Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1527/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi2 Əbülfəz oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Abşeron rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu M.X.Şərifli küçəsi ev 88, mənzil 13-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 694,168 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 197,052 qram çəkidə külli miqdarda qətrana bənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 195,645 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla üzərində və yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsində 101 ünvanında yerləşən yataqxanada olan mənzilinə gətirib saxlamış, 27 aprel 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 3a yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 25,155 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,023 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 06:10 radələrində onun könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsində 101 ünvanında yerləşən yataqxanada olan mənzilə baxış keçirilərkən yataq otağında olan çarpayının altından 01 ədəd bükümdə, təmiz çəkisi 669,013 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 156.010 qram, 14.910 qram, 22.702 qram, ümumi təmiz çəkisi 193.622 qram külli miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 197.052 qram külli miqdarda tünd qəhvəyi rəngli, qətrana bənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd 12x6sm ölçüdə səthində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o saxlanılmazdan əvvəl taksi fəaliyyəti ilə məşğul olurdu, bir neçə dəfə avtomobilinə sərnişin kimi əyləşən iranlı bir şəxs var idi. Onunla tanış olduqdan sonra bir dəfə o, ona bir çantanı onun dediyi şəxsə aparıb verməyini və əvəzində ona pul verəcəyini təklif etdi. Həmin çantanın içərisində narkotik vasitə var idi, həmin şəxs həmçinin bildirdi ki, çantanı verdiyi şəxs ona 300 manat pul verəcək və oda onu iranlıya verəcək. O da həmin vaxtlar anası xəstə olduğu üçün onun müalicəsi ilə əlaqədar maddi baxımdan çətinlik çəkdiyi üçün bu təklifi qəbul etməli oldu. Bundan sonra razılaşmadan bir gün sonra o çantanı iranlının dediyi şəxsə aparıb təhvil verəcəkdi. Evində aşkar edilən narkotik vasitəni aparıb iranlının dediyi şəxsə verəcəkdi, İranlı şəxsə bir dəfə müraciət etmişdi ki, ona xidmət haqqı kimi verdiyi pulun məbləğini artırılmasının istəyəndə, o ona pulun əvəzinə daşıdığı narkotik vasitədən bir az özü üçün götürə bilər. Buna görə də saxlanıldığı gün üzərində aşkar edilən narkotik vasitəni də şəxsi istifadəsi üçün götürmüşdü. Özü arabir metamfetamin istifadə edirdi. Əvvəllər belə bir fəaliyyətlə məşğul olmamış. Bir dəfə də narkotik vasitəni aparıb kiməsə verməyi təklif olunmuşdu amma onu rədd etmişdi, lakin sonuncuda pula ehtiyacı olduğundan bu təklifi qəbul etməyə məcbur oldu. Məqsədi iranlıdan götürdüyü narkotik vasitəni onun dediyi adamlara aparıb vermək idi və özü üçün də bir büküm götürmüşdü, içərisində nə qədər miqdarda narkotik vasitə olduğunu bilmirdi, həmin narkotik vasitələri satmaq məqsədi olmayıb, o heç vaxt narkotik vasitə satmamış. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zakir oğlu ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə İdarənin digər əməkdaşı Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu. Buna görə də, ondan və digər əməkdaş Şahid1 ibarət əməliyyat qrupu yaradıldı. Sonra onlar məlumat əsasında Bakı şəhəri, Xətai rayonu ərazisinə getdilər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəni göstərib özlərini təqdim edib və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Zöhraba narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu İdarəyə dəvət etdilər. Zöhrab da buna etiraz etmədikdən sonra onu İdarəyə apararaq barəsində araşdırma aparılması üçün X2 təhqiqatçısı, Vüsal Həsənquliyevə təhvil verdilər. Orada Zöhraba vəkil dəvət edildi, ona hüquq və vəzifələri izah edildi. Bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış keçirməmişdən əvvəl Zöhraba üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildi. Zöhrab da əynində olan cins şalvarının cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, kirayə yaşadığı mənzilin açarını, 10 manat məbləğində pulu, 1 ədəd plastik kartı və əynindəki gödəkcəsinin cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Zöhrabın üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilmədi. Sonra Zöhrabın təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildi. Həmin 2 ədəd sellofan bükümdə olan maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan bükümün təxmini çəkisinin 25,7 qram, digər bükümdəki, içərisində ağ rəngli kristall şəkilli maddə olan bükümün təxmini çəkisinin isə 2,2 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, digər sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddənin isə adını "Şüşə" kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu dedi. Bundan əlavə o, bildirdi ki, həmin maddələri saxlanılmamışdan bir gün öncə “Bəhruz" adlı iranlının bildirdiyini yerdən götürüb və həmin maddələrin bir hissəsinin kirayə yaşadığı mənzildə saxlayır, üzərində aşkar edilmiş maddələri ona deyiləcək yerə qoyması üçün üzərində gəzdirir, bu fəaliyyətinə görə “Bəhruz" adlı şəxsin yekunda onun plastik kartına 300 manat pul göndərəcək. Bundan sonra Zöhrabın üzərində aşkar edilmiş kütlə zərfə qoyularaq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Həmçinin bu barədə protokol da tərtib edildi, onlar da imzaladı. Bundan sonra Zöhrabın yaşadığı evə təhqiqatçının, onun, Bəylərin, Zöhrabın və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirildi. Baxış zamanı Zöhraba yaşadığı mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Zöhrab mənzilin qonaq otağına daxil olaraq orada yerləşən yataq dəstinin alt hissəsindən 1 ədəd sellofan torbanı təqdim etdi və həmin torbaya baxış keçirilən zaman içərisindən, 1 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd sellofan torbada narkotik vasitə tiryəkə bənzər kütlə, 3 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edildi. Bundan sonra aşkar edilmiş maddələrin təxmini çəkilərin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkildi. Həmin vaxt içərisində narkotik maddə olan heroinə bənzər kütlə olan sellofan paketin çəkisinin 671 qram, içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan sellofan paketin çəkisinin 199 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan bükümlərdən birincisinin çəkisinin 15 qram, ikincisinin çəkisinin 24 qram, üçüncüsünün çəkisinin isə 159 qram olması müəyyən edildi. Sorğu zamanı Zöhrab mənzildən aşkar edilmiş maddələri “Bəhruz” adlı iranlı şəxsin ona dediyi yerdən götürdüyünü, götürməkdə məqsədinin deyiləcək yerlərə qoymaqla pul əldə etmək niyyətinin olduğunu, ona deyiləcək yerlərə qoyması müqabilində 300 manat pul əldə etməli olduğunu bildirdi. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Zöhrabın yaşadığı mənzildən aşkar olunmuş kütlə və 1 ədəd elekton tərəzi zərfə qoyaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, onlar da imzaladı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 27 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tarixli, 6/1658 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş:-üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 25,155 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,023 qram ağ rəngli kristal şəkilli kütlə (NelM) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir;-üzərində 'Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 156,010 qram; 14,910 qram; 22,702 qram; ümumi təmiz çəkiləri 193,622 qram ağ rəngli kristalşəkilli kütlələr (JN92M) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə Öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 197,052 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 01 ədəd bükümdə təmiz çəkisi 669,013 qram qəhvəyi rəngli maddə kütləsi (Nq2H) kütləsi kustar üsulla hazırlanmış narkotik vastiə-heroindir, 01 ədəd 12X6 sm ölçüdə elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin həmin şəxsin üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin, Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 694,168 qram, tətqiqata sərf edildi 0,1 qram, qalıq 694,068 qram heroin, tiryəkin təmiz çəkisi 197,052, tətqiqata sərf edildi 0,1 qram qalıq, 196,952 qram, metamfetaminin təmiz çəkisi 195,645 qram, tətqiqata sərf edildi 0,08 qram, qalıq 195,565 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 01.06.2021-ci il tarixli, 1687 saylı rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs prixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 27 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 25,155 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,023 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan 27 aprel 2021-ci il tarixli “baxış keçrilməsi və götürmə aparılması haqqında” protokolda görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yataqxanada olan nömrəsiz evə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən video çəkilişdən istifadə etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında olan çarpayının altından 01 ədəd bükümdə təmiz çəkisi 669,013 qram narkotik vasitə heroinin, 03 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 156.010 qram, 14,910 qram, 22,702 qram olmaqla ümumi təmiz çəkisi 193,622 qram psixotrop maddə metanfetaminin, 01 ədəd bükümdə təmiz çəkisi 197,052 qram narkotik vasitə tiryəkin və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan Xətai rayon məhkəməsinin hakimi Fuad Axundov tərəfindən qəbul edilmiş 30.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİNnin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qərara əsasən əməliyyat tədbirinin təxirə salınmadan həyata keçirilməsi qərarı qanuna uyğun hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 aprel 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan qalıq 694,068 qram heroin, qalıq 196,952 qram tiyək, qalıq 195,565 metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd “CD” formatlı disk, 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 aprel 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan qalıq 694,068 qram heroin, qalıq 196,952 qram tiyək, qalıq 195,565 metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı disk, 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1527/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1527/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver