Məhkəmə qərarları › İş №1(101)-1523/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1523/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1523/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi və X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.02.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 1(103)- 1160/2021 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 40 manat pul müqabilində kimyəvi tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddə metafetamin və külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb, daşımış və həmin gün Hövsan qəsəbəsi, Məktəb küçəsində Şahid1 20 manata bir ədəd bükümdə təmiz çəkisi 0,228 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satmış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 16 aprel 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən nömrəsiz ünvanda yerləşən yaşadığı mənzilin qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, üzərində olan qara rəngli çantanın içərisindən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qr, 0,074 qr, 0,063 qr, 0,045 qr, 0, 055 qr, 0,048 qr, 0,100 qr, 0,104 qr, ümumi təmiz çəkisi 0,530 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,006 qram və 0,001 qram ümumi təmiz çəkisi 0,007 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,324 qram tünd bənövşəyi rəngli kristallardan ibarət maddə kalium permanqanat, əldə edilmiş məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı Məktəb küçəsi nömrəsiz ünvanda yerləşən mənzildən 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,034, 0,059 qr, 0,066 qr, 0,066 qr, 0,050 qr, 0,051 qr, 0,032 qr, 0,096 qr, 0,079 qr, 0,040 qr, 0,026 qr, 0,068 qr, 0,114 qr, 0,008 qr, 0,055 qr, 0,100 qr, 0,423 qr ümumi təmiz çəkisi 1,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,019 qr, 0,005 qr, 0,024 qr, ümumi təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 51,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 4,80 qram xaş xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1 ədəd şəffaf qutuda təmiz çəkisi 1,457 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə təmiz çəkisi 53,575 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,512 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Heroin və şüşə kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Şahid1 tanıyır. Səbinə onun evinə gəlib gedən biri olmuş, evinin işlərini görmüşdür. Səbinəyə heç vaxt narkotik vasitələr satmamış və Səbinə ilə birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Sonuncu dəfə 16.04.2021-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Onda cəmi 0,7 qram kakos, 0,3 qram isə metamfetamin olmuşdur. Bundan başqa onda heç bir narkortik vasitə olmamışdır. 16.04.2021-ci il tarixdə saat 20-00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək onu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində polis əməkdaşları video çəkilişlə üzərində axtarış aparılmasını bildirmiş və üzərində video çəkilişlə axtarış aparılmışdır. Axtarış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə soruşulduqda o, əl çantasında olan 0,7 qram kakos, 0,3 qram isə metamfetamini təqdim etmişdir. Bundan başqa onda narkotik vasitə olmamışdır. Çantasından 20 manatlıq pul əsginası aşkar olunmamışdır. O, Səbinəyə narkotik vasitə satmamışdır. Mənzilində də axtarış zamanı heç bir narkotik vasitə aşkar olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, deyə bilməz nə üçün Səbinə ona narkotik vasitə satmağını demişdir. Onda cəmi 0,7 qram kakos, 0,3 qram metamfetamin olmuş, digər narkotik vasitələr onda olmamış, yəqin ki, həmin narkotiki kimsə onun yaşadığı mənzilə atmışdır. O, Şahid1 20 manat alıb ona narkotik vasitə satmamış, 20 manat onun çantasına qoyulmuş, lakin həmin pulu onun çantasına kimin qoymasını görməmişdir. Elan olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolun sonunda təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olumuş imza onun imzasıdır, onun yaşadığı Məktəb küçəsində mənzildə 17 bükümdə 53,575 qram heroin və 1,512 qram metamfetamin aşkar olunmamışdır. O, protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 43-cü vərəqələrində olan mənzilə baxış keçirilməsi barədə prtokola və protokolda təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 71-73 və 87-89-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Sonuncu dəfə 16.04.2021-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığım şəxsdən öz şəxsi istifadəm üçün 200 manata bir bükümdə təxminən 20 qram olan heroin, bir bükümdə 90 manata şüşə kimi tanıdığım psixotrop maddəni, 40 manat nəğd pul ödəyərək 10 ədəd bükümlərdən ibarət heroin, şüşə kimi tanıdığım narkotik vasitələri və 1 ədəd bükümdə marqaniz kimi tanıdığım maddəni 40 manat nəğd pul ödəyərək aldım, həmin gün şüşə və heroini bir-birinə qatıb inyeksiya yolu ilə bir qismini istifadə etdim, qalıq hissəsini sonra istifdə etməyim üçün çantama qoyub saxlamaqla daşıdım və digər narkotik vasitələri isə yataq otağımda güzgülü ağ rəngli dolabın arxa hissəsində gizlətdim. ...Məndə üzərimdə yəni çiynimdə olan qara rəngli əl çantasında saxlamaqla daşıdığım içərisində narkotik maddələr və marqaniz olan 11 ədəd bükümlər olan sarı rəngli plasmas qutunu, həmçinin 20 manat kağız pul əsginasını təqdim etdim. ...mən də könüllü olaraq evimdə yataq otğında olan güzgü ağ rəngli dolabın arxa hissəsində gizlətdiyim içərisində heroin, şüşə və tiryək olan sellofan paketi polis əməkdaşlarına təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadələrinin sonunda olan imza onundur, lakin protokolu oxumadan imza etmişdir. Elan olunmuş ifadələrində də o, 20 manatın onun çantasında olmadığını bildirmişdir. Onun üzərinə videoçəkilişlə baxış keçirilərkən ona bildirmişlər ki, onların dedikləri kimi videoçəkilişdə hər şeyi etiraf etsə, ona CM-ninn 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da onların dediyi kimi hər şeyi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 16 aprel 2021-ci il tarixdə Hövsan qəsəbəsində yaşayan Şahid1 ərizə ilə 30-cu Polis Şöbəsinə müraciət edərək Asudə adlı qadının Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə bildirmişdir. Bundan sonra Asudə adlı şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri o, üzvü isə şöbənin sahə inspektoru Şahid3 təyin olunmuşdur. Bundan sonra Asudə adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Şahid1 əməliyyat-axtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrəsi qeyd olumuş bir ədəd A986300052 seriya nömrəli 20 manatlıq pul əsginası verilmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Pul vəsaitinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. Həmin gün Şəbinə Quliyeva onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində olan nömrəsiz evin qarşısına gəlmişdir. Saat 19:55 dəqiqədə həmin evin yaxınlığında dayanan zaman Şahid1 Asudə adlı şəxsin gəlməsini demişdir. Onlar bir qədər uzaqlaşmışlar ki, Asudə onları görüb şübhələnməsin. Səbinə Asudəyə yaxınlaşıb onunla söhbət etdikdən sonra Asudədən aralaşıb geri qayıtmışdır. Asudə isə yaşadığı mənzil istiqamətində getmişdir. Həmin vaxt onlar Asudəyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Asudəyə narkotik vasitələrin satışındə şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmişlər. Asudə etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şahid1 Asudə adlı qadından aldığı iki ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açıldıqda bir ədəd bükümün içərisində toz şəkilli qəhvəyi rəngli maddə, digər bükümdə isə ağ rəngli kristall şəkilli maddə aşkar olunmuşdur. Həmin maddələr götürülərək zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Asudəyə hüquq və vəzifələri izah olunmaqla vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə soruşulmuş, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Asudə üzərində olan bir ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin çanta açılarkən içərisindən bir ədəd A986300052 seriya nömrəli 20 manatlıq pul əsginası və bir ədəd sarı rəngli plastik qutu aşkar olunmuşdur. Həmin qutunu təqdim edərək içərisində “kakos” və "şüşə” kimi tanıdığı narkotik maddə olmasını demişdir. Həmin qutu açıldıqda içərisindən ümumilikdə 11 ədəd siqaretin gümüşü, qızılı və qırmızı rəngli kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlər açılmış, 3 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddə, bir ədəd bükümdə qara rəngli toz şəklində maddə, digər 7 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması barədə soruşulduqda o, həmin maddələrin heroin, şüşə və marqaniz kimi tanıdığı maddələr olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən olunmamışdır. Aşkar edilmiş həmin maddələr də qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bu barədə protokollar tərtib olunmuş, protokollar ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmin günü Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələr olmasını demiş və bu barədə ərizə ilə müraciət edərək yaşadığı evdə axtarış aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması üçün onun yaşadığı Məktəb küçəsində yerləşən evə gəlmişlər. Mənzildə axtarış aparılan zaman Təqsirləndirilən şəxs öz yatdığı otaqda olan ağ rəngli güzgülü dolabın arxa hissəsindən ağ rəngli şəffaf sellofan paketi çıxarıb təqdim etmiş, sorğu zamanı təqdim etdiyi sellofanda narkotik maddələr olmasını və şəxsi istifadəsi üçün əldə edib yaşadığı mənzildə saxlamasını bildirmişdir. Həmin sellofan açılarkən içərisində bir ədəd siqaretin sellofanına bükülmüş qəhvəyi rəngli maddə, bir ədəd şəffaf rəngli, içərisində qara rəngli bərk formalı maddə, bir ədəd dairəvi formalı, qapaqlı içərisində ağ rəngli kristal şəkilli maddə, sarı rəngli plasmas qapaqlı qutunun içərisindən ümumilikdə 20 ədəd siqaret kağızı bükümü, onlardan 17 ədədinin içərisindən qəhvəyi rəngli, 3 ədədinin içərisindən isə ağ rəngli kristal şəkilli maddələr aşkar olunmuşdur. Bundan sonra mənzilin digər yerləri axtarılmış və başqa qanunsuz heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin maddələr zərfə qoyulub möhürlənmiş və işttrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin çantasından aşkar olunmuş pul vəsaiti Şahid1 əməliyyatda istifadə olunması üçün verilmiş seriya nömrəsi götürülmüş həmin pul vəsaiti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, lakin həmin şəxs ilə yaxın münasibəti olmamışdır. Belə ki, Asudəni sonradan narkotik vasitə satan şəxs kimi tanımış lakin sonuncudan narkotik vasitə almamışdır. Əvvəllər narkotik vasitə aludəçisi olmuş, lakin sonradan müalicə olunmuşdur. Narkotik vasitənin kakos kimi tanıdığı növündən pulla almış və istifadə etmişdir. Belə ki, narkotik vasitə lazım olduqda Bakı şəhərinin müxtəlif yerlərindən narkotik vasitə heroin almışdır. Asudə ilə bir neçə ay əvvəl Hövsan qəsəbəsində tanış olmuş və onun yaşadığı qəsəbənin ərazisində narkotik vasitə satmasını öyrənmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Asudənin narkotik vasitələri haradan əldə etməsini bilməmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Asudənin narkotik vasitə əldə etməsini bilmiş və bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Ona görə də 16 aprel 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir ki, Asudə narkotik vasitələrin satışı ilə məşğul olur və onun cinayət əməlinin ifşa olunmasında keçiriləcək əməliyyat tədbirlərində polis əməkdaşlarına kömək etmək istəyir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün bir ədəd 20 manat əsginasdan ibarət pul vermiş və bu barədə protokol tərtib etmiş, protokol ucadan oxunmuş və imzalanmışdır. Verilmiş pulun fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur. Sonra polis əməkdaşları ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsinə getmişdir. Asudə adlı qadının yaşadığı evin yaxınlığında olan zaman saat 19:55 dəqiqədə uzaqdan Asudənin gəlməsini görmüşdür. Dərhal polis əməkdaşlarına Asudəni göstərmişdir. Polis əməkdaşları bir kənarda dayanıb Asudənin yanına getməsini və ondan narkotik almasını bildirmişlər. Bundan sonra Asudəyə yaxınlaşmış və onunla hal-əhval tutaraq narkotik vasitə lazım olmasını demişdir. Asudənin üzərində bir ədəd qara rəngli çanta olmuş, Asudə ətrafa baxıb çantanın içərisindən iki ədəd siqaretin qırmızı rəngli kağızını verib bildirmişdir ki, içərisində “kakos” və “şüşə” vardır. Polis şöbəsində polis əməkdaşlarının verdiyi 20 manat pulu Asudəyə vermişdir. Narkotik vasitələri Asudədən alıb cibinə qoymuş və uzaqlaşmışdır. Polis əməkdaşları Asudədən aralaşdıqdan sonra onu saxlamışlar və polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Asudənin satdığı narkotik maddələri təqdim etmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı qəsəbənin sakinidir. Asudə ilə Hövsan qəsəbəsində tanış olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə satan kimi tanısa da, ondan narkotik vasitə almamışdır. Həmin günü Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını şifahi olaraq bilmişdir. Belə ki, Asudənin narkotik vasitə satdığını bildiyi üçün ondan narkotik vasitə olacağı güman etmişdir. Həmçinin eşitmişdir ki, Asudə bir neçə gün əvvəl narkotik vasitə əldə etmişdir. Asudə ilə birlikdə narkotik vasitə almamış və əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan almasını və əldə etməsini görməmiş və bilməmişdir. X9 qəsəbəsində narkotik maddələr saxlamasını eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalandan göstərmiş, belə ki, sonuncu özünü müdafiə etmək üçün ona narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 16 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək Asudə adlı şəxsin Hövsan qəsəbəsində mütəmadi olaraq narkotik vasitələri saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat vermişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində ünvanı olmayan fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyevin 16 aprel 2021-ci il tarixli, Ə25-097-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanması üçün keçiriləcək əməliyyat-axtarış tədbirində könüllü iştirak edəcək şəxs Şahid1 əməliyyat tədbirində istifadə etməsi üçün 1 ədəd A98630052 seriyalı 20-lik Azərbaycan manatı təqdim edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli təqdim edilən maddi sübutun götürülməsi barədə protokoldan görünür kİ, Şahid1 qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd siqaretin qırmızı rəngli kağızından və ağ rəngli kristal halında maddə olan 01 ədəd siqaretin qırmızı rəngli kağızından ibarət bükümləri təqdim etmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək üzərində olan bir ədəd qara rəngli çantanı təqdim etmiş, həmin çanta açıldıqda, içərisindən bir ədəd A98630052 seriya nömrəli 20 manatlıq pul əsginası və bir ədəd sarı rəngli plastik qutu aşkar olnumşdur. Təqsirləndirilən şəxs həmin qutunu təqdim edərək içərisində “kakos” və “şüşə” kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Həmin qutu açıldıqda içərisindən ümumilikdə 11 ədəd siqaretin gümüşü, qızılı və qırmızı rəngli kağız bükümlərinin olması müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda, 3 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddə, bir ədəd bükümdə qara rəngli toz şəkilində maddə, digər 7 ədəd bükümdə isə qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin heroin, şüşə və marqaniz kimi tanıdığı maddələr olmasını demişdir. Aşkar edilmiş bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli mənzilə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən nömrəsiz evdə axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs öz yatdığı otaqda olan ağ rəngli güzgülü dolabın arxa hissəsindən ağ rəngli şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofanda narkotik maddələr olmasını və şəxsi istifadəsi üçün əldə edib yaşadığı mənzildə saxlamasını bildirmişdir. Həmin sellofan açılmış və içərisində bir ədəd siqaretin sellofanına bükülmüş qəhvəyi rəngli maddə, bir ədəd şəffaf rəngli, içərisində qara rəngli bərk formalı maddə, bir ədəd dairəvi formalı, qapaqlı içərisində ağ rəngli kristal şəkilli maddə, sarı rəngli plasmas qapaqlı, qutunun içərisindən ümumilikdə 20 ədəd siqaret kağızı bükümü, onlardan 17 ədədinin içərisindən qəhvəyi rəngli, 3 ədədinin içərisindən isə ağ rəngli kristal şəkilli maddələr aşkar edilmişdir. Aşkar edilmiş bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 49-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2021-ci il tarixli 6/1507 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki: -11 (on bir) ədəd kağız bükümdə, onlardan 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qr, 0,074 qr, 0,063 qr, 0,045 qr, 0, 055 qr, 0,048 qr, 0,100 qr, 0,104 qr, ümumi təmiz çəkisi 0,530 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,006 qr və 0,001 qr, ümumi təmiz çəkisi 0,007 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,324 qram tünd bənövşəyi kristallardan ibarət maddə kalium permanqanatdır. Tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş.. ” yazısı və imzalar olan zərfdəki, -20 (iyirmi) ədəd bükümlərdə, onlardan 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,034, 0,059 qr, 0,066 qr, 0,066 qr, 0,050 qr, 0,051 qr, 0,032 qr, 0,096 qr, 0,079 qr, 0,040 qr, 0,026 qr, 0,068 qr, 0,114 qr, 0,008 qr, 0,055 qr, 0,100 qr, 0,423 qr ümumi təmiz çəkisi 1,367 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,019 qr, 0,005 qr, 0,024 qr ümumi təmiz çəkisi 0,048 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -1 (bir) ədəd bükümdə təmiz çəkisi 51,450 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,80 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 1,457 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: '‘şərti alıcının təqdim etdiyi maddi sübut...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,228 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər və alıcıdan götürülmüş heroin xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi 53,575 qramdır. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin və alıcıdan götürülmüş metamfetamin xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 1,728 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in metamfetmin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Kalium premanqanat 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursolar”ın İV Siyahısına daxildir. Cinayət işinin 117-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 5(010)-167/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 16 aprel 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-dən daxil olmuş 17 iyun 2021-ci il tarixli, 9981- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 168-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxsma üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq üzərində olan bir ədəd qara rəngli çantanı təqdim etmiş, həmin çanta açıldıqda, içərisindən bir ədəd 20 manatlıq pul əsginası və bir ədəd sarı rəngli plastik qutu aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin qutunu təqdim edərək içərisində “kakos” və “şüşə” kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Həmin qutu açıldıqda içərisindən ümumilikdə 11 ədəd siqaretin gümüşü, qızılı və qırmızı rəngli kağız bükümləri müəyyən edilmiş, həmin bükümlər açılmış, 3 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddə, bir ədəd bükümdə qara rəngli toz şəkilində maddə, digər 7 ədəd bükümdə isə qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması barədə sual verilmiş, o da həmin maddələrin heroin, şüşə və marqaniz kimi tanıdığı maddələr olmasını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən yaşayış evinə baxış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları ünvan 5 ünvanda yerləşən yaşayış evdə orada yaşayan Təqsirləndirilən şəxs Səadətxaıı qızının, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə axtarış aparmış, axtarış zamanı Təqsirləndirilən şəxs öz yatdığı otaqda olan ağ rəngli güzgülü dolabın arxa hissəsindən ağ rəngli şəffaf sellofan paketi çıxarıb təqdim etmiş, Asudə Soltan ovaya təqdim etdiyi selofanda nə olması barədə sual verilmiş, sonuncu da həmin sellofanda narkotik maddələr olmasını və şəxsi istifadəsi üçün əldə edib yaşadığı mənzildə saxlamasını bildirmişdir. Həmin sellofan açılmış və içərisində bir ədəd siqaretin sellofanına bükülmüş qəhvəyi rəngli maddə, bir ədəd şəffaf rəngli, içərisində qara rəngli bərk formalı maddə, bir ədəd dairəvi formalı, qapaqlı içərisində ağ rəngli kristal şəkilli maddə, sarı rəngli plasmas qapaqlı, qutunun içərisindən ümumilikdə 20 ədəd siqaret kağızı bükümü, onlardan 17 ədədinin içərisindən qəhvəyi rəngli, 3 ədədinin içərisindən isə ağ rəngli kristal şəkilli maddələr aşkar edilmişdir. Cinayət işinin 172-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Asudədən cəmi bir dəfə yaşadığı evdə öz istifadəsi üçün narkotik vasitə aldığını bildirərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 197-199-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı X3 26 iyul 2021-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, onda cəmi 0,7 qram kakos, 0,3 qram isə metamfetamin olmuş, bundan başqa onda heç bir narkortik vasitə olmamış və mənzilindən də narkotik vasitə aşkar olunmamışdır Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi qismən inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, tiryəkin 0,5 qramı şəxsi istehlak miqdarından artıq, 50 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11.05.2021-ci il tarixli tələbnamədən və cinayət işinin 136-140-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.02.2019-cu ildə cəzasının sonu ilə azad edilmişir. Cinayət işinin 122-135-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 1(103)-1160/2021 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)- 95/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Hazırki əməlləri Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməzdən əvvəl törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmündən qabaq törətdiyindən həmin hökmə münasibətdə onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 175-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 2426 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 177-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası X10 Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 23 iyul 2021-ci il tarixli 1569 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xəstəlik psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 aprel 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 26-cı vərəqəsində olan 16 aprel 2021ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 101-105-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2021-ci il tarixli, 4(010)-164/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 aprel 2021ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 53,305 qram qəhvəyi rəngli tozşəkilli maddə olan heroin, 1,578 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4,70 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 0,274 qram tünd bənövşəyi rəngli kristallardan ibarət maddə kalium permanqanat məhv edilməli, A986300052 seriya nömrəli 1 ədəd 20 manatlıq pul əsginası dövlət nəfinə keçirilməli, iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(010)-95/2021 saylı hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 53,305 qram qəhvəyi rəngli tozşəkilli maddə olan heroin, 1,578 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4,70 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 0,274 qram tünd bənövşəyi rəngli kristallardan ibarət maddə kalium permanqanat məhv edilsin. A986300052 seriya nömrəli 1 ədəd 20 manatlıq pul əsginası dövlət nəfinə keçirilsin. İki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar