Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1525/2022 21.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X4 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Lənkəran rayonunun Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 11,473 qram çəkidə narkotik vasitə heroini yaşadığı ünvan 2 ünvana daşıyaraq 4,416 qram və 7,057 qram olmaqla iki bükümə ayırmaqla 7,057 qramını yaşadığı həmin ünvanda gizlətməklə saxlamış, 4,416 qramını isə üzərində saxlayaraq daşımış, 04 fevral 2022-ci il tarixdə saat 11:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılıb Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gətirildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı ümumi təyinatlı ov bıçağı, əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 4,416 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və həmin gün yaşadığı ünvana baxış keçirilən zaman mənzilin qonaq otağının girişindən sol tərəfdə yerləşən televizorun altındakı dolabın içərisindən 01 bükümdə təmiz çəkisi 7,057 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamış, lakin sonradan Azərbaycana qayıdaraq ailə həyatı qurmuş və həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən bir il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə tanış olduğu şəxsiyyətləri barədə məlumatı olmadığı şəxslərdən almışdır. Belə ki, sosial şəbəkələrdə tanış olduğu şəxslərdən şəxsi istifadə üçün narkotik vasitə sifariş etdikdən sonra həmin şəxsin bildirdiyi kart hesabına pul vəsaitini göndərməklə, o, daha sonra ona deyilən ünvandan sifariş etdiyi narkotik vasitələri götürməklə bir neçə dəfə bu qaydada narkotik vasitə əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda təsdiq etmir. 04 fevral 2022-ci il tarixdə səhər saat təxminən 11:00 radələrində kirayə yaşadığı ünvan 4 ünvanında yaşadığı evdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs evə daxil olaraq onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərdikdən sonra onu Nəsimi RPİnin 20-ci PB-nə aparmışlar. Polis bölməsinə gətirildiyi zaman o, polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis bölməsinə gətirildiyi zaman üzərində narkotik vasitə olmasa da, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirildiyi vaxt o, əynində olan qara rəngli idman şalvarının qabaq ön tərəf hissəsində, paltarının altında olan 1 (bir) ədəd gümüşü rəngli oyuncaq tapançanı, şalvarının sağ yan cibindən 1 (bir) ədəd bıçağı, sol əlində saxladığı kirayə yaşadığı mənzilinin açarını, əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən polis əməkdaşları tərəfindən qoyulmuş 1(bir) ədəd sellofan bükümü, sol yan cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonunu və 1(bir) ədəd şəffaf plastik qabı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə həyat yoldaşı olan Cəmalə Novruzovanın da iştirakı ilə baxış keçirilmişdir. Yaşadığı evə keçirilmiş baxış zamanı polis əməkdaşları qonaq otağında yerləşən televizorun altlığında içərisində heroin olan sellofan bükümü götürmüşlər. Həmin vaxt büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 7 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşların təziqi altında üzərindən və evindən təqdim etdiyi sellofan bükümdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddənin yarısını ona deyilən yerlərə qoyması üçün, yarısını isə özünün istifadə etməyi məqsədilə saxladığını, həmin maddəni 5-6 gün öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı "Kamal" adlı şəxsin vasitəsilə, bir neçə gün öncə Nəsimi rayonu ərazisində yolun kənarından götürdüyünü, özünün təxminən 5-6 aydır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin Kamal adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, daha öncə də ona deyilən yerlərə narkotik maddələr qoyduğunu, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş bıçaq ona məxsusdur, həmin bıçağı o, xatırlamadığı tarixdə Bakı şəhərində “8-ci km” bazarından almışdır. Onun polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına etdiyi şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunun əməkdaşı tərəfindən istintaq təcridxanasında izahatı alınmışdır. Həmçinin, aldığı xəsarətlər istintaq təcridxanasında müayinədən keçirildiyi zaman da qeydə alınmışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə səhər saat təxminən 11:15 radələrində kirayə yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının qabaq ön tərəf hissəsində, paltarının altında gizlətdiyi 1 (bir) ədəd gümüşü rəngli oyuncaq tapançanı, şalvarının sağ yan cibindən 1 (bir) ədəd bıçağı, sol əlində saxladığı kirayə yaşadığı mənzilinin açarını, əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümü, sol yan cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonunu və 1(bir) ədəd şəffaf plastik qabı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi yaşadığı evin açarı özünə qaytarılsa da "Samsung" markalı mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 5(beş) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan, ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra 1(bir) ədəd oyuncaq tapançaya baxış keçirilən zaman içərisindəki sandıqcada 8(səkkiz) ədəd narıncı rəngli kürəciklər olması müəyyən edilmişdir. Həmin tapança, 1(bir) ədəd bıçağı və 1(bir) ədəd plastik qabdakı narıncı rəngli kürəciklər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. O, bundan başqa yaşadığı evdə də narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini və evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Onun yaşadığı ünvana gələn zaman həyat yoldaşı olan Cəmalə Novruzovanın da iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Ona evdə saxladığı narkotik tərkibli maddənin qalan hissəsini təqdim etməyi təklif olunmuşdur. O, qonaq otağında yerləşən televizor altlığında gizlətdiyi, içərisində heroin olan sellofan bükümü təqdim etmişdir. Həmin büküm də elektron tərəzi ilə çəkilmiş və çəkisinin 7 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən və evindən təqdim etdiyi sellofan bükümdə olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddənin yarısını ona deyilən yerlərə qoyması üçün, yarısını isə özünün istifadə etməyi məqsədilə saxladığını, həmin maddəni 5-6 gün öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı "Kamal" adlı şəxsin vasitəsilə, bir neçə gün öncə Nəsimi rayonu ərazisində yolun kənarından götürdüyünü, özünün təxminən 5-6 aydır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin Kamal adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, daha öncə də ona deyilən yerlərə narkotik maddələr qoyduğunu, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmur. Kamal adlı İran vətəndaşının ona dediyi yerlərə narkotik maddə qoymağı müqabilində pul əldə edir. O, 5 aydan artıqdır ki, narkotik vasitə heroindən istifadə edir. Bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı baxış və ya şəxsi axtarış keçirməmişdir. Bıçağı xatırlamadığı vaxt Bakı şəhərində 8 km bazarından almış və onu üzərində elə belə gəzdirmişdir (cild 01, iş vər. 65-67, 78-82). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarəzi İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 04 fevral 2022-ci il tarixdə əməkdaşı olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarəzi İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satış məqsədi ilə əldə edib, Bakı şəhərinin Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icra olunması ilə bağlı idarə rəisi tərəfindən müvafiq əmrlə o və idarənin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra onlar Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində saat 11:15-də Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onu idarəyə dəvət etmişlər. Polis bölməsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs keçirilmiş şəxsi axtarış zaman sonuncuya üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etməsi təklif olunmuş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq ön tərəf hissəsində, paltarının altında gizlətdiyi bir ədəd gümüşü rəngli silaha bənzər əşyanı, şalvarının sağ yan cibindən bir ədəd soyuq silah bıçağa bənzər əşyanı, əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, yaşadığı mənzilin açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanl Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroinin yarısını deyilən yerlərə qoyması, digər yarısını isə öz istifadəsi üçün saxladığını, həmin heroini 5-6 gün öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Kamal» adlı şəxsin vasitəsilə bir neçə gün öncə Nəsimi rayonu ərazisində yolun kənarından götürdüyünü, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin heroinin bir hissəsini Kamal adlı şəxsin dediyi yerlərə qoyması müqabilində öz istifadəsi üçün narkotik vasitə heroin əldə etdiyini, heroinin qalan hissəsini yaşadığı mənzildə saxladığını, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını, bundan əvvəl də ona deyilən yerlərə narkotik vasitə atdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yazılı razılığı və özünün iştirakı ilə yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağına daxil olduqda, girişdən sol tərəfdə yerləşən televizorun altındakı dolabın içərisindən bir ədəd sellofan büküm təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 13 ildən çoxdur ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 998 ünvanında yerləşən mənzil 42 ona məxsus şəxsi mülküdür. Təxminən noyabr ayının əvvəllərində evlərin alqı-satqısı ilə məşğul olan şəxsə həmin ünvanda yerləşən mənzilini kirayə verilməsi üçün müraciət etmişdir. Həmin evlərin alqı-satqısı ilə məşğul olan şəxs ona zəng edərək bir nəfər ailənin həmin ünvanda kirayə qala biləcəyi ilə bağlı ona bildirmişdir. Daha sonra o, yaşadığı ünvandan çıxaraq həmin ünvan 6 Həmin vaxt adını xatırlamadığı evlərin alqı-satqısı ilə məşğul olan şəxs iki nəfərdən ibarət əvvəllər tanımadığı bir ailənin həmin mənzildə kirayə yaşamaq istədiklərini ona bildirmişdir. Daha sonra o, evlərin alqı-satqısı ilə məşğul olan şəxslə birlikdə həmin adlarını bilmədiyi iki nəfər şəxsə mənzili göstərmişlər. Daha sonra o, onlarla razılaşaraq açarı onlara vermişdir. Aylıq olaraq isə 400 manat müqabilində onlara mənzili kirayə vermək üçün razılaşmışdır. Həmin vaxtı isə onların ünvana köçməkləri üçün mənzilin açarlarını onlara təqdim edib səhərisi gün pulu alacağı barədə razılaşmışdır. Daha sonra səhərisi gün həmin ünvana gələrək 400 manatı orada xanımla yaşayan Ağasen adlı şəxsdən almışdır. Daha sonra dekabr ayının əvvəllərində ona məxsus bank kartına 400 manat miqdarında pul vurmuşdur. Bundan sonrakı yanvar ayında isə yenə də ona məxsus bak kartına 400 manat miqdarında ödəniş etmişdir. Daha sonra fevral ayında həmin binanın komendantı ona zəng edərək Ağasenin tutulmasını bildirmişdir. O isə həmin vaxt öz mənzilinə gedərək orada kirayə verdiyi Ağasenin ona həyat yoldaşı kimi təqdim etdiyi Cəmalə adlı xanımın mənzilini tərk etməsini bildirmişdir. Cəmalə də həmin zaman ona 3 gün vaxt verməyini xahiş etmişdir. 3 gündən sonra Cəmalə ona mənzilinin açarını təhvil vermişdir. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı yoxdur. İlk əvvəl o, həmin şəxslərə kirayə müqaviləsi bağlamağını bildirmişdir. Lakin daha sonra Ağasen adlı şəxsin ona şəxsiyyət vəsiqəsinin düzəlməsi üçün “Asan” xidmətdə olduğunu bildirmişdir. O isə müvəqqəti olaraq Ağasenin doğum haqqında şəhadətnaməsinin surətini götürmüşdür. Onun mənzilində həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmağından heç bir xəbəri olmamış və onlarla da əlbir deyil. Sadəcə o, kirayənin vaxtı çatdıqda onunla əlaqə saxlamışdır (cild 01, iş vər. 108-110). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 11:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 28). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd soyuq silah bıçağa bənzər əşya, əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 01, iş vərəqə 37-40). İşdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısına ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısına müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 4, 42 saylı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 42). “Baxış və götürmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağına daxil olduqda, girişdən sol tərəfdə yerləşən televizorun altındakı dolabın içərisindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 44-46). Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2022-ci il tarixli, 6/711 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,416 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildə…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,057 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 56-61). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vər. 68-69). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-69/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 93-96). Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli, 1890 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 144-145). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 may 2022-ci il tarixli 1147 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər.146- 148) “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işinin sonuncunun barəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməklə, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 228.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır (cild 01, iş vər. 152). Məhkəmə-ballistik ekspertizasının 21 fevral 2022-ci il tarixli, 3/167;3/173 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır (cild 01, iş vər. 157-160). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 194-195). “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır (cild 01, iş vər. 212- 213). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Baxış və götürmə keçirilməsi haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməllərində təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyətinin olmadığı, yaşadığı evdə cəmi 1 qram narkotik vasitə olan heroinin olması, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməllərini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməllərində təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair göstərdikləri xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu, saxlanılan zaman və polis bölməsində olduğu zaman, həmçinin xx.xx.2022ci il tarixdə barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxıldığı zaman polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir zor tətbiq edimədiyi, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığı deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunduğuna dair göstərdiyi iş materialları ilə təsdiq olunmur və bu kimi ifadəsi təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sadalanan mövqeyinə uyğun olaraq Daxili İşləri Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı zorakılığa məruz qalaraq, qeyri-qanuni hərəkətlər edilərək xəsarətlər alması faktına münasibətdə qeyd edir ki, qeyd edilən məsələyə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı ilə qiymət verilməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin olmamasl müəyyən olunduğuna görə rədd rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxsu opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, - ümumi təmiz çəkisi 11,373 qram narkotik vasitə heroin və bir ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 193 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, - ümumi təmiz çəkisi 11,373 qram narkotik vasitə heroin və bir ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk, və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 193 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1525/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1525/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver