Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1527/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 2 azyaşlı uşağı olan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi çəkisi 2050,88 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanına qədər daşıyıb orada saxlayıb gizlətmiş, onlardan 75 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 noyabr 2023-cü il tarixdə saat 22:20-də yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılıb Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasına aparılaraq xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə verdiyi məlumat əsasında 14 noyabr 2023-cü il tarixdə saat 01:00-da sonuncunun yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkənin altında saxlanc yeri kimi istifadə olunan yerdə gizlədilmiş qara rəngli, parça materialdan olan torbanın içərisindən 02 ədəd qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 825 qram və 665 qram, üzərində narkotik vasitə izləri olmayan 01 (bir) ədəd elektron tərəzi, həmin saxlanc yerindən aşkar edilmiş üzərində “Louis Vuitton” yazısı olan qutudan 02 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 110 qram və 375 qram və həmin sellofan bağlamalardan birinin içərisindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,88 qram tərkiblərinə görə eyni olan, ümumi çəkisi 2050,88 qram külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, müharibə iştirakçısıdır, müharibə dövründən narkotik vasitədən istifadə edir. O, narkotik vasitəni nağd pulla alırmış. Onun evindən 2058 qram narkotik aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitəni Bəhruz adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bəhruzu 4-5 ildir ki, tanıyır, onunla müharibədə tanış olmuşdur. O, Bəhruzu evinə çağırmış, Bəhruz gəlib verdikdən sonra getmişdir. O, Bəhruzdan iki kibrit qutusu həcmində narkotik vasitə istəmiş, amma Bəhruz çox gətirib ona narkotik vasitənin pulunu - 300 manatı sonra verməsini söyləmişdir. O da nəfsinə hakim olmayıb Bəhruzun təklifini qəbul etmişdir. Qəbul etməsinin səbəbi həmin narkotik vasitənin ona 1 il üçün yetərli olması olmuşdur. O, sonradan malın yaxşı olmadığını görüb Bəhruza gəlib aparmasını söyləyibmiş. Bəhruz getdikdən sonra da polis əməkdaşları gəlib onu evdən götürmüşlər. Yəni ittihamda yazıldığı kimi, onu hardasa, başqa yerdə tutmaları, üstündə 75 qram narkotik vasitə olması yalandır. Evində, darvazanın qapısında kamera da olmuş, polis əməkdaşları kameranın yaddaşını söküb aparmışlar. Kamera qoymağının səbəbi maşını küçədə saxlayarkən başqaları tərəfindən gəlib cızmalarının, oğurluqların qarşısını almaq olmuşdur. Kameranı görəndə çəkinib bu hərəkətləri etmirmişlər. İttihamda evinin ünvanı düzgün qeyd edilmişdir, amma baxışın keçirilmə vaxtı səhvdir. Bölmədə üzərinə və evinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Polis əməkdaşları ona maşında və evdə təzyiq göstərmiş, hədələmişlər, ona görə də videoçəkiliş zamanı onların dediyini demişdir. Onun qoluna və böyrək nahiyəsinə vurmuşlar, bölmədə onu vurmamışlar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, özünə məxsus “Reno Megan” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Təxminən 3 il bundan əvvəl tanış olduğu “Bəhruz” adlı şəxs onun narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi barədə məlumat əldə etmişdir. Təxminən 2023-cü ilin oktyabr ayının sonlarında Bəhruz ona Ucar rayonunda Elçin adlı tanışı olduğunu, həmin şəxsdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, almaq istəsə onunla danışmağını və gedib ondan ala biləcəyini demişdir. Bəhruzla razılaşmış və külli miqdarda narkotik almaq istəyirdi ki, birdəfəlik evində olsun, özü istifadə edər və bir müddət narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə təmasda olmaz. Belə ki, tez-tez narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə təmasda olmaq təhlükəlidir və polis əməkdaşları tərəfindən tutula bilərdi. Bəhruz həmin şəxslə əlaqə saxlamış və Elçin adlı şəxs təxminən 2 kiloqram narkotik vasitə qurudulmuş marixuananı 300 manata satdığını demişdir. Razılaşıb ondan həmin narkotik vasitəni almaq istədiyini bildirmişdir. Bəhruz ona Ucar rayonu Çiyni kəndinə getməyi, oradan ona zəng etməsini, onun özü Elçinə deyəcəyini və onunla görüşəcəyini təklif etmişdir. Tutulmamışdan təxminən 20 gün əvvəl tək idarə etdiyi “Reno Megan” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonu Çiyni kəndinə, oradan isə Bəhruzla əlaqə saxlamış və Bəhruzun bildirdiyi ünvana gedərək təxminən 40-45 yaşlarında olan Elçin adlı şəxslə görüşmüşdür. Elçinə 300 manat pulu verdikdən sonra Elçin velosipedlə ondan aralanıb çıxıb getmiş və təxminən 15 dəqiqədən sonra tək geri qayıdıb ona qara rəngli sellofan torbanın içərisində qurudulmuş marixuananı vermişdir. Torbanı açdıqda içərisində bir neçə ədəd sellofan bükümdə, 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi olduğunu görüb özü ilə yaşadığı evə gətirmişdir. Böyük həcmli olduğu üçün və dağılmamasından ötrü evdə heç kim olmadığı vaxtı torbanın içərisində olmuş 02 ədəd sellofan bağlamaları, 01 ədəd elektron tərəzini və evdə istifadə edilmiş, üzərində riyazi hesablamalar olan dəftəri də lazım olmadığından içərisinə parça materialdan hazırlanmış torbanın içərisinə tullamış, 02 ədəd sellofan bağlamaları isə üzərində “Louis Vuitton” yazısı olan ayaqqabı qutusunun içərisinə qoymuşdur. Həmin marixuanadan bir qismini özü istifadə etmək üçün sellofan bağlamanın içərisinə yığıb, bağlamanı isə tünd göy rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur ki, evdə olmadığı müddətdə istifadə etsin. Marixuana alması və evdə gətirib saxlaması barədə ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. 13 noyabr 2023-cü il tarixdə saat 22:20-də işi ilə bağlı yaşadığı ünvan 4 ünvandan çıxıb evin qarşısında piyada hərəkət edərkən ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin satışı və üzərində saxlayıb daşıması barədə əməliyyat məlumatı əldə etdiklərini, bu səbəbdən birlikdə getməyi təklif etmişdirlər. Etiraz etməyib birlikdə 12-ci PŞ-yə gəlmişdir. 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən ona dəvət olunmuş müdafiəçi təqdim olunub, onun iştirakı ilə hüquq və vəzifələri, saxlanılmasının səbəbi izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olmuş tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı 300 manata öz istifadəsi üçün Ucar rayon ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən götürülüb baxış keçirilmiş müvafiq qaydada qablaşdırıİdıqdan sonra üzərindən başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması barədə verilmiş suala, başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olmuş tünd göy rəngli gödəkcənin sol yan cibindən adına olan şəxsiyyət vəsiqəsi, içərisində siqaret olan 01 ədəd üzərində “LD” yazısı olan siqaret qutusu, 01 ədəd kartları saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli portmane aşkar edilmişdir. Portmaneyə baxış keçirdikdə içərisindən 01 ədəd "xxxx" ASC-nin “4578 3850 9018 0679” nömrəli, "xxxx" ASC-nin “5239 1517 2581 6444”, “4169 7388 5367 2164” və “4169 7385 8606 0950” nömrəli bank kartları, 01 ədəd “Umico bonus” kartı, 01 ədəd reklam kağızı, 02 ədəd üzərində “Bakı kart" sözləri yazılmış ictimai nəqliyyat vasitələrində ödəniş kartı, 01 ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə, əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ev qapısının açarı, müxtəlif əskinazlarda cəmi 130 manat pul, arxa sol cibindən özünə məxsus 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Poco” markalı mobil telefonlar aşkar edilmişdir. “Samsung” markalı mobil telefonun daxilində ***-***-**-**, “Poco” markalıobil telefonun daxilində ***-***-**-** mobil nömrələrin olduğunu demişdir. Bundan başqa təhqiqatçı tərəfindən üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisi elektron tərəzidə çəkilərək 80 qram olması müəyyən edilmişdir. Axtarış zamanı aşkar edilmiş sellofan paket, şəxsiyyət vəsiqəsi, 04 (dərd) ədəd bank kartları, 02 (iki) ədəd mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd içərisində siqaretlər olan üzərində “LD” yazısı olan siqaret qutusu, 01 (bir) ədəd ev açarı, 01 (bir) ədəd “Umico bonus” kartı, üzərində “Bakı Kart” yazılmış 02 (iki) ədəd kartlar, 01 (bir) ədəd reklam kartı, 01 (bir) ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə və 130 manat pul özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən ondan yaşadığı evdə narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb-saxlamaması barədə verilmiş suala, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını və evində axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması barədə verilmiş suala o, hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilərək, şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Daha sonra razılığı əsasında üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmiş şəxslərlə birlikdə yaşadığı ünvan 4 ünvanında baxış keçirilməsi üçün yollanmışdırlar. Orada arvadı Şahid3 da iştirakı təmin edilməklə, təhqiqatçı tərəfindən ona təkrar hüquq və vəzifələri izah olunduqdan sonra, yaşadığı ünvan 4 ünvanında baxış keçiriləcəyi bildirilmiş, yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif olunmuşdur. Baxış iştirakçıları ilə birlikdə yaşadığı evə daxil olmuş, yaşadığı evin birinci mərtəbəsində yerləşən pilləkənin altında saxlanc yeri kimi istifadə edilən yerdən qara rəngli parça materialdan hazırlanmış torbanı və üzərində “Louis Vuitton” yazısı olan qutunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torba və qutu götürülüb ilk növbədə torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 02 (iki) ədəd sellofan bağlama, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd dəftər aşkar edilmişdir. Daha sonra üzərində “Louis Vuitton” yazısı olan qutunun içərisinə baxış keçirdikdə qutunun içərisində 02 (iki) ədəd sellofan bağlamalar, sellofan bağlamaların birinin içərisindən 01 (bir) ədəd kibrit qutusu aşkar edilmişdir. Sellofan bağlamaların, kibrit qutusunun içərisində olan maddənin tərkibi barədə təhqiqatçı tərəfindən ona sual verildikdə, o həmin bağlamalarda və kibrit qutusunun içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, evindən və üzərindən aşkar edilmiş marixuananı təxminən 20 gün əvvəl Ucar rayon ərazisində adını və anket məlumatlarını bilmədiyim şəxsdən 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bağlamalar, kibrit qutusu, üzərində “Louis Vuitton” yazısı olan qutu, elektron tərəzi və 01 ədəd riyaziyyat dəftəri müvafiq qaydada qablaşdırılıb götürülmüş və evə baxış keçirilmişdir. Lakin qeyd olunan əşyalardan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək, qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmişdir. Bununla da baxış sona çatmış, baxış iştirakçıları evdən həyətə çıxdıqda, baxışda iştirak edən vəkil Emil Babışovun ona aşkar edilmiş marixuananı hansı məqsədlə alıb evində saxlaması, qeyd olunan baxışdan əvvəl onun hər hansı bir şəxslə evə gəlib baxış keçirilib-keçirilməməsi barədə sualına evindən aşkar edilmiş marixuananı öz istifadəsi üçün alıb evində saxladığını, satışı ilə məşğul olmadığını, bundan öncə hər hansı bir şəxslə evində baxış keçirilmədiyini bildirmişdir. Orada təhqiqatçının evində marixuana saxlaması barədə arvadı və ya digər ailə üzvlərinin məlumatı olub-olmaması barədə sualına evdə marixuana saxlaması barədə arvadı və digər ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər onun və baxışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində oduğu müddətdə ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamışdır. 03 ədəd "xxxx"a aid 5239 1517 2581 6444, 4169 7388 5367 2164, 4169 7385 8606 0950 Umico, 01 ədəd “Express” banka aid 4578 3850 9018 0679 nömrəli “Business” kartı onun adınadır, həmin kartlar vasitəsi ilə narkotik vasitələrin alqı-satıqı ilə məşğul olmamış, özünə lazım olduqda ödənişlər etmişdir. Üzərindən aşkar edilmiş 130 manat pul ona məxsus olub, öz ehtiyaclarını ödəməkdən ötrü üzərində saxlamışdır. “Bəhruz” və “Elçin” adlı şəxslərin anket məlumatlarını bilmir. Bəhruzun istifadə etdiyi mobil nömrəsini unutmuş, “Elçin” adlı şəxslə isə Bəhruz özü əlaqə saxladığı üçün “Elçin” adlı şəxsin mobil nömrəsi onda yoxdur. “Bəhruz” adlı şəxsin bu işdə heç bir marağı olmamış, sadəcə “Bəhruz” onun narkotik vasitə istifadə etdiyini bilib onu “Elçin” adlı şəxslə tanış etmişdir. Aldığı narkotik vasitə marixuanadan “Bəhruz” adlı şəxsə və ya digər şəxsə satmamış, təmənnasız verməmişdir. Narkotik vasitə ayrı-ayrı bükümlərə ona satan şəxs tərəfindən əvvəlcədən ayrılmışdır. İstifadəçisi olsa belə, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ailə üzvlərindən hər hansı biri onun yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin dekabr ayında daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq polis bölməsinə gətirilib və üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə marixuana, mobil telefon və kartlar aşkar edilmişdir. Baxış keçirilən zaman təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu demişdir. Daha sonra evə baxış keçirilən zaman pilləkənin altında olan saxlanc yerindən narkotik vasitə aşkar edilib. Təqsirləndirilən şəxs Sabunçu rayon ərazisində saxlanılan zaman ona qarşı heç bir fiziki təzyiq olmayıb. Müdafiəçinin iştirakı ilə onun üzərinə və evinə baxış keçirilib. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddləri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlayıb daşıması, alqı-satqısı ilə məşğul olması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 bu barədə məlumat verilmiş, o da bunu bilərək Bakı şəhəri 22 saylı Vəkil Bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan Təqsirləndirilən şəxs saxlanılıb, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmışdır. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən 13 noyabr 2023-cü il tarixdə saat 22:20-də yaşadığı ünvan 4 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılmışdır. Özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin satışı və üzərində saxlayıb daşıması barədə əməliyyat məlumatı əldə etdikləri, bu səbəbdən birlikdə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə 12-ci PŞ-nə gəlmişdir. Toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Nicat Osmanova həvalə edilmişdir. 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçi təqdim olunub, onun iştirakı ilə hüquq və vəzifələri, saxlanılmasının səbəbi izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı 300 manata öz istifadəsi üçün Ucar rayon ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən götürülüb baxış keçirilmiş, müvafiq qaydada qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması barədə verilmiş suala, başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli gödəkcənin sol yan cibindən Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsi, içərisində siqaret olan 01 ədəd üzərində “LD” yazısı olan siqaret qutusu, 01 ədəd kartları saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli portmane, portmaneyə baxış keçirdikdə içərisindən 01 ədəd "xxxx" ASC-nin “4578 3850 9018 0679” nömrəli, "xxxx" ASC-nin “5239 1517 2581 6444”, “4169 7388 5367 2164” və “4169 7385 8606 0950” nömrəli bank kartları, 01 ədəd “Umico bonus” kartı, 01 ədəd reklam kağızı, 02 ədəd üzərində “Bakı kart” sözləri yazılmış ictimai nəqliyyat vasitələrində ödəniş kartı, 01 ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ev qapısının açarı, müxtəlif əskinazlarda cəmi 130 manat pul, arxa sol cibindən 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Poco” markalı mobil telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonun daxilində ***-***-**-**, “Poco” markalı mobil telefonun daxilində ***-***-**-** mobil nömrələrin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulumuş marixuananın çəkisi elektron tərəzidə çəkilərək 80 qram olması müəyyən edilmişdir. Axtarış zamanı aşkar edilmiş sellofan paket, şəxsiyyət vəsiqəsi, 04 (dərd) ədəd bank kartları, 02 (iki) ədəd mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd içərisində siqaretlər olan üzərində “LD” yazısı olan siqaret qutusu, 01 (bir) ədəd ev açarı, 01 (bir) ədəd “Umico bonus” kartı, üzərində “Bakı Kart” yazılmış 02 (iki) ədəd kartlar, 01 (bir) ədəd reklam kartı, 01 (bir) ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə və 130 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb-saxlamaması barədə verilmiş suala, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını və evində axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsində iştirak etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması barədə verilmiş suala Təqsirləndirilən şəxs hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilərək, şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı səhvən mobil telefonların Təqsirləndirilən şəxs əynində olmuş şalvarın arxa sağ cibindən aşkar edildiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs öz razılığı əsasında üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmiş şəxslərlə birlikdə onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsi üçün yollanmışdırlar. Orada Təqsirləndirilən şəxs arvadı Şahid3 da iştirakı təmin edilməklə, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təkrar hüquq və vəzifələri izah olunduqdan sonra, yaşadığı ünvan 4 ünvanında baxış keçiriləcəyi bildirildiyi, yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs baxış iştirakçıları ilə birlikdə yaşadığı evə daxil olmuş, yaşadığı evin birinci mərtəbəsində yerləşən pilləkənin altında saxlanc yeri kimi istifadə edilən yerdən qara rəngli parça materialdan hazırlanmış torbanı və üzərində “Louis Vuitton” yazısı olan qutunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torba və qutu götürülüb ilk növbədə torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 02 (iki) ədəd sellofan bağlama, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd dəftər aşkar edilmişdir. Daha sonra üzərində “Louis Vuitton” yazısı olan qutunun içərisinə baxış keçirdikdə qutunun içərisində 02 (iki) ədəd sellofan bağlamalar, sellofan bağlamaların birinin içərisindən 01 (bir) ədəd kibrit qutusu aşkar edilmişdir. Sellofan bağlamaların, kibrit qutusunun içərisində olan maddənin tərkibi barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs həmin bağlamalarda və kibrit qutusunun içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, evindən və üzərindən aşkar edilmiş marixuananı təxminən 20 gün əvvəl Ucar rayon ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bağlamalar, kibrit qutusu, üzərində “Louis Vuitton” yazısı olan qutu, elektron tərəzi və 01 ədəd riyaziyyat dəftəri müvafiq qaydada qablaşdırılıb götürülmüş və evə baxış keçirilmişdir. Lakin qeyd olunan əşyalardan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bununla da baxış sona çatmış, baxış iştirakçıları evdən həyətə çıxdıqda, baxışda iştirak edən vəkil X11 İsgəndərova aşkar edilmiş marixuananı hansı məqsədlə alıb evində saxlaması, qeyd olunan baxışdan əvvəl onun hər hansı bir şəxslə evə gəlib baxış keçirilib-keçirilməməsi, aşkar olunmuş barədə sualına Təqsirləndirilən şəxs evindən aşkar edilmiş marixuananı öz istifadəsi üçün alıb evində saxladığını, satışı ilə məşğul olmadığını, bundan öncə hər hansı bir şəxslə evində baxış keçirilmədiyini bildirmişdir. Orada təhqiqatçının evdə marixuana saxlaması barədə arvadı və ya digər ailə üzvlərinin məlumatı olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs evdə marixuana saxlaması barədə arvadı və digər ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və baxışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilərək, evdə baxış keçirmə və götürmə aparılması başa çatmışdır. Videoçəkiliş onun tərəfindən aparıldığı üçün özü görüntüdə əks olunmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, 12-ci PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əldə olunsa da, Təqsirləndirilən şəxs saxlanılıb barəsində araşdırma aparıldığı dövrdə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı məşğul olması faktı təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, məlumat əsasında təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılan zaman polis əməkdaşları özlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərək üzərinə baxış keçirilib. Baxış keçirilən zaman təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə marixuana,mobil telefon və kartlar aşkar edilib. Baxış keçirildikdən sonra təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu deyib. Daha sonra evə baxış keçirilən zaman pilləkənin altında olan saxlanc yerindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayon ərazisində saxlanılan zaman ona qarşı heç bir fiziki təzyiq olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, onun baş vermiş hadisələr barəsində məlumatı olmamışdır. Yoldaşı əli qandallı bir şəkildə 11-12 radələrində evə 5 nəfər mülki geyimli polis əməkdaşı ilə birgə gəlmişdir. Evə baxış keçirilən zaman narkotik vasitəsi aşkar edilib. Yoldaşı narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polislər evə girən zaman özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Evdə videoçəkiliş aparılan zaman narkotik vasitə tapılmışdır. Narkotik tapılan zaman sellofanda olmuşdur. Narkotik vasitə tapıldıqdan sonra yoldaşı istifadəçisi olduğunu bildirmişdir. Evdə narkotik vasitənin olduğunu polis əməkdaşları gəlib axtarış etdikdən sonra bilmişdir. İbtidai istintaq zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla 2021-ci ildə ailə həyatı qurmuş, lakin işlərinin çox olması səbəbindən nikahlarını rəsmiləşdirə bilməmişdirlər. 15 yanvar 2023-cü ildə birgə nikahlarından oğlu Ömər dünyaya gəlmişdir. 03 mart 2023-cü ildə nikahlarını rəsmiləşdirmişdirlər, Novruzun atalığı müəyyən edilib, övladlarına doğum haqqında şəhadətnamə almışdırlar. Novruz və övladı Ömərlə birlikdə ünvan 4 ünvanında yaşayır. 14 noyabr 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs, dörd nəfər mülki geyimdə olmuş şəxslərlə evə gəlmiş, həmin şəxslərdən biri 3 nəfərin polis əməkdaşları, 1 nəfərin isə vəkil olduğunu, Novruzun hüquqlarını müdafiə etdiyini demişdir. Onun iştirakı ilə özünü təhqiqatçı kimi təqdim etmiş polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, yaşadıqları ünvan 4 ünvanında baxış keçiriləcəyi bildirilmiş, evdə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif olunmuşdur. Novruz baxış iştirakçıları ilə birlikdə evə daxil olmuş, evin birinci mərtəbəsində yerləşən pilləkənin altında saxlanc yeri kimi istifadə edilən yerdən qara rəngli parça materialdan hazırlanmış torbanı və üzərində “Louis Vuitton” yazısı olan qutunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torba və qutu götürülüb ilk növbədə torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisindən 02 (iki) ədəd sellofan bağlama, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd dəftər aşkar edilmişdir. Daha sonra üzərində “Louis Vuitton” yazısı olan qutunun içərisinə baxış keçirdikdə qutunun içərisindən 02 (iki) ədəd sellofan bağlamalar, sellofan bağlamaların birinin içərisindən 01 (bir) ədəd kibrit qutusu aşkar edilmişdir. Sellofan bağlamaların, kibrit qutusunun içərisində olan maddənin tərkibi barədə təhqiqatçı tərəfindən Novruza sual verildikdə, Novruz həmin bağlamalarda və kibrit qutusunun içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, evdən və üzərindən aşkar edilmiş marixuananı 20 gün əvvəl Ucar rayon ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bağlamalar, kibrit qutusu, üzərində “Louis Vuitton” yazısı olan qutu, elektron tərəzi və 01 ədəd riyaziyyat dəftəri müvafiq qaydada qablaşdırılıb götürülmüş və evə baxış keçirilmişdir. Lakin qeyd olunan əşyalardan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bununla da baxış sona çatmış, baxış iştirakçıları evdən həyətə çıxdıqda, baxışda iştirak edən vəkilin Novruza aşkar edilmiş marixuananı hansı məqsədlə alıb evdə saxlaması, qeyd olunan baxışdan əvvəl onun hər hansı bir şəxslə evə gəlib baxış keçirilib-keçirilməməsi barədə sualına Novruz evdən aşkar edilmiş marixuananı öz istifadəsi üçün alıb evdə saxladığını, satışı ilə məşğul olmadığını, bundan öncə hər hansı bir şəxslə evində baxış keçirilmədiyini bildirmişdir. Şəxsən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və evdən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Novruzun hansı tarixdə, kimdən əldə etməsi və evdə saxlaması barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü optik diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı 300 manata öz istifadəsi üçün Ucar rayon ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilmiş müvafiq qaydada qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet olmadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsi, içərisində siqaret olan 01 ədəd siqaret qutusu, 01 ədəd kartları saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli portmane, portmaneyə baxış keçirdikdə içərisindən bank kartları, 01 ədəd “Umico bonus” kartı, 01 ədəd reklam kağızı, 02 ədəd üzərində “Bakı kart” sözləri yazılmış ictimai nəqliyyat vasitələrində ödəniş kartı, 01 ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ev qapısının açarı, müxtəlif əskinazlarda cəmi 130 manat pul, arxa sol cibindən 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Poco” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonun daxilində ***-***-**-**, “Poco” markalı mobil telefonun daxilində ***-***-**-** mobil nömrələrin olduğunu bildirmişdir. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulumuş marixuananın çəkisi elektron tərəzidə çəkilərək 80 qram olması müəyyən edilmişdir. Axtarış zamanı aşkar edilmiş sellofan paket, şəxsiyyət vəsiqəsi, 04 (dörd) ədəd bank kartları, 02 (iki) ədəd mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 01 (bir) ədəd ev açarı, 01 (bir) ədəd “Umico bonus” kartı, üzərində “Bakı Kart” yazılmış 02 (iki) ədəd kartlar, 01 (bir) ədəd reklam kartı, 01 (bir) ədəd vətən müharibəsi iştirakçısı olmasını təsdiq edən vəsiqə və 130 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb-saxlamaması barədə verilmiş suala, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını və evində axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər iştirakçılar tərəfindən doğruluğu imza ilə təsdiq edilmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü optik diskdən) görünür ki, Təqsirləndirilən şəxs baxış iştirakçıları ilə birlikdə yaşadığı evə daxil olmuş, Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən pilləkənin altında saxlanc yeri kimi istifadə edilən yerdən qara rəngli parça materialdan hazırlanmış torbanı və üzərində “Louis Vuitton” yazısı olan qutunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torba və qutu götürülüb ilk növbədə torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisindən 02 (iki) ədəd sellofan bağlama, 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd dəftər aşkar edilmişdir. Daha sonra üzərində “Louis Vuitton” yazısı olan qutunun içərisinə baxış keçirilmiş, qutunun içərisindən 02 (iki) ədəd sellofan bağlamaların, sellofan bağlamaların birinin içərisindən 01 (bir) ədəd kibrit qutusu aşkar edilmişdir. Sellofan bağlamaların, kibrit qutusunun içərisində olan maddənin tərkibi barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs həmin bağlamalarda və kibrit qutusunun içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, evindən və üzərindən aşkar edilmiş marixuananı 20 gün əvvəl Ucar rayon ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bağlamalar, kibrit qutusu, üzərində “Louis Vuitton” yazısı olan qutu, elektron tərəzi və 01 ədəd riyaziyyat dəftəri müvafiq qaydada qablaşdırılıb götürülmüş, sonra evə baxış keçirilmiş, lakin qeyd olunan əşyalardan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Baxışda iştirak edən vəkil X11 İsgəndərova aşkar edilmiş marixuananı hansı məqsədlə alıb evində saxlaması, qeyd olunan baxışdan əvvəl onun hər hansı bir şəxslə evə gəlib baxış keçirilibkeçirilməməsi, aşkar olunmuş barədə sualına Təqsirləndirilən şəxs evindən aşkar edilmiş marixuananı öz istifadəsi üçün alıb evində saxladığını, satışı ilə məşğul olmadığını, bundan öncə hər hansı bir şəxslə evində baxış keçirilmədiyini, təhqiqatçının evində marixuana saxlaması barədə arvadı və ya digər ailə üzvlərinin məlumatı olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs evdə marixuana saxlaması barədə arvadı və digər ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Evə-mənzilə baxış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 14 noyabr 2023-cü il tarixli 3-16-16/2-7/1559 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 75,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan qara rəngli torbadakı 04 (dörd) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 110,0 qram, 375,0 qram, 825,0 qram, 665,0 qram və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 0,88 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 2050,88 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan polietelen bağlamadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 2050,33 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi saxlanmasından ötrü Sabunçu RPİnin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 7529 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “POCO” markalı, bir ədəd “Samsung” markalı mobil telefonlar, bir ədəd qara rəngli portmane, bank kartları və bir ədəd 14 vərəqəli riyaziyyat dəftəri təqsirləndirilən şəxsin özünə qəbz əsasında təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə (evə-mənzilə) şəxsi axtarış (baxışgötürmə) keçirilmişdir. Axtarışın (baxış-götürmə) nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma zamanı (müdafiəçinin iştirakı ilə) verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 7529 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular vermiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin məktubundan göründür ki, təqsirləndirilən şəxs verdiyi izahat zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini və xəsarət yetirilmədiyini bildirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai araşrıma zamanı 2 gün müddətində tutularaq saxlanılmış, sonra isə onun barəsində həbslə əlqadar olmaya qətimkan tədbiri seçilmişdir. Bundan sonra isə azadlıqda olmasına baxmayaraq, təqsirləndirilən şəxs ibtidai araşrıma zamanı polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki və ya psixoloji təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir quruma şikayət - müraciət ünvanlamamışdır. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (evə-mənzilə) qoyulduğu, polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə icraata 03 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü (CM-nin 73.2) maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. İş materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 2 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, evli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçı olmasını, gənc olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını - 2050,88 qram), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə isə tutulmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün müddətində tutularaq saxlanılmışdır. Bundan sonra isə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə isə o, tutularaq həbs edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə Sabunçu RPİnin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2050,33 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd optik disk (DVD), məhkəmə ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 01 ədəd optik disk (DVD-R) və mobil operatorlardan ("xxxx" MMC, Bakcell MMC) təqdim edilmiş məlumatları özündə əks etdirən 02 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “POCO” markalı, bir ədəd “Samsung” markalı mobil telefonların, bir ədəd qara rəngli portmanenin, bank kartlarının və bir ədəd 14 vərəqli riyaziyyat dəftərinin təqsirləndirilən şəxsin özünə qəbz əsasında təhvil verilməsi (qaytarılması) nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2050,33 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə (mənzilə) axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), məhkəmə ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 01 ədəd optik disk (DVD-R) və mobil operatorlardan ("xxxx" MMC, Bakcell MMC) təqdim edilmiş məlumatları özündə əks etdirən 02 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus bir ədəd “POCO” markalı, bir ədəd “Samsung” markalı mobil telefonların, bir ədəd qara rəngli portmanenin, bank kartlarının və dəftərin təqsirləndirilən şəxsin özünə qəbz əsasında təhvil verilməsi (qaytarılması) nəzərə alınsın. İş üzrə ekspertiza xərci 178 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1527/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1527/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver