Məhkəmə qərarları › İş №1(101)-1527/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1527/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1527/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Tərtər rayonunun Seydimli kəndində qeydiyyatda olub, faktiki olaraq ünvan 1 ünvanında yaşamış və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 19 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun sosial şəbəkə vasitəsilə göndərdiyi elektron kart hesabına 113 manat məbləğində pul köçürməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 5,942 qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 10,655 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən götürüb, daşıyaraq üzərində saxlamış, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2022-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf poletilen bükümdə, külli miqdarda təmiz çəkisi 5,942 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 10,655 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində metamfetaminə məxsus izlər olan 01 ədəd uc hissəsinə karton borucuq bərkidilmiş lampa aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, maşın bazarında təkər satıcısı işləyir. ünvan 1 ünvanında yaşayır. 13 aprel 2022-ci il tarixdə gecə saat 23 radələrində evə gedən zaman, öz məhəllələrinə çatan zaman onu arxadan kimsə vurmuş, bundan sonra 6 nəfər mülki geyimdə olan şəxs onu zorla maşına mindirib bölməyə aparmışlar. Polis əməkdaşları bölmədə onu şiddətli şəkildə döymüş, bundan sonra polis əməkdaşı öz siyirməsindən iki bükümdə narkotik vasitə çıxarıb, onun üzərindən tapıldığını etiraf etməsini istəmişdir. O, möhkəm döyüldüyü üçün vəziyyəti yaxşı olmamış, ağrılara dözə bilməmiş və məcbur olub polis əməkdaşlarının dediyi hər bir şeyi etmişdir. Həm də polis əməkdaşları əgər sənədlərə imza etsə, onu buraxacaqları ilə aldatmışlar. O, da həmin yerdən canını qurtarmaq üçün ona verilən bütün sənədləri imzalamışdır. Onun üzərində heç bir narkotik vasitə olmamış, üzərində 1250 manat satdığı malların pulu və mobil telefonu olmuşdur. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, tutulduğu zaman üzəridə heç bir qanunsuz əşya və ya maddə olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sonuncu dəfə marixuanadan 9 ay əvvəl istifadə etmişdir. Onu tutan polis əməkdaşlarını üzdən tanıyır, həmin 6 nəfərdən sadəcə birinin- Siracın adını bilir, digərlərinin isə adını bilmir. Müstəntiqə onun üzərində narkotik vasitə aşkar olunmadığını, polis əməkdaşlarının onu döydüklərini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılan zaman orada hakimə də narkotik vasitənin ona məxsus olmadığını demiş, hakim isə ona müvəqqəti olaraq barəsində həbs seçildiyini, işin araşdırılacağını bildirmişdir. Narkotik vasitəni çəkilişdən əvvəl cibinə qoyub, onu guya həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini deməyə məcbur etmişlər. Polis əməkdaşlarının onun cibinə qoyduğu narkotik vasitə 2 bükümdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmçinin əlavə olaraq bildirmişdir ki, o, aprel ayının 13-də saat 23 radələrində tutulmuşdur. Tutulan zaman üzərində işlək vəziyyətdə olan mobil telefon olmuşdur. Bölmədə axtarış keçirən zaman mobil telefonunu polis əməkdaşları almışdır. Üzərinə baxış keçirilən zaman vəkil iştirak etməmişdir. Cibindən çıxan 1250 manat pul 3 günlük satdığı malların pulu olmuşdur. Həmin pul ona məxsus olmamış, müstəntiqə də bu barədə məlumat vermiş, hətta müstəntiq pulun sahibi olan müdir Nizaməddinə zəng etmiş, Nizaməddin də ona xaricdə olduğunu deyib, pulun həqiqətən də ona məxsus olduğunu müstəntiqə bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində o, özünü təqsirli bilərək göstərmişdir ki, 5 aya yaxındır ki, mütəmadi olaraq həftədə 1 dəfə olmaqla narkotik vasitədən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Nizami rayonu, Y.Səfərov küçəsi 23 ünvanının yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmiş və onlarla birlikdə polis bölməsinə dəvət etmişlər. O, dəvəti qəbul edərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 23cü polis bölməsində xidməti otaqların birində öncədən ona hüquq-vəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd narkotik vasitə çəkmək üçün bir tərəfinin başlığı şüşədən ibarət olan vasitəni, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal quruluşu olan narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli Samsung A12 markalı mobil telefonu təqdim etmişdir. O, ifadəsində əlavə olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə narkotik vasitə olan heroin və metamfetamindir. Üzərindən aşkar edilən həmin maddələr ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində şəxsiyyətini və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona verdiyi bank kartına 113 (yüz on üç) manat ödədikdən sonra onun verdiyi Q.Qarayev prospektində ünvanını dəqiq bilmədiyi yerdən səkinin yanından götürmüşdür. Əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi ilə almamış, yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa yaşadığı mənzildə və ya digər başqa yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: səh. 65-69). Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı ifadəsinin arasındakı ziddiyyəti onu döyüb qorxudaraq qeyd olunan məzmunda ifadəni imzalamağa məcbur etmələri ilə izah etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİ-nin 23-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Nizami RPİ-nin 23-cü PBnin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Ona Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsində yaşayan, orta bədən quruluşlu, təxminən 30-35 yaşlarında olan «İlkin» adlı şəxsin yaşadığı ərazidə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatına əsasən o və sahə inspektoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. O, Şahid1 ilə birlikdə 14 aprel 2022-ci il tarixdə saat 02.30 radələrində ünvan 1 ünvanının yaxınlığında həmin «İlkin» adlı şəxsi şübhəli şəxs qismində saxlamış, özlərini sonuncuya təqdim etmiş və onlarla birlikdə bölməyə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədən onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-yə gəlmiş, bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. İlkinə üzərində olan hər hansı qeyri-qanuni əşya varsa onu təhvil verməyi təklif etmişlər, o da könüllü surətdə əynində olan qara rəngli dəri gödəkçənin cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd şüşə vasitəni, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal kütləni və əynində olan göy rəngli cins şalvarın cibindən «Samsung» markalı mobil telefonu çıxararaq təhvil vermişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəffaf bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, kristal halda olan maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Dediyinə görə həmin maddələri xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşının kartına pul ödəməklə Qara Qarayev ərazindən götürmüşdür. Həmin iki bükümdə olan maddələr onların tərəfindən zərfləşdirilmiş və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Şahid1 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən Nizami RPİ-nin 23-cü PBnin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Tədqiq olunan protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd deməsinə görə narkotik vasitə çəkmək üçün bir tərəfi şüşədən ibarət vasitəni, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal halda narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli «Samsung A12» markalı mobil telefonu təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan «heroin» və «metamfetamin» olduğunu, onu Q.Qarayev ərazisindən qeyd edilən (?) tarixdə saat 19 radələrində öncədən tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 113 manat ödəniş etməklə aldığını bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar edilmiş maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. (iş vərəqə: səh. 34-35). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 14 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, baxış keçirilən «DVD» formatlı diskdə olan videogörüntülərdən məlum olur ki, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etmək təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd deməsinə görə narkotik vasitə çəkmək üçün bir tərəfi şüşədən ibarət vasitəni, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal halda narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli Samsung A12 markalı mobil telefonu təqdim edir. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan «heroin» və «metamfetamin» olduğunu, onu Q.Qarayev ərazisindən 13 aprel 2022-ci il tarixdə saat 01-02 radələrində öncədən tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 113 manat ödəniş etməklə aldığını bildirir. Aşkar edilmiş həmin maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılır, protokol tərtib olunur, tərtib edilmiş protokol ucadan oxunur, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (iş vərəqə: səh.122). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, diskdə bir ədəd mp4 formatlı fayl vardır, həmin fayl 08.09 dəqiqəlik videogörüntüdür və həmin videogörüntü məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və «diskə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə eynilik təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli 6/2128 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN «Zərflər üçün N 163» dairəvi möhür əksləri olan iki ədəd zərfdə- üzərində «İştirakçılar:... 3) Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,942 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 10,655 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «İştirakçılar:... 3) Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd uc hissəsinə karton borucuq bərkidilmiş lampanın içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə; Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»-in siyahısına (Siyahı İİ) daxildir. (iş vərəqə: səh. 39-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 10 may 2022-ci il tarixli 2365 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 107-108). Qeyd olunan rəyin təsviri hissəsində cinayət işinin materialları ilə uyğunsuzluq təşkil edən hissələrin araşdırılması məqsədi ilə qeyd olunan rəyi vermiş ekspert Şahid5 məhkəmə iclasında dindirilmiş. O, ifadəsində cinayət işinin materiallarında olan və onun tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2365 nömrəli ambulator məcburi narkoloji rəyində «xx.xx.2022-ci il tarixdə 0,772 qram psixotrop maddə metamfetamini tanışı X6 30 manat müqabilində satmışdır» sözlərinin yanlışlıqla göstərildiyini, həmin cümlənin rəy kompyuterdə tərtib olunarkən mexaniki yanlışlıq olaraq, operatorun səhvi nəticəsində qeyd olunduğunu, həmin cümlənin başqa bir cinayət işi üzrə verilmiş rəydən qaldığını və onun hazırki cinayət işinə heç bir aidiyyəti olmadığını bildirmişdir. F.M.İsgəndərov ifadəsində həmçinin bildirdi ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqin ona göndərdiyi məhkəmə narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarda və onun tərtib etdiyi xx.xx.2022-ci il tarixli rəydə narkotik vasitələrin qramlarında fərqlilik olması və çəkilərin üst-üstə düşməməsi də mexniki yanlışlıqla əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs müayinə olunarkən ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs da narkotik vasitədən istifadə etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı, «A12» modelli mobil telefona baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli, habelə "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli və "xxxx" MMC-dən daxil olmuş yuxarıda qeyd edilən mobil telefonda istifadə olunan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokollardan görünür ki, baxış nəticəsində nə mobil telefonda, nə də təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə dair CD disklərdə işin halları ilə əlaqəsi olan və ya sübut əhəmiyyətli heç bir məlumat əldə olunmamışdır (iş vərəqə: səh. 83, 123, 124). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş hər iki CD disk məhkəmə istintaqı zamanı bilavasitə tədqiq olunmuş, lakin irəli sürülmüş ittihamla bağlı heç bir məlumat aşkar edilməmişdir. Bununla belə "xxxx" MMC-dən daxil olmuş hər iki CD diskdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə xx/xx/2022,19:33:12,**********57,**********40, Meni o eve getizdirme ilkin xx/xx/2022,23:05:03,**********57,**********40, İlkin men ora gelsem varyoxuna nehlet bu sefer pis gelecem xx/xx/2022,23:06:45,**********57,**********40,O pulu almaga gelmiyecem gelsem sene pis olacaq deim bil menim pulumu heckim yeye bilmez yeyen oglani gelib evde ..... (söyüş) xx/xx/2022,23:07:46,**********57,**********40, Sen mene ... (söyüş) elledin men sene .... (söyüş) elemek uzagi 1 dq vaxtimi alar ozun gozel bilirsen sene .... (söyüş) elesem inan geri donuwun olmuyacaq xx/xx/2022,23:08:27,**********57,**********40, Saat 12 de pul gelmese gor ne edirrm😂 xx/xx/2022,23:08:50,**********57,**********40,Gor adami hovseleden cixarmaq nece bir weydi😂 xx/xx/2022,21:42:07,**********57,**********40,İlkin gelirem sebr ele sen uje unvani sef saldin ta beadi məzmununda təhdid xarakterli smslər yazıldığı müəyyən edildi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat xidməti tərəfindən istintaq orqanının 21 aprel 2022-ci il tarixli, 087-12529-1222 saylı əməliyyat tapşırığına verilmiş 28 aprel 2022-ci il tarixli, 4455 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etmə mənbəyini, onun narkotik vasitə və psixotrop maddəni kim və ya kimlərə satdığının, onun kiminlə və ya kimlərlə birlikdə narkotik vasitədən istifadə etməsi, həmçinin satması barədə məlumatın olub-olmamağının müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: səh.98). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanınma haqqında» 23 may 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatdan sonra təmiz çəkisi 5,892 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra təmiz çəkisi 10,605 qram olan psixotrop maddə metamfetamin və bir ədəd uc hissəsinə karton borucuq bərkidilmiş lampa iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh.110-111). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: səh.103). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X18 30 aprel 2022-ci il tarixli 3823 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (iş vərəqə: səh.104). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin əldə olunma mənbəyi müəyyən edilmədiyindən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: səh.125-132). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin onun üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşlarının onu döyüb təzyiq göstərməsi, onu etirafedici ifadələr verməyə məcbur etmələri, habelə cibində 1250 manat pul olması və həmin pulun polis əməkdaşları tərəfindən götürülməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadələrə münasibət bildirməklə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi xüsusatlar məhkəmə iclasında geniş araşdırılaraq öz təsdiqini tapmadığından həmin ifadələr təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə uydurduğu ifadələr kimi qiymətləndirilmədir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 95-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları ilə bağlı cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahid3 məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsini alarkən onun bədəni üzərində xəsarətlər olmasını görməmiş, İlkinin qohumu, yəni bibisi bir neçə gün sonra ona yaxınlaşaraq İlkinin xəsarət alması ilə bağlı ondan soruşmuşdur. İşlədiyi idarədə saxlanılan səxslər müvəqqəti saxlama yerinə gətirilərkən üzərində hər hansı bir xəsarət olduğu halda həmin şəxs müvəqqəti saxlama yerinə qəbul edilmir. İlkinin bədəni üzərində xəsarət olsaydı, o, müvəqqəti saxlama yerinə qəbul edilməzdi. Şahid3 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ifadəsini alarkən, Təqsirləndirilən şəxs şifahi qadada ona bildirmişdir ki, əməliyyatçılar onu saxlayarkən üzərində 1250 manat pul olmuş, həmin pulu əməliyyatçılar ondan götürmüş və geri qaytarmamışlar. O da bu barədə əməliyyatda iştirak edən polis əməkdaşlarından şifahi qaydada soruşmuş, həmin polis əməkdaşları da belə bir halın olmadığını demişlər. Əməliyyatda iştirak edən polislərin bununla bağlı ifadəsini almamış, sadəcə şifahi qaydada onlardan soruşmaqla kifayətlənmişdir. Pulla bağlı Təqsirləndirilən şəxs müdirinə zəng edib həmin şəxsdən də soruşmuş, müdiri də bu barədə məlumatının olmadığını demişdir. Bundan əlavə Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə verdiyi izahatını o almamış, həmin izahatı təhqiqatçı almışdır. Qeyd olunan izahatda «bıçağı polis əməkdaşlarına təqdim etməsi» sözü mexaniki səhvlik olaraq yazılmışdır, çünki təqsirləndirilən şəxsdən bıçaq aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, 2365 nömrəli ambulator məcburi-narkoloji rəyi ilə tanış etmiş və təqsirləndirilən şəxs heç bir vəsatət verməmişdir. Həmin rəydə olan səhvən qeyd olunmuş cümlələrə fikir verməmiş, həmin səhvlər də mexaniki səhvlər olmuşdur. xx.xx.2022-ci il tarixli, 2365 nömrəli ambulator məcburinarkoloji rəyini iş materiallarına əlavə edərkən sənədlərin ardıcıllığını ola bilsin ki, pozmuş, bu, onun səhvidir və bununla bağlı iradlar qəbul edir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin əsli olmamış, şəxsiyyət vəsiqəsinin surətini onun Elnarə adlı qohumundan əldə etmiş və ştampla əsli ilə düz olmasını təsdiq edib işə əlavə etmişdir. Təqsirləndirilən şəxs mobil telefonu onda olmuş, həmin telefonu Təqsirləndirilən şəxs qohumuna təhvil vermiş, lakin telefonu təhvil verməyi ilə bağlı qəbzi işə əlavə etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparmamış, material təhqiqatçı tərəfindən ona bir gün sonra verildiyindən, o da mənzildə axtarış keçirilməsinə zərurət görməmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlaması haqqında qərarda «qərarın sürəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən İsmayıllı rayon prokurorluğuna göndərilsin» sözləri də mexaniki səhvlik olmuşdur. Bildirir ki, həmin cümlədə Bakı şəhər Nizami rayon prokurorluğu göstərilməli idi. Bundan əlavə təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olan zaman onun üzərində hər hansı xəsarətin aşkar edilib-edilməməsi məsələsinin aydınlaşdırılması üçün onun saxlanıldığı Bakı şəhəri 3 saylı İstintaq Təcridxanasına müvafiq sorğu ilə müraciət edilmiş, həmin sorğuya verilmiş 30 avqust 2022-ci il tarixli 20-12/520 saylı cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olduğu, təlimata uyğun olaraq təqsirləndirilən şəxsin ilkin tibbi müayinədən keçirildiyi, müayinə zamanı həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirdiyi, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində hər hansı bir zədə və xəsarət əlamətinin izlənilmədiyi qeyd olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxsin adına açılmış şəxsi iş və tibbi kitabça 3 saylı İstintaq Təcridxanasından sorğu əsasında əldə edilməklə bilavasitə məhkəmə iclasında tədqiq olunmuş, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olan zaman üzərinə hər hansı bir xəsarətin aşkar olunması ilə bağlı qeydlər aparılması müəyyən edilməmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması ilə bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmaması, qeyd olunan maddələrin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması məzmunundakı ifadələrinə də qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin və içərisində metamfetaminə məxsus izlər olan 01 ədəd uc hissəsinə karton borucuq bərkidilmiş lampa aşkar edilərək götürülmüş, həmin predmetlər qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən tədqiqata təqdim olunmuş zərflərdəki predmetlərin ümumi təmiz çəkisi 5,942 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 10,655 qram psixotrop maddə olan metamfetamin olduğu qeyd olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilməsi ilə bağlı heç bir orqana şikayət ünvanlamamış, məhkəmə baxışında səsləndirdiyi məsələləri mübahisələndirməmiş, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin özü istifadə etmək məqsədi ilə əladə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Buna görə də məhkəmə qeyd olunan hissədə də təqsirləndirilən şəxsin ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində tutulma saatını mübahisələndirmiş və cinayət işinin materiallarında qeyd olunduğu kimi 14 aprel 2022-ci il tarixdə saat 02.30 radələrində deyil, 13 aprel 2022-ci il tarixdə gecə saat 23 radələrində tutulduğunu qeyd etmişdir. Məhkəmə qeyd olunan xüsusatların yoxlanılması məqsədi ilə təqsirləndirilən şəxsin istifadəsində olan (həmçinin saxlanılan zaman ona məxsus mobil telefonun üzərində olan) ***-***- **-** saylı mobil telefon nömrəsi üzrə anten məlumatları və hərəkət trayektoriyasının götürülməsi ilə bağlı 30 avqust 2022-ci il tarixli qərar qəbul etmiş, həmin qərar icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Buna baxmayaraq "xxxx" MMC-dən məhkəməyə ünvanlanmış AZF/LGL- 16640/22 saylı 27 sentyabr 2022-ci il tarixli məktubda texniki səbəblərdən sorğulara cavab verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Bununla belə cinayət işinin materialları və məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə təqsirləndirilən şəxsin 14 aprel 2022-ci il saat 02.30 radələrində tutulduğu öz təsdiqini tapmış, müdafiə tərəfindən bunu təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin onun üzərində 1250 manat məbləğində pul olması, həmin pul vəsaitlərinin polis əməkdaşları tərəfindən mənimsənilməsi ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, «Şəxsi axtarış aparılması və götürmə haqqında» 14 aprel 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin əks olunduğu videogörüntüdən görünür ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusu, bir ədəd narkotik vasitə çəkmək üçün bir tərəfi şüşədən ibarət vasitə, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal halda psixotrop maddəyə bənzər kütlə, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli «Samsung A12» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilən zaman polis əməkdaşlarına təqsirləndirilən şəxsin üzərində 1250 manat pul olmasına dair ifadəsi ilə bağlı suallar verilmiş, lakin şahidlər qeyd olunan faktı təsdiq etməmiş və təqsirləndirilən şəxsin üzərindən hər hansı bir məbləğdə pul aşkar edilmədiyini bildirmişlər. Başqa sözlə, məhkəmə iclasında təqsirləndirilən şəxsin üzərindən hər hansı bir məbləğdə pul aşkar edilməsi və həmin pulun polis əməkdaşları tərəfindən mənimsənilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri tam sübuta yetirilsə də, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış raportda Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsində yaşayan, orta bədən quruluşlu, təxminən 30-35 yaşlarında olan, «İlkin» adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğu qeyd olunsa da, həmin əməliyyat müvəkkili tərfindən tərtib olunmuş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi» haqqında 14 aprel 2022-ci il tarixli qərarda «İlkin» adlı şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadəsi haqqında məlumat daxil olduğu göstərilmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə onun ətrafında hər hansı bir əməliyyat-axtarış tədbirinin aparılması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs polis tərəfindən şübhəli kimi saxlanıldıqdan sonra, o, təhqiqatçının 14 aprel 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və s.) nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsin saxlanılması, üzərində şəxsi axtarış aparılması və ondan satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,942 qram heroin narkotik vasitəsi, 10,655 qram psixotrop maddə metamfetamin və həmin narkotik və psixotrop maddələrin istifadəsi üçün nəzərdə tutulmuş başlığına karton boru bərkidilmiş lampa aşkar edilib götürülməsi olmuşdur. Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 14 aprel 2022-ci il tarixli Qərarın məzmununda da qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Ona həmin maddə ilə ittiham elan edilməsinə kifayət qədər əsaslar olduğundan ona həmin maddə ilə ittiham elan edilməlidir. Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı həmin ittiham, onun şübhəli şəxs qismində saxlanılmasından sonra heç bir əlavə sübut əldə edilmədən irəli sürülmüş, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi heç bir sübuta istinad edilmədən və əməlin tövsifi əsaslandırılmadan həyata keçirilmişdir. Məhkəmə araşdırması prosesində müəyyən olundu ki, məhkəməyədək icraat mərhələsində nə ibtidai istintaq, nə də əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni konkret olaraq hansı mənbədən, hansı şəraitdə və hansı üsulla əldə etməsini, sonuncunun konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa təqsirləndirilən şəxs iş üzrə ilkin izahatı da daxil olmaqla, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girməsi ilə bağlı heç bir etirafedici ifadə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ümumiyyətlə təqsirli bilmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyüb təzyiq göstərməklə onu etiraf etməyə məcbur etdiklərini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində isə özünü təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, lakin qeyd olunan maddələri heç vaxt satmadığını, onları satış məqsədi ilə əldə etmədiyini, yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməməsi, şəxsi istifadəsi üçün alması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələri təkzib edə biləcək başqa sübut növü müəyyən edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan 21 aprel 2022-ci il tarixli, 087-12529-1222 saylı əməliyyat tapşırığına verilmiş cavabda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etmə mənbəyinin, onun narkotik vasitə və psixotrop maddəni kim və ya kimlərə satdığının, onun kiminlə və ya kimlərlə birlikdə narkotik vasitədən istifadə etməsi, həmçinin satması barədə məlumatın olub-olmamağının müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirildiyi, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etməyin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli, 6/2128 saylı rəyininin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin və psixotrop maddənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 10 may 2022-ci il tarixli, 2365 saylı rəyi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Tədqiq olunan rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi müəyyən edilmişdir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz, əksinə həmin rəydə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkdiyi öz təsbitini tapmaqla, qeyd olunan rəy təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsini təsdiqləyən sübut növü kimi qiymətləndirilməlidir. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə metamfetamin psixotrop maddəsini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, habelə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 107-108). Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə həmin rəyin təsviri hissəsində «xx.xx.2022-ci il tarixdə 0,772 qram psixotrop maddə metamfetamini tanışı X6 30 manat müqabilində satmışdır» sözlərini məhkəmə iclasında aparılmış araşdırmaya əsasən mexaniki yanlışlıq olaraq qiymətləndirir. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilməmiş, onun ünvanından hər hansı növdən olan narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 5,942 qram və metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 10,655 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edirlər. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın😂 narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 5,942 qram və metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 10,655 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin və psixotrop maddənin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməli və qeyd olunan həmin miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Ali Məhkəməsi Plenumunun qeyd olunan həmin qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin təkcə kütləsinin külli miqdar təşkil etməsi aşkar edilmiş maddələrin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə yanaşı həmin maddələri istifadə etmək məqsədi ilə kustar şəkildə hazırlanmış, üzərində metamfetamin qalıqları aşkar edilmiş ağız hissəsində karton borucuq olan şüşə lampa da aşkar edilmişdir. Bu da öz-özlüyündə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bir daha sübuta yetirir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümlərdə olmaqla onların külli miqdar meyarına, istintaqçının özünün fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, hazırki məhkəmə təcrübəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisindən qat-qat artıq çəkidə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə görə təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə (Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) tövsif olunur. Başqa sözlə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin həmin Məcəlləyə əlavə edilməsindən əvvəl şübhəli şəxs qismində saxlanıldığından, həmin vaxt sırf aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin çəkisini əsas götürməklə onu satış məqsədi ilə əldə etməsi barədə mülahizə irəli sürmək ədalətsiz yanaşma olar. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər😂qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, onun barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona aid olmaması, o, saxlanılarkən üzərində narkotik vasitə və ya metamfetamin psixotrop maddəsi olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.101). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Tərtər rayon Məhkəməsinin 2(061)-95/2019 saylı 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ilə X2 arasında 25 iyul 2017ci ildə qeydə alınmış nikah pozulmuş, həmin nikahdan 27 iyul 2017-ci ildə anadan olmuş X7 anasının himayəsində saxlanılmış və uşaq yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay Təqsirləndirilən şəxs 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon X12 Hüquqi Şəxsin 7899 saylı, 24 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X1 RMX-nın Poliklinika şöbəsinin Oftalmologiya kabinetində “OU-Daxili müştərək çəpgözlük. Orta dərəcəli hipermetropiya. Ambliopiya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başıçısının Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 252 saylı 10 may 2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ibarət ailə tərkibində Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olmaqla yaşamış, orada yaşadığı müddətdə kənd əhalisi arasında hörmət qazanmağa çalışsa da, buna qismən nail olmuşdur. Təqsirləndirilən şəxs barəsində Seydimli kənd İƏD-i üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (iş vərəqə: səh. 105-106) Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı üçün aliment ödəməli olduğunu, həmin övladı X5 Daxili müştərək çəpgözlük. Orta dərəcəli hipermetropiya. Ambliopiya xəstəliyindən əziyyət çəkməsini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu və onun ilk məhkumluğu olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü😂maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 10 may 2022-ci il tarixli, 2365 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2022-ci il tarixdə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,892 qram heroin narkotik vasitəsi və 10,605 qram metamfetamin psixotrop maddəsi, habelə üzərində metamfemin qalığı aşkar edilmiş başlıq hissəsinə karton borucuq bərkidilmiş lampa məhv edilməlidir. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş mobil telefonu onun yaxınlarına təhvil verdiyini bildirsə də, cinayət işinin materiallarına bunu təsdiq edən hər hansı bir qəbz əlavə edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus olub, şəxsi axtarış zamanı götürülmüş «Samsung» markalı, «A12» modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Cinayət işi üzrə ittiham aktına əlavə edilmiş arayışda iş üzrə ekspertiza xərcinin 107,91 manat (yüz yeddi manat doxsan bir qəpik) təşkil etdiyi göstərilsə də, cinayət işinin materiallarına əlavə edilmiş “Ekspertiza xərclərinə dair bildiriş”dən görünür ki, iş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat təşkil edir (iş vərəqə: səh.39). Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə X3 göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 250 (iki yüz əlli) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli tutulduğu 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİnin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,892 qram narkotik vasitə heroin, 10,605 qram psixotrop maddə metamfetamin və üzərində metamfemin qalığı aşkar edilmiş, başlıq hissəsinə karton borucuq bərkidilmiş lampa məhv edilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məxsus «Samsung» markalı, «A12» modelli mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 250 (iki yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar