telefonunu səssiz rejimə qoyub yatmışdır. Səhəri gün isə, Rafael Elmanın qanunsuz hərəkətləri ilə bağlı polisə şikayət etdiyiyni, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Elman saxlanıldığını bilmişdir. O, Elman ilə 2021-ci ilin yanvar və dekabr aylarında görüşmüşdür. Elman həmin görüşdə öz bacısını söyüb onda Rafaelin övladları və qohumları haqqında çoxlu məlumatlar olduğunu demişdir. Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti yoxdur. 2018-ci ildən 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində ünvan 6 ünvanında yerləşən “Qəbələ- Xanlar” restoranında ofisiant kimi işləmişdir. Hazırda isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bakı” restoranında ofisiant işləyir. “Qəbələ-Xanlar” restoranı müştərilər üçün hər gün səhər saat 10:00-da açılır, gecə saat 23:30-da isə bağlanırdı. Həmin restoranı Bakı şəhərinin sakinləri “Qədim Qəbələ” adı ilə tanıyır. 09 dekabr 2021-ci il tarixdə restoranın müştərisi olan soyadını və ata adını bilmədiyi Rafael adlı şəxs restorana zəng edərək kabinet sifariş etdi. O da onun dediklərinə əməl edib axşam üçün kabineti rezerv etdi. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs restorana tək gəldi və kabinetlərin birində əyləşərək daha bir nəfər qonağının da gələcəyini dedi. O, Rafael üçün çay gətirmişdir. Bir neçə dəqiqədən sonra restorana məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs Rafael ilə eyni kabinetdə əyləşdi. O, onların yemək sifarişini qəbul edib onlara yemək vermişdir. Təxminən bir saat sonra o, kabinetə qayıdanda Rafael i kababın dadı onun xoşuna gəlmədiyini deyib kababçını kabinetə çağırmağını ondan xahiş etdi. O da kabinetdən çıxaraq elə qapının qarşısından qışqıraraq kababçını səslədi ki, kabinetə yaxınlaşsın. Özü isə başqa sifarişin dalınca getmişdir. O, kabinetdən kənara çəkiləndən bir qədər sonra tanımadığı təxminən dörd-beş nəfər mülki geyimdə olan şəxslərin Rafael əyləşdiyi kabinetə daxil olduğunu görmüşdür. O, həmin adamların da əlavə müştəri olmalarını zənn edib yenidən kabinetə daxil olmaq istəsə də qapının qarşısında dayanan tanımadığı bir nəfər şəxs içəridə polis əməkdaşlarının olmasını, tədbir keçirildiyi üçün onlara maneçilik törətməməyi xahiş etdi. O da kənara çəkilərək kabinetin yanında həyətdə gözləmişdir. Təxminən on-on beş dəqiqədən sonra Rafael, Elman və sonradan oraya gələn dörd-beş nəfər adam birlikdə kabinetdən çıxaraq avtomobillərə minib getdilər. Kabinetin içərisində baş verən hadisələr barədə onun məlumatı olmayıb. Həmin adamların birlikdə kabinetdə olduqları müddət ərzində sakitçilik olub. Digər otağda dörd nəfər oturmuşdu. Onun kabinetdə əyləşən şəxslərin nədən danışmasından xəbəri olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid X20 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla ədavəti yoxdur, Zərərçəkmiş şəxs Əliağa oğlunu isə on dörd ildən artıq müddətdir ki, tanıyır. Onu dostu Şahid7 vasitəsi ilə tanımışdır. Aralarında səmimi dostluq münasibətləri olub. O, uzun müddətdir ki, biznes fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs və Şahid7la onun şərikli iş birliyi də vardır. 2009cu ildə Şahid7 ilə ortaq dostu olan Zərərçəkmiş şəxs görüşləri zamanı onlara Bakı şəhərinin Səbail rayonu ərazisində, Azərbaycan prospektində iri bir obyektin olmasını, həmin obyekti münasib qiymətə alıb icarəyə verərək yaxşı gəlir əldə etməyin mümkün olmasını dedi. Şahid7 ilə o, bu təkliflə bağlı gedib obyektə baxıb aralarında razılaşdırılmış məbləğdə pulu ortaya qoyub həmin obyekti almışlar. Obyekt iki mərtəbəli olmaqla hər mərtəbəsi 300 kvadrat metr sahəyə malik idi. Qeyd edilən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi və xüsusi mülkiyyətə keçirilməsi məsələsini Zərərçəkmiş şəxs özü təşkil etdi. Aralarında çox səmimi və yaxın dostluq münasibətləri olduğu üçün Zərərçəkmiş şəxs obyekti konkret olaraq kimin adına rəsmiləşdirilməsini soruşmamışlar. Obyekt alındıqdan sonra həmin yer bir müddət “Mango” adlı mağazaya icarəyə verildi, ara-sıra isə ümumiyyətlə icarəyə verilməyərək boş qalan vaxtları da oldu. Hər şey öz qaydasında davam edirdi, Rafael ilə aralarında heç vaxt narazılıqlar olmayıb. Aldıqları həmin obyektin iş fəaliyyətinə isə Rafaelin həyat yoldaşının qardaşı Təqsirləndirilən şəxs nəzarət edirdi. Rafael Elmana həmişə etibar edirdi. Rafael hər ay öz cibindən Elmana maaş qismində pul da verirdi. Obyektin aylıq icarə haqqından Malik ilə onun payına düşən hissəni isə Rafael özü onlara vermişdir. 2019-cu ilin sonlarında o, Malik və Rafael birlikdə görüşdülər. Görüş zamanı Rafaelin kefsiz olmasını, danışmaq həvəsində olmamasını gördüyü üçün ondan nə baş verməsini soruşmuşdur. Rafael birgə aldıqları obyekti Təqsirləndirilən şəxs adına keçirdiyiyni, Elman isə bundan istifadə edib uzun müddət ərzində icarə haqqını vermədiyini Malik ilə onun payına düşən pulu isə Rafael öz cibindən verdiyiyni dedi. Elmanın ona qarşı bu cür yaramaz hərəkət etməsi barədə onlara deməyə utandığı üçün heç nə danışmadığını dedi. Sadəcə artıq onlara verməyə pul çatdırmadığı üçün qərara gəlmişdir ki, həqiqəti danışsın. Elman obyektin sənədinin onun adına olmasından sui-istifadə edib icarə haqqını özünə götürür. Onlar da bu barədə xəbər aldıqdan sonra məsləhətləşib qərara gəldilər ki, Elmanın bu qanunsuz əməlləri barədə aidiyyəti məhkəməyə müraciət etsinlər. Yekunda belə də edərək Elmanın barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Bundan sonra məhkəmə prosesləri başlamış və iş yuxarı instansiyalara qədər gedib çıxaraq sonda məhkəmə tərəfindən onların xeyirinə qərar qəbul edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs icarə haqqlarını yığaraq onlara verməyərək ələ keçirdiyi pulların geri qaytarılması barədə də məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən də onların xeyirinə qərar qəbul edildi və bir milyon yüz yetmiş min manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsi qət edildi. Bundan sonra onlar Rafaeldən Elmanın ona hədəə qorxu gəldiyiyni , ondan pul tələb etdiyini eşitmişlər. Rəfaəl Elmanın onun ailəsi barədə olan məlumatları, hansısa görüntüləri ilə yanaşı, bütün mülkləri barədə siyahı hazırlayıb və onları qısa zamanda internetdə yayacağını, bunun üçün üçün jurnalistlər ilə də danışaraq razılıq əldə etdiyiyni, Rafael özünün Elmandan bu cür hərəkətlər etməməsini xahiş etdiyini, Elmanın bunu etməmək üçün ondan yüz min manat pul tələb etdiyiyni dedi. X35 barəsində polisə şikayət etməyi təklif etmişlər. Rafael isə köhnə qohumluq əlaqələrinə görə Elmandan şikayət etmək istəmədiyini dedi. Vaxt ötdükcə Elman Rəfaələ qarşı daha da aqressivləşdi və davamlı olaraq Rafaelə qarşı təhdidlər edib ondan pul tələb etməyə başladı. Rafael də polisə şikayət etdi. Elman Rəfaldən tələb etdiyi pulun bir hissəsini alanda tutuludu. İfadələrinə başqa əlavəsi yoxdur, Şahid7 ifadələrinə şahid X20 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti yoxdur. Zərərçəkmiş şəxs tanıyır, onun xalasının oğludur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaynı olmuşdur. Rafael həmişə Elmana isti münasibət göstərmiş, ona həmişə inanmışdır, nəsə vacib bir işi olarsa onu Elmana tapşırırdı. Elmanın sürdüyü bahalı “Porşe” markalı avtomobil və onun üzərindəki Az **-MP-*** nömrəsi də Zərərçəkmiş şəxsdur. Bir neçə il bundan əvvəl Rafael iki nəfər şəriki ilə bir yerdə Bakı şəhərində Azərbaycan prospektində özünə obyekt alıb arendaya vermişdir. Sonradan o, Elmanın həmin obyekti özbaşına başqa adamlara icarəyə verib icarə pulunu Rafaelə vermədiyinə görə aralarında mübahisə yarandığını eşitmişdir. Bununla bağlı onların məhkəmə çəkişmələri də olmuşdur. O da həmin məhkəmədə çıxış edib ona məlum olan hallar barədə ifadə vermişdir. Təxminən üç il bundan əvvəl Rafaeldən ona Elman ona hədə qorxu gəlib pul tələb etdiyiyni deyib Elman ilə danışıb onu dilə tutmağı etdiyi hərəkətlərdən əl çəkdirməyi xahiş etdi. O da bir qohum kimi Rafaelin sözündən çıxmayıb Elmanla Bakı şəhəri, Nərimanov rayonu, “Panda” mağazasının yaxınlığında yerləşən “Mado” restoranında görüşüb Elmana obyektin ona heç bir aidiyyəti olmaya-olmaya nəyə görə Rafaeldən pul tələb etdiyiyni soruşmuşdur. Elman isə Rafaelin ona beş yüz min ABŞ dolları pul verməli olduğnu, obyektə külli miqdarda pul qoyduğunu dedi. O da həmin obyektin ona aidiyyətinin olmamasını dəqiq bildiyi üçün Elmana elədiyi hərəkətlər ayıb olduğunu, ona yaraşmadığını demişdir. Elman isə qəti şəkildə dedi ki, əgər Rafael ona beş yüz min ABŞ dolları verməsə, o nə edəcəyini yaxşı bilir. Hətta Elman bu işdə onunla əlbir olmağı ona təklif edib dedi ki, əgər Rafaeldən beş yüz min ABŞ dolları alıb ona çatdıra bilsə, həmin puldan ona qırx min ABŞ dolları verəcəkdir. O, buna cavab olaraq pula ehtiyacının olmamasını, Rafael ilə münasibətlərinin yoluna qoyulmasını istədiyini Elmana demişdir. Elman isə əlavə etdi ki, öz səs yazılarını bir neçə nüsxədə yazaraq hazır disk şəklində evində saxlayır, onun dediklərinə əməl olunmasa həmin səs yazılarını sosial şəbəkələrə, dövlət orqanlarına və başqa lazımi yerlərə ötürüb Rafaeli el içində biabır edəcək. Elman dedi ki, Rafaelin nəyi var, nəyi yoxdur, hara gedir, nə işlə məşğuldursa o, hər şeyi çox gözəl bilir. Ona görə də Elman ona tapşırdı ki, Rafaelə bu barədə xəbərdarlıq etsin. O, Elmanı etdiyi əməllərdən çəkindirməyə cəhd etsə də, Elman onun dediklərimə əhəmiyyət vermədi. Bundan sonra Elmanın ona dedikləri barədə o, Rafaelə danışmışdır. Rafael özünə məxsus obyektə görə Elmana hər hansı məbləğdə pul verməyəcəyini bildirmişdir. Bir müddət sonra isə Elman özü ona zəng edərək təklif etdiyi məsələ ilə bağlı Rafaelin son sözünü nə olduğunu soruşdu. O da Elmana Rafaelin razı olmadığını demişdir.Bundan sonra o, Rafael ilə Elmanın arasındakı söz-söhbətlərə müdaxilə etməmişdir. Elman ilə Rafaelin arasında baş verənlərlər onun iştirakı olmadan baş tutmuşdur. 2019-cu ilin dekabr ayında da Elman ona “WhatsApp” proqramında mesaj yazmışdır. O, həmin mesajı oxuyarkən Elman ölkə prezidentinə ünvanlanan məktubun nümunəsini ona yolladığını görmühdür. O, Elmanın həmin mesajı ona göndərməkdə məqsədinin onu , Rafaelə göstərmək isməsinin olduğunu başa düşümüşdür. Ona görə də Elmana mesajı Rafaelə göstərib xəbər edəcəyini bildirsə də həmin mesajı Rafaelə göstərmədən telefonundan silmişdir. Çünki bu barədə o, Rafaelin mövqeyini artıq bilmişdir. Həmin dövdə Elman Rafaelin özünü də o formada açıq-aşkar hədələyirdi. Elmanın tutulmağını o, sonradan eşidib. Onun tutulmasının halları barəsində təraflə məlumatı yoxdur. Bildiyinə görə o, Rəfaəldə tələb etdiyi pulu restoranda Rəfaəldən alarkən tutulub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “əməliyyataxtarış tədbrinin həyata keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 09 dekabr 2021-ci il tarixli protokolundan görünür ki, tədbirin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və Zərərçəkmiş şəxs könüllü razılığı və şəxsi təşəbbüsü nəzərə alınmaqla həmin tədbirə cəlb edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs şəxsi vəsaitindən 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət 10000 ABŞ dolları pul vəsaitini əməliyyat tədbirində istifadə edilməsi üçün təqdim etmiş, həmin pul vəsaiti seriya və nömrələri protokola qeyd olunmaqla əməliyyat tədbirində istifadə edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. Həmin gün saat 19:05-də əməliyyat qrupunun üzvləri və Zərərçəkmiş şəxsla birlikdə ünvan 3 ünvanında yerləşən “Qəbələ-Xanlar” restoranına çatdıqdan sonra Zərərçəkmiş şəxs təlimatlandırılmış, daha sonra restoranın 17 nömrəli kabinetini seçərək orada əyləşmişdir. Qrup üzvləri restoranın ətrafında müşahidə mövqeyini tutmuşlar. Saat 19:34-də restorana xarici görkəmi və əlamətlərinə görə Təqsirləndirilən şəxs uyğun olan bir şəxs gələrək 17 nömrəli kabinetə daxil olmuşdur. Bir qədər sonra təlimatlandırılmış Zərərçəkmiş şəxs əvvəlcədən razılaşdırılmış şərti işarə ilə məlumat verdikdən sonra saat 20:33-də əməliyyat qrupunun üzvləri 17 nömrəli kabinetə “Samsung” markalı mobil telefonun vasitəsi ilə aparılan videoçəkilişlə daxil olaraq Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Şəxsiyyəti barədə sorğu edildikdə saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirməklə əyləşdiyi stuldan asılmış qara rəngli qış gödəkcəsinin iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əyləşdiyi stulun üzərindən asılmış gödəkcəsinin sağ yan cibindən rezinə keçirilmiş vəziyyətdə ABŞ dolları əsginaslarından ibarət pul bağlamasını çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin pul bağlamasında 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu, həmin pulların Zərərçəkmiş şəxs tərəfindən ona verildiyini, Zərərçəkmiş şəxs ona pul borcunun olması səbəbindən hazırda həmin pul borcunu qaytardığını, ardınca fikrini dəyişərək Zərərçəkmiş şəxsla birgə işlədiyi dövrdə sonuncuya etdiyi köməkliyin qarşılığında həmin pulun özünə verildiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul bağlamasının rezinini açaraq orada olan vəsaiti saymağa başlamış və sayım nəticəsində bağlamada seriya və nömrələri KF72742677A, CB20500757C, KG44206028B, HE66502217B, KF72742667A, HB05237854Q, KG72648619A, KK12698306C, HB22881590K, HB45731703L, HB84751043M, HF49673644C, DF92226500A, KB02838830K, KB70722060H, KK96634095A, HF27817238D, KF72742676A, DB58487587D, HF03461089D, AB14934693H, HB26783528N, KL48843436A, KG44206026B, KB92413818C, DB58487593D, KC33344313A, DB24861736A, AB06276887A, KF72742675A, KF72742682A, KL19165703D, HB77660536B, KB13168971L, KB15618408E, KB36072197R, KF72742681A, AB86480732B, KF72742673A, KF72742680A, KJ00260353A, KF72742674A, KH05857812A, KE15761450A, CF14467344A, KL91187928D, MC33441309A, LH84594900B, LB66355600P, LH44095075A, LB79226856F, MD82887198A, LB72259341R, MB32413764G, PB79606495A, LK37129116C, KB69819610M, KF72742668A, DB58487586D, HL11123144E, AG60097395B, KF72742678A, KL37578895E, KB64684730J, KF72742685A, KF72742679A, KF72742684A, KB64684731J, KB06525291K, KH31550789A, KF72742683A, KF72742664A, KF72742665A, KF72742666A, HB32648696J, HB37469399Q, HB31851363R, KB96877950G, KB64684732J, KB64684733J, KB97854704B, KB64684721J, KF72742672A, HL67605847E, CL67401345A, AB86480731B, KB70083002J, HB27387116F, HL67605765E, KF72742669A, MH37933284A, KL16358222B, HL67605842E, KL06336237B, LK83693003C, PB25252878F, LL15505182E, LL25242158B, KF72742670A, KF72742671A olan 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət cəmi 10000 (on min) ABŞ dolları məbləğində pulun olması müəyyən edilmişdir. Həmin pul vəsaitləri masa üzərinə düzüldükdən sonra pul vəsaitlərinə ayrı-ayrılıqda baxış keçirilmiş və baxış zamanı 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarının seriya və nömrələrinin tədbirdə istifadə olunması üçün Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə protokol əsasında ona verilmiş 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarının seriya və nömrələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs növbəti dəfə sorğu edilərkən bu dəfə üzərindən aşkar olunmuş 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs aldığını, növbəti gün saat 10-dan saat 12-yə qədər qalan 33000 (otuz üç min) manat pulu da ondan almaqla cəmi 50.000 (əlli min) manat pulu ondan tələb etdiyini, əks halda sonuncunun bütün obyektlərini sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə hədələdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ilk əvvəl Zərərçəkmiş şəxs ümumilikdə 70000 (yetmiş min) manatı hədə-qorxu ilə tələb etdiyini etiraf etmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Əməliyyat tədbirində istifadə olunmuş 100 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Azərbaycan manatı ilə olan pul vəsaiti və digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməliyyat tədbirinin yeri restoran olmaqla ətrafda çoxlu sayda kənar şəxslər olduğundan və şəxs saxlanıldıqdan sonra onların əyləşdiyi kabinetin ətrafına çoxsaylı insanlar toplaşdığından yerində sənədləşdirmənin aparılması üçün şərait olmadığı nəzərə alınaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs baş idarəyə dəvət olunmuşlar. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində olan özünə məxsus bir ədəd qara rəngli “İphone 7” markalı mobil telefonu əməliyyat qrupuna təqdim etdiyindən həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli “Azercell Telekom MMC-dən götürülmüş məlumatlara (diskə) baxış keçirilməsi barədə” protokoldan görünür ki, +**********10 saylı mobil telefon nömrəsi iş üzrə Təqsirləndirilən şəxs, +**********02 saylı mobil telefon nömrəsi isə iş üzrə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmaqla daimi istifadələrində olmuşdur. +**********22 saylı mobil telefon nömrəsi eyni ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınsa da, iş materiallarına əsasən həmin mobil telefon nömrəsinin faktiki olaraq sonuncunun arvadı, iş üzrə şahid qismində dindirilmiş X13 daimi istifadəsində olması müəyyən olunmuşdur. Bundan başqa təqdim olunan məlumatlara əsasən ünvan 10 ünvanında qeydiyyatda olan X3 adında qeydiyyatda olması aşkar olunan +**********13 saylı mobil telefon nömrəsinin faktiki olaraq iş üzrə şahid qismində dindirilmiş Şahid6 daimi istifadəsində olması müəyyən edilmişdir. Bundan başqa təqdim olunan məlumatlara əsasən +**********87 saylı mobil telefon nömrəsinin eyni ilə Şahid6 adına qeydiyyata alınması müəyyən edilmişdir. “**********10.txt” adlı qovluqda +**********10 saylı mobil telefon nömrəsinin abonenti olan Təqsirləndirilən şəxs tədqiq edilən dövr ərzində zəng etdiyi, habelə zənglərini qəbul etdiyi mobil telefon nömrələri, zənglərin (sms mesajlarının) tarixi, saatı, danışığın müddəti barədə olan məlumatlar yerləşmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2019-cu il tarixdə saat 23:28-də 89 saniyə, saat 23:30-da 34 saniyə, xx.xx.2021-ci il tarixdə saat 01:11-də 13 saniyə, 09 dekabr 2021-ci il tarixdə saat 18:18-də 72 saniyə ərzində baş tutan zəngli danışıqlar qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə Şahid6 daimi istifadəsində olan +**********13 saylı mobil telefon nömrəsi arasında 18 yanvar 2019-cu il tarixdə saat 17:06-da 232 saniyə, 24 yanvar 2019-cu il tarixdə saat 17:48-də 50 saniyə, 06 mart 2020-ci il tarixdə saat 12:35-də 82 saniyə, 23 yanvar 2021-ci il tarixdə saat 01:31-də 2 saniyə, saat 01:32-də 179 saniyə, 25 yanvar 2021-ci il tarixdə sat 13:04-də 763 saniyə və sonuncu dəfə 11 mart 2021-ci il tarixdə saat 16:05-də 80 saniyə ərzində zəngli danışıqların baş tutması qeydə alınmışdır. “**********10_SMS.txt” adlı qovluğa keçirilmiş baxış zamanı qovluqda, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil telefon nömrəsinə tədqiq edilən dövr ərzində daxil olan, habelə həmin nömrədən xaric olan sms ismarıclarının yerləşməsi məlum olmuşdur. xx/xx/2019, 01:24:16, **********10, **********02: Refael!!! Daxili işlər naziri cənab Ramil Usubov hər ayin sonuncu şənbə günü {30 mart} vətəndaşları qəbul edir!Heç düşünmədən bu şənbə onun qəbuluna gedəcəyəm və sənin tərəfindən təşkil olunmuş təhdid zənglərini onun qarşısına sübutlarla qoyacağam. Və deyəcəyəm ki,Rəfael adlı, Xəzər dəniz gəmiçilik idarəsinin keçmiş rəis muavini məni, ailəmi, uşaqlarımı təhdid edir. Və hər halda ona sənin haqqında deyiləcək başqa faktlarım da var!!! Yəqin Azərbaycan dövləti o günə qalmayıb ki, sənin himayə elədiyin türmə həyatı yaşayan şəxslər adi vətəndaşları təhdid edib ölkədə ağalıq eləsinlər!!!! xx/xx/2019, 10:18:05, **********10, **********02: Azerbaycan dovletinin eli her yere catir, sen dunyanin harasinda olursan ol, dovlet seni Azerbayacana getirdib elediyin bu emellere gore qanun qarshisina cixardacaq Sen mutesekil cinayet destesi yaratmisan, destenin bashcisida sensen, vetendaslara hede qorxu gelirsen ki, emlaki elivizden alacayam, usaqlarivizi ogurlatdiracagam.Butun bunlara gore dovletin qanunun qarshsinida cavab vereceksen harda olursan ol!!! xx/xx/2019, 20:47:14, **********10, **********22: Azerbaycan Respublikasinin Prezidenti zati aileleri cenab İlham Əliyevə! X22! İş rejiminizin çox gərgin olduğunu bilirik. Dövlətimizin və millətimizin daha da güclənməsi, böyük qüdrət sahibi olmasi yolunda gördüyünüz işlər göz qabağindadir. Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində ölkəmiz siyasi, iqtisadi, mədəni, hərbi, millli və dövlət tehlükəsizliyi sahələrində inanilmaz uğurlar əldə etmişdir və böyük nailiyyətlər günbəgün daha da intensiv xarakter almişdir. Qiymətli vaxtinizi çox almadan, bildirmək istəyirəm ki, 1994-cü ildən 2016-ci ilədək Azərbaycan dövlət X31nin rəisinin 1-ci muavini çalişmiş Zərərçəkmiş şəxs Əliağa oğlu son 2 ildir ki, məni və ailəmi təhdid edərək mulkiyyətimdə olan Baki şəhəri Yasamal rayonu Azərbaycan prospekti ve Tolstoy küçəsinin kəsişməsində yərləşən 12 mərtəbəli 1 bloklu yaşayiş binasinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 600 kv/m olan qeyri yaşayiş sahəsini hədə qorxu yolu ilə əlimdən almaq istəyir. Bu şəxs heç kimdən qorxmadan və çəkinmədən dövlətdən taladiği böyük vəsaitlər hesabina ətrafina məhkumluq həyati yaşamiş şəxslərdən ibarət cinayət törətməyə hər an hazir olan dəstə toplayaraq, davamli olaraq məni və ailə uzvlərimi hədələyir. Bu səbəbdən 2 ildir ki mən və ailə üzvlərim o cümlədən iki azyaşli körpəm daimi qorxu altinda yaşayiriq. Bu şəxs dövlətimizin və X4 etimad göstərib böyük vəzifəyə təyin etdiyi zamandan başlayaraq, dövətin və xalqin malını talayaraq, böyük varidat sahibi olmuşdur. İşlədiyi dövr ərzində dövlət büdcəsindən böyük miqdarda pul talan edərək aşağıdakı daşınmaz əmlaklara sahib olmuşdur. Mərdəkan qəsəbəsində 4 ədəd villa, Bakixanov qəsəbəsində 1 villa, Həzi Aslanov metro stansiyasi yaxinliğinda 1 villa, Rəsulzadə qəsəbəsində 1 villa, Teymur Əliyev küçəsində 1 villa, Səməd Vurğun küçəsində 1000 kv/m-lik daşinmaz əmlak, Aysel Plazanin arxasinda 110 kv/m-lik 1 ədəd daşinmaz əmlak, Əhmədli metro stansiyası yaxinlığında 230 kv, 290 kv-lıq 2 ədəd daşınmaz əmlak və 71 kv-lıq 3 ədəd daşınmaz əmlak, Nargilə kafesinin yaxınlığında qeyri yaşayış sahəsi, Prezidentin iqamətgahının yaxınlığında boş sahə, Bakı Xırdalan yolunda 1 ha.62 sot-luq sahə, Yeni Günəşli qəsəbəsində sahə, Baki şəh. Zabitlər parkı yax-da qeyri yaşayış sahəsi, Dübəndi dəniz qırağında ərazi, Elmlər Akademiyasi yaxınlığında zirzəmi obyekt, Rəşid Behbudov küçəsində obyekt gül dükanı, AAAF centre yaşayış kompleksində 2 ədəd 3 otaqlı, Xarici Dillər Universiteti yaxınlığında 2 ədəd 4 otaqlu, Zabitlər parki yaxınlığında 500 kv/m-lik yaşayış sahəsi, Sovetski adlanan ərazidə 5 otaqli daşınmaz əmlak, ATA Bankin yerləşdiyi yaşayış komleksində 4 otaqli mənzil, Nizami rayonunda yaşayış sahəsi, Hilton otel kompleksində 4 otaqli yaşayış sahəsi, Rəşid Behbudov küçəsində 500 kv/m-lik yaşayış sahəsi, Əhmədli metro stansiyasi yaxinlığinda 3 otaqlı yaşayış sahəsi, Türkiyə ərazisində çoxsayli mənzillər, 3 ədəd tanker, Bakıda Yaxtklubun ərazisində 1 ədəd yaxta və s. Bu qeyd olunanlar sadəcə mənim bildiklərimdir! Dəqiq ünvanini bilmədiyim çoxlu sayda yaşayış sahələri, obyektləri vardır ki, onlarin sizin tapşırığınızla araşdırılmasını xahiş edirəm. Hörmətli prezident. Sizdən xahiş edirəm ki, Zərərçəkmiş şəxs tərəfindən mənə və ailəmə qarşi başladılmış bu hədə-qorxu əməllərinin dayandırılması üçün səlahiyyətli orqanlara tapşırıq verilməsini artıq dərəcədə sizdən xahiş edirəm. Böyük hörmət və ümidlərlə: Təqsirləndirilən şəxs. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 18 fevral 2022-ci il tarixli “könüllü təqdim olunan elektron yaddaş daşıyıcısının götürmə və ona baxış keçirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş elektron yaddaş daşıyıcısı metallik əsaslı və gümüşü rəngli omaqla orta hissədən başlayaraq səthi qara rəngli plastik konstruksiyalıdır. Metal əsasının üzərində markalanma nişanına işarə edən “SanDisk” yazısı mövcuddur. Qara plastik çərçivəsinin üzərində “16 GB”, “Ultra Flair USB 3.0”, “BL**********W”, “MSİP-REM-TAD-SDCZ73”, “MADE İN MALAYSİA” yazıları, habelə digər xüsusi fərqlənmə insialları qeydə alınmışdır. Götürülmüş elektron yaddaş daşıyıcısı kömpüter aparatına qoşulmuş və məlum olmuşdur ki, yaddaşında 01 ədəd “voice” adlı qovluq vardır. Həmin qovluğun içərisində “Buzovna-Şüvəlan şosesi 3”, “Recording 5” və “Novaə zapisğ” adlı səs faylları mövcuddur. Səs parçaları barədə aparılmış dinləmə zamanı iştirak edən Zərərçəkmiş şəxs səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Danışıq “Buzovna-Şüvəlan şosesi 3” adlı və 23,4 MB yaddaş həcmli səs faylı, 14 (on dörd) dəqiqə 26 (iyirmi altı) saniyə ərzində davam edən həmin səsli danışıq Şahid6 ilə Təqsirləndirilən şəxs arasında telefonla aparılan danışıqla başlayır. Şahid6 Rafael ilə birlikdə olduğunu və aralarındakı danışığın səsgücləndirici rejimdə aparılmasını Elmanın nəzərinə çatdırır. Daha sonra David Elmanın bir milyon barədə olan tələbini səsləndirir. Elman isə həmin bir milyonu unutmamalarını Davidə tapşırır. Daha sonra eyni zamanda Rafael də söhbətə qoşularaq Elmanla aralarındakı məhkəmə prosesləri barədə danışırlar. Elman məhkəmədə ona qarşı qaldırılmış iddialardan imtina edilməsini istəyir. Səs parçasının altıncı dəqiqəsinin beşinci saniyəsindən başlayaraq Rafael Elmanla telefon danışığını təkbətək davam etdirərək tutduğu əməldən utanıbutanmamasını Elmana sual verir. Habelə ondan pislik görmədiyini nəzərinə çatdıraraq nə səbəbə onu şantaj etdiyini, bir milyon pul tələb etdiyini, hədə-qorxu gəldiyini deyir. Davam edən danışığa David də müdaxilə edərək üçlükdə görüşməyi, söhbət etməyi, çörək yeməyi, öpüşüb-görüşməyi təklif edir. Elman isə cavab olaraq “bunları bağlayaq oturarıq” deyir. David onları barışdırmaq istədiyini, hər an buna hazır olduğunu, başqa umacağının olmadığını Elmana bildirir. Elman isə cavab olaraq «bilirəm çoxsağol» ifadəsini işlədir. Yekun olaraq danışıq zamanı Elman təkrarən görüşməkdən yayınaraq cavab kimi “İnşallah bunları bağlayarıq oturarıq, görüşərik, barışarıq problem yoxdu” sözlərini deyir. Səs parçasının sonrakı davamında istintaq əhəmiyyəti kəsb etməyən danışıqlar qeydə alınır.“Recording 5” adlı və 11,8 MB yaddaş həcmli səs faylı 17 (on yeddi) dəqiqə 12 (on iki) saniyə ərzində davam edir. Həmin səsli danışıq parçasına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Şahid6 zəng edir. David Elmanla birlikdə olmasını, görüş və digər məsələləri həll edəcəyini, lakin vəsaitlə bağlı məsələyə qarışmayacağını Rafaelə bildirir. David bu barədə Elmana da dediyini Rafaelin nəzərinə çatdırır. Daha sonra Rafael ilə telefon danışığını Elman özü davam etdirir. Rafael 100000 (yüz min) verməyə imkanının olmamasını, ilk əvvəl 30000 (otuz min), daha sonra Elmana 50000 (əlli min) verməsini təklif edir. Elman həmin pula özü üçün ev ala bilməcəyini əsas gətirərək 70000 (yetmiş min) istəyir. Rafael isə buna razılaşaraq Elmandan əlavə vaxt istəyir. Bunun ardınca Rafael Elmandan soruşur ki, ona 100000 (yüz min) verə bilməyəcəyi halda Elman nə edəcək. Elman isə cavab olaraq şəbəkə ilə danışdığını, sonra saat 10-dan 12-yə qədər xanımla görüşəcəyini, sənədlərin əlində olduğunu bildirir. Rafael özünün sosial şəbəkəyə verilməsi barədə Elmanın dediklərinə dair sonuncuya təkrar sual verən zaman Elman cavab olaraq böyük ziyanlar çəkdiyini, başqa nə edə biləcəyini bildirir. Zərərçəkmiş şəxs öz əmlaklarının siyahısının sosial şəbəkəyə verilməsi barədə Elmana sual verdiyi zaman sonuncu, nəyisə hazır etdiyini, artıq “Mehman”la danışdığını, gedib görüşəcəyini bildirir. Mehmanın şəxsiyyəti barədə Rafaelin sualına cavab olaraq isə Mehmanın şəbəkədən olmasını deyir. Edəcəyi bu əməllərinin ayıb olmasını Rafael Elmana dedikdən sonra sonuncu kirayədə qaldığını deyir. Danışığın davamında Rafael Elmanı dilə tutaraq ilkin olaraq 50000, iki ay sonra isə qalan 20000 verəcəyinə razılıq əldə edir. Bundan başqa Zərərçəkmiş şəxs öz ailəsində baş vermiş məsələləri “Şahin” adlı şəxsə danışmasını Elmana bildirir, Elman isə bunu inkar edərək Şahinin Rafaelə qarşı şəxsi qərəzinin olmasını vurğulayır. Danışığın sonunda Elman Davidin vasitəsi ilə pulu verilməsini təklif etsə də, Rafael nəinki Davidə, heç kimə inanmadığını, pulu özünün ona verəcəyini Elmana bildirir. Elman da bununla razılaşır. 98 MB yaddaş həcmli ikinci səs faylda 01 (bir) saat 51 (əlli bir) saniyə ərzində davam edən həmin səs parçası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 09 dekabr 2021-ci il tarixdə aralarında baş tutmuş görüş zamanı qeydə alınan danışıqlardan bəhs edir. Həmin görüş zamanı dialoqun əvvəli Rafael ilə Elmanın məhkəmə çəkişmələri, şəxsi münasibətlərin aydınlaşdırılması barədədir. Rafael həmişə Elmana qarşı yaxşı münasibət bəslədiyini, xətrini istədiyini, qulluğunda durduğunu, lakin Elmanın yolunu azdığını ona bildirir. Səs parçasının 24-cü dəqiqəsinin 25-ci saniyəsində Rafael nəyə görə onu şantaj edəcəyini, əmlakını sosial şəbəkəyə verəcəyi ilə hədələməsini Elmandan soruşur, oğullarının, ailəsinin, nəvələrinin, gəlininin olmasını, bu hərəkətlərinin ayıb olmasını Elmana deyir. Elman isə cavab olaraq: “1170000 heç olmasa çıxartmayaydın da ortaya, bilirəm invalidləri vermisiz qabağa onlar eləyib də”. Rafael təkrarən ona qarşı edilən şantajın ayıb hərəkət olmasını Elmana deyən zaman sonuncu yenidən cavab olaraq: “Neynəməliyəm? Gözdəməliyəm, gözdəməliyəm, ******* boynuma qoyulsun tutulub-getməliyəm?!”. Danışıqların davamında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında təkrarən şəxsi münasibətlər, qarşılaşdığı hadisələr, gördüyü işlər və bu kimi digər hallar barədə istintaq əhəmiyyəti kəsb etməyən danışıqlar aparılmışdır. Dialoqun 54-cü dəqiqəsinin 27-ci saniyəsindən başlayaraq Zərərçəkmiş şəxs aralarındakı düşmənçiliyə son qoyulmasını, 10000 (on min) dollar düzəltdiyini, qalanını növbəti gün saat 10-11-də verəcəyini Elmana deyir. Daha sonra verdiyi pulun sayılmasını Elmandan xahiş edir. Bunun ardınca səs parçasında pulun sayılmasına bənzəyən səslər qeydə alınır. Həmin səslər dayandıqdan sonra Təqsirləndirilən şəxs “düzdür” ifadəsini işlədir. Bundan sonra Rafael sabahısı gün saat 10-12 arası 30000, qalan 20000 pulu isə yanvar ayının sonlarında verəcəyini Elmana deyir. Eyni zamanda Zərərçəkmiş şəxs pulu verəcəyi halda şantaj məsələsinin qurtarıb-qurtarmayacağı barədə Elmana sual verir, cavab olaraq Təqsirləndirilən şəxs: “Hə qurtardı” ifadəsini işlədir. Bunun ardınca səs parçasında yenidən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında ümumi mövzularda danışıqlar qeydə alınmışdır. Səs parçasının 54-cü dəqiqəsindən başlayaraq danışıqların qeydə alındığı sahəyə əlavə şəxslərin daxil olması eşidilir və həmin şəxslərdən bir nəfər özünü Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək Elmandan şəxsiyyət vəsiqəsini verməsini xahiş edir. Daha sonra həmin şəxs barəsində cinayət törədilməsi barədə məlumat daxil olduğu üçün Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs pulu təqdim etdikdən sonra polis əməkdaşı həmin pulun mənbəyi barədə ona sual vermiş, Təqsirləndirilən şəxs pulu Rafael müəllimdən aldığını, Rafaelin ona borclu olduğunu, Rafael üçün işlədiyinə görə, işlərində köməklik göstərdiyinə görə ona pul veriləcəyini bildirmişdir. Bunun ardınca polis əməkdaşları Təqsirləndirilən şəxs pulun sayılaraq masanın üzərinə düzülməklə təqdim edilməsini təklif edirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 26 fevral 2022-ci il tarixli “mobil telefona və sosial internet şəbəkəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, qeyd edilən mobil telefon **********35020 imei kodlu, C76T1FMTHG7F seriya nömrəli və smartfon tiplidir, parlaqsız qara rəngli olmaqla, üzərində "xxxx" MMC-yə aid +**********10 saylı mobil nömrə simkartı vardır. “WhatsApp” mobil tətbiqinə baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd edilən platformada Təqsirləndirilən şəxs nömrələri qeydə alınan və alınmayan ümumilikdə 246 (iki yüz qırx altı) nəfər istifadəçi ilə yazılı, səsli mesajlarla söhbətlər aparmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqələr siyahısında adı “Vasif.Kafe.Evrikanİn” kimi qeyd edilmiş +**********66 saylı mobil telefon nömrəsinin istifadəçisi ilə danışıqlar aparmışdır. Danışıqlar zamanı 10 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən şəxsə fiziki qüsurlu (əlillərin) şəxslərin iştirak etdiyi və Əhmədli qəsəbəsində baş verən kütləvi dava-dalaş barədə olan fotoşəkilləri və xəbərləri göndərərək hadisənin törədildiyi obyektin Zərərçəkmiş şəxs məxsus olmasını bildirmiş, sonuncuya aid digər bahalı obyektlərin də olmasını əlavə edərək qeyd edilən məlumatları nə zaman paylaşacağını Vasif adlı şəxsdən soruşur. Həmin şəxs Rafaelin özünə məxsus fotoşəkili Elmandan istəsə də, Elman hələlik şəkilə ehtiyac olmamasını, məlumatın isti-isti paylaşılmasını xahiş etmişdir. Bir gün sonra, yəni 11 mart 2020-ci il tarixdə isə Vasif “www.milliyol.az”, “www.aia.az”, “www.turaninfo.org” və “www.miqyas.az” adlı sosial xəbər portalı səhifələrinin virtual ünvanlarını mesaj vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Qeyd edilən virtual ünvanlar istintaq əhəmiyyəti kəsb etdiyi üçün yaranmış zərurətlə əlaqədar istifadədə olan xidməti kompüter vasitəsi ilə sosial internet platformasına qoşularaq “www.miqyas.az” saytı istisna olmaqla digər xəbər portallarına keçid əldə olunmuşdur. Baxış zamanı məlum oldu ki, əlillərin iştirakı ilə münaqişənin baş verdiyi və Xətai rayonu ərazisində yerləşən “Kardeşler” restoranının Azərbaycan Dövlət X31nin sabiq rəis müavini Zərərçəkmiş şəxs məxsus olması xəbər portallarında qeyd edilmişdir. Eyni xəbərlərin davamında müəllif Zərərçəkmiş şəxs digər obyketlərinin olmasını da əlavə etmişdir. Bu baxımdan qeyd edilən məlumatların bilavasitə yayılmasında təşəbbüskar olan Təqsirləndirilən şəxslə Vasif adlı şəxs tərəfindən “WhatsApp” mobil tətbiqində aparılmış yazışmalar protokola əlavə edilmişdir. Bundan başqa telefonun əlaqələr siyahısında adı “MARYAM” kimi qeyd edilən, iş materialları ilə Təqsirləndirilən şəxs arvadı X13 istifadəsində olması məlum olan +**********22 saylı mobil telefon nömrəsi arasında mesajlar aşkar edilmişdir. Tərəflərin yazışma qrafasından görünür ki, 19 dekabr 2019-cu il tarixdə X25 dövlətdən pul taladığı, digər şəxslərə məxsus əmlaklara da göz dikdiyi və digər bu sayaq ifadələrdən ibarət məzmunda Təqsirləndirilən şəxs mesaj göndərərək həmin mesajı İlahə adlı qadına ünvanlanan tərzdə yazmışdır. Həmin mesajın ünvanlanma təyinatının dəqiqləşdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs mobil telefonunda İlahə adı ilə qeyd edilmiş abonentlər axtarılmış, nəticədə “İlahe Zamiq” və “İlaha . Xanİm. Yasamal. Rayon.” eyni adlı istifadəçilər aşkar edilmişdir. Lakin qeyd edilən abonentlərlə Təqsirləndirilən şəxs arasında hər hansı danışıq və ya yazışma müəyyən edilməmişdir. Bundan başqa baxış zamanı həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə əlaqələr siyahısında adı “Tarlan” kimi qeyd edilən +**********70 saylı mobil telefon nömrəsinin istifadəçisinə “www.avtosfer.az” adlı xəbər portalına aid virtual ünvanı (linki) göndərərək paylaşıb görüntülərdənki fiziki qüsurlu şəxsləri “Rafaelin dələduz dəstəsi” kimi təqdim etmişdir. Bundan savayı Təqsirləndirilən şəxs “Kardeşler” restoranında fiziki qüsurlu şəxslərin iştirakı ilə baş verən dava-dalaşa dair “express.xeberler” adlı sosial xəbər saytı tərəfindən hazırlanmış videoçarxı telefonun əlaqələr siyahısında adı “Almaz. Tarlan” kimi qeyd edilmiş +**********70 saylı mobil telefon nömrəsinin istifadəçisinə 12 mart 2020-ci il tarixdə göndərib paylaşaraq həmin görüntünü görüb-görməməsini soruşmuş, mesajı qəbul edən qarşı tərəf cavab olaraq “Rafaelindi” dedikdən sonra Təqsirləndirilən şəxs bunu təsdiq etmişdir. Habelə Təqsirləndirilən şəxs eyni məzmunlu, yəni “Kardeşler” restoranında fiziki qüsurlu şəxslərin iştirakı ilə baş verən dava-dalaşa dair bu dəfə “meydan.tv” saytı tərəfindən hazırlanmış videoçarxı telefonun əlaqələr siyahısında adı “X49” kimi qeyd edilmiş +**********96 saylı mobil telefon nömrəsinin istifadəçisinə 10 iyun 2021-ci il tarixdə göndərib paylaşaraq həmin yerin də Rafaelə məxsus olmasını bildirmişdir. Məhkəmə, elan olunmuş cinayət işin materiallarından görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının 09 dekabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirinin əks olundu 01 (bir) ədəd diski, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs 18 fevral 2022-ci il tarixdə, Müdafiəçi1 25 aprel 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi ümumilikdə 02 (iki) ədəd elektron yaddaş daşıyıcısını, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Apple” markalı, “İphone 7” modelli mobil telefonu cinayət işinin materiallarında saxlanılnılır, əməliyyat-axtarış tədbirində istifadə edilmiş 100 ədəd 100-lük ABŞ dolları əsginaslarından ibarət ümumilikdə 10000 (on min) ABŞ dolları pul maddi sübut hesab edilərək saxlanc üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə ziddiyyətli ifadələr verib ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyini göstərib, ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zəzərçəkmiş şəxsdən onu bağışlamasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, iş üzrə təqdim olunmuş ittihamı təsdiq edən digər sübutlarla və işin faktiki halları ilə müqayisəli tədqiq edib onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun tam və obyektiv həqiqətə uyğun gələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş X15 arasında münasibətlərin əmlak hissəsini müzakirə edib hesab edir ki, hadisə baş verən ərəfədə və hadisə zamanı X9 Təqsirləndirilən şəxs borcu və ya əmlakla bağlı başqa öhdəliyi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən iddia olunan mükiyyətin tamlığla və ya hissəvi olaraq sonuncuya aidiyyəti olmamışdır. Məhkəmənin qətnaməsi ilə həmin mükiyyətin Təqsirləndirilən şəxs aidiyyəti olmaması və bundan istifadə edib əldə etdiyi məbələğlərin ondan tutulub X11 ödənilməsi qərara alınmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs tərəfindən X6 pul tələb etmək üçün mülkü əsaslar müəyyən olunmamışdır. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ifadələrində X6 tələb etdiyi müxtəlif adlarla gördüyü işə görə kompensasiya kimi və Rəhimov Rəfaəlin ona ödəməli məbləğ kimi iddalarını həqiqətə və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki onun özü ifadələrində Rəhmiov Rəfaəldən alacağı məbləği aldığı halda həmin məbləği ona bu işdə kömək edən şəxslərlə bölüşdürəcəyini vəd etməsi baxımından da əsaslıdır. Məhkəmə, özünə məxsus olmayan pulun tələb olunandan onun barəsində məlumatları sosial şəbəklərdə yayıb sonuncunu ifşa edilməsi ilə hədələyib pul tələb olunması qanun mənasna görə hədə-qorxu kimi qiymtələndirir. Məhkəmə, qeyd edir ki, borc müqaviləsi, borcun qatarılması, borc qaytarılmadıqda halda tərəflərin hərəktələri, borcun qaytarılması, dəymiş zərərə görə tərəflərilrin hüquq və vəzifələri qanunla müəyyən olunmuşdur. Məhkəmədə araşdırılan cinayət işin materiallarında Təqsirləndirilən şəxs tələbi ilə bağlı X15 arasında borc müqaviləsinin olması və X9 həmin bocun ödəməsindən imtina etməsini təsdiq edən sübut müəyyən olunmadı. Əksinə Təqsirləndirilən şəxs X11 və başqalarına borclu olması müəyyən olundu. Məhkəmədə araşdırılan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs öz borcunun istəməsi ifadələrindən başqa istifadə etməmişdir. O, istədiyi məbləği yüz, yetmiş daha sonra əlli min tələb edib, həmin məbləğə ev almaq istədiyini bildirib sonda zərərçəkmiş şəxslə görüşdə ondan on min ABŞ dolları alıb əlli min manatın qalan hissəsini növbəti gün saat on ikiyə qədər ona çatdırılmasına razılaşır. Belə borcun olması hüquq və faktiki baxımdan, borc alan şəxsin özünün də öz borcunu alarkən borc verəni tutdurması ağlabatan deyildir. Məhkəmənin bu qənaəti Azərbacan Respublikası Ali Məhkəməsinin Plenumunun Hədəqorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarı baxımından da əsaslıdır. Həmin qərarda şəxs barəsində üsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşüldüyü izah olunub, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmədiyini nəzərə almaq tövsiyyə edilmişdir. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs bu iddiasını onun özünün güman etdiyi cəzanı yüngülləşdirməyə yönələn öz hərəkətlərini özbaşınalıq kimi təqdim etmək cəhdi kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə, onun ittihamı inkar etməyə yönələn ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtələndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X21rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılarkən həmin tədbirin iştirakçısı olan polis əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmasını və bu səbəbdən cinayət prosesini həyata keçirən orqana və məhkəmədə verdiyi ifadələrin özündə həqiqəti əks etdirmədiyini, əslində Zərərçəkmiş şəxs qarşı cinayət törətmədiyini, sonuncudan hədə-qorxu ilə pul tələb etmədiyini, məcbur qalıb törətmədiyi cinayəti boynuna aldığını göstərdi. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin məhkəmədə irəli sürdüyü iddialar ibtidai istintaq zamanı da irəli sürülmüşdür. Belə ki, qeyd edilən iddianın yoxlanılaraq polis əməkdaşlarının əməlinə hüquqi qiymət verilməsi üçün ayrılmış material Bakı Şəhər Prokurorluğunun vasitəsi ilə Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir. Həmin məsələ ilə bağlı Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X17 tərəfindən araşdırma aparılmış və Təqsirləndirilən şəxs müayinəsi zamanı bədəni səthində şübhəli şəxs qismində saxlanıldığı tarixə, yəni 2021-ci ilin dekabr ayının 9-na xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Qeyd edilən müayinənin nəticələri 11 aprel 2022-ci il tarixli 437 saylı məhkəmə-tibb ekspertizasının rəyində əks olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tərtib olunmuş 10183/2021 saylı məhkumun tibbi kitabçasına əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş və 14 dekabr 2021-ci il tarixdə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı hər hansı yeni zədə aşkar olunmadı. Beləliklə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ona hər hansı xəsarət yetirilməsi iddiası öz təsdiqini tapmadığından 14 aprel 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi barəsindəki iddalarının sübuta yetirilmədiyi qənaətinə gəlir. Çünki onun bu ifadələrini təsdiq edən sübut müəyyən olunmadı. Bu səbədən də onun bu iddiasının işin faktiki hallarına uyğun olan ifadələrini əsasız şübhə altına almaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrinin iş üzrə araşıdırılmış ittihamedici sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib hesab edir ki, onun ifadələrinin ittihamı etiraf edən hissəsi həqiqətə uyğun, digər hissəsi isə özünün müdafiəsinə yönələn əsası olmayan ifadələr kimi qiymətləndirilməlidir. Çünki onun inkaredici ifadələri işin faktiki halları və ittihamı təsdiq edən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə təkzib olundu. Beləliklə də, məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib, onun əməllərini Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilinib bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını, səbəblərini nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhhrum etmə cəzası təyin olunması qənaətinə gəldiyindən onun barəsində həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkə xərci yoxdur. İş üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının 09 dekabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirinin əks olundu 01 (bir) ədəd diski, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs 18 fevral 2022-ci il tarixdə, Müdafiəçi1 təqdim etdiyi ümumilikdə iki ədəd elektron yaddaş daşıyıcısını cinayət işinin materiallarında saxlanılmasını, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Apple” markalı, “İphone 7” model mobil telefonun onun mülkiyyəti kimi onun yaxın qohumlarına qaytarılmasını, əməliyyat-axtarış tədbirində istifadə edilmiş 100 ədəd 100-lük ABŞ dolları əsginaslarından ibarət ümumilikdə 10000 (on min) ABŞ dolları pul maddi sübut hesab edilərək saxlanc üçün zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alıb onun mülkiyyətinə verilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 10 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib 10 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanıldığı müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməli olduğu rejimi müəyyən edərkən onun təqsirli bilindiyi əməlin xüsusilə ağır cinayət olduğundan ona təyin olunmuş cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulan cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitrinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının 09 dekabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirinin əks olunduğu 01 (bir) ədəd diski, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs 18 fevral 2022ci il tarixdə, Müdafiəçi1 25 aprel 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi iki ədəd elektron yaddaş daşıyıcısını cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Apple” markalı, “İphone 7” model mobil telefon onun mülkiyyəti kimi yaxın qohumlarına qaytarılsın, maddi sübut kimi tanınıb saxlanılması üçün zərərçəkmiş şəxsə verilmiş 10000 (on min) ABŞ dolları zərərçəkmiş şəxs X11 verilməsi nəzərə alınsın və onun mülkiyyətinə verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar