Məhkəmə qərarları › İş №1(101)-1529/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1529/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1529/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X17 və X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "KREDO" Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Balakən rayonunun Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 3 ünvanda yaşamış, 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmişlər, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 14 may 2019-cu il tarixdə X26 Hava limanından təyyarə ilə Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 və qeyrilərindən ibarət “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-cu ilin may ayından 2022-ci ilin fevral ayınadək Təqsirləndirilən şəxs2 və həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 15 aprel 2019-cu il tarixdə «Qırmızı Körpü» sərhəd buraxılış məntəqəsindən Gürcüstana, oradan Türkiyə Respublikasına, oradan isə şəxsiyyəti məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs1 və qeyrilərindən ibarət “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-ci ilin aprel ayından 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə və silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 yaşından İslam dininin sünni məzhəbi üzrə ibadət etmiş, ailə üzvlərinin hər biri ibadətlə məşğul olmuş və namaz qılmağı onlardan öyrənmişdir. 2018-ci ilin sonlarında “odnoklassniki” sosial şəbəkəsində özünə məxsus “Təqsirləndirilən şəxs1” adlı profilindən istifadə edərək adını bilmədiyi “Abu Abdulla” ləqəbli şəxslə tanış olmuşdur. Sonuncu söhbət zamanı ona Suriyanın İdlib şəhərində olduğunu demiş, söhbət əsnasında Suriyada normal dini cəmiyyətin olduğunu vurğulayaraq ona Suriyaya gedərək rahat yaşamağı təklif etmişdir. Bir neçə ay həmin şəxslə sosial şəbəkədə danışdıqan sonra Suriyaya getmək qərarına gəlmişdir. Suriyaya getmək üçün ona təyyarə biletini də Abu Abdulla təşkil etmişdir. Gedərkən ailə üzvlərinə Türkiyəyə işləməyə getdiyini demişdir. 2019-cu ilin mayın 13-də o, Balakən rayonundan Bakı şəhərinə gəlmiş, 14 may 2019-cu ildə gecə saat 2 radələrində X26 Hava limanından təyyarə ilə Ankara şəhərinə yollanmışdır. Ankarada avtovağzala getmiş, oradan avtobusla Türkiyənin Suriya ilə sərhəddə yerləşən Antakya şəhərinə gəlmişdir. Həmin şəhərdə onu milliyyətcə suriyalı olan bir şəxs qarşılamış, həmin şəxsin qaçaqçı olduğunu bilmişdir. Təxminən 2-3 gün həmin şəxsin yanında Antakya şəhərində qalmış, sonra həmin şəxs onu qaçaq yolla Suriya ərazisinə keçirmişdir. Suriya tərəfdən mikroavtobus tipli avtomobil gəlmiş və onları oradan götürmüşdür. Sərhədi təxminən 7-8 nəfər Suriyalı şəxslərlə birlikdə qanunsuz keçmişlər və həmin maşınla Suriyanın Cisr şəhərinə gəlmişlər. Həmin şəhərdə onu adını bilmədiyi “Abu Abdurrahman” ləqəbli milliyyətcə azərbaycanlı olan şəxs qarşılamışdır. Bir neçə gün o, Abu Abdurrahmannın yanında Cisr şəhərində qalmış, daha sonra Abu Abdurrahman onu “pick up” tipli avtomobillə onu Türkən dağı adlanan əraziyə yola salmışdır. Onunla birlikdə bir neçə suriyalı da həmin əraziyə getmişdir. Həmin yerin Suriyanın İdlib şəhərinin ərazisi olduğunu bilmişdir. Türkmən dağı adlanan əraziyə çatdıqda orada təxminən 60-70 nəfərin olduğunu görmüş, onlardan 2-3 nəfəri azərbaycanlı olmuşdur. Həmin şəxslərdən biri də «Süleyman» dini ləqəbli Təqsirləndirilən şəxs2, digəri isə Abu Hamza ləqəbli adını bilmədiyi şəxs olmuşdur. Həmin ərazi “Cəbhətul Nusra” adlanan birləşmənin nəzarətində olsa da, orada onlar kimi ayrıayrı qruplaşmalar mövcud olmuşdur. Getdiyi qruplaşmanın adı “Taifatul Mansura”, başqa adı isə “Abu Fatima” olmuşdur. “Taifatul Mansura” camaatının rəhbəri Abu Fatima dini ləqəbli, əslən türk milliyyətli kimi bildiyi şəxs olmuşuir. O, həmin şəxsin əsil adını və əslən haradan olmasını bilməmişdir. Həmin şəxs onlarla birlikdə Türkmən dağında yaşamışdır. Türkmən dağına getdikdən bir neçə gün sonra ona “Kalaşnikov” markalı avtomat vermişlər. Bir neçə gün keçdikdən sonra o, Suriyaya getdiyinə görə peşman olmuşdur. Orada qayda belə olmuşdur ki, Suriyadan Türkiyəyə qaçaq yolla geri qayıdarsa, Türkiyə tərəfi onu saxlayacağı təqdirdə “Cəbhətul Nusra” camaatına geri təhvil verəcəkmiş. Buna görə də, həmin vaxt o, geri qayıda bilməmişdir. Bundan sonra, qardaşı Şahid1la danışaraq səhv edərək Suriyaya gəldiyini, geri qayıtmaq istədiyini, lakin qayıda bilmədiyini demişdir. Qardaşı Azada fürsət düşən kimi Türkiyəyə keçəcəyini bildirmişdir. Suriyada dolanışığı çox zəif olduğuna görə qadaşından ona arabir pul göndərməsini xahiş etmişdir. Suriyaya getdikdən 3-4 ay sonra Balakən rayonundan olan əvvəlcədən tanıdığı dini ləqəbi “Hamza” olan X30, dini ləqəbi “Abu İbrahim” olan X22, dini ləqəbi “Abdulbər” olan Oqtay adlı şəxs, dini ləqəbi “Abu Osman” olan Elşad adlı şəxs, Həbib adlı şəxs, onun oğlu “Abdul Əziz” ləqəbli adını bilmədiyi şəxs, dini ləqəbi “Abu Usamə” olan Fərhad adlı şəxs, “Usamə” dini ləqəbli şəxs onun olduğu “Türkmən dağı” adlanan əraziyə gəlmişlər. Bundan başqa, o, Suriyada olduğu dövrdə oraya əslən azərbaycanlı olan dini ləqəbləri “İkrimə” və “Abdurahman” olan 2 qardaş, “Abu Zeyid”, “Bilal”, “Huzeyfə” və “İdris” dini ləqəbli şəxslər də gəlmişlər. O, həmin şəxslərin əsil adlarını bilməmişdir. Suriyaya getdikdən 2-3 ay sonra o, artıq «rebat»lara, yəni postlara çıxmağa başlamışdır. Bunun əsas səbəbi o, olmuşdur ki, həmin ərazi “Cəbhətul Nusra”nın nəzarətində olsa da, onun daxil olduğu qruplaşma oranı zəbt etmişdir. Təxminən 2021-ci ilin payız aylarında “Cəbhətul Nusra” olduğu əraziyə gələrək ya həmin camaata qoşulmağı, ya da həmin ərazini tərk etməyi tələb etmişdir. Buna görə də onların qruplaşması ilə “Cəbhətul Nusra” arasında münaqişə yaranmışdır. “Cəbhətul Nusra” onları zorla oradan çıxarmağa çalışmış, buna görə də aralarında silahlı münaqişə olmuşdur. Təxminən 4-5 gün silahlı münaqişə apardıqdan sonra “Cəbhətul Nusra” onların olduğu ərazini bombalamağa başlamış, bu zaman onun yaşadığı evə də mərmi düşmüş və o, ayağından qəlpə yarası almışdır. Həmin yaranın izi hələ də onun ayağında qalmışdır. Bundan sonra onlar məcbur olub “Cəbhətul Nusra”ya təslim olmuşlar. Döyüşlər zamanı onların sıralarından Usamə, İbrahim adlı azərbaycanlılar və bir neçə suriyalı vəfat etmişdir. Təslim olduqdan sonra “Cəbhətul Nusra” onları həbsə almış və onlar təxminən 2-3 ay həbsdə qalmalı olmuşlar. Adlarını və dini ləqəblərini qeyd etdiyi əslən azərbaycanlı olan Təqsirləndirilən şəxs2, Abu Hamza ləqəbli şəxs, dini ləqəbi “Hamza” olan X30, dini ləqəbi “Abu İbrahim” olan X22, dini ləqəbi “Abdulbər” olan Oqtay adlı şəxs, “Abu Osman” olan Elşad adlı şəxs, Həbib adlı şəxs, onun oğlu “Abdul Əziz” ləqəbli adını bilmədiyi şəxs, dini ləqəbi “Abu Usamə” olan Fərhad adlı şəxs, “Usamə” dini ləqəbli şəxs, dini ləqəbləri “İkrimə” və “Abdurahman” olan 2 qardaş, “Abu Zeyid”, “Bilal”, “Huzeyfə” və “İdris dini ləqəbli şəxslər “Cəbhətul Nusra” ilə aparılan döyüşlərdə iştirak etmişlər. Bu döyüşdən sonra “İdris”, “İkrimə” və “Abdurrahman” “Cəbhətul Nusra”ya qatılmışlar. Digərlərindən isə sağ qalan hamı “Cəbhətul Nusra” tərəfindən həbs edilmişlər. Nusra camaatı onları həbsdən azad edərək Türkiyəyə keçirmək üçün təxminən 3000 ABŞ dolları tələb etmişlər. Oradan həbsdən azad olunmaq məqsədilə o, qardaşı Azadla əlaqə saxlamış, Suriyada türməyə düşdüyünü, həbsdən çıxması və Türkiyəyə keçməsi üçün ondan 3200 ABŞ dolları tələb olunduğunu bildirmişdir. Özündə təxminən 500-600 ABŞ dolları pul olduğunu deyərək, qardaşından göndərməsini xahiş etmişdir. Bir neçə gün sonra qardaşı həmin pulu Türkiyədəki şəxslər vasitəsilə Suriyaya göndərmişdir ki, onu həbsdən azad etsinlər. Pul Nusra camaatına çatdıqdan sonra “Cəbhətül Nusra” onu azadlığa buraxmış və qaçaq yolla Türkiyəyə geri keçirmişlər. Yenə də eyni yollarla o, Türkiyənin Antakya şəhərinə getmişdir. Onunla birlikdə Təqsirləndirilən şəxs2 də həbsdən azad etmişlər və Türkiyəyə qaytarmışlar. Bu hadisə təxminən 2022-ci ilin fevral ayının ilk günlərinə təsadüf etmişdir. Antakya şəhərində o, Orxandan ayrılmışlar, Təqsirləndirilən şəxs2 İstanbul şəhərinə getmiş, o isə, Antep şəhərinə yollanmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 görməmişdir. Antep şəhərinə getdikdən 1 gün sonra Ədalət, Emin və Oqtay adlı şəxslər də Suriyadan buraxılaraq onun yanına Antep şəhərinə gəlmişlər. Onlar orada kirayə ev tutaraq Oqtayla birlikdə qalmışlar. Emin və Ədalət isə Antep şəhərində başqa bir ev tutaraq kirayə qalmışlar. Oqtay adlı şəxslə Antep şəhərində inşaatda işləmiş və gündəlik xərcləri ödəmək üçün pul qazanmışlar. Təxminən 2 ay sonra o, Antep şəhərində mərkəzi polis şöbəsinə müraciət etmiş və pasportunu itirdiyini bildirmişdir. Polis şöbəsində ona arayış vermişlər, həmin arayışı o, Ankara şəhərində yerləşən Azərbaycan konsulluğuna təqdim edərək geri qayıdış şəhadətnaməsi almış və oradan Türkiyənin İqdır şəhərinə getmişdir. İqdır şəhərindən Naxçıvana gəlmiş, orada onu saxlayaraq təyyarə ilə Bakıya göndərmişlər. 10 may 2022-ci ildə Bakı şəhərinə çatmışdır. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, o, Azərbaycan ordusunda hərbi xidmət keçdiyinə görə Suriyada hərbi təlimlərdə iştirak etməmişdir, silahla davranış qaydalarını bilmişdir. Suriyaya getdikdən bir neçə gün sonra ona avtomat silah verilmişdir. Həmin avtomatla o, «rebat»larda, yəni postlarda olmuşdur. Ondan başqa “Taifatul Mansura” camaatının üzvləri Təqsirləndirilən şəxs2, Abu Hamza ləqəbli şəxs, dini ləqəbi “Hamza” olan X30, dini ləqəbi “Abu İbrahim” olan X22, dini ləqəbi “Abdulbər” olan Oqtay adlı şəxs, “Abu Osman” olan Elşad adlı şəxs, Həbib adlı şəxs, onun oğlu “Abdul Əziz” ləqəbli adını bilmədiyim şəxs, dini ləqəbi “Abu Usamə” olan Fərhad adlı şəxs, dini ləqəbi olmayan Usamə adlı şəxs, dini ləqəbləri “İkrimə” və “Abdurahman” olan 2 qardaş, “Abu Zeyid”, “Bilal”, “Huzeyfə” və “İdris” dini ləqəbli şəxslər də «rebat»larda silahla iştirak etmişlər. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir, törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin sonlarında dindar qardaşlardan xatırlamadığı kimdənsə Ridvan adlı köhnə tanışının Suriyaya getdiyini eşitmişdir. Ridvanın nömrəsini taparaq vatsap vasitəsi ilə onunla əlaqə saxlamışdır. X32 şəhərində olduğunu və islam əqidəsi ilə yaşadığını bildirmişdir. Bundan sonra, o, Ridvana özünün də Suriyaya getmək istədiyini bildirmişdir. Ridvan onu Sumqayıt şəhərindən olan «Abu Cabir» ləqəbli Azər adlı, «Abu Xəlil» ləqəbli Ramaşka adlı şəxslərə yönəltmiş, o həmin şəxslərlə vatsapla əlaqə saxlamışdır. Həmin şəxslər birlikdə İdlib ərazisində olmuşlar. «Abu Cabir» və «Abu Xəlil» danışıqlar zamanı İslami dəlillər gətirərək onu camaat şəklində yaşamağa dəvət etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, 2019-cu ilin aprel ayında Ridvan onu Türkiyəyə dəvət etmiş, «Abu Cabir»in Türkiyədə olduğunu bildirmişdir. 2019-cu ilin aprel ayının 15-də avtovağzaldan 75 manata İstanbula bilet almış və yola düşmüşdür. Türkiyəyə gedən zaman ailəsinə Misirdə dini təhsil almağa getdiyini demişdir. Təxminən iki günə İstanbul şəhərinə çatmış, oraya gedərkən üzərində təxminən 150- 200 dollar pul olmuşdur. Həmin vaxt «Abu Cabir»lə əlaqədə olmuş, İstanbula çatdıqdan sonra sonuncunun tapşırığı ilə 300 lirəyə sərnişin avtobusu ilə Türkiyənin Suriya ilə sərhəddində yerləşən Antakya şəhərinə getmişdir. «Abu Cabir»in tapşırığı ilə Antakyada “Mustafa Kamal” adına xəstəxanaya getmiş, özünü xəstə kimi aparmış, həmin vaxt xəstəxanada əsasən türkmənlər və suriyalılar olmuşdur. O, türkmənlərlə, suriyalılarla dörd gün xəstəxanada qaldıqdan sonra «Abu Cabir»in tapşırığı ilə Antakyada yerləşən hazırda xatırlmadığı ünvana getmişdir. Orada «Abu Cabir» özü onu qarşılamış, Reyhaniyyədə onu bir ərəbin yanında yerləşdirmişdir. Gündə 3 dəfə ona yemək verilmişdir. «Abu Cabir» onun həmin yerdə qalmasının aylıq pulunu verdiyini söyləmiş, həmçinin qaçaqçılara da 400 dollar verdiyini bildirmişdir. Təxminən 1 ay sonra evində qaldığı adını bilmədiyi ərəb onu qaçaqçıların yanına aparmış, qaçaqçılar 3 nəfər olmuşlar. Qaçaqçılar köhnə bir avtomobil ilə onu Türkiyə-Suriya sərhəddinə aparmışlar. O, qaçaqçılardan biri ilə avtomobildən düşərək gecə saatlarında gizlin yolla Suriya ərazisinə keçmişdir. Qaçaqçı onu İdlib şəhərinə yaxın, Lazakiya yaxud Bayırbucaq adlanan yerə aparmışdır. Lazakiyanın yaxınlığında Türkmən dağı adlanan ərazidə «Abu Cabir» və Dağıstandan olan «Abduləzim» adlı azərbaycanlı onu qarşılamışlar. Təxminən 1 ay onlarla bir evdə Türkmən dağında yerləşən evdə qalmışdır. Bir aydan sonra Türkmən dağına yaxın Cisilşuğur adlanan kiçik şəhərə gəlmiş, orada özü boş ev taparaq tək yaşamağa başlamışdır. Cisilşuğur adlanan ərazi “Cəbhətül Nüsra” adlanan təşkilatın nəzarətində olmuşdur. Cisilşüğurda olan zaman Ramaşka adlı «Abu Xəlil» ləqəbli şəxsin başçılığı ilə 25 gün həm fiziki təlimlər, həm də silahlı təlimlər keçmişdir. Təlim zamanı “Kalaşnikov” markalı avtomatın, əl qumbarasının istifadə və atılma qaydasını öyrənmişdir. Təlimlərdə təxminən 8-9 nəfər azərbaycanlı olmuşdur. Təlimlərdən sonra təxminən 2019-cu ilin iyul ayının əvvəllərində azərbaycanlıların əmiri olan «Abu Əhməd» ləqəbli şəxs ona silah almaq üçün 400 dollar pul vermişdir. Ümumiyyətlə onun daxil olduğu camaatın adı “Taifatul Mansura” adlandırılmışdır. Tərcüməsi ərəbcədən Allahın ordusu deməkdir. O, 2019-cu ilin iyul ayının əvvəllərində İdlib şəhərindən “Kalaşnikov” markalı avtomat, 8 güllə dolu daraq almışdır. Bundan başqa hərbi forma və hücum sinəliyi də almışdır. 400 dollardan əlavə daraqlara, formaya, hücum sinəliyinə, gülləyə 300 dollar pul xərcləmişdir. Bundan başqa, özünə hərəsi 5 dollara olmaqla iki əl qumbarası almışdır. Onlara Suriyada konkret olaraq aylıq pul verilməmiş, sadəcə qardaşlar bir-birinə kömək məqsədi ilə pul vermişlər. Onlar müdafiə məqsədi ilə posta, yəni «rebat»lara çıxmışlar. Əsas düşmənləri “Cəbhatül Nüsra” olmuş, onlarla əqidə fərqləri olmuşdur. Qruplaşmanı qorumaq üçün 24 saat silahlı nəzarət üçün post olmuş, təxminən 2 saatdan bir növbə dəyişilmişdir. Təqsirləndirilən şəxs Orxan Zeynalov daha sonra bildirdi ki, onun olduğu “Taifatul Mansura” camaatında Şamaxı rayonundan Bilal, Balakən rayonundan 2 qardaş Abdullah və İkrima ləqəbli, Fəqan, Fərhad adlı, Abdulbər ləqəbli, Həmzə adlı, Abudavud ləqəbli Təqsirləndirilən şəxs1, Abdulhəy ləqəbli Şıxzada Məmmədov, Hüzeyfə ləqəbli Pərviz, Xırdalandan olan Abu Harun ləqəbli Nəsimi, Sabunçu rayonundan İdris ləqəbli Kamran, Zərdabdan olan Zeyid ləqəbli Şəmi, X24 ləqəbli Orxan, Şirvandan Həsən və Ümeyir ləqəbli şəxslər, Qobustandan olan Zübeyir ləqəbli şəxslər olmuşlar. Qeyd olunan şəxslərin hamısında özünü müdafiə etmək üçün silah-sursat alaraq üzərlərində gəzdirmişlər. 2021-ci ilin oktyabr ayında «Cəbhətül Nüsra»ya bağlı terror təşkilatı Türkmən dağına hücum etmiş, təxminən 3 gün davam edən qeyri-bərabər döyüşlərdən sonra döyüşçülərlə birlikdə təslim olmuşlar və onları əsir götürmüşlər. Təxminən 50-60 nəfər əsir düşmüş, onları İdlibə yaxın Darbuş şəhərinə aparmışlar. O, təxminən 4 ay əsirlikdə olmuşdur. “Cəbhətül Nüsra” əqidələrini onlara təlim etmişlər, həmin əqidəni qəbul edənləri azad etmişlər. O isə, həmin əqidəni qəbul etmədiyini bildirmişdir. Abucabir dini ləqəbli şəxs «Cəbhətül Nusra»nın əqidəsini qəbul edərək azad olunmuşdur. Təxminən 2022-ci ilin əvvəllərində, o, 2100 dollar müqabilində əsirlikdən çıxmışdır. Onunla birlikdə Təqsirləndirilən şəxs1, yəni Abudavud da azad olunmuşdur. Sonuncu da, hansısa məbləğdə pul verərək əsirlikdən çıxmış, lakin o, məbləği bilıməmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində onlar Türkiyə ərazisinə keçərək yenidən Türkiyəyə Reyhaniyyəyə gəlmişlər. Reyhaniyyəyə gəldikdən sonra Abdulbər, Hamza, Abu İbrahim də oraya gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 ayrılaraq İstanbula getmişdir. Səfanın isə hara getməsini bilməmişdir. O, İstanbul şəhərində bir müddət tək yaşamış, 2022-ci ilin fevral ayının 26da Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, Suriyada olduğu müddətdə ailəsi onun təhsil almaq məqsədilə Misirdə olduğunu bilmişdir. Suriyada olarkən bir neçə dəfə olduğu ərazinin bombalanmış və həmin bombardman zamanı qəlpə yaraları almışdır. Yalnız 2022-ci ilin əvvəllərində o, atasına problemlərinin olduğunu, Suriyada həbs olunduğunu və Azərbaycana qayıtması üçün pul lazım olduğunu bildirmişdir. “Cəbhətul Nusra” onu əsirlikdən buraxmaq üçün 2100 ABŞ dolları tələb etmiş, həmin pulu Türkiyədə olan şəxslərin adına göndərmək lazım olduğunu qeyd etmişlər. O, atasına bu barədə demiş, bir neçə gün sonra atası həmin pulu Türkiyədə adını xatırlamadığı şəxslərə göndərmiş, Nusra camaatı pulun göndərildiyini bilərək onu əsirlikdən azad etmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir, törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs1 2019cu ildə hansısa çay fabrikində işləmək adı ilə Türkiyəyə getmişdir. Səfa Türkiyədə işləyib bir qədər pul qazandıqdan sonra ailəsini də aparacağını bildimişdir. Türkiyəyə getdikdən sonra qardaşı həm onunla, həm də öz ailəsi və atası ilə votsapla əlaqə saxlayıb danışmışdır. Səfa Türkiyəyə getdikdən təxminən 1 ay sonra onun həmkəndlisi İbrahim adlı şəxsin də Türkiyəyə getdiyini, oradan isə Suriyaya qanunsuz keçdiyini eşitmişdir. Dərhal Səfanın da Suriyaya getdyindən şübhələnmiş, Səfa ilə votsapla danışarkən bir neçə sual verdikdən sonra qardaşının da Suriyada olduğunu anlamışdır. Bu barədə atasına, anasına, həmçinin Səfanın həyat yoldaşına bildirmişdir. O, Səfadan orada nə işlə məşğul olduğunu soruşduqda, sonuncu, yerli camaatla birlikdə postlara çıxdığını demişdir. O, Səfanı danlayıb geri qayıtmasını istəsə də, qardaşı həmin vaxt çətin yollarla Suriyaya getdiyini, geri qayıtmağın mümkün olmadığını demişdir. 2022-ci ilin may ayında isə Səfa Azərbaycana geri qayıtmışdır. Şahid1 ifadəsinə görə, Səfa Suriyaya getdikdən təxminən 4-5 ay sonra onunla danışan zaman maddi vəziyyətinin çox pis olduğunu, Azərbaycana geri qayıtmaq istədiyini, lakin hələ mümkünsüz olduğunu bildirmişdir. Yemək-içməyə heç nə tapa bilmədiyini deyərək, ondan arabir pul istəmişdir. O da, qardaşı olduğuna görə Səfaya 3-4 aydan bir 100-200 manat pul göndərmişdir. Pulu hər dəfə Türkiyənin İstinbul şəhərində fərqli-fərqli ünvanlara, fərqli şəxslərin adına göndərmişdir. Hər dəfə də Səfa özü ona hansı ünvana və kimin adına pulu göndərməli olduğunu demişdir. 2021-ci ilin təxminən dekabr ayında Səfa «Nusra Camaatı» tərəfindən gedən döyüş zamanı əsir götürüldüyünü, əsirlikdən azadlığa çıxmaq müqabilində ondan təxminən 3000 ABŞ dolları pul istənildiyini bildirmişdir. Səfa özündə bir qədər pul olduğunu, təxminən 2200-2500 ABŞ dolları pulunun çatmadığını demiş və ondan pul istəmişdir. Səfa ona bildirmişdir ki, Türkiyədə olan şəxsin adına qeyd olunan pulu göndərərsə, “Cəbhətul Nusra” silahlı birləşməsi Səfanı Suriyadan çıxara bilər. O, Səfa ilə razılaşmış, 1000 və təxminən 1200-1500 ABŞ dolları olmaqla, 2 dəfəyə qeyd olunan pulu İstanbul şəhərində adını xatırlamadığı türk milliyyətli şəxsin adına göndərmişdir. O işdən çıxa bilmədiyinə görə işlədiyi bazarın yaxınlığında taksi fəaliyyəti göstərən Şahid2 həmin pul məbləğini vermişdir ki, Səfa üçün lazım olan pulu göndərsin. Lakin, o, İntiqama pulu hansı məqsədlə Türkiyəyə göndərdiyini deməmişdir. İntiqama Türkiyədən mal sifariş verdiyini, pulun həmin malın pulu olduğunu bildirmişdir. Pulu göndərdikdən 1 həftə sonra Səfa əlaqə saxlayaraq artıq Türkiyə ərazisinə keçdiyini bilmişdir. Bundan 2-3 ay sonra isə Səfa Azərbaycana qayıtmışdır. Səfa qayıtdıqdan sonra Türkiyədə yanında qaldığı tanışlarına təxminən 250 ABŞ dolları borcu olduğunu demiş, o isə, qardaşı kimi həmin pulu da borclu olduğu şəxslərə göndərmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, “Yaşıl Bazar” ətrafında taksi fəaliyyəti ilə məşğuldur. O, Təqsirləndirilən şəxs1 tanımış, sonuncunun qardaşı Şahid1 «Yaşıl Bazar»da satıcı işlədiyini bilmiş, Azadın mallarını çox vaxt başqa-başqa müştərilərə çatdırmışdır. O, Azadın xahişi ilə bir neçə dəfə xarici ölkəyə pul köçürməsi etmişdir. Belə ki, Azad bazarda işlədiyinə və satıcısı işlədiyi mağazanı tək qoya bilmədiyinə görə ondan bir neçə dəfə əvəzinə pul köçürməsi etməsini xahiş etmişdir. Məbləğləri dəqiq xatırlamasa da, təxminən 2000-2500 ABŞ dolları civarında pulu o, 2022-ci ilin əvvəllərində Türkiyəyə göndərmişdir. Azad həmin pulların bazarda satdığı malların pulu olduğunu, Türkiyədən mal sifariş verdiyini və həmin malların pulunu qabaqcadan ödəməli olduğunu ona bildirmişdir. O isə, Azadın xətrini çox istədiyinə görə, sonuncunun xahişi ilə həmin pulu Türkiyəyə göndərmişdir. Azadın xahiş etdiyi pulu «Kapitalbank»da “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs2 2019-cu ildə dini təhsil almaq və ərəb dilini öyrənmək məqsədilə Misirə getmək istədiyini bildirmişdir. O, oğlunu fikrindən daşındırmaq istəsə də, sonuncu, onun sözünə baxmamış, 2019-cu ilin aprel ayında Orxan avtobusla Gürcüstana, oradan isə Türkiyəyə getmişdir. Bir müddət sonra Orxan onlarla əlaqə saxlayaraq artıq Misirdə olduğunu, hansısa mədrəsədə dini təhsil almağa başladığını demişdir. Onlar uzun müddət Təqsirləndirilən şəxs2 Misirdə olduğunu bilmiş, sonuncu tez-tez onlarla “Whatsapp” proqramı ilə əlaqə saxlamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Orxan onlarla əlaqə saxlamış və Misirdə olduğunu, Azərbaycana geri qayıtmaq istədiyini, lakin sənədlərində müəyyən çatışmazlıqları olduğunu demiş, bunun üçün təxminən 2000-3000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin yanvar ayında Orxan ona Suriyada olduğunu, hansısa silahlı birləşmənin əsirliyinə düşdüyünü, lazımi məbləği ödəməyəcəyi təqdirdə əsirlikdə öldürülə biləcəyini demişdir. Bu səbəbdən o, təxminən 2000-3000 arası ABŞ dollarını göndərmək qərarına gəlmişdir. Bir dəfəyə bir nəfərin adından çox məbləğ göndərmək mümkün olmadığından və həmin vaxt işdə olduğundan, o, qardaşı Şahid4 adından, həyat yoldaşı Şahid6 adından və oğlu Şahid5 adından Bakı şəhərində metronun «28 May» stansiyası yaxınlığında yerləşən «Azərpoçt»un mərkəzi filialından Türkiyəyə 2000-3000 arası ABŞ dolları göndərmişlər. Pulu kimin adına göndərilməsini Orxan özü ona demişdir. Türkiyədəki həmin şəxsi o, tanımamış, Orxan həmin şəxsin ona Suriyadan Türkiyəyə keçməyə köməklik edəcəyini demişdir. Onlar pulu Türkiyəyə göndərdikdən təxminən 5-6 gün sonra Orxan onunla əlaqə saxlamış və artıq Türkiyədə olduğunu bildirmişdir. Türkiyəyə keçdikdən təxminən 1 həftə sonra Orxan Azərbaycana gəlmişdir. Bundan sonra o, Orxanı dəfələrlə tənbeh etmiş, sonuncu isə Suriyaya getməsinə görə peşman olduğunu bildirmişdir. Orxan Suriyaya dini bilik almaq üçün getdiyini, lakin sonradan orada hansısa camaatla aparılan döyüş nəticəsində əsir düşdüyünü bildirmişdir. Məhkəmə iclasında Orxan Zeynalovun qohumları – əmisi Şahid4, qardaşı Şahid5 və anası Şahid6 şahid qismində verdikləri ifadələrində Orxanın təxminən 2019-cu ildə Misirdə dini təhsil almaq adı ilə Azərbaycandan getdiyini, sonradan onun Suriyada olduğunu bildiklərini göstərərək, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə sərhəd keçmə tələbnamələrinə əsasən: - Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 02:54 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini X26 Hava limanındakı dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək təyyarə ilə Türkiyənin Ankara şəhərinə getmiş, xx.xx.2022-ci il tarixdə saat 14:12 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədinin «Sədərək» dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək Türkiyədən Azərbaycana qayıtmışdır; - Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 18:51 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini «Qırmızı Körpü» dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək Gürcüstana getmiş, xx.xx.2022-ci il tarixdə saat 18:15 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədinin X26 Hava Limanındakı dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək Türkiyədən Azərbaycana qayıtmışdır (Cild 1, iş vərəqi 149-151). Cinayət işinin materiallarına baxış keçirilməsi haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin icraatında olan ********* saylı cinayət işinə keçirilmiş baxış nəticəsində Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamənin kserosurəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilmişdir. Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur (Cild 2, iş vərəqi 170-236). Cinayət işinə əlavə edilmiş 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldə «4» şərti nömrəli fotoşəkildəki şəxsi tanıyaraq, onun Pərviz Orucov adlı şəxs olduğunu, Suriyada “Taifatul Mansura” camaatının üzvü olduğunu bildirmişdir. Təxminən 2021-ci ilin payız aylarında Suriyaya gəlmiş, gəldikdən bir neçə vaxt sonra birlikdə “Camiatul Nusra”ya əsir düşmüşlər. Fotocədvəldə «4» sayı ilə işarələnmiş fotoşəkil 30 dekabr 1996-cı ildə Neftçala rayonunun 2-ci Qaralı kəndində doğulmuş X25 fotoşəkilidir (Cild 2, iş vərəqi 5-7). İş materiallarında olan 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıdığını, onun adının Fərhad olduğunu, həmin şəxsin Balakən rayonundan olmaqla Suriyanın İdlib şəhəri ərazisində onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub, ləqəbi «Abu Usama» olduğunu bildirmişdir. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 04 avqust 1972-ci ildə Balakən rayonunun Ağkilsə kəndində doğulmuş X18 fotoşəkilidir (Cild 2, iş vərəqi 11-13). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, Şəmil Abdullayevdir, əslən Zərdablıdır, Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 22 fevral 1982-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində doğulmuş X5 fotoşəkilidir (Cild 2, iş vərəqi 17-19). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakəndən olan Həbib adlı şəxsdir, Suriyada “Taifatul Mansura” camaatının üzvü olub. Həbib adlı şəxs özünə təhkim olunmuş silahla rebatlarda durmuşdur, ləqəbi «Abu Abduləziz»dir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 30 mart 1981-ci ildə Balakən rayonunun Qullaq kəndində doğulmuş X19 fotoşəkilidir (Cild 2, iş vərəqi 20-22). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, dini ləqəbi «Hamza», Balakən rayonundandır. Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 24 dekabr 1987-ci ildə Balakən rayonunun Talalar kəndində doğulmuş X23 fotoşəkilidir (Cild 2, iş vərəqi 23-25). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o «Ammar» dini ləqəbli şəxsdir, əslən Balakən rayonundandır. Onlar birlikdə “Taifatul Mansura” camaatında olmuşlar, «Ammar» ləqəbli həmin şəxs özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil 06 sentyabr 1994-cü ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X6 fotoşəkilidir (Cild 2, iş vərəqi 26-28). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakən rayonundan olan Abdulbər dini ləqəbli Oktay adlı şəxsdir, “Taifatul Mansura” camaatının üzvü olub, özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 14 yanvar 1995-ci ildə Balakən şəhərində doğulmuş X20 fotoşəkilidir (Cild 2, iş vərəqi 29-31). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs1dur, onunla birlikdə Suriyada “Taifatul Mansura” camaatının tərkibində olmuşdur. Təqsirləndirilən şəxs1 özünə məxsus silhala rebatlarda iştirak etmişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxx 1991-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş Təqsirləndirilən şəxs1 fotoşəkilidir (Cild 2, iş vərəqi 32-34). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakən rayonundan olan Abdulla dini ləqəbli şəxsdir. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur, özünə təhkim olunmuş silhala rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil xx.xx.2000-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş X9 fotoşəkilidir (Cild 2, iş vərəqi 35-37). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakən rayonundan olan Abu Osman dini ləqəbli adını bilmədiyi şəxsdir, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil xx.xx.1982-ci ildə Balakən rayonunun Talalar kəndində doğulmuş X7 fotoşəkilidir (Cild 2, iş vərəqi 38-40). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, İdris dini ləqəbli Kamran adlı şəxsdir, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur. O da, özünə təhkim olunmuş silhala rebatlarda olmuşdur. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş X3 fotoşəkilidir (Cild 2, iş vərəqi 41-43). 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Balakən rayonundan olan İkrimə dini ləqəbli şəxsdir, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur. O da, özünə təhkim olunmuş silhala rebatlarda olmuşdur. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil xx.xx.1999-cu ildə Balakən rayonunun Qullar kəndində doğulmuş X10 fotoşəkilidir (Cild 2, iş vərəqi 44-46). Cinayət işində olan 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Huzeyfə dini ləqəbi ilə tanıdığını, onun Suriyada “Taifatul Mansura” camaatının üzvü olduğunu, o, Suriyaya gəldikdən bir neçə vaxt sonra onlar əsir düşdükmüşlərini bildirmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 30 dekabr 1996-cı ildə Neftçala rayonunun 2-ci Qaralı kəndində doğulmuş X25 fotoşəkilidir (Cild 2, iş vərəqi 48-50). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi həmkəndlisi Ədalət Sabirov kimi tanıyır. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. Özünə təhkim olunmuş silhala rebatlara çıxmışdır. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 30 iyun 1984-cü ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X11 fotoşəkilidir (Cild 2, iş vərəqi 51-53). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi əslən Balakən rayonundan olan Fərhad Rüstəmov kimi tanıyır, dini ləqəbi Usamədir. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 04 avqust 1972-ci ildə Balakən rayonunun Ağkilsə kəndində doğulmuş X18 fotoşəkilidir (Cild 2, iş vərəqi 54-56). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi Bilal dini ləqəbi ilə tanımışdır. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil 01 fevral 1990-cı ildə Şamaxı rayonunun Ərəbqədim kəndində doğulmuş X4 fotoşəkilidir (Cild 2, iş vərəqi 57-59). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi Abu Zeyd dini ləqəbi ilə tanıyır. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 22 fevral 1982-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində doğulmuş X5 fotoşəkilidir (Cild 2, iş vərəqi 60-62). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi əslən Balakən rayonundan olan Həbib kimi tanıyır. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. Özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 30 mart 1981-ci ildə Balakən rayonunun Qullaq kəndində doğulmuş X19 fotoşəkilidir (Cild 2, iş vərəqi 63-65). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi Balakən rayonundan olan Qarayev Emin kimi tanıyır, dini ləqəbi Hamzadır. Onlar birlikdə “Taifatul Mansura” camaatında olmuşlar. O da, özünə təhkim olunmuş silahla rebatlarda iştirak edib. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 24 dekabr 1987-ci ildə Balakən rayonunun Talalar kəndində doğulmuş X23 fotoşəkilidir (Cild 2, iş vərəqi 66-68). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, onun həmkəndlisidir İbrahim Hacıyevdir. O da, “Taifatul Mansura” camaatının üzvü olmuşdur. “Camiatul Nusra” camaatının onların olduğu birləşməyə hücum etməsi nəticəsində aparılan döyüş zamanı vəfat etmişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil 06 sentyabr 1994-cü ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X6 fotoşəkilidir (Cild 2, iş vərəqi 69-71). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əvvəllər barəsində ifadə verdiyi Təqsirləndirilən şəxs2dir. Onunla birlikdə Suriyada “Taifatul Mansura” camaatının tərkibində olmuşdur. Orxan da ona təhkim olunmuş silahla rebatlarda iştirak etmişdir. Həmçinin birlikdə “Cəbhətul Nusra” qruplaşmasına qarşı döyüşdüklərini və əsir götürüldüklərini bildirmişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 fotoşəkilidir (Cild 2, iş vərəqi 75-77). 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi əslən Balakən rayonundan olan Suraka dini ləqəbi, Fəqan adı ilə tanımışdır. O, İkrimə dini ləqəbli şəxsin qardaşıdır. O da, özünün silahı ilə rebatlara çıxmışdır. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil xx.xx.1999-cu ildə Balakən rayonunun Qullar kəndində doğulmuş X10 fotoşəkilidir (Cild 2, iş vərəqi 87-89). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, Ramaşka dini ləqəbli əslən Sumqayıtdan olan Ramil Məmmədovdur, onunla birlikdə Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur, o, Suriyada döyüşlər nəticəsində vəfat etmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 12 dekabr 1981-ci ildə Rusiya Federasiyasının Kemerovo vilayətində doğulmuş X13 fotoşəkilidir (Cild 2, iş vərəqi 240-242). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, onun dini ləqəbi Abu Harun, adı isə Nəsimidir. O, Suriyada onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub, “Cəbhətul Nusra” ilə apardıqları döyüş nəticəsində vəfat etmişdir. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 07 iyul 1994-cü ildə Bakı şəhərində doğulmuş X21 fotoşəkilidir (Cild 2, iş vərəqi 243-245). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, onun dini ləqəbi Abu Rəyan, adı isə Orxandır. Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur, o da, özünə məxsus silhala rebatlarda iştirak etmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil 08 oktyabr 1994-cü ildə Bakı şəhərində doğulmuş X14 fotoşəkilidir (Cild 2, iş vərəqi 246-248). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, adı Eyniyev Vasifdir, əslən Şirvan şəhərindəndir. Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuş, özünə təhkim olunmuş silahla rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 03 sentyabr 1994-cü ildə Əlibayramlı şəhərində doğulmuş X15 fotoşəkilidir (Cild 2, iş vərəqi 252-254). 02 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, əslən Hacıqabul rayonundan olan “Abdulhey” dini ləqəbi şəxsdir, onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olub. O, özünə təhkim olunmuş silahla rebatlara çıxıb. Fotocədvəldə 4 sayı ilə işarələnmiş fotoşəkil 12 iyun 1995-ci ildə Hacıqabul rayonu, Nəvahi kəndində doğulmuş X2 fotoşəkilidir (Cild 2, iş vərəqi 258-260). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Abu Xəlil dini ləqəbli şəxs kimi tanıyır. Onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur. Cəbhətul Nusra silahlı birləşməsi hücum edən zaman o, vurulmuş və dünyasını dəyişmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 12 dekabr 1981-ci ildə Rusiya Federasiyasının Kemerovo vilayətində doğulmuş X13 fotoşəkilidir (Cild 3, iş vərəqi 10-12). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi Abdurahman dini ləqəbli şəxs kimi tanımışdır. Suriyada onunla birlikdə “Taifatul Mansura” camaatının üzvü olmuşdur. Cəbhətul Nusra silahlı birləşməsi hücum edən zaman o, vurulmüş və dünyasını dəyişmişdir. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 07 iyul 1994-cü ildə Bakı şəhərində doğulmuş X21 fotoşəkilidir (Cild 3, iş vərəqi 13-15). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 1 şərti nömrəli fotoşəkildəki şəxsi Muhamməd dini ləqəbli şəxs kimi tanıyır, Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur. O da, özünə məxsus silahlı rebatlara çıxmışdır. Fotocədvəldə 1 şərti sayı ilə işarələnmiş fotoşəkil 03 sentyabr 1994-cü ildə Əlibayramlı şəhərində doğulmuş X15 fotoşəkilidir (Cild 3, iş vərəqi 22-24). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi Zubeyr dini ləqəbli şəxs kimi tanıyır, O Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur. O da, özünə məxsus silahlı rebatlara çıxmışdır. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil 28 yanvar 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş X16 fotoşəkilidir (Cild 3, iş vərəqi 25-27). 05 iyul 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Abu Hamza dini ləqəbli şəxs kimi tanıyır. Suriyada “Taifatul Mansura” camaatının üzvü olmuşdur. O da, özünə məxsus silahlı rebatlara çıxmışdır. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil 12 iyun 1995-ci ildə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş X2 fotoşəkilidir (Cild 3, iş vərəqi 28-30). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 may 2022-ci il tarixli 1338 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 isterik tipli şəxsiyyət pozuntusu (F60.4) qeyd olunur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri – yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, əsəbi-gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi xidmətə çağırış zamanı 2 saylı X1 2013-cü və 2017-ci illərdə müayinə olunarkən “dissosiativ-konversion pozuntu” (isterik nevroz) diaqnozunun müəyyən edilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, davranışında nümayişkarlıq əlamətlərinin qeyd olunması, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, emosional dayanıqsızlığı və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (Cild 3, iş vərəqi 4-6). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 may 2022-ci il tarixli 1337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən əvvəl və sonralar hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (Cild 2, iş vərəqi 1-3). Məhkəmə-tibb ekspertizasının 08 iyun 2022-ci il tarixli KEŞ-311.1 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun başının arxa sağ tərəfində açıq ağımtıl rəngli, bel səthinin aşağı hissəsində 5 ədəd, sağ saidin arxa səthində 2 ədəd, budun yuxarı 3/1-də kənar səthində tünd qəhvəyi rəngli çapıq toxumalarının olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumasının müddəti 1,5 ildən artıqdır, müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən qəlpə təması nəticəsində yaranması istisna edilmir. Təqsirləndirilən şəxs2 müəyyən edilən xəsarətlər həyat üçün təhlükəli deyil, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırkı sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması məqsədəmüvafiq hesab edilir (Cild 2, iş vərəqi 146-149). Məhkəmə-tibb ekspertizasının 08 iyun 2022-ci il tarixli KEŞ-311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun sol ayaq pəncəsinin arxa səthində 2 ədəd və üst nahiyəsində 2 ədəd dəlib keçən qəlpə yarasına uyğun çapıq toxuması, sağ baldırın yuxarı 3/1-də 2 ədəd, sol diz qapağının bayır səthində 1 ədəd tünd qəhvəyi rəngli çapıq toxuması, burun səthində sol tərəfdə çətinliklə seçilən kiçik 1 ədəd piqmenstasiya sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumasının müddəti 1,5 ildən artıqdır, müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən qəlpə təması nəticəsində yaranması istisna edilmir. Təqsirləndirilən şəxs1 müəyyən edilən xəsarətlər həyat üçün təhlükəli deyil, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırkı sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür (Cild 1, iş vərəqi 150-153). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Stastistik İnformasiya idarəsindən daxil olmuş 20 may 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 147-148). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün heç bir dəlillər gətirmədilər, ibtidai istintaq zamanı onlara qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, əməllərindən peşman olduqlarını bildirdilər. Yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağının olmasını, 59.1.10-cu maddəsinə uyğun olaraq, cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, həmçinin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməklə, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən adları çəkilən şəxslər həmin tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs2 məxsus «Samsunq A50» markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs2 məxsus «Samsunq A50» markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar