Məhkəmə qərarları › İş №1(101)-1521/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1521/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1521/2024 12.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi ərazi dairəsi, Nəsimi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır.Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,406 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,292 qram olan narkotik vasitə heroin əldə edib saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 11:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavat küçəsi, nömrəsiz fərdi evin qarşısında olan zaman özünü şübhəli apardığına görə həmin vaxt orada xidmət aparan Sabunçu RPİ-nin 12-ci PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədi ilə saxladığı bir ədəd sellofana bükülmüş təmiz çəkisi 2,406 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,292 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, saxlanıldığı tarixi xatırlamasa da, polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlamamış, yaşadığı evin içərisində saxlamışlar. Polis əməkdaşları onu saxlayarkən üzərində hər hansı narkotik maddə olmamışdır. Müstəntiq barəsində axtarış vermiş və polis əməkdaşları onu yenə yaşadığı evdə saxlayıb Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparmışlar. Orada müstəntiq ona sənədləri imzalamağını və bununla da azadlığa buraxılacağını bildirmişdir. O, CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyinə dair sənədləri imzalamağını bilməmiş və həmin sənədləri imzalamışdır. Daha sonra polis əməkdaşları onu 48 saat Sabunçu RPİ-nin 12-ci PŞ-nin MSY-də saxladıqdan sonra azadlığa buraxmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı tarixi dəqiq xatırlamır, amma təxminən xx.xx.2023-cü il tarixdə, səhər saat 09:00-10:00 radələrində onu saxlamışlar. Polis əməkdaşları onu ünvan 1 ünvanında saxlamışlar. Polis əməkdaşları onu yaşadığı evin içərisindən saxlayıb aparmışlar. Polis əməkdaşları onu saxlamaq üçün evə gələrkən evdə anası, arvadı və uşaqları olmuşdur. Onu saxlamaq üçün gələn polis əməkdaşlarından tanıdığı Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili Bəxtiyar olmuş və sonuncunun yanında 4-5 nəfər polis əməkdaşı olmuşdur. Onu saxlayan polis əməkdaşlarının şəxsiyyətini tanımır. Polis əməkdaşları tərəfindən ikinci dəfə saxlanılıb Sabunçu RPİ-nin 12-ci PŞ-nin MSY-yə gətirilmişdir. Orada olarkən müstəntiq onu həbs etməyi və ya buraxmağını soruşmuşdur. O da cavabında buraxılmağını istəmişdir. Müstəntiq isə belə olduqda sənədləri imzalamağını və bunun qarşılığında azadlığa buraxılacağını bildirmişdir. O, sənədləri imzalamış və onu azadlığa buraxmışlar. Birinci dəfə polis əməkdaşları onu saxlamışlar və birinci instansıya məhkəməsindən azadlığa buraxılmışdır. Polis əməkdaşları 10-15 gün sonra onu yenidən saxlamışlar. İlk dəfə saxlanılıb məhkəmə tərəfindən buraxıldıqdan sonra müstəntiq ona narkoloji mərkəzdə analiz verməyini tapşırmışdır. O, həftənin 4-cü günü narkoloji mərkəzə getmiş və orada növbə çoxluğuna görə növbəti həftənin 1-ci günü gəlməyini bildirmişlər. O, həmin həftənin 5-ci günü getmədiyinə görə müstəntiq barəsində axtarış vermişdir. O, növbəti həftənin birinci günü analiz verib müstəntiqə bu barədə məlumat vermiş, lakin, buna baxmayaraq 10-15 gün sonra yenidən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən ikinci dəfə tutulub Sabunçu RPİ-nin 12-ci PŞ-nin MSY-də 48 saat saxlanılmış və saxlanıldığı müddət ərzində müstəntiqi görsə də bundan sonra müstəntiqi görməmişdir. Sonuncu dəfə saxlanıldığı vaxtdan 2 ay 10 gün əvvəl narkotik maddənin istifadəsinə görə müalicə alırdı, buna görə hazırki məhkəməyə gəlmirdi. O, məhkəməyə gəlmədiyi vaxtlarda evdə olmuşdur. O, metamfetamin və marixuanadan istifadə etmişdir. Narkotik vasitə olan heroindən əvvəllər istifadə etmişdir. O, narkotik vasitəni yaşadığı kənddə satan şəxslərdən almışdır. Ona narkotik vasitə satan şəxslərin adlarını bilmir, sadəcə viziual olaraq tanıyır. Polis əməkdaşları onu saxlayanda üzərində telefon olmamışdır. Cinayət işi materiallarında olan smslərdən məlumatı var. O, Araz marketdən kardon alıb zavoda təhvil verirdi. Ona məxsus bank kartlarını işə görə istifadə etmişdir. Cinayət işi materiallarında olan narkotik vasitələrlə bağlı yazışmalar həmin vasitələri almağı ilə bağlıdır. Narkotik maddələrin satışı ilə bağlı hər hansı yazışması olmamışdır. O, 3-5 nəfərlə birlikdə narkotik vasitəni istifadə etmişdir. Onda narkotik vasitə olmayanda bəzən həmin tanışlarından onun üçün narkotik vasitə təşkil etməklərini istəmişdir. Ondan narkotik vasitə təşkil etməyini istəyən şəxslər olsa da o, həmin şəxslərə narkotik vasitə təşkil etməmişdir. Ondan narkotik vasitə istəyən şəxslərə həmin vasitələri aldığı şəxslərin olduğunu və onda olan narkotik vasitənin sadəcə özü üçün olduğunu bildirmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də polis əməkdaşları ona fiziki təzyiq göstərmiş, ayaq və yumruq zərbəsi endirmiş, onu bir kiloqram narkotik vasitə ilə yükləyəcəklərini, onun da buna etiraz edə bilməyəcəyini bildirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiqlər nəticəsində bədənində hər hansı xəsarət olmamışdır. İttiham aktnda göstərilən nömrə onun adına olmuş, lakin, sonra həmin nömrəni bağlatdırmışdır. Onun saxlanılmağında Şahid2 iştirak etməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də olarkən Şahid2 narkotik maddəni üzərinə götürməyini, əks-təqdirdə, üzərinə bir kiloqram narkotik maddə yükləyəcəyini və onun hər hansı söz deyə bilməyəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitənin ona heç bir aidiyyatı yoxdur. Narkotik vasitənin ona aid olması ilə bağlı etiraf edici ifadələri təzyiqlər altında yazmışdır. ***-***-**-** saylı mobil nömrəni bir müddət onun istifadəsində olmuş, daha sonra isə onun istifadəsində olmamışdır. “Qaqa olurem lomkadan yiqda meni”, “Qaqa yiqda meni ne oldu” SMS mətnlərini o, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün yazmışdır. “Birde senin payiva temaya gore meni yiqan ......di menimde payima sencun tema goturende ......di”, “Sen .... 30manata mene 03 torpaq getirdin yadundadi adam .... olmaz” SMS mətnlərində tema, torpaq dedikdə nə nəzərdə tutduğu yadında deyil. Torpaq alqı-satqısı ilə məşğul deyil. “Qardaüim 70 manat pul var torpaq lazimdi gelirsen sen kende” SMS mətnlərində ***-***-**-** saylı mobil nömrəyə o, yazmış və həmin şəxsdən torpaq dedikdə narkotik vasitə kakos istəmişdir. “Qaqaş 20manatim var berk lomkadaya torpaq tapmaq olar? SMS mətnlərində ağrıları olduğu üçün öz istifadəsi üçün narkotik vasitə istəmişdir. “Xeyal qardaşimsan yarim saat sebrli ol sene 07 torpaq 10luq da daş verecem ama yarim saatdan soraadamlar var yanimda danişa bilmirem” SMS mətnlərini o, yazmamışdır. ***- ***-**-** saylı mobil nömrəsi bir müddət onun istifadəsində olmuş, daha sonra isə onun istifadəsində olmamışdır. ***-***-**-** saylı mobil nömrə yoxlanılsa hal-hazırda kimin istifadəsində olduğu görünər. Bank kartlarının 16 saylı rəqəmlərini Araz marketlərdə gördüyü işlərlə əlaqədar olaraq müxtəlif nömrələrə atmışdır. “Qaqaş bu ne hereketdi ki eliyirsen sen meni temaynan mehleye cixardirsan sora telefonu açmirsan tutdurmaq isdiyirdin meni?” SMS mətnlərini o, yazmamışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün ətrafında olan şəxslər də narkotik vasitə istifadə etmişlər. Mobil telefonundan həmin şəxslər də istifadə etmişlər. Mobil nömrəsindən çıxarılmış SMS mətnləri ilə bağlı demək istəyir ki, o, heç kimə narkotik vasitə satmamışdır. “Aqzivin icine tema gelir cixir yene de narazisan bunan artiq neyniyim men” SMS mətnlərini o, yazmamış, ya da ola bilər ki, narkotik vasitə satan şəxs kiməsə narkotik vasitəni qapısına kimi aparıb verib, o da həmin şəxsə yazmışdır. “rovşen sen cani biraz tez gel ozumu pis xis eliyirem”, “rovşen menem elxan tapmısam pulu ver gedim goturum” SMS mətnlərində nə üçün onun adını səsləndirib ona yazdıqlarını və nə üçün yazdıqlarını bilmir. İbtidai istintaq zamanı müstəntiqə SMS mətnləri ilə bağlı bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ilə olan SMS mətnlər ona məxsusdur, amma digər SMS mətnlərinin ona aidiyyatı olmadığını bildirmişdir. Himəyəsində anası, arvadı və 2 azyaşlı övladı var. O, narkotik vasitə istifadə etdiyi vaxt heç kimə narkotik vasitə satmaq fikri olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə, 50 manata bir büküm kakos, bir büküm patı alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavat küçəsi ilə bir qədər piyada hərəkət edəndən sonra iki nəfər şəxsi görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişdirlər. Üzərində olan maddələrin tapılmasından qorxaraq o, həmin şəxslərdən yayınmağa çalışmış, lakin, həmin şəxslər ondan şübhələnmiş və Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişdirlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra onu xidməti otaqların birinə dəvət etmişdirlər. Otaqda olan zaman müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Lakin, üzərində el arasında “kokos” kimi tanınan narkotik vasitə heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı olmadan keçirilsin. Təhqiqatçı da, onun bu barədə ərizəsini çap etmiş və o, həmin ərizəni imzalamışdır. Bundan sonra şöbənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. Bu səbəbdən o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm kakos, bir büküm patını çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdırlar. Üzərindən aşkar edilərək götürülmüş maddəni o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə, 50 manata alaraq istifadə üçün üzərində saxlamışdır. Əlavə suallar zamanı psixotrop maddə və ya narkotik vasitələri özünün qəbul etdiyini, ancaq satışı ilə məşğul olmadığını bildirmişdir. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsusdur. O, saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaqda məqsədi həmin maddələri özü istifadə etmək üçün olmuşdur. O, onu özü qəbul etmək üçün alaraq özündə saxlamışdır. Onun əldə etdiyi həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alarkən yanında kimlərin olub-olmaması barədə suala cavab olaraq bildirmişdir ki, yanında heç kim olmamış, həmin vaxtı o, tək olmuşdur. Onun istifadəsində yalnız ***-***-**-** GSM nömrəsi olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 12-ci PŞ-in əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində xidmətdə olduqları vaxt 1 nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra isə həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmişdir. Onlarda həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-də təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin növünün və çəkisinin müəyyən olunması üçün tərəflərindən götürülərək qablaşdırılıb ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanılmasında o və Sabunçu RPİ-nin 12-ci PŞ-in əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxsə yaxınlaşdıqda onlardan yayınmağa çalışmışdır. Tərəflərindən verilən suallara cavab vermədən yayınmaq istəmişdir. Polis əməkdaşı olaraq şəxsin hərəkətlərində, davranışında şübhə hiss etdikləri üçün yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaşadığı ünvandan deyil, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində saxlamışlar. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir, təzyiq olmamışdır. O, təqsirləndirilən şəxsin döyülməsinin şahidi olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında Balaxanı qəsəbəsində tərəflərindən saxlanılmış və Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunu yaşadığı evin içərisində saxlamaqları ilə bağlı bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs tərəflərindən küçədə, tanımadıqları evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılma əməliyyatında o da iştirak etmişdir. Təqsirləndirilən şəxs ona və digər polis əməkdaşlarına qarşı hər hansı narazılıq və ya etiraz etməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs qarşı onların hədə-qorxu gəlməkləri bağlı bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs saxlanılmasında o və polis əməkdaşı Şahid1 iştirak etmişdir. İbtidai istintaq dövründəki ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən şəffaf şüşəyə bənzər və qara torpaq formasında olan narkotik maddə aşkarlanmışdır. Aşkarlanan narkotik maddənin növlərini ekspertiza müəyyən edir. Təqsirləndirilən şəxs küçədə olarkən və sadəcə bir dəfə saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı hədə-qorxu gəlməyi ilə bağlı bildirdiyi ifadələri doğru deyil. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs polis əməkdaşları fərqlifərqli aylarda 2023-cü ilin oktyabr, 2024-cü ilin fevral və iyul aylarında yaşadıqları evdən gəlib götürüb aparmışlar. İlk dəfə isə 2023-cü ilin oktyabr ayında axşam 22:00-23:00 radələrində evdə oturub ailəvi televizora baxırmışlar. Gözlənilmədən polis əməkdaşları yaşadıqları evə gəlib Rövşəni götürüb aparmışlar. Həmin vaxt Rövşənin üzərində heç nə olmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin iyul ayında polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadıqları evdən apararkən sonuncunun üzərində heç nə olmamış, ancaq şortik olmuşdur. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs yaşadıqları evdən apararkən polis əməkdaşlarından ancaq birinin adının Bəxtiyar olduğunu bilir, digərlərinin isə üzdən tanıya bilər. 2 azyaşlı övladı var. Yaşadığı evdə o, uşaları, qaynanası və Təqsirləndirilən şəxs qalırlar. Əri Təqsirləndirilən şəxs tutulmazdan əvvəl fəhlə işləmişdir. Rövşənin narkotik vasitə istifadə etdiyini bilirdi. Rövşən 2023-cü ilin sentyabr, oktyabr aylarında narkotik vasitə istifadə edirdi. Rövşənin narkotik vasitə istifadə etdiyini görməmiş, amma evdə edilən söhbətləri eşidib hər şeyi başa düşmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı iradlarını bildirmiş, sonuncu da ona düzləcəyinə söz vermişdir. Özü tibb bacısı olduğu üçün Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından sonra müalicə etməyə başlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satmasını eşitməmiş, bilmir, amma istifadə etdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 11:30-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 14) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı, bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Patı” və “Kakos” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manata alaraq istifadə üçün üzərində saxladığını, narkotik vasitələrdən 3 ilə yaxındır ki, istifadə etdiyini qeyd etmişdir. (l cild i.v. 25-27, 65) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5464 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,406 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (İ cild i.v. 33-38) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 49-50) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-795/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 11:30dan hesablanmışdır. (İ cild i.v. 74-84) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 96) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild, i.v. 107, 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X14 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 658 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 111-112) xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində saxlanılmışdır. (İ cild i.v. 114) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. (İ cild, i.v. 115) xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokldan, ona əlavə edilmiş diskdən, diskdəki məlumatların çıxarışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilən zaman diskdə 04 fayl müəyyən edildi. "SMS_Tarixcesi__**********1419__702606434” adlı fayla baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 13:48-dən 14:11-dək Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa olurem lomkadan yiqda meni”, “Qaqa yiqda meni ne oldu” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:32-dən 15:39-dək Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********695844 və **********694456 saylı kart hesablarını mesaj vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:30dan 01:33-dək Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Birde senin payiva temaya gore meni yiqan peyserdİ menimde payima sencun tema goturende peyserdi”, “Sen .... 30manata mene 03 torpaq getirdin yadundadi adam ..... olmaz” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:48-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**- ** saylı mobil nömrəyə “Qaqa 34bir atdim 10da bir” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:34-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “**********694456 KAPİTAL BANk” məzmunlu mesaj vasitəsilə kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:43də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qardawim 70 manat pul var torpaq lazimdi gelirsen sen kende” məzmunlu mesaj yazmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:53-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa yiqda mene 70 manatliq torpaq lazimdi” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:13-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw 20manatim var berk lomkadaya torpaq tapmaq olar?” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:07-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Xeyal qardawimsan yarim saat sebirli ol sene 07 torpaq 10luq da daw verecem ama yarim saatdan soraadamlar var yanimda daniwa bilmirem” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:51-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 15diy daw duzelt gelirem goturum qayidim” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:39-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Anar gelim goturum telefonu mende sene daw qret eliyim ne diyirsen?” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:55-dən 14:02-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Pulu gonder hemweki yere 5deqiye goturum verim 4 olacaq qaqaw”, “Gonderirsen?” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:10-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Yari torpaq 5diy daw nece eliyey tel xarabdi mesaj yaz” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:14-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw telefon xarabdi yari torpaq 5diy daw duzeler gelim” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:34-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa hardasan gelirsen camahatdan pulu goturum” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:59-dan 15:00-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “91324743 LeoBank” məzmunlu mesaj yazmış və kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:36-dan 18:38dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Gel ..... goturde qaqaw”, “Gelib goturursen yoxsa yox?”, “Qaqaw ele eleki menim usdumde qalmasınaa bu gel gotur bunu” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 06:33-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Nahid goruwey bunu nece vermisen ele de qaytariram telefonu ver” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:42-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “**********694456 kapital bank” məzmunlu mesaj yazaraq kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:43-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********324743 saylı kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:52-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nörəyə “**********324743 leoBank” məzmunlu mesaj vasitəsilə kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:11-də Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw bu ne hereketdi ki eliyirsen sen meni temaynan mehleye cixardirsan sora telefonu açmirsan tutdurmaq isdiyirdin meni?” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:28-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Xeyal uwaq pulu getirib çixartmiyib getirsin atiram” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:55-dən 23:36-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Çixdim 1deqiye yanundayam birazdan 01 vererem yarim saata” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:59-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqa daw var?” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:52-dən xx.xx.2023cü il saat 02:34-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqaw bayaq dedim buna 50den awaqi vermir diyir serf elemir vermirde ..... 45e diyir 10dene de isdesen 50den awaqi vermirem eger goturesi olsan gerey pulu atasan karta men goturub gelem”, “heri var”, “qaqaw men çatdim demey olar sen deqiq ne qeder isdiyirsen”, “qaqaw elvin ne qeder vaxda geler??”, “Daw isdemirsen?”, “qaqaw mende bayaq cekdim baxdim biraz atxodu var ancaq dizasi zadi bombadi gozde yiqiram indi sene” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:00-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qardawim mene 3dene torpaqi neciye verersen?” xx.xx.2023-cü il tarixdə saat 12:48-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqaw direl isdemirsen?” məzmunlu mesaj yazmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:44də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********324743 saylı kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:28-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bidene bomba qolbaq var 60 qramdi çekisi tecili meni yiq” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:59-da Təqsirləndirilən şəxs ***-***-**- ** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********662373 saylı kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:11-də Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqa gelede meni yıq sene bomba surprizim var” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:17də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “kamram 2dene lazimdi qaqaw mene” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il saat 00:50-dən xx.xx.2023-cü il saat 06:48-dək Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqa meni yiqda 30manatim var 20liy daw isdyirem 10luq torpaq”, “qaqa yiqda meni bidene”, “qardawim yatnasan denen gelim 10luq torpaq verde mene”, “qaqa 10manat duzeldmiwem gelim torpaq verde mene” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:07də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqa atıblar pulu” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “dawı yaxwi ele tez ol bayaqdan duzeltde ....” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:03-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “**********694456 M G M QİZİ” məzmunlu mesaj vasitəsilə kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:24-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “esge hardasan qaqaw gelmirsense denen meni s..... sarima papanin qabaqinda seni gozduyirem iksinnen de var” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:25-dən 13:37-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqa meni yiq tez”, “qaqa atda o pulu”, “qardawim atdin ??”, “ay qaqa o karta atda 15 manat bu çixir bayaqdan yalvar yapiw saxladmiwam” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:18-dən 15:17-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “nadir bu nedi vermisen gelirem bunu kim verib aparsi soxsun ....... menim 15manatimi ver”, “tez cavab ver qaqaw mene camahat meni gozduyur 15manata 2,5 olmali idi temiz burda hec 01 yox idi menim pulumu atanin .... ..... yiq mene”, “nadir mene zeng vur qaqaw ele olmasin ki aramizda bawqa sohbet olsun”, “nadir mennen oyun oynamada varyoxun ..... 3dene oqlan lomokada seni gozduyur”, “qaqaw sen 02yarim tema vermeli idin 01 tema vermisen hele meni borjdu cixardirsan?qaqaw 5manatnan neyniyim men camahat meni gozduyir hec olasa 10at 5manata men tapim qiyum usdune verim camahatin pulun varyoxuna lenet menim pulum olsaydi vererdim meni camahtnan prableme salma 2dene balam var menim”, “varini yoxunu ..... men kimnense prableme duwsem hec kime yaxwi olmuyacaq”, “qaqaw yiqd meni bunun icin .... gerey hormetsizdiy eliyey bir birimize?”, “hec olmasa 8at camahatin pulun verim qaqaw meni bularnan ..... salma **********694456 at buna”, “qaqaw 8at varyoxun ..... mende yoxdu pul kimnense alib verecem olara” məzmunlu mesajlar və kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:40-dan 19:30-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqaw sen uje ...... ..... meni ele bilki cibindedi ne demeydi camahata pul verməliyem”, “**********694456 kapital”, “atda indi gozduyurem”, “atdin rehman ne oldu uwaqin yaninf dayanmiwam senin pul atmaqivi gozduyurem at” məzmunlu mesajlar və mesaj vasitəsilə də kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:01-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 91324743 saylı kart hesabını mesaj vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:14-də R,Qurbanlı ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********324743 saylı kart hesabını mesaj vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:29-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “**********694456 kapitaldi” məzmunlu mesaj yazaraq kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:33-dən 16:43-dək Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Heri ne qeder isdiyirsen yaz”, “Kimdi daniwan?”, “He qaqa sene ne qeder lazimdi”, “Yari 30duda qaqa” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:32-də Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********254410 saylı kart hesabını mesaj vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:21-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw sen ne isdiyirdun ne qeder isdiyirdun?” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:05-də ***-***-**-** saylı mobil nömrəyə “Sen tez kartdaki pulu cixart gel bizim mehleye cefere pul lazimdi hemde daw getirir bize” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 01:35-də ***-***-**-** saylı mobil nömrəyə “Bexdiyar buralarda firranır çıxma çole” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:03-dən xx.xx.2023-cü il 15:33-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “Gelende hiss eliyeceysen)))”, “10deq bunan qabaq geldi getdi men diyende gel sohbetim var senen”, “Qaqa mennen elaqe saxla tecili”, “Yiq meni”, “Evdeyem mende torpaq yoxdu” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 06:42-də ***-***- **-** saylı mobil nömrəyə “Rehman senin mawininda menim emanetim qalib onu catdir mene bu gün” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:44-dən 09:53-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “91324743 LeoBank” məzmunlu mesaj və kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:54-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “91324743 leo bank” məzmunlu mesaj və kart hesabı göndərmişdir. xx.xx.2023cü il tarixdə saat 13:39-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “Koku o pulu atmamisam xaiw eliyirem onu at karta” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 21:59-da ***-***-**-** saylı mobil nömrəyə “..... gerey goturumku verimde sene” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 22:46-da ***-***-**-** saylı mobil nömrəyə “Rehman harsdasan? Yari lazim olmadi?” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 12:51-də ***-***- **-** saylı mobil nömrəyə “Qaqa mene 1qr getir” məzmunlu mesajlar getmişdir. xx.xx.2023cü il tarixdə saat 14:01-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə ”68254410 leo bank” məzmunlu mesaj və kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:50-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “Soz daniwdiq diyendeki gormedunki pul catmir neynen goturerdim?qaqaw nece gundu siqaret atrava hardandi qaqaw” məzmunlu mesaj getmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:49-dan 12:50-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “**********324743 leoBANK”, “Yari torpaq tapmaq olur” məzmunlu mesajlar və kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:51-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə “Aqzivin icine tema gelir cixir yene de narazisan bunan artiq neyniyim men” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:43-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə **********475130 saylı kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:43-dən 13:40-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Yarim saata atacam kartiva”, “Pulu Atim xeber eliyerem zeng vurma”, “İndi sene kod gelecey onu at mene mesajnan mende pulu atiram narahat olma” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Cix gelde day qaqa bu kisi agriyir burda eseblesib ujey” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:15-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Rehman vaxdun varse gel meni gotur diyanaq bir yerde bawimizi acaq hemde derdlewey” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:38-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Babek 10 luq torpaq lazimundusa denen getirim sexin yanina mene vacib pul lazimdi” məzmunlu mesaj gödnrəmişdir. xx.xx.2023cü il tarixdə saat 18:55-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***- ***-**-** saylı mobil nömrəyə “**********694456 kapital” məzmunlu mesaj və kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:06-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Sen gunde kakos cekmeye pul tapa bilirsen ancaq soyuw soyub dil olduqun borcuvu vermeye yox” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:46-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********995516 saylı hesab kartını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:28-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********694456 saylı hesab kartını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:04-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə **********324743 saylı kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:10-dan 16:20-dək Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 20manat var olurem lomkadan”, “Qaqa 50 manat var menim iwimi awirt qardawimsan” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:58-dən 15:54-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Azer kart at pulu atim tez telefon sonur”, “Evde deyilem kodu at karta atim zaryatqa yoxdu”, “Ne oldu atda karti” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:12-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Meni tutdurmaq isdiyirdun?alinmadi?” məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:33-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**- ** saylı mobil nömrəyə “Qaqa 40manat pul var ne qeder Vaxda çatarsan?” məzmunlu mesaj göndərildiyi müəyyən olunmuşdur. “SMS_Tarixcesi__**********1422__702606434” adlı fayla baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 19:02-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “ROVWEN SEN CANl BlRAZ TEZ GEL OZUMU PİS XlS ELlYlREM” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:25-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “ROVSEN MENEM ELXAN TAPMİSAM PULU VER GEDİM GOTURUM” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:46-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə **********007185 və **********297041 saylı “Kapital Bank”a məxsus kart hesabları göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:58-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Onluq dş varındlı?beş men siz terefdeyem” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:53-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Menem dvijenya var”, “Yarı kola Daw 5manat”, “Temiz yari olacax qonaxlarım var qaqaw biyabircilix olmasın” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:34-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə “Qaqaş alınmırsa pulu ver camaatı yola salım gedsin”, saat 14:43-də “Hardasan sen diyirəm qonağım var səhərdən gozdədirəm bidənə xəbər di day yekə oğlansan, saat 14:47-də “Qaqaş ya çıx pulu yada temani ver yada gedirk qapuva bu nə hərəkətdir edirsən sənə deyirəm yanımda başqa ushaqlardi qonağdi kənd adamı deyil ayıb deyil qaqaş” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:57-də ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Telfon sonur burdayam dalanda brat diyana bilmirem gelirsen” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:23-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “ay ToTu PuLuyNaN LaZmDie o ZiBiLDeN qyRBaN olmeVB VeRDE meNe tecli” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:40-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Kişisen bu ne herekedi meni lomkada saxlyirsan varyoxuna buda mene heçne vermedi menim kolamı getir gelib çağrmıyım seni”, saat 01:41-də isə “Bu kişi hereketi döyür sabaha qalsa menen kimse incmesin” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:56-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “15DİK İSTEYİRLER MENDEN DUZELER”, saat 23:42-də isə “01 NEDİ 01 YARİM VERMELİSEN GOZLEYİR YARİM SAATA GELİB GOTURECEM” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:55-dən xx.xx.2023-cü il saat 04:52-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “3 dənə götürəm 45 dən”, “...... versin 3dənə mənə götürdə saşsa var”, “Atımda”, “Daş var”, “Bu nədi qaytarıram məni aldadırsan”, “Yığ bunədi vermisən”, “Məzələnirsən hə harda san”, “Buda keçən səfərki deyil”, “Camahat bizi gözdə yir belə eləmə”, “Darıxma səninlə söhbət olundcaq sən camahsti lomkada qoymusan”, “Sənnin başuva oyun gələcəg çünki dənə düşür sən peşman olacaq san” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:02-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qaqa ucuz alınmır elə 50 dən” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:21-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə “Qurban ölüm tez gel onlar papam gelmemiş çıxım lomkadan” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:29-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Senol sennen iwim yoxduda dunenkinden lazimdi 3 dene tez cavab ver mene” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdən saat 18:25-dən xx.xx.2023-cü il saat 19:30-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Seni and verirem balanin canina bu vezyetde qoyma”, “Qaqa ele tema rewqanin temasidida mende ne cindirliq gorubki cerez cerez eliyir birden ikiden dalimca xuvos getimiwemki qaqa”, “axwam gelecem nese gotumeye 5 diyi oturecem narahat olma”, “He ye birazdan yigacam seni mene 10 nux saxla mutleq qadan alim day rewid qoz qoymur”, “Qaqa balamin cani qaqaw getirib verib pulu dollardı seher xirdaliyib gelecem onsuzda oyana mutleq verecem allaha and ola”, “Cindira 100 manat dimiwem 100 dollar goturub gelibki xirdalamaga yer tapa bilmedim seher xirdliyib temada goturecem iwdi birden seni gormesem verecem rewqiva”, “Yeni ele bilki cibindedi”, “..... o oglanin varyoxunuki kim se kimise ...... doluyur 5 manata gore diyiremkib100 manat dimiwem 100 dolar getirib sabah xirdaliyib verecem 5 diyin dalinda yatanam men”, “O mene 5 yoxe qaqa 1000 manatda olsa soz dimiwemse lap bele mal almiyib senin pulunu verecem diyiremki onsuzda sabah goturecemde gelecem onnda verecem 5”, “O defe menim 10 nugum 5 diyim itib batib bir defe adini cekmiwem ? Yox ama sende agacdan yigmirsan sabah xirdaliyib verecem”, “Allaha and ola 20 deyqe qabaq getirib verib getdi ki qaqa ver tapa bilmedim xirdalamaga gele bele verim menim bawqa yerden nese gotumuremki gelecem de or”, “At kartı”, “Senin pulun hazirdi sumqayıtdan xeber gozduyurdumki tema istiyirdi bir defeliy gelerdim oda xeber cixmadi cixib atiram”, “Atiramda aparatin yanindayam dogun ee sen menim 15 maanatimin dalina gecdin dillenmedim 5 den oturu ozunu oldurursen atiram 2 devqive eeeeee”, “Atdim”, “Gozduyurem nolub eee 5 manatdan oteri 10 manat kotur xercledin oz puluvun qedrini bilirsen mene qoydugun pul kanfet kagiziydi? İnndi qaqa menimde pulumu xaiw eliyirem atarsan”, “Bax gor geldise xeber ele”, “ Cek elimdedi”, “Rewqa gildesense rewqiya atim ceki” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:02-də ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş 1 dənə düzələr” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:08-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Yoxdu kapital 4098 5844 6462 4111 Leo bank” məzmunlu mesaj gələrək kart hesabı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:14-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə **********324743 saylı kart hesabı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:19-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “X17 Atim” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:01-dən 15:51-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qardawimsan gec elemede yetim vezyet pisdi qadan alim”, “Qaqa gozduyurem sene arxayinam”, “Qaqa kendeyem hara gelim xetdi acmaliyam balamin cani pisdi vezyet”, “Hardasan” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:33-dən 16:39dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Heri ne qeder isdiyi”, “Kimdi daniwan” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 16:39-dan xx.xx.2023-cü il saat 00:56-dək ***-***-**-** saylı mobil nömrədən “Qaqa biraz falqa gotur ondan yoxdu falqamiz yadundan cixmasin”, “Sen tez kartdaki pul”, “Ala kartda 28 manat var çıxardanda 27 qalacaq bununla onun yarası s duki pul dvijenya olmuyub bayaqdan səndə?”, “Hecbişey qaqa bu dəfədə sən diyən olsun. Bildiyun nəsə var yoxe qaqa söz danışdıg bayagkı dəyqə başı 20 nmanat 30 manat pul atmıyaq yıgaq pulu karta hamsın axırda verəy gözümüzə nəsə görünsün ortaya bir sey çıxsın belənçıynən elə yerimizdə sayacuğ ancaq”, “Hardasan sən düş gəl oba tərəfədə day sizin məhləyə niyə gəlirəm gəl görusey oban yanda gedey verəy”, “Sənol qaqa məhləmizdə oturmuşam bidənə qara Xəzər itdər qatıb qabag ETA var idi o vaxdı oynuyurdug həmin temadı kankret qaçdı tutdu oynına kəndin içində AP nomrənən qaqa Hundaydı bildiyün əməlli başdı Guyurlar kəndin içində”, “Bir tərəfdəndə Cəfər bayaq getdiyi maşın var idiye prius həmin priudı getdilər cəfər gil tərəfə snan çox bərk sürətnən az qalmışdı girsinlər zahirən aptekinə ...... getdilər cəfər gil tərəfə”, “Agzın ..... qaqa sənöl kəntdə babat ablavadı 5 dənə maşın dalbadal nən 4 dənəsi biridə bəxtiyar öz maşınıynan bu dəyqə keçdilər burdan hamısıda itdər qrajdanski maşında AP nömrə”, “Kankret qaqa çıxma çölə kim zəng vursa eləsə ..... elə ablavadı babat hokka verir itdər camahatı qatiblar qabaqlarına”, “Camal yari torpaqim”, “İtirdiyun yari temani tapdun ya yox brat?”, “Evdeyem mende torpaq”, “Necə yəni yoxdu qaqa axsam 10 dənə torpaq göturdun necə oldu bəs bu qədər tema”, “Day noldue qaqa sən baş açmıram ancaq icin ...... ujey agrıyıram əməlli basdı sənol”, “Qaqa bilirsənki bayaqdan agrıdayam deyrem tezol telfonda cındır kımı gıc gıc danısırsan cıx menle gorus sora ged rahat otur neynirsen elede”, “..... gerey goturu”, “Goturmemisenki hele yoxsa neter?”, “Olsunda cekini duz versin”, “Noldu qaqa duzelmedi hele”, “Bir söz de qaqa rahatin qabagindayam”, “Ay qaqa bir soz de goreyde ne yerde qaldı mesele?”, “Hara gelim”, “Qaqa yıg meni tez tema lazimdi”, “Brat 10 manatlıq düzəlt 20 manat yox. Çıxdım evdən mən uje gəlirəm”, “Gel”, “Ala ...... bunun varyoxun 15 manatdıg oldu indi 15 duzəlt day keçib ezyetden brat”, “Neynirsen brat? Nece oldu neyse alındıra bildin yoxsa hele yox?”, “Aqzivin icine tema”, “Qaqa sən qardaş canı pulunu butov elə bunu məndədə yoxdu pul əksik”, “Nə oldu ay brat sənöl dünən sənlə elədiyim temanın üstündəyəm bugun pul para zad olmuyub qalmışam agrıda xəbər elə gəlim götrüm gedim vəzyətdən çıxım ikimizin canı ujey bərk agriram san deyirəm agrıdayam qoz qoymursan ala”, “Ala noldu bəs sənin 5 dəyqən qaqa yarım saat keçibe ujey yekə oglan”, “Yekə oglansan ala deyrəm agrıdayam telfonu söndürsən qaqa pay istəmədimki səndən puluynan istədimdə bu nə hərəkət olduki adın nə qoyaq bunun” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:42-dən 16:43-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “He qaqa sene ne qede”, “Yari 30duda qaqa” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:32-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə **********254410 saylı kart hesabı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:21-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qaqaw sen ne isdiyir” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:44-dən 10:46-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə dəfələrlə “91324743 leoBank” hesab kartı bu cür mesajlar vasitəsilə göndərilmiş, eyni zamanda həmin hesab kartı nömrəsi xx.xx.2023-cü il tarixdə saat 09:54-də ***-***-**-** saylı mobil nömrə vasitəsilə də Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:10-dan 22:21dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Olsunda cekini duz versin”, “Bir söz de qaqa rahatin qabagindayam”, “Hara gelim” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:51-dən 13:11-dək ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mene 1qr getir”, “Qaqa gəl üzü bizə tərəf evdən çıxdım” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:59-dan 14:01-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “25 m düzeltdim kart atim tez cahandardaym”, “682254410 keo bank” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə 14:14-dən xx.xx.2023-cü il saat 02:11-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Rovwen ..... yalan diyen oglanin her weyini 5 den artiq hecne yoxdu burda 50 dəfə soruwursan pulu duzdu ya yox .... duz vetde”, “Duzelt denen gelim nefcinin yanindayam”, “Gec elemede qadan alım gor saat necedi qaqa 10 nux weyi duzeltmey nediki”, “Qaqa yatassan duwecem zibile”, “Qaqa bele ozuve lazim olanda de mene nese alim qaqa meni agrida qoyan oglancun naxuy mawin sururem bele bilseydimki ora alirsan allaha and ola grtmezdim” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il saat 16:43-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə **********475130 saylı kart hesabı mesaj vasitəsilə göndərilmişdir, eyni zamanda həmin sözügedən **********475130 saylı kart hesabı mesaj vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 13:51-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:14-də həmin ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “3280 7985 3965 menim konturum qutarİr mennen oynama” məzmunlu mesaj və kart hesabı göndərilmişdir. xx.xx-2023-cü il tarixdə saat 23:21-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj vasitəsilə **********074617 saylı kart hesabı və “Dolamısan” məzmunlu mesaj göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:17-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Qapivizdayam cix ver”, “Cixirsan”, “Caqiriram niye cixmirsan qapiya”, “**********130876 kapital indi at qozdeyirem bankomatin yaninda”, “Ne oldu atin senozun ardasan qozdeyirem evnizin yaninda”, “**********130876 kapital”, “Men qapundayam”, “Qozdeyirem ne oldu atin”, “Meni burda qapinda cox saxlama”, “Ne oldu ci” məzmunlu mesajlar və mesajlar vasitəsilə kart hesabı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:29-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Senn diyesen basin qacib aa men sene didimki pis lomkadayam dunenden incime heckimee inam yoxdu bu vezyetde birden ikiden menen ...... gormusen sen bele danisirsan ayib olsun” məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:35-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “ay brat Olmadi axi X16 X15 edəcəm mən?” məzmunlu mesaj gəldiyi müəyyən olunmuşdur. (İ cild, i.v. 118-177) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkiləri 0,292 qram olan narkotik vasitə heroin, 2,406 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkiləri 0,242 qram olan narkotik vasitə heroin, 2,356 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 193-209) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 211-212) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu RPİnin MSY-dən azad edilmişdir. (İ cild i.v. 230-235) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 olmaqla iki nəfər azyaşlı uşaqları var. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1521/2024 nömrəli qərarından görünür ki, axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmənin sorğusu əsasında Sabunçu Rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:15-də MSY-nə gətirilən zaman onun üzərinə tam baxış keçirilmiş, baxış zamanı bədənində heç bir xəsarət aşkar olmamışdır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları onu saxlayarkən üzərində hər hansı narkotik maddə olmaması, Sabunçu RPİ-nin 12-ci PŞ-də polis əməkdaşları ona fiziki təzyiq göstərmələri, ondan narkotik vasitə təşkil etməyini istəyən şəxslər olsa da o, həmin şəxslərə narkotik vasitə təşkil etməməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, CD diskə baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın qohum (arvadı) olması G.Qurbanlının Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə G.Qurbanlının məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş diskdən, diskdəki məlumatların çıxarışından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:34-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**- ** saylı mobil nömrəyə “Qaqa hardasan gelirsen camahatdan pulu goturum” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 23:52-dən xx.xx.2023-cü il saat 02:34-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “qaqaw bayaq dedim buna 50den awaqi vermir diyir serf elemir vermirde ..... 45e diyir 10dene de isdesen 50den awaqi vermirem eger goturesi olsan gerey pulu atasan karta men goturub gelem”, “heri var”, “qaqaw men çatdim demey olar sen deqiq ne qeder isdiyirsen”, “qaqaw elvin ne qeder vaxda geler??”, “Daw isdemirsen?”, “qaqaw mende bayaq cekdim baxdim biraz atxodu var ancaq dizasi zadi bombadi gozde yiqiram indi sene” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 14:18-dən 15:17-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “nadir bu nedi vermisen gelirem bunu kim verib aparsi soxsun ....... menim 15manatimi ver”, “tez cavab ver qaqaw mene camahat meni gozduyur 15manata 2,5 olmali idi temiz burda hec 01 yox idi menim pulumu atanin .... ..... yiq mene”, “nadir mennen oyun oynamada varyoxun ..... 3dene oqlan lomokada seni gozduyur”, “qaqaw sen 02yarim tema vermeli idin 01 tema vermisen hele meni borjdu cixardirsan?qaqaw 5manatnan neyniyim men camahat meni gozduyir hec olasa 10at 5manata men tapim qiyum usdune verim camahatin pulun varyoxuna lenet menim pulum olsaydi vererdim meni camahtnan prableme salma 2dene balam var menim”, “varini yoxunu ..... men kimnense prableme duwsem hec kime yaxwi olmuyacaq”, “qaqaw yiqd meni bunun icin .... gerey hormetsizdiy eliyey bir birimize?”, “hec olmasa 8at camahatin pulun verim qaqaw meni bularnan ..... salma **********694456 at buna”, “qaqaw 8at varyoxun ..... mende yoxdu pul kimnense alib verecem olara” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 21:59-da ***-***-**-** saylı mobil nömrəyə “..... gerey goturumku verimde sene” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 12:43-dən 13:40-dək Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Yarim saata atacam kartiva”, “Pulu Atim xeber eliyerem zeng vurma”, “İndi sene kod gelecey onu at mene mesajnan mende pulu atiram narahat olma” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Cix gelde day qaqa bu kisi agriyir burda eseblesib ujey” məzmunlu, xx.xx.2023-cü il tarixdən saat 18:25-dən xx.xx.2023-cü il saat 19:30-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Seni and verirem balanin canina bu vezyetde qoyma”, “Qaqa ele tema rewqanin temasidida mende ne cindirliq gorubki cerez cerez eliyir birden ikiden dalimca xuvos getimiwemki qaqa”, “axwam gelecem nese gotumeye 5 diyi oturecem narahat olma”, “He ye birazdan yigacam seni mene 10 nux saxla mutleq qadan alim day rewid qoz qoymur”, “Cindira 100 manat dimiwem 100 dollar goturub gelibki xirdalamaga yer tapa bilmedim seher xirdliyib temada goturecem iwdi birden seni gormesem verecem rewqiva”, “Yeni ele bilki cibindedi” mezmunlu mesajlar müəyyən olunmuşdur. Qeyd edilən çoxsaylı mesajlardan, mesaj vasitəsilə çoxsaylı bank kartlarının nömrələrinin göndərilməsindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girib, narkotik vasitələri həmin şəxslərdən əldə edib müxtəlif şəxslərə çatdırmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə narkotik vasitənin dövriyyəsini həyata keçirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 11:30-da tutulmuş hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-795/2023 saylı qərarı ilə barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 11:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində saxlanılmış, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1521/2024 nömrəli qərarı ilə axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində saxlanılmış və xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilməsinin saatı xx.xx.2024-cü il tarixli qərarda göstərilməsə də təqsirləndiriliən şəxs qismində dindirmə protokolundan (xx.xx.2024-cü il tarixli) görünür ki, sonuncu xx.xx.2024-cü il tarixdə saaat 14.30 və 15.30 arasında dindirməsi həyata keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində tutulmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması məqsədi ilə tutulduğu xx.xx.2024-cü il tarixdə saat 10.00-dan xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyi müddətin 02 gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 02 gün müddət, xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 ay 15 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 02 gün müddət ümumilikdə 03 ay 19 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkiləri 0,242 qram olan narkotik vasitə heroin, 2,356 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 02 gün müddət, xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 ay 15 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 02 gün müddət ümumilikdə 3 ( üç) ay 19 (on doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 4 (dörd) il 8 (səkkiz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlama kamersına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkiləri 0,242 qram olan narkotik vasitə heroin, 2,356 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar