Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1528/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2 və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilib cəzası 1 (bir) il 3 (üç) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 5 (beş) ay 15 (on beş) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş), cəzasını çəkib qurtarmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,339 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini, külli miqdarda 4,708 qram çəkidə psixotrop maddə metafetamini və təsiredici maddəsinin miqdarı 0,2 qram olan 5 ədəd xeyli miqdarda narkotik vasitə metadon həbini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 5 dekabr 2023-cü il tarixdə saat 17:05-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 18:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd göy rəngli “LD” markalı siqaret qutusunun içərisindən 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram, 0,349 qram, 0,347 qram və 0,300 qram olmaqla ümumi təmiz çəkisi 1,339 qram xeyli miqdarda narkotik vasitə heroin, 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,085 qram, 0,746 qram və 1,877 qram olmaqla ümumi təmiz çəkisi 4,708 qram olan külli miqdarda psixotrop maddə metafetamin və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 (iki) ədəd konvolyutda ümumilikdə 5 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş xeyli miqdarda narkotik vasitə metadon həbi və həmin cins şalvarın sağ yan cibindən üzərində psixotrop maddə metafetaminin izləri olan 1 ədəd psixotrop maddənin qəbulu zamanı istifadə edilən şüşə predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl “Xalqlar” metrostansiyası yaxınlığında 1 nəfər qız ilə tanış olmuş və onunla birlikdə narkotik vasitə istifadə etmişdir. 5 dekabr 2023-cü il tarixdə həmin qızla 3-4 saat bir yerdə olduqdan sonra, onunla evdən çıxmış və gəlib Xalqlarda körpünün altında düşüb işləmək üçün “8”-ci kilometr adlanan bazara getmişdir. Bazara gəldikdən sonra 40 dəqiqə keçmişdir ki, həmin qız onu yığmış və təcili başqa yerə getməli olduğunu, 1-2 gün burda olmayacağını və ona metafetamin verib getmək istədiyini bildirmişdir. O, 1 saata gələcəyini bildirdikdə həmin qız ona gec olacağını bildirmişdir. O da bu saat taksi sifariş verib gələcəyini bildirmişdir. Taksi sifariş vermiş və gəlib ünvanda düşmüşdür. Burada cibində olan pulu karta yükləmişdir. Bundan sonra mənzilə getmək üçün padyezə daxil olan zaman padyezdə tanımadığı iki şəxsi görmüş, həmin şəxslər arxasınca qaça-qaça gələrək biri kəmərindən, biri isə başından aşağı tutmuşdur. Bundan sonra sağ cibindəki telefonu götürmüşlər. Bu zaman əlində kirli paltarlarının olduğu çanta olmuş, həmin paltarları yuduzdurmaq üçün gətirmişdir. Onlar narkotik vasitənin harada olduğunu soruşmuşlar. O, narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra onu aşağı endirmişlər, bu zaman onlara məxsus “Hundai Elentra” markalı avtomobil gəlmişdir. Onun əlini qandallayıb maşına mindirmişlər. Maşında üzərini axtarmağa başlamışlar. Üzərində olan bir başa yaxın olan marixuananı, şüşədə əridilmiş az miqdarda olan metafetamini, cibində olan ətiri , kartları, telefonun adaptırını və pulları götürmüşlər. Onu BMCMİ-nə gətirmişlər. Burada 3-cü mərtəbəyə gətirib otağa aparmışlar. Orada onu soyundurub əllərində olan taxta ilə hədələməyə başlamışlar. Onlar narkotik vasitənin harada olduğunu soruşmuşlar, o isə onda narkotik vasitə olmadığını və üzərindən çıxanlardan başqa heç nəyin olmadığını onlara bildirmişdir. Onlar ən ağır təhqirlərlə onu təhqir etmişlər və əllərində olan taxta ilə 1 dəfə belindən vurmuşlar. Bundan sonra qarşısına içində narkotik vasitələr olan 1 ədəd qutu, külli miqdarda narkotik vasitə olan 1 ədəd sellofan paket və 1 ədəd silah qoymuşlar və bunların arasından birini seçməyini bildirmişlər. Onlar ona kömək kimi yalnız qutunu götürməyini və istifadəçi kimi onun barəsində cinayət işinin açılmasını bildirmişlər. O isə nə qədər onlara yalvarsa da, sonra onların dedikləri ilə razılaşmış və şəxsi axtarışda da onların dediklərini etmişdir. Üzərindən yalnız 1 baş marixuana və az miqdarda əridilmiş metafetamin olmuşdur. Həmin narkotik vasitələri tanımadığı şəxsdən 22 manata almışdır. O, baş verənlər ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Qız metafetamin vermək üçün onu çağırmışdır. Onu saat 15-17 radələrində tutmuşlar. Üzərinə şəxsi axtarış gündüz 6-7 radələrində keçirilmişdir. Ona taxta ilə bir dəfə vurmuşlar. Həmin xəsarət ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Tutulmamışdan 1-2 saat əvvəl həmin qız ilə olmuşdur. Polislərə həmin qızdan narkotik vasitə almağa gəldiyini bildirmişdir. Polislər həmin qızıda onun arxasınca gətirəcəklərini bildirmişlər. O, həmin qızla yalnız narkotik vasitə istifadə etmək üçün əlaqə saxlamışdır. Həmin qız 8-ci kilometr bazarında 3-4 ay kafedə işləmişdir. Onun 2 övladı vardır. Həmin qızla bir yerdə yaşamırdı. Bazarın yaxınlığında yerləşən günlük evlərdə qalırdı. Gündəlik qazancının yarısını ailəsinə göndərmiş, yarısıyla isə özü dolanmışdır. Ona polis idarəsində hədə gəlmişlər. Təcridxanaya daxil olan zaman onu müayinə etmişlər, orada xəsarət almadığını bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. O, Ordubaddan Bakıya gəldikdən sonra Sumqayıta getməmişdir. ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Bir neçə gün əvvəl “instagram” sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Mehti” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona 80 manat qarşılığında adlarını “kakos”, “patı” və “metadon” olaraq bildiyi narkotik vasitə və psixotrop maddələri verə biləcəyini bildirmişdir. 4 dekabr 2023-cü il tarixdə o, pulu “Mehti” adlı şəxsin kart hesabına ödədikdən sonra “Mehti” adlı şəxs narkotik vasitələri və psixotrop maddələri Sumqayıt şəhəri ərazisində yerləşdirdiyi yerdən şəkillər göndərmiş və Təqsirləndirilən şəxs həmin maddələri ordan götürmüşdür. Narkotik vasitələri və psixotrop maddələri almaqda məqsədi ancaq istifadə etmək olmuş, satmaq və ya başqa məqsədi olmamışdır. 5 dekabr 2023-cü il tarixdə saat 17:05-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddələr vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şüşəni və göy rəngli, “LD” markalı siqaret qutusunu, həmin şalvarın sol yan cibindən ağ rəngli, “LD” markalı siqaret qutusu ilə qırmızı rəngli alışqanı, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən elektrik naqilini, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 1 ədəd “realme” markalı mobil telefonla 5 ədəd plastik bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini, eləcə də həmin şalvarın arxa sol cibindən kağız pulları çıxardıb masanın üzərinə qoymaqla təqdim etdmişir. Təqdim etdiyi göy rəngli, “LD” markalı siqaret qutusuna baxış keçirilərkən həmin qutunun içərisində kağıza bükülmüş, 4 ədəd şəffaf rəngli sellofan bükümün, 3 ədəd şəffaf sellofan bükümün və şəffaf sellofana bükülmüş 5 ədəd dərman həblərinin olması aşkar edilmişdir. Həmin ağ kağıza bükülmüş 4 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edilmişdir. Daha sonra şəffaf sellofana bükülmüş 3 ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra 5 ədəd dərman həblərinə baxış keçirilmişdir. Həbin üzərində “methadone 40” yazısı olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 4 ədəd sellofan bükümün içərisində aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddələr, 3 ədəd bükümdə aşkar olunmuş psixotrop maddə metafetaminə oxşar maddələr, 5 ədəd dərman həbləri və həmin maddələrdən istifadə etmək üçün cibində saxladığı şüşə predmet hər biri ayrılıqda polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərflərdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “realme” markalı mobil telefon, 5 ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. 28 manat pulu, elektrik naqili və siqaretlə alışqan özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Sumqayıt şəhərində olarkən əldə etdiyini, bu maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Mehti” adlı şəxsdən əldə etdiyini, bunun müqabilində “Mehti" adlı şəxsə onlayn üsulla 80 manat pul göndərdiyini, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Sumqayıt şəhəri ərazisində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik maddələr olmasını və adlarını “kakos”, “patı”, “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq isə qeyd etmişdir ki, üstündən aşkar olunmuş plastik bank kartlarının 2 ədədi onun özünə məxsusdur, digər 3 ədəd plastik bank kartını isə təsadüfən küçədən tapmışdır. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır (cild 1, iş vərəqə 215-218). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 5 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən ünvan 3 ünvana gəlmişlər. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında olduğunu görüb 5 dekabr 2023-cü il tarixdə saat 17:05-də həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şüşəni və göy rəngli siqaret qutusunu, həmin şalvarın sol yan cibindən ağ rəngli siqaret qutusu ilə alışqanı, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən elektrik naqilini, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “realme” markalı mobil telefonla bir neçə plastik bank kartını və özünə məxsus şəxsiyyət vəsiqəsini, eləcə də həmin şalvarın arxa sol cibindən kağız pulları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi göy rəngli siqaret qutusuna baxış keçirilərkən həmin qutunun içərisində kağıza bükülmüş, 4 ədəd şəffaf rəngli sellofan bükümün, 3 ədəd şəffaf sellofan bükümün və şəffaf sellofana bükülmüş 5 ədəd dərman həblərinin olması aşkar edilmişdir. Həmin ağ kağıza bükülmüş 4 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edilmişdir. Daha sonra şəffaf sellofana bükülmüş 3 ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra 5 ədəd dərman həblərinə baxış keçirilmiş, həbin üzərində “methadone 40” yazısı olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 4 ədəd sellofan bükümün içərisindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddələr, 3 ədəd bükümdə aşkar olunmuş psixotrop maddə metafetaminə oxşar maddələr, 5 ədəd dərman həbləri və şüşə predmet hər biri ayrılıqda təhqiqatçı tərəfindən ağ rəngli kağız zərflərdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “realme” markalı mobil telefon, plastik bank kartları və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. 28 manat pul, elektrik naqili və siqaretlə alışqan Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Sumqayıt şəhərində olarkən əldə etdiyini, bu maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Mehti” adlı şəxsdən əldə etdiyini, bunun müqabilində “Mehti” adlı şəxsə onlayn üsulla 80 manat pul göndərdiyini, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Sumqayıt şəhəri ərazisində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik maddələr olmasını və adlarını “kakos”, “patı”, “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi və daşınması ilə bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs Bəhruz Nuriyev 17 ünvanında saxlamışlar. Onlar Hikməti binanın həyətində tutmuşlar. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs tutan zaman onun müharibə iştirakçısı olduğunu bilməmişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 5 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış ve götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ve psixotrop maddələr olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şüşə predmet və göy rəngli, “LD” markalı siqarət qutusunu, həmin şalvarın sol yan cibindən ağ rəngli, "LD” markalı siqarət qutusu ilə qırmızı rəngli alışqanı, əynində olan ara rəngli qış gödəkçəsinin sağ yan cibindən elektrik naqilini, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “realme" markalı mobil telefonla 5 ədəd plastik bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini, eləcə də həmin şalvarın arxa sol cibindən kağız pulları çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlandı. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirildi. Mobil telefon tünd boz rəngli, “realme" markalıdır. Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində 4169 7388 3214 0671, 4169 7388 0586 6781,4127 2044 4020 2875, 4098 5844 9705 1290 və 5411 2498 0282 6102 rəqəmləri əks olunmuş 5 ədəd plastik bank kartlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin plastik bank kartlarından 2 ədəd plastik bank kartının ona məxsus olmasını, digər 3 ədəd plastik bank kartlarını isə küçədən tapdığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 28 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli, “LD” markalı siqaret qutusuna baxış keçirilərkən həmin qutunun içərisində kağıza bükülmüş, 4 ədəd şəffaf rəngli sellofan bükümün, 3 ədəd şəffaf sellofan bükümün və şəffaf sellofana bükülmüş 5 ədəd dərman həblərinin olması aşkar edildi. Həmin ağ kağıza bükülmüş 4 ədəd şəffaf rəngli büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edildi. Daha sonra şəffaf sellofana bükülmüş 3 ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə oxşar maddə olması aşkar edildi. Bundan sonra üzərində “methadone 40” yazısı olan 2 ədəd konvalyutda 5 ədəd dərman həblərinə baxış keçirildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Sumqayıt şəhərində olarkən əldə etdiyini, bu maddələri “instagram" sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı adını “Mehti” kimi bildiyi şəxsdən əldə etdiyini, bunun müqabilində “Mehti” adlı şəxsə onlayn üsulla 80 manat pul göndərməsini, həmin şəxslə “instagram” sosial şəbəkəsində ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Sumqayıt şəhəri ərazisində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik maddələr olmasını və adlarını “kakos”, “patı”, “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Bundan sonra 4 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr 1 ədəd kağız zərfdə, 3 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddələr 1 ədəd kağız zərfdə, üstündə "methadone 40” sözləri qeyd edilmiş 2 ədəd konvalyutda olan 5 ədəd dərman həbləri 1 ədəd kağız zərfdə və 1 ədəd şüşə predmet 1 ədəd kağız zərfdə qablaşdırılıb Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş, 28 manat pul, siqaret və alışqan, eləcə də elektrik naqili iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “realme" markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 5 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü (cild 1, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri BMCMİ-nin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X8, X9 və müdafiəçi X10 iştirak edir və videoçəkliş həyata keçirilir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şüşəni və göy rəngli, “LD” markalı siqaret qutusunu, həmin şalvarın sol yan cibindən ağ rəngli, “LD” markalı siqaret qutusu ilə qırmızı rəngli alışqanı, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən elektrik naqilini, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “realme” markalı mobil telefonla 5 ədəd plastik bank kartını və özünə məxsus şəxsiyyət vəsiqəsini, eləcə də həmin şalvarın arxa sol cibindən kağız pulları təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şəxsi axtarış keçirilir, lakin heç bir əşya aşkarlanmır. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli, “LD” markalı siqaret qutusuna baxış keçirilərkən həmin qutunun içərisində kağıza bükülmüş, 4 ədəd şəffaf rəngli sellofan bükümün, 3 ədəd şəffaf sellofan bükümün və şəffaf sellofana bükülmüş 5 ədəd dərman həblərinin olması aşkar edilir. Həmin ağ kağıza bükülmüş 4 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr olması aşkar edilir. Daha sonra şəffaf sellofana bükülmüş 3 ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metafetaminə oxşar maddə olması aşkar edilir. Həmin bükümlər və şüşə predmet bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl Sumqayıt şəhərində olarkən əldə etdiyini, bu maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Mehti” adlı şəxsdən əldə etdiyini, bunun müqabilində “Mehti” adlı şəxsə onlayn üsulla 80 manat pul göndərdiyini, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində ani mesajlaşma xidməti vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Sumqayıt şəhəri ərazisində yerləşdirdiyi yerdən bu maddələri əldə etdiyini, həmin maddələrin narkotik maddələr olmasını və adlarını “kakos”, “patı”, “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Əlavə edir ki, üstündən aşkar olunmuş plastik bank kartlarının 2 ədədi ona məxsusdur, digər 3 ədəd plastik bank kartını isə təsadüfən küçədən tapmışdır (cild 1, iş vərəqə 125-126). Cinayət işinin materiallarında olan 27 dekabr 2023-cü il tarixli “cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonun “realme” olması və içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun “Aysel Ays”, “əminə” və “Yavər Qağa” adlı şəxslərlə yazışması müəyyən edilmişdir. Belə ki, o “Aysel Ays” adlı şəxsə “Pati ölümüne patidir”, “Temiz çekidi 05”, “siqaret paçkasina qoymuşam gel” sözlərini yazmış, “əminə” adlı şəxsdən “Daw var Hikmet?” sözləri daxil olmuş, “Yavər Qağa” adlı şəxsə isə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillər göndərmişdir (cild 1, iş vərəqə 165-169). Cinayət işinin materiallarında olan 27 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-15887/23 nömrəli nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:03:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa patida getir 10 m” tipli mesajlar yazılmışdır (cild 1, iş vərəqə 170). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 6/6277 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ‘Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş metafetaminə oxşar maddə 3 ədəd bükümdə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,085 qram, 0,746 qram, 1,877 qram, ümumi təmiz çəkisi 4,708 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir, “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 4 ədəd bükümdə narkotik maddə olan heroinə oxşar maddələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram, 0,349 qram, 0,347 qram, 0,300 qram, ümumi təmiz çəkisi 1,339 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 5 ədəd dərman həb şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 (iki) konvalyutda ümumilikdə 5 (beş) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 5 (beş) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir (konvalyutun üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş şüşə predmet şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs “ yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd şüşə əşyanın içərisində metafetaminin izləri vardır. İz şəklində olduğu üçün metafetaminin təmiz çəkisini və bükümlərdə olan metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 4,708 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram (hər maddədən 0,05 qram), qalıq 4,558 qram, heroinin ümumi təmiz çəkisi 1,339 qram, tədqiqata sərf edildi ümumi 0,12 qram (hər maddədən 0,03 qram), qalıq: 1,219 qram, 5 həbdən 1 həbi tədqiqata sərf edildi, qalıq 4 həb cild 1, iş vərəqə 44-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 29 yanvar 2024-cü il tarixli 520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 183-184). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 115-117). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 144-146). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 8 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,558 qram olan psixotrop maddə metafetamin, 1,219 qram olan narkotik vasitə heroin, qalıq sayı 4 ədəd olan narkotik vasitə metadon həbi, üzərində psixotrop maddə metafetaminin izləri olan şüşə əşya, 1 ədəd “realme” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 188-198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilib cəzası 1 (bir) il 3 (üç) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 5 (beş) ay 15 (on beş) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 133-134 və 148-150). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdiyindən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, ona təyin edilmiş və çəkilməmiş 5 (beş) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 138). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ uğrunda döyüşlərdə iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 dekabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 dekabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 102-106). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,558 qram olan psixotrop maddə metafetamin, 1,219 qram olan narkotik vasitə heroin, qalıq sayı 4 ədəd olan narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metafetaminin izləri olan şüşə əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Realme” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 iyul 2023cü il tarixli qərarı ilə 5 (beş) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,558 qram olan psixotrop maddə metafetamin, 1,219 qram olan narkotik vasitə heroin, qalıq sayı 4 ədəd olan narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metafetaminin izləri olan şüşə əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Realme” markalı mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1528/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1528/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver