Məhkəmə qərarları › İş №1(101)-1522/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1522/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1522/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Faiq Nağıyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 04 avqust 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 09:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs2 05 iyul 2023-cü il tarixdə saat 20:05-də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq 1-ci Polis şöbəsinə gətirilib şəxsi axtarış zamanı üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 0,175 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinin ibtidai istintaqı aparıldığı dövrdə, təkrarən şəxsiyyəti istintaqa məlum olmayan “Hatəm” adlı İran İslam Respublikasının vətəndaşından külli miqdarda narkotik vasitə marixuana, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış rol bölgüsünə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hatəm” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1586,142 qram çəkidə külli miqdarda narkotik vasitə olan marixuananı, 4,231 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 2,374 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə daşımaqla birlikdə gələcəkdə satışını həyata keçirmək üçün müxtəlif hissələrə bölüb orada saxlamış, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 2023-cü il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun iştirakı ilə qeyd edilən tarixdə saat 22:20-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin evdə müxtəlif hissələrə bölərək gizlətdikləri iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 475 qram və 495 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 545 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 20 qram, iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,201 qram və 1,318 qram, iki ədəd plastik qara qabda ayrıayrılıqda təmiz çəkiləri 25 qram və 15 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,071 qram, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram olmaqla ümumilikdə 1586,142 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, yeddi ədəd bükümdə (altı ədəd kağız büküm və bir ədəd şəffaf sellofan kəsiyi bükümü) ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,035 qram, 0,026 qram, 0,034 qram, 0,025 qram, 0, 028 qram, 4,034 qram olmaqla ümumi təmiz çəkisi 4,231 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,374 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də narkotik vasitələr və psixotrop maddələrin satışı zamanı çəkisini müəyyən etmək üçün istifadə etdikləri səthində nakotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. 3.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. 4.Belə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Hatəm” adlı İran İslam Respublikasının vətəndaşından külli miqdarda narkotik vasitə marixuana, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gəlib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış rol bölgüsünə uyğun olaraq şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hatəm” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1586,142 qram çəkidə külli miqdarda narkotik vasitə olan marixuananı, 4,231 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 2,374 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə daşımaqla birlikdə gələcəkdə satışını həyata keçirmək üçün müxtəlif hissələrə bölüb orada saxlamış, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 2023-cü il tarixdə saat 21:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq onun iştirakı ilə qeyd edilən tarixdə saat 22:20-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin evdə müxtəlif hissələrə bölərək gizlətdikləri iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 475 qram və 495 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 545 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 20 qram, iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,201 qram və 1,318 qram, iki ədəd plastik qara qabda ayrıayrılıqda təmiz çəkiləri 25 qram və 15 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,071 qram, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram olmaqla ümumilikdə 1586,142 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, yeddi ədəd bükümdə (altı ədəd kağız büküm və bir ədəd şəffaf sellofan kəsiyi bükümü) ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,035 qram, 0,026 qram, 0,034 qram, 0,025 qram, 0, 028 qram, 4,034 qram olmaqla ümumi təmiz çəkisi 4,231 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,374 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də narkotik vasitələr və psixotrop maddələrin satışı zamanı çəkisini müəyyən etmək üçün istifadə etdikləri səthində nakotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sübutların tədqiqi: 5.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, evlərindən çıxan narkotik vasitə və psixotrop maddələr ona aid deyildir. Həmin evdən bir müddətdir ki çıxmış, orada yaşamamışdır. Onunla birlikdə işləyən qızın evində yaşamışdır. Dekabr ayının 6-da ASAN xidmətə uşaq üçün şəxsiyyət vəsiqəsi almağa getdikdə tutularaq polis idarəsinə aparılmışdır. Saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis idarəisndə ona fiziki zor tətbiq olunmasa da bir nəfər gələrək “şərləməsən, oğlunu tutacağıq” demişdir. Oğullarından biri məhkumdur, böyük oğlu narkotik istifadə edir, kiçik oğlu isə istifadə etmir. Bəyəli onun qonşusudur, uşağı ilə bir sinifdə oxumuşdur. Bəyəli onlara tez-tez gəlməmiş və Bəyəlidən nəyisə harasa aparmasını xahiş etməmişdir. Onunla Bəyəlinin arasında heç vaxt telefon danışığı olmamış, Bəyəliyə səsli mesaj yollamamışdır. Bəyəli ilə onun arasında narkotik alış-verişi olmamışdır. “Whatsapp” üzərindən aparılan yazışmalarda olan səslər ona aid deyildir. 6.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 07 dekabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, elan edilmiş ittihamın ona aidiyyəti yoxdur. Onun heç nədən xəbəri yoxdur. O, həmin evdə yaşamır. Ona görə ki, onun həyat yoldaşı içəndir, evdə çox dava-dalaş salır. Yanında balaca qızı olduğundan həmin evdə yaşamır. O, ya oğlunun, ya da atasının həyətində qalır. Ona görə heç nədən xəbəri yoxdur. Bəyəli qonşusudur. Onunla heç bir əlaqəsi olmamışdır. Ürəyi xəstədir, yanında azyaşlı uşağı vardır. O, Bəyəli ilə heç bir iş görməmişdir. Bəyəlinin hara gedib haradan gəlməsindən xəbəri yoxdur. O, həmin evdə yaşamır, bunu hamı təsdiq edə bilər. Yoldaşından da soruşmaq olar. Yaşının nəzərə alınmasını xahiş etmişdir. Əvvəl məhkum olunmuşdur. Üstündən 15 il keçmişdir, o daha belə işlərlə məşğul olmur. O, işə gedib gəlir. Xadimə işləyir. 1 aydan sonra bilmişdir ki, Bəyəlini tutulmuşdur. Telefondan xəbəri yoxdur. Onun olsaydı öz yanında olardı, evdə qoymazdı (İ cild, səh. 239-241). 7.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 19 fevral 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin satışı və ya alışı ilə məşğul olmamışdır. Həmçinin kiminləsə əlbir olub bu işlə məşğul olmamışdır. O, hazırkı vaxtadək istifadə etdiyi mobil telefon nömrələrini xatırlamır. Ümumiyyətlə müasir smartfonlardan doğru-dürüst istifadə edə bilmir. Yazışmalar ona aid deyildir.+**********45 saylı mobil telefon nömrəsi heç bir vaxt onun istifadəsində olmamışdır. Əlavə etmişdir ki, o, hazırkı vaxtadək yalnız bir mobil nömrədən istifadə etmişdir. Həmin nömrəni hazırda xatırlamır. Həmin nömrə ona məxsus “Nokia” markalı mobil telefonun daxilində olmuşdur və evdə qalmışdır. Bəyəli saxlanılan zaman həmin telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Fonoqramlardakı səs ona məxsus deyildir. Çünki o, qeyd edilən məzmunda kiməsə səsli və ya mətn mesajları göndərməmişdir. O, həmin proqramdan istifadə etməyi bacarmır (İİ cild, səh. 214-216). 8.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, 15-16 avqust tarixində günorta vaxtı evdən çıxarkən polislər tərəfindən tutulub qonşusugilə aparılmışdır. Polislər onu axşama kimi döyüb narkotiki boynuna qoymuşlar. Sonra isə sənədləşdirib onu Kürdəxanıya göndərmişlər. İstintaq zamanı yalandan boynuna alaraq narkotikin ona məxsus olduğunu və aparıb ora qoyduğunu bildirmişdir. Narxanımla səs yazısı ilə biribirilərinə mesaj yolllamamışlar. Narxanım onların qonşusudur, oğlu ilə tanışlığı var. Narxanımla əlbirliyi olmamış, oğlu ilə sinif yoldaşı olduğundan evlərinə gedib-gəlmişdir. Narxanımın narkotik satışı ilə məşğul olduğunu bilməmişdir. O, Narxanımdan narkotik almamış və Narxanıma narkotik verməmişdir. Onu öz qapılarında saxlayaraq maşına basıb Narxanımgilin evinə aparmışlar. Narxanım evdə qalmamış, evdə yoldaşı və bir də uşaq olmuşdur. Təxminən saat 5-də onu saxlayıb Narxanımgilə aparmışlar və saat 12-də narkotikin yoxlanması başlamışdır. Beş saat evi axtarmışlar və evdən heç nə çıxmamışdır. Videoçəkilişdə olan evdən çıxanları polis əməkdaşları özləri gətirmişlər. Başqaları əllərində sumkalarla gəlmişlər, bir-birilərinə konum atmışlar. Ona fiziki zor tətbiq etdiklərindən məcbur boynuna alaraq ona məxsus olduğunu demişdir. O, bir ildən çoxdur ki, Hatem adlı iranlını tanıyır, narkotiki həmin iranlıdan almış və Hatemin verdiklərindən kiməsə satmamışdır. Xəsarətləri evdə almış, xəsarətləri ona məhkəməyə gələn şahidlərəməliyyatçılar yetirmişlər, xəsarətləri ilə bağlı prokurorluqdan onun yanına heç kim gəlməmişdir. İbtidai istintaq dövründəki ifadəsini təzyiq altında vermişdir. 9.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi 18 avqust 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uşaq yaşlarından qonşusu kimi tanımışdır. Sonuncu ilə münasibəti normal olmuşdur. Təxminən 2 il əvvəl narkotik vasitə marixuanadan istifadə etməyə başlamışdır. Sonradan narkotikin dozası bəs etmədiyi üçün heroindən istifadə etmişdir. Narkotiki bədəninə iynə ilə qəbul etməyə başlamışdır. Narxanımın əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkum olunduğunu bilmişdir. Hətta bir neçə dəfə Narxanımdan şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Təxminən bir il əvvəl Narxanım ona təklif etmişdir ki, tanıdığı Hatəm adlı İran vətəndaşı vardır, narkotiki mütəmadi olaraq həmin şəxsdən alır və satır, ona köməklik etsin. Hatəmin nömrəsini ona vermişdir. Bildirmişdir ki, “whatsapp”la həmin nömrə ilə danışsın, Hatəm narkotik maddələri hara qoyduğunu izah edəcəkdir, o da narkotiki Hatəmin qoyduğu yerdən götürüb Narxanımın evinə gətirəcəkdir. Bunun qarşılığında Narxanım bildirmişdir ki, ona pulsuz heroin verəcəkdir. O da razılaşmışdır. Təxminən 1 il olar ki, həm Narxanım təkbaşına, həm də o, bəzən də ikisi Hatəmlə danışıb onun gizlətdiyi narkotik vasitələri müxtəlif ünvanlardan götürüb gətirmişlər. 16 avqust 2023-cü il tarixdə saat 21:40-da yaşadığı ünvanın yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini bildirmişlər. Keçirilən əməliyyat-axtarış tədbiri barədə qərarı təqdim etmişlər, o keçiriləcək əməliyyat tədbirində hər cür köməklik edə biləcəyini demişdir. Bu məqsədlə istifadəsində olan mobil telefonu təqdim edə biləcəyini, Hatəmdən aldığı narkotik vasitəni Narxanımın evində saxladıqlarını, həmin yeri göstərəcəyini bildirmişdir. Birlikdə Narxanımın yaşadığı ünvana getmişlər. Orada Narxanımla birlikdə Hatəmdən aldıqları narkotiklərin yerini və tərəzini göstərmişdir. Daha sonra birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə getmişlər. Orada üzərinə şəxsi axtarış keçirilərkən mobil telefon cihazını polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları onu saxlamamışdan təxminən yarım saat qabaq Narxanımla danışmışdır. Həmin vaxt Narxanım bildirdiyinə görə evində olmuşdur. Fikrincə Narxanım polis əməkdaşlarının gəldiyini bildikdən sonra qaçıb getmişdir (İ cild, səh. 119-120). 10.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi 06 dekabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, əvvəlki ifadəsində narkotik vasitəni və psixotrop maddələri Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı Hatəm adlı İran vətəndaşından aldığını bildirmişdir. Halbuki əslində o, Hatəm kimi telefonunda adını qeyd etdiyi, əsil adının Həşim olduğunu bildiyi şəxslə özü tanış olmuşdur. Belə ki, onunla təxminən 2 il əvvəl “Telegram” sosial şəbəkəsində yazışmışdır. Həmin şəxs bildirmişdir ki, ona müxtəlif növ narkotik vasitələr ötürə bilər. O həmin narkotik vasitələri bir yerdən götürüb başqa yerə qoyacaqdır. Bunun əvəzinə isə arabir istədikdə maldan götürüb istifadə edə biləcəkdir. Həşimlə bu qaydada işləməyə başlamışlar. Həşim ona “whatsapp’la müxtəlif ünvanları və fotoşəkillər göndərmişdir. Fotoşəkillərdə narkotik vasitənin və ya psixotrop maddənin qoyulduğu yeri dəqiqliyi ilə işarələmişdir. O da həmin şəxsin dediyi qaydada etmişdir. Arabir Həşimdən götürdüyü malları Narxanımın həyətinə qoymuşdur. Narxanım və əri Sahibin bunlardan məlumatı olmamışdır. Yəni etdiklərini onlardan gizli etmişdir. Mesajlar onun yadında deyildir, bu səbəbdən də mesajlarda qeyd edilənləri izah edə bilmir. Əvvəlki ifadəsində düzgün məlumat verməmişdir. Belə ki, narkotik vasitə və psixotrop maddələri Həşimdən özü almışdır. Narxanımın bu işə aidiyyəti olmamışdır (İ cild, səh. 216-217). 11.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi 20 fevral 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin əvvəllərində müxtəlif vaxtlarda qonşusu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla satış məqsədi ilə Təqsirləndirilən şəxs2 onunla əlaqələndirdiyi İran İslam Respublikasının vətəndaşı “Hatəm” kimi tanıdığı şəxsin müxtəlif ərazilərdə gizlədilmiş narkotik vasitə və psixotrop maddələrini götürüb Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə daşımışdır. Həmin evdə onlar narkotik vasitə və psixotrop maddələri bir ədəd elektron tərəzinin köməkliyi ilə müxtəlif çəkilərdə hissələrə bölüb bir qismini sonradan əsasən Mərdəkan qəsəbəsi ərazisində satmışlar. Qalan hissəsi isə Təqsirləndirilən şəxs2 qalmışdır. Təqsirləndirilən şəxs2 qalanlarla nə etməsi barədə onun məlumatı yoxdur. Satışdan əldə olunmuş pul alıcı tərəfindən “Hatəm”ə məxsus bilmədiyi banka aid plastik kartın balanısına köçürülmüşdür. Onlar pulun müəyyən məbləğdə hissəsini özlərinə götürürdülər. Narkotik vasitə və psixotrop maddələri o, bəzi hallarda piyada, bəzi hallarda isə tanıdığı və tanımadığı taksi sürücülərinin avtomobillərinə sərnişin qismində əyləşərək daşımışdır. Qeyd etmişdir ki, həmin taksi sürücülərinin üzərində və ya əlindəki bağlamada narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatları olmamışdır. 16 avqust 2023-cü il tarixdə gecə saatlarında iştirakı ilə Təqsirləndirilən şəxs2 evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri də o, Təqsirləndirilən şəxs2 tapşırığı ilə “Hatəm” kimi tanıdığı şəxsdən (qoyduğu yerdən) əldə edib həmin ünvana daşımışdır. O, +**********64 mobil telefon nömrəsini işlətmişdir. Təqsirləndirilən şəxs2 +**********45 mobil telefon nömrəsini işlətmişdir. Əlavə etmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs2 mobil telefonundan istifadə etmişdir. Həmin telefonun markasını hazırda xatırlamasa da yadındadır ki 16 avqust 2023cü il tarixdə gecə saatlarında iştirakı ilə Təqsirləndirilən şəxs2 evinə baxış keçirilərkən sonuncunun həyat yoldaşı Şahid1 tərəfindən həmin telefon polis əməkdaşlarına təhvil verilmişdir. Yazışmalar həqiqətən də onunla Təqsirləndirilən şəxs2 arasında aparılmışdır. Yazışmalar ifadəsində qeyd etdiyi şəraitdə narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması ilə əlaqədar olmuşdur (İİ cild, səh. 233-235). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Narxanım və Bəyəlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, onun rəhbəri olduğu əməliyyat qrupu yaradılaraq Mərdəkan qəsəbəsinə getmişlər, əməliyyatda o, Tural və təhqiqatçı iştirak etmişdir. Axşam saat 9-dan sonra Mərdəkan qəsəbəsində, 28 May küçəsində Bəyəliyə yaxınlaşıb özlərini təqdim etmişlər və Bəyəli özü könüllü olaraq narkotik vasitələrin yerini göstərmişdir. Bəyəli özü könüllü onları Narxanımın evinə aparmış və yataq otağından narkotik vasitə çıxmışdır. Bəyəlinin üzərindən narkotik çıxmamışdır. Bəyəli narkotik vasitəni İran vətəndaşından aldığını demişdir. Narxanım həmin vaxt yerində olmamış və evdə Narxanımın əri olmuşdur. Məlumat narkotik vasitənin satışı ilə bağlı olmuşdur. Bəyəlinin evinə baxış keçirilməmiş və baxış keçirilməsinə ehtiyac görülməmişdir. Tədbir videoçəkilişlə olmuşdur. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Bəyəliyə qarşı zor və təziyq olmamışdır. Məlumat satışla bağlı birbaşa onlara gəlmiş, şəxsiyyətini müəyyən etmək məqsədi ilə ərazi polislə danışmışlar. Ərazinin bu şəxs barədə məlumatının olub-olmaması, hər-hansısa tədbir görməsi barədə onun məlumatı yoxdur. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xüsusi rütbəsi polis kapitanıdır. 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları ilə bağlı etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əməliyyat yolu ilə yoxlanılarkən öz təsdiqini tapdığından həmin şəxslərin cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanmaları, narkotik vasitələr və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə o və xidmət etdiyi şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupa rəhbərlik ona tapşırılmışdır. Həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 16 avqust 2023-cü il tarixdə saat 21:40-da ünvan 1 ünvanının qarşısında saxlanılmışdır. Şifahi sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs1 səmimi şəkildə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf etmiş, həmçinin hazırda üzərində narkotik vasitə və ya psixotrop maddə olmasa da tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr gizlətdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyinə görə həmin maddələri onlar satış məqsədi ilə Təqsirləndirilən şəxs2 tanışı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Hatəm” şəxsdən əldə etmişlər. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində narkotik vasitə və psixotrop maddələrin saxlandığı yeri göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmış Təqsirləndirilən şəxs1 şəxsən tanıması, qonşuluqda yaşaması həyata keçirilmiş əməliyyataxtarış tədbirləri barədə qısa zamanda xəbər tutub yaşadığı fərdi evdə gizlədildiyi bildirilən narkotik vasitə və psixotrop maddələri başqa yerə aparmasına yaxud məhv etməsinə kifayət qədər əsasların olduğunu nəzərə alaraq cinayət-prosessual qanunvericiliyinin tələbinə əsasən zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün verilmiş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Cavanşir Ağamirzəyev təxirəsalınmadan həmin ünvana gəlmişdir. Sonra təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən o, Şahid3, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid1 və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı bir mərtəbəli olmaqla həyətyanı sahəyə malik fərdi yaşayış evinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Orada yaşayan Şahid1 fərdi yaşayış evinə baxış keçirilməsinə icazə verməsinə dair ərizə təqdim etmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs1 saxlanılan zaman barəsində bildirdiyi narkotik vasitə və psixotrop maddələrin saxlandığı yeri göstərməsi təklif olunduqdan sonra o, könüllü şəkildə evdə qonaq otağına bənzər otağa gəlib oradakı kiçik ölçülü dolabdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sarı və yaşıl rəngli sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin paket açılanda içərisindən çoxlu sayda kağız bükümlərdə, sellofan bağlamalarda, sellofan torbalarda, sellofan bükümlərdə, plastik qablarda, kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi, narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə, eləcə də bir ədəd plastik qabda bitki toxumları və ağ rəngli elektron tərəzi aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə evdə narkotik vasitə və psixotrop maddələr gizlətmələri barədə Şahid1 deməmişlər. Sonuncunun bundan xəbəri olmamışdır. Şahid1 isə Təqsirləndirilən şəxs1 uşaq yaşlarından qonşusu kimi tanıdığını, onun bəzi hallarda evinə gəlib-getdiyini, lakin Təqsirləndirilən şəxs1 həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə etdiyi həmin qanunsuz hərəkətlərindən xəbərinin olmadığını bildirmişdir. Şahid1 evdən həyat yoldaşı Təqsirləndirilən şəxs2 istifadəsində olan “X18 7" markalı mobil telefonu götürüb təhqiqatçıya təqdim etmişdir. Bununla bağlı ərizə yazmışdır. Daha sonra fərdi evin digər hissələrinə baxış keçirilsə də qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. İstintaq hərəkətinin sonunda təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən protokol tərtib edilmişdir, o və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzalarla təsdiq etmişlər. Qeyd etmişdir ki, evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 orada müəyyən etməmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Orada xitmədi otaqda təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən o, Şahid3 və Bakı şəhəri 13 saylı Vəkil bürosundan Təqsirləndirilən şəxs1 hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün dəvət edilmiş vəkil X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 könüllü şəkildə əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung A10” markalı qara rəngli mobil telefon cihazını çıxarıb təqdim edərək həmin telefon vasitəsilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar apardığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefon sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonda müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İİ cild, səh. 45-48). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bağlı şöbə rəisinə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyatda o və Şahid2 iştirak etmiş, daha sonra mənizlə yaxınlaşanda təhqiqatçı gəlmişdir. Təhqiqatçıya onlar məlumat vermişlər. Əməliyyat qrupunun rəhbəri Şahid2 olmuşdur. Bəyəlinin qeydiyyatda olduğu ünvana yaxınlaşıb özlərini təqdim etmişlər, Bəyəli narkotik vasitələr satdığını etiraf etmiş və narkotik vasitələri Təqsirləndirilən şəxs2 evində gizlətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 evinə yaxınlaşmışlar və gizlətdiyi yerdə təqdim etmişdir. Birinci axşam saatlarında Mərdəkanda Bəyəli saxlanılmışdır. Həmin vaxt Bəyəlinin üzərinə baxış keçirməmişlər. Özü yerindəcə etiraf etmiş, sonra Narxanımın evinə yaxınlaşmışlar, yoldaşı qapını açmış və Narxanım özü evdə olmamışdır. Evə daxil olanda girişdə mətbəx kimi yerdə şkafda gizlədilmiş metamfetamin, marixuana və tərəzi aşkar edilmiş, çəkisi çox olan marixuana olmuşdur. Bəyəli özü iranlının “konum” atdığı yerdən götürdüyünü demişdir. Baxış videoçəkiliş aparılmaqla keçirilmiş və baxışda müdafəçinin olmasını xatırlamır. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 hansısa formada zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 49-52). 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evdə otaqda yatarkən saat altıya on beş dəqiqə qalmış polislər onun həyətinə daxil olmuşlar və qapını qırmışlar. O, günəmuzd işləyən adamdır, sərxoş olmamış, amma içkili olmuşdur. O, özü 17 may 2022-ci il tarixdə cəzaçəkmədən azad olunmuşdur. Başını qaldırarkən başının üzərində üç nəfər görmüş, kim olduqlarını soruşduqda əməliyyatçılar olduqlarını və axtarış aparmağa gəldiklərini demişlər. Nəyin əsasında axtarış aparmağa gəldiklərini soruşmuş, məlumat əsasında gəldiklərini bildirmişlər, bu zaman o, “axtarın” demişdir. Onlar hər şeyi axtaracaqlarını bildirmişlər. Sonra onu otağa keçirəndə görmüşdür ki, saat yeddiyə on dəqiqə işləyir və Bəyəlini divanda oturdublar. O, Bəyəlidən nə iş gördüyünü və nə etdiyini soruşmuş, Bəyəli də “bunlar məni qapımda tutublar” demişdir. Avqsut ayının 16-da saat 12-in yarısına kimi evi axtarmışlar, lakin heç nə tapmamışlar. Sonra ona içəri otağa keçməsini demişlər, həmin saatda üçüncü otağa keçirəndə üç nəfər orada qalmış, bir nəfər də onların yanlarında olmuşdur. Saat 12-ə iyirmi dəqiqə qalmışa kimi axtarıb heç nə tapmamışlar. Sonra bir səs gəlmiş, nə səs olduğunu soruşmuşlar, o da “üç dənə pişik var evdə, bəlkə onların səsidir” demişdir. Biri onlarla qalmış, üçü isə qaçıb getmişlər. Üzərindən 20-25 saniyə keçəndən sonra əllərində sumka ilə gələrək “Bəyəli sənin sumkanı tapdıq” demişlər. Saat 12-yə on dəqiqə qalmış divarda olan bütün saatları yığışdırmışlar, təxminən saat 1-ə işləmiş çəkiliş gəlmiş və özləri yazıb-pozmuşlar. Təxminən 1-ə on beş dəqiqə qalmış, ikiyə işləmiş onun Baş Polis İdarəsinə daxil olması barədə qeydiyyatı var. Altıya iyirmi dəqiqə qalmış telefonunu ona vermişlər və saata baxmışdır. Ondan başqa heç nə soruşulmamışdır. Ayın 17-də saat on ikinin yarısında qapı döyülmüş və yenə də eyni adamları görmüşdür. Onlara “axtarın, bu evdə heç nə yoxdur” demişdir. O, müstəntiqə ifadə verəndə “öz xəttimlə yazım” demiş, müstəntiq də ona “olmaz sən kiril əlifbası ilə yazırsan” demişdir. Malları çıxarıb masanın üzərinə tökərək gəlib baxmasını demişlər, o da onlara əl vura bilməyəcəyini demişdir. Saat on ikiyə on dəqiqə qalmış evdə olan saatları yığmışlar, hər otaqda iki-üç saat, cəmi isə 7-8 saat olmuşdur. Çəkiliş birinci otaqda qapının girişində olmuş, orada olan saatları yığışdırmışlar. On ikiyə qalmış çəkiliş olacağını demişlər, İlkin adlı təhqiqatçı gələrək ondan axtarış aparılacağı ilə bağlı izahat almışlar. Təxminən yarım saat çəkiliş aparılmışdır. Evə əsasən dörd nəfər gəlmiş, onlardan sonra da gələrək qayıdıb getmişlər. O, Bəyəlini yeddiyə on dəqiqə işləmiş otağa keçəndə əlləri qandallı görmüşdür. Bəyəlinin üzərində nəinsə aşkar edilməsi ilə bağlı onu dəvət etməmişlər. Səs gələndən sonra gedib narkotik vasitəni gətirmişlər, gətirdikləri yaşıl rəngli çanta olmuşdur. Onu ayırandan sonra Bəyəlinin onlara izahatını bilməmişdir. Gətirdikləri sumkanın içində bağlamalar olmuş, neçə bağlama olmasını bilməmişdir. Dərman adlarını demişlər, onların adlarını heç vaxt eşitməmişdir. Əməliyyatçılardan başqa orada onunla Bəyəli olmuşdur. Narxanım onun həyat yoldaşıdır, uzun illərdir aralarında münasibətləri olmamışdır. Narxanımın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı yoxdur. İki övladı var, onlardan biri narkotik vasitələrin istifadəsi ilə bağlı məhkumdur. Narxanımla artıq uzun müddətdir bir evdə qalmır. Narxanımın atasının və bacısının evi Binədədir, Narxanım orada qalır. Narxanımın harada olmasını ondan heç kim soruşmamışdır. Həmin ərəfədə Narxanımın istifadəsində telefon olmamışdır. O, hansısa tərəzini görməmiş, oraya yaxın getməmişdir. Əlavə olaraq dekabr ayının 5-də onu çağıraraq Narxanımın pis olduğunu demişlər, o da idarəyə getmişdir. Onun qabağına qələm və kağız qoyaraq “evdə axtarışa icazə verilməsinə görə bu kağızı sən yazmısan” bildirmişlər, o da “bəli” demişdir. Ona başlanğıcını köçürməsini demişlər, o da köçürmüşdür. Köçürməyə başlayanda “necə yazmısansa elə yaz” demişlər. Kağızın üzərində çəhrayı rəngdə “P” hərfi yazılmış kiçik bir yazı yapışdırdıqlarını görmüşdür. Tarixi də avqust ayının 16-dan qoymasını demişlər. O, Bəyəlini uşaqlığından tanıyır, kiməsə narkotik satmasını görməmişdir. Bəyəlinin narkotik istifadəçisi olduğunu eşitmiş, amma görməmişdir. Bəyəli ara-sıra onlara gəlmiş, günəmuzd işlədiyini bilmişdir. Onun yoldaşının Bəyəlidən nəyisə aparıb-gətirməsini xahiş etməsini eşitməmişdir. Bəyəli yoldaşının yox, onun yanına gedib-gəlmişdir.Məhkəmədəki ifadəsi ilə istintaq dövründə verdiyi ifadəsi arasındakı ziddiyyət onunla bağlıdır ki, o, müstəntiqə neçə dəfə “icazə ver mən öz xəttimlə özüm yazım” demişdir. Müstəntiq ona ifadəni oxumuş, səhv olanları bildirmiş, həmin vaxt müstəntiq ona “sizin əməliyyata gedən uşaqlar yuxarıdadırlar” demişdir. İki fikri əksik yazılmış, nəyə görə onları yazmadığını soruşmuş, müstəntiq ona “mən onları yazsa idim, hakimlərdə fikir yaranacaq, səni həbs edərlər” demişdir. 17.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 1984-cü ildən evlidir. Onların evlilikləri rəsmi olsa da təxminən 10 il olar ki münasibətləri yoxdur, ayrı yaşayırlar. Onların 4 övladı vardır. Böyük övladı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur və hazırda həbsxanadadır. Narxanımla münasibətinin kəsilməsinə səbəb sonuncunun ailəsinin təsiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıdır. Narxanımla münasibəti kəsilsə də sonuncu arabir evə gəlib getmişdir. O, övladlarının xətrinə buna görə Narxanım ilə mübahisə etməmişdir. Bildiyi qədəri ilə Narxanım ya Binə qəsəbəsində, ya da Nardaran qəsəbəsində bacılarının yanında qalır. Təqsirləndirilən şəxs1 qonşu kimi tanıyır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanla onun yaşadığı ünvan arasında 50-60 metr məsafə vardır. Bəyəli uşaq yaşlarından gözünün qabağında böyümüşdür. Onunla münasibəti normal olmuşdur. Bəyəli yaxın qonşusu olduğu üçün arabir yaşadığı ünvana çay içməyə, yemək yeməyə gəlmişdir. Son dövrlər Bəyəli gələndə əlində nə isə gətirmişdir. Ondan nə gətirdiyini soruşanda göstərmişdir ki, qənd, şirniyyat gətirmişdir. Hansı işlə məşğul olduğunu soruşanda isə demişdir ki, günəmuzd fəhlə işləyir. Bəyəlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını o, bilməmişdir. Əgər bilsəydi onu evinə buraxmazdı. Əməliyyat tədbiri zamanı ona məlum olmuşdur ki, Bəyəli arvadı Narxanımla birlikdə narkotik ticarəti ilə məşğul olurmuş və iranlıdan aldıqları narkotikləri bəzi hallarda onun həyətində gizlədirmişlər. 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvanda yatarkən evin qapısı döyülmüşdür. Qapını açanda bir neçə mülki geyimli şəxs Bəyəli ilə birlikdə qapının ağzında durmuşlar. Onlar özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə təqdim etmişlər, həmçinin əməliyyat tədbiri keçirilməsi barədə qərarla onu tanış etmişlər. O, evinə daxil olmaqla baxış keçirilməsinə etiraz etməmişdir. Könüllü köməklik edə biləcəyini bildirmişdir. Polis əməkdaşları əməliyyat tədbirini telefon vasitəsilə videoçəkiliş aparmaqla həyata keçirmişlər. Həmin vaxt polis əməkdaşları Bəyəlidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bəyəli də onlara bildirmişdir ki, Narxanımla birlikdə İran vətəndaşından aldıqları narkotik vasitə və psixotrop maddələri onun evində, ümumi otaqda dolabın içində gizlətmişdir. Bəyəli qeyd etmişdir ki, onun bu işdən məlumatı olmamışdır. Onun özü ilə şifahi sorğu aparılanda qeyd etmişdir ki, Bəyəli onun evinə qonşu kimi gəlib getmişdir, lakin onun Narxanımla birlikdə narkotik ticarəti ilə məşğul olmasından, evində qanunsuz əşya və ləvazimat gizlətməsindən məlumatı olmamışdır. Bundan sonra Bəyəli evdə ümumi otaqda yerləşən dolabdan üzərində “Oba” sözləri yazılmış yaşıl rəngli, ağzı bağlı olan iri sellofan paket çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin paketi o, birinci dəfə idi ki görmüşdür. Paketin içərisinə baxılanda orada ot şəkilli, kristal və toz şəkilli maddələr, elektron tərəzi aşkar edilmişdir. Paketdə aşkar edilmiş maddələr marixuana, heroin və metamfetamin olmuşdur. Bəyəli bir daha qeyd etmişdir ki, onun narkotik vasitələrdən məlumatı olmamışdır, həmin narkotik vasitələri özü Narxanımla birlikdə İran vətəndaşından almışdır və satışını həyata keçirmişdir. Polis əməkdaşları evindən və həyətyanı sahəsindən başqa hər hansı qanunsuz əşya və ya ləvazimat aşkar etməmişlər. Araşdırmanın davam etdirilməsi üçün polis əməkdaşları onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməmiş, gedərək izahat vermişdir. Əməliyyat tədbiri keçirilərkən, sənədləşdirmə aparılarkən ona və ya Bəyəliyə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir, polis əməkdaşlarının bütün hərəkətləri qanuni olmuşdur. Bundan başqa, Şahid1 dindirmə zamanı “arvadınız Təqsirləndirilən şəxs2 harada olması barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Narxanımla artıq 10 ildir ki ayrı yaşayır. Bildirdiyinə görə Narxanım həm Binə qəsəbəsində, həm də Nardaran qəsəbəsində bacılarının yanında qalır. Həmin ünvanları o, dəqiq bilmir. Bundan başqa, Şahid1 “Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Narxanımla ayrılmasına səbəb də məhz bu olmuşdur. Narxanım narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə tutulmuşdur. Bunu o, yaxın qohumları, yəni bacılarının təsiri ilə etmişdir. O, Narxanımın narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasının şahidi olmamışdır. Lakin Narxanımın danışıqlarından bir qədər şübhələnmişdir. Çünki Narxanımın bacılarının narkotik ticarəti ilə məşğul olduqlarını eşitmişdir, lakin bunun da şahidi olmamışdır (İ cild, səh. 176-180). 18.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə avtoqəza keçirmiş, ondan sonra beli əzilmiş, əməliyyata kimi onda ağrılar olmuş və əməliyyat etməyə imkanı olmamışdır. Ona görə də xahiş etmiş və Bəyəli bir dəfə ona ağrıkəsici dərman vermişdir. Təsadüfi görüşmüşlər, həmin vaxt belində ağrıları olduğunu və əməliyyatlar keçirməli olduğunu deyərək ona dərman verməsini xahiş etmiş, Bəyəli ona adını dəqiq bilmədiyi dərman vermişdir. Dərmanı bir dəfə almış, pul verməmiş, kontur və siqaret pulu kimi hörmət etmişdir. Əlaqəni telefon vasitəsi ilə saxlamış və bir dəfə zəng etmişdir. O, Bəyəlinin narkotik vasitəni kimdən götüdüyünü bilmir. İstintaq zamanı müstəntiq onu dindirərkən ifadə vermiş, onu məcbur edən və ona təzyiq göstərən olmamışdır. Hal-hazırda işləmir, o, narkotik yox, ağrıkəsici dərman almışdır. Hazırda sağlamlığına görə işləmir, əvvəl sürücü işləmişdir. O, Bəyəlidən bir-iki dəfə dərman almışdır. İndiki ifadəsi ilə əvvəlki ifadəsi arasında ziddiyyətlər keçirdiyi qəza ilə bağlı onda müəyyən yaddaş pozuntularının olmasına görədir. İstintaq dövründə olan ifadəsindəki bəzi şeyləri deyib-deməməsi onun yadında deyil. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, ifadəsində qeyd etdiyi kimi Bəyəldən “kokos”, “metadon” almışdır. O, ağrıkəsici, metadon və “kakos”un fərqli şeylər olduğunu bilmir. Bəyəlidən aldıqlarını haradan almasını Bəyəli ona deməmişdir. 19.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 19-da Binə qəsəbəsi ərazisində özünə məxsus “Lada Priora” markalı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir və avtomobili tam yararsız hala düşdüyündən utilizasiya edilmişdir. Özü uzun müddət yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə tibbi müalicə almışdır. Hazırda ara-bir sağ ayağında, belində və bədəninin digər nayihələrində şiddətli ağrılar olur. O, əvvəllər bir neçə dəfə məcburiyyət qarşısında tibbi vasitələr kömək etmədiyi hallarda bədənində olan ağırılan narkotik tərkibli dərman “metadon” və “kakos” adlandırılan narkotik vasitələr qəbul etməklə kəsmişdir. Təxminən 5- 6 ay olar ki narkotik vasitə qəbul etmir. Təqsirləndirilən şəxs1 ilə onun ilkin tanışlığı təxminən 2008-ci ilə təsadüf edir. Təqsirləndirilən şəxs1 Mərdəkan qəsəbə sakinidir. O, bildiyinə görə Təqsirləndirilən şəxs1 son 5-6 il olar ki mütəmadi nakotik vasitələr qəbul etmişdir. Həm də Təqsirləndirilən şəxs1 Mərdəkan qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmişdir. O, özü də Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun-iyul aylarında təxminən 3-4 dəfə narkotik vasitə olan “metadon” həbləri və “kakos” adlandırılan narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs1 ondan hər dəfə 01 ədəd “metadon” həbinə görə 10 manat və 01 büküm “kakos”a görə 10 manat pul almışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri ona Mərdəkan qəsəbəsi ərazisində məhəllə küçələrində əlbəəl vermişdir. Təqsirləndirilən şəxs1la istifadəsində olan +**********41 mobil nömrəsi ilə onun istifadəsində olan +**********64 mobil nömrəsi arasında “Whatsapp Business” proqramı vasitəsilə ilə əlaqə saxlamışdır. Görüşlər zamanı Təqsirləndirilən şəxs1 ona demişdir ki, narkotik vasitələri sonuncuya satması üçün Mərdəkan qəsəbə sakini olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki sonuncu İran İslam Respublikasının vətəndaşı olan tanımadığı bir nəfər şəxs tərəfindən Təqsirləndirilən şəxs2 göndərilən narkotik vasitələrin daşınmasını həyata keçirmişdir. Onlar narkotik vasitələri əvvəlcə Təqsirləndirilən şəxs2 evində saxlamışlar, daha sonra isə hissələrə bölüb satışını həyata keçirmişlər. O, özü şəxsən Təqsirləndirilən şəxs2 Mərdəkan qəsəbəsindən tanıyır. Qadın olduğundan və aralarında yaş fərqi çox olduğundan onunla hər hansı şəkildə ünsiyyəti olmamışdır. Bununla belə Mərdəkan qəsəbəsi ərazisində yaşadığı ünvana yaxın yerləşən məhəllələrin sakinləri Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilir. Məhəllədə yaşayan şəxslərdən dəfələrlə eşitmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsilə narkotik asılılığı olan şəxslərə narkotik vasitələr satmışdır. O, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid1 da tanıyır. Lakin, münasibəti yoxdur. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsinə hər hansı şəkildə aidiyyətinin olub-olmaması barədə onun məlumatı yoxdur. O, nə vaxtsa Şahid1 narkotik vasitə qəbul etməsi və ya satması barədə eşitməmişdir. Eşitmişdir ki, Şahid1 spirtli içki alüdəçisidir, həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə münasibəti yaxşı deyildir. Əlavə etmişdir ki, o, yuxarıda qeyd etdiyi səbəbdən bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. O, heç bir vaxt narkotik vasitələrin satışını həyata keçirməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar hərəkətləri barədə başqa məlumatı yoxdur (İİ cild, səh. 129-132). 20.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bəyəli onun qardaşı oğludur, Bəyəlini o, müalicə etdirmiş, daha sonra təkrar narkotik istifadə etdiyi üçün Bəyəlini evindən uzaqlaşdırmışdır. Narxanımı isə ümumiyyətlə tanımır. Bəyəlinin narkotik istifadə etdiyini əvvəldən bilmiş, satışla məşğul olmasından xəbəri olmamışdır. Narxanımı isə tanımır. O, ibtidai istintaq dövründə ifadə verəndə də iki dəfə oxumuş və Narxanımı tanımadığını demişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsusdur. 21.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ziya Bünyadov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs1 onun mərhum qardaşı Vidadi Əskərovun oğludur. ünvan 2 ünvanı onların ata evidir. O və ailə üzvləri, eləcə də mərhum qardaşı Vidadi Əskərov və onun ailə üzvləri həmin ünvanda pasport qeydiyyatındadırlar. Bununla belə təxminən 25 il olar ki o, qeydiyyatda olduğu həmin ünvanda yaşamır. Təxminən 1 il əvvəl ona məlum olmuşdur ki, qardaşı oğlu Təqsirləndirilən şəxs1 narkotik vasitələr qəbul edir. Onu evinə gətirmişdir ki, özü nəzarət etsin. Hətta Təqsirləndirilən şəxs1 Respublika Narkoloji Mərkəzinə qeydiyyata saldırmışdır. Təqsirləndirilən şəxs1 bir müddət narkomaniyadan müalicə almışdır. 6-7 ay Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadəni tam dayandırmışdır. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs1 anası Qərənfil Əskərova ilə birlikdə yaşadığı ünvan 2 ünvanına qayıtmışdır. Evinə qayıtdıqdan bir müddət sonra məhəllə sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs1 yaxınlıqda yaşayan əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 qoşulub yenə narkotik vasitə qəbul edir. Təqsirləndirilən şəxs1 yenidən narkotik vasitələr qəbul etməsini o, çəkisinin getdikcə azalmasından da hiss etmişdir. Lakin, Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə qəbul etməsini gizlətmişdir. O, qonşulardan Təqsirləndirilən şəxs1 narkotik vasitələr qəbul edib-etməməsi barədə soruşanda demişlər ki, Bəyəli tez-tez Təqsirləndirilən şəxs2 evinə gedir. Bəyəli günü-gündən narkomana bənzəyirdi. O, Təqsirləndirilən şəxs1la səmimi söhbət etmişdir, ona narkotik vasitələr qəbul etməkdən əl çəkməsini, Narxanımdan uzaq durmasını məsləhət bilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 and içmişdir ki, narkotik vasitələr qəbul etmir. 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmışdır. Sonradan maraqlandıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Narxanımın evindən aşkar edilmiş narkotik vasitəyə görə tutulmuşdur. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra təxminən 3 ay müddətində Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlib-getməmişdir. Həmin ərəfədə Qərənfil Əskərova ilə telefonla danışarkən sonuncu demişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğlu Təqsirləndirilən şəxs1 baş çəkmək üçün Bakı İstintaq Təcridxanasına getmişlər. Təqsirləndirilən şəxs2 ona 50 manat borc vermişdir ki, Təqsirləndirilən şəxs1 ərzaq alıb versin. O da Qərənfilə irad bildirmişdir ki, ümumiyyətlə oğlunu zəhərləyən şəxslə o, niyə görə görüşmüşdür. O, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid1 ümumi tanıyır. Onunla hər hansı münasibəti yoxdur. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyətinin olub- olmaması barədə onun məlumatı yoxdur. O, nə vaxtsa Şahid1 narkotik vasitə qəbul etməsi və ya satması barədə kimdənsə eşitməmişdir. O, Şahid1 spirtli içki alüdəçisi olan bir şəxs kimi tanıyır. Eşitmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə arası heç vaxt yaxşı olmamışdır. Şahid1 barəsində onun başqa məlumatı yoxdur. Əlavə etmişdir ki, o, özü həmişə narkotik vasitələrdən uzaq olmuşdur (İİ cild, səh. 152-155). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 3-16-16-2-7/1178 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ünvan 4 ünvanında aşkar edilərək götürülmüş kütlələr və 01 ədəd elektron tərəzi...” yazısı və imzalar olan bir ədəd yaşıl rəngli sintetik bağlamanı açdıqda içərisində: kağız paketdə 02 (iki) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 475 qram; 495 qram; kağız paketdə 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi- 545 qram; kağız paketdə 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-20 qram; 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri; 2,201 qram; 1,318 qram; 02 (iki) ədəd plastik qabda qara ayrı-ayrılıqda təmiz çəkiləri: 25 qram; 15 qram; 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-7,071 qram; 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,552 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-1586,142 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd qara rəngli plastik qabda ümumi çəkisi-2,012 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Təqdim olunmuş kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (İ cild, səh. 68-72). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 3-16-16/1- 6/4420 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs1...” sözləri olan bağlamadakı 7 ədəd bükümdə (6 ədəd kağız büküm + 1 ədəd şəffaf sellofan kəsiyi bükümü) ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qr., 0,035 qr., 0,026 qr., 0,034 qr., 0,025 qr., 0,028 qr., 4,034 qr., ümumi təmiz çəkisi 4,231 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,374 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elekton tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 74-80). 24.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-4/146-4/175 nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunan “Samsung Galaxy A10” markalı mobil telefon cihazından aşkar edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsi arasında “Whatsapp Business” proqramı vasitəsi ilə göndərilmiş səsli mesajlardakı, mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunan “Samsung Galaxy A10” markalı mobil telefon cihazından aşkar edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsi arasında “Whatsapp Business” proqramı vasitəsi ilə göndərilmiş səsli mesajlarda, mübahisəli fonoqramlardə yazı qurğusunun dayanması və yenidən işə salınması üçün xarakterik olan keçid proseslərinə məxsus siqnallar, situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional- psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akusitk şəraitə məxsus fonun kəsikn dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. 3.Ekspertizaya təqdim olunan “Samsung Galaxy A10” markalı mobil telefon cihazından aşkar edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsi arasında “Whatsapp Business” proqramı vasitəsi ilə göndərilmiş səsli mesajlarda, mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “KQ kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur (İİ cild, səh. 195-200). 25.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 25 sentyabr 2023-cü il tarixli 6102 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 184-185). 26.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 23 dekabr 2023-cü il tarixli 8418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 179-180). 27.«Baxış və götürmə aparılması barədə» 16 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, həmin tarixdə saat 22:20-dən saat 23:40-a kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinə təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, həmin evdə yaşayan Şahid1, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılan Təqsirləndirilən şəxs1 iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 könüllü şəkildə evin qonaq otağındakı kiçik ölçülü dolabdan çıxarıb təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sarı və yaşıl rəngli sellofan paketin içərisindən iki ədəd sellofan bağlamada, iki ədəd sellofan torbada, iki ədəd sellofan bükümdə, iki ədəd plastik qara qabda, bir ədəd kibrit qutusunda və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi, altı ədəd kağız bükümdə və bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd qara rəngli plastik qabda bitki toxumları və bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür (İ cild, səh. 27-34). 28.«Şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 17 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış, baxış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotrik vasitəni, psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd Samsung A-10 markalı mobil telefonu çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin mobil telefonla İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə yaradaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin əldə edilməsi, daşınması və satışında iştirak etmiş, bu barədə mobil telefonda yazışmalar vardır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd Samsung A-10 markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olabiləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 57-59). 29.«Baxış keçirilməsi haqqında» 18 avqust 2023-cü il tarixli il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı, SM-A105F/DS model nömrəli, RZSMA0LFL7A seriya nömrəli, **********46613 və **********46610 İMEİ kodlu bir ədəd qara rəngli mobil telefon cihazına baxış keçirilmişdir. Mobil telefon cihazı işə salındıqdan sonra açılmış ilkin ekranda “Whatsapp Business” poqramına daxil olunmuş, açılmış pəncərədə olan yazışmalarda sıra ardıcıllığı ilə yuxarıdan aşağı birinci yazışmada “Hatem” adı ilə qeyd edilmiş mesailaşmalara daxil olunmuş, “Hatem” yazısının üzərinə toxunduqda açılmış pəncərədə istifadəçinin +98 919 *** **** rəqəmli İran İslam Respublikasına məxsus mobil operatorun mobil nömrəsinin isitfadəçisi olduğu müəyyən edilmiş, geri qayıtma düyməsinə basıldıqdan sonra yazışmaların 11 avqust 2023-cü il tarixdən başlanıldığı və sonuncu dəfə 16 avqust 2023-cü il tarixdə saat 20:19 dəqiqədə “Hatem” adlı istifadəçinin səsli mesaj göndərdiyi müəyyən edilmişdir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir: 11 avqust 2023-cü il tarixdə saat 22:49 dəqiqədə, “Hatem” adlı istifadəçi “Əli maşın gəldi Əli” səsli mesajını göndərmişdir;Saat 22:56 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Fsi”, “Gedirem eve” mesajlarını göndərmişdir;Saat 22:57 dəqiqədə, “Hatem” adlı istifadəçi “Götürdün qaqa” səsli mesajını göndərmişdir;Saat 23:00 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Yox e qaqaş, tapmadiy ki, yoxdu ki, getdiy gördüy yoxdu qeyidiriy dala. Bir dənə bağlama var idi, ondan başqa heç nə yoxdu” səsli mesajını göndərmişdir;Saat 23:24 dəqiqədə, Təqsirləndirilən şəxs1 11 saniyə müddətində video çəkiliş apararaq göndərmişdir (həmin video çəkiliş protokola əlavə edilmiş kompakt diskdə əks edilmişdir);Saat 23:25 dəqiqədə, Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana və elektron tərəzinin fotoşəklini (protokola əlavə edilmişdir - əlavə 1) göndərmişdir;Saat 23:26 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Diyan bunu bi dənə də çəkim şikillərini görəsən, rəngli tərəfini heç qoymadım, gözdə” səsli mesajını göndərmişdir;Saat 23:26 dəqiqədə, “Hatem” “Qadou alım sənin hə, düz yerə elənçinə yığ üstən bir dənə şəkil çək hamısı düşsün” səsli mesajını göndərmişdir;Saat 23:26 dəqiqədə, Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana və elektron tərəzinin fotoşəlini (protokola əlavə edilmişdir) göndərmişdir;Saat 23:26 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Dostum ba bu bayaxkıdı ya indi çəkdiyimdi, ba təzdən çəkdim atdım, ba bu bir” səsli mesajını göndərmişdir;Saat 23:27 dəqiqədə, Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana və elektron tərəzinin iki ədəd fotoşəkillərini (protokola əlavə edilmişdir) göndərmişdir;Saat 23:28 dəqiqədə, Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana və elektron tərəzinin üç ədəd ayrı-ayrı fotoşəkillərini (protokola əlavə edilmişdir) göndərmişdir;Saat 23:29 dəqiqədə, Təqsirləndirilən şəxs1 beş ədəd, üzərlərində soldan sağa aşağıdan yuxarı ardıcıl olaraq AF2, K1, AF1, K4, K3 və K2 yazıları əlyazma şəklində yazılmış altı ədəd bağlamaların fotoşəklini (protokola əlavə edilmişdir) göndərmişdir;Saat 23:29 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Ünvan olucey konum” səsli mesajını göndərmişdir;Saat 23:30 dəqiqədə, “Hatem” “Hə qadan alım olacey Əli başıa dönərəm, indi yazıb atıram hamısını sənə” səsli mesajını göndərmişdir,Saat 23:35 dəqiqədə, “Hatem” 80g, 30g, 30g, saat 23:36 dəqiqədə 20g, 35g, 10g, 10g, 1 kilo nese, 500 nese, 23:38 dəqiqədə 500 nese, 500 nese, 12 avqust 2023-cü il tarixdə saat 00:24 dəqiqədə “at” mesajlarını göndərmişdir; 12 avqust 2023-cü il tarixdə saat 00:29 dəqiqədə, Təqsirləndirilən şəxs1 üzərində “Kec bunun arxasına” yazıları yazılmış və şəkilin məzmununda əl ilə ucu oxla işarələnmiş fotoşəkli, saat 00:31 dəqiqədə “Daslarin arxasında” yazıları yazılmış və şəkilin məzmununda əl ilə ucu oxla və dairə ilə işarələnmiş fotoşəkli, həmin saat və dəqiqədə xəritə proqramı vasitəsilə naməlum ünvanı (protokola əlavə edilmişdir) göndərmişdir;Saat 00:32 dəqiqədə, “Hatem” “Yarımdı bu, yarımdı?” səsli mesajını göndərmişdir;Saat 00:32 dəqiqədə, “Hatem” “Üsdərin də yaz dana neçə kilodu” səsli mesajını göndərmişdir;Saat 00:32 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Dostum hə bu yarımdı, gerəm o birsi yarımı da götürüm, sora gəlim o birsi yarımı da götürüm, axırda hamısın ataram. Üç dənədi də yarım-yarım hə qaqaş?” səsli mesajını göndərmişdir;Saat 00:33 dəqiqədə, Təqsirləndirilən şəxs1 “Sən di ki tezbazar gedib götürsün onu” səsli mesajını göndərmişdir;Saat 00:36 dəqiqədə, Təqsirləndirilən şəxs1 şəklin məzmununda 500 g yazısı yazılmış və əl ilə ucu oxla işarələnmiş fotoşəkli, saat 00:37 dəqiqədə Dasin altında yazıları yazılmış və əl ilə ucu oxla işarələnmiş fotoşəkli və xəritə proqramı vasitəsilə naməlum ünvanı (protokola əlavə edilmişdir) göndərmişdir; +994 51 *** ** ** rəqəmləri ilə qeyd edilmiş mesailaşmalara daxil olunmuşdur. Açılmış pəncərədə Təqsirləndirilən şəxs1 həmin mobil telefon nömrəsi ilə yazışmalarının olduğu müəyyən edilmişdir. 20 iyul 2023-cü il tarixdən başlanıldığı və sonuncu dəfə 15 avqust 2023-cü il tarixdə saat 20:59 dəqiqədə mesaj göndərildiyi müəyyən edilmişdir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir:26 iyul 2023-cü il tarixdə saat 21:13 dəqiqədə, BƏ “Bibi” , ”2 dene derman”, saat 21:14 dəqiqədə “3 dene bewdiy qum”, saat 21:15 dəqiqədə “İmkan varsa bider ede mene vere bilersen” və “Gelir uwaq gedim” mesailarını göndərmişdir;29 iyul 2023-cü il tarixdə saat 19:45 dəqiqədə, Təqsirləndirilən şəxs1 ”2 dene derman” , “2 dene bewdiy daw”, “2 dene onlug qum”, saat 19:46 dəqiqədə “50 manat”, saat 19:47 dəqiqədə “Onlug yoxdusa bew ferqi yoxdu”, “Esas 20 manatdig torpag olsun” mesailarını göndərmişdir;12 avqust 2023-cü il tarixdə, saat 04:48 dəqiqədə, istifadəçi naməlum ünvanı və gizlədilən əşyanın yerini göstərən fotoşəkli (protokola əlavə edilmişdir) göndərmişdir (İ cild, səh. 83-85). 30.«Baxış keçirilməsi haqqında» 02 dekabr 2023-cü il tarixli il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 məxsus “X18 7” markalı, M1901F7G model nömrəli, **********87652 və **********81602 İMEİ kodlu bir ədəd qara rəngli mobil telefon cihazına baxış keçirilmişdir. Mobil telefon cihazı işə salındıqdan sonra açılmış ilkin ekranda “Whatsapp” proqramına daxil olunmuş, açılmış pəncərədə olan yazışmalarda sıra ardıcıllığı ilə yuxarıdan aşağı ikinci yazışmada “Helime” adı ilə qeyd edilmiş yazışmaya daxil olunmuş, “Helime” yazısının üzərinə toxunduqda açılmış pəncərədə istifadəçinin +98 919 *** **** rəqəmli İran İslam Respublikasına məxsus mobil operatorun mobil nömrəsinin istifadəçisi olduğu müəyyən edilmiş, geri qayıtma düyməsinə basıldıqdan sonra yazışmaların 15 avqust 2023-cü il tarixdən başlanıldığı və sonuncu dəfə 16 avqust 2023-cü il tarixdə saat 20:04 dəqiqədə “Helime” adlı istifadəçinin mesaj göndərdiyi müəyyən edilmiş, daha sonra ilk yazışmalardan başlayaraq baxış keçirilməyə davam etdirilmiş, baxış zamanı istintaq əhəmiyyəti kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir:15 avqust 2023-cü il tarixdə saat 18:32 dəqiqədə, “Helime” adlı istifadəçi “105g”, “35g”, saat18:39 dəqiqədə “50g”, saat 18:44 dəqiqədə “50g” mesajlarını göndərmişdir;Ardıcıl olaraq saat 18:50, 18:52, 18:54 və 18:57 dəqiqədə, Təqsirləndirilən şəxs2 elektron tərəzi və üzərində dörd ədəd ayrı çəkidə narkotik vasitə marixuananın fotoşəkillərini göndərmişdir (protokola əlavə edilmişdir);Saat 19:58 dəqiqədə, “Helime” adlı istifadəçi “5g”, saat 20:26 dəqiqədə “20g”, saat 21:39 dəqiqədiəsə “25g” və s.mesajlarını göndərmişdir.Qeyd edilənlərdən əlavə “Whatsapp” proqramında cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 istifadəsində olması təsbit edilən +994 77 *** ** ** mobil telefon nömrəsi ilə aparılan danışıqların hamısının silindiyi müəyyən edilmişdir.Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramı vasitəsilə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 939 *** **** mobil telefon nömrəsinin, eləcə də adı “MustaN” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 938 *** **** mobil telefon nömrəsinin istifadəçiləri ilə danışıqlar aparmış, lakin həmin danışıqlar da silinmişdir (İ cild, səh. 181-182). 31.«Mobil telefon cihazına əlavə baxış keçirilməsi haqqında» 22 yanvar 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli 01 ədəd mobil telefon cihazına video çəkilişdən istifadə edilməklə əlavə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsi ilə cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsi arasında 20 iyul 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək olan müddətdə “Whatsapp Business” proqramı vasitəsilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması barədə qarşılıqlı ümumilikdə 81 ədəd səsli (audio) mesajların göndərildiyi müəyyən edilmişdir. (İİ cild, səh. 53-55). 32.«Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» 12 fevral 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində dan +**********45 və Şahid1 Yəmməd oğlunun istifadəsində olan +**********08 mobil telefon nömrələrinin 01 yanvar 2022-ci il tarixdən 01 yanvar 2024-cü il tarixədək müddət ərzində movcud olan zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları ozündə ks etdirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 fevral 2024-cüil tarixli, 2981 saylı müşayiət məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Diskdə əks olunmuş məlumatlara baxış keçirilən zaman +**********45 mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 övladı X3 adına qeydiyyata alındığı, mobil telefon nömrəsindən müxtəlif vaxtlarda İmamverdi Əliyev və cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməklə Təqsirləndirilən şəxs2 daimi istifadəsində olması, mobil telefon nömrəsi ilə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mesaj mübadiləsinin həyata keçirilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon əlaqələrinin olması, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanıldığı 16 avqust 2023-cü il tarixdə saat 18:14:57-də və saat 18:14:58-də Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrənin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadəsinin qeydə alındığı müəyyən olmuşdur. +**********45 mobil telefon nömrəsi 04 sentyabr 1986-cı il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan X3 (şəxsiyyət vəsiqəsi № AA4679002) adına qeydə alınmışdır. 16 avqust 2023-cü il tarixdə saat 18:14:57-də və saat 18:14:58-də Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil nömrəsinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadəsi qeydə alınmışdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsi arasında 26 dekabr 2022-ci il tarixdən 13 avqust 2023cü il tarixədək 95 dəfə telefon əlaqəsi və SMS mübadiləsinin aparılması müəyyən edilmişdir (İİ cild, səh. 146-149). 33.«Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» 12 fevral 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində dan +**********64 mobil telefon nömrəsinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları ozündə ks etdirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27 oktyabr 2023-cü il tarixli, AZF/LGL-15265/23 saylı müşayiət məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Diskdə əks olunmuş məlumatlara baxış keçirilən zaman +**********64 mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 adına qeydiyyata alındığı, mobil telefon nömrəsi ilə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mesaj mübadiləsinin həyata keçirilməsi müəyyən olmuşdur. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir:1) 05 fevral 2023-cü il tarixdə saat 12:34:12-də +**********09 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil nömrəsinə “Abi necesen. Abi 5-manatliq imkan varsa gelerdim qardawimsan imkan olsa cavav yaz" məzmunlu mesaj göndərilmişdir.2) 16 may 2023-cü il tarixdə saat 13:30:56-da +**********54 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil nömrəsinə “İqaqaw bodene teli ac, komey ele mene derman alaq, menim veziyetim agirdi, bele eleme seherden yigiram, men qapinizdayam bidene qardawina komey ele cixim bu poxdan” məzmunlu mesaj göndərilmişdir.3) 17 iyun 2023-cü il tarixdə saat 16:37:07-də +**********33 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil nömrəsinə “10 mnt mendedi qum 5 birazda dash imkan varsa negdi qapidayam. kornanam kechib qraga yigiram cvb di he yox mene” məzmunlu mesaj göndərilmişdir.4) 18 iyun 2023-cü il tarixdə saat 22:45:02-də +**********20 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil nömrəsinə “Salam qaqa sabaha kimi bir wey eliye bilersn qardawim kasibclgdi mende sabah seher pul gelecy” məzmunlu mesaj göndərilmişdir (İİ cild, səh. 150). 34.«Maddi sübut hesab edilməsi haqqında» 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,142 qram qurudulmuş marixuana, 4,131 qram heroin və 2,247 qram metamfetamin, eləcə də ümumi çəkisi 2,012 qram olan çətənə (kannabis) bitkisinin toxumları və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilərək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmişdir (İ cild, səh. 148-149). 35.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində video çəkilişdən istifadə edilməklə aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində video çəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. “Whatsapp Business” ani mesailaşma və mübadilə sistemi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aparılmış yazışmaları özündə əks etdirən Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı, SM-A105F/DS modelli mobil telefon cihazı, “Whatsapp” ani mesailaşma və mübadilə sistemi vasitəsilə narkotik vasitə və bsixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aparılmış yazışmaları özündə əks etdirən Təqsirləndirilən şəxs2 məxsus “X18 7” markalı, M1901F7G modelli mobil telefon cihazı cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı, SM-A105F/DS modelli mobil telefon cihazına video çəkilişdən istifadə edilməklə aparılmış baxış istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan bir ədəd cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir (İİ cild, səh. 239-267). 36.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs2 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq aşkar edilməmişdir. 37.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ körpücük nahiyyəsində, sol saidin aşağı 1/3-nin arxa səthində üzəri qərtməkli yaralar, sol bazunun ön səthi və sağ çiyində sarımtıl qançırlar aşkar edilmişdir. 38.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xəsarətlərin aşkar olunması barədə daxil olmuş məlumata əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 39.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 197-198). 40.«Şübhəli şəxsin tutulması haqqında» 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 45-46). 41.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 4(011)- 749/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 05 dekabr 2023cü il tarixdən hesablamaqla 02 (iki) ay 12 (on iki) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 250-257). 42.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 4(011)- 535/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 17 avqust 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 132-136). 43.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 aprel 2007-ci il tarixli, A-0464/07 nömrəli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)- 116/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər: 1. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 sentyabr 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 oktyabr 2004-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək 1999-cu ildə anadan olmuş uşağı 8 yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. 2.Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 aprel 2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Ağarza qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 9 sentyabr 2004-cü il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə təyin edilmiş çəkilməmiş 2 il 10 ay azadlıqdan məhrum etmə cəzası hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 2.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İİ cild, səh. 31-37, 63-65). 44.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli, 1(003)-218/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29.177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 27 yanvar 2016-cı il tarixdən 29 aprel 2016-cı il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş 3500 (üç min beş yüz) manat cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 1000 (bir min) manat miqdarda cərimə cəzası saxlanılmışdır (İ cild, səh. 161-167, İİ cild, səh. 67-68). 45.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 25 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-218/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılmışdır. 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının təsiri altına düşdüyündən o, xx.xx.2016-cı il tarixdə probasiya qeydiyyatından çıxarılmışdır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 46.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 47.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 48.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 49.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır və onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 50.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 51.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 52.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 53.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 54.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 55.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 56.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 57.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 58.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 59.Təqsirləndirilən şəxslərin keçirilmiş baxış barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 60.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə keçirilmiş baxışın şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 61.Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 psixoloji təzyiqə və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı məhkəmə iclasında ifadələrində göstərdikləri xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xəsarətlərin aşkar olunması barədə daxil olmuş məlumata əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 62.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 63.Məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadələrinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs2 məxsus olmaqla istifadəsində olmuş “X18 7” markalı mobil telefon cihazında olan “Whatsapp” proqramına, Təqsirləndirilən şəxs1 məxsus olmaqla istifadəsində olmuş “Samsung Galaxy A10” markalı mobil telefon cihazında olan “Whatsapp Business” poqramına, eləcə də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********45 saylı mobil nömrəyə və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********64 saylı mobil nömrəyə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxslərin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini tam sübuta yetirir. 64.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 65.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 66.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 67.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 68.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 69.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, «Təqsirləndirilən şəxs2 05 iyul 2023-cü il tarixdə saat 20:05-də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq 1-ci Polis şöbəsinə gətirilib şəxsi axtarış zamanı üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 0,175 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinin ibtidai istintaqı aparıldığı dövrdə, təkrarən» ifadəsi təkrarçılıq yaratmadığından Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric edilməlidir. 70.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 71.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 72.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 73.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 75.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 76.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 77.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, 04 avqust 1961-ci il təvəllüdlü olmasını və qadın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 78.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 79.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 80.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 82.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 84.Həmin Məcəllənin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 85.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 86.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 87.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 88.Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 89.Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 sentyabr 2004-cü il tarixli və 19 aprel 2007ci il tarixli hökmləri, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli hökmü ilə məhkum edildikləri cinayət əməllərinə münasibətdə məhkumluqları ödənilmişdir. 90.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 91.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 92.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. 93.Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)-116/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 94.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)-116/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə tamamilə toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 95.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)-116/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınaraq birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. 96.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 97.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 98.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 99.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 100.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları - Təqsirləndirilən şəxs2 aid hissədə 05 dekabr 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs1 aid hissədə 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. 101.Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 102.Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 103.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 104.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 105.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,142 qram çəkidə qurudulmuş marixuananın, 4,131 qram çəkidə heroinin və 2,247 qram çəkidə metamfetaminin, ümumi çəkisi 2,012 qram olan çətənə (kannabis) bitkisinin toxumlarının və 01 ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində video çəkilişdən istifadə edilməklə aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd diskin, Təqsirləndirilən şəxs1 barəsində video çəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd diskin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı, SM-A105F/DS modelli mobil telefon cihazına video çəkilişdən istifadə edilməklə aparılmış baxış istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd diskin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********45 mobil telefon nömrəsinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan bir ədəd diskin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********64 mobil telefon nömrəsinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan bir ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən X13 məxsus «X18 7» markalı, M1901F7G modelli mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalı və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Samsung Galaxy A10» markalı, A105F/DS modelli mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalıdır. 106.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 107.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 108.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 309 (üç yüz doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 109.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)-116/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(003)-116/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınaraq ona təyin edilmiş 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 05 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 309 (üç yüz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1584,142 qram çəkidə qurudulmuş marixuana, 4,131 qram çəkidə heroin və 2,247 qram çəkidə metamfetamin, ümumi çəkisi 2,012 qram olan çətənə (kannabis) bitkisinin toxumları və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, 01 (bir) ədəd «X18 7» markalı, M1901F7G modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs2 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, 01 (bir) ədəd «Samsung Galaxy A10» markalı, A105F/DS modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs1 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar