Məhkəmə qərarları › İş №1(101)-1529/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1529/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1529/2024 25.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X21 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:42 radələrində, qəbul etdiyi narkotik vasitənin təsiri altında olmaqla idarə etdiyi özünəməxsus ağ rəngli “Azsamand” markalı, “**-PE-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə gələrkən evin qarşında dayanan «Toyota Prius» markalı, “**-ME-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əvvəllər tanımadığı 3 nəfər kişi cinsli şəxsin olduğunu görərək onlar tərəfindən izlənməsini ehtimal edib, ehtiyatlandığı üçün həmin vaxt evdə olan arvadı Şahid5 mobil telefon vasitəsilə çağırıb birlikdə «Toyota Prius» markalı avtomobilin arxasınca avtomobilini idarə edərək yaxınlıqda olan «Al market» istiqamətində getmiş, lakin «Toyota prius» markalı avtomobil irəlidə «Al market»in yaxınlığında geriyə döndüyündən, o da idarə etdiyi “Azsamand” markalı avtomobillə «Al market»in yaxınlığında geriyə dönmə edərək yaşadığı ev istiqamətində gəlib, evin yaxınlığında yenidən geriyə dönmə etmiş və «Al market» istiqamətində gedərkən «Toyota prius» markalı avtomobilin yaşadığı ev istiqamətində getdiyini gördükdən sonra yenə də geriyə dönmə edərək «Toyota prius» markalı avtomobilin arxası ilə getmiş və bir qədər irəlidə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs «Toyota Prius» markalı avtomobildən düşüb piyada hərəkət etməsini və yolun kənarında dayanaraq mobil telefona baxmasını, həmin «Toyota prius» markalı avtomobili isə orada dayanmış vəziyyətdə olmasını görərək, o, Zərərçəkmiş şəxs yanından keçən zaman avtomobilinin təkərlərini yerində sürətlə fırladıb nümayişkarənə şəkildə oradan uzaqlaşaraq yaşadığı ev istiqamətində getsə də, yenidən geriyə dönmə edib, avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb saxladıqdan sonra oradan uzaqlaşmış, bir müddət sonra isə «Al Maket» istiqamətində gedən zaman bir az əvvəl qarşılaşdığı «Toyota Prius» markalı avtomobilin yolun sağ tərəfində, yəni marketin qarşısında dayandığını görmüş və həmin vaxt «Al Maket»in qarşısında olan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, «avtomobili niyə belə sürürsən?» deyə soruşduqda, o, avtomobilin pəncərəsini 4-5 sm aşağı salaraq, Zərərçəkmiş şəxs avtomobilləri məhəllədən bir qədər kənara sürüb orada söhbət etməyi bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtomobildən kənarlaşdıqdan sonra isə, yəni həmin gün saat 22:02 radələrində o, avtomobili idarə edib, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşən “Al market”-dən “Bakı Beynəlxalq Avtovağzalı” istiqamətində gedən yolda saxlamış, «Toyota Prius» markalı avtomobilin sürücüsü də avtomobilini onun arxası ilə sürərək dayandıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşərək “Azsamand” markalı avtomobilə doğru getmiş, həmçinin həmin vaxt o əvvəlcədən zəng edib olduğu yeri bildirdiyinə görə bacısı Şahid6 faktiki nikah münasibətlərində olduğu Şahid3 idarə etdiyi “Runna-minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəldikdən sonra avtomobildən düşüb Zərərçəkmiş şəxsla söhbət edən zaman o, avtomobilində saxladığı dəstəyi qara rəngli soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb şalvarının arxa cibinə qoyaraq arvadı Şahid5 ilə avtomaşından düşmüş, Zərərçəkmiş şəxs ona qadınları göstərərək «söhbətə bunlarla gəlibsən?» deyə bildirdikdə o, sonuncunun iradından narazı qalaraq, həm də sonuncunun, eləcə də tanımadığı digər şəxslərin onun yaşadığı məhəllədə avtomaşını idarə etməsini özünə təhqir hesab edib, bunu bəhanə edərək, Zərərçəkmiş şəxs və onunla olan digər şəxslər tərəfindən izlənilməməsinin artıq ona məlum olmasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə bıçağı arxa sağ cibindən çıxarıb sağ əlində tutaraq bıçaqla qəflətən bir dəfə sonuncunun ürək nahiyəsinə zərbə endirib sonuncuya döş qəfəsinin solyan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmişkəsilmiş yarasından ibarət, yetirilmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik, kəskin qanitirmə ilə nəticələnməklə ölümə səbəb olan, həmçinin aldığı zərbənin təsirindən öz boyu hündürlüyündən yerə yıxılaraq sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, bel nahiyəsinin qançırlı sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evə gəldiyi zaman evin qapısının önündə tanımadığı və üç nəfərin əyləşdiyi bir maşın görmüş, polis əməkdaşları olduqlarını güman edərək dərhal həyat yoldaşına zəng edərək aşağı düşməsini və onun maşınına əyləşmələsini bildirmişdir. Həmin zaman o, həmçinin bacısına zəng vuraraq onu da həyat yoldaşı ilə birgə məhəlləyə gəlməsini xahiş etmişdir. Bundan sonra həyat yoldaşı gələrək onun maşınına əyləşmiş və o, irəli hərəkət edərkən həmin maşının transfarmatorun yanında durduğunu görmüş və o, da avtomobili saxlamışdır. Həmin maşından əvvəllər tanımadığı İzmir adlı şəxsin düşdüyünü görmüş, sonuncu maşının qabağına keçən zaman o, həmin şəxsin polis əməkdaşı olduğunu fikirləşdiyindən öz maşınını onun üstünə sürmüş, İzmir isə yana çəkilərək onun maşınını yumruqla vurmuşdur. Bundan sonra o, maşını ilə bir gədər məhəllənin ətrafinda fırlanaraq “Al Market”in yanında saxlamış, onlar da həmçinin marketin yanında dayanmışlar. O, onlardan kim olduqlarını və oraya nə məqsədlə gəldiklərini soruşduqda maşından 1 nəfər düşərək polis əməkdaşları olmadıqlarını bildirmiş və ondan maşından düşüb həmin şəxslərlə şöhbət etməsini təklif etmişdir. Bu zaman o, həmin şəxsləri tanımaması səbəbindən maşından düşməmiş və maşınlarını məhəllədən bir qədər qabağda saxlayaraq, düşüb söhbət etmələrini təklif etmişdir. O, maşınını qabağda saxlamış, digər maşın isə onun arxasınca gəlmişlər. O, yoldaşının maşında olduğu səbəbindən maşından düşmədiyindən İzmir adlı şəxs onun maşınına yaxınlaşaraq “bunlarla gəlmisən söhbətə?” ifadəsini işlətmişdir. O, həmin ifadəyə əsəbləşdiyindən maşından düşərək İzmirə yaxınlaşmış və bu zaman onu öldürmək məqsədi olmadan bıçaqla vurmuşdur. Bundan sonra sonuncu öz gəldiyi maşına tərəf hərəkət edərkən o, da öz maşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən narkotik vasitələrdən istifadə edir, müəyyən vaxtlarda müalicə almağa da çalışmış, narkotik vasitəni tanımadığı şəxslərdən alırmış, həmin şəxslərin adları və əlaqə nömrələri onda yoxdur. Hadisə gününə qədər o, özünə məxsus «Azsamand» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərib ailəsinin dolanışığını təmin etmişdir. 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman İsmayıl, Qurban, Hüseyn adlı şəxslərlə tanış olmuş, azadlığa çıxdıqdan sonra da həmin şəxslərlə münasibəti davam etmişdir. Təxminən 09-10 noyabr 2023-cü il tarixlərdə İsmayıl ona zəng edərək barəsində narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair şayiənin yayılmasında ondan şübhələndiyini bildirmiş, o da İsmayıla həmin şayiənin yayılmasının ona aidiyyətinin olmadığını bildirmiş, sonuncu isə görüşüb söhbəti aydınlaşdıracağını demişdir. Həmin günlərdə Hüseynlə görüşüb ona məxsus avtomobillə Hövsan qəsəbəsinə getmiş, oradan Qurbanı götürüb şəhərə qayıdacaqmışlar. Sonuncunu gözləyən zaman Hüseyn ona İsmayılın ondan qorxduğunu, söhbət etməkdən çəkindiyini bildirmiş, o, isə İsmayılla görüşəcəyini demişdir. Daha sonra İsmayılla danışan zaman xx.xx.2023-cü il tarixdə. axşam saatlarında 20 Yanvar dairəsi yaxınlığında görüşmək barədə razılaşmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində İsmayıla zəng edərək Qurbanla birlikdə gəldiyini demişdir. O isə heç nə demədən görüşə getməmiş, çünki dava-dalaş olsa Qurbanın İsmayılın tərəfini saxlayacağını düşünmüşdür. Bu səbəbdən görüşə getməmişdir. Həmin gün evə gedən zaman yaşadığı evin qarşısından əvvəllər tanımadığı «Toyota Prius» markalı avtomobilin gəldiyini, həmin avtomobildə üç nəfər şəxsin olduğunu görmüşdür. Bu hal onda şübhə yaratmış və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən arvadı Günelə «whastapp» sosial tətbiqində sonuncunun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək «Günel, qapıda maşın dayanıb, çölə çıx, mən də gəlirəm» deyə bildirmişdir. Daha sonra Günel küçəyə çıxmış, o, sonuncuya avtomobilə əyləşməsini bildirmiş, Günel də ön sağ oturacaqda oturmuşdur. Güneli çağırmasının səbəbi tək getməkdən ehtiyat etməsi olmuşdur. O, həmin avtomobili və içərisində olan 3 nəfər şəxsi birinci dəfə idi ki, görürmüş, həmin şəxsləri İsmayılın göndərdiyini düşünmüşdür. Buna görə narahat olmuş, hətta Günel gəlməmişdən əvvəl yeznəsi Çingizə zəng etmişdir ki, dava-dalaş olsa yanında olsun, Çingiz isə zəngə cavab verməmişdir. Bu səbəbdən o, Ramiləyə zəng edərək Çingizlə əlaqə saxlamasını, onun yaşadığı evə gəlməsini, dava-dalaş ola biləcəyi barədə məlumat vermişdir. Lakin Çingiz sms yazaraq rayonda olduğunu bildirmişdir. Ramilə narahat olduğundan özünün Kamranla birlikdə gəldiyini demişdir. Bu səbəbdən o, bir neçə dəfə Ramilə ilə əlaqə saxlamışdır. Günel avtomobilə əyləşdikdən sonra sonuncuya onu izlədiklərini bildirmişdir. Buna görə də avtomobillə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə getmişdir. Həmin avtomobilin dövlət qeydiyyat nişanı və rəngi yadında qalmamışdır. «Toyota prius» markalı avtomobil bir az irəlidə «Al market»in yaxınlığında geriyədönmə edib onlara doğru gəlmişdir. Avtomobil aşağı sürətlə hərəkət edirmiş, avtomobili qaraşın bir şəxs idarə edirmiş, yanında isə sonradan adının İzmir olması ona məlum olan şəxs olmuşdur. «Toyota prius» markalı avtomobil onların yanından keçərək yaşadıqları küçəyə doğru gedirmiş, o da «Al market»in yaxınlığında avtomobillə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə getmişdir. Həmin vaxt bir qədər əvvəl «Toyota prius» markalı avtomobilin sağ ön oturacağında əyləşən şəxsin, yəni mərhum İzmirin yolun kənarında avtomobilin yanında dayanaraq nə isə etdiyini görmüş, o, avtomobili ilə İzmirin yanından keçən zaman təkərləri yerində fırladan kimi etdikdə İzmir arxaya çəkilərək ona tərs-tərs baxmış, o isə heç nə demədən evinə doğru getmişdir. Yenidən geriyədönmə edib «Al Maket» istiqamətində gedən zaman bir az əvvəl qarşılaşdığı «Toyota Prius» markalı avtomobilin yolun sağ tərəfindən, yəni marketin qarşısında dayandığını, avtomobildə olan şəxslərdən birinin də marketin qarşısında olduğunu görmüş, o, avtomobili idarə edərkən İzmir ona yaxınlaşaraq «avtomobili niyə belə sürürsən?» deyə soruşmuş, həmin vaxt «Toyota Prius» markalı avtomobildən başqa bir şəxs də düşərək ona yaxınlaşmış, «biz polis deyilik, niyə belə avtomobil sürürsən?» deyə soruşmuşdur. İzmir həmin şəxsə avtomobilə qayıtmasını bildirmiş, o, pəncərəni 4-5 sm aşağı salmış, İzmirə avtomobilləri məhəllədən bir qədər kənara idarə edərək söhbət etməyi bildirmişdir. İzmir avtomobildən kənarlaşdıqdan sonra o, avtomobili marketdən sağ istiqamətdə gedən yolla idarə edib dayanmışdır. Həmin vaxt bacısı Ramilə onunla əlaqə saxlayıb evə getdiklərini deyən zaman o, Ramiləgilə yerini izah etmiş, Ramilə Kamranla birlikdə gəlirmiş. «Toyota Prius» markalı avtomobilin sürücüsü avtomobilini onun yanına sürərək dayanmış, sağ ön oturacaqda oturan İzmir adlı şəxs ona tərs-tərs baxırmış. Yoldan başqa maşınlar keçdiyindən o, avtomobili önə doğru idarə edərək yolu boşaltmış, həmin vaxt Kamran da öz avtomobili ilə gəlib onun yanında dayanmış, o, söhbət etmək üçün avtomobildən düşmüşdür. Taksi fəaliyyəti ilə məşğul olduğundan təhlükəsizlik məqsədi ilə avtomobildə təxminən uzunluğu 35 sm, tutacağı 10 sm, tutacağı qara rəngli olan ət bıçağı saxlayırmış. Avtomobildən düşən zaman həmin bıçağı arxa cibinə qoymuş, onunla birlikdə arvadı Günel, digər avtomobildə olan bacısı Ramilə də avtomobildən düşmüşdür. Kamranın avtomobildən düşüb-düşmədiyinə fikir verməmişdir. O, avtomobildən düşən zaman İzmir də avtomobildən düşmüş, ona qadınları göstərərək «söhbətə bunlara gəlibsən?» deyə soruşmuş, lakin ona qarşı nalayiq ifadə işlətməmişdir. O, həmin sözləri qəbul edə bilməyib bıçağı arxa sağ cibindən çıxarıb sağ əlində tutaraq bir dəfə İzmirin ürək nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt İzmir arxaya doğru öz avtomobilinə getmiş, o isə dərhal «Azsamand» markalı avtomobilinə əyləşmiş, Günel də maşına minmişdir. Qorxduğundan birbaşa Biləsuvar rayonu, Əsgərabad kəndindəki evinə getmişdir. Evdə ilk vaxtlarda anasına hadisə barədə məlumat verməsə də, sonradan anası Nəzakətə adam bıçaqladığını bildirmiş, anası və Günel ağlayırmışlar. Hadisə vaxtı istifadə etdiyi bıçağı həmin evin qonaq otağında, oturacağın altına qoymuşdur. Həmçinin özünə məxsus avtomobil də orada qalmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə qayıtmış, bacısı Bənövşəgilə getmiş və axşam saatlarında orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Zərərçəkmiş şəxsı əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, aralarında yaranmış mübahisənin səbəbi onda İzmirin İsmayıl tərəfindən göndərilməsinə dair şübhənin yaranması, həmçinin ona «söhbətlə bunlarla gəlmisən?» deyə soruşması olmuşdur. Bundan əlavə bildirmişdir ki, İsmayılla arasında olan söhbət barədə məlumat verməmək üçün guya İzmirgilin onun evinin yaxınlığında görməsinin xoşuna gəlmədiyini bildirmişdir. Lakin o, İzmirin nə isə edəcəyindən qorxduğundan İsmayıl tərəfindən göndərilib-göndərilmədiyini öyrənmək üçün sonuncunu izləmişdir. Onunla mərhum Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı orada bacısı Ramilə, arvadı Günel və Kamran olmuşdur. O, Zərərçəkmiş şəxs qəflətən zərbə endirdiyindən sonuncu özünü müdafiə edə bilməmiş, ona bir söz deməmiş, sonuncuyla onun arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bundan əlavə bildirmişdir ki, o, heç bir xəstəlikdən əziyyət çəkmir. O, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə edir, narkotik vasitəni tanımadığı şəxslərdən alırmış, hadisə baş verən günü isə narkotik vasitədən istifadə etmişdir, bu barədə də ilkin ifadəsində düzgün məlumat verməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində hansı paltarların olmasını xatırlamır, onun üzərində isə boz rəngli cins şalvar, qara rəngli kofta, qara rəngli ayaqqabı olmuşdur. Zərərçəkmiş şəxs qətlə yetirdiyi bıçaq onların mətbəxdə istifadə etdikləri bıçaq olmuş, həmin bıçağın nə vaxt alınması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun həmin şəxsi oldürmək niyyəti olmamışdır, belə niyyəti olsaydı hadisədən istifadə edərək maşını ilə vurardı. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ailəsindən üzr istəməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmətibbi, məhkəmə-bioloji, məhkəmə-genetik, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik, məhkəmə-kompüter texniki, kompleks komisyon, ambulator məhkəmə-psixiatrik və psixoloji, məhkəmə narkoloji ekspertizalarının rəyləri, foto şəkillər, “Azərcell”, "xxxx", "xxxx" MMC-dən daxil olmuş məktubları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi O.S.Savadov ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır, sonuncu heç kimlə ədavət və düşmənçiliyi olmayan, bir qədər dəliqanlı, öz sözünü deyən biri olmuşdur. İzmir narkotik vasitələrdən istifadə etməmiş, onun istifadəsində «İphone 11» markalı mobil telefon və «***-***-**-**» saylı mobil nömrə olmuş, həmçinin «whatsapp» sosial tətbiqində «***-***-**-**» saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Bundan başqa «***-***-**-**» saylı mobil nömrədən də bir müddət əvvəl istifadə etmişdir. Qardaşı adətən Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli 27 ünvanında anası X12 ilə birlikdə yaşamış, atası X13 2014-cü ildə ölmüş, bacısı X8 ailəlidir və ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. İzmir adətən Gəncə şəhərindəki evlərində yaşasa da, tez-tez Bakı şəhərinə gəlib-gedirmiş, təxminən 2021-ci ilin əvvəllərindən Bakı şəhərində Lökbatan qəsəbəsində dəqiq ünvanını bilmədiyi evdə Zeynəb adlı bir şəxslə yaşamışdır. Zeynəbin istifadəsində «***-***-**-**» saylı mobil nömrənin olduğunu bilir. Onların necə tanış olmaları barədə hər hansı məlumatı yoxdur. Əlaqə nömrəsini isə İzmirin bir dəfə onun telefonu ilə ailə üzvlərinə zəng etməsi səbəbindən əldə etmişdir. İzmirə başqa qızla yaşaması barədə iradlarını bildirsələr də, sonuncu onların sözlərinə məhəl qoymamışdır. İzmir hadisədən təxminən 20 gün əvvəl Bakı şəhərində yaşayırmış, evdən çıxarkən bir-iki günə qayıdacağını bildirsə də, hadisə gününə qədər Gəncə şəhərinə qayıtmamışdır. Anası ilə əlaqə saxladıqda, Gəncə şəhər sakini Xaşal adı ilə çağırılan Samirlə birlikdə evdən getdiyini bildirmişdir. Samirin babasıgili onlarla qonşuluqda yaşamış, həmyerliləridir. Samirlə onun salam-sağoldan başqa münasibəti olmamışdır. Mərhum qardaşı İzmirin Samirlə münasibəti olmuş, bu barədə sonuncu özü ona danışmışdır. İzmir Bakı şəhərində son vaxtlar «Opera» oteldə yaşayırmış, o, İzmirin yaşadığı otaqda olmamış, həmin otaqda kiminlə birlikdə yaşaması barədə məlumatı yoxdur. İzmiri təxminən xx.xx.2023-cü il tarixdə «Opera» oteldən götürmüş, birlikdə vaxt keçirmiş, sonuncu dəfə təxminən xx.xx.2023-cü il tarixdə əlaqə saxlamış, ona Gəncə şəhərinə gedəcəyini bildirməklə, birlikdə getməyi təklif etmiş, İzmir onunla razılaşsa da, səhərisi gün telefonuna zəng çatmamışdır. Əvvəllər də belə hallar baş verdiyindən, yəni İzmirin telefonuna zəng çatmadığından sonuncu ilə yenidən əlaqə yaratmağa cəhd etməmişdir. Özü Gəncə şəhərinə getmiş və hadisə baş verdiyi günə qədər orada olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən, saat 23:15 radələrində Gəncə şəhərində anasının yaşadığı evin yaxınlığında yerləşən kafelərdən birində olduğu vaxt kafedə olan tanışlardan biri Samirin qohumunun ona zəng etdiyini və onun nömrəsini soruşduğunu bildirmiş, həmin şəxslə danışdıqda Samirin ona İzmiri vurduqlarını dediyini bildirmişdir. Həmin şəxsdən Samirin əlaqə nömrəsini almış, sonuncu ilə əlaqə saxlayanda Bakı şəhərində yerləşən X5 və İzmirin bıçaqla vurulduğunu demiş, qardaşının hansı səbəbdən bıçaqlandığını soruşduqda Qaradağ rayonundan qayıdanda qarşılarını «Azsamand» markalı avtomobilin kəsdiyini, lakin dayanmadıqlarını, sonradan həmin avtomobilin yenidən qarşılarını kəsdiyini, İzmirin həmin şəxsin kim olması ilə maraqlanaraq avtomobilə yaxınlaşdığını, daha sonra isə geriyə qayıdaraq vurulduğunu deyib avtomobilə əyləşdiyini, İzmiri xəstəxanaya çatdırarkən yolda aldığı xəsarətlərdən öldüyünü bildirmiş, yanlarında başqa hər hansı şəxsin olub-olmaması barədə bir söz deməmişdir. Danışdıqları vaxt Samirin yanında olan polislərdən kimsə sonuncuya «telefonu söndür» deyə bildirdiyini eşitmişdir. O, dərhal Bakı şəhərinə getmək üçün yola düşmüş, yolda hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlaqə saxlayıb hadisə barədə maraqlanmış, o, qardaşının narkotik vasitə istifadə etməsi və ya satması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, mərhum qardaşı Zərərçəkmiş şəxs hər hansı şəxslə ədavət və ya düşmənçiliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur, sonuncunun yaxın münasibətdə olduğu şəxsləri tanımır. Samiri uzun illərdir tanısa da, onun İzmirlə son vaxtlarda ünsiyyəti yarandığını bilir. İzmir Zeynəb adlı qızla da yaxın olmuş və onunla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, İsmayıl, Qurban, Hüseyn adlı şəxsləri tanıyıb-tanımaması barədə məlumatı yoxdur, o, özü də həmin adda olan şəxsləri tanımır. Bundan əlavə O.S.Savadov məhkəməyə ərizə təqdim edərək təqsirləndirlən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstəmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıq vaxtlarından tanıyır. O, sonuncunu sonuncu dəfə təxminən xx.xx.2023-cü il tarixdə görmüş, Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Şahid2 onun uşaqlıq dostudur. Sonuncunun istifadəsində «Toyota Prius» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil, ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, İzmirlə görüşən zaman Anar da onların yanlarında olmuş, onlar bir-birini tanışmış, birlikdə təxminən 2-3 dəfə görüşmüşlər. xx.xx.2023-cü il tarixdə, axşam saat təxminən 18-19 radələrində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs «whatsapp» sosial tətbiqində ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Nərimanov rayonunda yerləşən «Opera» adlı oteldə olduğunu, Qaradağ rayonuna getmək istədiyini, Anardan onu aparmasını xahiş etməsini, 20 manat pul verəcəyini bildirmişdir. O, Anarla əlaqə saxlamış, sonuncu da ona birlikdə getməyi təklif etmişdir. O, bu barədə İzmirə bildirmiş, sonuncu narazılıq etməmişdir. Daha sonra Anar onu yaşadığı evdən götürmüş və onlar birlikdə «Opera» adlı otelə getmiş, İzmirdə onlarla görüşmüş, o, hündürboylu olduğundan arxa oturacaqda əyləşmişdir. Onlar birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində İzmirin göstərdiyi ünvana getmiş, sonuncu orada dostu ilə görüşəcək, deməsinə görə dostuna pul verəcəkmiş. Anar avtomobili saxladıqdan sonra İzmir avtomobildən düşmüş, 4-5 dəqiqədən sonra qayıtmış, onlar «Opera» adlı otel istiqamətində yolda düşmüşlər. «Meyvəli» adlanan bazarın yaxınlığında ona ünvan mesajı gəlmiş, İzmir Anardan onu ilk öncə Avtovağzal tərəfə aparmasını istəmişdir. Mesajı göndərən İzmirin münasibətdə olduğu Zeynəb adlı şəxs olmuşdur. Anarın gediləcək ünvanı «waze» proqramına yükləməsi üçün İzmir ünvanı «whatsapp» sosial tətbiqində ona göndərmiş, o da həmin ünvanı «whatsapp» sosial tətbiqində Anara göndərmişdir. Belə ki, Anarın mobil nömrəsi İzmirdə olmamışdır. Anar Xocasən qəsəbəsinin içərisi ilə avtomobili Bakı Beynəlxalq Avtovağzalı istiqamətində sürmüş, oranı keçdikdən sonra sağ istiqamətdə torpaq yoluna keçmişlər. Həmin ərazi «Motodrom» adlanır. Onlar «Motodrom» adlanan ərazidə «Al Marketin» qarşısından aşağı düz istiqamətdə getmiş, İzmir oradan da düz getməyi istəmiş, Anar yol qurtarana qədər avtomobili düzünə idarə edib sola dönmüş, həmin yer bir az təpəlik kimi olmuşdur. Oradan aşağı düşdükdən sonra 100-150 metr düz getmiş, həmin vaxt İzmir avtomobili saxlamağı istəmiş, Anar avtomobili saxlamış, İzmir avtomobildən düşmüş, bir qədər uzaqlaşmış, 1-2 dəqiqədən sonra qayıtmış, hava qaranlıq olduğundan İzmirin nə etdiyini görməmişdir. İzmir avtomobilə əyləşdikdən sonra Anar geriyədönmə edib gəldiyi yolla qayıtmış, təpəlik kimi yerə çatan zaman qarşılarına «Azsamand» markalı bir avtomobil çıxmış, həmin avtomobil onların yanından keçdikdən bir müddət sonra Anar İzmirə həmin avtomobilin arxaları ilə gəldiyini demişdir. «Al market»-ə çatan zaman İzmir «geriyə dön, görüm həmin şəxs kimdir» deyə bildirmiş, Anar da geriyədönmə etmişdir. «Azsamand» markalı avtomobil onların yanından ötüb getmiş, təpəlik kimi olan yerə çatan zaman İzmir avtomobildən düşmüş, piyada getməyə başlamışdır. «Azsamand» markalı avtomobil yenə arxalarınca gəlmiş, İzmir ona yaxınlaşmaq istəyən zaman sürücü avtomobilin təkərlərini yerində fırladan kimi edib avtomobili İzmirin üzərinə sürmüş, bundan sonra İzmir avtomobilə qayıtmış, onlar avtomobillə «Al market» tərəfə getmişlər. Ora çatanda İzmir ona avtomobili saxlamağı bildirmişdir. Anar avtomobili yolun kənarında, fərdi yaşayış evinin qarşısında saxlamış, İzmir telefon əlində marketin qarşısına keçmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin sürücüsü də marketin qarşısına gəlmiş, avtomobilini onların olduğu avtomobilin arxasında sol tərəfdə saxlamışdır. İzmir də onlara doğru getmiş, «Azsamand» markalı avtomobilin sürücüsü isə avtomobilindən düşməmiş, həmin şəxs İzmirlə avtomobilin pəncərəsindən nə isə barədə danışmış, o nə baş verdiyini öyrənmək üçün avtomobildən düşərək onlara doğru getmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin dövlət qeydiyyat nişanının **-PE-*** olduğunu görmüş, o, İzmirin yanına çatan zaman İzmir sürücüyə «sən niyə avtomobilini bizim üzərimizə elə sürürdün, biz polis işçisi deyilik, rahat ol, düş maşından söhbət edək» deyə bildirmişdir. O isə həmin şəxsə «Qaqaş avtomobili niyə elə sürürdün» deyə sual vermişdir. Lakin həmin şəxs heç bir cavab verməmiş, İzmir ona avtomobilə qayıtmağı bildirmişdir. Həmin şəxsin üzü tüklü və bığı olmuş, arıq bədən quruluşlu olmuş, əynində ağ köynək və qara şalvar olmuşdur. O da Anarın idarə etdiyi avtomobilə gedib arxada əyləşmiş, bir neçə dəqiqədən sonra İzmir də avtomobilə qayıtmış, onlara narahatçılıq olmadığını, problem olmadığını demişdir. Anar avtomobili işə salıb qabağa getmək istədikdə ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü İzmir tərəfdən onların olduğu avtomobilə öz avtomobili ilə yaxınlaşmış, sanki onların avtomobilini sağ tərəfdən sıxmaq istəyirmiş. İzmir həmin şəxsə «niyə belə edirsən, qaçmıram, sür qabağa maşından düşürəm» deyə bildirmişdir. İzmir həmin şəxsləri tanımadığını demişdir. Həmin vaxt arxadan «Mercedes» markalı bir avtomobil yaxınlaşmış, «Azsamand» markalı avtomobilin sürücüsü «Mercedes» markalı bir avtomobilə yol vermək üçün avtomobili irəliyə doğru idarə edib dayanmış, Anar isə avtomobili «Azsamand» markalı avtomobilin arxasınca sürmüşdür. Xatırladığı qədər avtomobili dövlət qeydiyyat nişanı **-PE-*** olmuş, avtomobili bir qədər irəli gedib yolun sağında dayanmışdır. İzmir avtomobildən düşüb onlara yaxınlaşanda rəngini dəqiq xatırlamadığı daha bir «Azsamand» markalı avtomobil onların yanından keçib getmiş, həmin avtomobilin yanında dayamışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PZ- *** olmuş, sanki onların yolunu kəsən kimi etmişlər. Həmin avtomobildən bir xanım düşmüş, həmin vaxt ağ rəngli «Azsamand» markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü və yanındakı qadın avtomobildən düşərək İzmirə yaxınlaşmış, ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü heç nə demədən birbaşa İzmirə sağ əli ilə nə isə vurmuşdur. İzmir səndəlləyərək qaçıb geriyə gəlməklə avtomobilə minmiş və onu xəstəxanaya aparmalarını istəmişdir. Həmin sürücünün əlində tiyəsi uzun olan bıçaq olmuşdur. İzmirə xəsarət yetirən şəxs idarə etdiyi ağ rəngli «Azsamand» markalı avtomobilə əyləşmiş, daha sonra hər iki «Azsamand» markalı avtomobillər dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt İzmirin əynində göy rəngli şalvar, gödəkçə olmuşdur. İzmir yol boyunca qarnını sıxaraq zarıldayırdı, o, İzmiri arxadan tutmuşdur ki, yıxılmasın. Onlar əvvəl X15 Xəstəxanasına aparmış, orada xəstəxananın işləmədiyini bildirmişlər, daha sonra X29 Mərkəzə aparmışlar, İzmir ora çatanda artıq ölmüş, bunu həkimlər də təsdiqləmişlər. Daha sonra Anar öz nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan əlavə o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsi tanımır, onunla heç bir münasibəti yoxdur, ağ rəngli «Azsamand» markalı avtomobilə yaxınlaşan zaman sürücünün üzü az tüklü və bığı olmuş, arıq bədən quruluşlu olmuş, əynində ağ rəngli köynək, qara rəngli şalvar olmuşdur. Hava qaranlıq olduğundan avtomobildən və digər avtomobildən düşən şəxsləri yaxşı görə bilməmiş, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur, çünki İzmir onlara həmin şəxsləri tanımadığını demiş, o və Anar da həmin şəxslər tanımır. O və Anar Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan əraziyə İzmirin xahişi ilə getmiş, İzmir onlara hansı səbəbdən ora getməsini bildirməmişdir. Zərərçəkmiş şəxs narkotik maddələrdən və spirtli içkilərdən istifadə edib-etməməsi barədə dəqiq məlumatı yoxdur. Həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Anar və İzmir Anarın avtomobil ilə Lökbatan qəsəbəsindən qayıdarkən İzmirə «Whatsapp» sosial tətbiqində sms gəlmiş, həmin sms-i göndərən İzmirin deməsinə son vaxlar birlikdə yaşadığı Zeynəb adlı şəxs olmuş, onlar birlikdə «Opera» oteldə yaşamışlar. Zeynəbi o, bir neçə dəfə İzmirin yanında görmüşdür. İzmir Zeynəbin göndərdiyi ünvanı «Whatsapp» sosial tətbiqində ona göndərmişdir ki, o da həmin ünvanı Anara göndərsin, Anar da avtomobili «Waze» proqramı ilə ünvana sürsün. Belə ki, Anarın nömrəsi İzmirdə olmamışdır. Onlar «Waze» proqramı ilə qeyd edilən ünvan, yəni Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan ərazi istiqəmətində getmişlər. O, Təqsirləndirilən şəxs, Şahid10, Şahid9, Elvin və Hüseyn adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti yoxdur. Bundan əlavə məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İ.S.X17 adlı şəxsə 100 manat pul verməyə gedirdi, sonuncunun dediyinə görə borc verib, o, Vüqarı 2-3 dəfə görmüş, pul verəndə sonuncunu görməmişdir. Zərərçəkmiş şəxs ona Vüqarın atasının xasiyyətinin pis olduğunu demiş, avtomobili onların qapılarında saxlamamaq üçün bir məhlədə saxlamışlar. Bundan sonra İzmir pulu vermək üçün maşından düşmüş, 3-5 dəqiqə ərzində təkrar maşına geri qayıtmışdır. Sonuncunun telefonundakı məkanı ona münasibətdə olduğu Zeynəb adlı qız göndərmiş, İzmir onlara orada işinin olduğunu, onu oraya aparmalarını istəmişdir. Onlar həmin zaman yol bağlı olduğuna fırlanaraq Həsənağagilin küçəsinə gəlmiş, həmin məkan ora yaxın olmuşdur. Həmçinin bildirmişdir ki, o, həmin küçəyə birinci dəfə gedirmiş, həmin ərazilərdə heç vaxt olmamışdır. Zərərçəkmiş şəxs o küçəyə hansı məqsədlə getdiyini bilmir. Sonuncuyla Həsənağanın münasibəti barədə məlumatım olmamışdır. Həsənağanın İzmiri bıçaqla vurduğunu, sonra isə Həsənağa ilə gələn 2 qadının və Həsənağanın qarnını tutaraq maşına mindiyini görmüşdür. O, İzmirdən yolda olarkən həmin şəxsləri tanıyıbtanımamasını soruşsa da sonuncu onun sualını cavablandırmamışdır. Bundan əlavə bildirmişdir ki, Həsənağa onların arxasıyca maşını sürüb, bu məsələdə arvad-uşaq söhbəti olmamışdır, İzmir həmin zaman elə bildi ki, Həsənağa onlardan qorxur. Buna görə də Həsənağaya qorxmamasını və onların polis olmadıqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində istifadəsində olan icarəyə götürdüyü «Toyota Prius» markalı, **-ME-*** dövlət nömrə nişanlı qızılı rəngli avtomobilə Lökbatan qəsəbəsindən «Yeganə» şadlıq sarayına adını bilmədiyi qadın müştərini apararkən Gəncə şəhərindən məhəllə uşağı və yaxın dostluq münasibətində olduğu Samir ona zəng edərək İzmir adlı bir dostunu onunla birlikdə bir yerə aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat verəcəyini bildirmişdir. O, Samirə proqramla işlədiyini deyərək narazılıq etmiş, bir neçə dəqiqədən sonra ona zəng edib bir söz deyəcəyini bildirmişdir. Müştərini düşürdükdən sonra Samir özü ona yenidən zəng etmiş, həmin vaxt o, razılıq vermişdir. Samirin yaşadığı Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən binanın yanına yaxınlaşmış, yolun kənarında gözləyən Samir avtomobilə minmiş və onlar birlikdə İzmirin olduğu «Opera» adlı otelə gedərək otelin qarşısında gözləmiş, hər ikisi avtomobildə olmuş, az sonra İzmir avtomobilə minmişdir. İzmirin həmin oteldə hansı səbəbdən olması barədə məlumatı yoxdur. O, İzmir adlı şəxsi hadisədən 2-3 gün əvvəl yenə də Samirlə birlikdə götürmüş, Samir avtomobil almaq istədiyindən İzmirlə avtomobildə başqa bir avtomobil barədə danışmışlar. xx.xx.2023-cü il tarixdə İzmir avtomobilə mindikdən sonra sonuncunun göstərişi ilə Lökbatan qəsəbəsində getmiş, orada dəqiq xatırlamadığı ərazidə Samirlə o, avtomobildə qalmış, İzmir isə «gəlirəm» deyə bildirməklə avtomobildən düşüb harasa təkbaşına getmişdir. Təxminən 5-10 dəqiqədən sonra İzmir qayıtmış və onu Avtovağzal tərəfə aparmasını istəmişdir. O, Xocasən qəsəbəsinin içərisi ilə onları Bakı Beynəlxalq Avtovağzalına aparmış, avtovağzalı keçdikdən sonra sağ istiqamətdə 2-3 km düz getdikdən sonra yolun sağ tərəfində «Al market» mağazasını görmüş, İzmir oradan da düz getməsini istəmiş, o, yol qurtarana qədər avtomobili düzünə idarə edib sola dönmüş, həmin yer bir az təpəlik kimi olmuşdur. Oradan aşağı düşdükdən sonra 20-30 metr düz getmişlər. Həmin vaxt İzmir avtomobili saxlamasını istəmiş, o, avtomobili saxlamış, İzmir avtomobildən düşmüş, bir qədər uzaqlaşmış, 1-2 dəqiqədən sonra qayıtmışdır. Hava qaranlıq olduğundan İzmirin nə etdiyini bilməmişdir. İzmir avtomobilə əyləşdikdən sonra o, geriyədönmə edib gəldiyi yolla geri qayıtmış başlamış, təpəlik kimi yerə çatan zaman qarşısına «Azsamand» markalı avtomobil çıxmış, həmin avtomobilin onların yanından keçdikdən sonra 2 dəqiqə sonra arxaları ilə gəldiyini görmüş, İzmirə «Azsamand» markalı ağ rəngli avtomobilin onların arxasınca gəldiiyini demiş «Al market» mağazasına çatan zaman İzmir «geriyə dön, görüm həmin şəxs kimdir» deyə bildirmiş, o da geriyədönmə etmişdir. «Azsamand» markalı avtomobillə qarşı-qarşıya gələndə avtomobildə bir qadın və bir kişi olduğunu görmüş, avtomobil onların yanından ötüb keçmişdir. Yenidən təpəlik kimi olan yerdən aşağı düşüb bir qədər düz gedib geriyədönmə etmiş, təpəlik olan yerə doğru çatanda «Azsamand» markalı avtomobil yenə də qarşılarına çıxmış, onların yanından keçmiş, İzmir ona «avtomobili saxla, gör bu niyə belə edir» deyə bildirmiş, onlara isə avtomobildən düşməməyi tapşırmışdır. İzmir avtomobildən düşən zaman «Azsamand» markalı avtomobil yenidən yanlarına gəlmiş, İzmir ona yaxınlaşmaq istəyən zaman sürücü avtomobilin təkərlərini yerində fırladan kimi edib avtomobili İzmirin üzərinə sürmüşdür. Bundan sonra İzmir avtomobilə qayıtmış, o, «Al market» mağazasına tərəf getmiş, ora çatanda İzmir ona avtomobili saxlamağı bildirmişdir. O, yolun kənarında fərdi yaşayış evinin qarşısında avtomobili saxlamış, İzmir telefon əlində marketin qarşısına keçmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin sürücüsü marketin qarşısına gələrək avtomobilini onların olduğu avtomobilin arxada sol tərəfində saxlamışdır. İzmir də onlara doğru getmiş, «Azsamand» markalı avtomobilin sürücüsü isə avtomobilindən düşməmiş, İzmirlə avtomobilin pəncərəsindən nə isə danışmışlar. Az sonra Samir avtomobildən düşüb İzmirin yanına getmiş, az müddət sonra geri qayıdaraq İzmirin onu geri qaytardığını bildirib avtomobildə əyləşmişdir. Bir neçə dəqiqədən sonra İzmir də avtomobilə qayıtmış və onlara narahatçılıq, problem olmadığını demişdir. O, avtomobili işə salıb qabağa getmək istədikdə ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü qabaq sağ oturacaqda əyləşən İzmir tərəfdən onun avtomobilinə öz avtomobili ilə yaxınlaşmış və sanki avtomobili sıxaraq getmələrinə mane olmuşdur. İzmir həmin şəxsə «niyə belə edirsən, qaçmıram, sür qabağa maşından düşürəm» deyə bildirmiş, həmin şəxs avtomobili idarə edərək qabağa getmişdir. Xatırladığı qədər, avtomobilin dövlət qeydiyyat nişanı **- PE-*** olmuşdur. Avtomobili bir az irəli gedib yolun sağında dayanmışdır. İzmir avtomobildən düşüb onlara yaxınlaşanda rəngini dəqiq xatırlamadığı daha bir “Azsamand” markalı avtomobil onların yanından keçib getmiş, ağ rəngli “Azsamand” markalı avtomobilin yanında dayanmışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PZ-*** olmuşdur. Sanki onların yolunu kəsən kimi etmiş, həmin avtomobildən bir xanım düşmüşdür. Həmin vaxt ağ rəngli “Azsamand” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin də sürücüsü və yanındakı xanım avtomobildən düşərək İzmirə yaxınlaşmışlar. Həmin oğlan avtomobildən düşən kimi İzmirə sağ əlində tutduğu bıçaq ilə zərbə endirmiş, sonuncunun əyilərək arxaya doğru gəldiyini görmüşdür. İzmir də qaçaraq səndəlləyərək geriyə gəlmiş, avtomobilə minmiş və onu xəstəxanaya aparmasını istəmişdir. Bundan sonra hər iki “Azsamand” markalı avtomobillər dərhal oradan uzaqlaşmışlar. O, **-PZ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobilin sürücüsünün avtomobildən düşüb-düşmədiyini dəqiq xatırlamır, diqqəti ağ rəngli “Azsamand” markalı avtomobilinin sürücüsündə olmuşdur. Hadisə vaxtı İzmirin əynində qara rəngli şalvar, gödəkçə olmuş, üzərində heç bir kəsici-deşici alət olmamışdır. İzmir yolboyu qarnını sıxaraq xırıldayırdı, yıxılmasın deyə Samir onu arxadan tutmuşdu. O, ilk öncə X18 Xəstəxanasına aparmış, orada xəstəxananın işləmədiyini bildirdiklərindən, X29 Mərkəzə aparmışdır. İzmiri orada qəbul etmiş və o, dərhal Azərbaycan Respublikası DİN «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan əlavə ifadəsində göstərmişdir ki, o, İzmirə xəsarət yetirən şəxsi tanımır. Hava qaranlıq olduğundan o, həmin şəxsi tam görməmiş, həmin arıq bədənquruluşdu olmuş, əynində hansı paltarlar olmasını xatırlamır. Hava qaranlıq olduğundan o, hər iki «Azsamand» markalı avtomobildən düşən şəxsləri yaxşı görə bilməmiş, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur, çünki İzmir onlara həmin şəxsi əvvəllər tanıyıb-tanımaması, onunla hər hansı ədavətinin olubolmaması barədə bir söz deməmişdir. O, İzmirlə Samirin həmin əraziyə hansı məqsədlə getdiklərini bilmir, özü isə ora 20 manat zəhmət haqqını almaq üçün sürücü kimi getmişdir. O, İzmiri hadisədən 2-3 gün əvvəl «Xaşal» ləqəbli dostu Samir vasitəsi ilə tanımış, Samir İzmiri ona nənəsinin qonşusu kimi təqdim emişdir. Sonradan Samirdən öyrəndiyinə görə İzmirin ora «Nəşə» almağa getdiyini öyrənmişdir. Onun isə həmin vaxt bundan məlumatı olmamışdır. Bundan əlavə məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən qabaq «Azsamand» markalı avtomobili və Həsənağanı görməmişdir, sonuncunun maşının ön tərəfində bir qadın oturmuş, qaranlıq olduğundan dəqiq görməmişdir. Həmin şəxsin kim olduğunu bilmir. İzmirlə Həsənağa arasında mübahisənin nə üçün olduğunu bilmir, İzmiri ağ «Azsamand» markalı maşından düşən adam vurmuş, ancaq qaranlıq idi deyə həmin şəxsin üzünü görməmiş, istintaq zamanı həmin şəxsin Həsənağa olduğunu öyrənmişdir. O, İzmirə getmələrini təklif etdikdə sonuncu ona narahat olmamasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi olaraq həmyerlisi Şahid6 ilə ər-arvad münasibətində yaşayır. Ramilə əvvəllər nikah münasibətində olmuş, həmin evlilikdən üç azyaşlı övladı var, 2018-ci ildə rəsmi olaraq boşanmışdır. Onunla Ramilənin münasibəti isə 2020-ci ildə yaranmış və hazırda davam edir. Ramilə ona məxsus evdə yaşamasa da, o, tez-tez Ramilənin Biləsuvar rayonu, Əsgərabad kəndində yaşadığı evə getmişdir. 2023-cü ilin iyul ayından işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, xalasıgilə məxsus ünvan 5 ünvanında yaşayır. O, «Fab Boya» fabrikində fəhlə işləyir, işdən sonra isə özünə məxsus «Runna-minik» markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili lizinq yolu ilə "xxxx" ASC-dən almış, aylıq olaraq 340 manat ödəniş edir. Ramilə də təxminən üç ay olar ki, Bakı şəhərində, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində bacısına məxsus evdə yaşayır. Onun Ramilə ilə olan münasibətindən qardaşı Təqsirləndirilən şəxs, bacısı X6 da məlumatı olmuş, onlar birlikdə tədbirlərdə iştirak etmişlər. Təqsirləndirilən şəxs ilə onun münasibəti olmamışdır. Sonuncu Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan ərazidə yaşamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Ramilə zəng edərək onu «8-ci km bazarı» adlanan yerə aparmasını xahiş etmiş, o, Ramiləni yaşadığı evdən götürərək bazara aparmış, orada sonuncu bazarlıq etdikdən sonra yaşadığı evə qayıtmaq üçün yola düşmüş, yolda olan zaman Ramilənin qardaşı Həsənağa Ramiləyə zəng edərək onlara gəlməsini istəmişdir. Ramilə nə baş verdiyini soruşanda Həsənağa cavab verməmişdir. Yolda olduqları müddətdə Həsənağa bacısına 4-5 dəfə də zəng edərək tez gəlməsini tələb etmişdir. Saat 21:50 radələrində o, «Al Market» mağazasının sol tərəfində olan yol ilə gəlib aşağıya doğru getmiş, Həsənağanın yaşadığı ev marketdən aşağıda yerləşirdi. Həmin vaxt Həsənağa yenidən Ramiləyə zəng etmiş, harada olduğunu soruşmuş, Ramilə də onun evinə getdiyini bildirmişdir. Həsənağa ona marketdən aşağı yox sola dönüb yuxarı qalxmağı, arxasında «Toyota Prius» markalı avtomobilin dayandığını bildirmişdir. O, geriyədönmə edib «Al Market»-in qarşısı ilə sağ tərəfdəki yolla yuxarı doğru qalxanda Həsənağaya məxsus ağ rəngli «Azsamand» markalı avtomobili görmüş, «Toyota Prius» markalı avtomobil də onun arxasında dayanmışdır. Avtomobildə olan şəxslər yerə düşməmişlər. O, avtomobili irəliyə doğru idarə edib Həsənağanın avtomobilinin yanında saxlamış, avtomobili saxlayan kimi Həsənağa və arvadı Günel avtomobildən düşmüşlər. Həmin vaxt Ramilə də avtomobildən düşmüşdür. Avtomobildə Ramilənin 12 yaşlı və körpə olmaqla iki qızı da olmuşdur. Sonuncu avtomobildən düşən zaman azyaşlı uşaq qucağında olmuşdur. «Toyota Prius» markalı avtomobildən də bir nəfər şəxs düşmüş, o, həmin şəxsi tanımır, əvvəllər görməmiş, nə baş verdiyini bilmədiyinə görə o, avtomobildən düşməmişdir. Həsənağa avtomobildən düşən kimi sanki çaxnaşma yaranmış, «Toyota Prius» markalı avtomobildən düşən şəxs sol sinə hissəsini tutaraq avtomobilə minmişdir. Ramilə isə qardaşına qışqıraraq «evimiz yıxdın, nə etdin sən» deyə bildirməklə ağlamağa başlamış, Həsənağa və Günel öz avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. O, Həsənağanın əlində bıçaq görməmişdir. Həmin vaxt Ramilə də geri qayıdaraq avtomobilə əyləşmiş, o, qorxduğundan avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Ramilə dayanmadan ağlayır, ondan nə baş verdiyini soruşanda qardaşı Həsənağanın «Toyota Prius» markalı avtomobildən düşən şəxsə bıçaqla zərbə endirdiyini, həmin şəxsin yaralandığını bildirmişdir. Ramilə eləcə «qardaş evimizi yıxdın» deyə bildirməklə ağlayırdı. O, Ramiləni bacısıgilə düşürtmüş, gecəni orada qalmışdır. Həmin gündən sonra Həsənağanı görməmiş, ailə üzvləri Həsənağaya zəng etsələr də telefonuna zəng çatmamışdır. O, qorxduğundan heç kimə və hüquq-mühafizə orqanlarına baş vermiş hadisə barədə məlumat verməmişdir. xx.xx.2023cü il tarixdə AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermək istəmiş, lakin səhər saatlarında Binəqədi RPİ-nin əməkdaşları onunla əlaqə saxlayaraq ifadə verməyə dəvət etmişlər. Həsənağanın hansı səbəbdən «Toyota Prius» markalı avtomobildən düşən şəxsə bıçaqla zərbə endirməsi barədə məlumatı yoxdur, Ramilə də ona bu barədə bir söz deməmişdir. Bundan əlavə o, bildirmişdir ki, hadisə zamanı ətrafda kənar şəxslərin olub-olmaması barədə məlumatı yoxdur, özü həmin vaxt orada kənar şəxs görməmişdir. Lakin həmin vaxt «Toyota Prius» markalı avtomobildə tanımadığı daha iki şəxs olmuşdur. Təqsirləndirilən şəxs ədavət və düşmənçilik münasibətində olduğu şəxslər barədə hər hansı məlumatı yoxdur. Bundan əlavə məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun maşınının yanında kimsə olmamış, “ Toyota Prius” markalı maşın vardı. O, həmin maşından yuxarıda durmuş, həmin maşında təxmini xatırladığına görə 3-4 nəfər olmuşdur. Həmin şəxslərin əlində nəsə görməmiş, dava-dalaş şahidi olmamış, Həsənağanın əlində bıçaq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə H.H.Əlitev ilə 2020-ci ildən rəsmi olaraq nikah münasibətinə daxil olmuş və həmin evlilikdən xx.xx.2020-ci il təvəllüdlü Hacıağa adlı övladı var. O, sonuncunu narkotik vasitələrdən istifadə edən zaman görməsə də, özü ona bu barədə demiş, hətta müalicə olunmaq üçün Bakı Şəhər Narkoloji Dispanserdə qeydiyyata da durmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olmuş, həmin gün Həsənağa ona «whatsapp» sosial tətbiqi ilə zəng edərək «Günel, qapıda maşın dayanıb, çölə çıx, mən də gəlirəm» deyə bildirmiş, o, küçəyə çıxan zaman Həsənağa istifadəsində olan «Azsamand» markalı avtomobil ilə evə çatırmış, yolda isə «Toyota prius» markalı avtomobil gedirmiş. Həsənağa avtomobildən düşmədən ona avtomobilə əyləşməyi bildirmiş, o da avtomobilin ön sağ oturacağında əyləşmişdir. Bu zaman Həsənağa kiminsə onu izlədiyini bildirmiş, bu səbəbdən avtomobil ilə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə hərəkət etmiş, həmin avtomobilin dövlət qeydiyyat nişanı və rəngi yadında qalmamışdır. Həmin avtomobil bir qədər irəlidə «Al market» mağazasının yaxınlığında geriyədönmə edib onlara doğru hərəkət etmiş, avtomobil aşağı sürətlə hərəkət edirmiş, avtomobili qaraşın bir şəxs idarə etmiş, yanında isə hündürboylu olması hiss olunan bir şəxs olmuşdur. Həmin şəxsin sonradan adının İzmir olduğunu öyrənmişdir. İzmir avtomobildən Həsənağaya şübhəli baxırmış, «Toyota prius» markalı avtomobil onların yanından keçərək yaşadıqları küçəyə doğru hərəkət etmişdir. Həsənağa «Al market» mağazasının yaxınlığında avtomobil ilə geriyədönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə hərəkət etmişdir. Həmin vaxt bir az əvvəl «Toyota prius» markalı avtomobilin sağ ön oturacağında əyləşən şəxsin, yəni İzmirin yolun kənarında dayandığını görmüş, «Toyota Prius» markalı avtomobil isə onun yanında dayanmışdır. İzmir telefonla nəsə edirmiş, Həsənağa avtomobili ilə İzmirin yanından keçən zaman İzmir arxaya çəkilmiş, «brat-brat deyirsən, maşından düş də» deyə bildirmişdir. Lakin Həsənağa avtomobili saxlamayaraq irəli getmiş, onlar geri dönəndə «Toyota prius» markalı avtomobil artıq orada olmamışdır. Həsənağa yenidən «Al market» mağazası istiqamətinə gedəndə həmin «Toyota prius» markalı avtomobili yolun sağında, İzmiri isə marketin qarşısında görmüşdür. İzmir onların gəldiyini görüb onlara yaxınlaşmış, Həsənağa da avtomobili saxlayaraq pəncərəni 5-6 sm aşağı endirib İzmirə «qaqa burda qalansan» deyə soruşmuş, İzmir isə «yox» deyə cavab vermiş, daha sonra qonaq gəlib-gəlməməsini soruşmuş, İzmir isə «maşından düş, qadınla söhbətə gəlibsən mənimlə, sür qabağa irəlidə boş sahədə söhbət edək» deyə cavab vermiş, Həsənağa da «yaxşı» deyə bildirmişdir. Həmçinin «Toyota Prius» markalı avtomobildən bir nəfər şəxs də gələrək nə isə deyib getmiş, o həmin şəxsin nə dediyini eşitməmişdir. Daha sonra İzmir avtomobildən kənarlaşmış, Həsənağa da avtomobili ilə «Al market» mağazasından sağ tərəfdəki yolla hərəkət edərək «Toyota Prius» markalı avtomobili keçib dayanmışdır. Həsənağa bacısı Ramiləyə zəng edərək harada olmalarını, çatıb-çatmamalarını soruşmuş, Ramilə evə doğru getdiklərini deyəndə, Həsənağa onların olduqları yeri izah etmişdir. Həmin vaxt «Toyota Prius» markalı avtomobil sol tərəfdən onlara yaxınlaşmış, İzmir «qaqaş maşından düş də» deyə bildirmişdir. Həsənağa isə avtomobildən düşməmiş, yolda olan başqa avtomobillərin hərəkətinə şərait yaratmaq üçün avtomobili irəliyə doğru idarə edərək «Amin» marketin qarşısında dayanmışdır. «Toyota Prius» markalı avtomobil də arxalarında dayanmış, 5-6 dəqiqədən sonra Həsənağanın bacısı Ramilə və onun qeyri-rəsmi nikahda olduğu Kamran adlı şəxs avtomobillə onların yanlarına gəlib dayanmışlar. İzmir avtomobildən düşüb Həsənağa tərəfdən onların avtomobilinə yaxınlaşmış, Həsənağanın ünvanına qeyri-etik ifadələr işlətməklə, gülümsəyərək «bilirsən də nələr baş verəcək?» deyə soruşmuşdur. Həmin vaxt Ramilə avtomobildən düşmüş, Həsənağaya yaxınlaşmış, Ramilənin sonradan ona deməsinə görə sonuncu İzmirdən Həsənağa ilə niyə mübahisə etdiyini soruşurmuş, lakin o, onların arasında gedən danışıqları eşitməmişdir. Ramilə avtomobildən düşdüyündən, Həsənağa da avtomobildən düşüb onlara yaxınlaşmış, bundan sonra o da avtomobildən düşmüşdür. İzmir Həsənağaya onları, yəni qadınları göstərərək «bunlarla söhbətə gedəcəksən mənimlə?» deyə soruşmuş, həmin vaxt Həsənağa sağ arxa cibindən olan bıçağı çıxardaraq bir dəfə İzmirə zərbə endirmiş, sonuncu yerə yıxılan kimi olmaqla ayağa qalxaraq «Toyota Prius» markalı avtomobilə doğru geri getmiş, Həsənağa isə İzmirinin üzərində getmədən avtomobilə əyləşmiş, o da avtomobilə əyləşmiş, Həsənağa bıçağı avtomobildə yanına qoymuş, bıçağın dəstəyi qara rəngli lentlə dolanmışdır. Əvvəllər o, məişətdə həmin bıçaqdan istifadə edirmiş, sonradan Həsənağa bıçağı təhlükəsizlik üçün maşına qoymuşdur. Daha sonra Həsənağa avtomobili birbaşa Biləsuvar rayonu, Əsgərabad kəndindəki evlərinə sürmüş, onlar həmin gün orada qalmışlar. Həsənağa hadisə barəsində anasına danışmış, bıçağı da orada evə qoymuşdur. Hadisə günü Həsənağanın əynində boz rəngli cins şalvar, qara rəngli köynək və qara rəngli ayaqqabı olmuşdur. Səhərisi gün o, Bakı şəhərinə qayıtmış, səhər tezdən evdən çıxması səbəbindən Həsənağanın harada olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Həsənağa Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan bacısı Bənövşənin evinə getmiş, orada polis əməkdaşları tərəfindən saxlanmışdır. Həmçinin bildirmişdir ki, hadisə günü Həsənağa Ramiləyə bir neçə dəfə zəng edərək harada olmasını, çatıbçatmamasını soruşmuşdur. Həsənağanın deməsinə görə ilk öncə Ramilənin keçmiş əri Çingizə zəng etmiş, sonuncu gələ bilmədiyinə görə Ramiləyə zəng edib gəlməsini istəmişdir. O, İzmir adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamış, onu ilk dəfə hadisə yerində görmüş, hadisə barədə məlumat sosial şəbəkələrdə paylaşılan zaman isə ölən şəxsin adının İzmir olduğunu öyrənmişdir. Hadisə zamanı əri Təqsirləndirilən şəxs əlindəki bıçağı görmüş, həmin bıçağı əvvəllər məişətdə istifadə etmiş, sonradan Həsənğa bıçağı götürüb avtomobilinə qoymuş, bıçaq 30-35 sm uzunluğunda olmuş, dəstəyində isə qara rəngli lent olmuşdur. Hadisə vaxtı «Toyota Prius» markalı avtomobildə daha iki şəxs olmuş, o, həmin şəxsləri görməmiş, çünki onlar avtomobildən düşməmişlər. Hadisənin şahid həmin iki şəxs, o və Ramilə olmuş, sonuncuyla birlikdə gələn Kamran adlı şəxs isə avtomobildən düşmədiyindən onun baş vermiş hadisəni görüb-görmədiyini bilmir. Hava qaranlıq və axşam saatları olduğundan ətrafda kənar şəxslər olmamış, mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin səbəbləri barədə dəqiq məlumatı yoxdur. Həsənağa İzmirin onu izlədiyindən şübhələndiyini bildirmiş, lakin mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. Hadisə zamanı Həsənağa İzmirə ilk bıçaq zərbəsini vurduqdan sonra geri çəkilmiş və avtomobilinə minmişdir. Həmin vaxt İzmir adlı şəxs bıçaq zərbəsini aldıqdan sonra geri çəkilmiş, bir qədər əyilmiş və qaçaraq avtomobilinə minmiş, bir söz deməmişdir. Hadisədən sonra o, qorxduğundan nə edəcəyini bilməmiş, bu səbəbdən hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Həsənağa ilə İzmir adlı şəxs arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Həsənağa İzmirin qol boşluğundan bir bıçaq zərbəsini qorxutmaq məqsədi ilə vurmuş, çünki həmin şəxs ondan əl çəkməyərək ona maşından düşüb onlaral getməli olduğunu demişdir. Həsənağa İzmiri vurandan sonra sonuncunun arxasıyca getməmiş, İzmir özü gedərək maşına minmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Kamrana zəng edərək onu «8-ci kilometr» bazarında aparmasını demiş, sonuncu yaşadıqları evə gələrək idarə etdiyi «Runna-minik» markalı avtomobili ilə onu və uşaqlarını bazara aparmışdır. Orada o, özünə və uşaqlarına paltar almış, sonra isə Kamran onları evə aparmışdır. Bir qədər sonra Həsənağa ona zəng edib «Ramilə məndən heçnə soruşma bizə gəl» deyə bildirmiş, o, Həsənağadan nə baş verdiyini soruşduqda sonuncu «Gəl bizə, mənim arxamca bir Prius avtomobili düşmüşdür, gəl görüm bunlar məndən nə istəyir» deyə cavab vermişdir. Həsənağa həmçinin keçmiş əri Çingizə zəng edib köməyə çağırdığını, lakin Çingizin gəlmədiyini deyərək ondan Çingizə zəng edib köməyə gəlməsini istəməsini xahiş etmişdir. O Çingizə zəng edib nə üçün Həsənağaya köməyə getmədiyini soruşduqda, Çingiz içkili olduğunu və bu səbəbdən gedə bilməyəcəyini bildirmişdir. Çingizlə rəsmi qaydada boşansa da, uşaqlarına görə münasibət saxlayır. Qardaşı Həsənağa qorxaq biri olduğundan qadın olmasına baxmayaraq onu köməyə çağırmışdır. Çingiz gəlməkdən imtina etdikdən sonra o, Kamrana zəng edib onu Həsənağagilə, yəni Binəqədi rayonu, «Motodrom» adlanan əraziyə aparmasını istəmiş, Kamran da bir neçə dəqiqədən sonra evə gəlmiş və onu 2 uşağı ilə birlikdə evdən götürmüş, bir neçə dəqiqədən sonra onlar Həsənağanın yaşadığı evin yaxınlığına çatmışlar. Həsənağagilə çatmamış «Al Market» mağazasının yaxınlığından keçərkən Həsənağa ona zəng edib evə tərəf getməmələrini, həmin marketdən yuxarı istiqamətdə irəliləmələrini və arxasında da «Toyota Prius» markalı avtomobilin dayandığını bildirmişdir. Həsənağanın dediyi istiqamətdə getdikdən bir neçə metr sonra onlar Həsənağanın ağ rəngli «Azsamand» markalı avtomobilini və onun arxasında da «Toyota Prius» markalı avtomobilin dayandığını görmüşlər. Kamran avtomobili Həsənağanın avtomobilinin solunda ona paralel şəkildə saxlamışdır. O, avtomobildə ön tərəfdə sərnişin oturacağında oturmuşdur. Həmin vaxt o, qucağında iki yaşlı qızı Aysu və yanında 12 yaşlı Fezran adlı qızı ilə birlikdə avtomobildən düşmüş, Kamran isə qorxduğundan avtomobildə qalmışdır. Onlar avtomobildən düşən kimi «Toyota Prius» markalı avtomobilin ön sərnişin oturacağından hündürboy bir şəxs düşmüş, onlara tərəf gəlmiş, həmin vaxt Həsənağa da avtomobildən düşmüşdür. Sonradan adının İzmir olduğunu öyrəndiyi həmin şəxslə onun və Həsənağanın arasındakı məsafə təxminən bir metr olardı. O, ilk olaraq söhbətə girmiş, həmin şəxsə «Qardaş nəsə sənə borcu var?, mən onun bacısıyam, mənə de» deyə bildirmiş, həmin şəxs isə Həsənağaya baxaraq «Bunlarla gəlmisən söhbətə? gəl otur maşına gedək o tərəfdə söhbətimizi edək» deyə bildirmişdir. Həsənağa isə bir söz demədən qəflətən İzmir adlı həmin şəxsin döş qəfəsi nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmuş, İzmir adlı şəxs həmin zərbədən arxaya doğru çəkilmiş və geriyə qayıdaraq «Toyota Prius» markalı avtomobilə minmişdir. İlk olaraq Həsənağa «neylədim mən?» deyə bildirməklə yanında olan arvadı Günel ilə birlikdə avtomobilinə minib hadisə yerindən uzaqlaşmış, sonra «Toyota Prius» markalı avtomobildə olanlar, daha sonra isə onlar hadisə yerindən uzaqlaşmışlar. Hadisə zamanı Həsənağanın yanında arvadı Günel olmuş və Həsənağa İzmiri bıçaqlayan zaman Günel Həsənağanın yanında olmuşdur. O, Həsənağanın avtomobildən bıçaqla düşdüyünü görməmiş, əks təqdirdə bunun qarşısını alarmış. Hadisədən sonra onlar Hasənağanın avtomobilinin arxası ilə getmişlər ki, onu tapsınlar, lakin Həsənağanı tapa bilmədiklərindən bacısı Xatirəgilə gedib onlarda qalmışlar. O, həmçinin bildirmişdir ki, o, İzmir adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamışdır. Hadisə zamanı həyacanlı olduğundan Həsənağanın əlində bıçağı tam görə bilməmiş, bu səbəbdən bıçağın görünüşü yadında qalmamışdır. Hadisə vaxtı «Toyota Prius» markalı avtomobildə daha iki şəxs olmuş, lakin həmin şəxslər avtomobildən düşmədiklərindən, o həmin şəxsləri görməmişdir. Onlardan başqa, hadisə yerində başqa şəxslər olmamışdır. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Sonradan Həsənağadan hadisəni hansı səbəbdən törətməsini soruşduqda Həsənağa ona konkret bir cavab verməmişdir. Qardaşı Təqsirləndirilən şəxs İzmir adlı şəxsə ilk bıçaq zərbəsini vurduqdan sonra geri çəkilmiş və avtomobilinə minmişdir. İzmir adlı şəxs isə geri çəkilmiş, bir qədər əyilmiş və qaçaraq avtomobilinə minmişdir. Hadisədən sonra o, Həsənağanı hüquq-mühafizə orqanlarına təhvil vermək üçün onu axtarmış, lakin həyəcandan həmin ərəfədə polisə zəng etmək ağlına gəlməmişdir. Təqsirləndirilən şəxs ilə İzmir adlı şəxs arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bildiyinə görə Həsənağa narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 05 radələrində Həsənağa Biləsuvar rayonuda yaşadığı evə avtomobili ilə gəlib onunla görüşmüş, əvvəlcə evə girməmiş və işinin olduğunu, bir qədər sonra qayıdacağını bildirib getmişdir. Bir-iki saatdan sonra, yəni hava işıqlandıqdan sonra yenidən Günellə birlikdə evinə qayıtmışdır. Həmin vaxt Həsənağa həyəcanlı görünürmüş, ondan nə baş verdiyini soruşanda, nə Həsənağa, nə də ki, Günel ona bir söz deməmişlər. Övladlarını niyə gətirmədiklərini soruşanda isə bir qədər sonra gedəcəkləri üçün gətirmədiklərini bildirmiş, Həsənağagil onun evinə gələndə əllərində hansısa əşyanın olub-olmamasına diqqət yetirməmişdir. Həmin tarixdə saat təxminən 09 radələrində Ramilə də onun evinə gəlmiş, gələn kimi ağlamağa başlamış və Həsənağanın bir nəfəri bıçaqla vurduğunu bildirmişdir. Həmin vaxt Həsənağa heç nə danışmamışdır. O və Ramilə Həsənağadan hüquq-mühafizə orqanlarına təslim olmasını xahiş etmişlər. Bir neçə dəqiqədən sonra Həsənağa onlara heç nə demədən evdən çıxıb özünə məxsus avtomobilə minib oradan uzaqlaşmışdır. Hüquqmühafizə orqanlarının əməkdaşları da mütəmadi olaraq Ramilə ilə əlaqə saxlamış, saat təxminən 13 radələrində Ramilə və Günel də Bakı şəhərinə getmək üçün evdən çıxmış, axşam saatlarında evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər, o, bildiklərini sonunculara danışmışdır. Axşam saatlarında qızı Ramilə onunla əlaqə saxlayıb hüquqmühafizə orqanlarının əməkdaşlarının cinayətin aləti olan bıçağı axtardıqlarını və Həsənağanın avtomobilinə baxmasını istədiklərini bildirmişdir. O, Həsənağanın evdən çıxarkən avtomobillə getdiyini bildirmişdir. Daha sonra Həsənağa ilə əlaqə saxladıqda avtomobilini Biləsuvar rayonunda onun evi ilə qonşuluqda yerləşən qızı Ramiləyə məxsus evin həyətyanı sahəsində saxladığını və Bakı şəhərinə öz avtomobili ilə getmədiyini bildirmişdir. Ramilənin yaşadığı evə getdikdə avtomobilin orada olduğunu, qapılarının açıq olduğunu və açarının da avtomobilin içərisində olduğunu görmüşdür. Avtomobilin içərisinə baxdıqda sürücü oturacağı tərəfdən qapının əşya yığılmaq üçün nəzərdə tutulmuş hissəsində 1 ədəd bıçaq olduğunu görmüşdür. Həmin bıçaq məişət işlərində istifadə olunan bıçaqlardan olmuş və dəstəyinə qara rəngdə yapışqan lent dolanmış, təxminən 30- 40 sm uzunluğunda olmuşdur. Ramilə ilə əlaqə saxlayıb bıçaq barədə məlumat vermiş, Ramilə isə bıçağı götürüb Binəqədi rayon prokurorluğuna getməsini bildirmişdir. O, həmçinin bildirmişdir ki, Həsənağanın İzmir adlı şəxsi hansı səbəbdən bıçaqla vurması barədə hər hansı məlumatı yoxdur. Çünki Həsənağa ona hadisə barədə ümumiyyətlə bir söz danışmamışdır. Günel də ona hər hansı məlumat verməmişdir. Hadisə barədə Ramilədən məlumat almış, hadisə Ramilənin yanında baş vermişdir. Lakin hadisənin səbəbi barədə konkret məlumatı yoxdur. Həsənağanın kiminləsə ədavət və ya düşmənçiliyinin olması barədə hər hansı məlumatı yoxdur. Bundan əlavə Şahid7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, müstəntiq ona zəng edərək oğlunun bıçaqla adam vurduğunu, həmin bıçağın orda olduğunu və gətirməsini demiş, o da oğlunun maşınından bıçağı götürüb aparıb vermişdir. O, sadəcə bu hadisəyə şahiddir oğlunun adam vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır, İzmir onun uzaq qohumudur. Aralarında əvvəllər dostluq münasibəti olmuş, sonralar isə sevgi münasibəti yaranmışdır. İzmir Gəncə şəhərində yaşasa da, tez-tez Bakı şəhərinə gələrmiş, həmin vaxtlar da onunla görüşərmiş. İzmirin heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. Vüqarın onun İzmirlə olan münasibətindən Vüqarın məlumatı olmamışdır. Əvvəllər Qaradağ rayonuna, Lökbatan qəsəbəsində bir evdə tək yaşayan zaman İzmir də bəzən onunla qalarmış. İzmir 2023-cü ilin oktyabr ayının sonlarından Bakı şəhərində olmuş, onlar birlikdə bir ev kirayəyə götürmək istəmiş, lakin ev tapa bilmədiklərindən «Opera hoteldə» 207 nömrəli otağı kirayəyə götürmüşlər. İzmir və onun əşyaları həmin otaqda olmuşdur. İzmir bəzən narkotik vasitələr qəbul edərmiş, o isə narkotik vasitələrdən istifadə etmir. İzmir narkotik vasitəni tanımadığı İran Respublikasının vətəndaşlarından alarmış. Həmin şəxslərin anket məlumatlarını, harada yaşaması, istifadəsində hansı sim kartın olduğunu bilmir, adlarının Nasir və Davud olduğunu bilir. İzmirin deməsinə görə həmin şəxslə instaqram sosial şəbəkəsində tanış olmuşdur. İzmir son vaxtlar İran Respublikasının vətəndaşları ilə onun istifadəsində olan sim kartla ***-***-**-** saylı sim kartla əlaqə saxlayırmış, sonradan həmin şəxslərlə o da əlaqə saxlamağa başlamışdır. İzmir belə daha təhlükəsiz olacağını deyirmiş. İran Respublikasının vətəndaşı onunla danışmağa narazılıq etməmiş. O, İzmirin narkotik vasitə istədiyi zaman İran Respublikasının vətəndaşı ilə «whatsapp» sosial şəbəkəsində əlaqə saxlayar, narkotik vasitə istəmələri barədə bildirərmiş. Həmin şəxs də narkotik vasitənin yerini peyk üzərində onun istifadəsində olan ***-***-**-** saylı sim karta «whatsapp» sosial şəbəkəsində göndərərmiş. O da həmin ünvanı İzmirinin istifadəsində olan ***-***-**-** saylı sim karta «whatsapp» sosial şəbəkəsində göndərərmiş. Bəzən İzmirin tanışları da narkotik vasitə istəyən zaman, onlar üçün də İran Respublikasının vətəndaşı ilə əlaqə saxlayarmış. Narkotik vasitəni götürməyə İzmir özü gedərmiş, əgər tanışlarından kimsə ondan narkotik vasitə istəmişdirsə İzmir peyk üzərindən göndərilən ünvanı həmin şəxslərə göndərərmiş. İzmir həmin tanışlarının kim olduğunu bilmir, sonuncu həmin şəxslərlə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə də əlaqə saxlayarmış. İzmir ondan götürdüyü narkotik vasitələrin qeydiyyatını aparmağı istədiyinə görə o, özünə məxsus qızılgül rəngli kitabçada qeydiyyat aparmışdır. Həmin kitabça da «Opera» oteldə olmuşdur. İzmirin dostluq etdiyi şəxslərdən əsl adı Samir olan «Xaşal» deyə çağırdığı şəxsi tanıyır. xx.xx.2023-cü il tarixdə o və İzmir «Opera» oteldə olmuş, İzmir həmin gün Vüqarla görüşməyə gedəcəkmiş. O, saat 20:20 radələrində oteldən çıxmış, Vüqarın yanına gedib gələcəyini bildirmişdir. İzmir Vüqarla tez-tez görüşərmiş, aralarında dostluq münasibəti olmuşdur. O, Vüqarla əvvəllər evli olsa da, onların münasibətinə müdaxilə etməmiş, nə ilə əlaqədar görüşəcəkləri barədə məlumatı olmamışdır. Həmin vaxtlarda İzmir iranlıdan narkotik vasitə istəmiş, göndərəcəyi ünvanı gözləmişlər. İzmir getdikdən sonra «whatsapp» sosial şəbəkəsində İzmirlə əlaqə saxlayan zaman ətrafdan eşidilən səslərdən sonuncunun Samirlə birlikdə olduğunu anlamışdır. İzmirin oteldən çıxdıqdan bir müddət sonra iranlı peyk üzərindən olan ünvanı «whats app» sosial şəbəkəsində ona göndərmiş, iranlı hər dəfə ünvan göndərən zaman narkotik vasitənin yerini göstərən şəkil də atarmış, lakin həmin gün şəkil atmamışdır. O, düşünmüşdür ki, bir qədər sonra şəkili də atacaqdır. O, həmin ünvanı İzmirin «whatsapp» sosial şəbəkəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərmiş, İzmirə zəng edib bu barədə məlumat vermiş, İzmir də «yaxşı» deyə cavab vermişdir. Saat 22 radələrində İzmir ona «whatsapp» sosial şəbəkəsində bir şəkil göndərək ünvanda olduğunu bildirmişdir. Həmin vaxtı iranlı ona «whatsapp» sosial şəbəkəsində sms yazaraq göndərdiyi ünvanın səhv olduğunu bildirmişdir. O da İzmirə bu barədə yazmışdır. Sonra İzmirə zəng etsə də, sonuncu zəngə cavab verməmiş, «Whatsapp» sosial şəbəkəsində ona «yazma» məzmunlu sms yazmışdır. Bundan sonra bir neçə dəfə İzmirə yazsa da cavab verməmişdir. Bir müddət sonra oğlu Seymur ona zəng edərək Vüqarın İzmirlə əlaqə saxlayan zaman bir şəxsin telefona cavab verib İzmirin bıcaqlandığını bildirməsi barədə demişdir. O, narahat olaraq otaqdan çıxmış, bir çox şəxsi əşyaları otaqda qalmışdır. Oteldən çıxan vaxt İzmirin Osman adlı bir dostu ona zəng etmiş, İzmirin onunla əlaqə saxladığını, tanımadığı bir şəxslə söhbətinin düşdüyünü, ondan gəlməsini xahiş etdiyini, lakin İzmirin zəngə cavab vermədiyini demişdir. O da Osmana baş verənlər barədə danışmış, o, qorxduğuna görə telefonunda olan bütün danışıqları silmişdir. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs kiminləsə ədavət və ya düşmənçiliyi olmamış, sonuncunun Şahid10, Şahid9, Təqsirləndirilən şəxs, Elvin və Hüseyn adlı tanışları olmamışdır, İzmir ona bu barədə bir söz deməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə kiminlə mübahisə etməsi, həmin mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. O İzmirlə bu barədə şəxsən danışa bilməmiş, ona zəng edəndə «yazma» deyə cavab yazmışdır. X28 tanımadığı şəxslə mübahisəsi olduğunu demişdir. Vüqarla sonradan danışan zaman sonuncu ona İzmirin Binəqədi rayonu ərazisində bir şəxslə mübahisə etdiyini və həmin şəxsin də onu bıcaqladığını bildirmişdir. Vüqar da mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. «Opera» otelə baxış zamanı orada aşkar edilmiş 2 ədəd elektron tərəzilərdən qara rəngli şüşə materialdan olanı ona məxsus olmuş, o, həmin tərəzidən gündəlik məişətdə istifadə etmişdir. Digər metal rəngdə olan tərəzi isə İzmirə məxsus olmuş, həmin tərəzini hansı məqsədlə alması barədə məlumatı yoxdur. «Opera» otelə baxış zamanı götürülmüş 1 ədəd qızılgül rəngli kitabça ona məxsusdur, oradakı qeydlər onun tərəfindən aparılmış, qeydlər İzmirin götürdüyü narkotik vasitələrə dair qeydlərdir, «Nasir, Davud» İran Respublikası vətəndaşıdır, özlərini onlara elə təqdim etmişlər. Şahid8 "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolunda onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir çox şəxslərdən narkotik vasitə tələbinə dair smslərin daxil olması barədə göstərilənlərdə əlaqədar qeyd etmişdir ki, həmin şəxslər İzmirin tanışları, ya da ki, İzmirin özünə yazmağın təhlükəli olacağına görə ona yazmalarını bildirdiyi şəxslər olmuşdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəylə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında aparılan yazışmalarda onun Zeynəbdən narkotik vasitə istəməsinin müəyyən olunmasını göstərən yazışmalarla tanış olaraq qeyd etmişdir ki, danışıqlar onunla Zeynəb arasında aparılmışdır. O, aradabir Zeynəbdən ona narkotik vasitə verməsini istəyirmiş. Zeynəbin İİR-nın bir vətəndaşı ilə əlaqəsinin olduğunu eşitmiş, Zeynəb də əvvəllər aralarında olan münasibətlərə görə ona köməklik edərmiş, hazırda sonuncunun barəsində narkotik vasitələrinin satışına görə cinayət işi istintaq olunur. Zeynəbin narkotik vasitəni haradan və hansı üsulla almasından məlumatı yoxdur. Sonuncu ona narkotik vasitəni İzmirin vasitəsi ilə göndərməmişdir. Onun İzmirin narkotik vasitədən istifadə edib-etməməsindən məlumatı yoxdur, aralarında bu barədə danışıqlar olmamışdır. Zərərçəkmiş şəxs Şahid10, Şahid9, Təqsirləndirilən şəxs, Elvin və Hüseyn adlı tanışları olmamışdır, İzmir ona bu barədə bir söz deməmişdir. Həmçinin onun da həmin adlı tanışları yoxdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.1-ci maddələri təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***-**-** saylı sim kartlar olmuşdur. Təqsirləndirilən şəxs onunla birlikdə 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Azadlığa çıxdıqdan sonra da Həsənağa ilə münasibəti davam etmiş, aralarında dostluq münasibəti olmuşdur. Həsənağanın dostluq etdiyi şəxslərdən Qurban, Hüseyn, Elvin, Zahidi tanıyır, onlar da 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişlər. O, 17 saylı Cəzaçəkmə Müəssisəsində olarkən daha çox Qurban və Hüseynlə münasibət saxlamışdır. 2023-cü ilin iyul ayında cəzasını çəkib qurtardıqdan sonra azadlığa çıxmış, əvvəlki məhkum yoldaşlarından Hüseynlə əlaqə saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə Hüseynin yaşadığı evə getmiş, hal-əhval tutan zaman sonuncunun Həsənağa və Qurbanla münasibət saxladığını öyrənmişdir. Hüseyndən Həsənağanın əlaqə nömrəsini alıb «Whatsapp» sosial tətbiqində danışmış, həmin vaxtdan sonra Həsənağa ilə münasibəti davam etmişdir. Bəzən birlikdə olan zaman narkotik vasitə qəbul etmişlər, lakin hazırda o, narkotik vasitələrdən istifadə etmir. Həsənağa onunla eyni məhəllədə yaşasa da o, heç vaxt sonuncunun evində olmamış, harada yaşamasını bilmir. Həsənağa xasiyyətcə əsəbi biridir, özündən tez çıxır, hər sözə ciddi reaksiya verir. Onun Həsənağa ilə 2023-cü ilin noyabr ayına qədər münasibəti yaxşı olmuşdur. Hətta Həsənağa ona söhbəti düşdüyünü deyəndə o, gedə biləcəyini demişdir. Həsənağa onunla olanda Qurbanın, Hüseynin arxasınca, sonuncularla olanda isə onun arxasınca danışarmış. Onlar bunu bilsələr də, Həsənağanı yola vermişlər. 2023-cü ilin noyabr ayının əvvəllərində Həsənağa narkotik vasitə olan «metamfetamin» almaq istəyirmiş, o, «Tik-tok» sosial şəbəkəsindən tanış olduğu şəxslə danışıb Həsənağa ilə əlaqələndirmişdir. Daha sonra Həsənağa həmin şəxsin göstərdiyi ünvana gedib narkotik vasitə əldə etmişdir. Bir-iki gündən sonra ona tanımadığı bir hesabdan sms gəlmiş, Həsənağaya 10 manat dəyərində artıq narkotik vasitə verdiyini bildirb pulunu istəmişdir. O da həmin şəxsin atdığı hesaba 10 manat pulu göndərmişdir. X32 metro stansiyasının yaxınlığında olan bir marketdə olan milliön ödəmə sistemindən göndərmişdir. Həmin hesab sonradan «tik-tok» sosial şəbəkəsindən silinmiş, danışıqlar, həmçinin 10 manat pulu göndərməsinə dair çek onda qalmamışdır. Həsənağa ilə danışan zaman ona söhbəti danışıb yerinə verdiyi 10 manat pulu istəmiş, Həsənağa pulu verəcəyini desə də, hər dəfə bir bəhanə ilə verməmişdir. O, Həsənağa ilə telefonla danışan zaman narkotik satışı ilə məşğul olmadığını, ona niyə hər dəfə variant gəldiyini soruşmuş, Həsənağa da «görüşüb söhbət edərik» deyə bildirmişdir. Həmin vaxtlarda Həsənağanın onun pulu qaytarması ilə əlaqədar telefonla danışan zaman sonuncu onu görüşə də dəvət etmişdir. Bir necə dəfə görüşə çağırsa da, gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Həsənağa yaşadığı küçəyə gəlib səsli mesaj ataraq «24 saat» adlı marketin qarşısında olduğunu bildirmişdir. O, Həsənağa ilə əlaqə saxlayıb işinin olduğunu, gələ bilməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Həsənağaya «Whatsapp» sosial tətbiqində zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Həsənağa həmin gün onunla danışan zaman saat 18 radələrində əlaqə saxlayıb axşam saatlarında 20 Yanvar dairəsinin yaxınlığında görüşməyi bildirmiş, o, dava-dalaş olmasın deyə Qurbanla əlaqə saxlamış, Həsənağanın onu 20 Yanvar dairəsinə söhbətə çağırdığını demiş, Qurban da onunla birlikdə gedəcəyini bildirmişdir. Həmin gün saat 21 radələrində o, Həsənağa ilə danışaraq Qurbanla birlikdə 20 Yanvar dairəsinin yaxınlığında, yol taksilərinin yanında olduğunu bildirmiş, Həsənağa gələcəyini desə də, görüşə gəlməmişdir. Həsənağa qışqıraraq «Qurbanı niyə söhbətə gətirmisən» deyə soruşmuş, Qurban onunla gəldiyinə görə görüşə gəlməmişdir. Bundan sonra o, evinə getmiş, məhəlləyə çatan zaman Həsənağa ona zəng etmiş, «səni öldürəcəm, haradasan, yerini de» deyə bildirib ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, heç vaxt Həsənağanı belə vəziyyətdə görməmiş, sanki özündə olmamışdır. O, evdə olduğunu bildirəndə Həsənağa telefonu söndürmüş, nə qədər Həsənağaya zəng etsə də, cavab verən olmamışdır. Səhərisi gün əsəbindən Həsənağaya «səni evindən götürəcəyəm, səni axtarıram» məzmunlu SMS yazmış, lakin Həsənağa cavab verməmişdir. 3-4 gündən sonra Qurban ona Həsənağanın ailə üzvləri ilə danışan zaman sonuncunun adam öldürdüyünü, həbs olunduğunu öyrəndiyini bildirmişdir. Onun Həsənağanın kimi öldürməsindən məlumatı yoxdur. Həsənağa ilə Elvin arasında hər hansı bir söz-söhbətin olması barədə məlumatı yoxdur. Lakin Həsənağa mübahisə etməyi sevən biri olmuşdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, o, Həsənağaya onun narkotik satışı ilə məşğul olmasına dair yayılan söhbətlərdən sonuncudan şübhələnməyini deməmişdir. Həmçinin Həsənağa onunla danışanda guya Hüseyinə sonuncunun ondan qorxduğunu dediyini bildirmiş, lakin belə bir hal olmamışdır. Söhbətə də gedən zaman Qurban, dava olmasın deyə, onunla getmişdir. O, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 tanımır, onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 arasında hər hansı ədavət və düşmənçiliyin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Onun istifadəsində ***-***-**-** saylı sim kart var. Təqsirləndirilən şəxs onunla birlikdə 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, sonuncu ilə orada tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra da Həsənağa ilə münasibəti davam etmiş, aralarında dostluq münasibəti olmuşdur. Həsənağanın dostluq etdiyi şəxslərdən İsmayılı, Hüseyni, Elvini, Zahidi tanıyır. Həmin şəxslər də onların məhkum yoldaşları olmuşdur. İsmayılla, Hüseynlə, Elvinlə yaxın münasibəti olmamış, onları yalnız Həsənağa ilə birlikdə olan zaman görmüşdür. İsmayılı ilk dəfə Həsənağaya məxsus «Azsamand» markalı avtomobildə olan zaman yolüstü Həsənağa İsmayılla görüşəndə görmüşdür. X3 da onlarla eyni cəzaçəkmə müəssisəsində olduğunu öyrənmişdir. İsmayılla salam-sağolları olmuş, Həsənağa ilə birlikdə olanda görüşdükləri vaxtlar olmuşdur. Həsənağanın deməsinə görə Elvin Sumqayıt şəhərində yaşayır, onun uşaqlıq dostudur. Hüseynin də onların məhkum yoldaşı olmuş, münasibətləri yaxşı olmuşdur. O, Həsənağa ilə birlikdə olan vaxtlarda narkotik vasitədən istifadə etməmişdir. Həsənağanı sonucu dəfə 2023-cü ilin oktyabr ayının sonlarında görmüş, lakin telefonla əlaqələri davam etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində hal-əhval tutmaq üçün Həsənağa ilə əlaqə saxlamış, sonuncu isə ona zəng edəcəyini deyib zəngi sonlandırmışdır. Bir-iki dəqiqədən sonra Həsənağa ona zəng etmiş, bir qədər danışıb hal-əhval tutmuşlar, sonradan əlaqələri olmamışdır. xx.xx.2023-cü il tarixdə Həsənağanın ailə üzvləri ilə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Həsənağa yaşadığı evin yaxınlığında bir şəxsi bıçaqlayaraq öldürmüşdür. Həmin şəxsin kim olması barədə məlumat verməmişlər, lakin internetdə yayılan xəbərlərdə Həsənağanın öldürdüyü şəxsin adının İzmir olduğunu öyrənmişdir. Həsənağanın kimləsə ədavət və düşmənçiliyinin olması barədə məlumatı yoxdur. Lakin Həsənağanın deməsinə görə Elvin adlı dostu ilə mübahisəsi olmuş, Həsənağa Elvinin yaşadığı məhəlləyə avtomobil ilə gedərkən musiqiyə uca səs vermiş, bu da Elvinin xoşuna gəlməmiş, aralarında sözlə mübahisə olmuşdur. Sonradan Həsənağa ona «whatsapp» sosial tətbiqində yazışarkən bildirmişdir ki, guya Elvin onun yanında onun arxası ilə danışmış, o, sakit dayanmışdır. O da Elvinə qarşı nalayiq ifadə işlədərək Həsənağaya belə bir şey olmadığını bildirmişdir. Həsənağa ona Elvinlə görüşdüyünü, onu başa saldığını, hətta başına bir şillə də vurduğu demişdir. Bu söhbət 2023-cü ilin sentyabr ayının sonlarında olmuşdur. Sonradan onlar arasında hər hansı bir mübahisə olubolmamasından məlumatı yoxdur. Şahid10 əlavə olaraq göstərmişdir ki, təxminən 09xx.xx.2023-cü il tarixlərdə İsmayılın zəng edərək narkotik vasitələrinin satışı ilə məşğul olduğuna dair xəbər eşitməsi, İsmayılın danışığından bu işdə ondan şübhələndiyini hiss etməsi, İsmayıla həmin xəbərlərinin ona aidiyyətinin olmadığını bildirməsi, İsmayılın isə görüşüb söhbəti aydınlaşdıracağını deməsi, həmin günlərdə Hüseynlə görüşüb ona məxsus avtomobillə Hövsan qəsəbəsinə getməsi, oradan Qurbanı götürüb şəhərə qayıdacaqları, Qurbanı gözləyən zaman İsmayılın onun söhbət etməkdən çəkindiyini deməsi, İsmayılla danışarkən xx.xx.2023-cü il tarixdə axşam saatlarında 20 Yanvar dairəsi yaxınlığında görüşmək barədə razılaşmaları, həmin gün saat 20:00 radələrində İsmayıla zəng edən zaman Qurbanla birlikdə gəldiyini deməsi, onun isə heç nə demədən görüşə getməməsi, çünki dava-dalaş olsa Qurbanın İsmayılın tərəfini saxlayacağını düşünməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, onun Həsənağa ilə İsmayılın xx.xx.2023-cü il tarixdə görüşmək barədə razılaşmalarından məlumatı olmamış, həmin gün o, İsmayılla görüşməmiş, 20 Yanvar dairəsi yaxınlığında olmamışdır. Həmçinin Həsənağa ilə Hövsana dənizə istirahət üçün getsələr də, X14 gəlib onu götürməmişdir. X19 arasında hər hansı mübahisənin olmasından məlumatı yoxdur. İsmayıl özü də ona bu barədə bir söz deməmişdir. Bildiyi qədər, İsmayıl ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri istifadə edir, Əhmədli qəsəbəsində yaşayır. O, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 tanımır, onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 ilə hər hansı ədavət və düşmənçiliyinin olub-olmaması barədə hər hansı məlumatı yoxdur. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 224-228-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 156-162-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 5-ci cild 177-178-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 32-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023-cü il tarixli, 230 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmiş-kəsilmiş yarası (4,5x1,7sm ölçüdə). Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdanaşağıya doğrudur. Yara kanalının dərinliyi 10,0 sm-ə qədərdir, bel nahiyəsinin qançırlı sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Bel nahiyəsinin qançırlı sıyrığı isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) deşici-kəsici təsirindən, bel nahiyəsinin qançırlı sıyrığı isə insan bədəninin hissəsi (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbə və eləcə də onun öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyaya zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 08:45-də meyitin müayinəsi başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi ətrafında və arxa keçəcək dəliyinin selikli qişasında qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilən xəsarət və dəyişikliklər aşkar olunmamışdır. Cinayət işinin 4-cü cild 197-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspetizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6571 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş zərfdəki 1 (bir) ədəd qara rəngli və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzilərin üzərində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 4-cü cild 167-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə kompüter-texniki ekspertizasının” xx.xx.2024-cü il tarixli, 5/1782 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “İOS 16.6.1” əməliyyat sistemi ilə təhciz olumuş “İphone 11” markalı “A2221” modelli “**********77421, **********59900” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “İphone 11” markalı “A2221” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı,“İnstagram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Cinayət işinin 4-cü cild 168 və 198-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 manat və 80 manat, ümumilikdə 145 manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 12-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 4141/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və fenilalkilamin qrupuna aid olan “amfetamin” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin 4-cü cild 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 8111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlər və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 4-cü cild 21-31-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, № 23/986R saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd iç etiketində “DolceGabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarının bel hissəsi, sağ və sol ayağı üzərində, 01 (bir) ədəd üzəridə “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkçə, 01 (bir) ədəd sarı-bənövşəyi-qara rəngli tuman, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd “Antony Rossi” markalı uzunqol jaket, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd boz rəngli şalvarın sağ, ön, yuxarı hissəsində və gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın tiyəsi üzərində aşkar edilmiş və “İphone 11” markalı mobil telefonun üzərindən götürülmüş 02 (iki) ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və qan nümunələri Zərərçəkmiş şəxs məxsudur (eyni yumurta əkizi istisna olmaqla); Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt üzərində “bobert“ sözləri yazılmış ayaqqabı, 01 (bir) cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) cüt qara rəngli ayaqqabı üzərində insana məxsus qan nümunəsi aşkar edilmədi; Zərərçəkmiş şəxs məxsus 01(bir) cüt üzərində “bobert“ sözləri yazılmış ayaqqabı və 01 (bir) cüt qara rəngli corab üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur, həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla); Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd boz rəngli şalvar, 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) cüt qara rəngli ayaqqabı üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur, həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla);Təqdim edilmiş gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Cinayət işinin 4-cü cild 155-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli, 626-2023/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd gödəkçənin, 1 ədəd sviterin və 1 ədəd maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 1 ədəd, həmçinin gödəkçənin sol qolunun ön səthinin yuxarı hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş gödəkçə, sviter və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində olan 1 ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədənində olan döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edən eyni xarakterli yara ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlir. Məhrum Zərərçəkmiş şəxs meyitinin bədənində müəyyən olunmuş bel nahiyəsinin qançırlı sıyrığı ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş geyim əşyalarında öz əksini tapmamışdır, bu da, yalnız onun meyitinin xəsarət alması ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd tuman, 1 cüt corab və 1 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Cinayət işinin 4-cü cild 150-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Exspertiza Mərkəzi” PHŞ-nin Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3507 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncunun idrak prosessləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Sonuncunun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan əlamətləri müşahidə olunmur. Cinayət işinin 5-ci cild 1-58-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə sübut kimi tanınmış "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış CD disklər və DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar, 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarı, Zərərçəkmiş şəxs məxsus saç nümunələri, sonuncuya məxsus qan nümunəsi, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 4-cü cild 119-139-cu vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-138/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 4-cü cild 178-180-cı vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1859/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 06 (altı) ay cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 4-cü cild 236-cı vərəqəsində olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1859/2022 saylı qərarı xx.xx.2023-cü il tarixdə olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 2-ci cild 65-82-ci vərəqələrində olan DVD diskdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşə "xxxx" MMC-yə məxsus kameralar Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşən “Al market”-dən Bakı Beynəlxalq Avtovağzalına gedən yolu müşahidə edir. xx.xx.2023-cü il tarixdə dair görüntülərə baxış zamanı hadisə yerini müşahidə edən 1-ci kamerada saat 22:26-da “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobilin qarşısına keçərək “Prius” markalı avtomobilin yolun sağında dayandığı, “Azsamad” markalı avtomobil isə ondan bir az irəlidə dayandığı, saat 22:26:27də “Prius” markalı avtomobilin ön sağ oturacğından bir nəfər şəxs düşərək “Azsamad” markalı avtomobilə yaxınlaşdığı, “Runna minik” markalı avtomobil də “Azsamad” markalı avtomobilin yanında dayandığı, saat 22:26:49-da görüntü yenidən bərpa olur və 2 kişi və 2 qadının ayaq üstə dayanaraq söhbət etdiyi, saat 22:26:57-də görüntü bərpa olunan zaman isə 1 kişini “Azsamad” markalı avtomobilin ön sol oturacağına əyləşdiyi, hər iki qadının isə “Azsamad” markalı və “Runna minik” markalı avtomobilə doğru hərəkət etdiyi, saat 22:27:03-də hər üç avtomobilin hadisə yerindən uzaqlaşmaları görünür. 2-ci kamerada saat 22:26-da “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobilin qarşısına keçərək həmin avtomobilin yolun sağında dayandığı, “Azsamad” markalı avtomobil isə ondan bir az irəlidə dayandığı, saat 22:26:27-də “Prius” markalı avtomobilin ön sağ oturacğından 1 nəfər şəxsin düşərək “Azsamad” markalı avtomobilə yaxınlaşdığı, “Runna minik” markalı avtomobil də “Azsamad” markalı avtomobilin yanında dayandığı, “Runna minik” karalı avtomobildən 1 qadınnın düşdüyü, daha sonra isə “Azsamad” markalı avtomboli idarə edən kişinin avtomobildən düşdüyü, onların irəliyə doğru getdiyi, saat 22:26:52-də “Azsamad” markalı avtombolinin sürücüsü geriyə doğru çəkildiyi, qadınlardan birinin “Runna minik” markalı avtomobilə, digərinin isə “Azsamad” markalı avtomobilə əyləşdiyi, daha sonra hər üç avtomobilin hadisə yerindən uzaqlaşdığı müşhidə olunur. Görüntülərdə qaralma halları olduğu üçün “Prius” markalı avtomobildən düşən şəxsin avtomobilə əyləşməsi görünmür. Cinayət işinin 2-ci cild 98-122-ci vərəqələrində olan protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, “cam1”, “cam2”, “cam3”, “cam 4” adlı video fayllara baxış protokolundan görünür ki, “Cam 4” adı ilə qeyd edilmiş kamera “Almarket”-dən düz istiqamətdən getdikdə təpəlik kimi olan yeri müşahidə edir. Saat 21:34-də “Prius” markalı avtomobil həmin yolla gələrək aşağıya doğru gedir. Saat 21:43:32 saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir. Saat 21:44-də “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobil arxası ilə sürətlə hərəkət edir. Saat 21:46-da “Azsamad” markalı avtomobil geri qayıdaraq aşağıya doğru gedir, saat 21:47:30 saniyədə yenidən həmin yolla “Almarket” istiqamətində hərəkət edir. Saat 21:49da “Prius” markalı avtomobil yenidən həmin yolla geriyə doğru qayıdır, “Azsamad” markalı avtomobil isə onun arxası ilə hərəkət edir, Zərərçəkmiş şəxs isə piyada şəkildə həmin yolla aşğıya doğru gedir. Saat 21:51:45 saniyədə “Azsamad” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir. Saat 21:52:41 saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq yenidən “Almarket” istiqamətində hərəkət edir. “Cam 1” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə sağ istiqmətdə əsas yola gedən torpaq yolu müşahidə edir. Saat 21:34:48-ci saniyədə “Prius” markalı avtomobilin torpaq yolla əsas yola doğru gedir və saat 21:36-da isə geriyə dönmə edərək gəldiyi istiqmətdə hərəkət edir. Saat 21:42-də “Azsamad” markalı avtomobilinin sürətlə gəlməsi görünür. “Cam 3” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə sol istiqamətdə olan fərdi yaşayış evlərinə gedən yolu müşahidə edir. Saat 21:06 “Azsamad” markalı avtomobilinin torpaq yola doğru hərəkət etməsi görünür. Saat 21:37-də “Prius” markalı avtomobilin fərdi yaşayış evlərinə qarsı, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından düz gedərək görüntüdən itir. Ancaq avtomobilin tormuz işiqlarının yanması görünür. Saat 21:42:13-saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında 16 saniyə dayanır. Həmin vaxt Təqsirləndirilən şəxs “Azsamad” markalı avtomobil ilə yaşadığı ev istiqamətində hərəkət edir, “Prius” markalı avtomobil isə hərəkətə başlayaraq düz istiqamətdə hərəkər edir.“Azsamad” markalı avtomobil isə geriyə dönmə edərək dayanır. Saat 21:43-də bir şəxin “Azsamad” markalı avtomobilin ön sağ oturacağına əyləşməsi görünür. Daha sonra “Azsamad” markalı avtomobil “Prius” markalı avtomobilin hərəkət etdiyi istiqamətdə gedir. Saat 21:46-da Azsamad” markalı avtomobil yenidən geri qayıdıb bir az düz getdikdən sonra geri dönmə edib saat 21:47-də təpəlik kimi olan yola doğru gedir. Saat 21:50-də “Prius” markalı avtomobil yenidən geriyə doğru qayıdır, Zərərçəkmiş şəxs piyada şəkildə avtomobilin arxası ilə hərəkət edir, “Azsamad” markalı avtomobil isə sonuncunun arxası ilə gedir. “Prius” markalı avtomobil geriyə dönmə edib saat 21:51-də görüntüdən itir. Bir neçə saniyə sonra “Azsamad” markalı avtomobil sürətlə irəliyə doğru gedib geriyə dönmə edir. Bu vaxt Zərərçəkmiş şəxs irəli gedib əlini havaya qaldıraraq narazılıq edir. “Azsamad” markalı avtomobilin sürücü isə avtomobili sürətlə Zərərçəkmiş şəxs üstünə doğru sürür, sonuncu sola doğru qaçır, həmçinin sürücü avtomobili saxlayır, daha sonra avtomobili idarə edərək görünütdən itir. Zərərçəkmiş şəxs isə avtomobilin arxası ilə gedərək görüntüdən itir. “Cam 2” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə yol ayrıcını müşahidə edir. Saat 21:34-də “Prius” markalı avtomobili yol ayrıcında sağ istiqamətdə torpaq yolla əsas yol istiqamətində gedir, saat 21:37-da isə yol ayrıncından sol istiqamətdə fərdi yaşayış evlərinin olduğu istiqamətdə gedir. Saat 21:42-də “Azsamad” markalı avtomobilinin sürətlə gəlməsi görünür. Saat 21:43-də “Prius” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir, “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobil arxası ilə sürətlə hərəkət edir. Saat 21:46-da “Azsamad” markalı avtomobil geri qayıdaraq yenidən yol ayrıcından sol istiqamətdə fərdi yaşayış evlərinin olduğu istiqamətdə gedir, saat 21:47-də isə geri qayıdaraq yenidən həmin yolla “Almarket” istiqamətində hərəkət edir. Saat 21:49-da “Prius” markalı avtomobil yenidən həmin yolla geriyə doğru qayıdır, “Azsamad” markalı avtomobil isə onun arxası ilə hərəkət edir, Zərərçəkmiş şəxs isə piya şəkildə həmin yolla aşağıya doğru gedir. Saat 21:51-də “Prius” markalı avtomobil geriyə dönmə edib geri qayıdır, üzü təpəlik kimi olan yola doğru dayanır. “Azsamad” markalı avtomobil isə “Prius” markalı avtomobilin arxasında dayanmışdır. Zərərçəkmiş şəxs isə hər iki avtomobilin arasında dayanmışdır. Bir neçə saniyə sonra “Azsamad” markalı avtomobil sürətlə irəliyə doğru gedib geriyə dönmə edir. Bu vaxt Zərərçəkmiş şəxs irəli gedib əlini havaya qaldıraraq narazılıq edir. “Azsamad” markalı avtomobilin sürücü isə avtomobili sürətlə Zərərçəkmiş şəxs üstünə doğru sürür, sonuncu sola doğru qaçır, həmçinin “Prius” markalı avtomobilin sürücüsü avtomobili irəliyə doğru, “Al” market istiqamətində idarə edir. Zərərçəkmiş şəxs isə “Prius” markalı avtomobilin ön oturacağına əyləşir və yenidən “Almarket” istiqamətində hərəkət edirlər. Cinayət işinin 2-ci cild 224-250-ci vərəqələrində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, “Whatsapp” sosial tətbiqinə daxil olduqda bir çox şəxslərlə danışıqlar aparıldığı müəyyən edildi. “Whats app” sosial tətbiqində “Şəbi” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda xx.xx.2023-cü il tarixdə aparılmış danışıqlarda “Şəbi” adlı şəxsin Təqsirləndirilən şəxs həyatını Günelin məhv etdiyini bildirir, Təqsirləndirilən şəxs isə Günellik heç nə olmadığını, ona oyun oynandığını, özünün də tanımadığını bildirir. Digər smslərdə istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. Deyir ki, Çingiz bilir hər şeyi “Whatsapp” sosial tətbiqində “İsmayıl” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda xx.xx.2023-cü il tarixdən etibarən İsmayıl ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrdən istifadə etməyə dair və Həsənağanın kimləsə söhbətinin olmasına dair danışıqlar aparıldığı görünür. İsmayıl tərəfindən yazılmış smslərdə İsmayılın Həsənağın söhbətini həll etmək üçün idmançı dostları ilə danışdığını, nə vaxt istəsə söhbət etməyə getməyə hazır olmasını qeyd edir. X30 və Fariz olmadığı üçün başqa vaxt söhbətə getməyi bildirir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aralarında danışıq aparılmır. xx.xx.2023-cü il tarixdən saat 13:47-dən saat 21:16-dək İsmayıl adlı şəxsdən Təqsirləndirilən şəxs zənglər edilsə də danışıq aparılmamışdır. Saat 21:16-dan saat 23:52-dək müxtəlif vaxtlarda aralarında danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə İsmayıl tərəfindən zənglər edilsə də danışıq aparılmamışdır. “Whats app” sosial tətbiqində “Son Mənzilim ” adlı ilə qeyd edilmiş ***-***- **-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxs arvadı Günel ilə yazışmalar apardığı müəyyən edildi. Günel Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrdən istifadə etməməsinə dair təkid edir. xx.xx.2023-cü il tarixdən etibarən Həsənağa Günelə problemlərinin olmasını, ona oyun oynanmasını bildirsə də dəqiq olaraq kimlə mübahisəsi olması barədə məlumat vermir. xx.xx.2023-cü il tarixdə saat 21:16-da, saat 21:19-da, saat 21:35-də, saat 21:37-də Təqsirləndirilən şəxs Günel ilə zəng danışıqları olmuşdur. “Whatsapp” sosial tətbiqində “Qusi” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxs həmin şəxsə söhbətinin olması, tək qalmasını bildirir. Növbəti danışıqlarda onun kimlə söhbətinin olması barədə danışıqlar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs Qusi adlı şəxsə Elvin ilə olan söhbətindən bəhs edərək onları görüşdürməyi istəyir. Qusi adlı şəxs isə söhbət etdiklərini, daha söhbəti bağlamalarını bildirir. Həmçinin aralarında narkotik vasitə almağa və istifadə etməyə dair danışıqlar vardır. xx.xx.2023-cü il tarixdə aid danışıq olmamışdır. “Whatsapp” sosial tətbiqində “Qurban” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxslə həmin şəxs arasında narkotik vasitə almağa və istifadə etməyə dair danışıqlar vardır. Həmçinin ona Elvin ilə olan söhbətindən bəhs edir. Digər danışıqlarda istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. “Whatsapp” sosial tətbiqində arxivlənmiş ***- ***-**-** saylı sim kartla aparılmış danışıqlarda Təqsirləndirilən şəxs ***-***-**-** saylı sim kartdan ona yazan şəxsə Elvin deyə müraciət etdiyi görünür. Həmin yazışmalarda Təqsirləndirilən şəxslə Elvin adlı şəxs arasında narkotik vasitələrdən istifadə etmək barədə danışıqlar aparılır. Dost münasibətində olmaları görünür. xx.xx.2023-cü il tarixdə Elvin adlı şəxs Təqsirləndirilən şəxs səsli sms ataraq Qusi adlı şəxsin yanında ona əl qaldırdığını deyib qeyri etik ifadələr işlədərək Həsənağadan Qusi adlı şəxsi çağırıb ona qarşı səhv etdiyini deyib üzr istəməsini tələb edir. Növbəti yazışmalarda Elvin və Həsənağa birbirilərinə qarşı qeyri-etik ifadələr işlədərək görüşüb söhbət etmək barədə danışıqlar aparırlar. xx.xx.2023-cü il tarixdən sonra aralarında danışıq aparılmamışdır. “Zənglər“ bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı sim kartdan cavabsız zəng gəldiyi, “Qusi” adı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 15:55-də zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:17-də zəng edildiyi və 1 dəqiqə 57 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim kartdan saat 13:02-də zəng gəldiyi və 1 dəqiqə 24 saniyə danışıq aparıldığı, saat 16:19-da gələn zəngdə isə 41 saniyə danışıq aparıldığı, +99***-***-**-** saylı sim kartdan saat 16:33-də zəng gəldiyi və 31 saniyə danışıq aparıldığı, “Zahid” adı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 16:36-da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:55da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:40 və 17:18-da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:25da edilən zəngdə 37 saniyə, 17:14-də edilən zəngdə 3 dəqiqə 41 saniyə, 17:20-də edilən zəngdə 3 dəqiqə 40 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim karta 18:10-da zəng edildiyi və 1 dəqiqə 08 saniyə danışıq aparıldığı, “Son Mənzilim” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı sim karta saat 21:46-da zəng edildiyi və 12 saniyə danışıq aparıldığı, “İsmayıl” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 18:04-də edilən zəngdə 26 saniyə, saat 21:26-da edilən zəngdə 41 saniyə danışıq aparıldığı, saat 21:52-də edilən zəngdə danışıq aparılmadığı, saat 22:03-də edilən zəngdə 44 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim kartdan saat 22:04-də gələn zəngdə 39 saniyə, saat 22:09-da gələn zəngdə 10 saniyə danışıq aparıldığı, 103 xidmətinə edilən zəngdə saat 23:41-də edilən zəngdə 43 saniyə danışıq aparıldığı, “Qurban” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı sim kartdan saat 21:25-də gələn zəngdə 25 saniyə, saat 21:28-də gedən zəngdə 2 dəqiqə 11 saniyə danışıq aparıldığı, saat 23:45-də gedən zəngdə isə danış aparılmadığı müəyyən edildi. “Qalereya“ bölməsində daxil olduqda “Whats app” sosial tətbiqində “İsmayıl” adlı şəxslə aparılan danışığın şəkilinin çəkildiyi müəyyən edildi. Həmin şəkildə “ac telefonu, sənin qaldığın yerdən oğurlayacam, şərəfsiz mənim anama ana deyenlərə bütün Bakiya kurs qoymusan, səni şərəfsiz, sənin dilini kəsəcəm, petux eləyəcəm səni, şərəfsiz” məzmunlu sms vardır. Cinayət işinin 2-cild 26-cı vərəqəsində olan AZ-İİ seriyalı, № 413610 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxslə Şahid5 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və ərə Əliyev arvada isə Əliyeva soyadı verilmişdir. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan AZ-İV seriyalı, № 454339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid5dır. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan AZE seriyalı, № 18278304 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sərivan Ağayev xx.xx.2011-ci il tarixdə anadan olmuş, anası isə Şahid5dır. Cinayət işinin 4-cü cild 145-ci vərəqəsində olan Biləsuvar RİHB-nin başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə digər sakinlərdən heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işinin 2-ci cild 145-146-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, O.S.Savadov cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni xuliqanlıq niyyətlə digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-genetik, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik, məhkəmə-kompüter texniki, kompleks komisyon, ambulator məhkəmə-psixiatrik və psixoloji, məhkəmə narkoloji ekspertizalarının rəyləri, foto şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında, təqsirləndirilən şəxsin dindirilməsi protokollarından(İ cild i/v 120-123, 173-178 və 202-206) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşman olduğunu, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində mərhumun və yanındakı şəxslərin polis əməkdaşları olmasını güman etməsini, onları tanımadığını, onlarla heç bir düşmənçilik və ədavətinin olmamasını, zərərçəkən şəxsin nə üçün onların küçəsində olduğunu bilmədiyini, onların üç nəfər olmasına baxmayaraq əvvəlkinin onunla danışmağa tək gəlməsini, həmçinin zərərçəkən şəxsin öldürmə səbəbinin əvvəlkinin ona “yanındakı qadınları göstərərək söhbətə bunlarla gəlmisən” deyə söz atması olduğunu qeyd etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 6-cı bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki cinayət işi üzrə məhkəmə iclasında istər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan və hər hansı bəhanə ilə Zərərçəkmiş şəxs həyatından məhrum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ailəsindən üzr istəməsi və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay vaxtından əvvəl şərti azad edilmiş və ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra məhkumluğun ödənilməsi üçün tələb olunan 2 il müddət keçmədən, yenidən xx.xx.2023-cü il tarixdə qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən“iki“il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən“altı“il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübutlar Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“ sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“ sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarı, sonuncuya məxsus saç və qan nümunələri, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar ailə üzvlərinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon sonuncuya qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“ sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“sözləri yazılmış tünd göy rəngli idman şalvarı, Zərərçəkmiş şəxs məxsus saç nümunələri, sonuncuya məxsus qan nümunəsi, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar sonuncunun ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X21 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:42 radələrində, qəbul etdiyi narkotik vasitənin təsiri altında olmaqla idarə etdiyi özünəməxsus ağ rəngli “Azsamand” markalı, “**-PE-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə gələrkən evin qarşında dayanan «Toyota Prius» markalı, “**-ME-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əvvəllər tanımadığı 3 nəfər kişi cinsli şəxsin olduğunu görərək onlar tərəfindən izlənməsini ehtimal edib, ehtiyatlandığı üçün həmin vaxt evdə olan arvadı Şahid5 mobil telefon vasitəsilə çağırıb birlikdə «Toyota Prius» markalı avtomobilin arxasınca avtomobilini idarə edərək yaxınlıqda olan «Al market» istiqamətində getmiş, lakin «Toyota prius» markalı avtomobil irəlidə «Al market»in yaxınlığında geriyə döndüyündən, o da idarə etdiyi “Azsamand” markalı avtomobillə «Al market»in yaxınlığında geriyə dönmə edərək yaşadığı ev istiqamətində gəlib, evin yaxınlığında yenidən geriyə dönmə etmiş və «Al market» istiqamətində gedərkən «Toyota prius» markalı avtomobilin yaşadığı ev istiqamətində getdiyini gördükdən sonra yenə də geriyə dönmə edərək «Toyota prius» markalı avtomobilin arxası ilə getmiş və bir qədər irəlidə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs «Toyota Prius» markalı avtomobildən düşüb piyada hərəkət etməsini və yolun kənarında dayanaraq mobil telefona baxmasını, həmin «Toyota prius» markalı avtomobili isə orada dayanmış vəziyyətdə olmasını görərək, o, Zərərçəkmiş şəxs yanından keçən zaman avtomobilinin təkərlərini yerində sürətlə fırladıb nümayişkarənə şəkildə oradan uzaqlaşaraq yaşadığı ev istiqamətində getsə də, yenidən geriyə dönmə edib, avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb saxladıqdan sonra oradan uzaqlaşmış, bir müddət sonra isə «Al Maket» istiqamətində gedən zaman bir az əvvəl qarşılaşdığı «Toyota Prius» markalı avtomobilin yolun sağ tərəfində, yəni marketin qarşısında dayandığını görmüş və həmin vaxt «Al Maket»in qarşısında olan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, «avtomobili niyə belə sürürsən?» deyə soruşduqda, o, avtomobilin pəncərəsini 4-5 sm aşağı salaraq, Zərərçəkmiş şəxs avtomobilləri məhəllədən bir qədər kənara sürüb orada söhbət etməyi bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtomobildən kənarlaşdıqdan sonra isə, yəni həmin gün saat 22:02 radələrində o, avtomobili idarə edib, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşən “Al market”-dən “Bakı Beynəlxalq Avtovağzalı” istiqamətində gedən yolda saxlamış, «Toyota Prius» markalı avtomobilin sürücüsü də avtomobilini onun arxası ilə sürərək dayandıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşərək “Azsamand” markalı avtomobilə doğru getmiş, həmçinin həmin vaxt o əvvəlcədən zəng edib olduğu yeri bildirdiyinə görə bacısı Şahid6 faktiki nikah münasibətlərində olduğu Şahid3 idarə etdiyi “Runna-minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəldikdən sonra avtomobildən düşüb Zərərçəkmiş şəxsla söhbət edən zaman o, avtomobilində saxladığı dəstəyi qara rəngli soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb şalvarının arxa cibinə qoyaraq arvadı Şahid5 ilə avtomaşından düşmüş, Zərərçəkmiş şəxs ona qadınları göstərərək «söhbətə bunlarla gəlibsən?» deyə bildirdikdə o, sonuncunun iradından narazı qalaraq, həm də sonuncunun, eləcə də tanımadığı digər şəxslərin onun yaşadığı məhəllədə avtomaşını idarə etməsini özünə təhqir hesab edib, bunu bəhanə edərək, Zərərçəkmiş şəxs və onunla olan digər şəxslər tərəfindən izlənilməməsinin artıq ona məlum olmasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə bıçağı arxa sağ cibindən çıxarıb sağ əlində tutaraq bıçaqla qəflətən bir dəfə sonuncunun ürək nahiyəsinə zərbə endirib sonuncuya döş qəfəsinin solyan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmişkəsilmiş yarasından ibarət, yetirilmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik, kəskin qanitirmə ilə nəticələnməklə ölümə səbəb olan, həmçinin aldığı zərbənin təsirindən öz boyu hündürlüyündən yerə yıxılaraq sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, bel nahiyəsinin qançırlı sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evə gəldiyi zaman evin qapısının önündə tanımadığı və üç nəfərin əyləşdiyi bir maşın görmüş, polis əməkdaşları olduqlarını güman edərək dərhal həyat yoldaşına zəng edərək aşağı düşməsini və onun maşınına əyləşmələsini bildirmişdir. Həmin zaman o, həmçinin bacısına zəng vuraraq onu da həyat yoldaşı ilə birgə məhəlləyə gəlməsini xahiş etmişdir. Bundan sonra həyat yoldaşı gələrək onun maşınına əyləşmiş və o, irəli hərəkət edərkən həmin maşının transfarmatorun yanında durduğunu görmüş və o, da avtomobili saxlamışdır. Həmin maşından əvvəllər tanımadığı İzmir adlı şəxsin düşdüyünü görmüş, sonuncu maşının qabağına keçən zaman o, həmin şəxsin polis əməkdaşı olduğunu fikirləşdiyindən öz maşınını onun üstünə sürmüş, İzmir isə yana çəkilərək onun maşınını yumruqla vurmuşdur. Bundan sonra o, maşını ilə bir gədər məhəllənin ətrafinda fırlanaraq “Al Market”in yanında saxlamış, onlar da həmçinin marketin yanında dayanmışlar. O, onlardan kim olduqlarını və oraya nə məqsədlə gəldiklərini soruşduqda maşından 1 nəfər düşərək polis əməkdaşları olmadıqlarını bildirmiş və ondan maşından düşüb həmin şəxslərlə şöhbət etməsini təklif etmişdir. Bu zaman o, həmin şəxsləri tanımaması səbəbindən maşından düşməmiş və maşınlarını məhəllədən bir qədər qabağda saxlayaraq, düşüb söhbət etmələrini təklif etmişdir. O, maşınını qabağda saxlamış, digər maşın isə onun arxasınca gəlmişlər. O, yoldaşının maşında olduğu səbəbindən maşından düşmədiyindən İzmir adlı şəxs onun maşınına yaxınlaşaraq “bunlarla gəlmisən söhbətə?” ifadəsini işlətmişdir. O, həmin ifadəyə əsəbləşdiyindən maşından düşərək İzmirə yaxınlaşmış və bu zaman onu öldürmək məqsədi olmadan bıçaqla vurmuşdur. Bundan sonra sonuncu öz gəldiyi maşına tərəf hərəkət edərkən o, da öz maşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən narkotik vasitələrdən istifadə edir, müəyyən vaxtlarda müalicə almağa da çalışmış, narkotik vasitəni tanımadığı şəxslərdən alırmış, həmin şəxslərin adları və əlaqə nömrələri onda yoxdur. Hadisə gününə qədər o, özünə məxsus «Azsamand» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərib ailəsinin dolanışığını təmin etmişdir. 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman İsmayıl, Qurban, Hüseyn adlı şəxslərlə tanış olmuş, azadlığa çıxdıqdan sonra da həmin şəxslərlə münasibəti davam etmişdir. Təxminən 09-10 noyabr 2023-cü il tarixlərdə İsmayıl ona zəng edərək barəsində narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair şayiənin yayılmasında ondan şübhələndiyini bildirmiş, o da İsmayıla həmin şayiənin yayılmasının ona aidiyyətinin olmadığını bildirmiş, sonuncu isə görüşüb söhbəti aydınlaşdıracağını demişdir. Həmin günlərdə Hüseynlə görüşüb ona məxsus avtomobillə Hövsan qəsəbəsinə getmiş, oradan Qurbanı götürüb şəhərə qayıdacaqmışlar. Sonuncunu gözləyən zaman Hüseyn ona İsmayılın ondan qorxduğunu, söhbət etməkdən çəkindiyini bildirmiş, o, isə İsmayılla görüşəcəyini demişdir. Daha sonra İsmayılla danışan zaman xx.xx.2023-cü il tarixdə. axşam saatlarında 20 Yanvar dairəsi yaxınlığında görüşmək barədə razılaşmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində İsmayıla zəng edərək Qurbanla birlikdə gəldiyini demişdir. O isə heç nə demədən görüşə getməmiş, çünki dava-dalaş olsa Qurbanın İsmayılın tərəfini saxlayacağını düşünmüşdür. Bu səbəbdən görüşə getməmişdir. Həmin gün evə gedən zaman yaşadığı evin qarşısından əvvəllər tanımadığı «Toyota Prius» markalı avtomobilin gəldiyini, həmin avtomobildə üç nəfər şəxsin olduğunu görmüşdür. Bu hal onda şübhə yaratmış və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən arvadı Günelə «whastapp» sosial tətbiqində sonuncunun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək «Günel, qapıda maşın dayanıb, çölə çıx, mən də gəlirəm» deyə bildirmişdir. Daha sonra Günel küçəyə çıxmış, o, sonuncuya avtomobilə əyləşməsini bildirmiş, Günel də ön sağ oturacaqda oturmuşdur. Güneli çağırmasının səbəbi tək getməkdən ehtiyat etməsi olmuşdur. O, həmin avtomobili və içərisində olan 3 nəfər şəxsi birinci dəfə idi ki, görürmüş, həmin şəxsləri İsmayılın göndərdiyini düşünmüşdür. Buna görə narahat olmuş, hətta Günel gəlməmişdən əvvəl yeznəsi Çingizə zəng etmişdir ki, dava-dalaş olsa yanında olsun, Çingiz isə zəngə cavab verməmişdir. Bu səbəbdən o, Ramiləyə zəng edərək Çingizlə əlaqə saxlamasını, onun yaşadığı evə gəlməsini, dava-dalaş ola biləcəyi barədə məlumat vermişdir. Lakin Çingiz sms yazaraq rayonda olduğunu bildirmişdir. Ramilə narahat olduğundan özünün Kamranla birlikdə gəldiyini demişdir. Bu səbəbdən o, bir neçə dəfə Ramilə ilə əlaqə saxlamışdır. Günel avtomobilə əyləşdikdən sonra sonuncuya onu izlədiklərini bildirmişdir. Buna görə də avtomobillə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə getmişdir. Həmin avtomobilin dövlət qeydiyyat nişanı və rəngi yadında qalmamışdır. «Toyota prius» markalı avtomobil bir az irəlidə «Al market»in yaxınlığında geriyədönmə edib onlara doğru gəlmişdir. Avtomobil aşağı sürətlə hərəkət edirmiş, avtomobili qaraşın bir şəxs idarə edirmiş, yanında isə sonradan adının İzmir olması ona məlum olan şəxs olmuşdur. «Toyota prius» markalı avtomobil onların yanından keçərək yaşadıqları küçəyə doğru gedirmiş, o da «Al market»in yaxınlığında avtomobillə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə getmişdir. Həmin vaxt bir qədər əvvəl «Toyota prius» markalı avtomobilin sağ ön oturacağında əyləşən şəxsin, yəni mərhum İzmirin yolun kənarında avtomobilin yanında dayanaraq nə isə etdiyini görmüş, o, avtomobili ilə İzmirin yanından keçən zaman təkərləri yerində fırladan kimi etdikdə İzmir arxaya çəkilərək ona tərs-tərs baxmış, o isə heç nə demədən evinə doğru getmişdir. Yenidən geriyədönmə edib «Al Maket» istiqamətində gedən zaman bir az əvvəl qarşılaşdığı «Toyota Prius» markalı avtomobilin yolun sağ tərəfindən, yəni marketin qarşısında dayandığını, avtomobildə olan şəxslərdən birinin də marketin qarşısında olduğunu görmüş, o, avtomobili idarə edərkən İzmir ona yaxınlaşaraq «avtomobili niyə belə sürürsən?» deyə soruşmuş, həmin vaxt «Toyota Prius» markalı avtomobildən başqa bir şəxs də düşərək ona yaxınlaşmış, «biz polis deyilik, niyə belə avtomobil sürürsən?» deyə soruşmuşdur. İzmir həmin şəxsə avtomobilə qayıtmasını bildirmiş, o, pəncərəni 4-5 sm aşağı salmış, İzmirə avtomobilləri məhəllədən bir qədər kənara idarə edərək söhbət etməyi bildirmişdir. İzmir avtomobildən kənarlaşdıqdan sonra o, avtomobili marketdən sağ istiqamətdə gedən yolla idarə edib dayanmışdır. Həmin vaxt bacısı Ramilə onunla əlaqə saxlayıb evə getdiklərini deyən zaman o, Ramiləgilə yerini izah etmiş, Ramilə Kamranla birlikdə gəlirmiş. «Toyota Prius» markalı avtomobilin sürücüsü avtomobilini onun yanına sürərək dayanmış, sağ ön oturacaqda oturan İzmir adlı şəxs ona tərs-tərs baxırmış. Yoldan başqa maşınlar keçdiyindən o, avtomobili önə doğru idarə edərək yolu boşaltmış, həmin vaxt Kamran da öz avtomobili ilə gəlib onun yanında dayanmış, o, söhbət etmək üçün avtomobildən düşmüşdür. Taksi fəaliyyəti ilə məşğul olduğundan təhlükəsizlik məqsədi ilə avtomobildə təxminən uzunluğu 35 sm, tutacağı 10 sm, tutacağı qara rəngli olan ət bıçağı saxlayırmış. Avtomobildən düşən zaman həmin bıçağı arxa cibinə qoymuş, onunla birlikdə arvadı Günel, digər avtomobildə olan bacısı Ramilə də avtomobildən düşmüşdür. Kamranın avtomobildən düşüb-düşmədiyinə fikir verməmişdir. O, avtomobildən düşən zaman İzmir də avtomobildən düşmüş, ona qadınları göstərərək «söhbətə bunlara gəlibsən?» deyə soruşmuş, lakin ona qarşı nalayiq ifadə işlətməmişdir. O, həmin sözləri qəbul edə bilməyib bıçağı arxa sağ cibindən çıxarıb sağ əlində tutaraq bir dəfə İzmirin ürək nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt İzmir arxaya doğru öz avtomobilinə getmiş, o isə dərhal «Azsamand» markalı avtomobilinə əyləşmiş, Günel də maşına minmişdir. Qorxduğundan birbaşa Biləsuvar rayonu, Əsgərabad kəndindəki evinə getmişdir. Evdə ilk vaxtlarda anasına hadisə barədə məlumat verməsə də, sonradan anası Nəzakətə adam bıçaqladığını bildirmiş, anası və Günel ağlayırmışlar. Hadisə vaxtı istifadə etdiyi bıçağı həmin evin qonaq otağında, oturacağın altına qoymuşdur. Həmçinin özünə məxsus avtomobil də orada qalmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə qayıtmış, bacısı Bənövşəgilə getmiş və axşam saatlarında orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Zərərçəkmiş şəxsı əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, aralarında yaranmış mübahisənin səbəbi onda İzmirin İsmayıl tərəfindən göndərilməsinə dair şübhənin yaranması, həmçinin ona «söhbətlə bunlarla gəlmisən?» deyə soruşması olmuşdur. Bundan əlavə bildirmişdir ki, İsmayılla arasında olan söhbət barədə məlumat verməmək üçün guya İzmirgilin onun evinin yaxınlığında görməsinin xoşuna gəlmədiyini bildirmişdir. Lakin o, İzmirin nə isə edəcəyindən qorxduğundan İsmayıl tərəfindən göndərilib-göndərilmədiyini öyrənmək üçün sonuncunu izləmişdir. Onunla mərhum Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı orada bacısı Ramilə, arvadı Günel və Kamran olmuşdur. O, Zərərçəkmiş şəxs qəflətən zərbə endirdiyindən sonuncu özünü müdafiə edə bilməmiş, ona bir söz deməmiş, sonuncuyla onun arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bundan əlavə bildirmişdir ki, o, heç bir xəstəlikdən əziyyət çəkmir. O, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə edir, narkotik vasitəni tanımadığı şəxslərdən alırmış, hadisə baş verən günü isə narkotik vasitədən istifadə etmişdir, bu barədə də ilkin ifadəsində düzgün məlumat verməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində hansı paltarların olmasını xatırlamır, onun üzərində isə boz rəngli cins şalvar, qara rəngli kofta, qara rəngli ayaqqabı olmuşdur. Zərərçəkmiş şəxs qətlə yetirdiyi bıçaq onların mətbəxdə istifadə etdikləri bıçaq olmuş, həmin bıçağın nə vaxt alınması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun həmin şəxsi oldürmək niyyəti olmamışdır, belə niyyəti olsaydı hadisədən istifadə edərək maşını ilə vurardı. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ailəsindən üzr istəməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmətibbi, məhkəmə-bioloji, məhkəmə-genetik, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik, məhkəmə-kompüter texniki, kompleks komisyon, ambulator məhkəmə-psixiatrik və psixoloji, məhkəmə narkoloji ekspertizalarının rəyləri, foto şəkillər, “Azərcell”, "xxxx", "xxxx" MMC-dən daxil olmuş məktubları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi O.S.Savadov ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır, sonuncu heç kimlə ədavət və düşmənçiliyi olmayan, bir qədər dəliqanlı, öz sözünü deyən biri olmuşdur. İzmir narkotik vasitələrdən istifadə etməmiş, onun istifadəsində «İphone 11» markalı mobil telefon və «***-***-**-**» saylı mobil nömrə olmuş, həmçinin «whatsapp» sosial tətbiqində «***-***-**-**» saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Bundan başqa «***-***-**-**» saylı mobil nömrədən də bir müddət əvvəl istifadə etmişdir. Qardaşı adətən Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli 27 ünvanında anası X12 ilə birlikdə yaşamış, atası X13 2014-cü ildə ölmüş, bacısı X8 ailəlidir və ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. İzmir adətən Gəncə şəhərindəki evlərində yaşasa da, tez-tez Bakı şəhərinə gəlib-gedirmiş, təxminən 2021-ci ilin əvvəllərindən Bakı şəhərində Lökbatan qəsəbəsində dəqiq ünvanını bilmədiyi evdə Zeynəb adlı bir şəxslə yaşamışdır. Zeynəbin istifadəsində «***-***-**-**» saylı mobil nömrənin olduğunu bilir. Onların necə tanış olmaları barədə hər hansı məlumatı yoxdur. Əlaqə nömrəsini isə İzmirin bir dəfə onun telefonu ilə ailə üzvlərinə zəng etməsi səbəbindən əldə etmişdir. İzmirə başqa qızla yaşaması barədə iradlarını bildirsələr də, sonuncu onların sözlərinə məhəl qoymamışdır. İzmir hadisədən təxminən 20 gün əvvəl Bakı şəhərində yaşayırmış, evdən çıxarkən bir-iki günə qayıdacağını bildirsə də, hadisə gününə qədər Gəncə şəhərinə qayıtmamışdır. Anası ilə əlaqə saxladıqda, Gəncə şəhər sakini Xaşal adı ilə çağırılan Samirlə birlikdə evdən getdiyini bildirmişdir. Samirin babasıgili onlarla qonşuluqda yaşamış, həmyerliləridir. Samirlə onun salam-sağoldan başqa münasibəti olmamışdır. Mərhum qardaşı İzmirin Samirlə münasibəti olmuş, bu barədə sonuncu özü ona danışmışdır. İzmir Bakı şəhərində son vaxtlar «Opera» oteldə yaşayırmış, o, İzmirin yaşadığı otaqda olmamış, həmin otaqda kiminlə birlikdə yaşaması barədə məlumatı yoxdur. İzmiri təxminən xx.xx.2023-cü il tarixdə «Opera» oteldən götürmüş, birlikdə vaxt keçirmiş, sonuncu dəfə təxminən xx.xx.2023-cü il tarixdə əlaqə saxlamış, ona Gəncə şəhərinə gedəcəyini bildirməklə, birlikdə getməyi təklif etmiş, İzmir onunla razılaşsa da, səhərisi gün telefonuna zəng çatmamışdır. Əvvəllər də belə hallar baş verdiyindən, yəni İzmirin telefonuna zəng çatmadığından sonuncu ilə yenidən əlaqə yaratmağa cəhd etməmişdir. Özü Gəncə şəhərinə getmiş və hadisə baş verdiyi günə qədər orada olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən, saat 23:15 radələrində Gəncə şəhərində anasının yaşadığı evin yaxınlığında yerləşən kafelərdən birində olduğu vaxt kafedə olan tanışlardan biri Samirin qohumunun ona zəng etdiyini və onun nömrəsini soruşduğunu bildirmiş, həmin şəxslə danışdıqda Samirin ona İzmiri vurduqlarını dediyini bildirmişdir. Həmin şəxsdən Samirin əlaqə nömrəsini almış, sonuncu ilə əlaqə saxlayanda Bakı şəhərində yerləşən X5 və İzmirin bıçaqla vurulduğunu demiş, qardaşının hansı səbəbdən bıçaqlandığını soruşduqda Qaradağ rayonundan qayıdanda qarşılarını «Azsamand» markalı avtomobilin kəsdiyini, lakin dayanmadıqlarını, sonradan həmin avtomobilin yenidən qarşılarını kəsdiyini, İzmirin həmin şəxsin kim olması ilə maraqlanaraq avtomobilə yaxınlaşdığını, daha sonra isə geriyə qayıdaraq vurulduğunu deyib avtomobilə əyləşdiyini, İzmiri xəstəxanaya çatdırarkən yolda aldığı xəsarətlərdən öldüyünü bildirmiş, yanlarında başqa hər hansı şəxsin olub-olmaması barədə bir söz deməmişdir. Danışdıqları vaxt Samirin yanında olan polislərdən kimsə sonuncuya «telefonu söndür» deyə bildirdiyini eşitmişdir. O, dərhal Bakı şəhərinə getmək üçün yola düşmüş, yolda hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlaqə saxlayıb hadisə barədə maraqlanmış, o, qardaşının narkotik vasitə istifadə etməsi və ya satması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, mərhum qardaşı Zərərçəkmiş şəxs hər hansı şəxslə ədavət və ya düşmənçiliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur, sonuncunun yaxın münasibətdə olduğu şəxsləri tanımır. Samiri uzun illərdir tanısa da, onun İzmirlə son vaxtlarda ünsiyyəti yarandığını bilir. İzmir Zeynəb adlı qızla da yaxın olmuş və onunla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, İsmayıl, Qurban, Hüseyn adlı şəxsləri tanıyıb-tanımaması barədə məlumatı yoxdur, o, özü də həmin adda olan şəxsləri tanımır. Bundan əlavə O.S.Savadov məhkəməyə ərizə təqdim edərək təqsirləndirlən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstəmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıq vaxtlarından tanıyır. O, sonuncunu sonuncu dəfə təxminən xx.xx.2023-cü il tarixdə görmüş, Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Şahid2 onun uşaqlıq dostudur. Sonuncunun istifadəsində «Toyota Prius» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil, ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, İzmirlə görüşən zaman Anar da onların yanlarında olmuş, onlar bir-birini tanışmış, birlikdə təxminən 2-3 dəfə görüşmüşlər. xx.xx.2023-cü il tarixdə, axşam saat təxminən 18-19 radələrində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs «whatsapp» sosial tətbiqində ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Nərimanov rayonunda yerləşən «Opera» adlı oteldə olduğunu, Qaradağ rayonuna getmək istədiyini, Anardan onu aparmasını xahiş etməsini, 20 manat pul verəcəyini bildirmişdir. O, Anarla əlaqə saxlamış, sonuncu da ona birlikdə getməyi təklif etmişdir. O, bu barədə İzmirə bildirmiş, sonuncu narazılıq etməmişdir. Daha sonra Anar onu yaşadığı evdən götürmüş və onlar birlikdə «Opera» adlı otelə getmiş, İzmirdə onlarla görüşmüş, o, hündürboylu olduğundan arxa oturacaqda əyləşmişdir. Onlar birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində İzmirin göstərdiyi ünvana getmiş, sonuncu orada dostu ilə görüşəcək, deməsinə görə dostuna pul verəcəkmiş. Anar avtomobili saxladıqdan sonra İzmir avtomobildən düşmüş, 4-5 dəqiqədən sonra qayıtmış, onlar «Opera» adlı otel istiqamətində yolda düşmüşlər. «Meyvəli» adlanan bazarın yaxınlığında ona ünvan mesajı gəlmiş, İzmir Anardan onu ilk öncə Avtovağzal tərəfə aparmasını istəmişdir. Mesajı göndərən İzmirin münasibətdə olduğu Zeynəb adlı şəxs olmuşdur. Anarın gediləcək ünvanı «waze» proqramına yükləməsi üçün İzmir ünvanı «whatsapp» sosial tətbiqində ona göndərmiş, o da həmin ünvanı «whatsapp» sosial tətbiqində Anara göndərmişdir. Belə ki, Anarın mobil nömrəsi İzmirdə olmamışdır. Anar Xocasən qəsəbəsinin içərisi ilə avtomobili Bakı Beynəlxalq Avtovağzalı istiqamətində sürmüş, oranı keçdikdən sonra sağ istiqamətdə torpaq yoluna keçmişlər. Həmin ərazi «Motodrom» adlanır. Onlar «Motodrom» adlanan ərazidə «Al Marketin» qarşısından aşağı düz istiqamətdə getmiş, İzmir oradan da düz getməyi istəmiş, Anar yol qurtarana qədər avtomobili düzünə idarə edib sola dönmüş, həmin yer bir az təpəlik kimi olmuşdur. Oradan aşağı düşdükdən sonra 100-150 metr düz getmiş, həmin vaxt İzmir avtomobili saxlamağı istəmiş, Anar avtomobili saxlamış, İzmir avtomobildən düşmüş, bir qədər uzaqlaşmış, 1-2 dəqiqədən sonra qayıtmış, hava qaranlıq olduğundan İzmirin nə etdiyini görməmişdir. İzmir avtomobilə əyləşdikdən sonra Anar geriyədönmə edib gəldiyi yolla qayıtmış, təpəlik kimi yerə çatan zaman qarşılarına «Azsamand» markalı bir avtomobil çıxmış, həmin avtomobil onların yanından keçdikdən bir müddət sonra Anar İzmirə həmin avtomobilin arxaları ilə gəldiyini demişdir. «Al market»-ə çatan zaman İzmir «geriyə dön, görüm həmin şəxs kimdir» deyə bildirmiş, Anar da geriyədönmə etmişdir. «Azsamand» markalı avtomobil onların yanından ötüb getmiş, təpəlik kimi olan yerə çatan zaman İzmir avtomobildən düşmüş, piyada getməyə başlamışdır. «Azsamand» markalı avtomobil yenə arxalarınca gəlmiş, İzmir ona yaxınlaşmaq istəyən zaman sürücü avtomobilin təkərlərini yerində fırladan kimi edib avtomobili İzmirin üzərinə sürmüş, bundan sonra İzmir avtomobilə qayıtmış, onlar avtomobillə «Al market» tərəfə getmişlər. Ora çatanda İzmir ona avtomobili saxlamağı bildirmişdir. Anar avtomobili yolun kənarında, fərdi yaşayış evinin qarşısında saxlamış, İzmir telefon əlində marketin qarşısına keçmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin sürücüsü də marketin qarşısına gəlmiş, avtomobilini onların olduğu avtomobilin arxasında sol tərəfdə saxlamışdır. İzmir də onlara doğru getmiş, «Azsamand» markalı avtomobilin sürücüsü isə avtomobilindən düşməmiş, həmin şəxs İzmirlə avtomobilin pəncərəsindən nə isə barədə danışmış, o nə baş verdiyini öyrənmək üçün avtomobildən düşərək onlara doğru getmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin dövlət qeydiyyat nişanının **-PE-*** olduğunu görmüş, o, İzmirin yanına çatan zaman İzmir sürücüyə «sən niyə avtomobilini bizim üzərimizə elə sürürdün, biz polis işçisi deyilik, rahat ol, düş maşından söhbət edək» deyə bildirmişdir. O isə həmin şəxsə «Qaqaş avtomobili niyə elə sürürdün» deyə sual vermişdir. Lakin həmin şəxs heç bir cavab verməmiş, İzmir ona avtomobilə qayıtmağı bildirmişdir. Həmin şəxsin üzü tüklü və bığı olmuş, arıq bədən quruluşlu olmuş, əynində ağ köynək və qara şalvar olmuşdur. O da Anarın idarə etdiyi avtomobilə gedib arxada əyləşmiş, bir neçə dəqiqədən sonra İzmir də avtomobilə qayıtmış, onlara narahatçılıq olmadığını, problem olmadığını demişdir. Anar avtomobili işə salıb qabağa getmək istədikdə ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü İzmir tərəfdən onların olduğu avtomobilə öz avtomobili ilə yaxınlaşmış, sanki onların avtomobilini sağ tərəfdən sıxmaq istəyirmiş. İzmir həmin şəxsə «niyə belə edirsən, qaçmıram, sür qabağa maşından düşürəm» deyə bildirmişdir. İzmir həmin şəxsləri tanımadığını demişdir. Həmin vaxt arxadan «Mercedes» markalı bir avtomobil yaxınlaşmış, «Azsamand» markalı avtomobilin sürücüsü «Mercedes» markalı bir avtomobilə yol vermək üçün avtomobili irəliyə doğru idarə edib dayanmış, Anar isə avtomobili «Azsamand» markalı avtomobilin arxasınca sürmüşdür. Xatırladığı qədər avtomobili dövlət qeydiyyat nişanı **-PE-*** olmuş, avtomobili bir qədər irəli gedib yolun sağında dayanmışdır. İzmir avtomobildən düşüb onlara yaxınlaşanda rəngini dəqiq xatırlamadığı daha bir «Azsamand» markalı avtomobil onların yanından keçib getmiş, həmin avtomobilin yanında dayamışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PZ- *** olmuş, sanki onların yolunu kəsən kimi etmişlər. Həmin avtomobildən bir xanım düşmüş, həmin vaxt ağ rəngli «Azsamand» markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü və yanındakı qadın avtomobildən düşərək İzmirə yaxınlaşmış, ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü heç nə demədən birbaşa İzmirə sağ əli ilə nə isə vurmuşdur. İzmir səndəlləyərək qaçıb geriyə gəlməklə avtomobilə minmiş və onu xəstəxanaya aparmalarını istəmişdir. Həmin sürücünün əlində tiyəsi uzun olan bıçaq olmuşdur. İzmirə xəsarət yetirən şəxs idarə etdiyi ağ rəngli «Azsamand» markalı avtomobilə əyləşmiş, daha sonra hər iki «Azsamand» markalı avtomobillər dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt İzmirin əynində göy rəngli şalvar, gödəkçə olmuşdur. İzmir yol boyunca qarnını sıxaraq zarıldayırdı, o, İzmiri arxadan tutmuşdur ki, yıxılmasın. Onlar əvvəl X15 Xəstəxanasına aparmış, orada xəstəxananın işləmədiyini bildirmişlər, daha sonra X29 Mərkəzə aparmışlar, İzmir ora çatanda artıq ölmüş, bunu həkimlər də təsdiqləmişlər. Daha sonra Anar öz nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan əlavə o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsi tanımır, onunla heç bir münasibəti yoxdur, ağ rəngli «Azsamand» markalı avtomobilə yaxınlaşan zaman sürücünün üzü az tüklü və bığı olmuş, arıq bədən quruluşlu olmuş, əynində ağ rəngli köynək, qara rəngli şalvar olmuşdur. Hava qaranlıq olduğundan avtomobildən və digər avtomobildən düşən şəxsləri yaxşı görə bilməmiş, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur, çünki İzmir onlara həmin şəxsləri tanımadığını demiş, o və Anar da həmin şəxslər tanımır. O və Anar Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan əraziyə İzmirin xahişi ilə getmiş, İzmir onlara hansı səbəbdən ora getməsini bildirməmişdir. Zərərçəkmiş şəxs narkotik maddələrdən və spirtli içkilərdən istifadə edib-etməməsi barədə dəqiq məlumatı yoxdur. Həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Anar və İzmir Anarın avtomobil ilə Lökbatan qəsəbəsindən qayıdarkən İzmirə «Whatsapp» sosial tətbiqində sms gəlmiş, həmin sms-i göndərən İzmirin deməsinə son vaxlar birlikdə yaşadığı Zeynəb adlı şəxs olmuş, onlar birlikdə «Opera» oteldə yaşamışlar. Zeynəbi o, bir neçə dəfə İzmirin yanında görmüşdür. İzmir Zeynəbin göndərdiyi ünvanı «Whatsapp» sosial tətbiqində ona göndərmişdir ki, o da həmin ünvanı Anara göndərsin, Anar da avtomobili «Waze» proqramı ilə ünvana sürsün. Belə ki, Anarın nömrəsi İzmirdə olmamışdır. Onlar «Waze» proqramı ilə qeyd edilən ünvan, yəni Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan ərazi istiqəmətində getmişlər. O, Təqsirləndirilən şəxs, Şahid10, Şahid9, Elvin və Hüseyn adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti yoxdur. Bundan əlavə məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İ.S.X17 adlı şəxsə 100 manat pul verməyə gedirdi, sonuncunun dediyinə görə borc verib, o, Vüqarı 2-3 dəfə görmüş, pul verəndə sonuncunu görməmişdir. Zərərçəkmiş şəxs ona Vüqarın atasının xasiyyətinin pis olduğunu demiş, avtomobili onların qapılarında saxlamamaq üçün bir məhlədə saxlamışlar. Bundan sonra İzmir pulu vermək üçün maşından düşmüş, 3-5 dəqiqə ərzində təkrar maşına geri qayıtmışdır. Sonuncunun telefonundakı məkanı ona münasibətdə olduğu Zeynəb adlı qız göndərmiş, İzmir onlara orada işinin olduğunu, onu oraya aparmalarını istəmişdir. Onlar həmin zaman yol bağlı olduğuna fırlanaraq Həsənağagilin küçəsinə gəlmiş, həmin məkan ora yaxın olmuşdur. Həmçinin bildirmişdir ki, o, həmin küçəyə birinci dəfə gedirmiş, həmin ərazilərdə heç vaxt olmamışdır. Zərərçəkmiş şəxs o küçəyə hansı məqsədlə getdiyini bilmir. Sonuncuyla Həsənağanın münasibəti barədə məlumatım olmamışdır. Həsənağanın İzmiri bıçaqla vurduğunu, sonra isə Həsənağa ilə gələn 2 qadının və Həsənağanın qarnını tutaraq maşına mindiyini görmüşdür. O, İzmirdən yolda olarkən həmin şəxsləri tanıyıbtanımamasını soruşsa da sonuncu onun sualını cavablandırmamışdır. Bundan əlavə bildirmişdir ki, Həsənağa onların arxasıyca maşını sürüb, bu məsələdə arvad-uşaq söhbəti olmamışdır, İzmir həmin zaman elə bildi ki, Həsənağa onlardan qorxur. Buna görə də Həsənağaya qorxmamasını və onların polis olmadıqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində istifadəsində olan icarəyə götürdüyü «Toyota Prius» markalı, **-ME-*** dövlət nömrə nişanlı qızılı rəngli avtomobilə Lökbatan qəsəbəsindən «Yeganə» şadlıq sarayına adını bilmədiyi qadın müştərini apararkən Gəncə şəhərindən məhəllə uşağı və yaxın dostluq münasibətində olduğu Samir ona zəng edərək İzmir adlı bir dostunu onunla birlikdə bir yerə aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat verəcəyini bildirmişdir. O, Samirə proqramla işlədiyini deyərək narazılıq etmiş, bir neçə dəqiqədən sonra ona zəng edib bir söz deyəcəyini bildirmişdir. Müştərini düşürdükdən sonra Samir özü ona yenidən zəng etmiş, həmin vaxt o, razılıq vermişdir. Samirin yaşadığı Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən binanın yanına yaxınlaşmış, yolun kənarında gözləyən Samir avtomobilə minmiş və onlar birlikdə İzmirin olduğu «Opera» adlı otelə gedərək otelin qarşısında gözləmiş, hər ikisi avtomobildə olmuş, az sonra İzmir avtomobilə minmişdir. İzmirin həmin oteldə hansı səbəbdən olması barədə məlumatı yoxdur. O, İzmir adlı şəxsi hadisədən 2-3 gün əvvəl yenə də Samirlə birlikdə götürmüş, Samir avtomobil almaq istədiyindən İzmirlə avtomobildə başqa bir avtomobil barədə danışmışlar. xx.xx.2023-cü il tarixdə İzmir avtomobilə mindikdən sonra sonuncunun göstərişi ilə Lökbatan qəsəbəsində getmiş, orada dəqiq xatırlamadığı ərazidə Samirlə o, avtomobildə qalmış, İzmir isə «gəlirəm» deyə bildirməklə avtomobildən düşüb harasa təkbaşına getmişdir. Təxminən 5-10 dəqiqədən sonra İzmir qayıtmış və onu Avtovağzal tərəfə aparmasını istəmişdir. O, Xocasən qəsəbəsinin içərisi ilə onları Bakı Beynəlxalq Avtovağzalına aparmış, avtovağzalı keçdikdən sonra sağ istiqamətdə 2-3 km düz getdikdən sonra yolun sağ tərəfində «Al market» mağazasını görmüş, İzmir oradan da düz getməsini istəmiş, o, yol qurtarana qədər avtomobili düzünə idarə edib sola dönmüş, həmin yer bir az təpəlik kimi olmuşdur. Oradan aşağı düşdükdən sonra 20-30 metr düz getmişlər. Həmin vaxt İzmir avtomobili saxlamasını istəmiş, o, avtomobili saxlamış, İzmir avtomobildən düşmüş, bir qədər uzaqlaşmış, 1-2 dəqiqədən sonra qayıtmışdır. Hava qaranlıq olduğundan İzmirin nə etdiyini bilməmişdir. İzmir avtomobilə əyləşdikdən sonra o, geriyədönmə edib gəldiyi yolla geri qayıtmış başlamış, təpəlik kimi yerə çatan zaman qarşısına «Azsamand» markalı avtomobil çıxmış, həmin avtomobilin onların yanından keçdikdən sonra 2 dəqiqə sonra arxaları ilə gəldiyini görmüş, İzmirə «Azsamand» markalı ağ rəngli avtomobilin onların arxasınca gəldiiyini demiş «Al market» mağazasına çatan zaman İzmir «geriyə dön, görüm həmin şəxs kimdir» deyə bildirmiş, o da geriyədönmə etmişdir. «Azsamand» markalı avtomobillə qarşı-qarşıya gələndə avtomobildə bir qadın və bir kişi olduğunu görmüş, avtomobil onların yanından ötüb keçmişdir. Yenidən təpəlik kimi olan yerdən aşağı düşüb bir qədər düz gedib geriyədönmə etmiş, təpəlik olan yerə doğru çatanda «Azsamand» markalı avtomobil yenə də qarşılarına çıxmış, onların yanından keçmiş, İzmir ona «avtomobili saxla, gör bu niyə belə edir» deyə bildirmiş, onlara isə avtomobildən düşməməyi tapşırmışdır. İzmir avtomobildən düşən zaman «Azsamand» markalı avtomobil yenidən yanlarına gəlmiş, İzmir ona yaxınlaşmaq istəyən zaman sürücü avtomobilin təkərlərini yerində fırladan kimi edib avtomobili İzmirin üzərinə sürmüşdür. Bundan sonra İzmir avtomobilə qayıtmış, o, «Al market» mağazasına tərəf getmiş, ora çatanda İzmir ona avtomobili saxlamağı bildirmişdir. O, yolun kənarında fərdi yaşayış evinin qarşısında avtomobili saxlamış, İzmir telefon əlində marketin qarşısına keçmiş, həmin vaxt «Azsamand» markalı avtomobilin sürücüsü marketin qarşısına gələrək avtomobilini onların olduğu avtomobilin arxada sol tərəfində saxlamışdır. İzmir də onlara doğru getmiş, «Azsamand» markalı avtomobilin sürücüsü isə avtomobilindən düşməmiş, İzmirlə avtomobilin pəncərəsindən nə isə danışmışlar. Az sonra Samir avtomobildən düşüb İzmirin yanına getmiş, az müddət sonra geri qayıdaraq İzmirin onu geri qaytardığını bildirib avtomobildə əyləşmişdir. Bir neçə dəqiqədən sonra İzmir də avtomobilə qayıtmış və onlara narahatçılıq, problem olmadığını demişdir. O, avtomobili işə salıb qabağa getmək istədikdə ağ rəngli «Azsamand» markalı avtomobilin sürücüsü qabaq sağ oturacaqda əyləşən İzmir tərəfdən onun avtomobilinə öz avtomobili ilə yaxınlaşmış və sanki avtomobili sıxaraq getmələrinə mane olmuşdur. İzmir həmin şəxsə «niyə belə edirsən, qaçmıram, sür qabağa maşından düşürəm» deyə bildirmiş, həmin şəxs avtomobili idarə edərək qabağa getmişdir. Xatırladığı qədər, avtomobilin dövlət qeydiyyat nişanı **- PE-*** olmuşdur. Avtomobili bir az irəli gedib yolun sağında dayanmışdır. İzmir avtomobildən düşüb onlara yaxınlaşanda rəngini dəqiq xatırlamadığı daha bir “Azsamand” markalı avtomobil onların yanından keçib getmiş, ağ rəngli “Azsamand” markalı avtomobilin yanında dayanmışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PZ-*** olmuşdur. Sanki onların yolunu kəsən kimi etmiş, həmin avtomobildən bir xanım düşmüşdür. Həmin vaxt ağ rəngli “Azsamand” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin də sürücüsü və yanındakı xanım avtomobildən düşərək İzmirə yaxınlaşmışlar. Həmin oğlan avtomobildən düşən kimi İzmirə sağ əlində tutduğu bıçaq ilə zərbə endirmiş, sonuncunun əyilərək arxaya doğru gəldiyini görmüşdür. İzmir də qaçaraq səndəlləyərək geriyə gəlmiş, avtomobilə minmiş və onu xəstəxanaya aparmasını istəmişdir. Bundan sonra hər iki “Azsamand” markalı avtomobillər dərhal oradan uzaqlaşmışlar. O, **-PZ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobilin sürücüsünün avtomobildən düşüb-düşmədiyini dəqiq xatırlamır, diqqəti ağ rəngli “Azsamand” markalı avtomobilinin sürücüsündə olmuşdur. Hadisə vaxtı İzmirin əynində qara rəngli şalvar, gödəkçə olmuş, üzərində heç bir kəsici-deşici alət olmamışdır. İzmir yolboyu qarnını sıxaraq xırıldayırdı, yıxılmasın deyə Samir onu arxadan tutmuşdu. O, ilk öncə X18 Xəstəxanasına aparmış, orada xəstəxananın işləmədiyini bildirdiklərindən, X29 Mərkəzə aparmışdır. İzmiri orada qəbul etmiş və o, dərhal Azərbaycan Respublikası DİN «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan əlavə ifadəsində göstərmişdir ki, o, İzmirə xəsarət yetirən şəxsi tanımır. Hava qaranlıq olduğundan o, həmin şəxsi tam görməmiş, həmin arıq bədənquruluşdu olmuş, əynində hansı paltarlar olmasını xatırlamır. Hava qaranlıq olduğundan o, hər iki «Azsamand» markalı avtomobildən düşən şəxsləri yaxşı görə bilməmiş, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur, çünki İzmir onlara həmin şəxsi əvvəllər tanıyıb-tanımaması, onunla hər hansı ədavətinin olubolmaması barədə bir söz deməmişdir. O, İzmirlə Samirin həmin əraziyə hansı məqsədlə getdiklərini bilmir, özü isə ora 20 manat zəhmət haqqını almaq üçün sürücü kimi getmişdir. O, İzmiri hadisədən 2-3 gün əvvəl «Xaşal» ləqəbli dostu Samir vasitəsi ilə tanımış, Samir İzmiri ona nənəsinin qonşusu kimi təqdim emişdir. Sonradan Samirdən öyrəndiyinə görə İzmirin ora «Nəşə» almağa getdiyini öyrənmişdir. Onun isə həmin vaxt bundan məlumatı olmamışdır. Bundan əlavə məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən qabaq «Azsamand» markalı avtomobili və Həsənağanı görməmişdir, sonuncunun maşının ön tərəfində bir qadın oturmuş, qaranlıq olduğundan dəqiq görməmişdir. Həmin şəxsin kim olduğunu bilmir. İzmirlə Həsənağa arasında mübahisənin nə üçün olduğunu bilmir, İzmiri ağ «Azsamand» markalı maşından düşən adam vurmuş, ancaq qaranlıq idi deyə həmin şəxsin üzünü görməmiş, istintaq zamanı həmin şəxsin Həsənağa olduğunu öyrənmişdir. O, İzmirə getmələrini təklif etdikdə sonuncu ona narahat olmamasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi olaraq həmyerlisi Şahid6 ilə ər-arvad münasibətində yaşayır. Ramilə əvvəllər nikah münasibətində olmuş, həmin evlilikdən üç azyaşlı övladı var, 2018-ci ildə rəsmi olaraq boşanmışdır. Onunla Ramilənin münasibəti isə 2020-ci ildə yaranmış və hazırda davam edir. Ramilə ona məxsus evdə yaşamasa da, o, tez-tez Ramilənin Biləsuvar rayonu, Əsgərabad kəndində yaşadığı evə getmişdir. 2023-cü ilin iyul ayından işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, xalasıgilə məxsus ünvan 5 ünvanında yaşayır. O, «Fab Boya» fabrikində fəhlə işləyir, işdən sonra isə özünə məxsus «Runna-minik» markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili lizinq yolu ilə "xxxx" ASC-dən almış, aylıq olaraq 340 manat ödəniş edir. Ramilə də təxminən üç ay olar ki, Bakı şəhərində, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində bacısına məxsus evdə yaşayır. Onun Ramilə ilə olan münasibətindən qardaşı Təqsirləndirilən şəxs, bacısı X6 da məlumatı olmuş, onlar birlikdə tədbirlərdə iştirak etmişlər. Təqsirləndirilən şəxs ilə onun münasibəti olmamışdır. Sonuncu Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan ərazidə yaşamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Ramilə zəng edərək onu «8-ci km bazarı» adlanan yerə aparmasını xahiş etmiş, o, Ramiləni yaşadığı evdən götürərək bazara aparmış, orada sonuncu bazarlıq etdikdən sonra yaşadığı evə qayıtmaq üçün yola düşmüş, yolda olan zaman Ramilənin qardaşı Həsənağa Ramiləyə zəng edərək onlara gəlməsini istəmişdir. Ramilə nə baş verdiyini soruşanda Həsənağa cavab verməmişdir. Yolda olduqları müddətdə Həsənağa bacısına 4-5 dəfə də zəng edərək tez gəlməsini tələb etmişdir. Saat 21:50 radələrində o, «Al Market» mağazasının sol tərəfində olan yol ilə gəlib aşağıya doğru getmiş, Həsənağanın yaşadığı ev marketdən aşağıda yerləşirdi. Həmin vaxt Həsənağa yenidən Ramiləyə zəng etmiş, harada olduğunu soruşmuş, Ramilə də onun evinə getdiyini bildirmişdir. Həsənağa ona marketdən aşağı yox sola dönüb yuxarı qalxmağı, arxasında «Toyota Prius» markalı avtomobilin dayandığını bildirmişdir. O, geriyədönmə edib «Al Market»-in qarşısı ilə sağ tərəfdəki yolla yuxarı doğru qalxanda Həsənağaya məxsus ağ rəngli «Azsamand» markalı avtomobili görmüş, «Toyota Prius» markalı avtomobil də onun arxasında dayanmışdır. Avtomobildə olan şəxslər yerə düşməmişlər. O, avtomobili irəliyə doğru idarə edib Həsənağanın avtomobilinin yanında saxlamış, avtomobili saxlayan kimi Həsənağa və arvadı Günel avtomobildən düşmüşlər. Həmin vaxt Ramilə də avtomobildən düşmüşdür. Avtomobildə Ramilənin 12 yaşlı və körpə olmaqla iki qızı da olmuşdur. Sonuncu avtomobildən düşən zaman azyaşlı uşaq qucağında olmuşdur. «Toyota Prius» markalı avtomobildən də bir nəfər şəxs düşmüş, o, həmin şəxsi tanımır, əvvəllər görməmiş, nə baş verdiyini bilmədiyinə görə o, avtomobildən düşməmişdir. Həsənağa avtomobildən düşən kimi sanki çaxnaşma yaranmış, «Toyota Prius» markalı avtomobildən düşən şəxs sol sinə hissəsini tutaraq avtomobilə minmişdir. Ramilə isə qardaşına qışqıraraq «evimiz yıxdın, nə etdin sən» deyə bildirməklə ağlamağa başlamış, Həsənağa və Günel öz avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. O, Həsənağanın əlində bıçaq görməmişdir. Həmin vaxt Ramilə də geri qayıdaraq avtomobilə əyləşmiş, o, qorxduğundan avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Ramilə dayanmadan ağlayır, ondan nə baş verdiyini soruşanda qardaşı Həsənağanın «Toyota Prius» markalı avtomobildən düşən şəxsə bıçaqla zərbə endirdiyini, həmin şəxsin yaralandığını bildirmişdir. Ramilə eləcə «qardaş evimizi yıxdın» deyə bildirməklə ağlayırdı. O, Ramiləni bacısıgilə düşürtmüş, gecəni orada qalmışdır. Həmin gündən sonra Həsənağanı görməmiş, ailə üzvləri Həsənağaya zəng etsələr də telefonuna zəng çatmamışdır. O, qorxduğundan heç kimə və hüquq-mühafizə orqanlarına baş vermiş hadisə barədə məlumat verməmişdir. xx.xx.2023cü il tarixdə AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermək istəmiş, lakin səhər saatlarında Binəqədi RPİ-nin əməkdaşları onunla əlaqə saxlayaraq ifadə verməyə dəvət etmişlər. Həsənağanın hansı səbəbdən «Toyota Prius» markalı avtomobildən düşən şəxsə bıçaqla zərbə endirməsi barədə məlumatı yoxdur, Ramilə də ona bu barədə bir söz deməmişdir. Bundan əlavə o, bildirmişdir ki, hadisə zamanı ətrafda kənar şəxslərin olub-olmaması barədə məlumatı yoxdur, özü həmin vaxt orada kənar şəxs görməmişdir. Lakin həmin vaxt «Toyota Prius» markalı avtomobildə tanımadığı daha iki şəxs olmuşdur. Təqsirləndirilən şəxs ədavət və düşmənçilik münasibətində olduğu şəxslər barədə hər hansı məlumatı yoxdur. Bundan əlavə məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun maşınının yanında kimsə olmamış, “ Toyota Prius” markalı maşın vardı. O, həmin maşından yuxarıda durmuş, həmin maşında təxmini xatırladığına görə 3-4 nəfər olmuşdur. Həmin şəxslərin əlində nəsə görməmiş, dava-dalaş şahidi olmamış, Həsənağanın əlində bıçaq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə H.H.Əlitev ilə 2020-ci ildən rəsmi olaraq nikah münasibətinə daxil olmuş və həmin evlilikdən xx.xx.2020-ci il təvəllüdlü Hacıağa adlı övladı var. O, sonuncunu narkotik vasitələrdən istifadə edən zaman görməsə də, özü ona bu barədə demiş, hətta müalicə olunmaq üçün Bakı Şəhər Narkoloji Dispanserdə qeydiyyata da durmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olmuş, həmin gün Həsənağa ona «whatsapp» sosial tətbiqi ilə zəng edərək «Günel, qapıda maşın dayanıb, çölə çıx, mən də gəlirəm» deyə bildirmiş, o, küçəyə çıxan zaman Həsənağa istifadəsində olan «Azsamand» markalı avtomobil ilə evə çatırmış, yolda isə «Toyota prius» markalı avtomobil gedirmiş. Həsənağa avtomobildən düşmədən ona avtomobilə əyləşməyi bildirmiş, o da avtomobilin ön sağ oturacağında əyləşmişdir. Bu zaman Həsənağa kiminsə onu izlədiyini bildirmiş, bu səbəbdən avtomobil ilə geriyə dönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə hərəkət etmiş, həmin avtomobilin dövlət qeydiyyat nişanı və rəngi yadında qalmamışdır. Həmin avtomobil bir qədər irəlidə «Al market» mağazasının yaxınlığında geriyədönmə edib onlara doğru hərəkət etmiş, avtomobil aşağı sürətlə hərəkət edirmiş, avtomobili qaraşın bir şəxs idarə etmiş, yanında isə hündürboylu olması hiss olunan bir şəxs olmuşdur. Həmin şəxsin sonradan adının İzmir olduğunu öyrənmişdir. İzmir avtomobildən Həsənağaya şübhəli baxırmış, «Toyota prius» markalı avtomobil onların yanından keçərək yaşadıqları küçəyə doğru hərəkət etmişdir. Həsənağa «Al market» mağazasının yaxınlığında avtomobil ilə geriyədönmə edib «Toyota prius» markalı avtomobilin arxası ilə hərəkət etmişdir. Həmin vaxt bir az əvvəl «Toyota prius» markalı avtomobilin sağ ön oturacağında əyləşən şəxsin, yəni İzmirin yolun kənarında dayandığını görmüş, «Toyota Prius» markalı avtomobil isə onun yanında dayanmışdır. İzmir telefonla nəsə edirmiş, Həsənağa avtomobili ilə İzmirin yanından keçən zaman İzmir arxaya çəkilmiş, «brat-brat deyirsən, maşından düş də» deyə bildirmişdir. Lakin Həsənağa avtomobili saxlamayaraq irəli getmiş, onlar geri dönəndə «Toyota prius» markalı avtomobil artıq orada olmamışdır. Həsənağa yenidən «Al market» mağazası istiqamətinə gedəndə həmin «Toyota prius» markalı avtomobili yolun sağında, İzmiri isə marketin qarşısında görmüşdür. İzmir onların gəldiyini görüb onlara yaxınlaşmış, Həsənağa da avtomobili saxlayaraq pəncərəni 5-6 sm aşağı endirib İzmirə «qaqa burda qalansan» deyə soruşmuş, İzmir isə «yox» deyə cavab vermiş, daha sonra qonaq gəlib-gəlməməsini soruşmuş, İzmir isə «maşından düş, qadınla söhbətə gəlibsən mənimlə, sür qabağa irəlidə boş sahədə söhbət edək» deyə cavab vermiş, Həsənağa da «yaxşı» deyə bildirmişdir. Həmçinin «Toyota Prius» markalı avtomobildən bir nəfər şəxs də gələrək nə isə deyib getmiş, o həmin şəxsin nə dediyini eşitməmişdir. Daha sonra İzmir avtomobildən kənarlaşmış, Həsənağa da avtomobili ilə «Al market» mağazasından sağ tərəfdəki yolla hərəkət edərək «Toyota Prius» markalı avtomobili keçib dayanmışdır. Həsənağa bacısı Ramiləyə zəng edərək harada olmalarını, çatıb-çatmamalarını soruşmuş, Ramilə evə doğru getdiklərini deyəndə, Həsənağa onların olduqları yeri izah etmişdir. Həmin vaxt «Toyota Prius» markalı avtomobil sol tərəfdən onlara yaxınlaşmış, İzmir «qaqaş maşından düş də» deyə bildirmişdir. Həsənağa isə avtomobildən düşməmiş, yolda olan başqa avtomobillərin hərəkətinə şərait yaratmaq üçün avtomobili irəliyə doğru idarə edərək «Amin» marketin qarşısında dayanmışdır. «Toyota Prius» markalı avtomobil də arxalarında dayanmış, 5-6 dəqiqədən sonra Həsənağanın bacısı Ramilə və onun qeyri-rəsmi nikahda olduğu Kamran adlı şəxs avtomobillə onların yanlarına gəlib dayanmışlar. İzmir avtomobildən düşüb Həsənağa tərəfdən onların avtomobilinə yaxınlaşmış, Həsənağanın ünvanına qeyri-etik ifadələr işlətməklə, gülümsəyərək «bilirsən də nələr baş verəcək?» deyə soruşmuşdur. Həmin vaxt Ramilə avtomobildən düşmüş, Həsənağaya yaxınlaşmış, Ramilənin sonradan ona deməsinə görə sonuncu İzmirdən Həsənağa ilə niyə mübahisə etdiyini soruşurmuş, lakin o, onların arasında gedən danışıqları eşitməmişdir. Ramilə avtomobildən düşdüyündən, Həsənağa da avtomobildən düşüb onlara yaxınlaşmış, bundan sonra o da avtomobildən düşmüşdür. İzmir Həsənağaya onları, yəni qadınları göstərərək «bunlarla söhbətə gedəcəksən mənimlə?» deyə soruşmuş, həmin vaxt Həsənağa sağ arxa cibindən olan bıçağı çıxardaraq bir dəfə İzmirə zərbə endirmiş, sonuncu yerə yıxılan kimi olmaqla ayağa qalxaraq «Toyota Prius» markalı avtomobilə doğru geri getmiş, Həsənağa isə İzmirinin üzərində getmədən avtomobilə əyləşmiş, o da avtomobilə əyləşmiş, Həsənağa bıçağı avtomobildə yanına qoymuş, bıçağın dəstəyi qara rəngli lentlə dolanmışdır. Əvvəllər o, məişətdə həmin bıçaqdan istifadə edirmiş, sonradan Həsənağa bıçağı təhlükəsizlik üçün maşına qoymuşdur. Daha sonra Həsənağa avtomobili birbaşa Biləsuvar rayonu, Əsgərabad kəndindəki evlərinə sürmüş, onlar həmin gün orada qalmışlar. Həsənağa hadisə barəsində anasına danışmış, bıçağı da orada evə qoymuşdur. Hadisə günü Həsənağanın əynində boz rəngli cins şalvar, qara rəngli köynək və qara rəngli ayaqqabı olmuşdur. Səhərisi gün o, Bakı şəhərinə qayıtmış, səhər tezdən evdən çıxması səbəbindən Həsənağanın harada olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Həsənağa Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan bacısı Bənövşənin evinə getmiş, orada polis əməkdaşları tərəfindən saxlanmışdır. Həmçinin bildirmişdir ki, hadisə günü Həsənağa Ramiləyə bir neçə dəfə zəng edərək harada olmasını, çatıbçatmamasını soruşmuşdur. Həsənağanın deməsinə görə ilk öncə Ramilənin keçmiş əri Çingizə zəng etmiş, sonuncu gələ bilmədiyinə görə Ramiləyə zəng edib gəlməsini istəmişdir. O, İzmir adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamış, onu ilk dəfə hadisə yerində görmüş, hadisə barədə məlumat sosial şəbəkələrdə paylaşılan zaman isə ölən şəxsin adının İzmir olduğunu öyrənmişdir. Hadisə zamanı əri Təqsirləndirilən şəxs əlindəki bıçağı görmüş, həmin bıçağı əvvəllər məişətdə istifadə etmiş, sonradan Həsənğa bıçağı götürüb avtomobilinə qoymuş, bıçaq 30-35 sm uzunluğunda olmuş, dəstəyində isə qara rəngli lent olmuşdur. Hadisə vaxtı «Toyota Prius» markalı avtomobildə daha iki şəxs olmuş, o, həmin şəxsləri görməmiş, çünki onlar avtomobildən düşməmişlər. Hadisənin şahid həmin iki şəxs, o və Ramilə olmuş, sonuncuyla birlikdə gələn Kamran adlı şəxs isə avtomobildən düşmədiyindən onun baş vermiş hadisəni görüb-görmədiyini bilmir. Hava qaranlıq və axşam saatları olduğundan ətrafda kənar şəxslər olmamış, mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin səbəbləri barədə dəqiq məlumatı yoxdur. Həsənağa İzmirin onu izlədiyindən şübhələndiyini bildirmiş, lakin mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. Hadisə zamanı Həsənağa İzmirə ilk bıçaq zərbəsini vurduqdan sonra geri çəkilmiş və avtomobilinə minmişdir. Həmin vaxt İzmir adlı şəxs bıçaq zərbəsini aldıqdan sonra geri çəkilmiş, bir qədər əyilmiş və qaçaraq avtomobilinə minmiş, bir söz deməmişdir. Hadisədən sonra o, qorxduğundan nə edəcəyini bilməmiş, bu səbəbdən hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Həsənağa ilə İzmir adlı şəxs arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Həsənağa İzmirin qol boşluğundan bir bıçaq zərbəsini qorxutmaq məqsədi ilə vurmuş, çünki həmin şəxs ondan əl çəkməyərək ona maşından düşüb onlaral getməli olduğunu demişdir. Həsənağa İzmiri vurandan sonra sonuncunun arxasıyca getməmiş, İzmir özü gedərək maşına minmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Kamrana zəng edərək onu «8-ci kilometr» bazarında aparmasını demiş, sonuncu yaşadıqları evə gələrək idarə etdiyi «Runna-minik» markalı avtomobili ilə onu və uşaqlarını bazara aparmışdır. Orada o, özünə və uşaqlarına paltar almış, sonra isə Kamran onları evə aparmışdır. Bir qədər sonra Həsənağa ona zəng edib «Ramilə məndən heçnə soruşma bizə gəl» deyə bildirmiş, o, Həsənağadan nə baş verdiyini soruşduqda sonuncu «Gəl bizə, mənim arxamca bir Prius avtomobili düşmüşdür, gəl görüm bunlar məndən nə istəyir» deyə cavab vermişdir. Həsənağa həmçinin keçmiş əri Çingizə zəng edib köməyə çağırdığını, lakin Çingizin gəlmədiyini deyərək ondan Çingizə zəng edib köməyə gəlməsini istəməsini xahiş etmişdir. O Çingizə zəng edib nə üçün Həsənağaya köməyə getmədiyini soruşduqda, Çingiz içkili olduğunu və bu səbəbdən gedə bilməyəcəyini bildirmişdir. Çingizlə rəsmi qaydada boşansa da, uşaqlarına görə münasibət saxlayır. Qardaşı Həsənağa qorxaq biri olduğundan qadın olmasına baxmayaraq onu köməyə çağırmışdır. Çingiz gəlməkdən imtina etdikdən sonra o, Kamrana zəng edib onu Həsənağagilə, yəni Binəqədi rayonu, «Motodrom» adlanan əraziyə aparmasını istəmiş, Kamran da bir neçə dəqiqədən sonra evə gəlmiş və onu 2 uşağı ilə birlikdə evdən götürmüş, bir neçə dəqiqədən sonra onlar Həsənağanın yaşadığı evin yaxınlığına çatmışlar. Həsənağagilə çatmamış «Al Market» mağazasının yaxınlığından keçərkən Həsənağa ona zəng edib evə tərəf getməmələrini, həmin marketdən yuxarı istiqamətdə irəliləmələrini və arxasında da «Toyota Prius» markalı avtomobilin dayandığını bildirmişdir. Həsənağanın dediyi istiqamətdə getdikdən bir neçə metr sonra onlar Həsənağanın ağ rəngli «Azsamand» markalı avtomobilini və onun arxasında da «Toyota Prius» markalı avtomobilin dayandığını görmüşlər. Kamran avtomobili Həsənağanın avtomobilinin solunda ona paralel şəkildə saxlamışdır. O, avtomobildə ön tərəfdə sərnişin oturacağında oturmuşdur. Həmin vaxt o, qucağında iki yaşlı qızı Aysu və yanında 12 yaşlı Fezran adlı qızı ilə birlikdə avtomobildən düşmüş, Kamran isə qorxduğundan avtomobildə qalmışdır. Onlar avtomobildən düşən kimi «Toyota Prius» markalı avtomobilin ön sərnişin oturacağından hündürboy bir şəxs düşmüş, onlara tərəf gəlmiş, həmin vaxt Həsənağa da avtomobildən düşmüşdür. Sonradan adının İzmir olduğunu öyrəndiyi həmin şəxslə onun və Həsənağanın arasındakı məsafə təxminən bir metr olardı. O, ilk olaraq söhbətə girmiş, həmin şəxsə «Qardaş nəsə sənə borcu var?, mən onun bacısıyam, mənə de» deyə bildirmiş, həmin şəxs isə Həsənağaya baxaraq «Bunlarla gəlmisən söhbətə? gəl otur maşına gedək o tərəfdə söhbətimizi edək» deyə bildirmişdir. Həsənağa isə bir söz demədən qəflətən İzmir adlı həmin şəxsin döş qəfəsi nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmuş, İzmir adlı şəxs həmin zərbədən arxaya doğru çəkilmiş və geriyə qayıdaraq «Toyota Prius» markalı avtomobilə minmişdir. İlk olaraq Həsənağa «neylədim mən?» deyə bildirməklə yanında olan arvadı Günel ilə birlikdə avtomobilinə minib hadisə yerindən uzaqlaşmış, sonra «Toyota Prius» markalı avtomobildə olanlar, daha sonra isə onlar hadisə yerindən uzaqlaşmışlar. Hadisə zamanı Həsənağanın yanında arvadı Günel olmuş və Həsənağa İzmiri bıçaqlayan zaman Günel Həsənağanın yanında olmuşdur. O, Həsənağanın avtomobildən bıçaqla düşdüyünü görməmiş, əks təqdirdə bunun qarşısını alarmış. Hadisədən sonra onlar Hasənağanın avtomobilinin arxası ilə getmişlər ki, onu tapsınlar, lakin Həsənağanı tapa bilmədiklərindən bacısı Xatirəgilə gedib onlarda qalmışlar. O, həmçinin bildirmişdir ki, o, İzmir adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamışdır. Hadisə zamanı həyacanlı olduğundan Həsənağanın əlində bıçağı tam görə bilməmiş, bu səbəbdən bıçağın görünüşü yadında qalmamışdır. Hadisə vaxtı «Toyota Prius» markalı avtomobildə daha iki şəxs olmuş, lakin həmin şəxslər avtomobildən düşmədiklərindən, o həmin şəxsləri görməmişdir. Onlardan başqa, hadisə yerində başqa şəxslər olmamışdır. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Sonradan Həsənağadan hadisəni hansı səbəbdən törətməsini soruşduqda Həsənağa ona konkret bir cavab verməmişdir. Qardaşı Təqsirləndirilən şəxs İzmir adlı şəxsə ilk bıçaq zərbəsini vurduqdan sonra geri çəkilmiş və avtomobilinə minmişdir. İzmir adlı şəxs isə geri çəkilmiş, bir qədər əyilmiş və qaçaraq avtomobilinə minmişdir. Hadisədən sonra o, Həsənağanı hüquq-mühafizə orqanlarına təhvil vermək üçün onu axtarmış, lakin həyəcandan həmin ərəfədə polisə zəng etmək ağlına gəlməmişdir. Təqsirləndirilən şəxs ilə İzmir adlı şəxs arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bildiyinə görə Həsənağa narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 05 radələrində Həsənağa Biləsuvar rayonuda yaşadığı evə avtomobili ilə gəlib onunla görüşmüş, əvvəlcə evə girməmiş və işinin olduğunu, bir qədər sonra qayıdacağını bildirib getmişdir. Bir-iki saatdan sonra, yəni hava işıqlandıqdan sonra yenidən Günellə birlikdə evinə qayıtmışdır. Həmin vaxt Həsənağa həyəcanlı görünürmüş, ondan nə baş verdiyini soruşanda, nə Həsənağa, nə də ki, Günel ona bir söz deməmişlər. Övladlarını niyə gətirmədiklərini soruşanda isə bir qədər sonra gedəcəkləri üçün gətirmədiklərini bildirmiş, Həsənağagil onun evinə gələndə əllərində hansısa əşyanın olub-olmamasına diqqət yetirməmişdir. Həmin tarixdə saat təxminən 09 radələrində Ramilə də onun evinə gəlmiş, gələn kimi ağlamağa başlamış və Həsənağanın bir nəfəri bıçaqla vurduğunu bildirmişdir. Həmin vaxt Həsənağa heç nə danışmamışdır. O və Ramilə Həsənağadan hüquq-mühafizə orqanlarına təslim olmasını xahiş etmişlər. Bir neçə dəqiqədən sonra Həsənağa onlara heç nə demədən evdən çıxıb özünə məxsus avtomobilə minib oradan uzaqlaşmışdır. Hüquqmühafizə orqanlarının əməkdaşları da mütəmadi olaraq Ramilə ilə əlaqə saxlamış, saat təxminən 13 radələrində Ramilə və Günel də Bakı şəhərinə getmək üçün evdən çıxmış, axşam saatlarında evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər, o, bildiklərini sonunculara danışmışdır. Axşam saatlarında qızı Ramilə onunla əlaqə saxlayıb hüquqmühafizə orqanlarının əməkdaşlarının cinayətin aləti olan bıçağı axtardıqlarını və Həsənağanın avtomobilinə baxmasını istədiklərini bildirmişdir. O, Həsənağanın evdən çıxarkən avtomobillə getdiyini bildirmişdir. Daha sonra Həsənağa ilə əlaqə saxladıqda avtomobilini Biləsuvar rayonunda onun evi ilə qonşuluqda yerləşən qızı Ramiləyə məxsus evin həyətyanı sahəsində saxladığını və Bakı şəhərinə öz avtomobili ilə getmədiyini bildirmişdir. Ramilənin yaşadığı evə getdikdə avtomobilin orada olduğunu, qapılarının açıq olduğunu və açarının da avtomobilin içərisində olduğunu görmüşdür. Avtomobilin içərisinə baxdıqda sürücü oturacağı tərəfdən qapının əşya yığılmaq üçün nəzərdə tutulmuş hissəsində 1 ədəd bıçaq olduğunu görmüşdür. Həmin bıçaq məişət işlərində istifadə olunan bıçaqlardan olmuş və dəstəyinə qara rəngdə yapışqan lent dolanmış, təxminən 30- 40 sm uzunluğunda olmuşdur. Ramilə ilə əlaqə saxlayıb bıçaq barədə məlumat vermiş, Ramilə isə bıçağı götürüb Binəqədi rayon prokurorluğuna getməsini bildirmişdir. O, həmçinin bildirmişdir ki, Həsənağanın İzmir adlı şəxsi hansı səbəbdən bıçaqla vurması barədə hər hansı məlumatı yoxdur. Çünki Həsənağa ona hadisə barədə ümumiyyətlə bir söz danışmamışdır. Günel də ona hər hansı məlumat verməmişdir. Hadisə barədə Ramilədən məlumat almış, hadisə Ramilənin yanında baş vermişdir. Lakin hadisənin səbəbi barədə konkret məlumatı yoxdur. Həsənağanın kiminləsə ədavət və ya düşmənçiliyinin olması barədə hər hansı məlumatı yoxdur. Bundan əlavə Şahid7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, müstəntiq ona zəng edərək oğlunun bıçaqla adam vurduğunu, həmin bıçağın orda olduğunu və gətirməsini demiş, o da oğlunun maşınından bıçağı götürüb aparıb vermişdir. O, sadəcə bu hadisəyə şahiddir oğlunun adam vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır, İzmir onun uzaq qohumudur. Aralarında əvvəllər dostluq münasibəti olmuş, sonralar isə sevgi münasibəti yaranmışdır. İzmir Gəncə şəhərində yaşasa da, tez-tez Bakı şəhərinə gələrmiş, həmin vaxtlar da onunla görüşərmiş. İzmirin heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. Vüqarın onun İzmirlə olan münasibətindən Vüqarın məlumatı olmamışdır. Əvvəllər Qaradağ rayonuna, Lökbatan qəsəbəsində bir evdə tək yaşayan zaman İzmir də bəzən onunla qalarmış. İzmir 2023-cü ilin oktyabr ayının sonlarından Bakı şəhərində olmuş, onlar birlikdə bir ev kirayəyə götürmək istəmiş, lakin ev tapa bilmədiklərindən «Opera hoteldə» 207 nömrəli otağı kirayəyə götürmüşlər. İzmir və onun əşyaları həmin otaqda olmuşdur. İzmir bəzən narkotik vasitələr qəbul edərmiş, o isə narkotik vasitələrdən istifadə etmir. İzmir narkotik vasitəni tanımadığı İran Respublikasının vətəndaşlarından alarmış. Həmin şəxslərin anket məlumatlarını, harada yaşaması, istifadəsində hansı sim kartın olduğunu bilmir, adlarının Nasir və Davud olduğunu bilir. İzmirin deməsinə görə həmin şəxslə instaqram sosial şəbəkəsində tanış olmuşdur. İzmir son vaxtlar İran Respublikasının vətəndaşları ilə onun istifadəsində olan sim kartla ***-***-**-** saylı sim kartla əlaqə saxlayırmış, sonradan həmin şəxslərlə o da əlaqə saxlamağa başlamışdır. İzmir belə daha təhlükəsiz olacağını deyirmiş. İran Respublikasının vətəndaşı onunla danışmağa narazılıq etməmiş. O, İzmirin narkotik vasitə istədiyi zaman İran Respublikasının vətəndaşı ilə «whatsapp» sosial şəbəkəsində əlaqə saxlayar, narkotik vasitə istəmələri barədə bildirərmiş. Həmin şəxs də narkotik vasitənin yerini peyk üzərində onun istifadəsində olan ***-***-**-** saylı sim karta «whatsapp» sosial şəbəkəsində göndərərmiş. O da həmin ünvanı İzmirinin istifadəsində olan ***-***-**-** saylı sim karta «whatsapp» sosial şəbəkəsində göndərərmiş. Bəzən İzmirin tanışları da narkotik vasitə istəyən zaman, onlar üçün də İran Respublikasının vətəndaşı ilə əlaqə saxlayarmış. Narkotik vasitəni götürməyə İzmir özü gedərmiş, əgər tanışlarından kimsə ondan narkotik vasitə istəmişdirsə İzmir peyk üzərindən göndərilən ünvanı həmin şəxslərə göndərərmiş. İzmir həmin tanışlarının kim olduğunu bilmir, sonuncu həmin şəxslərlə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə də əlaqə saxlayarmış. İzmir ondan götürdüyü narkotik vasitələrin qeydiyyatını aparmağı istədiyinə görə o, özünə məxsus qızılgül rəngli kitabçada qeydiyyat aparmışdır. Həmin kitabça da «Opera» oteldə olmuşdur. İzmirin dostluq etdiyi şəxslərdən əsl adı Samir olan «Xaşal» deyə çağırdığı şəxsi tanıyır. xx.xx.2023-cü il tarixdə o və İzmir «Opera» oteldə olmuş, İzmir həmin gün Vüqarla görüşməyə gedəcəkmiş. O, saat 20:20 radələrində oteldən çıxmış, Vüqarın yanına gedib gələcəyini bildirmişdir. İzmir Vüqarla tez-tez görüşərmiş, aralarında dostluq münasibəti olmuşdur. O, Vüqarla əvvəllər evli olsa da, onların münasibətinə müdaxilə etməmiş, nə ilə əlaqədar görüşəcəkləri barədə məlumatı olmamışdır. Həmin vaxtlarda İzmir iranlıdan narkotik vasitə istəmiş, göndərəcəyi ünvanı gözləmişlər. İzmir getdikdən sonra «whatsapp» sosial şəbəkəsində İzmirlə əlaqə saxlayan zaman ətrafdan eşidilən səslərdən sonuncunun Samirlə birlikdə olduğunu anlamışdır. İzmirin oteldən çıxdıqdan bir müddət sonra iranlı peyk üzərindən olan ünvanı «whats app» sosial şəbəkəsində ona göndərmiş, iranlı hər dəfə ünvan göndərən zaman narkotik vasitənin yerini göstərən şəkil də atarmış, lakin həmin gün şəkil atmamışdır. O, düşünmüşdür ki, bir qədər sonra şəkili də atacaqdır. O, həmin ünvanı İzmirin «whatsapp» sosial şəbəkəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərmiş, İzmirə zəng edib bu barədə məlumat vermiş, İzmir də «yaxşı» deyə cavab vermişdir. Saat 22 radələrində İzmir ona «whatsapp» sosial şəbəkəsində bir şəkil göndərək ünvanda olduğunu bildirmişdir. Həmin vaxtı iranlı ona «whatsapp» sosial şəbəkəsində sms yazaraq göndərdiyi ünvanın səhv olduğunu bildirmişdir. O da İzmirə bu barədə yazmışdır. Sonra İzmirə zəng etsə də, sonuncu zəngə cavab verməmiş, «Whatsapp» sosial şəbəkəsində ona «yazma» məzmunlu sms yazmışdır. Bundan sonra bir neçə dəfə İzmirə yazsa da cavab verməmişdir. Bir müddət sonra oğlu Seymur ona zəng edərək Vüqarın İzmirlə əlaqə saxlayan zaman bir şəxsin telefona cavab verib İzmirin bıcaqlandığını bildirməsi barədə demişdir. O, narahat olaraq otaqdan çıxmış, bir çox şəxsi əşyaları otaqda qalmışdır. Oteldən çıxan vaxt İzmirin Osman adlı bir dostu ona zəng etmiş, İzmirin onunla əlaqə saxladığını, tanımadığı bir şəxslə söhbətinin düşdüyünü, ondan gəlməsini xahiş etdiyini, lakin İzmirin zəngə cavab vermədiyini demişdir. O da Osmana baş verənlər barədə danışmış, o, qorxduğuna görə telefonunda olan bütün danışıqları silmişdir. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs kiminləsə ədavət və ya düşmənçiliyi olmamış, sonuncunun Şahid10, Şahid9, Təqsirləndirilən şəxs, Elvin və Hüseyn adlı tanışları olmamışdır, İzmir ona bu barədə bir söz deməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə kiminlə mübahisə etməsi, həmin mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. O İzmirlə bu barədə şəxsən danışa bilməmiş, ona zəng edəndə «yazma» deyə cavab yazmışdır. X28 tanımadığı şəxslə mübahisəsi olduğunu demişdir. Vüqarla sonradan danışan zaman sonuncu ona İzmirin Binəqədi rayonu ərazisində bir şəxslə mübahisə etdiyini və həmin şəxsin də onu bıcaqladığını bildirmişdir. Vüqar da mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. «Opera» otelə baxış zamanı orada aşkar edilmiş 2 ədəd elektron tərəzilərdən qara rəngli şüşə materialdan olanı ona məxsus olmuş, o, həmin tərəzidən gündəlik məişətdə istifadə etmişdir. Digər metal rəngdə olan tərəzi isə İzmirə məxsus olmuş, həmin tərəzini hansı məqsədlə alması barədə məlumatı yoxdur. «Opera» otelə baxış zamanı götürülmüş 1 ədəd qızılgül rəngli kitabça ona məxsusdur, oradakı qeydlər onun tərəfindən aparılmış, qeydlər İzmirin götürdüyü narkotik vasitələrə dair qeydlərdir, «Nasir, Davud» İran Respublikası vətəndaşıdır, özlərini onlara elə təqdim etmişlər. Şahid8 "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolunda onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir çox şəxslərdən narkotik vasitə tələbinə dair smslərin daxil olması barədə göstərilənlərdə əlaqədar qeyd etmişdir ki, həmin şəxslər İzmirin tanışları, ya da ki, İzmirin özünə yazmağın təhlükəli olacağına görə ona yazmalarını bildirdiyi şəxslər olmuşdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəylə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında aparılan yazışmalarda onun Zeynəbdən narkotik vasitə istəməsinin müəyyən olunmasını göstərən yazışmalarla tanış olaraq qeyd etmişdir ki, danışıqlar onunla Zeynəb arasında aparılmışdır. O, aradabir Zeynəbdən ona narkotik vasitə verməsini istəyirmiş. Zeynəbin İİR-nın bir vətəndaşı ilə əlaqəsinin olduğunu eşitmiş, Zeynəb də əvvəllər aralarında olan münasibətlərə görə ona köməklik edərmiş, hazırda sonuncunun barəsində narkotik vasitələrinin satışına görə cinayət işi istintaq olunur. Zeynəbin narkotik vasitəni haradan və hansı üsulla almasından məlumatı yoxdur. Sonuncu ona narkotik vasitəni İzmirin vasitəsi ilə göndərməmişdir. Onun İzmirin narkotik vasitədən istifadə edib-etməməsindən məlumatı yoxdur, aralarında bu barədə danışıqlar olmamışdır. Zərərçəkmiş şəxs Şahid10, Şahid9, Təqsirləndirilən şəxs, Elvin və Hüseyn adlı tanışları olmamışdır, İzmir ona bu barədə bir söz deməmişdir. Həmçinin onun da həmin adlı tanışları yoxdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.1-ci maddələri təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***-**-** saylı sim kartlar olmuşdur. Təqsirləndirilən şəxs onunla birlikdə 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Azadlığa çıxdıqdan sonra da Həsənağa ilə münasibəti davam etmiş, aralarında dostluq münasibəti olmuşdur. Həsənağanın dostluq etdiyi şəxslərdən Qurban, Hüseyn, Elvin, Zahidi tanıyır, onlar da 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişlər. O, 17 saylı Cəzaçəkmə Müəssisəsində olarkən daha çox Qurban və Hüseynlə münasibət saxlamışdır. 2023-cü ilin iyul ayında cəzasını çəkib qurtardıqdan sonra azadlığa çıxmış, əvvəlki məhkum yoldaşlarından Hüseynlə əlaqə saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə Hüseynin yaşadığı evə getmiş, hal-əhval tutan zaman sonuncunun Həsənağa və Qurbanla münasibət saxladığını öyrənmişdir. Hüseyndən Həsənağanın əlaqə nömrəsini alıb «Whatsapp» sosial tətbiqində danışmış, həmin vaxtdan sonra Həsənağa ilə münasibəti davam etmişdir. Bəzən birlikdə olan zaman narkotik vasitə qəbul etmişlər, lakin hazırda o, narkotik vasitələrdən istifadə etmir. Həsənağa onunla eyni məhəllədə yaşasa da o, heç vaxt sonuncunun evində olmamış, harada yaşamasını bilmir. Həsənağa xasiyyətcə əsəbi biridir, özündən tez çıxır, hər sözə ciddi reaksiya verir. Onun Həsənağa ilə 2023-cü ilin noyabr ayına qədər münasibəti yaxşı olmuşdur. Hətta Həsənağa ona söhbəti düşdüyünü deyəndə o, gedə biləcəyini demişdir. Həsənağa onunla olanda Qurbanın, Hüseynin arxasınca, sonuncularla olanda isə onun arxasınca danışarmış. Onlar bunu bilsələr də, Həsənağanı yola vermişlər. 2023-cü ilin noyabr ayının əvvəllərində Həsənağa narkotik vasitə olan «metamfetamin» almaq istəyirmiş, o, «Tik-tok» sosial şəbəkəsindən tanış olduğu şəxslə danışıb Həsənağa ilə əlaqələndirmişdir. Daha sonra Həsənağa həmin şəxsin göstərdiyi ünvana gedib narkotik vasitə əldə etmişdir. Bir-iki gündən sonra ona tanımadığı bir hesabdan sms gəlmiş, Həsənağaya 10 manat dəyərində artıq narkotik vasitə verdiyini bildirb pulunu istəmişdir. O da həmin şəxsin atdığı hesaba 10 manat pulu göndərmişdir. X32 metro stansiyasının yaxınlığında olan bir marketdə olan milliön ödəmə sistemindən göndərmişdir. Həmin hesab sonradan «tik-tok» sosial şəbəkəsindən silinmiş, danışıqlar, həmçinin 10 manat pulu göndərməsinə dair çek onda qalmamışdır. Həsənağa ilə danışan zaman ona söhbəti danışıb yerinə verdiyi 10 manat pulu istəmiş, Həsənağa pulu verəcəyini desə də, hər dəfə bir bəhanə ilə verməmişdir. O, Həsənağa ilə telefonla danışan zaman narkotik satışı ilə məşğul olmadığını, ona niyə hər dəfə variant gəldiyini soruşmuş, Həsənağa da «görüşüb söhbət edərik» deyə bildirmişdir. Həmin vaxtlarda Həsənağanın onun pulu qaytarması ilə əlaqədar telefonla danışan zaman sonuncu onu görüşə də dəvət etmişdir. Bir necə dəfə görüşə çağırsa da, gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Həsənağa yaşadığı küçəyə gəlib səsli mesaj ataraq «24 saat» adlı marketin qarşısında olduğunu bildirmişdir. O, Həsənağa ilə əlaqə saxlayıb işinin olduğunu, gələ bilməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Həsənağaya «Whatsapp» sosial tətbiqində zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Həsənağa həmin gün onunla danışan zaman saat 18 radələrində əlaqə saxlayıb axşam saatlarında 20 Yanvar dairəsinin yaxınlığında görüşməyi bildirmiş, o, dava-dalaş olmasın deyə Qurbanla əlaqə saxlamış, Həsənağanın onu 20 Yanvar dairəsinə söhbətə çağırdığını demiş, Qurban da onunla birlikdə gedəcəyini bildirmişdir. Həmin gün saat 21 radələrində o, Həsənağa ilə danışaraq Qurbanla birlikdə 20 Yanvar dairəsinin yaxınlığında, yol taksilərinin yanında olduğunu bildirmiş, Həsənağa gələcəyini desə də, görüşə gəlməmişdir. Həsənağa qışqıraraq «Qurbanı niyə söhbətə gətirmisən» deyə soruşmuş, Qurban onunla gəldiyinə görə görüşə gəlməmişdir. Bundan sonra o, evinə getmiş, məhəlləyə çatan zaman Həsənağa ona zəng etmiş, «səni öldürəcəm, haradasan, yerini de» deyə bildirib ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, heç vaxt Həsənağanı belə vəziyyətdə görməmiş, sanki özündə olmamışdır. O, evdə olduğunu bildirəndə Həsənağa telefonu söndürmüş, nə qədər Həsənağaya zəng etsə də, cavab verən olmamışdır. Səhərisi gün əsəbindən Həsənağaya «səni evindən götürəcəyəm, səni axtarıram» məzmunlu SMS yazmış, lakin Həsənağa cavab verməmişdir. 3-4 gündən sonra Qurban ona Həsənağanın ailə üzvləri ilə danışan zaman sonuncunun adam öldürdüyünü, həbs olunduğunu öyrəndiyini bildirmişdir. Onun Həsənağanın kimi öldürməsindən məlumatı yoxdur. Həsənağa ilə Elvin arasında hər hansı bir söz-söhbətin olması barədə məlumatı yoxdur. Lakin Həsənağa mübahisə etməyi sevən biri olmuşdur. Həmçinin o, ifadəsində göstərmişdir ki, o, Həsənağaya onun narkotik satışı ilə məşğul olmasına dair yayılan söhbətlərdən sonuncudan şübhələnməyini deməmişdir. Həmçinin Həsənağa onunla danışanda guya Hüseyinə sonuncunun ondan qorxduğunu dediyini bildirmiş, lakin belə bir hal olmamışdır. Söhbətə də gedən zaman Qurban, dava olmasın deyə, onunla getmişdir. O, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 tanımır, onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 arasında hər hansı ədavət və düşmənçiliyin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Onun istifadəsində ***-***-**-** saylı sim kart var. Təqsirləndirilən şəxs onunla birlikdə 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, sonuncu ilə orada tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra da Həsənağa ilə münasibəti davam etmiş, aralarında dostluq münasibəti olmuşdur. Həsənağanın dostluq etdiyi şəxslərdən İsmayılı, Hüseyni, Elvini, Zahidi tanıyır. Həmin şəxslər də onların məhkum yoldaşları olmuşdur. İsmayılla, Hüseynlə, Elvinlə yaxın münasibəti olmamış, onları yalnız Həsənağa ilə birlikdə olan zaman görmüşdür. İsmayılı ilk dəfə Həsənağaya məxsus «Azsamand» markalı avtomobildə olan zaman yolüstü Həsənağa İsmayılla görüşəndə görmüşdür. X3 da onlarla eyni cəzaçəkmə müəssisəsində olduğunu öyrənmişdir. İsmayılla salam-sağolları olmuş, Həsənağa ilə birlikdə olanda görüşdükləri vaxtlar olmuşdur. Həsənağanın deməsinə görə Elvin Sumqayıt şəhərində yaşayır, onun uşaqlıq dostudur. Hüseynin də onların məhkum yoldaşı olmuş, münasibətləri yaxşı olmuşdur. O, Həsənağa ilə birlikdə olan vaxtlarda narkotik vasitədən istifadə etməmişdir. Həsənağanı sonucu dəfə 2023-cü ilin oktyabr ayının sonlarında görmüş, lakin telefonla əlaqələri davam etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində hal-əhval tutmaq üçün Həsənağa ilə əlaqə saxlamış, sonuncu isə ona zəng edəcəyini deyib zəngi sonlandırmışdır. Bir-iki dəqiqədən sonra Həsənağa ona zəng etmiş, bir qədər danışıb hal-əhval tutmuşlar, sonradan əlaqələri olmamışdır. xx.xx.2023-cü il tarixdə Həsənağanın ailə üzvləri ilə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Həsənağa yaşadığı evin yaxınlığında bir şəxsi bıçaqlayaraq öldürmüşdür. Həmin şəxsin kim olması barədə məlumat verməmişlər, lakin internetdə yayılan xəbərlərdə Həsənağanın öldürdüyü şəxsin adının İzmir olduğunu öyrənmişdir. Həsənağanın kimləsə ədavət və düşmənçiliyinin olması barədə məlumatı yoxdur. Lakin Həsənağanın deməsinə görə Elvin adlı dostu ilə mübahisəsi olmuş, Həsənağa Elvinin yaşadığı məhəlləyə avtomobil ilə gedərkən musiqiyə uca səs vermiş, bu da Elvinin xoşuna gəlməmiş, aralarında sözlə mübahisə olmuşdur. Sonradan Həsənağa ona «whatsapp» sosial tətbiqində yazışarkən bildirmişdir ki, guya Elvin onun yanında onun arxası ilə danışmış, o, sakit dayanmışdır. O da Elvinə qarşı nalayiq ifadə işlədərək Həsənağaya belə bir şey olmadığını bildirmişdir. Həsənağa ona Elvinlə görüşdüyünü, onu başa saldığını, hətta başına bir şillə də vurduğu demişdir. Bu söhbət 2023-cü ilin sentyabr ayının sonlarında olmuşdur. Sonradan onlar arasında hər hansı bir mübahisə olubolmamasından məlumatı yoxdur. Şahid10 əlavə olaraq göstərmişdir ki, təxminən 09xx.xx.2023-cü il tarixlərdə İsmayılın zəng edərək narkotik vasitələrinin satışı ilə məşğul olduğuna dair xəbər eşitməsi, İsmayılın danışığından bu işdə ondan şübhələndiyini hiss etməsi, İsmayıla həmin xəbərlərinin ona aidiyyətinin olmadığını bildirməsi, İsmayılın isə görüşüb söhbəti aydınlaşdıracağını deməsi, həmin günlərdə Hüseynlə görüşüb ona məxsus avtomobillə Hövsan qəsəbəsinə getməsi, oradan Qurbanı götürüb şəhərə qayıdacaqları, Qurbanı gözləyən zaman İsmayılın onun söhbət etməkdən çəkindiyini deməsi, İsmayılla danışarkən xx.xx.2023-cü il tarixdə axşam saatlarında 20 Yanvar dairəsi yaxınlığında görüşmək barədə razılaşmaları, həmin gün saat 20:00 radələrində İsmayıla zəng edən zaman Qurbanla birlikdə gəldiyini deməsi, onun isə heç nə demədən görüşə getməməsi, çünki dava-dalaş olsa Qurbanın İsmayılın tərəfini saxlayacağını düşünməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, onun Həsənağa ilə İsmayılın xx.xx.2023-cü il tarixdə görüşmək barədə razılaşmalarından məlumatı olmamış, həmin gün o, İsmayılla görüşməmiş, 20 Yanvar dairəsi yaxınlığında olmamışdır. Həmçinin Həsənağa ilə Hövsana dənizə istirahət üçün getsələr də, X14 gəlib onu götürməmişdir. X19 arasında hər hansı mübahisənin olmasından məlumatı yoxdur. İsmayıl özü də ona bu barədə bir söz deməmişdir. Bildiyi qədər, İsmayıl ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri istifadə edir, Əhmədli qəsəbəsində yaşayır. O, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 tanımır, onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 ilə hər hansı ədavət və düşmənçiliyinin olub-olmaması barədə hər hansı məlumatı yoxdur. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 224-228-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 156-162-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 5-ci cild 177-178-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 32-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023-cü il tarixli, 230 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmiş-kəsilmiş yarası (4,5x1,7sm ölçüdə). Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdanaşağıya doğrudur. Yara kanalının dərinliyi 10,0 sm-ə qədərdir, bel nahiyəsinin qançırlı sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını deşib-keçən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Bel nahiyəsinin qançırlı sıyrığı isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) deşici-kəsici təsirindən, bel nahiyəsinin qançırlı sıyrığı isə insan bədəninin hissəsi (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbə və eləcə də onun öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyaya zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 08:45-də meyitin müayinəsi başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi ətrafında və arxa keçəcək dəliyinin selikli qişasında qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilən xəsarət və dəyişikliklər aşkar olunmamışdır. Cinayət işinin 4-cü cild 197-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspetizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6571 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş zərfdəki 1 (bir) ədəd qara rəngli və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzilərin üzərində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 4-cü cild 167-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə kompüter-texniki ekspertizasının” xx.xx.2024-cü il tarixli, 5/1782 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “İOS 16.6.1” əməliyyat sistemi ilə təhciz olumuş “İphone 11” markalı “A2221” modelli “**********77421, **********59900” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “İphone 11” markalı “A2221” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı,“İnstagram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Cinayət işinin 4-cü cild 168 və 198-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 manat və 80 manat, ümumilikdə 145 manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 12-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 4141/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və fenilalkilamin qrupuna aid olan “amfetamin” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin 4-cü cild 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 8111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlər və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 4-cü cild 21-31-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, № 23/986R saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd iç etiketində “DolceGabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarının bel hissəsi, sağ və sol ayağı üzərində, 01 (bir) ədəd üzəridə “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkçə, 01 (bir) ədəd sarı-bənövşəyi-qara rəngli tuman, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd “Antony Rossi” markalı uzunqol jaket, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd boz rəngli şalvarın sağ, ön, yuxarı hissəsində və gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın tiyəsi üzərində aşkar edilmiş və “İphone 11” markalı mobil telefonun üzərindən götürülmüş 02 (iki) ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və qan nümunələri Zərərçəkmiş şəxs məxsudur (eyni yumurta əkizi istisna olmaqla); Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt üzərində “bobert“ sözləri yazılmış ayaqqabı, 01 (bir) cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) cüt qara rəngli ayaqqabı üzərində insana məxsus qan nümunəsi aşkar edilmədi; Zərərçəkmiş şəxs məxsus 01(bir) cüt üzərində “bobert“ sözləri yazılmış ayaqqabı və 01 (bir) cüt qara rəngli corab üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur, həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla); Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd boz rəngli şalvar, 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) cüt qara rəngli ayaqqabı üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur, həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla);Təqdim edilmiş gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş gümüşü rəngli metal tiyəsi olan 01 (bir) ədəd bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Cinayət işinin 4-cü cild 155-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli, 626-2023/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd gödəkçənin, 1 ədəd sviterin və 1 ədəd maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 1 ədəd, həmçinin gödəkçənin sol qolunun ön səthinin yuxarı hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş gödəkçə, sviter və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində olan 1 ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədənində olan döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edən eyni xarakterli yara ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlir. Məhrum Zərərçəkmiş şəxs meyitinin bədənində müəyyən olunmuş bel nahiyəsinin qançırlı sıyrığı ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş geyim əşyalarında öz əksini tapmamışdır, bu da, yalnız onun meyitinin xəsarət alması ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd tuman, 1 cüt corab və 1 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Cinayət işinin 4-cü cild 150-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Exspertiza Mərkəzi” PHŞ-nin Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3507 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncunun idrak prosessləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Sonuncunun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan əlamətləri müşahidə olunmur. Cinayət işinin 5-ci cild 1-58-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə sübut kimi tanınmış "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış CD disklər və DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar, 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarı, Zərərçəkmiş şəxs məxsus saç nümunələri, sonuncuya məxsus qan nümunəsi, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 4-cü cild 119-139-cu vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-138/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 4-cü cild 178-180-cı vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1859/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 06 (altı) ay cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 4-cü cild 236-cı vərəqəsində olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1859/2022 saylı qərarı xx.xx.2023-cü il tarixdə olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 2-ci cild 65-82-ci vərəqələrində olan DVD diskdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşə "xxxx" MMC-yə məxsus kameralar Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə yerləşən “Al market”-dən Bakı Beynəlxalq Avtovağzalına gedən yolu müşahidə edir. xx.xx.2023-cü il tarixdə dair görüntülərə baxış zamanı hadisə yerini müşahidə edən 1-ci kamerada saat 22:26-da “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobilin qarşısına keçərək “Prius” markalı avtomobilin yolun sağında dayandığı, “Azsamad” markalı avtomobil isə ondan bir az irəlidə dayandığı, saat 22:26:27də “Prius” markalı avtomobilin ön sağ oturacğından bir nəfər şəxs düşərək “Azsamad” markalı avtomobilə yaxınlaşdığı, “Runna minik” markalı avtomobil də “Azsamad” markalı avtomobilin yanında dayandığı, saat 22:26:49-da görüntü yenidən bərpa olur və 2 kişi və 2 qadının ayaq üstə dayanaraq söhbət etdiyi, saat 22:26:57-də görüntü bərpa olunan zaman isə 1 kişini “Azsamad” markalı avtomobilin ön sol oturacağına əyləşdiyi, hər iki qadının isə “Azsamad” markalı və “Runna minik” markalı avtomobilə doğru hərəkət etdiyi, saat 22:27:03-də hər üç avtomobilin hadisə yerindən uzaqlaşmaları görünür. 2-ci kamerada saat 22:26-da “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobilin qarşısına keçərək həmin avtomobilin yolun sağında dayandığı, “Azsamad” markalı avtomobil isə ondan bir az irəlidə dayandığı, saat 22:26:27-də “Prius” markalı avtomobilin ön sağ oturacğından 1 nəfər şəxsin düşərək “Azsamad” markalı avtomobilə yaxınlaşdığı, “Runna minik” markalı avtomobil də “Azsamad” markalı avtomobilin yanında dayandığı, “Runna minik” karalı avtomobildən 1 qadınnın düşdüyü, daha sonra isə “Azsamad” markalı avtomboli idarə edən kişinin avtomobildən düşdüyü, onların irəliyə doğru getdiyi, saat 22:26:52-də “Azsamad” markalı avtombolinin sürücüsü geriyə doğru çəkildiyi, qadınlardan birinin “Runna minik” markalı avtomobilə, digərinin isə “Azsamad” markalı avtomobilə əyləşdiyi, daha sonra hər üç avtomobilin hadisə yerindən uzaqlaşdığı müşhidə olunur. Görüntülərdə qaralma halları olduğu üçün “Prius” markalı avtomobildən düşən şəxsin avtomobilə əyləşməsi görünmür. Cinayət işinin 2-ci cild 98-122-ci vərəqələrində olan protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, “cam1”, “cam2”, “cam3”, “cam 4” adlı video fayllara baxış protokolundan görünür ki, “Cam 4” adı ilə qeyd edilmiş kamera “Almarket”-dən düz istiqamətdən getdikdə təpəlik kimi olan yeri müşahidə edir. Saat 21:34-də “Prius” markalı avtomobil həmin yolla gələrək aşağıya doğru gedir. Saat 21:43:32 saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir. Saat 21:44-də “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobil arxası ilə sürətlə hərəkət edir. Saat 21:46-da “Azsamad” markalı avtomobil geri qayıdaraq aşağıya doğru gedir, saat 21:47:30 saniyədə yenidən həmin yolla “Almarket” istiqamətində hərəkət edir. Saat 21:49da “Prius” markalı avtomobil yenidən həmin yolla geriyə doğru qayıdır, “Azsamad” markalı avtomobil isə onun arxası ilə hərəkət edir, Zərərçəkmiş şəxs isə piyada şəkildə həmin yolla aşğıya doğru gedir. Saat 21:51:45 saniyədə “Azsamad” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir. Saat 21:52:41 saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq yenidən “Almarket” istiqamətində hərəkət edir. “Cam 1” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə sağ istiqmətdə əsas yola gedən torpaq yolu müşahidə edir. Saat 21:34:48-ci saniyədə “Prius” markalı avtomobilin torpaq yolla əsas yola doğru gedir və saat 21:36-da isə geriyə dönmə edərək gəldiyi istiqmətdə hərəkət edir. Saat 21:42-də “Azsamad” markalı avtomobilinin sürətlə gəlməsi görünür. “Cam 3” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə sol istiqamətdə olan fərdi yaşayış evlərinə gedən yolu müşahidə edir. Saat 21:06 “Azsamad” markalı avtomobilinin torpaq yola doğru hərəkət etməsi görünür. Saat 21:37-də “Prius” markalı avtomobilin fərdi yaşayış evlərinə qarsı, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından düz gedərək görüntüdən itir. Ancaq avtomobilin tormuz işiqlarının yanması görünür. Saat 21:42:13-saniyədə “Prius” markalı avtomobil geri qayıdaraq Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında 16 saniyə dayanır. Həmin vaxt Təqsirləndirilən şəxs “Azsamad” markalı avtomobil ilə yaşadığı ev istiqamətində hərəkət edir, “Prius” markalı avtomobil isə hərəkətə başlayaraq düz istiqamətdə hərəkər edir.“Azsamad” markalı avtomobil isə geriyə dönmə edərək dayanır. Saat 21:43-də bir şəxin “Azsamad” markalı avtomobilin ön sağ oturacağına əyləşməsi görünür. Daha sonra “Azsamad” markalı avtomobil “Prius” markalı avtomobilin hərəkət etdiyi istiqamətdə gedir. Saat 21:46-da Azsamad” markalı avtomobil yenidən geri qayıdıb bir az düz getdikdən sonra geri dönmə edib saat 21:47-də təpəlik kimi olan yola doğru gedir. Saat 21:50-də “Prius” markalı avtomobil yenidən geriyə doğru qayıdır, Zərərçəkmiş şəxs piyada şəkildə avtomobilin arxası ilə hərəkət edir, “Azsamad” markalı avtomobil isə sonuncunun arxası ilə gedir. “Prius” markalı avtomobil geriyə dönmə edib saat 21:51-də görüntüdən itir. Bir neçə saniyə sonra “Azsamad” markalı avtomobil sürətlə irəliyə doğru gedib geriyə dönmə edir. Bu vaxt Zərərçəkmiş şəxs irəli gedib əlini havaya qaldıraraq narazılıq edir. “Azsamad” markalı avtomobilin sürücü isə avtomobili sürətlə Zərərçəkmiş şəxs üstünə doğru sürür, sonuncu sola doğru qaçır, həmçinin sürücü avtomobili saxlayır, daha sonra avtomobili idarə edərək görünütdən itir. Zərərçəkmiş şəxs isə avtomobilin arxası ilə gedərək görüntüdən itir. “Cam 2” adı ilə qeyd edilmiş kamera təpəlik kimi olan yerdən aşağı düşdükdə yol ayrıcını müşahidə edir. Saat 21:34-də “Prius” markalı avtomobili yol ayrıcında sağ istiqamətdə torpaq yolla əsas yol istiqamətində gedir, saat 21:37-da isə yol ayrıncından sol istiqamətdə fərdi yaşayış evlərinin olduğu istiqamətdə gedir. Saat 21:42-də “Azsamad” markalı avtomobilinin sürətlə gəlməsi görünür. Saat 21:43-də “Prius” markalı avtomobil geri qayıdaraq “Almarket” istiqamətində hərəkət edir, “Azsamad” markalı avtomobilin “Prius” markalı avtomobil arxası ilə sürətlə hərəkət edir. Saat 21:46-da “Azsamad” markalı avtomobil geri qayıdaraq yenidən yol ayrıcından sol istiqamətdə fərdi yaşayış evlərinin olduğu istiqamətdə gedir, saat 21:47-də isə geri qayıdaraq yenidən həmin yolla “Almarket” istiqamətində hərəkət edir. Saat 21:49-da “Prius” markalı avtomobil yenidən həmin yolla geriyə doğru qayıdır, “Azsamad” markalı avtomobil isə onun arxası ilə hərəkət edir, Zərərçəkmiş şəxs isə piya şəkildə həmin yolla aşağıya doğru gedir. Saat 21:51-də “Prius” markalı avtomobil geriyə dönmə edib geri qayıdır, üzü təpəlik kimi olan yola doğru dayanır. “Azsamad” markalı avtomobil isə “Prius” markalı avtomobilin arxasında dayanmışdır. Zərərçəkmiş şəxs isə hər iki avtomobilin arasında dayanmışdır. Bir neçə saniyə sonra “Azsamad” markalı avtomobil sürətlə irəliyə doğru gedib geriyə dönmə edir. Bu vaxt Zərərçəkmiş şəxs irəli gedib əlini havaya qaldıraraq narazılıq edir. “Azsamad” markalı avtomobilin sürücü isə avtomobili sürətlə Zərərçəkmiş şəxs üstünə doğru sürür, sonuncu sola doğru qaçır, həmçinin “Prius” markalı avtomobilin sürücüsü avtomobili irəliyə doğru, “Al” market istiqamətində idarə edir. Zərərçəkmiş şəxs isə “Prius” markalı avtomobilin ön oturacağına əyləşir və yenidən “Almarket” istiqamətində hərəkət edirlər. Cinayət işinin 2-ci cild 224-250-ci vərəqələrində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, “Whatsapp” sosial tətbiqinə daxil olduqda bir çox şəxslərlə danışıqlar aparıldığı müəyyən edildi. “Whats app” sosial tətbiqində “Şəbi” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda xx.xx.2023-cü il tarixdə aparılmış danışıqlarda “Şəbi” adlı şəxsin Təqsirləndirilən şəxs həyatını Günelin məhv etdiyini bildirir, Təqsirləndirilən şəxs isə Günellik heç nə olmadığını, ona oyun oynandığını, özünün də tanımadığını bildirir. Digər smslərdə istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. Deyir ki, Çingiz bilir hər şeyi “Whatsapp” sosial tətbiqində “İsmayıl” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda xx.xx.2023-cü il tarixdən etibarən İsmayıl ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrdən istifadə etməyə dair və Həsənağanın kimləsə söhbətinin olmasına dair danışıqlar aparıldığı görünür. İsmayıl tərəfindən yazılmış smslərdə İsmayılın Həsənağın söhbətini həll etmək üçün idmançı dostları ilə danışdığını, nə vaxt istəsə söhbət etməyə getməyə hazır olmasını qeyd edir. X30 və Fariz olmadığı üçün başqa vaxt söhbətə getməyi bildirir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aralarında danışıq aparılmır. xx.xx.2023-cü il tarixdən saat 13:47-dən saat 21:16-dək İsmayıl adlı şəxsdən Təqsirləndirilən şəxs zənglər edilsə də danışıq aparılmamışdır. Saat 21:16-dan saat 23:52-dək müxtəlif vaxtlarda aralarında danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə İsmayıl tərəfindən zənglər edilsə də danışıq aparılmamışdır. “Whats app” sosial tətbiqində “Son Mənzilim ” adlı ilə qeyd edilmiş ***-***- **-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxs arvadı Günel ilə yazışmalar apardığı müəyyən edildi. Günel Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrdən istifadə etməməsinə dair təkid edir. xx.xx.2023-cü il tarixdən etibarən Həsənağa Günelə problemlərinin olmasını, ona oyun oynanmasını bildirsə də dəqiq olaraq kimlə mübahisəsi olması barədə məlumat vermir. xx.xx.2023-cü il tarixdə saat 21:16-da, saat 21:19-da, saat 21:35-də, saat 21:37-də Təqsirləndirilən şəxs Günel ilə zəng danışıqları olmuşdur. “Whatsapp” sosial tətbiqində “Qusi” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxs həmin şəxsə söhbətinin olması, tək qalmasını bildirir. Növbəti danışıqlarda onun kimlə söhbətinin olması barədə danışıqlar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs Qusi adlı şəxsə Elvin ilə olan söhbətindən bəhs edərək onları görüşdürməyi istəyir. Qusi adlı şəxs isə söhbət etdiklərini, daha söhbəti bağlamalarını bildirir. Həmçinin aralarında narkotik vasitə almağa və istifadə etməyə dair danışıqlar vardır. xx.xx.2023-cü il tarixdə aid danışıq olmamışdır. “Whatsapp” sosial tətbiqində “Qurban” adlı ilə qeyd edilmiş ***-***-**-** sim kartla edilmiş danışıqlarda Təqsirləndirilən şəxslə həmin şəxs arasında narkotik vasitə almağa və istifadə etməyə dair danışıqlar vardır. Həmçinin ona Elvin ilə olan söhbətindən bəhs edir. Digər danışıqlarda istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. “Whatsapp” sosial tətbiqində arxivlənmiş ***- ***-**-** saylı sim kartla aparılmış danışıqlarda Təqsirləndirilən şəxs ***-***-**-** saylı sim kartdan ona yazan şəxsə Elvin deyə müraciət etdiyi görünür. Həmin yazışmalarda Təqsirləndirilən şəxslə Elvin adlı şəxs arasında narkotik vasitələrdən istifadə etmək barədə danışıqlar aparılır. Dost münasibətində olmaları görünür. xx.xx.2023-cü il tarixdə Elvin adlı şəxs Təqsirləndirilən şəxs səsli sms ataraq Qusi adlı şəxsin yanında ona əl qaldırdığını deyib qeyri etik ifadələr işlədərək Həsənağadan Qusi adlı şəxsi çağırıb ona qarşı səhv etdiyini deyib üzr istəməsini tələb edir. Növbəti yazışmalarda Elvin və Həsənağa birbirilərinə qarşı qeyri-etik ifadələr işlədərək görüşüb söhbət etmək barədə danışıqlar aparırlar. xx.xx.2023-cü il tarixdən sonra aralarında danışıq aparılmamışdır. “Zənglər“ bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı sim kartdan cavabsız zəng gəldiyi, “Qusi” adı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 15:55-də zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:17-də zəng edildiyi və 1 dəqiqə 57 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim kartdan saat 13:02-də zəng gəldiyi və 1 dəqiqə 24 saniyə danışıq aparıldığı, saat 16:19-da gələn zəngdə isə 41 saniyə danışıq aparıldığı, +99***-***-**-** saylı sim kartdan saat 16:33-də zəng gəldiyi və 31 saniyə danışıq aparıldığı, “Zahid” adı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 16:36-da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:55da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:40 və 17:18-da zəng edildiyi ancaq danışıq aparılmadığı, ***-***-**-** saylı sim karta saat 16:25da edilən zəngdə 37 saniyə, 17:14-də edilən zəngdə 3 dəqiqə 41 saniyə, 17:20-də edilən zəngdə 3 dəqiqə 40 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim karta 18:10-da zəng edildiyi və 1 dəqiqə 08 saniyə danışıq aparıldığı, “Son Mənzilim” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı sim karta saat 21:46-da zəng edildiyi və 12 saniyə danışıq aparıldığı, “İsmayıl” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı sim karta saat 18:04-də edilən zəngdə 26 saniyə, saat 21:26-da edilən zəngdə 41 saniyə danışıq aparıldığı, saat 21:52-də edilən zəngdə danışıq aparılmadığı, saat 22:03-də edilən zəngdə 44 saniyə danışıq aparıldığı, ***-***-**-** saylı sim kartdan saat 22:04-də gələn zəngdə 39 saniyə, saat 22:09-da gələn zəngdə 10 saniyə danışıq aparıldığı, 103 xidmətinə edilən zəngdə saat 23:41-də edilən zəngdə 43 saniyə danışıq aparıldığı, “Qurban” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı sim kartdan saat 21:25-də gələn zəngdə 25 saniyə, saat 21:28-də gedən zəngdə 2 dəqiqə 11 saniyə danışıq aparıldığı, saat 23:45-də gedən zəngdə isə danış aparılmadığı müəyyən edildi. “Qalereya“ bölməsində daxil olduqda “Whats app” sosial tətbiqində “İsmayıl” adlı şəxslə aparılan danışığın şəkilinin çəkildiyi müəyyən edildi. Həmin şəkildə “ac telefonu, sənin qaldığın yerdən oğurlayacam, şərəfsiz mənim anama ana deyenlərə bütün Bakiya kurs qoymusan, səni şərəfsiz, sənin dilini kəsəcəm, petux eləyəcəm səni, şərəfsiz” məzmunlu sms vardır. Cinayət işinin 2-cild 26-cı vərəqəsində olan AZ-İİ seriyalı, № 413610 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxslə Şahid5 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və ərə Əliyev arvada isə Əliyeva soyadı verilmişdir. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan AZ-İV seriyalı, № 454339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid5dır. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan AZE seriyalı, № 18278304 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sərivan Ağayev xx.xx.2011-ci il tarixdə anadan olmuş, anası isə Şahid5dır. Cinayət işinin 4-cü cild 145-ci vərəqəsində olan Biləsuvar RİHB-nin başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə digər sakinlərdən heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işinin 2-ci cild 145-146-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, O.S.Savadov cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni xuliqanlıq niyyətlə digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-genetik, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik, məhkəmə-kompüter texniki, kompleks komisyon, ambulator məhkəmə-psixiatrik və psixoloji, məhkəmə narkoloji ekspertizalarının rəyləri, foto şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında, təqsirləndirilən şəxsin dindirilməsi protokollarından(İ cild i/v 120-123, 173-178 və 202-206) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşman olduğunu, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində mərhumun və yanındakı şəxslərin polis əməkdaşları olmasını güman etməsini, onları tanımadığını, onlarla heç bir düşmənçilik və ədavətinin olmamasını, zərərçəkən şəxsin nə üçün onların küçəsində olduğunu bilmədiyini, onların üç nəfər olmasına baxmayaraq əvvəlkinin onunla danışmağa tək gəlməsini, həmçinin zərərçəkən şəxsin öldürmə səbəbinin əvvəlkinin ona “yanındakı qadınları göstərərək söhbətə bunlarla gəlmisən” deyə söz atması olduğunu qeyd etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 6-cı bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki cinayət işi üzrə məhkəmə iclasında istər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan və hər hansı bəhanə ilə Zərərçəkmiş şəxs həyatından məhrum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ailəsindən üzr istəməsi və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay vaxtından əvvəl şərti azad edilmiş və ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra məhkumluğun ödənilməsi üçün tələb olunan 2 il müddət keçmədən, yenidən xx.xx.2023-cü il tarixdə qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən“iki“il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən“altı“il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübutlar Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“ sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“ sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“ sözləri yazılmış tünd göy rəngli idman şalvarı, sonuncuya məxsus saç və qan nümunələri, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“ sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar ailə üzvlərinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd “Redmi” markalı mobil telefon sonuncuya qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində “DG” işarəsi olan, göy rəngli uzunqol gödəkcə, 01 ədəd sarı-bənövşəyi-qara rəngli alt tumanı, 01 ədəd üzərində “antony rossi 3xl“ sözləri yazılmış göy rəngli uzunqol kofta, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində “bobert“sözləri yazılmış ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd iç etiketində “Dolce Gabbana“sözləri yazılmış tünd göy rəngli idman şalvarı, Zərərçəkmiş şəxs məxsus saç nümunələri, sonuncuya məxsus qan nümunəsi, “Opera” hotelə baxış zamanı götürülmüş üzərində “Adler europe“sözləri yazılmış 01 ədəd elektron tərəzi, üzərində “SH-131“sözləri yazılmış 01 ədəd elektron tərəzi, 02 ədəd kitabça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı və “Nokia x2” markalı mobil telefonlar sonuncunun ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar