Məhkəmə qərarları › İş №1(101)-1527/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1527/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1527/2025 17.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:55-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,247 qram təşkil edən narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 1 saylı ünvanının qarşısında saxlanılıb ünvan 2rləşən 8-ci PB-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:05-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,247 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 13 fevral tarixində, saat beş radələrində yol ilə gedərkən onu tutaraq Səbail Rayon Polis İdarəsinə aparmışlar və polis idarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun cibini axtararkən iki ədəd siqaret qutusu çıxmış, siqaretlərdən biri onun özünə məxsus olmuş və bilmədiyi digər qutunun içindən torpağa oxşayan “kakos” adlı nə isə çıxmışdır. Bundan sonra onu Maştağaya göndərmişlər və qanından “patı” deyilən metamfetamin çıxmışdır. O, çəkiliş vaxtı təzyiqlər olduğundan polis əməkdaşlarının bildirdiklərini demişdir. Həmin vaxt rəis seyfi açaraq “ya narkotiki üzərinə götürəcəksən, ya da seyfdə olanların hamısını sənə yükləyəcəm” demişdir. Polisin ona olan təzyiqlərinin səbəbini bilməmişdir. Polisdən nəyə görə onu saxladıqlarını soruşmuş, lakin səbəbini ona deməmişlər. O, narkotik vasitələrin istifadəçisi olmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir neçə ildir narkotik vasitə heroindən istifadə edir. Təxminən 3-4 gün öncə “Tik-tok” sosial şəbəkəsində bir nəfər tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı “Farib” adlı şəxs kimi təqdim edən ona mesaj yazaraq təxmini 3 qram narkotik vasitə heroinin əvvəlcədən qoyulacağı yeri bildirəcəyini və onu əldə etdikdən sonra 1 qramı 45 manata, yəni ümumilikdə 135 manat pulu daha sonra ona göndərəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə həmin şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” şəbəkəsindən zəng edib narkotik vasitənin qoyulacağı yeri bildirmiş və həmin yeri məkan bildirişi kimi göndərmişdir. Bundan sonra tanışı Şahid3 ilə qeyd olunan ünvana, yəni ünvan 3arədə nə isə deməmişdir. Həmin gün saat 17:30 radələrində qeyd etdiyi ünvanda olan zaman bildirişdə göstərildiyi kimi yerdə dəmir qutunun içərisində bir ədəd göy rəngli “Sobranie” adlı siqaret qutusu olduğunu görüb onu götürüb və içərisinə baxanda bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olmasını görmüşdür. Oradan uzaqlaşmaq istəyəndə dörd nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirib onları sorğu-sual etməyə başlamışlar. Bundan sonra həmin şəxslər onları Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət etmişlər və onlara etiraz etmədən polis bölməsinə getmişlər. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli “Sobranie” adlı siqaret qutusunu və həmin gödəkçənin sol cibindən isə özünə məxsus “Samsung A04” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş həmin büküm müvafiq ekspert rəyi alınması üçün qablaşdırılmışdır. Daha sonra iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Ona məxsus “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür. Həmin maddəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 1 saylı ünvanda əvvəlcə qoyulduğu yerdən şəxsi istifadə üçün əldə etmiş və həmin narkotik vasitəni əldə etmək üçün hər hansı məbləğ pul verməmişdir. Qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir (İ cild, səh. 87-89). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Maliki 10-15 il olar tanımış və Maliklə birlikdə tikintidə beton tökmə işində işləmişdir. İşdən çıxdıqları gün Malik paltarlarının qaldığını bildirərək götürmək istəyəndə polis əməkdaşları onlara yaxınlaşaraq bölməyə aparmışlar. Onları saxlayan polis əməkdaşlarını tanımamışlar, polislər oğurluq olduğunu, şübhəli olduqlarını, əl-barmaq izlərinin götürüləcəyini və bu halı araşdırdıqlarını bildirmişlər. Malik yuxarıda, o isə aşağıda müvəqqəti saxlama yerində saxlanılmışdır. Malik gətirildikdən sonra onu yuxarı aparmışlar, yuxarıda cibinə büküm qoyaraq ona aid olduğunu demişlər və o da həmin bükümün ona məxsus olduğunu demişdir. Barmaq izləri götürüləndən sonra “narkotik sənindir” demişlər, etiraz edəndə isə döyməyə başlamışlar. Polisə aparılanda hər ikisinin qolunu bağlamışlar və üzərlərini yoxlamamışlar. Onların hər ikisini eyni yerə salmışlar və bir saat saxladıqdan sonra tək-tək yuxarı qaldırmışlar. Həmin müddət ərzində onların əlləri açıq olmuş və sərbəst hərəkət etmişlər. O, Malikin haradansa nə isə götürməsini heç bir vaxt görməmişdir. Malikin telefonunda olan fotolardan onun məlumatı olmamışdır. O, Malikin üzərinə şəxsi axtarış keçiriləndə heç bir şey görməmiş və Malikin narkotik istifadəçisi olmasını bilməmişdir. Malikin qışqırıq səsi gəlmiş, lakin Malikə olan zorakılığı görməmişdir. Polisin onlarla hansısa qərəzi olmasını bilməmişdir. O, narkotik istifadəçisi olmamış, çox əvvəllər 3-4 ay narkotik istifadə etmişdir. O, iki sutka saxlanıldıqdan sonra buraxılmışdır. Üzərində xəsarət izləri olmuş və buraxılandan sonra bununla bağlı heç bir yerə şikayət etməmişdir. 6.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir neçə ildir narkotik vasitədən istifadə edir. xx.xx.2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs onunla birgə bir yerə gedib-gəlməyi təklif edtmiş və onunla razılaşmışdır. Bundan sonra birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 1 saylı ünvana getmişlər. Orada Malik yerdən nəsə götürüb cibinə qoymuşdur. Həmin gün saat 17:30 radələrində oradan uzaqlaşmaq istəyəndə dörd nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirib onları sorğu-sual etməyə başlamışlar. Bundan sonra həmin şəxslər onları Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət etmişlər və onlara etiraz etmədən polis bölməsinə getmişlər. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümə baxış keçirilən zaman qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş həmin büküm müvafiq ekspert rəyi alınması üçün qablaşdırılmışdır. Daha sonra iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata əldə etmişdir. Qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Qeyd olunan ünvana gedən zaman Malik ona oraya hansı məqsədlə getdiyini, oradan narkotik vasitə götürəcəyini deməmiş və həmin narkotik vasitə ilə bağlı hər hansı bir razılıqları olmamışdır. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir (İ cild, səh. 99-101). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ona daxil olmuş məlumat əsasında 17 fevral 2025-ci il tarixində, saat 17:20 radələrində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxs Əhəd Yaqubov küçəsi 1 ünvanında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında İlham adlı şəxs olmuş və hər iki şəxs idarəyə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və çəkilişlə şəxsi axtarış aparılmışdır. Polis bölməsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən maddəni və sol cibindən mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim edilən kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər, onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş və şəxsə qarşı hansısa təzyiqin şahidi olmamışdır. Təqsirləndirilən şəxs bölmə rəisinin qəbulunda olmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs istifadəçi olması barədə olmuşdur. Narkotikin çəkisində fərqin olması ilə bağlı təkrar heç bir çəkiliş aparılmamışdır. Şəxsin özü İran vətəndaşı ilə danışıb məkana gəlmiş və onlar tərəfindən daha artıq çəki veriləcəyi ilə bağlı şəxsə heç bir təzyiq olmamışdır. Şahid3 da narkotik aşkar edilmiş, lakin hadisə yerinə nə üçün gəldiyini bilməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Səbail RPİnin 8-ci PB-nə “Malik” adlı şəxsin narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar, rəhbərliyi ilə Səbail RPİ-nin 8-ci PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, həmin Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və “Malik” adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmışdır. Bundan sonra xx.xx.2025- ci il tarixdə, saat 17:23 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 1 saylı ünvanın qarşısında zahiri əlamətləri Malik adlı şəxslə oxşar olan şəxsin yanında başqa bir nəfər kişi cinsli şəxslə hərəkət etdiyini görüb onlara yaxınlaşmış, Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərməklə özlərini təqdim edib onlardan şəxiyyətləri barədə məlumat vermələrini izah etdikdən sonra saxlanılan şəxslər Təqsirləndirilən şəxs və digər şəxs isə Şahid3 olduğunu bildirmişlər. Həmin şəxsləri Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət etmiş və həmin şəxslər etiraz etmədən birlikdə həmin polis bölməsinə getmişlər. Orada saxlanılan şəxslərdən birinin xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və digər şəxsin isə xx.xx.1982-ci il təvəllüdlü Şahid3 olmaları müəyyən edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu və həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaret qutusuna baxış zamanı içərisində 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə həmin kütlə və 01 ədəd mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Bundan sonra tərəflərindən saxlanılmış şəxs Şahid3 üzərinə xidməti iş otaqlarının birində dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şahid3 üzərinə şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Şahid3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs və Şahid3 saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman onlara qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir (İ cild, səh. 139-141). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında təxminən fevral ayında İlham və Maliki polis bölməsinə dəvət etmişlər. Hər ikisinin cibindən qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Şəxs aşkar edilmiş kütlənin heroin olduğunu və onun üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış çəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs satışla məşğul olması barədə heç bir məlumat aşkar edilməmişdir. Saxlanılan zaman üzərində qanunsuz əşya olmaması və əməliyyatın rəisinin seyfindən yüksək miqdarda narkotik çıxararaq təzyiqlər etməsi barədə təqsirləndirilən şəxsin dedikləri yalandır. Heç bir çəkiliş təkrarlanmamış, üzərində narkotikin az olması və buna görə çəkilişin təkrarlanması barədə təqsirləndirilən şəxsin dedikləri həqiqəti əks etdirmir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 142-144). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Malik adlı şəxsin barəsində Şahid1 əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Daha sonra Ə.Yaqubov küçəsi 1 ünvanında iki nəfər şəxsə yaxınlaşaraq özlərini onlara təqdim edib bölməyə dəvət etmişlər. Bölmədə üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Əməliyyatın keçirildiyi vaxt çəkilişləri hadisə yerində etmədiklərindən çəkiliş bölmədə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış çəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs narkotiki İran vətəndaşından əldə etdiyini bildirmişdir. Saxlanılan zaman üzərində qanunsuz əşya olmaması və əməliyyatın rəisinin seyfindən yüksək miqdarda narkotik çıxarıb təzyiqlər etməsi barədə şəxsin dedikləri yalandır. O, videoçəkiliş aparılan ana kimi daim şəxsin yanında olmuş və şəxsi axtarış zamanı çəkiliş təkrarlanmamışdır. Şahid3 da narkotik vasitə aşkar edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli 6/672 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,247 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş maddə bir bükümdə olduğundan müqayisəli tədqiqat aparılmadı (İ cild, səh. 37-41). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 barədə 10 iyun 2025-ci il tarixli, 3409 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 166-167). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2025-ci il tarixli protokoldan və həmin hərəkətin video-görüntülərini özündə əks etdirən CD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu və sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxış keçirilərkən içərisindən bir ədəd şəffaf sellofana bükülü halda tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasiti heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra həmin kütlələr qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 29-30). 15.«Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə» 01 may 2025-ci il tarixli protokoldan görünür ki, çəkilişlər xidməti otaqların birində aparılmış və çəkilişdə bir nəfər kişi cinsli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması görünmüşdür. Üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu və həmin gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsin üzərinə fiziki axtarış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Şəxsin təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində bir ədəd şəffaf sellofanda qəhvəyi rəngli, tozşəkilli narkotik vasiti heroniə bənzər kütlə olan büküm olması müəyyən edilmişdir. Şəxsin təqdim etdiyi büküm və mobil telefon başqa zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 147). 16.«Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında» 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A04” markalı mobil telefon aparatına baxış keçirilmiş, telefon aparatının proqram təminatına baxış keçirilən zaman yaddaşda “Whatsapp” adlı proqram olması müəyyən edilmiş, həmin proqrama daxil olduqda “Farib” adlı kontaktla ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib-qəbul edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin əvvəlcədən qoyulduğu yerin şəkillərinin göndərilməsi, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması müəyyən olunmuşdur (İ cild, səh. 115-125). 17.«Maddi sübut tanıma haqqında» 30 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,247 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, tədqiqat keçirildikdən sonra qalıq qalmış 2,197 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı mobil telefon saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanma yerinə təhvil verilmişdir (İ cild, səh. 151). 18.«Sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında» 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd CD disk maddi sübut hesab edilmiş və iş materiallarına tikilməsi nəzərə alınmışdır (İ cild, səh. 169-149). 19.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 14 fevral 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə gətirilən zaman üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, xəsarət izləri aşkar edilməmişdir. 21.«Şübhəli şəxsin tutulması haqqında» 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 21). 22.«Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə saxlanıldığı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 111-112). 23.Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 1(101)-1527/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri 24 iyul 2025-ci il tarixdə ləğv edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilmişdir 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir (İ cild, səh. 133-134). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 28.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 29.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 30.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 35.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 36.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 14 fevral 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə gətirilən zaman üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. 38.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 39.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 40.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 42.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 43.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 44.Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid3 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə verməsi istisna olunmur. Şahid3 həmin ifadəsi iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 49.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 51.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 52.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 24 iyul 2025-ci il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,197 qram çəkidə narkotik vasitə heroinnın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,197 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar