Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1520/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər X13 və X2 iştirakı ilə, 02.02.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 16.02.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X21 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı X14 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan "Səttar’" adlı İran İslam Respublikası vətəndaşına 18 aprel 2021-ci il tarixdə “Million” ödəmə terminalı vasitəsi ilə ümumilikdə 620 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan ünvanda yerləşdirdiyi beş ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 1,086 qram, 0,429 qram, 1,709 qram və 0,205 qram olmaqla cəmi təmiz çəkisi 3,739 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 18 aprel 2021-ci il tarixdə axşam saatlarında özü, Əliabbas Abbasov isə 19 aprel 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində istintaqa məlum olmayan ünvanda yerləşdirilmiş yerdən iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,700 qram və 11,624 qram olmaqla cəmi təmiz çəkisi 16,324 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Ə.Abbasovla əvvəldən razılaşdıqları kimi satış məqsədi ilə əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, cəmi təmiz çəkisi 20,063 qram olan həmin narkotik vasitə- külli miqdarda heroini ayrı-ayrı şəxslərə satmaqla bağlı öz aralarında məsləhətləşmələr aparmaq üçün 20 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində sonuncu ilə görüşmüş, bir qədər sonra ünvan 5 ünvanı qarşısında olarkən saat 18:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Əliabbas Abbasovla birlikdə saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasında üzərilərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qısaqol gödəkcənin sol iç cibindən beş ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 1,086 qram, 0,429 qram, 1,709 qram və 0,205 qram olmaqla cəmi təmiz çəkisi 3,739 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, X4 əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən isə bir ədəd gümüşü rəngli elektron tərəzi, iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,700 qram və 11,624 qram olmaqla cəmi təmiz çəkisi 16,324 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən cəmi təmiz çəkisi 20,063 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. X14 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı X21 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Səttar” adlı İran İslam Respublikası vətəndaşına 18 aprel 2021-ci il tarixdə “Million” ödəmə terminalı vasitəsi ilə ümumilikdə 620 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan ünvanda yerləşdirdiyi beş ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 1,086 qram, 0,429 qram, 1,709 qram və 0,205 qram olmaqla cəmi təmiz çəkisi 3,739 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 18 aprel 2021-ci il tarixdə axşam saatlarında Bəhrəm Rüstəmov, özü isə 19 aprel 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində istintaqa məlum olmayan ünvanda yerləşdirilmiş yerdən iki ədəd sellofan bükümdə, ayrı-ayrihqda təmiz çəkiləri 4,700 qram və 11,624 qram olmaqla cəmi təmiz çəkisi 16,324 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq B.Rüstəmovla əvvəldən razılaşdıqları kimi satış məqsədi ilə əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, cəmi təmiz çəkisi 20,063 qram olan həmin narkotik vasitəkülli miqdarda heroini ayrı-ayrı şəxslərə satmaqla bağlı öz aralarında məsləhətləşmələr aparmaq üçün 20 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində sonuncu ilə görüşmüş, bir qədər sonra ünvan 5 ünvanı qarşısında olarkən saat 18:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Bəhrəm Rüstəmovla birlikdə saxlanılaraq Yasamal RPİ- nin 27-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasında üzərilərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi, iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,700 qram və 11,624 qram olmaqla cəmi təmiz çəkisi 16,324 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, X10 əynində olan qara rəngli qısaqol gödəkcənin sol iç cibindən isə beş ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 1,086 qram, 0,429 qram, 1,709 qram və 0,205 qram olmaqla cəmi təmiz çəkisi 3,739 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən cəmi təmiz çəkisi 20,063 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitə satışı ilə məşğul olmamış. Narkotik vasitə olan heroini şəxsi istifadə üçün tanımadığı iranlı Səttar adlı şəxsdən onun dediyi karta ödəniş etməklə alırdı. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl yenə şəxsi istifadəsi üçün təqribən 15 qram narkotik vasitə olan heroin almışdı. Həmin narkotik vasitəni hər dəfə 4- 5 qram olmaqla istifadə etməyi nəzərdə tutumuşdu. Saxlanıldığı gün yaşadığı evdə idi və polis əməkdaşları evinə daxil olaraq onu polis bölməsinə apardılar. Tərəzi də aşkar olundu, tərəzini narkotik vasitəni istifadə edərkən doza həddini aşmamaq məqsədilə kütləsini ölçmək üçün istifadə edirdi. Onun dostu Bəhrəmdə narkotik vasitə olduğundan xəbəri olmayıb. Polis əməkdaşları onları eyni vaxtda və eyni yerdə olarkən saxlamayıblar. O polis əməkdaşları tərəfindən saxlanılarkən evində idim. Bəhrəm ondan əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. O saxlanıldıqdan sonra polis əməkdaşları ondan onun ünvanını soruşublar, lakin o deməyib. Bu vaxt yaşadığı evin sahibi polis əməkdaşlarını görüb onlara onun evimi göstərib. Bundan sonra onlar onun evinə gəldilər və onu polis bölməsinə apardılar. . Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X21 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə satışı ilə məğul olmamış. Bir müddətdir ki, narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl təqribən 3,5 qram narkotik vasitəni öz şəxsi istifadəsi üçün Səttar adlı şəxsdən almışdı. O yaşadığı məhhələdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldı və onlara üzərində olan narkotik vasitəni təhvil verdi. Bundan sonra onlar onu döyərək təzyiq göstərdilər. Ondan Əliabbasın yaşadığı evi göstərməyini istədilər. Bu vaxt onun yaşadığı evin sahibi səs-küyü eşidib çölə çıxdı və Əliabbasın evini göstərdi. Əliabbasla birgə narkotik vasitə satışı ilə məşğul olmamış. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, X14 və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Abbasov Əliabbasın narkotik vasitədən istifadəsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış əməliyyat qrupunun tərkibində o, Babayev Anar və Əliyev Səttar iştirak edirdi. Bakı şəhəri Yasamal rayonu ərazisində Əliabbası aşkar etdilər, onun yanında Bəhrəm də var idi. Onların şəxsiyyətini müəyyən etdikdən sonra Əliabbasa Yasamal rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirdilər və onu polis bölməsinə dəvət etdilər. Həmin vaxt Əliabbasın yanında olan Bəhrəm Əliabbasın tanışı olduğunu dedi və özünü şübhəli apardığından onu da polis bölməsinə dəvət etdilər. Hər ikisi bununla razılaşdı. Polis bölməsinə getdikdən sonra orada onlara müdafiəçi təyin edilməklə şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Bundan sonra onların üzərinə şəxsi axtarış keçirildi. Əliabbas üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki şalvarın cibindən özünə məxsus hərbi bileti, 1 ədəd mobil telefonu, əynində olan gödəkcənin cibindən iki ədəd sellofan bükümləri və həmin gödəkcənin digər cibindən 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoydu. Əliabbas bildirdi ki, təqdim etdiyi həmin iki ədəd sellofan bükümdə olan kütlələr narkotik vasitə heroindir, onu əslən iranlı olan Səttar adlı şəxs ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin bank kartı hesabına “Million” ödəmə terminalı vasitəsi ilə 500 manat pul köçürmüş və bunun müqabilində həmin şəxs onun üçün Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində xatırlamadığı yerdə həmin iki ədəd sellofan bükümdə narkotik vasitə heroini gizlətmiş, o da həmin yerə gedərək həmin sellofan bükümləri götürmüş və üzərində saxlamışdır. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofan bükümlər açılmış, bükümlərin içərisindən qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra Əliabbasın təqdim etdiyi iki ədəd bükümlər elektron tərəzidə çəkildi və çəkilərinin 12 qram və 5 qram olduğu müəyyən edildi. Həmin bükümlər qablaşdırılaraq möhürlənib götürüldü. Daha sonra Bəhrəmin üzərinə şəxsi axtarış keçirilməyə başladı. Bəhrəm əynindəki gödəkcənin cibindən 1 ədəd mobil telefonu və həmin gödəkcənin digər cibindən 1 ədəd qutunu masanın üzərinə qoydu. Bəhrəm təqdim etdiyi qutu açılaraq ona baxış keçirildi və həmin qutunun içərisindən 5 ədəd sellofan bükümlər aşkar edildi. Bəhrəm bildirdi ki, təqdim etdiyi qutudan aşkar edilmiş həmin beş ədəd sellofan bükümdə olan kütlələr narkotik vasitə heroindir və onları o əslən iranlı olan Səttar adlı şəxs ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin bank kartı hesabına “Million” ödəmə terminalı vasitəsi ilə 120 manat pul köçürmüş və bunun müqabilində həmin şəxs onun üçün Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində xatırlamadığı yerdə həmin beş ədəd sellofan bükümlərdə narkotik vasitə heroini gizlətmiş, o da həmin yerə gedərək həmin sellofan bükümləri götürmüş və qutuya yerləşdirərək üzərində saxlamışdır. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofan bükümlər açılmış, bükümlərin içərisindən qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra Bəhrəmin təqdim etdiyi beş ədəd büküm də elektron tərəzidə çəkilmiş və bükümlərin ümumi çəkisinin təxmini 4 qram olduğu müəyyən edildi. Sonra isə Bəhrəm tərəfindən təqdim edilmiş bükümlər zərfə qoyulub möhürlənərək götürüldü. Üzərilərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 şahid X25 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər X21 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan axtarış və götürmə zamanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X14 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus hərbi biletini, sol yan cibindən 1 ədəd “Honor” markalı özünə məxsus mobil telefonunu, əynindəki qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, qısa qol gödəkcəsinin sol yan cibindən isə 1 ədəd gümüşü rəngli elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmiş və həmin əşyalar götürülmüşdür. Daha sonra Ə.Abbasovun üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə zamanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X21 əynində olan qara rəngli qısa qol gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu, qısa qol gödəkcəsinin sol iç cibindən qara rəngli dəri qutunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra onun təqdim etdiyi qara rəngli dəri qutuya baxış keçirilmiş və içərisində 5 ədəd sellofan büküm olması aşkar edilmişdir. Aşkar edilmiş həmin əşyalar götürüldükdən sonra B.Rüstəmovun üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 21.04.2021-ci il tarixli 6/1566 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan;üzərində “Əliabbas Abbasovun üzərindən aşkar edilmiş...” sözləri və imzaları qeyd edilmiş kağız paketin içərisində iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 4,700 qram, 11,624 qram ümumi təmiz çəkisi 16,324 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Bəhram Rüstəmovun üzərindən aşkar edilmiş...” sözləri və imzaları qeyd edilmiş kağız paketin içərisində 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,310 qram, 1,086 qram, 0,429 qram, 1,709 qram, 0,205 qram ümumi təmiz çəkisi 3,739 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 7 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin öz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Əliabbas Abbasovun və Bəhrəm Rüstəmovun üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspert tədqiqatı zamanı Əliabbas Abbasovdan və Bəhrəm Rüstəmovdan götürülmüş ümumi təmiz çəkisi 20,063 qram olan heroindən 0,35 qram çəkidə heroin tədqiqata sərf edilmiş, tədqiqatdan sonra 19,713 qram heroin qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 07.05.2021-ci il tarixli 1016 saylı rəyindən görünür ki, X11 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X11 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X11 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. X21 törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. X21 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X10 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X10 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 07.05.2021-ci il tarixli 1002 saylı rəyindən görünür ki, X5 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. X5 emosional davamsız şəxsiyyət pozuntusu qeyd edilmişdir. X14 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X5 qeyd edilən emosional davamsız şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. X4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. X4 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 14.07.2021-ci il tarixli 2333 saylı rəyindən görünür ki, X5 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan edilmiş məhkəmə-narkoloji ekspertizasının 14.07.2021-ci il tarixli 2335 saylı rəyindən görünür ki, X11 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-kompüter texniki ekspertizasının 27.05.2021-ci il tarixli 5/429 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekran “Android 4.4.2” əməliyyat sistemi ilə təchiz olunmuş “X39 2 Plus” markalı “SM- G350E” modelli “**********93796, **********93794” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X39 2 Plus” markalı “SM-G350E” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio və sairə fayllar) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). Təqdim edilmiş “X39 2 Plus” markalı “SM-G350E” modelli mobil smartfonun yaddaşında sosial şəbəkələrə aid proqram təminatı müəyyən olunmadı. Cinayət işində olan məhkəmə-kompüter texniki ekspertizasının 27.05.2021-ci il tarixli 5/430 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran ‘Android" əməliyyat sistemi ilə təchiz olunmuş “Honor” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “JAT-LX1” modelli mobil smartfonun hal-hazırkı vəziyyətdə ekran (displey) hissəsi təyinatı üzrə istifadəyə yararlı deyildir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Honor” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “JAT-LX1” modelli mobil smartfonun yaddaşında hər hansı bir (telefon nömrələri, daxil olan, çıxan və buraxılmış zənglər və “SMS” mesaj) məlumatın olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işindən müəyyən olunur ki, X4 istifadəsində olan “702020759” saylı və X10 istifadəsində olan “705577473” saylı mobil nömrələrə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən 03.06.2021-ci il tarixli AZF/LGL- 14193/21 nömrəli məktub ilə daxil olmuş 01 ədəd CD diskin yaddaşında əks edilmiş 01.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixinədək olan anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilmişdir. “702020759” saylı mobil nömrəyə göndərilmiş sms mətnlərindən görünür ki, 05.04.2021-ci il tarixdə saat 00:23-də həmin mobil nömrəyə “**********22” saylı mobil nömrədən “Men getdim” mətnli, həmin tarixdə saat 01:27-də həmin mobil nömrəyə X15 məxsus “**********78” saylı mobil nömrədən “Menem elcin” mətnli, həmin tarixdə saat 06:26-da “**********51” saylı mobil nömrədən “Abas qaqaşım pis ağrayıram. vallah” və “Nolar goturde teli.adboy vermede.kontur axiridi viso” mətnli mesajlar daxil olmuşdur. 07.04.2021-ci il tarixdə saat 04:21-də həmin mobil nömrəyə **********32 saylı mobil nömrədən “abas yeke oqlansan diyirem aqriyiram adamsanda” mətnli, həmin tarixdə saat 22:14-də **********99 saylı mobil nömrədən “Qaqaw var yoxunu sikim vidadi oynayib mende 5 deq olar bilmiwem behruznan bir yerde oynuyublar. Ala delisen sozum o 5 manata ya azeri gonder verim yada 1”, “5 deq doz mama gildeyem cixim vurum karta oyna” və “Ala got got daniwma men hec ele wey eliyerem dalbayobsan. Sms yaz gozduyurem” mətnli, həmin tarixdə saat 22:48-də **********99 saylı mobil nömrədən “Men sene zeng veranda yaz gonder. Narahat olma sen mene komey eledun hec men ele wey eliyerem delisen qaqaw” mətnli mesajlar daxil olmuşdur. 13.04.2021-ci il tarixdə həmin mobil nömrəyə X20 məxsus **********66 saylı mobil nömrədən “Men CLXDİM” mətnli, həmin tarixdə saat 21:14-də X18 məxsus **********17 saylı mobil nömrədən “X47 X30 X40 X28 X43 X46 Alim Gelim” mətnli mesaj daxil olmuşdur. 14.04.2021-ci il tarixdə həmin mobil nömrəyə X18 məxsus **********17 saylı mobil nömrədən “X48 İstiyirik Gelek?” mətnli və həmin tarixdə saat 11:45-də sonuncu mobil nömrədən “Cixim Men” mətnli mesajlar daxil olmuşdur. 16.04.2021-ci il tarixdə saat 20:30-da həmin mobil nömrəyə **********47 saylı mobil nömrədən “Abas menem Züleyxa bidene meni yigda” mətnli, həmin tarixdə saat 22:00-da sonuncu mobil nömrədən “qapidayuug” mətnli və saat 22:34-də “Abass hrda qaldun ???” mətnli mesajlar daxil olmuşdur.18.04.2021-ci il tarixdə saat 08:35-də həmin mobil nömrəyə **********47 saylı mobil nömrədən “Abas yoldayam men gelirem ora” mətnli mesaj daxil olmuşdur. “702020759” saylı mobil nömrədən çıxan sms mətnlərindən görünür ki, 03.04.2021-ci il tarixdə saat 23:25-də həmin mobil nömrədən **********99 sayh mobil nömrəyə “Qaqash niye bele eliyirsen teli goturmursen bele elemede” mətnli, 04.04.2021ci il tarixdə saat 23:01-də X18 məxsus **********17 saylı mobil nömrəyə “Mənəm aga” mətnli, 05.04.2021-ci il tarixdə saat 00:20-də “**********22” sayh mobil nömrəyə “Qaqaş gözdürəme hele” və “Danşa bilmirem” mətnli, həmin tarixdə saat 04:09-da **********09 sayh mobil nömrəyə “Sen anovin cani aç nigaranam senöl” mətnli, həmin tarixdə saat 05:26-da **********31 saylı mobil nömrəyə “Gəlirəm cema se rmj km” mətnli, 07.04.2021ci il tarixdə saat 21:31-də **********99 saylı mobil nömrəyə “Hecbiwey serxan canun sagolsun durub mem istinniqerdew kimi inanmagimnan isdifade eliyirsuz nolar qaqaw men qoyunam axi qoy pul otursun sora gonderde diyerler adama prosda xetruve deyer die birbawa gonderdimki eele bilmiyesen inanmiram”, “Ele weyinde axiri gelir bura qeder cixardir” və “Nebilim qaqaw baxda nece mesletdi elede ele axrinci konturumdu buda” mətnli, 14.04.2021-ci il tarixdə saat ll:21-də X18 məxsus **********17 saylı mobil nömrəyə “X48 istiyi” mətnli, həmin tarixdə saat 21:34-də X22 məxsus **********96 saylı mobil nömrəyə “Ala bicbala ac telide cixib gedir biui” və “Azer neslini sikim seni oqeder ddoyerem oğlan gedir uje wey cixsa eldrn incime” mətnli mesajlar göndərilmişdir. “705577473”saylı mobil nömrəyə göndərilmiş sms mətnlərindən görünür ki, 04.04.2021-ci il tarixdə saat 22:48-də həmin mobil nömrəyə X12 məxsus **********74 saylı mobil nömrədən “Qəhbə in yaninda danişa bilmirsən bayaqdan elə bildin orxan di acdin başa duşdum narahat eləmərəm tema daliycan gedirdim day taksi caqirdi coxsaqol divara işiyənin hörməti sənin yanunda hörməti olar bizim hec nəysə saqol” mətnli, 08.04.2021-ci il tarixli saat 20:46-da X9 məxsus **********22 saylı mobil nömrədən “Menem abas” mətnli, 10.04.2021-ci il tarixdə saat 13:13-də X22 məxsus **********96 saylı mobil nömrədən “Bəhram mənəm Azər qaqaş.Nə vaxt gələceysən getməy istiyirdime” mətnli, 14.04.2021-ci il tarixdə saat 06:21-də X23ma məxsus **********74 saylı mobil nömrədən “gətir mənim nəyim var ver acarida ver lazimdi temalarida istəmirəm qalani pulu halal xoşun mən yatiram acari gətir ver evə de simaya verin maşinda qalib” məntli, 17.04.2021-ci il tarixdə saat 06:22-də **********09 sayh mobil nömrədən “4169 7385 6423 6473” və “İmkan olsa 4 vur” mətnli, 18.04.2021-ci il tarixdə saat 04:34-də **********26 saylı mobil nömrədən “Mənəm etibar” mətnli, 19.04.2021-ci il tarixdə saat 21:29-da X23ma məxsus **********74 saylı mobil nömrədən “077.318.76.76 bəşir maşinin nömrsini uaz göndər gözduyur” mətnli mesajlar daxil olmuşdur. “705577473”saylı mobil nömrədən çıxan sms mətnlərindən görünür ki, 01.04.2021-ci il tarixdə saat 20:31-də həmin mobil nömrədən X16 məxsus **********81 saylı mobil nömrəyə “İndi məşqulam. Mənə sms yaz.” mətnli, 04.04.2021-ci il tarixdən 07.04.2021-ci il tarixinədək müddət ərzində X23ma məxsus **********74 saylı mobil nömrəyə “bizim hec nəysə sa men sen doylem”, “gelirsen foreseen bugun”, “sima besdi meni sizin men sene cetindi sizin demisem cox gel gedey”, “sima tez menyi yg6” və “sima mene tel deyesen edirdim Anna ne dedi ebi yox bu gun Putin her seye for nece son qoylacay” mətnli, 07.04.2021-ci il tarixdə X19ma məxsus **********22 saylı mobil nömrəyə “gelem ora” mətnli və 19.04.2021-ci il tarixdə saat 21:33də X6ma məxsus **********76 saylı mobil nömrəyə “Besir salam qardaş masnin nomresi 99sZ 665 behremdi” mətnli mesajlar göndərilmişdir. Cinayət işində olan 20 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarlardan müəyyən olunur ki, X21 və X4 barələrində həbs etmənin 20 aprel 2021-ci tarixdən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan tələbnamədən və məhkəmə hökmündən görünür ki, X14 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Cinayət işində olan tələbnamədən görünür ki, X10 adma DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X33 oğluna və X27 oğluna cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər X14 və X10 özlərini narkotik vasitənin satış məqsədi ilə əldə etməmələrinə dair verdiyi ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X10 və X27 oğlunun törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər X4 və X33 oğlunun narkotik vasitənin istifadəsində əməllərindən peşman olmalarını iş üzrə cəzasını yüngülləşdiriən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər X4 və X33 oğlunun əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən etlmədi Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 19,713 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntülər köçürülmüş 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk, X8 götürülmüş 1 ədəd “X39 2 Plus” markalı “SM-G350E” modelli **********93796 və **********93794 saylı İMEİ kodları olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, X8 götürülmüş 1 ədəd “X39 2 Plus” markalı “SM-G350E” modelli **********93796 və **********93794 saylı İMEİ kodları olan mobil telefon və X3 götürülmüş 1 ədəd “Honor” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “JAT-LX1” modelli mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat 65 (altmış beş) X14 və X8 müştərək qaydada alınaraq dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat 65 (altmış beş) X14 və X8 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Yasamal RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 19,713 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk, X8 götürülmüş 1 ədəd “X39 2 Plus” markalı “SM-G350E” modelli **********93796 və **********93794 saylı İMEİ kodları olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, X8 götürülmüş 1 ədəd “X39 2 Plus” markalı “SM-G350E” modelli **********93796 və **********93794 saylı İMEİ kodları olan mobil telefon və X3 götürülmüş 1 ədəd “Honor” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “JAT-LX1” modelli mobil telefon onların yaxın qohumlarına qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov Düzdür Hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1520/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1520/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver