Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1525/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, müdafiəçi - “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərinin imzaladığı 10 aprel 2018-ci il tarixli qərarla həmin tarixdən cəmiyyətin direktor vəzifəsini icra etməklə həmin vəzifədə işləyərkən təşkilatisərəncamverici funksiyalara malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin Cəmiyyət adından "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07 may 2018-ci il tarixli müqaviləni həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Ramil Yusifov ilə bağladıqdan sonra müqavilənin 2.1-ci bəndinə əsasən direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəyicilər tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün ödəmə sisteminin müvafiq müqaviləyə uyğun işləməsini və ödəmə sisteminə nəzarəti təmin etməli, həmin vəsaitin növbəti iş günündə "xxxx" ASCnin müvafiq bank hesabına köçürülməsini (mədaxil edilməsini) təmin etməli, "xxxx" MMC ödəmə sisteminə texniki dəstək xidmətlərini həyata keçirməli, gündəlik ödənişlər barədə elektron hesabatı "xxxx" ASC-yə təqdim etməli, o cümlədən müqavilənin 3.1-ci bəndinə əsasn "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirməli, habelə müqavilədən irəli gələn digər öhdəlikləri yerinə yetirmək funksiyalarına malik şəxs kimi özünü işgüzar şəxs kimi təqdim edərək həmin xidmətin göstərilməsi zamanı "xxxx" ödəmə cihazı vasitəsilə qəbul edilmiş və müvafiq müqavilə əsasında ona etibar edilmiş pul vəsaitlərini "xxxx" ASC-nin hesablaşma hesabına köçürməyib qulluq mövqeyindən istifadə edərək həmin pul vəsaitlərini mənimsəməklə talamaq məqsədilə 28.03.2019-cu il tarixdən 31.08.2019-cu tarixədək olan müddətdə ayrı-ayrı abonentlər tərəfindən həyata keçirilmiş ödənişlər üzrə cəmi 480.261,67 manat məbləğində "xxxx" ödəmə cihazları vasitəsilə qəbul edilmiş və işlədiyi cəmiyyətin bank hesablarına mədaxil edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitlərini həmin cəmiyyətin hesablaşma hesabına köçürməli olduğu halda "xxxx" ASC-də olan hesablaşma hesablarından qeyd edilmiş pul vəsaitlərindən digər öhdəlikləri üzrə cəmi 480.261,67 manat köçürüb, həmin pul vəsaitini öz şəxsi xərclərinə uyğun sərf etməklə, qulluq mövqeyindən istifadə edərək "xxxx" ASC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 480.261,67 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə ölkəni fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi "xxxx" ASC-nin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2012-ci ildən, yəni "xxxx" MMC-nin təsis olunduğu tarixdən 2017-ci ilin təxminən mart ayına qədər həmin cəmiyyətdə Kommersiya şöbəsinin direktoru vəzifəsində işləmiş, "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi olmuş, "xxxx" MMC Ruslan adlı şəxs tərəfindən təsis edilmiş və direktor vəzifəsində də sonuncu işləmişdir. Pərviz Əliyev "xxxx" MMC-ni 2012-ci ildə alanda və onun əsasında "xxxx" MMC-ni yaradanda "xxxx" MMC-nin işçiləri, o cümlədən də o, işdən azad olunmamış və işinə davam etmişdir. "xxxx" MMC-də vəzifəsinin adı satış şöbəsinin müdiri olmuş, "xxxx" MMC-nin Kommersiya şöbəsinin direktoru kimi onun vəzifəsi ödəmə cihazlarının müxtəlif ticarət obyektlərində quraşdırılması ilə bağlı danışıqların aparılması, bununla bağlı satış strategiyasının qurulması olmuşdur. 2016-cı ilin sentyabr ayında o, öz şirkətini qurmaq qərarına gəlmiş və "xxxx" MMC-ni təsis etmişdir. Həmin cəmiyyəti o, 2016-cı ilin sentyabr ayında təsis etsə də sərmayə olmadığından cəmiyyət faktiki olaraq 2017-ci ilin təxminən oktyabr ayına qədər fəaliyyət göstərməmişdir. 2017-ci ilin təxminən oktyabr ayında o, tanışları Şahid6 və Şahid7 adlı şəxslərlə birlikdə "xxxx" MMC-nin təsis paylarının bölgüsünü aparmışdır. Şahid6 həmin vaxt təxminən 270000 manat, Şahid7 isə 20000 ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Şifahi razılaşmalarında isə Şahid6 və Şahid7 hər biri ayrılıqda 150000 ABŞ dolları, cəmi 300000 ABŞ dolları məbləğində sərmayə qoymalı olmuşlar. Şahid7 az məbləğdə sərmayə qoyması səbəbindən sonradan Şahid6 tərəfindən narazılıq yaranmış və o, təxminən 126000 manat məbləğində pulu sonuncuya qaytarmışdır. Təsis payı bölgüsündə 25 faiz ona, 25 faiz Pərvizə, 50 faiz isə Zərəngizə məxsus olmuşdur. Qeyd edilmiş tarixdə, yəni 2017-ci ilin təxminən oktyabr ayında "xxxx" MMC-nin direktoru Taleh Məmmədov adlı şəxs təyin edilmişdir. Sonuncu Zərəngizin tanışı olmuşdur. Buna baxmayaraq satış işlərinin hamısını yenə də o görmüş və bu səbəbdən 2018-ci ilin aprel ayında o, cəmiyyətə direktor təyin edilmişdir. Cəmiyyətə direktor təyin edilənə qədər, yəni faktiki olaraq satış işlərini gördüyü zaman "xxxx" MMC, müxtəlif internet provayderlər, kabel televiziya şirkətləri, "xxxx" MMC və digər şirkətlərlə müqavilələr bağlamış, müvafiq müqavilələr əsasında "xxxx" MMC ödəmə cihazları vasitəsilə müqavilələrdə göstərilmiş xidmətlər üzrə ödənişləri cihazlar vasitəsilə qəbul edilib, "xxxx" MMC-nin hesablaşma hesabına mədaxil edib, həmin hesablardan da müvafiq müqavilələr bağlanmış şirkətlərə ödənilmişdir. 2018-ci ilin may ayında o, Zərərçəkmiş şəxs ASC ilə müqavilə bağlamış, həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirilmişdir. "xxxx" ASC həmin tarixədək üzləşmə aktına dair hər hansı rəy bildirmədikdə bu "xxxx" ASC-nin üzləşmə aktı ilə qeyd-şərtsiz razılaşması və üzləşmə aktını təsdiq etməsi kimi qəbul edilmiş, üzləşmə aktı "xxxx" ASC tərəfindən göstərilən tarixədək təsdiq edilmədikdə gecikmənin səbəbləri və müddəti barədə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə rəsmi yazılı məlumat göndərilmişdir. Həmçinin xidmət haqqı yalnız təsdiq edilməli üzləşmə aktına görə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində "xxxx" MMC-nin bank hesabına köçürmə yolu ilə həyata keçirilmişdir. Yığım "xxxx" MMC-nin ödəmə məntəqələri tərəfindən həyata keçirildikdən, həmin vəsait "xxxx" ASC-yə köçürüldükdən sonra həmin cəmiyyət tərəfindən "xxxx" MMC-yə ay ərzində əhalidən və qeyri-əhalidən yığılmış vəsaitin 1.25 faizi həcmində xidmət haqqı ödənilmişdir. "xxxx" MMC ilə bir müqavilə bağlamış, həmin müqavilə əsasında subkontraktçı kimi "xxxx" MMC-nin xidmət göstərdiyi şirkətlərin ödənişlərini də qəbul etmiş, həmin məbləğləri də "xxxx" MMC-yə ödəmişdir. Faktiki olaraq "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC və xatırlamadığı internet provayderlərinin ödənişlərini qəbul edib vaxtında "xxxx" MMC-yə ödəmiş, "xxxx" MMC-yə hazırki dövrə qədər hansısa məbləğdə borcu olmamış, əksinə həmin cəmiyyətin ona xatırlamadığı məbləğdə borcu olmuş, həmin borc müvafiq müqavilə üzrə ona ödənilməli xidmət haqqı məbləğləri olmuşdur. "xxxx" MMC-dən işdən azad olunduqdan sonra həmin cəmiyyətdə rəsmi yaxud faktiki olaraq hansısa işləri görməmişdir. "xxxx" MMC-də 2017-ci ilin sonundan 2019-cu ilin təxminən oktyabr ayına qədər baş mühasib vəzifəsində Şahid4 işləmişdir. "xxxx" MMC-nin fəaliyyəti faktiki olaraq 2019-cu ilin təxminən oktyabr ayında dayanmışdır. Cəmiyyətin faktiki olaraq fəaliyyətini dayandırmasının səbəbi cəmiyyətin digər şirkətlərə olan borcları olmuş, həmin borcları hazırki dövrə qədər demək olar ki, ödəmiş, sadəcə "xxxx" ASC-yə olan 480.261,67 manat ödənilməli məbləği qalmış, həmin məbləği də qısa müddət ərzində ödəyəcəyini ifadə etmişdir. "xxxx" MMC-nin təsisçilərinin yaxud digər hər hansı şəxsin cəmiyyətin fəaliyyətinə hər hansı müdaxilələri olmamış, cəmiyyəti təsis etdiyi tarixdən, o cümlədən cəmiyyətdə təsis payları bölüşdürüldüyü vaxtdan cəmiyyətin fəaliyyətini özü idarə etmiş, bütün təsərrüfat əməliyyatlarını özü aparmış, cəmiyyətin təsisçiləri sadəcə cəmiyyətin fəaliyyəti üçün sərmayə qoymuş, ancaq cəmiyyətin fəaliyyətinə hər hansı müdaxilə etməmişlər. Hazırda vurulmuş ziyanı tam ödəmişdir, ona qarşı heç bir tələb və şikayət yoxdur, zərərçəkmiş hüquqi şəxslə tam barışıq və razılaşma əldə olunmuşdur. Ona görə də məhkəmədən bütün bu halların, habelə himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə çıxış edən zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərdi ki, təqsirləndirilən şəxslə fəaliyyətin ilkin mərhələsində normal işgüzar müasibətlər olmuş, səmərəli fəaliyyət göstərilmiş, amma sonradan məlum vəziyyət yaranmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs yaxınları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə vurulmuş ziyan tam ödənilmişdir, ona qarşı heç bir tələb və şikayət yoxdur, aralarında tam barışıq və razılaşma əldə olunmuşdur. Ona görə də yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, "xxxx" ASC-də 2015-ci ildən işləmiş və həmin vaxtdan 2017-ci ilə qədər cəmiyyətdə hüquqşünas, 2017-ci ildən etibarən hüquq idarəsinin baş hüquqşünası vəzifəsində işləmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında münasibətlər cəmiyyətlər arasında bağlanılmış 07 may 2018-ci il tarixli müqavilə ilə tənzimlənmişdir. Həmin müqaviləni "xxxx" ASC-nin sədr müavini və "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs imzalamışlar. Müqavilə əsasında "xxxx" MMC ödəyicilər tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün ödəmə sisteminin müvafiq müqaviləyə uyğun işləməsini və ödəmə sisteminə nəzarəti təmin etməli, həmin vəsaitin növbəti iş günündə "xxxx" ASC-nin müvafiq bank hesabına köçürülməsini təmin etməli, "xxxx" MMC ödəmə sisteminə texniki dəstək xidmətlərini öz hesabına həyata keçirməli, gündəlik ödənişlər barədə elektron hesabatı işlədiyi cəmiyyətə təqdim etməli, o cümlədən "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirilməli, "xxxx" ASC həmin tarixədək üzləşmə aktına dair hər hansı rəy bildirmədikdə bu "xxxx" ASC-nin üzləşmə aktı ilə qeyd-şərtsiz razılaşması və üzləşmə aktını təsdiq etməsi kimi qəbul edilməli, üzləşmə aktı "xxxx" ASC tərəfindən göstərilən tarixədək təsdiq edilmədikdə gecikmənin səbəbləri və müddəti barədə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə rəsmi yazılı məlumat göndərilməli, xidmət haqqı yalnız təsdiq edilməli üzləşmə aktına görə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində həmin cəmiyyətin bank hesabına köçürmə yolu ilə həyata keçirilməli olmuşdur. Həmçinin müqavilə şərtinə görə yığım "xxxx" MMC-nin ödəmə məntəqələri tərəfindən həyata keçirildikdə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilən xidmət haqqı ay ərzində əhalidən və qeyri-əhalidən yığılmış vəsaitin 1.25 faizi ilə müəyyən edilmişdir. Qeyd edilmiş müqavilə çərçivəsində də "xxxx" MMC və "xxxx" ASC arasında işgüzar münasibətlər tənzimlənmiş, ancaq istehlak olunmuş enerji haqlarının "xxxx" MMC tərəfindən də hər gün yığılmasına baxmayaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayına qədər toplanmış vəsaitlər "xxxx" ASC-nin bank hesabına köçürülməmiş, nəticədə müvafiq ödənilməmiş məbləğ 480.261,67 manat təşkil etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2002-ci ildən "xxxx" ASC-nin hüquqi varisi olduğu "xxxx" ASC-də, 2016-cı ildən "xxxx" ASC-də Enerji satışı departamenti direktorunun 1-ci müavini işləmişdir. Qeyd edilmiş vəzifədə xidməti vəzifəsi elektrik enerjisinin satışı, ödənişlərin yığımının təşkili, istehlakçıların uçot sisteminin qurulması və təkmilləşdirilməsi, abonentlər tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənişinə nəzarət edilməsindən ibarət olmuşdur. Qeyd etdiyi elektrik enerjisi üzrə ödənişlərin yığımının təşkilində nağd yığım ödəniş sistemləri iştirak etmiş, bu sahədə "xxxx" ASC demək olar ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan Respublikası ərazisində xidmət göstərən bütün ödəniş sistemləri ilə müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən əhalidən elektrik enerjisinin istehlak edilməsi əvəzində ödənilən nəğd pul vəsaitləri həmin ödəniş sistemləri vasitəsi ilə toplanaraq "xxxx" ASC-nin “Beynəlxalq Bank”, “Azər-Türk bank”, “Kapitalbank” və "xxxx"da olan hesablarına köçürülmüşdür. Qeyd edilən ödəniş sistemləri onlarla bağlanmış müqavilələrə əsasən müxtəlif faiz dərəcələri üzrə xidmət göstərmişlər. Bunlardan "xxxx" 1.75 faiz, “Milliön” 1.5 faiz, “E-manat” 1.5 faiz, “Goldenpay” 1.2 faiz, "xxxx" 1.25, “Azərpoçt” 1.9 faiz ödənişlərdən gəlir əldə etmişlər. Elektrik enerjisi üzrə ödənişlərin yığımının təşkilində iştirak edən təşkilatlardan biri də "xxxx" MMC olmuşdur. "xxxx" ASC ilə "xxxx" MMC arasında münasibətlər cəmiyyətlər arasında bağlanılmış 07 may 2018-ci il tarixli müqavilə ilə tənzimlənmişdir. Həmin müqaviləni "xxxx" ASC-nin sədr müavini və "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs imzalamışlar. Müqavilə əsasında "xxxx" MMC ödəyicilər tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün ödəmə sisteminin müvafiq müqaviləyə uyğun işləməsini və ödəmə sisteminə nəzarəti təmin etməli, həmin vəsaitin növbəti iş günündə "xxxx" ASC-nin müvafiq bank hesabına köçürülməsini təmin etməli, "xxxx" MMC ödəmə sisteminə texniki dəstək xidmətlərini öz hesabına həyata keçirməli, gündəlik ödənişlər barədə elektron hesabatı "xxxx" ASC-yə təqdim etməli, o cümlədən "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirilməli, "xxxx" ASC həmin tarixədək üzləşmə aktına dair hər hansı rəy bildirmədikdə bu "xxxx" ASC-nin üzləşmə aktı ilə qeydşərtsiz razılaşması və üzləşmə aktını təsdiq etməsi kimi qəbul edilməli, üzləşmə aktı "xxxx" ASC tərəfindən göstərilən tarixədək təsdiq edilmədikdə gecikmənin səbəbləri və müddəti barədə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə rəsmi yazılı məlumat göndərilməli, xidmət haqqı yalnız təsdiq edilməli üzləşmə aktına görə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində həmin cəmiyyətin bank hesabına köçürmə yolu ilə həyata keçirilməli olmuşdur. Həmçinin müqavilə şərtinə görə yığım "xxxx" MMC-nin ödəmə məntəqələri tərəfindən həyata keçirildikdə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilən xidmət haqqı ay ərzində əhalidən və qeyri-əhalidən yığılmış vəsaitin 1.25 faizi ilə müəyyən edilmişdir. Müvafiq müqavilədə göstərilmiş həmin ödənişlərin nağd yığım ödəniş sistemləri, o cümlədən "xxxx" MMC ilə həyata keçirilməsi prosesinə "xxxx" ASC-nin “AQİS” sistemi vasitəsi ilə nəzarət edilmişdir. Belə ki, hər bir abonent ona verilmiş abonent kodu ilə nağd yığım ödəniş sistemləri vasitəsilə ödənişi həyata keçirdikdə həmin ödəniş məlumatları dərhal həm "xxxx" ASC-nin, həm də "xxxx" MMC-nin sistemində öz əksini tapmışdır. Bir ay ərzində həyata keçirilən və sistemdə əks olunan ödəniş məlumatları informasiya sistemlərindən alınaraq üzləşmə aparılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Həmçinin "xxxx" MMC-nin aylıq məlumatları da "xxxx" ASC-nin Ödənişlərin informasiyası şöbəsinə təqdim edilmişdir. Üzləşmə - ödəniş yığımını həyata keçirən müvafiq şirkətlə "xxxx" ASC arasında xidmət göstərən şirkətin sistemində və "xxxx" ASC-nin sistemində əks olunmuş nağd ödəniş avadanlıqlarına mədaxil edilmiş pul vəsaitləri barədə ödəniş məlumatlarının dəqiqləşdirilməsidir. Daha sonra ödəniş şirkətləri tərəfindən toplanmış vəsaitlərin bank hesablarına daxil olması araşdırılmışdır. "xxxx" ASCnin informasiya sisteminə daxil olmuş məlumatlarla, toplanmış vəsaitdən "xxxx" ASC-nin bank hesabına keçirilmiş məlumatlar arasındakı fərq xidmət göstərən şirkətin qalıq borcu adlanmışdır. "xxxx" tərəfindən 2019-cu ilin mart ayında Novruz bayramı ərəfəsində toplanan vəsaitin sonrakı iş günlərində "xxxx" ASC-yə köçürülməsində gecikmələrlə əlaqədar problem yaranmış, bununla əlaqədar olaraq "xxxx" şirkətinə həm yazılı, həm də şifahi xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb olunmuşdur. Belə ki, həmin tarixə istehlak olunmuş enerji haqlarının "xxxx" MMC tərəfindən də hər gün yığılmasına baxmayaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayına qədər toplanmış vəsaitlər "xxxx" ASC-nin bank hesabına köçürülməmiş, nəticədə müvafiq ödənilməmiş məbləğ 480.261,67 manat təşkil etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2015-ci ildən "xxxx" ASC-də Ödənişlərin informasiyası şöbəsinin rəisi işləmiş, xidməti vəzifəsi xidmət göstərən şirkətlərlə aylıq üzləşmənin aparılması, bank hesablarına daxil olan vəsaitin ödəniş sisteminə daxil edilməsinin təmin olunması, ödənişlərlə bağlı müraciət edən abonentlərin ərizə, məktublarının araşdırılması və digər vəzifələrdən ibarət olmuşdur. Qeyd etdiyi elektrik enerjisi üzrə ödənişlərin yığımının təşkilində nağd yığım ödəniş sistemləri iştirak etmiş, bu sahədə "xxxx" ASC demək olar ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan Respublikası ərazisində xidmət göstərən bütün ödəniş sistemləri ilə müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən əhalidən elektrik enerjisinin istehlak edilməsi əvəzində ödənilən nağd pul vəsaitləri həmin ödəniş sistemləri vasitəsi ilə toplanaraq "xxxx" ASC-nin “Beynəlxalq Bank”, “Azər-Türk bank”, “Kapitalbank” və "xxxx"da olan hesablarına köçürülmüşdür. Qeyd edilən ödəniş sistemləri onlarla bağlanmış müqavilələrə əsasən müxtəlif faiz dərəcələri üzrə xidmət göstərmişlər. Bunlardan "xxxx" 1.75 faiz, “Milliön” 1.5 faiz, “E-manat” 1.5 faiz, “Goldenpay” 1.2 faiz, "xxxx" 1.25, “Azərpoçt” 1.9 faiz ödənişlərdən gəlir əldə etmişlər. Elektrik enerjisi üzrə ödənişlərin yığımının təşkilində iştirak edən təşkilatlardan biri də "xxxx" MMC olmuşdur. "xxxx" ASC ilə "xxxx" MMC arasında münasibətlər cəmiyyətlər arasında bağlanılmış 07 may 2018-ci il tarixli müqavilə ilə tənzimlənmişdir. Həmin müqaviləni "xxxx" ASC-nin sədr müavini və "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs imzalamışlar. Müqavilə əsasında "xxxx" MMC ödəyicilər tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün ödəmə sisteminin müvafiq müqaviləyə uyğun işləməsini və ödəmə sisteminə nəzarəti təmin etməli, həmin vəsaitin növbəti iş günündə "xxxx" ASC-nin müvafiq bank hesabına mədaxil edilməsini təmin etməli, "xxxx" MMC ödəmə sisteminə texniki dəstək xidmətlərini öz hesabına həyata keçirməli, gündəlik ödənişlər barədə elektron hesabatı "xxxx" ASC-yə təqdim etməli, o cümlədən "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirilməli, "xxxx" ASC həmin tarixədək üzləşmə aktına dair hər hansı rəy bildirmədikdə bu "xxxx" ASC-nin üzləşmə aktı ilə qeyd-şərtsiz razılaşması və üzləşmə aktını təsdiq etməsi kimi qəbul edilməli, üzləşmə aktı "xxxx" ASC tərəfindən göstərilən tarixədək təsdiq edilmədikdə gecikmənin səbəbləri və müddəti barədə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə rəsmi yazılı məlumat göndərilməli, xidmət haqqı yalnız təsdiq edilməli üzləşmə aktına görə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində həmin cəmiyyətin bank hesabına köçürmə yolu ilə həyata keçirilməli olmuşdur. Həmçinin müqavilə şərtinə görə yığım "xxxx" MMC-nin ödəmə məntəqələri tərəfindən həyata keçirildikdə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilən xidmət haqqı ay ərzində əhalidən və qeyri-əhalidən yığılmış vəsaitin 1.25 faizi ilə müəyyən edilmişdir. Müvafiq müqavilədə göstərilmiş həmin ödənişlərin nağd yığım ödəniş sistemləri, o cümlədən "xxxx" MMC ilə həyata keçirilməsi prosesinə "xxxx" ASC-nin “AQİS” sistemi vasitəsi ilə nəzarət edilmişdir. Belə ki, hər bir abonent ona verilmiş abonent kodu ilə nağd yığım ödəniş sistemləri vasitəsilə ödənişi həyata keçirdikdə həmin ödəniş məlumatları dərhal həm "xxxx" ASC-nin, həm də "xxxx" MMC-nin sistemində öz əksini tapmışdır. Bir ay ərzində həyata keçirilən və sistemdə əks olunan ödəniş məlumatları informasiya sistemlərindən alınaraq üzləşmə aparılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Həmçinin "xxxx" MMC-nin aylıq məlumatları da "xxxx" ASC-nin Ödənişlərin informasiyası şöbəsinə təqdim edilmişdir. Üzləşmə - ödəniş yığımını həyata keçirən müvafiq şirkətlə "xxxx" ASC arasında xidmət göstərən şirkətin sistemində və "xxxx" ASC-nin sistemində əks olunmuş nağd ödəniş avadanlıqlarına mədaxil edilmiş pul vəsaitləri barədə ödəniş məlumatlarının dəqiqləşdirilməsidir. Daha sonra tərəflərindən ödəniş şirkətləri tərəfindən toplanmış vəsaitlərin bank hesablarına daxil olması araşdırılmışdır. "xxxx" ASC-nin informasiya sisteminə daxil olmuş məlumatlarla, toplanmış vəsaitdən "xxxx" ASC-nin bank hesabına keçirilmiş məlumatlar arasındakı fərq xidmət göstərən şirkətin qalıq borcu adlanmışdır. "xxxx" tərəfindən 2019-cu ilin mart ayında Novruz bayramı ərəfəsində toplanan vəsaitin sonrakı iş günlərində "xxxx" ASC-yə köçürülməsində gecikmələrlə əlaqədar problem yaranmış, bununla əlaqədar olaraq "xxxx" şirkətinə həm yazılı, həm də şifahi xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb olunmuşdur. Belə ki, həmin tarixə istehlak olunmuş enerji haqlarının "xxxx" MMC tərəfindən də hər gün yığılmasına baxmayaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayına qədər toplanmış vəsaitlər "xxxx" ASC-nin bank hesabına köçürülməmiş, nəticədə müvafiq ödənilməmiş məbləğ 480.261,67 manat təşkil etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 1996-cı ildə X3 mühəndis ixtisası üzrə bitirmiş, 1998-2006-cı illərdə müxtəlif şirkətlərdə texniki işlərdə, 2006-cı ildən 2017-ci ilin sentyabr ayına qədər olan dövrdə isə müxtəlif şirkətlərdə mühasib vəzifəsində işləmişdir. 2017-ci ilin sentyabr ayından 2019-cu ilin təxminən noyabr-dekabr aylarına qədər "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmişdir. 2017-ci ilin sentyabr ayında o, işsiz olmuş, bu səbəbdən həmin zaman cəmiyyətin direktoru vəzifəsində işləmiş Taleh Məmmədova xatırlamadığı tanışı vasitəsilə CV göndərməklə müraciət etmiş, sonra müsahibədən keçdikdən sonra "xxxx" MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan 2018-ci ilin təxminən aprel ayından cəmiyyətə Təqsirləndirilən şəxs direktor təyin edilmişdir. Baş mühasib kimi işi cəmiyyətin mühasibat və vergi uçotunun aparılmasından ibarət olmuşdur. Cəmiyyətin bank hesabı "xxxx" ASCdə olmuş və bank əməliyyatları həmin hesab vasitəsilə aparılmışdır. Ancaq onun baş mühasib kimi bankda imza səlahiyyəti olmamış, həmin səlahiyyət ancaq direktora məxsus olmuşdur. Bank hesablarından pul vəsaitlərinin məxarici, ödəniş tapşırıqlarının imzalanması kimi səlahiyyətləri olmamışdır. "xxxx" MMC-nin əsas fəaliyyəti ödəmə cihazları vasitəsilə müxtəlif kommunal ödənişlərin, internet provayderlərinin ödənişlərinin, o cümlədən digər ödənişlərin qəbulu, həmin ödənişlərin sonradan cəmiyyətin bank hesabına mədaxili, daha sonra isə müvafiq ödənişlərin məxsus olduğu şirkətlərə köçürülməsi olmuşdur. "xxxx" MMC qeyd etdiyi fəaliyyət müqabilində xidmət göstərilən şirkətlərdən ödənişlərin müəyyən faizini almış, müvafiq qarşılıqlı münasibətlər bağlanılmış xidmət müqavilələri ilə tənzimlənmişdir. 2018-cu ilin sentyabr ayından 2019-cu ilin noyabr ayına qədər olan dövr ərzində əhali və qeyri-əhali tərəfindən istehlak olunmuş enerji haqlarının "xxxx" MMC tərəfindən ödəniş terminalları vasitəsilə yığılmasına baxmayaraq 480.261,67 manat məbləğində vəsaitin "xxxx" ASC-yə ödənilməməsi barədə o, bildirmişdir ki, "xxxx" MMC-nin qeyd edilmiş 480.261,67 manat məbləğində "xxxx" ASC-yə olan borcundan məlumatı olmuşdur. Həmin borcun mövcudluğunu o, "xxxx" MMC-nin sistem məlumatlarında görmüş və müvafiq məlumatları da cəmiyyətin mühasibat sənədlərində əks etdirmişdir. "xxxx" MMC və "xxxx" ASC arasında hər ay üzləşmə aktları tərtib edilmiş, həmin üzləşmə aktlarını o, adətən imzalamamış, ancaq Təqsirləndirilən şəxs imzalamışdır. "xxxx" MMC və "xxxx" ASC arasında işgüzar münasibətlərin olduğu sonuncu tarixdə, yəni 2019-cu ilin payız aylarında, 3 ardıcıl ay üzrə tərtib edilmiş üzləşmə aktlarını "xxxx" ASCnin xatırlamadığı səlahiyyətli əməkdaşlarının tələbi əsasında imzalamış, aktlarda imzaları icra etməyinin əsas səbəbi isə "xxxx" ASC-nin xatırlamadığı səlahiyyətli əməkdaşlarının aktları imzalamadığı təqdirdə onları geri qaytarmayacaqları haqqında fikir ifadə etmələri olmuş, o isə vergi yoxlaması olduğu təqdirdə göstərilən aktların olmamasının problem yaradacağını düşünərək həmin dövrdəki 3 ardıcıl ay üzrə tərtib edilmiş üzləşmə aktlarını baş mühasib kimi imzalamışdır. "xxxx" MMC-də baş mühasib vəzifəsində işlədiyi dövrdə cəmiyyətin "xxxx" ASC-dən başqa hansısa digər müəssisələr qarşısında öhdəliklərinin olub-olmadığını xatırlamamış, "xxxx" MMC-nin təsisçiləri Şahid6 və Şahid7 cəmiyyətin fəaliyyətində rollarının nədən ibarət olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, "xxxx" MMC-də 2012-ci ildən 2017-ci ilin əvvəllərinə qədər İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində, 2017-ci ilin sentyabr ayından 2020-ci ilin əvvəllərinə qədər "xxxx" MMC-də İnformasiya texnologiyaları və texniki şöbənin rəhbəri vəzifəsində işləmişdir. Həmin vaxtdan hazırki dövrə qədər isə "xxxx" MMC-də İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləmişdir. "xxxx" MMC-də işlədiyi dövrdə İnformasiya texnologiyaları və texniki şöbənin rəhbəri kimi funksiyası xidmət göstərdikləri şirkətlərlə həyata keçirilmiş ödənişlər üzrə məlumatların üzləşdirilməsi, nağd ödəniş terminallarının quraşdırılması və onların işlək vəziyyətdə olmasına nəzarət etmək və digər bu kimi işlərdən ibarət olmuşdur. "xxxx" MMC yeni fəaliyyət göstərməyə başladığı üçün cəmiyyət tərəfindən daha çox üstünlük portativ avadanlıqlara verilmişdir. Portativ avadanlıqlar planşetlər və portativ printerlər olmuş, həmin avadanlıqların hər biri üzrə sistemə daxil olmaq üçün fərdi istifadəçi adı və parolu yaradılıb müvafiq avadanlıq istifadəçisinə təhvil verilmişdir. Həmçinin "xxxx" MMC-nin terminal tipli təxminən 7-8 ədəd ödəniş terminalı mövcud olmuş və gələcək fəaliyyətlərində həmin avadanlıqların sayını artırmağı nəzərdə tutmuşlar. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış müqavilə çərçivəsində üzləşdirmələr hər ayın sonunda aparılmış, "xxxx" ASC tərəfindən sistemə qəbul edilmiş pul vəsaitləri barədə məlumatlar işlədiyi cəmiyyətin Maliyyə şöbəsinə göndərilmiş, Maliyyə şöbəsində Rəfiqə adlı baş mühasib və adlarını xatırlamadığı digər əməkdaşlar işləmişlər. Maliyyə şöbəsinə göndərilmiş məlumatlarla "xxxx" MMC-nin sistem məlumatları arasında hansısa fərqlər olduğu təqdirdə Maliyyə şöbəsi həmin məlumatları onun işlədiyi şöbəyə göndərmiş və işlədiyi şöbə tərəfindən "xxxx" ASC-nin müvafiq şöbəsi arasında dəqiqləşdirmələr aparılmışdır. Qeyd edilmiş dəqiqləşdirmələri aparan zaman "xxxx" ASC-dən kiminlə danışdığını xatırlamamışdır. "xxxx" MMC-nin "xxxx" ASC-yə müvafiq dövr üzrə 480.261,67 manat məbləği ödəmədiyini bilmiş, ancaq həmin məbləğin hansı səbəbdən "xxxx" ASC-yə ödənilmədiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, "xxxx" MMC-nin təsisçilərindən biri olmuş, həmin cəmiyyət 2016-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs tərəfindən təsis edilmişdir. Sonradan 2017-ci ilin fevral ayında Fuadla razılaşmalarına əsasən təsis payları o, Fuad və Şahid6 arasında bölüşdürülmüşdür. 2017-ci ilin fevral ayında Fuad ona müraciət edərək təsis etdiyi şirkətin, yəni "xxxx" MMC-nin adından müxtəlif ticarət obyektlərinə xidmət göstərilməsi ilə məşğul ola biləcəklərini, göstərilən xidmətin proqram təminatı vasitəsilə həyata keçirilməsinin planlaşdırıldığını, həmin proqram təminatı vasitəsilə ticarət obyektlərinin ehtiyaclarının olduğu məhsulların müəyyən edilib müvafiq obyektlərin həmin mallarla təchiz edilməsinin mümkün olduğunu bildirmişdir. O da həmin zaman tanışı İsrafil Qasımovla tez-tez görüşmüş, görüşlərindən birində İsrafilə Fuadın təklifi barədə məlumat verəndə İsrafil müvafiq təklif əsasında birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilə biləcəyini bildirmişdir. Sonradan Fuad ödəmə cihazları vasitəsilə müxtəlif şirkətlərə xidmət göstərmək, həmin xidmət çərçivəsində şirkətlərin pullarını yığıb həmin pulu xidmət göstərilən şirkətə ödəmək və bunun əsasında da xidmət haqqını toplamaqla da məşğul ola biləcəklərini bildirmişdir. O, göstərilən təkliflə ilkin olaraq razılaşmasa da, sonradan Fuad və İsrafilin təkidləri əsasında razılıq vermişdir. Beləcə "xxxx" MMC-nin təsis payları 2017-ci ilin fevral ayında bölüşdürülmüş, təsis paylarının 50 faizi İsrafil Qasımovun həyat yoldaşı Şahid6, 25 faizi ona və 25 faizi Fuada məxsus olmuşdur. Cəmiyyətə direktor da İsrafilin tanışı Taleh adlı şəxs təyin edilmişdir. Sonradan Fuadın özü cəmiyyətə direktor təyin edilmişdir. Cəmiyyət təsis ediləndə o, 40800 manat ekvivalentində 24000 ABŞ dolları sərmayə qoymuş və həmin məbləği sənədləşməsiz olaraq Fuada vermişdir. Sonradan onun pula ehtiyacı yaranmış və bu barədə Fuada məlumat verəndə xatırlamadığı tarixdə Fuad ona 5000 manat qaytarmışdır. İstər Taleh direktor işləyəndə, istərsə də Fuad direktor işləyəndə onun cəmiyyətin fəaliyyətinə hansısa müdaxiləsi olmamışdır. Müəssisənin fəaliyyətinin son dövrlərində, təxminən 2019-cu ilin aprel ayında Fuaddan öyrənmişdir ki, müəssisənin borcları vardır, o da həmin borcların ödənilməsi ilə məşğuldur. Həmçinin Fuadın "xxxx" ASC-yə borclu olduğunu sonuncudan öyrənmiş, ancaq dəqiq olaraq borcun məbləğini bilməmiş, Fuad həmin borcu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. "xxxx" MMC-nin təsis payları bölüşdürüləndə onun tərəfindən hansısa konkret məbləğin sərmayə qoyulacağı bildirilməmiş, cəmiyyət təsis ediləndə imkanı çatdığı 24000 ABŞ dolları məbləğində pulu sərmayə qismində Fuada vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, "xxxx" MMC-ni 2006-cı ildə təsis etmiş və həmin tarixdən də həmin cəmiyyətdə direktor vəzifəsində özü işləmişdir. Cəmiyyətin fəaliyyəti toyuq əti məhsullarının istehsalı və satışından ibarət olmuşdur. "xxxx" MMC öz fəaliyyətini Bakı şəhəri, Xəzər rayon, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında həyata keçirmişdir. O, "xxxx" MMC adından "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 28 mart 2019-cu il tarixdə 3152 manat dəyərində enerji haqqının işlədiyi cəmiyyət tərəfindən ödənildiyini təsdiq etmiş, həmin ödəniş Zirə qəsəbəsi, Yeni Sahə ünvanındakı cəmiyyətin faktiki fəaliyyət göstərdiyi yerə aid olmuşdur. Cəmiyyətin istehsal yeri, anbarı və istehsal üçün digər yardımçı sahələrinin hamısı məhz həmin ünvanda yerləşmişdir. Qeyd edilmiş ödənişi təsdiq edən sənədlərin surəti işlədiyi cəmiyyətin mühasibat sənədləri arasında qalmadığından onları istintaqa təqdim edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, X2 məxsus daş karxanasında təxminən 1 il olar ki, işləmiş, qeyd edilmiş daş karxanası Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşmişdir. Həmin daş karxanası X2 məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında fəaliyyət göstərmişdir. O, həmin daş karxanasında anbardar vəzifəsində işləmişdir. X1 adından "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 28 mart 2019-cu il tarixdə 4900 manat dəyərində enerji haqqı işlədiyi daş karxanası tərəfindən ödənilmişdir. Həmin ödəniş Türkan qəsəbəsində yerləşən daş karxanasına aid olmuşdur. Qeyd edilmiş ödənişi təsdiq edən sənədlərin surəti daş karxanasının mühasibat sənədləri arasında qalmadığından onları istintaqa təqdim edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, “Vüqar-M” kiçik müəssisəsi 1996-cı ildə Ağadayı adlı dostu tərəfindən təsis edilmiş, təxminən 6 il bundan əvvəl Ağadayı vəfat etmişdir. Həmin tarixdən də Ağadayının qohumları müəssisəni onun işlətməyini istəmiş, bu səbəbdən təsis payları ona təhvil verilmiş və o, göstərilən tarixdən cəmiyyətin icraçı direktoru təyin edilmişdir. “Vüqar-M” kiçik müəssisə daş karxanası kimi fəaliyyət göstərmiş və bu fəaliyyəti Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində həyata keçirmişdir. O cümlədən onun öz adına da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmuş, həmin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində ərzaq məhsullarının satışını həyata keçirmişdir. “Vüqar-M” kiçik müəssisəsinin adından "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 28 mart 2019-cu il tarixdə 2260 manat dəyərində enerji haqqının onun tərəfindən ödənilməsini təsdiq etmiş, həmin ödəniş qeyd etdiyi müəssisənin Türkan qəsəbəsində yerləşən daş karxanasına aid olmuşdur. O cümlədən Şüvəlan qəsəbəsində icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin elektrik enerjisi məbləğləri "xxxx" MMC-yə məxsus ödəniş terminalları vasitəsilə ödənilmişdir. Qeyd edilmiş ödənişləri təsdiq edən sənədlərin surəti onda qalmadığından onları istintaqa təqdim edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, "xxxx" MMC 2006-cı ildə Abdulhüseyn Həsənov və Sərdar Zəkəriyəyev tərəfindən təsis edilmiş, Sərdar Zəkəriyəyev cəmiyyətdə direktor vəzifəsində işləmişdir. Cəmiyyətin təsis olunduğu tarixdən həmin cəmiyyətdə baş mühasibi vəzifəsində işləmişdir. Cəmiyyətin fəaliyyəti dəmir, beton və boşluqlu örtük plitələrinin istehsalı və satışından ibarət olmuş, "xxxx" MMC öz fəaliyyətini Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində həyata keçirmişdir. "xxxx" MMC adından "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 29 mart 2019-cu il tarixdə 670 manat dəyərində enerji haqqı işlədiyi cəmiyyət tərəfindən ödənilmiş, həmin ödəniş qeyd etdiyi Sumqayıt şəhəri, Yəhya Məmmədov ünvanındakı cəmiyyətin faktiki fəaliyyət göstərdiyi yerə aid olmuşdur. Cəmiyyətin istehsal yeri, anbarı və istehsal üçün digər yardımçı sahələrinin hamısı məhz həmin ünvanda yerləşmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, "xxxx" MMC-nin təsisçilərindən biri olmuş, həmin cəmiyyət 2016-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs tərəfindən təsis edilmişdir. Sonradan 2017-ci ilin fevral ayında Fuadla razılaşmalarına əsasən təsis payları o, Fuad və Şahid7 arasında bölüşdürülmüşdür. X17 görə tanımış, belə ki, təxminən 2017ci ilin fevral ayında Şahid7, həyat yoldaşı X8 müraciət edərək Fuad adlı tanışının olduğunu, sonuncunun təsis etdiyi şirkət adından birgə sahibkarlıq fəaliyyətini həyata keçirilməsini təklif etdiyini bildirmişdir. Həmin zaman Pərviz Fuadın "xxxx" MMC-nin adından müxtəlif ticarət obyektlərinə xidmət göstərilməsi ilə məşğul ola biləcəklərini, göstərilən xidmətin ödəniş terminalları vasitəsilə həyata keçiriləcəyini, terminallar vasitəsilə kommunal xidmət ödənişlərinin, internet provayderlərinin ödənişlərinin, habelə digər ödənişlərin toplanılacağını, müvafiq toplanmış məbləğlərin aidiyyəti şirkətlərə ödəniləcəyini, bunun müqabilində isə toplanmış məbləğin müəyyən faiz nisbətində xidmət haqqının birgə sahibkarlıq fəaliyyəti həyata keçirəcəkləri şirkətə ödəniləcəyini, göstərilən fəaliyyətin gəlir gətirəcəyini dediyini bildirmişdir. Həyat yoldaşı İsrafil Qasımov da Fuadın təklifi ilə razılaşmışdır. Beləcə "xxxx" MMC-nin təsis payları 2017-ci ilin fevral ayında bölüşdürülmüş, təsis paylarının 50 faizi ona, 25 faizi Şahid7 və 25 faizi Fuada məxsus olmuşdur. Cəmiyyətə direktor da ilk öncə Taleh adlı şəxs, sonradan isə Fuad özü təyin edilmişdir. Cəmiyyət təsis ediləndə 134000 manat və 100000 ABŞ dolları, cəmi 305000 manat məbləğində sərmayə qoymuş, həmin məbləğ cəmiyyətin ofisinin olduğu xatırlamadığı ünvanın ofis mebellərinə, habelə digər xərclərinə sərf edilmişdir. İstər Taleh "xxxx" MMC-də direktor işləyəndə, istərsə də Fuad direktor işləyəndə onun və həyat yoldaşı İsrafil Qasımovun cəmiyyətin fəaliyyətinə hansısa müdaxilələri olmamışdır. 2021-ci ilin mart ayında Fuadla cəmiyyətin fəaliyyəti haqqında söhbət edəndə sonuncu İsrafilə cəmiyyətin borcunun olduğunu, əsas borcun da "xxxx" ASC-yə təxmini 480000 manat olduğunu demişdir. "xxxx" MMC-də təsis payları onun, Təqsirləndirilən şəxs və Şahid7 arasında bölüşdürülərkən təsisçi kimi ilkin olaraq onun tərəfindən 300000 manat sərmayə qoyulması planlaşdırılmış, cəmiyyətin ofisinin təmir olunub tam fəaliyyətə başlamasından 3 ay ərzində isə Təqsirləndirilən şəxs tərəfindən 150000 manat və Şahid7 tərəfindən 150000 manat sərmayə qoyulması şifahi olaraq razılaşdırılmışdır. Ancaq Təqsirləndirilən şəxs və Şahid7 tərəfindən "xxxx" MMC-yə razılaşdırılmış məbləğlər sərmayə kimi qoyulmamış, onların hər biri tərəfindən 41000 manat sərmayə qoyulmuşdur. "xxxx" MMCnin "xxxx" ASC-yə təxminən 480000 manat olan borcu haqqında Fuaddan 2021-ci ilin mart ayında məlumat almış, həmin tarixədək sonuncu ona cəmiyyətin borcları haqqında məlumat verməmişdir. Həmçinin Fuad 2021-ci ilin mart ayında ona "xxxx" ASC-yə olan təxminən 480000 manat məbləğindəki borcu qısa müddət ərzində ödəyəcəyini demişdir (cild 05, iş vərəqə 80). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, “Ulu” İstehsalat Kommersiya firmasını 1995-ci ildə təsis etmiş, həmin tarixdən də firmada direktor vəzifəsində işləmişdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 5akı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 47A ünvanı olmuşdur. “Ulu” İstehsalat Kommersiya firmasının əsas fəaliyyəti çap işlərinin görülməsi olmuşdur. “Ulu” İstehsalat Kommersiya firmasının Abşeron rayonu, Novxanı qəsəbəsində anbarı mövcud olmuş, həmin firmanın adından "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 29 mart 2019-cu il tarixdə 300 manat dəyərində ödənilmiş enerji haqqı məbləği məhz qeyd etdiyi anbarın enerji haqqı məbləği olmuşdur. Qeyd edilmiş ödənişi təsdiq edən sənədlərin surəti onda qalmadığından onları istintaqa təqdim edə bilməmişdir (cild 05, iş vərəqə 164). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Ramil Yusifov arasında bağlanmış “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" MMC tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07 may 2018-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC-yə ödəyicilər tərəfindən ödənilən vəsaitlərin qəbulu üçün ödəmə sisteminin müvafiq müqaviləyə uyğun işləməsini və ödəmə sisteminə nəzarəti təmin etmək, həmin vəsaitin növbəti iş günündə "xxxx" ASCnin müvafiq bank hesabına köçürülməsini (mədaxil edilməsini) təmin etmək, "xxxx" MMCnin ödəmə sisteminə texniki dəstək xidmətlərini həyata keçirmək, gündəlik ödənişlər barədə elektron hesabatı "xxxx" ASC-yə təqdim etmək, o cümlədən müqavilənin 3.1-ci bəndinə əsasn "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin aylıq nəticələri "xxxx" MMC tərəfindən tərtib edilən və hər ayın 10-dək "xxxx" ASC-yə təqdim edilən, tərəflərin qarşılıqlı razılığı ilə həmin ayın 15-nə qədər təsdiq edilən üzləşmə aktı vasitəsilə sənədləşdirmək, habelə müqavilədən irəli gələn digər öhdəliklərinin olduğu görünür (cid 01, iş vərəqə 10- 14). "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ödənişlərin informasiya şöbəsinin rəisi Şahid3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Təqsirləndirilən şəxs arasında aparılmış sonuncu, yəni 05 noyabr 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından sonuncunun 480.261,67 manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə ödəmədiyi, Təqsirləndirilən şəxs qarşılıqlı üzləşmə aktında öz imzası ilə həmin faktı təsdiq etdiyi görünür (cid 01, iş vərəqə 15). Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X11 Qeydiyyat İdarəsi tərəfindən 22 sentyabr 2016-cı il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir (cild 01, iş vərəqə 163). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərinin 10 aprel 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir (cid 01, iş vərəqə 179). 20 fevral 2017-ci il tarixli redaksiyadakı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnaməsindən görünür ki, qeyd edilmiş cəmiyyətin təsis payları Şahid6 50%, Təqsirləndirilən şəxs 25% və Şahid7 25% nisbətində bölüşdürülmüşdür (cid 01, iş vərəqə 184-187). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesablarından çıxarışlardan görünür ki, "xxxx" MMC tərəfindən ödəmə cihazları vasitəsilə 2019-cu ilin mart-avqust ayları ərzində 9328 nəfər fiziki şəxs və 1032 hüquqi şəxs üzrə cəmi 480.261,67 manat elektrik enerjisi məbləğləri ödəmə cihazları vasitəsilə qəbul edildikdən sonra müvafiq məbləğ "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesablarına mədaxil edilmişdir (cid 02, iş vərəqə 1-330). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesablarından çıxarışlardan görünür ki, həmin cəmiyyət tərəfindən "xxxx" ASC-yə köçürülməli olan 480.261,67 manat hesabına 20.05.2019-cu il tarixdə X5 AZ37ATAZ**********30 nömrəli hesablaşma hesabına 228,20 manat, 21.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 18.000 manat, 22.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 50.000 manat, 23.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 500 manat, 23.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 22.000 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ61HAJCHCTAZN1000 nömrəli hesablaşma hesabına 53.39 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ48CTRE**********00 nömrəli hesablaşma hesabına 9.62 manat, 24.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 500 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 59.600 manat, 27.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1000 manat, 27.05.2019cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 24.000 manat, 29.05.2019-cu il tarixdə X5 AZ37ATAZ**********30 nömrəli hesablaşma hesabına 2.500 manat, 29.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 20.000 manat, 29.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 31.000 manat, 30.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1000 manat, 29.05.2019cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 14.000 manat, 30.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 18.000 manat, 31.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2000 manat, 03.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 3000 manat, 03.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 23.000 manat, 03.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 14.900 manat, 04.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2.000 manat, 04.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 9.000 manat, 07.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ70BRES**********10 nömrəli hesablaşma hesabına 1.429 manat, 07.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 6.000 manat, 10.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2.000 manat, 12.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 12.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 29.000 manat, 13.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 13.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 13.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 44.000 manat, 14.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 14.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 14.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 30.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 7.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ25ACAB**********00 nömrəli hesablaşma hesabına 97.20 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ15PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 200 manat, 20.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.013 manat, 20.06.2019-cu il tarixdə Əliyev Ceyhun nəcməddin oğlunun AZ07ATAZ**********00 nömrəli hesablaşma hesabına 283,33 manat, 21.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 900 manat, 21.06.2019cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 9.000 manat, cəmi 480.261.67 manat məbləğində müvafiq fiziki və hüquqi şəxslər qarşısında olan öhdəliklər icra edilmişdir (cid 02, iş vərəqə 1-330). Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X6 23 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" MMC tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07.05.2018-ci il tarixli müqavilə əsasında elektrik enerjisi məbləğləri üzrə 01.08.2018-ci ildən 31.10.2019-cu il tarixədək olan dövr üzrə toplanmış vəsaitlərdən "xxxx" ASC-yə 480.261,67 manat kreditor borcu ödənilməmiş, həmçinin 47,93 manat tutulan xidmət haqqı məbləği çıxıldıqda yekun olaraq 480.213,74 manat kreditor borcu ödənilməmişdir (cid 05, iş vərəqə 3-8). Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X6 24 iyun 2021-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" MMC tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07.05.2018-ci il tarixli müqavilə əsasında elektrik enerjisi məbləğləri üzrə 01.08.2018-ci ildən 31.10.2019-cu il tarixədək olan dövr üzrə toplanmış vəsaitlərdən "xxxx" ASC-yə yekun olaraq 480.213,74 manat kreditor borcu ödənilməmiş, həmin məbləğ hesabına "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesablarından 20.05.2019-cu il tarixdə X5 AZ37ATAZ**********30 nömrəli hesablaşma hesabına 228,20 manat, 21.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 18.000 manat, 22.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 50.000 manat, 23.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 500 manat, 23.05.2019cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 22.000 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ61HAJCHCTAZN1000 nömrəli hesablaşma hesabına 53.39 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ48CTRE**********00 nömrəli hesablaşma hesabına 9.62 manat, 24.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 500 manat, 24.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 59.600 manat, 27.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1000 manat, 27.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 24.000 manat, 29.05.2019-cu il tarixdə X5 AZ37ATAZ**********30 nömrəli hesablaşma hesabına 2.500 manat, 29.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 20.000 manat, 29.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 31.000 manat, 30.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1000 manat, 29.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 14.000 manat, 30.05.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 18.000 manat, 31.05.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2000 manat, 03.06.2019cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 3000 manat, 03.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 23.000 manat, 03.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 14.900 manat, 04.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2.000 manat, 04.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 9.000 manat, 07.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ70BRES**********10 nömrəli hesablaşma hesabına 1.429 manat, 07.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 6.000 manat, 10.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 2.000 manat, 12.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 12.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 29.000 manat, 13.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 13.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 13.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 44.000 manat, 14.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.000 manat, 14.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 14.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 10.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 30.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 7.000 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ25ACAB**********00 nömrəli hesablaşma hesabına 97.20 manat, 18.06.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ15PAHA40060AZNHC nömrəli hesablaşma hesabına 200 manat, 20.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 1.013 manat, 20.06.2019-cu il tarixdə Əliyev Ceyhun nəcməddin oğlunun AZ07ATAZ**********00 nömrəli hesablaşma hesabına 283,33 manat, 21.06.2019-cu il tarixdə X9 AZ04AZPO**********04 nömrəli hesablaşma hesabına 900 manat, 21.06.2019cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC nömrəli hesablaşma hesabına 9.000 manat, cəmi 480.261.67 manat məbləğində ödənişlər aparılmışdır (cid 05, iş vərəqə 91-98). 13 iyul 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ödəmə cihazları vasitəsilə 2019-cu ilin mart-avqust ayları ərzində 9328 nəfər fiziki şəxs və 1032 hüquqi şəxs üzrə cəmi 480.261,67 manat elektrik enerjisi məbləğlərinin toplanıldığı, ancaq həmin məbləğin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmədiyi müəyyən edilmişdir (cid 05, iş vərəqə 195). "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli 6-01/05-06/5834 nömrəli müraciətdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymiş ziyan tam şəkildə ödənilmişdir və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən vurulmuş zərər tam ödənildiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasından imtina edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 iyun 2020-ci il və 25 sentyabr 2018-ci il təvəllüdlü iki azyaşlı uşaqları var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 5, iş vərəqə 18). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07 may 2018-ci il tarixli müqavilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabları üzrə hesabdan çıxarışları və bank sənədləri, 05 noyabr 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktının surəti, Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübutlar: “"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış “Göstərilən xidmətlərə görə vəsaitlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən toplanılması və təyinatı üzrə ödənilməsi barədə” 07 may 2018-ci il tarixli müqavilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabları üzrə hesabdan çıxarışları və bank sənədləri, 05 noyabr 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktının surəti, Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1525/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1525/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver