Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1524/2025 26.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, həmin idarənin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs, müdafiəçi - “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 03 avqust 1979-cu ildə Bakı şəhərində doğulmuş (FİN №xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04 mart 2025-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, 01 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək 2 (iki) gün, 22 oktyabr 2024-cü il tarixdə 1 (bir) gün, ümumilikdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) gün ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 20 fevral 2025-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 22 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 5,021 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibində güclü təsir edən maddə tramadolun ümumi miqdarı 0,2 qram təşkil edən 4 ədəd dərman kapsullarını və tərkibində güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən 3 ədəd üzərində “P300” qöstəricili dərman kapsullarım əldə edib, psixotrop maddə metamfetaminin 4,114 qram hissəsini və güclü təsir edən preqabalin və tramadol həblərini yaşadığı ünvan 2 ünvanda, psixotrop maddə metamfetaminin 0,907 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Cinayət axtarış şöbəsinin və Kiberciyanətkarlıqla mübarizə qrupunun əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 fevral 2025-ci il tarixdə saat 12:44-də ünvan 2 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 0,907 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 13:10-da yaşadığı ünvan 2 ünvana keçirilmiş baxış zamanı mənzildən 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,030 qram və 2,084 qram olmaqla, ümumi təmiz çəkisi 4,114 qram təşkil edən, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, tərkibində güclü təsir edən maddə tramadolun ümumi miqdarı 0,2 qram təşkil edən 4 ədəd həmin dərman kapsulları və tərkibində güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən 3 ədəd üzərində “P300” göstəricili həmin dərman kapsulları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20 fevral 2025-ci il tarixdə evdə olduğu vaxt polis əməkdaşları onun evinə girmişlər, ona dövlətə qarşı çıxdığını bildirmişlər. Həmin vaxt evdə ondan başqa qonşusu da olmuşdur. Evə girdikdən sonra ona narkotik vasitə göstərərək həmin narkotikin ona məxsus olduğunu, o biri otaqda da 1 kq narkotik vasitə olduğunu bildirmişlər. Sonradan ona bir büküm verərək çölə çıxmağını demişlər. O, çölə çıxandan sonra polis işçiləri onu saxlayıb evə baxış keçirilməsinə icazə istəmişlər, o da, buna icazə vermişdir. Sonra evdə çəkiliş olmuş, daha sonra onu polis bölməsinə apararaq, bir gündən sonra bir nəfəri üzünə qarşı qoymuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis işçiləri onu evin içində döymüşlər, lakin bədəni üzərində heç bir xəsarət izi olmamış və heç yerə şikayət etməmişdir. O, həmin evdə tək yaşamış, qonşusu ilə əvvələr də birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Polis işçiləri evə çəkiliş aparmamışdan əvvəl özləri girib baxmışlar. Yunis və Səttar adlı şəxslər onunla qonşuluqda yaşayırlar, onun evində arabir narkotikdən istifadə etmişlər. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmə iclasında təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 20 fevral 2025-ci il tarixdə saat 12:40 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında dostu və qonşusu Səttarla birlikdə olarkən 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onlara üzərində narktoik vasitə olub-olmadığını soruşmuş, müsbət halda təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra o, şalvarının cibindən 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra onun üstü yoxlanılmış, əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Sonra həmin narkotik kütlələr qablaşdırılmış, o və polis tərəfindən imzalanmış və götürülmüşdür. Qonşusu Səttar da eyni qaydada üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, Səttar üzərindən bir ədəd kağız bükümündə olan marixuanaya bənzər maddəni və bir ədəd mobil telefonu təqdim etmişdir. Daha sonra ona yaşadığı mənzildə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, o, yaşadığı ünvanda da psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Bundan sonra mənzilə daxil olmaq üçün öz razılıq ərizəsini yazmışdır. Mənzilə daxil olduqdan sonra balıncın altında gizlətdivi iki ədəd selofan bükümlərdə olan metamfetamini və 4 ədəd tramadol, 3 ədəd preqabalin dərmanlarım təqdim etmişdir. Həmin maddələr və dərmanlar zərfə qoyularaq qablaşdırılmış, polis tərəfindən götürülmüşdür. Ona verilən suallara cavab olaraq üzərindən və yaşadığı mənzildən aşkar olumuş psixotrop maddələri İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Daha sonra onu və qonşusu Səttarı Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində zərflər yenidən onların iştirakı ilə videoçəkilişlə açılaraq baxılmış və yenidən digər zərfə qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Baxış bitdikdən sonra onlar qablaşdırılan yeni zərflərin üzərini imzaları ilə təsdiq etmişlər (cild 1, iş vərəqi 156- 158). Elan olunmuş ifadə ilə sualları cavablandıran Təqsirləndirilən şəxs həmin protokolu oxumadan imzaladığını, müstəntiqin ona narahat olmamağı bildirdiyini, o da, inanıb protokolu imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın icrası ilə əlaqədar onun rəhbərliyi ilə polis əməkdaşları Heydər Rzayev, Tural Şıxəliyev və Elnur Abasquliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. 20 fevral 2025-ci il tarixdə əməliyyat qrupunun üzvləri Nəsimi rayonu, Kaveroçkin küçəsi, 16 ünvanının qarşısına gəlib bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs müəyyən edərək onu və yanında olan Şahid4 adlı şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Vüsalın üstü yoxlanılan zaman onun üzərindən bir ədəd şəffaf selofanda metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra Şahid4 üzərinə baxış keçirilmiş, o da, üzərində olan bir ədəd bükümdə marixuana adlandırdığı maddəni və mobil telefonu təqdim etmişdir. Sonra aşkar olunmuş maddələr qablaşdırılaraq zərfin üstü imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzildən balıncın altından 2 ədəd şəffaf selofanda metamfetamin, 4 ədəd tramadol və 3 ədəd preqabalin həbləri aşkar edilərək qablaşdırılmışdır. Bütün bu tədbirlər videoçəkiliş aparılmaqla keçirilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirilən zaman həmin ünvanda iki nəfərin özünü şübhəli apardığını görüb onları da polis idarəsinə gətirmişlər. Həmin şəxslərin Şahid2 və Şahid3 olduğu müəyyən edilmiş, onların hər ikisi Təqsirləndirilən şəxs güclü təsiredici maddələr almaq məqsədi ilə həmin əraziyə gəldiklərini bildirmişlər. Nəsimi RPİ-nin inzibati binasında 3 ədəd bükümdə qablaşdırılmış əşyalara və bir ədəd DVD diskə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bundan sonra həmin maddələr yenidən qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim olunmaq üçün götürülmüşdür. Məhkəmə iclasında şahidlər - Bakı şəhəri, Nəsimi RPİ-nin əməkdaşları X4, X3 və X1 ibtidai istintaq zamanı verdikləri ifadələr tədqiq olunarkən, onların şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üstü yoxlanılarkən, həmçinin yaşadığı ünvana baxış zamanı külli miqdarda psixotrop maddə metamfetamin, həmçinin güclü təsir edən maddələr aşkar olunaraq götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etmələri, bununla bağlı həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 198-200. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü Vüsalla evdə oturduqları zaman qapı döyülmüş, içəri polis əməkdaşları girmişlər. Vüsala nəyə görə məhkəməyə gecikdiyini soruşmuşlar. İçəri girəndə onları gördüklərindən hamını bir cərgəyə düzmüşlər. Otaqda ondan başqa Səttar və Vüsal olmuşdur. Polis işçiləri Vüsalı döyməyə başlamışlar. Bu vaxt qapı döyülmüş, qapını açanda Asifin gəldiyini görərək onu da içəri salmışlar. Polis işçiləri daha sonra bir büküm çıxarıb Vüsala həmin bükümün ona məxsus olduğunu bildirmişlər. Vüsal da boynunu bükərək “nə deyirəm ki, siz deyirsinizsə mənimdi, qoy mənim olsun» demişdir. Sonra onları maşına apararaq oturtmuş, onları buraxacaqlarını deyərək, onlara Vüsalın lazım olduğunu demişlər. X8 üzərinə videoçəkiliş aparmışlar. Daha sonra onları idarəyə aparmışlar. Orada onlara təzyiqlər etmişlər. O, müharibədə iştirak etdiyindən kantuziyası olmuş və nevroloji dərmanlar qəbul etmişdir. Polis işçiləri ona Vüsaldan psixotrop dərmanlar almağa gəldiyini yazmağı tələb etmişlər. O isə, elə bir şey olmadığını desə də, polis işçiləri Vüsalın «barıqa olduğunu, narkotik satdığını demişlər. O, həmin gün yaxınlıqda qalan xalasıgilə getmiş, orada qapını açan olmadığı üçün Vüsalgildə qalmışdır. Səttar da oraya səhər tezdən gəlmiş, uşaqlarını məktəbə qoyub gəlmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, 2020-ci ildə ikinci Qarabağ Müharibəsində işitrak etmişdir. Həmin döyüşlərdən sonra 3-cü dərəcəli fərqlənmə medalı, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müharibədən gəldikdən sonra səhnə dekorlannın quraşdırılması fəaliyyəti ilə məşğul olur. Müharibədə aldığı travmalara görə bir neçə xəstəxanada əsəbləri ilə bağlı müalicə almışdır. Lakin həmin dərmanlar ona təsir etmədiyindən qanunsuz olaraq psixotrop maddə və güclü təsir edici maddələrdən istifadə etməyə başlamışdır. Təxminən 3-4 aydır ki, qanunsuz olaraq güclü təsir edici maddələrdən və psixotrop tərkibli dərmanlardan istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yaşadığından həmin vaxtdan etibarən Vüsalla aralarında münasibət yaranmışdır. Müharibədən gəldikdən sonra qazı yoldaşlarından Vüsalın güclü təsir edici maddələr satması barədə məlumat almışdır. Bundan sonra Vüsalın nömrəsini götürərək onunla əlaqə saxlamışdır. Vüsalla bir neçə dəfə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 16 ünvanında görüşürək ona 5 manat verib bir-iki ədəd preqabalin həbləri və metadon tərkibli dərman preparatlarını almışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı mənzildən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsinə gəlmişdir. Ora gəlməkdə məqsədi Vüsalla gürüşüb ondan güclü təsiredici dərman preparatları almaq olmuşdur. Saat təxminən 13 radələrində o, Vüsalın yaşadığı ünvanın qarşısında, yəni ünvan 5ı ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan özünü şübhəli apardığına görə nə məqsədlə qevd olunan ünvanda olduğunu sorusduqda, o, Vüsaldan güclü təsiredici maddə olan dərman preparatları almaq istədiyi üçün gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirmişlər (cild 1, iş vərəqi 108-110). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin təsir və təzyiqlər olduğu üçün həmin protokolu imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən günü o, Yunusla birlikdə Vüsalgilə getmişdir. Bu zaman Vüsalgilin qapısının yanında olarkən mülki geyimli şəxslərin Vüsalı saxladıqlarını görmüşdür. Onlar oraya yaxınlaşanda polis işçiləri hara getdiklərini soruşmuş, onlar da Vüsalgilə gəldiklərini bildirmişlər. Daha sonra polis işçiləri onları saxlayıb Nəsimi RPİ-nə gətirmişlər. Verilən sualları cavablandıran Şahid3 Vüsalın əvvəllər narkotikdən istifadə etdiyini bilmədiyini, özü narkotikdən istifadə etməyə başlayandan sonra Vüsalın da narkotikdən istifadə etdiyini bildiyini qeyd etdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 1-2 ildir ki, güclü təsiredici maddələr və psixotrop tərkibli dərmanlardan qəbul edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Vüsal onun əvvəllər yaşadığı əraziyə yaxın yerdə yaşadığından onların münasibəti yaranmışdır. Tanışlarından Vüsalın güclü təsiredici maddələr satması barədə məlumat almışdır. Bir neçə ay əvvəl Vüsalla görüşən zaman ona ağrılarının olmasını demiş və ondan güclü təsiredici maddələr istəmişdir. Vüsal da ona 1 ədəd preqabalin həbi vermişdir. Lakin bunun müqabilində ondan pul almamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı mənzildən çıxıb Nəsimi rayonu, Kaveroçkin küçəsinə gəlmiş, oraya gəlməkdə məqsədi Vüsalla gürüşüb ondan güclü təsiredici dərman preparatları almaq olmuşdur. Təxminən saat 13 radələrində Vüsalın yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış, özünü şübhəli apardığından ondan nə məqsədlə qeyd olunan ünvanda olduğunu soruşduqda, o, Vüsaldan güclü təsiredici dərman preparatları almaq istədiyi üçün gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirmişlər (cild 1, iş vərəqi 111-113). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid3 dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, özünün metamfetamindən istifadə etdiyini, polis işçiləri onu saxlayarkən narkotikin təsiri altında olduğunu, Vüsaldan narkotik vasitə almadığını və onun narkotik vasitə satdığını eşitmədiyini, özü əvvəllər narkotikdən istifadə etsə də, hazırda müalicə olunaraq tam sağaldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında olmuşdur. Həmin gün səhər o, uşaqlarını məktəbə qoyub evə qayıdarkən saat 10-11 radələrində bir həyətdə yaşadığı Vüsalgilə getmişdir. Evə gəldiyi vaxtdan təxminən 10 dəqiqə keçməmiş qapı açılmış, içəri mülki geyimli şəxslər daxil olmuşlar. Həmin vaxt onun üstündən marixuana aşkar olunmuşdur. O, evə gələndə Təqsirləndirilən şəxs də evdə olmuş, həmin vaxt onunla birlikdə iki nəfər başqa şəxs də olmuşdur. Həmin zaman o, Vüsalla həyətə çıxmamışdır. Polis işçiləri içəri girəndən sonra onun üstündən marixuana aşkar olunmuş, Vüsalın üzərindən isə heç bir şey aşkar edilməmişdir. Onun özü narkotik vasitə marixuanadan istifadə edən şəxs olmuş və uzun müddətdir ki, narkotikdən istifadə etmişdir. Vüsalın narkotik vasitələrdən istifadə edib-etmədiyini bilməmişdir. O, heç vaxt Vüsalla birlikdə narkotik qəbul etməmişdir. Həmin gün vüsalın evinə narkotikdən istifadə etmək üçün getmişdir. Polis əməkdaşları Vüsalın evinə baxış keçirmiş, əvvəlcə heç bir şey aşkar olunmasa da, sonradan ona məlum olmayan şəraitdə narkotik vasitə aşkar edilmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 bildirmişdir ki, 20 fevral 2025-ci il tarixdə saat təxminən 12:40 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında dostu və qonşusu olan Vüsalla birlikdə olarkən 4 nəfər mülki geyimdə şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona və Vüsala üzərində narkotik vasitə olub-olmadığını, əgər varsa, təqdim etmələrini təklif etmişdir. Bu təklifdən sonra ilk öncə Vüsal şalvarının cibindən bir ədəd selofan bükümdə olan (patı) psixotrop maddə metamfetamin olduğunu bildirərək təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya, predmet aşkar edilməmişdir. Sonra həmin narkotik kütlələr qablaşdırılmış, o, Vüsal və polis tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra onun üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşularaq üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, şalvarının cibində olan bir ədəd kağız parçasının içərisinə doldurulmuş narkotik vasitə olan marixuananı və bir ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Daha sonra isə Vüsalın yaşadığı mənzildə narkotik vasitə saxlayıb-saxlamamağı soruşulmuş, o, mənzildə narkotik saxladığını bildirmişdir. Bundan sonra birlikdə mənzilə daxil olmaqla bağlı Vüsal ərizə yazıb polis əməkdaşları ilə birlikdə mənzilə daxil olub baxış keçirilmişdir. Qonşusu Vüsal mənzildə balıncın altında gizlətdiyi iki ədəd selofan bükümlərində olan patı adlandırdığı maddələri və dərmanları təqdim etmişdir. Həmin maddələr və dərmanlar zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olumuş marixuananı İmişli rayonundan alaraq öz şəxsi istifadəsi üçün saxladığımı bildirmişdir. Daha sonra onu və qonşusu Vüsalı polis əməkdaşları Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində zərflər yenidən videoçəkilişlə açılaraq baxılmış və yenidən digər zərfə qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Baxış bitdikdən sonra qablaşdırılan yeni zərflərin üzərini imzalarla təstiq etmişdilər. Ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur (cild 1, iş vərəqi 135-136). Elan olunmuş ifadə ilə sualları cavablandıran Şahid4 bildirdi ki, dindirmə protokolundakı imzalar ona məxsusdur, lakin orada yazılanlar düzgün deyildir. Həmin ifadəni oxumadan imzalamışdır. Savadsız olduğu üçün ifadəni oxumamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında 20 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair protokollara əsasən, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, yaşadığı mənzildən isə 2 ədəd bükümdə psixotrop maddə metamfetamin, 4 ədəd tramadol həbləri və 3 ədəd preqabalin həblərinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. İstintaq orqanının qərarına əsasən, həmin videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 9-10, 12-14). Bakı şəhəri, Nəsimi RPİ, Təhqiqat şöbəsinin 20 fevral 2025-ci il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokola əsasən, təhqiqata təqdim olunmuş 3 ədəd qablaşdırılmış və möhürlənmiş zərflərə, əşyalara və bir ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf selofanın içərisindəki psixotrop maddəyə bənzər maddə, yaşadığı mənzilə baxış keçirilərkən isə mənzildən 2 ədəd şəffaf selofanda olan psixotrop maddə metamfetaminə bənzər kütlələr və 4 ədəd tramadol, 3 ədəd preqabalin dərman həbləri aşkar olunduğu müəyyən edilmişdir. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Həmin videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 19-22). Məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2025-ci il tarixli 6/819 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan 1 nömrəli zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,907 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs mənzilindən” sözləri olan 2 nömrəli zərfin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,030 qr. və 2,084 qr., ümumi təmiz çəkisi 4,114 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, dörd ədəd bükümdə mavi-ağ rəngli dərman kapsulunun əsas təsiredici maddəsi güclü təsir edən maddə tramadoldur və həmin kapsulun tərkibində tramadolun təsir maddəsinin miqdarı 0,2 qramdır, 3 ədəd üzərində “P300” göstəricisi olan dərman kapsullarının əsas təsiredici maddəsi güclü təsir edən maddə preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin miqdarı 0,9 qramdır. 1 və 2 nömrəli zərflərdəki metamfetaminlər xarici əalmətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkiləri 5,021 qram təşkil edir (cild 1, iş vərəqi 95-102). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1036 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” (Opioidlərin və psixostimulyatorlann birgə qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 182-183). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1855 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 224-226). İstintaq zamanı verilmiş 10 mart 2025-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni haradan və kimlərdən alması, kimlərə narkotik vasitə verməsi və satması istiqamətində müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 191). İbtidai istintaq orqanının 11 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,021 qram olan metamfetamin, 4 ədəd tramadol həbləri və 3 ədəd preqabalin kapsulları iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 229-241). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş və həmin məhkumluqları ödənilmişdir. Sonuncu dəfə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2012ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, 01 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək 2 (iki) gün, 22 oktyabr 2024-cü il tarixdə 1 (bir) gün, ümumilikdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) gün təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkməmişdir (cild 1, iş vərəqi 210-220). Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli hökm 25 mart 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, 20 fevral 2025-ci il tarixdə evdə olduğu vaxt polis əməkdaşlarının onun evinə girdiklərini, ona dövlətə qarşı çıxdığını bildirdiklərini, evə girdikdən sonra ona narkotik vasitə göstərərək həmin narkotikin ona məxsus olduğunu, o biri otaqda da 1 kq narkotik vasitə olduğunu dediklərini, sonradan ona bir büküm verərək çölə çıxartdıqlarını, bundan sonra polis işçilərinin onu saxlayıb evə baxış keçirilməsinə icazə istədiklərini, onun da buna icazə verdiyini, polis işçilərinin onu evin içində döydüklərini, lakin bədəni üzərində heç bir xəsarət izi olmadığını və heç yerə şikayət etmədiyini, polis işçilərinin evdə çəkiliş aparmamışdan əvvəl özləri girib baxdıqlarını, Yunus və Səttar adlı şəxslərin onunla qonşuluqda yaşadıqlarını, onun evində arabir narkotikdən istifadə etdiklərini bildirib, müdaifəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şahid qismində tanınmış Şahid4la Bakı şəhəri, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında saxlanılmış, videoçəkilişdən istifadə edilməklə onların üstü yoxlanılarkən, sonuncunun üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, əməliyyat tədbirinin davamı olaraq həmin gün yaşadığı ünvan 6 ünvana keçirilmiş baxış zamanı mənzildən 2 bükümdə psixotrop maddə metamfetamin, həmçinin 4 ədəd tramadol və 3 ədəd preqabalin kapsulları aşkar edilərək götürülmüşdür. Videogörüntülərə əsasən Vüsal Hacıyev əməliyyat tədbiri zamanı özü heç bir kənar təsir olmadan yuxarıda qeyd olunan maddələri polis əməkdaşlarına təqdim etmiş, maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı, həmçinin müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən və yaşadığı mənzildən aşkar edilmiş psixotrop və güclü təsir edən maddələrin ona məxsus olduğunu, həmin maddələri tanımadığı İran vətəndaşından pul qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verilən sualları cavablandırarkən polis işçilərinin onu döydüklərini bildirsə də, ibtidai zamanı verdiyi izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji zor, təzyiqlər göstərmədiyini, onlar tərəfindən zorakılığa məruz qalmadığını qeyd etmişdir. Bu hal cinayət işinə əlavə edilmiş videogörüntülərlə də bir daha təsdiq olunur. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə və təqdimata baxılarkən verdiyi izahatında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, üzərindən və yaşadığı mənzildən aşkar olunmuş psixotrop və güclü təsir edən maddələrin özünə məxsus olduğunu, həmin maddələri tanımadığı İran vətəndaşından aldığını, onları satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, saxlanıldığı zaman işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, ona qarşı heç bir fiziki və ya mənəvi təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Yuxarıda qeyd olunan sübutları təhlil edib təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini müqayisəli şəkildə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrdən fərqli və ziddiyətli ifadə verməsi məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs istintaqa verdiyi etirafedici ifadələri onun saxlanılması və üstünün yoxlanılması, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etmiş polis əməkdaşları Şahid1, Tural Şıxəliyevin, Elnur Abasquliyevin və Heydər Rzayevin ifadələri ilə tam təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmamış, onun yanında hazırkı iş üzrə şahid qismində dindirilmiş, lakin barəsində Nəsimi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraatda cinayət işinə baxılan Şahid4 da olmuşdur. Sonuncunun da videoçəkilişlə üstü yoxlanılarkən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə müəyyən edildi ki, 20 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 polis əməkdaşları tərəfindən saxlanılıb onların ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilən zaman həmin ünvana Şahid2 və Şahid3 adlı daha iki nəfər narkotik istifadəçiləri gəlmiş, onlar da Nəsimi RPİ-yə dəvət edilərək izahatları və ifadələri alınmışdır. Məhkəmədə verdiyi ifadələrində yuxarıda adları çəkilən hər üç nəfər həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvana çay içmək və söhbət etmək məqsədilə gəldiklərini bildirsələr də, məhkəmədə tədqiq olunmuş ibtidai istintaq zamanı verdikləri ifadələrində onların hər üçü Təqsirləndirilən şəxs əvvəllər də narkotik, psixotrop və güclü təsir edən maddələr aldığını, həmin gün də sonuncunun yaşadığı ünvana gəlməkdə məqsədlərinin ondan psixotrop və güclü təsir edən maddələr almaqdan ibarət olduğunu etiraf etmişlər. Məhkəmə kollegiyası iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəmədə verdiyi ifadələrini sonuncular tərəfindən köhnə tanışları olan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla tam təsdiq olunduğuna görə adları çəkilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş psixotrop və güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aşkar olunmuş qanunsuz əşyaların özünə məxsus olması, həmin maddələri tanımadığı İran vətəndaşından əldə edib saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş psixotrop və güclü təsir edən maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılmasını, həmçinin əməliyyat tədbirinin keçirilməsi zamanı təqsirləndirilən şəxsin yaşadığı ünvana alıcı qismində istifadəçilərin gəldiyini, polis işçilərinin orada olması səbəbindən satışın baş tutmadığını, eləcə də aşkar edilmiş psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən bir neçə dəfə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, 15.4-cü maddəsinə əsasən isə on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, 01 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək 2 (iki) gün, 22 oktyabr 2024-cü il tarixdə 1 (bir) gün, ümumilikdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) gün təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli hökm 25 mart 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü çıxarılarkən hazırkı iş üzrə istintaq altında olmuş və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunacaq cəzaya Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə qəti cəza təyin olunmalı, həmçinin həmin iş üzrə onun 01 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək 2 (iki) gün, 22 oktyabr 2024-cü il tarixdə 1 (bir) gün, ümumilikdə həbsdə saxlanıldığı 3 (üç) gün təyin olunmuş qəti cəzadan çıxılmaqla üzərində çəkilməsi üçün qəti cəza saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1036 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,721 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd tramadol kapsulu və 2 preqabalin kapsulu məhv edilməli; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli hökmünə əsasən təyin olunmuş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək 2 (iki) gün, 22 oktyabr 2024-cü il tarixdə 1 (bir) gün, ümumilikdə həmin iş üzrə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) gün təyin olunmuş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nəsimi RPİ-nin növbətçi hisəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,721 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd tramadol kapsulu və 2 preqabalin kapsulu məhv edilsin; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1524/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1524/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver