Məhkəmə qərarları › İş №1(101)-1526/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1526/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1526/2024 17.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolu küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,704 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,051 qram təşkil edən psixotrop maddə metamfetamini və onları hissələrə bölmək üçün istifadə olunan 01 ədəd gümüşü rəngli elektron tərəzini əldə edib daşıyaraq hissələrə bölüb həmin narkotik vasitə heroinin 0,016 qramını 01 ədəd bükümdə və həmin psixotrop maddə metamfetamini 0,051 qram olmaqla 01 ədəd bükümdə üzərində, qalan narkotik vasitə heroinin 0,012 qramını və 3,676 qramını isə cəmi 02 ədəd bükümdə yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Dəmiryolu küçəsində yerləşən nömrəsiz fərdi evində yataq otağındakı şkafın siyirməsində gizlədərək satış məqsədi ilə saxlamış, 10 avqust 2023-cü il tarixdə saat 18 radələrində üzərində gizlədib saxladığı həmin narkotik vasitə heroinin 0,016 qramını 01 ədəd bükümdə və həmin psixotrop maddə metamfetamini 0,051 qram olmaqla 01 ədəd bükümdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən Maşınqayırma zavodunun yaxınlığında Şahid4 satmış və bundan sonra Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Şahid4 10 avqust 2023-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.lsazadə küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilib həmin gün orada saat 20:30 radələrində sonuncunun üzərində şəxsi axtarış aparılıb Təqsirləndirilən şəxs şəxsi istehlak üçün aldığı 01 ədəd bükümdə təmiz çəkisi 0,016 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,051 qram olan həmin psixotrop maddə metamfetamin Şahid4 əynində olan göy rəngli şalvarının sağ yan cibində aşkar edilib götürüldükdən sonra, əldə edilmiş məlumat əsasında əməliyyat tədbirinin davamı olaraq 10 avqust 2023cü il tarixdə saat 21:40-da təxirəsalınmaz istintaq hərəkətlərinin apanlması zərurəti ilə əlaqədar Xəzər RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Dəmiryolu küçəsində yerləşən nömrəsiz fərdi evə onun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilərkən Təqsirləndirilən şəxs evinin yataq otağındakı şkafın siyirtməsində gizlədərək satış məqsədi ilə saxladığı, hissələrə bölünmüş halda, 01 ədəd bükümdə 0,012 qram və 01 ədəd bükümdə 3,676 qram olmaqla ümumi təmiz çəkisi 3,688 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə heroin, həmçinin 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan, boru formasına salınmış bir manatlıq əskinaz və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 01 il bundan qabaq onu tutan polislər evinə gələrək əllərində 03 (üç) qram da artıq narkotik vasitəni divana qoyaraq üzərinə götürməli olduğunu ona bildirmişlər. Onun evinə 10 nəfər polis əməkdaşı daxil olmuşdur. Polislər onu döymüşlər və 5 yaşlı nəvəsi ilə təhdid etmişlər. 2 dəfə videoçəkiliş olmuş, lakin o, boynuna almamışdır. 3-cü dəfə çəkliş aparılarkən isə qeyd olunan cinayət əməlini boynuna götürmüşdür. Onda 08 (səkkiz) ədəd tumdan başqa narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının ona qarşı olan qərəzli münasibətinin səbəbini bilmir. Polislər ondan 20.000 (iyirmi min) manat məbləğində pul istəmişlər. O, 10.000 (on min) manat pul düzəldib aparmışdır, lakin götürməmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o ancaq ot qəbul etmişdir. O, heç vaxt heroin və metamfetamin istifadə etməmişdir. Onda nəşənin 08 (səkkiz) ədəd toxumundan başqa heç nə olmamışdır. O, həmin toxumları saxlamağın cinayət əməli olduğunu bilir. O, həmin toxumlardan yalnız istifadə edirmiş, lakin həmin toxumları heç kimə satmamışdır. Düşünür ki, o sifariş əsasında tutulmuşdur. Belə ki, onun evinə gələn polislərin bir neçəsi ilə qonşusunun münasibəti yaxşı olmuşdur. Onun həmin qonşu ilə hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Polis əməkdaşları Namiq adlı şəxsi ona qarşı zorla ifadə verməyə məcbur etmişlər. O, Namiqi başqa bir şəxsin vasitəsilə tanımış və ondan 10 (on) kiloqram əncir almışdır. Belə ki, Namiqgilin həyətlərində əncir yetişir və onu yığıb satırlar. Əncirin pulunu da Namiqə başqa şəxs vermiş, o verməmişdir. Namiq narkotik vasitə istifadəçisidir. Həmin şəxslə o ancaq prokurorun qəbuluna girəndə görüşmüşdür. Polislər tərəfindən 2-ci dəfə tutulanda döyülməmiş, lakin ilk dəfə saxlanılan zaman döyülmüşdür. Polis əməkdaşları onu idarədə deyil, öz evində döymüşlər. Buna səbəb isə narkotik vasitələri boynuna almaması olmuşdur. Xəsarətlə bağlı belində göyərmə olmuşdur. Qarnında 60 ədəd tikiş var. Məhkəmənin çağırışlarına gəlməməsinə səbəb isə ayaqlarının şişməsi olmuşdur. Onun evi Stansiya Qalada yerləşir. İlk dəfə evinə girəndə onda 08 (səkkiz) ədəd toxumdan başqa heç nə olmamışdır. Qalan narkotik vasitələri polis əməkdaşları özləri ilə gətirmişlər. 2-ci dəfə polis əməkdaşları evinə gələndə elə bilmişdir ki, məhkəməyə getmədiyi üçün onu aparmağa gəlmişlər. Polislər mətbəxi gəzərək kəklikotu, paltaryumaq üçün yuyucu vasitə aşkar etmişlər. Polislər onun döşəyinin altını narkotik vasitə ilə doldurmuşlar. Elektron tərəzini polislər özləri ilə gətirmişlər. Şahid Rza Məmədovun dedikləri yalandır. Şahid1 onu döyməmiş, lakin Şahid2 onu döymüşdür. Onun pensiya kartını rəis Elnur müəllim əlindən almışdır. Məzahiri tanıyır, lakin telefonu onda yoxdur. Namiqi Məzahirin yanında görmüşdür. Məzahir Namiqlə onu əncir alması üçün tanış etmişdir. O evdə nəvəsi ilə divanda oturduğu vaxt təxminən 10 nəfər əməliyyatçı evinə daxil olmuşdur. Cavidanın əlində qara sellofanda nəsə görmüşdür. Cavidan əlini divanın arasına salıb çıxarmış və guya sellofandakı narkotiki onun evindən çıxmış kimi göstərmişdir. Evdə ona fiziki təsir göstərirmişlər. Onun yanında 2 azyaşlı nəvəsi də olmuşdur. Onun evinə axşam vaxtı daxil olmuşlar. Onu tutana qədər Cavidanı başqa işlə bağlı polis bölməsinə gedərkən Elnur müəllimin yanında görmüşdür. Bundan əvvəl narkotik vasitə istifadə etdiyinə görə saxlanmamışdır. Evdə ondan başqa həyat yoldaşı və 2 azyaşlı nəvəsi olmuşdur. Cavidanın ona qarşı fiziki təsir göstərib-göstərməməsini xatırlamır, yanında olan digər polis əməkdaşaları isə ona fiziki təsir göstərmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, maddi vəziyyətinin aşağı olması ilə əlaqədar bir neçə müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Təxminən bir neçə gün bundan əvvəl tanımadığı İran vətəndaşından pul müqabilində 03 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmişdir. Həmin bükümləri yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən evində saxlamış və müştəri tapan kimi aldığı bükümləri müştərinin sifarişi əsasında elektron tərəzidə dəqiq çəkisini müəyyənləşdirib satacaqmış. Bundan başqa Şahid4 adlı tanışına xx.xx.2023-cü il tarixdə 02 ədəd bükümdə olmaqla narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin satmışdır. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında evində olan zaman polis əməkdaşları evinə gəlib evində narkotik vasitə saxladığına dair məlumat olduğunu və bu səbəbdən də təxirəsalınmaz qaydada evinə baxış keçirəcəklərini bildirmişlər. Baxış və götürmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək sözü gedən evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o evində yataq otağındakı şkafın siyirməsindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroini, 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroini, 01 ədəd puldan hazırlanmış falqa borusunu, 01 ədəd içərisində marixuana toxumlarına bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək şkafın üzərinə qoymuşdur. Daha sonra həmin bükümlər və 01 ədəd tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 189- 190) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 10 avqust 2023-cü il tarixdə Şahid4 narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şahid4 Binə qəsəbəsində yaşadığı ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Onlar özlərini Namiqə təqdim edərək sonuncunu polis idarəsinə dəvət etmişlər. Şəxsin saxlanması barədə raportla rəisə müraciət etmişlər. Müstəntiqin otağında müdafiəçinin iştirakı ilə Şahid4 üzərinə baxış keçirilmişdir. Bu zaman 01 (bir) ədəd şəffaf sellofana bükülmüş spesifik iyə məxsus qəhvəyi rəngli heroinə bənzər maddə və 01 (bir) ədəd metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şahid4 həmin maddələri “Əlvan” adlı şəxsdən aldığını bildirmişdir. Bunun davamı olaraq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək müstəntiq Orxan Hüseynzadə, Şahid3 və o Əlvanın evinə getmişlər. Əlvan evinə baxış keçirilməsinə etiraz etməmişdir. Yataq otağındakı siyirtmədə 01 (bir) ağ kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik və 01 (bir) şəffaf sellofana bükülmüş spesifik iyə malik büküm olmuşdur. Həmçinin 01 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suala cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs evinə polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin, eyni zamanda tərəzinin qoyulması barədə təqsirləndirilən şəxsin dedikləri yanlışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, Şahid4 narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş yoldaşı Şahid1la birgə Şahid4 yaşadığı evin yaxınlığında saat 19-20 radələrində sonuncuya yaxınlaşaraq şübhənin mahiyyətini izah edib onu idarəyə dəvət etmişlər. Şahid4 onlara hər hansı etiraz etməmişdir. Xidməti otaqların birində müstəntiq tərəfindən Namiqin üzərinə baxış keçirilmişdir. Bu zaman Şahid4 02 (iki) ədəd büküm təqdim etmişdir. Həmin bükümlərin biri heroin, digəri isə metamfetaminə bənzəyirmiş. Namiq həmin maddələri Qala qəsəbəsində yaşayan “Əlvan” adlı şəxsdən 10 (on) manat məbləğində pul verməklə aldığını bildirmişdir. Bundan sonra onlar təxirəsalınmaz tədbir kimi Qala qəsəbəsində yerləşən Əlvan adlı şəxsin evinə getmişlər. Əlvanın icazəsi ilə evinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Bu zaman yataq otağında şkafın içərisində ağ kağıza bükülmüş heroinə bənzər maddə və ağ sellofanda heroinə bənzər maddə, eyni zamanda, ağ kağıza bükülmüş marixuana toxumları, 01 (bir) ədəd falqa və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əlvanı polis idarəsinə dəvət etmişlər. İdarədə vəkilin də iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, lakin qanunsuz hər hansı predmet aşkar edilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda müstəntiq Orxan Hüseynzadə, Şahid3, Şahid1 və o olmuşdur. Polislər narkotik vasitə və eletron tərəzini Əlvanın evinə qoymamışlar. Şahid4 Əlvanın adının çəkməsi ilə bağlı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs tutulması qonşusunun sifarişi deyil. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs pensiya kartının ondan götürülməsi ilə bağlı məlumat yalandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, onun Əlvanla şəxsi münasibəti olmamışdır. Əlvan ona narkotik vasitə satmamış və o da Əlvandan narkotik vasitə almamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, onun barəsində polislər tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən az miqdarda metamfetamin çıxmışdır. Narkotik vasitəni Suraxanıdan Elman adlı şəxsdən almışdır. Elmanın əlaqə telefonu onda yoxdur. Əlvanı bir tanışı vasitəsilə tanımışdır. O Əlvana 2 vedrə əncir aparmış və həmin ənciri Əlvana 20 manata satmışdır. Əlvan ona narkotik vasitə satmamışdır, eyni zamanda Əlvanla birlikdə narkotik vasitə istifadə etməmişlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, təxminən 7-8 ay olar ki, narkotik vasitələrə aludə olmuş və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Əlvan adlı şəxsdən ümumilikdə 10 manat müqabilində şəxsi istifadə məqsədi ilə bir büküm narkotik vasitə “kakos” (heroin) və bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə könüllü olaraq polis idarəsinə gəlmişdir. Orada olan zaman polis əməkdaşları ona bildirmişlər ki, o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən hüquqlarının müdafiəsindən ötrü şöbəyə müdafiəçi dəvət etmişlər. Müstəntiq tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən əvvəlcə ona təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş maddələr barədə ona sual verilərkən o həmin maddələri 10 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Maşınqayırma zavodunun yaxınlığında “Əlvan” adlı şəxsdən ümumilikdə 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməsə də, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd "Viva” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra təqdim etdiyi heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 43 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Həmçinin 01 ədəd “Viva” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün müstəntiq tərəfindən götürülmüşdür. (Cild 1, iş vərəqi 84-86) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid4 bildirdi ki, şəxsi axtarış zamanı üzərindən metamfetamin və heroin çıxmışdır. Narkotik vasitəni Suraxanıda Elman adlı şəxsdən almışdır. Əlvanı yaxın tanışı vasitəsilə tanımışdır. İfadəsinə qol çəkməsinin səbəbi polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməsi olmuşdur. Əlvanla onu tanış edən şəxsin adı Məzahirdir. Məzahirlə sonuncu dəfə 1 il bundan əvvəl danışmışdır. İttiham tərəfinin vəsatəti əsasında Şahid4 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan videoaya baxış keçirilmiş, baxış keçirildikdən sonra Şahid4 bildirmişdir ki, polis əməkdaşları onu məcbur etdikləri üçün video görüntülərdə Əlvanın adını çəkmişdir. Onu döyərək belə ifadə verməyə məcbur etmişlər. Üzərindən narkotik vasitə çıxdıqdan sonra 4 gün müvəqqəti saxlanma yerində qalmış, daha sonra onu prokurorluğa aparmışlar və oradan da evə buraxmışlar. Polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Dööyülməyi ilə bağlı heç nir orqana şikayət etməməsinin səbəbi eyni şeylərin təkrar başına gəlməsindən qorxması olmuşdur. İbtidai istintaq zamanı Əlvanla onun arasında üzləşmə istintaq hərəkəti olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs onun tərəfindən 2023-cü ilin avqust-sentyabr aylarında saxlanılmışdır. X5 ərazisində yerləşən evinə baxış keçirilmişdir. Həmin vaxt Əlvanın həyat yoldaşı da evdə olmuşdur. Təqsirləndirilən şəxs evində narkotik vasitə tapılmış və kamera vasitəsilə video çəkilişə alınmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər Rza, Təbriz və o olmuşlar. Üzərinə baxış keçirilən zaman o, iştirak etməmiş, lakin evə baxış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən heroin çıxmışdır. Namiq adlı şəxsi saxlamışlar və onun üzərindən narkotik vasitə çıxmışdır. Şahid4 onlara narkotik vasitəni Əlvan adlı şəxsdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı Namiqlə Əlvan üzləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən həyat yoldaşı da onun yanında olmuşdur. Əlvan barədə məlumatı Namiq adlı şəxsi saxladıqdan sonra sonuncudan almışlar. Əlvan barədə əməliyyat məlumatının daxil olmasını xatırlamır. Əlvanın üzərinə baxış keçirilməsində iştirak edib-etmədiyini xatırlamır. Şəxsə qarşı o və digər əməkdaşlar tərəfindən fiziki təsir göstərilməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 10 avqust 2023-cü il tarixdə saat 19:20-də alınmış əməliyyat məlumatı əsasında iş yoldaşları, Xəzər RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 və Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşadığı ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid4 onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis idarəsinin rəisinin adına raport yazılmışdır. Həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək həmin maddəni 10 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Maşınqayırma zavodunun yaxınlığında “Əlvan” adlı şəxsdən ümumilikdə 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa bildirir ki, şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış keçirildikdən sonra şəxsi axtarış zamanı qeyd etdiyi “Əlvan” adlı şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən nömrəsiz fərdi evinin yeri alınmış əməliyyat məlumatı əsasında müəyyən edildi və onlar həmin ünvana yollanmışlar. Bundan sonra təxirəsalınmaz qaydada ev yiyəsi Təqsirləndirilən şəxs razılığı və iştirakı əsasında, həmçinin onun və Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən həmin evdə videoçəkilişlə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağındakı şkafın siyirməsindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd puldan hazırlanmış falqa borusunu, 01 ədəd içərisində marixuana toxumlarına bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək şkafın üzərinə qoymuşdur. Həmin maddələr və tərəzi barədə ona sual verilərkən sonunucu həmin maddələri bir neçə gün bundan əvvəl tanımadığı İran vətəndaşından pul müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini, tərəzidən isə narkotik vasitəni alarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirdi. Daha sonra həmin bükümlər və 01 ədəd tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Qeyd edir ki, evə baxış və götürmə zamanı «SAMSUNG S 9+» markalı mobil telefon vasitəsi ilə tərəfindən video çəkiliş aparılmışdır. Bundan başqa bildirir ki, evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs tərəflərindən idarəyə gətirilmişdir. İdarədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Xəzər RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. (cild 1, iş vərəqə 154-156) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid3 bildirdi ki, üzərindən çox zaman keçdiyi üçün Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak edib-etmədiyimi xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 11 avqust 2023-cü il tarxli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi iıə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli, 13-45/Ə178/23 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən və həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Şahid4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-nin Xəzər Rayon Polis idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 19:20-də Şahid4 Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, saat 19:30-da Xəzər RPİ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 11, 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş maddələr barədə Şahid4 sual verilərkən sonuncu həmin maddəni 10 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Maşınqayırma zavodunun yaxınlığında “Əlvan” adlı şəxsdən ümumilikdə 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməsə də, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Viva” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Şahid4 təqdim etdiyi heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 43 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 28, 30-31) Təxirə salınmaz baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən nömrəsiz fərdi evə təxirəsalınmaz qaydada baxış keçirilməsi və sübut əhəmiyyətinə malik əşya və ya sənəd aşkat olunduqda götürmə istintaq hərəkəti aparılması qərara alınmışdır. (cild 1, iş vərəqə 35) xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağındakı şkafın siyirməsindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd puldan hazırlanmış falqa borusunu, 01 ədəd içərisində marixuana toxumlarına bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək şkafın üzərinə qoymuşdur. Həmin maddələr və tərəzi barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin maddələri bir neçə gün bundan əvvəl tanımadığı İran vətəndaşından pul müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini, tərəzidən isə narkotik vasitəni alarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Daha sonra həmin bükümlər və 01 ədəd tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 39-40) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 41, 51) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər - hansı bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan qara rəngli köynəyin sol cibindən bir ədəd içərisində siqaret dənələri olan “West” markalı siqaret qutusu və əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd 10 qəpik pul aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 57, 60-61) Məhkəmə-kimyəvi ekspertizasının 11 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4308 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” dairəvi möhür əksləri olan üç ədəd zərfdə qablaşdırılmış: - üzərində “Vət. Şahid4 üzərindən aşkar olunmuş 02 ədəd bükümlər...” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,016 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,051 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş maddələr...” sözləri və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 3,676 qram ümumi təmiz çəkisi 3,688 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd boru formasına salınmış bir manatlıq əskinazın üzərində narkotik vasitə olan heroinin izləri vardır; - üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd tərəzi ...” sözləri və imzalar olan zərfdəki 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. - Şahid4 üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan heroinlə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 2 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi 0,016 qram, tədqiqata sərf edildi-0,01 qram, qalıq -0,006 qram; Metamfetaminin təmiz çəkisi 0,051 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 0,031 qram; Heroinin ümumi təmiz çəkisi 3,688 qram, cəmi tədqiqata sərf edildi 0,02 qram, qalıq ümumi 3,668 qram. (Cild 1, iş vərəqə 70-74) Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid4 saxlanıldığı Bakı Şəhər Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. (cild 1, iş vərəqə 87-88) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 91-92) Təqirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 106-107) Məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 3-16-16-2-7/1149 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs evindən....” yazısı və imza olan kağızdak paketdəki 01 (bir) ədəd kağız bükümdə ümumi çəkisi - 0,212 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, onlar narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs evindən.. 01 ədəd elektron tərəzi...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. QEYD: toxumların ümumi çəkisi 0,212 qram, tədqiqata sərf edildi cəmi 0,05 qram, qalıq 0,162 qram. (cild 1, iş vərəqə 126-129) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnis qərarının 1.5-ci bəndində əsasən cəzadan azad edilmişdir. (cild 1, iş vərəqə 130-131) xx.xx.2023-cü il tarxli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 132) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 1, iş vərəqə 133) Təqirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 140-141) Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək həmin maddəni 10 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Maşınqayırma zavodunun yaxınlığında “Əlvan” adlı şəxsdən ümumilikdə 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməsə də, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Viva” markalı mobil telefon aşkar edilir. Daha sonra Şahid4 təqdim etdiyi heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq, DİN-in 43 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanır. (cild 1, iş vərəqə 143) Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evdə yataq otağındakı şkafın siyirməsindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd puldan hazırlanmış falqa borusunu, 01 ədəd içərisində marixuana toxumlarına bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək şkafın üzərinə qoyaraq həmin maddələri bir neçə gün bundan əvvəl tanımadığı İran vətəndaşından pul müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini, tərəzidən isə narkotik vasitəni alarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Daha sonra həmin bükümlər və 01 ədəd tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılır. Sonra evin digər hissələrinə baxış keçirilir. Baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. (cild 1, iş vərəqə 144) Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet olmadığını bildirir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, bu zaman əynində olan qara rəngli köynəyin sol cibindən bir ədəd içərisində siqaret dənələri olan “West” markalı siqaret qutusu və əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd 10 qəpik pul aşkar edilir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. (cild 1, iş vərəqə 145) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7864 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 157-158) “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar hesab edilən heroinin satış məqsədi ilə əldə etməkdə təqsirliliyi sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan edilmiş və barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərarın qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi faktı sübuta yetirilmədiyindən həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 237-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətlərinin olmadığını nəzərə alaraq həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilmiş və Şahid4 ittiham vermək üçün kifayət qədər sübut olmadığından qanunvericiliyin tələblərinə əsasən Şahid4 şübhəli şəxs statusuna xitam verilməsi nəzərə alınmış, Şahid4 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb olunma məsələsinə baxılması üçün qərarın surəti Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə göndərilmiş, cinayət işi materiallarında qeyd olunan istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının gələcəkdə müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi xüsusatı üzrə cinayət işinin materiallarından müstəqil material ayrılmış və Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmiş, Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 0,006 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,051 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 0,031 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,688 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 3,668 qram narkotik vasitə heroin və 01 ədəd tərəzi saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,212 qram olan toxumların ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 0,162 qram toxumlar saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Şahid4 üzərindən narkotik vasitənin və psixotrop maddənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “DVD” formatlı disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs evindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “DVD” formatlı disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “CD” formatlı disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (Cild 1, iş vərəqə 160-175) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 179-181) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbs edilərək Bakı İstintaq təcridxanasına göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi 902611 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Əlilliyin səbəbi (hərbi xidmət vəzifəsini yerinə yetirərkən). Azərbaycan Respublikası Qarabağ Əlillər Cəmiyyətinin verdiyi 6365 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və İİ qrup əlil olmuşdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, polislər tərəfindən evinə qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, həmçinin, polis əməkdaşları tərəfindən psixoloji təsirlər olduğunu, Şahid4 başqa tanışının vasitəsi ilə tanıdığını, ondan yalnız əncir aldığını, Şahid4 polis idarəsində onun əleyhinə ifadə verən zaman fiziki və psixoloji təsir altında olduğunu, Şahid4 və digər şəxslərə narkotik vasitə satmadığnı, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evə baxış zamanı onda yalnız 08 (səkkiz) ədəd tum olduğunu söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nə sorğu ünvanlamış, Xəzər RPİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-45/2-17896/2024 nömrəli məktubdan, ona əlavə edilmiş akt və arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin MSY-nə gətirilən zaman bədənində xəsarət aşkar olunmamışdır. Xəzər rayon prokurorluğunun 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılıq edilməsi öz təsdiqini tapmamış və sübuta yetirilməmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, polislər tərəfindən evinə qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, həmçinin, polis əməkdaşları tərəfindən psixoloji təsirlər olduğunu, Şahid4 başqa tanışının vasitəsi ilə tanıdığını, ondan yalnız əncir aldığını, Şahid4 polisdə onun əleyhinə ifadə verən zaman fiziki və psixoloji təsir altında olduğunu, Şahid4 və digər şəxslərə narkotik vasitə satmadığnı, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evə baxış zamanı onda yalnız 08 (səkkiz) ədəd tum olduğunu söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə dindirilmiş şahidlər Şahid1 Turgut oğlu, Şahid2 və Şahid3 isə ifadələrində 10 avqust 2023-cü il tarixdə Şahid4 narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olduğunu, Namiqə yaxınlaşaraq özlərini təqdim edib, onu polis idarəsinə dəvət etdiklərini, müdafiəçinin iştirakı ilə Namiqin üzərinə baxış keçirildiyini, bu zaman 01 (bir) ədəd şəffaf sellofana bükülmüş spesifik iyə məxsus qəhvəyi rəngli heroinə bənzər maddə və 01 (bir) ədəd metamfetaminə oxşar maddə aşkar olunduğunu, Şahid4 həmin maddələri “Əlvan” adlı şəxsdən aldığını bildirdiyini, tədbirin davamı olaraq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla Əlvanın evinə getdiklərini, Əlvan evinə baxış keçirilməsinə etiraz etmədiyini, baxış zamanı yataq otağındakı siyirtmədə 01 (bir) ağ kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik və 01 (bir) şəffaf sellofana bükülmüş spesifik iyə malik bükümlər, 01 (bir) falqa, ağ kaöıza bükülmüş toxumlar və 01 (bir) ədəd elektron tərəzi aşkar edildiyini, Əlvanı polis idarəsinə dəvət etdikərini, idarədə vəkilin də iştirakı ilə Əlvanın üzərinə videoçəkiliş vasitəsilə baxış keçirildiyini, lakin qanunsuz hər hansı predmet aşkar edilmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Şahid4 üzərinə şəxsi axtarış keçirilməsinin video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək həmin maddəni 10 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Maşınqayırma zavodunun yaxınlığında “Əlvan” adlı şəxsdən ümumilikdə 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinin video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evdə yataq otağındakı şkafın siyirməsindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd puldan hazırlanmış falqa borusunu, 01 ədəd içərisində marixuana toxumlarına bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək şkafın üzərinə qoyaraq həmin maddələri bir neçə gün bundan əvvəl tanımadığı İran vətəndaşından pul müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini, tərəzidən isə narkotik vasitəni alarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, Şahid4 üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs evinə “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm evinə baxış axtarış keçirilməsi, eyni zamanda istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən hissələrə bölünmüş halda, 01 ədəd bükümdə 0,012 qram və 01 ədəd bükümdə 3,676 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,688 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni evində saxlaması, mənzilindən həmin narkotik vasitələrin aşkar edilməsi və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs evə baxış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etməsi və İİ qrup əlil olması iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Xəzər RPİ-nin MSY-dən azad edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdə tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə həbs edilərək Bakı İstintaq təcridxanasına göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək axtarış zamanı tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmalı, cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmənin qərarı əsasında tutulduğu gündən, yəni 27 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Şahid4 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,006 qram narkotik vasitə heroin, 0,031 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,668 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, Şahid4 üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və evə baxış və götürülmə aparılmasının görüntüsünün olduğu 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7864 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək axtarış zamanı tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Şahid4 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,006 qram narkotik vasitə heroin, 0,031 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,668 qram narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi məhv edilsin, Şahid4 üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və evə baxış və götürülmə aparılmasının görüntüsünün olduğu 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar