Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1528/2023 10.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X13 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmasına dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 302,990 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni 11,280 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 18 noyabr 2022-ci il tarixdə, saat 18:10da Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,412 qram qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin aşkar edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evdən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 270,702 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd dəmir qutuda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,435 qram, 15,105 qram və 0,095 qram olmaqla, ümumi təmiz çəkisi 29,635 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 11,228 qram olmaqla, ümumi təmiz çəkisi 11,280 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd eynək qabında olan bir ədəd bükümdə təmiz çəkisi 0,241 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında keçirilən dinləmələr zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (Cild 1, iş vərəqəsi 6) görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Suad Mirzəyev tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli ərizədən (Cild 1, iş vərəqəsi 85) görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına müraciət edərək maddi cəhətdən imkanı olmaması səbəbindən dövlət hesabına ona vəkil təqdim edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli vəkil dəvət edilməsi haqqında qərardan (Cild 1, iş vərəqəsi 86) görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Bakı şəhəri 09 saylı Vəkil Bürosuna təhqiqat orqanı tərəfindən müraciət edilmişdir. Cinayət işinə əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli vəkil orderindən (Cild 1, iş vərəqəsi 88) görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X8 004577 saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokoldan (Cild 1, iş vərəqəsi 90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müdafiəçi qismində Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X10 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (Cild 1, iş vərəqəsi 92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçi X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 14 mart 2023-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan (Cild 2, iş vərəqəsi 70-71) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş 18 mart 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan (Cild 2, iş vərəqəsi 74) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən icraata götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə müdafiəçi seçmək hüququnun izah olunması haqqında protokoldan (Cild 2, iş vərəqəsi 89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yenidən müdafiəçi seçmək məqsədi ilə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli müdafiəçilərin siyahısının təqdim edilməsi haqqında protokoldan (Cild 2, iş vərəqəsi 91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müdafiəçi seçmək məqsədi ilə ona təqdim edilmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinin siyahısından vəkil X3 müdafiəçi qismində seçmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli ərizədən (Cild 2, iş vərəqəsi 92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müdafiəçi seçmək məqsədi ilə ona təqdim edilmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinin siyahısından vəkil X2 ona müdafiəçi qismində təyin edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan (Cild 2, iş vərəqəsi 93) görünür ki, həmin gün Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs müdafiəçisi qismində təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (Cild 2, iş vərəqəsi 97) görünür ki, həmin gün Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs müdafiəçisi qismində təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli müdafiəçinin iştirakına xitam verilməsi haqqında qərardan (Cild 2, iş vərəqəsi 98) görünür ki, həmin gün Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X6 müdafiəçi qismində iştirakına xitam verilmişdir. Qeyd edilən qərarda Təqsirləndirilən şəxs göstərilən müdafiəçidən imtina etməsi göstərilsə də, bu barədə cinayət işinin materiallarında heç bir ərizə və sair formada tərtib edilmiş sənəd yoxdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs yuxarıda göstərilən prosessual sənədlərlə bağlı suala cavab olaraq bildirmişdir ki, ona ibtidai araşdırmanın əvvəlində Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X10 müdafiəçi qismində təqdim edilsə və qeyd edilən müdafiəçi tərəfindən ibtidai araşdırma zamanı səmərəli şəkildə müdafiə olunsa da, o, göstərilən müdafiəçidən imtina etməmiş, bununla bağlı heç bir ərizə ilə ibtidai istintaq orqanına müraciət etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs müdafiə hüququ baxımından yuxarıda göstərilən prosessual sənədlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırlıq iclasında aparılmış araşdırma zamanı ibtidai araşdırma zamanı onun müdafiə hüququnun kobud şəkildə pozulması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Suad Mirzəyev tərəfindən onun seçiminə uyğun olaraq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X10 müdafiəçi qismində təqdim edilməklə sonuncu işə buraxılmış, daha sonra isə qeyd edilən müdafiəçinin iştirakı ilə iş üzrə əhəmiyyətli prosessual hərəkətlər keçirilmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ərazi aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş və göstərilən şöbənin müstəntiqi Elvin Ağayev tərəfindən cinayət işi icraata götürülmüşdür. X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi icraata götürüldükdən sonra məhkəməyə aydın olmayan səbəblərdən Təqsirləndirilən şəxs yenidən inzibati ərazi üzrə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və nəticədə onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayev müdafiəçi qismində təqdim edilməklə onun müdafiəçisi qismində işə buraxılmışdır. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayevin müdafiəçi qismində Təqsirləndirilən şəxs təqdim edilməsi özü-özlüyündə onun müdafiə hüququnu pozan hal deyil. Lakin məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yeni müdafiəçi qismində Orxan Qocayev təqdim edilsə də, ondan Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Akif Ağayevlə bağlı mövqeyi aydınlaşdırılmamış, habelə göstərilən müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi və sair formada həmin müdafiəçidən imtina etməsi barədə iradə ifadəsini əks etdirən ərizə alınmamışdır. Bunun əvəzində isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayev işə buraxılmaqla prosessual hərəkətlər keçirilmiş və daha sonra mahiyyəti üzrə baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öz seçiminə əsasən Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Akif Ağayev müdafiəçi qismində təqdim edildiyindən və qeyd edilən müdafiəçi ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin əksəriyyətində (şübhəli şəxs qismində tutma, təqsirləndirilən şəxs qismində cəlb etmə, məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak etmə, ilkin və sonraki dindirmələrlə iştirak etmə və digər) iştirak etdiyindən cinayət işinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsinə göndərildikdən sonra həmin müdafiəçi ilə bağlı onun imtinası alınmadığından, başqa sözlə, bununla bağlı onun iradə ifadəsi aydınlaşdırılmadan və imtinanın səbəbi dəqiqləşdirilmədən müdafiəçi qismində Akif Ağayevin cinayət prosesində iştirakına xitam verilməsi bilavasitə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında qeyd edilən məsələ ilə bağlı fikrini bildirərək müdafiəçi qismində Akif Ağayevdən imtina etməsi barədə ərizə ilə istintaq orqanına müraciət etmədiyini və belə bir fikrinin olmadığını bildirmişdir. Bu isə ona dəlalət edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirən müdafiəçi Akif Ağayevdən imtina etməsini əks etdirən hər hansı ərizəsini və sair formada iradə ifadəsini əsk etdirən müraciətini almadan qeyd edilən müdafiəçinin cinayət prosesində iştirakına xitam verməklə kobud qanun pozuntusuna yol vermiş, bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bundan başqa, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən vəsiqənin əsli əlavə edilməsə də, onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilmişdir. Bu hissədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin əsli cinayət işinə əlavə edilməsi zəruridir ki, həmin sənəd əsasında onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olsun. Təəssüf ki, ibtidai istintaqı həyata keçirən müstəntiq yuxarıda qeyd edilən məsələləri həll etməli olduğu halda, məhkəməyə aydın olmayan səbəblərdən bu məsələləri həll etməmiş, əksinə Təqsirləndirilən şəxs öz müdafiəçisi Akif Ağayevdən imtina etməsini əks etdirən ərizəsi olmadan qanunsuz və əsassız şəkildə həmin müdafiəçinin cinayət prosesində iştirakına xitam verməklə onun müdafiə hüququnu kobud şəkildə pozmuşdur. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri müstəntiq tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı qanun pozuntusuna yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulduğundan onun barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini və yol verilmiş kobud qanun pozuntusunun aradan qaldırılması üçün həyata keçirilməli olan prosessual hərəkətlərin keçirilməsinin tələb olunmasını, habelə təqsirləndirilən şəxsin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsasların olduğunu, eləcə də onun tərəfindən yeni cinayətlərin törədilməsi barədə real təhlükənin olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10 iyul 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 10 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.2, 303.3.1-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntunun tam şəkildə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın.
2. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.
Sədrlik edən Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov