Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1521/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 12, mənzil 92-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq internet informasiya ehtiyatlarından istifadə etməklə “İnstagram” sosial şəbəkəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında yerləşən poçtun yaxınlığında 01 ədəd şəffaf sellofanın içərisində 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,780 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 04:30-da ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 7,780 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 fevral 2023cü il tarixdə narkotik vasitə almaq məqsədilə Əhmədli qəsəbəsinə getmişdir. Həmin gün o, Əhmədli ərazisində narkotik vasitə almış və narkotik vasitəni aldıqdan sonra binanın qarşısında dayanmışdır. Bu vaxt Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər. Həmçinin polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə getməli olduğunu ona bildirmişlər. O da polis əməkdaşları ilə razılaşaraq polis əməkdaşları ilə birlikdə 34-cü Polis Şöbəsinə getmişdir. 34-cü Polis Şöbəsinin polis əməkdaşları onu saxlayan zaman onun üzərində ümumi çəkisi 09 qram olan narkotik vasitə olmuşdur. 34cü Polis Şöbəsinin əməkdaşları ona qarşı hər hansı formada fiziki və mənəvi işgəncə göstərməmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar olunmuş narkotik vasitələrin növü, çəkisi və narkotik vasitə tərkibli bükümlərin sayı ittiham aktında düzgün göstərilmişdir. O, üzərində olan narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. O, 7-8 aydır ki, narkotik vasitələrdən istifadə edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitələri satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün almış, üzərindən çıxan və ümumi çəkisi 09 qram olan narkotik vasitəni ünvan 4 ünvanında yerləşən binanın həyətində dayanan bir nəfərdən almış, həmin şəxsin adı bildiyinə görə Vaqif olmuş, əvvəllər də Vaqifdən narkotik vasitə almış, onun üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaması, aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmişdir. O, digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu Xətai RPİ-nin 34-cü PŞ-nə aparmış və orada Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar edilmişdir. Xidməti vəzifələrinin icrası ilə əlaqadar gün ərzində demək olar ki, 3-4 dəfə narkotiklərlə bağlı iş olur, buna görə də o, baxılan cinayət işi ilə əlaqədar bütün xüsusatları dəqiqliklə xatırlamır. Bu səbəbdən də o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, 24 fevral 2023-cü il tarixdə, saat 04:30 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumat əsasında əməliyyat keçirmiş və keçirilmiş tədbir nəticəsində onlar zahiri əlamətləri “İbrahim” adlı şəxsin əlamətlərinə uyğun olan bir şəxsin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanının yaxınlığında hərəkət etdiyini müşahidə etmişlər. Sonra onlar həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İbrahim X8 RPİ-nin 34-cü PŞ-yə dəvət olunmuşdur. Şöbədə həmin şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında nömrəsiz evdə yaşayan, əvvəllər məhkum olunmamış, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Əli oğlu olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz üzərində daşıması və istifadə etməsində şübhəli şəxs qismində saxlanılması izah olunmuşdur. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz maddə olduğu təqdirdə könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı sellofana bükülmüş halda 1 (bir) ədəd qəhvəyi rəngli spesifik iyə malik və 1 (bir) ədəd ağ rəngli kristallşəkilli maddələr olan bükümü təqdim edib bildirmişdir ki, üstündən aşkar olunan maddələr narkotik vasitə sayılan heroin və metamfetamindir, həmin narkotik vasitələri tanışı olan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən kart hesabına xx.xx.2023-cü il tarixdə 250 manat pul köçürməklə əldə etmişdir. Belə ki, “Rza” adlı şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanındakı poçtun yanında olan qarajın yanına həmin narkotik vasitələri qoyduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən yerdən sözügedən narkotik vasitələri götürdükdən sonra elə həmin ünvanda saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmin zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığından düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı digər Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması barədə daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tərdbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə və 1 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1116 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 38-39) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152 dairəvi möhür əksi və”... Təqsirləndirilən şəxs - imza, üç imza; Tərtib etdi: Abbasov Fərid imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 7,780 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,942 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005ci il 28 iyuntarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-145/2023 saylı qərarından (cild 1, iş vərəqə 69-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama barədə 1374 nömrəli rəydən (cild 1, iş vərəqə 83-84) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 55-1/2- 4017 saylı cavab məktubundan (cild q, iş vərəqə 96) görünür ki, Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Rza” adlı şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə tədbir görülsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqənda protokoldan (cild 1, iş vərəqə 106-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il, saat 19:30:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “İmkan.varsa.mene.vereceyin.temadan.biraz.tok.falqaya.pis.gundeyem.girerem.blok a.xais.eliyirem.qardasımsan” məzmunda, xx.xx.2022-ci il, saat 20:07:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardasım.men.st.razindeyem.sencani.hazirlas.dusen.kimi.nokde.atacam.tez.duser sende.imkan.varsa.tel.sonur” məzmunda, xx.xx.2022-ci il, saat 10:33:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “İbis basva donm cvb ver olurem agridan sef eledim hede basa dusde nolarki.eliyirem.qardasimsan” məzmunda, xx.xx.2023-cü il, saat 15:27:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “1 cet kola 1 cet p istirler das yocdusa 2 dene cet kola xeber gozdurler menden” məzmunda, xx.xx.2023-cü il, saat 01:21:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “sabaha nolar mene birsey tapaqda cekim nolar basim s...lib basimi yaxsi isdemir Gic olmusam” məzmunda ismarıc (mesaj) göndərilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 125-131) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilməsi, həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,680 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 1,892 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Nokia 6310” markalı mobil telefon onun atası Natiq Əliyevə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə yenidən ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 135-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2018-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5121/2018 saylı qətnaməsinin surətindən (cidl 1, iş vərəqə 90-92) görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər 154 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3689/2019 saylı qətnaməsinə dair verilmiş çıxarışdan (cidl 1, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx.xx.2018-ci ildə bağlanmış nikah pozulmuşdur. Xasiyyətnamədən (cild 1, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən və dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:30-da ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə zamanı onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 7,780 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadə verərək xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən həqiqətən də üzərində 01 ədəd bükümdə təmiz çəkisi 7,780 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram olan psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Polis Şöbəsində onun üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çəkisini, həmin vasitə və maddənin saxlanıldığı bükümlərin sayını, aşkarlanmış vasitə və maddənin növünü, eləcə də həmin vasitə/maddənin ona məxsus olmasını mübahisələndirməmişdir. Əksinə şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu könüllü şəkildə imzalamaqla Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamininin ona məxsus olmasını təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək üzərindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,780 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram olan psixotrop maddə metamfetaminin olmasını, göstərilən vasitə və maddəni öz istifadəsi üçün aldığını, eləcə də heç vaxt narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında araşdırılmış mesajların məzmunundan açıq aşkar məlum olmuşdur ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs jarqon terminlər vasitəsi ilə müraciət edərək müxtəlif növdə və çəkilərdə narkotik vasitə və psixotrop maddələr istəmişlər. Təqsirləndirilən şəxs göndərilmiş mesajların təhlili ona dəlalət edir ki, müxtəlif şəxslər ona müraciət edərək əvəzli şəkildə ondan narkotik vasitə və psixotrop maddələr almaq istəmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram təşkil edən psixotrop maddə metamfetami məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Əks nəticəyə gəlmək üçün başqa hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hal, yəni üzərindən aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram təşkil edən psixotrop maddə metamfetamini onun şəxsi istifadəsi üçün əldə etməsi barədə bildirdiyi məlumatlar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında külli miqdarda təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməməsini iddia edərkən səmimi olmamış və məsuliyyətdən yayınmaq məqsədi ilə bu hissədə yalan ifadə vermişdir. Aşkar edilmiş külli miqdarda təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,942 qram təşkil edən psixotrop maddə metamfetaminin çəkisi, həmin vasitə və maddənin istifadə edilməsi üçün yararlı olması, müxtəlif şəxslərlə onun arasında jarqon terminlərdə ifadə olunan narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə danışıq aparılması onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 1 (bir) azyaşlı uşağının olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə isə qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,680 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 1,892 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,680 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 1,892 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1521/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1521/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver