Məhkəmə qərarları › İş №1(101)-152/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-152/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-152/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri, 4 saylı Vəkill Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - "Femida" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi6 və Bakı şəhəri, 4 saylı Vəkill Bürosunun vəkili Müdafiəçi7 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Zəngilan rayonunun Cahangirbəyli kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmiş, 09 iyun 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 iyun 2023-cü tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 27 sentyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və 05 oktyabr 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 12.3,234.4.3-cü maddələri ilə, xx xxxx 1975-ci il tarixdə Ağdərə rayonunun Qaraşlar kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, hazırkı iş üzrə 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixli qərara əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarına əsasən qeyd olunan hökm dəyişdirilmiş və hökmlə ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilmiş, CM-nin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməmiş, həmçinin CM-nin 66.3-cü maddəsinin müddəaları hökmdən xaric edilmiş və qalan hissədə hökm dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxx 1988-ci il tarixdə Yardımlı rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ında yaşayan, 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs tanışı Şahid2 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 400 kvadratmetr torpaq sahəsinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”ndən çıxarış əldə etmək niyyətində olduğunu və bu işi görə biləcək adamlar axtardığını bildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, hər üçü birlikdə Zərərçəkmiş şəxs ilə görüşüb sonuncuya “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi” qurumunda tanışlarının olmasını bildirib, sözü gedən torpaq sahəsinə dair çıxarışın əldə edilməsi imkanlarının olmasına inandırıb etibarını qazandıqdan sonra sözü gedən torpaq sahəsinə dair dövlət çıxarışını 26.600 manat pul müqabilində əldə edəcəkləri ilə bağlı yalan vədlər verib üç dəfəyə - ilk olaraq 24 iyun 2021-ci il tarixdə günorta vaxtlarında görüşdükləri ünvan 5 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında 22200 manat, daha sonra həmin gün ünvan 6 ünvanında yerələşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzinin qarşısında 100 manat və 2021-ci il iyul ayının ortalarında ünvan 7 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının yanında 4300 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 26600 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 26.600 (iyirmi altı min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 11 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində məlum olmayan mənbədən ayrıayrılıqda çəkiləri 119,9 qram və 230 qram olmaqla cəmi 2 bükümdə külli miqdarda ümumilikdə 349,9 qram metamfetamin psixotrop maddəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş və Türkiyə Respublikasının İstanbul şəhərində 2400 ABŞ dolları müqabilində Azərbaycan Respublikası vətəndaşı Şahid3 satmış, sonuncu malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə müşayiət etdiyi üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantasının hər qolunun içərisində bir bağlama olmaqla saxlamış, 11 yanvar 2023-cü il tarixdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin gün saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev X8 fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin «Terminal-1» beynəlxalq hava limanı gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qeyd edilən psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər ikisini tanıyır. Bir gün Telman və Mübariz ona torpaq məsələsi olduğunu və həmin torpaq sahəsinə sənəd almaq lazım olduğunu bildirmiş, o da, həmin məsələni həll edə biləcəyini demişdir. Bundan sonra Telman və Mübariz onu Zərərçəkmiş şəxslə tanış etmişlər. Sonra bir dəfə onlar oturub çay içərək söhbət etmiş və həmin işi müzakirə etmişlər. İkinci dəfə maşında oturub söhbət etmiş, torpağın sənədləşdirilməsi üçün 25.000 manata razılığa gəlmişlər. Şəhriyar onu tanımadığı üçün pulu çıxarıb Telmana vermişdir. Telman isə Şəhriyara narahat olmamağını bildirmişdir. X11 götürdüyü pulu ona vermiş, o isə, həmin pulun bir hissəsini özü tək, bir qismini isə Mübarizlə birlikdə xərcləmişdir. Telman həmin işdən pul götürməmişdir. Həmin puldan ona 12.000 manat çatmışdır. X17 müalicəyə getməli olduğu üçün Mübariz 10.000 manat pul tapıb Mübarizə vermişdir. Daha sonra isə həmin iş alınmamış, Mübariz Telmana pul verdiyini, o isə pulu Telmanın verəcəyini bildirmişdir. Mübariz isə fərqi olmadığını deyərək pulu qaytarmaq lazım olduğunu demişdir. Digər cinayət epizodu üzrə ifadə verən Təqsirləndirilən şəxs1 özünün narkotik maddələrdən xəbəri olmadığını, buna görə həmin ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə görə, onun özünün Türkiyədə evi olmuş və bir gün Şahid3 onlara qonaq gəlmişdir. Həmin vaxt o, evinin açarını Cavidə vermiş, özü isə gedib oteldə qalmışdır. Sonradan Cavid Azərbaycana qayıdanda tutulmuş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Müstəntiq ondan Şahid3 tanıyıb-tanımadığını soruşmuş, o da, Cavidi tanıdığını, sonuncunun onun evində qonaq qaldığını bildirmişdir. Onun Cavidə narkotik vasitə satması mümkün olan iş deyildir. Çünki həmin vaxt o, Türkiyədə Maltəpə cəza evində olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 əvvəllər makler işlədiyini, Mübariz və Telmanla münasibətinin olduğunu, həmin şəxslər onun makler olduğunu bildiklərini, Mübarizin həmin işdə yalnız taksi sürücüsü kimi iştirak etdiyini, əslində həmin işdə pulun məbləğinin çox yüksək olduğunu, onlar sənədləri Məhəbbətə göstərəndə, sonuncu onlara sənədlərin saxta olduğunu və işin alınmayacağını bildirdiyini, Məhəbbətin Əmlak komitəsində işlədiyini, bir-iki dəfə telefonla danışdıqlarını, Şəhriyardan götürdüyü pulun yarısını Mübarizə verdiyini, 12.500 manatın isə onun özündə qaldığını, qalan hissəsini Mübarizə verdiyini, Mübarizin pula ehtiyacı olduğu üçün verdiyini, sonra Telmanın pula ehtiyacı olduğu üçün Mübarizin 10.000 manat tapıb Telmana verdiyini və Telmana onunla yediyi pulu verəcəyini dediyini, onun Cavidlə münasibətinin olduğunu, Cavid Türkiyəyə gələndə 3 gün onun evində qaldığını, özünün isə həmin vaxt oteldə yaşadığını, Şəhriyarın birinci 22.000 manat pul verdiyini, qalan 4.500 manatı sonradan hissə-hissə verdiyini, Telman həmin işdən pul götürmədiyini, lakin Mübariz və Telmanın həmin işdən xəbərləri olduğunu, onun narkotik vasitədən xəbəri olmadığını, Şəhriyara onun vəd verdiyini, bütün işləri özünün danışdığını, Mübarizin pula ehtiyacı olduğu üçün ona pul verdiyini, 26.500 manat puldan Telmana pulun çatmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 12.3, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dələduzluq cinayətini törətmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 26600 manat məbləğində pulunu torpaq sahəsinə sənəd düzəlmək adı ilə alaraq xərcləmişdir. Psixotrop maddə satışı ilə elan olunan ittihamı qəbul etmir, belə ki, o, həmin əməli törətməmişdir. Şahid3 ona qarşı yalan ifadə vermişdir. Şahid3lə Bakı şəhərində və İstanbul şəhərində görüşmüş, Cavid İstanbulda onun evində qalmış, həmin şəxsin əldə etdiyi metamfetamin psixotrop maddəsinə onun heç bir aidiyyəti, həmçinin Cavidin bu əməli törətməsindən məlumatı olmamışdır. Mübariz adlı şəxsi təxminən 4-5 il olar ki, tanımış, münasibətləri normal olmuşdur, ədavət və düşmənçilikləri olmamışdır. Mübariz ona Telmanın tanışının torpağa sənəd düzəltdirmək istədiyini bildirmiş və həmin şəxsdən pulu ələ keçirib xərcləməyi təklif etmişdir. O, Mübarizin təklifini qəbul etmiş, Mübarizin vasitəsi ilə Telman adlı şəxslə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə Mübarizlə birlikdə çay içmək üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Vergilər Nazirliyinin yanındakı çayxanaya getmiş və orada Telman və sonradan adı ona məlum olan Şəhriyar adlı şəxslərlə görüşmüşlər. Söhbət əsnasında Şəhriyar tanışının ünvan 8 ünvanında yerləşən 4 sot torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmiş, o, Şəhriyara öyrənib xəbər edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə onlar yenidən həmin ərazidə görüşmüş, o, Şəhriyara sənədlərin hazırlanması üçün 26000 manat üçün pul lazım olduğunu demiş, Şəhriyar əvvəlcə tərəddüd etmiş, lakin Telman onu pulu verməyə razı salmışdır. Birlikdə Mübarizin idarə etdiyi avtomobillə Şəhriyarın evinin qarşısına getmişlər. Həmin ünvan Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Zərifə Əliyeva adına göz xəstəxanasının yanında olmuşdur. Orada avtomobilin içərisində Şərhiyar 22200 manat pulu sayaraq Telmana, sonuncu sayaraq Mübarizə, Mübariz isə ona vermişdir. Sonra həmin pulu Mübarizlə şəxsi ehtiyacları üçün bölüşdürmüşlər. X1rın niyyətindən xəbərləri olmamış, bu pulla iş görməyi, bir müddət sonra isə Şəhriyara qaytarıb sənəd düzəltməyin alınmadığını deməyi düşünmüşlər. Bu iş nəticəsində təxminən 11000 manat Mübarizə, 15500 manat isə ona qalmışdır. Şəhriyar onunla razılaşmış, ona sənədləri və pulu vermişdir. Hətta Şəhriyar ona əlavə olaraq 200 manat pul da cib xərci olaraq vermiş, sonra o, sənədləri və pulu götürüb oradan ayrılmışdır. O, sənədləri bir neçə yerə göstərmiş, lakin sənədlər bələdiyyə sənədləri olduğu üçün alınmamış, o, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Təxminən bir ay keçmiş Şəhriyar işin nə yerdə olmasını soruşduqda, o, Şəhriyara sənədlərin tezliklə düzələcəyini və həmin işin görülməsi üçün onlara çatacaq pulu da verməsini bildirmişdir. Şəhriyar da həmin günün ertəsi onunla görüşərək ona əlavə olaraq 4300 manat pul vermiş, o, həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Telman ona zəng vurub Şəhriyarın ondan ya pulunu ya da işini tələb etməsini bildirdikdə, o, pulu və sənədləri Əmlak Komitəsində işləyən Məhəbbət adlı şəxsə verdiyini demişdir. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında o, Telman, Şəhriyar və Əmlak komitəsində işləyən Məhəbbətlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən Vergilər Nazirliyinin idarəsinin yanında görüşmüş, həmin görüşə onu Telman çağırmışdır. Orada o, Məhəbbət adlı şəxsə heç bir miqdarda pul vermədiyini, həmin pulu öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. 2022-ci ilin mart ayında işləmək üçün İstanbul şəhərinə getmişdir. Cari ilin iyun ayının əvvəllərində Türkiyədə qalmaq icazəsi olmadığı üçün Azərbaycana deport olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri X8 saxlanılmış və barəsində axtarış elan edildiyi üçün polis əməkdaşlarına təhvil verilmiş, barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 25 avqust 2023cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdır. Telman Mübarizdən borc olaraq 10000 manat pul almış, sonra isə Telman Mübarizdən aldığı pulu qaytarmamışdır. O, Türkiyəyə gedəndə Telmanda 4000 manat borc pul almış, yekunda isə Telmanın bu işdə 7000 manat verəcəyi olmuşdur. Yəni ki, Şəhriyardan o, Mübariz, Telman birlikdə aldıqları 26600 manat pulun 7000 manatını Telman, qalan 19600 manatı isə o, ödəməli olmuş, Mübariz isə bu iş nəticəsində götürdüyü pulu Telmana verdiyi borc pul məbləğindən silmişdir. Şəhriyar və qardaşı Nurlan torpağın sahibi İlhamdan özləri sənəd düzəltmək adı ilə 60000 manat pul almış, onlara həmin puldan 26600 manat vermişlər (cild 1, iş vərəqi 148-154). Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun torpağa sənəd düzəldilməsi üçün pulun alınıb verilməsindən məlumatı olmamışdır. Lakin Şəhriyar 22.500 manatı verən zaman orada olmuşdur. Sonra o, İranda olan vaxt zərərçəkmiş şəxs Şəhriyar ona zəng edib həmin işin düzəlməsində iştirak etdiyin üçün ona 1.500 manat pul çatacağını bildirmişdir. O, Şəhriyardan işin düzəlib-düzəlmədiyini soruşmuş, Şəhriyar isə düzələcəyinə dair söz verildiyini demişdir. O isə, Şəhriyara «düzələcək başqa şeydir, düzəlib başqa» söyləyərək, iş düzəlməyibsə pulu istəmədiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da məhkəmədəki kimi ifadə verdiyini, Şəhriyarla dost olduqlarını, Şəhriyarla çayxanada oturan zaman Mübarizin zəng etdiyini və gəldiyini bildirdiyini, Mübariz gələndən sonra Qurbanın ona zəng etdiyini və onun da həmin yerə gəldiyini, orada torpağın sənədləşməsi barədə söhbət olduğunu, Qurbanın sənədləşmə işlərini görən bir şəxsin olması və maraqlanıb deyəcəyini bildirdiyini, Qurban iki gün sonra bu işin düzəlməsi üçün 22.000 manat pul lazım olduğunu dediyini, pulu verməyə gedəndə Şəhriyar böyük kimi onun yanında olmağını istədiyini, Mübarizin maşınında Mübariz, Şəhriyar və Qurbanla birlikdə oturduqları vaxt Şəhriyarın pulu çıxarıb Qurbana verdiyini, həmin puldan ona heç bir məbləğdə pul verilmədiyini və pulun bölgüsündən xəbəri olmadığını, İrandan gələndən sonra pulun Əmlak komitəsinin işçisinə verildiyini eşitdiyini, Qurbana onu işi görən adamla tanış etməsini bildirdiyini, Qurbanını isə bunu etmədiyini, o, göz xəstəxanasının qarşısında olan zaman Şəhriyardan 100 manat aldığını, Şəhriyarla pul söhbəti etmədiyini və dost olduqlarını, Şəhriyarla söhbətdə Qurbanın iş düzələndən sonra 4.500 manat şirinlik verməsini bildirdiyini, hazırda Şəhriyara 26.600 manat pulun verilməli olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Şəhriyar əvvəlcə torpağın sənədləşdirilməsi üçün ona müraciət etmiş, o da, Şəhriyara bir nəfər tanışı olduğunu və danışacağını bildirmişdir. Sonra o, bu barədə Qurbana demiş, sonuncu isə oturub danışmaq lazım olduğunu söyləmişdir. Səhəri gün Qurban kiminləsə danışıb 21.500 manat pul almışdır. 4-cü mikrorayonda pulu verən vaxt Şəhriyarın qardaşının narazılıq etdiyini görmüşdür. O, Şəhriyara «əgər qardaşı narazıdırsa, pulu verməməsini» bildirmişdir. Sonra Qurban ailə üzvlərindın birini çənə əməliyyatı etdirmiş və həmin vaxt ondan 6.000 manat bir, 2.500 manat da onun qayınından pul almışdır. Ümumlikdə, Qurban 9.000 manatdan çox pul almışdır. Telmana da pul lazım olanda 10.000 ABŞ dolları götürmüşdür. Onun 3.500 manatını özü, 3.500 manatını isə Qurbana vermişdir. Sonra Qurban ona bu işin alınmadığını, pulu da yediyini və pulun olmadığını demişdir. Həmin vaxt artıq Qurban ona olan borcunu da ödəmişdir. O da, Qurbana «əgər belədirsə, Telmana verdiyi 10.000 dolları da alıb, üstünü də düzəldib, aparıb pulu qaytarmasını» bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanıl verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəni verən vaxt ona qarşı heç bir təsir və təzyiq olunmadığını, ona 6000 manat pul verildiyini, həmin pulun da Qurbanın ona olan borcu olduğunu, 1700 manat pulun özünə çatdığını, Qurbanın ondan 6000 manat pul aldığını, həmin pulu bu işdən əvvəl ondan borc aldığını, Qurbanın hazırda da ona borcu olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini və həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, nə Qurbanı, nə də Mübarizi tanımamışdır. Həmin şəxslərlə onu Telman tanış etmişdir. Tanışı İlham müəllim ona 4 sot torpağının olduğunu və sənədləşdirmək istədiyini bildirib, torpağın sənədləşdirilməsinə kömək istəmişdir. O, torpağın sənədləşdirilməsi ilə məşğul olmadığını, yalnız alqı-satqı ilə məşğul olduğunu bildirmişdir. O, bu barədə Telmana demiş, Telman isə Mübariz adlı tanışının olduğunu, onun ətrafının geniş olduğunu və bu barədə Mübarizə deyəcəyini söyləmişdir. Sonra Mübariz gəlmiş, Mübariz əslində onun bu işləri görəcək tanışının olmadığını, bəlkə onun tanışı Qurbanın tanışı ola biləcəyini demişdir. Qurban gəlib sənədlərə baxaraq ona bir gün vaxt verilməsini və aparıb sənədləri kiməsə göstərəcəyini bildirmişdir. Qurban gedib Məhəbbət alı şəxslə görüşüb torpağın hər sotunu 5.500 manatdan rəsmiləşdirəcəyini demişdir. Qurban əlavə zəhmət haqqı olaraq hərəyə 1.500 manat istəmiş və o da, bununla razılaşmışdır. O, Qurbana narahat olmamasını, kupçanın deyilən vaxtda hazır olduğu halda ona 2.000 manat verəcəyini bildirmişdir. Səhəri gün onun evinin yanında Telman, Mübariz və Qurbanla görüşmüşdür. O, Telmanı tanıdığı üçün pulu sayıb Telmana vermişdir. Telman yoldaşını xaricə həkimə aparan vaxt sənədin bir həftəyə hazır olacağını bildirib onlara çatacaq pulu da istəmişlər. O, Telmanla danışan vaxt Telman xaricə gedəndə borc edib gəldiyini, ona çatacaq 1.500 manat pulu Mübarizə verməsini bildirmişdir. O, əvvəlcə 22.000 manat, əlavə 2.000 manat, sonra 1.500 manat və 1500 manat pul vermişdir. Sənədləri verəndən sonra 45 gün tamam olmuş, üzərindən aylar keçmiş, laki niş düzəlməmişdir. O, Telmana inanıb, onu tanıyıb pul verdiyindən sənədləşmənin taleyini soruşmuşdur. Sonra Telman öz əlaqələri vasitəsi ilə Məhəbbəti tapmış və onunla görüşmüşlər. Həmin görüşə Qurbanı da dəvət etmiş və orada Qurban pulu Məhəbbətə vermədiyini və öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs torpaq sahəsinin onun tanışı İlhamın olduğunu, 22.000 manatı Telmana verdiyini, əlavə də onlara 4.500 manat zəhmət haqqı verdiyini, üç nəfərə, yəni Qurban, Mübariz və Telmanın hər birinə 1.500 manat verdiyini, Telman İranda olduğu üçün ona çatacaq 1.500 manatı da Mübarizə verməsini bildirdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, ziyanın ödənilməsini tələb etdiyini bildirərək mülki iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Şahid2 əvvəlcədən tanımışdır. İlham ona torpağının olduğunu və həmin torpaq sahəsini sənədləşdirmək istədiyini bildirmişdir. İlham torpağın hər sotunun sənədləşdirməsi üçün 5.500 manat pul verəcəyini bildirmişdir. O, İlhama bir nəfər olduğunu və həmin şəxsə deyəcəyini söyləmiş, qardaşı Şəhriyar da alğı-satqı ilə məşğul olduğu üçün bu barədə Şəhriyara bildirmişdir. Şəhriyar da bir nəfər olduğunu, həmin şəxslə maraqlanıb deyəcəyini söyləmişdir. Bundan sonra o, Şahid2 əlaqə nömrəsini qardaşı Şəhriyara vermiş, Şəhriyar İlhamla görüşüb danışmış və Şahid2 pulu götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran şahid Nurlan Zərərçəkmiş şəxs pulu verməsi barədə ona bildirdiyini, Şəhriyar onun yanında Mübarizə 1.400 manat bir, 1.500 manat da bir pul verdiyini, Şəhriyarın İlhamdan aldığı pulu verdiyini, ümumilikdə 26.500 manat pul verildiyini, Telmanı tanıdıqları üçün pulu Telmana verdiklərini, 1.500 manat pulun Telmana çatmalı olduğunu, Şəhriyar Telmana əvvəlcədən 100 manat pul verdiyi üçün 1.400 manatı Telmana çatdırması üçün Mübarizə verdiyini, 1.500 manatı isə Mübarizin özünə verdiyini, İlhamı ilkin olaraq onun tanıdığını, daha sonra qardaşı Şəhriyarla tanış etdiyini, 1.400 manat və 1.500 manat pulun onun yanında Mübarizə verildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid2 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai isintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsləri tanımır. Onun torpaq sahəsi olmuş və həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Nurlana 40.000 manat pul vermişdir. Sonra onun nə torpağı sənədləşdirilmiş, nə də ki, pulu qaytarılmamışdır. Ümumilikdə isə, o, bui şin görülməsi üçün cəmi 65.000 manat pul vermiş, bir ay sonra 20.000 manatı geri qaytarılmışdır. 40.000 manat isə hələ də qaytarılmamışdır. Nurlangil ona vurulmuş ziyanın əvəzi olaraq rayonda olan evlərini onun adına keçirmişlər. Həmin ev satıldığı halda onun ziyanı ödənilmiş olur. O, pulu Nurlana vermişdir. Nurlangil işi kimlə həll edəcəklərini deməmiş və həmin şəxsin adını çəkməmişlər. O, tikintiyə icazə alınması üçün də pul vermiş, daha sonra onlar həmin pulu geri qaytarmışlar. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokola əsasən Şahid2 və Zərərçəkmiş şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs üzünə demiş, Zərərçəkmiş şəxs isə onun bildirdiklərini təsdiq etmişdir. İstintaq hərəkətinin gedişini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 5, iş vərəqi 39-48). İşə əlavə edilmiş 16 noyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Şahid1 üzünə demiş, Şahid1 isə onun bildirdiklərini təsdiq etmişdir. İstintaq hərəkətinin gedişini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 5, iş vərəqi 52-62). Cinayət işində olan 16 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid3 bir daha cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs1 ifşa etmiş və 2023-cü ilin yanvar ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində Təqsirləndirilən şəxs1 metamfetamin psixotrop maddəsi müqabilində 2.400 ABŞ dolları pul verdiyini və birlikdə gedib 349,9 qram metamfetamin psixotrop maddəsini təhvil aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İstintaq hərəkətinin gedişini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqi 171- 178). İşə əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili 3 nəfər oxşar şəxsin fotoşəkili ilə şübhəli şəxs Şahid3 təqdim edildikdə o, həmin şəxsin fotoşəkilini tanıyaraq ifadəsində göstərdiyi Qurban adlı şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəqi 84- 85). Cinayət işinə əlavə edilmiş və 01 fevral 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, həmin iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini qeyd edib göstərmişdir ki, çantasında aşkar olunan psixotrop maddə ilə onun əlaqəsi olmamış, çantada olmasından belə xəbəri olmamışdır. Hava limanına da elə həmin çanta ilə gəlmiş, Türkiyənin hava limanından sərbəst keçmiş, amma çantanın qollarında belə bir şey olacağından xəbəri olmamışdır. İttihamda göstərilən çanta onun şəxsi çantası olmuş, içində olan paltarlar ona aid olmuşdur. O, özü bilet almağa getmiş, aeroport işlərini hazırlamış, çantanı da strecləyib gətirməsi üçün Qurbana vermişdir. Hava limanlarında dəfələrlə olsa da, təyyarə ilə dəfələrlə uçsa da, strecləmə işinin harda aparıldığını bilmədiyindən o, həmişə yüklərini çöldə strecləyib hava limanına hazır aparmışdır. Ona görə də çantanı strecləyib gətirməsi üçün Qurbana vermişdir. Çanta normal bel çantası olmuş, çanta strecli formada olduğu üçün o, elə qulpundan tutub baqaja təhvil vermiş, qollarını isə Bakıda görmüşdür. Çantada belə bir şey ola biləcəyini ağlına belə gətirmədiyindən o, çantanı aparata qoyub keçmişdir. Bakıda özü gömrük nəzarətindən keçmiş, sonra baqaj bölməsindən çantanı götürmüşdür. Az sonra nəzarətçi ona yaxınlaşıb çantanı aparata qoymasını tələb etmişdir. Onun heç bir narazılığı olmadığı üçün etiraz bildirməmiş, çantanı aparata qoymuş, aparatdan keçmiş, lakin nəzarətçi çantanı yenidən aparata qoymağı, həmçinin onun telefonunu və xarici pasportunu təqdim etməyi istəmişdir. Bundan sonra çanta yoxlanılmış, başqa yerlərinə deyil, yalnız qollarına baxmışlar. Təqsirləndirilən Şahid3 ifadəsinin davamında göstərmişdir ki, ifadələrində qeyd etdiyi Qurban adlı şəxsin ona borcu olmuşdur. Belə ki, o, Qurbanın yerinə onun tanışı olan Elmar adlı şəxsin borcunu bağlamış və Qurban ona borclu qalmışdır. Sonra Qurban ona telefon işləri olduğunu demiş, bu işləri görə bilməsi üçün ondan pul istəmiş və o, etiraz etməyib bir neçə dəfə Qurbana pul göndərmişdir. Dəfələrlə pul göndərməsinə baxmayaraq, onu aldadıb pullarını verməmişdir. Bu kimi hallara görə, yanvarın 4-də özü Türkiyəyə getmiş, elə həmin gün onunla görüşmüş, pulunu tələb etmiş və həmin vaxt onun yalanının üstü açılmış və telefon işi ilə məşğul olmadığı müəyyən edilmişdir. Ona görə də aralarında bir az söz-söhbət, yəni mübahisə olmuşdur. X5 paltar gətirilməsi ilə bağlı məsələlərə görə Vano adlı şəxslə də o, tanış etmişdir. Elə telefonda yazışmalarının olması da buradan irəli gəlir. Onlar öz aralarında iş görmüş, amma onların işinin ona aidiyyatı olmamışdır. Sadəcə Qurban həmin adamın da pulunu alıb onu aldatdığı üçün yazışmalarda da onunla bəzi danışıqları olmuşdur. O, Vano ilə Moskvada tanış olmuş, onları əsgər yoldaşı tanış etmişdir. Vano Moskvada bazarla əlaqəli işlər görmüş, lakin Vano ilə aralarında psixotrop maddə alqı-satqısı olmamış, Türkiyədən psixotrop maddənin alınması, Rusiyaya daşınması və orada satılması ilə bağlı aralarında hər hansı bir söhbət olmamışdır. Vano ilə qeyrisi arasında narkotik vasitələrin və ya psixotrop maddələrin alqısatqısı ilə bağlı sövdələşməyə bu və ya digər formada vasitəçilik etməmişdir. Qurbanın ona təxminən 8-9 minə yaxın borcu olsa da, o, Qurbanla hər hansı narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı etməmişdir. O, ibtidai istintaqda Qurbanla aralarında olan yazışmalar barədə izahat vermiş, narkotik vasitənin ona aid olmadığını demişdir. Təqsirləndirilən şəxs Şahid3 ifadəsinin davamında daha sonra göstərmişdir ki, onun Qurbanla tanış elədiyi adam ona zəng edib, Qurbanın ona narkotik vasitənin satışı ilə bağlı təklif etdiyini bildirmişdir. Deməsinə görə, Qurban narkotik tapıb ona göndərməliymiş. Sadəcə Qurban bu adla kişidən pul almış, onları da əvvəldən o, tanış etdiyindən kişi ona zəng edib Qurbanın ondan pul alıb qaytarmadığını, ona gündə bir yalan dediyini demişdir. O, Vanonun dediklərin Qurbana demiş, o da, onu da aldadıb pulunu aldıqlarını və qaytarmadıqlarını demişdir. O, Qurbanı Türkiyədən deyil, Bakıdan tanımış, Qurbanın belə bir hərəkət edə biləcəyi onun ağlına belə gəlməmişdir. Onun başqa bir ehtimalı qalmamış, çantaya narkotik vasitəni Qurbanın qoyduğunu qətiləşdirmişdir. Belə ki, Qurban aralarında olan mübahisəyə və pul borcuna görə onun çantasına bilərəkdən psixotrop maddə yerləşdirmişdir. Psixotrop maddə tapılana qədər çantada belə bir şeyin olduğunu o, bilməmişdir. Təqsirləndirilən Şahid3 ifadəsinin davamında daha sonra göstərmişdir ki, saxlanılarkən və ya cinayət işinin ibtidai istintaqı zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Lakin buna baxmayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs Şahid3 həmin ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müddətdən artıq Həqiqi Hərbi xidmət Qulluqçusu kimi işə başlamış, İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş, “Vətən Müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, 3 il 4 ay ordu sıralarında xidmət etdikdən sonra tərxis olunmaq qərarına gəlmişdir. Tərxis olunduqdan sonra iş tapmaqda çətinlik çəkmiş, bu səbəbdən müxtəlif işlərdə, taksi və başqa fəaliyyətlərlə məşğul olaraq ailəsinin dolanışığını təmin etmiş, şəxsi ehtiyacları üçün bir neçə şəxsdən borc pul almışdır. Borclu olduğu şəxslərə pullarını qaytara bilməmiş, bu səbəbdən təxminən 2022-ci il sentyabr ayında işləmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə gedib orada tanışı Vano adlı şəxsin vasitəsilə meyvə-tərəvəz parniki ilə satış məntəqələri arasında yüklərin daşınmasını həyata keçirmək üçün işə qəbul olunmuşdur. Həmin yerdə çoxlu sayda vyetnamlılar çalışmış, onlar gecə-gündüz dayanmadan, fasiləsiz işləmiş, aradabir onların 2-3 nəfərlik qruplar şəklində harasa yoxa çıxıb bir neçə dəqiqə sonra qayıtdıqda yenə enerjili şəkildə işə davam etdiklərini müşahidə etmişdir. Bu barədə Vanodan soruşduqda, Vano vyetnamlıların “patı” adlanan narkotik vasitə istifadə edib bu şəkildə işləyə bildiklərini demişdir. Vanonun əsli azərbaycanlı olmuş, vaxtı ilə Gəncə şəhərində yaşamış, həm rus dilində də yaxşı bilmiş, həm də vyetnamlılarla ünsiyyəti olmuşdur. Əvvəlcə o, vyetnamlılardan biri ilə danışıb “patı” təşkil etsə müştəri kimi alıbalmayacaqlarını soruşmuş, həmin şəxs ala biləcəklərini demiş, sonra o, Vano ilə məsləhətləşib Türkiyədən “patı” gətizdirib vyetnamlılara satıb pul qazanmaq fikri olduğunu bildirmişdir. Vano yaxşı fikir olduğunu demiş və “patı”nı nümunə kimi almaq üçün 200 ABŞ dolları pul vermişdir. Həmin hadisə təxminən 2022-ci ilin noyabr ayına təsadüf etmişdir. Türkiyənin İstanbul şəhərində yaşayan Qurban Şükürov adlı tanışı hər cür ara işləri, vasitəçilik işləri ilə məşğul olmuşdur. Qurbanla +**********67 nömrəsi ilə “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlayaraq 150-180 ABŞ dolları məbləğində “patı” təşkil edib Moskvaya göndərə bilib-bilməyəcəyini soruşmuş, Qurban təşkil edəcəyini bildirmişdir. “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə Turkiyəyə Qurbanın verdiyi hesaba 200 ABŞ dolları pul köçürmüş, bir qədər sonra Qurban onunla əlaqə saxlayaraq göndərdiyi malın İstanbul şəhərinin Aksaray bölgəsində karqoda tutulduğunu, bir neçə gün sonra yenidən göndərəcəyini bildirmişdir. Bir neçə gündən sonra Qurbanın paltar yükü adı ilə göndərdiyi, içərisində narkotik vasitə olan bağlamanı Moskva şəhərinin Vnukova bölgəsindən təhvil almış, Qurban içərisində paltar olan bel çantasının çiyinə asılan qollarının içərisinə narkotik vasitələri qoymuş və çantanın üzərini lentlə sarımışdı. Çantanın qollarının içərisindən 5 ədəd həb və bir qədər kristal şəkilli “patı” adlanan narkotik vasitə olmuş, həmin maddələri Vano ilə birlikdə vyetnamlılara vermişdir. O, işi Vano ilə birlikdə görmüş, vyetnamlılara etibar etməmişdir. Vyetnamlılar narkotik vasitələri ondan almış, 1-2 gündən sonra narkotikin zəif olduğunu, lakin istifadə etməyin mümkün olduğunu demişlər. Onlardan xərclədiyi 200 ABŞ dollarını almış, sonra Vano həmin vyetnamlılar üçün 400 qram “patı” narkotik vasitəsi təşkil etmək üçün ona 4000 ABŞ dolları pul vermişdir. Türkiyəyə Qurbanın verdiyi hesaba 4000 ABŞ dolları pul köçürmüş və 400 qram “patı” təşkil edib eyni qaydada Moskvaya göndərməsini bildirmişdir. 1-2 gündən sonra eyni qaydada, içərisində paltar olan bel çantasını Moskva şəhərinin Vnukova bölgəsindən təhvil almış və çantanın çiyinə asılan qollarının içərisində gizlədilmiş 2 bağlamada narkotik vasitəni götürüb Vano ilə birlikdə vyetnamlılarla görüşmüşlər. Vyetnamlılar gətirdiyi “patı”dan nümunə kimi biraz götürüb yoxladıqdan sonra əlaqə saxlayacaqlarını demişlər. 1 gün sonra vyetnamlılarla görüşmüşlər, onlar verdiyi “patı”nın yaxşı mal olmadığını, istəmədiklərini demişlər. Dərhal Qurbanla əlaqə saxlayıb alıcıların malı bəyənmədiklərini və almaq istəmədiklərini demiş, Qurban narkotik vasitəni aldığı adamlarla danışıb əlaqə saxlayacağını demişdir. Bu məzmunda Qurbanla bir neçə gün danışmış, sonda məsələnin alınmadığını görüb özü İstanbula gedib Qurbanla görüşmək və məsələni həll etmək qərarına gəlmişdir. Qurbanın göndərdiyi narkotik vasitələri eyni qaydada çiyin çantasının qollarında gizlədərək 2022-ci ilin noyabr ayının sonlarında Moskva-İstanbul aviareysi özü ilə İstanbul şəhərinə aparmış, orada Qurbanla görüşüb malı ona vermiş, Qurban narkotik vasitədən başı çıxan bir adam çağırmış, həmin şəxs narkotik vasitədən bir qədər qaşığa qoyub qızdıraraq əritmiş və bunun kauçuk olduğunu, onları aldatdıqlarını demişdir. Qurban həmin adamların aradan çıxdıqlarını, onları tapa bilmədiklərini demişdir, Vanoya bu barədə məlumat verib aldadıldıqlarını demiş, Vano bir qədər gözləməyi və ona təkrar mal almaq üçün pul göndərəcəyini demiş, lakin bir müddət gözləməyinə baxmayaraq Vano pul göndərməmiş, yeni ilə ərəfəsi olduğu üçün o, bayramı keçirmək üçün Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin ilk günlərində Qurban onunla əlaqə saxlayaraq keyfiyyətli “patı” təşkil edə biləcəyini bildirib ona İstanbula gəlməyini təklif etmişdir. O, tanışlarından 3000 ABŞ dolları borc alıb xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə İstanbula gedərək Qurbanla görüşmüşdür. Qurbanın tapdığı “patı” narkotik vasitəsindən nümunə kimi vyetnamlılara verməsi üçün Moskvaya Vanoya göndərmişlər. Vano vyetnamlıların malı bəyəndiklərini və göndərməyini demişdir. O, 2400 ABŞ dollarını Qurbana verib ondan 350 qram “patı” almış, bunu Moskvada 5-6 min ABŞ dolları qiymətinə satmağı düşünmüşdür. Malı karqoya verməyə hazırlaşarkən Vano zəng vurub vyetnamlıların amfetamin və ya ketamin istədiklərini demiş, o isə sadəcə bu maldan tapa bildiyini demiş, Vano isə bu “patı” narkotik vasitəsindən vyetnamlıların azı 1 kiloqram almaq istədiklərini, bundan aşağı miqdarı almayacaqlarını demişdir. Belə olan halda o, nə edəcəyini bilməmiş, artıq narkotik vasitənin pulunu verdiyindən son anda narkotik vasitəni Bakı şəhərinə gətirib, bir yol tapıb satıb pulunu çıxarıb aldığı borcu qaytarmağı qərarlaşdırmışdır. “Patı” narkotik vasitəsi rulon halında 2 bükümdə olmuş, həmin bükümləri içərisində şəxsi əşyaları olan bel çantasının qollarının içərisində gizlətmiş və xx.xx.2023-cü il tarixdə Bakı vaxtı ilə saat 03:10 uçuşu ilə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. İstanbulda aeraportda olarkən tanımadığı bir şəxs ona yaxınlaşaraq ondan Bakı şəhərinə bir ədəd “İphone 13” markalı mobil telefon aparmağı xahiş etmiş, o, həmin şəxsin xahişini qəbul edərək həmin mobil telefonu əlində götürdüyü kiçik ölüçülü qara rəngli çantanın içərisinə qoymuşdur. Telefonu ona verən şəxs onu Bakıda Hava Limanınında qarşılayacaqlarını bildirmiş, onun mobil telefon nömrəsini həmin götürərək Bakıya çatdıqda onunla əlaqə saxlayacaqlarını bildirmişdir. O, telefonu qəbul etmiş, İstanbul aeroportunda çantasını baqaja vermiş, Bakı vaxtı ilə saat 03:10 radələrində təyyarəyə minmiş, saat 06:30 radələrində Bakıya çatmış, mobil telefonun şəbəkəsi aktiv olan kimi mənə “Whatsapp” proqramı vasitəsilə ona ********** nömrəsindən sms gəlmiş, yazan şəxs təyyarənin endiyini soruşmuş, sonra səs mesajı göndərərək aeraportda olduğunu açıq havaya çıxılan yerdə sol tərəfdə dayandığını, baqaj yükünü götürüb çölə çıxan vaxt ona xəbər etməyi istəmiş, o da razılaşmışdır. Sonra lentin üzərindən baqaj yükünü götürdükdən sonra “yaşıl kanal”a doğru irəlilədiyi zaman gömrük əməkdaşı onu saxlayaraq “qırmızı kanal”a yönləndirmişdir. Əşyaları rentgen qurğusundan keçdikdə gömrük əməkdaşı çantasında şübhəli təsvirlər əks olunduğu üçün çantasına yoxlama keçiriləcəyini bildirmiş, çantanın beldən asılma yerlərinə ətraflı baxış keçirilməsi üçün onu yoxlama otağına dəvət etmişlər. Videoçəkilişdən istifadə etməklə keçirilən yoxlama zamanı ona məxsus üzərində “escape” yazısı olan bel çantasının sağ qolundan bir bağlama və sol qolundan 1 bağlama olmaqla ümumilikdə 2 bağlama sellofan falqaya bükülmüş rulon şəklində yığılmış içərisində “şüşə” adı ilə bilinən narkotik vasitələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitə çəkildikdə qablaşdırma ilə birlikdə 368 qram olduğu müəyyən olunmuş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Şahid3 tədqiq olunan ifadəsində əlavə olaraq bildirmişdir ki, Vano ilə ortaq tanışlar vasitəsilə Moskvada iş tapmaq məqsədilə tanış olmuş, axır vaxtlar aralarında bu məsələlərə görə narazılıq olduğu üçün əlaqəni kəsmiş, həmin şəxsin Moskva şəhərində harada yaşadığını bilməmişdir. Qurban iş yoldaşının dostu olmuş, səhv etmirsə soyadı Şükürov olmuş, uzun müddətdir İstanbulda olmuş, ailəsi Xırdalan şəhərində kirayə yaşamış, +**********67 telefon nömrəsindən istifadə etmişdir. Qurban deməsinə görə Azərbaycana qanunsuz maddələr göndərməmişdir. Bel çantasının sağ və sol qollarının içərisində psixotrop maddəni gömrük nəzarətindən keçirmək üsulu ilə bundan əvvəl 2 dəfə Qurban İstanbuldan hava yolu ilə Moskvaya narkotik vasitə göndərmiş, bir dəfə də o, bu üsulla mən narkotik vasitəni Moskvadan İstanbula aparmışdır. Beləliklə onda bu yolla narkotik vasitəni Bakı şəhərinə gətirə biləcəyi barədə arxayınlıq yaranmışdır. Narkotik vasitələrdən, psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Əvvəldən niyyəti həmin psixotrop maddəni Moskva şəhərinə aparıb vyetnamlılara satmaq olmuş, lakin son anda onlar almaqdan imtina etmişlər. O, nə edəcəyini bilməmiş, həmin maddəni özüilə Bakıya gətirib bir yolla satmağı düşünmüşdür. Həmin psixotrop maddəni Bakıya gətirəcəyindən Qurbanın, Vanonun və ya başqa bir şəxsin məlumatı olmamışdır. O, Rəsul Əliyevi tanımamış, sadəcə ona verilən mobil telefonu həmin şəxsə verməli olmuşdur. Həmin şəxsin ondan aşkar edilən psixotrop maddə ilə heç bir əlaqəsi olmamış, təsadüfi şəkildə bir nəfər İstanbul aeroportunda ona Bakı şəhərinə aparmağı üçün qutuda “İphone” markalı telefon vermiş və Rəsul həmin telefonu Bakı şəhərində aeroportun çıxış qapısında ondan təhvil almalı olmuşdur. qeyd olunan psixotrop maddəni Bakı şəhərində satmaq barədə heç bir plan qurmamış, bir yol tapıb satmağı və heç olmasa sonuncu aldığı 3000 ABŞ dollarını qaytarmağı ümid etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakıda qaynının toyu olacaqdı və mütləq iştirak etməli olmuşdur. 2400 ABŞ dolları pul verib aldığı “patı”nı İstanbulda kiməsə etibar edib saxlamaq üçün verməyə ürəyi gəlməmişdir. Təqsirləndirilən şəxs Şahid3 tədqiq olunan ifadəsində əlavə olaraq bildirmişdir ki, Təbriz Babazadəni 10 ildən artıq müddətdir tanımış, həmin şəxsin xalasıoğlu Asif ilə əsgər yoldaşı olmuş, beləliklə Təbrizlə dostluqları yaranmış, Təbriz həm də onun oğlunun kirvəsi olmuşdur. Təbriz Babazadə “Elmlər Akademiyası” yaxınlığında dönərxana işlətmiş, Moskva şəhərində meyvə al-veri etmək üçün həmin şəxsdən 5000 manat borc pul almış, lakin işi alınmamış və pulu batırmışdır. xx.xx.2023-cü il tarixdə İstanbul şəhərinə gedəcəyini Təbrizə deməmiş, yalandan Lerikə toya getdiyini demişdir. Təbriz Babazadə ondan pulunu qaytarmağı tələb etmiş, qazancına uyğun Təbrizə pay verməyi düşünmüşdür. Təbriz Babazadənin onun psixotrop maddə qaçaqmalçılığı işinə heç bir aidiyyəti olmamış, bu məsələlərdən həmin şəxsin məlumatı olmamışdır. Əlibəy onun əsgər yoldaşı olmuş, Moskva şəhərində marketdə satıcı işləmiş, onun üçün Moskva şəhərində işi həmin şəxs tapmışdır. Təbrizdən aldığı 5000 manat pulla Şəki şəhərindən qarpız alıb Moskvaya göndərmiş, orada sataraq ziyan etmiş, sonra payız aylarında nar və xurma alaraq Moskva şəhərinə göndərmiş, İrandan mandarin alıb Moskvada satmağı düşünmüşdür. Təbriz Moskva şəhərindəki adamların onu aldadacağından, pulunun batacağından ehtiyat etdiyini deyərək alveri burada etməsini bildirmişdir. Təbrizlə aralarında sadəcə borc məsələsi olmuş, mesajlarda meyvə al-veri barədə danışmışlar. Təbrizin onun narkotik vasitə, psixotrop maddə satmağı, Azərbaycana gətirməsi barədə heç bir məlumatı olmamış, bu məsələni o, hər kəsdən gizli saxlamışdır. Tanışlarından onun bu işlə məşğul olması barədə yalnız Təqsirləndirilən şəxs1 məlumatı olmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı zaman üzərində olan 349 qram metamfetamin psixotrop maddəsini Qurbandan almış, həmin şəxsə bu maddəni Moskvaya aparıb vyetnamlılara satacağını demişdir (cild 5, iş vərəqə 65-81). Cinayət işinə əlavə edilmiş X10 Aeroportunun «T1 terminalı»nda tərtib edilmiş 11 yanvar 2023-cü il tarixli yoxlama və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Şahid3 gömrük nəzarətindən “yaşıl kanal” buraxılış sistemi vasitəsilə keçərkən hərəkətləri şübhə doğurduğu üçün yoxlama keçirilməsindən ötrü “qırmızı kanal” buraxılış sisteminə yönləndirilmişdir. Şahid3 məxsus, müşayiət olunan baqajla gələn, tutacağına TK 326569 nömrəli baqaj birkası yapışdırılmış, üzərində “Escape” yazılmış qara rəngli bel çantası rentgen qurğusundan keçirilən zaman, çantanın hər iki qolunun daxilində şübhəli maddənin təsvirləri monitorda əks olunduğuna görə həmin çantada olan geyim əşyaları boşaldılmış və boş çanta təkrar rentgen aparatından keçirilmişdir. Şübhəli maddənin çantanın qollarına olmasına dair çantanın qollarında gizlədildiyinə əsaslı şübhələr yarandığına görə Şahid3 əşyalarının yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuşdur. Orada videoçəkilişdən istifadə edilməklə keçirilən yoxlama zamanı Şahid3 məxsus çantanın qolları bıçaqla kəsilmiş, hər birinin içərisində bir ədəd olmaqla uzunsov formada yapışqan lentlə bükülmüş vəziyyətdə cəmi iki ədəd gömrük nəzarətindən gizlədilmiş bağlama aşkar olundu. Birinci bağlama açıldıqda içərisində qəhvəyi rəngli süngərə bükülmüş vəziyyətdə, qablaşdırma ilə birlikdə çəkisi 240 qram olan, psixotrop maddəyə oxşar, ağ rəngli, kristal şəklində maddə, ikinci bağlama açıldıqda içərisində qəhvəyi rəngli süngərə bükülmüş vəziyyətdə, qablaşdırma ilə birlikdə çəkisi 128 qram olan, psixotrop maddəyə oxşar, ağ rəngli, kristal şəklində maddə aşkar edilmişdir. Yoxlama zamanı qeydə alınmış videogörüntünün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 22-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 6/156 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi N001559” yazı və imzalar olan DGK-ya məxsus polietilen paketdə 2 ədəd qəhvəyi rəngli bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 119,90 qram və 230 qram olmaqla, ümumi çəkisi 349,90 qram olan ağ rəngli kristalşəkilli, maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatdan sonra metamfetamin psixotrop maddəsinin qalıq çəkisi 349,80 qram təşkil etmişdir. İbtidai istintaq orqanının 16 yanvar 2023-cü il tarixli qərarı ilə X10 Aeroportunun T1 terminalında Şahid3 aşkar edilərək götürülmüş 2 bağlamada, ümumi təmiz çəkisi cəmi 349,90 qram təşkil edən metamfetamin psixotrop maddəsi və və cinayətin törədilməsində alət və vasitə kimi istifadə edilmiş üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantası iş üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalan 349,8 qram çəkidə metamfetamin psixotrop maddəsi məhkəmənin yekun qərarınadək saxlanılması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, cinayətin törədilməsində alət və vasitə kimi istifadə edilmiş, üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantası isə “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 61-65, 158-159). Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli hökmü ilə iş üzrə maddi sübutların taleyi həll olunmuş, Şahid3 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 349,8 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilmiş, üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantası isə Şahid3 ailə üzvlərinə qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli 5189 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 179-181). Cinayət işində olan baxış keçirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskdə 2 nəfər şəxs arasında aşağıdakı məzmunda danışıq olduğu müəyyən edilmişdir. 1-ci səs faylı: Şəxs 1: Hamı özünü fikirləşirsə, bildin necə? Mənə keçən dəfə deyirdi ki, onun bura aidiyyəti yoxdur. Dedim Allah canını sağ eləsin, gətir ver, mən aparım Nurlana 11 minimi verim. Düzdü qardaş? Şəxs 2: aysağol. Şəxs 1: mən aparım sənin yanında. Nurlan, səhvdir eləmişəm, kiminsə oyununa düşmüşəm, qardaş, mənim belə şeyim dünənə kimi olmayıb. Açığını bilmək istəyirsənsə bil. Məni arxayın elədilər, ona görə mən də götürdüm bunu. Mən yazmışam, Telmanın mesajı da qalıb məndə, qayıdır deyir ki, mən heç hara gələsi deyiləm, yenə başlamasınlar, nə bilim neynəsinlər. mən necə ki, səni yoluna qoyur guya, sən də get oranı yoluna qoy. Şəxs 2: mən indi o söhbəti açacam, Mübariz. Deyəcəm nəyi yoluna qoymusan? Nə yolunda gedir axı? Heç nə yolunda getmir axı. Şəxs 1: Ay qardaş, açe, başıva dönüm sənin aç. Telmandan alım, Telmanın özüylə gətirim sənin pulunu verim. 2-ci səs faylı: Şəxs 1: Deyir sənə görə mən Qurbana pul vermişəm. Şəxs 2: Kim deyir? Şəxs 1: Telman deyir. Deyir belə Qurbanı başdan tanımır. Sən söhbəti başdan bilirsən bilmirsən bilmirəm. Şəxs 2: Bilirəm, qəşəng bilirəm. Şəxs 1: Hə, deyir, mən sənə görə vermişəm. dedim vermisən, qardaş, yaxşı eləmisən, Allah canını sağ eləsin. Mən nə qədər yemişəm ordan? 11 min pul deyil? Səndə nə qədərdir? 12 min. Düzdür? Gətir ver. Mən onunla Gənclikdə görüşdüm. Dedim, qaqaş, gətir ver, heç onda səninlə danışmamışdım. Dedim gətir ver, aparım Şəhriyarın pulunu verim. Ya mənə ver, ya da apar Şəhriyarın özünə ver. Şəxs 2: Ay sağol. Təqsirləndirilən şəxs3 həmin danışıqların hər ikisində 1-ci şəxsin özü olduğunu etiraf etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs vurulmuş 26600 manat maddi ziyan məbləğindən 11000 manatın onun tərəfindən ələ keçirildiyini özü danışıq zamanı etiraf etmişdir (cild 4, iş vərəqi 42-43). Cinayət işində olan 10 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollarla müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 22200 manat pulu etibardan sui-istifadə etmə və dələduzluq yolu ilə ünvan 10 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Ravon” markalı ağ rəngli **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ələ keçirmişlər. Bundan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 4300 manat pulu etibardan sui-istifadə etmə və dələduzluq yolu ilə ünvan 7 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının yanında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Ravon” markalı ağ rəngli **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ələ keçirmişlər. 10 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollarla müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və dələduzluq yolu 26400 manat pulu ünvan 11 ünvanında yerləşən torpaq sahəsinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs”dən çıxarış hazırlanması adı ilə ələ keçirmişlər. İstintaq hərəkətləri zamanı aparılmış videogörüntülərin olduğu disklər protokollara əlavə edilmişdir (cild 4, iş vərəqi 227-262). Şahid2 ərizə ilə istintaq orqanına müraciət edərək bildirmişdir ki, ona məxsus olmuş ünvan 11 ünvanında yerləşən 400 kv.m. torpaq sahəsinə çıxarış və tikintiyə icazə sənədi hazırlanması üçün Şahid1 və Zərərçəkmiş şəxs verdiyi 65000 manat pulu onlar tam şəkildə qaytarmış, ona qarşı heç bir dələduzluq, aldatma törədilməmiş, bu məsələ ilə bağlı Şahid1 və Zərərçəkmiş şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 5, iş vərəqi 63). Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi ilə ünvan 12 ünvanında yerləşən 400 kv.m. torpaq sahəsi X7 tərəfindən Şahid2 satılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ikinci Alatava, Məhəmməd Xiyabani 94 ünvanında Şahid2 məxsus olan həyətyanı sahədə fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən çəkilmişdir. Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs AR-İİN 435317 №-li notarial etibarnamə verilmişdir. ünvan 14 ünvanında yerləşən 0,0315 ha torpaq sahəsindəki 87,80 kvadratmetr sahəsində ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X6 tam mülkiyyətində olmuşdur. X12 tərəfindən ünvan 14 ünvanında yerləşən 0,0315 ha torpaq sahəsindəki 87,80 kvadratmetr sahəsində evin barəsində hüquqların Şahid2 ötürülməsi barədə AR-İİN 637860 №-li, xx.xx.2023-cü il tarixli notarial etibarnamə verilmişdir. ünvan 14 ünvanında yerləşən 0,0315 ha torpaq sahəsindəki 87,80 kvadratmetr sahəsində ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla X9 tam mülkiyyətinə keçirilmişdir (cild 4, iş vərəqə 12-40). Elektron məhkəmə portalından əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər, Təqsirləndirilən şəxs3 himayəsində isə bir nəfər azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli və 19 sentyabr 2023-cü il tarixli tələbnamələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmadıqları müəyyən edilir (cild 1, iş vərəqi 233 və cild 4, iş vərəqə 91). İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 8 ay 9 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli CM-nin 178.2.4, 178.1-ci maddələrinə tövsif edilmiş və qəti olaraq 3 il 9 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 2 il 3 aya endirilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarına əsasən qeyd olunan hökm dəyişdirilmiş və hökmlə ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilmiş, CM-nin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməmiş, həmçinin CM-nin 66.3-cü maddəsinin müddəaları hökmdən xaric edilmiş və qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün dəlillər gətirərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, Şahid3 psixotrop maddə satmadığını, həmin cinayət əməlinin törədilməsinə aidiyyəti olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin müdafiəsi üçün dəlillər gətirərək, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə özləri təqsirli bilmədiklərini, Zərərçəkmiş şəxs qarşı dələduzluq etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri yuxarıda qeyd olunan dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, həmin dəlillər məhkəmə baxışı zamanı, eləcə də ibtidai istintaq zamanı araşdırılmış və öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən, Şahid3 cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2022-ci ilin təxminən noyabr ayında Türkiyənin İstanbul şəhərində yaşayan Qurban Şükürov adlı tanışı ilə “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlayaraq 150-180 ABŞ dolları məbləğində “patı” təşkil edib Moskvaya göndərə bilib-bilməyəcəyini soruşmuş, Qurban təşkil edəcəyini bildirmişdir. “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə Türkiyəyə Qurbanın verdiyi hesaba 200 ABŞ dolları pul köçürmüş, bir qədər sonra Qurban onunla əlaqə saxlayaraq göndərdiyi malın İstanbul şəhərinin Aksaray bölgəsində karqoda tutulduğunu, bir neçə gün sonra yenidən göndərəcəyini bildirmişdir. Bir neçə gündən sonra Qurbanın paltar yükü adı ilə göndərdiyi, içərisində narkotik vasitə olan bağlamanı Moskva şəhərinin «Vnukovo» bölgəsindən təhvil almış, Qurban içərisində paltar olan bel çantasının çiyinə asılan qollarının içərisinə narkotik vasitələri qoymuş və çantanın üzərini lentlə sarımışdır. Çantanın qollarının içərisində 5 ədəd həb və bir qədər kristal şəkilli “patı” adlanan narkotik vasitə olmuş, həmin maddələri Vano ilə birlikdə vyetnamlılara vermişdir. O, işi Vano ilə birlikdə görmüş, vyetnamlılara etibar etməmişdir. Vyetnamlılar narkotik vasitələri ondan almış, 1-2 gündən sonra narkotikin zəif olduğunu, lakin istifadə etməyin mümkün olduğunu demişlər. Onlardan xərclədiyi 200 ABŞ dollarını almış, sonra Vano həmin vyetnamlılar üçün 400 qram “patı” narkotik vasitəsi təşkil etmək üçün ona 4000 ABŞ dolları pul vermişdir. Türkiyəyə Qurbanın verdiyi hesaba 4000 ABŞ dolları pul köçürmüş və 400 qram “patı” təşkil edib eyni qaydada Moskvaya göndərməsini bildirmişdir. 1-2 gündən sonra eyni qaydada içərisində paltar olan bel çantasını Moskva şəhərinin «Vnukovo» bölgəsindən təhvil almış və çantanın çiyinə asılan qollarının içərisində gizlədilmiş 2 bağlamada narkotik vasitəni götürüb Vano ilə birlikdə vyetnamlılarla görüşmüşlər. Vyetnamlılar gətirdiyi “patı”dan nümunə kimi bir az götürüb yoxladıqdan sonra əlaqə saxlayacaqlarını demişlər. 1 gün sonra vyetnamlılarla görüşmüşlər, onlar verdiyi “patı”nın yaxşı mal olmadığını, istəmədiklərini demişlər. Dərhal Qurbanla əlaqə saxlayıb alıcıların malı bəyənmədiklərini və almaq istəmədiklərini demiş, Qurban narkotik vasitəni aldığı adamlarla danışıb əlaqə saxlayacağını demişdir. Bu məzmunda Qurbanla bir neçə gün danışmış, sonda məsələnin alınmadığını görüb özü İstanbula gedib Qurbanla görüşmək və məsələni həll etmək qərarına gəlmişdir. Qurbanın göndərdiyi narkotik vasitələri eyni qaydada çiyin çantasının qollarında gizlədərək 2022-ci ilin noyabr ayının sonlarında Moskva-İstanbul aviareysi özü ilə İstanbul şəhərinə aparmış, orada Qurbanla görüşüb malı ona vermişdir. Qurban narkotik vasitədən başı çıxan bir adam çağırmış, həmin şəxs narkotik vasitədən bir qədər qaşığa qoyub qızdıraraq əritmiş və bunun kauçuk olduğunu, onları aldatdıqlarını demişdir. Qurban həmin adamların aradan çıxdıqlarını, onları tapa bilmədiklərini demişdir. Özü Vanoya bu barədə məlumat verib aldadıldıqlarını demiş, Vano bir qədər gözləməyi və ona təkrar mal almaq üçün pul göndərəcəyini demiş, lakin bir müddət gözləməyinə baxmayaraq Vano pul göndərməmiş, o isə, yeni ilə ərəfəsi olduğu üçün bayramı keçirmək üçün Bakı şəhərinə qayıtmışdır. 2023-cü ilin ilk günlərində Qurban onunla əlaqə saxlayaraq keyfiyyətli “patı” təşkil edə biləcəyini bildirib ona İstanbula gəlməyi təklif etmişdir. O, tanışlarından 3000 ABŞ dolları borc alıb xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə İstanbula gedərək Qurbanla görüşmüş, 2400 ABŞ dollarını Qurbana verib ondan 350 qram “patı” almış, bunu Moskvada 5-6 min ABŞ dolları qiymətinə satmağı düşünmüşdür. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Qurban iş yoldaşının dostu olmuş, səhv etmirsə soyadı Şükürov olmuş, uzun müddətdir İstanbulda olmuş, ailəsi Xırdalan şəhərində kirayə yaşamış, +**********67 telefon nömrəsindən istifadə etmişdir. 11 yanvar 2023-cü il tarixli fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi haqqında protokolla Təqsirləndirilən şəxs1 fotoşəkili 3 nəfər oxşar şəxsin fotoşəkili ilə şübhəli şəxs Şahid3 təqdim edildikdə, o, həmin şəxsin fotoşəkilini tanıyaraq ifadəsində göstərdiyi Qurban adlı şəxs olduğunu bildirmişdir. Üzləşdirmə zamanı Şahid3 cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təsdiq edərək 2023-cü ilin yanvar ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində Təqsirləndirilən şəxs1 metamfetamin psixotrop maddəsi müqabilində 2400 ABŞ dolları verdiyini və birlikdə gedib 349,9 qram metamfetamin psixotrop maddəsini təhvil aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Şahid3 məhz Təqsirləndirilən şəxs1 onun üçün metamfetamin psixotrop maddəsi təşkil etməsini bildirməsi əsasında həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, külli miqdarda 349,9 qram metamfetamin psixotrop maddəsini qanunsuz olaraq satış məqsədilə əldə etmək müqabilində Təqsirləndirilən şəxs1 2400 ABŞ dolları pul vermiş və həmin psixotrop maddəni sonuncudan qanunsuz olaraq satış məqsədilə əldə etmişdir. İş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 349,9 qram çəkidə psixotrop maddə metamfetaminin satışını törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin psixotrop maddəni məlum olmayan mənbədən əldə edərək Şahid3 satmaq məqsədilə sonuncunu Türkiyə Respublikasının İstanbul şəhərinə dəvət etmiş, 2400 ABŞ dolları müqabilində həmin psixotrop maddəni Şahid3 qəsdən satmışdır. Məhkəmə iclasında həmçinin Təqsirləndirilən şəxs2 təqsirsizliyi barədə gətirdikləri dəlillər yoxlanılmış, həmin dəlillər də öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha deyərək onu ifşa etmiş və göstərmişdir ki, torpağa sənəd düzəldilməsi ilə bağlı məsələni ilk olaraq Telmanla danışmış, Telman bu işi həll etməyin mümkün olduğunu ona demiş, Qurbanın bu işi həll edə biləcəyini isə Mübariz bildirmişdir. 22000 manat pulu o, sayıb əlbəəl maşında Telmana, 200 manatı isə maşından çöldə Qurbana vermişdir. Həmin vaxt Telman ona zəng vurub Qurbanın və Mübarizin pulu götürməyə gəldiyini, pulu götürəcəklərini, sənədin hazır olacağını demişdir. Həmin pulu məhz Telmanın deməsinə əsasən Qurbana və Mübarizə vermiş, Telman hətta ona çatmalı olan 1400 manat pulu Mübarizə verməyi bildirmişdir. O, Telman nə deyibsə, onu da etmiş, Telman pulu verməyini deyib işin düzələcəyinə onu əmin etdiyi üçün onun 26600 manat pulu ortada itib-batmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Mübariz və Qurbanı Şəhriyar ona görə tanımış, ona inandığına görə həmin şəxslərə pul vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində və Təqsirləndirilən şəxs3 ilə üzləşmə zamanı bildirmişdir ki, 22000 manat pulu Zərərçəkmiş şəxs sayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə ona vermişdir. Çünki qarşı tərəf onu tanımamış və ona güvənməmişdir. Şəhriyar pulu sayıb Telmana vermiş, sonuncu isə qabağa ötürmüşdür. Daxil olmuş tələbnamə ilə Təqsirləndirilən şəxs2 əvvəllər 2 dəfə dələduzluq cinayətlərini törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunduğuğu, sonuncu dəfə isə hazırkı iş üzrə məhkəmə baxışı getdiyi dövrdə başqa bir dələduzluq cinayətini törətdiyinə görə yenidən məhkum olunduğu müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökm üzrə sübuta yetirilmiş cinayət əməlini zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə mülkiyyətində olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi müqabilində “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”ndə çalışan tanıdığı şəxslər olması adı ilə zərərçəkmiş şəxsdən 170000 manat pulu ələ keçirməsi ilə bağlı olmuşdur. Bu isə, Təqsirləndirilən şəxs2 məhz torpaq sahələrinə müvafiq sənədlərin əldə edilməsi adı ilə digər şəxslərin etibarından sui-istifadə etməsi və onlara qarşı dələduzluq etməsi əməlləri ilə məşğul olması və cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona xeyli miqdarda, yəni 26600 manat maddi ziyan vurmaları bir daha öz təsdiqini tapır. Eyni zamanda, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirsizliyi barədə dəlillər də məhkəmədə yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha deyərək onu ifşa etmişdir. Zərərçəkmiş şəxs ifadəsinə görə, Mübariz özü də bilmişdir ki, o, 22000 manat pulu sayıb Telmana vermişdir. Sonra Telman həmin pulu Mübarizə, sonuncu isə Qurbana vermişdir. Sonradan Telman onun verdiyi puldan cəmi 11000 manatı Mübarizin yediyini, qalan 15000-dən bir qədər artıq hissəsini isə Qurban yediyini demişdir. Sonra Mübariz də 11000 manatı yediyini etiraf etmiş, sonra onların aralarında nə isə borc, faiz haqq-hesabı çıxmışdır. Mübariz Telmana demişdir ki, “pulu mənə qaytar aparım Şəhriyargilin pulunu verim”. Həmin pulun 11000 manatını Mübarizə yemişdir. Bunu Telman da, Mübariz də təsdiq etmiş, bununla bağlı səs yazısı və yazışma olmuşdur. Onların arasında olan borc məsələsinin ona aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs3 isə göstərmişdir ki, Şəhriyar çox şeyi düzgün danışmış, bəzi şeyləri düzgün danışmamışdır. Belə ki, o, Qurbanı gətirmiş, Şəhriyar bu məsələni açıb ona dedikdə, o, məsələnin onluq olmadığını, Qurbanın sabah gələcəyini, onunla özünün danışmağını demişdir. Həmin gün Qurbanın gəlməyi alınmamış, ertəsi gün həmin çayxanada bir daha görüşmüşlər. Şəhriyar Qurbanı ona görə tanımış, əvvəllər münasibətləri olmamış, o da, Şəhriyarı Telmana görə tanımışdır. Qurbana belə bir iş olduğunu, bu işi görməyi o, deməmiş, orada bu barədə söhbət etmişlər. Ertəsi gün o, Qurbanı Şəhriyargilin məhəlləsinə gətirmiş, Şəhriyar pulu sayıb Qurbana vermişdir. Şəhriyarın dediyi səs yazısı mövcud olmuşdur. Sonuncu dəfə Qurban həbsdən çıxdıqdan sonra o, Şəhriyargilə getməyi, kim nə yeyibsə, pulunu verməyi təklif etmişdir. Şəhriyarın pulundan o, Telmana çatası puldan həkimə vermək üçün almışdır. Qurban işin hazır olduğunu demiş, o, Şəhriyara iş hazır olduğunu, payına düşəni verməyi demişdir. Telman həmin vaxt İrana getmiş, o, Telmana borc pul vermişdir. O, Şəhriyarın yanında Telmanla danışaraq ehtiyacı olduğunu, onun pulunu götürməyi demiş, Telman da razılıq vermişdir. Telman Şəhriyardan əvvəldən 100 manat pul almış, ona 1400 manat pul çatmalı olmuş, o, Şəhriyardan ümumi 1500 manat öz payına düşəni və 1400 manat Telmanın payını, cəmi 2900 manat əlbəəl pul götürmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha deyərək onu ifşa etmiş və göstərmişdir ki, sənəd saxta çıxdıqdan sonra o, Mübarizə hər ikisinin ehtiyacı olduğunu, bu pulu götürüb xərcləməyi demiş, Mübariz də razılaşaraq aldıqları pulun 11000 manatını Mübarizin götürdüyünü, qalan 15500 manatın isə ona qaldığını bildirmişdir. Mübarizə 11000 manat pul qalmış, sonra Mübariz həmin pulun əvəzində Telmanın 12000 manat borcunu bağlamış və Telmanla razılaşmışdır ki, Şəhriyarın pulunu Telman ödəsin. Bu məsələni Mübariz Şəhriyar və Nurlana da bildirmişdir. 22000 manat pulu Zərərçəkmiş şəxs sayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə ona vermişdir, çünki qarşı tərəf onu tanımamış və ona güvənməmişdir. Şəhriyar pulu sayıb Telmana vermiş, sonuncu qabağa ötürmüşdür. O, Mübarizə sənədin saxta olduğunu deyib pulu yeməyi təklif etmiş, Mübariz də təbii olaraq onun təklifi ilə razılışmışdır. 26600 manatın 19600 manatı onun üzərində, qalan 7000 manat isə Telmanın üzərində olmuşdur. Təqsirləndirilən şəxs3 isə bildirmişdir ki, o, Qurbandan borcunu istəmiş, Qurban borcunu qaytarmış, bu işin alınacağına onlar əmin olmuş, pul ortada yeyilib getmişdir. Təqsirləndirilən şəxs Rzayev X3 Əliyev tərəfindən təqdim olunmuş diskdə olan danışıqların hər ikisində 1-ci şəxsin özü olduğunu etiraf etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs vurulmuş 26600 manat maddi ziyan məbləğindən 11000 manatın onun tərəfindən ələ keçirildiyini özü danışıq zamanı etiraf etmişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri dəlilləri onların cinayət məsuliyyətindən yayınmaq və ya məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 12.3,234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.4-cü maddələri ilə verilmiş ittihamlar üzrə təqsiri ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslərin törətdikləri əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 12.3,234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarına əsasən qeyd olunan hökm dəyişdirilmiş və hökmlə ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilmiş, CM-nin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməmiş, həmçinin CM-nin 66.3-cü maddəsinin müddəaları hökmdən xaric edilmiş və qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək olan müddətdə həbsdə və ev dustaqlığında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olmuşlar. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət prosessual-qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 3 ay 17 gün, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin şübhəli şəxs qismində həbsdə olduqları 2 gün onlara təyin olunacaq cəza müddətlərinə daxil edilməklə çıxılmalı, onların hər birinin üzərində çəkilməsi üçün qəti cəzalar müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə cəzanın başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 19 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı hökmün çıxarıldığı 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 sentyabr 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddia qaldıraraq, cinayət nəticəsində vurulmuş 26.600 manat məbləğində pul vəsaitinin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, mülki iddia qaldırılarkən iddia ərizəsinin forma və məzmununa dair mülki-prosessual qanunvericiliyinin müddəalarına əməl olunsa da, qaldırılmış iddiaya görə müvafiq dövlət rüsumu ödənilməmiş, həmçinin iddia qaldırmış şəxsi dövlət rüsumunu ödəməkdən azad edən şəxs olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs hər üç təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırsa da, iddianın konkret şəxslərin hər birinə münasibətdə hansı məbləğdə ziyanın ödənilməsi tələbini qoymamışdır. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı mülki iddiası baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə maddi sübutların - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, məhkum Şahid3 bel çantasının qollarından aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 349,8 qram psixotrop maddə metamfetaminin və "Azərterminalkompleks" Birliyinin anbarında saxlanılmaqla məhkum Şahid3 məxsus üzərində "Escape" sözü yazılmış bir ədəd qara rəngli bel çantasının taleyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 noyabr 2023-cü il tarixli hökmü üzrə həll edilməsi nəzərə alınmalıdır. Həmçinin, cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 12.3,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 12.3,234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 3 ay 17 gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq 7 (yeddi) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarı ilə 5 il müddətə endirilmiş azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırkı iş üzrə 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq 6 (altı) il 11 (ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 sentyabr 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırkı iş üzrə 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və cəzanın başlanğıcı hökmün çıxarıldığı 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübutların - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmaqla məhkum Şahid3 bel çantasının qollarından aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 349,8 qram psixotrop maddə metamfetamin və "Azərterminalkompleks" Birliyinin anbarında saxlanılmaqla məhkum Şahid3 məxsus üzərində "Escape" sözü yazılmış bir ədəd qara rəngli bel çantasının taleyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 noyabr 2023-cü il tarixli hökmü üzrə həll edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar