Məhkəmə qərarları › İş №1(101)-1524/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1524/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1524/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi: “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçiə Aydın qızının iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1967-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə “Whatsapp” proqramı vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Bəxtiyar» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 05.02.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, Sultəpə dairəsinə gedərək orada yerləşən avtobus dayanacağının arxasından sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 1000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 70 qram çəkidə narkotik vasitə tiryək əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 22:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində, Sulutəpə dairəsinə çatmamış Şamaxı-Bakı yolunun sağ tərəfində avtobus dayanacağının yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı olan qırmızı rəngli sellofan torbanın içərisində 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1000 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 70 qram olan külli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gənc vaxtlarında Əli-Bayramlı şəhərinin futbol komandasında, sonra Naxçıvan şəhərinin Araz futbol komandasında oynamış, peşəkar futbolçu olmuşdur. Aldığı zədələrdən əziyyət çəkdiyi üçün ağrılarını azaltmaq üçün narkotik vasitələrə qurşanmış, bu səbəbdən ailəsi dağılmışdır. 2018-ci ildə keçmiş həyat yoldaşı ilə birlikdə əməliyyat olunmaq üçün İİR-na getmiş, bundan sonra 2019-cu ildə səhətində olan problemlərə görə təkrar əməliyyat olunmaq məqsədi ilə tək İran İslam Respublikasına getmiş və orada taksidən istifadə edən zaman sürücü Bəxtiyar adlı şəxslə tanış olmuş və həmin tarixdən, aralarında səmimi münasibətlər yaranmışdır. Cərrahi əməliyyatdan sonra Bakı şəhərinə qayıtmış, lakin yenidən ağrıları ilə əlaqədar olaraq narkotik vasitə hesab olunan metadon istifadə etmişdir. Azərbaycan Respublikasında sözü gedən narkotik vasitə hesab olunan metadon satışı qadağan olunduğundan qanunsuz olaraq Yasamal rayonu ərazidinə müxtəlif şəxslərdən pərakəndə narkotik vasitə hesab olunan metadonun 10 ədəd həbbini baha qiymətə-120 manata alırdı. İranda isə metadon çox ucuz qiymətə apreklərdə satışdadır. Bu səbəbdən 2020-ci ilin noyabr–dekabr ayında Whatsapp proqramı vasitəsi ilə Bəxtiyarla əlaqə saxlayaraq ona metadon göndərməsini xahiş etmişdir. Bəxtiyar isə ona tanıdığı şəxs vasitəsi ilə metadon göndərəcəyini demişdir. 05.02.2021-ci il tarixdə saat 20 radələrində Bəxtiyar Whatsapp proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və 200 ədəd həbbi göndərdiyini, həmin metadonun olduğu torbanın Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi Sulutəpə dairəsi adlanan ərazidə avtobus duraçağının arxasında olan taxtanın altında olduğunu bildirərək gedib götürməyini demişdir. O da 05.02.2021-ci il tarixdə saat 22:30 radələrində həmin yerə gedərək avtobus duraçağının arxasında taxtanın altından sellofan torbanı götürmüş, elə bu vaxt mülki geyimli 3 nəfər polis əməkdaşları onu saxlamış, öz maşınlarına mindirərək onu Bakı şəhəri Binəqədi RPlnin 40-cı PB-nə gətirmişlər. Yolboyu sellofan torba onda olmuş, polislər həmin sellofan torbaya toxunmamışlar. Bölmədə xidməti otaqların birində təhqiqatçı ona hüquq və vəzifələrim izah etmiş, ona dövlət hesabına müdafiəçi dəvət etmiş, həmin torbaya baxış keçirilmişdir. Baxış zamanı əlində olan sellofan torba açılmış və içərisindən daha 02 ədəd şəfaf rəngli sellofan torba aşkar edilmiş, həmin torbaların içərisində bükümlər olmuş, torbanın birində spesifik iyə malik olan, qəhvəyi rəngli heroinə oxşar maddə aşkar edilərək götürülmüş, digər şəfaf rəngli sellofan torbanın içərisində isə qara rəngli tiryəkə bənzər maddə aşkar olunmuşdur. Onu iranlı Bəxtiyar aldatmış metadon əvəzinə heroinlə tiryək göndərmişdir. Tərtib olunmuş protokolu imzalamış, protokoldakı bütün halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-PBnın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən Binəqədi rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmiş, Təqsirləndirilən şəxs ifşa etmək məqsədilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 üzvləri sə o və X3 olmuşdur. Məlumata əsasən 05 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi, Bakı-Şamaxı yolunun sağ tərəfində yerləşən avtobus dayanaçağını müşahidəyə götürmüşlər. Saat 22:30 radələrində xarici görkəmi məlumatdakı qeydlərə uyğun olan şəxs, yəni hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs avtobus dayanacağının arxasından çıxan zaman ona yaxınlaşaraq özlərini təqdim edib onu özləri ilə 40-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs araşdırma aparılması üçün baş təhqiqatçı polis mayoru İlkin Əsgərova təhvil vermişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin iştirakı ilə üzərinə baxış keçirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaları masanın üzərinə qoyması təklifinə əsasən gödəkcənin qoltuğundan qırmızı rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. X8 tərəfindən sellofan torba açılmış və içərisində iki ədəd ağ rəngli sellofan torba olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq həmin bükülülərin içərində narkotik vasitə heroin və tiryək olduğunu bildirmiş və həmin narkotik vasitələrini ona Bəxtiyar adlı iranlının göndərdiyini demişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər açılmış, bükümlərin birinin içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli heroinə bənzər maddə, didər bükümün içərisindən tünd qəhvəyi rəngli tiryəkə bənzər maddə aşkar edilmiş, qablaşdırılmış, möhürlənmiş və baxışda iştirak edən iştirakçıların imzası ilə təsdiq olunmuşdur. Həmçinin baxışla bağlı tərtib olunmuş protokolu da baxışın bütün iştirakçıları imzalamışlar. Təqsirləndirilən şəxs qarşı istər sonuncu saxlanılan zaman, istərsə də bölmədə olan zaman heç bir fiziki təsir və hərə-qorxu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqidir. Hadisə baş verən vaxt isə Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili olmuşdur. Təqsirləndirilən şəxs İmran oğlunu keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. 2021-ci il 05 fevral tarixdə saat təxminən 22 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və Sulu Təpə ərazisinə gələcək. Qrup təşkil olundu və bölmə rəisinə məruzə olundu. Qərar qəbul olundu və qrupun üzvülərinin iştirakı ilə bağlı protokol tərtib olundu. Həmin tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi Bakı-Şamaxı yolunda tədbirə başlamışlar. Təxminən 22.30 radələrində izah olunmuş İlqarın xüsusiyyətlərini daşıyan şəxsi görüb Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etdik. O, etiraz etmədi, bu barədə bölmə rəhbərliyinə məruzə etdik. Məruzə etdikdən sonra işin təhqiqatının aparılması baş təhqiqatçı İlkin Əsgərova həvalə olundu. Daha sonra müdafiəçi dəvət olundu və İlkin Əsgərov şübhəli şəxsə hüquq və vəzifələrini izah etməklə onun tutulması barədə qərar qəbul etdi və və bu barədə protokol tərtib etdi. Sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquqları izah olunaraq üzərinə şəxsi axtarış keçirildi.Şəxsi axtarış zamanı əlində olan bir ədəd sellofan torbanı çıxarıb təqdim etdi. İçərisində 2 büküm aşkar olundu, həmin bükümləri təqdim etdi. Bükümlərin birində qəhvəyi rəngli heroinə bənzər kütlə, digərində isə qətrana bənzər kütlə, yəni tiryək vardı. Bildirdi ki, torbada olanlardan biri heroin, digəri isə tiryəkdir. Daha sonra iştirakçılar tərəfindən protokol tərtib oolundu, aşkar olunan maddələr zərfə qoyularaq ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı İlqar bildirdi ki, ondan aşkar olunan narkotik vasitəni İİR-sı vətəndaşı Bəxtiyar adlı şəxsdən əldə etmişdir. Sonra məlum oldu ki, heroinin miqdarı 1 kq, tiryək isə 70 qramdır. Bui ş üzrə bildiyi bu qədərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdr ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Qərb Regional şöbəsində əməliyyat müvəkkili işləyir. Hadisə baş verən zaman isə Bakı şəhəri, Binəqədi RPİ-nin 40cı PB-nin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 40-cı PBdə xidmət aparan zaman əməkdaşlardan birinə polis baş leytenantı Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Dərhal həmin məlumat rəhbərliyə məruzə olunmuş və əməliyyat tədbiri həyata keçirildi. 2021-ci il fevral ayının əvvəlləri idi, ola bilər tarixi dəqiq deyə bilməsin, tam xatırlamır. İstiqamət Bakı-Şamaxı yolu idi, istiqamət Şamaxı istiqamətinə deyil, Sulu-təpə dairəsi istiqamətində idi. Dayanacaqların birində əvvəllcədən ad-familiyası və atasının adı məlum olan xarici görünüşünə görə bənzətdiyimiz Təqsirləndirilən şəxs İmran oğluna yaxınlaşıb özlərini təqdim etmiş və ondan onlarla birlikdə 40-cı PB-nə getməsini xahiş etmişlər. Orada təhqiqatçı polis baş leytenantı İlkin Əsgərovtərəfindən müdafiəçi dəvət olundu və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan qırmızımtıl rəngli sellofan torbanı təqdim etdi. Torbanın içərisində iki büküm vardı. Onlardan biri qəhvəyi rəngdə kokosa oxşar heroin, birində isə qırmızımtıl rəngdə tiryəkə bənzər maddə idi. Sorğu zamanı bildirdi ki, biri heroin, digəri isə tiryəkdir. Soruşduq ki, satmaq məqsədilə əldə etmisən, və yaxud bildirdi ki, ağrılarını kəsmək üçün istifadə edir, ən çox da tiryəkdən istifadə edir. Bui ş üzrə xatırladığı bu qədərdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PBnin rəisinə ünvanlanan 05.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.1967-ci ildə Şirvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin saxlaması, gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 05.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin gün Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 22:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində, Sulutəpə dairəsinə çatmamış Şamaxı-Bakı yolunun sağ tərəfində avtobus dayanacağının yaxınlığında saxlanılaraq 40-cı PB-nə gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs əlində olan qırmızı qara rəngli salofan torbada olan şəffav salafanlara bükülmüş bir ədəd iri büküm içərisində qəhvəyi rəngdə nəmli halında olan maddə, bir ədəd bir qədər kiçik şəffav salafanda bükümdə bərk plastilinə bənzər qara rəngdə maddəni və əynində olan göy rəngli qış gödəkcəsinin sağ yan cibindən göy rəngli “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu bildirmiş ki, bir ədəd salofan bükümdə olan heroin kimi tanınan narkotik maddə digər bir ədəd bükümdə isə tiryək var və həmin heroin və tiryəki 05 fevral 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində, sosial şəbəkədə tanıdığı, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının sifarişi ilə həmin şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küşəsində, Sulutəpə dairəsinə çatmamış Şamaxı-Bakı yolunun sağ tərəfində avtobus dayanacağının arxasında taxtanın arxasından götürüb və bu barədə “Redmi” markalı mobil telefonla isə həmin İran İslam Respublikası vətəndaşı mesajlaşıb əlaqə saxlamışdır. Aşkar ekdilmiş narkotik vasitələr və mobil telefon iki ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Axtarışı və götürmə aparılması vedeoçəkilişlə aparılmış, CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq videoçəkilişin yazıldığı 1ədəd DVD diskə cinayət işinin materialların əlavə edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06.02.2021-ci il tarixli qərarı ilə «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 05 fevral 2021-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 05.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08.02.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli, 6/547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1000 qram qəhvəyimtil rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 70 qram qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in İ siyahısına daxildir Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 04.06.2021ci il tarixli, 1750 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 05.06.2021-ci il tarixli, 1207 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinıh faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə texniki ekspertizasının 08.04.2021-ci il tarixli, 5/226 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 7A” markalı “M1903C3EG” modelli “**********88021, **********88039” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Təqdim edilmiş “Xiaomi Redmi 7A” markalı “M1903C3EG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuş, rəyə iki ədəd DVD-R disk əlavə olunmuşdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 16.07.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 999,8 qram olan narkotik vasitə heroin və 69,9 qram tiryək saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş, videoçəkilişin yazıldığı bir ədəd və məhkəmə texniki ekspertizasının rəyinə əlavə edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləqdə pul tutulmaqla 01 il müddətinə islah işlərinə məhkum edilmiş və 01.04.2016-cı ildə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə olan heroinin aşağı həddi 0,15 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 2 qramı külli miqdar, tiryəkin aşağı həddi 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 50 qramı külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin miqdarı 1000 qram olan narkotik vasitə heroini və 70 qram tirəyik külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 05 fevral 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-də təhvil verilmiş tədqiqatdan sonra çəkisi 999,8 qram olan narkotik vasitə heroin və 69,9 qram tiryək məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 167.65 (yüz altmış yeddi manat səksən altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçiə Aydın qıızı müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçiə Aydın qızı üçün 360 AZN (üç yüz altmış manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 999,8 qram olan narkotik vasitə heroin və 69,9 qram tiryək məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 167.65 (yüz altmış yeddi manat səksən altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçiə Aydın qızı üçün 360 AZN (üç yüz altmış manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar