Məhkəmə qərarları › İş №1(101)-1528/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1528/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1528/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 7-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 2 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofanda təmiz çəkilsi 1,002 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış,həmin gün saat 19:40-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofanda təmiz çəkilsi 1,002 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 mart 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd şəffaf selofanda 2,017 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,047 qram və 0, 38 qram ümumi təmiz çəkisi 0,162 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib qəhvəyi rəngli pul kisəsinə yerləşdirməklə əynində olan göy cins şalvarın sağ yan cibinə qoyaraq, özü ilə daşımış, həmin gün saat 14 radələrində ünvan 2 ünvanının yaxınlığında satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin yarısını bölməklə 1,012 qramım ayıraraq siqaretin gümüşü kağızma büküb tanışı Şahid1 10 manat müqabilində satmış, həmin gün saat 16 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindəki qəhvəyi rəngli pul kisəsindən 01 ədəd bükümdə təmiz çəkisi 1,005 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,047 qram və 0,038 qram ümumi təmiz çəkisi 0,162 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 12 mart tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə aldığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır, lakin azadlığa buraxılmışdır. 28 mart tarixdə isə o və Şahid1 Kubinka adlanan ərazidə narkotik vasitə almışlar. Aldıqları narkotik vasitəni aralarında bölüşdürən zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar və polis bölməsinə aparılmışlar, orada üzərilərinə şəxsi axtarış keçirilmişdir. Elvin ona zəng etmiş və ağrıdığını deyəndə, o da ona narkotik vasitə almağa getdiyini, istəyirsə birgə gedə biləcəklərini bildirmişdir və onlar birgə narkotik vasitə heroin almışlar. Yolda bölüşdürmüşlər, bundan sonra isə tutulmuşlar. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid3 iştirak etmişdir. 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, ona özlərini təqdim edib, onu 26-cı Polis bölməsinə dəvət etdilər. 26-cı Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsı saxlayanda onun yanında başqa şəxs yox imiş, Elmar tutulanda onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid5 iştirak etmişdir. 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, barəsində əməliyyat məlumatının daxil olduğunu bildirib, onu 26-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o özü narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs onun tanışıdır, onunla birlikdə işləmişlər, o maşın təkəri qaraltmaqla məşğul olurmuş, Elmar isə “stayanşik” idi. Elmarı hadisə günü, 28 mart 2022-ci il tarixdə Zərgərpalan küçəsində yolda görmüş, ona 10 manat pulu olduğunu bildirmiş və həmin pula narkotik almaq istədiyini demişdir. Elmarla birlikdə Kubinka deyilən yerə getmişlər, ora çatanda o özünə məxsus 10 manatı Elmara vermişdir, o da öz pulunu üstünə qoyub özləri üçün narkotik vasitə almışdır. Həmin yerə ikisi birlikdə getmişlər, Elmarın narkotik alacağı şəxsi o tanımırmış. Narkotik vasitə aldıqdan sonra Elmarla məhəlləyə qayıtmışlar, orada narkotik vasitəni tən ortadan bölmüşlər, daha sonra isə polis əməkdaşları onları tutmuşdur. Elmar ona narkotik vasitə satmamışdır, onlar birlikdə pul qoyub narkotik almışlar, Elmarda narkotik yox imiş. 10 manatı Elmara ona görə vermişdir ki, onun narkotik aldığı şəxsi tanımırmış. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 28 mart 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən 50 manat qarşılığında bir ədəd şəffaf selofanda narkotik vasitə heroini və 4 ədəd bükümlərdə psixatrop maddə metamfetamini almış və istifadə etmək üçün qəhvəyi rəngli pul kisəsinin içərisinə yerləşdirib əynində olan göy rəngli cins şalvarımın sağ yan cibində gizlətmişdir. Həmin gün onun tanışı Şahid1 ilə yaşadığı məhlədə rastlaşmış, Elvin ondan narkotik vasitə istədiyi üçün şəffaf selofana bükülmüş narkotik vasitə heroini iki yerə bölməklə iki büküm edib bir bükümünü Elvinə 10 manata satmışdır. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxslə yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadəsindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o Yasamal rayonu Zərgərpalan küçəsi və digər küçələrdə qoyulmuş zibil qutularından yığdığı plastmas qabları aparıb qəbul məntəqələrinə verməklə gündəlik maddi ehtiyaclarını ödəyir. Bir neçə vaxtdır ki, narkotik vasitələrdən istifadə edir.Hər dəfə tanımadığı şəxslərdən şəhərin müxtəlif yerlərindən alır. Təqsirləndirilən şəxs də elə həmin Zərgərpalan küçəsindən tanıyır və narkotik vasitə istifadə etdiyini gördüyü üçün bilir. 28 mart 2022-ci il tarixdə ona narkotik vasitə lazım olduğu üçün Elmara müraciət etmiş və həmin gün saat 14 radələrində Elmar üzərində olan qəhvəyi rəngli pul kisəsinin ağzını açmaqıla ordan çıxardığı 01 ədəd bükümdə olan şəffaf selofana bükülmüş narkotik vasitə olan heroini iki yerə bölmüş və yarısını siqaretin gümüşü kağızma boşaltmaqla ona 10 manata satmışdır.Həmin gün Elmarla bir yerdə bir-iki saat vaxt keçirmiş, sonradan getmək istəyən vaxtı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 26-cı polis bölməsinə getməyi təklif etmişlər. O polislərlə 26-cı PB-nə getmiş və bölmədə olan zaman üzərində olan narkotik vasitə hesab edilən heroini təqdim edib Elmardan aldığını bildirmişdir . Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında Yasamal RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Cavid Əhmədov tərəfindən üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:50-də Yasamal RPİ-nin 26-cı PB nzibati binasında xidiməti iş otaqlarından birində 26-cı PB-nin təhqiqatçısı Rüfət Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümü tqdim edərək,həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirərək, həmin maddəni 12 mart 2022-ci il tarixdə saat 16:00 radələrində Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən aldığını və üzərində saxlamışdır ki,istifadə etsin. 12 mart 2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur.Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılmış və DİN-in «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi,iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:20-də Yasamal RPİ-nin 26-cı PB nzibati binasında xidiməti iş otaqlarından birində 26-cı PB-nin təhqiqatçısıRoman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli portmanatı təqdim edərək həmin portmanatın içərisindən üç ədəd siqaretin sarı rənglim kağızlarına bükülmüş bükümdə metamfetamin,bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş bükümüniçərisində heroin olduğunu bildirərək, həmin maddələri 28 mart 2022-ci il tarixdə saat 11:00 radələrində Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxəsdən ümumilikdə 50 manaata almış v süzərində saxlamışdır ki,istifadə etsin.28 mart 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cıPB-nə gətirildiyini bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd siqaretin sarı kağızma və bir ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə ağ rəngli kroistal formada psixatrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur.Aşkar olunmuş bükümlərdə olan maddələr portmanatla cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və DİN-in «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi,iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Cinayət işində olan kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2539 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir.Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1451 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün № 48” dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs»sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,002 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd:Heroinin ümumi təmiz çəkisi- 1,002 qram,tədqiqata sərf edildi -0,05 qram,qalıq- 0,952 qram. (ekspertiza tədqiqatın dəyəri 65 manat) Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1687 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün № 170” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .. .»sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,005 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün № 170” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...»sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,047 qram, 0,038 qram ümumi təmiz çəkisi 0,162 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi- 1,005 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,955 qram, metamfetaminin ümumi təmiz çəkisi-0,162 qram,tədqiqata sərf edildi-0,08 qram,qalıq-0,082 qram. (ekspertiza tədqiqatın dəyəri 65 manat) Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə təyin edilmiş məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1688 №-li rəyinin surətindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün № 170” dairəvi möhür əksi olan, «Zərfin içərisində narkotik vasitəyə bənzər maddə» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd.Heroinin ümumi təmiz çəkisi-1,012qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq- 0,962 qram. Cinayət işində olan məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1879№-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65» dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində «6/1687... 29 mart 2022-ci il ...» sözləri qeyd edilmiş» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,955 qram olan heroin ilə üzərində «6/1688...29 mart 2022-ci il...» sözləri qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,962 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,022 qram, 0,015 qram, 0,027 qram, 018 qram ümumi təmiz çəkisi 0,082 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd. Heroinin ümumi təmiz çəkisi-0,955 qram, tədqiqata sərf edildi -0,04 qram, qalıq-0,915 qram. Heroinin ümumi təmiz çəkisi-0,962 qram, tədqiqata sərf edildi -0,04 qram, qalıq- 0,922 qram, metamfetaminin ümumi təmiz çəkisi-0,082 qram,tədqiqata sərf edildi-0,04 qram,qalıq-0,042 qram (ekspertiza tədqiqatın dəyəri 65 manat) Cinayət işində olan “şəxsi axtarış və götürmənin” gedişatını özündə əks etdirən video görüntülər olan bir ədəd “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 21:50-də Yasamal RPİ-nin 26-cı PB nzibati binasında xidiməti iş otaqlarından birində 26-cı PB-nin təhqiqatçısı Rüfət Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır.Həmin zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümü tqdim edir, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu,həmin maddəni 12 mart 2022-ci il tarixdə saat 16:00 radələrində Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən alaraq üzərində saxlayıb istifadə etmək istədiyini, 12 mart 2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ- nin 26-cı PB-nə gətirildiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunur.Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılır və DİN-in «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənir.Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi,iştirakçılar və təhqiqatçı tərəfindən imzalanır. Cinayət işində olan “şəxsi axtarış və götürmənin” gedişatını özündə əks etdirən video görüntülər olan bir ədəd “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, 28 mart 2022-ci il tarixdə saat 17:20-də Yasamal RPİ-nin 26-cı PB nzibati binasında xidiməti iş otaqlarından birində 26-cı PB-nin təhqiqatçısı Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış aparılır, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli portmanatı təqdim edərək həmin portmanatın içərisindən üç ədəd siqaretin sarı rəngli kağızlarına bükülmüş bükümdə metamfetamin,bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə metamfctamin və bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində heroin olduğunu bildirərək, həmin maddələri 28 mart 2022-ci il tarixdə saat 11:00 radələrində Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxəsdən ümumilikdə 50 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirir.28 mart 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin26-cıPB-nə gətirildiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd siqaretin sarı kağızına və bir ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə ağ rəngli kroistal formada psixatrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Aşkar olunmuş bükümlərdə olan maddələr portmanatla cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır və DİN-in «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi,iştirakçılar və təhqiqatçı tərəfindən imzalanır. Cinayət işində olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2022- ci il tarixli 3736 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimıılyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri,Yasamal rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli qərari qanuni hesab edilmişdir. Cinayət işində olan Bakı şəhəri,Yasamal rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ilə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş 12 mart 2022-ci il tarixli qərari qanuni hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru Rüfət Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2022-ci ci il tarixdə Yasamal RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Cavid Əhmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Yasamal rayon prokuroruna müraciət edilmişdir.Vəsatət Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən təmin olunmadığından Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2022-ci tarixdə Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq qalmış 0,915 qram narkotik vasitə olan heroin,0,922 qram narkotik vasitə olan heroin və 0,042 qram psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid1 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 0,962 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən iki ədəd DVD modelli disklər,"xxxx" MMC-dən daxil olmuş bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195 (yüz doxsan beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (atı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixindən 14 mart 202-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195 (yüz doxsan beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq qalmış 0,915 qram narkotik vasitə olan heroin,0,922 qram narkotik vasitə olan heroin və 0,042 qram psixatrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid1 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 0,962 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən iki ədəd DVD disklər, "xxxx" MMCdən daxil olmuş bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar