Məhkəmə qərarları › İş №1(101)-1523/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1523/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1523/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçilər: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Ramiz” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 22 aprel 2022-ci il tarixdə saat saat 18:00-da BNMİ-nin X5 Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisindən Bakı-Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin CBRŞ-nə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan uzunqol gödəkçəsinin sol yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə 23 aprel 2022-ci il tarixdə saat 00:30 dəqiqədə keçirilən baxış zamanı qonaq otağının arxasında yerləşən otaqda olan dolabın içərisində qanunsuz olaraq satış məqsədi ilə gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbaya bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 54,031 qram və 189,637 qram olmaqla ümumi təmiz çəkisi 243,557 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruduluş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 02 aprel 2022-ci il tarixdə Bakı şəhərində Xətai rayonunun ərazisində sahə müvəkkilinin məntəqəsinin qabağında mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və Lənkəran şəhərinə BNMİ-nin X5 şöbəsinə aparılmışdır. Orada vəiklin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən metamfetamin və yaxud başqa bir qanunsuz əşya aşkar edilməmiş, buna baxmayaraq həmin şöbədə protokol tərtib edərək guya üzərindən bir ədəd bükümdə 8,488 qram metamfetamin aşkar olunmasına dair qeydlər aparmışlar. Polislərin ona etdiyi təzyiqi səbəbindən o, həmin protokolu imzalamışdır. Bundan sonra onu Bakı şəhərinə, yaşadığı Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-ə apararaq evində axtarış etmişlər. Lakin evində də heç bir qanunsuz əşya tapılmamışdır. Buna baxmayaraq polislər guya evindəki otaqların birində dolabın içərisində sellofan torba aşkar etdiklərini, həmin torbanın içində iki bükümdə marixuana aşkar etdiklərini göstərmişlər. Bunların heç biri ilə razı deyildir, polislər onu Bakıda saxladıqları zaman bildirmişlər ki, guya o, kiməsə narkotik vasitə vermişdir. O, heç kəsə narkotik vasitə satmamışdır. Onu da qeyd etmək istəyir ki, onu saxlayan polis əməkdaşlarını tanımamış, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onların məhz onu saxlamalarının səbəbini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadələri ona elan edilmişdir. Həmin ifadələrdə göstərmişdir ki, o, 02 aprel 2022-ci il tarixdə axşam saat 18 radələrində Lənkəran rayonu, Girəndə kəndi ərazisində, Bakı-Astara yolunun kənarında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə dəvət etmişlər. Onun hüquqlarının müdafiə edilməsi məqsədilə şöbəyə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmiş, bundan sonra o əynində olan tünd göy rəngli üst geyiminin sol yan cibindən 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan sarı rəngli sellofan bükümü, əynindəki şalvarının sol yan cibindən 5 manat pulu, sağ yan cibindən isə yaşadığı evin açarını və Redmi markalı mobil telefonu təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi kütlə elektron tərəzi ilə çəkilmiş, çəkisinin 9,1 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş metamfetamini İİR vətəndaşı” Ramiz” adlı şəxsin tapşırığı ilə Lənkəran rayonu ərazisində ona deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, kirayə yaşadığı ünvan 1 ünvanında da narkotik vasitə qurudulmuş marixuana saxladığını və həmin maddəni təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı qonaq otağından arxada yerləşən, otaqdakı dolabın birinci qapısını açaraq orada saxladığı, 01 ədəd sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində 02 ədəd sellofan bağlamada qurudulmuş marixuana aşkar edilmiş, həmin sellofan bağlamalara baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilmiş ayrı ayrılıqda çəkilərinin 197 və 59 qram olmaqla çəkisinin ümumilikdə 256 qram olması müəyyən edilmişdir. Həmin bağlamalar qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı o üzərindən 01 sellofan bükümdə aşkar edilmiş ağ rəngli kristall şəkilli, maddənin psixotrop maddə metamfetamin “patı” olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Ramiz” adlı şəxsin vasitəsilə təxminən 5-6 gün bundan öncə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən ümumilikdə təxminən 8 kq çəkidə narkotik tərkibli maddələr götürdüyünü, həmin maddələrin hamısını ona deyilən yerlərə qoyduğunu, buna görə evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyini və 2000 manat pul əldə etməli olduğunu, özünün narkotik vasitələrin istifadəçisi olduğunu, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur və məhkəmədən bu ifadəyə inanmaqlarını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar rəhbərlik tərəfindən 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, o və həmkarı Şahid3 qrupun üzvləri təyin edilmişlər. 22 aprel 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən Bakı- Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman görüb saxlamış, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim edərək onu BNMİ-nin CBRŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyərək onlarla birlikdə şöbəyə getmiş, orada onu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçi dəvət olunmuş, onların və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli uzunqol gödəkçəsinin sol yan cibindən 01 ədəd sarı rəngli sellofan bükümü, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd yaşadığı mənzilin açarını və sol yan cibindən 5 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pulu və açarı onun özünə qaytarmış, mobil telefonun isə iş üzrə sübut əhəmiyyətinə malik olduğunu deyərək qaytarmamışdır. Təqsirləndirilən şəxs açarın haraya aid olmasını soruşan zaman həmin açarın Bakı şəhərində kirayədə yaşadığı mənzilin açarı olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofan bükümə baxış keçirən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 9.1 qram olması müəyyən edilmiş və təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofana bükülmüş kütlənin metamfetamin “patı” olduğunu, həmin psixotrop maddəni 2 il öncə sosial şəbəkədə tanış olduğu iranlı “Ramiz” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən təxminən 8 kq çəkidə götürdüyünü, həmin maddələri payladığını yəni, müxtəlif ünvanlara qoyaraq həmin ünvanı “Ramiz” adlı şəxsə göndərdiyini bildirmişdirŞəxsi axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ev 3-də narkotik vasitənin olduğunu və onu təqdim edə biləcəyini, evində baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən qərar qəbul edilərək onların, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək mənzilə daxil olduq. Orda təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələri harada saxladığını soruşmuşdur. Sonuncu evin qonaq otağında olan qəhvəyi rəngli taxta dolabın soldan birinci qapısını açaraq, həmin dolabın içərisində gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin 01 ədəd göy rəngli torbaya baxış keçirən zaman içərisində 01 ədəd şəffaf rəngli və 01 ədəd göy rəngli sellofan paketlərdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilən zaman 01 ədəd göy rəngli sellofandakı kütlənin çəkisinin 59 qram olması 01 ədəd şəffaf rəngli sellofandakı kütlənin çəkisinin 197 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış, o qrup rəhbəri, Şahid2 və Şahid3 isə qrup üzvləri olmuşlar. 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndi ərazisində piyada hərəkət edən zaman görmüş, onu saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra BNMİ-nin CBRŞ-nə dəvət etmişdirlər. Təhqiqatçıya təhvil verildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə videoçəkilişlə həyata keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya və ya predmet olub-olmaması ilə bağlı təklif etmişdir. Təklifdən sonra o 01 ədəd sarı rəngli sellofan bükümü, mobil telefonu, açar və cibində olan pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofan bükümə baxış keçirən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 9.1 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddəyə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Təhqiqatçı əlavə olaraq qanunsuz əşya və ya predmet saxlaması ilə bağlı təklif verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonunda kirayədə yaşadığı ünvanda da narkotik vasitənin olduğunu onu təqdim edə biləcəyini, polis əməkdaşları tərəfindən evində baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ev 3-ə baxış keçirilərkən sonuncuya edilmiş təklifdən sonra narkotik vasitəni qoyduğu yeri göstərmiş, qonaq otağında yerləşən dolabdan 01 ədəd göy rəngli torbaya içərisindən 01 ədəd şəffaf rəngli və 01 ədəd göy rəngli sellofan paketlərdə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. O ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımışdır. Əməliyyat məlumatı həmkarı Şahid1 daxil olmuşdur. O və Şahid2 qrup üzvləri kimi, Şahid1 isə qrup rəhbəri kimi qrupa daxil olmuşlar. Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu, Girdəni kəndi ərazisində piyada hərəkət edən zaman görmüş və BNMİ-nin CBRŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs saxlayan zaman əlində heçnə olmamışdır. BNMİ-nin CBRŞ-nə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Üzərində qeyri-qanuni əşya və sənədlərin olması ilə bağlı təklif etdikdən sonra, özü 01 ədəd sellofan büküm, mobil telefon, açar və müəyyən miqdarda pulu təqdim etmişdir. Sellofan bükümün içərisinə baxış keçirilən zaman isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı isə qanunsuz maddələrdən yaşadığı evdə də olduğunu bildirmişdir. Üzərinə baxış və götürmə yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ev 3-ə nə gələrək orada olan qansuz əşya və predmeti təqdim etməsi ilə bağlı təklif edildikdən sonra Təqsirləndirilən şəxs 01 ədəd torbanın büküm təqdim etmiş, həmin torbanın içərisinə baxış zamanı 02 ədəd ayrı-ayrı bükümlərdə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həm üzərinə baxış və götürmə, həm də ki yaşadığı mənzilə baxış vəkilin iştirakı ilə həyata keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmiş və ona qarşı heç bir təzyiq və fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarının dövriyyəsi ilə Lənkəran rayonu ərazisində məşğul olması barədə məlumat daxil olmşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə, saat 18:00-da BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisindən Bakı-Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin CBRŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, videoçkiliş aparılmaqla BNMİ-nin CBRŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirlmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli üst geyiminin sol yan cibindən içərisində 01ədəd sarı rəngli sellofan bükümü, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01(bir) ədəd Redmi markalı mobil telefonu, 01 ədəd yaşadığı evin açarını və sol yan cibindən 5 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofan bükümə baxış keçirilən zamn içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə metamfetaminə bənzər kütlələrin çəkisi 9,1 qram olmuş, zərfə qoyularaş möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddələrin metamfetamin olduğunu, həmin maddənin ona deyiləcək yerlərə qoyulması üçün üzərində saxladığını, 2 il öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Ramiz” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən təxminən 8 kq çəkidə müxtəlif növ narkotik tərkibli maddələr götürdüyünü, həmin narkotik tərkibli maddələri ona deyilən yerlərə qoyduğunu, buna görə də özünün istifadəsi üçün təxminən 260 qram çəkidə qurudulmuş marixuana əldə etdiyini, əlavə olaraq isə bu əməlinə görə “Ramiz” adlı şəxsin onun bank hesabına 2000 manat pul göndərməli olduğunu, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən bir ilə yaxındır ki narkotik vasitə istifadəsçisi olduğunu, kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evində də narkotik vasitələrin saxladığını həmin maddəni təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını və saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvanın qarşısına gəlinmiş mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evin qonaq otağının arxasındakı girişdən sol tərəfdə yerləşən otağa daxil olaraq burada yerləşən qəhvəyi rəngli taxta dolabın soldan birinci qapısını açaraq, həmin dolabın içərisində gizlətdiyi 01 ədəd göy rəngli torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində 01 ədəd şəffaf və 01 ədəd göy rəngli sellofan paketlərdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş içərisində qurudulmuş marixuanaya bənzər kütlənin çəksinin 59 qram, şəffaf sellofan bükümün çəkisinin 197 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs tqədim etiyi sellofan bükümdəki maddələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 2 il öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Ramiz” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən təxminən 8 kq çəkidə müxtəlif növ narkotik tərkibli maddələr götürdüyünü, həmin narkotik tərkibli maddələri ona deyilən yerlərə qoyduğunu, buna görə də özünün istifadəsi üçün təxminən 260 qram çəkidə qurudulmuş marixuana əldə etdiyini, əlavə olaraq isə bu əməlinə görə “Ramiz” adlı şəxsin onun bank hesabına 2000 manat pul göndərməli olduğunu, bu əməlindən heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 boş otaqdan və 1 sanitar qovşaqdan ibarət olması müəyyən edildi. Məhkəmədə elan edilib araşdırılmış Lənkəran rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsi qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarxili Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkantədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi bioloji ekspertizasının 23 aprel 2022-ci il tarixli, 19/500 saylı rəyindən müəyyən olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzəerindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi :-8,488 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi -189,637qr; -54,031qram: -ümumi təmiz çəkisi- 243,668 qran olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ambulator narkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 5111 saylı rəyindən müəyyən olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs müüayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “Redmi Note9S” markalı mobil telefona baxış zamanı mobil telefonun “Whatsapp” bölməsinə daxil olduqda 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan və “Redmi9S” markalı mobil telefonda istifadə edilən ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə adı “Ramiz Tebriz” kimi qeyd olunan +98-***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin dövriyyəsinə dair danışıqların, fotoşəkillərin və səs yazısının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 8,438 qram metamfetamin və 243,628 qram narkotik maddə olan çətənə (kannabis) bitkisi Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videgörüntülər əks edilmiş 02 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilən baxış protokolu ilə, ona məxsus “Redmi9S” markalı mobil telefona baxış keçirilməsi barədə protokol ilə, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrindən müəyyən olunur ki, o saxlanılan, üzərinə baxış keçirilən zaman ona qarşı heç bir zor tətbiq edilməmiş, həmin ifadələrində Təqsirləndirilən şəxs etdiyi əməlləri tam etiraf edərək 02 aprel 2022-ci ildə Lənkəran rayonu Girəndə kəndi ərazisində saxlanıldığını, BNMİ-nin Cənub Regional şöbəsinə dəvət edildiyini, orada müdafiəçisinin iştirakı ilə üzərindəki metamfetamini təqdim etdiyini, yaşadığı Bakıdakı evində saxladığı marixuananı könüllü təqdim etməsini, polis əməkdaşlarını tanımadığını, onlarla heç bir ədavət düşmənçilikləri olmadığını bildirmişdir. Məhkəmə sübutların məcmusuna əsaslanaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə yuğun ifadələr kimi qiymətləndirir, onun məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həbs edilməmişdən əvvəl öz ehtiyyatsızlığı nəticəsində yıxılaraq xəsarət alması cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 8,438 qram psixotrop maddə olan metamfetamin və 243,628 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlnmış qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üstündən və yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddənin götürülməsini özündə əks etdirən 02 ədəd CD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallparında saxlanılmalıdır. Təqsirləndirilən şəxslundan aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 240 (iki yüz qırx) manat pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 8,438 qram olan psixotrop maddə metamfetamin və 243,628 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd CD disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 50 (əlli ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx) manat pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar